Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-170/2026 03.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X1, məkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5 və 234.4.3cü maddələri ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü (hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X5 ibarət tərkibdə) ilə, # ###### 1981-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi qaydada əməklə məşğul olmuş (avtomobil təmiri ustası), əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X13 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının # ######## 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınaraq, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutlar və məhkəmə məsrəfi üzrə məsələlər həll edilmişdir. İŞİN HALLARI: Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz ümumi çəkisi 2.591,46 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və soyuq silah hesab edilən bir ədəd kustar üsulla hazırlanmış kasteti (beşbarmağı) istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən əldə edib özü ilə gəzdirib daşımaqla saxlamış, # ######## 2025-ci il tarixdə Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saat 17:21-dən 17:50-dək yaşadığı Şirvan şəhəri, Neftçilər küçəsi, ev 26A ünvandakı evinin həyətyanı sahəsinə onun razılığı ilə təxirəsalınmadan baxış keçirilən zaman həyətində iki ədəd göy rəngli plastik çəlləkdə qanunsuz saxladığı qırx dörd ədəd müxtəlif həcmli şüşə bankada ayrı-ayrılıqda təmiz çəkiləri 33,0, 58,0, 53,0, 103,0, 43,0, 48,0, 53,0, 58,0, 83,0, 43,0, 48,0, 68,0, 73,0, 63.0, 118,0, 38,0, 53,0, 48,0, 53,0, 98,0, 8,0, 43,0, 48,0, 83,0, 58,0, 28,0, 68,0, 58,0, 43,0, 88,0, 83,0, 33.0, 88,0, 23,0, 63,0, 68,0, 53,0, 83,0, 73,0, 68,0, 33,0, 43,0, 68,0, 48,0 qram, üç ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,43, 1,02, 1,01 qram, ümumilikdə çəkisi külli miqdarda 2.591,46 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan orqanoleptlk əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və soyuq silah hesab edilən isifadəyə yararlı bir ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik predmet aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Müdafiəçi apellyasiya şikayəti verərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı hökmünü qismən ləğv etməklə, narkotik vasitələri satması ilə bağlı təqsirliliyi sübuta yetirilmədiyi ücün Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsi və ona aşağı həddə cəza təyin edilməsini, Azərbaycan Respublikası CM-in 228.5-ci maddəsi ilə isə azadlıqdan məhurm etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı hökmündə qeyd olunanlardan fərqli olaraq Təqsirləndirilən şəxs həm ibtidai araşdırma dövründə, həm də məhkəmə iclasında verdiyi bütün ifadələrində özünü qismən təqsirli bilmiş, narkotik vasitə olan marixuanadan istifadə etdiyini, lakin heç vaxt satışı ilə məşğul olmadığını və tapdığı narkotik vasitəni də istifadə etmək məqsədilə götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həm ibtidai araşdrıma dövründə verdiyi izahat və ifadələrində, habelə məhkəmə iclasında verdiyi ifadələrdə özünü tam deyil, qismən təqsirli bilmişdir. İşin əvvəlindən etibarən heç vaxt satışla məşğul olmadığını bildirmiş, istinatq orqanı ilkin və sonrakı sənədlərdə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi ilə bağlı qeyd aparılmalı olduğu halda, yanlışlıqla təqsirli bilməsi ilə bağlı qeyd aparmış və məhkəmə də bunu təkrarlamışdır. Məhkəmə isi tam və hərtərəfli araşdırsa da, sübutları əlaqəli təhlil edib Təqsirləndirilən şəxs satış niyyətinin olması ilə bağlı düzgün əsaslandırma apara bilməmişdir. Təqsirləndirilən şəxsin özünün ifadəsi ilə yanası əməliyyat məlumatı da istifadə ilə bağlı daxil olmuş və istintaq orqanı satışla bağlı heç bir sübut əldə edə bilməmişdir. Çünki təqsirləndirilən şəxsin özünün də dediyi kimi niyyəti marixuanadan istifadə etmək olmuşdur və narkoloji ekspertizanın rəyi də bu istiqamətdədir. İbtidai araşdırmanın əvvəlindən sonunadək vahid məzmunda ifadə verən təqsirləndirilən səxs Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə kimi qəbul etmək əsassızdır. Belə ki, narkotik vasitələrin ayrı-ayrı bankaların içərisində olması və miqdarının təxminən 2,5 kq olması şəxsin narkotik vasitələri satmaq niyyətini göstərmir. Məhkəmə yalnız bu hala istinad etməklə satışla bağlı qənaətə gəlmişdir. Narkotik vasitələrin bankalarda saxlanılması onun quru qalmasını təmi edir və şəxs ondan istifadə edəndə cibinə bankanı deyil, xırda bükümləri qoya bilər. Həmçinin narkotik vasitə olan marixuananın Kür qırağında su matorunun yanında tapılması da ağlasığmaz hal deyil. Çünki nəm faizinin cox olduğu və həmin nəmişliklə əlaqədar ağrıların azaldılması üçün quru yerlərdən daha çox yayılmış ərazidə tapılan marixuana təəccüb doğurmur. Tapılan narkotik vasitələr götürüldükdən sonra olduğu kimi saxlanmış və atılmış deyil, qoyulmuş vəziyyətdə tapılmışdır. Atılmış narkotik vasitəni tapmaq ağlasığmaz qələ bilər, çünki narkotik vasitə istifadəçisi və ya satıcısı məcbur qalmadıqca onu hec vaxt atmaz, lakin hardasa qoyulmuş və xüsusi bankalarda qorunan narkotik vasitələri tapmaq isə heç də məntiqsiz deyil. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya instansiyası məhkəməsində: Dövlət ittihamçısı X1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iş materialları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.5 və 234.4.3-cü maddələri ilə ilə müəyyən olunmuş cinayət əməllərini törətməsi sübuta yetirilmiş, məhkum olunmuş şəxs tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəli xarakteri və dərəcəsi nəzərə alınaraq birinci instansiya məhkəməsi tərəfindən ona ədalətli cəza təyin edilmişdir. Bu səbəbdən də, apellyasiya şikayətinin təmin edilməməsini, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edib birinci instansiya məhkəməsinin sözügedən hökmünü qismən ləğv etməklə, narkotik vasitələri satması ilə bağlı təqsirliliyi sübuta yetirilmədiyi üçün məhkum edilmiş şəxsin əməlinin CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə ona aşağı həddə cəza təyin edilməsini, CM-in 228.5-ci maddəsi ilə isə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçinin çıxışı ilə razılaşaraq ona ədalətli cəza verilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Аzərbаycаn Respublikаsı Cinayət Prosessual Məcəlləsinin: 397.1-ci mаddəsinə əsasən, apelyasiya instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və bu Məcəllənin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. 397.2-ci mаddəsinə görə, birinci instаnsiyа məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apelyasiya instаnsiyаsı məhkəməsi tərəfindən yаlnız apelyasiya şikаyətinin və yа apelyasiya prоtestinin hüdudlаrındа yоxlаnılır. Birinci instаnsiyа məhkəməsi tərəfindən cinаyət qаnununа və bu Məcəllənin nоrmаlаrınа riаyət edilməsi apelyasiya instаnsiyаsı məhkəməsi tərəfindən apelyasiya şikаyətinin və apelyasiya prоtestinin dəlillərindən аsılı оlmаyаrаq yоxlаnılır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CPM-in 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılmasına dair tələblərinə müvafiq olaraq ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ###### 2025-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıхararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq оlunmuş sübutlаrlа, yəni məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs verdiyi ifadəsi, şаhidlər - Şirvan ŞPŞ X11 baş əməliyyat müvəkkili, R şahid4, Şirvan ŞPŞ Cinayət-Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, R şahid3 və X4 Konvoy Hissəsinin polis nəfəri, serjant şahid2 və birinci instansiya məhkəməsinin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş Şirvan ŞPŞ İstintaq Bölməsinin müstəntiqi, polis Rı şahid1 ifadələri, “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” və “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokollar və həmin protokollara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, maddi sübutlar, ekspert rəyləri və digər sənədlərlə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.5 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddələrlə təqsirili bilinib cəzalandırlmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.5 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini qanuni və əsaslı sayır və hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi cinayət təqibi orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 228.5 və 234.4.3-cü maddələri ilə ittiham verilməsi üçün qəbul edilmiş və məhkəmədə tədqiq olunmuş sübutları tədqiq edib həmin sübutlara düzgün huquqi qiymət vermişdir. Apellyasiya instansiya məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və ##.##.2026-cı il tarixli hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında Lənkəran Ağır Cinayətlər Məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 228.5 və 234.4.3-cü maddələri ilə tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Birinci instansiya məhkəməsinin hökmündə tədqiq olunmuş sübutlar, o cümlədən təqsirləndirilən şəxs və şahidlərin ifadələri, eləcə də ekspert rəyləri və digər sübutlar ətraflı şəkildə təsvir olunduğundan məhkəmə kollegiyası prosessual qənaət prinsipi və məhkəmə aktlarının səmərəliliyi baxımından həmin sübutların yenidən geniş şəkildə təsvirinə ehtiyac görmür. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda təmiz ümumi çəkisi 2.591,46 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və soyuq silah hesab edilən bir ədəd kustar üsulla hazırlanmış kasteti (beşbarmağı) istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən əldə edib özü ilə gəzdirib daşımaqla saxlaması və yaşadığı Şirvan şəhəri, Neftçilər küçəsi, ev 26A ünvandakı evinin həyətyanı sahəsində baxış keçirilən zaman həyətində iki ədəd göy rəngli plastik çəlləkdə qanunsuz saxladığı qırx dörd ədəd müxtəlif həcmli şüşə bankada və üç ədəd kağız bükümdə ümumilikdə çəkisi külli miqdarda 2.591,46 qram olan narkotik vasitə qurudulmuş marixuana və soyuq silah hesab edilən isifadəyə yararlı bir ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik predmet aşkar edilməsi işin mübahisəsiz halıdır. Müdafiə tərəfinin mübahisələndirdiyi və apellyasiya şikayətində də irəli sürdüyü dəlillər isə ondan ibarətdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qırx dörd ədəd müxtəlif həcmli şüşə bankada və üç ədəd kağız bükümdə ümumilikdə çəkisi külli miqdarda 2.591,46 qram olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə deyil şəxsi istehlak üçün əldə edib saxlamışdır. Lakin apellyasiya kollegiyası qeyd edir ki, müdafiə tərəfinin əməlin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməsinə dair mövqeyi işin faktiki halları və sübutlar məcmusu ilə uzlaşmır. İş üzrə müəyyən edilmiş hallar təqsirləndirilən şəxsin əməlinin həmin maddə üzrə tövsifi üçün zəruri olan hüquqi və faktiki əsasların mövcud olmadığını göstərir. Bu səbəbdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilərək müdafiə tərəfinin müvafiq dəlilləri rədd edilir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsindən aşkar edilən narkotik vasitənin 44 ədəd ayrıca bankada və 3 ədəd ayrıca bükümdə saxlanılması, habelə ümumi çəkisinin 2.591,46 qram təşkil etməsi həmin narkotik vasitənin yalnız şəxsi istehlak məqsədilə deyil, satış məqsədilə saxlanıldığına dəlalət edən mühüm faktiki hallardan biridir. Belə ki, narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün əldə edən şəxsin onu çoxsaylı ayrıca qablaşdırmalarda saxlamasına obyektiv zərurət olmur. Şəxsi istehlak məqsədi güdən şəxs üçün narkotik vasitənin bir yerdə və ya vahid qablaşdırmada saxlanılması daha rahat, daha praktik və istifadəyə uyğun olardı. Əksinə, narkotik vasitənin çoxsaylı bankalara və bükümlərə bölünməsi onun ayrı-ayrı hissələr şəklində realizə edilməsinə hazırlıq əlaməti kimi qiymətləndirilir. Digər tərəfdən, məhkəmə kollegiyası nəzərə alır ki, qüvvədə olan normativ hüquqi aktlara əsasən qurudulmuş marixuananın şəxsi istehlak məqsədi ilə saxlanılmasına aid edilən xeyli miqdar 5 qram, külli miqdar isə 500 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitənin ümumi çəkisinin 2.591,46 qram təşkil etməsi həmin maddənin şəxsi istehlak üçün müəyyən edilmiş miqdardan 500 dəfədən artıq, hətta külli miqdar həddindən də əhəmiyyətli dərəcədə çox olduğunu göstərir. Bu hal özlüyündə narkotik vasitənin yalnız şəxsi istifadə məqsədilə əldə edilməsi və saxlanılması barədə versiyanın obyektiv və inandırıcı hesab olunmasına imkan vermir. Bununla yanaşı, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məhkəmə təcrübəsində də narkotik vasitənin əvvəlcədən hissələrə ayrılaraq çoxsaylı bağlamalarda, bükümlərdə və ya qablarda saxlanılması satış niyyətini müəyyən edən dolayı sübutlardan biri hesab olunur. Çünki belə qablaşdırma üsulu narkotik vasitənin istehlak üçün deyil, müxtəlif şəxslərə ayrı-ayrı hissələrlə verilməsi və ya satılması məqsədinə daha çox uyğun gəlir. Bundan başqa, narkotik vasitənin 44 banka və 3 bükümdə saxlanılması onun təsadüfi və ya istifadəyə uyğun olmayan şəkildə deyil, müəyyən sistem əsasında qablaşdırıldığını göstərir. Bu isə narkotik vasitənin gələcəkdə dövriyyəyə buraxılması və ayrı-ayrı istehlakçılara satılması məqsədinin mövcudluğu barədə nəticəyə gəlməyə əsas verir. Odur ki, narkotik vasitənin saxlanılma forması, qablaşdırılma üsulu, çoxsaylı hissələrə bölünməsi və aşkar edilmiş digər sübutlarla birlikdə qiymətləndirildikdə, təqsirləndirilən şəxsin narkotik vasitəni satış məqsədilə əldə edib saxlaması barədə nəticəyə gəlmək mümkündür. Qeyd etmək lazımdır ki, cinayət prosesində təkcə qablaşdırmanın çoxluğu adətən satış məqsədini sübut etmək üçün kifayət hesab edilmir; bu hal adətən elektron yazışmalar, tərəzilər, qablaşdırma vasitələri, satışla bağlı danışıqlar, pul vəsaitləri və digər sübutlarla birlikdə qiymətləndirilir. Buna baxmayaraq, 44 ayrıca banka və 3 ayrıca büküm şəklində saxlanma faktı ittihamın satış məqsədinə dair mühüm dolayı sübutlarından biri kimi çıxış edir. Bununla yanaşı, məhkəmə kollegiyasının qənaətinə görə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən irəli sürülən narkotik vasitəni təsadüfən taparaq götürməsi barədə ifadəsi özlüyündə ağlabatan görünmür. Belə ki, aşkar edilmiş narkotik vasitə təsadüfi şəkildə atılmış və ya tək bir qablaşdırmada olan az miqdarlı maddə deyil, 44 ədəd ayrıca bankada və 3 ədəd bükümdə qablaşdırılmış formada olmuşdur. Bu cür qablaşdırma üsulu narkotik vasitənin əvvəlcədən hazırlanmış və müəyyən məqsəd üçün sistemləşdirilmiş şəkildə saxlanıldığını göstərir. Əgər təqsirləndirilən şəxsin dediyi kimi, həmin narkotik vasitə təsadüfən tapılmış və onu yalnız şəxsi istifadə məqsədilə götürmək niyyəti olmuşdursa, məntiqi baxımdan onun bütün 44 banka və 3 bükümü özündə saxlamasına ehtiyac olmazdı. Şəxsi istifadə məqsədi güdən şəxsin həmin qablaşdırmalardan yalnız birini və ya istifadə ehtiyacını qarşılayacaq qədər bir neçəsini götürməsi daha ağlabatan davranış olardı. Əksinə, narkotik vasitənin bütünlüklə götürülməsi və saxlanılması həmin əmlak üzərində tam faktiki sahiblik yaratmaq niyyətini göstərir. Bu hal təqsirləndirilən şəxsin narkotik vasitənin miqdarı, qablaşdırılması və xarakteri barədə məlumatlı olduğunu, onu təsadüfən əldə edilmiş əşya kimi deyil, məqsədli şəkildə öz sərəncamına keçirdiyini göstərən hallardan biri kimi qiymətləndirillir. Bundan əlavə, həyat təcrübəsinə və adi məntiq qaydalarına görə, təsadüfən tapılmış, çoxsaylı qablaşdırmalarda olan narkotik vasitəni şəxsi istifadə üçün götürən şəxsin bütün qablaşdırmaları özü ilə aparması təbii davranış aktı hesab edilə bilməz. Çünki belə halda şəxsi istifadə ehtiyacını ödəyəcək minimum miqdarın götürülməsi daha real və inandırıcı olardı. Bu səbəbdən təqsirləndirilən şəxsin narkotik vasitəni sadəcə tapması və şəxsi istifadə məqsədilə götürməsi barədə ifadəsi aşkar edilmiş narkotik vasitənin miqdarı, qablaşdırılma forması və say göstəriciləri ilə təkzib olunur, həmin ifadə müdafiə xarakterli mövqe kimi qiymətləndirillir. Müdafiə tərəfinin dəlillərindən biri də ondan ibarətdir ki, əməliyyat aparatına daxil olmuş məlumatda da Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə deyil məhz istehlakı ilə məşğul olması bildirilmişdir. Bu barədə Şirvan ŞPŞ NMQ-nin baş əməliyyat müvəkkili şahid4 ##.##.2025-ci il tarixli raportunda da qeyd olunmuşdur. Lakin bu dəlillərlə də razılaşmayan apellyasiya kollegiyası qeyd edir ki, ilkin raportda və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı tərtib edilmiş digər sənədlərdə təqsirləndirilən şəxsin narkotik vasitələri qanunsuz olaraq şəxsi istehlak etməsi barədə məlumatların əks etdirilməsi özlüyündə D.Əhmədun yaşadığı evin həyətindən aşkar edilmiş narkotik vasitələrin məhz şəxsi istehlak məqsədilə əldə edilməsi və saxlanılması faktını təsdiq edən yeganə və mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, əməliyyat məlumatları yalnız əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əsas yaradan ilkin məlumat xarakteri daşıyır və onların məzmunu iş üzrə toplanmış sübutların məcmusu ilə yoxlanılmalı və qiymətləndirilməlidir. Cinayət-prosessual qanunvericiliyin tələblərinə görə, əməlin hüquqi tövsifi ayrı-ayrı əməliyyat məlumatlarına deyil, iş üzrə müəyyən edilmiş faktiki halların və sübutların məcmusuna əsasən müəyyən edilir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin ümumi çəkisinin 2.591,46 qram təşkil etməsi, həmin narkotik vasitənin 44 ayrı bankada və 3 bükümdə qablaşdırılmış vəziyyətdə saxlanılması və iş üzrə müəyyən edilmiş digər hallar birlikdə qiymətləndirildikdə, onun yalnız şəxsi istehlak məqsədilə əldə edilməsi və saxlanılması barədə nəticəyə gəlməyə əsas vermir. Əksinə, narkotik vasitənin miqdarı və saxlanılma forması şəxsi istehlak versiyasının inandırıcılığını əhəmiyyətli dərəcədə zəiflədir. Odur ki, əməliyyat aparatına daxil olmuş ilkin məlumatlarda təqsirləndirilən şəxsin narkotik vasitələrdən istifadə etməsi barədə qeyd olunması aşkar edilmiş narkotik vasitənin təyinatını əvvəlcədən müəyyən edən hal kimi qəbul edilə bilməz və bu məlumatlar əməlin məhz şəxsi istehlak məqsədilə törədilməsi barədə qəti nəticəyə gəlmək üçün kifayət etmir. Beləliklə də, apellyasiya kollegiyası qeyd olunanları yekunlaşdıraraq müdafiə tərəfinin dəlilləri ilə razılaşmır və belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qırx dörd ədəd müxtəlif həcmli şüşə bankada ayrı-ayrılıqda təmiz çəkiləri 33,0, 58,0, 53,0, 103,0, 43,0, 48,0, 53,0, 58,0, 83,0, 43,0, 48,0, 68,0, 73,0, 63.0, 118,0, 38,0, 53,0, 48,0, 53,0, 98,0, 8,0, 43,0, 48,0, 83,0, 58,0, 28,0, 68,0, 58,0, 43,0, 88,0, 83,0, 33.0, 88,0, 23,0, 63,0, 68,0, 53,0, 83,0, 73,0, 68,0, 33,0, 43,0, 68,0, 48,0 qram, üç ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,43, 1,02, 1,01 qram, ümumilikdə çəkisi külli miqdarda 2.591,46 qram olan narkotik vasitə qurudulmuş marixuananı məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etməklə saxlamışdır. AR Cinayət-Prosessual Məcəlləsinin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan sübutlara tətbiq olunmalı qanun normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.5 və 234.4.3-cü maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməsi, həmin əməllərə görə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin olunarkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri kifayət qədər nəzərə alınmışdır. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 228.5-ci maddəsinin alternativ xarakterli sanksiyasında üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə, CM-in 234.4.3-cü maddəsinin nisbimüəyyən sanksiyasında isə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının, bacısının ikinci qrup əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən özünü təqsirli bildiyi hissədə peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi, eləcə də CM-in 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almışdır. Həmin hökmlə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə 9 (doqquz) ay və CM-in 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmçinin CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Kollegiya qeyd edir ki, sadalanan yüngülləşdirici hallar təyin olunmuş cəzanın növü və həddinin müəyyən edilməsində artıq nəzərə alınmış, onların məhkumun vəziyyətinə təsiri qiymətləndirilmişdir. Bu baxımdan, həmin halların cəzanın daha da yüngülləşdirilməsi üçün müstəsna əsas yaratdığı qənaətinə gəlmək mümkün deyildir. Birinci instansiya məhkəməsi cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları qarşılıqlı şəkildə qiymətləndirməklə cəzanın fərdiləşdirilməsi prinsipinə riayət etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza törədilmiş əmələ, təqsirləndirilən şəxsin şəxsiyyətinə və cəzanın məqsədlərinə uyğun olmaqla ədalətli hesab edilməli, cəzanın həddindən artıq sərt olması barədə müdafiə tərəfinin dəlilləri isə əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli * saylı Qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Odur ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzanın təyin edilməsi, eləcə də təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdrilməsi cəza təyinetmənin ümumi məqsədlərinə nail olmaq üçün sonuncuya münasibətdə kifayət etməməklə yanaşı təqsirləndirilən şəxsdə törətmiş olduğu ictimai təhlükəli əmələ laqeydlik hissinin formalaşmasına səbəb ola bilər. Bu baxımdan kollegiya birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli * saylı Qərarının:
27. Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olubolmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il ## #### tarixli * nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il ## ###### tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Həmçinin “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ### 2005-ci il tarixli * saylı Qərarının 28-ci bəndinin 2-ci hissəsində qeyd olunur ki, bu növ cinayətlər törətmiş şəxslərə cəza təyin edilərkən onların hərəkətlərinin məqsədi və motivi, talanmış odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatlarının, partlayıcı maddələr və qurğuların əldə edilmə mənbəyi və ələ keçirmə üsulu, onların növü, miqdarı, dəyəri və döyüş xüsusiyyətləri nəzərə alınmalıdır. AR Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayətləri üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI:
Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə rəsmi qaydada ona verildiyi) gündən Cinayət Prossesual Məcəlləsinin 410cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.