Məhkəmə qərarları › İş №1(3-9)-163/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-163/2026

02.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-163/2026 02.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən və məruzəçi), Novruzova Aytən Nazim qızı və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Müdafiəçi iştirakları ilə MÜƏYYƏN ETDI: ## ###### 1984-cü il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olan, ## ###### 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Beyləqan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə bəraət verilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. IŞIN HALLARI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən istintaqa məlum olmayan miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və Beyləqan şəhəri, SMD-42 qəsəbəsi ərazisində yerləşən yağ-pendir zavodu deyilən ərazidə olan köhnə sahibsiz tikilidə saxlamış, Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ## ###### 2025-ci il tarixdə saat 19:18-də Beyləqan şəhəri, “SMD-42” qəsəbəsi ərazisində saxlanılaraq üstü yoxlanılan zaman onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,03 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bundan sonra Beyləqan şəhəri, SMD-42 qəsəbəsi ərazisində yerləşən yağpendir zavodu deyilən ərazidə olan köhnə sahibsiz tikiliyə baxış keçirilən zaman tikilinin içərisindən onun satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı 1 ədəd ağ rəngli kisənin içərisində üzəri yapışqan lentlə sarınmış vəziyyətdə 4 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2200,0 qram, 2390,0 qram, 2100,0 qram, 1340,0 qram külli miqdarda orqanoleptik əlamətlərinə və tərkiblərinə görə onun üstündən aşkar edilmiş 6,03 qram narkotik vasitə olan qurudulmuş marixuana ilə eyni tərkibli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, beləliklə, o, külli miqdarda, yəni 8036,03 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə etmiş, daşımış və saxlamışdır. APELLYASIYA PROTESTININ DƏLILLƏRI: Birinci instansiya məhkəməsinin hökmündən dövlət ittihamçısı X9 apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü, işin faktiki hallarına uyğun olmadığından və məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti belə əsaslandırılmışdır ki, Birinci instansiya məhkəməsində dövlət ittihamçısı kimi iştirak edərək Təqsirləndirilən şəxs CMin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, CM-in 76.6.3-cü maddəsi ilə Beyləqan Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli hökmü ilə CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib təyin edilmiş 4 il müddətə azadlıqdan məhrum etmə cəzasının Salyan Rayon Məhkəməsinin # ### 2024-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş 9 ay 22 gün hissəsinin ləğv edilməsini, CM-in 67.1-ci maddəsi ilə qəti olaraq 09 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini məhkəməyə təklif etmişəm. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü işin faktiki hallarına uyğun olmadığından və məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından ləğv edilməli, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmalıdır. Hökmə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma zamanı kobud qanun pozuntularına yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri-mötəbər sübutlarla əsaslandırılmışdır. Məhkəmənin mövqeyinə əsasən, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da hər hansı qanunsuz saxlanılmış predmet aşkar olunmaması, ən az 5 saat ərzində qanunsuz olaraq polis əməkdaşlarının sərəncamında olduğu müddət ərzində tətbiq edilmiş zorakılıq hərəkətlərin nəticəsində polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş bir bükümdə narkotik vasitə qurudulmuş marixuananın və Beyləqan şəhəri, S.Imrəliyev küçəsi yaxınlığında köhnə yağ-pendir zavodu ərazisində yerləşən tikiliyə baxış aparılan zaman kisədə 4 ədəd bağlamada olan narkotik vasitə qurudulmuş marixuanın özünə məxsus olmasına dair etirafedici ifadə verməsi, təqsirləndirilən şəxsin müdafiəçi ilə konfidensial görüş hüququ faktiki olaraq təmin edilməməsi və müdafiəçi tərəfindən hüquqi yardımın göstərilməməsi, nəticədə Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulmasına dəlalət etməsi, Təqsirləndirilən şəxs saxlanıldığı vaxt və yerlə bağlı qeyrimüəyyənlik halları ilə bağlı gətirdiyi dəlillər əsaslı olmuşdur. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrini, “əməliyyataxtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, binaya baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” və “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokollar, həmin protokollara əlavə edilmiş videoçəkilişləri, polis əməkdaşları olan şahidlər şahid9, şahid8, şahid6 və şahid7 oğlunun dindirmə protokollarını, həmçinin şahidlər şahid3, şahid4 və şahid5 ifadələrini, ekspertiza rəyləri də daxil olmaqla digər sənədləri Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübutlar kimi qəbul etməmişdir. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ## ###### 2025-ci il tarixdə saat 19 radələrində Beyləqan şəhəri, “SMD-42” qəsəbəsi ərazisində saxlanılmamış, ## ###### 2025-ci il tarixdə saat 14 radələrində Beyləqan şəhəri, M.F.Axundov küçəsində şahid1 ilə birlikdə polis əməkdaşları tərəfindən saxlanılaraq Beyləqan RPŞ-yə aparılmışdır. Təqsirləndirilən şəxs üzərində 1 ədəd bükümdə 6,03 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana saxlamaqla həmin ünvana daşımamışdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs saxlayan zaman həmin yerdə üzərinə şəxsi axtarış keçirməli olmalarına baxmayaraq sonuncunu polis şöbəsinə gətirərək orada şəxsi axtarış və götürmə istintaq hərəkətini icra etmişlər. Məhkəmə tərkibi bildirir ki, Təqsirləndirilən şəxs faktiki azadlığı məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən ən azı 5 saat sonra şəxsi axtarış və götürmə hərəkəti həyata keçirilmişdir. Bundan əlavə məhkəmə istintaqı zamanı müəyyən edilmiş obyektiv hallardan görünür ki, polis əməkdaşları şahid5, şahid4 və şahid3 Təqsirləndirilən şəxs Beyləqan şəhəri, M.F.Axundov küçəsində saxlayaraq Beyləqan RPŞ-yə aparmışlar, orada üzərində şəxsi axtarış apar olsa da hər hansı qanunsuz saxlanılmış predmet aşkar olunmamış, bundan sonra polis əməkdaşları tərəfindən təxminən 5 saat ərzində tətbiq edilmiş zorakılıq, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin nəticəsində polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,03 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın və Beyləqan şəhəri, SMD-42 qəsəbəsi ərazisində yerləşən yağ-pendir zavodu deyilən ərazidə olan köhnə sahibsiz tikiliyə qoyulmuş 1 ədəd ağ rəngli kisənin içərisində 4 ədəd bağlamada çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olmasına dair etirafedici ifadə vermişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması faktı ilə bağlı prokurorluq orqanlarında araşdırma aparılsa da qəbul olunmuş qərarın surətinin ona göndərilmədiyini, polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması nəticəsində barmaqlarında xəsarətlər yaranmışdır. Bundan əlavə iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli, keyfiyyətli və praktik şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasını qoymuş sübutlar həm də müdafiə hüququ pozulmaqla əldə edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulan zaman dövlət hesabına müdafiəçi təyin olunmuş Quliyev Vəkil Yelmar oğlu hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs xeyrinə hər hansı fəaliyyətlə ümumiyyətlə məşğul olmamış (məsələn, hər hansı şəxsin şahid qismində dindirilməsi, döyülməsi, işgəncəyə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərə məruz qalması və başqa hallarla bağlı vəsatətləri olmamışdır), həmçinin təqsirləndirilən şəxsin müdafiəçi ilə konfidensial görüş hüququ faktiki olaraq təmin edilməmişdir. Bundan əlavə şahid şahid4 ifadəsində Təqsirləndirilən şəxsla bağlı keçirilən əməliyyat tədbirindən məlumatı olmadığını və sonuncunun saxlanmasında iştirak etmədiyini bildirsə də, şahid4 istifadəsində olan telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsi eyni antenlərin əhatə dairəsində olmuşdur. Həmçinin, şahid şahid3 ifadəsində Təqsirləndirilən şəxs saxlanılması vaxtını və tarixini tam xatırlamadığını, işə gəldikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitə ilə həbs olunması barədə məlumat aldığını, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmədiyini bildirsə də, şahid şahid3 istifadəsində olan telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsi eyni antenlərin əhatə dairəsində olmuşdur. Şahid şahid5 Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmədiyini bildirsə də, iş materialları həmin ifadəni təkzib edilmişdir. Beləliklə, məhkəmə tərkibi Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etməklə, işgəncə verilməklə, eləcə də müdafiə hüququ pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid kimi dindirilmiş polis əməkdaşlarının ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayətprosessual qanunvericiliyin tələblərinin, həmçinin “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Beləliklə, məhkəmə istintaq hərəkətlərinin nəticələrini qanunsuz yolla əldə edilmiş sübut kimi qiymətləndirmiş və sözügedən sübutun həqiqiliyinə və əldə olunma mənbəyinə yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir olunması qənaətinə gəlmişdir. Hesab edir ki, yuxarıda qeyd edilən əsaslarla bağlı-bu hissədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırki hökmü işin faktiki hallarına uyğun gəlməməklə əsassız olduğuna görə ləğv edilməlidir. Aparılmış ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ibtidai istintaqda verdiyi etirafedici ifadəsini, “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, binaya baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” və “əməliyyataxtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokollar, həmin protokollara əlavə edilmiş videoçəkilişlər, şahid ifadələri, məhkəmə-tibb, məhkəmə-kimyəvi, narkoloji ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Lakin ittihamın əsaslandırılması üçün qeyd edilən sübutlar məhkəmə tərəfindən əsassız olaraq qəbul edilməmiş, həmin sübutların məhkəmə tərəfindən rədd edilməsinin, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrinin və şahidlərin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin qəbul edilməməsinin motivləri göstərilməmiş, sübutlar bir-biri ilə müqayisəli şəkildə təhlil edilməmiş, bununla da, işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlinmişdir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, ##.##.2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşımaqda və Beyləqan şəhəri, S.Imrəliyev küçəsi yaxınlığında köhnə yağ-pendir zavodu adlanan ərazidə yerləşən tikilidə saxlaması barədə Beyləqan RPŞ-ya əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatının yoxlanılması üçün raportla rayon Polis Şöbəsinin rəisinə məruzə edilərək həmin əməliyyat məlumatının yoxlanılması üçün əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Əməliyyat qrupu yaradılaraq daxil olmuş məlumata əsasən ## ###### 2025-ci il tarixdə saat 19:18-də Beyləqan şəhəri, SMD-42 qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu barəsində qəbul edilmiş qərarla tanış edilmiş, Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sağ yan cibindən təqdim etdiyi bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana müvafiq qaydada götürülmüş, bundan sonra Beyləqan şəhəri Sərdar Imrəliyev küçəsindəki yağ-pendir zavodu ərazisindəki köhnə tikililərdən birində saxladığı 4 ədəd bağlamada olan narkotik vasitə qurudulmuş marixunana müvafiq qaydada aşkar edilərək götürülmüş, Beyləqan RPŞ-nin inzibati binasına gətirilmiş, Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş, ona hüquq və vəzifələri izah edilmiş, həmin gün saat 20:30-dan saat 21:10-dək olan müddətdə Polis Şöbəsinin inzibati binasında müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən və Beyləqan şəhəri Sərdar Imrəliyev küçəsindəki yağ-pendir zavodu ərazisindəki köhnə tikilidən aşkar edilmiş ona məxsus narkotik vasitələrin qablaşdırıldığı zərfə və ağ rəngli kisəyə videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Iş materiallarında olan ## ###### 2025-ci il tarixli “cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda-8036,03 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması və Beyləqan şəhəri, SMD-42 qəsəbəsi ərazisində yerləşən yağ-pendir zavodu deyilən ərazidə olan köhnə sahibsiz tikilinin içərisində saxlaması faktına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. (cild 1, i.v.1-36) Məhkəmə-bioloji ekspertizasının # ###### 2025-cü il tarixli, **/** nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri və imzalar olan kağız paketdə 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,03 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs Beyləqan şəhəri, S.Imrəliyev küçəsi yaxınlığında yerləşən yağ-pendir zavodu deyilən ərazidəki köhnə tikilidə” sözləri və imzalar olan sintetik torbada 4 ədəd qara rəngli polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi 2200,0 qram, 2390,0 qram, 2100,0 qram, 1340,0 qram, ümumi çəkisi 8030,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş narkotik vasitə marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidir. (cild 1, i.v.52-53) Məhkəmənarkoloji ekspertizasının ## ##### 2025-ci il tarixli, **** nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Kannabinoidlərin qəbulu nəticəsində yaranan Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində qeydiyyata alınması məsləhət görülür. (cild 1, i.v.85-86) Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının ## ##### 2025-ci il tarixli, **** nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Məsuliyyətsizlik, eqosentrizm, laqeydlik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət hadisəsi yörədilərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. (cild 1, i.v.88- 90) Məhkəmə-tibb ekspertizasının # ###### 2025-ci il tarixli, **/** nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmadı. (cild 1, i.v.83- 84) Məhkəmə işdə mövcud olan sübutları qarşılıqlı müqayisə etməklə təhlillər aparmadan, bir sübutun qəbul, digər sübutların isə rədd edilməsinin motivlərini göstərmədən, mötəbər sübutlara əsaslanmadan, həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin özünümüdafiə xarakterli, digər sübutlarla təkzib olunan ifadələrinə əsaslanmışdır. Belə ki, məhkəmə hökmdə Təqsirləndirilən şəxs polis əməkdaşları döydükdən sonra əlindən xəsarət aldığını, Şüvəlanda yerləşən Istintaq Təcridxanasına aparanda əlində olan şişkinliyi Rasim adlı şəxsə göstərdiyini, bədəninin başqa yerində xəsarət olmadığı məzmunda verdiyi ifadəsində fiziki zorakılığa məruz qalmasını bildirməsini ona qarşı fiziki zorakılıq edilməsinin əsası kimi təqsirləndirilən şəxsin həmin ifadəsini iş üzrə əhəmiyyəti və obyektiv həqiqətin müəyyən edilməsi üçün zəruri sübut növü kimi qiymətləndirmişdir. Bu azmış kimi, məhkəmə-tibbi ekspertizasının # ###### 2025-ci il tarixli, **/** saylı rəyini, ## ##### 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı, Beyləqan RPŞ-dən daxil olmuş ## ####### 2025-ci il tarixli məktubu və digər sübutları nəzərə almayıb düzgün təhlil və əsaslı qiymətləndirmə aparmamışdır. Məhkəmə-tibb ekspertizasının # ###### 2025-ci il tarixli, **/** nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. Xüsusi ilə də vurğulanmalıdır ki, qeyd edilən rəyin ilkin məlumat qrafasında “Müayinə olunanın deməsinə görə. ##.##.2025-ci il tarixdə narkotik maddələrin satışı ilə əlaqədar olaraq şübhəli şəxs kimi Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Hadisə zamanı döyülmədiyini, xəsarət almadığını bildirir. Şikayəti yoxdur” məzmunda suallara cavab vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı keçirilərkən çəkilmiş video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd kibrit qutusunda 9,13 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və Beyləqan şəhəri, SMD-42 qəsəbəsi ərazisində yerləşən yağ-pendir zavodu deyilən ərazidə olan köhnə sahibsiz tikilinin içərisindən bir ədəd ağ rəngli kisənin içərisində 4 ədəd bağlamada olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilir, Təqsirləndirilən şəxs həmin kütlələrin “marixuana” olduğunu bildirir, həmin vaxt Təqsirləndirilən şəxs hər hansı şəxs tərəfindən ona qarşı fizik zor tətbiq edilməsi səbəbindən bu cür izahat verməsini bildirmir və təhqiqatçı tərəfindən bununla bağlı hər hansı yönləndirici hərəkətlərə və sözlərə yol verilmir. Bundan əlavə, məhkəmə hökmdə Təqsirləndirilən şəxs Beyləqan RPŞ-də aparılan ibtidai araşdırma zamanı təzyiqlər edilərək işgəncə verilməsi və döyülməsi, təzyiq altında olduğu üçün videoçəkiliş zamanı həmin narkotik vasitənin ona məxsus olduğunu bildirməsi barədə ifadəsinin dəlilləri, habelə onun polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərində şəxsi axtarış aparılmamışdan əvvəl ona qarşı edilmiş təzyiqlər barədə ifadəsində göstərdiklərinin cinayət işinin ibtidai istintaqını aparan orqan tərəfindən hərtərəfli araşdırılmadığını qeyd etsə də, göstərilən xüsusatlar üzrə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılaraq Təqsirləndirilən şəxs qarşı Beyləqan RPŞ-də olan zaman hər hansı şəxs tərəfindən işgəncə, qeyri-insani rəftar, həmçinin fiziki zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmadığı üçün Azərbaycan Respubliaksı CPM-in 39.1.1-ci maddəsinə əsasən ##.##.2025-ci il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək, hər hansı nəzarət orqanı tərəfindən ləğv edilməyən yəni qüvvədə olan həmin qərarın surətinin cinayət işinin materiallarına əlavə edilməsini nəzərə almayaraq hökmdə Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilməsi qənaətinə düzgün gəlməmişdir. Lakin, məhkəmə Təqsirləndirilən şəxs xəsarət alması ilə bağlı toplanılmış material üzrə qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qeyd edilən qərarın preyudisial əhəmiyyətə malik olmasını nəzərə almayaraq, bununla bağlı hər hansı əsaslandırma və qiymətləndirmə aparmamışdır. Təqsirləndirilən şəxs saxlanılmasında iştirak edən digər şəxslər də vaxt və yerlə bağlı eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə isə onun qənaətinə əhəmiyyətli dərəcədə təsir edən həmin xüsusatla bağlı səthi araşdırma aparmaqla yanlış qərara gəlmişdir. Məhkəmə Təqsirləndirilən şəxs saxlanıldığı yerlə bağlı məsələyə münasibətdə Beyləqan şəhəri, “SMD-42” qəsəbəsi ərazisində deyil, Beyləqan şəhəri, M.F.Axundov küçəsində saxlanılması qənaətinə gəlməsində təqsirləndirilən şəxsin, şahidlər- şahid1, X3, X17, X4, X8, X18 və şahid2 ifadələrindən başqa hər hansı sübuta əsaslanmamışdır. Qeyd olunması mütləqdir ki, qeyd edilən şahidlərin ifadələri birmənalı şübhələr yaradır. Çünki şahid1, X3, X17, X4, X8, X18 və şahid2 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsla tanışları, yaxın qohumları və valideyinləridir. Ona görə də həmin şəxslər təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsində maraqlı olmuşlar. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu maddə üzrə təqsirinin olmaması qənaətinə gələrkən işin bir sıra faktiki halını hökmündə qeyd etməmiş, işin obyektiv həllinə birbaşa təsir edən bəzi xüsusatları yanlış qəbul etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ilkin ifadəsində və məhkəmə tibb ekspertizasəndan keçirilən zaman Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları və ya hər hansı digər şəxs tərəfindən zor tətbiq edilməsini müdafiəçisinə və ya müayinə etmiş şəxs və ya şəxslərə bildirməmiş, əksinə polis əməkdaşları tərəfindən saxlanılan zaman döyülmədiyini, xəsarət almadığını və şikayətinin olmadığını bildirmişdir. Hökmdə bu barədə ümumiyyətlə qeyd yoxdur. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədə dəfələrlə səsləndirdiyi “polis əməkdaşları tərfindən ## ###### 2025-ci il tarixdə saxlanılan zaman üzərində siqaret dənəsinin içərisində çəkib yarımçıq şəkildə saxladığı narkotik vasitə marixuana olmuşdur” məzmunda ifadəsinə münasibət bildirməmişdir. Məhkəmə hökmdə bu hala da ümumiyyətlə münasibət bildirməmişdir. Hesab edir ki, bu xüsusatın qeyd edilməməsi məqsədli xarakter daşıyır, çünki eyni xüsusatla bağlı yuxarıda sadalanmış kifayət qədər mötəbər sübutar, təqsirləndirilən şəxsin məhkəmə istintaqında döyülməsi və üzərinə narkotik vasitənin qoyulması ilə bağlı ifadəsini təkzib edilir. Işgəncə faktı ilə bağlı məhkəmənin istinad etdiyi yeganə sübut Təqsirləndirilən şəxs özünümüdafiə xarakterli verdiyi ifadəsinə (Şüvəlanda yerləşən Istintaq Təcridxanasına aparanda əlində olan şişkinliyi Rasim adlı şəxsə göstərdiyini) əsaslanmışdır. Halbuki, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlarla bağlı “X14” sorğu edilərək götürülməmiş, xəsarətin olubolmaması, müsbət halda xəsarətlərin hansı tarixdə və şəraitdə yaranması, kimlər tərəfindən yetirilməsi, həqiqət Təqsirləndirilən şəxs əlində olan xəsarətlə bağlı Rasim adlı şəxsə müraciət edib-etməməsi müəyyən etməyib qeyri-obyektiv araşdırma aparılmaqla hökmdə qeyd edilən xüsusatlara ümumiyyətə münasibət bildirməmiş və nəticədə işin obyektiv hallarına uyğun olmayan yekun nəticəyə gəlmişdir. Qeyd edilən anlaşılmazlığın aradan qaldırılması üçün müvafiq araşdırmanın aparılması məhkəməyə maraqlı olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ən az 5 saat ərzində qanunsuz olaraq polis əməkdaşlarının sərəncamında olduğu müddət ərzində tətbiq edilmiş zorakılıq hərəkətlərin nəticəsində polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş bir bükümdə narkotik vasitə qurudulmuş marixuananın və Beyləqan şəhəri, S.Imrəliyev küçəsi yaxınlığında köhnə yağ-pendir zavodu ərazisində yerləşən tikiliyə baxış aparılan zaman 4 ədəd bağlamada olan narkotik vasitə qurudulmuş marixuanın özünə məxsus olmasına dair etirafedici ifadə verməsi barədə yalnış nəticəyə gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki, Təqsirləndirilən şəxs tutulduqdan dərhal sonra özünün seçdiyi müdafiəçi ilə təmin edilmiş, müdafiəçi ilə təmin edilməməsini istisna edən hər hansı hal aşkar edilməmişdir. Məhkəmə qeyd edilən müddəti təsdiq edən hər hansı hal müəyyən etməmiş, yalnız həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin özünümüdafiə xarakterli, digər sübutlarla təkzib olunan ifadələrinə əsaslanmışdır. Məhkəmə cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulan zaman özünün seçdiyi dövlət hesabına müdafiəçi Quliyev Vəkil Yelmar oğlu tərəfindən hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs xeyrinə hər hansı fəaliyyətlə ümumiyyətlə məşğul olmamasını (məsələn, hər hansı şəxsin şahid qismində dindirilməsi, döyülməsi, işgəncəyə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərə məruz qalması və başqa hallarla bağlı vəsatətləri olmamışdır),Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli, keyfiyyətli və praktik şəkildə təmin edilməməsini həmçinin təqsirləndirilən şəxsin müdafiəçi ilə konfidensial görüş hüququ faktiki olaraq təmin edilməməsini müdafiə hüququnun pozulması kimi qiymətləndirməsində yalnış nəticəyə gəlmişdir. Belə ki, şahidlər - şahid8, şahid6 və şahid7 və şahid9 həm ibtidai, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşımaqda və Beyləqan şəhəri, S.Imrəliyev küçəsi yaxınlığında köhnə yağ-pendir zavodu adlanan ərazidə yerləşən tikilidə saxlaması barədə ona ##.##.2025-ci il tarixdə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumatı rəsmiləşdirdiyini, həmin tarixdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərar qəbul edildiyini, ardınca əməliyyat qrupunun yaradıldığını, Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə saat 19:18-də Beyləqan şəhəri, S.Imrəliyev küçəsi yaxınlığında piyada hərəkət edərkən saxlanıldığını, Təqsirləndirilən şəxs saxlanılma səbəbini bildirib hüquq və vəzifələri izah edildiyini, üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansısa bir qanunsuz əşya, predmet olubolmaması soruşulduqda Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sağ yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd kibrit qutusunu çıxarıb təqdim etdiyini, daha sonra Beyləqan şəhəri, SMD-42 qəsəbəsi ərazisində yerləşən yağ-pendir zavodu deyilən ərazidə olan köhnə sahibsiz tikilinin içərisindən satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı bir ədəd ağ rəngli kisənin içərisində 4 bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürüldüyünü, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildiyini şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edildikdən sonra ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini, Quliyev Vəkil Yelmar oğlu hüquqlarının müdafiəçisi kimi dəvət olunaraq müdafiəçi və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən və Beyləqan şəhəri Sərdar Imrəliyev küçəsindəki yağpendir zavodu ərazisindəki köhnə tikilidən aşkar edilmiş kisəyə yenidən hüquq və vəzifələri elan edilan edilməklə videoçəkiliş vasitəsilə müstəntiq tərəfindən yenidən baxış keçirilərək götürüldüyünü bildirmişdir. Təqsirləndirilən şəxs həm üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana, həmdə Beyləqan şəhəri, SMD-42 qəsəbəsi ərazisində yerləşən yağ-pendir zavodu deyilən ərazidə olan köhnə sahibsiz tikilidən kisənin içərisində olan narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olduğunu bildirmişdir. Qeyd edilən prosessual hərəkətlər Təqsirləndirilən şəxs özünün seçdiyi müdafiəçi ilə təmin edildikdən sonra icra edilmişdir. Eyni zamanda təqsirləndirilən şəxsin göstərdiyi bütün xüsusatlar – polis əməkdaşı tərəfindən döyülməsi, narkotik vasitənin ona məxsus olmaması məzmunda verdiyi ifadələr və digər hallar ibtidai istintaq dövründə araşdırılaraq yekunda qiymət verilmişdir. Hesab edir ki, məhkəmə Cinayət-Prosessual Məcəllənin tələblərini də pozmuşdur. Təqsirləndirilən şəxs onu saxlayan polis əməkdaşları ilə və ya onu saxlayan polis əməkdaşlarının Təqsirləndirilən şəxs qarşılıqlı mobil telefonla danışıqlarının olmadığını, qeyd edilən hal araşdırma predmeti olmadığı və mübahisələndirilmədiyi halda məhkəmə çoxsaylı şahid ifadələrinin anten dairəsinə aid məlumatları götürməklə qanunverciliyin tələblərini pozmuşdur. Məhkəmə bununla kifayətlənməyərək, hökmdə ## ###### 2025-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs polis əməkdaşları şahid5, şahid4 və şahid3 tərəfindən Beyləqan şəhəri, M.F.Axundov küçəsində saxlanılması qənaətinə gəlmiş, polis əməkdaşlarının ibtidai istintaqda və məhkəmə istintaqında verdikləri ifadələrə tənqidi yanaşaraq məhz təqsirləndilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini və “xxxx” MMC və “xxxx” MMC-dən alınmış məlumatları mötəbər və inandırıcı hesab etməkdə haqlı olmamışdır. Qeyd edilməsi mütləqdir ki, qanunvericiliyin tələbləri pozulmaqla əldə edilmiş və məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmiş məlumatlara diqqət yetirsək şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə və şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ## ###### 2025-ci il tarixdə saat 14 radələrində Beyləqan şəhəri, M.F.Axundov küçəsində olmasını təsdiq edən hər hansı məlumat yoxdur. şahid5 isə Təqsirləndirilən şəxs tutulmasına iştirak etməsini isə yalnız təqsirləndirilən şəxsin ifadəsinə əsaslanmışdır. Yuxarıda sadalananlar məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə təsir edən hal olmaqla məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasına dəlalət edir. Həmçinin, hökmün ləğv edilməsinin digər əsası məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Belə ki, işin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olan halların təsdiq və ya təkzib edilməsi üçün şəxslərin dindirilməməsi, sənədlərin, maddi və ya digər sübutların tələb edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi üçün əsasdır. Hazırki iş üzrə məhkəmənin istinad etdiyi əsas pozuntu - Təqsirləndirilən şəxs döyülməsi və zorakılığa məruz qalması faktı ümumiyyətlə araşdırılmamışdır. Yuxarıda qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs əlində olan şişkinliklə bağlı şikayət etdiyi Rasim adlı şəxsin şəxsiyyətini müəyyənləşdirib işgəncə faktının müəyyən edilməsi üçün məhkəmə tərəfindən şahid qismində çağırılıb dindirilməmiş, işin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olan həmin xüsusatı araşdırmamışdır. Bundan başqa, məhkəmə istintaqında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman “üzərində siqaret dənəsinin içərisində çəkib yarımçıq şəkildə saxladığı narkotik vasitə marixuana olmuş” məzmunda verdiyi ifadəsini, şahid şahid2 Faiqin tutulduğu yerdə Faiqə məxsus markalarını xatırlamadığı iki telefon tapdığını və Faiqgilin evinə gedib anasına verdiyini, X10 Təqsirləndirilən şəxs məxsus mobil telefonunun ona verilməsini təsdiq etmədiyini, X3 ifadəsində oğlu Təqsirləndirilən şəxs məxsus bir ədəd mobil telefonun Kənan tərəfindən ona verdildiyini, şahid2 Təqsirləndirilən şəxs tutulmasının şahidi olsa da onun nə geyindiyini xatırlamadığı məzmunda verilmiş ifadələr, həmçinin Təqsirləndirilən şəxs tutulan zaman istifadəsində olmuş mobil nömrələr arasında zənglərin kim və ya kimlər tərəfindən icra edilməsi kimi ziddiyətli hallar araşdırmamış və iş materiallarında olan telefon vasitəsi ilə ötürülən məlumatlar da diqqətlə tədqiq edilməyərək məsələyə obyektiv yanaşmamışdır. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X1 apellyasiya protestinin dəlillərini müdafiə edərək, onun məzmununa uyğun çıxış etdi, birinci instansiya məhkəməsinin qanunsuz, əsassız və düzgün olmayan nəticəyə gəldiyini, Təqsirləndirilən şəxs törətdiyi cinayətin tam sübuta yetirildiyini, ona bəraət verilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya protestinin təmin olunmaqla, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** saylı hökmünün ləğv edilib, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə ittiham hökmü çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi apellyasiya protestinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qanuni, əsaslı və düzgün nəticəyə gəldiyini göstərib, apellyasiya protestinin təmin edilmədən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdilər. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Avropa Insan Hüquqları Məhkəməsi “X23rşı”, “X19rşı”, “Ermi Italiyaya qarşı” məhkəmə işləri üzrə Qərarlarında dövlətin pozitiv öhdəlikləri prinsipindən çıxış edərək göstərmişdir ki, müdafiənin əslində ilk növbədə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən həyata keçirilməsinə baxmayaraq, ədalətliliyin əsas təminatçısı qismində məhkəmələr çıxış edirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “CPM-in 397.1 və 397.2ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etdi ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Ona görə də həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Konstitusiya Məhkəməsi qeyd olunan Qərarında hüquqi mövqeyini davam etdirərək vurğulamışdır ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Məhkəmə kollegiyası işin materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya protesti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası həqiqətin müəyyən edilməsinin məhkəmə icraatının vəzifəsi olması prinsipindən çıxış edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bu maddə ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma bu maddənin tərkibini yaradır. CM-in 234.4-cü maddəsinin dispozisiyasından isə görünür ki, bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə CM-in 234.4.1-ci maddəsinin, külli miqdarda törədildikdə CM-in 234.4.3-cü maddəsinin tərkibi yaranır. Işin materiallarında olan “cinayət işinin başlanması və icraata götürülməsi haqqında” ## ###### 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda-8036,03 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması və Beyləqan şəhəri, SMD-42 qəsəbəsi ərazisində yerləşən yağ-pendir zavodu deyilən ərazidə olan köhnə sahibsiz tikilinin içərisində saxlaması faktına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. (cild 1, i.v. 1-36) Işin materiallarında olan “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, binaya baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstü yoxlanılan və Beyləqan şəhəri, SMD-42 qəsəbəsi ərazisində yerləşən yağ-pendir zavodu deyilən ərazidə olan köhnə sahibsiz tikilinin içərisinə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 1 ədəd kibrit qutusunda 9,13 qram tünd yaşıl rəngli, kəskin qoxulu, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, Beyləqan şəhəri, SMD-42 qəsəbəsi ərazisində yerləşən yağpendir zavodu deyilən ərazidə olan köhnə sahibsiz tikilinin içərisindən satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı bir ədəd ağ rəngli kisənin içərisində olan ayrı-ayrılıqda çəkiləri müvafiq olaraq 2465 qram, 2635 qram, 1575 qram və 2315 qram olan tünd yaşıl rəngli, kəskin qoxulu, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. (cild 1, i.v. 10-13) Işin materiallarında olan “cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:30-da şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, i.v. 23) Işin materiallarında olan “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, Beyləqan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, R şahid9 rəhbərliyi ilə CAB-ın əməliyyat müvəkkili, polis başRlı şahid6 NMQ-nun əməliyyat müvəkkili, R şahid8 və keçiriləcək əməliyyat-axtarış tədbirinin videoyazı ilə qeydə alınması üçün KMQ-nin baş-əməliyyat müvəkkli, polis baş- Rı şahid7 iştirakı ilə əməliyyat qrupu təşkil olunmuş, tərəflərindən ## ###### 2025-ci il tarixdə saat 19:18-də başlanmış və videoçəkilişlə qeydə alınmış əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs Beyləqan şəhəri, S.Imrəliyev küçəsi yaxınlığında piyada hərəkət edərkən saxlanılmışdır. Bundan sonra şübhəli şəxs qismində saxlanılaraq faktiki, azadlığı məhdudlaşdırılmış Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan olunmuş hər hansısa bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olubolmaması soruşulduqda o, əynində olan qara rəngli gödəkcənin sağ yan cibində narkotik vasitə olan marixuana olduğunu bildirib həmin gödəkçənin sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində tünd yaşıl rəngli, kəskin qoxulu, narkotik vasitə olan marixuanaya bənzər kütləni çıxarıb təqdim etmişdir. Bundan sonra şahid9 tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı onun əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 1 ədəd Kent-4 markalı siqaret, sağ yan cibindən isə bir ədəd alışqan aşkar edilmişdir. şahid9 verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin narkotik vasitə olan marixuana olmasını bildirmişdir. Daha sonra sıfırlanmış elektron tərəzi gətirilərək içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olan kibrit qutusu tərəziyə qoyularaq çəkisinin 9.13 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitənin çəkisi ilə razıdır, həmin narkotik vasitəni özü istifadə edir və Beyləqan rayonu ərazisində yerləsən su kanalının kənarından tapmışdır. şahid9 tərəfindən aşkar olunmuş predmet götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs onun Beyləqan şəhəri, S.Imrəliyev küçəsi yaxınlığında köhnə yağ-pendir zavodu ərazisində yerləşən tikilidə qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə saxlaması barədə əməliyyat məlumatına əsasən həmin tikiliyə baxış keçirilməsi üçün onlarla getməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs saxlanıldığı yerdən təxminən 60 metr məsafədə yerləşən Beyləqan şəhəri, S.Imrəliyev küçəsi yaxınlığında köhnə yağ-pendir zavodu ərazisində yerləşən tikiliyə özünün iştirakı ilə baxış keçirilməsinə başlanılmışdır. Həmin tikili birmərtəbəli, mişar daşından inşa edilmiş, boş dəhliz və otaqlardan ibarət yarımçıq vəziyyətdə köhnə yağ-pendir zavoduna məxsus tikilidir. Tikiliyə yan tərəfdən açıq pəncərədən daxil olundu və sol tərəfdə boş otaqlar, qarşıda isə hündür tavan olan geniş salon yerləşir. Daxil olunan pəncərədən sol tərəfdə divarın küncündə 1 ədəd ag rəngli sintetik torba aşkarlanmışdır. Bundan sonra həmin torbanın iplə bağlanmış ağzı açılmış və torbanın içərisindən qara rəngli yapışqan lentlə sarılmış 1 ədəd bağlama aşkarlanmışdır. Həmin bağlamalar şahid9 tərəfindən açılmış və hər birinin içərisində tünd yaşıl rəngli, kəskin qoxulu, narkotik vasitə olan marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Daha sonra sıfırlanmış elektron tərəzi gətirilərək içərilərində narkotik vasitə olan marixuanaya bənzər bağlamalar tərəzidə çəkilərək çəkilərinin ayrı-ayrılıqda 2 kq, 465 qram, 2 kq, 635 qram, 1 kq, 575 qram və 2 kq, 315 qram olması, ümumi çəkisinin 8 kq, 725 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitələrin çəkisi ilə razıdır, həmin narkotik vasitələri Beyləqan rayonu ərazisindəki su kanalının kənarından tapmışdır. Daha sonra aşkar olunmuş predmet qablaşdırılaraq götürülmüşdür. (cild 1, i.v. 10-13) Işin materiallarında olan “məhkəmə-bioloji ekspertizası”nın # ###### 2025-cü il tarixli, **/** nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri və imzalar olan kağız paketdə 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,03 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs Beyləqan şəhəri, S.Imrəliyev küçəsi yaxınlığında yerləşən yağpendir zavodu deyilən ərazidəki köhnə tikilidə” sözləri və imzalar olan sintetik torbada 4 ədəd qara rəngli polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi 2200,0 qram, 2390,0 qram, 2100,0 qram, 1340,0 qram, ümumi çəkisi 8030,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş narkotik vasitə marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidir. (cild 1, i.v. 50-53) Işin materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” ## ###### 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, barəsində Beyləqan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə vermiş olduğu ifadəsində bildirmişdir ki, cinayət işi üzrə müstəntiqə ifadə vermiş, cinayəti etiraf etmişdir. Lakin hazırda göstərmək istəyir ki, həmin narkotik vasitə ona məxsus deyildir. Polis əməkdaşları tərəfindən bir bükümdə narkotik vasitə üzərinə qoyulmuş, Beyləqan şəhəri, SMD-42 qəsəbəsi ərazisində yerləşən yağ-pendir zavodu deyilən ərazidə olan köhnə sahibsiz tikiliyə baxış keçirilərkən özündə olmamışdır. Oradan götürülən narkotik vasitə ona məxsus deyildir. Özünü təqsirli bilmir. Iki azyaşlı uşağı vardır. Istintaqdan yayınmayacaq və vaxtında çağırışlara gələcəkdir. Ona görə də təqdimatın rədd edilməsini xahiş etmişdir. (cild 1, i.v. 56-57, 78-83) Işin materiallarında olan Beyləqan Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)- **/**** nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti, 3 (üç) ay müddətinə, yəni ## ######## 2025-ci il tarixədək uzadılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs çıxış edərək bildirmişdir ki, özünü təqsirli bilmir. Polis əməkdaşları tərəfindən ittihamda qeyd olunan narkotik vasitə ona hədə-qorxu gəlinərək üzərinə qoyulmuş, onu öz evinin qabağından götürüb aparmışlar və videoçəkilişi isə o, Polis Şöbəsinə aparıldıqdan və uzun müddət orada saxlanıldıqdan sonra aparılmışdır. O, həbsdə saxlama müddətinin uzadılması barədə verilmiş təqdimatın təmin edilməsinə etiraz etmişdir. (cild 1, i.v. 244-250) Ibtidai istintaq zamanı “xxxx” MMC-dən alınmış məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ## ###### 2025-ci il tarixdə saat 11:37-dən saat 16:18-dək sabit olaraq “Beylaqan r-nu ATS” adlı antenin əhatə dairəsində olmuşdur. “xxxx” MMC-dən alınmış məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ## ###### 2025-ci il tarixdə saat 09:11-dən saat 13:30dək sabit olaraq “Beylaqan ray. ATS” adlı antenin əhatə dairəsində olmuşdur. Saat 13:30-dən sonra isə həmin nömrənin anten dairəsi olmamışdır. “xxxx” MMC-dən alınmış məlumatlardan görünür ki, ünvan 3 ünvanında “Beylaqan ray. ATS”, “Beylaqan r-nu”, “BEYLAQAN s., ATS” adlı, Beyləqan şəhəri, Zərifə Əliyevə küçəsi 3-də “Beyləqan şəh. 20 Yanvar küçəsi 80A”, “Beylaqan ray”, Beyləqan şəhəri, “Beylaqan r-nu ATS”,“BEYLAQAN s., ATS”, M.F.Axundov küçəsi 12-də “Beylaqan ray. ATS”, “BEYLAQAN s., ATS”, “Beylaqan r-nu” və “Beylaqan ray” adlı ötürücü stansiyalar mövcuddur. Şəhər daxili antenlər təxmini 0,5-1,5 km, şəhər kənarı 5 km radusa qədər xidmət verə bilər. Ibtidai istintaq zamanı “xxxx” MMC-dən alınmış məlumatlardan görünür ki, ## ###### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən saat 13:24-də istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng olunmuş və danışığın olması qeydə alınmışdır. “xxxx” MMC-dən alınmış məlumatlardan görünür ki, şahid şahid9 istifadəsində olan ***- ***-**-** saylı mobil nömrənin anten dairəsi ## ###### 2025-ci il tarixdə saat 17:38-dən saat 20:40-dək sabit olaraq “Beyləqan şəh. 20 Yanvar küçəsi 80A” adlı antenin təsir dairəsində qalmışdır. “xxxx” MMC-dən alınmış məlumatlardan görünür ki, şahid şahid6 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten dairəsi ## ###### 2025-ci il tarixdə saat 02:51-dən saat 20:08-dək, şahid şahid8 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinin anten dairəsi ## ###### 2025-ci il tarixdə saat 13:17- dən saat 20:32-dək sabit olaraq “LSVN2054O5/LSVN2054 Beylagan/Beyləqan şəh., M.Ə.Rəsulzadə küç, Beyləqan Rayon Icra Hakimiyyəti yanı/Beylagan/ (39.77221/47.61706)” adlı antenin əhatə dairəsində qalmışlar. Cinayət işinin materiallarının İ cildinin 188-192-ci səhifələrində olan “şahidin dirilməsi haqqında” ## ### 2025-ci il tarixli protokoldan görünür ki, şahid8 Beyləqan RPŞ-də saat 11:00dan başlayaraq şaat 12:20-dək şahid qismində dindirilmiş, lakin “xxxx” MMC-dən alınmış məlumatlardan görünür ki, şahid şahid8 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten dairəsi sabit qalmamış, saat 11:00-dan saat 12:44-dək “SVN1292C/GSVN1292 Kebirly/Beyləqan rayonu, Kəbirli kəndi/Beylagan/ (39.8455/47.52831)”, “LQRB1909G1/LQRB1909 Qacar k./Füzuli rayonu Qacar kəndi/Fizuli/ (39.63919/47.04376)”, “LSVN3523O3/LSVN3523 Tezekend_B/Beyləqan rayonu, Təzəkənd kəndi/Beylagan/ (39.81112/47.58597)”, “LSVN6194O2/LSVN6194 Garadolag/Ağcabədi rayonu, Qaradolag kəndi/Aghjabadi/ (39.93122/47.47153)”, “LSVN2054O5/LSVN2054 Beylagan/Beyləqan şəh., M.Ə.Rəsulzadə küç, Beyləqan Rayon Icra Hakimiyyəti yanı/Beylagan/ (39.77221/47.61706)” adlı antenlərin təsir dairəsinə düşmüşdür. “xxxx” MMC-dən alınmış məlumatlardan görünür ki, şahid şahid7 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten dairəsi ## ###### 2025-ci il tarixdə saat 12:07-dən saat 20:09-dək sabit olaraq “USVN2054Q/USVN2054 Beylagan/Beyləqan şəh., M.Ə.Rəsulzadə küç, Beyləqan Rayon Icra Hakimiyyəti yanı/Beylagan/ (39.77221/47.61706) adlı antenin əhatə dairəsində qalmışdır. Cinayət işinin materiallarının İ cildinin 215-218-ci səhifələrində olan “şahidin dirilməsi haqqında” ## ### 2025-ci il tarixli protokoldan görünür ki, şahid7 Beyləqan RPŞ-də saat 16:05dən başlayaraq saat 17:15-dək şahid qismində dindirilmiş, lakin“xxxx” MMC-dən alınmış məlumatlardan görünür ki, şahid şahid7 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten dairəsi saat 16:19-dan saat 17:02-dək “UBBK3853E/GBBK3853 Isali Market/Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 26a/Khatai/ (40.39914/49.9536)” və “UBBK3859A/GBBK3859 8km Park/Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində, H. Əliyev adına parkın ərazisində /Khatai/ (40.39719/49.94429)” adlı antenlərin əhatə dairəsində qalmışdır. Ibtidai istintaq zamanı eyni məzmunlu ifadələr verən polis əməkdaşları şahid5, şahid4 və şahid3 Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmadığını, sonuncunun saxlanılması barədə məlumatı sonradan eşitdiklərini bildirmişlər. “xxxx” MMC-dən alınmış məlumatlardan görünür ki, şahid şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ## ###### 2025-ci il tarixdə saat 10:04-dən saat 11:19-dək sabit olaraq “Beylaqan ray. ATS”, “BEYLAQAN s., ATS” adlı, saat 12:16-da “Beylaqan ray” adlı, saat 12:25-də “Beyləqan şəh. 20 Yanvar küçəsi 80A” adlı, saat 12:40-da “BEYLAQAN s., ATS” adlı, saat 12:50-də “Beylaqan ray” adlı, saat 13:29-da “BEYLAQAN s., ATS” adlı, saat 14:35-də “Beylaqan ray” adlı və saat 15:34-də “Beyləqan şəh. 20 Yanvar küçəsi 80A” adlı antenlərin əhatə dairəsində olmuşdur. Göründüyü kimi şahid şahid4 istifadəsində olan telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsi eyni antenlərin əhatə dairəsində olmuşdur. Şahid şahid4 ifadəsində Təqsirləndirilən şəxsla bağlı keçirilən əməliyyat tədbirindən məlumatı olmadığını və sonuncunun saxlanmasında iştirak etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə şahid şahid4 yalan ifadə verdiyini və saxlanılmasında iştirak etdiyini bildirmişdir. Cinayət işinin materiallarının İ cildinin 219-221-ci səhifələrində olan “şahidin dirilməsi haqqında” ## ### 2025-ci il tarixli protokoldan görünür ki, şahid4 saat 11:05-dən başlayaraq şaat 11:55-dək şahid qismində dindirilmiş, lakin şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten dairəsi sabit qalmamış, həmçinin “Beyleqan r-nu, Sefeq kendi” adlı antenin təsir dairəsinə düşmüşdür. Cinayət işinin materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşir, “xxxx” MMC-dən alınmış məlumatlardan isə görünür ki, Beyləqan şəhəri, Zərifə Əliyevə küçəsi 3-də “Beyləqan şəh. 20 Yanvar küçəsi 80A”, “Beylaqan ray”, Beyləqan şəhəri, “Beylaqan r-nu ATS”,“BEYLAQAN s., ATS” adlı ötürücü stansiyalar mövcuddur. “xxxx” MMC-dən alınmış məlumatlardan görünür ki, şahid şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ## ###### 2025-ci il tarixdə saat 10:35-dən saat 11:42-dək sabit olaraq “BEYLAQAN s., ATS” adlı, saat 11:121- da “Beyləqan şəh. 20 Yanvar küçəsi 80A” adlı, saat 11:31-də “Beyleqan r-nu, Sefeq kendi” adlı, saat 13:01-dən saat 15:16-dək “BEYLAQAN s., ATS” adlı antenlərin əhatə dairəsində olmuşdur. Şahid şahid3 istifadəsində olan telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsi eyni antenlərin əhatə dairəsində olmuşdur. Şahid şahid3 ifadəsində Təqsirləndirilən şəxs saxlanılması vaxtını və tarixini tam xatırlamadığını, işə gəldikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitə ilə həbs olunması barədə məlumat aldığını, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə şahid şahid3 yalan ifadə verdiyini və saxlanılmasında iştirak etdiyini bildirmişdir. Şahid şahid5 Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmədiyini bildirsə də, iş materialları həmin ifadəni təkzib edir və sonuncunun Təqsirləndirilən şəxs saxlanılmasında birbaşa iştirak etdiyini təsdiq edir. Bu ziddiyyət şahidin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin obyektivliyini şübhə altına alır və ifadənin iş üzrə digər sübutlarla uzlaşmadığını göstərir. Birinci instansiyada işə baxan məhkəmə tərkibi haqlı olaraq hesab etmişdir ki, sübutların qarşılıqlı müqayisəli təhlili nəticəsində polis əməkdaşları olan şahidlərin məhkəmədəki bəyanatları inandırıcı hesab edilə bilməz və iş materiallarında əks olunan rəsmi sübutlara, o cümlədən elektron sübutlara üstünlük verilməlidir. Beyləqan Rayon Icra Hakimiyyətindən daxil olmuş ## ###### 2025-ci il tarixli, 5-37/2- ****/**** nömrəli məktubdan görünür ki, “SMD-42” adlanan ərazi Beyləqan şəhər inzibati ərazi dairəsinə daxildir və həmin ərazidə şəhərin Niyazi, Cəmşid Naxçıvanski, Imadəddin Nəsimi, Kərim Kərimov, Rahil Məmmədov, Səttarxan, Zülfü Qədimov və digər küçələri mövcuddur. Beyləqan şəhəri “SMD-42 adlanan ərazidə yerləşən köhnə pendir zavodu ünvan 2 7 ünvanında yerləşir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən yaradılmış unvanportali.az elektron portalına əsasən Zülfü Qədimov küçəsi giriş 7 ünvanı 723143.917, 44044996.60838 N koordinatında yerləşir. “xxxx” MMC-dən alınmış məlumatlardan görünür ki, Beləqan şəhəri, Zülfü Qədimov küçəsində xidmət verən “xxxx” MMC-yə aid ötürücü antenlər “Beylaqan r-nu” və “Beyleqan rnu, RTS qes” adlıdır Cinayət işinin materiallarına əlavə olunmuş Beyləqan rayon IHB-nın Beyləqan şəhər IƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan və digər rəsmi sənədlərdən görünür ki, X6 vəfat etdiyi günə kimi Beyləqan şəhəri, M.F.Axundov küçəsi, * saylı ünvanda yaşamışdır. Polis əməkdaşlarının ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, bu ifadələr də orfoqrafik və qramatik səhvlər də daxil olmaqla tamamilə eyni olmuşlar. Bu da bir daha müstəntiq tərəfindən eyni ifadələrin, sadəcə olaraq şahidlərin anket məlumatları dəyişdirilməklə yazılmasının, düzgün ifadə alınmaqla obyektiv həqiqətin müəyyən edilməsinə yönəlməyən fəaliyyətinin aşkar görüntüsüdür. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ifadələrində bildirilən yerdə və formada saxlanılmamış, sonuncu ## ###### 2025-ci il tarixdə saat 14 radələrində Beləqan şəhəri, M.F.Axundov küçəsində polis əməkdaşları şahid5, şahid4 və şahid3 tərəfindən tanışı şahid1 ilə birlikdə saxlanılaraq Beyləqan RPŞ-yə aparılmışdır. Yuxarıda qeyd olunan hallara əsasən birinci instansiya məhkəməsində işə baxan hakimlərin tərkibi haqlı olaraq hesab etmişdirki, polis əməkdaşları şahid9, şahid8, şahid7 və şahid6 adlı polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı istintaq hərəkətlərinin aparılmasına dair, şahid5, şahid4 və şahid3 Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilməsi ilə bağlı şahid qismində həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələr mötəbər olmadığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, bu ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan gün evdə olmuşdur. Faiqə zəng edib ondan 10 manat pul istəmiş, Faiqlə telefonda danışan zaman Kənanın səsini eşitmiş və Faiqə ondan Kənana salam deməsini bildirmişdir. Faiqlə telefonda danışan vaxtı Kənan Faiqin yanında olmuşdur. Daha sonra Faiqdən pul alıb xəstəxanaya getmək üçün Faiqlə görüşməyə getmişdir. Faiqin olduğu yerə getmiş, həmin vaxtı polis əməkdaşları Faiqi tutmuşdular. Faiqi görəndə polis əməkdaşları Faiqi döyüb avtomobilə basırdılar, həmin vaxt polis əməkdaşlarına yaxınlaşıb Faiqi polis əməkdaşlarından aralamışdır. Polis əməkdaşları onu kənara çəkib vurmuşlar. Faiqin atası ilə anası gəlmiş, ondan sonra polis əməkdaşları onu vurmamışlar. Polis əməkdaşlarından Rahil, Vüsal və qonşularında olan qara rəngli “Mercedes” (dörd fara) markalı dövlət qeydiyyat nişanı **-LG-*** nömrəli avtomobilin sahibi Pərviz adlı polis əməkdaşını tanımışdır. Polis əməkdaşları Faiqi həmin avtomobilə mindirmək istəmişlər. Polis əməkdaşları onu da polis şöbəsinə aparmışlar. Onu polis şöbəsində bir gün yarım saxladıqdan sonra buraxmışlar. Faiqlə onu ayrı-ayrı avtomobillərdə polis şöbəsinə aparmışlar. Polis şöbəsinə çatdıqdan bir neçə dəqiqədən sonra Faiqi gətirmişlər. Onları ## ###### 2025-ci il tarixdə saxlayıb polis şöbəsinə aparmışlar, onu ## ###### 2025-ci il tarixdə polis şöbəsindən buraxmışlar. Kənanın Faiqin yanında olduğunu telefonda bilmişdir. Faiqlə onu polis əməkdaşları tutan vaxt Kənan şirniyyat mağazasına şirniyyat almağa getmişdir. Sonradan bildirmişdir ki, Kənan şirniyyat alıb Faiqin yanına gələcəkmiş, polis şöbəsindən onu buraxanda əməliyyatçılar ona “səni buraxırıq sonra gedib məhkəmədə şahidlik etsən səni də tutarıq” demişlər. Əvvəllər dava-dalaş etdiyinə görə həbs olunmuşdur. Faiqin narkotik vasitə ilə bağlı həbs olunmağını eşitmişdir. Faiqin narkotik vasitə satmasını eşitməmişdir. Məhkəmə iclasında şahid şahid1 hadisə ilə bağlı ardıcıl, məntiqi və real ifadə vermiş, həmin ifadə digər sübutlarla müqayisədə ziddiyyət təşkil etməmişdir. Lakin Beyləqan RPŞ-dən daxil olmuş ## ###### 2026-cı il tarixli məktubda göstərilmişdir ki, şahid1 Beyləqan RPŞ-nin əməliyyat müvəkkilləri şahid6 və şahid5 tərəfindən ictimai qaydanı pozduğuna görə ## ###### 2025-ci il tarixdə saat 23:30- da Beyləqan RPŞ-nə gətirilmiş, ## ###### 2025-ci il tarixdə şahid1 barəsində Inzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 50 (əlli) manat məbləğində cərimə olunaraq həmin tarixdə sərbəst buraxılmışdır. Bununla bağlı şahid1 ifadəsində bildirmişdir ki, Beyləqan RPŞ-nin verdiyi məlumat yalan məlumatdır, ərazidə olan kamera görüntüləri götürülsə kamera görüntülərindən görünər ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən onun yanında olmuş və onları bir yerdə saxlayıb polis şöbəsinə aparmışlar. ## ###### 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmışdır. ## ###### 2025-ci il tarixdə polis şöbəsindən buraxılmışdır. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir neçə dəqiqə əvvəl ***-***-**-** saylı nömrə ilə Faiqə zəng etmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən şahidi olmuşdur. Təqsirləndirilən şəxsla onu bir yerdə saxlamışlar. Polis şöbəsindən ## ###### 2025-ci il tarixdə buraxmışlar. Təqsirləndirilən şəxs 10 manat borca pul almaq üçün ona zəng etmişdir. Heç bir cərimə ödəməmişdir. Icra və Probasiyadan ona cərimə olunması ilə bağlı heç kim məlumat verməmişlər. Polis şöbəsindən buraxılan zaman ona cərimə yazdıqlarını demişlər, o da kağızı aparıb Cinayət Axtarış Bölməsinin rəisinə vermiş və cəriməni ödəmək üçün pulu olmadığını demişdir. Hazırda fikirləşmişdir ki, bəlkədə cərimənin üzərinə əlavə faizlər gəlmişdir. Cərimənin ödənilib-ödənilməməsi ilə bağlı heç bir məlumatı olmamışdır. “xxxx” MMC-dən alınmış məlumatlardan görünür ki, həqiqətəndə şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ## ###### 2025-ci il tarixdə saat 13:28-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş və aralarında 133 saniyə danışıq olmuş, həmin vaxtı Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsinin anten məlumatı “Beylaqan ray. ATS” adlı antenin əhatə dairəsini göstərmişdir. “xxxx” MMC-dən alınmış məlumatlardan görünür ki, M.F.Axundov küçəsi 12-də “Beylaqan ray. ATS”, “BEYLAQAN s., ATS”, “Beylaqan r-nu” və “Beylaqan ray” adlı ötürücü stansiyalar mövcuddur. Göründüyü kimi polis şöbəsi tərəfindən iş üzrə təqdim olunmuş yazılı məlumat məhkəmə iclasında bilavasitə tədqiq edilən sübutlarla və şahid ifadələri ilə uzlaşmamış, bir sıra hallarda isə onlarla açıq ziddiyyət təşkil etmişdir. Düzgün və tam məlumatın təqdim edilməməsi, faktiki halların natamam və ya təhrif olunmuş şəkildə rəsmiləşdirilməsi məhkəməni səhv nəticəyə yönləndirə biləcək xarater daşımışdır. Məhkəmə tərkibi hesab etmişdir ki, istintaq orqanının üzərinə düşən sübutları düzgün təqdim etməkdən ibarət olduğu halda, belə yanaşma cinayət mühakimə icraatının ədalət, obyektivlik və qanunculuq prinsipləri ilə uzlaşmır. Beyləqan RPŞ tərəfindən yalnış məlumatın təqdim edilməsi məhkəmə nəzarətinin effektivliyinə xələl gətirmiş və ədalətli məhkəmə araşdırması hüququna təhlükə yaratmışdır. Belə hallara tənqidi yanaşılmalı, həmin məlumatlar sübut kimi etibarlı hesab edilməməli və onların doğurduğu şübhələr təqsirləndirilən şəxsin əleyhinə deyil, xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Birinci instansiya məhkəməsi bu baxımdan tədqiq olunmuş sübutları təhlil edib iş üzrə ilkin olaraq dindirilmiş şahidlərin ifadələrini törədilmiş cinayətin (cinayətin predmeti olan qurudulmuş marixuana aşkar olunub götürülməsi faktının) baş verməsini təsdiq edən sübutlar kimi qəbul etməklə yanaşı, həm də bu cinayətin Təqsirləndirilən şəxs törətməsini istisna edən sübutlar (əməliyyat məlumatı ilə bağlı hallar üzrə ziddiyyətli ifadələr vermələri) kimi də qəbul etmişdir. Birinci instansiya məhkəməsində müəyyən edilmiş obyektiv həqiqət ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən verilmiş ittihamda qeyd edilən yerdə və formada saxlanılmamış, sonuncu ## ###### 2025-ci il tarixdə saat 14 radələrində Beyləqan şəhəri, M.F.Axundov küçəsində şahid1 ilə birlikdə polis əməkdaşları tərəfindən saxlanılaraq Beyləqan RPŞ-yə aparılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs Beyləqan şəhəri, “SMD-42” qəsəbəsi ərazisində saxlanılmamış, üzərində 1 ədəd bükümdə 6,03 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana saxlamaqla həmin ünvana daşımamışdır. Bu halları araşdırmaqda istintaq orqanı maraqlı olmamışdır. Çünki həmin hallar reallığı aşkara çıxarmış, Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlini törətməməsini sübut edən baza sübutlar kimi, yəni digər sübutların formalaşmasına, yoxlanılmasına və qiymətləndirilməsinə əsas yaradan ilkin sübutlar kimi çıxış etmişdir. Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli * nömrəli qərarının və digər qanunvericlik aktlarının tələblərinə əsasən polis əməkdaşları Təqsirləndirilən şəxs saxlayan zaman həmin yerdə üzərinə şəxsi axtarış keçirməli olmalarına baxmayaraq sonuncunu polis şöbəsinə gətirərək orada şəxsi axtarış və götürmə istintaq hərəkətini icra etmişlər. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üzərində yoxmala aparılmasına şərait olmasına baxmayaraq sonuncunun üzərində yoxmala icra edilməyərək, Beyləqan RPŞ-yə aparılmışdır. Eyni zamanda cinayət iş materialda olan DVD diskdə olan videomaterialdan görünür ki, polis əməkdaşlarının olduğu avtomobil Təqsirləndirilən şəxs piyada hərəkətdə olduğu istiqamətə gələrkən avtomobilin içində olan polis əməkdaşlarından bir nəfər gəldi-gəldi deyərkən avtomobili saxlayıb Təqsirləndirilən şəxs arxasıyca qaçırlar. Həmin vaxt Təqsirləndirilən şəxs onun üzərinə gələn avtomobilin dayandığını görüb geriyə qaçır. Təqsirləndirilən şəxs gəldiyi istiqamətə qaçarkən avtomobildə olmayan polis əməkdaşı şahid8 onun gəldiyi istiqamətdən qaçaraq gəlib Təqsirləndirilən şəxs şahid6la birgə tutub qollarını arxaya buraraq saxlayırlar. Həmin vaxt Təqsirləndirilən şəxs polis əməkdaşlarına yaxşı-yaxşı bura yaşayış yeridir kənara çəkilmələrini bildirir. Daha sonra şahid9 avtomobildən düşürək Təqsirləndirilən şəxs özünü təqdim etməsini deyir, sonuncu özünü təqdim edir. şahid9 ərazidə yaşayış yerinin olmasını və nəqliyyat vasitələrinin intensevliyini bildirirək hadisə yerindən kənara çəkilmələrini bildirir. şahid6 və şahid8 Təqsirləndirilən şəxs qollarını arxa istiqamətdə buraraq piyada hərəkət edib hadisə yerindən 10-15 metr kənarlaşırlar. şahid9 Beyləqan şəhəri, S.Imrəliyev küçəsi (SMD-42) yaxınlığında yerləşən “Pendir zavodu” adlanan ərazidə olan sahibsiz tikilidə saxlamaqda şübhəli olduğundan Təqsirləndirilən şəxs # ###### 2025-ci il tarixdə saat 19:20-də saxlanıldığını və onun üzərində şəxsi yoxlama keçirəcəklərini bildirir. Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama keçirilərkən onun üzərindən 1 (bir) ədəd kibrit qutusunda marixuanaya bənzər kütlə aşkarlanaraq götürülür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən kibrit qutusunda olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək qablaşdırılır. Daha sonra əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs “Pendir zavod” adlanan ərazidə olan sahibsiz tikilidə saxladığı narkotik vasitəni götürmək üçün polis əməkdaşları piyada hərəkət edərək Pendir zavod deyilən köhnə tikilinin ərazisinə gəlirlər. şahid9 Təqsirləndirilən şəxs narkotik vasitəni gizlətdiyi tikilinin həmin tikili olub-olmadığını soruşur. Faiq Qasmov da narkotik vasitəni gizlətdiyi tikilinin həmin tikili olduğunu bildirir. şahid9 köhnə tikilinin ərazisində dayanaraq Beyləqan şəhəri, S.Imrəliyev küçəsi (SMD-42) yaxınlığında yerləşən “Pendir zavodu” adlanan tikilinin həmin tikili olduğunu və tikiliyə girişlərdən birinin bura olduğunu göstərək həmin girişdən tikiliyə birinci özü daxil olur. Daha sonra isə Təqsirləndirilən şəxs onu qollarından tutub saxlayan polis əməkdaşları ilə birgə tikiliyə daxil olurlar. Təqsirləndirilən şəxs və polis əməkdaşları tikiliyə daxil olduqdan sonra Əli şahid9ndə olan mobil telefonun işığı ilə tikilinin içərisində axtarış aparır. şahid9 daha sonra Təqsirləndirilən şəxs narkotik vasitəni tikilinin içərisində harada yerləşdirdiyini soruşur. Təqsirləndirilən şəxs əli ilə tikilinin içərisində olan qapını işarə edir. Polis əməkdaşları Təqsirləndirilən şəxs əli ilə işarə etdiyi qapıya hərəkət edən zaman narkotik vasitə olan bağlamanın Təqsirləndirilən şəxs əli ilə işarə etdiyi yerdə deyil, onların durduqları həmin yerdə onların arxa tərəfində olduğu müəyyən edilir. Narkotik vasitə olan bağlamaya baxış keçirildikdən sonra həmin bağlama tərəzidə çəkilərək polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülür. Barəsində həbs qətimkan tədbiri seçilən zaman Təqsirləndirilən şəxs məhkəməyə vermiş olduğu ifadəsində bildirmişdir ki, həmin narkotik vasitə ona məxsus deyildir. Polis əməkdaşları tərəfindən bir bükümdə narkotik vasitə üzərinə qoyulmuş, Beyləqan şəhəri, “SMD-42” qəsəbəsi ərazisində yerləşən yağ-pendir zavodu deyilən ərazidə olan köhnə sahibsiz tikiliyə baxış keçirilərkən özündə olmamışdır. Oradan götürülən narkotik vasitə ona məxsus deyildir. Özünü təqsirli bilmir. Barəsində həbsdə saxlanılma müddəti uzadılan zaman Təqsirləndirilən şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, özünü təqsirli bilmir. Polis əməkdaşları tərəfindən ittihamda qeyd olunan narkotik vasitə ona hədə-qorxu gəlinərək üzərinə qoyulmuş, onu öz evinin qabağından götürüb aparmışlar və videoçəkiliş isə o, Polis Şöbəsinə aparıldıqdan və uzun müddət orada saxlanıldıqdan sonra aparılmışdır. O, həbsdə saxlama müddətinin uzadılması barədə verilmiş təqdimatın təmin edilməsinə etiraz etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən saxlandıqdan sonra Beyləqan RPŞ-yə aparılaraq döyülməsi, işgəncələrə məruz qalması və hədələnməsi ilə bağlı bildirdikləri obyektiv həqiqəti özündə ifadə etmiş və cinayət işi üzrə müəyyən olunmuş həqiqi hallarla tam şəkildə uzlaşmışdır. Istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın hansı səbəbdən saxlanıldığı yerdə deyil, polis şöbəsinə aparılıb 5 saat orada saxlanıldıqdan sonra başqa əraziyə aparılıb orada baxış keçirilməsinin əsasları barədə izah verə bilməmişdir. Təqsirləndirilən şəxs üzərində “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, binaya baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə saat 19:18-də Beyləqan şəhəri, S.Imrəliyev küçəsi yaxınlığında piyada hərəkət edərkən saxlanılmışdır. Istintaq sənədlərinə inanılsa belə Təqsirləndirilən şəxs ən az 5 saat ərzində qanunsuz olaraq polis əməkdaşlarının sərəncamında olmuşdur. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Boyuid Belçikaya” qarşı iş üzrə ## ######## 2015-ci il tarixli Qərarında göstərmişdir ki, Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətin ən fundamental dəyərlərindən birini qoruyur. Həqiqətən də işgəncə və qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftar və ya cəzanın qadağan olunması sivilizasiyanın dəyəridir və insan ləyaqətinə hörmətlə sıx əlaqədardır. Hətta ən çətin şəraitdə belə, məsələn, terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı, Konvensiya işgəncə və qeyri-insani və ya insan ləyaqətini alçaldan davranışı və ya cəzanı bu davranış və ya cəzaya məruz qalan şəxsin əməllərindən asılı olmayaraq, mütləq şəkildə qadağan edir. Həmçinin, məhkəmə tədqiq olunmuş digər sübutlarla bağlı Insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent əhəmiyyətli hüquqi mövqeyinə uyğun olaraq aşağıdakıları qeyd etmişdir. Belə ki, “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığı məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun “qoyulması” ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Avropa məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarının 34-cü bəndində izah verilir ki, Nəzərə almaq lazımdır ki, Insan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında ibtidai araşdırma zamanı yol verilmiş digər nöqsanlarla yanaşı sübut əhəmiyyətinə malik ola biləcək (cinayət təqibi gedişində ittihamın əsaslandırılmasında istifadə edilən) predmetlərin şəxsin tutulduğu yerdə götürülməməsinə sübutun əldə edilməsi şəraitinin ciddi qüsuru kimi baxaraq belə sübutun mötəbərliyini şübhə altına alan, beləliklə də “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu yaradan hal kimi istinad etmişdir. Əməliyyataxtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyataxtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiqorqana gətirildikdən dərhal sonra əməliyyataxtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Bundan əlavə məhkəmə istintaqı zamanı müəyyən edilmiş obyektiv hallardan görünür ki, polis əməkdaşları şahid5, şahid4 və şahid3 Təqsirləndirilən şəxs Beyləqan şəhəri, M.F.Axundov küçəsində saxlayaraq Beyləqan RPŞ-yə aparmışlar, orada üzərində şəxsi axtarış apar ılsa da hər hansı qanunsuz saxlanılmış predmet aşkar olunmamış, bundan sonra polis əməkdaşları tərəfindən təxminən 5 saat ərzində tətbiq edilmiş zorakılıq, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin nəticəsində polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,03 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın və Beyləqan şəhəri, SMD-42 qəsəbəsi ərazisində yerləşən yağ-pendir zavodu deyilən ərazidə olan köhnə sahibsiz tikiliyə qoyulmuş 1 ədəd ağ rəngli kisənin içərisində üzəri yapışqan lentlə sarınmış vəziyyətdə 4 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2200,0 qram, 2390,0 qram, 2100,0 qram, 1340,0 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olmasına dair etirafedici ifadə vermişdir. Bununla da təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən narkotik vasitə qurudulmuş marixuananın ona aid olmaması ehtimalına əsas verməklə, polisin tam nəzarəti altında olduğu vaxtda həmin narkotik vasitənin əldə edilmə üsulu, ümumilikdə isə ittiham tərəfinin təqdim etdiyi qurudulmuş marixuananın aşkar olunması ilə bağlı şəxsi axtarış və götürmə hərəkətləri, onların nəticəsində aparılan protokollaşmanın sübut kimi mötəbərliyi şübhə altına alınır. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Cinayət mühakimə icraatın prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslığına dair meyarlarla birlikdə götürməklə baxıldıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslansın. Yalnız belə olduqda, məhkəmə CPM-in 28-ci maddəsində ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Eyni zamanda cinayət qanunvericiliyinin və digər hüquqi aktların satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma cinayətləri ilə bağlı müddəaları baxımından məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törətdilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti, cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və ya heç olmasa birinin mövcud olması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-in 3-cü maddəsi). Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 28.1 və 28.4-cü maddələrinin müddəalarına əsasən məhkəmələr cinayət işinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmçinin şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Insan Hüquqlarının və X26 X30 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəs törədildiyi anda milli və beynəlxalq hüquqla cinayət hesab edilməmiş hər hansı bir hərəkəti və ya hərəkətsizlik təşkil edən əmələ görə təqsirli bilinə bilməz. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə əsasən bəraətin əsasları məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən hallardan biri olduqda, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə (bu Məcəllənin 42.1.4-cü maddəsi) bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Belə olan halda, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai istintaqdakı ilkin deyil, birinci instansiya məhkəməsindəki ifadəsinin həqiqətə uyğun olduğu ilə razılaşır və apellyasiya protestinə münasibətdə qeyd edir ki, məhz yuxarıda göstərilən səbəbdən məhkəmə təqsirləndirilən şəxsin hansı ifadəsinin qəbul edilməsi, hansının isə qəbul edilmədiyi barədə düzgün nəticəyə gəlmişdir. Kollegiya xüsusilə vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikası CPM-in 125.2-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 3cü maddəsində göstərilmişdir ki, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № *****/**, ## #### 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Insan Hüquqları üzrə Avropa Məhkəməsi Boyuid Belçikaya qarşı iş üzrə ## ######## 2015-ci il tarixli Qərarında göstərmişdir ki, Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətin ən fundamental dəyərlərindən birini qoruyur. Həqiqətən də işgəncə və qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftar və ya cəzanın qadağan olunması sivilizasiyanın dəyəridir və insan ləyaqətinə hörmətlə sıx əlaqədardır. Konvensiya ilə qorunan bir çox digər hüquq və azadlıqlardan fərqli olaraq 3-cü Maddə istisnanı qadağan edir və 15-ci maddənin 2-ci bəndinə müvafiq olaraq xalqın həyatına təhlükə yaradan fövqəladə hallarda belə bu maddədən istisnaya yol verilmir. Hətta ən çətin şəraitdə belə, məsələn, terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı, Konvensiya işgəncə və qeyri-insani və ya insan ləyaqətini alçaldan davranışı və ya cəzanı bu davranış və ya cəzaya məruz qalan şəxsin əməllərindən asılı olmayaraq, mütləq şəkildə qadağan edir. 3-cü maddəyə zidd pis rəftarın törədilməsi iddiaları müvafiq sübutlarla təsdiq olunmalıdır. Bu sübutları yoxlamaq üçün məhkəmə “ağlabatan şübhələrdən kənar” sübut standartları qəbul edir, lakin həmçinin əlavə edir ki, bu cür sübut kifayət qədər ciddi, aydın və uyğun nəticələr və ya faktların oxşar və etiraz edilməyən prezumpsiyalarından doğa bilər. Avropa Məhkəməsi qeyd edilən Qərarında daha sonra qeyd etdi ki, təcrid olunmuş şəxslər hakimiyyət orqanlarının nəzarətindədirsə və həmin orqanlar bundan açıq-aşkar xəbərdardırlarsa, bu saxlama müddətində şəxsin aldığı xəsarətlərlə bağlı ciddi faktiki prezumpsiyalar yaranacaq. Bu zaman sübutetmə yükü Hökumətin üzərinə düşür və Hökumət faktlardan ibarət sübutlar təqdim etməklə qurbanın hadisələrlə bağlı fikirlərini şübhə altına alan yetərli və inandırıcı izahatlar verməlidir. Bu, onunla əsaslandırılır ki, həbsdə olan şəxslər həssas durumdadırlar və hakimiyyət orqanları onları müdafiə etmək vəzifəsi daşıyır (bax, digər qərarlarla yanaşı, Salman, yuxarıda qeyd olunur, 99-cu paraqraf). Avropa Məhkəməsi xüsusilə vurğulayır ki, azadlıqdan məhrum edilən və ya ümumilikdə hüquq mühafizə orqanları əməkdaşlarının nəzarətindəykən şəxsə qarşı onun hərəkətlərindən doğan ciddi zərurət olmadığı təqdirdə fiziki güc tətbiq edilməsi onun ləyaqətini alçaldır və 3-cü maddənin pozuntusuna səbəb olur. Avropa Məhkəməsinin qənaətinə görə Dövlətin Konvensiyanın 1-ci maddəsi ilə nəzərdə tutulan “onların yurisdiksiyasında olan hər kəs üçün Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqları təmin etmək” vəzifəsinə istinad edərək qeyd olunmalıdır ki, 3-cü maddənin tələbinə görə, şəxs, inter alia, polis əməkdaşlarının və ya digər oxşar hakimiyyət orqanlarının nəzarətində olarkən 3-cü maddənin pozuntusu hesab olunan davranışdan əziyyət çəkdiyinə dair inandırıcı əsasları olan iddia irəli sürərkən bu iddia ilə bağlı səmərəli rəsmi istintaq həyata keçirilməlidir. Bu cür istintaqın əsas məqsədi Dövlətin vəzifəli şəxslərinin və ya qurumlarının cəlb olunduğu işlərdə işgəncə, qeyri-insani və insan ləyaqətini alçaldan rəftar və cəzanı qadağan edən yerli qanunların səmərəli şəkildə icrasını təmin etməkdir. Ümumi qaydada desək, istintaqın səmərəli olması üçün bu istintaqı həyata keçirən qurumlar və ya şəxslər, istintaqın yönəldiyi qurumlar və şəxslərdən asılı olmamalıdırlar. Bu, sadəcə iyerarxiya və ya institusional əlaqənin olmaması deyil, həm də müstəqil təcrübənin olması deməkdir. Bundan başqa Avropa Insan Hüquqları Məhkəməsi “Layicov Azərbaycana qarşı” iş üzrə Qərarında isə qeyd etmişdir ki, prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Avropa Insan Hüquqları Məhkəməsi də “Bouyid Belçikaya qarşı” qərarında məhz bu mövqedən çıxış edərək xəsarətin kim tərəfindən yetirilməsinin müəyyən edilmədiyi hallarda belə xəsarət faktının mövcudluğunun sübutların əhəmiyyətinə təsir göstərdiyini qeyd etmişdir. Bundan başqa Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № *****/**, ## ###### 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Həmçinin, Azərbaycan Respublikası CPM-in 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarının 27-ci bəndində göstərilmişdir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar Cinayət-Prosessual Məcəlləsinin 137ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilmişdir ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin dəlilləri formal mülahizələr əsaslanmış dəlillər olmaqla, məhkəmənin qanuni və əsaslı olan hökmünün dəyişdirilməsi üçün kifayət qədər əsas vermir. Yuxarıda göstərilən sübutları digər iş materialları ilə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdıran məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, həmin sübutlar birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq qeyri-mötəbər və yolverilməz sübut kimi qiymətləndirilmiş, nəticə etibarilə Təqsirləndirilən şəxs barəsində düzgün olaraq bəraət hökmü çıxarımışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin II hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmçinin, CPM-in 138.2-ci maddəsində də eyni müddəa yer almış və qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olubolmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Cinayət-prosessual qanunvericiliyin sübutetmədən bəhs edən XV fəslində isə təqsirin sübuta yetirilməsinin hüquqi proseduru aşağıdakı kimi müəyyən edilmişdir. Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir (CPM-in 139.0 və 139.0.1-ci maddələri). CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1 və 145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmçinin, CPM-in 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 146.2-ci maddəsinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi aşağıdakılara nail olunmasına kömək edir: 146.2.1. ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına; 146.2.2. cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə; 146.2.3. cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə. CPM-in 146.3-cü maddəsinə əsasən sübutların məcmusunun toplanması aşağıdakılara gətirib çıxarmamalıdır: 146.3.1. sübut materiallarının lüzumsuz artıq toplanmasına; 146.3.2. ibtidai araşdırmanın və ya məhkəmə baxışının uzadılmasına (süründürməçiliyə). Həmçinin, CPM-in 21.3-cü maddəsi Azərbaycan Respublikasının Konstitusiyasının 63cü maddəsinin II hissəsindən çıxış edərək təqsirləndirilən (və ya şübhəli) şəxsi öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Qüvvədə olan cinayət prosessual qanunvericiliklə cinayət təqibi ilə bağlı icraatda sübut etmə yükü ittiham tərəfinin üzərinə qoyulmuşdur. Ittiham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayaraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin (təqsirləndirilən və ya şübhəli şəxsin, müdafiəçinin, mülki cavabehin) müdafiə üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində də oxşar norma nəzərdə tutulmuş və qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrində təsbit edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə istintaqı zamanı tədqiq etdiyi sübutları tam, hərtərəfli və obyektiv şəkildə araşdırmış, həmin sübutları bir-birilə müqayisəli şəkildə təhlil etmiş və əldə etdiyi nəticələrə düzgün cinayət-hüquqi qiymət verərək Təqsirləndirilən şəxs haqlı olaraq bəraət vermiş, nəticə etibarilə qanuni, əsaslı hökm çıxarmışdır. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin təqsirləndirilən şəxslərin əməlinə hüquqi qiymət verilməsi ilə bağlı dəlilləri formal mülahizələrə əsaslanmaqla, məhkəmənin qanuni, əsaslı və ədalətli hökmünün bu hissədə dəyişdirilməsi üçün kifayət qədər əsas vermir. CPM-in 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ittihamın mahiyyəti üzrə düzgün nəticəyə gəlmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin normalarını düzgün tətbiq etdiyinə və mahiyyəti üzrə qanuni və əsaslı nəticəyə gəldiyinə görə apellyasiya protestinin dəlilləri formal dəlillər hesab edilməlidir. Yuxarıda qeyd edilən işin hallarından göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən ittihamın əsası kimi təqdim edilmiş sübutlardan heç biri Təqsirləndirilən şəxs təqsirini birbaşa təsdiq edən və mötəbər olan, həmçinin əsaslı şübhələrdən kənar olan sübut kimi qiymətləndirilə bilməz. Həmin sübutlar Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı Konvensiyaların müəyyən etdiyi sübut standartlarına malik deyil. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi qanuni və əsaslı olaraq Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə bərəat vermişdir. Odur ki, apellyasiya protesti təmin edilməməli, məhkəmənin bəraət hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407, 410 və 412ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü dövlət ittihamçısı X9 tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu gündən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar