Məhkəmə qərarları › İş №1(3-9)-155/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-155/2026

07.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-155/2026 07.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), X2 və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Zeynalov Musa Həsən oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Füzuli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən cinayət işinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Füzuli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** nömrəli hökmü (hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi) ilə ##.##.1984-cü il tarixdə Xocavənd rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Füzuli rayonu, Saracıq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, Füzuli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində “həbs”qətimkan tədbir seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının Füzuli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla qəti olaraq üzərində 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin ##.##.2025-ci il tarixindən hesablanması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi həll edilmişdir. İŞİN HALLARI Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən silah qismində istifadə etdiyi avtomobillə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə təkrarən xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs ## ##### 2025-ci il tarixdə saat 19 radələrində ictimai yer hesab olunan Füzuli rayonu, Horadiz şəhəri, Heydər Əliyev prospekti ərazisində yerləşən “Köndələn” yeməkxanasının yanında hər hansı əsaslı səbəb olmadan Füzuli rayonu, Horadiz şəhər sakini olan zərərçəkmiş şəxs2 ilə mübahisə edərək qəsdən ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış, eləcə də davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, həmçinin ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq hərəkətləri edərək yumruqla zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 sol gözaltı nahiyəsindən vuraraq sonuncuya dərəcəsi təyin olunmayan sol gözaltı nahiyəsində qançır bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan sonra, o, ## ##### 2025-ci il tarixdə, saat 19 radələrində, yəni ilkin hərəkətlərindən 5-10 dəqiqə sonra ictimai yer hesab olunan Füzuli rayonu, Horadiz şəhəri, Heydər Əliyev prospekti ərazisində yerləşən “Oba" marketin yaxınlığında asfalt yolda təkrarən öz xuliqanlıq hərəkətlərini davam etdirərək etibarnamə ilə idarə etdiyi “VAZ 21214" markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobildən qəsdən silah qismində istifadə edərək təkrarən ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış, eləcə də davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, həmçinin ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq hərəkətləri edərək avtomobili qəsdən zərərçəkmiş şəxs2 üzərinə sürmüş, lakin sonuncu kənara çəkildiyindən avtomobil ona dəyməmiş, bundan sonra avtomobili zərərçəkmiş şəxs2 məxsus “Changan Uni T” markalı, ** JO *** dövlət qeydiyyat nişanlı avtomobilə qəsdən vurmuş və daha sonra “Changan UNİ T” markalı, ** JO *** dövlət qeydiyyat nişanlı avtomobil zərbənin təsirindən orada dayanmış halda olan zərərçəkmiş şəxs1 məxsus olan “VAZ 21154” markalı ** TT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş və nəticədə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 4641 manat, digər zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 540 manat məbləğində maddi ziyan vurmaqla silah qismində istifadə olunan əşyadan istifadə etməklə təkrarən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, hökmdən narazı olduğunu, CM-nin 221.3-cü maddəsi ilə özünü təqsirli bilmədiyini göstərib, işinə yenidən baxılmasını və maddəsinin dəyişdirilməsini xahiş etmişdir. Hökmdən, həmçinin məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 da apellyasiya şikayəti verərək, hökmün cəza hissəsində ləğv edilərək təqsirləndirilən şəxsə minumum həddə cəza təyin edilməsini, CM-nin 66-cı maddəsinə əsasən qismən toplanılmaqla cəzasının minumum həddə müəyyən edilməsini xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli bilinərək ona həmin həddə cəza təyin edilməsi qanunsuz və əsassızdır. Məhkəmə işi araşdırarkən iş üzrə yüngülləşdirici hallara ümumiyyətlə öz hökmündə yer verməmişdir. Əksinə, şəxsin özünü tam təqsirli bilərək əməlindən səmimi olaraq peşmançılıq hissi keçirməsini məhkəmə nəzərə alaraq, CM-nin 66-cı maddəsi ilə cəzanı demək olar ki, tam şəkildə toplayaraq ona ağır həddə cəza təyin edilməsini məqsədmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi hakim tərəfindən cəza təyin edilərkən yüngülləşdirici hal kimi nəzərə alınmalıdır. Cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi, hətta zərərçəkmiş şəxsin dönə-dönə onunla barışdığı üçün ona cəza təyin edilməməsini xahiş etməsinə baxmayaraq məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınmamışdır. Məhkəmə öz hökmündə təqsirləndirilən şəxsin ifadəsində özünü səmimi olaraq təqsirli bilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini heç bir şəkildə nəzərə almamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında məlum olmuşdur ki, təqsirləndirlən şəxs ailəlidir, onun himayəsində yetkinlik yaşına çatmamış övladı, ailəsi və valideyni vardır. Ailənin yeganə qazanc gətirən şəxsidir. Lakin məhkəmə cəza təyin edərkən ağır cəza təyin etməklə yanaşı, CM-nin 66-cı maddəsi ilə cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaları toplayarkən, cəzaları qismən toplayaraq daha yüngül cəza təyin edə biləcəyi halda, demək olar ki, cəzanı tam toplamışdır. Təyin edilmiş cəza təqsirləndirilən şəxsin şəxsiyyətinə və işin halına uyğun deyildir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətlərini müdafiə edərək, ## ##### 2025-ci il tarixdə zərərçəkmiş şəxs2la aralarında mübahisə yarandığını, sonra Səlimin çıxıb getdiyini, özünün isə avtomobilə əyləşib sürdüyünü, avtomobillə Səlimi vurmaq fikrinin olmadığını, işiqforun da yaşıl işığını gözlədiyini, Səlim ilə arasında olan mübahisəni onun başlatmadığını, videogörüntüdən də hadisə zamanı qəssabxananın qarşısında 3 nəfərin onun üstümə gəlməsinin, onun da özünü müdafiə etməsinin göründüyünü, bundan başqa, birinci instansiya məhkəməsində amnistiya məsələsinə münasibət bildirmədiyini göstərib, göstərdiyi halların nəzərə alınmaqla barəsində ədalətli qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək, şikayətlərin məzmununa uyğun çıxış edib, onların təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X1 apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edərək, onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, təqsirləndirilən şəxsə bəraət verilməsi, əməlinin hüquqi tövsifinin dəyişdirilməsi və ya ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətlərinin təmin olunmamasını və Füzuli Rayon Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. İlk növbədə qeyd olunmalıdır ki, apellyasiya şikayətlərindən və müdafiə tərəfin apellyasiya baxışındakı çıxışlarından görünür ki, müdafiə tərəfi həm işin faktiki hallarını və əməlin hüquqi tövsifini, həm də təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələlərini mübahisələndirmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CM-nin 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-nin 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmçinin, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq dedikdə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür. CM-nin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsinin zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunması bu maddənin tərkibini yaradır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ##.##.2004-cü il tarixli * saylı Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Onu da qeyd etmək lazımdır ki, törədilən cinayətin tərkib əlamətlərinin müəyyən edilməsi və əməlin Cinayət Qanunu norması üzrə tövsif edilməsi yuxarıda qeyd edilən Cinayət Məcəlləsinin müvafiq normaları əsasında aparılsa da, törədilən əməlin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi prosedurlar əsasında aparılır. Bu mənada Cinayət-Prosessual Məcəllənin müvafiq normalarının müəyyən etdiyi hüquqi prosedurların xatırladılması da zəruridir. Azərbaycan Respublikası CPM-nin 124.1 və 124.2-ci maddələrinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 138.1 və 138.2-ci maddələrinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-nin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Cabardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Təqsirliliklə bağlı məsələni cinayət və cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından nəzərdən keçirən məhkəmə kollegiyası müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin törədilməsində onun təqsiri cinayət işinin materiallarında olan mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən cinayətin baş verib-verməməsi, onun həmin cinayəti törətməkdə qəsdinin olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən əlamətlər yoxlanılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar həm ayrıayrılıqda, həm də məcmu şəklində sonuncunun qeyd edilən cinayəti törətməsi nəticəsinə gəlmək üçün əsas verir və kifayət edirlər. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2, şahidlər şahid5, şahid6, şahid1 ifadələri, şahid2 və şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələri, videogörüntüyə baxış keçirilməsi haqqında ## ##### 2025ci il tarixli qərar, Füzuli rayonu, Horadiz şəhərinin girişində yerləşən Təhlükəsizlik şəhər kameralarından götürülmüş videogörüntülər, məhkəmə-tibbi ekspertizasının ## ##### 2025-ci il tarixli **/** №-li rəyi, “Hadisə yerinə baxış keçirilməsi haqqında” ## ##### 2025-ci il tarixli protokol və fotocədvəl, zərərçəkmiş şəxs1 məxsus olan “VAZ 21154” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə dair protokol, ##.##.2025-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokol, zərərçəkmiş şəxs2 məxsus olan “Changan Uni-T” markalı ** JO *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə dair protokol, Təqsirləndirilən şəxs məxsus olan “VAZ 21214” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə dair protokol, “xxxx” Avtomotoservis və Ticarət firmasından təqdim edilmiş ## ##### 2025-ci il tarixli *** nömrəli ziyan aktı, Azərbaycan Avtomobil Evindən təqdim edilmiş ziyan aktı, habelə digər iş materialları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, birinci instansiya məhkəməsinin hökmü işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq qəbul edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırki qərarda təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində hər hansı xuliqanlıq hərəkətləri olmaması ilə bağlı dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər yuxarıda qeyd olunan sübutlarla təkzib olunan dəlillər olmaqla ona elan olunmuş ittihamın və əməlinin hüquqi tövsifinin dəyişdirilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” ##.##.2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin Qərarda, həmçinin göstərilir ki, silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Qərarın nəticə hissəsində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin «tətbiq etməklə» müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ##.##.2004-cü il tarixli * saylı Qərarının 8-ci bəndinə əsasən xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Həmin Qərarın 9-cu bəndində göstərilir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə, silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il ## #### tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ...ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, ## ##### 2025-ci il tarixdə Füzuli rayonu, Horadiz şəhəri ərazisində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 hər hansı aqressiv davranışı, qanunsuz hərəkəti və ya münaqişəyə əsas verə biləcək hər hansı hərəkəti olmadan, tamamilə cüzi, formal və əhəmiyyətsiz bəhanəni əsas götürərək ona qarşı qərəzli və aqressiv münasibət nümayiş etdirmiş, yaranmış vəziyyəti qəsdən gərginləşdirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərə yol vermiş, zərərçəkmiş şəxsin münaqişədən yayınmaq cəhdlərinə baxmayaraq onu təqib etmiş, ictimai yerdə əsassız iradlar və nalayiq ifadələr işlədərək əvvəlcə fiziki zor tətbiq etmiş, bununla kifayətlənməyərək sonradan idarə etdiyi nəqliyyat vasitəsindən silah qismində istifadə etməklə zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün real təhlükə yaratmış, habelə özgənin əmlakına qəsdən zərər vurmaqla öz qərəzli hərəkətlərini daha təhlükəli mərhələdə davam etdirmişdir. Cinayət hadisəsinin qeyd olunan şəkildə baş verməsi iş materialları ilə, xüsusilə də zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, videogörüntülər və təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə ilə öz təsdiqini tapır. Təqsirləndirilən şəxsin hadisəni özünün başlatmaması, təqsirinin olmaması barədə dəlilləri isə iş üzrə toplanmış sübutların məcmusu ilə təkzib olunur. Belə ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 birinci instansiya məhkəməsində verdiyi ifadədən görünür ki, hadisənin başlanğıcı təqsirləndirilən şəxsin heç bir əsaslı səbəb olmadan ona yaxınlaşaraq “sözlü adama oxşadığını” bildirməsi və onun guya qəribə baxmasını irad tutması ilə başlamış, o, münaqişənin böyüməməsi üçün həmin yerdən uzaqlaşmış, lakin Təqsirləndirilən şəxs onu izləyərək “Köndələn” yeməkxanasının həyətinə gəlmiş və ilk fiziki zor tətbiq edən tərəf olmuşdur. Həmin xüsusatlar iş üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələri və digər sübutlarla da təsdiq olunmuşdur. İş materiallarında olan videogörüntüyə baxış protokolundan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21214” markalı avtomobili birbaşa zərərçəkmiş şəxs2 üzərinə sürmüş, yalnız sonuncunun kənara çəkilməsi nəticəsində sonuncunun vurulması baş verməmişdir. Həmin videogörüntüdə daha sonra Təqsirləndirilən şəxs avtomobili qəsdən zərərçəkmiş şəxs2 məxsus “Changan Uni-T” markalı avtomobilə vurması, həmin avtomobilin isə öz növbəsində digər zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 avtomobilinə dəyməsi aydın şəkildə əks olunmuşdur. Qeyd olunan videogörüntü hadisənin real gedişatını əks etdirən sübut olmaqla, hadisənin başlanğıcında təşəbbüsün təqsirləndirilən şəxsdən gəldiyini, münaqişənin qarşı tərəfin davranışından deyil, təqsirləndirilən şəxsin qərəzli və aqressiv davranışından qaynaqlandığını göstərir. Bundan əlavə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dindirilməsi haqqında protokoldan görünür ki, o özü də avtomobili zərərçəkmiş şəxs2 vurmaq məqsədilə onun üzərinə sürdüyünü etiraf etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin bu etiraf xarakterli ifadəsi onun sonradan irəli sürdüyü müdafiə mövqeyi ilə ziddiyyət təşkil edir və onun hazırkı mərhələdə artıq cinayət məsuliyyətindən yayınmaq məqsədi güdməsi ilə bağlı qənaət formalaşdırır. Kollegiya hesab edir ki, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün irəli sürdüyü dəlillər işin faktiki halları və iş materiallarında olan sübutlarla tam təkzib olunur. Kollegiya həmçinin nəzərə alır ki, hadisə ictimai yer hesab edilən, insanların intensiv hərəkətdə olduğu ərazidə, çoxsaylı şəxslərin iştirakı və müşahidəsi şəraitində baş vermişdir. Zərərçəkmiş şəxsin ifadəsindən görünür ki, hadisə zamanı həmin ərazidə çoxsaylı şəxslər toplaşmışdır. Videogörüntü də həmin yerdə xeyli sayda şəxsin olmasını təsdiq edir. Bu hal təqsirləndirilən şəxsin hərəkətlərinin yalnız konkret bir şəxslə münasibət çərçivəsində qalmadığını, ictimai asayişə açıq müdaxilə xarakteri daşıdığını və cəmiyyətə açıq hörmətsizlik ifadə etdiyini göstərir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, iş üzrə mövcud sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi yuxarıda qeyd olunan sübutlarla tam təsdiq olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxsin təqsirsiz olması barədə dəlilləri formal xarakterli dəlillər olmaqla əsassızdır. Belə ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, hərəkətlərində ona ittiham verilmiş Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Odur ki, kollegiya belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, habelə əməlin hüquqi tövsifinin dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hеsаb еdir ki, istər ibtidai araşdırma zamanı, istərsə də açıq, qərəzsiz, оbyеktiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl еdilməklə kеçirilmiş məhkəmə istintaqında təqsirləndirilən şəхslərin müdafiə hüquqları tam həcmdə təmin еdilmiş və məhkəmə baхışı zamanı hər hansı kоbud prоsеssual qanun pоzuntusuna yоl vеrilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Bununla yanaşı, məhkəmə kollegiyası bir məqamı vurğulamağı zəruri hesab edir. Belə ki, Füzuli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən görünür ki, birinci instansiya məhkəməsi hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixindən etibarən həbsdə olmasını və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli olmasını göstərsə də, hökmün nəticə hissəsində qətimkan tədbirinin həlli məsələsinə qiymət verilməmişdir. Məhkəmə kollegiyası cinayət işinə ilkin baxılması zamanı iş materiallarını nəzərdən keçirib hesab etmişdir ki, məhkum edilmiş şəxsin barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün, habelə cinayət işi üzrə icraatın dayandırılması, cinayət təqibinə xitam verilməsi üçün əsaslar yoxdur. Eyni zamanda, kollegiya nəzərə alır ki, həmin hal formal pozuntu olmaqla, hökmün bu hissədə dəyişdirilməsi üçün əsas təşkil etmir. Odur ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərarı ilə qeyd olunan məsələyə münasibət bildirilmiş, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilməməsi qərara alınmışdır. Məhkəmə kollegiyası müdafiəçinin apellyasiya şikayətinin cəza təyini ilə bağlı dəlillərini də müzakirə edərək aşağıda qeyd olunanlara görə hesab edir ki, birinci instansiya məhkəməsinin məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin etdiyi cəza qanuni və ədalətli olmuşdur, iş materiallarında məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə almış, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki: Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və CM-nin 70-ci maddəsi tətbiq edilməklə 01 il müddətinə şərti sınaq müddəti təyin edilmişdir. Füzuli RİŞ-nin ##.##.2017-ci il tarixli **/**** saylı arayışına əsasən cəzasını tam çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən barəsində CM-nin 128-ci maddəsilə olan cinayət işinin icraatına xitam verilmişdir. Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və ##.##.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs Füzuli RPŞ tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1 və 221.3-cü maddələri ilə 240760075 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin cinayət işi ##.##.2025-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Təqsirləndirilən şəxs Füzuli RPŞ tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və cinayət işi hazırda icraatdadır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən təqdim olunmuş xasiyyətnamə ilə kafi xarakterizə edilir. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 birinci instansiya məhkəməsinə ünvanladığı teleqramdan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı hər hansı tələbi və şikayəti yoxdur. Həmçinin zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 birinci instansiya məhkəməsində verdiyi ifadəsindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmiş və hər hansı tələbi və şikayəti yoxdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, törətdiyi əməldən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları isə müəyyən etməmiş, sonuncunu CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilib, ona 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 66.5-ci maddəsinə əsasən ona hazırkı hökmlə təyin edilmiş cəzanın Füzuli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə təyin olunmuş 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla qəti olaraq üzərində 04 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması ilə bağlı yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs düzgün olaraq qeyd olunan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, bununla məhkəmə həm işin faktiki hallarını düzgün qiymətləndirmiş, həm də cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almış, cəzanın məqsədlərini təmin edən növdə və həddə cəza təyin etmiş, ümumilikdə cəza təyini məsələsində CM-nin 8.1-ci maddəsinə tam əməl etməklə qanuni və əsaslı cəzanın təyin edilməsinə nail olmuşdur. Müdafiə tərəfindən irəli sürülən təqsirləndirilən şəxsin barəsində olan yüngülləşdirici hallara münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin hallar hökm çıxarılarkən məhkəmə tərəfindən hərtərəfli, obyektiv və tam şəkildə araşdırılmış, cəzanın fərdiləşdirilməsi zamanı nəzərə alınmışdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə və sosial vəziyyətini, əmələ münasibətini, habelə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərək CM-nin müvafiq maddəsinin sanksiyası çərçivəsində ədalətli cəza təyin etmişdir. Müdafiə tərəfinin göstərdiyi xüsusatlar yeni və ya əlavə hüquqi əhəmiyyət kəsb edən hallar olmadığından, onların yenidən təkrarlanması təyin olunmuş cəzanın yüngülləşdirilməsi üçün müstəqil əsas kimi çıxış edə bilməz. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Kollegiya hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulan məqsədlərin nail olunması ona birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməsi ilə mümkündür. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Apellyasiya şikayətinin dəlilləri ədalətli olan cəzanın daha da yüngülləşdirilməsinə əsas vermir. Bundan başqa, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin onun barəsində amnistiya aktının tətbiqi məsələsini müzakirə etməməsi ilə bağlı dəlilinə də münasibət bildirərək, həmin dəlili əsassız hesab edir. Belə ki, «“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 9-cu bəndinə əsasən bu Qərarın 1–3-cü hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş, həmçinin həmin tarixədək qüvvəyə minmiş məhkəmə qərarları əsasında cəza təyin edilmiş və ya şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti olaraq vaxtından əvvəl azad edilmiş, habelə bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiya aktı qəbul edildikdən sonra qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş şəxslər barəsində tətbiq edilir. Göründüyü kimi, ## ###### 2025-ci il tarixli amnistiya aktının tətbiqi dairəsi qanunverici tərəfindən konkret subyekt və zaman meyarları ilə məhdudlaşdırılmışdır. Belə ki, Qərarın 5.1-ci bəndi məhkəmələrin icraatında olan və amnistiya aktı qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri üzrə yalnız Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulmuş şəxslərə, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslərə münasibətdə tətbiq edilməsini nəzərdə tutur. Halbuki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməl qanunvericiliyə görə az ağır cinayətlər kateqoriyasına aiddir. Eyni zamanda, iş materiallarından təqsirləndirilən şəxsin amnistiya aktının 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər dairəsinə aid olması da görünmür. Digər tərəfdən, həmin Qərarın 9-cu bəndinin məzmunundan aydın olur ki, amnistiya aktının 1–3-cü hissələrinin tətbiqi yalnız amnistiya aktı qüvvəyə mindiyi günədək qüvvəyə minmiş hökmlər, yaxud həmin tarixədək çıxarılmış və sonradan qanuni qüvvəyə minmiş hökmlər əsasında məhkum olunmuş şəxslərə şamil edilir. Hazırkı iş üzrə isə birinci instansiya məhkəməsinin ittiham hökmü ## #### 2026-cı il tarixdə, yəni amnistiya aktının qüvvəyə minməsindən sonra çıxarılmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, göstərilən səbəblərə görə, məhkum edilmiş şəxs barəsində ## ###### 2025-ci il tarixli amnistiya aktının tətbiqi üçün qanuni əsaslar mövcud olmamışdır. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs barəsində amnistiya aktının tətbiqi məsələsinin müzakirə edilməməsi maddi və ya prosessual qanun pozuntusu kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilməsi və ya ləğv edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Odur ki, apellyasiya şikayətləri təmin olunmamalı, Füzuli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** nömrəli hökmü həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Pərviz Əhmədov Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar