Məhkəmə qərarları › İş №1(3-9)-154/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-154/2026

09.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-154/2026 09.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən), Novruzova Aytən Nazim qızı və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxsin hüquqi varisi X6, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi (vəkil) Nümayəndə, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, X12 Vəkil Bürosunun vəkili müdafiəçi1 İnqilab oğlunun iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmündən dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi X6 və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən cinayət işinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü (hakim X4) ilə ##.##.1991-ci il tarixdə Ağcabədi şəhərində anadan olan, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, sürücü işləyən, ailəli, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 2(iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmış, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARI: Təqsirləndirilən şəxs ittiham olunmuşdur ondan ötrü ki, o, ##.##.2025-ci il tarixdə, saat 02 radələrində Stansiya Mingəçevir- Bəhrəmtəpə yolunun Beyləqan rayon Eyvazalılar kəndi ərazisindən keçən 133-cü kilometrliyində idarə etdiyi “Kamaz 55111 Yük” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən yəni hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməklə, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyib üzü Mingəçevir şəhəri istiqamətində hərəkətdə olan zaman əks istiqamətdən gələn sürücü X1 idarə etdiyi “VAZ 2107” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun hərəkət yoluna çıxdıqda yol hərəkəti qaydalarını pozaraq yolun əks hərəkət istiqamətinə çıxıb yenidən öz hərəkət yoluna qayıdan Arif Bünyatovun idarə etdiyi avtomobillə qarşı-qarşıya toqquşaraq ehtiyatsızlıqdan X1 tağı, kəllə əsası və üz-sklet sümüklərinin çoxsaylı, qəlpələnmiş açıq sınıqları, baş beyin toxumasının əzilib-dağılması, sol bud sümüyünün orta 3/1-nin fraqmentlərinin yerini dəyişmiş, qəlpələnmiş açıq sınığı, sol said sümüklərinin proksimal uclarının fraqmentlərinin yerini dəyişmiş açıq sınığı, bədən səthinin çoxsaylı əzilmiş yaraları, daxili üzvlərin azqanlılığı ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə Arif Bünyatovun baş beyin toxumasının əzilib-dağılması nəticəsində hadisə yerində ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. APELLYASİYA PROTESTİNİN VƏ APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmündən dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi X6 və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ayrılıqda tərəfindən ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində Beyləqan Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilərək barəsində Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsini sanksiyasında nəzərdə tutulan daha yüngül cəzanın verilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, l(***)-**/**** saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2(iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, cəzamı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməklə, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda o, Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü ilə razı deyil. Ona görə də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 381 - 385-ci maddələrinə müvafiq olaraq Beyləqan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- **/**** saylı hökmündən apellyasiya şikayəti vermişdir. Beyləqan Rayon Məhkəməsi tərəfindən ona daha ağır cəza verilmişdir. Halbuki, onun barəsində məhkəmə tərəfindən daha yüzngül cəza verilə bilərdi. Belə ki, hadisə vaxtı əks hərəkət zolağında VAZ 2107 markalı avtomobilin qabaq sol hissəsi mənim onun idarə etdiyi yük avtomobilin qabaq sol hissəsindən yolun Stansiya Mingəçevir istiqamətində sol zolağında dəyərək toqquşmuşdur. Toqquşma zamanı idarə etdiyi Kamazın tiyaqası sınmış və avtomobilin rolu əlindən çıxdığından idarəetməni itirmişdir. Bu zaman idarə etdiyi Kamaz yolun sol hissəsinə doğru istiqamətlənib yolun sol hissəsinin kənarında yerləşən meşəsalma zolağında dayanmışdır. O dərhal idarə etdiyi avtomobildən düşüb X3 zəng vurmuş, təcili yardım hadisə yerinə gələrək "VAZ 2107 minik" markalı ll-BX-867 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sonradan adının X1 olduğunu bildiyi şəxsin meyitini Beyləqan rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Qəzadan əvvəl idarə etdiyi avtomobildə hər hansı bir nasazlıq olmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə dəfələrlə barışmağa və ziyanla bağlı razılıq əldə etməyə cəhd etmişdir. Mərhumun bütün yas mərasimlərində iştirak etmişdir. Lakin zərərçəkmiş şəxsin hüquqi varisi X6 barışıq üçün ondan 80-100 min manat aralığında maddi təzminat istədiyindən və onunda yalnız 15-20 min manat miqdarında həmin maddi ziyanı qarşılayacaq imkanında olduğunu bildirdiyindən qarşı tərəflə razılığa gələ bilməmişdir. Qarşı tərəf onu və qohum-əqrabalarını həmin məbləği ona vermədiyinə görə qəbul etməmişdir. Himayəsində 4 azyaşlı uşağı vardır. Ailəsinin yeganə qazanc gətirənidir. İş materiallarında olan ekspert rəyində də hadisə baş verən zaman qəzada mərhumunda günahı olmuşdur. Həmin hadisəni o ehtiyatsızlıqdan törətmişdir. Beyləqan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(020)- **/**** saylı hökmü dəyişdirilməlidir və ona daha yüngül cəza təyin edilməlidir.Ailəsinin yeganə qazanc gətirəni kimi sürücülüklə məşğul olmaqla ailəsini dolandırır. Başqa peşəsi yoxdur. Məhkəmənin hökmü ilə sürücülük hüququndan məhrum olunmağı, ailəsinin maddi durumunda çətin vəziyyətə düşməsinə səbəb olmuşdur. Beyləqan Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilərək barəsində Azərbaycan Respublikası CM-in 263.2ci maddəsini sanksiyasında nəzərdə tutulan daha yüngül cəzanın verilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 apellyasiya şikayətində apellyasiya müddətinin bərpa olunmasını, Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs təyin olunmuş məntəqə tipli cəzanın ciddi rejimli cəza ilə əvəz olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü ilə razı deyil. Hökm ona poçt vasitəsilə göndərilmiş və ##.##.2026-cı il tarixində təqdim olunmuşdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, və ona 5 il azadlıqdan məhrum etmə cəzası təyin edilməklə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Bu cəza ilə razı deyil. Törədilmiş əməl ağır nəticələr doğurduğundan təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməlidir. Məhkum olunmuş şəxsin valideynləri “yas mərasiminə gəlib 500 manat yazdırmışıq, qaytarın” demişlər. Oğlu tərəfindən 500 manat pul onların bank kartına köçürülmüşdür. Köçürmənin qəbzi saxlanılır. Bu hal tərəflər arasında barışıq olmadığını göstərir. Apellyasiya məhkəməsinin məktubu gec çatmışdır. Bu səbəbdən müddətin bərpa olunmasını, Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs təyin olunmuş məntəqə tipli cəzanın ciddi rejimli cəza ilə əvəz olunmasını xahiş etmişdir. Dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya protestində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Beyləqan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ona həmin maddə ilə daha ağır - təklif etdiyi həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı dövlət ittihamçısı qismində etdiyi çıxış zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məhkəməyə təklif etmişdir. Beyləqan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü Təqsirləndirilən şəxs daha ağır - təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməlidir. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun himayəsində azyaşlı uşaqlarının olması CM-in 59.1.4-cıi maddəsinə, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsi CM-in 59.1.10-cu maddəsinə, ilk dəfə az ağır cinayət törətməsi, əməlindən səmimi peşman olması CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmənin hökmündə sadalanan yüngülləşdirici hallar məhkəmə tərəfindən cinayət qanununun tələblərinə əməl edilmədən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Hökmdən görünür ki, məhkəmə zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsini, təqsirləndirilən şəxsin ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alsa da, btitün bunların nədə ifadə olunduğunu hökmdə əsaslandırmamışdır. Belə ki, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsi CM-in 59.1.10-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun qohumları zərərçəkmiş şəxsin yas mərasimində iştirak etməmişlər, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şikayətçidir, onunla barışmamışdır, təqsirləndirilən şəxsə ciddi cəza verilməsini məhkəmədən xahiş edir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclasında “zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa və cinayət nəticəsində yetirilmiş maddi ziyanın ödənilməsinə cəhd etməsi, lakin qarşı tərəflə razılığa gələ bilməməsi” barədə ifadə versə də, bu dediklərinin konkret nədə ifadə olunmasını, hansı dəlillərlə təsdiq edilməsini göstərməmişdir. Odur ki, məhkəmənin zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alması və Təqsirləndirilən şəxs yüngül cəza təyin etməsi qanunsuz və əsassız hesab edilməlidir. Bundan başqa, CM-in 59.1.1-ci maddəsində hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Hazırki cinayət işinin materiallarından müəyyən edilən müstəsna hal ondan ibarətdir ki, hadisələrin təsadiifl axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsindən söhbət belə gedə bilməz, çünki, M. Ələkbərov idarə etdiyi “Kamaz 55111 Yük" markalı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, zərərçəkmiş A.Biinyatovun idarə etdiyi “VAZ 2107" markalı avtomobillə qarşıqarşıya toqquşaraq ehtiyatsızlıqdan zərərçəkmişin hadisə yerində ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir ki, bu da öz-özlüyündə hadisənin təsadüfi axarı zəminində baş verməsini istisna edir. Bundan əlavə, CM-in 72-ci maddəsinə görə ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxsin səmimi peşman olması, könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməlidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmanlıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsindən sonrakı davranışlarında isə belə hallar müəyyən edilməmişdir. Onun məsuliyyətini və təyin ediləcək olan cəzanı yüngülləşdirmək üçün sadəcə əməlindən peşman olmasını bildirməsi isə, qeyd olunan əsaslara görə cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilməzdi. Beləliklə, məhkəmə hökmündə zərərçəkmiş şəxsin hüquqi varisi X7 təqsirləndirilən şəxsdən şikayətçi olması, onunla barışmaması, təqsirləndirilən şəxsə ciddi cəza verilməsini məhkəmədən xahiş etməsi barədə heç bir araşdırma aparılmamış, bütün bunların əsil səbəblərinin müəyyən edilməsinə cəhd edilməmişdir. Bundan başqa, məhkəmə yuxarıda sadalanan hallar Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alsa da, ictimai təhlükəlilik dərəcəsi olduqca yüksək olan, az ağır cinayətlər kateqoriyasına aid olan cinayəti törədən Təqsirləndirilən şəxs sadəcə qeyd olunan halları onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almanın nə dərəcədə düzgün, ədalətli və işin obyektiv hallarına uyğun olmasını və belə bir nəticəyə gəlməsinin səbəblərini də hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırmamışdır. Qeyd olunan cinayətin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən qaydalarla yanaşı insan həyat və sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları pozması nəticəsində ehtiyatsızlıqdan bir nəfərin ölümünə səbəb olması, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edə bilməməsi, dəymiş ziyanı ödəməməsi onun əməlinin ictimai təhliikəlilik dərəcəsinin ağırlığına, vurulmuş zərərin həcminə, baş vermiş nəticələrin ağırlığına dəlalət edən hallardır. Təqsirləndirilən şəxs təyin edilən cəza CM-in 41.2-ci maddəsində göstərilən cəzanın məqsədlərinə, yəni həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətn törədilməsinin qarşısını almaq məqsədinə ziddir. Beləliklə də, məhkəmə yuxarıda şərh olunan normaların tələblərini nəzərə almadan, işin konkret hallarına əsaslanmadan təqsirləndirilən şəxsə törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, həmçinin onun şəxsiyyətinə uyğun olmayan cəza təyin etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi iizrə Beyləqan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ona həmin maddə ilə daha ağır-təklif etdiyi həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 İnqilab oğlu apellyasiya məhkəməsində çıxışında apellyasiya şikayətlərini müdafiə edərək təmin olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinin və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin isə təmin olunmamasını xahiş etdilər. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya məhkəməsində çıxışında tərəfindən apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi Dövlət ittihamçısı Elnar Hüseynov apellyasiya məhkəməsində çıxışında zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinin və apellyasiya protestinin təmin olunmasını, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İlk növbədə qeyd olunmalıdır ki, istər müdafiə tərəfi, istərsə də ittiham tərəfi apellyasiya müraciətlərində və apellyasiya baxışı zamanı işin faktiki hallarını və təqsirlilik məsələsini mübahisələndirməmişlər. Bununla belə, məhkəmə kollegiyası CPM-in 397-ci maddəsinə uyğun olaraq apellyasiya tələblərinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin tövsifi və digər hüquqi məsələlərlə bağlı maddi və prosessual hüquq normalarına əməl edilməsi vəziyyətini yoxlamışdır. Belə ki, qeyd olunan prosessual normanın tələbinə görə apellyasiya məhkəməsi hüquq normalarının tətbiqi vəziyyətini şikayətin və ya protestin dəlilllərindən asılı olmayaraq yoxlamalıdır. İşin materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanmasına əsas və səbəb ##.##.2025-ci il tarixdə saat 02 radələrində stansiya Mingəçevir-Bəhrəmtəpə yolunun Beyləqan rayon Eyvazalılar kəndi ərazisindən keçən 133-cü kilometrliyində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi "Kamaz 55111 Yük" markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə sürücü X1 idarə etdiyi “VAZ 2107 Minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı-qarşıya toqquşması nəticəsində Arif Bünyatovun aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə HK-*/*** nömrəli məlumat, əsas isə həmin məlumat əsasında toplanmış ilkin yoxlama materialı olmuşdur. İş materiallarına əlavə edilmiş “Hadisə yerinə baxış protokolundan görünür ki, yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla səthi hamardır, yol düzdür, hadisə baş verən zaman avtomobil yolu quru vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsi Stansiya Mingəçevir-Bəhrəmtəpə yolunun Beyləqan rayon Eyvazalılar kəndi ərazisindən keçən 133-cü kilometrliyində baş vermişdir. Avtomobil yolu iki istiqamətli, iki zolaqlıdır, yol Stansiya Mingəçevir və Bəhrəmtəpə istiqamətində avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuşdur, hər iki istiqamətində yolun sağ hissəsin kənarında 2.0 metr enində yol çiyni yerləşir. Yolun ümumi eni 7.0 metr, hərəkət zolaqlarının eni isə 3.50 metrdir. Hadisə yerində baxış protokolu tərtib edilərək şəkli və sxemi çəkilmişdir. Hadisənin baş verdiyi yolda maksimum hərəkət sürəti 70 km/saat sürətlə məhdudlaşdırılmışdır. Qəza anına aid videogörüntü yoxdur. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətini təyin edən ##.##.2025-ci il tarixli *** nömrəli tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş cinayət işinə əlavə edilmiş BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən daxil olmuş ## ###### 2025-ci il tarixli *-**-**-*/*-****/**** nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs BC ****** saylı BC kateqoriyalı sürücülük vəsiqəsi ##.##.2024-cü il tarixdən ##.##.2034-cü il tarixədək verilmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının ##.##.2025-ci il tarixli **/** nömrəli rəyindən görünür ki, mərhum X1 meyitinin müayinəsi zamanı kəllə tağı, kəllə əsası və üz skleti sümüklərinin çoxsaylı qəlpələnmiş açıq sınıqları, baş beyin toxumasının əzilib-dağılması, sol bud sümüyünün orta 1/3-nin fraqmentlərinin yerini dəyişmiş, qəpələnmiş açıq sınığı, sol said sümüklərinin proksimal uclarının fraqmentləri yerini dəyişmiş açıq sınığı, bədən səthinin çoxsaylı əzilmiş yaraları, daxili üzvlərin azqanlılığı aşkar olunmuş, mərhum X1 meyitində aşkar olunmuş xəsarətlər ətraf yumşaq toxumalara yayılmış qansızmalar olmasına görə həyatidir, onun ölümündən az əvvəl təsir mexanizminə malik əşyanın (əşyaların) təsiri nəticəsində törənmişdir. ##.##.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomaşın salonunun qabarıq interyerlərinə sürətlə dəyməsi nəticəsində əmələ gələ bilərdi. Dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhumun ölümü ilə nəticələnmiş sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər. mərhum X1 ölümünə səbəb baş beyin toxumasının əzilib dağılması olmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının ##.##.2025ci il tarixli */**** nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Kamaz 55111 markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə edilmiş Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs cəmiyyət arasında müsbət xarakterizə edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, təqsirləndirilən şəxsin uşaqları X10 ##.##.2012-ci ildə, X8 ##.##.2014-cü ildə, X9 ##.##.2019-cu ildə, Ələkbərli İbrahim Məhərrəm oğlu ##.##.2022-ci ildə anadan olmuşlar. İş mareriallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış təlabnamədən görünür ki, sürücü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir, cinayət məsuliyyətindən azad edilmə halı olmamışdır. CM-in 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, məhkəmə tərəfindən işin faktiki hallarının müəyyən edilməsi və həmin faktiki hallar üzrə əməlin cinayət-hüquqi qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının tələblərinə tam riayət edilmişdir. Cəza məsələlərinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində cəzanın məqsədləri qeyd edilmiş, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsində isə cəza təyin etmənin meyarları göstərilmişdir. Həmin maddəyə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhz CM-in 41.2 və 58.3-cü maddələrinə uyğun olaraq təyin edilmiş cəzanı ədalətli cəza kimi müəyyən edən həmin Məcəllənin 8.1-ci maddəsində göstərilmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Onu da qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsinə nail olmaq üçün işin faktiki hallarının da nəzərə alınması zəruridir. Belə hallara törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı olan hallarla yanaşı, həm də cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da aiddir. CM-in 59.1-ci maddəsində cəzanı yüngülləşdirən qanunla müəyyən edilmiş hallar, yəni CMin 59.1.1-59.1.14-cü maddələrində nəzərdə tutulmuş hallar, 59.2-ci maddəsində isə cəza təyin edən məhkəmənin nəzərə aldığı hallar nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə görə sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi, şahid ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətməsi kifayət qədər sübuta yetmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2013-cü il tarixli Qərarının 11-ci bəndinin tələbinə görə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Hökmdən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, əməlindən səmimi peşmanlıq çəkməsini, əvvəllər məhkum edilməməsini, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzanı ağırlaşdıran hal müəyyən etməmişdir. Birinci instansiya məhkəməsinin hökmündə qeyd edilmişdir ki, hadisə nəticəsində vəfat etmiş X1 yas mərasimində qarşı tərəf iştirak etməmişlər. Daha doğrusu özləri buna razı olmamışlar. Təqsirləndirilən şəxsdən şikayətçidir, aralarında barışıq əldə olunmamışdır. Lakin apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin qohumları onun adından yas mərasimində iştirak edərək 500 manat pul yazdırmışlar. Lakin sonradan əlaqə saxlayaraq həmin pulun onlara geri qaytarılmasını tələb etmişlər. Buna görə də zərərçəkmiş şəxsin oğlu tərəfindən həmin pul vəsaiti ona göndərilən bank kartına köçürülmüşdür. Köçürmənin qəbzi məhkəmə təqdim edilmişdir. Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin hüquqi varisinin arasında barışıq əldə edilməsi məqsədilə məhkəmə prosesi bir neçə dəfə təxirə salınsa da, təqsirləndirilən şəxs buna əvvəlcə ümumiyyətlə heç bir real cəhd etməmişdir. Sonradan isə əlaqə saxlayaraq borc olaraq 10000 manat tapıb verə biləcəklərini, 1 il ərzində də hissə-hissə olmaqla 5000 manat əlavə verəcəklərini desə də, real olaraq zərərçəkmiş şəxsin ailəsinə heç bir vəsait ödəməmiş və aralarında barışıq əldə olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” ## #### 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi yalnız məhkumun maraqları ilə tamamlanmamalıdır. Burada həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərər çəkmişin maraqları da nəzərə alınmalıdır. Kollegiya bir daha xatırlatmağı zəruri hesab edir ki, CM-in 58.3-cü maddəsində cəza təyin etmə zamanı nəzərə alınması zəruri olan hallardan biri də cinayətin ictimai təhlükəlilik dərəcəsidir. Bu əlamət zərərçəkmiş tərəfə yetirilən ziyanın dərəcəsi, həcmi və miqdarı ilə bağlı halları özündə ehtiva edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmişin vəfat etməsi və onun ailəsinin ailə başçısını itirməsi fonunda məhkəmə tərəfindən təqsirkara təyin edilən əsas cəzanın müddəti CM-in 58.3-cü maddəsində nəzərdə tutulan “ictimai təhlükəlilik dərəcəsi” meyarına və cəzanın məqsədlərindən biri kimi təsbit edilmiş “sosial ədalətin bərpası” tələbinə uyğun deyil. Ona görə də kollegiya CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin əlaqəli şəkildə təhlilinə əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirkar Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrumetmə cəzasının müddəti artırılaraq 5 il 6 ay həddində müəyyən edilməlidir. İşdə olan məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının ##.##.2025-ci il tarixli */**** nömrəli rəyindən görünür ki, təqdim olunan məlumatlara əsasən VAZ 2107 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Beləliklə, məhkəmə kollegiyası apellyasiya müraciətləri üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməməli, dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü cəza hissəsində dəyişdirilərək, Təqsirləndirilən şəxs 5 (beş) il 6 (altı) ay həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməli, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli ## #### 2026-cı il tarixdən hesablanmalı, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbs olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 399, 404, 405, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü əsas cəza hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- **/**** saylı hökmü ilə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq 5 (beş) il 6 (altı) ay həddində müəyyən edilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli ## #### 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs olunsun. Qərarın icrası Şirvan şəhər Polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasına həvalə edilsin. Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar