Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-157/2026 06.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – X1 və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı2, müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair İmişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İmişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü (hakim: Mahmud Orxan Əlövsət oğlunun sədrliyi) ilə, ##.##.1962-ci il tarixdə Ağsu rayonu, Gəgəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, Ağsu şəhəri, C.Şərifov küçəsində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs # ###### 2025-ci il tarixdən # ###### 2025-ci il tarixədək tutulduğu 2 (iki) gün və ## ######## 2025-ci il tarixdən ## ######## 2025-ci il tarixədək tutulduğu 1 (bir) gün, ümumilikdə 3 (üç) gün müddət ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılması və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ## ###### 2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi, onun məhkəmə iclas zalından həbs edilməsi və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, mülki iddia ərizələrinin təmin edilməsi və Təqsirləndirilən şəxs maddi ziyana görə 742 (yeddi yüz qırx iki) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul vəsaiti tutularaq zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2, maddi ziyana görə 1800 (bir min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat pul vəsaiti tutularaq zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 hüquqi varisi X2 və maddi ziyana görə 2550 (iki min beş yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48 (qırx səkkiz) manat pul vəsaiti zərərçəkmiş şəxs1 ödənilməsi barədə yekun qərar qəbul edilmiş, iş üzrə məhkəmə məsrəfi məsələsi həll edilmişdir. İŞİN HALLARI: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə zərərçəkmiş şəxs2 əmək pensiyası təyin etdirəcəyi vədini verib aldatmaqla, zərərçəkmiş şəxs2 ona olan inam və etibarından sui-istifadə edib, sonuncunun ## ###### 2024-cü il tarixdə saat 16:39-da «xxxx» ASC-nin 4169 7388 0469 **** nömrəli kart hesabından «Bir Bank» mobil proqramı vasitəsilə ona məxsus «xxxx» ASC-nin 5522 0993 1330 **** nömrəli kart hesabına köçürdüyü 500 manat pulu, ## ###### 2024-cü il tarixdə saat 12:42-də «xxxx» ASC-nin 4169 7388 0469 **** nömrəli kart hesabından «Bir Bank» mobil proqramı vasitəsilə ona məxsus «xxxx» ASC-nin 5522 0993 1330 8066 nömrəli kart hesabına köçürdüyü 100 manat pulu, ## ####### 2024-cü il tarixdə 12:28də «xxxx» ASC-nin 4169 7388 0469 **** nömrəli kart hesabından «Bir Bank» mobil proqramı vasitəsilə ona məxsus «xxxx» ASC- nin 5522 0993 1330 **** nömrəli kart hesabına köçürdüyü 100 manat pulu, ## ###### 2024-cü il tarixdə saat 17:35-də «xxxx» ASC-nin 4169 7388 0469 **** nömrəli kart hesabından «Bir Bank» mobil proqramı vasitəsilə ona məxsus «xxxx» ASC-nin 5522 0993 1330 **** nömrəli kart hesabına köçürdüyü 32 manat pulu, 2024-cü ilin dekabr ayının sonlarında istintaqa dəqiq məlum olmayan gündə, Ağsu şəhəri Ü.Hacıbəyov küçəsində 10 manat məbləğində nağd pulu, ümumilikdə zərərçəkmiş zərərçəkmiş şəxs2 məxsus 742 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə zərərçəkmiş şəxs3 əlilliyə görə pensiya təyin etdirəcəyi vədini verib aldatmaqla, zərərçəkmiş şəxs3 ona olan inam və etibarından sui-istifadə edib, zərərçəkmiş şəxs3 ## ######## 2024-cü il tarixdə saat 17:34-də sonuncunun gəlini X3 aid «xxxx» ASC-nin 4169 7388 1288 **** nömrəli kart hesabından «Bir Bank» mobil proqramı vasitəsilə ona məxsus «xxxx» ASC-nin 5522 0993 1330 **** nömrəli kart hesabına köçürdüyü 1500 manat pulu, 2024-cü ilin sentyabr ayının sonlarında istintaqa dəqiq məlum olmayan gündə, Şamaxı şəhərində zərərçəkmiş şəxs3la görüşərək 1000 manat məbləğində nağd pulu, ## ###### 2024-cü il tarixdə saat 16:11-də zərərçəkmiş şəxs3 oğlu X2 aid «xxxx» ASC-nin 4169 7388 6931 **** nömrəli kart hesabından «Bir Bank» mobil proqramı vasitəsilə ona məxsus «xxxx» ASC-nin 5522 0993 1330 **** nömrəli kart hesabına köçürülmüş 100 manat pulu, ümumilikdə zərərçəkmiş zərərçəkmiş şəxs3 məxsus 2.600 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü zərərçəkmiş şəxs1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi kimi təqdim edərək sonuncunun oğlu X5 əlilliyə görə pensiya təyin etdirəcəyi vədini verib aldatmaqla, zərərçəkmiş şəxs1 ona olan inam və etibarından suiistifadə edib sonuncunun ## #### 2025-ci il tarixdə Kürdəmir şəhərində 200 manat məbləğində nağd pulunu, ##.##.2025-ci il tarixdə saat 13:04-də İmişli şəhəri H.Əliyev prospektində quraşdırılmış “Milli Ön” elektron ödəmə sistemi vasitəsilə ona məxsus «xxxx» ASC-nin 5522 0993 1330 **** nömrəli kart hesabına köçürüdüyü 1500 manat pulu, ##.##.2025-ci il tarixdə saat 20:21-də İmişli rayonu ərazisində yerləşən Elvin Market adlı mağazada quraşdırılmış elektron ödəmə sistemi vasitəsilə ona məxsus «xxxx» ASC-nin 5522 0993 1330 **** nömrəli kart hesabına köçürdüyü 100 manat pulu, ##.##.2025-ci il tarixdə saat 20:24-də İmişli rayonu ərazisində yerləşən Elvin Market adlı mağazada quraşdırılmış elektron ödəmə sistemi vasitəsilə ona məxsus «xxxx» ASC-nin 5522 0993 1330 **** nömrəli kart hesabına köçürdüyü 400 manat pulu, ##.##.2025-ci il tarixdə İmişli şəhəri H.Əliyev prospektində quraşdırılmış “Milli Ön” elektron ödəmə sistemi vasitəsilə ona məxsus «xxxx» ASC-nin 5522 0993 1330 **** nömrəli kart hesabına köçürdüyü 150 manat pulu, ##.##.2025-ci il tarixdə zərərçəkmiş şəxs1 həmkəndlisi şahid1 tərəfindən İmişli rayonu ərazisində yerləşən Elvin Market adlı mağazada quraşdırılmış elektron ödəmə sistemi vasitəsilə ona məxsus «xxxx» ASC-nin 5522 0993 1330 **** nömrəli kart hesabına köçürülmüş 200 manat pulu, ümumilikdə zərərçəkmiş zərərçəkmiş şəxs1 məxsus 2.550 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib təkrar dələduzluq etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək bildirmişdir ki, İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünə etiraz edir. . PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya instansiyası məhkəməsində: Dövlət itihamçısı dövlət ittihamçısı2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, məhkum olunmuş şəxs Xəyal Mustafayevin əməlinin Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunduğunu, ona bəraət verilməsi, cinayət işinə xitam verilməsi və ya cəzasının dəyişdirilməsi üçün əsasların olmadığını, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməllərinin ictimai təhlükəli xarakteri və dərəcəsi nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu bildirərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Zərəçəkmiş şəxs zərərçəkmiş şəxs1 bildirdi ki, Təqsirləndirilən şəxs ona 2.550 manat ona ziyan vurub. Vurulmuş ziyandan ödəniş olunmayıb. Şikayətçi olduğundan birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməməsini xahiş edir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək qeyd etdi ki, məhkum edilmiş şəxs əməlindən peşmandır həmçinin əməlini etiraf edir. Bu peşmançılıq dəymiş ziyanın ödənilməsində də öz əksini tapır. Həmçinin ailənin yeganə qazanc gətirən üzvüdür. Odur ki, cəzanın yüngülləşdirilməsini xahiş edir. Məhkum edilmiş şəxs tərəfindən X7 vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, təyin edilmiş məhkəmə iclası onun iştirakı olmadan keçirilsin. Belə ki, o ali təhsillidir. 33 il dövlət qulluçusu olmuşdur. 4 ildən artıqdır ki, işlə təmin olunmamışdır. Tanıdığı vətəndaşlara kömək məqsədi ilə həmişə yaxınlıq etmişdir. 33 il dövlət qulluqçusu işlədiyi vaxtda heç bir şikayətçi olmayıb. Nədə dövlət əmlakına heç bir ziyan vurmamışdır. İşdən qərəzli halda çıxarılmış, 4 ildən çoxdur ki, işsizlikldən əziyyət çəkir. Bir sözlə ona verilən hökmlə razı deyildir. Başqa yüngül cəza olduğu halda nəzərə alınmayıb. Demək olar ki, tək qalmışdır. Həyat yoldaşını çoxdan itirmişdir. 3 övladını tək böyütmüşdür. Heç bir yardım və məvacib almır. Odur ki, cəzanın yüngülləşdirilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə məlumat verilmiş digər zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə qabaqcadan məlumat verməmişlər. Məhkəmə kollegiyası məhkəmə iclasının digər zərərçəkmiş şəxslərin iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarında əməlin hüquqi tövsifi mübahisələndirilməsə də, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməllərinin Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunub-olunmamasına, həmin maddələrlə bəraət verilməsi üçün əsasların olubolmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi etirafedici ifadəsi, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs3 hüquqi varisi X2 və zərərçəkmiş şəxs1 ifadələri, şahidlər şahid2 və şahid1 ifadələri və işdə olan istintaq və məhkəmə hərəkətlərinə dair digər sənədlərlə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddələrlə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; hakim qanunu və vicdanını rəhbər tutaraq, sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən yuxarıda sadalanan sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrar geniş təsvir etməyə zərurət görmür. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və məhkum edilmiş şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsnın barəsində Ağsu Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə CM-in 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli Qərarının: 3-cü bəndinin 2-ci hissəsində qeyd edilir ki, etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. 5-ci bəndində qeyd olunur ki, məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Cinayət işinin materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs dələduzluq edərək müxtəlif zərərçəkmiş şəxsləri əmək və əlillik pensiyasının təyin olunması və digər sosial məsələlərin həll ediləcəyi barədə yalan vədlərlə aldatmış, onların etibarından sui-istifadə etməklə müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirmişdir. Belə ki, zərərçəkmiş zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsin vədlərinə inanaraq ümumilikdə 742 manat pul vermiş, həmin məbləği müxtəlif vaxtlarda hissə-hissə köçürmüşdür. Təqsirləndirilən şəxs bu vəsaiti pensiya işinin həll olunacağı adı ilə alsa da, heç bir real icra hərəkəti etməmiş və pulu qaytarmamışdır. Bundan əlavə, zərərçəkmiş zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxsin eyni xarakterli yalan vədlərinə inanaraq ümumilikdə 2600 manat pul vermişdir. Həmin məbləğdən təqsirləndirilən şəxs sonradan 800 manat qaytarmış, lakin 1800 manat hissəni qaytarmaqdan imtina etmişdir. Eyni qaydada zərərçəkmiş zərərçəkmiş şəxs1 övladına əlillik pensiyası təyin ediləcəyi vədi ilə aldadılaraq ümumilikdə 2550 manat pul vermişdir. Təqsirləndirilən şəxs bu məbləği müxtəlif vaxtlarda hissə-hissə almış, lakin verdiyi vədlərə əməl etməmiş və pul vəsaitini qaytarmamışdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin sosial təminatla bağlı həssas vəziyyətindən istifadə edərək əvvəlcədən real icra niyyəti olmadan onların etibarını qazanmış, müxtəlif bəhanələrlə onlardan pul almış və əldə etdiyi vəsaiti şəxsi maraqlarına sərf etmişdir. O, zərərçəkmişlərə göstərdiyi vədləri yerinə yetirməmiş, aldığı vəsaitləri geri qaytarmamışdır. Beləliklə, təqsirləndirilən şəxsin hərəkətləri özgənin əmlakını aldatma yolu ilə ələ keçirməklə dələduzluq cinayətinin tərkibini yaratmışdır. Odur ki, məhkəmə kollegiyası belə hesab edir ki, ibtidai istintaq orqanı və bu mövqe ilə razılaşan birinci instansiya məhkəməsi hаqlı оlаrаq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci mаddəsi ilə nəzərdə tutulmuş cinаyət əməllərini törətməsi bаrədə işin fаktiki hаllаrınа uyğun оlаn qаnuni və əsаslı nəticəyə gəlmiş və düzgün оlаrаq onun əməllərini CM-in 178.2.2-ci maddəsi ilə tövsif еtmişdir. Apellyasiya şikayətinin məzmunundan dəqiq müəyyən olunmasa da təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəza məsələsini də araşdırıb qeyd etmək istəyir ki, iş materiallarında Təqsirləndirilən şəxs həbslə bağlı olmayan alternativ cəza təyin olunması və yaxud barəsində CM-in 62 və ya 70ci maddələrinin tətbiq olunması üçün əsas yaradan hallar yoxdur və birinci instansiya məhkəməsi ona cəza təyin edərkən törədilmiş əməllərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdiriən halları və şəxsiyyətini nəzərə almaqla ədalətli cəza təyin etmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkum edildiyi CM-in 178.2.2-ci maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona 2 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəuyğun hesab etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası ilə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasını ən aşağı həddə təyin etmişdir. Apellyasiya məhkəməsində müəyyən edildi ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 vurulmuş 2.600 manat maddi ziyandan cəmi 800 manat ödəsə də zərərçəkmiş şəxs ziyanın tam ödənilməsi istəyərək ondan şikayətçi olduğunu, həmçinin birinci instansiya məhkəməsi zamanı digər zərərçəkmiş şəxslər onlara dəymiş ziyanın ödənilmədiyini və şikayətçi olduğunu bildirmişlər. Həmçinin apellyasiya məhkəməsi dövründə təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyan ilə bağlı ödənişin edilməsinə dair birinci instansiya və apellyasiya məhkəməsi dövründə hər hansı bank və digər ödəniş qəbzləri təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qənaətə gələrkən, törədilmiş cinayətin хaraktеrini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini kifayət qədər nəzərə almış və məhkum olunmuş şəxsin cəmiyyətdən təcrid еdilmədən islаh оlunmаsının mümkün olub-olmaması, təyin olunmuş cəzanın çəkilməli olub-olmadığı məsələlərini müzakirə edərək cəzаnın məqsədinə, cəzа təyin еtmənin ümumi əsаslаrınа, iş materialları ilə müəyyən olunmuş faktiki və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara uyğun qərar qəbul etmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, eyni xarakterli bir neçə cinayət əməli törətməklə vurulmuş ziyanın daha çox hissəsini (5.892 manat vurulmuş ziyandan cəmi 800 manat ödənilib) ödəmədiyindən zərərçəkmiş şəxslər şikayətçi olduqlarına görə hazırkı halda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzanın təyin edilməsi cəza təyinetmənin ümumi məqsədlərinə nail olmaq üçün sonuncuya münasibətdə kifayət etməməklə yanaşı təqsirləndirilən şəxsdə törətmiş olduğu ictimai təhlükəli əməllərə laqeydlik hissinin formalaşmasına səbəb ola bilər. Belə ki, cəzanın başlıca məqsədlərindən olan sosial ədalətin bərpası cəzanın törədilən cinayətə uyğun olması ilə təsdiqini tapır. Sosial ədalətin bərpası isə o deməkdir ki, dəymiş zərərin müxtəlif növləri kompensasiya olunur, zərər ödənilir. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: - dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; - cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər CM-in 178.2.2 və 178.2.3-cü maddəsi ilə təqsirləndirilmiş, lakin sonradan cinayət məsuliyyətindən azad edilərək barəsində işə xitam verilmişdir. Buna baxmayaraq həmin şəxsin yenidən eyni xarakterli əməlləri törətməsi onun davranış modelinin təsadüfi deyil, davamlı və təkrar xarakter daşıdığını göstərir. Bu hal şəxsin islah olunmadığını, hüquq qaydasına uyğun davranış formalaşdırmadığını və tətbiq edilmiş əvvəlki hüquqi təsirin məqsədinə nail olunmadığını təsdiq edir. Belə olan halda həmin şəxsin ictimai təhlükəlilik dərəcəsinin aşağı qiymətləndirilməsi faktiki hallarla uyğunluq təşkil etmir. Çünki qeyd olunan cinayət üzrə yenidən cinayət törədilməsi cəmiyyət üçün riskin davam etdiyini və preventiv tədbirlərin gücləndirilməsinə ehtiyac olduğunu göstərir. Bu baxımdan ona yüngül cəzanın tətbiqi nə cinayət qanunvericiliyinin məqsədləri ilə, nə də cəzanın islah və xüsusi xəbərdarlıq funksiyası ilə uzlaşır. Belə ki, Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsina və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və həmin əmələ görə yüngül cəza tətbiq edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apelyasiya şikayəti təmin olunmamalı, İmişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü isə həmin apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. AR Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Odur ki, məhkəmə kоllеgiyаsı qeyd olunanlara əsasən və CPM-in 397 398.1.4, 399.1.5, 404, 407, 410 və 412-ci mаddələrini rəhbər tutаrаq, QƏRARA ALDI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsin. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar ona verildiyi) gündən Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-157/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-157/2026
06.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver