Məhkəmə qərarları › İş №1(3-9)-167/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-167/2026

20.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-167/2026 20.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi müdafiəçi1 İnqilab oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü (hakimlər X2 (sədrlik edən), X4 və X5 ibarət tərkibdə) ilə, # ###### 1985-ci il tarixdə Göygöl rayonu, Qırıxlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada sürücü işləyən, məhkum olunmamış, Göygöl rayonu, Balçılı kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi və onun Azərbaycan Respublikasınln adından təqsirsiz hesab edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi, Azərbaycan Respublikası CPM-in 350.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxslərin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə yekun məhkəmə aktı qəbul edilmiş, iş üzrə maddi sübutlar üzrə məsələləri həll edilmişdir. İŞİN HALLARI: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham irəli sürülmüşdür ona görə ki, o, ## ###### 2025-ci il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqla şəxsiyyətləri müəyyən edilməmiş bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə İrandan Rusiya Federasiyasına daşıma cinayətlərini törətmək üçün qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvləri istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri külli miqdarda – 28.560 qram narkotik vasitə olan qurudulmuş marixuananı ümumilikdə 34 bağlamanın içərisində qablaşdıraraq malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 1 paletdə Özbəkistan Respublikasında qeydiyyatda olan “X1” Şirketinin sifarişi əsasında İranda Gholam Reza Okey Nejadian adlı fiziki şəxs tərəfindən Rusiya Federasiyasında qeydiyyatda olan “xxxx” MMC-nin ünvanına göndərilən 22 palet kahı yükünün arasında yerləşdirib onun idarə etdiyi “Mercedes Benz” markalı, “**DJ***/**ZJ***” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə yüklətmiş, o, isə qeyd edilən narkotik vasitəni İranda qanunsuz olaraq tamah niyyəti və satış məqsədi ilə qəsdən əldə etmiş, Azərbaycan Respublikası ərazisindən tranzit keçirməklə İrandan Rusiya Federasiyasına aparmaq üçün idarə etdiyi həmin nəqliyyat vasitəsinin yük yerində saxlamış, İrandan Azərbaycan Respublikasına daşımış və ## ###### 2025-ci il tarixdə, saat 11 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonun ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, qeyd edilən narkotik vasitə ## ###### 2025-ci il tarixdə, saat 21 radələrində gömrük yoxlaması zamanı aşkar edilib götürülmüşdür. Bu səbəbdən də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Cinayət işinə baxan birinci instansiya məhkəməsi qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı dövlət ittihamçısı2 apelyasiya protesti verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # #### 2026cı il tarixli, *-(***)-***/**** saylı hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib ona həmin maddələrin sanksiyaları həddində və cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apelyasiya protesti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində dövlət ittihamçısı kimi çıxış edərək Təqsirləndirilən şəxs CM-in 206.3.2-ci maddəsi ilə təqsirli bilinib 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri təqsirli bilinib 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məhkəməyə təklif etmişdir. Azərbaycan Respublikası CPM-in 383.2-ci maddəsinə əsasən apellyasiya protesti vermək hüququna onun gəldiyi nəticələrin və təkliflərin nəzərə alınmadığı hissədə birinci instansiya məhkəməsində işə baxılmasında iştirak etmiş dövlət ittihamçısı malikdir. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirəm ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # #### 2026-cı il tarixli hökmü ləğv edilməli və Təqsirləndirilən şəxs CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərkibi müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməllərini törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, habelə, onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs bəraət verilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsini onunla əsaslandırmışdır ki, o, qabaqcadan əlbir olmuş şəxslərlə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayətləri kimlərlə birlikdə törətməsini təsdiq edən sübutların mövcud olmamasına, habelə həmin ittihamın iş materiallarında olan sübutlarla təkzib olunmasına baxmayaraq ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq Təqsirləndirilən şəxs CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmiş, eləcə də məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bu cinayət əməllərini törətməsi öz təsdiqini tapmır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayətləri törətməsi heç bir mötəbər hesab edilə bilən sübutlarla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayət əməllərini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Hazırki iş üzrə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs hərəkətlərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayəti (CM-in 206.3.2-ci maddəsi), eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayəti (CM-in 234.4.1 və 234.4.3-cü maddələri) ilə tövsif olunması iş üzrə olan sübutlarla uzlaşmır və belə qiymətləndirmə əsassızdır. Həmçinin iş üzrə Təqsirləndirilən şəxs qaçaqmalçılıq və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayətlərini törətməsinin əsas sübutu kimi ittiham tərəfi Astara Gömrük İdarəsində gömrük nəzərəti ilə bağlı aparılan yoxlama zamanı Təqsirləndirilən şəxs idarə etdiyi "Mercedes Benz” markalı, **DJ***/**ZJ*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində olan yüklərin, yəni kahı yükü olan 34 ədəd karton qutularda üzəri kahı yükü ilə örtülməklə qutuların aşağı hissəsində gizlədilmiş ağ rəngli sellofana bükülü vəziyyətdə dördbucaqlı formada 34 ədəd bağlamaların içərisində külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilməsi faktına istinad etsə də, aşkar edilmiş həmin narkotik vasitənin şəxsiyyətləri məlum olmayan cinayətkar qrupun üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb, daşınmasında, yəni qaçaqmalçılıq və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayətlərinin törədilməsində Təqsirləndirilən şəxs iştirakını təsdiq edən heç bir sübut istintaq orqanı tərəfindən əldə edilməmiş və belə sübutlar məhkəməyə də təqdim olunmamışdır. Habelə məhkəmədə və ibtidai istintaq zamanı dindirilmiş şahidlər şahid4, Elgün İbrahimov, şahid2 və şahid1 ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsində olan yükün, yəni 22 ədəd paletdən 1 ədəd paletdə olan 34 ədəd karton qutuların içərisində üzəri sellofanla bağlı vəziyyətdə kahı yükü olmuş və kənardan baxdıqda qutularda kahı yükünün olması görünsə də, həmin yükün qablaşdırıldığı karton qutuların aşağı hissəsində nə olmasını görmək mümkün olmamışdır. Həmin qutular bir-bir açılıb yoxlanarkən bu qutuların bir hissəsinin içərisindən narkotik vasitə olan marixuana kütlələri aşkar edilmişdir. Bundan başqa, "Malların və nəqliyyat vasitəsinin yoxlanılması haqqında” ## ###### 2025-ci il tarixli protokol və bununla bağlı protokola əlavə edilmiş videoçəkilişlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs idarə etdiyi "Mercedes Benz” markalı, **DJ***/**ZJ*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Astara Gömrük İdarəsinin idxal yoxlama xəttinə ## ###### 2025-ci il tarixdə, saat 11 radələrində daxil olmuş, orada nəqliyyat vasitəsi rentgen qurğusunda yoxlanarkən nəqliyyat vasitəsinin qoşqusunda olan yükdə müəyyən edilən görüntülərə (şübhəli halların olmasına), habelə daxil olmuş əməliyyat məlumatına əsasən nəqliyyat vasitəsi yoxlama qrupuna (DGK Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölmənin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə) yönləndirilmiş və növbəlik nəzərə alınmaqla ## ###### 2025-ci il tarixdə, saat 21 radələrində gömrük nəzarəti qaydasında Təqsirləndirilən şəxs idarə etdiyi "Mercedes Benz” markalı, **DJ***/**ZJ*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yoxlanılmağa başlanmışdır. Yoxlanılan nəqliyyat vasitəsinin yük qoşqusunun arxa tərəfdə yerləşən qapısının üzərində blom vardır. Gömrük əməkdaşı tərəfindən yoxlama ilə bağlı nəqliyyat vasitəsinin yük qoşqusunun arxa tərəfdə yerləşən qapısının üzərində blom qırılıb qapı açıldıqdan sonra nəqliyyat vasitəsinin qoşqusunda olan 22 ədəd paletdə olan yük yerə boşaldılır. Həmin 22 ədəd paletdə olan kahı yükü ayrı ayrı karton qutulardadır. Kənardan baxdıqda qutularda kahı yükü olması görünür. Bundan sonra kinoloji it tətbiq edilməklə 22 ədəd palet yoxlanılır və kinoloji it 01 ədəd paletdə olan kahı yükünə reaksiya verdiyindən həmin paletdəki yüklər, yəni içərisinə kahı qablaşdırılmış karton qutular bir-bir açılıb yoxlanılır və 34 ədəd karton qutularda üzəri kahı yükü ilə örtülməklə qutuların aşağı hissəsində gizlədilmiş və sellofana bükülü vəziyyətdə dördbucaqlı formada 34 ədəd bağlamalarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilir. Həmçinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, aşkar olunmuş narkotik vasitənin idarə etdiyi maşında olan kahı qablaşdırılmış qutuların bir hissəsinin içərisində gizlədilməsini bilməmiş, onun bundan heç bir məlumatı olmamışdır. Həmin qutular heç bir yerdə açılmamış, yalnız Azərbaycanın Astara gömrük postunda yoxlama aparılarkən bu yük açılmış və onda ona məlum olmuşdur ki, həmin yükün içərisində narkotik vasitə gizlədilmişdir. Yükdaşıcı sürücü kimi onun qablaşdırılmış vəziyyətdə maşınına yüklənmiş yükləri açıb içərisində hansı malın (yükün) olub-olmamasını yoxlamaq ixtiyarı olmamış, yalnız qablaşdırılmış yüklərin xarici görünüşünü yoxlamaq ixtiyarı olmuşdur. Bu səbəbdən o, maşına yüklənmiş yükün içərisində dəqiq nə olmasını bilməmiş və bunu bilmək üçün praktiki olaraq heç bir imkanı da olmamışdır. Ona görə də yükdaşıcı sürücü kimi onun maşınına yüklənmiş yükün, yəni kənardan baxdıqda qutularda kahı yükünün qablaşdırması bilinmiş, lakin bu yükün altında nə olması görünməmiş, ona görə də həmin qutuların bir hissəsinin içərisində narkotik vasitənin olmasını bilmək imkanı olmamışdır. İş materiallarında olan təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefona baxış zamanı onun təqsirini sübut edən hər hansı səsli və ya yazılı ismarıc, fotoşəkil, videoyazı və sair məlumatlar aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2009-cu il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması” Qaydalarının 38.3-cü maddəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Beynəlxalq yükdasımaları müqaviləsi haqqında” ## ### 1956-cı il tarixli Cenevrə Konvensiyasının 8- ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, beynəlxalq yükü qəbul edən avtomobil sürücüsü (daşıyıcı) yalnız yük yerlərini, yükün və onun qablaşdırılmasının xarici görünüşünü yoxlamalıdır. Yəni, sürücü (daşıyıcı) yükü qəbul edərkən qabların və möhürlərin bütövlüyünü yoxlamalı, say və miqdarda uyğunsuzluq varsa bu barədə CMR qaiməsində qeyd etməli, əgər yükdə zədələnmə və uyğunsuzluq görürsə, qeyd yazmadan imza atmamalıdır. Görünüdüyü kimi, beynəlxalq qanunvericilikdə də sürücünün yükləri yalnız vizual yoxlama vəzifəsi təsbit edilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin, ibtiidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərkən onun hüquqlarını kobud şəkildə pozaraq bütün şübhələri onun ziyanına təfsir etmiş və nəticədə qeyd olunan konstitusion və prosessual təminatların tələblərinə zidd olan qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə tərkibi hesab etmişdir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiridə ləğv edilməlidir. Məhkəmə tərkibi cinayət işinin materiallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməllərini törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyrimötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, habelə, onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs bəraət vermişdir. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 0# #### 2026-cı il tarixli hökmü ləğv edilməli və Təqsirləndirilən şəxs CM- nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Belə ki, iş materiallarından da görünür ki, "Mercedes Benz” markalı, **DJ*** dövlət qeydiyyat nişanlı dartıcı və "Schmıtz” markalı, **ZJ*** dövlət qeydiyyat nişanlı qoşqusunun vasitəsilə daşıyacağı yükləri öz iradəsi və mülahizəsi əsasında sərbəst şəkildə seçmişdir. Azərbaycan Respublikasının ## ###### 2000-ci il tarixli, ***-IQ nömrəli Qanun ilə ratifikasiya etdiyi "X13 haqqında” ## ### 1956-cı il tarixli Cenevrə Konvensiyasının 3-cü bəndində göstərilmişdir ki, daşıyıcı həm öz şəxsi fəaliyyəti və diqqətsizliyinə görə, həmçinin yük daşınması zamanı xidmətindən istifadə etdiyi öz agentlərinin və digər başqa şəxslərin fəaliyyəti və diqqətsizliyinə görə məsuliyyət daşıyır. Həmin konvensiyanın 4-cü maddəsinə əsasən yük daşınması müqaviləsi qaimə vasitəsilə müəyyən edilir. Yəni ki, mal müşayiət sənədlərinə daxil olan qaimə (CMR) həm də müaviləni əvəz edir. Konvensiyanın 8-ci maddəsinə əsasən sürücü yükü qəbul edən zaman yük yerlərinin sayının, əlamətlərinin, nömrəsinin qaimədə düzgün göstərilməsini və yükün xarici görünüşünü və qablaşdırılmasını yoxlamalıdır. Sürücünün göstərilənlərin düzgünlüyünü yoxlamağa imkanı olmadıqda qaimədə əsaslandırılmış qeyd-şərtini göstərməlidir. Yükgöndərən daşıyıcıdan yükün qeyri-xalis çəkisinin, digər ölçü vahidlərində ifadə olunmuş miqdarının yoxlanılmasını tələb edə bilər. Daşıyıcı yoxlama ilə əlaqədar çəkilən xərclərin ödənilməsini tələb edə bilər. Bu yoxlamaların nəticələri qaimədə qeyd olunur. 9-cü maddədə göstərilmişdir ki, qaimə müqavilənin şərtlərini və yükün daşıyıcı tərəfindən qəbul olunmasını təsdiq edir. 17-ci maddənin 3-cü bəndinə əsasən isə daşıyıcı öz üzərindən məsuliyyəti götürmək üçün yük daşıyan avtomobilin qüsurlu olmasına, avtomobili icarəyə götürən şəxsin və ya onun agentinin günahkar olmasına istinad edə bilməz. Konvensiyanın müddəalarından da görünür ki, sürücünün yükü yoxlamaq hüququ vardır, hətta sürücünün yükü yoxlamaq imkanı olmadıqda qaimədə (CMR-də) bu barədə öz qeyd-şərtini yazmalıdır. Lakin, iş materiallarında olan beynəlxalq qaimədən görünür ki, daşıyıcının qeyd-şərtləri qrafasında Təqsirləndirilən şəxs tərəfindən heç bir qeyd göstərilməmişdir. Təqsirləndirilən şəxs öz cinayətkar niyyətini pərdələmək, cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə guya ki, "yükü yoxlamaq səlahiyyətinin olmaması”, "sadəcə sürücü olması” kimi göstərdiyi xüsusatların məhz beynəlxlaq qanunvericilik səviyyəsində məsuliyyət müəyyən edən hallar olması öz təsdiqini tapır. Bununla yanaşı, Azərbaycan Respublikasının # ###### 2003-cü il tarixli, ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında Beynəlxalq Konvensiya”nın "Xüsusi əlavələr” bölməsinin E.2/F.3 bəndinə əsasən «daşıyıcı» — malların faktiki daşınmasını həyata keçirən və ya nəqliyyat vasitəsindən istifadəyə görə cavabdeh olan şəxs başa düşülür. 4-cü standarta əsasən isə daşıyıcı bütün malların yük bəyannaməsində göstərilməsinə görə və ya onlar barədə informasiyanın gömrük xidmətinin nəzərinə istənilən digər icazə verilmiş üsulla çatdırılmasına görə gömrük xidməti qarşısında məsuliyyət daşıyır. Təqsirləndirilən şəxs peşəkar sürücü kimi zəruri sayıqlığı göstərmiş olsa və ehtiyyat tədbirlərinə riayət etsə, törədilmiş cinayət əməli barədə əvvəlcədən məlumat sahibi olardı. Lakin o, cinayətkar dəstənin üzvü olduğundan, satış məqsədilə külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanması, daşınması və Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilərək digər dövlətlərə daşınması cinayətlərinin törədilməsində cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvləri ilə qabaqcadan əlbir olduğu səbəbindən guya ki, idarə etdiyi nəqliyyat vasitəsində daşıdığı yükün içərisində külli miqdarda narkotik vasitəsinin olmasından məlumatı olmadığını bildirib işin faktiki hallarına və obyektiv reallığa uyğun gəlməyən ifadələr vermişdir. Məhkəmə nəzərə almamışdır ki, Təqsirləndirilən şəxs uzun müddətdir sürücülük fəaliyyəti ilə məşğul olmuş və İran İslam Respublikası da daxil bir çox ölkələrdən mütəmadi olaraq beynəlxalq yük daşınmalarını həyata keçirmiş və bu sahədə kifayət qədər təcrübəli bir şəxs olmuşdur. O, beynəlxalq yük daşınmaları qaydaları ilə yanaşı bu münasibətlər çərçivəsində yaranan qanunvericiliklə tənzimənən və tənzimlənməyən xüsusatları da yaxşı bilmişdir. Onun bir neçə dəfə İran İslam Respublikasından yük qəbul etməsi, orada müxtəlif şəxslərlə əlaqələrinin olması da onu söyləməyə əsas verir ki, o, bu qədər ziddiyyətli məqamları görmüşdür və görməli idi. Lakin o, şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə qabaqcadan külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı cinayətlərinin törədilməsi barədə cinayət əlaqəsinə girdiyi səbəbindən bu qədər aşkar ziddiyyətləri, beynəlxalq təcrübə və işgüzar münasibətlər zəminində formalaşmış normaların uyğunsuzluğunu bilərək görməzdən gəlmiş və cinayət əməllərinin törədilməsində birbaşa qəsdlə iştirak etmişdir. Məhkəmənin gəldiyi yanlış nəticədən fərqli olaraq işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasında istintaqla müəyyən edilməmiş bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə edilməsi, saxlanılması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə Rusiya Federativ Respublikasına daşıma cinayətlərini törətmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir və ailəsi ilə birlikdə Göygöl rayonun Balçılı kəndində qeydiyyatda olmaqla yaşayır, 8 ildir ki, fərdi qaydada yük maşının sürücü kimi yük daşıma ilə, əsasən də İrandan Rusiyaya və digər ölkələrə yüklərin daşınması ilə məşğul olmuşdur. X9 məxsus "Mercedes Benz” markalı **DJ***/**ZJ*** dövlət qeydiyyat nişanlı yük maşınını etibarnamə ilə idarə etmişdir. Sonuncu dəfə ## ###### 2025-ci il tarixdə İrandan Rusiyaya yük aparmaq məqsədi ilə, yüksüz idarə etdiyi yük nəqliyyat vasitəsi ilə Astara gömrük postundan keçib İrana getmişdir. İranın Astara şəhərində yerləşən "Pəyanə” terminalında "dispeçer”, yəni yük təşkil edən şəxs, əvvəllər tanımadığı "Mehdi” adlı İran vətəndaşı ona Rusiyanın Moskva şəhərində yerləşən "Fud siti” meyvə-tərəvəz bazarına "kahı” yükü olduğunu, yükü aparacağı təqdirdə 320000 Rus rubulu ödəniş ediləcəyini bildirmişdir. Sonra o, vatsapla yük nəqliyyat vasitəsinin sahibi Məhəmmədə zəng edib məlumat vermiş, Məhəmməd də ona yükü təyinat üzrə aparmasını və bunun müqabilində ona 600 ABŞ dolları pul verəcəyini bildirmişdir. Daha sonra "Pəyanə” terminalında dövlət qeydiyyat nişanını xatırlamadığı ağ rəngli "Volvo” markalı yük nəqliyyat vasitəsinin qoşqu hissəsindən onun idarə etdiyi yük nəqliyyat vasitəsinin qoşqu hissəsinə əvvəlcədən qablaşdırılmış formada olan kahı yükü yüklənmişdir. ## ###### 2025-ci ildə İranın Astara şəhərindəki gömrük keçid məntəqəsində növbəyə dayanmış, ## ###### 2025-ci il tarixdə İran gömrüyünə daxil olub orada yoxlamadan keçib saat 11 radələrində Azərbaycan Respublikasının gömrük məntəqəsinə (Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölmənin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə) daxil olub yoxlama xəttində maşını saxlamışdır. Növbə ona çatdıqda bir nəfər gömrük əməkdaşı yaxınlaşıb üzərində və idarə etdiyi nəqliyyat vasitəsində qadağan olunmuş əşya və maddələrin olub-olmamasını soruşmuş, o da üzərində və idarə etdiyi nəqliyyat vasitəsində belə malların olmadığını bildirmişdir. İdarə etdiyi nəqliyyat vasitəsi rentgen qurğusunda baxışdan keçirildikdən sonra gömrük əməkdaşı ona qoşquda olan yükdə şübhəli görüntülərin olduğunu deyib qoşquda olan yükün yoxlanılacağını bildirilmişdir. Bundan sonra, gömrük əməkdaşının göstərişi ilə o, idarə etdiyi nəqliyyat vasitəsini əlavə yoxlanma aparılması üçün ayrılan yerə (sahəyə) sürüb orada maşını saxlamışdır. Bir neçə gündən sonra, ## ###### 2025-ci il tarixdə, axşam saatlarında bir nəfər gömrük əməkdaşı tərəfindən idarə etdiyi maşının qoşqusunda olan yükün yoxlanmasına başlanmış və qoşquda olan 22 ədəd palet kahı yükü yerə boşaldılıb həmin yüklərə it vasitəsilə (kinoloji xidməti it tətbiq edilməklə) yoxlanmışdır. Yoxlama zamanı it kahı yükü olan 1 ədəd paletə reaksiya vermiş və həmin paletdəki içərisində kahı olan qutular bir-bir açılıb baxılaraq yoxlanılmışdır. Yoxlama zamanı həmin paletlərdə, içərisində kahı olan qutularının alt hissəsində dəqiq sayını bilmədiyi qədər sellofana bükülmüş formada tanımadığı kütlələr aşkar edilmişdir. Gömrük əməkdaşı həmin kütlələrin narkotik maddələr, yəni marixuana olmasını dedikdən sonra o, qutuların aşağı hissəsində aşkar olunan bağlamalarda olan kütlələrin narkotik olmasını bilmişdir. Orada şifahi sorğu zamanı o, daşıdığı kahı yükünün içərisində narkotik maddənin olması barədə heç bir məlumatının olmamasını, aşkar olunan narkotik maddənin kimə məxsus olduğunu bilmədiyini, kahı yükünün sahibini tanımadığını və ələqə telefonunun belə olmadığını bildirmişdir. İranda olarkən Mehdi adlı şəxs ona Rusiyaya keçdikdən sonra yük sahibinin onunla telefonla əlaqə saxlayacağını demiş, lakin yük sahibin adını bildirməmişdir. O, iranlı Mehdi adlı şəxslə İrana aid telefon nömrəsi ilə əlaqə saxlamışdır. Yükdaşıyıcı sürücü kimi onun qablaşdırılmış vəziyyətdə maşınına yüklənmiş yükü açıb içərisində hansı malın olub-olmamasını yoxlamaq ixtiyarı olmamış, yalnız qablaşdırılmış yükün xarici görünüşünü yoxlamaq ixtiyarı olmuşdur. Bu səbəbdən o, maşına yüklənmiş yükün içərisində, eləcə də yük olan qutuların aşağı hissəsində dəqiq nə olmasını bilməmiş və bunu bilmək üçün praktiki olaraq heç bir imkanı da olmamışdır. Ona görə də yükdaşıyıcı sürücü kimi onun maşınına yüklənmiş yükün, yəni içərisində kahı yükü olan karton qutuların üst tərəfdən baxıldıqda nə olması bilinmiş, lakin qutuların aşağı hissəsində nə olması görünməmiş, ona görə də içərisində kahı yükü olan qutuların aşağı hissəsində narkotik vasitənin olmasını bilmək imkanı da olmamışdır. Azərbaycan Respublikası CM-in 2-ci maddəsinə əsasən CM-in vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Göründüyü kimi, məhkəmə CM-in 206.3.2, 234.4.1 və 2234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirinin sübuta yetirilmədiyi qənaətinə gələrək ona həmin maddələrlə bəraət verməklə işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir. Halbuki, «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli ** nömrəli qərarının 19cu bəndinin 1-ci hissəsində göstərilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Plenumun qeyd olunan qərarının 19-cu bəndinin 2-ci hissəsində göstərilmişdir ki, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM- in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Həmçinin, "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # #### 2011-ci il tarixli Qərarının 6-cı bəndinin 4cü hissəsində qeyd edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Beləliklə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamış, hökm çıxararkən məhkəmə yuxarıda təhlil olunan ziddiyyətli hallara tənqidi yanaşmaq əvəzinə yalnız təqsirləndirilən şəxsin mənafeyini ifadə etmiş, onun dəlillərini təkzib edən məhkəmə istintaqında tədqiq olumuş sübutları- şahid ifadələri, baxış, götürmə protokolları, ekspertiza rəyləri, əməliyyat məlumatlarını müqayisəli təhlil edib onları nəzərə almamışdır. Göründüyü kimi, məhkəmə hökm çıxararkən qanunvericiliyin, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının tələblərinə uyğun olaraq işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, hökmün qanuniliyi və əsaslılığını təmin etməli olduğu halda bunu etməmiş, işin düzgün həll edilməsi və işin nəticələri üçün əhəmiyyətli olan sübutlarla bağlı mövqeyini hökmdə düzgün əks etdirməmiş, məhkəmənin gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almamış, öz hökmündə bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərməmiş, məhkəmənin müdafiə tərəfinin təqdim etdiyi "sübutlara” qabaqcadan müəyyən edilmiş üstünlük verməsi və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlməsi Tomineç İvan Mixayloviçə irəli sürülmüş ittiham üzrə əsassız olaraq ona bəraət verilməsinə səbəb olmuşdur. Odur ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # #### 2026-cı il tarixli 1-(099)- ***/**** saylı hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs CM-in 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinib ona həmin maddələrin sanksiyası həddində və cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmalıdır. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya instansiyasının məhkəmə baxışında: Dövlət itihamçısı dövlət ittihamçısı1 apellyasiya protestini müdafiə edib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # #### 2026-cı il tarixli, *-(***)- ***/**** saylı hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib ona həmin maddələrin sanksiyaları həddində və cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etdi. Bəraət almış şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 apellyasiya protesinə etiraz edərək protestin əsassız olduğunu, buna görə də, apellyasiya protestinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-in: 397.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını, apelyasiya protestinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya protesti təmin olunmadan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(***)- ***/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ibtidai istintaq orqanı tərəfindən təqdim olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirli olmasının təsdiq olunmamasına görə sonuncuya həmin maddələrlə bəraət verilməsinə dair yekun nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin hökmündən və iş materiallarının məzmunundan görünür ki, iş üzrə toplanmış sübutlara təqsirləndirilən şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışında verdiyi ifadələr, iş üzrə dindirilmiş şahidlərin ifadələri, “Malların və nəqliyyat vasitələrinin yoxlanılması haqqında” protokollar, gömrük baxışı zamanı tərtib edilmiş sənədlər, videogörüntülər, ekspertiza rəyləri, maddi sübutlar, habelə nəqliyyat sənədləri və digər yazılı sübutlar aid edilmişdir. Məhkəmə həmin sübutları qarşılıqlı əlaqədə təhlil edərək belə nəticəyə gəlmişdir ki, onların heç biri təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə təqsirli olmasını şübhədən kənar şəkildə təsdiq etmir. Birinci instansiya məhkəməsinin hökmündə tədqiq olunmuş sübutlar, o cümlədən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və şahidlərin ifadələri, eləcə də ekspert rəyləri və digər sübutlar ətraflı şəkildə təsvir olunduğundan məhkəmə kollegiyası prosessual qənaət prinsipi və məhkəmə aktlarının səmərəliliyi baxımından həmin sübutların yenidən geniş şəkildə təsvirinə ehtiyac görmür. İş materialları ilə müəyyən edilmişdir ki, Astara Gömrük İdarəsində gömrük nəzarəti zamanı təqsirləndirilən şəxsin idarə etdiyi “Mercedes Benz” markalı, **DJ***/**ZJ*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqu hissəsində olan kahı yüklərinin içərisində gizlədilmiş narkotik vasitə yalnız xüsusi texniki vasitələrdən – rentgen qurğusundan və kinoloji xidmət itindən istifadə edilməklə aşkar olunmuşdur. Məhkəmə tərəfindən xüsusi vurğulanmışdır ki, narkotik vasitə qutuların aşağı hissəsində, üzəri kahı ilə örtülmüş və sellofan bağlamalarda gizlədilmiş vəziyyətdə olmuş, həmin bağlamaların mövcudluğu adi vizual baxış zamanı müəyyən edilə biləcək xarakter daşımamışdır. İş üzrə alınmış ekspertiza rəyləri ilə aşkar olunmuş maddənin narkotik vasitə olan qurudulmuş marixuana olması təsdiq edilsə də, həmin rəylər yalnız maddənin xarakterini və miqdarını müəyyən etmiş, təqsirləndirilən şəxsin həmin narkotik vasitə ilə əlaqəsini və ya onun bundan məlumatlı olmasını təsdiq edən hər hansı nəticə müəyyən etməmişdir. Şahid ifadələrinə gəldikdə isə, iş üzrə dindirilmiş şəxslər göstərmişlər ki, yük əvvəlcədən qablaşdırılmış vəziyyətdə nəqliyyat vasitəsinə yüklənmiş, kahı məhsulları ayrıayrı karton qutulara yerləşdirilmiş və həmin qutuların üzəri sellofanla bağlanmışdır. Şahidlərin ifadələrindən həmçinin görünür ki, yükün içərisində nə olduğunu kənardan müəyyən etmək mümkün olmamış, yalnız gömrük baxışı zamanı qutular bir-bir açıldıqdan sonra onların bir hissəsinin alt qatında narkotik vasitənin gizlədildiyi aşkar edilmişdir. Məhkəmə həmin ifadələri təqsirləndirilən şəxsin yükün faktiki tərkibi barədə məlumatlı olmaması ilə bağlı mövqeyini təsdiq edən hallar kimi qiymətləndirmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışında verdiyi ifadələrində göstərmişdir ki, o, yükdaşıyıcı sürücü kimi yalnız ona təqdim edilmiş yükü daşımaq vəzifəsini yerinə yetirmiş, yük əvvəlcədən qablaşdırılmış və möhürlənmiş vəziyyətdə ona təhvil verilmiş, həmin qutuların içərisində narkotik vasitənin gizlədilməsindən xəbəri olmamışdır. O, həmçinin bildirmişdir ki, yükün daxilini yoxlamaq, qutuları açmaq və ya qablaşdırılmış malların içərisində faktiki olaraq nə olduğunu müəyyən etmək səlahiyyəti olmamışdır. Təqsirləndirilən şəxsin bu ifadələri iş materiallarında olan digər sübutlarla, o cümlədən şahid ifadələri, gömrük baxışı protokolları və videogörüntülərlə ziddiyyət təşkil etməmiş, əksinə həmin sübutlarla dolayı şəkildə təsdiq olunmuşdur. Bundan başqa, iş materiallarında olan videogörüntülər və “Malların və nəqliyyat vasitələrinin yoxlanılması haqqında” protokol ilə müəyyən edilmişdir ki, nəqliyyat vasitəsinin qoşqu hissəsi gömrük baxışı başlanılanadək möhürlü vəziyyətdə olmuş, plombun qırılması və yükün açılması yalnız gömrük əməkdaşları tərəfindən həyata keçirilmişdir. Həmin hal da məhkəmə tərəfindən yükün daşınma müddətində açılmaması və təqsirləndirilən şəxsin yükün daxilinə müdaxilə etməməsi kimi qiymətləndirilmişdir. Eyni zamanda, iş materiallarında olan nəqliyyat sənədləri, o cümlədən CMR qaimələri və digər yük sənədləri ilə yükün “kahı məhsulu” kimi rəsmiləşdirildiyi müəyyən edilmiş, həmin sənədlərdə hər hansı aşkar uyğunsuzluq və ya şübhə doğuran hal müəyyən edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “X13 haqqında” ## ### 1956-cı il tarixli Cenevrə Konvensiyasının və “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın tələblərinə əsasən daşıyıcının vəzifəsi yalnız yük yerlərinin sayını, markalanmasını və qablaşdırmanın xarici vəziyyətini yoxlamaqdan ibarətdir. Yükün daxilini açaraq yoxlamaq və ya müşayiətedici sənədlərin həqiqiliyini araşdırmaq isə daşıyıcının vəzifələrinə aid edilməmişdir. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsin yükün içərisində gizlədilmiş narkotik vasitədən xəbərdar olmasını təsdiq edən obyektiv sübutların olmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir və belə qənaətə gəlir ki, işə baxan birinci instansiya məhkəməsi cinayət təqibi orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilməsi üçün əsas götürülmüş və məhkəmədə tədqiq olunmuş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq həmin sübutlara düzgün hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iş üzrə dindirilmiş şahidlərin ifadələrini törədilmiş cinayət hadisəsinin, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayətinin (CM-in 206.3.2-ci maddəsi), eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanılması və daşınması cinayətinin (CM-in 234.4.1 və 234.4.3-cü maddələri) baş verməsini təsdiq edən sübutlar kimi qəbul etməklə yanaşı, həmin cinayətlərin törədilməsində Təqsirləndirilən şəxs iştirakını istisna edən sübutlar kimi də qiymətləndirmişdir. Belə ki, hazırkı iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ittihamda göstərilən qaçaqmalçılıq cinayətini və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanılması və daşınması cinayətini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi öz təsdiqini tapmamış, əksinə iş üzrə mövcud sübutlarla bu hallar təkzib olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olmuş şəxslərlə birlikdə CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməsini təsdiq edən hər hansı mötəbər sübut mövcud olmamış, həmin ittiham iş materiallarında olan sübutlarla təkzib edilmişdir. Buna baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən ona əsassız olaraq qeyd olunan maddələrlə ittiham verilmiş, lakin məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla həmin cinayət əməllərinin onun tərəfindən törədilməsi təsdiq edilməmişdir İş materialları ilə müəyyən olunur ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin cinayətkar qrupla əlaqəsi, qabaqcadan razılaşması, narkotik vasitənin əldə edilməsində və ya daşınmasında iştirak etməsi, habelə yükün içərisində gizlədilmiş narkotik vasitədən məlumatlı olması barədə hər hansı birbaşa və ya dolayı mötəbər sübut əldə edilməmişdir. Eyni zamanda, məhkəmə istintaqı zamanı da onun təqsirliliyini şübhədən kənar təsdiq edən sübutlar təqdim olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini, birinci instansiya məhkəməsinin hökmünü, iş üzrə toplanmış sübutları və onların qarşılıqlı əlaqəsini təhlil edərək hesab edir ki, dövlət ittihamçısının protestində göstərilən hallar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin qanunsuz və ya əsassız olması qənaətinə gəlmək üçün kifayət etmir. Kollegiya qeyd edir ki, protest əsas etibarilə ehtimallara, təqsirləndirilən şəxsin peşə fəaliyyəti ilə bağlı ümumi mülahizələrə və cinayət hadisəsinin özünün mövcudluğuna istinad etsə də, həmin cinayət hadisəsində Təqsirləndirilən şəxs bilavasitə iştirakını və ya onun narkotik vasitələrin mövcudluğundan qabaqcadan məlumatlı olmasını təsdiq edən mötəbər və şübhədən kənar sübutlar təqdim olunmamışdır. Belə ki, iş materiallarından görünür ki, “Mercedes Benz” markalı dartıcı və qoşqudan ibarət yük nəqliyyat vasitəsində aşkar olunmuş narkotik vasitələr kahı yüklərinin daxilində, karton qutuların alt hissəsində xüsusi üsulla gizlədilmiş, həmin maddələrin aşkar edilməsi yalnız rentgen qurğusu, sonradan isə kinoloji xidmət itinin tətbiqi nəticəsində mümkün olmuşdur. “Malların və nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokol, videoçəkilişlər, baxış protokolları və şahid ifadələri ilə müəyyən olunur ki, narkotik vasitələrin yerləşdirildiyi bağlamalar adi vizual baxışla müəyyən edilə bilməmiş, yükün xarici görünüşü tam şəkildə kahı məhsulu təsiri bağışlamışdır. Bu hal birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin yükün faktiki məzmunu barədə məlumatlı olmaması ehtimalını gücləndirən hal kimi qiymətləndirilmişdir. Apellyasiya protestində göstərilmişdir ki, Təqsirləndirilən şəxs uzun müddət beynəlxalq yükdaşımalarla məşğul olması, İran İslam Respublikasından mütəmadi yüklər daşıması və peşəkar sürücü olması onun narkotik vasitələrin mövcudluğunu bilməsini istisna etmir və əksinə, bundan xəbərdar olduğunu göstərir. Kollegiya hesab edir ki, protestin bu dəlili hüquqi baxımdan fərziyyə xarakteri daşıyır. Şəxsin peşəkar sürücü olması, beynəlxalq daşımalar sahəsində təcrübəyə malik olması və ya müxtəlif şəxslərlə kommersiya əlaqələrinin mövcudluğu öz-özlüyündə onun qabaqcadan cinayət əlaqəsinə girdiyini və narkotik vasitələrin daşınmasında iştirak etdiyini təsdiq edən sübut hesab edilə bilməz. Cinayət məsuliyyəti ehtimallara deyil, yalnız konkret və mötəbər sübutlara əsaslana bilər. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2009-cu il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı “X13 haqqında” ## ### 1956-cı il tarixli Cenevrə Konvensiyasının 8-ci maddəsi daşıyıcının yükü qəbul edərkən yalnız yük yerlərinin sayını, qablaşdırmanın xarici görünüşünü və möhürlərin tamlığını yoxlamaq vəzifəsini müəyyən edir. Həmin normalar daşıyıcının qablaşdırılmış yükü açaraq onun daxili məzmununu araşdırmaq vəzifəsini nəzərdə tutmur. İş materialları ilə də müəyyən edilmişdir ki, yük əvvəlcədən qablaşdırılmış və möhürlənmiş vəziyyətdə təqsirləndirilən şəxsin istifadəsində olan nəqliyyat vasitəsinə yüklənmiş, sonradan qoşqu möhürlənmiş və onun yük yerinə müdaxilə etmək imkanı olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq olunmuş şahid ifadələri də bu nəticəni təsdiq edir. Şahidlər göstərmişlər ki, yükləmə prosesi digər şəxslər tərəfindən həyata keçirilmiş, yük avtomobilə paletlərlə yerləşdirilmiş, karton qutuların daxilindəki hissələri vizual olaraq müəyyən etmək mümkün olmamışdır. Həmçinin müəyyən edilmişdir ki, narkotik vasitələr yalnız bir paletdə yerləşən qutuların alt hissəsində gizlədilmiş, ümumi yükün isə çox cüzi hissəsini təşkil etmişdir. Bu hal da məhkəmə tərəfindən təqsirləndirilən şəxsin həmin maddələrin mövcudluğunu bilməsi ehtimalını azaldan amil kimi düzgün qiymətləndirilmişdir. Apellyasiya protestində həmçinin qeyd olunur ki, təqsirləndirilən şəxs beynəlxalq qaimədə hər hansı qeyd-şərt yazmamış və bu hal onun yükün məzmununa tam cavabdeh olduğunu göstərir. Kollegiya hesab edir ki, həmin dəlil də təqsirləndirilən şəxsin təqsirini birbaşa təsdiq etmir. Çünki iş materiallarından görünür ki, yükün xarici görünüşündə və qablaşdırılmasında hər hansı zədələnmə, uyğunsuzluq və ya şübhə doğuran hal aşkar edilməmişdir. Belə olan halda sürücünün qaimədə xüsusi qeyd aparmaması onun narkotik vasitələrdən məlumatlı olması nəticəsinə gətirib çıxarmır. Kollegiya həmçinin nəzərə alır ki, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefona baxış zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq fəaliyyəti və ya digər şəxslərlə cinayət əlaqəsini təsdiq edən hər hansı yazışma, fotoşəkil, video və ya səsli məlumat aşkar edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən də onun digər şəxslərlə qabaqcadan əlbir olması, cinayətkar qrupun üzvü kimi hərəkət etməsi və ya narkotik vasitələrin daşınması barədə məlumatlı olmasını təsdiq edən birbaşa sübut əldə olunmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayətlərini xüsusilə külli miqdarda törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır, yəni həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı onun bu cinayətləri törətməsini təsdiq edən obyektiv sübutlar olmamış, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayətləri törətməsi subuta yetirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən sübutları və işin faktiki hallarını, həmçinin cinayətin ittiham aktında göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs qarşı istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın mötəbər sübutlarla deyil, mülahizə xarakterli dəlillərlə əsaslandırılması və həmin əsaslarla da sonuncuya CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair düzgün nəticəyə gəlmişdir. Belə ki, CPM-in 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Yuxarıda qeyd olunan qanunun normalarının tələblərinə əsasən məhkəmə cinayət işlərinə faktlar əsasında baxmalı, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırmalıdır ki, bu halda məhkəmənin qəbul etdiyi qərar əsaslı sayılır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs təqsirliliyinə dair istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsinə dair sübutların qeyri-mötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmadığından, habelə ilkin sübutlar qanunsuz yolla və müdafiə hüququ pozularaq əldə edilməklə Təqsirləndirilən şəxs barəsində əsassız qərar qəbul etmişdir. Halbuki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməllər iş üzrə faktiki əldə olunmuş sübutlar əsasında CPM-in 143-146-cı maddələrin tələblərinə uyğun qiymətləndirilməklə onun təqsirsizliyi barədə qərar qəbul edilməli idi. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə verilmiş ittihama əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həmin narkotik vasitənin nə vaxt, harada, hansı şəraitdə əldə etməsi, eləcə də onun digər şəxslərlə qabaqcadan hər hansı bir razılaşmasının olmasını təsdiq edən hər hansı bir mötəbər sübut itttiham orqanı tərəfindən təqdim olunmadığından, yəni Təqsirləndirilən şəxs CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayətlərin obyektiv cəhətinə aid olan hərəkətləri törətməsini təsdiq edən sübutların mövcud olmamasına, habelə həmin ittihamın iş materiallarında olan sübutlarla təkzib olunmasına baxmayaraq ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq Təqsirləndirilən şəxs CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verildiyindən və eyni zamanda birinci instansiya məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in qeyd olunan maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsinin sonuncuya bəraət verməsinə dair qənaəti qanuni və əsaslı və iş üzrə müəyyən olunmuş faktiki hallara uyğun olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan birinci instansiya məhkəməsi cinayət işi üzrə təqdim olunmuş sübutları əlaqəli şəkildə təhlil edərək düzgün olaraq cinayət təqibi orqanı tərəfindən verilmiş ittihamlar üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə CPM-in 42.1.4-cü maddəsinə əsasən ona CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət vermişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya protestinin Təqsirləndirilən şəxs CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # #### 2026-cı il tarixli hökmünün əsassız olması barədə dəlillərinə (məhkəmə kollegiyası hazırkı qərarın “Apellyasiya protestinin dəlilləri” hissəsində ətraflı şərh olunduğunu nəzərə alaraq həmin dəlilləri təkrar sadalamağa zərurət görmür) qiymət verərək hesab edir ki, həmin dəlillər yuxarıda qeyd olunanlarla təkzib olunduğundan apellyasiya protestinin təmin olunaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılması üçün qanuni əsas kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətlərini xüsusilə külli miqadarda törətməsinin məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunmaması, yəni həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı onun bu cinayətləri törətməsini təsdiq edən obyektiv sübutların olmaması, ümumiyyətlə belə sübutların əldə edilməməsi, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayətləri törətməsinin öz təsdiqini tapmamasını, habelə cinayətin ittiham aktında göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq birinci instansiya məhkəməsi düzgün olaraq Təqsirləndirilən şəxs barəsində CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət hökmü çıxarmışdır. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək belə hesab edir ki, iş üzrə ittiham tərəfinin istinad ediyi sübutlarla Təqsirləndirilən şəxs CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə birinci instansiya məhkəməsinin ona həmin maddələrlə bəraət verməsi qanuni və iş üzrə müəyyən olunmuş faktiki hallara uyğun olmuşdur, dövlət ittihamçısının apellyasiya protestinin dəlilləri konkret hüquqi əsasa söykənməyən sübyektiv mülahizə xarakterli dəlillər olmaqla birinci instansiya məhkəməsini hökmünün ləğv olunaraq Təqsirləndirilən şəxs CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri məhkum olunması üçün qanuni əsas kimi qəbul oluna bilməz və ona görə də apelyasiya protesti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin II hissəsinə əsasən, şəxsin təsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutları diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası CPM-in: 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 42.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. 42.2-ci maddəsinə əsasən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.5.1 və 349.5.3-cü maddələrində təsbit edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab olunur. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 351.2-ci maddəsində də oxşar norma nəzərdə tutulmuş və qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirldiyi halda çıxarılır. 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Beləliklə də, qeyd olunanları yekunlaşdıraraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya protesti təmin olunmamalı və birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs barəsində çıxardığı bəraət hökmü dəyişdirilmədən saxlanılmalıdır. AR Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən və CPM-in 42.1.4, 42.2.4, 398.1.1, 407 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # #### 2026cı il tarixli, *(***)-***/**** nömrəli hökmü həmin apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Cinayət Prossesual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar