Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-166/2026 12.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Sultanov Cavid Rizvan oğlu və Ağabəyov Nicat Rauf oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X2, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən dövlət ittihamçısı X16 tərəfindən verilmiş apellyasiya protestinə və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü (hakimlər X4 (sədrlik edən), X5 və X19 ibarət tərkibdə) ilə ## ###### 1990-cı il tarixdə Beyləqan rayonunda doğulmuş, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, Beyləqan şəhəri, Mikayıl müşfiq küçəsi ev 10da qeydiyyatda olmaqla orada yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2025-ci il tarixdən hesablanması, onun ərazi narkoloji tibbi müəssisəsində qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə maddi sübutların taleyi həll edilmişdir. İŞİN HALLARI Verilmiş ittihama görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən istintaqa məlum olmayan miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və həmin metamfetaminin 0,609 qramını ## ###### 2025-ci il tarixdə, saat 18 radələrində Beyləqan şəhəri, Mikayıl Müşfiq küçəsində tanışı şahid3 10 manat pulun qarşılığında satmış, ## ###### 2025-ci il tarixdə, saat 03:16-da Beyləqan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində şahid3 Beyləqan şəhəri, Habil Hacıyev küçəsində saxlanılaraq üstü yoxlanılan zaman onun əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı təmiz çəkisi 0,609 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, ## ###### 2025-ci il tarixdə, saat 23:45-də Beyləqan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış davamında o, Beyləqan şəhəri, Mikayıl Müşfiq küçəsində saxlanılaraq üstü yoxlanılan zaman onun əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd kibrit qutusunun içərisində gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 2,242 qram külli miqdarda, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə şahid3 üstündən aşkar edilmiş 0,609 qram psixotrop maddə metamfetaminlə eyni tərkibdə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı xeyli miqdarda, 0,609 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini ## ###### 2025-ci il tarixdə, saat 18 radələrində Beyləqan şəhəri, Mikayıl Müşfiq küçəsində 10 manat pul müqabilində tanışı şahid3 qanunsuz olaraq satmış, sonuncu Beyləqan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində ## ###### 2025-ci il tarixdə, saat 03 radələrində Beyləqan şəhəri, Habil Hacıyev küçəsində saxlanılaraq üstü yoxlanılan zaman qeyd olunan xeyli miqdarda, 0,609 qram çəkidə metamfetamin əynində olan cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs isə, ## ###### 2025 ci il tarixdə, saat 23:45-də Beyləqan şəhəri, Mikayıl Müşfiq küçəsində polis əməkdaşları tərəfindən saxlanılmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin hökmündən dövlət ittihamçısı X16 apellyasiya protesti verərək, hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, aparılmış ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ibtidai istintaqda verdiyi etirafedici ifadəsini, “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” ## ###### 2025-ci il tarixli, “əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” ## ###### 2025ci il tarixli protokollar, həmin protokollara əlavə edilmiş videoçəkilişləri, “xxxx” MMC-dən daxil olmuş məlumatlar, şahid ifadələri, məhkəmə kimyəvi, narkoloji ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Lakin ittihamın əsaslandırılması üçün qeyd edilən sübutlar məhkəmə tərəfindən əsassız olaraq qəbul edilməmiş, həmin sübutların məhkəmə tərəfindən rədd edilməsinin, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrinin və şahidlərin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin qəbul edilməməsinin motivləri göstərilməmiş, sübutlar bir-biri ilə müqayisəli şəkildə təhlil edilməmiş, bununla da, işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlinmişdir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, ## ###### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib, üzərində saxlamaqla daşımaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 23:30 radələrində Təqsirləndirilən şəxs Beyləqan şəhəri, M.Müşfiq küçəsi ərazisində velosipedlə hərəkətdə olarkən ona yaxınlaşmışlar, Vüqar velosipedlə qaçmağa çalışmış, bu zaman velosipeddən yıxılmış və üzü üstə daşlığa dəyərək xəsarətlər almışdır. Polis əməkdaşlarının köməkliyi ilə Təqsirləndirilən şəxs qaldırılmış, daha sonra sonuncuya üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir qanunsuz əşya olub olmamasını soruşmuş Vüqar əynində olan qara rəngli gödəkçənin sağ yan cibində psixotrop maddə metamfetamin olduğunu bildirib bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Kibrit qutusunun içərisinə baxış keçirilərkən içərisində ağ rəngli, kristal formalı, psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq götürülmüşdür. Beyləqan RPŞ-nın inzibati binasına gətirilmiş, Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş, ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ona məxsus psixotrop maddələrin qablaşdırıldığı zərfə videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. “Şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” ## ###### 2025ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində, gümüşü rəngli kağıza bükülmüş vəziyyətdə kibrit qutusu ilə birlikdə ümumi çəkisi 6,00 qram olan ağ rəngli, kristal formalı, iysiz psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür.(1-ci cild, vərəq 10-11) Məhkəmə-kimyəvi ekspertizanın ## ###### 2025-ci il tarixli, **/*** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərinin” sözləri yazılmış kağız paketdə bir ədəd kibrit qutusunun içərisində olan bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 2,242 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetamin ilə şahid3 aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. (1-ci cild, vərəq 46-47) Məhkəmə-narkoloji ekspertizasının ## #### 2025-ci il tarixli, **** nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal hazırda müayinə zamanı Təqsirləndirilən şəxs Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibbi müəssisəsində qeydiyyata alınması məsləhət görülür. (1-ci cild, vərəq 164-165) Məhkəmə-tibb ekspertizasının ## ###### 2025-ci il tarixli, ** saylı rəyinə əsasən Təqsirləndirilən şəxs burun tini üzərində sıyrıq, sol göz sklerasında xırda qansızma, hər iki alt göz qapaqlarında qançırlar, alt dodağın selikli qişasında qançır, sol kürək və omada, hər iki biləkdə, sol və sağ baldırın arxa səthində, sol iç topuğun hər iki səthində sıyrıqlar, sağ ayaq pəncəsinin alt səthində qançır küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yıxılma nəticəsində əmələ gələ bilərdi; yetirilmə müddəti ##.##.2025-ci il tarixə uyğun gəlir və qeyd edilən xəsarətlər həm ayrı ayrılıqda və həm də ümumilikdə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. (1-ci cild, vərəq 159-160) Beyləqan rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi R X9 tərəfindən ## ### 2025-ci il tarixdə tərtib edilmiş və sabiq Beyləqan rayon prokuroru, R Ramazan Hadıyev tərəfindən ## ### 2025-ci il tarixdə təsdiq edilmiş ittiham aktının surətindən görünür ki, şahid3 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində olan cinayət işi Beyləqan rayon məhkəməsinə göndərilmişdir. şahid3 elan edilmiş ittihamda onun üstündən aşkar edilmiş psixotrop maddə 0,609 qram metamfetamini Təqsirləndirilən şəxs 10 manat qarşılığında aldığı göstərilmişdir. (2-ci cild, vərəq 79-87) Beyləqan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmünün surətindən görünür ki, şahid3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona yekun 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmdə şahid3 üstündən aşkar edilmiş psixotrop maddə 0,609 qram metamfetamini Təqsirləndirilən şəxs 10 manat qarşılığında aldığı öz təsdiqini tapmışdır. (2-ci cild, vərəq 88-102) Beyləqan rayon Polis Şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi R X3 ## ###### 2025ci il tarixli qərarı ilə şahid3 üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalmış təmiz çəkisi 0,409 qram psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalmış təmiz çəkisi 2,142 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmışdır. (1-ci cild, vərəq 97) Maddi sübut qismində tanınma haqqında ## #### 2025-ci il tarixli qərardan görünür ki, “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk, “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk və “xxxx” MMC-dən daxil olmuş məktuba əlavə edilmiş, yaddaşında telefon məlumatları olan 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (2-ci cild, vərəq 14-15) Baxış keçirilməsi haqqında ## #### 2025-ci il tarixli protokoldan görünür ki, “xxxx” MMC tərəfindən təqdim edilməklə içərisində Təqsirləndirilən şəxs məxsus mobil nömrələrlə icra edilmiş məlumatların əks edildiyi 1 ədəd CD diskə tərəfimdən baxış keçirilən zaman X6 istifadəsində olan “**********” saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan “**********” saylı mobil nömrə arasında ## ###### 2025-ci il tarixdə saat 18:02:28 saniyədə, saat 18:09:50 saniyədə, saat 18:16:23 saniyədə, saat 18:16:34 saniyədə və saat 18:17:51 saniyədə müxtəlif saniyələr ərzində davam edən telefon danışıqlarının aparıldığı müəyyən edilmişdir. (2ci cild, vərəq 7) İş materiallarında olan Baş prokurorluğun Xidməti araşdırmalar idarəsinin ## #### 2025ci il tarixli və Beyləqan rayon prokurorluğunun ## #### 2025-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən şiddətə və fiziki zorakılığa məruz qalması faktı üzrə cinayət işinin başlanılmasın rədd edilməsi haqqında qərarlar qəbul edilmişdir. İş materiallarında olan ## #### 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən şiddətə və fiziki zorakılığa məruz qalması faktı üzrə Baş prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış və araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döymə, işgəncə və sair təzyiqlərə məruz qalması xüsusatları təsdiqini tapmadığından CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan ## #### 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən şiddətə və fiziki zorakılığa məruz qalması faktı üzrə Beyləqan rayon prokurorluğunda araşdırma aparılmış və araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döymə, işgəncə və sair təzyiqlərə məruz qalması xüsusatları təsdiqini tapmadığından CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunanlarla yanaşı, ibtidai istintaq zamanı şübhəli və təqsirəndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək Təqsirləndirilən şəxs ifadələrində göstərmişdir ki, narkotik vasitə və psixotrop maddə istifadəçisidir, az-az hallarda tapdıqda narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin istifadə edir. Onun özünə məxsus 10 baş qoyunu var. O, 2025-ci ilin fevral ayının əvvəllərində Beyləqan şəhəri, SMD-42 qəsəbəsində “Real” marketin arxa tərəfində yerləşən “Qaraj” deyilən yerdə həmin qoyunları otaran zaman kibrit qutusu görmüş, həmin qutunun içərisində kibrit olduğunu düşündüyü üçün açıb baxdıqda içərisində gümüşü rəngli kağız bükülü olduğunu görmüş, marağını cəlb etdiyi üçün bükülünün içərisinə baxmış və içərisində metamfetamin olduğunu görmüşdür. O, əvvəllər psixotrop maddə metamfetamin istifadə etdiyinə görə həmin kütləni tanımış və istifadə etmək üçün əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoyub üzərində daşımağa başlamışdır. ## ###### 2025-ci il tarixdə, saat 23:45-də Beyləqan şəhəri, M.Müşfiq küçəsində velosipedlə gəzərkən 4 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq saxlamağa çalışmış, üzərində metamfetamin olduğu üçün qorxaraq qaçmaq istəmiş, bu zaman o, velosipeddən yıxılmış və üzü daşlığa dəymiş, burnunun üzərindən qan axmağa başlamışdır. Həmin şəxslər ona özlərini təqdim edib Beyləqan rayon polis şöbəsinin əməkdaşları olduğunu bildirmiş, onun satış məqsədilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində daşımaqla saxlamaqda şübhəli olduğunu söyləmişlər. O, polis əməkdaşlarından burnunun qanayan yerinə qoymaq üçün ona nəsə vermələrini xahiş etmiş, onlardan biri cib dəsmalını çıxarıb ona vermişdir. Sonra polis əməkdaşı onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşımaqda şübhəli olduğu üçün yoxlayacaqlarını demişlər. O buna etiraz etmədiyini bildirmişdir. Sonra polis əməkdaşları üzərini yoxlamağa başlamışlar. Polis əməkdaşlarından biri ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya, narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını soruşmuş, o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibində psixotrop maddə metamfetamin olduğunu bildirib bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Sonra həmin kibrit qutusunun içərisinə baxış keçirilərək içərisində ağ rəngli, kristal formalı, iysiz, psixotrop maddə olan metamfetamin olması müəyyən edilmişdir. Bundan başqa üstünü yoxlayan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Winston XS” markalı siqaret aşkar edilmişdir. Polis əməkdaşları ondan üzərindən aşkar edilmiş kütlənin nə olduğunu soruşduqda o, həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Marixuana yaşıl rəngli bitkidir, polis əməkdaşları da həmin kütlənin bitki olmadığını, kristal formalı kütlə olduğunu gördüyü üçün təkrar ondan həmin kütlənin nə olduğunu soruşmuşlar. O da yalan danışmağın mənasız olduğunu anlayıb həmin kütlənin “patı” kimi psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra həmin kütlə sıfırlanmış elektron tərəzidə çəkilmiş və kütləsinin 6,00 qram olması müəyyən edilmişdir. Həmin kütlə polis əməkdaşları tərəfindən ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, qablaşmanın üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirlliyinin ** saylı möhür əksi ilə möhürlənərək bağlanmışdır. O da digər iştirakçılar kimi həmin zərfin üzərini imzalamışdır. Bundan sonra ona tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparılmasını xahiş etmişdir. Polis əməkdaşları onu xxxxna aparmışlar. Xəstəxanada həkimlər ona tibbi yardım göstərmişlər. Onun ağrıları keçdikdən sonra onu polis şöbəsinə aparmış və üzərindən aşkar edilərək qablaşdırılmış kütlə ilə birlikdə X22a təqdim etmişlər. X22 şübhəli şəxs qismində tutacağını bildirmişdir. O, ərizə yazaraq maddi imkanı olmadığı üçün Azərbaycan Respublikasının vəsaiti hesabına müdafiəçi ilə təmin olunmasını istəmişdir. Ona Beyləqan rayon vəkil bürosunun vəkili Quliyev Vəkil Yelmar oğlunu müdafiəçi qismində təqdim etdikdən sonra o, Vəkil Quliyevin hüquqlarını müdafiə etməsinə etiraz etmədiyini bildirmişdir. Sonra müdafiəçi Vəkil Quliyevin də iştirakı ilə ona hüquq və vəzifələri elan edilərək izah olduqdan sonra yazılı bildiriş ona təqdim edilmişdir. Sonra X22n, müdafiəçi Vəkil Quliyevin və əməliyyat müvəkkillərinin iştirakı ilə əməliyyat müvəkillərinin onu saxlayıb üstünü yoxlayan zaman götürüb qablaşdırdıqları ağ rəngli zərfi kəsərək baxış keçirmişdir. Baxış zamanı videoçəkiliş aparılmışdır. X22 zərfi açdıqda zərfin içərisində olan kibrit qutusunu açıb içərisinə baxan zaman qutunun içərisində ağ rəngli, kristal formalı, iysiz, psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğunu bildirmişdir. Kibrit qutusunun içərisində gümüşü rəngli kağız da olmuşdur. Sonra həmin kütlə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi kütləsinin 5,71 qram olması müəyyən edilmişdir. X22 həmin kütləni zərfə qoyaraq qablaşdırmış, zərfin üzəri möhürlənmiş və bütün iştirakçılar zərfin üzərinə imza etmişlər. X22 həmin kütlənin nə olduğunu, haradan əldə etdiyini və hansı məqsədlə üzərində daşıdığını soruşmuşdur. O, həmin kütləni bir neçə gün əvvəl heyvan otaran zaman tapdığını, duza bənzətdiyini və üzərində daşıdığını bildirmişdir. Lakin hansı məqsədlə üzərində gəzdirməsinə cavab verə bilməmişdir. X22 polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilib-edilmədiyini soruşmuşdur. O da polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirmişdir. Onun üzərindən aşkar edilmiş kütlə psixotrop maddə metamfetamindir, o özü əvvəllər metamfetamin istifadə etmişdir. Polis əməkdaşları ona yaxınlaşan vaxt və üstünü yoxlayan zaman ona qarşı heç bir fiziki güc və zor tətbiq etməmişlər. Lakin polis əməkdaşları ona yaxınlaşan zaman o, yaşadığı küçədə velosiped idarə etmiş, qorxub qaçmaq istəyən zaman yıxılmış və burnu daşlığa dəydiyi üçün xəsarət almışdır. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, əksər hallarda narkotik vasitələri və psixotrop maddələri tanımadığı şəxslərdən alaraq istifadə etmiş, üzərindən aşkar edilmiş metamfetamini isə tapmışdır. şahid3 onun yaşadığı küçədə yerləşən “Oba” marketdə satıcı işləyir, Aqili bir müddət əvvəl marketdə görüb tanımış və alver etdikcə münasibəti yaranmışdır. O, şahid3 psixotrop maddə metamfetamin, nə də qanunsuz başqa əşya satmamışdır. (1-ci cild, vərəq 69-72) Beyləqan rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili şahid şahid11 ibtidai istintaqda və məhkəmə istintaqında verdiyi ifadələrində göstərmişdir ki, ## ###### 2025-ci il tarixdə Beyləqan şəhəri, M.Müşfiq küçəsi, ev 10-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib, üzərində saxlamaqla daşımaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də o dərhal bu barədə Beyləqan rayon polis şöbəsinin rəisinə raport ilə məruzə edərək, həmin şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün göstəriş verməsini xahiş etmişdir. Rayon polis şöbəsinin rəisi təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün göstəriş vermişdir. Daha sonra Beyləqan rayon polis şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili şahid9, Beyləqan rayon polis şöbəsinin Cinayət axtarışı bölməsinin baş əməliyyat müvəkkili şahid8, Beyləqan rayon polis şöbəsinin KMQ-nın baş əməliyyat müvəkkili, R şahid10 iştirakı ilə əvvəlcədən qurduqları plan əsasında Beyləqan şəhər sakini Təqsirləndirilən şəxs yerini dəqiqləşdirmiş və Beyləqan şəhəri, M.Müşfiq küçəsi ərazisində velosipedlə hərəkətdə olarkən ona yaxınlaşmışlar. Onlar Vüqara yaxınlaşdıqda Vüqar velosipedlə qaçmağa çalışmışdır. Bu zaman o velosipeddən yıxılmış və üzü üstə daşlığa dəymişdir. Onlar ona yaxınlaşıb onu tutmuşlar. O Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində daşımaqla saxlamaqda şübhəli olduğunu və bununla bağlı saxlanıldığını bildirmişdir. Sonra ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansısa bir qanunsuz əşya, predmet olub olmamasını soruşmuş və o əynində olan qara rəngli gödəkçənin sağ yan cibində psixotrop maddə metamfetamin olduğunu bildirib oradan bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. O həmin kibrit qutusunu açıb içərisinə baxış keçirmiş və içərisində ağ rəngli, kristal formalı, iysiz, psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Budan başqa Təqsirləndirilən şəxs üstünü yoxlamış və əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Winston XS” markalı siqaret aşkar edilmişdir. O Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin nə olduğunu soruşmuşdur. Vüqar həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. O marixuananın yaşıl rəngli bitki olduğunu bildiyi üçün təkrarən Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğunu soruşmuşdur. Bu zaman Vüqar həmin kütlənin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra həmin kütlə sıfırlanmış elektron tərəzidə çəkilmiş və kütləsinin 6,00 qram olması müəyyən edilmişdir. Həmin kütlə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, qablaşmanın üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ** saylı möhür əksi ilə möhürlənərək bağlanmışdır. Daha sonra zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Beyləqan rayon polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs saxlanılması və üstünün yoxlanılması ilə bağlı protokol tərtib etmiş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış kütlə ilə birlikdə X22a təqdim etmişlər. Rəşad Novruzov Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanıldığını və daha sonra polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan etmişdir. Daha sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Quliyev Vəkil Yelmar oğlu hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra müdafiəçi və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ona məxsus psixotrop maddənin qablaşdırıldığı zərfə videoçəkiliş vasitəsilə müstəntiq tərəfindən yenidən baxış keçirilməsinə və götürülməsinə başlanılmışdır. İlk öncə onlara hüquq və vəzifələri elan edilmişdir. X22 zərfi açdıqda zərfin içərisində olan kibrit qutusunu açıb içərtisində baxan zaman qutunun içərisində ağ rəngli, kristal formalı, iysiz, psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğunu bildirmişdir. Kibrit qutusunun içərisində gümüşü rəngli kağız da olmuşdur. Sonra həmin kütlə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi kütləsinin 5,71 qram olması müəyyən edilmişdir. X22 həmin kütləni zərfə qoyaraq qablaşdırmış, zərfin üzəri möhürlənmiş və bütün iştirakçılar zərfin üzərinə imza etmişlər. X22 Təqsirləndirilən şəxsdan həmin kütlənin nə olduğunu, haradan əldə etdiyini və hansı məqsədlə üzərində daşıdığını soruşmuşdur. Təqsirləndirilən şəxs həmin kütləni bir neçə gün əvvəl heyvan otaran zaman tapdığını, duza bənzətdiyini və üzərində daşıdığını bildirmişdir. Lakin hansı məqsədlə üzərində gəzdirməsinə cavab verməmişdir. X22 Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilib edilmədiyini soruşmuş və Vüqar polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra videoçəkilişin DVD diskə əlavə edilərək protokola əlavə ediləcəyi bildirilmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və o da iştirakçılarla bərabər həmin protokolu imza etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, üstü yoxlanılıb ondan psixotrop maddə aşkar edilərkən ona qarşı fiziki və ya psixi təsir göstərməmiş, onunla kobud davranmamış və davranan şəxs də olmamışdır. Vüqarı saxlayan zaman o qaçmağa çalışmış və velosipeddən yıxılaraq sifətindən və bədəninin müxtəlif nahiyələrindən xəsarətlər almışdır. Təqsirləndirilən şəxs saxladıqdan sonra onu döyməmişlər və Beyləqan rayon polis şöbəsinin inzibati binasına apararaq rəis müavini Orxan Novruzovun otağına aparmamışlar. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Orxan Novruzovun otağında lingdən asılmamış və Orxan, Ələhim, Vasif, Rahil, İlkin, Ceyhun, Sərxan, Vüsal, Rəşad adlı əməkdaşlar tərəfindən döyülməmişdir. şahid7, şahid6, şahid5, Əkbərov İlkin Akif oğlu və X3 Təqsirləndirilən şəxs əməliyyat tədbirində iştirak etməmiş, Rəşad Novruzov Təqsirləndirilən şəxs kibrit qutusunda psixotrop maddə verməmişdir.(1-ci cild, vərəq 206-210) Şahidlər - şahid8, şahid9 və şahid10, şahid7, şahid6 və şahid5 və Əkbərov İlkin Akif oğlu şahid şahid11 ilə eyni məzmunlu ifadə vermişlər. (1-ci cild, vərəq 195-199, 247-249, 2-ci cild, 1- 5, 9-13, 18-20, 29-31, 60-62) Şahid X3 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. Onunla aralarında hər hansı düşmənçilik və ədavət, eyni zamanda mübahisə və münaqişə olmamışdır. ##.##.2025-ci il tarixdə Beyləqan rayon polis şöbəsinin əməliyyatçıları adını sonradan bildiyi Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşıdığını bildirmiş və bu səbəbdən rayon polis şöbəsinə gətirdiklərini demişlər. O, ilk öncə Təqsirləndirilən şəxs özünü Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Rəşad Novruzov kimi təqdim etmiş və qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olduğu üçün saxlanıldığını və daha sonra polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan etmişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Bundan sonra Quliyev Vəkil Yelmar oğlu onun hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə qablaşdırılan ağ rəngli zərfi kəsərək tərəfindən yenidən baxış keçirilərək götürülməsinə başlanılmışdır. İlk öncə ona hüquq və vəzifələri elan etmişdir. Daha sonra qablaşdırdıqları ağ rəngli zərfə baxış keçirtmişdir. Həmin zərfin içərisində olan kibrit qutusunu açıb baxan zaman qutunun içərisində ağ rəngli, kristal formalı, iysiz, psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğu məlum olmuşdur. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin ümumilikdə 5,71 qram olması məlum olmuşdur. O ondan təqdim edilmiş kütlənin nə olduğunu və ona məxsus olub-olmadığını soruşanda Vüqar ona həmin kütləni bir neçə gün əvvəl heyvan otaran zaman tapdığını, duza bənzətdiyini və üzərində daşıdığını bildirmişdir. Lakin hansı məqsədlə üzərində gəzdirməsinə cavab verə bilməmişdir. Daha sonra o, üzərindən aşkar edilmiş kütlənin psixotrop maddəmetamfetamin olduğunu demiş və özünün əvvəllər metamfetamin istifadə etdiyini demişdir. Bundan sonra o aşkar edilmiş kütlənin yenidən qablaşdırılıb ekspertizaya təqdim olunacağını və ekspertin rəyi ilə tanış ediləcəyini ona bildirmişdir. Sonra həmin bağlama yenidən qablaşdırılmış və üzəri Daxili İşlər Nazirliyinin ** saylı möhürü ilə möhürlənərək üzərinə imzalar çəkilmişdir. Bundan sonra o Vüqardan polis əməkdaşları tərəfindən saxlanılan və baxış keçirilən zaman ona qarşı zorakılıq edilibedilmədiyini soruşmuşdur. Vüqar ona cavab olaraq ona qarşı heç bir zorakılıq hərəkəti edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs onun tərəfindən dindirilən zaman o, yuxarıda qeyd edilən xüsusatlar barədə ona heç bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs yalan danışır, onun şikayətlərinin heç bir əsası yoxdur, çünki onun tərəfindən ona qarşı heç bir zorakılıq hərəkəti edilməyib, o Vüqarı döyməmişdir. Həmin gün o ümumiyyətlə onun saxlanılmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs digər polis əməkdaşlarının adlarını nə səbəbə çəkdiyini bilmir. O onu rayon polis şöbəsinin rəis müavini Orxan Novruzovun otağına aparmamışdır. Orxan Novruzov və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zorakılıq hərəkəti edilməmişdir. O, bədənində olan xəsarətləri saxlanılan zaman hadisə yerindən qaçmaq istəyəndə idarə etdiyi velosipeddən yıxılaraq almışdır. O, bunu öz ifadəsində də qeyd edib. O, Orxan Novruzovun otağına kibrit qutusunda psixotrop maddə aparmamışdır. Ola bilsin ki, onun barəsində olan cinayət işinin istintaqı onun tərəfindən aparıldığına görə Vüqar ona böhtan atır. Çünki o, əməliyyatçılar tərəfindən onun otağına gətirilənə kimi o Vüqarı nə rayon polis şöbəsinin inzibati binasının başqa otağında, nə də rayon ərazisində görməmişdir. Təqsirləndirilən şəxs rayon polis şöbəsində dindirən zaman ondan bədənində olan xəsarətləri harada və necə aldığını soruşanda Vüqar ona həmin xəsarətləri saxlanılan vaxt velosipeddən yıxılaraq aldğını bildirmişdir. (2-ci cild, vərəq 64-67) Şahid şahid3 ibtidai istintaqda və məhkəmə istintaqında verdiyi ifadələrində göstərmişdir ki, ## ###### 2025-ci il tarixdə, saat 18 radələrində Vüqarla onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə dostu Fuadın istifadəsində olan 051-563-78 ** saylı mobil nömrədən zəng edib ona 10 manatlıq psixotrop maddə metamfetamin satmasını xahiş etmişdir. Vüqar da satacağını bildirmiş və 20 dəqiqə sonra onun yaşadığı Beyləqan şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən evin arxa tərəfinə gəlməsini demişdir. O Vüqarın dediyi vaxt oraya getmişdir. Vüqargilin evinin həyəti evin arxa tərəfində yerləşir. Həyətin ətrafı metal torla əhatələnmişdir. O oraya gedən zaman Vüqar həyətdə olmuşdur. Vüqar ona həyətin çölündə yerə qoyduğu “Winston XS” markalı siqaret qutusunu göstərib psixotrop maddə metamfetamini həmin qutunun içərisinə qoyduğunu bildirmiş və ona metamfetamini götürdükdən sonra pulu siqaret qutusunun içərisində qoyub uzaqlaşmasını demişdir. O da siqaret qutusuna yaxınlaşıb götürmüş və qutunu açıb içərisində gümüşü rəngli kağız bükümü görmüşdür. O həmin bükümü götürüb cibinə qoymuş və cibindən 10 manat pul çıxarıb həmin siqaret qutusunun içərisinə qoyub oradan uzaqlaşmışdır. O aldığı metamfetamini sabahı gün istifadə etmək niyyətində olmuşdur. Lakin ## ###### 2025-ci ildə, saat 03:16-da Beyləqan rayon polis şöbəsinin əməkdaşları onu yaşadığı küçədə piyada “Bizon” enerji içkisi almağa gedərkən saxlamışlar. Polis əməkdaşları onun üzərini yoxlayan zaman üzərindən Təqsirləndirilən şəxs aldığı büküm üzərindən aşkar edilərək götürülmüşdür. O Vüqarı Beyləqan şəhəri sakini kimi tanıyır, onunla “Oba” marketdə işləyən zaman tanış olmuşdur. O Vüqarın psixotrop maddə metamfetamin satdığını rayon sakinlərindən eşitmişdir. Buna görə də ilk dəfə Vüqara yaxınlaşıb ona psixotrop maddə metamfetamin istifadəçisi olduğunu və almaq istədiyi demişdir. Həmin vaxtdan da Vüqardan psixotrop maddə metamfetamin alıb istifadə etmişdir. Təxminən 4-5 aydır ki, Vüqardan 7-8 dəfə psixotrop maddə metamfetamin alıb istifadə etmiş və hər dəfə Vüqara 10 manat pul vermişdir. Sonuncu dəfə də Vüqardan ## ###### 2025-ci il tarixdə, saat 18 radələrində Beyləqan şəhəri, Habil Hacıyev küçəsində, Vüqarın yaşadığı evin arxasında 10 manat qarşılığında bir bükümdə psixotrop maddə metamfetamin əldə etmişdir. O həmin metamfetamini istifadə etmədən ## ###### 2025ci il tarixdə, saat 03:16-da polis əməkdaşları tərəfindən saxlanmışdır. O heç vaxt aldığı psixotrop maddəni çəkməmişdir. Polis əməkdaşları onu saxlayıb üzərindən aşkar etdikdən sonra həmin psixotrop maddə metamfetamini ekspertizaya təqdim etmişlər və çəkisinin 0,609 qram olması müəyyən edilmişdir. O Vüqardan aldıqdan sonra həmin metamfetamindən istifadə etməmiş və şalvarının cibinə qoyub daşımışdır. (1-ci cild, vərəq 55-58) Məhkəmə işdə mövcud olan sübutları qarşılıqlı müqayisə etməklə təhlillər aparmadan, bir sübutun qəbul, digər sübutların isə rədd edilməsinin motivlərini göstərmədən, mötəbər sübutlara əsaslanmadan, həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin özünümüdafiə xarakterli, digər sübutlarla təkzib olunan ifadələrinə əsaslanmışdır. Belə ki, məhkəmə hökmdə Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən döyüldüyünü, məcbur qalıb psixotrop maddənin özünə məxsus olması məzmunda verdiyi ifadəsində fiziki zorakılığa məruz qalmasını bildirməsini ona qarşı fiziki zorakılıq edilməsinin əsası kimi təqsirləndirilən şəxsin həmin ifadəsini iş üzrə əhəmiyyəti və obyektiv həqiqətin müəyyən edilməsi üçün zəruri sübut növü kimi qiymətləndirmişdir. Bu azmış kimi, ## #### 2025-ci il tarixli və ## #### 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarları və digər sübutları nəzərə almayıb düzgün təhlil və əsaslı qiymətləndirmə aparmamışdır. Xüsusi ilə də vurğulanmalıdır ki, ## ###### 2025-ci il tarixli ** nömrəli məhkəmə-tibbi ekspertizasının rəyinin ilkin məlumat qrafasında “Müayinə olunanın deməsinə görə, “##.##.2025-ci il tarixdə polis işçiləri onu saxlayarkən müxtəlif xəsarətlər aldığını” bildirmişdir. Aldığı xəsarətlərin polis əməkdaşları tərəfindən yetirilməsi məzmunda hər hansı fikir bildirməmişdir. Bundan başqa, məhkəmə hökmdə Təqsirləndirilən şəxs Beyləqan RPŞ-də aparılan ibtidai araşdırma zamanı təzyiqlər edilərək işgəncə verilməsi və döyülməsi, təzyiq altında olduğu üçün videoçəkiliş zamanı həmin psixotrop maddənin ona məxsus olduğunu bildirməsi barədə ifadəsinin dəlilləri, habelə onun polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərində şəxsi axtarış aparılmamışdan əvvəl ona qarşı edilmiş təzyiqlər barədə ifadəsində göstərdiklərinin cinayət işinin ibtidai istintaqını aparan orqan tərəfindən hərtərəfli araşdırılmadığını qeyd etsə də, göstərilən xüsusatlar üzrə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılaraq Təqsirləndirilən şəxs qarşı Beyləqan RPŞ-də olan zaman hər hansı şəxs tərəfindən işgəncə, qeyri-insani rəftar, həmçinin fiziki zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmadığı üçün Azərbaycan Respubliaksı CPM-nin 39.1.1-ci maddəsinə əsasən ## #### 2025-ci il tarixli və ## #### 2025-ci il tarixli qərarlarla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək, hər hansı nəzarət orqanı tərəfindən ləğv edilməyən, yəni qüvvədə olan həmin qərarın surətinin cinayət işinin materiallarına əlavə edilməsini nəzərə almayaraq hökmdə Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilməsi qənaətinə düzgün gəlməmişdir. Lakin, məhkəmə Təqsirləndirilən şəxs xəsarət alması ilə bağlı toplanılmış material üzrə qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qeyd edilən qərarların preyudisial əhəmiyyətə malik olmasını nəzərə almayaraq, bununla bağlı hər hansı əsaslandırma və qiymətləndirmə aparmamışdır. CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarına əsasən cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. CPM-nin 125.8ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu maddə üzrə təqsirinin olmaması qənaətinə gələrkən işin bir sıra faktiki halını hökmündə qeyd etməmiş, işin obyektiv həllinə birbaşa təsir edən bəzi xüsusatları yanlış qəbul etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ilkin ifadəsində və məhkəmə tibb ekspertizasından keçirilən zaman Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilməsini müdafiəçisinə və ya müayinə etmiş şəxs və ya şəxslərə bildirməmişdir. Eləcə də müstəntiq tərəfindən polis əməkdaşları tərəfindən saxlanılan və baxış keçirilən zaman ona qarşı zorakılıq edilib-edilmədiyini soruşulduqda Təqsirləndirilən şəxs cavab olaraq polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq hərəkəti edilmədiyini və bədənində olan xəsarətləri saxlanılan zaman hadisə yerindən qaçmaq istəyəndə idarə etdiyi velosipeddən yıxılaraq aldığını bildirmişdir. Məhkəmə hökmdə bu hala ümumiyyətlə münasibət bildirməmişdir. Qeyd edilməsi zəruridir ki, hökmə əsasən «əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında» 13 fevral tarixli protokola əlavə edilmiş videoçəkilişi tədqiq edilərkən Təqsirləndirilən şəxs üzünü süni şəkildə iki dəfə yerə vurması, polis əməkdaşları tərəfindən qaldırıldıqdan sonra isə onun burun, alın və üzünün digər nahiyyələrində qançır xəsarətlərin yaranması, burun nahiyəsindən qan axmadığını, əksinə laxtalanmış qanabənzər qançır xəsarətinin göründüyü, bu hal da özü özlüyündə xəsarətin üzünü yerə vurma deyil, ondan əvvəl əmələ gəlməsinə dəlalət etdiyi qənaətinə gəlməkdə haqlı olmamışdır. Halbuki, videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşlarından qaçmaq istəyən zaman yerə yıxılır, daha sonra polis əməkdaşları tərəfindən qaldırılaraq burnundan axan qanı silmək üçün polis əməkdaşı tərəfindən ona dəsmal verilir. Təqsirləndirilən şəxs da burnundan axan qanı dəsmalla silir. Başqa sözlə desək Təqsirləndirilən şəxs yıxılmamışdan əvvəl burnundan və üz nahiyyəsindən qan axmadığı açıq aydın görünür. Bu xüsusatın məhkəmə tərəfindən yalnış nəticəyə gəldiyi formada izah edilməsi məqsədli xarakter daşıyır, çünki eyni xüsusatla bağlı yuxarıda sadalanmış kifayət qədər mötəbər sübutar, təqsirləndirilən şəxsin məhkəmə istintaqında döyülməsi və üzərinə psixotrop maddənin qoyulması ilə bağlı ifadəsini təkzib edilir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlarla bağlı xəsarətlərin kim və ya kimlər tərəfindən yetirilməsi müəyyən edilməmiş, halbuki məhkəmə tibb ekspertinin Təqsirləndirilən şəxs aldığı bədən xəsarətlərinin rəydə göstərdiyi yıxılma nəticəsində ala bilməsini göstərsə də, heç bir araşdırma aparmamış, hökmdə qeyd edilən xüsusatlara ümumiyyətə münasibət bildirməmiş və nəticədə işin obyektiv hallarına uyğun olmayan yekun nəticəyə gəlmişdir. Qeyd edilən anlaşılmazlığın aradan qaldırılması üçün müvafiq araşdırmanın aparılması məhkəməyə maraqlı olmamışdır. Bundan əlavə, məhkəmə təqsirləndirilən şəxsin “polis əməkdaşı təpiklə onun burnuna vurub sındırmışdır.” kimi ifadəsini mötəbər sübut kimi qiymətləndirilməsində yanlışlığa yol vermişdir. Belə ki, “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2024-cü il tarixli qərarında “burun sümüyünün cərrahi müdaxilə tələb edən və ya etməyən deformasiyasız sınığı” kimi xəsarətləri müvafiq olaraq yüngül və az ağır xəsarətlərə aid edilmişdir. Halbuki məhkəmənin mötəbər sübut kimi hesab etdiyi ## ###### 2025-ci il tarixli ** nömrəli məhkəmə-tibbi ekspertizasının rəyində belə Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər dərəcəsi təyin edilməyən xəsarətlərdir. Hökmdə bu barədə hər hansı qeyd yoxdur. Yuxarıda sadalananlar məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə təsir edən hal olmaqla məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasına dəlalət edir. Xüsusi ilə vurğulanmalıdır ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 2,242 qram psixotrop maddə metamfetamin ilə şahid3 aşkar olunaraq götürülmüş 0,609 qram psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli olmasına baxmayaraq məhkəmə Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetamin aşkar edilməsi xüsusatının öz təsdiqini tapmaması qənaətinə gəlməsinin heç bir məntiqi əlaqəsi olmamışdır. Başqa sözlə desək, şahid3 aşkar olunaraq götürülmuş psixotrop maddənin Təqsirləndirilən şəxs aldığını və özünə məxsus olduğunu bildirməsi öz təsdiqini qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə tapsa da, Vüqar Kazımda aşkar olunaraq götürülmüş 2,242 qram psixotrop maddənin şahid3 aşkar olunaraq götürülmüş 0,609 qram xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli olmasına baxmayaraq 2,242 qram psixotrop maddənin Təqsirləndirilən şəxs məxsus olmaması barədə yalnış nəticəyə gəlmişdir. Həmçinin, hökmün ləğv edilməsinin digər əsası məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Belə ki, işin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olan halların təsdiq və ya təkzib edilməsi üçün şəxslərin dindirilməməsi, sənədlərin, maddi və ya digər sübutların tələb edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi üçün əsasdır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs döyülməsi və zorakılığa məruz qalması faktı ümumiyyətlə araşdırılmamışdır. Yuxarıda qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs bədən səthində olan xəsarətlərin konkret olaraq kim və ya kimlər tərəfindən yetirilməsi müəyyənləşdirilməyib işgəncə faktının müəyyən edilməsi üçün məhkəmə tərəfindən şahid qismində çağırılıb dindirilməmiş, işin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olan həmin xüsusatı araşdırmamışdır. Bundan başqa, məhkəmə istintaqında Təqsirləndirilən şəxs “polis əməkdaşı təpiklə vurub burnunu sındırması məzmunda ifadəsi, həmçinin Təqsirləndirilən şəxs almış olduğu xəsarətlərin kim və ya kimlər tərəfindən yetirilməsi, həmin xəsarətləri hansı şəraitdə alması kimi ziddiyətli hallar araşdırmamış və iş materiallarında olan sənədləri diqqətlə tədqiq edilməyərək məsələyə obyektiv yanaşmamışdır. Cinayət-prosessual qanunvericliyin tələblərinə əsasən məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən sübutları qarşılıqlı müqayisə etməklə təhlil aparmadan işin faktiki hallarına uyğun gəlməyən əsassız nəticəyə gəlmiş, sadalanan şahidlərin biri digərini tamamlayan və işin obyektiv hallarına tam uyğun gələn ifadələrini, ekspertiza rəylərini, protokolları və digər sübutların qəbul edilməməsinin səbəbini göstərmədən yekun qərar qəbul etmiş və gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən işin bütün faktiki hallarını araşdırmamışdır. Bununla yanaşı, məhkəmə tərəfindən bir sübutun qəbul, digər sübutların isə rədd edilməsinin motivlərini göstərmədən, mötəbər sübutlara əsaslanmadan, həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin özünümüdafiə xarakterli, digər sübutlarla təkzib olunan ifadələrinə və özünün subyektiv mülahizələrinə əsaslanaraq, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirliliyinin sübuta yetirilməməsi kimi yanlış nəticəyə gəlməklə səhvə yol vermiş və əsassız olaraq ona bəraət vermişdir. Halbuki, CPM-nin tələblərinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-nin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir, sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Sadalananlar bir daha qeyd etməyə əsas verir ki, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət əməlinə işin obyektiv hallarına uyğun qiymət verməmiş, onun tərəfindən törədilmiş əməldə konkret cinayətin əlamətlərinin olmasını, bununla yanaşı hazırda cəmiyyətdə narkotik və psixotrop maddələrin dövriyyəsinə qarşı mübarizə tədbirlərinin genişləndirilməsi istiqamətində gedən prosesləri nəzərə almamış, nəticə etibarilə Təqsirləndirilən şəxs bəraət verib məsuliyyətdən kənarda qoymaqla Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq və digər prinsiplərini pozmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətdən görünür ki, məhkəmə özünü müdafiə üçün rahatlıqla dəlil gətirmək və yalan ifadə vermək hüququ olan təqsirləndirilən Təqsirləndirilən şəxs döyülüb üzərinə psixotrop maddənin qoyulmasından ibarət ifadəsini və ## ###### 2025-ci il tarixli ** nömrəli məhkəmə-tibbi ekspertizasının rəyini əsas götürməklə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ağlabatan, işin faktiki hallarına uyğun gələn ifadələrini, “əməliyyataxtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” ## ###### 2025-ci il tarixli və “...əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” ## ###### 2025-ci il tarixli protokollar və videçəkilişləri, çoxsaylı şahidlərin-polis əməkdaşlarının ifadələrini və digər sənədləri sübutlar siyahısından çıxarmış, yalnız qeyd edilən mötəbərliyi şübhə doğuran iki sübutla yekun qərar qəbul etmiş və bununla da yanlış nəticəyə gəlmişdir. Hökmdən, həmçinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi da apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar istintaq zamanı tam təsdiq edilsə də, istintaq orqanı qanunsuz olaraq həmin xüsusatları göz ardı edib təqdim edilmiş sübutlara əsassız mövqe bildirmişdir. Belə ki, məhkəmə-tibb ekspertizasının ## ###### 2025-ci il tarixli, ** saylı rəyinə əsasən Təqsirləndirilən şəxs burun tini üzərində sıyrıq, sol göz sklerasında xırda qansızma, hər iki alt göz qapaqlarında qançırlar, alt dodağın selikli qişasında qançır, sol kürək və omada, hər iki biləkdə, sol və sağ baldırın arxa səthində, sol iç topuğun hər iki səthində sıyrıqlar, sağ ayaq pəncəsinin alt səthində qançır küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yıxılma nəticəsində əmələ gələ bilərdi; yetirilmə müddəti ##.##.2025-ci il tarixə uyğun gəlir və qeyd edilən xəsarətlər həm ayrı-ayrılıqda və həm də ümumilikdə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. Xəsarətlər barədə * saylı istintaq Təcridxanasına vəkil sorğusu göndərilmiş və ## ###### 2025-ci il tarixli *-**-**-**/*-*** saylı cavab məktubu ilə müəyyən edilmişdir ki, ##.##.2025-ci il tarixdə * saylı İstintaq Təcridxanasına daxil olmuş Təqsirləndirilən şəxs burun nahiyısində qərtməkli yara, sol gözün sklerasında qansızma, hər iki gözətrafı nahiyəsində bənövşəyi rəngli qançır sol kürək bel oma nahiyyəsində cızılmış qərtməkli yara, hər iki bilək nahiyyəsində cızılmış qərtməkli yara, sol baldır nahiyyəsinin ön və arxa səthində, sağ baldır nahiyyəsinin arxa səthinin aşağı üçdə birində qərtaməkliyaralar, sol topuq nahiyyəsinin içəri və bayır səthində qərtməkliyara, sağ ayaq pəncəsinin alt səthində bənövşəyi rəngli qançır, alt dodaq nahiyyəsinin içəri səthində yara aşkar olunmuşdur. “xxxx” X12 ünvanlanmış vəkil sorğusuna cavab olaraq göndərilmiş ## #### 2025-ci il tarixli, **-*-**-/*-***/**** saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə, saat 02:46 radələrində “bud-çanaq oynağı və budun çoxsaylı səthi travmaları, burnun açıq yarası diaqnozu ilə “xxxx” X12 X7 bölməsinə müraciət etmişdir. Bundan sonra həbs olunmuş Təqsirləndirilən şəxs ölməməsi üçün müvafiq orqanlara müraciət olunmuş və təqsirləndirilən şəxsin şəxsin vəsaiti hesabına həbsdə olduğu müddətdə, yəni ##.##.2025-ci il tarixdə “LOR HOSPİTALDA” əməliyyat olunmuş və burun nahiyyəsində olan sınıqlar aradan qaldırılmasına baxamayaraq nəfəs almasında hələ də çətinliklər mövcuddur. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qaldıqdan sonra üzərinə kibrit qutusunda psixotrop maddənin qoyularaq saxlanıldıqdan təxminən 3-4 saat sonra yaşadığı evin yaxınlığına gətirilərək əməliyyat-axtarış tədbiri keçirilməsini səhnələşdirdikləri və bu barədə videoçəkiliş apardıqları aşkar şəkildə görünsə də, istintaq orqanı bunu inkar edib Təqsirləndirilən şəxs guya saxlanılan zaman yıxılaraq xəsarət aldığını, saxlanıldığı yerdə üstünün yoxlanıldığını qeyd edir. Bununla bağlı qeyd edilməlidir ki, “şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” ## ###### 2025-ci il tarixli protokola əlavə edilmiş videoya baxış zamanı həqiqətən də Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qaldığı, üzərinə kibrit qutusunda psixotrop maddənin qoyularaq saxlanıldıqdan təxminən 3-4 saat sonra yaşadığı evin yaxınlığına gətirilərək videoçəkiliş aparıldığı açıq şəkildə görünür. Belə ki, həmin videodan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən velosipeddən düşərək bir addım atdıqdan sonra yıxılması üçün heç bir səbəb olmadan üzü üstü yerə yıxılır, yalnız sifət hissəsi yerə dəyir, polis əməkdaşları isə onu ayağa qaldırır, ayağa qalxanda burun və sifətinin başqa nahiyyələrində xəsarət izləri olduğu müşahidə edilir, polis əməkdaşı isə Təqsirləndirilən şəxs burun nahiyəsindən qan axması səbəbi ilə cibindən dəsmal çıxararaq Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs da həmin dəsmalı burun nahiyəsinə tutmuşdur. İlk olaraq qeyd edək ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı burun tini üzərində sıyrıq, sol göz sklerasında xırda qansızma, hər iki alt göz qapaqlarında qançırlar, alt dodağın selikli qişasında qançır, sol kürək və omada, hər iki biləkdə, sol və sağ baldırın arxa səthində, sol iç topuğun hər iki səthində sıyrıqlar, sağ ayaq pəncəsinin alt səthində qançır aşkar olunmuşdur. İstintaq orqanının fərziyəsinə əsaslansaq və videogörüntüdəki Təqsirləndirilən şəxs yıxılma vəziyyətini nəzər alsaq, həmin xəsarətlərdən sifət nahiyəsində yerləşən xəsarətlər yıxılma nəticəsində əmələ gəlibsə, bəs sol kürək və omada, hər iki biləkdə, sol və sağ baldırın arxa səthində, sol iç topuğun hər iki səthində sıyrıqlar, sağ ayaq pəncəsinin alt səthində qançırlar hansı şəraitdə əmələ gəlib?! Danılmaz həqiqət budur ki, həmin xəsarətlər məhz Təqsirləndirilən şəxs dediyi kimi, polis əməkdaşları tərəfindən ona yetirilmişdir. Bundan başqa, nədənsə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs verilmiş həmin dəsmal 15 dəqiqə ərzində Təqsirləndirilən şəxs tərəfindən burun nahiyəsinə tutulsa da, dəsmalda qan ləkələri əmələ gəlməmişdir. Halbuki, həmin müddət ərzində dəsmal tam qana bulaşmalı idi. Videonun 12-ci dəqiqə 23-cü saniyəsində Təqsirləndirilən şəxs dəsmalı burnuna tutduğu hissəsi görünür və həmin anda dəsmalda heç bir qan ləkəsinin olmadığı müəyyən edilir. Həmiçinin də, həmin anda Təqsirləndirilən şəxs şalvarının ön hissəsində, videonun 12-ci dəqiqə 29-cu saniyəsində isə şalvarın arxa cibinin üzərində qan ləklərinin olduğu müəyyən edilir. Əgər həmin qan ləkələri Təqsirləndirilən şəxs şalvarına burnundan axmışdırsa, niyə dəsmalda qan ləkəsi yoxdur, yox əgər dəsmalda qan ləkəsi olmamasının səbəbi burun nahiyəsində olan xəsarətin qanamaması olmuşdursa, onda şalvardakı qan ləkəsi necə əmələ gəlmişdir. Həmin videonun 12-ci dəqiqə 21-ci saniyəsində isə aydın şəkildə Təqsirləndirilən şəxs burun nahiyəsindəki xəsarət görünür və həmin görüntüdə Təqsirləndirilən şəxs burun nahiyəsində xəsarətin yodla işlənərək təmizləndiyi, yaranın qərtmək bağlamağa başladığı müəyyən edilir. Bununla bağlı Təqsirləndirilən şəxs bildirir ki, polislər ona xəsarət yetirdikdən sonra burunundakı yara qanamağa başlamış, qan dayanmadığından polislər onun burnundakı yaranı yodla təmizləmiş, daha sonra videoçəkiliş zamanı yaranın daha öncədən əmələ gəlməsi aydınlaşmasın deyə çəkiliş zamanı ona dəsmal veriləcəyini, həmin dəsmalla yaranın üstünü bağlamağı tapşırdıqlarını bildirmişlər, buna görə də çəkiliş zamanı dəsmalı burnuna tutmuşdur. Qeyd olunanlara əsasən, “şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” ## ###### 2025-ci il tarixli protokolda əks olunmuş məlumatlar zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi nəticəsində əldə edildiyindən həmin protokolun cinayət prosesində sübut kimi qəbul edilməsinin yolverilməz olduğunu deməyə dəlalət edir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutulana qədər hər hansı xəsarət almasına dair məhkəməyə sübut təqdim olunmadığından, əksinə müdafiə tərəfindən təqdim olunmuş fotoşəkillərdən də göründüyü kimi, tutulmamışdan öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir xəsarəti olmamış, yaralanmamış, səhhətində hər hansı bir problem olmamışdır, sonuncunun məhz tutulduqdan sonra üzərində xəsarətlərin yaranması tibbi müayinə zamanı aşkar olunduğundan və bu hal tibbi kitabla öz təsdiqini tapdığından, belə nəticəyə gəlinir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həqiqətən də tutulduqdan sonra, yəni faktiki olaraq dövlətin nəzarətində olduğu vaxt zorakılığa, işgəncəyə, qəddar və qeyri-insani rəftara məruz qalmışdır. Əks nəticəyə gəlmək üçün başqa hal müəyyən edilməmişdir. Həmçinin, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin mövqeyinə görə, məhkəmə istintaqı, həmçinin ibditai istintaq zamanı Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixli ifadəsində bildirmişdir ki, polis əməkdaşları Ələhim, İlkin, Vasif, Ceyhun, Sərxan və Orxan onu döymüşlər, əməliyyatçılardan biri iki ədəd stul və bir ədəd dəmir ling gətirərək onun qollarını lingdə bağlamış, Orxan təpiklə onun burnuna vurub sındırmış, sonra isə ayağına qandal vurub lingin digər ucuna bağlayaraq onu lingdən asılı vəziyyətdə saxlamışlar, bu səbəbdən də məcburən polis əməkdaşları ilə razılaşmış və polis əməkdaşlarının ona verdiyi içərisində metamfetamin olan bir ədəd kibrit qutusunu cibinə qoymuş, videoçəkiliş zamanı polis əməkdaşlarının tələbi ilə velosipeddən qəsdən yıxılıb üzünü yerə vurmuş ki, polis əməkdaşları tərəfindən ona yetirilmiş xəsarətlərin guya yıxılan zaman alması görünüşü yaransın və polis əməkdaşlarının qoyduğu metamfetamini təqdim etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və iş materiallarına əlavə edilən 13 fevral tarixli «əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında» protokolun aparılmasına dair qeydə alınmış videoçəkilişin 00:14-cü dəqiqədə Təqsirləndirilən şəxs velosipedlə gəldiyi, polis əməkdaşlarının onun üzərinə getmələri, 00:16-cı dəqiqədə velosipeddən düşdüyü, 00:17-00:20-ci dəqiqələrdə özünü yerə atdığı və üz nahiyyəsini 2 dəfə yerə vurması müşahidə olunur. Bundan sonra polis əməkdaşları onu qaldıraraq saxlayırlar. Həmin videoçəkiliş tədqiq edilərkən açıq-aşkar surətdə müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzünü süni şəkildə iki dəfə yerə vurur. Polis əməkdaşları tərəfindən qaldırıldıqdan sonra isə onun burun, alın və üzünün digər nahiyyələrində qançır xəsarətləri görünür. Burun nahiyyəsindən qan axmır, əksinə laxtalanmış qanabənzər qançır xəsarəti görünür, bu hal da özü özlüyündə xəsarətin üzünü yerə vurma deyil, ondan əvvəl əmələ gəlməsinə dəlalət edir. Məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs burun tini üzərində sıyrıq, sol göz sklerasında xırda qansızma, hər iki alt göz qapaqlarında qançırlar, alt dodağın selikli qişasında qançır, sol kürək və omada, hər iki biləkdə, sol və sağ baldırın arxa səthində, sol iç topuğun hər iki səthində sıyrıqlar, sağ ayaq pəncəsinin alt səthində qançır xəsarətləri vardır və onun saxlanıldığı, yəni ##.##.2025-ci il tarixə uyğun gəlir. Bundan başqa, Bakı şəhəri, Beyləqan rayon Prokurorluğunun müstəntiqi, R X23 tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar tamamilə əsassız, natamam araşdırmaya əsaslanan və iş üzrə mövcud ziddiyyətləri aradan qaldırmadan qəbul edilmiş hüquqa zidddir. Məhkəmə-tibb ekspertizasının ## ###### 2025-ci il tarixli, ** saylı rəyinə əsasən Təqsirləndirilən şəxs burun tini üzərində sıyrıq, sol göz sklerasında xırda qansızma, hər iki alt göz qapaqlarında qançırlar, alt dodağın selikli qişasında qançır, sol kürək və omada, hər iki biləkdə, sol və sağ baldırın arxa səthində, sol iç topuğun hər iki səthində sıyrıqlar, sağ ayaq pəncəsinin alt səthində qançır küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yıxılma nəticəsində əmələ gələ bilərdi; yetirilmə müddəti ##.##.2025-ci il tarixə uyğun gəlir və qeyd edilən xəsarətlər həm ayrı-ayrılıqda və həm də ümumilikdə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. Məhkəmə-tibb ekspertizasının ## ###### 2025-ci il tarixli, ** saylı rəyinə əsasən Təqsirləndirilən şəxs müəyyən edilmiş xəsarətlərin, o cümlədən sol iç topuğun hər iki səthində sıyrıqların və sağ ayaq pəncəsinin alt səthində qançırın küt əşyanın (əşyaların) təsirindən törəndiyi birbaşa göstərilmişdir. Eyni rəydə həmin xəsarətlərin yıxılma nəticəsində əmələ gələ bilməsi ehtimalı qeyd olunsa da, bu iki nəticə bir-biri ilə açıq-aşkar ziddiyyət təşkil edir. Belə ki, əgər şəxs velosipeddən yıxılmışdırsa və həmin vaxt ayağında ayaqqabı olmuşdursa, sağ ayaq pəncəsinin alt səthində qançırın və sol iç topuğun hər iki səthində sıyrıqların əmələ gəlməsi məntiqi və fiziki baxımdan ciddi şübhə doğurur. Ayaqqabı ilə örtülü olan nahiyələrdə birbaşa küt travma izlərinin yaranması yıxılma versiyasını əsaslı şəkildə şübhə altına alır. Bu hal xüsusi araşdırma və əlavə ekspertiza tələb etdiyi halda, istintaq orqanı tərəfindən həmin ziddiyyətlər aradan qaldırılmamışdır. Bundan əlavə, əgər burun nahiyəsində olan xəsarətlər həqiqətən yıxılma nəticəsində baş vermiş olsaydı, həmin xəsarətlərin qanaxma ilə müşayiət olunması və buruna qoyulan dəsmalın qana bulaşması qaçılmaz olardı. Bu faktın araşdırılmaması və qiymətləndirilməməsi istintaqın qanunazidd aparıldığını göstərir. Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən ona işgəncə verildiyi və sonradan bu halın ört-basdır edilməsi məqsədilə velosipeddən yıxılması və yıxılması zaman başının 3 dəfə yerə vurması barədə göstəriş verildiyi bildirilmişdir. Bu cür iddialar Azərbaycan Respublikasının Konstitusiyası, Cinayət-Prosessual Məcəlləsi və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalar, o cümlədən İşgəncələrə qarşı Konvensiya baxımından dərhal, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmalı olduğu halda, istintaq orqanı formal mövqe tutaraq işi bağlamaq yolu seçmişdir. Müdafiə tərəfindən Lənkəran Ağır Cinayətlər Məhkəməsinə xəsarətlərin lokalizasiyasının dəqiq müəyyən edilməsi və mexanizminin qiymətləndirilməsi məqsədilə vəsatət verilsə də, həmin vəsatət əsassız olaraq təmin edilməmişdir. Halbuki, xəsarətlərin lokalizasiyası onların əmələgəlmə mexanizminin müəyyən edilməsi üçün əsas və həlledici əhəmiyyət kəsb edir. Bütün göstərilənlərə baxmayaraq, Beyləqan rayon Prokurorluğu tərəfindən ##.##.2025-ci il tarixli, ***- ** saylı qərarla sadəcə olaraq əvvəlki qərarın ləğvi üçün əsasların müəyyən edilmədiyi qeyd edilmiş, lakin bu nəticənin hansı hüquqi və faktiki əsaslara söykəndiyi göstərilməmişdir. Qərarın dəlillərinin təhlil edilməməsi və ziddiyyətlərin aradan qaldırılmaması həmin qərarın qanunvericiliyin tələblərinə cavab vermədiyini açıq şəkildə sübut edir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin mövqeyinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Konvensiyanın 3-cü maddəsi dövlətlərin hərəkətlərinə (hərəkətsizliyinə) ciddi məhdudiyyətlər qoymaqla, eyni zamanda özündə dövlətin pozitiv öhdəliklərini ehtiva etməklə insanın ləyaqətini, fiziki və psixi toxunulmasızlığım qorumaq məqsədi daşıyır. Bundan başqa Avropa Məhkəməsi pis rəftar faktının araşdırılması zamanı şahid ifadələrinin, videogörüntülərin, fotoşəkillərin əhəmiyyətli olduğunu da vurğulayır. Lakin belə sübutlar olmadığı halda da iddiaçı pis rəftarın baş verməsinin detallı təsvirini verdikdə və onun gətirdiyi müfəssəl, bir-biri ilə uzlaşan dəlillər, baxılan şəraitdə ağlabatanlıqla pis rəftarın baş verməsini ehtimal etməyə əsas yaratdıqda, dövlət isə həmin iddianın təkzib edilməsi üçün əsaslı izah verə bilmədikdə, pis rəftar faktının müəyyən edilmiş sayılması istisna olunmur. Belə hallarda Avropa Məhkəməsi həbsdə olan, saxlanılan şəxslərin vəziyyətinin həssaslığını, onların acizliyini və iddialarını təsdiq edə biləcək sübutları əldə etməkdə imkanlarının məhdudluğunu, dövlətin isə əksinə hadisə barədə müvafiq məlumatlara və sübutlara malik olduğunu nəzərə alaraq, ümumi qaydadan istisna kimi sübut etmə yükünün iddiaçının deyil, dövlətin üzərinə düşdüyünü qeyd edir. Cinayət işinin materiallarına əlavə olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 və ## #### 2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması barədə Beyləqan rayon prokurorluğu və Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış və araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döymə, işgəncə və sair təzyiqlərə məruz qalması xüsusatları təsdiqini tapmadığından CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasın rədd edilməsi haqqında qərarlar qəbul edilmişdir. Şərh edilən hallardan göründüyü kimi, prokurorluq tərəfindən beynəlxalq və milli qanunvericliyin tələbləri pozulmaqla Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması ilə bağlı ətraflı yoxlama aparılmamışdır. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmənin müdafiə tərəfinin məhkəmə baxışında təkrarladığı işgəncə barədə iddialarını müstəqil araşdırma aparmadan, müstəsna olaraq həmin iddianın məhkəməyədək icraatda yoxlanılmasına və əsassızlığının müəyyən olunmasına görə rədd edilməsi həm də ona görə qəbuledilməzdir ki, bu vəziyyət cinayət prosesində heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair CPM-nin 33.3-cü və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmasına dair CPM-nin 349.5.2-ci maddəsinin tələbləri ilə qəti şəkildə uzlaşmır. Məhkəmə tərkibi təhlil edilən halla bağlı belə nəticəyə gəlir ki, məhkəmə işgəncə barədə iddianın səmərəli şəkildə araşdırılması üçün bütün zəruri tədbirləri görməli, o cümlədən tərəflərin təqdim etdikləri və öz təşəbbüsü ilə zəruri sübutları tədqiq etməlidirlər. İşgəncə barədə iddia, sübutların yolverilənliyi məsələləri üzrə məhkəmə qənaəti də məhkəməyədək icraat dövründə qəbul olunmuş qərara görə deyil, məhkəmədə baxılmış sübutlara müvafiq olaraq əsaslandırılmalıdır. Təqsirləndirilən şəxs verdiyi ifadəsində polis əməkdaşları tərəfindən döyülməsi faktı ilə bağlı araşdırma aparılsa da, düzgün qərarlar qəbul olunmaması öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” ## ###### 2025-ci il tarixli və “...əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” ## ###### 2025-ci il tarixli protokolların mötəbərliyi şübhə altına alınan hallar olduğundan, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübut kimi qəbul oluna bilməz və həmin protokollar ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Məhkəmə kollegiyası göstərilənlərlə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahatda, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən üzərindən metamfetamin aşkar edilməsi xüsusatı üzrə özünə qarşı alınmış ilk ifadələri hədə- qorxu, təzyiq tətbiq edilməsi ilə alınmasını təsdiq edilir. Bu əsasa görə də Təqsirləndirilən şəxs üzərindən metamfetamin aşkar edilməsi xüsusatı üzrə verdiyi ilkin ifadələrinin mötəbərliyi şübhə altına alındığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin protokol və ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Şərh olunanlardan da göründüyü kimi, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri obyektiv və etibarlı sübut kimi qəbul edilə bilməz. İş materiallarından və müdafiə tərəfindən təqdim olunan dəlillərdən göründüyü kimi, məhz şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlərə yol vermiş, ona fiziki və psixoloji təzyiq göstərmiş, işgəncə və qeyri-insani rəftar tətbiq etmiş şəxslərdir. Belə olan halda, həmin şəxslərin istintaq zamanı verdikləri ifadələrdə obyektiv həqiqəti deyil, öz məsuliyyətlərini gizlətməyə yönəlmiş formal və əvvəlcədən razılaşdırılmış mövqeni ifadə etmələri məntiqi və hüquqi baxımdan tam əsaslıdır. Aydındır ki, öz qanunsuz əməllərinin ifşa olunaraq hüquqi məsuliyyətə səbəb olacağından çəkinən şəxslər istintaq qarşısında obyektiv və öz əleyhlərinə olan halları könüllü şəkildə etiraf etməyəcəklər. Əksinə, onlar baş vermiş hadisəni öz xeyirlərinə uyğun şəkildə təqdim etməyə çalışacaqlar. Bu isə həmin ifadələrin qərəzsiz, müstəqil və etibarlı sübut kimi qiymətləndirilməsini mümkünsüz edir. Qeyd olunanlar isə iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının yəni, X3, şahid8, Əkbərov İlkin Akif oğlu, X28, şahid10, şahid9, X24, şahid7, şahid6 və şahid11 ifadələrinin həqiqiliyini şübhə altına aldığından onların ifadələrinin cinayət prosessində sübut kimi istifadəsi yolverilməzdir. Bundan əlavə, Təqsirləndirilən şəxs məhz Orxan Novruzovun xidməti otağında qanunsuz hərəkətlərə məruz qalması və psixotrop maddə metamfetaminin kibrit qutusunda onun üzərinə yerləşdirilməsi ilə bağlı konkret və ardıcıl mövqeyi olmuşdur. Bu halların obyektiv araşdırılması üçün ibtidai istintaq mərhələsində Orxan Novruzovun ayrıca və ətraflı şəkildə dindirilməsi, zərurət olduqda isə Təqsirləndirilən şəxsla üzləşdirilməsi barədə vəsatətlər verilmişdir. Lakin həmin vəsatətlər istintaq orqanı tərəfindən heç bir əsaslandırılmış hüquqi arqument göstərilmədən rədd edilmişdir. Müdafiə tərəfinin sübutların yoxlanılmasına və ziddiyyətlərin aradan qaldırılmasına yönəlmiş prosessual təşəbbüslərinin rədd edilməsi müdafiə hüququnun kobud şəkildə məhdudlaşdırılmasıdır və işin obyektiv, hərtərəfli və tam araşdırılması prinsipinə ziddir. Nəticədə, həm işgəncə və qanunsuz hərəkətlərdə bilavasitə iştirak etmiş polis əməkdaşlarının maraqlı şəxs qismində çıxış etmələri, həm də müdafiə tərəfindən verilmiş vəsatətlərin əsassız olaraq təmin edilməməsi onların ifadələrinin etibarlılığını tam şəkildə şübhə altına alır. Bu səbəbdən həmin şəxslərin ifadələri cinayət prosesində sübut kimi qəbul edilə bilməz və ittihamın əsaslandırılmasında istifadə olunması yolverilməzdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin mövqeyinə əsasən, CPM-nin 125.2, 125.2.1 və 125.2.2-ci maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi yolu ilə aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Yuxarıda qeyd olunan hallara əsasən məhkəmə hesab etmişdir ki, polis əməkdaşlarının həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdikləri ifadələr, yəni Təqsirləndirilən şəxs üzərindən metamfetamin aşkar edilməsi xüsusatına münasibətdə mötəbər olmadığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, bu ifadələr ilə müəyyən edilmiş sözü gedən hallar etibarsız hesab olunmalıdır. Belə ki, məhkəmə kollegiyasının mövqeyinə görə Təqsirləndirilən şəxs üzərindən metamfetamin aşkar edilməsi xüsusatına dair hissədə göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən CPM-nin 125.2-ci maddəsində sadalanan hallar olduğundan həmin hissədə sübut kimi qəbul edilə və ittihamın əsasını təşkil edə bilməz. Bundan başqa, iş üzrə şahid qismində dindirilmiş şahid3 ifadəsi etibarlı və obyektiv sübut kimi qiymətləndirilə bilməz. Müdafiə tərəfindən aparılmış vəkil araşdırması nəticəsində müəyyən edilmişdir ki, şahid3 hüquq-mühafizə orqanları ilə sistemli “iş birliyi” münasibətlərində olmuş, Faiq Qasımov, Şirzad Alışov, Şirxan Quliyev, Ceyhun Cəfərov və digər şəxslər barəsində cinayət işlərində analoji məzmunlu ifadələrlə çıxış etmişdir. Məhkəməyə təqdim edilmiş sənəd surətləri və Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilmiş videogörüntülərdən açıq şəkildə görünür ki, o, əvvəllər də bir neçə şəxsə qarşı eyni məzmunlu ifadələr vermiş, həmin şəxslərdən narkotik vasitə aldığını bildirmişdir. Bir şəxsin davamlı olaraq eyni kateqoriyalı işlərdə “şərti şahid” kimi çıxış etməsi onun təsadüfi və müstəqil şahid olmadığını göstərir. Bu hal həmin şəxsin maraqlı və asılı vəziyyətdə olmasına, ifadələrinin isə əvvəlcədən razılaşdırılmış və ya yönləndirilmiş xarakter daşımasına əsas verir. şahid3 bir neçə cinayət işində “şərti şahid” kimi iştirak etməsi və ifadələrinin müxtəlif məhkəmə hökmlərində əks olunması faktı barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna rəsmi məlumat verilmişdir. Bu faktların mövcudluğu şahid3 obyektiv, qərəzsiz və müstəqil şahid statusunda çıxış etmədiyini bir daha təsdiq edir. Cinayət-prosessual qanunvericiliyə əsasən, şahid ifadəsi yalnız o halda sübut kimi qəbul edilə bilər ki, həmin ifadə könüllü, qərəzsiz və digər sübutlarla təsdiqlənmiş olsun. Maraqlı və hüquq- mühafizə orqanları ilə davamlı əlaqədə olan şəxsin ifadəsi isə ittihamın əsası kimi qəbul edilə bilməz. Əks yanaşma təqsirsizlik prezumpsiyasının və ədalətli məhkəmə araşdırması prinsipinin kobud şəkildə pozulması demək olardı. Odur ki, şahid3 ifadəsi etibarlı və qəbul edilə bilən sübut hesab oluna bilməz və cinayət prosesində sübut kimi istifadə edilməsi yolverilməzdir. Bu ifadəyə əsaslanaraq ittihamın sübuta yetirilmiş hesab edilməsi hüquqi baxımdan qəbuledilməzdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin mövqeyinə əsasən, məhkəmə ## ###### 2025ci il tarixli **/*** nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyində Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetamin ilə şahid3 aşkar olunaraq götürlmüş psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli göstərilməsinə də münasibət bildirir. Məhkəmə qeyd edir ki, məhkəmə-kimyəvi ekspertizasının tədqiq olunmuş psixotrop maddələrin eyni tərkibli olması ilə əlaqədar gəldiyi nəticə həmin psixotrop maddələrin eyni mənbədən olmaları, eyni partiyaya aid olmaları ilə bağlı yekun nəticəyə gəlməyə imkan vermir. Belə ki, Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə Ofisi (UNODC) tərəfindən hazırlanmış “Amfetamin, metamfetamin və onların analoqlarının aşkar edilməsi və analizi üzrə tövsiyə olunan metodlar“ adlı metodik vəsaitdə qeyd olunmuşdur ki, metamfetamin, amfetamin və onların analoqları əsasən müxtəlif laborotoriyalarda sintez üsullarından istifadə edilməklə hazırlanır. Bu zaman oxşar prekursorlardan, oxşar qarışmalardan istifadə edilməklə müxtəlif laboratoriyalarda hazırlanmış psixotrop maddələrin kimyəvi tərkibinə görə eyni olması istisna edilmir. Həmin metodik vəsaitdə göstərilmişdir ki, metamfetamin nümunələrinin müqayisəsi üçün ekspert tərəfindən sintez üsulu, yan məhsullar, istifadə olunan prekursorlar kimi göstəricilər də təhlil edilməlidir. Kimyəvi oxşarlıq həmin maddələr arasında müxtəlif əlaqə variantları olduğunu göstərir (eyni istehsalçıdan, eyni mənbədən və ya eyni paylama zəncirindən). Hətta, qeyd olunanlar belə mütləq sübut kimi qiymətləndirilə bilməz. Göstərilənlərdən belə nəticəyə gəlmək olarkı sözügedən ekspert rəyində nazik təbəqəli xromotoqrafiya metodundan istifadə edilməklə tədqiq olunan nümunələrdə oxşar piklərin müəyyən edilməsi, bunun nəticəsindən ekspertin həmin maddələrin eyni tərkibli olmaları ilə bağlı gəldiyi nəticə qeyd olunan psixotrop maddələrin eyni mənbədən, eyni partiyadan olmalarını təsdiq etməməklə yanaşı, hər hansı cinayət əlaqəsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs CMnin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamda 0,609 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini ## ###### 2025-ci il tarixdə, saat 18 radələrində Beyləqan şəhəri, Mikayıl Müşfiq küçəsində 10 manat pul müqabilində tanışı şahid3 qanunsuz olaraq satması xüsusatı sübuta yetirilmiş, lakin onun üzərindən 2,242 qram psixotrop maddə metamfetamin aşkar edilməsi xüsusatı öz təsdiqini tapmamışdır. Məhkəmə CPM-nin 318.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan «## ###### 2025-ci il tarixdə saat 23:45-də Beyləqan şəhəri, Mikayıl Müşfiq küçəsində saxlanılaraq üzərindən 2,242 qram çəkidə külli miqdarda psixotrop maddə aşkar edilməsi» bəndi çıxarılmalıdır. Həmçinin, məhkəmə baxışı nəticəsində müəyyən olunur ki, Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə, saat 18 radələrində Beyləqan şəhəri, Mikayıl Müşfiq küçəsində 10 manat pul müqabilində xeyli miqdarda, 0,609 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini tanışı şahid3 qanunsuz olaraq satmışdır. Göründüyü kimi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs satdığı psixotrop maddə metamfetaminin çəkisi 0,609 qram olmaqla xeyli miqdar təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunun II siyahısında psixotrop maddə metamfetaminin xeyli miqdarı 0,15 qramdan 2 qrama qədər müəyyən edilibdir. Odur ki, məhkəmə hesab etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinə görə CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamdan “üzərindən 2,242 qram psixotrop maddə metamfetamin aşkar edilməsi” bəndi çıxarılmaqla “xeyli miqdarda, yəni 0,609 qram çəkidə psixotrop maddə metamfetamini ## ###### 2025-ci il tarixdə şahid3 10 manat müqabilində satması” xüsusatı ilə təqsirli bilinməli və onun əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Yuxarıda da qeyd edildiyi hallardan və məhkəmənin mövqeyindən də müəyyən olunduğu kimi, Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tədqiq edilmiş və iş materiallarına əlavə edilən 13 fevral tarixli «əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında» protokolun aparılmasına dair qeydə alınmış videoçəkilişin 00:14-cü dəqiqədə Təqsirləndirilən şəxs velosipedlə gəldiyi, polis əməkdaşlarının onun üzərinə getmələri, 00:16-cı dəqiqədə velosipeddən düşdüyü, 00:17-00:20-ci dəqiqələrdə özünü yerə atdığı və üz nahiyyəsini 2 dəfə yerə vurması müşahidə olunduğu, həmin videoçəkiliş tədqiq edilərkən açıq-aşkar surətdə Təqsirləndirilən şəxs üzünü süni şəkildə iki dəfə yerə vurmasını, polis əməkdaşları tərəfindən qaldırıldıqdan sonra isə onun burun, alın və üzünün digər nahiyyələrində qançır xəsarətlərinin görünməsini, burun nahiyyəsindən qanın axmamasını, əksinə laxtalanmış qanabənzər qançır xəsarətinin görünməsini, bu halın da özü özlüyündə xəsarətin üzünü yerə vurma deyil, ondan əvvəl əmələ gəlməsinə dəlalət etməsini, həmçinin məhkəmə-tibbi ekspertizasının rəyi ilə də Təqsirləndirilən şəxs burun tini üzərində sıyrıq, sol göz sklerasında xırda qansızma, hər iki alt göz qapaqlarında qançırlar, alt dodağın selikli qişasında qançır, sol kürək və omada, hər iki biləkdə, sol və sağ baldırın arxa səthində, sol iç topuğun hər iki səthində sıyrıqlar, sağ ayaq pəncəsinin alt səthində qançır xəsarətlərin mövcud olmasını və onun saxlanılması, yəni ##.##.2025-ci il tarixinə uyğun gəlməsinin, bununla yanaşı, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 və ## #### 2025-ci il tarixli qərarların yuxarıda şərh edilən hallara əsasən, prokurorluq tərəfindən beynəlxalq və milli qanunvericliyin tələblərinin pozulmaqla Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması ilə bağlı ətraflı yoxlama aparılmaması nəticəsində qəbul edilməsinin, “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” ## ###### 2025-ci il tarixli və 2.“...əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” ## ###### 2025-ci il tarixli protokolların mötəbərliyi şübhə altına alman hallar olduğundan, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübut kimi qəbul oluna bilməməsini və həmin protokollar ilə müəyyən edilmiş halların etibarsız hesab olunmasının, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahatda, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən üzərindən metamfetamin aşkar edilməsi xüsusatı üzrə özünə qarşı alınmış ilk ifadələri hədə-qorxu, təzyiq tətbiq edilməsi ilə alınmasının təsdiq edildiyini, bu əsasa görə də Təqsirləndirilən şəxs üzərindən metamfetamin aşkar edilməsi xüsusatı üzrə verdiyi ilkin ifadələrinin mötəbərliyi şübhə altına alındığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilmədiyini, həmin protokol və ifadələr ilə müəyyən edilmiş halların etibarsız hesab olunmasının, Təqsirləndirilən şəxs tərəfindən psixotrop maddə metamfetamini tanışı şahid3 qanunsuz olaraq satmasına dair yeganə sübut kimi şahid3 müəyyən təzyiqlər nəticəsində verdiyi ifadələrin olmasının, hal-hazırda şahid3 dövlət nəzarətində olmasını və verdiyi ifadələrin müəyyən təzyiqlər altında verdiyindən həmin ifadələrin qanunsuz və əsassız olmasının, anten məlumatlara əsasən, Təqsirləndirilən şəxs ilə şahid3 baş vermiş hadisə zamanı həmin saatlarda fərqli yerdə olmalarının, ## ###### 2025-ci il tarixli **/*** nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyində Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetamin ilə şahid3 aşkar olunaraq götürlmüş psixotrop maddə eyni tərkibli olması ilə əlaqədar gəldiyi nəticə həmin psixotrop maddələrin eyni mənbədən olmaları, eyni partiyaya aid olmaları ilə bağlı yekun nəticəyə gəlməyə imkan verməməsinin, polis əməkdaşlarının həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdikləri ifadələrin, yəni Təqsirləndirilən şəxs üzərindən metamfetamin aşkar edilməsi xüsusatına münasibətdə mötəbər olmadığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməməsinin, bu ifadələr ilə müəyyən edilmiş sözü gedən halların etibarsız hesab olunmasının qeyd edilməsinə baxmayaraq, sadalanan və öz təsdiqini tapmış hallara əsasən, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən, onun barəsində bəraətverici hökm çıxarılmalı olduğu halda onun əməlinin CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyası həddində cəzalanması başadüşülən deyildir. Lənkəran Ağır Cinayətlər Məhkəməsi CPM-nin 318.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan «## ###### 2025ci il tarixdə saat 23:45-də Beyləqan şəhəri, Mikayıl Müşfiq küçəsində saxlanılaraq üzərindən 2,242 qram çəkidə külli miqdarda psixotrop maddə aşkar edilməsi» bəndi çıxarılmalıdır. Həmçinin, məhkəmə baxışı nəticəsində müəyyən olunur ki, Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə, saat 18 radələrində Beyləqan şəhəri, Mikayıl Müşfiq küçəsində 10 manat pul müqabilində xeyli miqdarda, 0,609 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini tanışı şahid3 qanunsuz olaraq satmışdır. Məhkəmənin mövqeyinə münasibətdə qeyd edilməlidir ki, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında’’ 11 və ## #### 2025-ci il tarixli qərarların, əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” ## ###### 2025-ci il tarixli və “...əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” ## ###### 2025-ci il tarixli protokolların etibarsız olduğu və şahid3 hüquq-mühafizə orqanları ilə sistemli “iş birliyi" münasibətlərində olması, Faiq Qasımov, Şirzad Alışov, Şirxan Quliyev, Ceyhun Cəfərov və digər şəxslər barəsində cinayət işlərində analoji məzmunlu ifadələrlə çıxış etdiyi halda, Təqsirləndirilən şəxs tərəfindən şahid3 hər hansı psixotrop maddə, o cümlədən metamfetamin satılması faktını təsdiq edən mötəbər və kifayət qədər sübutlar mövcud olmadığı halda, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif etməsi hüquqi baxımdan əsaslandırılmış hesab edilə bilməz. Cinayət hüququnun ümumi prinsiplərinə görə, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və onun əməlində konkret cinayət tərkibinin mövcudluğu yalnız etibarlı, qanuni qaydada əldə edilmiş və məhkəmə tərəfindən hərtərəfli araşdırılmış sübutların məcmusu ilə təsdiq olunmalıdır. Bu baxımdan, əgər Təqsirləndirilən şəxs tərəfindən psixotrop maddənin satılması faktı sübut olunmamışdırsa, həmin şəxsin əməlində ümumiyyətlə satış məqsədi ilə qanunsuz dövriyyə tərkibinin mövcudluğu barədə nəticəyə gəlmək üçün hüquqi əsas yaranmır. Belə olan halda məhkəmənin mövqeyi əsaslı və düzgün qiymətləndirilə bilməz. Lakin məhkəmə qəbul etdiyi hökmün əsaslandırma hissəsində bu nəticəyə hansı sübutlar əsasında gəldiyini göstərməmiş, tövsifin dəyişdirilməsinin səbəblərini və tətbiq edilmiş maddənin seçilməsinin hüquqi motivlərini izah etməmişdir. Halbuki cinayət-prosessual qanunvericiliyin tələblərinə görə, məhkəmə hökmü yalnız nəticədən ibarət olmamalı, həm də həmin nəticəyə gətirən faktiki hallar, sübutların qiymətləndirilməsi və hüquqi əsaslandırma aydın və məntiqi ardıcıllıqla göstərilməlidir. Bu tələblərin yerinə yetirilməməsi isə qəbul edilmiş hökmün əsaslılıq və qanunilik meyarlarına cavab vermədiyini göstərir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış edib onun təmin olunmasını, apellyasiya protestinin dəlilləri ilə isə razılaşmayaraq protestin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X2 apellyasiya protestinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, protestin təmin olunmasını, apellyasiya şikayətinin dəlilləri ilə isə razılaşmayaraq onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Apellyasiya şikayətinin və apellyasya protestinin dəlillərindən görünür ki, həm müdafiə tərəfi, həm də ittiham tərəfi işin faktiki hallarını və əməlin hüquqi tövsifi ilə bağlı məsələləri mübahisələndirmiş, müdafiəçi təqsirləndirilən şəxsin əməlində CM-nin 234.2-ci maddəsinin tərkibinin olmadığını qeyd edərək, ona bəraət verilməsini, dövlət ittihamçısı isə məhkəmə tərəfindən təqsirləndirilən şəxsin əməlinin yanlış tövsif edildiyini qeyd edib, onun CM-nin 234.4.3cü maddəsi ilə təqsirli bilinməsi ilə bağlı yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərini nəzərə alıb, CPM-nin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunub-olunmamasına, sonuncunun əməlinin CM-nin 234.4.3-cü maddəsinə tövsif edilməsi və ya ona bəraət verilməsi üçün əsasların olub-olmamasına, habelə birinci instansiya məhkəməsinin iş üzrə cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası cinayət işinin bütün materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarını dinləyib belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ibtidai istintaq orqanı tərəfindən təqdim olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları, yəni təqsirləndirilən şəxsin ifadələrini, şahidlər şahid11, şahid7, şahid6, şahid5, şahid9, şahid10 və Əkbərov İlkin Akif oğlu, şahid3, əlavə şahid X1 ifadələri, məhkəmə-kimyəvi ekspertizasının ## ###### 2025-ci il tarixli **/*** saylı rəyi, məhkəmə-kimyəvi ekspertizasının ## ###### 2025-ci il tarixli **/*** saylı rəyi, ## #### 2025-ci il tarixli, **** nömrəli “ambulator məhkəmə narkoloji ekspertizasının” rəyi, ## ###### 2025-ci il tarixli ** nömrəli məhkəmə-tibbi ekspertizasının rəyi, ## ##### 2025-ci il tarixli *** nömrəli kompleks ambulator məhkəmə psixiatrik ekspertizasının rəyi, habelə digər iş materiallarını araşdırıb Təqsirləndirilən şəxs CMnin 234.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, həmin əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına, eyni zamanda üzərindən aşkar olunmuş 2,242 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməyə, saxlamağa və daşımağa görə verilmiş ittiham sübuta yetirilmədiyindən onun ittihamdan xaric olunmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan onun 2,242 qram çəkidə psixotrop maddə metamfetamini əldə etməsi ilə bağlı hissənin xaric edilməsi, sonuncunun ittiham olunduğu kimi külli miqdarda psixotrop maddəni satış məqsədi ilə əldə etməkdə təqsirinin olmaması, onun xeyli miqdarda psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması, daşıması və satması, buna görə də onun əməlinin CM-nin 234.2-ci maddəsi ilə tövsif olunması ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmiş, məhkəmənin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuşdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlinin düzgün olaraq CM-nin 234.2-ci maddəsi ilə tövsif edildiyini nəzərə alaraq, gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 14.1-ci maddəsinə görə isə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. 24.1-ci maddəsində təqsirin anlayışını verilərək qeyd edilir ki, əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. 25.3-cü maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Göründüyü kimi, Cinayət Qanununun yuxarıda qeyd edilən müddəaları o zaman əməli (hərəkət və ya hərəkətsizliyi) cinayət hesab edir ki, həmin əməl ictimai təhlükəli olsun, təqsirkar əməlin ictimai təhlükəliliyini qabaqcadan görsün, bunu arzu etsin (yaxud arzu etməsə də buna şüurlu surətdə yol vermiş olsun) və həmin əməli törətmiş olsun. Başqa sözlə desək birbaşa qəsd zamanı əməlin törədilməsi təqsirləndirilən şəxsin arzusu ilə əhatə edilmiş olur. Təqsirləndirilən şəxs hökmlə təqsirli bilindiyi CM-nin 234.2-ci maddəsinin dispozisiyasından görünür ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət məsuliyyətinə və cəzaya səbəb olan əməl kimi təsbit olunmuşdur. Onun ittiham olunduğu CMnin 234.4.3-cü maddəsinə əsasən isə həmin əməllərin külli miqdarda törədilməsi cinayət məsuliyyətinə və cəzaya səbəb olan əməl kimi, həmçinin birbaşa qəsdlə törədilən əməl kimi təsbit edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanununun 1.0.9-cu bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Onu da qeyd etmək lazımdır ki, istənilən cinayət hadisənin baş verib-verməməsi, şəxsin cinayətin törədilməsində təqsirli olub-olmaması, habelə cinayətin törədilməsinin vaxtı, yeri, şəraiti, üsullarının və digər zəruri tərkib əlamətlərinin müəyyən edilməsi üçün hüquqi prosedur Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində təsbit edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 124.1 və 124.2-ci maddələrinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1 və 145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 146.2. Cinayət təqibi üzrə sübutların kifayət etməsi aşağıdakılara nail olunmasına kömək edir: 146.2.1. ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına; 146.2.2. cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə; 146.2.3. cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə. 146.3. Sübutların məcmusunun toplanması aşağıdakılara gətirib çıxarmamalıdır: 146.3.1. sübut materiallarının lüzumsuz artıq toplanmasına; 146.3.2. ibtidai araşdırmanın və ya məhkəmə baxışının uzadılmasına (süründürməçiliyə). Beləliklə, cinayət-prosessual qanunvericilik, yalnız yuxarıda qeyd edilən hüquqi prosedurlar daxilində əldə edilmiş, yoxlanılmış, müqayisəli şəkildə təhlil edilmiş və məhkəmədə tədqiq edilmiş sübutlar əsasında təsdiq edilən əməli sübuta yetirilmiş əməl kimi, habelə bu qaydalara əməl etməklə çıxarılan hökmü qanuni və əsaslı məhkəmə aktı kimi qəbul edir. Hazırkı cinayət işinin materiallarını nəzərdən keçirən və birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü təkrar nəzərdən keçirən məhkəmə kollegiyası müəyyən etmişdir ki, ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş təqsirləndirilən şəxsin məhz külli miqdarda psixotrop maddəni satış məqsədilə əldə etməsi, daşıması və saxlamasına dair ittihamın təsdiq edilməsində istifadə edilən sübutlar əsaslı şübhələrdən kənar sübut standartlarına uyğun olmamış, bu səbəbdən məhkəmə haqlı olaraq təqsirləndirilən şəxsin üzərindən 2,242 qram çəkidə psixotrop maddə metamfetaminin aşkar olunamsı ilə bağlı epizodu ona elan olunmuş ittihamdan xaric etmiş və sonuncunun əməlini xeyli miqdarda psixotrop maddəni satış məqsədi ilə əldə etmə, saxlama, daşıma və satma kimi qiymətləndirmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ## ###### 2025-ci il tarixdə saat 21 radələrində marketdən velosiped sürərək evə qayıdarkən evin yaxınlığında «Opel» markalı avtomobil onun yanında dayanmış, avtomobildən 4-5 nəfər şəxs ona hücum edib polis əməkdaşları olduqlarını bildirib onu döyməyə başlamışlar. Polis əməkdaşları onu şöbəyə apararaq rəis müavini Orxan adlı şəxsin otağına qaldırmışlar. Orada polis əməkdaşları Ələhim, İlkin, Vasif, Ceyhun, Sərxan və Orxan onu döyməyə başlamışlar. Polis əməkdaşlarından biri iki ədəd stul və bir ədəd dəmir ling gətirərək onun qollarını lingdə bağlamışlar. Orxan təpiklə onun burnuna vurub sındırmışdır. Sonra isə ayağına qandal vurub lingin digər ucuna bağlayaraq onu lingdən asılı vəziyyətdə saxlamışlar. Şöbədə polis əməkdaşı Rəşad Novruzov kibrit qutusunda içərisində psixotrop maddə olduğunu, həmin psixotrop maddəni videoçəkiliş zamanı özünə məxsus olmasını deməsini bildirmişdir. Sonra Orxan adlı əməkdaş otağa bir ədəd şüşə butulka gətirib stolun üzərinə qoymuş və ona təqdim edərək söylədiklərini deməyəcəyi halda vəziyyətinin nə olacağını bildiyini demiş, o da məcbur qalıb razılaşmışdır. Həmçinin polis əməkdaşları ona bildirmişlər ki, videoçəkiliş zamanı o, velosipedini idarə etsin və velosipeddən yıxılaraq üzünü yerə vursun ki, aldığı xəsarətləri polis əməkdaşları tərəfindən deyil, guya velosipeddən yıxılaraq aldığı görünüşü yaransın. Bundan sonra, ## ###### 2025-ci il tarixdə, saat 02 radələrində onu təkrar saxlandığı yerə aparıb oradan təxminən 15 metr aralıda videoçəkiliş etmişlər, videoçəkiliş zamanı polislərin dediklərini yerinə yetirmiş, polis əməkdaşları velosipedini də maşınla həmin yerə gətirmişlər. O, da velosipeddən yıxılıb üzünü yerə vurmuşdur. Bundan sonra baxış keçirilərkən polis əməkdaşları üzərinə qoyduqları metamfetamini çıxararaq təqdim etmiş, həmçinin ilkin ifadələrində metamfetaminin ona məxsus olmasını bildirmiş, lakin sonradan istintaq zamanı döyüldüyünü, polis əməkdaşları tərəfindən onun üzərinə metamfetamin qoyulduğunu ifadəsində bildirmişdir. Günahı olmadığı üçün ona bəraət verilməsini xahiş etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs əvvələr marixunadanan istifadə etdiyini, şahid3 tanıdığını, onların yaşadıqları evin yaxınlığındakı marketdə işlədiyini, onunla munasibətinin olduğunu, arabir bir yerdə yeyib-içdiklərini, Aqilin psixotrop maddədən istifadə etməsindən məlumatının olmadığını, Aqil polis əməkdaşları tərəfindən tutularkən üzərindən aşkar olunmuş psixotrop maddənin ondan almasını deməsinin səbəbini bilmədiyini, şahid3 heç bir psixotrop maddə satmadığını bildirmişdir. Apellyasiya baxışı zamanı da təqsirləndirilən şəxs oxşar məzmunlu ifadə verərək, göstərdiyi xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşı şahid11 ifadəsində göstərmişdir ki, ## ###### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib, üzərində saxlamaqla daşımaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 23:30 radələrində Təqsirləndirilən şəxs Beyləqan şəhəri, M.Müşfiq küçəsi ərazisində velosipedlə hərəkətdə olarkən ona yaxınlaşmışlar, Vüqar velosipedlə qaçmağa çalışmış, bu zaman velosipeddən yıxılmış və üzü üstə daşlığa dəymişdir. Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir qanunsuz əşya olub-olmamasını soruşmuş Vüqar əynində olan qara rəngli gödəkçənin sağ yan cibində psixotrop maddə metamfetamin olduğunu bildirib bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Kibrit qutusunun içərisinə baxış keçirilərkən içərisində ağ rəngli, kristal formalı, psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs saxladıqdan sonra onu döyməmişlər və Beyləqan rayon polis şöbəsinin rəis müavini Orxan Novruzovun otağına aparmamışlar, saxlanıldıqdan sonra Orxan Novruzovun otağında lingdən asılmamış və Orxan, Ələhim, Vasif, Rahil, İlkin, Ceyhun, Sərxan, Vüsal, Rəşad adlı əməkdaşlar tərəfindən döyülməmiş, Rəşad Novruzov ona kibrit qutusunda psixotrop maddə verməmişdir . Birinci instansiya məhkəməsində qismində dindirilmiş polis əməkdaşları şahid7, şahid6, şahid5, şahid9, şahid10 və Əkbərov İlkin Akif oğlu şahid şahid11 ilə oxşar məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid3 ifadəsində göstərmişdir ki, 2024-cü ildən psixotrop maddə metamfetamindən istifadə etmişdir. Metamfetamini əvvələr Fərəcov İlkin Məhəmməd oğlundan alınmış, sonuncu həbs olunduqdan sonra psixotrop maddələri Təqsirləndirilən şəxs alımışdır. Bir neçə dəfə Vüqardan 10 manat dəyərində psixotrop maddə alıb istifadə etmişdir. Sonuncu dəfə ## ###### 2025-ci il tarixdə, saat 18 radələrində Vüqarla əlaqə saxlayıb 10 manatlıq metamfetamin satmasını xahiş etmiş, 20 dəqiqə sonra onun yaşadığı Beyləqan şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən evin arxa tərəfində Vüqara 10 manat verərək istifadəsi üçün metamfetamin almış, səhəri gün istifadə etmək qərarına gələrək üzərində saxlamışdır. ## ###### 2025-ci ildə, saat 03 radələrində polis əməkdaşları tərəfindən tutulmuş, Təqsirləndirilən şəxs aldığı büküm üzərindən aşkar edilərək götürülmüşdür. O Vüqarı Beyləqan şəhəri sakini kimi tanıyır, onunla “Oba” marketdə işləyən zaman tanış olmuşdur. Birinci instansiya məhkəməsində müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X1 verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs tanıdığını, ## ###### 2025-ci il tarixdə saat 21 radələrində evinin pəncərəsindən baxanda çöldə səs-küy eşitdiyini, orada Vüqarın olduğunu görüb yaxınlaşmaq istəyərkən ona polis əməkdaşlarının olduqlarını, narkotik əməliyyatının aparıldığını deyib kənara çəkilməsini dediklərini, ətrafa baxdıqda Vüqarın velosipedinin yerdə olduğunu, Vüqarı isə avtomobilə otuzdurub apardıqlarını, artıq ## ###### 2025-ci il tarixə keçən gecə saat 00 və ya 01 radələrində yenidən səs-küy eşitdiyini, çıxmaq istəyərkən onu buraxmayıb «gir içəri, çəkiliş gedir» sözlərini dediklərini, orada çoxlu polislərin olduğunu gördüyünü bildirmişdir. Bundan başqa, iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının ## ###### 2025ci il tarixli **/*** saylı rəyində görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərinin...” sözləri yazılmış kağız paketdə bir ədəd kibrit qutusunun içərisində olan bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 2,242 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetamin ilə şahid3 aşkar olunaraq götürlmüş psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Metamfetamin-2005-ci il ## #### tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Ekspertiza tədqiqqatından sonrakı qalıq 2,142 qram və 0,409 qram metamfetamin. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının ## ###### 2025-ci il tarixli **/*** saylı rəyində görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...şahid3 üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,609 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan ## #### 2025-ci il tarixli, **** nömrəli “ambulator məhkəmə narkoloji ekspertizasının” rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibbi müəssisəsində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ## ###### 2025-ci il tarixli ** nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs burun tini üzərində sıyrıq, sol göz sklerasında xırda qansızma, hər iki alt göz qapaqlarında qançırlar, alt dodağın selikli qişasında qançır, sol kürək və omada, hər iki biləkdə, sol və sağ baldırın arxa səthində, sol iç topuğun hər iki səthində sıyrıqlar, sağ ayaq pəncəsinin alt səthində qançır küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yıxılma nəticəsində əmələ gələ bilərdi; yetirilmə müddəti ##.##.2025-ci il tarixə uyğun gəlir və qeyd edilən xəsarətlər həm ayrı-ayrılıqda və həm də ümumilikdə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. İş materiallarında olan ## ##### 2025-ci il tarixli *** nömrəli kompleks ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və ya 22-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İttiham olunduğu əməli törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Hazırki müayinə zamanı Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində gərginlik halı müşahidə edilmədi. Göstərilən tarixlərdə, ifadə və yaxud izahat verərkən onun psixoloji vəziyyətində hər hansı dəyişiklik olub-olmamasını müəyyən etmək mümkün deyildir. Məhkəmə kollegiyası iş materiallarında olan sübutları bir-biri ilə əlaqəli şəkildə təhlil edib, onlara həm ayrı-ayrılıqda, həm də məcmu halında qiymət verərək və məhkəmə istintaqında tədqiq edilmiş sübutların Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmaması, onun əməllərinin CM-nin 234.2-ci maddəsinin təsir dairəsinə düşməsi ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Sübutetmə prosesinə və apellyasiya protestinin dəlillərinə nəzər saldıqda isə nəzərə çarpacaq dərəcədə görünür ki, ittiham tərəfi Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin əsası kimi əsasən onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrinə, əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında istintaq hərəkəti protokollarına istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin Təqsirləndirilən şəxs təqsirliliyinin onun özünün etirafedici ifadələri ilə təsdiq olunması ilə bağlı dəlillərinə münasibətdə onu qeyd edir ki, təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələlərində üzərindən aşkar edilmiş psixotrop maddənin özünə məxsus olmasına dair etirafedici ifadələr versə də, Məhkəmə istintaqı zamanı o, təqsirini etiraf etməmiş və əvvəlki mərhələlərdə verdiyi etirafedici ifadələrin fiziki təzyiqlər altında alındığını qeyd etmiş, məhkəmə araşdırması da zamanı onun ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması, etirafedici ifadələrini məhz təsir və təzyiqlər altında verməsi ilə bağlı göstərdiyi xüsusatların həqiqətə uyğun olması müəyyən edilmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrində narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu, üzərindən aşkar edilmiş metamfetamini bir neçə gün əvvəl heyvan otararkən tapdığını və istifadə məqsədilə üzərində saxladığını, saxlanılarkən polis əməkdaşlarına həmin maddənin üzərində olduğunu bildirdiyini, maddənin könüllü təqdim olunaraq götürüldüyünü, saxlanılması və üzərinə baxış keçirilməsi zamanı ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilmədiyini göstərmişdir. Eyni zamanda, şahid3 tanıdığını bildirsə də, ona hər hansı psixotrop maddə satdığını inkar etmiş, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını qeyd etmişdir. Həmçinin saxlanılarkən velosipeddən yıxılması nəticəsində xəsarət aldığını, üzərində aşkar olunmuş metamfetamini isə satış məqsədilə deyil, istifadə etmək üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində isə özünü təqsirli bilməyərək göstərmişdir ki, ## ###### 2025-ci il tarixdə yaşadığı küçədə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmış, saxlanılarkən və sonradan polis şöbəsində müxtəlif polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmış, şöbədə Ələhim, İlkin, Vasif, Ceyhun, Sərxan və Orxan adlı polis əməkdaşları tərəfindən döyülmüş, əməliyyatçılardan biri iki ədəd stul və bir ədəd dəmir ling gətirərək onun qollarını lingdə bağlamış, Orxan təpiklə onun burnuna vurub sındırmış, sonra isə ayağına qandal vurub lingin digər ucuna bağlayaraq onu lingdən asılı vəziyyətdə saxlamışlar, polis əməkdaşları tərəfindən ona kibrit qutusunda psixotrop maddə göstərilərək həmin maddənin ona məxsus olduğunu deməsi tələb olunmuş, əks halda zorakılığın davam etdiriləcəyi ilə hədələnmiş, buna görə də o, videoyazı zamanı və ilkin istintaq hərəkətlərində polis əməkdaşlarının dediklərini təkrarlamağa məcbur olmuş, videoçəkiliş zamanı xəsarətləri guya yıxılan zaman alması görünüşünün yaranması üçün polis əməkdaşlarının tələbi ilə velosipeddən qəsdən yıxılıb üzünü yerə vurmuş, polis əməkdaşlarının qoyduğu metamfetamini təqdim etmişdir. Bundan başqa, iş materiallarında olan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə polis əməkdaşları şahid8, şahid10, İlkin Əkbərov, Rəşad Novruzov, şahid6 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokollarından görünür ki, Təqsirləndirilən şəxs zorakılığa, təzyiq və təsirlərə məzruz qalması, polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı xüsusatları bir daha oların üzünə deyərək təsdiq etmişdir. Eyni zamanda, iş materiallarında olan Beyləqan Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən də, özünü təqsirli bilmədiyini, ittihamda qeyd olunan narkotik vasitənin ona hədə-qorxu gəlinərək, üzərinə qoyulduğunu, polis şöbəsində polis əməkdaşları tərəfindən döyüldüyünü və videoçəkilişin sonradan aparıldığını qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki zorakılığa, təzyiq və qeyri-prosessual təsirlərə məruz qalması, habelə ilkin etirafedici ifadələrinin sərbəst iradəsinin ifadəsi olmaması ilə bağlı sonradan irəli sürdüyü dəlillər iş materiallarında olan digər sübutlarla müqayisəli şəkildə yoxlanılmış və həmin xüsusatların əsassız olması deyil, əksinə müəyyən hissədə öz təsdiqini tapması müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan ## ###### 2025-ci il tarixli ** nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs burun tini üzərində sıyrıq, sol göz sklerasında xırda qansızma, hər iki alt göz qapaqlarında qançırlar, alt dodağın selikli qişasında qançır, sol kürək və omada, hər iki biləkdə, sol və sağ baldırın arxa səthində, sol iç topuğun hər iki səthində sıyrıqlar, sağ ayaq pəncəsinin alt səthində qançır küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yıxılma nəticəsində əmələ gələ bilərdi; yetirilmə müddəti ##.##.2025-ci il tarixə uyğun gəlir və qeyd edilən xəsarətlər həm ayrı-ayrılıqda və həm də ümumilikdə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. İş materiallarına əlavə edilmiş “xxxx” X12 ## #### 2025-ci il tarixli, **-*-**/*-***/**** nömrəli məktubundan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə saat 02:46 radələrində Bud-çanaq oynağı və budun çoxsaylı səthi travmaları, burnun açıq yarası diaqnozu ilə “xxxx” PHŞ-nin X7 (Acil) bölməsinə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirli Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasının ## ###### 2025-ci il tarixli, *-**-**-**/*-*** nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə * saylı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq tibbi müayinədən keçirilmişdir. Sorğu zamanı həbs edilmiş şəxs zədə aldığını bildirmiş, baxış zamanı burun nahiyəsində qərtməkli yara, sol gözün sklerasında qansızma, hər iki gözətrafı nahiyəsində bənövşəyi rəngli qançır, sol kürək və bel-oma nahiyəsində cızılmış qərtməkli yara, hər iki bilək nahiyəsində cızılmış qərtməkli yara, sol baldır nahiyəsinin ön və arxa səthində, sağ baldır nahiyəsinin arxa səthinin aşağı üçdə birində qərtaməkli yaralar, sol topuq nahiyəsinin içəri və bayır səthində qərtməkli yara, sağ ayaq pəncəsinin alt səthində bənövşəyi rəngli qançır, alt dodaq nahiyyəsinin içəri səthində yara aşkar edilmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərdən keçirib hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ## ###### 2025-ci il tarixdə saxlanılıb şöbəyə gətirildikdən sonra, xəstəxanaya müraciət edərkən, ** saylı İstintaq Təcridxanasında tibbi müayinədən keçirilərkən, habelə məhkəmə-tibbi ekspertizadan keçirilərkən bədəni üzərində özünün təsvir etdiyi, polis əməkdaşları tərəfindən ona göstərilmiş fiziki təzyiq nəticəsində ala biləcəyi xəsarətlərlə üst-üstə düşən xəsarət izlərinin aşkar olunması təsadüfi olmamışdır. Bununla yanaşı, ittiham tərəfinin mövqeyinə və şahid polis əməkdaşlarının ifadələrinə nəzər saldıqda görünür ki, təqsirləndirilən şəxsin bədəni üzərində aşkar olunmuş xəsarətlər onun saxlanılarkən idarə etdiyi velosipeddən yıxılması ilə əlaqələndirilmişdir. Belə ki, ibtidai istintaq və məhkəmə baxışı zamanı dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs saxlanılan zaman qaçmağa cəhd göstərərək idarə etdiyi velosipeddən yıxıldığını, bədənində müşahidə olunan xəsarətlərin də məhz həmin yıxılma nəticəsində yarandığını bildirmişlər. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestində Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlərin saxlanılarkən velosipeddən yıxılması nəticəsində əmələ gəldiyi və bu səbəbdən onun sonradan polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması barədə verdiyi ifadələrə etibar edilməməli olması ilə bağlı dəlillər iş üzrə mövcud olan bütün sübutların məcmusu əsasında öz təsdiqini tapmır. Kollegiya həmin izahatları digər sübutlarla qarşılıqlı əlaqədə, hərtərəfli və obyektiv qaydada qiymətləndirərək bu cür izahla qeyd olunan xəsarətlərin yaranma mexanizmi arasında tam uyğunluğun mövcud olmaması qənaətinə gəlir. Belə ki, iş materiallarında olan 13 fevral tarixli 2025-ci il tarixli «əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında» protokolun aparılmasına dair qeydə alınmış videoçəkiliş bilavasitə məhkəmə iclasında tədqiq olunmuş və onun məzmunu iş üzrə digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirilmişdir. Qeyd olunan videogörüntüdən aydın görünür ki, təxminən 00:14-cü dəqiqədə Təqsirləndirilən şəxs velosipedlə hadisə yerinə yaxınlaşır və həmin anda polis əməkdaşları ona doğru hərəkət etməyə başlayırlar. Təxminən 00:16-cı dəqiqədə Təqsirləndirilən şəxs velosipeddən enir, lakin dərhal sonra hər hansı maneəyə ilişməsi, tarazlığını itirməsi və ya təbii yıxılmanı şərtləndirən görünən obyektiv səbəb olmadan yerə yıxılır. Videonun 00:17–00:20-ci dəqiqələri arasında onun üz nahiyəsini ardıcıl şəkildə süni surətdə iki dəfə torpaq səthinə vurması müşahidə edilir. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs ayağa qaldıraraq saxlamış, onun burun nahiyəsindən qan axması səbəbi ilə polis əməkdaşı cibindən dəsmal çıxararaq Təqsirləndirilən şəxs vermiş, o da həmin dəsmalı burun nahiyəsinə tutmuşdur. Məhkəmə kollegiyası videoyazını bilavasitə müşahidə edərkən belə qənaətə gəlmişdir ki, həmin görüntülərdə əks olunan yıxılmanın xarakteri adi nəqliyyat hadisəsinə və ya idarəetmənin itirilməsi nəticəsində baş vermiş nəzarətsiz yıxılmaya bənzəmir. Əksinə, videodan görünən hərəkətlər Təqsirləndirilən şəxs üz nahiyəsini yerə şüurlu və süni şəkildə vurması təəssüratını yaradır. Videomaterialın diqqətlə təhlili və müşahidə olunan vəziyyət onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs yerə düşdükdən dərhal sonra ayağa qaldırılarkən onun sifətində, xüsusilə burun nahiyəsində artıq nəzərə çarpan xəsarət izləri mövcud olmuşdur. Diqqəti cəlb edən hal ondan ibarətdir ki, burun nahiyəsində müşahidə olunan vəziyyət təzə və intensiv qanaxmadan daha çox əvvəl yaranmış zədənin izi təsiri bağışlayır. Kollegiyanın qənaətinə görə, burun nahiyəsində müşahidə olunan vəziyyətin – aktiv qan axınının müşahidə olunmamasının, əksinə həmin nahiyədə əvvəlcədən formalaşmış laxtalanmış qanabənzər qançır və zədələnmə əlamətlərinin seçilməsinin ani və səthi təmas nəticəsində yaranmış təzə travmadan daha çox əvvəl baş vermiş zədələnmənin əlamətlərini xatırlatması, həmin xəsarətlərin məhz videoda əks olunan epizod zamanı yarandığı barədə irəli sürülən ehtimalın mübahisəsiz qəbul edilməsinə imkan vermir. Bununla yanaşı, kollegiya hesab edir ki, həmin epizodun özü belə, iş üzrə müəyyən edilmiş bütün xəsarətlərin məhz həmin anda yarandığını birmənalı şəkildə təsdiq etmir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, iş üzrə mövcud məhkəmə-tibbi ekspertiza rəyi, habelə istintaq təcridxanasında aparılmış tibbi müayinənin nəticələri ilə müəyyən edilmiş xəsarətlər yalnız sifət nahiyəsi ilə məhdudlaşmamış, burun tini, göz ətrafı və dodaq nahiyəsi ilə yanaşı, sol kürək və oma hissəsini, hər iki biləyi, hər iki baldırın arxa səthini, sol topuğun müxtəlif hissələrini və sağ ayaq pəncəsinin alt səthini də əhatə etmişdir. Halbuki videoyazıda görünən qısa müddətli yıxılma epizodunda Təqsirləndirilən şəxs bədəninin qeyd olunan hissələrinin yer səthi ilə elə formada təmas etməsi müşahidə edilmir ki, həmin nahiyələrdə çoxsaylı sıyrıq və qançırların yaranmasını məntiqi və inandırıcı şəkildə izah etsin. Bu baxımdan, ittiham tərəfinin və dindirilmiş polis əməkdaşlarının bütün xəsarətlərin yalnız velosipeddən yıxılma nəticəsində əmələ gəlməsi barədə mövqeyi videoyazının məzmunu, ekspertiza rəyi və iş üzrə digər obyektiv məlumatlarla tam uzlaşmır. Digər tərəfdən, ittiham tərəfinin mövqeyinin qəbul edilməsi halında, əgər Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş bütün xəsarətlər yalnız videoda görünən qısa müddətli yıxılmanın nəticəsi olmuşdursa, onda sonuncu üzü üstə yerə yıxıldığı təqdirdə, onda məhkəmə-tibbi ekspertizası ilə müəyyən edilmiş sol kürək və oma nahiyəsində, hər iki biləkdə, hər iki baldırın arxa səthində, sol topuğun müxtəlif hissələrində və sağ ayaq pəncəsinin alt səthində qeydə alınmış xəsarətlərin hansı konkret mexanizmlə və hansı anda əmələ gəlməsi ilə bağlı məntiqi sual meydana çıxır ki, iş materiallarında bu suala obyektiv və inandırıcı cavab verən hər hansı sübut mövcud deyildir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, videogörüntülərdə əks olunan qısa müddətli yıxılma epizodu iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilmiş çoxsaylı bədən xəsarətlərinin yaranma mexanizmini tam şəkildə izah etmədiyindən, həmin xəsarətlərin hamısının yalnız yıxılma ilə əlaqələndirilməsi inandırıcı hesab edilə bilməz. Qeyd olunan xüsusatlar həm də təqsirləndirilən şəxsin sonrakı mərhələdə verdiyi, saxlanıldıqdan sonra polis şöbəsində fiziki təsirə məruz qalması və ilkin etirafedici izahatlarını sərbəst iradəsi ilə deyil, təzyiq altında verməsi barədə müdafiə mövqeyinin də həqiqətə uyğun olmasını bir daha təsdiq edir. Cinayət prosesində hər bir sübut ayrıca deyil, digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirilməlidir. Məhz bu baxımdan videoyazının məzmunu, tibbi sənədlər və məhkəmə-tibbi ekspertizasının nəticələri birlikdə təhlil edildikdə, Təqsirləndirilən şəxs sonradan irəli sürdüyü, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən fiziki təsirə məruz qalması və ilkin izahatlarının sərbəst iradəsinin ifadəsi olmaması barədə dəlillərinin həqiqiliyi istisna edilmir. Əksinə, həmin xüsusatlar mövcud obyektiv materiallarla ziddiyyət təşkil etmədiyindən, onun ilkin etirafedici ifadələrinin könüllülüyünə dair əsaslı şübhələr formalaşdırır və belə şəraitdə həmin ifadələrə CM-nin 234.4.3-cü maddəsi üzrə təqsirliliyin yeganə və ya həlledici sübutu kimi istinad edilməsi mümkün hesab edilə bilməz. Belə olan halda, kollegiya bu hissədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə müqayisədə onun məhkəmə baxışı zamanı verdiyi ifadələrini daha inandırıcı, işin faktiki halları ilə uyğunluq təşkil edən mötəbər sübut kimi qəbul edir və apellyasiya protestinə münasibətdə qeyd edir ki, məhz yuxarıda göstərilən səbəbdən məhkəmə təqsirləndirilən şəxsin hansı ifadələrinin qəbul edilməsi, hansının isə qəbul edilmədiyi barədə düzgün nəticəyə gəlmişdir. İlk növbədə kollegiya onu qeyd edir ki, CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin etirafı yalnız başqa sübutlarla təsdiq edildiyi halda həmin etirafedici ifadə sübut kimi qəbul oluna bilər. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, “Dikmə Türkiyəyə qarşı” ##.##.2000-ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Avşar Türkiyəyə qarşı” qərarında qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ birlər. Sübutların keyfiyyəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bıkov Rusiyaya qarşı” qərarında qeyd etmişdir ki, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyü şübhə altına alınıb-alınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” ##.##.2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Cinayət-Prosessual Məcəllənin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3, 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması nəzərə alınmalıdır. Məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud Cinayət-Prossesual Məcəllənin 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini Cinayət- Prosessual Məcəllənin 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM-nin 21.2-ci maddəsi) əsasında həll etməlidir. Kollegiya xüsusilə vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 125.2.2-ci maddəsində göstərilmişdir ki, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 3cü maddəsinin prosessual aspektdə pozuntusu işgəncə, qeyri-insani, alçaldıcı rəftara və ya cəzaya məruz qalma barədə iddiaların dövlət orqanları tərəfindən səmərəli araşdırılmamasını, yəni ümumiyyətlə araşdırmanın aparılmamasını və yaxud araşdırmanın tələb olunan keyfiyyət meyarına cavab verilməməsini ehtiva edir. Pis rəftara dair mübahisə edilən iddialar üzrə rəsmi araşdırma aparma-bu birlikdə götürülməklə Konvensiyanın 3-cü maddəsindən və Konvensiya iştirakçılarının onların yurisdiksiyası altında olan hər kəsin Konvensiya ilə müəyyən edilən hüquq və azadlıqlarını təmin etmək öhdəliyini nəzərdə tutan 1-ci maddəsindən irəli gələn vəzifədir. Konvensiyanın 3-cü maddəsində göstərilmişdir ki, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Konvensiyanın 3-cü maddəsi dövlətlərin hərəkətlərinə (hərəkətsizliyinə) ciddi məhdudiyyətlər qoymaqla, eyni zamanda özündə dövlətin pozitiv öhdəliklərini ehtiva etməklə insanın ləyaqətini, fiziki və psixi toxunulmasızlığını qorumaq məqsədi daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı”, “Selmuni Fransaya qarşı” işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Avropa Məhkəməsi bəyan etmişdir ki, zəruri araşdırma aparılmadıqda işgəncəyə, qeyri-insani, ləyaqəti alçaldan davranışa qoyulan qadağa, fundamental mühümlüyünə baxmayaraq, təcrübədə səmərəsiz olacaq və bu hal bəzən vəzifəli şəxslər üçün onların nəzarəti altında olan şəxslərin hüquqlarından və cəzasızlığından sui-istifadə etmək imkanı yaradacaqdır. Avropa Məhkəməsinin bu qərarı onunla səciyyəvidir ki, həmin işdə Məhkəmə pis rəftarı sübut olunmuş saymaq üçün kifayət qədər sübutlar təqdim olunmadığı vəziyyətdə beyə yalnız pis rəftar barədə iddianın milli orqanlar tərəfindən səmərəli araşdırılmamasına görə Konvensiyanın 3-cü maddəsinin pozuntusunu müəyyən etmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, dövlət orqanlarının 3-cü maddəsinin əhəmiyyətli pozuntusuna yol verdiklərini “əsaslı şübhədən kənar” standartına uyğun olaraq sübut etmək mümkün olmadığı vəziyyətdə onların ərizədə göstərilən, həqiqiliyi ehtimal oluna bilən faktları müstəqil səmərəli, açıq araşdırmadan imtina etmələri Konvensiyanın 3-cü madəsinin prosedur, yəni prosessual aspektdə pozuntusunu təşkil edə bilər. Bu müddəada Avropa Məhkəməsi araşdırmanın keyfiyyət meyarını da göstərmişdir. Belə ki, keyfiyyətli, yəni qaneedici sayılması üçün araşdırma müstəqil, səmərəli və açıq olmalıdır. Araşdırmanın səmərəliliyi standartı dedikdə, araşdırmanın mütləq şəkildə pis rəftar faktının müəyyən edilməsi ilə nəticələnməsi deyil, hadisəni izah edə biləcək, məqsədyönlü, qoyulan məsələyə adekvat olan, iddianın xüsusiyyətlərini nəzərə alan tədbirlərin görülməsi başa düşülür, yəni Avropa Məhkəməsi nəticənin yox, prosesin, yəni araşdırma vasitələrinin tətbiqinin zəruri olduğunu vurğulayır. Belə tədbirlər işgəncənin, pis rəftarın digər formalarının baş verməsi haqqında iddianın tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etməlidir. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № *****/**, ## #### 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Boyuid Belçikaya qarşı” iş üzrə ## ######## 2015-ci il tarixli Qərarında göstərmişdir ki, Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətin ən fundamental dəyərlərindən birini qoruyur. Həqiqətən də işgəncə və qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftar və ya cəzanın qadağan olunması sivilizasiyanın dəyəridir və insan ləyaqətinə hörmətlə sıx əlaqədardır. Konvensiya ilə qorunan bir çox digər hüquq və azadlıqlardan fərqli olaraq 3-cü Maddə istisnanı qadağan edir və 15-ci maddənin 2-ci bəndinə müvafiq olaraq xalqın həyatına təhlükə yaradan fövqəladə hallarda belə bu maddədən istisnaya yol verilmir. Hətta ən çətin şəraitdə belə, məsələn, terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı, Konvensiya işgəncə və qeyri-insani və ya insan ləyaqətini alçaldan davranışı və ya cəzanı bu davranış və ya cəzaya məruz qalan şəxsin əməllərindən asılı olmayaraq, mütləq şəkildə qadağan edir. 3-cü maddəyə zidd pis rəftarın törədilməsi iddiaları müvafiq sübutlarla təsdiq olunmalıdır. Bu sübutları yoxlamaq üçün məhkəmə “ağlabatan şübhələrdən kənar” sübut standartları qəbul edir, lakin həmçinin əlavə edir ki, bu cür sübut kifayət qədər ciddi, aydın və uyğun nəticələr və ya faktların oxşar və etiraz edilməyən prezumpsiyalarından doğa bilər. Avropa Məhkəməsi qeyd edilən Qərarında daha sonra qeyd etdi ki, təcrid olunmuş şəxslər hakimiyyət orqanlarının nəzarətindədirsə və həmin orqanlar bundan açıq-aşkar xəbərdardırlarsa, bu saxlama müddətində şəxsin aldığı xəsarətlərlə bağlı ciddi faktiki prezumpsiyalar yaranacaq. Bu zaman sübutetmə yükü Hökumətin üzərinə düşür və Hökumət faktlardan ibarət sübutlar təqdim etməklə qurbanın hadisələrlə bağlı fikirlərini şübhə altına alan yetərli və inandırıcı izahatlar verməlidir. Bu, onunla əsaslandırılır ki, həbsdə olan şəxslər həssas durumdadırlar və hakimiyyət orqanları onları müdafiə etmək vəzifəsi daşıyır. Avropa Məhkəməsi xüsusilə vurğulayır ki, azadlıqdan məhrum edilən və ya ümumilikdə hüquq mühafizə orqanları əməkdaşlarının nəzarətindəykən şəxsə qarşı onun hərəkətlərindən doğan ciddi zərurət olmadığı təqdirdə fiziki güc tətbiq edilməsi onun ləyaqətini alçaldır və 3-cü maddənin pozuntusuna səbəb olur. Avropa Məhkəməsinin qənaətinə görə Dövlətin Konvensiyanın 1-ci maddəsi ilə nəzərdə tutulan “onların yurisdiksiyasında olan hər kəs üçün Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqları təmin etmək” vəzifəsinə istinad edərək qeyd olunmalıdır ki, 3-cü maddənin tələbinə görə, şəxs, inter alia, polis əməkdaşlarının və ya digər oxşar hakimiyyət orqanlarının nəzarətində olarkən 3-cü maddənin pozuntusu hesab olunan davranışdan əziyyət çəkdiyinə dair inandırıcı əsasları olan iddia irəli sürərkən bu iddia ilə bağlı səmərəli rəsmi istintaq həyata keçirilməlidir. Bu cür istintaqın əsas məqsədi Dövlətin vəzifəli şəxslərinin və ya qurumlarının cəlb olunduğu işlərdə işgəncə, qeyri-insani və insan ləyaqətini alçaldan rəftar və cəzanı qadağan edən yerli qanunların səmərəli şəkildə icrasını təmin etməkdir. Ümumi qaydada desək, istintaqın səmərəli olması üçün bu istintaqı həyata keçirən qurumlar və ya şəxslər, istintaqın yönəldiyi qurumlar və şəxslərdən asılı olmamalıdırlar. Bu, sadəcə iyerarxiya və ya institusional əlaqənin olmaması deyil, həm də müstəqil təcrübənin olması deməkdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Tomasi Fransaya qarşı” qərarında qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair nandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. Bundan əlavə, bir sıra işlərdə Avropa Məhkəməsi araşdırmanın formallığına, yəni dövlət orqanının araşdırmanı barələrində şikayət edilən şəxslərin dindirilməsi ilə məhdudlaşdırıb, hadisə barədə məlumat verə biləcək digər şahidləri dindirməkdən imtina etdiyinə, inandırıcı materiallarla, ərizəçinin ağlabatan səlist, detallı izahatı ilə uzlaşmayan, ziddiyyətli tibbi ekspertizasının rəylərinə əsaslandığına, tələm-tələsik qəbul edilmiş qərarlarla ərizəçinin iddiasını rədd etdiyinə görə belə araşdırmanı səmərəsiz hesab edib Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusunu müəyyən etmişdir. Avropa Məhkəməsi Azərbaycana qarşı işlərdə Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusunu yaradan, səmərli araşdırmanın aparılmadığını göstərən hallar kimi araşdırmanın vaxtında başladılmamasına, iddiaçının müraciət etməsindən çox vaxt keçdikdən sonra dindirilməsinə və yaxud işgəncə barədə iddiaların yoxlanılması üçün tibbi ekspertizanın vaxtında təyin edilməməsinə, gec keçirilməsinə və bu səbəblərdən pis rəftar nəticəsində yetirilməsi ehtimal olunan xəsarətlərin izlərinin itirilməsinə istintad etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Aksoy Türkiyəyə qarşı” iş üzrə qərarında qeyriinsani rəftarla bağlı hadisənin rəsmən araşdırılmamasını 3-cü maddənin pozulması kimi səciyyələndirməklə yanaşı, həm də Konvensiyanın 13-cü maddəsinin pozulması kimi dəyərləndirmişdir. Konvensiyanın 13-ü maddəsində isə deyilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında təsirli hüquqi müdafiə vasitələrinə malikdir. Avropa Məhkəməsi sözügedən qərarında qeyd edir ki, Konvensiyanın 3cü maddəsi ilə qorunan hüquqların təbiəti 13-cü maddəyə də öz təsirini göstərir. İşgəncənin qadağan olunmasının böyük əhəmiyyətini və işgəncəyə məruz qalmış şəxslərin aciz vəziyyətini nəzərə alaraq, 13-cü maddə Dövlətlərin üzərinə daxili qanunvericlikdə mövcud olan vasitələrə xələl gətirmədən bütün işgəncə halları üzrə hərtərəfli və səmərəli istintaqın aparılması öhdəliyini qoyur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin, ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Həmin Məhkəmənin “X13rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psizotrop maddənin özünə məxsus olmasına dair şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələr mötəbər sübut kimi qəbul edilə bilməz. Həmin etirafedici ifadələr CPM-nin 125.2, habelə Avropa Məhkəməsinin 3-cü maddəsinin şərhi ilə bağlı presedentlərinə uyğun olaraq əsaslı şübhələrdən kənar sübut standartlarına malik sübutlar deyildirlər. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərindən biri kimi çıxış edən işgəncə faktının rədd edilməsi barədə prokurorluq orqanının nəticəsi ilə bağlı da öz mövqeyini bildirməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin ## #### 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, araşdırma zamanı Təqsirləndirilən şəxs Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən döymə, işgəncə, fiziki zor, hədə-qorxu, təhqir, fiziki-psixoloji təzyiqlərə, qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalması öz təsdiqini tapmadığından toplanmış **/***-C-** saylı material üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin iş materiallarında olan Beyləqan Rayon Prokurorluğunun ## #### 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən şiddətə və fiziki zorakılığa məruz qalması faktı üzrə cinayət işinin başlanılmasın rədd edilmişdir. Eyni zamanda, yuxarıda da qeyd edildiyi kimi, iş materiallarında olan məhkəmə-tibbi ekspertizanın rəyi, istintaq təcridxanasının məktubu, eləcə də digər sənədlərlə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bədənində özünün qeyd etdiyi kimi çoxsaylı xəsarət izlərinin aşkar olunması müəyyən edilmişdir. Kollegiya hesab edir ki, belə bir vəziyyətdə həmin xəsarətlərin yaranma səbəbi, vaxtı və şəraiti xüsusi diqqətlə araşdırılmalı, mövcud ziddiyyətlər aradan qaldırılmalı, alternativ ehtimallar yoxlanılmalı idi. Lakin iş materiallarından göründüyü kimi, nə ibtidai araşdırma mərhələsində, nə də prokurorluq orqanı tərəfindən aparılmış xidməti yoxlama zamanı bu istiqamətdə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, Təqsirləndirilən şəxs bədən xəsarətləri onun velosipeddən yııxlması ilə əlaqələndirilmişdir ki, bu hal da yuxarıda qeyd olunan şəkildə təkzib olunmuşdur. Xüsusilə, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli qərarların məzmunu göstərir ki, prokurorluq orqanı tərəfindən yuxarıda göstərilən məsələ ilə bağlı araşdırma aparılarkən və cinayət işinin başlanması rədd edilərkən əsasən polis əməkdaşlarının formal xarakterli izahatları və müvafiq istintaq hərəkəti protokoluna əlavə edilmiş CD diskdəki videogörüntüyə istinadla kifayətlənilmiş, lakin təqsirləndirilən şəxsin bədəni üzərində olan çoxsaylı xəsarətlərin səbəbinə, onların yarana bilmə mexanizminə, həmin xəsarətlərin yalnız velosipeddən yıxılma nəticəsində əmələ gəlmə ehtimalının inandırıcı olmamasına lazımi hüquqi qiymət verilməmiş, göstərilən xüsusatlarla bağlı kifayət qədər ətraflı araşdırma həyata keçirilməmişdir. Halbuki, təqsirləndirilən şəxsin bədənində aşkar olunmuş xəsarətlərin növü, lokalizasiyası, əmələ gəlmə mexanizmi iş üzrə mühüm əhəmiyyət kəsb edən yeni halları ortaya qoymuş və göstərilən nəticələrin düzgünlüyünü şübhə altına almışdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət prosesində, xüsusilə işgəncə və ya qeyri-insani rəftar iddiaları mövcud olduğu hallarda, dövlət orqanlarının üzərinə düşən sübutetmə yükü daha ağırdır və belə iddialar formal yanaşma ilə deyil, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma yolu ilə yoxlanılmalıdır. Mövcud halda isə həmin tələblərə əməl olunmamış, xəsarətlərin yaranma mexanizmi və mənbəyi barədə əsaslandırılmış nəticəyə gəlinməmişdir. Xəsarətlər üzrə araşdırmanın vaxtında aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2023-cü ilin #######ın ##-də ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilməməsi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvüləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmə-tibbi ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmə-tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. Bundan başqa, Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № *****/**, ## ###### 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsi “Bouyid Belçikaya qarşı” qərarında xəsarətin kim tərəfindən yetirilməsinin müəyyən edilmədiyi hallarda belə xəsarət faktının mövcudluğunun sübutların əhəmiyyətinə təsir göstərdiyini qeyd etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Tomasi Fransaya qarşı” qərarında qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Konvensiyanın 3-cü maddəsi dövlətlərin hərəkətlərinə (hərəkətsizliyinə) ciddi məhdudiyyətlər qoymaqla, eyni zamanda özündə dövlətin pozitiv öhdəliklərini ehtiva etməklə insanın ləyaqətini, fiziki və psixi toxunulmasızlığını qorumaq məqsədi daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə görə milli qanunvericlikdə azadlıqdan məhrum etmənin nə cür təsnif edilməsindən, yəni saxlanılma, tutulma, həbs etmə kimi göstərilməsindən asılı olmayaraq, polis tərəfindən azadlığı məhdudlaşdırılmış şəxslərin pis rəftardan müdafiəsi üçün onların Avropa Komissiyası tərəfindən müəyyən edilmiş öz seçiminə görə hər hansı şəxsi saxlanılması barədə məlumatlandırmaq, vəkillə təmin olunmaq, həkimlə təmin olunmaq, o cümlədən özünün seçdiyi həkim tərəfindən müayinə olmaq hüquqları təmin olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarından görünür ki, məhkəmə bir qayda olaraq şəxsin pis rəftara məruz qalmasını təsdiq edən müvafiq sübutlar pis rəftarın baş verməsini iddia edən ərizəçi tərəfindən təqdim olunduqda, Konvensiyanın 3-cü maddəsinin maddi aspektdə pozuntusunu müəyyən edir. Bu o deməkdir ki, Avropa Məhkəməsi ümumi qayda kimi bü cür iddialar üzrə sübut etmə yükünün pis rəftarın baş verməsini iddia edən tərəfin üzərinə düşdüyünü qəbul edir. Qərarlardan aydın olur ki, işgəncə, pis rəftarın başqa formalarını təsdiq edə biləcək sübutlar sırasında Avropa Məhkəməsi tibbi ekspertin rəyinə, tibbi arayışa, müvəqqəti saxlama yerindən tibbi müayinənin nəticələrinə, X7 çağırılması haqqında qeydə, hər hansı başqa tibbi sənədə xüsusi əhəmiyyət verir. Bundan başqa, Avropa Məhkəməsi pis rəftar faktının araşdırılması zamanı şahid ifadələrinin, videogörüntülərin, fotoşəkillərin əhəmiyyətli olduğunu da vurğulayır. Lakin belə sübutlar olmadığı halda da iddiaçı pis rəftarın baş verməsinin detallı təsvirini verdikdə və onun gətirdiyi müfəssəl, bir-biri ilə uzlaşan dəlillər, baxılan şəraitdə ağlabatanlıqla pis rəftarın baş verməsini ehtimal etməyə əsas yaratdıqda, dövlət isə həmin iddianın təkzib edilməsi üçün əsaslı izah verə bilmədikdə, pis rəftar faktının müəyyən edilmiş sayılması istisna olunmur. Belə hallarda Avropa Məhkəməsi həbsdə olan, saxlanılan şəxslərin vəziyyətinin həssaslığını, onların acizliyini və iddialarını təsdiq edə biləcək sübutları əldə etməkdə imkanlarının məhdudluğunu, dövlətin isə-əksinə hadisə barədə müvafiq məlumatlara və sübutlara malik olduğunu nəzərə alaraq, ümumi qaydadan istisna kimi sübut etmə yükünün iddiaçının deyil, dövlətin üzərinə düşdüyünü qeyd edir. Odur ki, kollegiya hesab edir ki, xəsarətlərin velosipeddən yıxılma nəticəsində əmələ gəlməsinin kifayət qədər inandırıcı qəbul edilmədiyi hazırkı şəraitdə, həmin xəsarətlərin kim tərəfindən yetirilməsindən asılı olmayaraq, təqsirləndirilən şəxsin dövlət orqanı olan Beyləqan RPŞ-də saxlanıldığı vaxt onda xəsarətlərin yaranması da sonradan alınmış etirafedici ifadələrin və bununla bağlı digər istintaq hərəkəti protokollarının sübuti əhəmiyyətini azaldır. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. CPM-nin 65.2-ci maddəsinə əsasən şəxslərin cinayət prosesinin iştirakçısı qismində tanınması və bu qisimdə onların cinayət prosesində iştirakına xitam verilməsi haqqında; qətimkan tədbirinin seçilməsi və ya digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi haqqında; cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiə tədbirlərinin tətbiqi və onlara xitam verilməsi haqqında; sübutların və cinayət təqibi üzrə icraatın digər materiallarının axtarılıb tapılması, toplanması, əlavə edilməsi, tədqiqi məsələləri haqqında; prosessual hərəkətlərin icraatının növbəliliyi və vaxtı haqqında qərarlar cinayət prosesini həyata keçirən orqan üçün məcburi qüvvəyə malik deyildir və yeni hallar aşkar edilərsə və ya əvvəlki hallar aradan qalxarsa, onlara ləğv edilmədən yenidən baxıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarının 27-ci bəndində göstərilmişdir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-nin 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-nin 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Məhkəmə kollegiyası qeyd olunan normativ müddəaları və hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, apellyasiya protestində istinad edilən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın mövcudluğu özü-özlüyündə məhkəmənin həmin məsələ üzrə müstəqil hüquqi qiymətləndirmə aparmaq səlahiyyətini məhdudlaşdırmır və bu cür qərar məhkəmə üçün məcburi xarakter daşımır. Bu baxımdan kollegiya vurğulayır ki, iş üzrə təqsirləndirilən şəxsin bədənində xəsarətlərin mövcudluğunu təsdiq edən tibbi sənədlər, eləcə də məhkəmə araşdırması zamanı əldə edilmiş digər sübutlar aparılan araşdırmanın nəticələrindən fərqli mənzərə ortaya qoymuş, həmin qərarın əsaslandığı faktiki baza və nəticələrin etibarlılığını ciddi şəkildə şübhə altına almışdır. Belə olan halda, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, prokurorluq orqanı tərəfindən aparılmış araşdırmanın nəticələri ilə məhdudlaşmaq hüquqi baxımdan yolverilməzdir və həmin nəticələr məhkəmənin sübutların yolverilənliyi və etibarlılığı məsələsində müstəqil mövqe formalaşdırmasına maneə təşkil edə bilməz. Nəticə etibarilə, kollegiya hesab edir ki, iş üzrə mövcud olan ziddiyyətlər və xüsusilə də zorakılıq iddialarını təsdiqləyən hallar fonunda təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrin CPM-nin 125-ci maddəsinin tələbləri baxımından yolverilən sübut kimi qəbul edilməsi mümkün deyildir və apellyasiya protestinin bu istiqamətdə olan dəlilləri əsassızdır. Bundan əlavə, apellyasiya protestinin dəlillərindən görünür ki, ittiham tərəfi təqsirləndirilən şəxsin “polis əməkdaşının təpiklə onun burnuna vurub sındırması” kimi ifadəsini mübahisələndirərək, “burun sümüyünün cərrahi müdaxilə tələb edən və ya etməyən deformasiyasız sınığı” kimi xəsarətlərin yüngül və az ağır xəsarətlərə aid olmasını, məhkəmətibbi ekspertizasının rəyinə əsasən isə təqsirləndirilən şəxsin xəsarətlərinin dərəcəsinin təyin edilməməsini, beləliklə də, təqsirləndirilən şəxsin ifadəsinin yanlış olaraq mötəbər sübut kimi qiymətləndirildiyini qeyd etmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin həmin dəlilini də əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı dəlillərini qiymətləndirərkən yalnız onun burnunun sınması barədə verdiyi ifadəyə və ya həmin xəsarətin xarakterinə istinad etməmiş, iş üzrə mövcud olan bütün sübutları onların məcmusunda araşdırmışdır. Məhkəmə-tibbi ekspertizasının ## ###### 2025ci il tarixli, ** nömrəli rəyindən də göründüyü kimi, Təqsirləndirilən şəxs bədəninin müxtəlif nahiyələrində çoxsaylı xəsarətlər, o cümlədən burun tini üzərində sıyrıq, sol göz sklerasında qansızma, hər iki alt göz qapaqlarında qançırlar, alt dodağın selikli qişasında qançır, sol kürək və oma nahiyəsində, hər iki biləkdə, baldırların arxa səthində, topuq nahiyəsində sıyrıqlar və sağ ayaq pəncəsinin alt səthində qançır aşkar edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya protestində istinad olunan normativ aktla burun sümüyünün sınığının müəyyən hallarda yüngül və ya az ağır xəsarət kimi qiymətləndirilməsi özlüyündə Təqsirləndirilən şəxs zorakılığa məruz qalması barədə iddialarını təkzib etmir. Çünki mübahisələndirilən məsələ xəsarətlərin sağlamlığa vurduğu zərərin ağırlıq dərəcəsinin müəyyən edilməsi deyil, həmin xəsarətlərin mövcud olub-olmaması və yaranma şəraiti ilə bağlıdır. Tibbi sənədlər isə təqsirləndirilən şəxsdə çoxsaylı müxtəlif bədən xəsarətlərinin mövcudluğunu təsdiq etmişdir. Bu səbəbdən, apellyasiya protestində göstərilən həmin dəlil birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin yanlış hesab edilməsi üçün əsas vermir. Bundan başqa, məhkəmə kollegiyası apellyasiya protestinin Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 2,242 qram psixotrop maddə metamfetamin ilə şahid3 aşkar olunaraq götürülmüş 0,609 qram psixotrop maddə metamfetaminin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli olmasına baxmayaraq birinci instansiya məhkəməsinin həmin maddənin Təqsirləndirilən şəxs məxsus olmaması barədə yanlış nəticəyə gəlməsi ilə bağlı dəlillərini də əsassız hesab edir. Belə ki, məhkəmə hökmündən də göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs şahid3 0,609 qram metamfetamin satması faktını sübuta yetirilmiş hesab etmiş və həmin xüsusat əsasında onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə üzərindən aşkar edildiyi iddia olunan 2,242 qram metamfetamini satış məqsədilə əldə etməsi, saxlaması və daşıması ilə bağlı ittihamın isə mötəbər və kifayət qədər sübutlarla təsdiq olunmadığı qənaətinə gəlmişdir. Kollegiya qeyd edir ki, apellyasiya protestində göstərilən hal mahiyyət etibarilə sübutetmə predmetinə daxil olan iki ayrı xüsusatın eyniləşdirilməsinə əsaslanmışdır. Belə ki, məhkəməkimyəvi ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs götürüldüyü iddia edilən 2,242 qram metamfetaminlə şahid3 aşkar edilmiş 0,609 qram metamfetaminin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli olması müəyyən edilsə də, həmin hal özlüyündə bu maddələrin eyni şəxsə məxsus olmasını və ya onlardan birinin digərindən ayrılaraq satılmış hissə olduğunu mübahisəsiz şəkildə təsdiq etmir. Çünki maddələrin eyni tərkibli olması yalnız onların kimyəvi xüsusiyyətlərinin oxşarlığını göstərir, lakin bundan həmin maddələrin konkret olaraq eyni mənbədən əldə edilməsi, eyni partiyaya aid olması və ya 2,242 qram çəkidə metamfetaminin məhz Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə olması nəticəsi çıxarıla bilməz. Bu səbəbdən, yalnız maddələrin eyni tərkibli olmasına istinad edilməklə Təqsirləndirilən şəxs verilmiş ittihamın həmin hissəsinin tam sübuta yetirildiyini qəbul etmək mümkün deyildir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan məsələ ilə bağlı da sübutları düzgün qiymətləndirmiş, iş üzrə müəyyən edilmiş hallara uyğun nəticəyə gəlmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı ittiham tərəfindən Təqsirləndirilən şəxs 2,242 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasına dəlalət edən hər hansı mötəbər dəliltəqdim oluna bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasını bir daha təsdiq edir. Ona görə də, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan ## ###### 2025-ci il tarixdə saat 23:45-də Beyləqan şəhəri, Mikayıl Müşfiq küçəsində saxlanılaraq üzərindən 2,242 qram çəkidə külli miqdarda psixotrop maddə aşkar edilməsi ilə bağlı hissəni xaric etmiş, mahiyyəti etibarilə düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs əməlini CM-nin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutların müqayisəli təhlilini aparıb, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı əldə olunmuş sübutlara onların mənsubiyyəti, mötəbərliyi, yaranma və əldə olunma mənbəyinə Cinayət-Prosessual Qanunvericiliyin sübutetmə əsaslarına dair prinsipləri baxımından qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona ibtidai istintaq orqanı tərəfindən istinad edilən əməli, yəni Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ittiham tərəfindən təqdim olunmuş və birinci instansiya məhkəməsində və apellyasiya baxışında tədqiq olunmuş sübutlarla təsdiq olunmur və bu barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur, həmin şübhələrin digər sübutlarla aradan qaldırlması mümkün olmamaqla yanaşı, ittiham tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmişdir. Belə ki, Azərbaycan Respubliaksı Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 138.1 və 138.2-ci maddələrinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmçinin CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində də oxşar norma nəzərdə tutulmuş və qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrində təsbit edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab olunur. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Beləliklə, kollegiya iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əməlin tövsifi ilə bağlı yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirli olması tam təsdiq olunmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası müdafiə tərəfin apellyasiya şikayətinin təqsirləndirilən şəxsin təqsirsizliyi ilə bağlı dəlillərinə də münasibət bildirilməsini zəruri hesab edir. Belə ki, apellyasiya şikayətindən görünür ki, müdafiə tərəfi iş üzrə şahid qismində dindirilmiş şahid3 əvvəllər də bir neçə şəxsə qarşı eyni məzmunlu ifadələr verməsi, həmin şəxslərdən narkotik vasitə aldığını bildirərək, “şərti şahid” kimi çıxış etməsi kimi dəlillər irəli sürərək, onun ifadəsinin etibarlı və obyektiv sübut kimi qiymətləndirilməməli olduğunu hesab etmişdir. Məhkəmə kollegiyası müdafiə tərəfinin qeyd olunan dəlillərini inandırıcı və əsaslı hesab etmir. Belə ki, müdafiə tərəfi şahid3 əvvəllər digər cinayət işlərində də ifadə verməsini onun hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməsi və bu səbəbdən ifadələrinin mötəbər sübut kimi qəbul edilməməsi ilə əsaslandırmağa çalışsa da, iş materialları ilə həmin nəticəyə gəlmək mümkün olmur. İş materiallarına əlavə edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025ci il tarixli, *(***)-***/**** nömrəli məktubundan görünür ki, müdafiə tərəfin sorğusuna cavab olaraq Mizəyev Aqil Natiq oğlunun adının yalnız bir cinayət işi üzrə ittiham aktında şahid kimi qeyd olunduğu bildirilmişdir. Bununla belə, həmin hal özlüyündə onun hüquq-mühafizə orqanları ilə qeyri-prosessual əməkdaşlıq etməsini və ya ifadələrinin qərəzli xarakter daşımasını təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Əksinə, araşdırılmış materiallardan görünür ki, şahid3 yuxarıdxa qeyd olunan, habelə hazırkı cinayət işi üzrə təsadüfi və ya kənar şahid qismində deyil, həmin cinayət-hüquqi münasibətlərin bilavasitə iştirakçısı qismində çıxış etmişdir. Həm hazırkı iş üzrə, həm də müdafiə tərəfinin istinad etdiyi digər cinayət işi üzrə ona münasibətdə narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz əldə edilməsi və saxlanılması ilə bağlı cinayət təqibi aparılmış, o, həmin əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmiş və məhkum olunmuşdur. Başqa sözlə, şahid3 həmin işlərdə ifadə verməsi hüquq-mühafizə orqanlarının tapşırığı ilə formal şahid qismində çıxış etməsindən deyil, həmin cinayət hadisələrinin birbaşa iştirakçısı olmasından irəli gəlmişdir. Bundan başqa, şahid3 özü də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmiş, o cümlədən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsdir. Belə olan halda, kollegiya hesab edir ki, onun özünün də cinayət məsuliyyətinə məruz qaldığı şəraitdə heç bir obyektiv əsas olmadan digər şəxslər barəsində bilərəkdən həqiqətə uyğun olmayan məlumatlar verməsi barədə müdafiə tərəfinin mülahizələri ehtimal xarakterli olmaqla hər hansı mötəbər sübutla təsdiq olunmur. Eyni zamanda, şahid3 ifadələri iş üzrə digər sübutlarla və iş üzrə müəyyən edilmiş digər faktiki hallarla uzlaşır. Cinayət-prosessual qanunvericiliyin tələblərinə görə şahid ifadəsi yalnız həmin şəxsin əvvəllər başqa işlərdə də ifadə verməsi səbəbindən qeyri-mötəbər hesab edilə bilməz. Şahid ifadəsinin sübut əhəmiyyəti onun işin digər materialları ilə uyğunluğu, ardıcıllığı və məzmununun etibarlılığı baxımından qiymətləndirilməlidir. Odur ki, müdafiə tərəfinin şahid3 ifadələrinin yalnız digər cinayət işlərində də ifadə verməsi əsası ilə qeyri-mötəbər hesab edilməli olması barədə dəlilləri məhkəmə kollegiyası tərəfindən qəbul edilmir. Bununla yanaşı, məhkəmə kollegiyası müdafiə tərəfin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şahid3 psixotrop maddə satmasının heç bir mötəbər sübutla təsdiq olunmamasına dair dəlili ilə də razılaşmağı mümkün hesab etmir. Belə ki, iş üzrə toplanmış və məhkəmə iclasında bilavasitə tədqiq edilmiş sübutların məcmusu Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə şahid3 0,609 qram çəkidə metamfetamin satmasını təsdiq edir. İlk növbədə, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid3 ifadəsində göstərmişdir ki, 2024-cü ildən psixotrop maddə metamfetamindən istifadə etmiş, əvvəllər həmin maddəni Fərəcov İlkin Məhəmməd oğlundan almış, sonuncu həbs olunduqdan sonra isə psixotrop maddələri Təqsirləndirilən şəxs almağa başlamışdır. O, bir neçə dəfə Təqsirləndirilən şəxs 10 manat dəyərində psixotrop maddə aldığını, sonuncu dəfə isə ## ###### 2025-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq ondan 10 manatlıq metamfetamin istədiyini, təxminən 20 dəqiqə sonra Beyləqan şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən evinin arxa tərəfində Təqsirləndirilən şəxs 10 manat pul verərək metamfetamin aldığını, həmin maddəni istifadə etməyərək üzərində saxladığını və ertəsi gün polis əməkdaşları tərəfindən saxlanılan zaman Təqsirləndirilən şəxs aldığı həmin bükümün üzərindən aşkar edilərək götürüldüyünü bildirmişdir. Qeyd etmək lazımdır ki, şahid3 qeyd edilən xüsusatlarla bağlı ifadələri yalnız məhkəmə baxışı zamanı deyil, ibtidai istintaq mərhələsində də ardıcıl olmuş, o, Təqsirləndirilən şəxsla keçirilmiş üzləşdirmə zamanı da həmin xüsusatları sonuncunun üzünə qarşı deyərək, bir daha təsdiq etmiş, psixotrop maddəni məhz Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Təqsirləndirilən şəxsin həmin xüsusatları inkar etməsi isə özlüyündə şahidin ardıcıl və dəyişməz məzmunlu ifadələrinin sübut əhəmiyyətini aradan qaldırmır. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, iş üzrə şahid X6 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, şahid3 uşaq yaşlarından tanımış, onunla birlikdə böyümüşdür. O, ##.##.2025-ci il tarixdə şahid3 ilə birlikdə olan zaman sonuncunun əvvəlcə öz telefonundan kiməsə zəng etdiyini, lakin qarşı tərəfin telefonu açmadığını, bundan sonra Aqilin ondan istifadəsində olan “Redmi 9C” markalı telefonu istədiyini, həmin telefon vasitəsilə 051-563-78-48 nömrəsindən kiməsə zəng etdiyini, danışıq zamanı bir dəfə “Vüqar” adını çəkdiyini eşitdiyini, lakin Aqilin kənara çəkilərək danışdığı üçün söhbətin məzmununu bilmədiyini göstərmişdir. Şahid həmçinin bildirmişdir ki, danışıqdan sonra Aqil telefonu özü ilə apararaq bir nəfərlə görüşəcəyini söyləmiş, sonradan isə onun polis əməkdaşları tərəfindən saxlanıldığı məlum olmuşdur. Kollegiya qeyd edir ki, şahid3 və X6 həmin ifadələrində göstərdikləri xüsusatlar iş üzrə əldə edilmiş obyektiv məlumatlarla da öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan “Baxış keçirilməsi haqqında” ## #### 2025-ci il tarixli protokoldan görünür ki, “xxxx” MMC tərəfindən təqdim edilmiş CD diskdə olan məlumatlardan X6 istifadəsində olan ********** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil telefon nömrəsi arasında ##.##.2025-ci il tarixdə saat 18:02:28-də, 18:09:50-də, 18:16:23-də, 18:16:34-də və 18:17:51də müxtəlif saniyələr ərzində davam edən telefon danışıqlarının aparıldığı müəyyən edilmişdir. Beləliklə, şahid3 Təqsirləndirilən şəxsla əlaqə saxlaması, onunla görüşməsi və sonuncudan metamfetamin əldə etməsi barədə verdiyi ifadələr təkcə şahid3 ifadələri ilə deyil, həm də Fuad Sadıqovun ifadəsi və mobil operator məlumatları ilə təsdiq olunur. Kollegiyanın qənaətinə görə, qeyd olunan sübutlar bir-birini tamamlamaqla vahid sübutlar sistemi yaradır və onların məcmusu Təqsirləndirilən şəxs şahid3 0,609 qram çəkidə psixotrop maddə olan metamfetamin satması, ittihamın bu hissədə əsaslı olması barədə nəticəyə gəlməyə kifayət edir. Məhkəmə kollegiyası, həmçinin təqsirləndirilən şəxsin şahid3 metamfetamin satmaması barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadə iş üzrə toplanmış və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə təkzib olunmaqla, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmağa yönəlmiş müdafiə mövqeyi kimi çıxış edir və işin müəyyən edilmiş faktiki halları ilə uzlaşmır. Odur ki, müdafiə tərəfinin Təqsirləndirilən şəxs şahid3 psixotrop maddə metamfetamin satmasının mötəbər sübutlarla təsdiq olunmaması barədə dəlilləri iş materialları ilə öz təsdiqini tapmadığından məhkəmə kollegiyası tərəfindən qəbul edilmir. Beləliklə, apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təqsirliliklə bağlı məsələni cinayət və cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından nəzərdən keçirən məhkəmə kollegiyası müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs CM-nin 234.2ci maddəsi ilə istinad edilən cinayətin törədilməsində onun təqsiri cinayət işinin materiallarında olan mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən cinayətin baş verib-verməməsi, onun həmin cinayəti törətməkdə qəsdinin olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən əlamətlər yoxlanılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəklində sonuncunun qeyd edilən cinayəti törətməsi nəticəsinə gəlmək üçün əsas verir və kifayət edirlər. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən sübutları bir daha nəzərdən keçirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşıması və satması kifayət qədər öz təsdiqini tapır. Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin şəxsin təqsirsizliyi barədə dəlilləri əsassızdır. Odur ki, kollegiya belə nəticəyə gəlir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinin birinci instansiya məhkəməsi tərəfindən düzgün tövsif edildiyini nəzərə alıb ona təyin edilmiş cəza məsələsinə qiymət verilməsini zəruri hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». İş materiallarında olan Beyləqan şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli yaşayış yeri, ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Beyləqan şəhəri, M.Müşfiq küçəsi ev 10-da qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından, 2017-ci il təvəllüdlü Kazımov Əli Vüqar oğlu və 2024-cü il təvəllüdlü X15 adlı azyaşlı uşaqlarından ibarətdir, yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Beyləqan Rayon Məhkəməsinin ## ##### 2014-cü il tarixli hökmü ilə CMin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin ## ###### 2014-cü il tarixli qərarı ilə CM-in 76-cı maddəsi tətbiq olunaraq cəzasının çəkilməmiş qalan 03 ay 10 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Beyləqan Rayon Məhkəməsinin ## #### 2018-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1500 manat cərimə cəzasına məhkum edilmiş, ##.##.2020-ci il tarixdə cəriməni ödədiyi üçün qeydiyyatda çıxarılmış, məhkumluğu ödənilmişdir. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində 02 azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasəncəzasını yüngülləşdirən hal kimi nəzərə almış, cəzasını ağırlaşdıran hallar müəyyən etməmiş, sonuncunu CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilib ona 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında 03 ildən 07 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə cəzanı ağırlaşdıran halların olmamasını, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzanın məqsədlərini təmin edən növdə və həddə cəza təyin etmiş, bununla da işin faktiki hallarını düzgün qiymətləndirmiş, ümumilikdə cəza təyini məsələsində CM-nin 8.1-ci maddəsinə tam əməl etməklə qanuni və əsaslı cəzanın təyin edilməsinə nail olmuş, habelə cəzanın həddini aşağı həddə müəyyən etməklə təqsirkarın barəsində kifayət qədər ədalətli davranmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi cəza məsələsində də düzgün nəticəyə gəlmiş, bu hissədə cinayət və cinayət-prosessual qanunvericiliyi düzgün tətbiq etmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, dövlət ittihamçısı X16 tərəfindən verilmiş apellyasiya protesti və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Dövlət ittihamçısı X16 tərəfindən verilmiş apellyasiya protesti və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-166/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-166/2026
12.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver