Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-169/2026 04.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən və məruzəçi), Novruzova Aytən Nazim qızı və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 və onun müdafiəçisi X7, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi müdafiəçi2, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 206.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs2 tərəfindən, eləcə də təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi4 və təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü (hakimlər X3 (sədrlik edən), X2 və X8 ibarət tərkibdə) ilə ## #### 1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Hərbi şəhərcik, ev 10, mənzil 17-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs3 Azərbaycan Respbulikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinmiş və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı ## ######## 2025-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış və narkomaniyadan məcburi müalicə olunması, narkomaniya xəstəliyi ilə bağlı dispanser qeydiyyatına alınması hökm edilmişdir. ## ###### 1971-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, M.F.Axundov küçəsi ev 4-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2 Azərbaycan Respbulikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinmiş və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı ## ######## 2025-ci il tarixdən hesablanmış və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmaması hökm edilmişdir. ## #### 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi ev 15, mənzil 61-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 Azərbaycan Respbulikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinmiş və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı ## ######## 2025-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. IŞIN HALLARI: Bakı şəhəri Ələt qəsəbə sakinləri təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 öz aralarında və digər şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın əldə edilməsi, saxlanılması və daşınması barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, cinayətkar qrupun digər üzvü tərəfindən 22 ədəd bağlamada külli miqdarda ümumi təmiz çəkisi 21558,60 qram təşkil edən eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana ümumi cinaüyətkar niyyətlə əldə edilməklə Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində 109-cu kilometrliyində “109” rəqəmi yazılmış lövhənin yanında gizlədilmiş, bu barədə ## ######## 2025-ci il tarixdə təqsirləndirilən şəxs3 telefon vasitəsi ilə məlumat verməklə narkotik vasitə qurudulmuş marixuananı götürməsini tapşırmış, bu məqsədlə təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 həmin gün Qaradağ rayonu Ələt qəsəbəsində görüşərək təqsirləndirilən şəxs1 idarə etdiyi “Geely” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Biləsuvar rayonu istiqamətində yola düşmüş, saat 21:00 radələrində Ələt-Astara avtomobil yolunun 109-cu kilometrliyinə gəlmiş, “109” rəqəmi yazılmış lövhənin yanında gizlədilmiş içərisində külli miqdarda, 21558,60 qram narkotik vasitə qurudulmuş marixuana olan bağlamaları götürməklə ümumi cinayətkar niyyətlə birgə əldə edib təqsirləndirilən şəxs1 avtomobilinə yerləşdirməklə saxlamış, Bakı şəhəri istiqamətində hərəkət edərək daşıyarkən bu barədə məlumat almış Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ## ######## 2025-ci il tarixdə saat 00:30 radələrində Baş Dövlət Yol Polisi Idarəsinin Salyan rayonu ərazisində yerləşən stasionar polis postunda saxlanılmış və avtomobilə onların iştirakları il və videoçəkimliş aparılmaqla baxış keçirilərkən avtomobilin salonundan 22 ədəd bağlamalarda ümumi təmiz çəkisi 21558,60 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. APELLYASIYA ŞIKAYƏTLƏRININ DƏLILLƏRI: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs2, eləcə də təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi4 və təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi5 apellyasiya şikayətləri verərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün ləğv olunmasını və işə yenidən baxılmasını xahiş etmişlər. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ## #### 2026-cı il tarixli Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Əlində olan əsaslara və ona təyin olunan ədalətsiz qərara əsaslanaraq barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı qərarın ləğv edilərək işinə yenidən ədalətli şəkildə baxılmasını xahiş etmişdir. Bildirmişdir ki, əlində olan əsaslarla məhkəmənin təyin etdiyi iclas zamanı daha ətraflı izah edəcək. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək bildirmişdir ki, ## #### 2026-cı il tarixli Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Əlində olan əsaslara və ona təyin olunan ədalətsiz qərara əsaslanaraq barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı qərarın ləğv edilərək işinə yenidən ədalətli şəkildə baxılmasını xahiş etmişdir. Bildirmişdir ki, əlində olan əsaslarla məhkəmənin təyin etdiyi iclas zamanı daha ətraflı izah edəcək. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi4 apellyasiya şikayəti verərək bildirmişdir ki, təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə verilmiş ittihamdan imtina etmişdir. Lənkaran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə (sədrlik edən cənab Xamməd Nuriyev) təqsirləndirilən şəxs2 Azərbaycan Respbulikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Müdafiə tərəfi olaraq hesab edir ki, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham və onun barəsində qəbul edilmiş hökm mötəbər olmayan sübutlara əsaslanmışdır, iş üzrə tam və hərtərəfli araşdırma aparılmamış, barəsində qəbul edilmiş hökm ədalətsiz və əsassızdır. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxslər ifadə verərək bildirdilər ki, onlar saxlanılarkən fiziki zorakılığa, işkəncəyə məruz qalmışlar və ilkin ifadələrini təzyiq altında vermişlər. Həmçinin həmin cinayət işi üzrə məhkəmə baxışı iclasında təqsirləndirilən şəxslər tutulduqdan sonra aparılmış video çəkilişə baxış keçirilmişdir. Video çəkilişə baxılarkən təqsirləndirilən şəxslərin üzərində müxtəlif xəsarətlərin (sifət nahiyələrində ciddi sıyrıqlar, qanaxmalar, hematomalar və s.) olduğu müəyyən edildi. təqsirləndirilən şəxs2 da məhkəmədə özünü ona verilmiş ittiham üzrə təqsirli bilməyərək, ifadələrini fiziki və psixi təyziq altında verdiyini bildirdi. Hazırkı iş üzrə təqsirləndirilən şəxslərin üzərində olan zorakılıq əlamətləri iş materiallarına əlavə olunmuş baxış protokoluna əlavə edilmiş video yazıdan açıq-aşkar görünür. Bundan başqa iş materiallarında ilkin olaraq təqsirləndirilən şəxslərdən üç ədəd bağlama aşkar edildiyi qeyd edilsə də, ekspertiza tədqiqatına iki ədəd bağlamanın təqdim edildiyi müəyyən edilir. Bundan başqa iş materiallarından görünür ki, iş üzrə şahid qismində məhkəməyə heç kim təqdim edilməmişdir. Halbuki, onlar yol polisi əməkdaşı tərəfindən “saxla” işarəsi verilərək stasionar postda saxlanılmışlar. Qeyd edilən halların araşdırılması üçün məhkəmə iclasında tərəfindən vəsatət verilərək Azərbaycan Respublikası DIN Yol-Patrul Xidməti Alayının *** saylı stasionar postunda quraşdırılmış kamera görüntülərinin götürülməsi, ##.##.2025-ci il tarixə saat 00:30 radələrində dövlət nömrə nişanı **-NL-*** olan avtomobili saxla işarəsi ilə saxlayan yol polisi əməkdaşının üzərində olan səs yazma qurğusunun yazılarının tələb edilməsi, ##.##.2025-ci il tarixə saat 00:30 radələrində dövlət nömrə nişanı **-NL-*** olan avtomobili saxla işarəsi ilə saxlayan DIN yol polisi əməkdaş məhkəməyə çağırılaraq dindirilməsi və ## ######## 2025-ci il tarixli baxış protokolunu (İ cild, i.v. 15-18-də olan) tərtib etmiş təhqiqatçı vəzifəsini icra edən R Səidağa Isgəndərov məhkəməyə çağırılaraq dindirilməsi xahiş edilsə də, məhkəmə tərəfindən vəsatətlər təmin edilməmişdir. Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Kollegiyasının ## ### 2017-ci il tarixli Q**-***-** nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimat”ın 4.7-ci bəndinə görə YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. Həmin təlimatın 6.9-cu bəndinə görə Patrul avtomobillərində quraşdırılan videokamera və məsafədən səs ötürən mikrofon işlək vəziyyətdə olmadıqda həmin avtomobillərdə xidmətin aparılması yolverilməzdir. Belə avtomobillərdə xidmətin aparılmasına görə müvafiq şəxslər məsuliyyət daşıyırlar. Bu baxımdan hesab edir ki, iş üzrə bütün hallarını obyektiv hərtərəflli araşdırılması üçün stasionar postda quraşdırılmış videokamera görüntüləri götürülərək məhkəmə iclasında baxış keçirilməsi, həmçinin müvafiq təlimata uyğun yol patrul inspektorlarının üzərində olan səz yazma qurğularının səs yazıları götürülərək məhkəmə iclasında dinlənməsi, həmçinin qeyd edilən şahidlər çağırılaraq məhkəmədə dindirilməsi zəruridir. Işdən görünür ki, təqsirləndirilən şəxs2 və iş üzrə məhkum edilmiş digər şəxslər qabaqcadan alınmış əməliyyat məlumatı əsasında saxlanılsalar da, guya onların avtomobilindən aşkar edilmiş narkotik maddənin aşkar edilməsi halları (vaxtı, şəraiti və s.) obyektiv olaraq Yol Patrul Xidmətininin stasionar postunda quraşdırılmış kameralara düşmüşdür. Amma bu görüntülərin işə əlavə edilməməsi təqsirləndirilən şəxsin təqsirliyini şübhə altına almağa əsaslar yaradır. Qeyd edilənlərə əsasən Məhkəmədən təqsirləndirilən şəxs2 məhkum olunması barədə Lənkaran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya baxışının hərtərəfli və obyektiv keçirilməsinin təmin edilməsi zərurəti ilə əlaqədar qismən istintaqla keçirməklə, məhkəmə baxışı nəticəsi olaraq təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi5 apellyasiya şikayəti verərək bildirmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakim Xamməd Nuriyevin sədrliyi ilə) ## #### 2026-cı il tarixli hökmü ilə təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, eləcə də tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli ## ######## 2025-ci il tarixdən hesablanmışdır. Istintaqın gəldiyi nəticəyə görə guya təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs2 öz aralarında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın əldə edilməsi, saxlanılması və daşınması barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmişlər. Belə ki, təqsirləndirilən şəxs3 2025-ci ilin may ayında şəxsiyyəti istintaqa Şahruz adı ilə məlum olan Iran Islam Respublikasının sakini ilə cinayət əlaqəsinə girərək, Iran Islam Respublikasından qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasına gətirilmiş külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınması barədə razılıq əldə etməsi, bu məqsədlə Şahruz adlı şəxsin külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın ümumi cinayətkar niyyətə uyğun olaraq naməlum şəraitdə Iran Islam Respublikasından qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar cinayətkar qrupun şəxsiyyətləri istintaqa məlum olmayan üzvləri vasitəsi ilə keçirilməsini və Azərbaycan Respublikasının Biləsuvar rayonu ərazisində gizlədilməsini təşkil etməsi, ## ######## 2025-ci il tarixdə təxminən saat 21:00 radələrində təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 və fəaliyyəti ilə məşğul olan təqsirləndirilən şəxs1la birlikdə ümumi cinayətkar niyyətin həyata keçirilməsi məqsədi ilə sonuncuya məxsus **-NL-*** dövlət, qeydiyyat nişanlı “Geely” markalı avtomobil ilə Ələt-Astara magistral yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində yolun 109-cu kilometrliyində içərisində külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etməsi, təqsirləndirilən şəxs1 avtomobilinə yerləşdirməklə saxlaması, daha sonra həmin yerdən geri qayıdaraq Bakı şəhəri istiqamətində hərəkət etməklə daşıması, hərəkətdə olan zaman ## ######## 2025-ci il saat 00:30 radələrində Azərbaycan Respublikası DIN-in Baş Dövlət Yol Polisi idarəsinin Salyan rayonu ərazisində yerləşən polis postunda Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq onların avtomobilindən külli miqdarda, yəni təmiz çəkisi 21558,60 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi faktı ilə bağlı toplanmış material olmuşdur. Göstərilən əsaslara görə hesab edir, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü ləgv edilməklə, onun barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, özü taksi fəaliyyəti ilə məşğul olur. təqsirləndirilən şəxs3 da usta kimi tanıyır. 2025-ci il iyul ayında Samir onun avtomobili ilə Salyan rayonuna getmək istədiyini bildirmişdir. O, Samirə onu 80 manata aparıb gətirəcəyini demiş və razılaşmışlar. Sonra onun idarə etdiyi avtomaşınla Samir və Ilqarla birlikdə Bakı-Astara avtomobil yolu ilə Salyan rayonu ərazisində yerləşən “Yolüstü'’ restoranına getmişlər. Samir görüşəcəyi adamın gəlmədiyini deyərək geri qayıtmalarını bildirmiş və Ələt qəsəbəsinə qayıtmışlar. 2025-ci il ########ın ##-də axşam saatlarında Samir ona zəng edərək yenə Salyan rayonuna getmək istədiyini bildirmişdir. Yenə həmin gün Samir və Ilqarla birlikdə axşam saatlarında Bakı-Astara avtomobil yolu ilə Salyan rayonu ərazisində yerləşən “Yolüstü” restoranına getmişlər. Daha sonra geri qayıdarkən Samir tualetə qetmək istədiyini bildirərək avtomobili yol kənarında saxlamasını xahiş etmişdir. O da avtomobili yol kənarında saxlamış, Samir avtomobildən yerə düşmüş, təxminən 2 dəqiqə sonra avtomobilə əyləşmiş və ona avtomobili sürməsini demişdir. O da avtomobili Bakı istiqamətində sürməyə başlamışdır. Samirin əlində avtomobilə hər hansı narkotik vasitə gətirdiyini görməmişdir. 2025-ci il ########ın ##-dən 03-nə keçən gecə saat 00:00 radələrində Bakı-Astara avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində yerləşən stasionar posta çatan zaman yol patrul xidməti əməkdaşı ona saxlamaq işarəsi vermişdir. O da avtomobili yol kənarına sürərək saxlamışdır. Bu zaman mülki geyimdə maskalı şəxslər onlara yaxınlaşaraq DTX-nin əməkdaşları olduqlarını bildirmişlər. DTXnin əməkdaşları onu tutaraq yerə yıxmışlar. DTX-nin əməkdaşı ona avtomobildə narkotik vasitə olduğunu bildirərək onu yerə yıxaraq dizini sifətinə qoyaraq sakit qalmasını demişdir. Sonra Samir və Ilqarı da avtomobildən düşürmüşlər. DTX-nin əməkdaşları onları stasionar postun arxasına apararaq mobil telefonlarını alaraq onları möhkəm döymüşlər. Bundan sonra onları avtomobilin yanına apararaq videoçəkiliş etmişlər. Həmin videoçəkiliş zamanı onun “Geely” markalı, **-NL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilindən çoxlu sayda bağlamalar çıxmışdır. O, həmin bağlamaları və içərisindəki narkotik vasitələri həmin vaxtı görmüşdür. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs1 bildirdi ki, özü narkotik vasitə istifadəçisi deyil və bu barədə ümumiyyətlə anlayışı yoxdur. Taksi fəaliyəti ilə məşğul olduğu üçün Samiri də müştəri kimi tanıyır və sifarişlər olduqda hamı kimi onu da taksi ilə dedikləri yerə aparıb. Həmin vaxtı Samirin vəya Ilqarın hər hansı narkotik vasitə üçün getdiyini bilməmişdir. Əgər onların narkotik vasitə üçün getdiklərindən məlumatı olsaydı, onları həmin yerə aparmazdı. Digər suala cavabında isə təqsirləndirilən şəxs1 bildirdi ki, onlar DYP postunda saxlanılana qədər narkotik vasitə olan həmin bağlamaları maşında görməmişdir. Onları polis postunun arxasında döydükdən sonra maşının yanına qaytarandan sonra həmin bağlamaları görmüşdür. Digər suala cavab olaraq təqsirləndirilən şəxs1 bildirdi ki, istintaq zamanı ifadəsi alınarkən yanında heç bir vəkil olmamış, iş materialları ilə tanış etmədə də heç bir vəkil görməmişdir. Hətta qətimkan tədbirində dövlət hesabına təyin edilmiş vəkilin onun hüquqlarının müdafiəsi üçün heç bir vəsatət vermədən sadəcə sonda müstəntiqin verdiyi sənədləri imzalayaraq çıxıb getmişdir. Digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 da ifadəsində qeyd etmişdir ki, o təqsirləndirilən şəxs1 taksi sürücüsü kimi tanıyır. Həmin tarixdə də təqsirləndirilən şəxs1 Salyan rayonuna getmək istədiyini demişdir. Fəxri də 80 manat yol pulu müqabilində onunla razılaşmışdır. Fəxri avtomobili ilə onu götürdükdən sonra tanışı Ilqara zəng edərək onu da götürmüş, Salyan rayonu istiqamətində getmişlər. Bakı-Astara avtomobil yolu ilə Salyan rayonu ərazisində yerləşən “Yolüstü” restoranına getmişlər. O, Şahruz ilə mobil telefon vasitəsilə danışmış, Şahruz narkotik vasitəni qoydura bilmədiyini bildirmişdir. O da Ilqar və Fəxriyə görüşəcəyi adamın gəlmədiyini deyərək geri qayıtmalarını demişdir. Fəxri də avtomobili Ələt qəsəbəsinə sürmüş, o, Fəxrinin pulunu vermiş, Fəxri ilə sağollaşaraq çıxıb getmişlər. 2025-ci il ########ın ##-də günorta saatlarında Şahruza “Whatsapp” vasitəsilə zəng edərək 700 manat dəyərində narkotik vasitə marixuana göndərməsini demişdir. Şahruz da 200 qram çəkidə narkotik vasitə marixuana göndərəcəyini bildirmişdir. Daha sonra Şahruz ona zəng edərək 200 qram marixuananı Salyan rayonu ərazisindən yerləşən “Yolüstü” restoranı tərəfdə “109” yol nişanının altına qoydurduğunu, gedib onu götürməyini demişdir. O da Fəxriyə zəng edərək onun taksisi ilə Salyan rayonuna getmək istədiyini demiş, Fəxri də gedə biləcəyini bildirmişdir. Salyan rayonu ərazisində Fəxriyə ayaqyoluna getmək istədiyini və avtomobili yol kənarında saxlamağını demişdir. O, ayaqyoluna getmək adı ilə avtomobildən düşərək yol kənarına getmiş, “109” yazısı yazılmış yol nişanının altında 200 qram çəkidə olan 1 ədəd bağlamanı götürərək gəlib avtomobilə əyləşmişdir. Avtomobilə əyləşən zaman təqsirləndirilən şəxs1 onda olan narkotik vasitəni görməmişdir. DYP-nin Salyan rayonu ərazisində yerləşən stasionar postuna çatan zaman yol patrul xidməti əməkdaşları onları saxlayan zaman mülki geyimdə maskalı şəxslər onlara yaxınlaşaraq avtomobilin qapısını açaraq yumruqla sifət nahiyəsinə vurmuşlar. Üzərində olan mobil telefonu götürmüşlər. Onları avtomobildən yerə düşürərək stasionar postun arxasına apararaq əl qollarını bağlamışlar. Postun arxasında onları yerə uzatmışlar, mülki geyimdə olan şəxs onu təpiklə döyərək DTX-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onları avtomobilin yanına apararaq video çəkiliş etmişlər. Həmin video çəkiliş zamanı Fəxrinin “Geely” markalı, **-NL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilindən çoxlu sayda bağlamalar çıxmışdır. O, həmin vaxtı həmin bağlamaları görmüş və şoka düşmüşdür. Həmin bağlamaları avtomobilə kimin qoyduğunu görməmiş, həmin bağlamlardan heç bir xəbəri yoxdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq digər hər iki təqsirləndirilən şəxs öz ifadələrində təqsirləndirilən şəxs1 hər hansı narkotik vasitə barədə məlumatı olmadığını qeyd etmişlər. Təqsirləndirilən şəxslərin DYP postunun arxasına aparılaraq döyülmələrini və həmin narkotik vasitə olan kisələrin də həmin vaxtı avtomobilə qoyulması barədə ifadələri istintaq tərəfinin təqdim etdiyi diskə baxış keçirilərkən bir daha öz təsdiqini tapmışdır. Belə ki, avtomobilə baxış keçirilən zaman aparılmış videoçəkilişə baxan zaman hər 3 təqsirləndirilən şəxsin üz sifət nahiyələrində ciddi xəsarətlərin olması açıq aşkar görünür. Müdafiə tərəfinin vəsatətlərinə baxmayaraq məhkəmə həmin nüanslara qiymət verməmiş, avtomobili saxlamış DYP əməkdaşının və orada iştirak etmiş digər şəxslərin şahid qismində dindirilməsi, həmçinin stasionar postda mövcud olan kamera görüntülərinin götürülməsi barədə vəsatətləri təmin etməmişdir. Təqsirləndirilən şəxslərin DYP postunun arxasına aparılanıq döyülmələrini vo həmin narkotik vasitə olan kisələrin də iıəmiıı vaxtı avtomobilə qovulması barədə ifadələri istintaq tərəfinin təqdim etdiyi Diskə baxış keçirərkən də bir daha öz təsdiqini tapmışdır. Digər bir nüans isə təqsirləndirilən şəxslərin istifadəsində olan avtomobilə baxış keçirilən zaman çəkilmiş video görüntüdən məlum olur ki, avtomobili saxlayan əməkdaşlar avtomobilin arxarxan qapısını açaraq narkotik vasitə olan kisələri görüntüləyəndə məlum olur ki, tamamilə boş olduğu halda maşına qoyulmuş narkotik vasitə olan kisələr arxa oturacağın üzərinə qoyulduğundan həmin kisələr oturacağın tamamını zəbt etmişdir. Əgər bu kisələr doğrudan da həmin avtomobildə idisə və görüntüdəki kimi arxa oturacaqda heç bir boş yer olmadığı halda bəs 3-cü şəxs harada əyləşmişdi. Bu xüsüsatı da hörmətli məhkəmənin diqqətinə çatdırmaqlarına baxmayaraq məhkəmə buna da qiymət verməmişdir. Alınmış tibbi arayışlarla tam anlaqlı hesab edilən 3 şəxsin qarşıdan 1 yox, hətta 2 DYP postunun olduğunu bildiyi halda həmin narkotik vasitə olan kisələri avtomobilin yük yerində gizlətmək əvəzinə salon hissədə arxa oturacağın üstündə, yəni kənardan baxanda vizual görünə bilən yerdə qoyaraq DYP postuna yaxınlaşması və DYP əməkdaşının saxla əmrinə də sözsüz tabe olaraq avtomobili saxlaması hec bir məntiqlə izah edilə bilməz. Digər bir hal isə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmaqla onun iradəsi ziddinə ifadəsi alınmasıdır. Dövlət hesabına təyin edilmiş müdafiəçi tərəfindən də təqsirləndirilən şəxsə istintaq zamanı keyfiyyətli hüquqi yardım göstərilməmiş, işlə bağlı heç bir sual verilməmiş, heç bir söz soruşulmamış, ümumiyyətlə işlə bağlı heç bir vəsatət verilməmişdir. Hesab edir ki, hazırkı iş üzrə məhkəmə ehtimallara əsaslanmışdır ki, həmin hal da qanunvericiliyin tələblərinə ziddir. Belə ki, ehtimal və fərziyyələrlə şəxs məhkum edilə bilməz, yuxarıda göstərilən xüsusatlaı tam olaraq araşdırılmadan iş yekunlaşdırıla bilməzdi. Hazırkı cinayət işi üzrə hüquqlarını müdafiə etdiyim təqsirləndirilən şəxs1 verilən ittiham nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqında sübuta yetirilməmişdir. Lakin məhkəmə tərəfindən məhkəmə iclasının gedişində toplanmış sübutlar, yəni təqsirləndirilən şəxsin ifadəsi və digər hallar sübut növü kimi götürülməmiş, yalnız ittiham tərəfinin təqdim etdiyi sübutlarla kifayətlənmiş və heç bir mötəbər sübuta söykənməyən qanunsuz hökm çıxarılmışdır. Məhkəmə hökmünün əsassız olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmasıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-in 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə hökmdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Məhkəmə hökmünün əsaslığının digər şərti məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün sübutların kifayət etməsi, yəni həmin sübutların CPM-in 146-cı maddəsinin tələblərinə cavab verməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi əsassız olaraq, heç bir sübuta istinad etmədən təqsirləndirilən şəxs1 təqsirliliyi sübuta yetirilmədiyi halda o, təqsirli bilinmiş və azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hesab edir ki, yuxarıda göstərilən hallarla bağlı olaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi əsaslarına görə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 barəsində olan hökm ləğv edilməlidir. Göstərilən halların araşdırılması istiqamətində hesab edir ki, işin məhkəmə iclası məhkəmə istintaqı aparılmaqla keçirilməli, məhkəmə istintaqı tam keçirilməli, 1ci instansiya məhkəməsində şahid kimi dindirilməsi təmin edilməmiş bütün şəxslərin iştirakları təmin edilməli, CPM-in 391.1-ci və 392-ci maddələrinin tələblərinə əməl edilməklə məhkum təqsirləndirilən şəxs1 iştirakı təmin edilməlidir. Göstərilən əsaslara istinad edib məhkəmədən X4 barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünü ləğv etməklə, təqsirliliyi sübuta yetmədiyindən onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya məhkəməsində çıxışında təqsirləndirilən şəxs3 və onun müdafiəçisi X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Apellyasiya məhkəməsində çıxışında təqsirləndirilən şəxs2 və onun müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Apellyasiya məhkəməsində çıxışında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi müdafiəçi1 apellyasiya məhkəməsində çıxışında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Apellyasiya məhkəməsində çıxışında dövlət ittihamçısı X1 apellyasiya şikayətlərinin təmin olunmamasını, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- ***/**** saylı hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, təqsirləndirilən şəxslərin və onların müdafiəçilərinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayətlərii əsassız olduğundan təmin edilməməli, iş üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü qanuni və əsaslı olduğundan müdafiəçinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət işinin materiallarından göründüyü kimi, sadalanan sübutların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir prosessual qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən məhkum edilmiş şəxslər təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Işin materiallarında olan ## ######## 2025-ci il tarixli baxış protokolundan və ## ######## 2025-ci il tarixli diskə baxış keçirilməsi protokolundan görünür ki, 2025-ci il ########ın ##-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində qeydiyyatda olanlar təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 narkotik vasitə olan qurudulmuş marixuananın satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınmasında şübhəli bilindikləri üçün 2025-ci il ########ın ##-də saat 00:30 dəqiqədə Ələt Astara avtomobil yolunun Salyan rayonu, Kürsəngi kəndi ərazisindən keçən 29-cu kilometrliyində yerləşən Baş Dövlət Yol Polisi Idarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının *** saylı stasionar postunda saxlanılmış, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən təqsirləndirilən şəxs1 idarə etdiyi “Geely” markalı, **-NL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil yoxlanılmış, həmin avtomobilin arxa oturacağının üzərindən 02 ədəd bağlama və 1 ədəd sintetik kisə aşkar olunaraq götürülmüşdür. Həmin bağlamalara baxış keçirən zaman birinci bağlamadan 8 ədəd bağlamada narkotik vasitə marixuanaya bənzər kütlələr, 1 ədəd sintetik kisədən 8 ədəd bağlamada narkotik vasitə marixuanaya bənzər kütlələr, ikinci bağalamadan isə 06 ədəd bağlamada narkotik vasitə marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Həmin aşkar edilmiş kütlələr olduğu bağlamalar ilə birlikdə elektron əl tərəzisi vasitəsilə çəkilmiş, içərisində narkotik vasitə marixuana bənzər kütlələrin olduğu 06 ədəd bağlamanın təxmini çəkisinin 6 kq 400 qram olması, içərisində narkotik vasitə marixuana bənzər kütlələrin olduğu 8 ədəd bağlamanın təxmini çəkisinin 8 kq 100 qram olması, digər içərisində narkotik vasitə marixuana bənzər kütlələrin olduğu 8 ədəd bağlamanın təxmini çəkisinin 8 kq 150 qram olması müəyyən edildi. Içərisində narkotik vasitə marixuana bənzər kütlələrin olduğu 06 ədəd bağlama və içərisində narkotik vasitə marixuana bənzər kütlələrin olduğu 8 ədəd bağlama qara rəngli sellofan torbaya qoyularaq qablaşdırılması, üzərinin “95” nömrəli möhürlə möhürlənməsi, həmçinin digər içərisində narkotik vasitə marixuanaya bənzər kütlələrin olduğu 8 ədəd bağlamanın sintetik kisəyə qoyularaq qablaşdırılması, üzərinin “95” nömrəli möhürlə möhürlənməsi müəyyən edilmişdir. Işin materiallarında olan məhkəmə-bioloji ekspertizasının ## ######## 2025-ci il tarixli, */**** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iki ədəd torbalarda ümumi sayı 22 (iyirmi iki) ədəd ümumi təmiz çəkisi 21555,0 qram (21 kq 555 qram) bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Işin materiallarında olan əlavə məhkəmə-bioloji ekspertizasının ## ####### 2025-ci il tarixli, **/*** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ümumi sayı 22 ədəd, ümumi çəkisi – 21553,90 qram olan narkotik vasitə marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidir. Işin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının ## ####### 2025-ci il tarixli, *** nömrəli rəyindən görünür ki, təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Işin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının ## ####### 2025-ci il tarixli, 520 və *** nömrəli rəylərindən görünür ki, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunmur. Işin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının ## ####### 2025-ci il tarixli, 3975, **** nömrəli və ## ###### 2025-ci il tarixli **** nömrəli rəylərindən görünür ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 hər hansı bir psixi xəstəlik müəyyən edilmir, hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Işin materiallarında olan telefon danışıqlarının ələ keçirilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə tərtib olunmuş diskdə olan səs yazılarına və ona uyğun tərtib olunmuş izahedici qeydlərə baxış protokolundan görünür ki, ##.##.2025-ci il tarixdə saat 17:43-də Bakı şəhəri ərazisində təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək harada olmasını soruşmuş və gəlməsini bildirmiş, təqsirləndirilən şəxs2 da razılaşmışdır. ##.##.2025-ci il tarixdə saat 21:39-da Bakı şəhəri ərazisində təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***- **-** saylı mobil nömrə ilə təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş və aralarında narkotik vasitələrin alqı-satqısı ilə əlaqədar söhbətlər aparılmışdır. ##.##.2025-ci il tarixdə saat 17:13-də Bakı şəhəri ərazisində təqsirləndirilən şəxs3 istifadəsində olan 077-101- **-** saylı mobil nömrə ilə təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək harada olmasını soruşmuş, daha sonra təqsirləndirilən şəxs2 “Şahruz”un onunla əlaqə saxladığını, hazır olmasını və təqsirləndirilən şəxs1 gəlib avtomobil ilə onu götürəcəyini bildirmiş, təqsirləndirilən şəxs2 da razılıq vermişdir. ##.##.2025-ci il tarixdə saat 18:42-də Bakı şəhəri ərazisində təqsirləndirilən şəxs3 istifadəsində olan 077-101- **-** saylı mobil nömrə ilə təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək harada olmasını soruşmuş, o da evdə olduğunu bildirmiş, daha sonra təqsirləndirilən şəxs2 saat 7-də təqsirləndirilən şəxs1 gəlib avtomobil ilə onu götürəcəyini bildirmiş, təqsirləndirilən şəxs2 da razılaşmışdır. ##.##.2025-ci il tarixdə saat 19:09da Bakı şəhəri ərazisində təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək təqsirləndirilən şəxs1 yaşadığı binanın yanında olmasını, oraya getməsini və özünün də gələcəyini bildirmiş, təqsirləndirilən şəxs2 da razılaşmışdır. ##.##.2025-ci il tarixdə saat 19:22də Bakı şəhəri ərazisində təqsirləndirilən şəxs3 istifadəsində olan 077- ***-**-** saylı mobil nömrə ilə təqsirləndirilən şəxs2 istifadəsində olan 077-327-90- ** saylı mobil nömrəyə zəng edərək harada olmasını soruşmuş, o da təqsirləndirilən şəxs1 yanında olmasını bildirmiş, təqsirləndirilən şəxs3 3-5 dəqiqyə gələcəyini bildirmiş, təqsirləndirilən şəxs2 da razılaşmışdır. ##.##.2025-ci il tarixdə saat 19:47-də Bakı şəhəri ərazisində təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək harada olmasını soruşmuş, o da onu yanacaq doldurma məntəqəsində gözlədiklərini bildirmişdir. ##.##.2025-ci il tarixdə saat 20:44-də “Şahruz” adlı şəxs IIR ərazisindən istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə təqsirləndirilən şəxs3 Salyan rayonu ərazisində olarkən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək qısaca üstü örtülü halda telefona baxmasını bildirmişdir. ##.##.2025-ci il tarixdə saat 20:44-də yenidən təqsirləndirilən şəxs3 Salyan rayonu ərazisində olarkən istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə ilə “Şahruz” adlı şəxs IIR ərazisindən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək ona “Whatsapp” vasitəsilə səs gəlmədiyini bildirmiş, “Şahruz” adlı şəxs də vatsap vasitəsilə ona səs atdığını, lakin bir xətt olduğu üçün səsin ona çatmadığını bildirmişdir. ##.##.2025-ci il tarixdə saat 20:47-də “Şahruz” adlı şəxs IIR ərazisindən istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə təqsirləndirilən şəxs3 Salyan rayonu ərazisində olarkən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək vatsap vasitəsilə ona göndərdiyi səsə niyə qulaq asmadığını bildirmiş, təqsirləndirilən şəxs3 da qulaq asdığını və yenidən ona səs göndərdiyini bildirmişdir. ##.##.2025-ci il tarixdə saat 21:03-də “Şahruz” adlı şəxs IIR ərazisindən istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə təqsirləndirilən şəxs3 Salyan rayonu ərazisində olarkən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək həmin yerə çatdığını soruşmuş, təqsirləndirilən şəxs3 da hələ çatmadığını bildirmişdir. “Şahruz” təqsirləndirilən şəxs3 yol nişanına baxmasını, təqsirləndirilən şəxs3 da Masallı rayonu istiqamətində 56-cı km olduğunu ona bildirmişdir. Işin materiallarında olan ## ####### 2025-ci il tarixli diskə baxış protokolundan görünür ki, təqsirləndirilən şəxs1 idarə etdiyi Geely markalı, **-NL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə 2025-ci il ########ın ##-də saat 11:59 dəqiqədə Bakı-Qazax yolu 65.5-ci km Bakı istiqamətində hərəkət etməsi, saat 12:32 dəqiqədə Bakı kənar dairəvi yol 11.2-ci km Baki istiqamətində hərəkət etməsi, saat 12:52 dəqiqədə Bakı-Qazax yolu 16.6 km Qazax istiqamətində hərəkət etməsi, saat 13:20 dəqiqədə Bakı-Qazax yolu 55.1-ci km Qazax istiqamətində hərəkət etməsi, saat 20:08 dəqiqədə Astara yolu 6-cı km Astara istiqamətində hərəkət etməsi, saat 21:27 dəqiqədə Ələt-Astara yolu 92.3-cü km Astara istiqamətində hərəkətini davam etdirməsi, Bakı Astara avtomobil yolunda yerləşən geriyə dönmə zolağından dönərək saat 21:36 dəqiqədə Ələt-Astara yolu 92.3-cü km Ələt istiqamətində hərəkət etməsi, 22:10 dəqiqədə Ələt-Astara yolu 34.5-ci km Ələt istiqamətində hərəkətdə olması müəyyən olunmuşdur. Işin materiallarında olan ## ###### 2025-ci il tarixli CD diskə baxış keçirilməsi protokolundan görünür ki, “xxxx” MMC-yə məxsus ***-***-**-** saylı mobil nömrə Bakı şəhəri, Ələt qəsəbəsi, Axundov küçəsi ev 4-də qeydiyyatda olan təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilmişdir. Baxış zamanı təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə ##.##.2025-ci il tarixdə saat 18:32 və saat 18:39-da Salyan rayonu Yenikənd kəndində yerləşən anten dairəsində, saat 19:06-da Biləsuvar rayonu, Q.Musayev adına BMZ-nin Biləsuvar kiçik istehsal müəssisəsində yerləşən anten dairəsində, saat 19:28-də Cəlilabad rayonu, Gülməmmədli kəndində yerləşən anten dairəsində, saat 20:09-da Salyan rayonu, Arbatan kəndində, saat 20:42-də Salyan rayonu, Kürsəngi kəndində yerləşən anten dairələrində və saat 21:04-də Bakı şəhəri, Qaradağ rayonu, Ələt RRS-də yerləşən anten dairəsində olması müəyyən edilmişdir. Baxış zamanı təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə ##.##.2025-ci il tarixdə saat 19:45- də Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Bakı-Ələt-Qazax-Gürcüstan yolu, Kötəl massivi 102-də yerləşən anten dairəsində, saat 20:31-də Salyan rayonu, Yenikənd kəndində yerləşən anten dairəsində, saat 20:44-də Salyan rayonu, Aşağı Noxudlu kəndində yerləşən anten dairəsində və saat 21:41-də Biləsuvar rayonu, Q.Musayev adına BMZ-nin Biləsuvar kiçik istehsal müəssisəsində yerləşən anten dairəsində olması müəyyən edilmişdir. Işin materiallarında olan ## ###### 2025-ci il tarixli CD diskə baxış keçirilməsi protokolundan görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 istifadəsində olmuş, “xxxx” MMCyə məxsus ***-***-**-** saylı mobil nömrə tanışı, iş üzrə digər təqsirləndirilən şəxs Bakı şəhəri, Ələt qəsəbəsi, Axundov küçəsi ev 4-də qeydiyyatda olan təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilmişdir. Baxış zamanı təqsirləndirilən şəxs3 istifadəsində olan 077- ***-**-** saylı mobil nömrə ilə ##.##.2025-ci il tarixdə saat 18:24-də Salyan rayonu, Kürsəngi kəndində yerləşən anten dairəsində, saat 18:38-də Salyan rayonu, Xalac kəndində yerləşən anten dairəsində, saat 18:53-də Salyan rayonu, Aşağı Noxudlu kəndində yerləşən anten dairəsində, saat 19:01-də Salyan rayonu, Sarvan kəndində yerləşən anten dairəsində, saat 19:07 və saat 19:16-da Biləsuvar rayonu, Q.Musayev adına BMZ-nin Biləsuvar kiçik istehsal müəssisəsində yerləşən anten dairəsində, saat 19:29-da Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən anten dairəsində, saat 19:36-da Cəlilabad rayonu, Günəşli kəndində yerləşən anten dairəsində, saat 19:59-da Salyan rayonu, Şorsulu kəndində yerləşən anten dairəsində, saat 20:06-da Salyan rayonu, Sarvan kəndində yerləşən anten dairəsində, saat 20:48-də Salyan rayonu, Xıdırlı kəndində yerləşən anten dairəsində, saat 21:01-də Qaradağ rayonu, Ələt qəsəbəsi, Şpal zavodunda yerləşən anten dairəsində olması müəyyən edilmişdir. Baxış zamanı təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə ##.##.2025-ci il tarixdə saat 20:00- da Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Bakı-Ələt-Qazax-Gürcüstan yolu, Kötəl massivi 102-də yerləşən anten dairəsində, saat 20:31-də Salyan rayonu, Qırxçıraq qəsəbəsində yerləşən anten dairəsində, saat 20:44-də Salyan rayonu, Aşağı Noxudlu kəndində yerləşən anten dairəsində, saat 21:10-da Salyan rayonu, Sarvan kəndində yerləşən anten dairəsində, saat 21:35-də Biləsuvar rayonu, Əmankənd kəndində yerləşən anten dairəsində, saat 21:49-da Salyan rayonu, Qızılağac kəndində yerləşən anten dairəsində, saat 22:03-də Salyan rayonu, Çuxanlı kəndində yerləşən anten dairəsində olması müəyyən edilmişdir. Işin materiallarında olan ## ###### 2025-ci il tarixli CD diskə baxış keçirilməsi protokolundan görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 istifadəsində olmuş, “xxxx” MMC-yə məxsus ***-***-**-** saylı mobil nömrə arvadı X14 adına rəsmiləşdirilmişdir. Baxış zamanı təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə ##.##.2025-ci il tarixdə saat 18:26-da Salyan rayonu, Kürsəngi kəndində yerləşən anten dairəsində, saat 18:39da Salyan rayonu, Xalac kəndində yerləşən anten dairəsində, saat 18:54-də Salyan rayonu, Aşağı Noxudlu kəndində yerləşən anten dairəsində, saat 19:01-də Salyan rayonu, Bakı-Astara asfalt yolu, 136-cı km-də yerləşən anten dairəsində, 19:11-də Biləsuvar rayonu, Q.Musayev adına BMZ-nin Biləsuvar kiçik istehsal müəssisəsində yerləşən anten dairəsində, saat 19:25-də Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən anten dairəsində, saat 19:51-də Salyan rayonu, Şorsulu kəndində yerləşən anten dairəsində, saat 20:01-də Salyan rayonu, Qızılağac kəndində yerləşən anten dairəsində, saat 20:38-də Salyan rayonu, Kürsəngi kəndində yerləşən anten dairəsində, saat 20:58-də Qaradağ rayonu, Ələt qəsəbəsi, Şpal zavodunda yerləşən anten dairəsində olması müəyyən edilmişdir. Baxış zamanı təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə ##.##.2025-ci il tarixdə saat 20:24-də Salyan rayonu, Kürsəngi kəndində yerləşən anten dairəsində, saat 20:36-da Salyan rayonu, Çuxanlı kəndində yerləşən anten dairəsində, saat 21:11-də Salyan rayonu, Sarvan kəndində yerləşən anten dairəsində, saat 21:40-da Biləsuvar rayonu, Q.Musayev adına BMZ-nin Biləsuvar kiçik istehsal müəssisəsində yerləşən anten dairəsində, saat 22:05-də Salyan rayonu, Qırxçıraq qəsəbəsində yerləşən anten dairəsində olması müəyyən edilmişdir. Işin materiallarında olan Azərbaycan Respublikası DIN-in BƏSII-nin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 məhkumluğu yoxdur. Işin materiallarında olan təqsirləndirilən şəxs2 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-2-ci maddələri ilə təqsirli bilinib 02 il 08 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə 06 ay 23 gün müddətinə cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmiş, ##.##.2024-cü il tarixdə cəza müddəti başa çatmışdır. Işin materiallarında olan Azərbaycan Respublikası DIN-in BƏSII-nin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. Işin materiallarında olan “X9” X5 ## ####### 2025-ci il tarixli, 18-1- **/*-***/**** nömrəli məktubundan görünür ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə hər hansı xəstəliklə dispanser qeydiyyatında durmurlar. Işin materiallarında olan “xxxx” X5 ## ######## 2025-ci il tarixli, **** nömrəli məktubundan görünür ki, təqsirləndirilən şəxs3 ##.##.2019-cu il tarixdən “Opioidlərin istifadə edilməsi nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə qeydiyyatdadır. təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 isə qeydiyyatda yoxdurlar. Işin materiallarında olan ailə tərkibi haqqında ##.##.2025-ci il tarixli arayışdan görünür ki, təqsirləndirilən şəxs3 ailəlidir, himayəsində azyaşlı uşağı yoxdur. O, yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət səciyyələnir. Işin materiallarında olan ailə tərkibi haqqında ##.##.2025-ci il tarixli arayışdan görünür ki, təqsirləndirilən şəxs2 ailəlidir, himayəsində azyaşlı uşağı yoxdur. Yaşayış yerindən verilmiş xasiyyətnamədə barəsində inzibati ərazi dairəsi üzrə nümayəndəliyə şikayət daxil olmaması göstərilmişdir. Işin materiallarında olan ailə tərkibi haqqında ##.##.2025-ci il tarixli arayışdan görünür ki, təqsirləndirilən şəxs1 ailəlidir, himayəsində azyaşlı uşağı yoxdur. Yaşayış yerindən verilmiş xasiyyətnamədə barəsində inzibati ərazi dairəsi üzrə nümayəndəliyə şikayət daxil olmaması göstərilmişdir. Işin materiallarında olan qərardan görünür ki, birinci instansiya məhkəməsində baxış zamanı dövlət ittihamçısı CM-in 206.3.2-ci maddəsi ilə cinayət təqibindən imtina etdiyindən məhkəmənin ## #### 2026-cı il tarixli qərarı ilə iş üzrə CM-in 206.3.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxslərin təzyiqlərə və işgəncələrə məruz qalması barədə apellyasiya şikayətinin dəlilləri də öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilən şəxslərin istintaq zamanı təzyiqlər edilməsi və döyülməsi barədə ifadəsində göstərilənləri yoxlamaq məqsədi ilə, məhkəmə kollegiyası tərəfindən onların şəxsi işlərinə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin xəsarət izləri ilə bağlı təqsirləndirilən şəxs1 şəxsi işində olan ## ######## 2025-ci il tarixli izahatında bildirmişdir ki, DTX-nin Istintaq Təcridxanasına daxil olarkən sonuncunun sol gözünün altında göyərmə var idi. Əlavə olaraq qeyd etmişdir ki, ona məxsus olan “Geely” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobili DYP-nin Salyan postunda polis əməkdaşlarının əmri ilə saxlamaq istəyərkən avtomobilinə əyləşən digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 ondan saxlamamasını istəmiş, təqsirləndirilən şəxs1 avtomobili saxlayarkən təqsirləndirilən şəxs3la aralarında olan mübahisə zamanı avtomobildən düşmək istəyərkən sol üz nahiyəsi, eyni zamanda sol gözünün altı avtomobilin ön sol qapısına çırpılmışdır. Ona DTX-nin Istintaq Təxridxanasında isə təzyiq göstərilmədiyini əlavə etmişdir. Həmçinin təqsirləndirilən şəxs3 şəxsi işinə baxış keçirilərkən müəyyən edilmişdir ki, ##.##.2025-ci il tarixli izahatında bildirimişdir ki, o, 15 (on beş) ildir ki, narkotik vasitə qəbul edir və narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkotik vasitə qəbul etmədikdə özünü narahat hiss edir, bədəni ağrıyır və psixoloji durumu gərgin olur. ## ######## 2025-ci il tarixdə saxlanıldığı kamerada stolun üstünə çıxaraq özünü kameranın döşəməsinə atmış və DTX Istintaq Təcridxanası əməkdaşları tərəfindən ona ilkin tibbi yardım göstərilmişdir. Ona hər hansı fiziki zorakılıq tətbiq edilməmişdir. Bundan başqa, işin hallarından görünür ki, təqsirləndirilən şəxslər ## ######## 2025-ci il tarixdən şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ######## 2025-ci il qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli ## ######## 2025-ci il tarixdən hesablanmışdır. ## ######## 2025-ci il tarixdə cinayət işinin aidiyyəti üzrə verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. ## ####### 2025-ci il tarixdə Salyan rayon Polis şöbəsində təqsirləndirilən şəxs qismində dindirilən zaman həmin tarixli dindirmə protokolunadan görünür ki, təqsirləndirilən şəxs1 müdafiəçisi Nəsrulla Ağayevin iştirakı ilə onun DTX-nin əməkdaşları tərəfindən döyülmədiyini, ona xəsarət yetirilmədiyini bildirmişdir. Bütün bu hallar onu deməyə əsas verir ki, hər hansı işgəncə və ya digər qeyri-insani rəftar olmamış, bu dəlillər təqsirləndirilən şəxslər tərəfindən sonradan düşünülmüş müdafiə üsulu olmaqla, cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə yönəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 postda polis əməkaşlarının saxla əmrinə tabe olmayıb avtomobillə oradan uzaqlaşmamasına səbəb onun postda əvvəlcədən nə üçün saxlanıldığını bilməməsi, hətta oradan uzaqlaşmaq cəhdi ilə polis əməkdaşlarının şübhələnməsinə səbəb olacağını və yekunda saxlanacağını fikirləşməsi olmuş, belə halın baş verməməsi üçün avtomobili saxlamışdır. Bundan başqa, kollegiya hesab edir ki, digər təqsirləndirilən şəxslər fiziki baxımdan zəif və cansız olan təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs2 avtomobilin arxa oturacağında oturması içində narkotik vasitə olan kisələrin ora təqsirləndirilən şəxslər tərəfindən qoyulmasını istisna etmir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 istintaq zamanı ifadəsi alınarkən yanında heç bir vəkil olmaması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, həmin vaxt şübhəli şəxs təqsirləndirilən şəxs1 imzası ilə təsdiq etdiyi ## ######## 2025-ci il tarixli dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilməsi ilə bağlı ərizəsinə əsasən ## ######## 2025-ci il tarixdə müstəntiq Nicat Isayev tərəfindən Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X10 müdafiəçi təyin edilmiş, həmin tarixli müdafiəçinin təqdim edilməsi haqqında protokolla Leyla Isgəndərova işə buraxılmışdır (cild 1, səhifə 133). ## ######## 2025-ci il tarixli şübhəli şəxsi dindirmə protokolundan görünür ki, təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi müdafiəçinin iştirakı ilə dindirilmişdir. Eyni zamanda ## ######## 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan da görünür ki, müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri elan edilmişdir. Bundan başqa, qətimkan tədbiri seçilməsi ilə bağlı Bakı şəhəri Səbail Rayon Məhkəməsində təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 məhz müdafiəçi Leyla Isgəndərovanın məhkəmədə iştirakı ilə özünü təqsirli bilməmiş və təqsirləndirilən şəxs və müdafiəçisi vəsatətin təmin olunmamasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmədə özünü təqsirli bilməməsini isə müdafiə üsulu olmaqla, özünü cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə yönəlmiş hərəkət kimi qiymətləndirir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və birbiri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145- ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli qərarındakı tövsiyyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hallar cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Cinayət işinin apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 bəraət verilməsi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində göstərilən əsaslar, eləcə də ümumiyyətlə əməlinin tövsifinin dəyişdirilməsi üçün hallar müəyyən edilmədiyindən, ona bəraət verilə bilməz, bu barədə apellyasiya şikayətlərinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən yayındırmaq cəhdi daşıyır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut, o cümlədən təqsirləndirilən şəxsin müdafiə xarakterli ifadəsi məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi seçilmiş cəza tədbiri məsələsinin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və orta həddində ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, onların şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindikləri maddələrin sanksiyasının həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, iş üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1-ci və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 oğlu və müdafiəçisi müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 206.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs2 tərəfindən, eləcə də təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi4 və təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-169/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-169/2026
04.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver