Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-173/2026 11.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlunun sədrliyi ilə, Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X1, bəraət almış şəxs Təqsirləndirilən şəxs, bəraət almış şəxsin müdafiəçisi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 iştirakları ilə, ## ###### 1992-ci ildə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əməklə məşğul olan, məhkumluğu olan, ünvan 2 qeydiyyatda olmaqla yaşayan M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, 1(099)-421/2025 nömrəli hökmü ilə (hakimlər X10 (sədrlik edən), X7 və X11 ibarət tərkibdə) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib barəsində həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. IŞIN HALLARI: Ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 13,855 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə Idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində ## ##### 2025-ci il tarixdə, saat 18:30-da Ağcabədi şəhəri, 20 Yanvar küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq qeyd edilən ünvanda həmin tarixdə, saat 18:34-dən etibarən videoçəkilişdən istifadə edilməklə üzəri yoxlanılıb baxış keçirilən zaman onun əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd bükümdə külli miqdarda 13,855 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. APELLYASIYA PROTESTININ VƏ ETIRAZIN DƏLILLƏRI: Dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, Birinci instansiya məhkəməsində dövlət ittihamçısı kimi iştirak edərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 234.4.3 maddəsilə təqsiri bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məhkəməyə təklif etmişdir. Azərbaycan Respublikası CPM-nin 383.2-ci maddəsinə əsasən apellyasiya protesti vermək hüququna onun gəldiyi nəticələrin və təkliflərin nəzərə alınmadığı hissədə birinci instansiya məhkəməsində işə baxılmasında iştirak etmiş dövlət ittihamçısı malikdir. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü ləğv edilməli və Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərkibi müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, habelə ilkin sübutlar qanunsuz yolla, habelə müdafiə tərəfinin vəsatətləri təmin olunmamaqla, təmin olunmuş vəsatətləri isə səthi araşdırılmaqla və bununla da iş üçün əhəmiyyətli halların vaxtında aşkar olunmasının qarşısı alınmaqla ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından ona bəraət verilməlidir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsinin ibtidai istintaq orqanı tərəfindən onun özünün ilkin qismən etirafedici ifadələri, “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair", “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında" protokollar, həmin protokollara əlavə edilən disklərdəki videogörüntülər, cinayət işi üzrə ittihamın həm ibtidai istintaqda, həm də məhkəmə istintaqı zamanı vəsatət əsasında dəvət olunmuş şahidlərinin ifadələri, üzləşdirmə protokolları, əməliyyat tapşırığına cavab məktubu, məhkəmə fiziki-kimyəvi ekspertizasının ##.##.2025-ci il tarixli, */**** nömrəli, məhkəmə-narkoloji ekspertizasının ##.##.2025-ci il tarixli, **** nömrəli, maddi sübutların ekspertizasının ##.##.2025-ci il tarixli, ****/K nömrəli, canlı şəxsin məhkəmə-tibbi ekspertizasının ##.##.2025-ci il tarixli, ***/MEŞ nömrəli rəyləri, eləcə də, cinayət işinə əlavə edilən digər ilkin araşdırma materialları reallığı əks etdirmir və belə olan halda qeyd olunan sübutlar mötəbər sübutlar kimi qəbul edilə və qiymətləndirilə bilməzlər. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində Baş Narkotiklərlə Mübarizə Idarəsinin əməkdaşları tərəfindən Ağcabədi şəhəri, 20 Yanvar küçəsində piyada hərəkətdə olarkən ##.##.2025-ci il tarixdə, saat 18:30 radələrində deyil, atası ilə birlikdə işlətdiyi, eyni küçədə yerləşən “Muğan” kafesində həmin tarixdə, lakin saat 14-15 radələrində saxlanılması, Ağcabədi Rayon Polis Şöbəsinə aparılıb orada bir neçə saat təzyiq və təsirlərə məruz qaldıqdan sonra videoçəkilişlə əməliyyat tədbirinin həyata keçirilməsi üçün Ağcabədi şəhəri, Şəhriyar küçəsinə gətirilməsi, bundan öncə saxlanılarkən əynində olan qara rəngli şalvarın döyülməsi nəticəsində cırılması, atası şahid3 Ağcabədi Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis Rı şahid2 vasitəsilə ona çatdırdığı göy rəngli şalvar və qara rəngli köynəyi geyinməsi, paltarını dəyişib çıxanda şahid2 qapının qarşısında görüb, salam verib keçməsi, polislər onu videoçəkiliş üçün kafedən bir qədər aralıda yerləşən Şəhriyar küçəsinə gətirəndə saat 18:30 radələri olması, protokolda onun hərəkətdə olarkən saat 18:30da saxlanıldığı, bütün hərəkətlərin videoçəkilişlə qeydə alındığının yazılması, halbuki, videoçəkilişdə hərəkətdə olmasının görünmədiyini müstəntiqə dedikdən sonra əməliyyatçıların səhvini düzəltmək üçün müstəntiqin saxlanılma vaxtını 18:34 olaraq qeyd etməsini önə çəkmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə Idarəsinin əməliyyat müvəkkilləri tərəfindən saxlanıldığı vaxtın müəyyən edilməsi ilə əlaqədar əməliyyat tədbirində iştirak etmiş əməliyyatçıların həmin vaxt istifadəsində olmuş mobil telefon nömrələrinin müvafiq operatorlarda qeydə alınmış anten dairəsi məlumatları, onların coğrafi koordinatları barədə məlumatlardan müəyyən olunmuşdur ki, sözügedən tarixdə şahid7 saat 15:43:09-da, şahid5 saat 12:43:40-da, şahid6 isə saat 14:25:22-də artıq Ağcabədi rayonunun ərazisində olmuşlar. Halbuki, hər üç əməliyyat müvəkkili məhkəmə iclasında verdikləri ifadələrində ## ##### 2025-ci il tarixdə, saat 14:30-da nəinki “Muğan” kafesində, ümumiyyətlə, Ağcabədi şəhərində olmadıqlarını, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanması məqsədilə ## ##### 2025-ci il tarixdə günorta saatlarında Bakı şəhərindən çıxıb Ağcabədi rayonuna getdiklərini, Ağcabədiyə çatanda Telmanın dəqiq harada olacağını bilmədikləri üçün yaşadığı ünvanı öyrənib müşahidə kameraları vasitəsilə avtomobilinin hərəkət trayektoriyasını müəyyənləşdirməklə ola biləcəyi yerləri müəyyən edib, həmin bölgədə dolanaraq əməliyyat mövqeyi seçdiklərini, bütün bu hərəkətlərin müəyyən vaxt aldığını beləliklə, Ağcabədi rayonuna çatandan yarım və ya bir saat sonra, saat 18:30 radələrində onu Ağcabədi şəhəri, 20 Yanvar küçəsində saxladıqlarını, həmin gün havanın yağışlı olmadığını, şahid şahid7 isə həmin vaxt üzərində idman çantasına oxşar çantanın olmadığını bildirmişlər. Məhkəmə hesab etmişdir ki, Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə Idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində ## ##### 2025-ci il tarixdə, saat 14-15 radələrində “Muğan” kafesinin yerləşdiyi Ağcabədi şəhəri, 20 Yanvar küçəsində kafenin içərisində saxlanılaraq Ağcabədi Rayon Polis Şöbəsinə aparılmış, orada bir neçə saat saxlanılandan, bu müddət ərzində fiziki, psixoloji təzyiq və təsirlərə məruz qalandan sonra videoçəkilişlə həyata keçirilmiş əməliyyat tədbirinin olduğu yerə gətirilmiş, həmin vaxt üzərindən çıxan psixotrop maddənin polis əməkdaşlarının təkidi ilə özünə məxsus olduğunu bildirmişdir. Bununla belə, cinayət işinin materiallarında olan Baş Narkotiklərlə Mübarizə Idarəsinin “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair”, “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” və “şübhəli şəxsin tutulması haqqında" ##.##.2025-ci il tarixli protokollarından görünür ki, Təqsirləndirilən şəxs aparılmış videoçəkilişlə həmin tarixdə, saat 18:30 dəqiqədə Ağcabədi şəhəri, 20 Yanvar küçəsində piyada hərəkətdə olan zaman saxlanılmış, saat 18:34-dən 18:47dək əməliyyat-axtarış tədbiri, üstünə baxış həyata keçirilmiş, saat 20:15-də Ağcabədi Rayon Polis Şöbəsinin inzibati binasında CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Belə olan halda, məhkəmə istintaqı zamanı əldə olunmuş təkzibedilməz sübutlar əsasında Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə Idarəsinin əməkdaşları tərəfindən ##.##.2025-ci il tarixdə, saat 18:30-dan bir neçə saat əvvəl, yəni saat 14:07:12-dən 14:34:35- dək olan zaman aralığında (“Nur” marketin sol və sağ tərəfi müşahidə edən kamerasının yaddaşındakı məlumatlara istinadən) saxlanılmasının təsdiq olunmasına, onun öz ifadəsində isə saxlanılma saatının 14-15 radələri olmasını deməsini nəzərə alsaq belə, üzərinə saxlanılandan təxminən iki-üç saat sonra yoxlama və götürmə keçirilməsi onun qeyd olunan saat ərzində qanunsuz olaraq əməliyyatçıların sərəncamında olmasını və həmin müddət ərzində müdafiə hüquqlarının kobud şəkildə pozulmasını deməyə əsas verir. Təqsirləndirilən şəxsin əməliyyatçılar tərəfindən saxlanıldığı real vaxta (saat 14:07:12) münasibətdə isə qeyd olunan müddət üç-dörd saat müəyyən olunur. təqsirləndirilən şəxsin, istərsə də şahidlərin ifadələrindən, habelə bununla bağlı videoçəkilişdən birmənalı görünür ki, Təqsirləndirilən şəxs üzərində olan külli miqdarda 13,855 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin şalvarının sağ yan cibindən bir ədəd bükümdə aşkar edilərək götürülmüşdür, lakin, məhkəmə bu hala yalnız təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə əsaslanaraq qiymət vermiş və ona aid olmadığı qənaətinə gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki,Təqsirləndirilən şəxs özü belə ifadələrində narkotik vasitələrdən istifadə etdiyini aşkar bildirmişdir. Başqa sözlə desək, təqsirləndirilən şəxsin özü narkotik istifadəçisi olduğunu, narkotik vasitələrlə əlaqəli olduğunu bildirdiyi halda məhkəmə israrla onun narkotik vasitələrdən uzaq olması düşüncəsinə gəlmiş, “bütün pis əməllərdən kənarda olmasını” müəyyən etmişdir ?! Bundan başqa məhkəmə hökmündə polis əməkdaşlarının ifadələrinə qətiyyən sübut kimi yanaşmamışdır. Bəli, polis əməkdaşları maraqlıdırlar, amma baxaq nədə, kimin ifşa olunmasında, təbii ki, cinayətkarlıqla mübarizədə, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasında, o cümlədən, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə də həmçinin. Əlbəttə ki, polis əməkdaşlarının ifadələri narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasında cinayət törətmiş şəxslərin ittiham edilməsi üçün əsas götürülməlidir. Lakin, məhkəmə hökm verərkən heç də bu fikirdə olmamışdır. Istər-istəməz diqqəti cəlb edir ki, nədən məhkəmə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkum olunmuş təqsirləndirilən şəxsin ifşa olunması ilə bağlı əməliyyatçıların ifadələrini “həqiqi, obyektiv, işin faktiki hallarına uyğun ifadələr kimi qəbul etməyərək” qənaətinə gəlmiş, əksinə ittihamla heç bir əlaqəsi olmayan, ibtidai istintaq zamanı deyilməyən, müdafiə tərəfinin maraqlarına uyğun olan ifadələri diqqətə alaraq xüsusi vurğulamışdır ?! Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs üzərindən metamfetamin psixotrop maddəsinin aşkar edilməsi ilə bağlı verdiyi etirafedici ifadələrinin polis əməkdaşı tərəfindən zorakılığa məruz qalması ilə əlaqələndirmişdir ki, bu da cinayət işinin ibtidai istintaqı zamanı toplanmış materiallarda qətiyyən təsdiqini tapmır. Məhkəmə nəzərdən qaçırmışdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı bir çox cinayət işləri üzrə təqsirləndirilən şəxslər məhz məhkəmə istintaqı zamanı yalandan özlərini təqsirsiz, “dünyanın ən pak adamı” kimi göstərməyə çalışaraq ibtidai istintaq zamanı hər hansı təsir altında etrafedici ifadələr verdiklərini bildirirlər. Əfsuslar olsun ki, hörmətli məhkəmə bu dəfə təqsirləndirilən Təqsirləndirilən şəxs bu kimi ifadələrinə inanaraq bəraətin əsaslarından biri kimi qəbul etmişdir. Məhkəmə müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi Təqsirləndirilən şəxs atası şahid3 Qoşunəli oğlu ilə Ağcabədi Rayon Polis Şöbəsi Cinayət- Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis Rı şahid2 arasında Təqsirləndirilən şəxs tutulandan sonra aparılmış telefon danışığını özündə əks etdirən 05 dəqiqə 30 saniyəlik səsyazısına hökmündə 3 səhifədə ardıcıl yer ayırmışdır, hansı ki, söhbətin məzmunu yalnız atanın öz oğluna müəyyən geyim əşyalarını verməsindən, bir də nə yol ilə olursa-olsun polis əməkdaşının dilindən gizli yazdığı səsdə nəyisə əldə etməkdən gedir. Məhkəmə nəzərə almamışdır ki, tutulan şəxsə yaxın-doğma insanlarının paltar gətirməsi qeyri-adi hal deyil və birmənalı olaraq bunu bəraətin əsaslarından biri kimi götürmək yanlışlıqdır. Buradan da görünür ki, məhkəmənin mövqeyi bütün istiqamətlərdə Təqsirləndirilən şəxs bəraət vermək olmuşdur. Bundan başqa tünd göy rəngin qara rəng kimi görünməsi və ya ona qara rəng kimi deyilməsi qeyri-adi deyildir, adi həyatımızda belə rahat rast gəlinir. Hesab edir ki, məhkəmə özü narkotik vasitələrin qanunsuz dövriyyəsilə bağlı şəxslərin saxlanılmasında birbaşa iştirak etmiş olsaydı, həmin vaxt saxlanılan şəxsin üzərində olan paltarlarda zədə yaranması məhkəməyə çox adi görünərdi, daha bəraətin əsaslarından biri kimi yanaşmazdı. Nədənsə məhkəmə bu məqama müdafiəçinin şəxsi maraqlarından da yanaşaraq “Lənkəran Rayon Vəkil Bürosunun vəkili müdafiəçi1 məhkəməyə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 10 (on) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir” cümləsini də hökmdə qeyd etmişdir. Gör bu hal məhkəmə üçün nə qədər önəmli olmuşdur ki, öz hökmündə xüsusi abzasda önə çəkmişdir?! Məhkəmə hökmündə Baş Narkotiklərlə Mübarizə Idarəsi əməkdaşlarının Ağcabədi rayonuna ## ##### 2025-ci il tarixdə günün hansı saatında gəlməsinə xüsusi yer ayıraraq bir-neçə səhifəsində bundan bəhs etmişdir. Hesab edir ki, məhkəmənin anlamı olmayan bu araşdırmasının təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsindən kənarda olması ilə heç bir əlaqəsi yoxdur və məhkəmənin bu araşdırması Təqsirləndirilən şəxs bəraət vermək mövqeyindən irəli gəlmişdir. Təqsirləndirilən şəxs saxlayan məhkəmə kollegiyası yanlış olaraq belə bir nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələri məhz fiziki təzyiq nəticəsində əldə edildiyindən həmin ifadələr sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası əsassız olaraq Təqsirləndirilən şəxs bu ifadələrini “psixoloji təzyiq və hədə təsiri altında verilmiş ifadə kimi" qiymətləndirmişdir. Bundan başqa məhkəmə israrla ƏN PX- nin Bakı istintaq təcridxanasında Təqsirləndirilən şəxs adına açılmış “tibbi kitabçası’’nda qeyd olunan xəsarətlərin onun məhz polislər tərəfindən saxlanılaraq Ağcabədi RPŞ-də olduğu müddətdə aldığı qənaətinə gəlmişdir, lakin, məhkəmə nəzərə almaq istəməmişdir ki, Təqsirləndirilən şəxsla bağlı çəkilmiş videoçəkilişdə hər hansı xəsarət almadığı görünməkdədir. Hökmdə Təqsirləndirilən şəxs təqsirsizliyini önə çəkmək üçün onun ifadələrinə söykənən istinadlar kifayət qədər çoxdur,baxmayaraq ki, məhkəmə hökmündə bu şərhi verir: “məhkəmə baxışının qanuni, əsaslı və ədalətli yekun qərarların çıxarılması ilə nəticələnməsi üçün məhkəmə fəaliyyətinin cinayət mühakimə icraatının əsas prinsiplərinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin digər müddəalarına uyğun olaraq təşkil olunması və həyata keçirilməsi təmin edilməlidir”. Hökmü oxuyarkən sanki elə görünür ki, məqsəd yalnız Təqsirləndirilən şəxs təqsirsizliyini önə çıxarmaq, ona bəraət verməkdir. Əfsuslar olsun ki, cinayət işi üzrə toplanmış sübutlar isə bunu demir. Bununla da məhkəmənin Təqsirləndirilən şəxsla bağlı gəldiyi nəticənin tam əksi olaraq yuxarıda göstərilənlərdən aydın olur ki, Təqsirləndirilən şəxs üzəri yoxlanılıb baxış keçirilən zaman əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd bükümdə külli miqdarda 13,855 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamış, hökm çıxararkən məhkəmə yuxarıda təhlil olunan ziddiyyətli hallara tənqidi yanaşmaq əvəzinə yalnız təqsirləndirilən şəxsin mənafeyini ifadə etmiş, onun dəlillərini təkzib edən məhkəmə istintaqında tədqiq olmuş sübutları- şahid ifadələri, baxış, götürmə protokolları, ekspertiza rəylərini müqayisəli təhlil edib onları nəzərə almamışdır. Halbuki, CPMnin 28.2-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Göründüyü kimi, məhkəmə hökm çıxararkən qanunvericiliyin, həmçinin «Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının tələblərinə uyğun olaraq işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, hökmün qanuniliyi və əsaslılığını təmin etməli olduğu halda bunu etməmiş, işin düzgün həll edilməsi və işin nəticələri üçün əhəmiyyətli olan sübutlarla bağlı mövqeyini hökmdə düzgün əks etdirməmiş, məhkəmənin gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almamış, öz hökmündə bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərməmiş, məhkəmənin müdafiə tərəfinin təqdim etdiyi “sübutlara” qabaqcadan müəyyən edilmiş üstünlük verməsi və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlməsi Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə əsassız olaraq ona bəraət verilməsinə səbəb olmuşdur. Bəraət almış şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya protestinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, istintaq orqanı tərəfindən hüquqlarını müdafiə etdiyi şəxsin təqsirsizliyini sübuta yetirən heç bir hal araşdırılmadan bu nəticəyə gəlinmişdir. Bütün bu hallar istintaq zamanı diqqətə çatdırılsa da əhəmiyyət verilməmişdir. Məhkəmə isə işi düzgün və ətraflı qərəzsiz araşdırmışdır. Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli 1(099)- ***/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs bəraət verilmiş və məhkəmə iclas zalından azadlığa buraxılmışdır. Dövlət Ittihamçısı əsassız olaraq həmin hökmdən apellyasiya protesti verərək hökmün ləğv edilməsini xahiş etmişdir. Apellyasiya Protesti əsassızdır. Belə ki, Təqsirləndirilən şəxs namaz qılmaq üçün getdiyi məsciddən qayıtdıqdan sonra atası ilə birlikdə işlətdiyi Muğan kafesinə gəlmiş və Muğan kafesinin arxasında bitişik olan olan otaqda özü üçün kompüterlə məşğul olmuşdur. Bu təxminən 14:00- 14:30 radələrinə təsadüf etmişdir. O, atasının yanına gedərkən atasının iki kişi ilə söhbət etdiyini görmüş və söhbətə qarışanda ona bildirmişlər ki, kənddə bir nəfər onlara pul borcludur və həmin kənddə tanışlarının olduğunu soruşmuşlar. Təqsirləndirilən şəxs da onara tanışlarının olduğunu bildirmiş və zəng etmək üçün telefonunu gətirməyə gedərkən onu tutaraq saxlamışlar və onu kafedən zorla çıxardaraq qara maşına mindirmişlər. Həmin vaxtıTəqsirləndirilən şəxs məxsus telefonlar, kompüter və atasına məxsus telefonlar da götürülərək kafedən həmin şəxslər tərəfindən aparılmışdır. Bundan sonra Ağcabədi Rayon Polis Şöbəsinə aparılmış, orada ona fiziki təsir göstərilmiş, həmin vaxtı Telman qeyd edir ailəsi ilə təhdid edildikdən sonra Polis əməkdaşlarının dediklərinə əməl edilmişdir. Ona qarşı edilən fiziki zorakılıq nəticəsində şalvarı cırılmışdır. Ona paltar gətirilməsi üçün atasına kimin deyə biləcəyini soruşduqda o, Ağcabədi RPŞ-nin baş əməliyyat müvəkkili Raufun atasına deyə biləcəyini bildirmişdir. Həmin vaxtdan bir müddət sonra Rauf adlı həmin əməkdaş paltarını gətirərək vermiş, paltarını dəyişdikdən sonra onu “filmə” çəkmək üçün aparmışlar. Təxminən saat axşam atlının yarısında 5 dəqiqəlik video görüntü ilə Təqsirləndirilən şəxs həyatını məhv etmişlər. Bu məhkəmə iclası zamanı öz təsdiqini tapmışdır. Belə ki, şahidlərin verdiyi ifadələrin yalan olması birmənalı təsdiqlənmişdir. Məhkəmə iclasında kifayət qədər araşdırma aparılmış və təqdim etdiyi vəsatətlər məhkəmə tərəfindən təmin edilərək, şahidlərin telefon nömrələrinin anten məlumatları, gələn-gedən zənglər barədə məlumatlar götürülmüşdür. Əlavə şahidlərin didndirilməsi təmin edilmiş və şahid ifadələri və alınan məlumatlar da onu göstərmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən günahı yoxdur. Əsassız olunaraq həbs edilmiş və ittiham olunmuşdur. Istintaq orqanı Təqsirləndirilən şəxs atası şahid3 dindirsə də onun ifadəsi üzrə bildirdiklərini araşdırmamış və ifadəsinə tənqidi yanaşaraq öz işini bitmiş hesab etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verdiyi ifadəsində göstərilən hallar bir bir araşdırılmış və istintaqın qeyri-obyektiv aparıldığı öz təsdiqini tapmışdır. Məhkəmə iclasında ifadə verən şahid7 adlı polis əməkdaşı Təqsirləndirilən şəxs ## ##### 2025-ci il tarixdə saat 18:35 radələrində küçədə hərəkət edərkən saxladıqlarını bildirmişdir. Bu ifadəni o istintaqda da vermişdir. Təqsirləndirilən şəxs və atasının yalan danışdığını onların işlədiyi Muğan Kafesinə getmədiklərini və Bakı şəhərindən günorta çıxdıqlarını və guya həmin çəkilişdən yarım saat sonra Ağcabədi rayonuna gəldiklərini bildirmişdir. Telmanı 18:35 də saxladıqdan əvvəl görməmişdir. Şalvarının rəngini isə düzgün deməmişdir. Dövlət Ittihamçısının istinad etdiyi şahid7 ifadəsinin həqiqətə uyğun olmadığı öz təsdiqini tapmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, həqiqətən şahid7 saat 14:00 radələrində Ağcabədi rayonunda olub, 14:07 radələrində Muğan Kafesinə gəlmişdir. Eyni zamanda həmin kafeyə daxil olmuşdur. Bunu alınmış anten məlumatlar və təqdim edilmiş video-görüntü ilə müəyyən etmək mümkün olmuşdur. Sonradan tərəfindən vəsatət verərək məhkəmədə iştirakı təmin edilmiş Baş Narkotiklərlə Mübarizə Idarəsinin əməkdaşı şahid6 ifadəsində bildirmişdir ki, o, da Ağcabədi rayonuna gəlmək üçün Bakı şəhərindən günorta saatlarında çıxdıqlarını bildirmiş və Ağcabədi rayonuna Telmanın saxlanmasından təxminən yarım saat əvvəl gəldiklərini bildirmişdir. Ona günorta saatlarında Muğan Kafesinə getdiyini soruşduqda ora getmədiyini və Telmanın atasını tanımadığını bildirmişdir. Telmanı yalnız saxlananda görmüşdür. Digər əməkdaş şahid5 məhkəmə iclasında daha aqressiv olaraq verilmiş suallardan yayınmağa çalışmışdır. Suallara cavab veriləndə tam aqressiv hərəkətlər etmişdir. Ona dəfələrlə sual versə də, o yalnız 18:30da baş verənlərdən danışmışdır. Həmin şəxslər kifayət qədər yalan danışmışdır. Məhkəmə iclasında onların saat 14:07 radələrində Təqsirləndirilən şəxs atasına məxsus Muğan Kafesinə gəlmələrini özündə əks etdirən video görüntü təqdim etmişdir. Bundan sonra onlar əsas da şahid5 adlı əməkdaşı məhkəməyə hörmətsizlik göstərmiş, müdafiə tərəfinin şahidinə təzyiq götərməyə başlamışdır. Ona hədə qorxu gəlmişdir. Həmin video görüntüdə dindirilən hər üç şəxsin kafe ilə üzbəüz olan yerdə saxlayır və onlardan iki nəfər Şirəli və şahid7 kafeyə gedirlər. Onların hdisə vaxtı əllərində olan sumka çiyinlərində kafeyə gedirlər. Aradan bir müddət keçmiş həmin şəxslərdən biri çöldə dayanmış Emin adlı əməkdaş maşına tərəf qaçaraq maşını kafenin qarşısına sürür və həmin vaxtı kafenin qarşısında canlanma olduğu müşahidə olunur. Açıq aydın müəyyən olunur ki, həmin vaxtı kimisə saxlayırlar və kafedən çölə çıxarırlar. Daha sonra məhkəmə tərəfindən əldə olunmuş hər 3 şəxsin anten məlumatları ilə müəyyən olunur ki, hər 3 şəxs Telman Iınanovun qeyd etdiyi 14:00 radələrində Ağcabədi şəhərində olmuşlar. Ağcabədi Rayon Icra Hakimiyyətinin Ağcabədi şəhər üzrə nümayəndəsinə təqdim edilmiş video-görüntüyə əsasən yerində həmin görüntülər tədqiq edilmiş və həmin küçədə Muğan Kafesinin, Diş həkimin kabinetinin və digər obyektlərin olduğu öz təsdqini tapmışdır. Həmin video-görüntü üzrə ekpertiza təyin edilməsi barədə vəsatəti təmin olunmasa belə, şahidlərin bildirdiyi şübhələr aradan qaldırılmadığından əsaslı olaraq Təqsirləndirilən şəxs leyhinə tədqiq olunmuşdur. Müdafiə tərəfinin şahidlərindən Təqsirləndirilən şəxs atası şahid3 məhkəmədə bildirmişdir ki, həmin şəxslər kafeyə 14:00 radələrində gəlmişlər, həmin şəxsləri məhkəmə iclasında da tanımışdır. Birinin Şirəli və digərinin isə şahid7 olduğunu onların üzünə demişdir. Telmanın kafenin içərisində saxlanmış zorla kafedən çıxarılaraq qara maşına mindirilərək kafedən aparılmışdır. şahid3 qeyd edir ki, o, oğlunun hansı əsasla saxlanmasını öyrənmək üçün Ağcabədi Rayon Polis Şöbəsinin qarşısına getmişdir. Orda xeyli gözlədikdən sonra Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşı olan xeyli vaxtdır tanıdığı şahid2 ona yaxınlaşmış və telefonuna zəng etdiyini bildirmişdir. Həsən Məmmədov telefonunu Telmanı saxlayan şəxslər tərəfindən götürüldüyünü bildirmişdir. şahid2 ona dərhal Telmana paltar gətirməsini tələb etmişdir. O da paltar gətirərək Raufa təhfil vermişdir. Bundan sonra dəfələrlə oğlu ilə maraqlansa da ona bildirmişlər ki, Şəhriyar küçəsi adlı yerdə küçəni bağlayaraq Telmanı həmin yerə aparmışlar. Orda çəkiliş aparırlar. Eyni zamanda şahid3 bildirmişdir ki, onun kafesi ilə yanyana olan olan diş həkimi kimi fəliyyət göstərən Səidin obyektində kamera görüntüləri olmuş və Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları ona zəng edərək kameranın aparatını götürərək Ağcabədi Rayon Polis Şöbəsinə aparmışlar. Bundan sonra vəsatəti əsasında dindirilən Vahid adlı şəxs də Telmanın günorta saxlandığını və Kafedə olan şəxslərin iki nəfər birinin dolu orta boylu olmasını və digərinin isə saçının ağ olmasını Telmanı kafedən çıxararaq qara maşına minidirərək apardıqlarını bildirmişdir. şahid3 ifadəsindən sonra şahid1 və Raufun dindirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə əsaslı olduğundan vəsatətləri təmin edərək həmin şəxslərin dindirilməsi üçün dəvət etmişdir. Məhkəmə iclasında ifadə verən şahid1 bidirmişdir ki, həqiqətən onun işlətdiyi klinikanın kamerası Muğan Kafesinin qarşısını çəkirdi. Təqsirləndirilən şəxs həbs olunanda orada olmamışdır. Nahar üçün evinə getmiş və evdə olarkən təxminən saat 15:00 radələrində ona polis əməkdaşları zəng edərək klinikaya gəlməsini tələb etmişdir. O, klinikaya gəldikdən sonra Polis əməkdaşları gələrək kameranın aparatını götürərək polis şöbəsinə aparmışlar. Bundan sonra məhkəmə tərəfindən şahid1 istifadəsində olan 050-704-11-11 nömrəsinə gələn və çıxan zənglər barədə məlumatlar götürülmüşdür. Anten məlumatlara baxarkən müəyyən olunmuşdur ki, şahid1 mobil nömrəsinə ##.##.2025-ci il tarixdə Ağcabədi Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi Cavid Məmmədova məxsus *** *** ** ** mobil nömərsindən saat 14:59-da zəng gəlmişdir. Göründüyü kimi şahid1 dedikləri öz təsdiqini tapmışdır. Daha sonra Ağcabədi Rayon Polis Şöbəsinin baş əməliyyat müvəkkili şahid2 dindirilərkən ifadəsində qeyd etdi ki, o Təqsirləndirilən şəxs Ağcabədi Rayon Polis Şöbəsinin karidorunda görmüşdür. Ancaq atasından paltar almadığını, paltar üçün zəng etmədiyini və arada heç bir danışıq olmadığını bildirmişdir. Bundan sonra tərəfindən iş üzrə şahidlər şahid3 və şahid2 arasında aparılan danışığın səsyazısı təqdim edilmişdir. Məhkəmə həmin səsyazını sübut kimi qəbul edərək tədqiq etmişdir. Həmin səsyazıda müəyyən olunmuşdur ki, şahid2 şahid3 saat təxminən 17:00 radələrində paltar götürmüşdür. Həmin paltarı Ağcabədi Rayon Polis Şöbəsinin rəis müavinin göstərişi ilə istədiyini qeyd etmişdir. şahid3 dəfələrlə ona bildirir ki, axı oğluna nəyə görə 17:00 radələrində paltar aparırlar. Ancaq oğlunu aparıb başqa yerdə videosunu çəkirlər. Burdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə saat 17:00-da Ağcabədi Rayon Polis Şöbəsinin binasında olmuşdur. Bu onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs həmin saxta videonun çəkildiyi yerə Ağcabədi rayon Polis Şöbəsindən aparılmışdır. Həmin yerdə olan görüntülər məhz təzyiq və təhdid əsasında çəkilmişdir. Təqsirləndirilən şəxs barəsində çəkilən “filmdə” görünür ki, Təqsirləndirilən şəxs “saxlanılarkən” üzərində kompüter yoxdur. Həmin vaxtı günorta 14 radələrində saxlanılarkən kompüteridə götürülərək Ağcabədi Rayon Polis Şöbəsinə aparılmışdır. şahid3 kompüteri geri tələb etmək üçün Prokurorluğa müraciət etmiş və bundan sonra Ağcabədi Rayon Polis Şöbəsinə dəvət edilərək kompüteri götürmək istəyərkən kompüterin rəsmi təhfil verilməsini tələb etmişdir. Lakin bunu götürməkdən imtina etmişdir. Sonrdan Ağcabədi Rayon Prokurorluğuna dəvət edilərək gedib kompüterini götürməsini bildirmişdir. Bundan sonra şahid3 çəkiliş etməklə Polis Idarəsinə getmiş və qapıdan içəri daxil olarkən əlində kompüter olmadığı görünür. Çıxanda isə kompüterin əlində olduğu görünür. Bu onu deməyə əsas verir ki, kompüter həqiqətən ##.##.2025-ci il tarixdə götürülmüşdür. Işdə olan video görüntü və səsyazısını tədqiq etdikdən bu hadisənin əvvəldən hazırlandığını açıqaşkar sezmək mümkündür. Video görüntü Ağcabədi Şəhər Icra nümayəndəliyinə göndərilmiş və bu barədə məlumat verərək qeyd etmişlər ki, ##.##.2025-ci il tarixdə baş vermiş cinayət hadisəsi ilə bağlı Təqsirləndirilən şəxs atası şahid3 tərəfindən təqdim edilmiş videogörüntülər, eləcə də tərəfindən Ağcabədi şəhəri,20 Yanvar küçəsinə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, qara rəngli avtomobilin dayandığı yer məcburi köçkünlərin məskunlaşdığı yaşayış evinin yaxınlığında yerləşir. Həmin ərazidə Emin Məmmədovun işlətdiyi “Şeyx” adlı bərbərxana, şahid3 məxsus “Muğan” kafesi, onun yanında fəaliyyət göstərən “Hədəf’ kursu, diş həkimi şahid1 icarəyə götürdüyü diş klinikası, Rauf Talıbova məxsus avtoyuma məntəqəsi, eləcə də videogörüntü kamerası vasitəsilə Muğan kafesindən 30 metr aralıda dayanan maşından düşərək sözügedən kafeyə tərəf hərəkət edən şəxsləri və qara rəngli avtomobili qeydə alan Babək Hüseynova məxsus “Nur” market və digər qeyri-yaşayış obyektləri mövcuddur. Sadalanan obyektlərin hamısı faktiki olaraq Ağcabədi şəhəri, 20 Yanvar küçəsi ərazisində yerləşir. Bu məktub bir daha videgörüntünün həqiqət olduğunu təsdiq edir. Bütün bu məlumatlar onu deməyə əsas verir ki, istintaq tam qanunsuz və əsassız aparılmışdır. Iş materialları ilə də Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması üçün hər hansı bir siibııt olmadığı təsdiq edilmişdir. Ümumiyyətlə belə bir sübut müəyyən olunmamışdır. Həyatı boyu narkotik istifadə etməyən şəxs narkotik satışı ilə məşğul olan şəxs kimi əsassız olaraq təqsirləndirilir. Ümumiyyətlə Telman kafedə saxlandığı andan ona qarşı dəfələrlə qeyri prosessual hərəkətlər edilmiş, demək olar ki, əvvəldən sona kimi qanunvericiliyin tələbi pozulmuşdur. Tərtib olunmuş əməliyyat tapşırığı belə düzgün tərtib edilməmiş və düzgün icra edilməmişdir. Heç bir halda Təqsirləndirilən şəxs narkotik vasitə gəzdirməsi və onun satışı ilə məşğul olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, o namaz qıldığı üçün Polis əməkdaşlarından xahiş etmişdir ki, narkotik vasitəyə əlini vurmasın. Onlarda razılaşmışlar. Göründüyü kimi “Təqsirləndirilən şəxs xahişini" yerinə yetirərək narkotik vasitəni cibindən özləri götürür. Belə olan halda hesab edir ki, Təqsirləndirilən şəxs əsaslı olaraq CMin 234.4.3-cü maddəsi ilə bəraət verilmişdir. Onun əməlində cinayət tərkibi yoxdur. Həqiqətən Təqsirləndirilən şəxs mehkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələr məhz fiziki təsir nəticəsinsə əldə edildiyindən hemin ifadələr sübut kimi qəbul edilə bilməzdi. Məhkəmə əsaslı olaraq bu ifadələri fiziki təsir nəticəsində əldə edilmiş ifadə kimi qiymətləndirmişdir. Şəxslərin hansı saatda Acabədi rayonuna gəlməsini özləri məhkəmədə danmış və yalan ifadələr vermişdir. Ona görə də məhkəmə əsaslı olaraq onların (Şahin, Şirəli və Emin) ifadələrəinə tənqidi yanaşmış və bunun üçün də kifayət qədər sübutlar təqdim edilmişdir. Dəfələrlə onlara suallar verilmiş və sonradan təqdim edilmiş sübutlar onların ifadələrinin yalan olması anlamına gəlinmişdir. Dövlət ittihamçısı əsassız olaraq şahid2 və şahid3 arasnda olan səsyazıya irad bildirmişdir. Halbu ki, bu səsyazını təkzib edəcək hər hansı bir sübut təqdim etmişdir. Məhkəmə iclasında da bu sözləri guya şahid3 dəflələrlə çevirməsinə görə dediyini bildirmişdir. Bu sadəcə olaraq gülünc doğuran bir irad idi. Çünki şahid2 uzun müddət xidmət etmiş polis əməkdaşı idi. Həsənin sıxmasına görə belə deməsi mümkünsüzdür. O, həmin səsyazıda həqiqəti bildirmişdir. Lakin məhkəmə iclasında dandığı üçün əsl həqiqətin sübutu olan səsyazını təqdim etmişdir. Hesab edir ki, bu səsyazısı şəxsin pozulmuş hüquqlarının bərpası üçün təqdim edilmiş səsyazı olduğundan qanunsuz sübut sayıla bilməz. Səsyazının ona məxsus olmasını şahid2 təsdiq etmişdir. Məhkəmə şəxslərin özünü təqsirsiz bilməsi ilə bağlı digər işərlə bağlı fikrini bildirir. Təqsirləndirilən şəxs məhkəmədə veriyi ifadəsində göstərdiyi bütün xüsusatlar öz təsdiqini tapmışdır. Hətta video-görüntü təqdim ediləndə ittiham tərəfinin şahidləri “şou” göstərməklə bərabər Təqsirləndirilən şəxsıın atasına da sözlə təzyiq etməyi unutmadılar. Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitədən istifadə etməmiş və bu əməldən uzaq olmuşdur. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı X1 apellyasiya protestinin dəlillərini müdafiə edib, apellyasiya protestinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında bəraət almış şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 hər biri ayrı-ayrılıqda apellyasiya protestinin təmin edilməməsini, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı təqsirləndirilən və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə təqsirləndirilən və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını təqsirləndirilən və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya protestinin əsas dəlili məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamış, hökm çıxararkən məhkəmə yuxarıda təhlil olunan ziddiyyətli hallara tənqidi yanaşmaq əvəzinə yalnız təqsirləndirilən şəxsin mənafeyini ifadə etmiş, onun dəlillərini təkzib edən məhkəmə istintaqında tədqiq olumuş sübutları- şahid ifadələri, baxış, götürmə protokolları, ekspertiza rəyləri, əməliyyat məlumatlarını müqayisəli təhlil edib onları nəzərə almadığından Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib ona həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasının təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasından ibarətdir. Məhkəmə kollegiyası apellyasiya protestini müzakirə edərək, bəraət almış şəxs və onun müdafiəçisinin, dövlət ittihamçısının çıxışlarını dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən, apellyasiya protesti təmin edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Kollegiya xüsusi olaraq vurğulayır ki, bəraət hökmünün ləğv edilərək şəxsin təqsirli bilinməsi yalnız ittiham tərəfinin təqdim etdiyi sübutların mümkünlüyü, mötəbərliyi və kifayətliliyi şübhədən kənar təsdiq edildiyi halda mümkündür. Apellyasiya protestində birinci instansiya məhkəməsinin sübutlara verdiyi qiymətlə razılaşmamaq özü-özlüyündə hökmün ləğvi üçün əsas sayıla bilməz; bunun üçün protestdə göstərilən dəlillər məhkəmənin gəldiyi nəticəni təkzib etməli və ittiham üzrə başqa ağlabatan izahı istisna etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli * nömrəli qərarının hüquqi mövqeyinə görə bu kateqoriyadan olan işlərdə cinayətin predmeti, onun miqdarı, əldə edilmə mənbəyi, saxlanılma və daşınma şəraiti, eləcə də satış məqsədinin mövcudluğu ehtimallarla deyil, qanuni yolla əldə edilmiş, bir-birini tamamlayan və məhkəmə baxışında yoxlanılmış sübutlarla müəyyən edilməlidir. Həmin hüquqi yanaşma hazırkı iş üçün ona görə mühüm əhəmiyyət daşıyır ki, ittiham yalnız şəxsin üzərindən psixotrop maddənin aşkar edilməsi faktı ilə məhdudlaşmır; ona məhz satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma ittihamı verilmişdir. Buna görə də məhkəmə yalnız maddənin aşkar edilib-edilməməsini deyil, aşkar edilmə şəraitinin prosessual qanunauyğunluğunu, saxlanılmanın real vaxtını, müdafiə hüququnun təmin edilib-edilməməsini və satış məqsədini təsdiq edən obyektiv məlumatların olub-olmamasını yoxlamalıdır. Məhkəmə kollegiyası əvvəlcə onu qeyd edir ki, dövlət ittihamçısının apellyasiya protesti mahiyyət etibarilə birinci instansiya məhkəməsinin sübutları düzgün qiymətləndirməməsi, təqsirləndirilən şəxsin müdafiə xarakterli ifadələrinə əsassız üstünlük verməsi və iş üzrə mövcud sübutların məcmusunun Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə təqsirliliyini təsdiq etməsinə baxmayaraq ona bəraət verilməsi iddiası üzərində qurulmuşdur. Buna görə də apellyasiya yoxlamasının əsas predmeti protestdə sadalanan hər bir halın ayrıca və onların məcmu halda CM-in 234.4.3-cü maddəsi üzrə təqsirin şübhədən kənar sübuta yetirilməsi üçün yetərli olub-olmamasının müəyyən edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsində işin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona verilmiş ittiham şər-böhtan xarakterlidir. Bunu cinayət işinin materiallarında olan sənədlərdən də müəyyən etmək mümkündür. Belə ki, cinayət işinin materiallarında olan sənədlərdə ## ##### 2025-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə Idarəsinin əməkdaşları tərəfindən saxlanılarkən onun əynində qara rəngli şalvar olması yazılmış, saxlanılması ilə bağlı videoçəkilişdə isə əynində qara rəngli şalvar deyil, göy rəngli şalvarın olduğu müəyyən olunmuşdur. Bu barədə müstəntiqə demişdir ki, əynindəki şalvar cırılmış və onu dəyişmişdir. Sonradan müstəntiq istintaq qurtarana yaxın əvvəl səhv müəyyən edildiyini, əslində onun əynində göy rəngli şalvar olduğunu yazmışdır. Bu ona verilmiş ittihamın böhtan olmasını təsdiq edən hallardan biridir. Mahiyyəti üzrə bildirmişdir ki, narkotik istifadəçisi deyil, narkotik satışı ilə məşğul olmamışdır. Əksinə, həmişə rayonda narkotik satışına qarşı olmuşdur, çünki, hamının balası var və heç kim öz övladının narkotik istifadə etməyəcəyindən əmin ola bilməz. Narkotik satanlara vətən xaini kimi baxmışdır. Bir insan pula görə narkotik satıb uşaqları, gəncləri məhv edirsə, deməli pula görə vətənini də sata bilər. Ağcabədi rayonunda Elmir adlı rəis müavini var, hansı ki, elə Elmirin özü narkotik satdırmaqla məşğul olmuşdur. Gümanına görə onun narkotik satışına qarşı mübarizəsi adı keçən şəxsin biznesinin qarşısını almışdır. Polislər narkotik satışının dayanmasını istəməmişlər. Narkotik satışı dayandığı halda polislər kimi tutacaq, kimdən rüşvət alacaqlar? Ona görə polislər özləri narkotiki satışa buraxmış, narkotik satışının qarşısında duranları da şərləyib həbs etmişlər. Narkotik satanları söyürmüş. Hamıya demişdir ki, narkotik satan şəxs gördükləri zaman döysünlər, söysünlər, bacarmadıqları halda ona bildirsinlər. Narkotik dövriyyəsinin qarşısını almaq vətəndaş kimi hamının borcudur. Narkotik istifadə etməmiş, sinir sisteminə, əsəbinə görə “tsiklodol” dərmanı qəbul etmiş, həmin dərmanı da atası alıb gətirmişdir. Onda güclü ağrılar, əsəb olmuş, həmin dərmanı atıb sakitləşmişdir. Hər gün hamıdan uzaqlaşıb məscidə getmiş, namaz qılıb işinə qayıtmışdır. ## ##### 2025-ci il tarixdə məscidə gedib namaz qılandan sonra idarə etdiyi avtomobillə Ağcabədi şəhəri, 20 Yanvar küçəsində yerləşən “Muğan” kafesinə gəlmişdir. Həmin kafeni atası şahid3la birlikdə işlətmiş, kafenin yanında balaca otağı olmuşdur. Məsciddən gələndən sonra həmin otaqda oturub kofe içər, kompüterində dini videolara baxarmış. Saxlanıldığı gün də qeyd etdiyi otağa girib kompüteri açmış, sonra kofe götürmək üçün kafeyə girmişdir. Kafeyə daxil olan kimi solda atası, biri ağbaş, biri də qırx-qırx beş yaşlarında, dolu bədənli olmaqla, iki kişinin oturduğunu görüb, onlarla salamlaşmışdır. Atası ondan Ağcabədi rayonunun Şənlik kəndində tanıdığı adam olub olmadığını soruşmuş, yanındakı adamların Bakıdan gəldiklərini, kiminsə onlara borcu olduğunu və sonuncunun da telefonunu söndürdüyünü demişdir. Atası “qoy görüm rəis...” deyəndə ağbaş kişi deyil, digəri ayağa qalxıb “polis lazım deyil, bu işə polisi qatmayın” demişdir. Həmin kənddə tanıdığı şəxslər olduğunu və dedikləri adamı tapıb gətirə biləcəyini bildirmişdir. Bu vaxt “banditizm, banditizm” deyib onun qollarını arxadan qandallayaraq maşına basmışlar. Bundan sonra kafenin qarşısına bir maşın da gəlib saxlamışdır. Bu hadisələr ## ##### 2025-ci il tarixdə, saat 14-15 radələrində baş vermişdir. Polislər avtomobildə yanında oturmuş, ona “sən bu nə hoqqadı rayonda eləyirsən, sən kimsən ki, borc şey eləyirsən” demişlər. Onlara borcu olan adamı tapa bilmədikləri üçün Allah xatirinə həmin adamı tapıb gətirməyi təklif etdiyini bildirmişdir. Ondan mobil telefonunun harada olduğu soruşulmuş, telefonunda “WhatsApp” proqramına daxil olub göstərməsini istəmişlər. Mobil telefonunda həmin proqramın olmadığını, kompüterində olduğunu demişdir. Bu halda kompüteri açmağını istəmişlər. Şəxsi yazışmaları olduğu üçün onun yanında kompüterini açıb nəyə istəyirlərsə, baxmalarını bildirmişdir. Kompüterində qanunsuz yazışma aşkar olunmamışdır. Bundan sonra onu Ağcabədi Rayon Polis Şöbəsinə aparmışlar. Kafedə saxlanılandan beş-altı dəqiqə sonra şöbəyə aparılmışdır. Şöbədə onu Elmir adlı polis əməkdaşının otağına qaldırıb, divanda oturtmuş və döyməyə başlamışlar. Onu, vura-vura “bu nə hoqqadı, sən niyə söz eşitmirsən, burdakıların nəyindən narazısan” demişlər. Onlardan bayraq məsələsini nəzərdə tutub tutmadıqlarını soruşmuşdur. Belə ki, bir-iki dəfə bayrağa görə dalaşmışdır ki, dövlət bayrağı baxımsız qalmasın. Ağcabədi rayonunda bayraq muzeyi və bayraq dirəyi vardır. Həmişə oradan keçəndə bayrağın aşağı olduğunu görmüşdür. Bayrağa hörmətsiz davranılmış, baxan olmamış, o da bayrağa baxılmasını tələb etmişdir. Polislər onun başına, mədə nahiyəsinə vura-vura ağızlarına gələni deməyə başlamış, narkotik satıb satmadığı barədə soruşmuşlar. Onlarda nə vətən xaini, nə də narkotik satan, əksinə atasının veteran olduğunu demişdir. Polislər Qarabağı elə onun atasının satdığını deyəndə, atası Qarabağı satsaydı, ona veteranlıq verilməzdi deyə bildirmişdir. Qasıq nahiyəsinə təpiklə, dəyənəklə ayağının altına vurmuşlar. Sənədləri imzalamasını istəsələr də, bunu etməmişdir. Polislərdən biri “bunun şalvarını çıxarın” demişdir. Bundan sonra polislər şalvarının qabağını açmış, onu ayağından göyə qaldırmışlar. Şalvarının ön hissəsi cırılmışdır. Şalvarını çıxarmaq istədikləri vaxt sənədləri imzalayacağını demişdir. Hansı ki, hər bir kişi ailəsini, özünü qorumaq üçün bunu edər. Dolu bədənli bir oğlan sənədləri gətirmiş, o da imzalamışdır. Üstünə narkotik deyil, silah qoyulmasını xahiş etmiş, polis də silah olmadığını, ancaq narkotik olduğunu demişdir. Sənədləri imzaladıqdan bir müddət sonra vəkil gəlmiş və heç nə demədən sənədləri imzalayıb getmişdir. Onun cibinə narkotik qoyaraq bildirmişlər ki, saxlanıldığı zaman üzərində narkotik olub-olmadığını soruşacaqlar, o da olduğunu, narkotik istifadə etdiyini, lakin satışı ilə məşğul olmadığını, “nəşə” çəkdiyini, üzərindən çıxmış predmeti yerdən tapdığını, lazım ola biləcəyi üçün üstündə saxladığını desin. Çəkilişə gedəndə şalvarının cırıldığını görüb, geyinməsi üçün böyük ölçülü, qara rəngli şalvar gətirmişlər. Həmin şalvar əyninə böyük olduğu üçün atasına ona şalvar gətirməsini deməyi xahiş etmişdir. Atası ilə necə əlaqə saxlaya biləcəklərini soruşanda polis şöbəsində Rauf adlı əməkdaşın olduğunu, ona desələr, atasına zəng edəcəyini bildirmişdir. Bir qədər sonra ona şalvar gətirilmiş və o, şalvarını dəyişmişdir. Allah polislərin yadından çıxartmışdır ki, saxlanılarkən əynində qara rəngli şalvarın yazıldığı sənədə imza atmış, çəkilişə isə göy rəngli şalvar ilə getmişdir. Videoçəkiliş həyata keçirilən yerə aparılmış, orada dayanmış, polislər ona yaxınlaşmış, o da çəkiliş zamanı polislərin öyrətdiyi kimi danışmışdır. Bundan sonra onu yenidən polis şöbəsinə gətirib bir az orada saxladıqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə aparmışlar. Yolda susadığı üçün əməliyyatçıların içərisində olan “ağbaş kişi” ona su vermiş, həmin suyu içəndən sonra iki-üç gün özünə gələ bilməmişdir. Sonradan məlum olmuşdur ki, suya qanından narkotik çıxması üçün nəsə qatılmışdır. Polis şöbəsində tibbi müayinədən keçirilməmiş, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində də ona baxılmamış, daha sonra Bakı Istintaq Təcridxanasına aparılmışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, əvvəlki məhkumluqları həqiqətən etdiyi əməllərə görə olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə törətdiyi əməl polislərlə, 228-ci maddə ilə məhkumluğu isə soyuq silahla bağlı olmuşdur. Bir dəfə də dörd-beş nəfər ona hücum etmiş, o da özünü müdafiə etmiş, barəsində Cinayət Məcəlləsinin 130.1-ci maddəsi ilə istintaq aparılmış və işə xitam verilmişdir. Bu hadisədən sonra özünü müdafiə üçün üzərində bıçaq gəzdirmişdir. Son vaxtlar atasına məxsus kafedə işləmişdir. “Tsiklodol” dərmanını atası ona alıb gətirmişdir. Kimsə ona borcu olan adamın gizləndiyini, onu tapıb borcunu qaytarmasını bildirməyi xahiş edəndə, Allah xatirinə kömək etmişdir. Bakıdan gələn polislərə onun tutulmasını rayon polisləri sifariş vermişlər. Gümanına görə, polislər əvvəl onu avtomobildə olanda tutmaq istəmişlər ki, maşınına narkotik qoysunlar, lakin bu baş tutmamışdır. Kafedə atası və polislərdən başqa şahid4 səsinə oxşatdığı səs eşitmişdir. Vahid onun qohumudur, həmişə atasının kafesində olmuşdur. Təcridxanada müayinə olunarkən qolunu kəsdiyi qeyd olunmuşdur. Həqiqətən də, şərləndiyi üçün özünə xəsarət yetirmişdir. Müstəntiqə ittiham olunduğu cinayəti törətmədiyini bildirmiş, müdafiəçi ilə təmin olunması məqsədilə atası ilə danışması üçün müstəntiqdən icazə istəsə də, sonuncu icazə verməmişdir. Sanksiya məhkəməsində də özünü təqsirli bilməmiş, ailəsi ilə təhdid edilib şərləndiyini bildirmişdir. Saxlanıldığı vaxt iki nəfər polis kafedə olmuş, üçdörd nəfər isə çöldən içəri daxil olmuşlar. Əməliyyatçı şahid6 kafeyə sonradan gəlmişdir. Emin onu döyüb əynindən şalvarı çıxaran şəxsdir. Polislər başına sillə vurmuş, mədəsinə, qasıq nahiyəsinə, ayağına vurmuşlar. Kafedə şahid7 yanında olan polisin şahid5 olub-olmadığını dəqiq xatırlamamış, səhv etmirsə, həmin şəxs elə Şirəlinin özü olmuş və Şirəli də ona təzyiq göstərmişdir. Polis şöbəsində də təzyiqlərə məruz qalmışdır. şahid5lə üzləşdirmədən imtina etməmiş, əksinə onunla üzləşdirilməsini tələb etmişdir. Iş materialları ilə tanış olma protokolunda müstəntiqin üzləşdirməni tam yerinə yetirmədiyini yazmışdır. “Muğan” kafesində təhlükəsizlik kameraları olmamış, kafenin yanındakı diş həkiminin obyektində kamera olmuşdur. Tutulandan sonra Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları gəlib sübut kimi istifadə olunmaması üçün həmin kameranı çıxarıb aparmışlar. Belə ki, kafedən tutulub aparılması həmin kameraya düşmüşdür. Lakin, polis əməkdaşları kafedən bir qədər uzaqda yerləşən mağazanın varlığını unutduqları üçün həmin mağazanın kamerasını çıxara bilməmişlər. Polislər hədlərini aşaraq məhkəməni aldatmağa çalışmışlar. Bakıdan gələn polislərdən ona şalvar gətirməsi üçün atası şahid3 zəng etmələrini istəmiş, onlar da atasının mobil telefonunu götürdükləri üçün zəng edə bilməyəcəklərini demişlər. Bundan sonra polis şöbəsində Rauf adlı əməkdaşın olduğunu, atası ilə əlaqə yaratması üçün ona müraciət etmələrini bildirmişdir. şahid2 onun atasına şalvar gətirməsini tapşırmış, atasıgil də dəyişək şalvarı həmin polis əməkdaşına vermişlər. Atasının gətirdiyi paltarları ona, Bakıdan gələn əməkdaşlar vermişlər. Paltarını dəyişib çıxanda şahid2 qapının qarşısında görüb, salam verib keçmişdir. Polislər onu videoçəkiliş üçün gətirəndə saat 18:30 radələri olmuşdur. Polis əməkdaşları onu kafeyə qaytarmamış, kafedən bir qədər aralıda yerləşən Şəhriyar küçəsinə aparmış və orada videoçəkiliş etmişlər. Protokolda onun hərəkətdə olarkən saat 18:30-da saxlanıldığı, bütün hərəkətlərin videoçəkilişlə qeydə alındığı yazılmış, halbuki, videoçəkilişdə hərəkətdə olmasının görünmədiyini bildirmişdir. Bu barədə müstəntiqə dedikdən sonra əməliyyatçıların səhvini düzəltmək üçün müstəntiq saxlanılma vaxtını 18:34 olaraq qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə Idarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis Rı şahid7 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılaraq əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və nəticədə Təqsirləndirilən şəxs Ağcabədi rayonu, 20 Yanvar küçəsində olduğunu öyrəndikdən sonra, ## ##### 2025-ci il tarixdə həmin ünvana getmişlər. Həmin gün saat 18:30-da əməliyyat qrupunun üzvləri ilə birlikdə qeyd edilən ünvanda olduğu zaman Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin piyada hərəkət etdiyini görüb, yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərinin videoçəkilişlə yoxlanılacağını bildirmiş və saxladıqları yerdə üzərində videoçəkilişdən istifadə etməklə yoxlama həyata keçirilmişdir. Üstünü yoxlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa, könüllü surətdə təqdim etməsini təklif etmiş, bu təklifdən sonra Telmanın əynində olan şalvarın sağ yan cibindən bir ədəd bağlamada psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş həmin metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, üzəri imzalanaraq möhürlənmiş və götürülmüşdür. Iş üzrə əhəmiyyət kəsb etdiyi üçün Təqsirləndirilən şəxs üzərindən çıxan iki ədəd mobil telefon və bir ədəd bank kartı da götürülmüş, pul isə onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş psixotrop maddənin metamfetamin olmasını, həmin kütləni Ağcabədi rayonu ərazisində bir gün əvvəl yerdən taparaq gələcəkdə lazım olması ehtimalı ilə üzərində gəzdirdiyini, narkotik vasitələrdən qurudulmuş marixuana istifadə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Ağcabədi Rayon Polis Şöbəsinə aparılmışdır. Şahid şahid7 məhkəmə iclasında cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, ona, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı ## ##### 2025-ci il tarixdə daxil olmuşdur. Əməliyyat-axtarış tədbiri ilə əlaqədar ## ##### 2025-ci il tarixdə günortadan sonra Bakıdan yola çıxmış, onunla birlikdə əməliyyat tədbirində iştirak edən polis əməkdaşına məxsus avtomobillə Ağcabədi rayonuna getmişlər. Əməliyyat tədbirinə gedərkən onda idman çantası olmamışdır. Ağcabədiyə çatanda Təqsirləndirilən şəxs dəqiq harada olacağını bilməmiş, yaşadığı ünvanı öyrənmiş və müşahidə kameraları vasitəsilə avtomobilinin hərəkət trayektoriyasını müəyyən etmişlər. Təqsirləndirilən şəxs ola biləcəyi yerlər müəyyən edilmiş, həmin bölgədə dolanaraq əməliyyat mövqeyi seçmişlər. Ağcabədi şəhəri, 20 Yanvar küçəsində yerləşən, Təqsirləndirilən şəxs atasına məxsus “Muğan” kafesi barədə məlumatı yoxdur və onun atasını tanımamışdır. ## ##### 2025-ci il tarixdə, saat 14:30-da nəinki “Muğan” kafesində, ümumiyyətlə, Ağcabədi rayonunda olmamışlar. Təqsirləndirilən şəxs atasına məxsus kafedə başqa bir şəxslə birlikdə olması, Telmanı orada görməsi kimi hallar olmamışdır. Təqsirləndirilən şəxs tutulanda onun əynində qara və ya tünd göy rəngli şalvar olmasını dəqiq xatırlamır. Təqsirləndirilən şəxs üzərində biri “Nokia”, digəri “Samsung” markalı olmaqla iki ədəd mobil telefon, cibində bir ədəd plastik bank kartı, 5 (beş) manat pul olmuşdur. Təqsirləndirilən şəxs barəsində sənədləşdirmə Ağcabədi Rayon Polis Şöbəsində aparılmış, vəkil dəvət olunmuşdur. Ibtidai istintaq zamanı Təqsirləndirilən şəxsla aralarında üzləşdirmə istintaq hərəkəti aparılmış, buna səbəb şəxs saxlanılarkən əynindəki şalvarın qara, yoxsa göy rəngli olması ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs ondan başqa şahid6lə də üzləşdirməsi olmuşdur. Yadından çıxdığı üçün Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən əynində olan şalvarın rəngini səhv demiş, sonradan şalvarın əsl rəngi yadına düşmüşdür. Əməliyyat tədbiri zamanı mobil telefonu üzərində olmuşdur. Onunla birlikdə əməliyyat tədbirində Baş Narkotiklərlə Mübarizə Idarəsinin baş əməliyyat müvəkkilləri, polis Rı şahid6 və şahid5 iştirak etmişlər. Təqsirləndirilən şəxs Bakıya gətirəndə yolda ona su vermişlər və həmin su özünün içdiyi adi sudan olmuşdur. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi məhkəmə iclas zalında nümayiş etdirilmiş videogörüntüdə görünən şəxslərdən birinin özü olmasını inkar etməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində məhkəməyə dəvət olunmuş Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə Idarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis R Rı şahid6 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməliyyat tədbiri ilə əlaqədar tanıyır. Təqsirləndirilən şəxsla bağlı əməliyyat tədbiri ilə əlaqədar ## ##### 2025-ci il tarixdə günorta radələrində Bakıdan yola çıxmışlar. Ağcabədi şəhərinə hansı avtomobildə getdiyini xatırlamamışdır. Ağcabədi şəhərində Təqsirləndirilən şəxs atasının işlətdiyi kafeyə getməmişlər. Təqsirləndirilən şəxs saxlanılıb Ağcabədi Rayon Polis Şöbəsinə aparılarkən hansısa polis əməkdaşına Telmana şalvar gətirilməsi ilə bağlı müraciət olunmasını xatırlamır. Təqsirləndirilən şəxs saxlamaq üçün axtararkən Telmanın tindən çıxması, qəfil qarşılarına gələ bilməsi kimi halların baş verməsi onlara Telman barədə videoçəkilişə ona yaxınlaşmamışdan qabaq başlamalarına mane ola bilərdi. Əməliyyat tədbirində şahid7, şahid5lə birlikdə üç nəfər olmuşlar. Təqsirləndirilən şəxs saxlayan vaxt özlərini təqdim etmiş, videoçəkilişlə üzərini yoxlamış, sonra isə onu Ağcabədi Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs ilk dəfə Ağcabədi şəhəri, 20 Yanvar küçəsində piyada hərəkət edərkən görmüşdür. Ağcabədi Rayon Polis Şöbəsində şahid2 adlı polis əməkdaşını tanımamışdır. Təqsirləndirilən şəxs ## ##### 2025-ci il tarixdə, 18:30-da saxlamış və videoçəkilişə başlamışlar. Təqsirləndirilən şəxs saxlanılması ilə videoçəkilişə başlanılmasının arasında bir-iki dəqiqə fərq olmasını xatırlamamış ola bilər. Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədi ilə ## ##### 2025 ci il tarixdə, saat 14-15 radələrində saxlanıldığını bildirmişdir. Əməliyyat məlumatı şahid7 daxil olmuşdur. Səhv etmirsə, onlar yola birlikdə çıxmışlar. Dəqiq olaraq Baş Narkotiklərlə Mübarizə Idarəsinin inzibati binasından çıxdığı vaxtı xatırlamamışdır. Ağcabədi şəhərinə çatdıqdan dərhal sonra Təqsirləndirilən şəxs saxlamamış, şəxsin axtarışı və başqa hərəkətlərlə əlaqədar yarım və ya bir saat vaxt keçmişdir. Ibtidai istintaq zamanı Təqsirləndirilən şəxsla üzləşdirməsi olmuş, sonuncu ona zorakılıq edilməsi ilə bağlı narazılıq etmiş, aralarındakı üzləşdirmə də bununla əlaqədar keçirilmişdir. Saxlanıldığı vaxt Təqsirləndirilən şəxs əynində qara rəngli cins şalvar olmuşdur. Təqsirləndirilən şəxs onlar haqqında dedikləri şər-böhtandır, vəhşi deyillər ki, vətəndaşı döysünlər. Əməliyyat tədbiri zamanı üzərində mobil telefon olub-olmamasını xatırlamamışdır. Məhkəmə iclasında ona nümayiş etdirilməklə tədqiq edilmiş videogörüntüdə olan yeri xatırlamamış, lakin videogörüntüdə görünən şəxslərdən birinin özü olmasını inkar etməmişdir. Ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, həmin ifadəsinə başqa əlavəsinin olmadığını bildirmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində məhkəməyə dəvət olunmuş Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə Idarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis R Rı şahid5 cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair göstəriş verilmiş və əməliyyat qrupu təşkil olunmuşdur. ## ##### 2025-ci il tarixdə, saat 18 radələrində şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və barəsində əməliyyat məlumatı olduğunu bildirmişlər. Şəxsin üzərində axtarış keçirilmiş və üzərindən psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs Ağcabədi Rayon Polis Şöbəsinə aparılmışdır. Şöbədə zəruri sənədləşdirmə işləri aparılandan sonra təqsirləndirilən şəxs protokolu imzalamışdır. Təqsirləndirilən şəxs atasını tanımamış, aralarında danışıq olmamışdır. Istifadəsində iyirmiyə yaxın nömrə olmuş, nömrələrini tez-tez dəyişmişdir. Əməliyyat tədbiri zamanı üzərində hansı mobil nömrənin olduğunu xatırlamamış, lakin daimi işlətdiyi nömrəni məhkəməyə bildirmişdir. Ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasının əvvəlində onu tanımadığını, sonra isə hansısa səbəbdən özünə təzyiq göstərənin o olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs siyasətçi və ya oliqarx deyil ki, onlarda əməliyyat məlumatı olmadığı halda Bakıdan durub Ağcabədiyə gedib onu tutsunlar. Əməliyyatçı olaraq əməliyyat tədbirinə gedərkən və ya əməliyyat tədbiri zamanı haradasa oturub çay içə bilərlər, lakin Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat tədbiri zamanı kafedə oturmamış, gün ərzində Ağcabədi rayonunun müxtəlif ərazilərində olmuşlar. Təqsirləndirilən şəxs saxladıqları vaxt yağış yağmamışdır. Məhkəmə iclasında ona nümayiş etdirilməklə tədqiq edilmiş videogörüntülərdə görünən şəxslərdən biri odur, lakin videogörüntüdə görünən ərazini xatırlamamış, həmin ərazinin harada yerləşdiyini bilməmiş, Ağcabədi şəhəri olmasını da inkar etməmişdir. Nümayiş etdirilmiş videogörüntülərin təqsirləndirilən şəxsə verilmiş ittihama aidiyyəti yoxdur. Təhlükəsizlik kameralarında tarix və vaxtın geri qalmış ola biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs tutan kimi videoçəkiliş etmişlər. Əməliyyat-axtarış tədbirinin metod və vasitələri barədə danışa bilməz, bircə onu deyə bilər ki, Təqsirləndirilən şəxs yaxınlaşmış, videoçəkiliş aparmış və digər qanuni tədbirlər görmüş, qeyri-qanuni heç bir hərəkət etməmişlər. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində məhkəməyə dəvət olunmuş şahid3 bildirmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs onun oğludur və onun barəsində olan cinayət işi üzrə ona ünvanlanmış sualları cavablandırmaq istəyir, ibtidai istintaq zamanı da ifadə vermişdir. ## ##### 2025-ci il tarixdə, saat 14-15 radələrində iki nəfər mülki geyimli şəxs işlətdiyi “Muğan” kafesinə gəlib çay sifariş vermişlər. Həmin şəxslər məhkəmə iclas zalında əyləşən şəxslərdən şahid5 və şahid7 olmuşlar. Ağ rəngli saçları olan arıq şəxsin, yəni, şahid7 çiynində çanta olmuşdur. Onlar kafedə qapıdan içəri girəndə sol tərəfdə yerləşən masada əyləşmişlər. Dolu bədənli şəxs, yəni şahid5 onu çağırıb kafedə işləməyini, rayon sakini olmasını soruşmuş, o da təsdiq etmişdir. Həmin şəxs Ağcabədi rayonunda Şənlik kəndinin olubolmamasını soruşanda, olduğunu bildirmişdir, belə ki, özünün ata tərəfi elə həmin kənddəndir. şahid5 həmin kənddə onlara pul borcu olan şəxsin olduğunu deyib, pulunu necə ala biləcəyini soruşmuş, o da polisdə tanışları olduğunu deyib, mobil telefonunu götürəndə, Şirəli onun əlindən telefonu alaraq polisə deməməsini istəmişdir. Bir müddət keçdikdən sonra oğlu Təqsirləndirilən şəxs kafeyə daxil olmuşdur. Belə ki, oğlu hər gün namaz qılmağa gedib kafeyə qayıtmışdır. Bu vaxt kafedə olan şəxslər içəri daxil olan şəxsin kimliyini soruşmuş, oğlu Telman olduğunu bildirmiş, polislər bəlkə oğlunun Şənlik kəndində tanışı ola biləcəyini soruşmuşlar. Təqsirləndirilən şəxs ondan həmin şəxslərin kim olduğunu, nə baş verdiyini soruşmuşdur. Həmin vaxt Telman ayaq üstə olmuşdur. Telmana kiminsə həmin şəxslərə pul borcu olduğunu, pulu alıb vermədiyini demiş, çölə çıxmaq istəyəndə həmin iki nəfərin yüyürdüyünü görmüş, dava baş verdiyini zənn etmiş, lakin sonradan üç nəfər çöldən gələn, iki nəfər də kafedə olan şəxslərin Telmanı tutduqlarını görmüş, müdaxilə etmək istəyərkən kök bədənli şəxs onun mobil telefonunu əlindən almışdır. Həmin şəxslər Telmanı maşına mindirib aparmışlar. Kafenin çölündə iki dənə qara rəngli avtomobil olmuşdur. Ağcabədi Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin rəisi Cavid adlı şəxsin avtomobilinin yaxınlıqdakı stamotoloji kabinetin qarşısında dayandığını görüb, həmin avtomobilə yaxınlaşaraq Caviddən oğlunu tutan şəxslərin kim olduqlarını, nə məsələ olduğunu soruşmuş, Cavid də cavabında həmin adamların Bakıdan gəldiklərini, məsələnin nə olduğunu bilmədiyini demişdir. Mobil telefonunun niyə götürüldüyünü soruşmuş, Cavid də telefonunun onda olduğunu bildirmişdir. Mobil telefonu bir neçə gün polis şöbəsində saxlanılmışdır. Polislər oğlunu götürüb təxminən 20 metr uzaqlaşdıqdan sonra geri qayıdıb, sonuncunun kompüter və telefonunu da götürüb getmişlər. Telmanın arxasınca Ağcabədi Rayon Polis Şöbəsinə getmiş, orada oğlunun saxlanılma səbəbini öyrənməyə çalışmış, ona araşdırma getdiyi bildirilmişdir. Bir müddət gözlədikdən sonra kafeyə qayıtmış, bu zaman saat 15:00-15:30 radələri olmuşdur. Cavid adlı polis əməkdaşının hələ də diş həkiminin kabinetinin qarşısında durduğunu görüb, səbəbini soruşmuş, sonuncu da işi olduğunu demişdir. Belə ki, işlətdiyi kafenin yanında diş həkiminin kabineti yerləşir və həmin obyektin təhlükəsizlik kamerası vardır. Polislər həmin kameranı aparmaq istəmişlər. Daha sonra polis şöbəsinə getmişdir. Şöbədə iyirmi beş ildir ki, yoldaşlıq etdiyi polis əməkdaşı, R şahid2 onun qarşısına çıxmış, ona telefonuna zəng etsə də, cavab vermədiyini demişdir. şahid2 telefonunu polislərin aldığını deyib, zənginin səbəbini soruşmuş, Rauf da Telmanın paltar istədiyini və tez paltar gətirməsini bildirmişdir. Evə gedib göy rəngli şalvar və qara rəngli, düyməli köynək götürərək polis şöbəsinə gətirib vermişdir. Şöbənin qarşısında olarkən evdən zəng gəlmiş, ona, polislərin Telmanı aparıb Şəhriyar küçəsində çəkiliş etdikləri, hər tərəfi bağladıqları deyilmişdir. Deyilən yerə getmiş, Telman və polislərin artıq orada olmadıqlarını görmüşdür. Bir qədər keçdikdən sonra diş həkimi ona, polislərin onun stomotoloji obyektinin qarşısında olan kameranın yaddaş blokunu apardıqlarını bildirmişdir. Həmin qurğu on gündən sonra geri qaytarılmışdır. Əməliyyatçılar yalan ifadə vermişlər. Telman üçün göyümtül rəngli cins şalvar və qara rəngli köynək aparmışdır. Telman tutulanda əynində qara rəngli şalvar olmuşdur. Hadisənin səhəri günü mobil telefonunun götürülməsi barədə “102” xidmətinə zəng edib məlumat vermişdir. Əməliyyatçıları məlum hadisədən əvvəl başqa yerdə görməmişdir. şahid2 ilk olaraq özü zəng etməmiş, birinci Rauf ona zəng etmiş, lakin telefonu özündə olmadığı üçün onun zənginə cavab verə bilməmişdir. Oğluna görə polis şöbəsinin qarşısında olarkən Raufla qarşılaşmışdır. Əməliyyatçılar kafeyə saat 14:15-14:20 radələrində gəlmiş və on-on beş dəqiqə oturmuşlar. Oğlu Telman namaz qıldıqdan sonra həmişə kafeyə gəlmiş, həmin gün oğlunu kafeyə çağırmamışdır. Əməliyyatçılardan dolu bədənli şəxs, yəni şahid5 onu sinəsindən itələmişdir. Cavid adlı polis əməkdaşının yanına gedib, mobil telefonunu istəmişdir. Cavid Vüsal adlı polis gəldikdən sonra mobil telefonunun qaytarılacağını demiş və Vüsal gələndən sonra telefonu ona geri verilmişdir. Oğlunun narkotiklə əlaqəsi olması barədə məlumatı olmamış, lakin əsəb problemi olduğu üçün “tsiklodol” dərmanı qəbul etdiyini bilmişdir. Həmin dərman resept əsasında, adətən veteranlara verilir. Oğlunun xəstə olduğunu bildirərək, ona həmin dərmanın verilməsini veteran tanışlarından xahiş etməklə əldə etmişdir. Oğlu sağlamlıq problemi ilə əlaqədar xxxxnda həkim tərəfindən müayinə olunmuş, lakin həkim oğluna “tsiklodol” dərmanı yazmamışdır. 2021-ci ildə oğluna Ağdam Psixiatriya Xəstəxanasında müalicə olunması üçün göndəriş verilmiş, onu müalicə etdirmək istəsə də, Telman dəli olmadığını deyib, müalicə olunmaqdan imtina etmişdir. Oğlu narkomanlarla mübarizə aparmış, ona narkomaniya ilə mübarizə aparmağı bacarmayacağını bildirmişdir. Polis ona görə oğlunu tutmuşdur. Telmana bir dəfə hücum olunmuş, onu öldürəcəklərini demişlər. Polis tərəfindən ona Telmanın narkomaniya ilə mübarizəni dayandırması üçün nəsə deyilməmişdir. Məlum hadisədən əvvəlki son dönəmlərdə özünün və ya oğlunun polislə heç bir ədavəti olmamış, lakin iyirmi beş il yoldaşlıq etdiyi polis əməkdaşı şahid2 ifadəsində yalan danışaraq, Telman saxlanılan gün polis şöbəsinin həyətində onu görmədiyini bildirmişdir. Hadisə baş verən gün kafeyə gəlmiş şəxslərdən şübhələnməmiş, hətta pullarının qaytarılması üçün onlara kömək etmək istəmişdir. Oğlu tutulandan dörd-beş gün sonra Kürdəxanıya getmiş, ilk dəfə təcridxanada onu görmüşdür. Həmin vaxt Telmanda xəsarət izi görməmişdir. Telman özünə edilən işgəncələr barədə ona danışmış, o da bununla əlaqədar müxtəlif qurumlara şikayət etmişdir. Oğlu tutulandan sonra həmin ərəfədə bununla bağlı kiməsə zəng etməmişdir. Polis şöbəsinə Telmanın qayınatası ilə getmişdir. Telmanın saat 14:30 radələrində tutulmasını bütün Ağcabədi rayon sakinləri bilmişlər. Paltarları şöbəyə gətirəndə şahid2 zəng etməmiş, sonuncu şöbənin qarşısında onu gözləmişdir. Telman tutulandan iki-üç gün sonra şahid2la arasında olan telefon danışığını qeydə almış və həmin səsyazını məhkəməyə təqdim etmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində məhkəməyə dəvət olunmuş şahid4 cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun dayısı oğludur. Anası bazarda işləyir və adətən günorta saat 13:30-13:40 radələrində bazardan çıxır, o da anasını evə aparır. Anasının evi ilə “Muğan” kafesinin arasında iyirmi-iyirmi beş metr məsafə var. ## ##### 2025-ci il tarixdə anasını bazardan götürüb aparıb evdə düşürdükdən sonra kafeyə gəlmiş, həmin vaxt artıq saat 14:00 keçmişdir. Kafedə taxtadan yığılmış və girişi pərdə ilə örtülmüş iki ədəd otağa bənzər yerlər mövcuddur. Həmin yerlərdən birində oturub çay içərkən iki nəfər kafeyə daxil olub, girişdən sol tərəfdə oturmuş və şahid3la söhbət etməyə başlamışlar. Onların nə danışdıqlarını eşitməmişdir. Daha sonra Təqsirləndirilən şəxs içəri daxil olmuş, bir qədər sonra səs-küy gəldiyini eşitmiş, əlavə üç nəfərin də çöldən içəri daxil olduqlarını və Telmanın tutulduğunu görmüşdür. Təqsirləndirilən şəxs tutan şəxslər, iki nəfər içəridə, üç nəfər çöldən gələn olmaqla, cəmi beş-altı nəfər olmuşlar. Həmin şəxslərin polis olduqlarına inanmamışdır, çünki, xidməti vəsiqə təqdim edib gəlişlərinin səbəbini izah etməmişlər. Onlardan biri şahid3 sinəsindən itələyib, əlindən mobil telefonunu almışdır. Təqsirləndirilən şəxs sürüyə-sürüyə aparmışlar. Çöldə iki dənə qara rəngli avtomobil olmuş, Telmanı həmin avtomobillərdən birinə mindirib aparmışlar. Onlar da kafedən çölə çıxmışlar. şahid3 həmin şəxslərin kim olduğunu soruşduqda, tanımadığını demişdir. Bir nəfər onlara bildirmişdir ki, sonradan gəlib Təqsirləndirilən şəxs tutanlardan birini Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşına oxşatmışdır. Təxminən on dəqiqə sonra polislər Təqsirləndirilən şəxs da avtomobildə olmaqla geri qayıtmış, kafenin yanındakı kabinetə girərək, kompüterini götürüb getmişlər. Kafeyə gələn iki nəfərdən biri ağbaş, digəri isə dolu bədənli olmuşdur. Polislərin Təqsirləndirilən şəxs vurduqlarını görməmiş, lakin onlardan biri Telmanın atasını itələmişdir. Səhhətində olan problemlərə görə Təqsirləndirilən şəxs tutan şəxslərə müdaxilə etməmiş, mobil telefon işlətmədiyindən kiməsə zəng etməmişdir. Təqsirləndirilən şəxs tutan şəxslərin heç birini tanımamışdır. şahid3 hadisədən sonra polis şöbəsinə, o isə əvvəlcə evinə, bir müddət sonra isə şöbəyə getmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs barədə soruşsalar da, məlumat əldə edə bilməmişlər. Sonra Rauf adlı polis əməkdaşı Təqsirləndirilən şəxs üçün paltar gətirilməsini istəmiş, şahid3 paltar gətirməyə getmiş, o isə çıxıb evinə getmişdir. Saat 17 radələrində şahid3 və Telmanın qayınatası paltar aparıb vermişlər. Hansı səbəbdən Təqsirləndirilən şəxs üçün paltar istənildiyini bilməmiş, sonradan eşitmişdir ki, polislər Telmana həmin paltarları geyindirib çəkiliş etmişlər. Təqsirləndirilən şəxs Ağcabədi Rayon Polis Şöbəsində saxlanıldığını bilmişlər, lakin onun saxlanılması ilə bağlı kiməsə şikayət etməmişlər. Polislər sonradan gəlib təhlükəsizlik kamerasını aparmışlar. Təqsirləndirilən şəxs tutulandan sonra onu bir daha görməmişdir. Evə qayıtdıqdan sonra anası ona demişdir ki, saat 18-19 radələrində polislər Təqsirləndirilən şəxs gətirib küçədə videoçəkiliş etmişlər. Polislərdən Təqsirləndirilən şəxs barədə soruşmuşlar, lakin soruşduqları şəxslər Telmanın niyə saxlanıldığını bilmədiklərini, onu saxlayanların Bakıdan gəldiklərini bildirmişlər. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində məhkəməyə dəvət olunmuş şahid1 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tanıyır, eyni məktəbdə oxumuşla. Iş yeri Ağcabədi şəhəri, 20 Yanvar küçəsində yerləşir və Telmangilin obyekti ilə yanbayandır. Hər gün səhər saat 10-da işə başlayır, saat 13-də nahar fasiləsinə çıxır, 14-15 radələrində isə işə geri qayıtmışdır. Hadisə günü, yəni ## ##### 2025-ci il tarixdə hava yağışlı olmuş, nahar fasiləsində evdə yatmış və saat 15 radələrində işə qayıtmışdır. Nahardan işə qayıdarkən mobil telefonuna baxanda sonu cütrəqəmli nömrələrdən zənglər gəldiyini görüb, sonuncu nömrəyə geri zəng etmiş, lakin zəngə cavab verilməmişdir. Yaxınlıqdakı tanış şəxslər Təqsirləndirilən şəxs polis tərəfindən aparıldığını bildirmişlər. Iyirmi-otuz dəqiqə keçməmiş iki nəfər serjant rütbəli polis əməkdaşı onun iş yerinə gəlib kamera görüntülərini istəmişlər. Görüntüləri istəmələrinin nə ilə bağlı olduğunu soruşduqda, ona cinayət tərkibli iş olduğunu deyib, kemeranın yaddaş qurğusunu götürüb aparmışlar. Bundan bir saat, saat yarım keçməmiş Təqsirləndirilən şəxs atası gəlib kamera görüntülərinə baxmaq istədiyini bildirdikdə, görüntülərin aparıldığını bildirmişdir. Işlədiyi tikilidə iki ədəd kamera quraşdırılmış, kameralar binanın ön tərəfinin sol və sağ künclərində yerləşmişdir. Təhlükəsizlik kameraları Telmangilin obyekti istiqamətində və əks istiqamətdə çəkiliş aparmışdır. Kamera görüntülərini istəyən xidməti geyimdə olan polis əməkdaşları Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları olmuş, lakin heç bir sənəd təqdim etməmiş və kimin tapşırığı ilə gəldiklərini deməmişlər. Polislərin gəlib yaddaş blokunu götürüb getmələri heç beş dəqiqə çəkməmişdir. Polislər gələndə saat 15:20-15:30 radələri olmuşdur. Təqribən üç-beş gündən sonra yaddaş qurğusu ona qaytarılmış, qurğunu kimlərin geri gətirdiyini xatırlamamış, lakin onların da polis əməkdaşı olduqlarını bilmişdir. Yaddaş qurğusunu geri aldıqdan sonra görüntülərin yaddaşda qalmadığını görmüşdür. Yaddaş qurğusu ona təhvil verildikdən bir gün sonra kameraları qoşmuşdur. Kameralar hazırda işlək vəziyyətdir, lakin bilmədiyi səbəbdən videogörüntülər yaddaş qurğusunda qeyd olunmur. Təqsirləndirilən şəxs hansı qaydada saxlanılıb aparılması barədə məlumatı olmamışdır. Işə gəlməmişdən təqribən yarım saat əvvəl Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən aparılmışdır. Nahardan qayıtdıqdan sonra kafedə, küçədə səs-küy eşitməmişdir. Saat 15-dən sonra 20 Yanvar küçəsinə polislərin kimisə gətirib-aparmasını görməmişdir. Şəhriyar küçəsi onun iş yerinə yaxındır və həmin küçənin girişini iş yerindən görmək mümkündür. ## ##### 2025-ci il tarixində hər iki küçənin heç birində videoçəkiliş aparılmasını görməmişdir. Stamotoloji kabinetdə tək işləmiş, nahar fasiləsində olanda iş yerində heç kim olmamışdır. Günorta saat 15:30-16:00 radələrində onun mobil nömrəsinə müxtəlif nömrələrdən zənglər bir neçə dəqiqəlik intervalla gəlmiş, yalnız axırıncı gələn cavabsız zəngə geri dönüş etmiş, digər zənglərlə maraqlanmamış, həmin nömrələri tanımamışdır. Ona zəng gələn nömrələrə baxanda, həmin nömrələrin pasiyent nömrələrinə oxşamadığını görmüşdür. Sonu 99-99 ilə bitən nömrəyə zəng vurmuş, zəngə cavab verilməmişdir. Məhkəmədə ona nümayiş etdirilmiş videogörüntüdə görünən yer Babək adlı şəxsin mağazasıdır. Videogörüntünü qeydə almış kamera “Muğan” kafesindən 40-50 metr məsafədə yerləşir və bəhs etdiyi mağazaya aiddir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində məhkəməyə dəvət olunmuş Ağcabədi Rayon Polis Şöbəsi Cinayət-Axtarı Bölməsinin baş əməliyyat müvəkkili, polis Rı şahid2 cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Ağcabədi Rayon Polis Şöbəsində Cinayət-Axtarış Bölməsinin baş əməliyyat müvəkkilidir, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və sonuncunun atası şahid3 tanıyır, sonuncu ilə aralarında yaxşı münasibət olmuşdur. Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmiş, Telmanı hansı qurumun əməkdaşlarının saxladığını bilməmişdir. Hadisə günü, tədbirdə olmuş, qayıdanda Təqsirləndirilən şəxs həmin gün tutulduğunu eşitmişdir. Ibtidai istintaq zamanı dindirilmiş, lakin ifadəsinin məzmununu xatırlamamış, onu dindirən müstəntiqin adını bilməmişdir. Təqsirləndirilən şəxs Ağcabədi Rayon Polis Şöbəsində inzibati binanın pilləkanları ilə yuxarı qalxanda görmüş, “Telman, xeyirdimi?” deyə soruşmuş, Telman da cavab vermişdir ki, “heç nə” və aralarında başqa danışıq olmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs yanında başqa bir şəxs də olmuşdur. Telmanla qarşılaşdığı vaxtı xatırlamamışdır. Təqsirləndirilən şəxsla bağlı paltar gətirilməsi və ya başqa hər hansı göstəriş verilməmiş, kimsə bu barədə nəsə deyibsə də və ya Telmanı görəndən sonra sonuncunun atasına zəng etməsini xatırlamamışdır. Ola bilsin ki, Təqsirləndirilən şəxs atasına zəng vurmuşdur, lakin bu göstəriş əsasında baş verməmiş, yəni, kimsə ona, Telmanın atasına zəng vurmağı tapşırmamışdır. Telmanın atası şahid3la münasibəti olduğundan aralarında mütəmadi telefon danışıqları olmuşdur. Təqsirləndirilən şəxs polis şöbəsində konkret olaraq hansı otaqdan çıxdığını görməmiş, Telman üçün paltar istəməmiş, Telmanın atası ona paltar verməmişdir. Paltarla bağlı şahid3la danışığı olmamış, Telmana paltar gətirilməsini görməmişdir. şahid3 mobil telefonla bağlı problemi olmuş, Həsən ondan telefonu barədə soruşmuş, o da telefonunu almadığını və görmədiyini bildirmişdir. şahid3 tez-tez ona zəng edərək mobil telefonunu istəmişdir. Təqsirləndirilən şəxs narkotik istifadə etməsi və ya satışı ilə məşğul olmasını görməmiş, bu barədə eşitməmişdir. Təqsirləndirilən şəxs başqa hüquq pozuntuları olmuşdur. Belə ki, bir dəfə avşarlarla problemi olmuş, barəsində cinayət işi açılmış, bir dəfə də yol polisləri ilə bağlı işi olmuşdur. Atası ilə dost olduğuna görə, ondan Təqsirləndirilən şəxs sakitləşdirməsini istəmişlər, Telman da onun sözünü dinləmişdir. Məhkəmədə səsləndirilmiş səsyazılarında eşidilən səs ona məxsusdur. şahid3la onun arasında telefon söhbəti olmuş, lakin paltar görməmişdir. Paltarla bağlı danışıq başqa günə aid olmuşdur. Hadisə günü onun paltarla bağlı danışığı olmamışdır. Telefon danışığı zamanı şahid3 ondan paltarların harada olduğunu, kimin göstərişi ilə istənildiyini soruşmuş, o da “mən nə bilim kim göstəriş veribdir, mən göstəriş verməmişəm” deyə cavab vermişdir. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqa Mübarizə Idarəsi Istintaq Idarəsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 cü maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (iş vərəqi 01). Baş Narkotiklərlə Mübarizə Idarəsinin ##.##.2025-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Ağcabədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqi 05). Baş Narkotiklərlə Mübarizə Idarəsinin ##.##.2025-ci il tarixli qərarı, məktubu və əmrindən görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin idarənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, bu barədə cinayət prosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa məlumat verilmişdir (iş vərəqi 06-09). Baş Narkotiklərlə Mübarizə Idarəsinin “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” və “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” ##.##.2025-ci il tarixli protokollarından görünür ki, Təqsirləndirilən şəxs aparılmış videoçəkilişlə həmin tarixdə, saat 18:30-dəqiqədə Ağcabədi şəhəri, 20 Yanvar küçəsində piyada hərəkətdə olan zaman saxlanılmış, əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bağlamada 15 qram çəkidə psixotrop maddə metamfetaminə bənzər kütlə, sol yan cibindən bir ədəd **************** nömrəli plastik bank kartı, 5 (beş) manat pul, bir ədəd “Nokia” markalı mobil telefon, bir ədəd üzərində *** ***-**-**; *** ***-**-** mobil nömrələri olan “Samsung” markalı mobil telefon aşkar edilmiş, Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin kütləni bir gün əvvəl Ağcabədi rayonu ərazisində yerdən tapdığını, gələcəkdə lazım olması ehtimalı ilə götürüb üzərində gəzdirdiyini, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini bildirmiş, aşkar edilmiş kütlə və predmetlər qablaşdırılaraq götürülmüş, pul vəsaiti isə özünə qaytarılmış, bu barədə protokollara əlavə edilmiş DVD disklərə məhkəmə iclasında baxış keçirilmişdir (iş vərəqi 10-12; 15-17). Baş Narkotiklərlə Mübarizə Idarəsi Təhqiqat Qrupunun “şübhəli şəxsin tutulması haqqında” ##.##.2025-ci il tarixli protokolundan görünür ki, saat 18:30-da azadlığı faktiki olaraq məhdudlaşdırılmış Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:15-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və yaxın qohumuna (atası şahid3, mob.tel.: *** ***- **-**) məlumat verilməsi təmin olunmuşdur (iş vərəqi 26). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */**** nömrəli, ##.##.2025-ci il tarixli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DIN zərflər üçün N7” dairəvi möhür əksi olan, “şəxsin üzərindən aşkar olunmuş kütlə... Təqsirləndirilən şəxs (imza)” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 13,855 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonra psixotrop maddə metamfetaminin 13,805 qram qalığı istintaq orqanına geri qaytarılmış və aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir (iş vərəqi 62-66). Baş Mütəşəkkil Cinayətkarlıqa Mübarizə Idarəsi Istintaq Idarəsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 82-84). Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025 ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli ## ##### 2025-ci il tarixdə, saat 18:30-dan hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 111-115). Baş Mütəşəkkil Cinayətkarlıqa Mübarizə Idarəsi Istintaq Idarəsinin “maddi sübut kimi tanınma haqqında” ##.##.2025-ci il tarixli qərarından görünür ki Təqsirləndirilən şəxs aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 13,805 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq, həmin idarənin saxlancına təhvil verilmişdir (iş vərəqi 117-118). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X4 X19 Tibbi Yoxlamanın ##.##.2025-ci il tarixli, **** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində disponser qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 145-146). Səhiyyə Nazirliyi “xxxx” X4 “maddi sübutların ekspertizasına dair” ****/K nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və tibbi mənşəli narkotik vasitə hesab edilən kannabinod və fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edilmiş, barbitur turşusu törəmələri, fenotiazin, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (iş vərəqi 148-150). Baş Mütəşəkkil Cinayətkarlıqa Mübarizə Idarəsi Istintaq Idarəsinin “təqsirləndirilən şəxsə ekspert rəyinin təqdim edilməsi və hüquqlarının izah olunması barədə” ##.##.2025 ci il tarixli protokollarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə narkoloji ekspertizanın ##.##.2025-ci il tarixli, **** nömrəli və “maddi sübutların ekspertizasına dair” ##.##.2025-ci il tarixli, ****/K nömrəli rəyləri ilə razı olmadığını, heç vaxt narkotik vasitə istifadə etmədiyini, tutularkən ona su və dərman verilməklə, narkotik istifadəçisi olmasına dair saxta rəy verilməsini bildirmişdir (iş vərəqi 159-160). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisənin ##.##.2025-ci il tarixli məktubunda ##.##.2025-ci il tarixdə həbs edilmiş Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə Bakı Istintaq Təcridxanasının rəhbərliyinə ərizə ilə müraciət edərək barəsində olan cinayət işinin qeyri-obyektiv aparılmasına etiraz əlaməti olaraq, xxxx etdiyini bildirməsi, ##.##.2025-ci il tarixdə etapla təcridxanadan “xxxx” dioqnozu ilə Müalicə Müəssisəsinin təcrid palatasına daxil olması, Müalicə Müəssisəsinin rəhbərliyinin apardığı fərditərbiyəvi, profilaktik-psixoloji söhbətlərdən nəticə çıxararaq ##.##.2025-ci il tarixdə, saat 13:00 radələrində qida qəbuluna başladığı qeyd edilmişdir (iş vərəqi 170). Baş Mütəşəkkil Cinayətkarlıqa Mübarizə Idarəsi Istintaq Idarəsinin “baxış keçirilməsi haqqında” və “cinayət işinin istintaq materiallarına əlavə edilmiş mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” ##.##.2025-ci il tarixli protokollarından görünür ki, “xxxx” MMC-dən daxil olmuş CD diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş *** ***-**-** saylı mobil nömrədən müxtəlif telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəldən olan yazışmaların sms mətnləri, eyni zamanda, istintaq materiallarına uyğun anten dairəsi məlumatları aşkar edilmiş, lakin onun mobil telefon nömrəsi ilə olan danışıqlara, habelə saxlanılarkən üzərindən aşkar olunmuş mobil telefon aparatlarına baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir (iş vərəqi 185-188). Sözügedən CD diskə məhkəmədə baxış zamanı Təqsirləndirilən şəxs məxsus *** ***- **-** saylı mobil nömrənin giriş-çıxış zəngləri və anten dairəsi məlumatlarından ##.##.2025-ci il tarixdə, saat 13:09:56, 13:09:57-də Ağcabədi rayonu, Qarabağ küçəsi, saat 19:55:24-dən 19:55:36-dək Ağcabədi rayonu ərazilərində aktiv olması müəyyən edilmişdir. “xxxx” X4 ##.##.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır (iş vərəqi 200). “xxxx” X4 ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicədə olmamış, ##.##.2025-ci il tarixdə X19 tibbi yoxlamadan keçmişdir (iş vərəqi 201). Baş Mütəşəkkil Cinayətkarlıqa Mübarizə Idarəsi Istintaq Idarəsinin ##.##.2025-ci il tarixli “üzləşdirmə” protokollarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə iş üzrə şahidlər şahid6 və şahid7 arasında ayrı-ayrılıqda üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar ifadələrində bildirdiklərini bir-birinin üzlərinə qarşı söyləmişlər (iş vərəqi 209-215). Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Əməliyyat və Statistik Informasiya Idarəsinin ##.##.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Ağcabədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ##.##.2024-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır (iş vərəqi 235-237). Baş Mütəşəkkil Cinayətkarlıqa Mübarizə Idarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə Ağcabədi şəhəri, 20 Yanvar küçəsində saxlanılarkən yanında olduğunu iddia etdiyi Vahid adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır (iş vərəqi 242). Baş Mütəşəkkil Cinayətkarlıqa Mübarizə Idarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, cinayət işi üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi barədə əlavə məlumatlar əldə edilmiş, lakin həmin metamfetaminin mənbəyinin, şəxsin özünün digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmamasının, narkotik vasitə və psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin, narkotik vasitə və psixotrop maddələrin satışı, istifadəsi ilə məşğul olmasını görə biləcək şəxsləri, eləcə də, narkotik vasitə və ya psixotrop maddələri satdığı şəxslərin əhatəsinin müəyyən edilməsi istiqamətində tədbirlər keçirilmiş, amma müsbət nəticə əldə etmək mümkün olmamışdır (iş vərəqi 243). “xxxx” X4 “canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair” ***/MEŞ nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində ##.##.2025-ci il tarixə uyğun hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir (iş vərəqi 244-246). Baş Mütəşəkkil Cinayətkarlıqa Mübarizə Idarəsi Istintaq Idarəsinin “baxış keçirilməsi haqqında” ##.##.2025-ci il tarixli protokolundan görünür ki, “xxxx” MMC-dən daxil olmuş CD diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş *** ***-**-** saylı mobil telefon nömrənin ##.##.2025-ci il tarixdə, saat 00:27-də, 01:46-da, 02:33-də, 05:33 də, 08:33-də, 11:33-də, 13:35-də, 14:33-də, 14:51-də, 17:51-də ünvan 1 ünvanda, saat 19:55-də Ağcabədi rayonu, H.Əliyev küçəsində, saat 21:01-də Kürdəmir rayonu, Sovla kəndində, saat 21:39-da Hacıqabul rayonu, Qarasu kəndində olduğu müəyyən edilmişdir. Saxlandığı saatda anten məlumatları barədə heç bir məlumat yoxdur. Istintaqla müəyyən edilmişdir ki, ünvan 1 ünvanı ilə Ağcabədi şəhəri, 20 Yanvar küçəsi bir-birinə yaxın ünvanlardır (iş vərəqi 248-249). Həmin CD diskə məhkəmə iclasında baxış keçirilərkən sözügedən mobil nömrənin giriş-çıxış zəngləri və anten dairəsi məlumatlarından ##.##.2025-ci il tarixdə, saat 11:33:24, 13:35:01, 14:33:24, 14:51:07-də Ağcabədi rayonu, S.Vurğun, ev 159, Qəhrəman marketdən 300 metr şimal-şərqə; saat 14:51:53-də Ağcabədi şəhəri, H.Əliyev küçəsi, Ağcabədi ATS; saat 17:51:53-də Ağcabədi rayonu, S.Vurğun, ev 159, Qəhrəman marketdən 300 metr şimal-şərqə; saat 19:55:12-də Ağcabədi şəhəri, H.Əliyev küçəsi, Ağcabədi ATS; saat 21:01:52-də Kürdəmir rayonu, Sovla kəndində olduğu müəyyən olunmuşdur. Baş Mütəşəkkil Cinayətkarlıqa Mübarizə Idarəsi Istintaq Idarəsinin “sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında”, “cinayət işi üzrə materialın ayrılması haqqında” ##.##.2025-ci il və “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmiş; aşkar edilmiş külli miqdarda psixotrop maddənin mənbə xüsusatına görə cinayət işinin materiallarından ayrıca icraata material ayrılmış, “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” və “təqdim olunan əşyaya baxış keçirilməsi və götürməni” özündə əks etdirən ümumilikdə, iki ədəd DVD diskin maddi sübut hesab edilməklə, cinayət işinin materiallarında saxlanılması; Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Nokia” və “Samsung” markalı mobil telefon aparatlarının onun yaxın qohumlarına və ya müdafiəçisinə qaytarılması qərara alınmışdır (iş vərəqi 254-266; 268-269; 273-274). Baş Mütəşəkkil Cinayətkarlıqa Mübarizə Idarəsi Istintaq Idarəsinin “təqsirləndirilən şəxsə ekspert rəyinin təqdim edilməsi və hüquqlarının izah olunması barədə” ##.##.2025 ci il tarixli protokolundan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizanın ##.##.2025-ci il tarixli, ***/MEŞ nömrəli rəyi ilə razı olmadığını, bədəni üzərində xəsarət ola-ola əsassız nəticəyə gəlinməsini, xəsarətlərinə heç bir həkimin baxmadığını, təkrar ekspertiza təyin edilməsini xahiş etdiyini göstərmişdir (iş vərəqi 282). Baş Prokurorluğun Xidməti Araşdırmalar Idarəsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Daxili Işlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə Idarəsinin əməkdaşları tərəfindən işgəncələrə və fiziki zorakılığa məruz qalması barədə ailə üzvləri və qohumlarının kollektiv müraciəti əsasında araşdırma aparılmış, lakin material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda məhkəmə-tibbi ekspertizasının rəyində göstərilən xəsarətlərin törənmə şəraiti ilə bağlı xüsusatın araşdırılması üçün toplanmış material həmin hissədə Baş Prokurorluğun Daxili Işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilməsi qərara alınmışdır (cild 01, i.v. 291-292). Baş Mütəşəkkil Cinayətkarlıqa Mübarizə Idarəsi Istintaq Idarəsinin “əlavə sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında” ##.##.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (iş vərəqi 295-296). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X25 30 avqust, 25 sentyabr və ## ####### 2025-ci il tarixli “Məlumat”larında göstərilmişdir ki, həmin kompleksin * saylı istintaq korpusunun 14-cü kamerasında saxlanılan özünə və digərlərinə xəsarət yetirməyə meyilli şəxs kimi profilaktiki qeydiyyata götürülmüş Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin qeyri obyektiv aparıldığını əsas gətirərək saxlanıldığı kamerada itilədiyi diş fırçasının uc hissəsi ilə sol qolunun dirsək bükümünün iç səthinə səthi xəsarət yetirmiş və ona tibb-sanitar hissəsində yardım göstərilmiş; ##.##.2025-ci il tarixdə, saat 17:30 radələrində ərizə ilə müraciət edərək eyni səbəblə xxxx etmiş, bununla əlaqədar səhhəti həkim nəzarətinə götürülmüş, ##.##.2025-ci ildə kompleks rəhbərliyi tərəfindən onunla aparılmış fərdi izahedici söhbətlərdən sonra ərizə ilə müraciət edərək qida qəbuluna başladığını bildirmişdir. Ağcabədi Rayon Poliklinikasının “xəstənin ambulator, stasionar tibbi kartasından çıxarış”dan görünür ki, Təqsirləndirilən şəxs “üzvü mənşəli şəxsiyyət pozuntusu”, X3 Dispanserinə göndərişdə isə “qapalı, kəllə beyin travması və s.” diaqnozları qoyulmuşdur. “xxxx” X4 tərəfindən Təqsirləndirilən şəxs barəsində göndərilən ##.##.2021-ci il tarixli göndərişdə, o, “psixopatiya davranışsız və s.” diaqnozu ilə Respublika Ruhi Əsəb Dispanserinə göndərilmişdir. “Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyi” “xxxx” X4 ##.##.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş xəstəlik tarixindən görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın cərrahiyyə şöbəsində ##.##.2021-ci il tarixindən ##.##.2021-ci il tarixə qədər “təpə nahiyyəsinin parçalanmış yarası, sol əlin vətərlərin kəsilməsi, barmaqların sınığı” diaqnozu ilə stasionar müalicə almışdır. Ağcabədi Rayon Polis Şöbəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə əməliyyatçılar tərəfindən saxlanılarkən həmin polis şöbəsinin X17 saxlanılmamış, bu səbəbdən tibbi müayinədən keçirilməmiş, hər hansı xəsarətin olması barədə məlumat daxil olmamış və tibbi yardım xidmətinə müraciət edilməmiş, qeyd olunan səbəblərdən barəsində polis şöbəsində hər hansı qeydiyyat aparılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı Istintaq Təcridxanasının ##.##.2025-ci il tarixli məktubu ilə daxil olmuş Tibb Baş Idarənin ****/**** nömrəli "X16"ndan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə Bakı Istintaq Təcridxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilərək tibbi kitabça açılmış, sorğu zamanı həbs olunanda xəsarət aldığını bildirmiş, bədəninə baxış keçirən zaman sağ biləyin içəri səthində 2-3 sm ölçüdə üzəri qərtməkli yara, sol dirsək büküşündə 5-6 sm ölçüdə kəsilmiş və infeksiyalaşmış yara aşkar edilmişdir. “xxxx” X4 ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın konsultativ poliklinika şöbəsinə müraciət etməmişdir. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi fləşkartdakı birinci faylda Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə Ağcabədi şəhəri, 20 Yanvar küçəsində saxlanıldığı vaxt həmin küçədə yerləşən “Nur” marketin sol tərəfi müşahidə edən kamerasının yaddaşından Təqsirləndirilən şəxs atası şahid3 tərəfindən əldə edilmiş, ##.##.2025-ci il tarixdə, saat 12:19-da qeydə alınmış 11 dəqiqə 19 saniyəlik videogörüntünün 00:04 dəqiqəsində (##.##.2025-ci il tarixdə, saat 14:07:12-də) qara rəngli “Lada” markalı avtomobilin “Muğan” kafesinin yerləşdiyi küçədə otuz metr məsafədə yolun əks tərəfində, yəni, “Nur” marketin qarşısında dayanması; 00:16-00:24 dəqiqə aralığında əməliyyatçılar şahid5 həmin avtomobilin ön sərnişin tərəfdən, şahid7 sürücünün arxasındakı qapıdan düşmələri; 00:58-ci dəqiqəsində (##.##.2025-ci il tarixdə, saat 14:08:08-də) şahid6 səki tərəfdən həmin avtomobilə yaxınlaşması; 01:46-cı dəqiqəsində (##.##.2025 ci il tarixdə, saat 14:09:24-də) şahid7 çantanı çiyninə ataraq şahid5lə birlikdə yolu “Muğan” kafesinin yerləşdiyi tərəfə keçmələri; 02:18-ci dəqiqəsində (##.##.2025-ci il tarixdə, saat 14:09:46-da) qara rəngli, “Lada” markalı avtomobilin olduğu yerdən geri verilərək 02:23 dəqiqədə (##.##.2025-ci il tarixdə, saat 14:10:12-də) saxlanılması; bundan sonra videogörüntünün 02:25 dəqiqəsindən yolun sağ tərəfini göstərən kamera görüntülərindən şahid5 və şahid7 “Muğan” kafesinin yerləşdiyi tərəfdə səki ilə hərəkət etdikləri; 03:33 dəqiqədə (##.##.2025-ci il tarixdə, saat 14:17:20-də) Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli, “Niva” markalı avtomobilin “Muğan” kafesinin qarşısına gəlməsi; 04:31 dəqiqədə (##.##.2025-ci il tarixdə, saat 14:29:35də) iki nəfər polis əməkdaşının “Muğan” kafesinin yerləşdiyi istiqamətdəki səki ilə hərəkət etmələri və 05:15 dəqiqədə (##.##.2025-ci il tarixdə, saat 14:30:37-də) onlardan birinin qaçaraq gəlib, 05:48 dəqiqədə (##.##.2025-ci il tarixdə, saat 14:30:55-də) qara rəngli, “Lada” markalı avtomobili “Muğan” kafesinin qarşısına aparıb, 05:58 dəqiqədə (##.##.2025-ci il tarixdə, saat 14:31:01-də) orada saxlaması; 06:12 dəqiqədə Ağcabədi Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin rəisi, R Cavid Məmmədovun idarə etdiyi, 06:24 dəqiqədə isə əməliyyat tədbirində iştirak edən digər qara rəngli, sedan tipli avtomobillərin (##.##.2025-ci il tarixdə, saat 14:31:38-də) Muğan” kafesinin qarşısında dayanmaları; 08:07 dəqiqədə (##.##.2025-ci il tarixdə, saat 14:34:34-də) şahid5lə şahid7 içərisindən düşdükləri qara rəngli, “Lada” markalı avtomobilin “Muğan” kafesi tərəfdən əks istiqamətə (gəldikləri istiqamətə) hərəkət etdikləri, 08:41 dəqiqədə (##.##.2025-ci il tarixdə, saat 14:34:35-də) isə yenidən “Muğan” kafesi istiqamətdə gedib dayanmaları müşahidə olunmuşdur. Videogörüntüdə həmin gün havanın yağışlı olması aydın görünmüşdür. Sözügedən fləşkartdakı ikinci faylda şahid3 birinci fayldakı məlumatları ##.##.2025-ci il tarixdə özünün hadisələrin cərəyan etdiyi Ağcabədi şəhəri, 20 Yanvar küçəsində piyada hərəkət etməklə 07:11 dəqiqəlik videogörüntü ilə qeydə aldığı müşahidə edilmişdir. Ağcabədi Rayon Icra Hakimiyyəti başçısının Şəhər Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, ##.##.2025-ci il tarixdə baş vermiş cinayət hadisəsi ilə bağlı Təqsirləndirilən şəxs atası şahid3 Qoşunəli oğlu tərəfindən təqdim edilmiş videogörüntülər, eləcə də tərəflərindən Ağcabədi şəhəri, 20 Yanvar küçəsinə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, videogörüntüdəki qara rəngli avtomobilin dayandığı yer məcburi köçkünlərin məskunlaşdığı yaşayış evinin yaxınlığında yerləşir. Həmin ərazidə Emin Məmmədovun işlətdiyi “Şeyx” adlı bərbərxana, şahid3 məxsus “Muğan” kafesi, onun yanında fəaliyyət göstərən “Hədəf” kursu, diş həkimi şahid1 icarəyə götürdüyü diş klinikası, Rauf Talıbova məxsus avtoyuma məntəqəsi, eləcə də videogörüntü kamerası vasitəsilə “Muğan” kafesindən 30 metr aralıda dayanan maşından düşərək sözügedən kafeyə tərəf hərəkət edən şəxsləri və qara rəngli avtomobili qeydə alan Babək Hüseynova məxsus “Nur” market və digər qeyri yaşayış obyektləri mövcuddur. Sadalanan obyektlərin hamısı faktiki olaraq Ağcabədi şəhəri, 20 Yanvar küçəsi ərazisində yerləşir. Ağcabədi Rayon Icra Hakimiyyəti başçısının Şəhər Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ##.##.2026-cı il tarixli arayışları, xasiyyətnaməsi və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, himayəsində ##.##.2010, ##.##.2012 və ##.##.2014-cü il təvəllüdlü iki azyaşlı və bir yekinlik yaşına çatmayan uşağı vardır və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarı əsasında “xxxx” MMC-nin 26 və ## ###### 2026-cı il, “Bakcell” və “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli məktubları ilə məhkəməyə daxil olmuş və məhkəmə iclasında tədqiq edilmiş mobil telefon nömrələrinin həmin operatorlarda qeydə alınmış anten dairəsi məlumatları, şanların coğrafi koordinatları barədə məlumatlardan: - şahid7 istifadəsində olan *** ***-**-** saylı mobil nömrənin anten dairəsi ##.##.2025ci il tarixdə, saat 15:43:09-da Ağcabədi rayonu; - şahid5 istifadəsində olan *** ***-**-** saylı mobil nömrənin anten dairəsi ##.##.2025ci il tarixdə, saat 12:43:40-da Ağcabədi rayonu, Nəcəfqulubəyli; - şahid6 istifadəsində olan *** ***-**-** saylı mobil nömrənin anten dairəsi ##.##.2025ci il tarixdə, saat 14:25:22, 15:21:31, 16:26:40, 16:45:45, 16:51:22-də Ağcabədi ATS, H.Əliyev küçəsi; 16:52:54, 17:10:24, 17:48:31-də Ağcabədi rayonu, S.Vurğun, ev 159, Qəhrəman marketdən 300 metr şimal-şərqə; 17:19:32-dən 17:41:43-dək, 17:52:50-dən 18:42:49-dək Ağcabədi ATS, H.Əliyev küçəsi; 18:52:45-dən 18:59:55-dək Ağcabədi Avtovağzal/ Ağcabədi şəhəri, Xəlfələddin küçəsi, ev 1, Köhnə Avtovağzal; 19:12:08-də Ağcabədi ATS, H.Əliyev küçəsi; 19:26:57-dən 19:44 31-dək Ağcabədi Avtovağzal/ Ağcabədi şəhəri, Xəlfələddin küçəsi, ev 1, Köhnə Avtovağzal; - şahid1 istifadəsində olan *** ***-**-** saylı mobil nömrənin anten dairəsi ##.##.2025ci il tarixdə, saat 12:58:22-dən 14:27:28-dək Ağcabədi; 14:30:53-də Ağcabədi şəhəri; 14:58:19-da Ağcabədi; 14:59:31-də Ağcabədi rayonu, Qarabağ küçəsi; 15:14:47-də Ağcabədi rayonu; 15:15:36-da Ağcabədi rayonu, Qarabağ küçəsi; 15:16:58-dən 16:39:15-dək Ağcabədi rayonu; 16:43:38-də Ağcabədi rayonu, Qarabağ küçəsi; 16:47:22-dən 18:55:45-dək Ağcabədi rayonu; 19:39:51-dən 19:40:53-dək Ağcabədi rayonu, Qarabağ küçəsi; 19:41:39-dan 21:20:51dək Ağcabədi rayonu; 21:40:43-də Ağcabədi rayonu, Qarabağ küçəsi; 22:46:39-da Ağcabədi rayonu; - şahid3 istifadəsində olan *** ***-**-** saylı mobil nömrənin anten dairəsi ##.##.2025ci il tarixdə, saat 10:55:38-də Ağcabədi rayonu; 10:59:16-dan 11:00:56-dək Ağcabədi şəhəri, M.Əzizbəyov küçəsi 86; 11:53:44-dən 12:42:52-dək Ağcabədi şəhəri, S.Vurğun küçəsi 131; 14:28:39-da Ağcabədi rayonu; 14:28:54-də Ağcabədi şəhəri, S.Vurğun küçəsi 131; ##.##.2025-ci il tarixdə, saat 10:06:33-dən 11:02:22-dək Ağcabədi rayonu, ATS; - Təqsirləndirilən şəxs istifadəsində olan *** ***-**-** saylı mobil nömrənin anten dairəsi ##.##.2025-ci il tarixdə, saat 14:20:15-də Ağcabədi; 14:28:53-də Ağcabədi rayonu, Qarabağ küçəsi; 14:49:01-də Ağcabədi; 16:24:02-də Ağcabədi rayonu; 17:18:47-də Ağcabədi; 20:55:32dən 21:01:52-dək Ağcabədi; interneti 12:21:52-dən 14:52:19-dək Ağcabədi şəhəri, S.Vurğun küçəsi 131; *** ***-**-** saylı mobil nömrənin anten dairəsi 11:33:24-dən 14:51:07-dək Ağcabədi rayonu, S.Vurğun, ev 159, Qəhrəman marketdən 300 metr şimal-şərqə; saat 14:51:53-də Ağcabədi şəhəri, H.Əliyev küçəsi, Ağcabədi ATS; saat 17:51:53-də Ağcabədi rayonu, S.Vurğun, ev 159, Qəhrəman marketdən 300 metr şimal-şərqə; saat 19:55:12-də Ağcabədi şəhəri, H.Əliyev küçəsi, Ağcabədi ATS; saat 21:01:52-də Kürdəmir rayonu, Sovla kəndi ərazilərində aktiv olmaları müəyyən edilmişdir. “xxxx” MMC-nin məktubu ilə məhkəməyə daxil olmuş və məhkəmə iclasında tədqiq edilmiş iş üzrə əlavə şahid şahid1 istifadəsində olan *** ***-**-** saylı mobil nömrənin giriş-çıxış zənglərindən ##.##.2025-ci il tarixdə Ağcabədi Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin rəisi, R X12 istifadəsində olan *** ***-**-** mobil telefon nömrəsinə saat 14:59:31-də zəng olunduğu və 20 saniyə danışıq qeydə alınmışdır. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi “Getcontact” proqramının çıxarışından görünür ki, iş üzrə əlavə şahid qismində dindirilmiş şahid1 istifadəsində olan *** ***-**-** saylı mobil nömrə ilə ##.##.2025-ci il tarixdə, saat 14:59:31-də telefon danışığı olmuş *** ***-**-** saylı mobil nömrə Ağcabədi Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin rəisi Cavid Məmmədovun adına (əlavə olaraq iki yüz adda (Cavid Məllim, X9 reisi Bagman, X8 Cab Reis, X9 Ahcabedi, X2 Reis və s.)) qeyd olunmuşdur. “xxxx” MMC-nin məktubu ilə məhkəməyə daxil olmuş və məhkəmə iclasında tədqiq edilmiş iş üzrə əlavə şahid şahid3 istifadəsində olan *** ***-**-** saylı mobil nömrənin giriş-çıxış zənglərindən həmin nömrə ilə ##.##.2025-ci il tarixdə, saat 14:28:54-də son zəng olunduğu, nömrənin bir də ##.##.2025 ci il tarixdə, saat 10:06:33-də aktiv olduğu müəyyənləşdirilmişdir. “xxxx” MMC-nin məktubu ilə məhkəməyə daxil olmuş və məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olan *** ***-**-** saylı mobil nömrənin ##.##.2025-ci il tarixli giriş-çıxış zənglərindən saat 14:51:53-dən sonra bir də saat 17:51:53-də və saat 19:55:12-də zənglərin olduğu müəyyən olunmuşdur. “xxxx”, “Bakcell” və “xxxx” MMC-dən əldə etdiyi məlumatlarda:- Ağcabədi şəhəri, 20 Yanvar küçəsinə (“Muğan” kafesinin yerləşdiyi küçə) Agcabedi; Agcebedi s. Semed Vurgun kuc 131; Agcabedi r-nu, Qarabag kucesi; Agcabedi r-nu; Agcebedi r-nu ATS;- ünvan 3 ünvanına (Ağcabədi Rayon Polis Şöbəsinin inzibati binasının yerləşdiyi küçə) Agcabedi r-nu; Agcebedi r-nu ATS; Agcabedi r-nu, Qarabag kucesi; Agcabedi; Agcebedi s. Semed Vurgun kuc 131; Agcabedi r-nu, Muganli kendi kimi anten şanlarının xidmət göstərməsi qeyd olunmuşdur. Protestin “polis əməkdaşlarının ifadələri cinayətkarlıqla mübarizə marağından irəli gəldiyi üçün əsas götürülməlidir” məzmunlu dəlili də ayrıca qiymətləndirilməlidir. Kollegiya qeyd edir ki, polis əməkdaşlarının ifadələri əvvəlcədən sübut qüvvəsindən məhrum edilə bilmədiyi kimi, yalnız xidməti statuslarına görə digər sübutlardan üstün də tutula bilməz. Bu ifadələr də CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq mənsubiyyət, mümkünlük, mötəbərlik və kifayətlilik baxımından, xüsusilə də iş üzrə obyektiv texniki məlumatlarla müqayisədə qiymətləndirilməlidir. Hazırkı işdə əməliyyat əməkdaşlarının saxlanılma vaxtı, Ağcabədi rayonuna gəlmə saatı, Təqsirləndirilən şəxs ilk dəfə harada və hansı şəraitdə görülməsi, habelə paltarının rəngi və dəyişdirilməsi ilə bağlı ifadələri telefon anten məlumatları, müdafiə tərəfinin təqdim etdiyi görüntülər, şahid3la şahid2 arasında danışıq və digər sübutlarla tam uzlaşmır. Belə ziddiyyətlər aradan qaldırılmadığı halda, həmin ifadələrin ittihamın yeganə və ya həlledici əsası kimi qəbul edilməsi təqsirsizlik prezumpsiyası ilə uyğun olmazdı. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, satış məqsədi cinayət tərkibinin subyektiv əlaməti olmaqla, yalnız aşkar edilmiş maddənin miqdarına istinadən birbaşa olaraq müəyyən edilə bilməz. Satış məqsədini təsdiq edən alıcı ilə əlaqə, satışa dair yazışma, elektron iz, pul vəsaiti dövriyyəsi, qablaşdırma xüsusiyyəti, tərəzi və ya digər yardımçı vasitələr, müşahidə və ya nəzarətli alış kimi obyektiv sübutlar mövcud olmadıqda, şəxsin CM-in 234.4.3cü maddəsi ilə təqsirli bilinməsi ehtimala əsaslanmış olar. Dövlət ittihamçısı apellyasiya protestində məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, yəni ona CM-in 234.4.3-cü maddəsi ilə əsassız bəraət verilməsini iddia edərək tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının apellyasiya protesti ilə əlaqədar Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya protestinin dəlillərini, dövlət ittihamçısının çıxışını, müdafiə tərəfinin etirazlarını və birinci instansiya məhkəməsinin hökmündə göstərilmiş əsaslandırmaları yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv qiymətləndirmiş, gəldiyi nəticələr işin faktiki halları ilə uzlaşmış, bəraət hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, ittihamın mahiyyəti Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 13,855 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımaq istəyərkən saxlanılması barədə mülahizəyə əsaslanır. Lakin iş materiallarının təhlili göstərir ki, ittihamın əsasını təşkil edən bu versiyanın hər bir elementi sübut edilməli olduğu halda, həmin elementlərin heç biri mötəbər və bir-biri ilə uzlaşan sübutlarla təsdiq olunmamışdır. Belə ki, protestdə ilkin etirafedici ifadələrin sübut kimi qəbul edilməli olduğu göstərilsə də, məhkəmə kollegiyası hesab edir ki, bu ifadələrin öz-özlüyündə ittiham hökmü üçün kifayət sayılması mümkün deyildir. Cinayət mühakimə icraatında şəxsin özünə qarşı verdiyi ifadə digər sübutlarla təsdiqlənməli, həmin ifadənin verilmə şəraiti, müdafiə hüququnun təmin edilməsi və ifadənin könüllülüyü ayrıca yoxlanılmalıdır. Iş üzrə isə Təqsirləndirilən şəxs məhkəmədə həmin ifadələri fiziki və psixoloji təsir altında verdiyini bildirmiş, bu iddia təkcə müdafiə xarakterli ümumi bəyanat olaraq qalmamış, saxlanılma vaxtı, saxlanılma yeri, geyim əşyaları və sonrakı tibbi qeydlərlə bağlı ziddiyyətlərlə birlikdə qiymətləndirilmişdir. Faktiki saxlanılma vaxtı barədə birinci instansiya məhkəməsinin əsaslandığı mühüm hal ondan ibarətdir ki, rəsmi protokollarda Təqsirləndirilən şəxs saat 18:30-da piyada hərəkətdə olarkən saxlanılması göstərilsə də, məhkəmə istintaqında tədqiq edilmiş məlumatlar onun daha əvvəl, saat 14-15 radələrində “Muğan” kafesi ətrafında saxlanılması versiyasını tamamilə istisna etməmişdir. Əməliyyat əməkdaşlarının həmin gün Ağcabədi şəhərində olmaları ilə bağlı anten dairəsi məlumatları, “Nur” marketin müşahidə kameralarına istinadlar, eləcə də təqsirləndirilən şəxsin və şahid şahid3 ifadələri məhkəmənin bu istiqamətdə şübhə yaranması barədə nəticəsini əsaslı göstərir. Protest həmin ziddiyyətləri aradan qaldırmır, yalnız protokollarda yazılmış vaxtın doğru olduğunu təkrar edir. Müdafiə hüququ və qanunsuz sərəncamda saxlama barədə kollegiya bildirir ki, əgər şəxs faktiki olaraq saat 14-15 radələrində saxlanılmış, lakin rəsmi sənədləşmə yalnız saat 18:30-dan sonra aparılmışdırsa, bu hal şəxsin bir neçə saat hüquqi statusu müəyyən edilmədən, müdafiəçi təmin olunmadan və prosessual təminatlar tətbiq edilmədən əməliyyat əməkdaşlarının sərəncamında saxlanılması ehtimalını yaradır. Belə ehtimal aradan qaldırılmadan həmin müddətdən sonra alınmış izahatların və aparılmış üzərinə baxışın nəticələrinin şübhəsiz sübut kimi qəbul edilməsi mümkün deyildir. Üzərinə baxış protokolu və videoçəkiliş barədə məsələyə gəldikdə isə, protestdə videoçəkilişin ittihamı təsdiq etdiyi bildirilir. Lakin birinci instansiya məhkəməsi əsaslı olaraq göstərmişdir ki, videoçəkilişdə bütün hərəkətlərin protokolda göstərildiyi kimi əks olunması, şəxsin həqiqətən piyada hərəkətdə olarkən saxlanılması, üzərinə baxışın başlama anı və aparılma ardıcıllığı aydın şəkildə təsdiqini tapmır. Videoçəkiliş aparılması özlüyündə sübutun mötəbərliyini birbaşa təmin etmir; video yalnız prosessual hərəkətin başlanğıcından sonunadək fasiləsiz və real gedişini əks etdirdikdə protokolun düzgünlüyünü gücləndirə bilər. Bu işdə isə protokol, video və müdafiə tərəfinin göstərdiyi faktlar arasında aradan qaldırılmamış ziddiyyət qalır. Geyim əşyalarının dəyişməsi barədə qeyd edilməlidir ki, ittiham versiyasına görə psixotrop maddə Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən aşkar edilmişdir. Belə olan halda həmin geyim əşyasının saxlanılma anından üzərinə baxışa qədər dəyişdirilibdəyişdirilməməsi iş üzrə mühüm əhəmiyyət daşıyır. şahid3 şahid2 vasitəsilə geyim gətirməsi barədə ifadəsi, telefon danışığına istinadlar, protokolda “qara rəngli şalvar”, videoçəkilişdə isə göy rəngli şalvarın görünməsi barədə məhkəmə qiymətləndirməsi ittihamın predmetin məhz təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi hissəsində şübhə yaratmışdır. Protestdə bu hal “adi rəng fərqi” kimi təqdim edilsə də, narkotik vasitənin məhz həmin geyimin cibindən aşkar edilməsi iddia olunduğundan, bu ziddiyyət formal hesab edilə bilməz. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, şahid2la şahid3 arasında olan telefon danışığı məsələsində diqqəti danışığın öz məzmunundan daha çox onun sübut etdiyi fakta yönəltmək lazımdır. Dövlət ittihamçısı protestdə bu sübutu kiçiltməyə çalışır və bildirir ki, söhbət sadəcə paltar gətirilməsindən gedir. Halbuki birinci instansiya məhkəməsi həmin səsyazını paltar gətirilməsi faktını sübut etmək üçün deyil, ittiham versiyasının daxili ardıcıllığını yoxlamaq üçün qiymətləndirmişdir. Kollegiya paltarın rəngi ilə bağlı ziddiyyəti formal uyğunsuzluq kimi deyil, saxlanılma və üzərinə baxışın real ardıcıllığını yoxlamağa imkan verən mühüm göstərici kimi qiymətləndirir. Əgər sənədlərdə şəxsin saxlanılarkən bir paltarda olması, videoçəkilişdə isə başqa paltarda görünməsi müəyyən edilirsə, bu hal onun saxlanılma anından videoçəkiliş aparılan ana qədər polis nəzarətində olub-olmaması məsələsinin araşdırılmasını zəruri edir. Bu zərurət xüsusilə ona görə artır ki, iş üzrə anten məlumatları əməliyyat əməkdaşlarının və digər şəxslərin rəsmi versiyada göstərilən vaxtdan xeyli əvvəl Ağcabədi rayonu ərazisində olduqlarını göstərir. Həmin məlumatlar birbaşa təqsirsizliyi sübut etməsə də, ittiham versiyasının ardıcıllığını şübhə altına alan obyektiv xarakterli məlumatdır və bu şübhə ittiham tərəfinin üzərinə düşən sübutetmə yükü ilə aradan qaldırılmalı idi. Belə ki, iş materiallarından görünür ki, ittiham tərəfinin versiyasına əsasən Təqsirləndirilən şəxs ## ##### 2025-ci il tarixdə saat 18:30-da saxlanılmış, üzərinə baxış keçirilmiş və bundan sonra prosessual hərəkətlər aparılmışdır. Müdafiə tərəfi isə əksinə, onun günün birinci yarısında saxlanıldığını, bir neçə saat polis əməkdaşlarının nəzarəti altında saxlanıldıqdan sonra sonradan videoçəkiliş aparılan yerə gətirildiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şahid3la şahid2 arasında baş vermiş telefon danışığı bu mübahisənin həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki həmin danışıqdan görünür ki, Təqsirləndirilən şəxs üçün paltar gətirilməsi məsələsi artıq polis orqanında müzakirə olunmuş, bu barədə onun yaxınlarına məlumat verilmişdir. Bu hal özlüyündə təqsirsizliyi sübut etməsə də, müdafiə tərəfinin Təqsirləndirilən şəxs əməliyyat sənədlərində göstərilən vaxtdan xeyli əvvəl polis əməkdaşlarının faktiki nəzarəti altında olması barədə irəli sürdüyü versiyanın yoxlanılması baxımından əhəmiyyətli sübut kimi çıxış edir. Kollegiya dövlət ittihamçısının protestində göstərilən “saxlanılmış şəxsə paltar gətirilməsinin adi hal olması” arqumenti ilə razılaşır. Həqiqətən də saxlanılmış şəxsə sonradan geyim əşyalarının çatdırılması qeyri-adi hal hesab edilə bilməz. Lakin birinci instansiya məhkəməsi də həmin səsyazını paltar gətirilməsi faktının qeyri-adiliyi kimi deyil, iş üzrə digər sübutlarla birlikdə qiymətləndirmişdir. Başqa sözlə, sözügedən səsyazı təcrid olunmuş şəkildə deyil, Təqsirləndirilən şəxs, şahid3, şahid4 ifadələri, saxlanılmanın vaxtı ilə bağlı yaranmış ziddiyyətlər, mobil operator məlumatları və digər sübutlarla qarşılıqlı əlaqədə araşdırılmışdır. Cinayət-prosessual qanunvericiliyin tələbinə görə də hər bir sübut ayrıca deyil, digər sübutlarla məcmu şəkildə qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sözügedən telefon danışığına qabaqcadan müəyyən edilmiş sübut qüvvəsi verməmiş, onu yalnız iş üzrə yaranmış ziddiyyətlərin araşdırılması baxımından qiymətləndirmişdir. Həmin qiymətləndirmə iş materiallarına uyğun olmaqla məntiqi və əsaslıdır. Bu səbəbdən dövlət ittihamçısının telefon danışığının məhkəmə tərəfindən əsassız olaraq ön plana çıxarılması barədə protest dəlili məhkəmə kollegiyası tərəfindən əsaslı hesab edilmir. Əksinə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin sübutu digər sübutlarla birlikdə araşdırmaqla işin faktiki hallarının müəyyən edilməsinə yönəlmiş düzgün prosessual yanaşma nümayiş etdirmişdir Xəsarət və fiziki təsir iddiası barədə də kollegiya bildirir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs fiziki təsir iddiasını yalnız onun sözlərinə əsasən qəbul etməmiş, məhkəmə-tibbi ekspertiza rəyi, həbs qətimkan tədbiri seçilərkən verilmiş ifadə, istintaq təcridxanasına qəbul edilərkən tibbi kitabçada qeyd olunmuş xəsarət izləri və xidməti araşdırma materiallarında istinad edilən, lakin iş materiallarında mövcudluğu müəyyən edilməyən tibbi rəy barədə halları birlikdə təhlil etmişdir. Protest bu ziddiyyətlərin hər birinə ayrıca cavab vermir və yalnız “təqsirləndirilən şəxslər məhkəmədə adətən belə iddialar irəli sürürlər” məzmunlu ümumi mülahizə ilə kifayətlənir. Belə ümumi yanaşma konkret iş üzrə sübutetmə standartını əvəz edə bilməz. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istər məhkəmə baxışı zamanı, istərsə də müdafiə tərəfinin təqdim etdiyi sübutlarda saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən fiziki və psixoloji təsirlərə məruz qaldığını bildirmişdir. Iş materiallarında mövcud olan tibbi sənədlərdən, o cümlədən penitensiar müəssisədə aparılmış tibbi qeydlərdən görünür ki, Təqsirləndirilən şəxs bədənində müxtəlif xarakterli xəsarətlər qeydə alınmışdır. Kollegiya qeyd edir ki, həmin xəsarətlərin konkret olaraq hansı şəraitdə və hansı şəxs tərəfindən yetirilməsi iş üzrə tam dəqiqliklə müəyyən edilməmişdir. Lakin birinci instansiya məhkəməsi də hökmündə xəsarətlərin birmənalı olaraq polis əməkdaşları tərəfindən yetirildiyi nəticəsinə gəlməmişdir. Məhkəmə həmin halları iş üzrə digər sübutlarla birlikdə qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, saxlanılma şəraiti və sonrakı prosessual hərəkətlər barədə müdafiə tərəfinin irəli sürdüyü versiyanı tamamilə əsassız hesab etməyə imkan verən vəziyyət mövcud deyildir. Dövlət ittihamçısı protestində videomateriallarda Təqsirləndirilən şəxs görünən xəsarətlərinin müşahidə edilmədiyini göstərmişdir. Kollegiya hesab edir ki, həmin hal özüözlüyündə xəsarətlərin mövcud olmamasını təsdiq etmir. Bir tərəfdən videomaterialların görüntü keyfiyyəti və çəkiliş rakursları insan bədənində olan bütün xəsarətlərin aşkar edilməsinə imkan vermir, digər tərəfdən isə iş materiallarında mövcud tibbi sənədlər belə xəsarətlərin müəyyən edilməsini təsdiq edir. Bu səbəbdən yalnız videomateriallara istinad etməklə tibbi sənədlərin sübutedici əhəmiyyətinin tamamilə aradan qaldırılması mümkün deyildir. Kollegiya eyni zamanda qeyd edir ki, iş üzrə əsas məsələ xəsarətlərin özünün mövcudluğu deyil, həmin halın Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələrin könüllü xarakter daşıyıb-daşımaması ilə əlaqəsidir. Cinayətprosessual qanunvericiliyin tələblərinə görə şəxsin öz əleyhinə verdiyi ifadənin sübut kimi qəbul edilməsi üçün həmin ifadənin sərbəst iradə ilə verilməsi və onun əldə edilmə şəraitinin şübhə doğurmaması zəruridir. Iş üzrə müəyyən edilmiş hallar, o cümlədən saxlanılmanın faktiki vaxtı ilə bağlı yaranmış ziddiyyətlər, təqsirləndirilən şəxsin xəsarətlər barədə ardıcıl izahatları və tibbi sənədlərdə əks olunmuş məlumatlar birgə qiymətləndirildikdə birinci instansiya məhkəməsinin həmin ifadələrin etibarlılığına tənqidi yanaşması əsassız hesab edilə bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi xəsarətlərlə bağlı halları ayrıca götürülmüş sübut kimi deyil, iş üzrə digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirmiş, həmin halları ittiham sübutlarının mötəbərliyinin yoxlanılması baxımından nəzərə almışdır. Belə olan halda dövlət ittihamçısının xəsarətlərlə bağlı protest dəlilləri hökmün qanuniliyini və əsaslılığını şübhə altına almaq üçün kifayət etmir və birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticələrin səhv olmasını təsdiq etmir. Məhkəmə kollegiyası dövlət ittihamçısının Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu etirafedici ifadələrin birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq sübut kimi qəbul edilməməsi barədə protest dəlillərini araşdıraraq həmin mövqe ilə razılaşmır. Cinayət-prosessual qanunvericiliyin mənasına görə təqsirləndirilən şəxsin özünü təqsirli bilməsi və ya öz əleyhinə ifadə verməsi ittihamın birmənalı surətdə sübuta yetirilməsi demək deyildir. Belə ifadələr yalnız onların könüllü verilməsi, əldə olunma şəraitinin qanuniliyi və iş üzrə digər sübutlarla təsdiq olunması hallarında sübut əhəmiyyəti kəsb edə bilər. Iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrində üzərindən aşkar olunmuş psixotrop maddənin ona məxsus olduğunu bildirsə də, sonradan həm ibtidai istintaq mərhələsində, həm də məhkəmə baxışı zamanı həmin ifadələri təzyiq və təsir altında verdiyini göstərmişdir. Kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsin sonradan ifadəsindən imtina etməsi və ya onu dəyişməsi özlüyündə ilkin ifadənin sübut kimi qəbul edilməməsi üçün əsas təşkil etmir. Lakin belə hallarda məhkəmə həmin ifadələrin əldə olunma şəraitini xüsusilə diqqətlə araşdırmağa borcludur. Birinci instansiya məhkəməsi də məhz bunu etmişdir. Hökmün məzmunundan görünür ki, məhkəmə etirafedici ifadələri ayrıca deyil, onların əldə olunma şəraiti ilə birlikdə qiymətləndirmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs faktiki saxlanılma vaxtı ilə əməliyyat sənədlərində göstərilən saxlanılma vaxtı arasında ciddi uyğunsuzluqlar mövcuddur. Eyni zamanda iş üzrə toplanmış sübutlar onun müəyyən müddət ərzində rəsmi prosessual status rəsmiləşdirilmədən polis əməkdaşlarının nəzarətində olması barədə irəli sürülmüş iddianı tam şəkildə təkzib etmir. Bundan əlavə, iş materiallarında mövcud olan tibbi sənədlər, müdafiə tərəfinin təqdim etdiyi sübutlar və digər hallar da birinci instansiya məhkəməsi tərəfindən həmin ifadələrin könüllülüyünün qiymətləndirilməsi zamanı nəzərə alınmışdır. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə yalnız Təqsirləndirilən şəxs sonrakı bəyanatlarına deyil, məhz ifadələrin əldə olunma şəraiti ilə bağlı müəyyən edilmiş obyektiv hallara əsaslanmışdır. Dövlət ittihamçısı protestində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı işlər üzrə təqsirləndirilən şəxslərin sonradan ifadələrindən imtina etmələrinin geniş yayılmış hal olduğunu göstərmişdir. Kollegiya hesab edir ki, belə ümumi mülahizələr konkret cinayət işi üzrə müəyyən edilmiş halların qiymətləndirilməsini əvəz edə bilməz. Hər bir cinayət işi üzrə ifadələrin sübut qüvvəsi həmin işin konkret faktiki halları əsasında müəyyən edilməlidir. Məhkəmə əvvəlcədən formalaşdırılmış ehtimallara deyil, yalnız tədqiq olunmuş sübutlara əsaslanmalıdır. Digər tərəfdən, kollegiya qeyd edir ki, etirafedici ifadə cinayət prosesində xüsusi sübut növü olmaqla belə, onun sübutedici qüvvəsi mütləq xarakter daşımır. Şəxsin özünü təqsirli bilməsi yalnız digər mötəbər və bir-birini tamamlayan sübutlarla təsdiq edildiyi hallarda ittiham hökmünün əsasına qoyula bilər. Hazırkı iş üzrə isə birinci instansiya məhkəməsi etirafedici ifadələrin əldə olunma şəraiti ilə bağlı əsaslı şübhələrin mövcudluğunu, saxlanılmanın faktiki vaxtı və ardıcıllığı barədə müəyyən edilmiş ziddiyyətləri, habelə ittiham sübutlarının etibarlılığına təsir edən digər halları nəzərə alaraq həmin ifadələri təqsirliliyin etibarlı sübutu kimi qəbul etməmişdir. Kollegiya hesab edir ki, bu qiymətləndirmə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olmaqla iş materialları ilə təsdiq edilir. Buna görə də dövlət ittihamçısının etirafedici ifadələrin hökmün əsasına qoyulmaması ilə bağlı protest dəlilləri əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi həmin ifadələrin əldə olunma şəraitini və digər sübutlarla uzlaşmasını qiymətləndirməklə düzgün nəticəyə gəlmişdir. Polis əməkdaşlarının ifadələri barədə kollegiya onu qeyd edir ki, polis əməkdaşlarının ifadələri qanunla əvvəlcədən sübut kimi istisna edilmir. Lakin həmin ifadələr iş üzrə digər obyektiv sübutlarla, o cümlədən video, anten məlumatları, tibbi sənədlər, protokollar və şahid ifadələri ilə müqayisəli şəkildə qiymətləndirilməlidir. Məhkəmənin polis əməkdaşlarının ifadələrini digər ziddiyyətli sübutlarla tutuşdurması qanuna zidd deyil. Əksinə, CPM-in 145-ci maddəsinin mahiyyəti məhkəmənin hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, bütün sübutları isə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların sübut olunması üçün kifayətliliyi baxımından qiymətləndirməsini tələb edir. Bundan başqa protestdə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsini bildirməsi onun narkotik vasitələrlə bağlı olmasının sübutu kimi təqdim edilir. Lakin şəxsin narkotik istifadəçisi olması onun konkret ittiham üzrə satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması və daşımasını birmənalı sübut etmir. CM-in 234.4.3-cü maddəsi üzrə məsuliyyət üçün təkcə maddənin mövcudluğu deyil, həm də onun satış məqsədi ilə qanunsuz dövriyyəyə yönəlmiş əmələ aid olması sübuta yetirilməlidir. Işdə alıcı, satış razılaşması, pul dövriyyəsi, qablaşdırma sxemi, elektron yazışma və ya satış məqsədini birbaşa təsdiq edən digər müstəqil sübutlar mötəbər şəkildə ortaya qoyulmamışdır. Ekspert rəylərinə gəldikdə isə kollegiya qeyd edir ki, ekspert rəyləri götürülmüş maddənin növünü, çəkisini və bioloji nümunələrdə müəyyən maddələrin aşkar olunmasını təsdiq edə bilər. Lakin ekspert rəyləri maddənin qanuni və prosessual qaydada məhz Təqsirləndirilən şəxs üzərindən aşkar edilməsini, onun həmin maddəni hansı məqsədlə əldə edib saxlamasını və üzərinə baxışın qanuniliyini öz-özlüyündə sübut etmir. Buna görə də ekspert rəylərinin mövcudluğu üzərinə baxışın aparılma şəraiti ilə bağlı şübhələri aradan qaldırmır. Məhkəmə kollegiyası dövlət ittihamçısının protestində müşahidə kameraları və onların yaddaş qurğuları ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsassız olması barədə dəlilləri də araşdıraraq həmin arqumentlərlə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, müdafiə tərəfi ardıcıl olaraq Təqsirləndirilən şəxs ittiham tərəfinin göstərdiyi vaxtda və şəraitdə deyil, daha əvvəl “Muğan” kafesində saxlanıldığını bildirmiş, həmin halın ərazidə quraşdırılmış müşahidə kameralarının görüntüləri ilə yoxlanılmasının mümkün olduğunu göstərmişdir. Birinci instansiya məhkəməsi həmin xüsusatın iş üçün əhəmiyyətini nəzərə alaraq müşahidə kameraları, onların yaddaş qurğuları və həmin görüntülərin əldə olunması ilə bağlı məsələləri ətraflı araşdırmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, hadisə ilə bağlı əhəmiyyət kəsb edə biləcək bəzi müşahidə kameralarının yaddaş qurğuları polis əməkdaşları tərəfindən götürülmüş, sonradan isə geri qaytarılmışdır. Eyni zamanda həmin görüntülərin tam həcmdə qorunub saxlanılması, onların cinayət işinə əlavə olunması və ya araşdırma zamanı istifadə edilməsi məsələləri üzrə tam aydınlıq əldə edilməmişdir. Kollegiya hesab edir ki, bu hal özlüyündə ittihamın saxtalaşdırılması nəticəsinə gəlməyə əsas verməsə də, müdafiə tərəfinin irəli sürdüyü versiyanın yoxlanılması imkanlarına birbaşa təsir göstərən mühüm prosessual hal kimi qiymətləndirilməlidir. Cinayət prosesində ittiham tərəfi yalnız öz versiyasını təsdiq edən sübutları toplamaqla kifayətlənməməli, eyni zamanda həmin versiyanı təkzib edə biləcək halların da obyektiv araşdırılmasını təmin etməlidir. Iş üzrə hadisələrin real ardıcıllığını müəyyən etməyə imkan verə biləcək videomaterialların əldə olunması və qorunması məsələsində yaranmış qeyri-müəyyənliklər isə bu baxımdan nəzərə alınmalı olan mühüm hallardır. Dövlət ittihamçısı protestində həmin məsələlərin Təqsirləndirilən şəxs təqsirliliyi ilə birbaşa bağlı olmadığını göstərsə də, kollegiya bu mövqeni dəstəkləmir. Belə ki, ittihamın əsasını təşkil edən hadisələrin hansı vaxtda və hansı şəraitdə baş verməsi məhz videomateriallar vasitəsilə obyektiv şəkildə müəyyən edilə biləcək hallar sırasında olmuşdur. Buna görə də həmin görüntülərin əldə olunması, saxlanılması və araşdırılması ilə bağlı yaranmış sualların iş üzrə sübutların mötəbərliyinin qiymətləndirilməsinə təsir göstərməsi təbiidir. Birinci instansiya məhkəməsi də həmin halları Təqsirləndirilən şəxs təqsirsizliyinin birbaşa sübutu kimi deyil, ittiham tərəfinin təqdim etdiyi hadisələr ardıcıllığının düzgünlüyünü şübhə altına alan amillərdən biri kimi qiymətləndirmişdir. Kollegiya hesab edir ki, bu yanaşma CPM-in 143 və 145-ci maddələrinin tələblərinə uyğundur. Çünki sübutların qiymətləndirilməsi zamanı təkcə mövcud sübutların məzmunu deyil, həm də işin halları barədə obyektiv məlumat verə biləcək sübutların əldə olunması və qorunması vəziyyəti də nəzərə alınmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müşahidə kameraları və yaddaş qurğuları ilə bağlı halları sübutların ümumi məcmusunun tərkib hissəsi kimi qiymətləndirməkdə haqlı olmuş, dövlət ittihamçısının həmin xüsusatlarla bağlı protest dəlilləri isə hökmün ləğv edilməsinə əsas vermir. Bundan başqa protestdə bir sıra hallarda birinci instansiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşmamaq ifadə olunsa da, hökmün ləğvi üçün zəruri olan səviyyədə yeni, mötəbər və aradan qaldırılmamış şübhələri istisna edən dəlil göstərilmir. Protestin əsas hissəsi ittiham sübutlarının yenidən sadalanmasından və məhkəmənin həmin sübutlara verdiyi tənqidi qiymətləndirmə ilə razılaşmamaqdan ibarətdir. Halbuki apellyasiya məhkəməsi üçün həlledici məsələ sübutların say çoxluğu deyil, onların qanuni yolla əldə edilməsi, daxili uyğunluğu, obyektiv təsdiqi və ittihamı ağlabatan şübhədən kənar sübut etməsidir. Beləliklə, ittiham tərəfinin təqdim etdiyi sübutlar bir-biri ilə uzlaşan, ardıcıl və əsaslı şübhədən kənar nəticəyə gəlməyə imkan verən sübutlar sistemi yaratmır. Əksinə, həmin sübutlar arasında mövcud olan ziddiyyətlər, prosessual pozuntular, obyektiv məlumatlarla təkzib olunan hallar və müdafiə tərəfinin irəli sürdüyü dəlillərin təkzib edilməməsi şəraitində təqsirləndirilən şəxsin CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi barədə nəticəyə gəlmək hüquqi cəhətdən mümkün deyildir Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Beləliklə də, məhkəmə tədqiq edilmiş sübutlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, ziddiyyətli sübutlar ittihamın əsasını təşkil edə bilməz və ittihamda olan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestində sadalanan dəlillərin heç biri ayrıca götürüldükdə birbaşa təqsiri təsdiq etmir, onların məcmusu isə yalnız ehtimalı gücləndirən, lakin şübhəni aradan qaldırmayan məlumatlar toplusu səviyyəsində qalır. Cinayət mühakimə icraatında isə şəxsin təqsirli bilinməsi üçün ehtimal, fərziyyə və ya yüksək güman deyil, mötəbər, bir-biri ilə uzlaşan və başqa ağlabatan izahı istisna edən sübutlar məcmusu tələb olunur. Hazırkı iş üzrə isə narkotik vasitənin məhz Təqsirləndirilən şəxs məxsus olması və satış məqsədli qanunsuz dövriyyənin tərkib hissəsi kimi daşıdığını təsdiq edən birbaşa və qəti sübutlar əldə edilmədiyindən, mövcud şübhələrin onun ziyanına şərh edilməsi yolverilməzdir. Belə ki, həmin ziddiyyətlərə münasibətdə birinci instansiya məhkəməsi ətraflı qiymət vermiş və göstərmişdir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamları təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. X14 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa Insan Hüquqları Məhkəməsi “Telfner Avstriyaya qarşı” (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo Ispaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə ##.##.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə ##.##.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə ##.##.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə ##.##.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli qərarının 38-ci bəndinə əsasən, təqsirləndirilən şəxsə qarşı cinayət qanununun müxtəlif maddələri ilə nəzərdə tutulmuş bir neçə cinayəti törətməsi barədə ittiham irəli sürülmüşsə və məhkəmə baxışında bu cinayətlərdən bəzilərinə görə ittiham sübuta yetirilmirsə, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin müəyyən cinayətləri törətməkdə təqsirli hesab olunmasına, başqa cinayətlərə görə irəli sürülmüş ittiham üzrə ona bəraət verilməli olmasına dair qənaətinin motivlərini göstərir, hökmün nəticəvi hissəsində isə təqsirləndirilən şəxsin cinayət qanunun müvafiq maddələri ilə təqsirli bilinməsi, digər maddələr üzrə ona bəraət verilməsi göstərilir. Şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri əsaslandırıcı hissəsində göstərir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1 və 350.2-ci maddələrinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş materiallarında olan sübutların Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmədiyinə əsaslanaraq, iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2, 42.1.4 və 42.2-ci maddələrini rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsi qənaətinə gəlməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi sübutları ayrı-ayrılıqda və məcmu halda qiymətləndirərkən iş üzrə müəyyən edilmiş hallara düzgün hüquqi yanaşmış, aradan qaldırılması mümkün olmayan şübhələri təqsirləndirilən şəxsin ziyanına deyil, xeyrinə həll etmiş və CPM-in 42.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq bəraət hökmü çıxarmışdır. Dövlət ittihamçısının apellyasiya protestində göstərilən dəlillər isə həmin hökmün ləğvi üçün kifayət edən yeni və ya əvvəlki qiymətləndirməni sarsıdan səviyyədə sübut məcmusu ortaya qoymadığından protest təmin edilə bilməz. Odur ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya protestinin təmin edilmədən saxlanılması barədə bəraət almış şəxsin və onun müdafiəçisinin çıxışını dinləyib və apellyasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə baxışında Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Apellyasiya protesti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-173/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-173/2026
11.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver