Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-153/2026 28.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), X1 və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxsin müdafiəçisi fərdi fəaliyyət göstərən vəkil X2 iştirakları ilə. ## ###### 1998-ci il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, R.Behbudov küçəsi, döngə 6, ev 7A-da qeydiyyatda olmaqla Şirvan şəhəri, M.Ə.Rəsulzadə küşəsi, ev 3 mənzil 42-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş. təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.4.1. və 234.4.3-cü maddələri ilə, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3-cü, 238.2.1 və 240.2.1-ci maddələri ilə, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3-cü, 238.2.1 və 240.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ######## 2025-ci il tarixli hökmündən dövlət ittihamçısı X9 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, cinayət kollegiyası qərar verdi: İ.İŞİN HALLARI: Cinayət işinin faktiki hallarına əsasən birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticəyə görə, təqsirləndirilən şəxs3 psixotrop maddənin satışını həyata keçirmək məqsədilə təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, məlum olmayan yerdə və vaxtda, məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq 4,798 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, həmin psixotrop maddə metamfetaminin 2,445 qramını tarixi məlum olmayan vaxtda satış məqsədilə təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 vermiş, qalan 2,353 qram çəkidə psixotrop maddə metamfetamini isə üzərində daşıyaraq saxlamışdır. Məhkəmənin ittiham hökmü ilə (hakimlər: Nuriyev Aqil Abdul oğlunun sədrliyi ilə, hakimlər X3 və X4 ibarət tərkibdə) təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli ##.##.2024-cü il tarixdən hesablanmış və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülmüşdür. Həmin hökmlə təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3-cü, 238.2.1 və 240.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və o Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 238.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına və Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli ##.##.2024-cü il tarixdən hesablanmış və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülmüşdür. Həmçinin həmin hökmlə təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3-cü, 238.2.1 və 240.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və o Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 238.2.1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına və Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli ##.##.2024-cü il tarixdən hesablanmış və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmündən məhkum edilmiş şəxslər təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X6 (sədrlik edən), X7 və X8 ibarət məhkəmə tərkibində) *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il il tarixli qərarı ilə apellyasiya şikayətlər təmin edilməmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)- ***/**** nömrəli, ##.##.2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli hökmündən apellyasiya protesti verilməsi müddətinin bərpasına dair Azərbaycan Respublikası Baş prokurorunun müavini X9 vəsatətlə məhkəməyə müraciət etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2025-ci il tarixli hökmündən X9 tərəfindən apellyasiya protesti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab olunması barədə vəsatət təmin olunmuşdur. II. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı apellyasiya protestində məhkəmə baxışı zamanı dövlət ittihamçısı dövlət ittihamçısı2 təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini məhkəməyə təklif etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2025-ci il tarixli hökmü təqsirləndirilən şəxs3 aid hissədə cinayət qanununun norması düzgün tətbiq edilməklə dəyişdirilməlidir. Belə ki, Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsindən daxil olmuş məktubdan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs3 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2025-ci il tarixli hökmündə həmin hökm nəzərə alınmamışdır. Belə olan halda, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2025-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs3 cəza təyin edildikdən sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəza CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə toplanılmalı və ona qəti cəza təyin edilməli idi. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2025-ci il tarixli hökmü ilə cəza təyini zamanı cinayət qanunun norması düzgün tətbiq olunmamış, tətbiq edilməli olan cinayət qanunu norması tətbiq edilməmişdir. Qeyd olunanlara əsasən təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Füzuli oğlunun CMin 234.4.1, 234.4.2, 234.4.3, 238.2.1 və 240.2.1-ci maddələri ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2025-ci il tarixli hökmünün təqsirləndirilən şəxs3 aid hissədə dəyişdirilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs3 təyin olunmuş 7 il müddətə azadlıqdan məhrum etmə cəzası və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2025-ci il tarixli hökmü ilə təyin olunmuş 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzaları toplanılmaqla, CM-in 66.5-ci maddəsinin tələbinə uyğun qəti cəza təyin olunması xahiş olunur. III. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya protestinin dəllilərinə uyğun çıxış edərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2025-ci il tarixli hökmünün təqsirləndirilən şəxs3 aid hissədə cinayət qanununun norması düzgün tətbiq edilməklə dəyişdirilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 və onun müdafiəçisi X2 apellyasiya protestinin dəlillərini əsassız hesab edərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ######## 2025-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. IV.HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Apellyasiya protestində dövlət ittihamçısı təqsirləndirilən şəxs3 yüngüllüyünə görə açıqaydın ədalətsiz cəza təyin edilməsini iddia edərək, tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.4. və 403-cü maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 403-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi aşağıdakılar hesab edilir: 403.0.1. tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi; 403.0.2. tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi; 403.0.3. cinayət qanunu normasının düzgün şərh edilməməsi. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-635/2025 nömrəli, ## ###### 2025-ci il tarixli hökmü ilə (hakimlər:Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, X5 və X10 ibarət tərkib) təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin əvvəli ## ##### 2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, əvvəlki cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdir. Qeyd edilənlər dövlət ittihamçısının apellyasiya protestinin, yəni məhkum təqsirləndirilən şəxs3 aid hissədə təmin edilməsi üçün əsasın müəyyən olunduğunu, hökmün apellyasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-cü maddəsində nəzərdə tutulmuş pozuntuya yol verildiyini göstərir. Apellyasiya protestində qeyd olunan dəlillərə uyğun olaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs3 CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilsə də, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə təyin olunmuş 7 il müddətə azadlıqdan məhrumetmə cəzası nəzərə alınmamışdır. Odur ki, CM-nin 66.5-ci maddəsinə əsasən həmin hökmlər üzrə təyin olunmuş qəti cəzalar cinayətlərin məcmusu üzrə toplanılmalı və ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Kollegiya yeni cəza təyini ilə bağlı təyin olunacaq cəzanın həddini müzakirə edərək qeyd edir ki, Cinayət Qanunvericiliyinin cəza siyasəti ilə bağlı müddəalarının məqsəd və tələblərini əsas götürərək qeyd edir ki, cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Kollegiya təqsirləndirilən şəxs3 hər iki hökm üzrə törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzası yüngülləşdirən halları əsas götürərək bu qənaətə gəlir ki, qeyd olunan hökmlər üzrə təyin olunmuş cəzalar qismən toplanılmalı və təqsirləndirilən şəxs3 qəti olaraq 8 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edilməli və cəzasının əvvəli ## ##### 2024-cü il tarixdən hesablanmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 398.1. və 398.1.4-cü maddələrinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya protesti üzrə apelyasiya instansiyasında aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya protesti təmin edilməli, yuxarıda göstərilənlərə uyğun olaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ######## 2025-ci il tarixli hökmü təqsirləndirilən şəxs3 cəza təyini ilə əlaqəli hissədə dəyişdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Dövlət ittihamçısı X9 oğlu tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ######## 2025-ci il tarixli hökmü təqsirləndirilən şəxs3 münasibətdə cəza təyini ilə əlaqəli hissədə dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-635/2025 nömrəli, ## ###### 2025-ci il tarixli hökmünə əsasən təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1. və 234.4.3-cü maddələri ilə təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ######## 2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1. və 234.4.3-cü maddələri ilə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla, ona qəti olaraq 08 (səkkiz) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzaçəkmə müddətinin əvvəli ## ##### 2024-cü il tarixdən hesablansın. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ######## 2025-ci il hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-153/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-153/2026
28.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver