Məhkəmə qərarları › İş №1(3-9)-171/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-171/2026

16.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-171/2026 16.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən), Novruzova Aytən Nazim qızı və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi2 iştirakları ilə təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: ## #### 1999-cu ildə Lənkəran rayonu, Liman şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Lənkəran rayonun Liman şəhəri Sabir küçəsi, ev 133-də qeydiyyatda olmaqla, Lənkəran rayonun, Liman şəhəri, H.Aslanov küçəsi ev 42-də yaşayan və barəsində polisin nəzarərti altına vermə qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq təqsirləndirilən şəxs2 qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, təqsirləndirilən şəxs2 ##.##.2025-ci il tarixdə saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 2 (iki) gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. ##.##.2003-cü ildə Masallı rayonu, Rüdəkənar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Masallı rayonun Rüdəkənar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq təqsirləndirilən şəxs2 qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ittiham olunmuşdur ondan ötrü ki, o, ## ###### 2024-cü il tarixdə saat 19 radələrində iş yoldaşı təqsirləndirilən şəxs1 ilə birlikdə Lənkəran-Masallı-Boradigah avtomobil yolunun Lənkəran rayonu, Girdəni kəndindən keçən hissəsində yolun sol kənarında yerləşən X5 məxsus ərzaq mağazasına daxil olarkən, aralarında zarafatlaşaraq uca səslə danışmalarına həmin mağazada olan Zərərçəkmiş şəxs irad tutmasından qəzəblənərək, bunu özlərinə qarşı edilmiş hörmətsizlik kimi qəbul edib, təqsirləndirilən şəxs1 aqressiv şəkildə Zərərçəkmiş şəxs mağazanın qarşısında onları gözləməyi bildirmiş, bu vaxt sonuncunun onlara əhəmiyyət verməyərək mağazanı tərk edib oradan uzaqlaşmasını bəhanə edərək təqsirləndirilən şəxs1la birlikdə bir qrup şəxs halında birləşib, küçəyə çıxaraq ictimai yer olan Lənkəran rayonu, Girdəni kəndinin ərazisində, Lənkəran- Masallı-Boradigah avtomobil yolunun kənarında hər hansı bir səbəb olmadan qrup üzvü təqsirləndirilən şəxs1la birlikdə hər ikisi müstəsna dərəcədə aqressivlik nümayiş etdirərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, birgə yaşayış, ictimai yerdə insanlar arasında bərqərar olmuş davranış və əxlaq normalarına riayət olunmasına daha həssas yanaşılması tələblərini müstəsna dərəcədə etinasızlıq nümayiş etdirməklə pozaraq, öz şəxsiyyətini avtomobilləri ilə küçədən keçən və səs-küyə toplaşmış insanların şəxsiyyətinin fövqündə qoyub, qərəzli hərəkətlərini ümumilikdə 4-5 dəqiqə ərzində davam etdirməklə, Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlədərək, əvvəlcə qrup üzvü təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs üzərinə hücum edib, sifət nahiyəsinə yumruqla bir neçə zərbə vurmuş, sonuncunun müqavimət göstərərək onu itələdiyini görüb, özü də, aktiv şəkildə münaqişəyə qoşularaq hər ikisi Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlətməklə yanaşı əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə yumruq və təpiklə onun sifət və qarın nahiyələrinə qəsdən bir neçə zərbə vuraraq zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən sol gözaltı nahiyəsində qançır və həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid sağ X qabırğanın yerdəyişmiş sınığı xəsarətlərini yetirməklə, vahid niyyətlə əhatə olunan qəsdlə bir qrup şəxs halında xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ittiham olunmuşdur ondan ötrü ki, o, ## ###### 2024-cü il tarixdə 19 radələrində iş yoldaşı təqsirləndirilən şəxs2 ilə birlikdə Lənkəran- Masallı-Boradigah avtomobil yolunun Lənkəran rayonu, Girdəni kəndindən keçən hissəsində yolun sol kənarında yerləşən X5 məxsus ərzaq mağazasına daxil olarkən, aralarında zarafatlaşaraq uca səslə danışmalarına həmin mağazada olan Zərərçəkmiş şəxs irad tutmasından qəzəblənərək, bunu özlərinə qarşı edilmiş hörmətsizlik kimi qəbul edib, aqressiv şəkildə sonuncuya mağazanın qarşısında onları gözləməyi bildirmiş, bu vaxt Zərərçəkmiş şəxs onlara əhəmiyyət verməyərək mağazanı tərk edib, oradan uzaqlaşmasını bəhanə edərək təqsirləndirilən şəxs2lə birlikdə bir qrup şəxs halında birləşib, küçəyə çıxaraq ictimai yer olan Lənkəran rayonu, Girdəni kəndinin ərazisində, Lənkəran-Masallı-Boradigah avtomobil yolunun kənarında hər hansı bir səbəb olmadan qrup üzvü təqsirləndirilən şəxs2lə birlikdə hər ikisi müstəsna dərəcədə aqressivlik nümayiş etdirərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, birgə yaşayış, ictimai yerdə insanlar arasında bərqərar olmuş davranış və əxlaq normalarına riayət olunmasına daha həssas yanaşılması tələblərini müstəsna dərəcədə etinasızlıq nümayiş etdirməklə pozaraq, öz şəxsiyyətini avtomobilləri ilə küçədən keçən və səs-küyə toplaşmış insanların şəxsiyyətinin fövqündə qoyub, qərəzli hərəkətlərini ümumilikdə 4-5 dəqiqə ərzində davam etdirməklə, Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlədərək, əvvəlcə özü Zərərçəkmiş şəxs üzərinə hücum edib, sifət nahiyəsinə yumruqla bir neçə zərbə vurmuş, sonuncunun müqavimət göstərərək onu itələdiyini görən digər qrup üzvü təqsirləndirilən şəxs2 də, aktiv şəkildə münaqişəyə qoşularaq hər ikisi Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlətməklə yanaşı, əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə yumruq və təpiklə onun sifət və qarın nahiyələrinə qəsdən bir neçə zərbə vuraraq, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən sol gözaltı nahiyəsində qançır və həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid sağ X qabırğanın yerdəyişmiş sınığı xəsarətlərini yetirməklə, vahid niyyətlə əhatə olunan qəsdlə bir qrup şəxs halında xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. APELLYASIYA PROTESTININ VƏ APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Birinci instansiya məhkəməsinin hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya protesti verərək, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmündən təklif etdiyi həddlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini təklif etmişdir. Apellyasiya protesti belə əsaslandırılmışdır ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 3 il 6 ay müddətə, 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmələrini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə təqsirləndirilən şəxslərə (hər ikisinə) qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəməyə təklif etmişdir. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026- cı il tarixli hökmü dəyişdirilməlidir. Belə ki, CM-in 58.1 -ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Cəza məsələsini müzakirə edərək məhkəmə təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halın olmasını, habelə təyin ediləcək cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə aldığını qeyd etmişdir. Lakin, məhkəmə təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də bir qrup şəxs tərəfindən törədilməsini nəzərə almamışdır. Belə ki, zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid sağ X qabırğanın yerdəyişmiş sınığı xəsarətlərini yetirməklə, vahid niyyətlə əhatə olunan qəsdlə bir qrup şəxs halında xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayətlərini törətmiş təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirləndirilən şəxslərin şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir. Işin hallarından da göründüyü kimi təqsirləndirilən şəxslər məhkəmə istintaqı zamanı ifadə verərkən onlara elan olunmuş ittiham üzrə özlərini qismən təqsirli bilmişlər. Təqsirləndirilən şəxslərin törətdikləri cinayətlər az ağır cinayətlər kateqoriyasına aid olmaqla həmin cinayətlərin obyekti insanın sağlamlığı, eləcə də ictimai təhlükəsizlik və ictimai qaydadır. Törətdikləri cinayət əməllərinə görə özlərini qismən təqsirli bilmələri onu deməyə əsas verir ki, heç biri əməllərindən peşman belə olmamışlar. Beləliklə, məhkəmə cinayət qanunvericiliyinin normalarının tələblərini nəzərə almamış, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməllərinin ictimai təhülkəliliyi və onların şəxsiyyətinin onlara azadlıqdan məhrum etmə cəzası təyin edilməsini şərtləndirməsinə baxmayaraq, yüngül, yəni azadlığın məhdudlaşdırılması cəzası təyin etmiş, bu da cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamışdır. Belə ki, məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 "yaşayış yeri üzrə müsbət xarakterizə edilmələrini” cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, bunun nədə ifadə olunmasını və bu halın nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul etməsinin motivlərini də ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Başqa sözlə, məhkəmə, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 “yaşayış yeri üzrə müsbət xarakterizə edilmələrini” yalnız onların cəzasını yüngülləşdirən halın siyahısında qeyd etməklə kifayətlənmiş, lakin bunun nədə ifadə olunmasını, onların şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını və bunların nədə ifadə olunmasını məhkəmə hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Məhkəmə iclasında ifadə verərkən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərlə barışmadığını və təqsirləndirilən şəxslərə qanunamüvafiq qaydada cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hökmdə «məhkumların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənlərin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları» nəzərə aldığını qeyd etsə də, hökmün təsviri hissəsində bunu əsaslandırmamış və əməlin konkret olaraq ictimai təhlükəlilik dərəcəsi və xarakterini tam açıqlamamış və nəzərə almamışdır. Bu səbəbdən də təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü onlara təklif etdiyim həddlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini təklif etmişdir. Birinci instansiya məhkəməsinin hökmündən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)- ***/**** saylı hökmünün ləğv edilməsi və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2, eləcə də təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 barəsində onlara istinad olunmuş maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddə təyin olunması və onların məhkəmə iclas zalında dərhal həbsə alınması ilə əlaqədar yeni qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətini belə əsaslandırmışdır ki, o, məhkəmə baxışı zamanı məhkəmədən onların barəsində azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını xahiş etmiş, çünki onları bağışlamamışdır. Dövlət ittihamını müdafiə edən prokuror dövlət ittihamçısı1 da onların barəsində 4 il 6 ay müddətə azadlıqdan məıhrum etmə cəzasının təyin olunmasını xahiş etmişdir. Lakin məhkəmə onlara həddindən artıq yüngül cəza təyin etməklə onun zərərçkəmiş şəxs olaraq hüquqlarını pozmuşdur. Verilmiş ittihamla razıdır, əməlin tövsifi düzgündür, lakin təyin olunmuş cəza ilə ümumiyyətlə razı deyil. Iş materiallarından da göründüyü kimi hər iki təqsirləndirilən şəxs onlara elan olunmuş ittiham üzrə özlərini qismən təqsirli bilmişdir və onların heç biri əməlindən peşman olmamışdır. O təqsirləndirilən şəxslərlə barışmamış və onlar ona dəymiş ziyanı ödəməmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxslərin barəsində həddindən aıtıq yüngül cəza təyin etmişdir. Ona görə də o məhkəmənin hökmündən narazıdır. Belə ki, məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxslərin barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edərkən zərərçəkmiş şəxs olaraq onun təqsirləndirilən şəxsləri bağışlamamağını və onlarla barışığın olmamasını, onun cəmiyyətin gözü qarşısında şəxsiyyətinin alçaldılmasını nəzərə almamış və yekunda ədalətsiz hökm qəbul etmişdir. Məhkəmənin hökmü təqsirləndirilən şəxslərə cəza təyininə dair hissədə əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərin törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi şəraitini, cinayət əməlini törətdikdən sonrakı davranışını, cinayətin qabaqcadan əlbir olan qrup halında törədilməsini nəzərə almadan onların təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1-ci maddələrinin sanksiyasında göstərilmiş ən yüngül cəzaları təyin etməklə hökmün ədalətli, qanuni və əsaslı olmasını istisna edən nəticəyə varmışdır. Cinayət prosesində zərərçəkmiş şəxs cinayətin açılmasında, iş üzrə həqiqətin müəyyən edilməsində, təqsirləndirilən şəxsin ifşa olunmasında, onun əməlinin düzgün tövsif edilməsində və törədilmiş cinayətə görə ədalətli cəzanın təyin edilməsində maraqlı şəxs olmaqla yanaşı, təqsirləndirilən şəxsə qarşı duran tərəf qismində çıxış edir. Bu isə məhkəmədə işə baxılarkən çəkişmə və tərəflərin hüquq bərabərliyinin təmin edilməsini, onlara öz maraqlarını müdafiə etmək üçün kifayət qədər prosessual səlahiyyətlərin verilməsini tələb edir. Təqsirləndirilən şəxslərə təyin olunmuş cəzalar onların əməlinə və işin hallarına görə həddindən aıtıq yüngül cəzalar hesab edilməlidir. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmünün ləğv edilməsi və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2, eləcə də təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 barəsində onlara istinad olunmuş maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddə təyin olunması və onların məhkəmə iclas zalında dərhal həbsə alınması ilə əlaqədar yeni qərar qəbul edilməsini xahiş etmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X1 apellyasiya protestinin dəlillərini müdafiə edərək, apellyasiya protestinin və apellyasiya şikayətinin təmin olunmasını kollegiyadan xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə təqdim edərək təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş maddi və mənəvi zərərin əvəzi kimi 1200 manat puluna ona məhkəmə zalında təqdim edildiyini bildirdi. Həmçinin, digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 da ##.##.2026-cı il tarixədək 300 manat pulu ona verəcəyini bildirdi. Belə olduğu təqdirdə təqsirləndirilən şəxslərlə barışdığını və onlara qarşı hər hansı şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirdi. Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 apellyasiya protestini və apellyasiya şikayətini qəbul etməyərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi2 apellyasiya protestini və apellyasiya şikayətini qəbul etməyərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. HÜQUQI MƏSƏLƏLƏR: Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası işin materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Baxış protokolu, ona əlavə edilən fotocədvəllərdən və DVD diskdə olan müşahidə kamerasından götürülən görüntüdən müəyyən olunur ki, münaqişə Lənkəran-Masallı-Boradigah avtomobil yolunun, Lənkəran rayonun Girdəni kəndindən keçən hissəsində yerləşən X5 məxsus dükanın qarşısında baş vermiş, təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs1la birlikdə dükanın qarşısında olan şəxslərin yanında Zərərçəkmiş şəxs yumruq və təpik zərbələri vururaq onu döymüşlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X4 ##.##.2024-cü il tarixli **** saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sağ X qabırğanın yerdəyişmiş sınığı, sol göz altı nahiyyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 3-4 gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X4 ##.##.2025-ci il tarixli **/**** saylı rəyindən görünür ki, vət: Zərərçəkmiş şəxs bədəni üzərində-sağ X qabırğanın yerdəyişmiş sınığı, sol göz altı nahiyyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni ##.##.2024-cü il tarixdə təpiklə döş qəfəsinə, yumruqla sol gözaltı nahiyyəsinə vurma nəticəsidə əmələ gələ bilərdi və hər bir xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə sağ X qabırğanın yerdəyişmiş sınığı sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, sol göz altı nahiyyəsindəki qançır isə sağlamlığa zərər vuramayan xəsarət oluğu üçün dərəcəsi təyin edilmir. Lənkəran şəhər Psixatriya xəstəxanası PHŞ-nin ##.##.2025-ci il tarixli 100 və *** nömrəli arayışlarından görünür ki, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Lənkəran şəhər Psixatriya xəstəxanasında qeydiyyatda deyillər. Azərbaycan Respublikası DIN-in BƏSII-nin ##.##.2025-ci il tarixli tələbnamələrindən görünür ki, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişlər. ##.##.2025-ci il tarixli təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, həmin tarixdə saat 12:50-də təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. ##.##.2025-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, təqsirləndirilən şəxs2 ##.##.2025-ci il tarixdə saat 09:30-da ******/** saylı axtarış işi üzrə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən Lənkəran şəhər ərazisində saxlanılaraq Lənkəran ŞRPŞ-yə gətirilmiş və Istintaq Bölməsinə təhvil verilmişdir. ##.##.2025-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, həmin tarixdə təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” ## #### 2025-ci il tarixli qərardan görünür ki, müşahidə kamerasından götürülmüş hadisənin görüntülərini əks etdirən 1 ədəd DVD disk maddi sübut qismində tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Lənkəran ŞIHB-nın Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *** №-li arayışdan görünür ki, təqsirləndirilən şəxs2 Lənkəran rayonu Liman şəhəri H.Aslanov küçəsi, ev 42-də valideynlərilə birlikdə yaşayır, subaydır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Masallı rayon IHB-nın Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *** №-li arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs1 Masallı rayon Rüdəkənar kəndində yaşayır, subaydır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “xxxx” X13 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, IR-*** saylı arayışda qeyd edilmişdir ki, təqsirləndirilən şəxs1 həqiqətən ##.##.2023- cü il tarixindən hal-hazıradək “xxxx” MMC-nin ünvan 1 ünvanında yerləşən OBA-LENKERAN 36 filialında Administrator vəzifəsində çalışır. Cinayət işi materiallarında olan üzləşdirmə protokollarından görünür ki, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ifadələrində qeyd etidkləri xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilmiş maddi sübut kimi iş materiallarına əlavə edilən CD diskdə olan video görüntülərdən müəyən edilmişdir ki, görüntüdə ərzaq dükanın içərsində olan müşahidə kamerasının görünütləri ilə başlayır. Zərərçəkmiş şəxs ilə dükanın içərisində təqsirləndirilən şəxs1 arasında sözlə mübahisə olur, Vüqar Tapdığa çölə çıxması üçün işarə edir. Sonrakı saniyələrdə dükanın çöl tərəfində olan görünütü davam edərək Zərərçəkmiş şəxs dükandan aralanan zaman həmin vaxt dükandan Tapdıq ilə Mirkənan çölə çıxırlar. X3 yaxınlaşan zaman Tapdıqla Vüqarın arasında dava-dalaş baş verir. X9, Vüqarla aralarında dava-dalaş baş verməsi müşahidə edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin ## #### 2004-cü il tarixli Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə də müqavimət göstərməklə törədilən xuliqanlıq hərəkəti Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunduğundan, CM-in digər maddələri ilə əlavə tövsüfə ehtiyac qalmır. Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan hakimiyyət nümayəndəsi dedikdə, ictimai qaydanın pozulmasının qarşısını almaq səlahiyyəti olan bütün vəzifəli şəxslər başa düşülür. Digər şəxslər dedikdə isə, üzərinə ictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş, yaxud vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirak edən, hakimiyyət nümayəndəsi olmayan şəxs başa düşülür. Ictimai qaydanın qorunması üzrə vəzifənin yerinə yetirilməsi dedikdə, küçələrdə və ya ictimai yerlərdə post-patrul xidmətinin həyata keçirilməsi, nümayişlər, piketlər, mitinqlər, tamaşalar, kütləvi tədbirlər, qəza və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı qaydanın qorunması halları başa düşülməlidir. Xuliqanlıq hərəkətlərinə son qoyulduqdan sonra, hakimiyyət nümayəndəsinə onun həyatı və sağlamlığı üçün təhlükəli olmayan fiziki zorun tətbiq edilməsi ilə müqavimət göstərmə (məsələn təqsirkarın tutulması ilə əlaqədar) xuliqanlıq cinayətinin tövsüfedici əlaməti kimi qiymətləndirilə bilməz və cinayətlərin məcmuyu qaydasında Cinayət Məcəlləsinin 221.1 və 315.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, iki ildir Lənkəran rayonun Girdəni kəndində yerləşən xxxx adlı mağazada satıcı işləyir. Tapdıq da onunla birlikdə işləyir. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla arasında heç bir münasibəti olmamışdır. ##.##.2024-cü il tarixdə saat 19 radələrində Tapdıq ilə işlədiyi dükanla üzbəüz yerləşən dükana getmişlər. Tadıq qırmızı qələm, o isə iki ədəd siqaret almaq istəmişdir. Həmin vaxt Vüqar marketin qapısının qarşısında qalmış və onlara söz ataraq “siz yaman xod gedirsiz, bura Masallı deyil, Girdənidir” sözlərini demişdir. Tapdıq da ona nə etmişik deyəndə Vüqar ona siz hay küy salırsız demiş və əvvəlcə Vüqar, sonra onlar dükanın içərisinə daxil olmuşlar. Dükandan qələm və siqaret alarkən Vüqar Tapdığa yenə söz atıb eyni sözləri deyəndə, Tapdıqda Vüqara nə demək istəyirsən dediyi üçün Vüqar Tapdıqdan dükandan çölə çıxmasını istəmişdir. Tapdıq da çöldə gözləməsini və gələcəyini demiş, birinci Vüqar dükandan çıxmış, sonra isə Tapdıq çıxıb Vüqarın piyada gedərək dükandan aralandığını görüb ona səslənərək “ağsaqqal nə deyirdin” sözlərini demişdir. Vüqar da bu sözdən sonra onlara tərəf geri qayıdıb Tapdığa yaxınlaşaraq kəllə zərbəsi ilə vurub onu yerə yıxmışdır. O, Vüqara niyə belə edirsən deyəndə ona tərəf gəlib gözlənilmədən yumruqla sifətinə bir zərbə vurmuş, o da arxaya getmişdir. Sonra Vüqar ona təpiklə yenidən bir zərbə vurduqdan sonra əsəbləşib onun sifətinə yumruqla bir zərbə vurmuşdur. Sonra o, Vüqarın yaxasından tutarkən Tapdıqda ona arxadan vurmuşdur. O, Vüqarın əllərindən tutub divara sıxıb saxlamış, sonra ora gələn adını sonradan Aqşin olduğunu bildiyi şəxs gödəkcəsinin arxasından tutub dartıb ayıranda o yerə yıxılmışdır. Həmin vaxt Tapdıq polisə zəng edəcəyini dedikdə bunu görən Vüqar orada uzaqlaşıb getdi. Ora toplaşanlar da dağlışmışlar və polis əməkdaşları gəlib onları polis şöbəsinə aparmışlar, orada ərizə yazmışlar. Tapdıq yerə yıxılandan sonra Vüqar onunla dalaşmışdır. Münaqişə Zahid adlı şəxsə məxsus dükanın qarşısında 4-5 dəqiqə baş vermiş, oraya sonradan 3-4 şəxs toplaşmış və tez də dağlışmışlar. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisədən bir ay öncə “Oba” marketin Lənkəran rayonun Girdəni kəndində yerləşən mağazasında müdir işləməyə başlamış və təqsirləndirilən şəxs2 həmin mağazada satıcı işləyir. O, Zərərçəkmiş şəxs əvvəllər tanımamış və onunla arasında hər hansı qərəzçiliyi olmamışdır. ##.##.2024-cü il tarixdə saat 19 radələrində iş yoldaşı Mirkənan ilə birlikdə işlədiyi dükanla üzbəüz yerləşən ərzaq satılan dükana gedib və orada kassada olan adını bilmədiyi qadından almaq üçün iki qələm və iki siqaret istəmişdir. Həmin vaxt Vüqar dükanın içərisində özünə araq alaraq kənardan onlara baxmış, sonra da satıcıya pulu verib pulun qalığını gözləyərkən Vüqar onlara, ““Oba” marketdən yaman səs-küy gəlir, nəzarət etmirsən” demiş, o da dükanda kim səs salırsa göstərərsə ondan izahatını alacağını demişdir. Sonra Vüqar ona şüşəni başına vuraram demiş, o da Vüqara “sən kimsən başıma vurarsan” dedikdə, Vüqar ona bura Girdənidir sənin üçün Masallı deyil, başqa kənddən gəlmisən hələ dilində var danışmağa, əgər kişisənsə çıx çölə” sözlərini deyib özü dükandan çıxmışdır. Satıcı qadın da ona əhəmiyyət verməməsini demişdir. Vüqar çıxdıqdan 1 dəqiqə sonra dükanın qapısını açaraq “kişi deyilsən çıxın çölə deyib” özü çölə çıxmış, o da pulun qalığını satıcıdan alıb dükandan çölə çıxanda görmüşdür ki, Vüqar dükanın sağ tərəfində, dükandan bir qədər aralıda gözləyir. O, Vüqara səslənərək ağsaqqal nə məsələdir deyib ona tərəf getmiş, Vüqar isə ona tərəf iti addımlarla gəlib gözlənilmədən başı ilə sifət nahiyyəsinə bir zərbə vurmuşdur. Zərbənin təsirindən sağ qolu üstə yerə yıxılmış, Mirkənan həmin vaxt Vüqara dəlisən niyə vurdun deyəndə o Mirkənanın da sifətinin sağ tərəfinə yumruqla bir zərbə vurmuşdur. Bundan sonra Mirkənanda üstünə hücum edib onunla dalaşmağa başlamışdır. Mirkənanı döydüyünü görüb ona kömək etmək üçün Vüqara arxadan bir iki yumruq atmış, lakin zərbələri güclü olmamışdır. Çünki həmin vaxt sağ qolu zədəli olmuşdur. Həmin vaxt orada olan tanımadığı şəxs qollarından tutub saxlamışdır. Mirkənan Vüqarın yaxasından tutub onu divara sıxıb saxlayarkən ora gələn adını sonradan Aqşin olduğunu bildiyi şəxs Mirkənanın gödəkcəsinin arxasından tutub dartıb onu kənarlaşdırmışdır. O da həmin vaxt atası Tofiqə zəng edərək baş verənlər barədə dedikdən sonra atası DIN-in 102 xidmətinə zəng etmişdir. Bunu görən Vüqar oradan uzaqlaşıb getmişdir. Sonra polis əməkdaşları gəlib onu və Mirkənanı şöbəyə aparmışlar, orada döyülmələri barədə ərizə yazmışlar. Münaqişə zamanı onlardan başqa tanımadığı 3-4 şəxs də olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1ci maddələri ilə tövsif olunmuşdur. Həmçinin, apellyasiya baxışı zamanı təqsirləndirilən şəxslərlə zərərçəkmiş şəxslər arasında barışıq əldə olunmuş, ona dəymiş zərər qismən ödənilmiş və qalan hissədə də ödəniləcəyinə dair razılığa gəldiklərindən, zərərçəkmiş şəxs ərizə verərək onlara qarşı şikayətinin olmamasını bildirmişdir. Beləliklə, məhkəmə kollegiyası ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və iş materiallarında olan işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxslərtəqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş, cinayət əməllərini törətməsi, məhkəmə istintaqı və ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin verdiyi ifadələri, şahidlərin verdikləri ifadələrinin hadisə yerində gördükləri və eşitdikləri hallarla bağlı olan hissələri, iş materiallarına əlavə edilmiş və hökmdə adları sadalanmış protokollar, digər istintaq hərəkəti protokolları və sənədlərlə tam sübut edilmişdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləri tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə düzgün olaraq təqsirli bilinmişdir. Əlavə olaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin göstərdikləri ilə yanaşı CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və CMin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edir. Odur ki, apellyasiya şikayətinin və apellyasiya protestinin dəlilləri təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə cəzasının yuxarı həddə təyin olunmasına və onların məhkəmə iclas zalında dərhal həbsə alınmasına və kifayət qədər ədalətli olan cəzanın daha da ağırlaşdırılmasına əsas vermir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alan kollegiya hesab edir ki, apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməməli, məhkəmənin hökmü isə apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407, 410 və 412ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Dövlət ittihamçısı dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü dövlət ittihamçısı dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar