Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-168/2026 03.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər X6 (sədrlik edən), Hacıyev Pərviz Vaqif oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə Səmədov Alim Nadir oğlunun katibliyi Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X7 Müdafiəsi üzrə Idarəsinin şöbə prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və müdafiəçisi müdafiəçi1, təqsirləndirilən şəxs1 və müdafiəçisi müdafiəçi2 iştirakı ilə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə bəraət verilməsi, CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə, təqsirləndirilən şəxs1 isə CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi2 və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: ##.##.2007-ci ildə Biləsuvar rayonu Xırmandalı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu Xırmandalı kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 180.2.4-cü maddəsi ilə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilmiş, eyni zamanda CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 il 6 ay, 221.2.1-ci maddəsi ilə isə 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanılaraq nun üzərində qəti olaraq 4 il 4 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın əvvəlinin ##.##.2025-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qərara alınmış; ##.##.2001-ci ildə Biləsuvar rayonu Xırmandalı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu Xırmandalı kəndində yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın əvvəlinin ##.##.2025-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qərara alınmışdır. Işin halları Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 elan olunmuş ittihama əsasən o, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126cı maddəsində nəzərdə nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən az ağır zərər vurmuş, insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakının açıq talayaraq soyğunçuluq etmiş və bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, təqsirləndirilən şəxs2 ## ###### 2025-ci il tarixdə saat 20:30 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində, fərdi yaşayış evlərinin yaxınlığında Biləsuvar rayon, Xırmandalı kənd sakini Zərərçəkmiş şəxs Elsəvər oğlunu küçədə görüb sonuncunun az yaşlı əmisi qızı X2 ilə sevgili münasibətinin olmasını bəhanə edərək, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər deyib başı ilə sonuncunun burun nahiyəsinə bir dəfə zərbə vuraraq zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Elsəvər oğluna burun sümüyün yerini dəyişmiş sınıqları, burun nahiyəsində şişkinlik və qançırı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirib zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən az ağır zərər vuraraq tamah niyyəti ilə sonuncunun əlində olan 782 (yeddi yüz səksən iki) manat dəyərində “REDMI NOT-14 PRO” markalı mobil telefonu götürüb, Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə açıq talayaraq zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Elsəvər oğluna həmin məbləğdə maddi ziyan vurmaqla soyğunçuluq etdikdən sonra həmin gün saat 21 radələrində ictimai yerdə tanışı təqsirləndirilən şəxs1 ilə əlbir olub bir qrup şəxs tərəfindən cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymamazlıq edərək digər şəxslərin olduğu yerdə Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər deyib, cəmiyyətə açıqca hörmətsizlik edərək təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib orada olan digər şəxslərin gözü qarşısında yumruqla vuraraq sol qulaq seyvanın hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid və alt dodağın selikli qişasında qansızma ilə nəticələnən sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirib, sonuncun üzərində olan 50 (əlli) manat dəyərində şalvarını çıxardıb məhv etmiş, o isə Zərərçəkmiş şəxs üzərinə zor tətbiq edərək yumruqla vurub yerə yıxaraq sol gözyuvası ətrafında və sol bazu nahiyəsində qançır, boyun, hər iki kürək və sol çiyin qurşağı nahiyəsində sıyrıqlar ilə nəticələnən sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirib, üzərində olan 30 (otuz) manat dəyərində köynəyini zədələyib məhv etdikdən sonra baş nahiyəsinə sidiyini ifraz etməklə həmin qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs2 barəsində irəli sürülmüş ittihamı qismən təsdiq etmiş, yəni onu CM-in 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilmiş, əməlində cinayət tərkibi olmadığına görə isə CM-in 180.2.4-cü maddəsi ilə ona bəraət vermişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 elan olunmuş ittihama görə o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması habelə özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, təqsirləndirilən şəxs1 ## ###### 2025-ci il tarixdə saat 21 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində, fərdi yaşayış evlərinin yaxınlığında ictimai yerdə Biləsuvar rayon, Xırmandalı kənd sakini Zərərçəkmiş şəxs Elsəvər oğlunun, dayısı qızı X2 ilə sevgili münasibətinin olmasını bəhanə edərək tanışı təqsirləndirilən şəxs2 ilə əlbir olub bir qrup şəxs tərəfindən cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymamazlıq edərək digər şəxslərin olduğu yerdə Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər deyib, cəmiyyətə açıqca hörmətsizlik edərək sonuncun üzərində zor tətbiq edib orada olan digər şəxslərin gözü qarşısında yumruqla vuraraq sol qulaq seyvanın hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərər vurmaya aid və alt dodağın selikli qişasında qansızma ilə nəticələnən sağlamlığa zərərvurmadığına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirib, sonuncun üzərində olan 50 (əlli) manat dəyərində şalvarını çıxardıb məhv etmiş, təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs üzərinə zor tətbiq edərək yumruqla vurub yerə yıxaraq sol gözyuvası ətrafında və sol bazu nahiyəsində qançır, boyun, hər iki kürək və sol çiyin qurşağı nahiyəsində sıyrıqlar ilə nəticələnən sağlamlığa zərərvurmadığına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirib, üzərində olan 30 (otuz) manat dəyərində köynəyini zədələyib məhv etdikdən sonra baş nahiyəsinə sidiyini ifraz etməklə həmin qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs1 barəsində irəli sürülmüş ittihamla isə tam razılaşmışdır. Apellyasiya müraciətlərinin dəlilləri Birinci instansiya məhkəməsinin qeyd olunan hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi2 və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayətləri vermişlər. Müdafiəçi müdafiəçi2 apellyasiya şikayətində müdafiə etdiyi təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını xahiş edərək müraciətini belə əsaslandırmışdır ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxs1 ailənin yeganə qazanc gətirəni olması, himayəsində arvadı və azyaşlı uşağının olması, əməlindən səmimi peşman olması, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməsi, cinayəti məhz zərərşəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində törətməsi nəzərə alınmamışdır. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayətində ona ədalətli cəza təyin olunmasını xahiş edərək müraciətini belə əsaslandırmışdır ki, məhkəmə ona cəza təyin edərkən ilk dəfə az ağır cinayət törətməsini, yaşını, cinayətin motivini nəzərə alınmamışdır. Prosessual məsələlər Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və müdafiəçisi müdafiəçi1, təqsirləndirilən şəxs1 və müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək şikayətlərin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmadı və təqsirləndirilən şəxslərə təyin edilmiş cəzanın cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onların şəxsiyyətinə uyğun olduğunu bildirdi və bu səbəbdən şikayətlərin təmin edilməməsini, hökmün isə dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Hüquqi məsələlər Apellyasiya müraciətlərinin hədlərini tənzimləyən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətlərinin dəlillərindən görünür ki, hər iki təqsirləndirilən şəxs özünü onlara istinad edilən cinayətlərin törədilməsində təqsirli bilir, əməllərinin tövsifini və işin digər faktiki hallarını mübahisələndirmir və yalnız təyin edilmiş cəzalarının yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş edirlər. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünü mübahisələndirilən hissədə, yəni cəza hissəsində yoxlamağı məqsədəuyğun hesab edir və bununla bağlı aşağıdakıların qeyd edilməsini zəruri sayır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətlilik meyarlarını müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun cəza ilə bağlı normalarının mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 58.3-cü maddəsində təsbit edilmiş cəza təyin etmə meyarlarından görünür ki, məhkəmə cəza təyin edərkən birinci növbədə törədilmiş cinayətin xarakterini, icrtimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini səciyyələndirən halları nəzərə almalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, cinayətin xarakteri dedikdə qəsdin yönəldiyi obyekt, təqsirin forması və əməlin hansı kateqoriyaya aid olması, ictimai təhlükəlilik dərəcəsi dedikdə isə vurulmuş ziyanın miqdarı, dərəcəsi və s. başa düşülür. Işin faktiki hallarından görünür ki, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 qərəzli xuliqanlıq hərəkətləri edərək ictimai qaydanı kobud surətdə pozmuş, cəmiyyətə qarşı açıqca hörmətsizlik etmiş, eyni zamanda zərərçəkmiş Zərərçəkmiş şəxs şəxsiyyəti üzrərində zor tətbiq etmişlər. Bununla kifayətlənməyib zərərçəkmişin ləyaqətini alçaldaraq onun əynindəki paltarlarını çıxarıb şəxsiyyətini ələ salmaqla, habelə üstünə sidik ifraz etməklə yetərincə azğın davranış nümayiş etdirmişlər. Onların törətdikləri əməllər kənd sakinləri arasında geniş miqyasda yayılmış, zərərçəkmiş şəxsin psixoloji cəhətdən sarsıntı keçirməsinə səbəb olmuşdur. Eyni zamanda onların törətdikləri əməllərin nəinki zərərçəkmişin hətta cəmiyyətin maraqlarına da toxunmuş, cəmiyyətin mənfi emosiyasına səbəb olmuşdur. Belə ki, təqsirləndirilən şəxslərin zərərçəkmişin əynindən paltarlarını çıxararaq onu küçədə qaçmağa məcbur etmələri, ələ salmaları, daha sonra yenidən tutub təkrar döymələri, üstünə sidik ifraz etmələri kimi hərəkətləri cəmiyyətdə kifayət qədər kəskin reaksiya yaradan və qəbul olunmayan hərəkətlərdir. Odur ki, kollegiya yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə onların şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hər iki təqsirləndirilən şəxsə ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” ## #### 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi yalnız məhkumun maraqları ilə tamamlanmamalıdır. Burada həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərər çəkmişin maraqları da nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: -dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; -cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətləri üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407, 410 və 412ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayətləri təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-168/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-168/2026
03.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver