Məhkəmə qərarları › İş №1(3-9)-156/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-156/2026

26.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-156/2026 26.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkili müdafiəçi1 iştirakları ilə. ##.##.1993-cü ildə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olmaqla və həmin ünvanda yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair İmişli Rayon Məhkəməsinin *(***)- **/**** saylı, ## ###### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, cinayət kollegiyası qərar verdi: İ.İŞİN HALLARI: Cinayət işinin faktiki hallarına əsasən, birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticəyə görə, Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, ## ######## 2024ci il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs tanışı Abdullayev İsmayıl Aqil oğlu ilə sonuncuya və şahid5 İsmayıl oğluna qanunsuz olaraq iki büküm psixotrop maddə olan metamfetamini 75 (yetmiş beş) manata satacağı barədə razılığa gələrək, “Whatsapp” mobil tətbiqi vasitəsilə İ.Abdullayevə göndərdiyi “xxxx” ASC-yə məxsus “5239 …. …. 6696” nömrəli plastik bank kartı hesabına ## ######## 2024-ci il tarixdə, saat 14:11-də İ.A.Abdullayevin “MPay” ödəmə terminalı vasitəsi ilə 50 (əlli) manat, həmin gün saat 14:26-da M.İ.Mənəfovun “PaşaPay” ödəmə terminalı vasitəsilə 25 (iyirmi beş) manat, ümumilikdə 75 (yetmiş beş) manat pul köçürməsinə əmin olduqdan sonra ## ######## 2024-cü il tarixdə, saat 15 radələrində İmişli şəhəri, X.Bəylərov küçəsində yerləşən “İmişli Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin arxa giriş qapısının qarşısında İ.A.Abdullayevlə görüşərək istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədilə qanunsuz olaraq əldə etdiyi, üzərində saxlamaqla daşıyıb gətirdiyi 1,316 qram çəkidə psixotrop maddə olan metamfetaminin bir ədəd polietilen kəsiyi bükümündə olan 0,453 qramını və bir ədəd polietilen kəsiyi bükümündə olan 0,451 qramını, ümumilikdə 0,904 qramını İ.A.Abdullayevə verərək qanunsuz olaraq satmış, ## ######## 2024cü il taixdə saat 21 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı o, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində saxlanılaraq İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra orada saat 22:04 radələrində üzərində aparılan şəxsi axtarış zamanı satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi, saxlayaraq daşıdığı psixotrop maddə olan mentamfetaminin bir ədəd polietilen kəsiyi bükümündə olan qalan 0,412 qramı əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür Məhkəmənin ittiham hökmünə əsasən (hakim: X1) Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ## ######## 2024-cü il tarixdən ## ###### 2024-cü tarixədək həbsdə olduğu 2 (iki) ay 25 (iyirmi beş) gün müddət ona təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində 03 (üç) il 03 (üç) ay 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkməsinin əvvəli ##.##.2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmış, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq cəza müddətində onun narkomaniyadan müalicə olunması üçün barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınması və maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələlər həll olunmuşdur. II.APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxsin şəxsin müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətində qeyd etmişdir ki, İmişli Rayon Məhkəməsi hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs Səlamət oğlu barəsində həmin hökmü çıxararkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxs İsmayıl Abdullayev ilə birlikdə narkotik vasitə qəbul etmək məqsədilə narkotik vasitə əldə etmiş, həmin narkotik vasitəni İmişli Rayon Mərkəzi Xəstəxanasının arxa giriş qapısında İsmayılın mühafizəçi kimi işlədiyi köşkdə qəbul edən zaman İmişli RPŞ-nin CABın əməliyyat müvəkkilləri Rəcəb Gülməmmədov və şahid3 onları saat 15 radələrində tutmuşlar.Bundan sonra polis əməkdaşları tərəfindən İsmayıl təlimatlandırılaraq videoçəkiliş aparılmış, videoçəkiliş aparılarkən o, orada olmuş, lakin polis əməkdaşları onun videoçəkilişə düşməməsini təmin etmişlər.Daha sonra İsmayıl ilə birlikdə onu da İmişli Rayon Polis Şöbəsinə gətirmişlər, şöbədə polis əməkdaşları tərəfindən döyülmüş və üzərində narkotik vasitə olması ilə bağlı ondan etirafedici ifadə alınmasına məcbur edilmişdir. Polis əməkdaşlarının təzyiqi altında onda 3 büküm narkotik vasitə olması onlardan ikisini İsmayıla verməsi barədə etirafedici ifadə verməyə məcbur olduğunu bildirmişdir. Lakin iş materiallarından verilmiş ittihamdan görünür ki, təqsirləndirilən şəxs ## ######## 2024-cü il tarixində İmişli RPŞ-nin əməkdaşları tərəfindən saat 21 radələrində İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində saxlanılmış və İmişli RPŞ-yə gətirilmişdir. Əməliyyat qrupunun üzvü şahid4 məhkəmə iclasında bildirmişdir ki, Təqsirləndirilən şəxs tutulduqdan dərhal sonra İmişli RPŞ-nin Təhqiqat bölməsinə təhvil verilmişdir. Çoxsaylı sübutlar da Təqsirləndirilən şəxs tutulması, tutulma yeri və ona verilmiş ittihamın saxtakarlığını bir daha sübut edir. Polis əməkdaşları tərəfindən İsmayıl Abdullayevdən narkotik vasitənin aşkar edilməsi anı ilə bağlı videoçəkiliş ilə əlaqədar bildirirəm ki, videoçəkilişə baxanda aydın şəkildə görünür ki, polis əməkdaşları tərəfindən həmin çəkiliş səhnələşdirilmişdir. Belə ki, 3 polis əməkdaşı guya İsmayılın üzərində narkotik vasitə olması barədə məlumat aldıqlarını bildirir, dərhal avtomobilə minib yaxınlıqda yerləşən xəstəxananın giriş qapısında İsmayıla yaxınlaşırlar. Nə hikmətdirsə üzərində narkotik vasitə olan və polis əməkdaşlarını görən İsmayıl heç verindən tərpənmir və polis əməkdaşlarını gözləyir. Yaxınlaşan polis əməkdaşı İsmayıldan narkotik vasitəni təqdim etməsini istəyir, təqdim etdikdə isə baş əməliyyat müvəkkili şahid4 metamfetanin olduğunu bildirir (burdan görünür ki, çəkilişdən əvvəl qeyri-rəsmi axtarış aparılıb və narkotik vasitənin metamfetamin olduğunu bildiyi üçün çəkiliş zamanı da metamfetamin olduğunu bildirir). Həmçinin çəkiliş zamanı İsmayıl iki dəfə əli ilə hasarın kənarını göstərərək narkotik vasitəni oradan tapdığını bildirmişdir. Lakin, buna baxmayaraq İsmayıl sonrakı izahatlarında bildirmişdir ki, narkotik vasitənin ona Dağıstanın satdığını bildirmişdir. Buradan da görünür ki, İsmayıl təzyiq altında ifadələrini Dağıstanın əleyhinə vermişdir. Bundan sonra, İsmayıl ilə birlikdə onu da İmişli Rayon Polis Şöbəsinə gətirmişlər, şöbədə polis əməkdaşları tərəfindən döyülmüş və üzərində narkotik vasitə olması ilə bağlı ondan etirafedici ifadə alınmasına məcbur edilmişdir. Təqsirləndirilən şəxs tutulması tam şəkildə saxtalaşdırılmış, hüquqları pozulmuşdur. Belə ki, Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırılması vaxtı müəyyən edilməmişdir. Belə ki, əgər Təqsirləndirilən şəxs Bəhrəmtəpə qəsəbəsində tutulsaydı onun oradan İmişli RPŞ-yə gətirilməsi təxminən 30 dəqiqə olacaqdır. İmişli şəhəri ilə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi arasında 20 km məsafə vardır. Qeyd edək ki, həmin yolu Bəhrəmtəpə qəsəbəsindən başlamaqla Şahverdili, Göbəktala, Məhəmmədli, Rəsullu və Yalavac kəndlərindən keçdikdən sonra İmişli şəhərinə gəlmək mümkündür. Həmin məsafəni də surət həddi nəzərə alınmaqla (50- 60 km/saat) ən tez halda 30 dəqiqəyə gəlmək mümkün ola bilərdir. Lakin məhkəmə tam absurd bir yanaşma ilə öz hökmündə göstərmişdir ki, müdafiəçinin çıxışında göstərdiyi kimi, Təqsirləndirilən şəxs mobil telefonunun həmin gün saat 15 radələrindən etibarən söndürülməsi onun məhz həmin vaxt tutulduğunu sübut etmir (başqa sübut nə olmalı idi?). Məhkəmə iclasında “Azercell” və “xxxx” MMC-yə tərəfindən məhkəmə qərarının icrası ilə bağlı göndərilmiş “DVD-R” diskdə olan fayllara baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, əməliyyat müvəkkilləri şahid3 məxsus, şahid4 məxsus mobil nömrələrin anten məlumatları tədqiq edilmişdir. Hökmdə həmçinin əsassız olaraq qeyd olunur ki, əməliyyat müvəkkilləri şahid3 məxsus 077- 524-90-40, 070-524-90-40, ***-***-**-** nömrəli mobil telefonların əhatə dairəsinin, eləcə də şahid4 ***-***-**-** nömrəli mobil telefonunun əhatə dairəsinin yalnız İmişli şəhərində olması onların Bəhrəmtəpə qəsəbəsində olmamasını sübut etmir. Maraqlıdır bəs onların Bəhrəmtəpə qəsəbəsində olmasını və həmin faktı sübut kimi məhkəmə hansı sübutlara əsasən qəbul etmişdir. Qeyd edilən mülahizələr başqa sübutlarla da öz təsdiqini tapmamışdır. Əməliyyat müvəkkiləri şahid3 və şahid4 mobil nömrələri isə gün ərzində dəfələrlə İmişli şəhəri ərazisində anten dairəsinə düşmüşdür. Əgər onlar Bəhrəmtəpə qəsəbəsi istiqamətində hərəkət etmiş olsalardı heç olmasa bir dəfə qeyd etdiyimiz və bir-birindən müəyyən məsafələrdə yerləşən Şahverdili, Göbəktala, Məhəmmədli, Rəsullu və Yalavac kəndlərinin əhatə dairəsinə düşərdilər. Göründüyü kimi məhkəmə şəxsi mülahizələri əsasında bu sübutdan təqsirləndirilən şəxsin əleyhinə istifadə etmişdir və bununla da aşkar qanun pozuntusuna yol vermişdir. Təqsirləndirilən şəxs polisin sərəncamında olmasından 7 saat vaxt keçdikdən sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saat 14:30-15:00 radələrində saxlanılması, özünün ifadəsi və işdə olan antenn məlumatlarına, həmçinin İsmayıl Abdullayevin tutulma vaxtına əsasən tam təsdiqlənir. Təqsirləndirilən şəxs Səlamət oğlu barəsində Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarına əsasən Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə verilməli idi. Lakin, tutulması vaxtı, tutulma yeri, şəxsi axtarış və götürmə protokolu zamanı videoçəkiliş prosesi tam saxtalaşdırıldığından üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin aşkar olunması tutulduğu andan 7 saatdan çox vaxt keçdikdən sonra aşkar edildiyindən AR CM-nin 234.1-ci maddəsi ilə də ittiham əsassız və qanunsuzdur. Buna görə də, Təqsirləndirilən şəxs barəsində təqsirsiz olduğuna görə bəraət hökmü çıxarılmalıdır. Qeyd olunanlara əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsindəki İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı ittiham hökmünü qanunsuz və əsassız olduğundan ləğv edərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə toplanmış sübutların onun təqsirsizliyini təsdiq etməsi əsası ilə şəxsin barəsində bəraət hökmü çıxarılması xahiş olunur. III.PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, əməlin düzgün tövsif olunduğunu, təqsirlilik sübuta yetirilmişdir, odur ki, İmişli Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, əməlin CM-in 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişlər. IV. HÜQUQİ MƏSƏLƏLƏR: Аzərbаycаn Respublikаsının CPM-in 397.1-ci mаddəsinə əsasən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və bu Məcəllənin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. Həmin Məcəllənin 397.2-ci mаddəsinə əsasən birinci instаnsiyа məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən yаlnız аpellyаsiyа şikаyətinin və yа аpellyаsiyа prоtestinin hüdudlаrındа yоxlаnılır. Birinci instаnsiyа məhkəməsi tərəfindən cinаyət qаnununа və bu Məcəllənin nоrmаlаrınа riаyət edilməsi аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən аpellyаsiyа şikаyətinin və аpellyаsiyа prоtestinin dəlillərindən аsılı оlmаyаrаq yоxlаnılır. Apellyasiya şikayətində məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması iddia edilərək, Cinayət-Prosessual Məcəlləsinin 399.1.2. və 401-ci maddələrində nəzərdə tutulmuş prosessual tələblərə əsasən hökmün ləğv olunması qeyd olunmuşdur. Apellyasiya apellyasiya şikayətinin ümumi dəyərləndirilməsinə görə, məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun olmaması mübahisələndirildiyi üçün, məhkəmə kollegiyası hər bir apellyasiya dəlili üzrə ayrı-ayrılıqda araşdırma aparmağı zəruri hesab edir. Bununla əlaqədar olaraq əvvəlcə ibtidai araşdırma orqanın topladığı sübutlar, sonra müdafiə tərəfinin sübutları yoxlanılmalı və qiymətləndirilməli, daha sonra apellyasiya baxışının nəticələrinə uyğun hüquqi qiymət verilməlidir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqında olan ifadələrinin qısa məzmunu ondan ibarətdir ki, onun narkotik vasitəni satmaq niyyəti olmamışdır. İsmayıl Abdullayev ilə əvvəllər də bir yerdə narkotik vasitə qəbul etmişlər. Sonuncu dəfə İsmayılın xahişi ilə ona narkotik vasitə təşkil etmiş, həmin narkotik maddəni bir yerdə istifadə edəcəklərmiş. Təqsirləndirilən şəxs apellyasiya baxışında eyni məzmunda çıxış etmiş, bərəat tələb etmədiyini, özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bildiyini, odur ki, əməlinin həmin maddəyə tövsif olunmasını xahiş etmişdir. Cinayət işi üzrə toplanmış sübutlardan və işin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Abdullayev İsmayıl Aqil oğluna 50 manat, şahid5 İsmayıl oğluna 25 manat dəyərində psixotrop maddə olan metamfetamin əldə edib verməsi mübahisəli hal deyil. Müdafiə tərəfinin mövqeyinə görə, Təqsirləndirilən şəxs digər şəxlsərin xahişi ilə satış məqsədi olmadan onlara həmin psixotrop maddəni təşkil etmiş, bu səbəblə də onun əməli satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, daşıma kimi qiymətləndirilməlidir. Kollegiya müdafiə tərəfinin qeyd olunan iddiasını işin faktiki halları ilə, Təqsirləndirilən şəxs şəxsiyyəti, İsmayıl Abdullayevlə razılaşmalarına əsasən etmiş olduğu hərəkətlərlə qarşılılıqlı təhlil etmiş və bu nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-in 234.2ci maddəsinə tövsif edilmişdir. Belə ki, İsmayıl Abdullayevin və şahid5 ibtidai istintaqda vermiş olduğu ifadələrinin təhlili onu göstərir ki, onlar Təqsirləndirilən şəxs məhz narkotik vasitələri təşkil edib satışı ilə məşğul olan şəxs kimi tanımışlar. İsmayıl Abdullayev məhkəmə istintaqında vermiş olduğu ifadəsində ondan aşkar olunmuş metamfetamin psixotrop maddəsini Təqsirləndirilən şəxsla birlikdə istifadə edəcəklərini bildirsə də, nə ibtidai istintaq zamanı, nə də özü barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət işinə baxılarkən həmin psixotrop maddəni sonradan birlikdə istifadə edəcəkləri barədə razılaşmaları haqqında heç bir ifadə verməmiş, ona verilən həmin maddələrdən bir bükümünü şahid5 ilə birlikdə istifadə edəcəklərini bildirmişdir. Odur ki, İsmayıl Abdullayevin hazırkı ifadəsinin həmin hissəsi Təqsirləndirilən şəxs müdafiə etmək xarakterində qiymətləndirilməli və sübut kimi qəbul edilməməlidir. Bundan başqa cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs qohumu şahid2 ilə “Whatsapp” proqramı vasitəsi ilə yazışmaları müəyyən edilmişdir. Həmin yazışmaların məzmunundan aşkar məlum olur ki, onlar narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi, çəkisi və satış qiyməti ilə bağlı danışıqlar aparmışlar, hətta mübahisəli vəziyyətdə olmuşlar. (cild 1, səhifə 158) Qeyd olunan “Whatsapp” proqramı vasitəsi ilə olan yazışmaların məzmunu, şahidlər İsmayıl Abdullayevin və şahid5 ifadələri tam əsas verir ki, Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, yəni satışını təşkil edən şəxs kimi tanınmışdır. O, İsmayıl Abdullayev və şahid5 göndərmiş olduğu puldan qazanc götürmədiyini bildirsə də, 75 manat məbləğə 3 büküm psixotrop maddə əldə edib, bir bükümünü özü üçün götürmək marağının olması, digər şəxslərə narkotik və ya psixotrop maddə tapmaq üçün başqa şəxslərlə əlaqəyə girməsi, sövdələşmələr aparması, pul köçürmələrini təşkil etməsi, psixotrop maddəni əldə etdiyi adamın şəxsiyyətini gizlətməsi kimi hallar bu qənaətə əsas verir ki, Təqsirləndirilən şəxs əməli məhz qanunsuz olaraq psixotrop maddəni satma kimi qiymətləndirilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun ## #### 2024-cü il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməli haqqında belə qeyd olunmuşdur ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il ## #### tarixli ***-IIQ nömrəli Qanununun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs İsmayıl Abdullayev üçün əldə etdiyi psixotrop maddədən sonradan özünün də istehlak etmək məqsədinin olması sübuta yetmir. Ona görə də, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il ## #### tarixli ***-IIQ nömrəli Qanununun 1.0.11-ci maddəsinin izahına əsasən, İsmayıl Abdullayev və şahid5 köçürmüş olduğu 75 manat pul müqabilində əldə olunan psixotrop maddədən Təqsirləndirilən şəxs 1 büküm özü üçün pulsuz əldə etməsi, mənfəət əldə etmə kimi, başqa sözlə məhz həmin maraq psixotrop maddənin yayılmasına yönələn və qanunsuz əməl törətməyə sövq edən hal olaraq qiymətləndirilməlidir. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərinin hüquqi qiymətləndrilməsi ilə bağlı qeyd olunanlara əsasən hesab edir ki, şikayət əsassız hesab olunmalıdır. Məhkəmə kollegiyası CPM-in 397.2.-ci maddəsinin tələbinə uyğun olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun maddi və prosessual normalarına riayət edilməsini yoxlayaraq, təqsirləndirilən şəxslərə təyin edilmiş cəzaya münasibətdə qeyd edir ki, cinayət törətmiş şəxslər haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Beləliklə kollegiyanın hüquqi təhlilinə əsasən, müdafiə tərəfinin qeyd etdikləri işin faktiki hallarına uyğun deyil, digər sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur, toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmış, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmişdir. Bununla da cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət təqibi üzrə toplanmış sübutlar kifayətdir ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Yekun olaraq, məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi qiymətləndirilərək birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsin əməli düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, müraciətin dəlilləri və hüdudu üzrə apellyasiya baxının nəticəsinə görə birinci instansiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 401-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməmişdir. Cinayət Prosessual Məcəlləsinin 398.1. və 398.1.1-ci maddələrinə uyğun olaraq, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin halları cinayət qanunvericiliyinin məqsədinə uyğun, tətbiqini mümkün hesab etmir. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, Təqsirləndirilən şəxs Salamat oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə İmişli Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397- 399, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxsin şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair İmişli Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar