Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-161/2026 12.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi, fərdi fəaliyyət göstərən vəkil müdafiəçi1 iştirakları ilə. ##.##.1992-ci ildə Masallı rayonu, Qodman kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib 10 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2017-ci il tarxli qərarı ilə cəzası 09 il 06 ay müddətək azaldılmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Masallı rayonu Qodman kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, ##.##.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində Masallı rayon məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Masallı rayon məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası qərar verdi. İ.İŞİN HALLARI: Cinayət işinin faktiki hallarına əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs tamah niyyətilə özgə əmlakını gizli yolla talayıb ələ keçirmək məqsədilə ##.##.2025-ci II tarixdə saat 18 radələrində həmkəndlisi İmaməliyev İsmiəli Oruc oğluna məxsus Masallı rayonu Qodman kəndində yerləşən fərdi yaşayış evinə pəncərənin açılması üsulu ilə qanunsuz daxil olaraq həmin evin yataq otağındakı dolabın birinci gözlüyündən 1000 manat pul və dəyəri 300 manat olan bir ədəd paslanmaz poladdan hazırlanmış Türkiyə istehsallı, qızılı rənglə örtüklənmiş, “Daniel Klein" markalı saatı gizli yolla talayıb oğurlamaqla, zərərçəkmiş şəxs İsmiəli İmaməliyevə ümumilikdə 1300 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyətilə özgə əmlakını gizli yolla talayıb ələ keçirmək məqsədilə ##.##.2025-ci il tarixdə saat 16 radələrində həmkəndlisi zərərçəkmiş şəxs2 məxsus Masallı rayonu Qodman kəndində yerləşən fərdi yaşayış evinə pəncərənin açılması üsulu ilə qanunsuz daxil olaraq həmin evin yataq otağındaki şakfın önündə olan fincandan bir ədəd dəyəri 570 manat təşkil edən 583 əyarlı 4,17 qram çəkisi olan sadə qaşlı qızıl üzüyü, bir ədəd dəyəri 200 manat təşkil edən 583 əyarlı 1,46 qram çəkisi olan qızıl alyansı, bir ədəd dəyəri 150 manat təşkil edən 583 əyarlı 1,10 qram çəkisi olan qızıl kulonu, dəyəri 150 manat olan bir cüt 583 əyarlı firuzə qaşlı qızıl sırğanı, həmçinin həmin otaqdakı sandıqdan ümumi çəkisi 10 qram dəyəri 1900 manat olan 10 ədəd qızıldan hazırlanmış diş protezini və 26 manat nağd pulu gizli yolla talayıb oğurlamaqla, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ümumilikdə 2996 manat maddi ziyan vurmuşdur. Məhkəmənin ittiham hökmünə əsasən (hakim: X2) Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəlləri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli ## ####### 2025-ci il tarixdən hesablanmış, maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələlər həll olunmuşdur. II.APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Salyan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmündən narazıdır. Barəsində qanuni qərar çıxarılması xahiş olunur. III.PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin edildiyini qeyd etməklə, Masallı rayon məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək, maddi ziyanın bir qismini ödədiyini, əməlindən peşiman olduğunu nəzərə alaraq cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi müdafiəçi1 çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, təqsirləndirilən şəxsin əməlindən peşiman olmasını, himayəsində yaşlı ana və atasını olduğunu, ailəsinin maddi vəziyyətini nəzərə alaraq Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün dəyişdirilməsini və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. IV.HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Təqsirləndiirlən şəxs apellyasiya şikayətində təyin olunmuş cəzanın ağırlığını ifadə etməklə, CPM-in 404-cü maddəsinin tələblərinin pozulmasını iddia etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif etmişdir. Apellyasiya şikayətinin məzmunundan və müdafiə tərəfinin çıxışından görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər mübahisələndirilməmiş və buna görə də məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə zərurət görmür. İş materiallarında olan Masallı RİH Başçısının Qodman kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Qodman kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib 10 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2017-ci il tarxli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib 09 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ##.##.2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar müəyyən etməmiş, lakin onun törətdiyi cinayət əməlini qismən etiraf etməsini, əməlindən səmimi peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Bundan başqa Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməməsinə görə, cinayətin residivi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ağır olmasına dair apellyasiya şikayətində göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibət bildirərək məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Təyin olunmuş cəzanın növü və həddini şikayətin dəlillərinə uyğun müzakirə edərək məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti verildikdən sonra, ötən müddət ərzində dəymiş maddi ziyanın tam və ya qismən ödənilməsi barədə təqsirləndirilən şəxs heç bir cəhd göstərməmişdir. Bundan başqa şəxsiyyəti, hazırkı oğurluq cinayətinin törədilmə üsulu, şəraiti, əvvəlki məhkumluğu ödənilmədən, yenidən qəsdən cinayət əməli törətməsi əsas verir ki, Təqsirləndirilən şəxs cəmiyyət üçün ictimai təhlükəli şəxsdir. Ona yalnız azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Belə ki, onun əvvəlki məhkumluğu ağır cinayət əməlinə görə olmuş, 9 il 6 ay azadlıqdan məhrum yaşasa da, islah olunmamış, özünün cinayətkar xüsusiyyətlərini tərk etməmişdir. Odur ki, törətmiş olduğu əməlin ictimai təhlükəlilik dərəcəsinə, maddi ziyanın tam ödənilməməsinə, islah olunmamasına görə, seçilmiş edilmiş cəza növü və həddi qanunun məqsəd və prinsiplərinə tam uyğun hesab olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Masallı rayon məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397- 399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Masallı rayon məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-161/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-161/2026
12.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver