Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-158/2026 07.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 (sədrlik edən), Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə Idarənin Apellyasiya instansiyası məhkəmələrində X4 şöbəsinin prokuroru X1, məhkum olunmuş şəxs təqsirləndirilən şəxs6 və onun müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi3 iştirakı ilə, M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü ilə (sədrlik edən hakim Səlim Allahverdiyev) ##.##.1968-ci ildə Sabirabad rayonu, Qəzli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan təqsirləndirilən şəxs6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs6 ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək həbsdə saxlanmasının bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılması və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, təyin edilmiş cəza müddəti ərzində təqsirləndirilən şəxs6 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması, təqsirləndirilən şəxs6 cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, təqsirləndirilən şəxs6 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hökmdən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs6 tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə baxışı zamanı məhkum edilmiş şəxs təqsirləndirilən şəxs6 ərizə ilə müraciət edərək apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 396-cı maddəsinə əsasən «Apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır». Məhkəmə kollegiyası apellyasiya müraciətindən imtina haqqında məhkum edilmiş şəxsun ərizəsini nəzərə alıb, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq, apellyasiya şikayətinin baxılmasına xitam verilməsini mümkün hesab edir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 390, 396, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmündən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs6 tərəfindən verilmiş apellyasiya şikayətinin baxılmasına xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər
Məhkəmə qərarları › İş №1(3-9)-158/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-158/2026
07.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver