Məhkəmə qərarları › İş №1(3-9)-162/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-162/2026

18.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-162/2026 18.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), X3 və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi – Masallı Rayon Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü (hakim Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi) ilə ##.##.1981-ci ildə Masallı rayonu Qızılavar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinib 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli qərarı ilə cəzası 05 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Masallı Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 01 ay 14 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, ##.##.2023cü il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış, Masallı Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 76, 67 və 69.3cü maddəsi ilə təqsirli bilinib, 01 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 07 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, ##.##.2025-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş və qanunvericiliklə nəzərdə tutulmuş qaydada götürülməmiş, Masallı rayonu Qızılavar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəza çəkməsinin əvvəlinin ## ####### 2025-ci il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində polinarkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji kabinetində qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARI Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan bir ədəd bükülüdə xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, ## ####### 2025-ci il tarixdə, saat 01:54-də Masallı RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri və psixortop maddələri əldə edib üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğundan Masallı rayonu Qızılavar kəndi ərazisində saxlanılmış, həmin yerdə üstü yoxlanılan zamanı əynində olan gödəkçənin sol iç hissəsindən bir ədəd mavi rəngli sellofana bükülmüş təmiz çəkisi 117,098 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs istintaq və birinci instansiya məhkəməsində izahatında özünü təqsirli bilsə də, hazırda özünü təqsirli bilmədiyini və ona qarşı olan təzyiqlərə görə qeyd olunan ittihamda özünü təqsirli bilməsini göstərir. O, bildirir ki, məhkəmə zamanı amnistiya aktı tətbiq olunduğu üçün və ona da şamil olunacağını fikirləşdiyi üçün ittihamı qəbul etmişdir. Əslində isə onun üzərində narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirməsinə görə, onun üzərində hər hansı narkotik vasitə olmamış, hər hansı narkotik vasitə üzərində aşkar olunmamış, narkotik vasitə kənar şəxslər tərəfindən onun üzərinə qoyulmuşdur. Təqsirləndirilən şəxs bildirməsinə görə o, ##.##.2025-ci il tarixdə saat 23:00 radələrində polis əməkdaşları tərəfindən saxlanılmış, daha sonra Masallı RPŞ-nə aparılmış və ##.##.2025-ci il tarixdə yenidən yaşadığı Masallı rayonu, Qızılavar kəndinə gətirilmiş və bu zaman videoçəkiliş aparılmış, videoçəkiliş aparılan yerlə onun yaşadığı evin arasında təxminən 2 km məsafə olmuşdur. Təqsirləndirilən şəxsin üzərində “xxxx” markalı mobil telefon və ***-***-**-** saylı mobil nömrə olmuşdur. Həmin mobil nömrənin anten dairə məlumatları məhkəmə tərəfindən götürülməmişdir. Halbuki, işin hallarının dəqiq müəyyən olunması üçün həmin mobil nömrənin ##.##.2025-ci il saat 22:00-dan ##.##.2025-ci il saat 03:00-adək müddət ərzində anten dairə məlumatlarının götürülməsi vacibdir. Bundan başqa, təqsirləndirilən şəxsin bildirməsinə görə tutulduğu zaman ona müəyyən xəsarətlər yetirilmiş və bununla bağlı həm polis şöbəsində çəkilmiş videoçəkiliş zamanı ayaq nahiyyəsində qanaxmalar olmuş, həmçinin hazırda cəza çəkdiyi Penitensiar Xidmətinin Lənkəran X14 qəbul zamanı həkim yoxlanışından keçmiş və bu zaman bədənindəki xəsarətlər qeydiyyata alınmışdır. Lakin birinci instansiya məhkəməsi həmin xəsarətlərlə bağlı araşdırma aparmamışdır. Hazırda xəsarətlərlə bağlı Masallı Rayon Polis Şöbəsindən və Penitensiar Xidmətinin Lənkəran X14 tibb kitabçasından məlumatların götürülməsi zəruridir. Təqsirləndirilən şəxs bildirməsinə görə, xəsarətlər sağ qol nahiyyəsində və sol ayaq nahiyyəsində olmuşdur və müəssisədə qeydiyyata alınmışdır. Bundan başqa, onun bildirməsinə görə videoçəkiliş aparılan zaman çıxdığı həyət onlara məxsus deyildir, kəndin başqa sakininə məxsusdur və onun həmin həyətdə olması sadəcə videoçəkilişə görə olmuşdur. Bu da ittihamda göstərilən hallarla uyğun gəlmir, ittihamda Təqsirləndirilən şəxs özünə məxsus evin qarşısında tutulması göstərilmiş, lakin Təqsirləndirilən şəxs kəndin 2 km aralı hissəsində tanımadığı şəxsin həyətinin kənarında video çəkilməsini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs bildirir ki, onun əgər narkotik vasitə istifadə etmək niyyəti olmuş olsaydı, o zaman gecə saat 02 radələrində üzərində 117.098 qram marixuana gəzdirməzdi, həmçinin ittihamdan da görünür ki, guya onu yol kənarında gəzərkən saxlamışlar, Təqsirləndirilən şəxs gecə 02 radələrində yolun kənarında üzərində 117.098 qram marixuana ilə gəzməsi, əvvəllər də məhkum olunması və həmin əməlin məsuliyyətini dərk etməsi işin hallarının şübhəli olmasını və Təqsirləndirilən şəxs üzərində qeyd olunan miqdarda narkotik vasitəni küçənin ortasında gəzdirməsinin inandırıcı və real olmadığını göstərir. Bundan başqa, yoxlama və əşyaların götürülməsi protokolundan görünür ki, narkotik vasitə gödəkçənin qoltuq nahiyyəsində saxlanılmışdır, aşkar olunan narkotik vasitə 117.098 qramdır və qablaşdırılmış formada olmuşdur, onun qoltuq nahiyyəsində saxlanması mümkün deyildir, yəni bala formalı qabda olmuş olsa və çəkisi az olsaydı, o zaman bəlkə də qoltuq nahiyyəsinə qoymaq olardı, lakin hazırkı çəki inandırıcı və real görünmür. Bundan başqa, Təqsirləndirilən şəxs yaşadığı Masallı rayonu, Qızılavar kəndi ilə Masallı şəhəri arasında təxminən 15 km məsafə vardır və buna görə də onun istifadəsində olan mobil nömrənin anten dairə məlumatlarının götürülməsi zəruridir. Bundan başqa, 150 qram marixuananın 100 manat məbləğində alınması (belə olan halda qramı 1 manatdan, yəni 66 qəpik olur) və istifadə etmək üçün gecə saat 02 radələrində 150 qram marixuananı üzərində gəzdirməsi real deyildir. Birinci instansiya məhkəməsi qeyd olunan halların heç birini araşdırmamış, təqsirləndirilən şəxsin ittihamı qəbul etməsi ilə kifayətlənmiş, şübhəli məqamları araşdırmamışdır, halbuki şübhəli məqamlar açıq formada görünür və ittihamı sübut etmək ittiham tərəfinin vəzifəsidir. Şübhəli məqamlar təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Təqsirləndirilən şəxsin ittihamı qəbul edib-etməməsindən asılı olmayaraq şübhəli məqamlar və sübutları araşdırmaq hakimin vəzifəsidir, lakin hakim həmin məqamların heç birini araşdırmadan ittihamedici hökm qəbul etmişdir. Təqsirləndirilən şəxs qorxduğu üçün ittihamı qəbul etmiş və daha sonra amnistiya tətbiq olunduğu üçün və onun da barəsində tətbiq olunacağını fikirləşdiyi üçün ittihamı məhkəmədə qəbul etmişdir. Hazırda qeyd olunan əsaslara görə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi yoxdur və onun barəsində bəraət hökmü qəbul olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə müvafiq olaraq cinayət əməlinin obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma təşkil edir. Qeyd edilən maddələrdə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il ## ######## tarixli Qərarı). Bu səbəbdən, Cinayət Məcəlləsinin yuxarıda göstərilən maddələrinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. Göründüyü kimi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni əldə etmədiyini və saxlamadığını göstərir, ümumiyyətlə ittiham tərəfi həmin narkotik vasitənin Təqsirləndirilən şəxs tərəfindən əldə olunması və saxlanması barədə möhtərəm sübutlar məhkəməyə təqdim etməmişdir. Təqsirləndirilən şəxsin gecə saat 02 radələrində üzərində istifadə etmək üçün 150 qram marixuana gəzdirməsi real və inandırıcı deyil, şübhəli məqamdır və şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Məhkəmə ittihamın şübhəli məqamlarını, təqsirləndirilən şəxsin ayağındakı xəsarətlərin və qan izlərinin hansı səbəbdən yaranmasını, 150 qram narkotik vasitənin qoltuq nahiyyəsində gizlədilməsinin mümkünsüzlüyünü, yaşadığı evlə videoçəkiliş aparılan yerin arasında 2 km təxmini məsafə olmasını araşdırmalı olduğu halda, sadəcə ittiham tərəfinin 2 şahid ifadəsi ilə kifayətlənmişdir və qanuni araşdırma aparmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında ##.##.2024-cü il tarixli qərarının 32-ci bəndinə əsasən həmin materiallar (məsələn, raport və yaxud protokol, eləcə də əşyalar) onların əldə edilməsinin qanunauyğunluğu (mənbəyinin mötəbərliyi) yoxlanıldıqdan və CPM-in 125-ci maddəsinin, habelə digər normalarının tələbləri baxımından sübut kimi yolverilən olması müəyyən edildikdən sonra cinayət prosesində istifadə edilə bilən sübut növü (məsələn, raport və yaxud protokol - CPM-nin 135-ci maddəsində nəzərdə tutulmuş sənəd, əşya isə CPM-nin 128-ci maddəsində nəzərdə tutulmuş maddi sübut) kimi ibtidai araşdırma üzrə icraatın materiallarına əlavə edilə bilər. Qeyd olunanlardan çıxış edərək, məhkəmələr cinayət işlərinə baxarkən əməliyyataxtarış tədbirlərinin gedişatının və nəticələrinin əldə edilən məlumatların sübut kimi qəbul edilə bilməsini təmin edəcək dərəcədə etibarlı şəkildə rəsmiləşdirilib-rəsmiləşdirilməməsinə, əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən təhqiqatçıya, müstəntiqə təqdim edilən materialların sübut kimi yolverilənliyinin onlar tərəfindən lazımınca yoxlanılıb-yoxlanılmamasına xüsusi diqqət yetirməli, materiallar əməliyyat-axtarış tədbirlərinin nəticələrinin yolverilənliyi yoxlanılmadan və qanuni əsas olmadan cinayət prosesində sübut kimi qəbul edildikdə, cinayət təqibini həyata keçirmiş vəzifəli şəxslərin fəaliyyətsizliyinə və onlar tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulmasına xüsusi qərar çıxarmaqla münasibət bildirməlidirlər. Əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-nin 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Azadlığının faktiki məhdudlaşdırıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması və ondan müəyyən əşyaların götürülməsi o, polis orqanına və ya digər hüquq mühafizə orqanına gətirildikdən sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən CPM-nin 246.2.1-ci maddəsinə müvafiq olaraq onun barəsində CPM-nin tələblərinə və bu Qərarın müddəalarına uyğun olaraq şəxsi axtarış istintaq hərəkətinin aparılmasını və aşkarlanan digər əşyaların götürülməsini istisna etmir. Ali Məhkəmənin qərarından göründüyü kimi, məhkəmələr əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunmuş sübutların qanuni olmasını yoxlamalıdır, hazırkı iş üzrə məhkəməyə təqdim olunmuş şübhəli şəxsin yaxalanması zamanı çəkilmiş videogörüntü mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki hakim həmin videogörüntüyə baxdığı zaman açıq formada görünür ki, həmin videogörüntü əməliyyat-axtarış fəaliyyəti zamanı çəkilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs bildirməsinə və istintaq materiallarına əsasən Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında tutulmuş, daha sonra çəkilişə görə yaşadığı yerdən 2 km aralıda olan həyətin qarşısına gətirilmişdir. Təqsirləndirilən şəxs gecə saat 02 radələrində kəndin tanımadığı hissəsində tanımadığı şəxsin həyətindən çıxması mümkün deyildir. Həmin videoçəkiliş əməliyyat-axtarış fəaliyyətinin real sübutu deyildir, təqsirləndirilən şəxsin bildirməsinə görə həmin videoçəkiliş sonradan çəkilmişdir və tutulan vaxta aid deyildir. Lakin məhkəmə Təqsirləndirilən şəxs tutulduğu vaxtla həmin videoçəkiliş arasında hansı müddətin keçməsini də müəyyələşdirməmişdir. Üzərində 150 qram narkotik vasitə olan şəxsin polis əməkdaşlarının üzərinə rahat şəkildə gəlməsi, gizlənməyə və ya qaçmağa cəhd etməməsi real deyildir və həmin sübutun əhəmiyyətsiz olduğunu göstərir. Göründüyü kimi, işə baxan hakim sübutlara düzgün hüquqi qiymət verməmiş, CPM-nin sübutlar və axtarışla bağlı normalarının tələblərini kobud şəkildə pozmuşdur. Təqsirləndirilən şəxs qorxduğu üçün ittihamı qəbul etmişdir, lakin digər sübutlarla onun qeyd olunan cinayət əməlini törətməsi təsdiq olunmamışdır. İttiham tərəfinin sübutu yalnız şahid ifadələri və əməliyyat şəraitində çəkilməmiş videoçəkilişdən ibarətdir, şahidlər də ittiham tərəfinin əməkdaşları olduğu üçün onların ifadələri ilə ittihamı tam sübuta yetirmək mümkün deyildir. Ümumiyyətlə, əməliyyat şəraitində çəkilmiş videogörüntülər təbii olur və cinayət törətmiş şəxs izlənərək qəfil basqın yolu ilə saxlanılır, lakin cinayətkarın könüllü olaraq videoda hərəkətlər etməsi onun yaxalanma anını əks etdmir və real deyildir. Buna görə də, həmin sübut mötəbər sübut kimi qəbul oluna bilməz. Bundan başqa, təqsirləndirilən şəxsin bildirməsinə görə ona qarşı zorakılıq olmuş və bədənindəki xəsarətlər cəzaçəkmə müəssisəsində qeydə alınmışdır. Həmin xəsarətlər təqsirləndirilən şəxs tutularkən yetirilmişdir, belə olan halda zorakılıq yolu ilə əldə olunmuş sübutlar ittihamın əsası ola bilməz və hakim həmin sübutlarla ittihamı təsdiq edə bilməzdi. Lakin hakim ümumiyyətlə işin hallarını və sübutların hansı qaydada əldə olunması araşdırmamış, nəticədə qanunsuz hökm qəbul etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış edib onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin çıxışı ilə razı olduğunu bildirib, apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Təqsirləndirilən şəxs əlavə olaraq, göstərdi ki, gecə saat 02:00 radələrində onun bu qədər narkotik vasitəni həyatyanı sahəsində gəzərkən üzərində daşıması məntiqsizdir, həmin saatlarda anası yatmışdır, ona görə də, əgər istifadə etmək istəsə idi belə, öz həyatyanı sahəsində az miqdarda istifadə edə bilərdi, daha o miqdarda narkotik vasitəni götürüb küçədə gəzməzdi, son dəfə həbsdən çıxdıqdan sonra heç yerə getməmiş, onun üçün siqaret almağa belə anası getmişdir. Polis idarəsində olarkən ona səsini çıxarmamasını, narahat olmamasını, məhkəmədə azad olunacağını demişlər. Ona sakit qalmasını, hər şeyin yaxşı olacağını dedikləri üçün sakit dayanmış, iş də gəlib bu yerə çıxmışdır. Amnistiyadan üç ay əvvəl tutulmuş, amnistiyadan üç ay sonra da barəsində hökm çıxmış, buna görə də, amnistiyaya düşə bilməmişdir. Həmçinin hadisə günü əlində su qabı ilə evin qapısına çıxmış, polislər qapıda onunla görüşmək istəmiş, görüşəndə əlini tutub buraxmamış, maşının qapısını açmış, ayağındakı xəsarətin səbəbi saxlanılarkən maşına mindirilən zaman qapının ayağını əzməsi olmuşdur. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edərək, onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, təqsirləndirilən şəxsə bəraət verilməsi, əməlinin hüquqi tövsifinin dəyişdirilməsi və ya ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin təmin olunmamasını və Masallı Rayon Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Apellyasiya şikayətindən və müdafiə tərəfin çıxışlarından görünür ki, müdafiə tərəfi işin faktiki hallarını və təqsirlilik məsələlərini mübahisələndirərək təqsirləndirilən şəxsin barəsində qeyri-obyektiv və ədalətsiz hökm çıxarıldığını hesab etmişlər. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CM-nin 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-nin 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bu maddə ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanununun 1.0.9-cu bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Onu da qeyd etmək lazımdır ki, törədilən cinayətin tərkib əlamətlərinin müəyyən edilməsi və əməlin Cinayət Qanunu norması üzrə tövsif edilməsi yuxarıda qeyd edilən Cinayət Məcəlləsinin müvafiq normaları əsasında aparılsa da, törədilən əməlin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi prosedurlar əsasında aparılır. Bu mənada Cinayət-Prosessual Məcəllənin müvafiq normalarının müəyyən etdiyi hüquqi prosedurların xatırladılması da zəruridir. Azərbaycan Respublikası CPM-nin 124.1 və 124.2-ci maddələrinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 138.1 və 138.2-ci maddələrinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-nin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Cabardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təqsirliliklə bağlı məsələni cinayət və cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından nəzərdən keçirən məhkəmə kollegiyası müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin törədilməsində onun təqsiri cinayət işinin materiallarında olan mötəbər sübutlarla tam təsdiq olunur. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən cinayətin baş veribverməməsi, onun həmin cinayəti törətməkdə qəsdinin olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən əlamətlər yoxlanılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş aşağıdakı sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəklində sonuncunun qeyd edilən cinayəti törətməsi nəticəsinə gəlmək üçün əsas verir və kifayət edirlər. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni Təqsirləndirilən şəxs özünün etirafedici ifadələri ilə yanaşı, şahid şahid3 ifadəsi, şahidlər şahid2 və şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələri, təqsirləndirilən şəxsin yerində saxlanılaraq üzərinə baxış keçirilməsinin video görüntülərini əks etdirən CD disk, əməliyyataxtarış tədbiri zamanı aşkar edilmiş əşyalara keçirilən baxışın video görüntülərini əks etdirən CD disk, şübhəli şəxs qismində dindirmənin görüntülərini əks etdirən CD disk, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin ##.##.2025-ci il tarixli, **/*** saylı rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X18 X5 Yoxlamanın nəticələrinə dair ##.##.2025-ci il tarixli, *** saylı rəy, habelə iş materiallarında olan digər sənədləri nəzərdən keçirib Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi yuxarıda qeyd olunan sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan görünür ki, o, öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq xeyli miqdarda - 117,098 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrində özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək müdafiəsi üçün hər hansı bir dəlil gətirmədən göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə qurudulmuş marixuananın istifadəsi ilə məşğul olur. Əvvəllər məhkum olunmuşdur. Masallı rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və ##.##.2025-ci il tarixdə cəzasının qalan hissəsindən şərti azad edilmişdir. ##.##.2025-ci il tarixdə səhər saat 17 radələrində bədənində ağrılar yarandığını görüb istifadə etmək üçün narkotik vasitə qurudulmuş marixuana almaq məqsədilə Lənkəran rayonuna getmək qərarına gəlmişdir. Bu məqsədlə yaşadığı evdən çıxaraq piyada hərəkət edib mərkəzi yola çıxmışdır və oradan avtobus vasitəsilə Lənkəran rayonu Girdəni kəndinə gedərək avtobusdan yerə düşmüşdür. Həmin vaxt orada bir müddət piyada hərəkət etdikdən sonra zahirən narkotik aludəçisinə bənzətdiyi şəxsə yaxınlaşıb narkotik istifadəçisi olduğunu, əvvəllərdə bir neçə dəfə məhkum olunduğunu və istifadə etmək üçün nəşə, yəni narkotik vasitə qurudulmuş marixuana almaq istədiyini bildirmişdir. Həmin şəxs onun zahiri görkəminə baxıb özündə narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni ona 100 manat pul müqabilində sata biləcəyini demişdir. O, həmin şəxsin təklifıylə razılaşdıqdan sonra həmin tanımadığı şəxs onun yanından uzaqlaşıb gedərək təxminən 15 dəqiqə sonra geri qayıtmışdır. Həmin vaxt tanımadığı həmin şəxs ona mavi rəngli sellofanı təqdim edib içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. O, həmin sellofanı açıb içərisinə baxdıq da, narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür və bundan sonra həmin şəxsə 100 manat pul vermişdir. Daha sonra isə həmin tanımadığı şəxsin yanından uzaqlaşıb yol kənarında dayanıb Masallı rayonu ərazisi istiqamətində hərəkətdə olan avtomobillərə əli ilə işarə edib sürücüsünü tanımadığı, markasını və dövlət qeydiyyat nişanını isə xatırlamadığı avtomobili saxlatdıraraq Masallı rayonu ərazisinə gəlib həmin avtomobildən yerə düşmüşdür. Sonra mərkəzi yoldan piyada hərəkət edərək yaşadığı evə getmişdir və yorğun olduğundan tanımadığı şəxsdən aldığı sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı öz otağında gizlədib yataraq ##.##.2025-ci il tarixdə saat 01 radələrində yuxudan ayılıb həmin narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmək üçün həmin bükümü əynində olan gödəkçənin sol iç hissəsinə qoyaraq evindən çıxıb özünə uyğun yer axtarmaq üçün piyada hərəkətinə davam etmişdir. Həmin vaxt iki nəfər mülki geyimdə olan və bir nəfər polis geyimində olan şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərinin Masallı RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt özünü Masallı RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən şahid3 kimi təqdim edən şəxs üzərində videoçəkiliş aparılmaqla yoxlama aparılacağını və üzərində hər hansı bir narkotik vasitə vardırsa təqdim etməyini təklif etmişdir. O da əynində olan gödəkçənin sol iç hissəsindən bir ədəd mavi rəngli sellofana bükülmüş narkotik vasitə qurudulmuş marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. şahid3 onun təqdim etdiyi bükümü açdıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Polis əməkdaşı şahid3 ondan üzərindən aşkar edilərək götürülmüş qurudulmuş marixuana bükümünü haradan əldə etdiyini soruşduqda o, narkotik vasitə istifadəçisi olduğundan şəxsi istifadəsi üçün 100 manata tanımadığı şəxsdən şəxsi istifadə üçün alıb üzərində daşıdığını bildirmişdir. Bundan sonra şahid3 tərəfindən üzərindən aşkar olunan qurudulmuş marixuana bükümü elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 150 qram olduğu müəyyən edilmiş, sonra həmin büküm kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri DİN-in ** saylı möhürü ilə möhürlənmiş və zərfin üzərinə imzalar edilmişdir. Daha sonra şahid3 tərəfindən üzərində qanunla qadağan edilmiş əlavə əşya, predmet və maddə vardırsa təqdim etməyini təklif etmişdir. O da, əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd özünə məxsus “xxxx” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. şahid3 tərəfindən təqdim etdiyi özümə məxsus bir ədəd “xxxx” markalı mobil telefonu kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri DİN-in ** saylı möhürü ilə möhürlənmiş və zərfin üzərinə imzalar edilmişdir. Bundan sonra şahid3 tərəfindən üzərində yoxlama aparılmışdır, lakin üzərindən başqa qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və maddə aşkar olunmamışdır. Daha sonra şahid3 tərəfindən Masallı RPŞ-yə aparılacağı barədə ona məlumat verilmişdir və o Masallı RPŞ-yə aparılmışdır. Orada xidməti otaqlardan birində özünü Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Bəhmən Əsgərli kimi təqdim edərək qanunsuz olaraq üzərində narkotik vasitələri saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi tutub hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi qismində müdafiəçi2 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra o, Masallı RPŞ-nin MSY-yə təhvil verilmişdir. ##.##.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb üzərinə yoxlama keçirilərkən və Polis Şöbəsinə gətirilərkən ona qarşı heç bir fiziki güc və ya psixi təsir olunmamış, üzərindən aşkar olunmuş bir ədəd sellofan bükülüdə narkotik vasitə qurudulmuş marixuana özünə məxsus olmuş, həmin qurudulmuş marixuananı ona satan şəxsi əvvəllər tanımamış, xarici görünüşü və əlamətləri yadında qalmamışdır. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində də, həmçinin elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ##.##.2025-ci il tarixdə gecə təxminən saat 1-dən sonra yaşadığı məhəlləyə çıxmışdır. Məhəllədə yaşadığı evin yanında polis əməkdaşları ilə qarşılaşmış və polis əməkdaşları onu saxlayıb üzərində qadağan olunmuş hər hansı bir əşya olmasını soruşmuşlar. O da səmimi etiraf etmişdir. Elə oradaca üzərini axtarmışlar, sonrada polis şöbəsinə gəlmişdir. Narkotik vasitəni Lənkəran rayonundan tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Əməlindən peşmandır. Məhkəmədən yaşlı anasına görə ona köməklik edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı isə Təqsirləndirilən şəxs göstərmişdir ki, müdafiəçisinin apellyasiya şikayətində qeyd etdiyi hallar doğrudur, gecə saat 02:00 radələrində onun bu qədər narkotik vasitəni həyatyanı sahəsində gəzərkən üzərində daşıması məntiqsizdir, həmin saatlarda anası yatmışdır, ona görə də, əgər istifadə etmək istəsə idi belə, öz həyatyanı sahəsində az miqdarda istifadə edə bilərdi, daha o miqdarda narkotik vasitəni götürüb küçədə gəzməzdi, son dəfə həbsdən çıxdıqdan sonra heç yerə getməmiş, onun üçün siqaret almağa belə anası getmişdir. Polis idarəsində olarkən ona səsini çıxarmamasını, narahat olmamasını, məhkəmədə azad olunacağını demişlər. Ona sakit qalmasını, hər şeyin yaxşı olacağını dedikləri üçün sakit dayanmış, iş də gəlib bu yerə çıxmışdır. Amnistiyadan üç ay əvvəl tutulmuş, amnistiyadan üç ay sonra da barəsində hökm çıxmış, buna görə də, amnistiyaya düşə bilməmişdir. Həmçinin hadisə günü əlində su qabı ilə evin qapısına çıxmış, polislər qapıda onunla görüşmək istəmiş, görüşəndə əlini tutub buraxmamış, maşının qapısını açmış, ayağındakı xəsarətin səbəbi saxlanılarkən maşına mindirilən zaman qapının ayağını əzməsi olmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin həm əvvəlki mərhələlərdə, həm də apellyasiya baxışı zamanı verdiyi ifadələrini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib belə qənaətə gəlir ki, sonuncunun istintaq mərhələsində, habelə birinci instansiya məhkəməsində məhkəməistintaqı zamanı özünü təqsirli bilməsi, baş vermiş hadisə ilə bağlı etirafedici ifadələr verməsi kollegiyada onun hazırkı mərhələdə artıq cinayət məsuliyyətindən yayınmaq məqsədi güdməsi ilə bağlı qənaət formalaşdırır. Kollegiya hesab edir ki, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün irəli sürdüyü dəlillər işin faktiki halları və iş materiallarında olan sübutlarla tam təkzib olunur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid3 ifadəsində göstərmişdir ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, Rdır. ##.##.2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində gəzdirməkdə və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olnuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması barədə əməliyyat qrupu yaradılmış, qrup rəhbəri o, təyin olunmuş, qrupun üzvləri isə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili şahid2 və baş inspektor kriminalisti şahid1 təyin edilmişdir. Qrup üzvlərinin iştirakı ilə həmin tarixdə saat 02 radələrində Masallı rayonu Qızılavar kəndinə getmişlər və Təqsirləndirilən şəxs yol kənarında hərəkətdə olduğunu görmüşlər və ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər və ona izah etmişlər ki, üzərində qanunla qadağan olunmuş əşya predmet varsa könüllü şəkildə təqdim etsin. Təqsirləndirilən şəxs bir qədər durub düşündükdən sonra əynində olan boz rəngli gödəkçənin sol iç hissəsindən bir ədəd mavi rəngli sellofan bükülünü çıxardıb təqdim etmiş və qurudulmuş marixuana olduğunu demişdir. Həmin büküm tərəfindən açılaraq video çəkiliş vasitəsi ilə baxılmış, büküm tərəfindən tərəzi vasitəsi ilə çəkilmiş çəkisinin 150 qram olduğu müəyyən olunmuşdur. Sonradan tərəfindən qablaşdırılıb şöbəsinin ** saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində əlavə olaraq qadağan edilmiş əşya və ya predmet varsa yenə də təqdim etməsini təklif etdikdə, Rəşad bu dəfə əynindəki həmin boz rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd “xxxx” markalı mobil telefonu onlara təqdim etmişdir. Telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən tərəfindən qablaşdırılaraq götürülmüşdür. Özünün təqdim etdiyi narkotik vasitədən və telefondan başqa üzərindən hər hansı bir qanunla qadağan olunmuş vasitə və predmet aşkar edilməmişdir. Tərəfindən videoçəkilişlə çəkilmiş disklər və müvafiq sənədlər təhqiqatçıya təqdim edilmişdir. Olduğu ərazidə texniki ikmanlar kifayət etmədiyindən videoçəkiliş aparılmış hərəkətlər Masallı RPŞ-nin inzibati binasında protokollaşdırılmışdır. Şahidlər şahid2 və şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, onlar şahid şahid3 ilə oxşar məzmunlu ifadə vermişlər. Bundan başqa, cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin yerində saxlanılaraq üzərinə baxış keçirilməsinin video görüntülərini əks etdirən CD diskdən müəyyən olunur ki, Masallı RPŞ-nin CAB-nın əməliyyat müvəkkilləri şahid3, şahid2 və Masallı RPŞ-nin Kriminalistik tədqiqatlar qrupunun baş inspektoru şahid1 tərəfindən Masallı RPŞ-yə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitlər və psixotrop maddələr istifadə etməsi, üzərində qanunsuz olaraq saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs ## ####### 2025-ci il tarixdə, saat 01:54-də Masallı rayonu Qızılavar kəndi ərazisində saxlanılaraq üzəri yoxlanılan zaman özü əynində boz rəngli gödəkçəsinin içərisindən qoltuq hissəsindən 01 (bir) ədəd sellofan bükümü və əynində boz rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd “xxxx” markalı mobil telefonu çıxardıb təqdim etmiş, təqdim etdiyi bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni Lənkəran şəhərində tanımadığı şəxsdən 100 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. Əməliyyat müvəkkili tərəfindən təqdim olunmuş həmin bir ədəd bükümə baxış keçirərkən onun narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğunu görmüş, sonra həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni sellofanla birlikdə elektron tərəzidə çəkmişdir və ümumi çəkisinin 150 qram olduğunu müəyyən etmişdir. Daha sonra həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddəni və “xxxx” markalı mobil telefonu orada ayrı ayrılıqda içi boş olan kağız zərflərə qoyaraq qablaşdırmışdr. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyd olunanlardan başqa qanunla qadağan olunmuş hər hansı maddə və predmet aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Bəhmən Əsgərli tərəfindən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs üzərindən əməliyyataxtarış tədbiri zamanı aşkar edilmiş əşyalara keçirilən baxışın video görüntülərini əks etdirən CD diskdən müəyyən olunur ki, Masallı RPŞ-nin NMQ-nin əməliyyat müvəkkilləri şahid3, şahid2 və Masallı RPŞ-nin Kriminalistik tədqiqatlar qrupunun baş inspektoru şahid1 tərəfindən əməliyyat-axtarış tədbiri zamanı saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış maddə olan zərf və baxış keçirilməsi barədə video görüntünü əks etdirən CD disk təhqiqatçıya təqdim edilmişdir. Təqdim edilmiş zərfdəki bükümə təhqiqatçı baxış keçirən zaman 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olmuş və həmin büküm elektron tərəzidə çəkilərkən 150 qram olmuş, daha sonra təhqiqatçı tərəfindən iştirakçılarla bərabər təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yerində saxlanılmaqla üzərinə baxış keçirilməsini əks etdirən CD diskə baxış keçirilmişdir. Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, R X4 tərəfindən müdafiəçisi müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin görüntülərini əks etdirən CD diskdən müəyyən olunur ki, müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona verilən sualları tam şəkildə cavablandıraraq törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin ##.##.2025-ci il tarixli, **/*** saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bükülüdə təmiz çəkisi 117,098 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X18 X5 Yoxlamanın nəticələrinə dair ##.##.2025-ci il tarixli, *** saylı rəyə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN, OPİOİDLƏRİN və STİMULYATORLARIN qəbulundan yaranan ASILILIQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və ## #### 2026-cı il tarixli hökmdə qanunamüvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında məhkəmə əsaslı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Bundan başqa, məhkəmə kollegiyası müdafiə tərəfin təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı ona təzyiq və təsirlər edildiyindən, həmçinin fiziki zor tətbiq edildiyindən təqsirli olduğunu etiraf etməsi və həmin əsaslarla da barəsində qanunsuz ittiham hökmü çıxarılması barədə dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər məhkum olunmuş şəxsin ibtidai araşdırma zamanı müdafiəçinin iştirakı ilə aparılmış istintaq hərəkəti protokolları, həmin istintaq hərəkətlərinin əks olunduğu və iş materiallarına əlavə edilmiş videoçəkiliş, habelə qeyd olunan tarixdə müdafiəçinin iştirakı ilə verdiyi izahat, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrlə təkzib olunan dəlillər olmaqla ona CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməsi və ya əməlinin tövsifinin dəyişdirilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası təqsirlərdirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə münasibətdə qeyd edir ki, məhkəmə bu hissədə təqsirləndirilən şəxsin iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxsin iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonraki qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonraki mərhələlərində iddia etdiyi hallarla bağlı heç bir orqana müraciət etməmiş, habelə sair qaydada iddia etdiyi halları mübahisələndirməmişdir. Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Beləliklə, təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qaldığını mübahisələndirməmişdir. Bununla yanaşı, məhkumun şəxsi işində olan və iş materiallarına əlavə edilmiş “tibbi arayış”ın surətindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə Masallı RPŞ-nin X8 Lənkəran Penitensiar Kompleksinə daxiil olan zaman üzərinə tibbi baxış keçirilmiş, sol ayağının dizdən aşağı hissəsində üzəri qərtməkli yara xəsarətləri aşkar olunmuşdur, ümumi vəziyyəti qənaətbəxşdir. Həmçinin iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli “Akt”ın surətindən görünür ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə, təxminən saat 14:05 radələrində Masallı RPŞnin MSY-dən Lənkəran Penitensiar Kompleksinə gətirilmiş, LPK-nin Tibb-sanitar hissəsində bədəninə baxış keçirilən zaman sol baldırın ön səthində sıyrılmış yaralar aşkar olunmuş, Təqsirləndirilən şəxs bu xəsarətləri həbs olunmamışdan öncə aldığını bildirmişdir. Göründüyü kimi, qeyd olunan sənəd tərtib edilərkən təqsirləndirilən şəxs tərəfindən həmin xəsarətlərin polis əməkdaşları tərəfindən vurulduğu və ya saxlanıldıqdan sonra ona qarşı fiziki zor tətbiq edildiyi barədə hər hansı məlumat verilməmişdir. Bundan başqa, apellyasiya baxışı zamanı verdiyi ifadəsində də Təqsirləndirilən şəxs ayağındakı xəsarətin avtomobilə mindirilərkən avtomobilin qapısı arasında qalaraq əzilməsi nəticəsində yarandığını göstərmişdir. Belə olan halda, iş materiallarında olan tibbi sənədlər, məhkumun xəsarətlərin mənşəyi ilə bağlı verdiyi izahatlar və iş üzrə müəyyən edilmiş digər hallar birlikdə qiymətləndirildikdə, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasını, yaxud həmin dövrdə onda hər hansı yeni bədən xəsarətlərinin əmələ gəlməsini təsdiq edən mötəbər və obyektiv sübutlar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, göstərilən səbəblərdən təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qalmasına dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi «X2rşı» işi ilə bağlı qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Bundan başqa, məhkəmə kollegiyası apellyasiya şikayətinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs guya yaşadığı evin qarşısında deyil, başqa ərazidə saxlanılması və videoçəkiliş aparılması barədə dəlillərinə tənqidi yanaşaraq qeyd edir ki, həmin xüsusatlar da iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan videoçəkilişlərdən, əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı tərtib edilmiş sənədlərdən, habelə şahid qismində dindirilmiş polis əməkdaşlarının birbiri ilə və təqsirləndirilən şəxsin ibtidai istintaq, habelə birinci instansiya məhkəməsində icraat zamanı bildirdiyi xüsusatlar ilə uyğunluq təşkil edən ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat məlumatı əsasında Masallı rayonu Qızılavar kəndi ərazisində saxlanılmış, üzərinə baxış keçirilən zaman əynində olan gödəkçəsinin iç hissəsindən narkotik vasitə olan qurudulmuş marixuananı özü könüllü şəkildə təqdim etmişdir. Videogörüntülərdə də təqsirləndirilən şəxsin polis əməkdaşlarının suallarını sərbəst şəkildə cavablandırdığı, narkotik vasitəni şəxsi istifadəsi üçün Lənkəran şəhərində tanımadığı şəxsdən 100 manata aldığını izah etdiyi, həmçinin həmin maddəni üzərindən özü çıxarıb təqdim etdiyi açıq şəkildə müşahidə olunur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, müdafiə tərəfin həmin ərazinin təqsirləndirilən şəxsə məxsus olmamasını bildirməsi öz-özlüyündə əməliyyat tədbirinin saxtalaşdırılması və ya narkotik vasitənin ona aid olmaması nəticəsinə gəlməyə əsas vermir. Çünki cinayət işinin materialları ilə müəyyən olunur ki, əməliyyat tədbiri konkret yaşayış evinin daxilində deyil, Qızılavar kəndi ərazisində, açıq sahədə keçirilmiş, təqsirləndirilən şəxs həmin ərazidə hərəkətdə yol kənarında olarkən saxlanılmışdır. Bu baxımdan, videoçəkilişin konkret olaraq hansı həyətin yaxınlığında aparılması iş üzrə müəyyən edilmiş halların mahiyyətinə təsir göstərən, ittihamın sübuta yetirilməsini şübhə altına alan hal kimi qiymətləndirilə bilməz. Bundan əlavə, məhkəmə kollegiyası apellyasiya şikayətinin daha bir dəlili olan təqsirləndirilən şəxsin 150 qram marixuananı 100 manata almasının və həmçinin həmin miqdarda narkotik vasitəni gödəkçəsinin qoltuq nahiyəsində saxlayaraq, gecə saatlarında üzərində gəzdirməsinin inandırıcı olmaması barədə mülahizəni iş üzrə sübutların qiymətləndirilməsi baxımından hüquqi əhəmiyyət kəsb etməyən və subyektiv xarakter daşıyan arqument kimi qiymətləndirir. Kollegiya qeyd edir ki, əvvəla, cinayət işi üzrə sübutetmə konkret faktiki hallara və həmin iş üzrə toplanmış sübutların məcmusuna əsaslanmalıdır; ümumi formalaşmış ehtimal olunan qiymət diapazonları hazırkı iş üzrə konkret razılaşmanı təkzib edən sübut kimi çıxış edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində hüquqi baxımdan təsdiq olunmuş sabit tarif və ya qiymət cədvəli mövcud olmadığından və əldə olunacaq narkotik vasitənin qiyməti barədə razılşama yer, zaman, əlçatanlıq, risk dərəcəsi, alıcı ilə satıcı arasındakı münasibət və digər subyektiv amillərdən asılı olaraq dəyişkən xarakter daşıdığından, müdafiəçinin istinad etdiyi həmin hal mütləq və rəsmi normativ meyar kimi qəbul oluna bilməz. Kollegiya həmçinin nəzərə alır ki, narkotik vasitənin hansı üsulla daşınması, hansı formada gizlədilməsi və ya şəxsin onu hansı vaxtda üzərində saxlaması hər bir konkret halda fərdi davranış xüsusiyyətlərindən asılıdır və bunun “adi”, yaxud “qeyri-adi” görünməsi cinayət hadisəsinin baş verməməsi anlamına gəlmir. Təqsirləndirilən şəxsin gecə saatlarında həmin narkotik vasitə ilə hərəkət etməsinin məntiqsiz olması barədə müdafiə tərəfinin arqumentləri də yalnız ehtimal xarakterli qiymətləndirmələrdən ibarətdir. Cinayət törətmiş şəxsin davranışının müdafiə tərəfinin təsəvvür etdiyi davranış modelinə uyğun olmaması həmin hadisənin baş vermədiyi ilə bağlı nəticəyə gəlmək üçün kifayət qədər əsas vermir. Eyni zamanda, iş materiallarında olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromunun müəyyən edilməsi, onun uzun müddət narkotik vasitə istifadəçisi olması, eləcə də əvvəllər də eyni xarakterli cinayət əməlini törətdiyinə görə məhkum olunması nəzərə alındıqda, şəxsi istifadəsi məqsədilə narkotik vasitə əldə etməsi və üzərində daşıması işin müəyyən edilmiş faktiki halları ilə ziddiyyət təşkil etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin qeyd olunan xüsusatlarla bağlı dəlilləri obyektiv sübutlarla təsdiq olunmayan, ehtimal və fərziyyələrə əsaslanan mülahizələr olmaqla məhkum edilmiş şəxsin təqsirliliyinə dair iş üzrə toplanmış mötəbər sübutların məcmusunu şübhə altına almaq üçün kifayət etmir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq və birinci instansiya məhkəməsində özünü təqsirli bildiyi halda, apellyasiya baxışı zamanı özünü təqsirli bilməməsi və əvvəlki etirafedici ifadələrini guya amnistiya tətbiq olunacağına ümid etməsi ilə izah etməsini də inandırıcı hesab etmir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs həm şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən, həm də birinci instansiya məhkəməsində verdiyi ifadələrində narkotik vasitəni şəxsi istifadəsi məqsədilə əldə etdiyini, üzərində saxladığını və daşıdığını ardıcıl şəkildə etiraf etmiş, həmin ifadələrini müdafiəçinin iştirakı ilə vermiş, ifadələrinin məzmunu iş üzrə digər sübutlarla, o cümlədən videogörüntülər, şahid ifadələri və ekspertiza rəyi ilə uyğunluq təşkil etmişdir. Kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsin yalnız apellyasiya baxışı mərhələsində əvvəlki ifadələrindən imtina etməsi, bunu isə amnistiya tətbiq olunacağına inanması ilə əsaslandırması işin faktiki halları ilə uzlaşmır. Həmçinin, iş materiallarında təqsirləndirilən şəxsin əvvəlki etirafedici ifadələrinin həqiqətə uyğun olmamasını göstərən hər hansı obyektiv sübut müəyyən edilmir. Əksinə, həmin ifadələr iş üzrə toplanmış digər sübutların məzmunu ilə qarşılıqlı şəkildə təsdiq olunur. Bu səbəbdən kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində irəli sürdüyü yeni mövqe məsuliyyətdən yayınmağa yönəlmiş müdafiə xarakterli mövqe kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakterli dəlillər olmaqla əsassızdır. Müdafiə tərəfi məhkəmənin gəldiyi nəticələrlə razılaşmasa da, bununla bağlı hər hansı təkzibedici dəlil, təqsirləndirilən şəxsin təqsirsizliyinə dəlalət edən tutarlı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Şikayətdə irəli sürülən iddialar hər hansı obyektiv sübutla təsdiq olunmur və yalnız müdafiə tərəfinin ehtimal və mülahizələrinə əsaslanır. Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törətməsi işdə olan mötəbər sübutlarla tam təsdiq olunur. Həmin sübutlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni üsullarla əldə edilmişdir, mənbələri, habelə mənsubiyyəti məlumdur, təqsirliliklə bağlı hissədə müəyyən nəticəyə gəlmək üçün kifayət edirlər. Bu baxımdan həmin sübutlar CPM-nin 125-ci maddəsinə əsasən mötəbər sübutlar kimi qəbul olunmalıdır. Odur ki, kollegiya belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, habelə əməlin hüquqi tövsifinin dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Cəza məsələsinə gəldikdə isə kollegiya aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, iş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Qızılavar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu Qızılavar kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır, yaşadığı müddətdə onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinib 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli qərarı ilə cəzası 05 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Masallı Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 01 ay 14 gün müddətindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, ##.##.2023-cü il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış, Masallı Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 76, 67 və 69.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 7 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, ##.##.2025-ci il tarixdə cəza müddəti başa çatmışdır. Hər iki hökmə münasibətdə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada götürülməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzasını çəkib qurtardığı gündən 2 il keçdikdə; həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən isə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzasını çəkib qurtardığı gündən 6 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, məhkumluğu ödənilmədən və götürülmədən Təqsirləndirilən şəxs yenidən qəsdən hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması cinayətlərin residivi hesab olunur. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkum edilmiş şəxs İbarət Abbasova cəza təyin edərkən onun əməlindən səmimi peşman olmasını, törətdiyi cinayət əməlini etiraf etməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətin təhlükəli residivinin olmasını isə cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” ## ######## 2010-cu il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. CM-nin 65.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətə azadlıqdan məhrumetmə cəzasından az cəza verilə bilməz. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-nin 65.2-ci maddəsinin tələbini nəzərə almaqla, Təqsirləndirilən şəxs düzgün olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Məhkəmə bu cəza növünü seçməklə işin faktiki hallarını düzgün qiymətləndirmiş, cəzanın məqsədlərini təmin edən növdə və həddə cəza təyin etmiş, ümumilikdə cəza təyini məsələsində CM-nin 8.1-ci maddəsinə tam əməl etməklə qanuni və əsaslı cəzanın təyin edilməsinə nail olmuş, cəzanın həddini müvafiq normalara əsasən təyin edilməsi mümkün olan ən aşağı həddə yaxın müəyyən etməklə təqsirkarın barəsində kifayət qədər ədalətli davranmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi cəza məsələsində də düzgün nəticəyə gəlmiş, bu hissədə cinayət və cinayət-prosessual qanunvericiliyi düzgün tətbiq etmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmuj halında qiymətt verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Pərviz Əhmədov Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar