Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-174/2026 17.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), X5 və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X1, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2, müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil müdafiəçi2, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1, müdafiəçisi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229.2.1-ci maddəsi ilə bəraət verilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4-cü maddələri ilə məhkum edilməsi, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229.1, 29,120.2.1, 29,120.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi2 və məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü (hakimlər X2 (sədrlik edən), X3 və X6 ibarət tərkibdə) ilə ##.##.1992-ci ildə Masallı rayonu Qasımlı kəndində doğulmuş, Аzərbaycan Respublikasının vətəndaşı, оrta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Masallı rayonu Qasımlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2 cinayətin törədilməsinə aidiyyətinin olmamasına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməsi, onun Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ##### 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ##.##.1998-ci ildə Masallı rayonu Qasımlı kəndində doğulmuş, Аzərbaycan Respublikasının vətəndaşı, оrta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, Masallı rayonu Qasımlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229.1, 29,120.2.1, 29,120.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona Cinayət Məcəlləsinin 229.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4-cü maddələri ilə 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ##### 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması barədə yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARI Verilmiş ittihama görə, təqsirləndirilən şəxs2 2024-cü ilin fevral ayının əvvəllərində aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Masallı rayonu Şıxlar kənd sakını Zərərçəkmiş şəxs Abdulali oğlunun bıçaqla vuraraq ona ağır xəsarət yetirdiyinə görə sonuncunu öldürməklə qısas almaq qərarına gəlib, hamkandlisi və dostu təqsirləndirilən şəxs1 Arnf oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək niyyətını həyata keçirmək üçün ## ##### 2024-cü il tarixdə təqsirləndirilən şəxs1la birlikdə Bakı şəhərindən yaşadığı Masallı rayonu Qasımlı kəndinə gəlmiş, ## ##### 2024-cü il tarixdə təqsirləndirilən şəxs1la birlikdə günorta suatlarında yaşadığı evdə spirtli içki qəbul edərək sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs öldürmək məqsədilə təqsirləndirilən şəxs1 məxsus 16 kalibrli olmaqla, "TOZ- B" modelli, patronluğunun uzunluğu 70 mm olan, xarıcı çaxmaqlı keçmiş SSRİ-də 1964-cü ildə Tula silah zavodu-da istehsal edilmış "****** nömrəli hamar (yivsız) qoşa-lüləli ov tüfəngi olan, lakin təqsirləndirilən şəxs1 tərəfindən konstruktiv dəyişikliklə məruz qalaraq sonradan lolasi kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdıelmış ilkın təyinatı dəyişdirilmiş tüfəng kəsiyi olan odlu silah hesab edilən saz vəziyyətdə, hər iki üləsindən atəş açmaq üçün yararlı olan va üzərində odlu ov tüfənglərində döyüş sürsatı kımı istifadə edilmək üçün nəzərdə tutulmuş 2 ədəd 16 kalibirli patronu olan tüfəngi götürərək gördüyü yerdə Zərərçəkmiş şəxs öldülrmək məqsədi ilə özünə məxsus olan "HONDA INSIGHT markalı, **-FF- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, təqsirləndirilən şəxs1 isə cinayəti törətməkdə istifadə edəcəyı atəşə hazır vəziyyətdə olan odlu ov silahını idman çantasında gizlədərək avtomobilin sol arxa sarmışın oturacağında əyləşmış, o Masallı-Yeddioymaq avtomobil yolu ilə hərəkətdə olarkən həmin gün saat 18 radələrində Zərərçəkmiş şəxs yaşadığı Masallı rayon Şıxlar kəndində olan evin yaxınlığında azyaşlı qızı şahid9 ilə yolun kənarı ilə getdiyinı görüb şüurlu şəkildə açılacaq atəş nəticəsində başqa şəxslərin hayatı üçün təhlükə yarada biləcəyinə əhəmiyyət verməyib şahid9 gözü qarşısında, öz cinayətkar myyətini davam etdirib müstəsna dərəcədə qəddarlıq göstərərək, xüsusi amansızlıq nümayış etdirməklə təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs tərəf atəş açıb sonuncunu öldürə bilməsinə şərait yaratmaq üçün avtomobili Zərərçəkmiş şəxs üzərinə sürmüş, təqsirləndirilən şəxs1 isə öz növbəsində avtomobilin arxa sol pəncərəsindən qanunsuz olaraq hazırladığı odlu silah hesab olunan həmin 16 kalibrli olmaqla. "TOZ-B" modelli, ov tüfəngini çıxarıb xüsusi amansızlıq və ümumi təhlükəli üsulla qəsdən öldürmək məqsədi ilə Zərərçəkmiş şəxs tərəl bir dəfə atəş açmış, o açılan atəşin Zərərçəkmiş şəxs dəymədiyini və sonuncunun qaçdığını gördükdə niyyətını başa çatdırmaq üçün avtomobili aks istiqamətə doğru sürmüş, təqsirləndirilən şəxs1 isə öz növbəsində ıkıncı dəfə atəş açıb vuraraq Zərərçəkmiş şəxs belin sağ yarısının odlu silah, qırma yaralanması ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xəsarəti yetirmiş, lakin təqsirləndirilən şəxs1 təkrar atəş açmaq üçün patronu olmadığından, habelə Zərərçəkmiş şəxs qaçaraq yaşadığı evin həyətinə girdiyindən və oraya gəlmiş şəxslərin köməyi ilə xəstəxanaya çatdırılaraq göstərilən ixtisaslı tibbi yardım nəticəsində həyatı xilas edildiyindən, öz iradələrindən asılı olmayan səbəblərdən niyyətını başa çatdıra bilməyib. Zərərçəkmiş şəxs Abdulali oğlunu qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silahdan istifadə etməklə xüsusi amansızlıq və Ümumi təhlükəli üsula qəsdən öldürməyə, yəni qəsdən həyatdın məhrum etməyə cəhd etmişdir Məhkəmənin hökmünə görə, təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2024-cü ilin fevral ayının əvvəllərində aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Masallı rayonu Şıxlar kənd sakini Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs2 bıçaqla vuraraq ona ağır xəsarət yetirdiyinə görə sonuncunu öldürməklə ondan qisas almaq qərarına gəlib, niyətlərini həyata keçirmək üçün ## ##### 2024-cü il tarixdə birlikdə Bakı şəhərindən yaşadıqları Masallı rayonu Qasımlı kəndinə gəlmiş, ## ##### 2024-cü il tarixdə birlikdə günorta saatlarında yaşadığı evdə spirtli içki qəbul edərək sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs öldürmək məqsədilə təqsirləndirilən şəxs1 məxsus 16 kalibrli olmaqla, “TOZ-B” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı keçmiş SSRİ-də 1964-cü ildə “Tula silah zavodu”-da istehsal edilmiş “135046” nömrəli hamar (yivsiz) qoşa-lüləli ov tüfəngi olan, lakin təqsirləndirilən şəxs1 tərəfindən konstruktiv dəyişikliklə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırlmış ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyi olan odlu silah hesab edilən saz vəziyyətdə, hər iki lüləsindən atəş açmaq üçün yararlı olan və üzərində odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş 2 ədəd 16 kalibirli patronu olan tüfəngi götürərək, gördükləri yerdə Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə təqsirləndirilən şəxs2 özünə məxsus olan “Honda İnsight” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, təqsirləndirilən şəxs1 isə cinayəti törətməkdə istifadə edəcəkləri atəşə hazır vəziyyətdə olan odlu ov silahını idman çantasında gizlədərək avtomobilin sol arxa sərnişin oturacağında əyləşmiş, təqsirləndirilən şəxs2 Masallı-Yeddioymaq avtomobil yolu ilə hərəkətdə olarkən həmin gün saat 18 radələrində Zərərçəkmiş şəxs yaşadığı Masallı rayon Şıxlar kəndində olan evin yaxınlığında yolun kənarı ilə getdiyini görüb şüurlu şəkildə açılacaq atəş nəticəsində başqa şəxslərin həyatı üçün təhlükə yarada biləcəyinə əhəmiyyət verməyib öz cinayətkar niyətlərini davam etdirib təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs tərəf atəş açıb sonuncunu öldürə bilməsinə şərait yaratmaq üçün avtomobili Zərərçəkmiş şəxs üzərinə sürmüş, təqsirləndirilən şəxs1 isə öz növbəsində avtomobilin arxa sol pəncərəsindən qanunsuz olaraq hazırladığı odlu silah hesab olunan həmin 16 kalibrli olmaqla, “TOZ-B” modelli, ov tüfəngini çıxarıb ümumi təhlükəli üsulla qəsdən öldürmək məqsədi ilə Zərərçəkmiş şəxs tərəf bir dəfə atəş açmış, təqsirləndirilən şəxs2 açılan atəşin Zərərçəkmiş şəxs dəymədiyini və sonuncunun qaçdığını gördükdə niyətlərini başa çatdırmaq üçün avtomobili əks istiqamətə doğru sürmüş, təqsirləndirilən şəxs1 isə öz növbəsində ikinci dəfə atəş açıb vuraraq Zərərçəkmiş şəxs belin sağ yarısının odlu silah, qırma yaralanması ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xəsarəti yetirmiş, lakin təkrar atəş açmaq üçün patronu olmadığından, habelə Zərərçəkmiş şəxs qaçaraq yaşadığı evin həyətinə girdiyindən və oraya gəlmiş şəxslərin köməyi ilə xəstəxanaya çatdırılaraq göstərilən ixtisaslı tibbi yardım nəticəsində həyatı xilas edildiyindən, öz iradələrindən asılı olmayan səbəblərdən niyətlərini başa çatdıra bilməyib, Zərərçəkmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silahdan istifadə etməklə ümumi təhlükəli üsulla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişlər. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin hökmündən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı, hökmünün təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4-cü maddələri ilə təqsirli bilinməsi hissəsində ləğv edilməsini və onun barəsində AR Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4-cü maddələri ilə bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Müdafiəçi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun, Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq normalarına istinad etməklə, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin hökmü təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4-cü maddələri ilə təqsirli bilinməsi hissəsində maddi və prosessual cinayət hüquq normalarının tələblərinin olduqca kobud şəkildə pozulması ilə çıxarıldığından əsaslı hesab edilə bilməz və bu səbəbdən də hökm həmin hissədə ləğv edilərək təqsirləndirilən şəxs2 barəsində bəraət hökmü çıxarılmalıdır. Çünki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin, şahidlərin və təqsirləndirilən şəxslərin ifadələri ilə müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs2 əməlində ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4-cü maddələrinin tərkibi mövcud deyildir. Məhkəmə mübahisələndirilən hökmdə müdafiə tərəfinin sübutlarını düzgün qiymətləndirməməklə ittiham tərəfinə münasibətdə ittiham aktını hökmə köçürtməklə təqsirləndirilən şəxs2 münasibətdə ədalət mühakimə icraatının mahiyyətinə daban-dabana zidd olan mövqe sərgiləməklə onun barəsində ittiham hökmü çıxartmışdır. Məhkəmə kollegiyası mübahisələndirilən hökmdə mövcud olan sübutlar məcmusunun obyektiv və ədalətli yekun qərar qəbul olunması üçün kifayət etmədiyini və həmin sübutların mötəbər olmadığını nəzərə almadan daxili inamını əsas götürərək qiymət verməmişdir. Hökmdə mövcud olan sübutlar biri digəri ilə ziddiyət təşkil etməsinə baxmayaraq və həmin ziddiyətlər ibtidai istintaq orqanı tərəfindən aradan qaldırılmadığı halda belə həmin ziddiyətləri aradan qaldırmadan yekun məhkəmə aktı qəbul etmişdir. Hansı ki, qeyd olunan ziddiyətlər olduqca əsaslı şübhələrlə müşaiyət olunur və belə olan halda məhkəmə o ziddiyətləri aradan qaldıra bilmədiyi üçün həmin şübhələr təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 xeyrinə həll olunmalı idi. Məhkəmə hökmünə nəzər yetirəndə aydın olur ki, ifadələri arasında ziddiyət təşkil edən şahid, zərərçəkmiş və təqsirləndirilən şəxslər məhkəmə istintaqı zamanı üzləşdirilməmiş, ibtidai istintaq zamanı üzləşdirilmələri ilə bağlı hökmdə hər hansı qeyd aparılmamışdır. Vaxt məhdudiyyəti ilə bağlı cinayət işi ilə tam ətraflı tanış olmadığı üçün üzləşmə istintaq hərəkətinin aparılıb-aparılmamasını dəqiq deyə bilmir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxslər hadisəni törədərkən sərxoş olmuşlar. Təqsirləndirilən şəxslər isə bildirirlər ki, hadisə baş verən gün hərəsinə 1 butulka pivə içmişlər, lakin sərxoş olmamışlar. Əslində 1 butulka pivə yetkinlik yaşına çatmış şəxsi sərxoş vəziyyətə sala bilməz. Nəzərə alsaq ki, təqsirləndirilən şəxslərin sərxoş olmaları ilə şahidlər və zərərçəkmiş ifadələri, həmçinin bu halı təsdiq edəcək sərxoşluğun müayinəsi aktı mövcud deyildir, məhkəmənin qəti olaraq təqsirləndirilən şəxslərin hadisə törədərkən sərxoş olmaları ilə bağlı qeyd etməsi o anlama gəlir ki, məhkəmə cinayət işi üzrə hərtərəfli və obyektiv araşdırma aparmaq fikrində olmamışdır. Bundan başqa öldürməyə cəhd edilməsi bitmiş cinayətdə olduğu kimi cinayət tərkibinin bütün əlamətlərini özündə ehtiva etməlidir. Bu cür xarakterik cinayətlərdə cinayət qanunvericiliyin tələbi, həmçinin məhkəmə təcrübəsi ondan ibarətdir ki, öldürməyə cəhd real olmalı və mötəbər sübutlarla təsdiq olunmalıdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirir ki, o Şamxalın maşınını gördükdə əl eləmiş, hadisə vaxtı Ravinlə arasında 5-6 metr məsafə olmuşdur. Zərərçəkmiş heç bir təhlükə hiss eləmədiyi üçün Şamxalın maşınını gördükdə ona əl etmişdir. Əgər təqsirləndirilən şəxslər həqiqətən də Zərərçəkmiş şəxs öldürmək istəmişlərsə sonuncunun maşını saxlaması ilə bağlı əl etməsindən istifadə edərək ani olaraq gözləmədiyi halda onun bir neçə addımlığına yaxınlaşıb, tüfəngdən atəş açmaqla öldürə bilərdilər. Zərərçəkmişin özünün deməsi ki, hadisə vaxtı Ravinlə aralarında 5-6 metr məsafə olması bir daha təsdiq edir ki, təqsirləndirilən şəxslərin zərərçəkmişi öldürmək fikri olmamışdır. Əgər Ravinin belə fikri olsaydı öldürmək istədiyi Zərərçəkmiş şəxsla aralarında 5-6 metr məsafə olduğu zaman üçüncü şəxslərin də ona müqavimət göstərmədiyi halda zərərçəkmişi öldürə bilərdi. Zərərçəkmişin bu hissədə ifadəsi təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 o ifadəsi ilə üst-üstə düşür ki, birinci dəfə o, göyə atəş açmışdır, ikinci atəşi isə açanda Hikmət qaçıb həyətə girmişdir, Hikməti vura biləcəyi ilə qorxutmaq məqsədilə atəş açıdığı yerlə onun evinin arasında 60-70 metr məsafə olmuşdur. Hadisə zamanı hadisə yeri ilə zərərçəkmişin evinin arasında 60-70 metr məsafə olması da onu göstərir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 istəsəydi zərərçəkmiş evinə qaçana qədər onu öldürərdi. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ifadəsində diqqət yetiriləsi məqamlardan biri də odur ki, o Hikmətə atəş açarkən Şamxal bunu gözləmədiyi üçün avtomobilin sükanı onun əlindən çıxmış, az qala divara dəyəcəkmiş. Bu isə o deməkdir ki, təqsirləndirilən şəxs1 zərərçəkmişə atəş açmasını təqsirləndirilən şəxs2 gözləmirmiş. təqsirləndirilən şəxs1 ifadəsinin əvvəlində bildirir ki, birinci atəş zamanı Hikmət dayanmış, ikincini isə onun ayağının altına atmışdır. Lakin sonradan ifadəsində bildirir ki, birinci güllənin dəyib-dəymədiyini bilmir, belə ki, o vuran kimi Hikmət qaçmışdır, birinci gülləni atanda Hikmət qaçaraq evə girmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs1 ifadəsindəki bu uyğunsuzluğu da aradan qaldırmamışdır. Bundan başqa, zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində qızı Zəhranın hadisə vaxtı onun yanında olmadığını bildirmiş, zərərçəkmişin arvadı X4 isə ifadəsində bildirmişdir ki, hadisə vaxtı uşaq atasının yanında olmuşdur. Uşağın hadisə vaxtı atasının yanında olmasını nə zərərçəkmiş özü, nə də ki, hadisənin digər iştirakçıları bildirmir. Məhkəmədə, yaxud ibtidai istintaqda dindirilməsi bəlli olmayan 5 yaşlı və nitq qabiliyyəti məhdud olan şahid şahid9 ifadəsinə hökmdə sübut kimi istinad edilməsi də müdafiə tərəfindən başa düşülən deyildir. Təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsi öldürmək istəməmələrini təsdiq edən hallardan biri də odur ki, ikinci atəş nəticəsində qırmalardan birinin zərərçəkmiş şəxsin bel nahiyəsinə xəsarət yetirməsidir. Öldürmək istəyən şəxs imkanı olduğu halda (hansı ki, belə bir imkan olmuşdur) zərərçəkmişin baş, yaxud da ürək nahiyəsinə atəş açmalı idi. Cinayət işinin faktiki hallarına nəzər yetirəndə məlum olur ki, hadisənin iştirakçıları zərərçəkmiş şəxs, iki nəfər təqsirləndirilən şəxslər və şahidlər X17 və şahid şahid12dur. Zərərçəkmiş ifadəsində təqsirləndirilən şəxslərin onu öldürmək fikrində olduqlarını göstərməmiş, hadisənin bilavasitə iştirakçısı olan Təhmasib Bəxtiyarov, həmçinin hadisəni kənardan görən şahid şahid12 da təqsirləndirilən şəxslərin zərərçəkmişi öldürmək niyyətinin olmasını, daha doğrusu zərərçəkmişi öldürəcəyləri bağlı fikirlər səsləndirməsi, həmçinin real hərəkətlər etmələləri və zərərçəkmişin yanında uşaq olması ilə bağlı ifadə verməmişlər, həmçinin təqsirləndirilən şəxslər də zərərçəkmişi öldürmək istəmələri ilə bağlı ifadə verməmişlər. İbtidai istintaq zamanı təqsirləndirilən şəxslərin zərərçəkmişi öldürmək niyyəti ilə bağlı ifadələrinə gəldikdə isə cinayət işinin istintaqını aparan müstəntiq şahid2 Baxış oğlu məhkəmə istintaqı zamanı ifadə verərək bildirmişdir ki, təqsirləndirilən şəxslərin şübhəli şəxs qismində verdiyi ifadədə zərərçəkmişi öldürmək niyyətinin olması ilə bağlı yazılanlar texniki səhv olmuşdur. Nəzərə alsaq ki, müstəntiq prosessual fiqur olmaqla müstəqil qərar qəbul etmək səlahiyyəti olan vəzifəli şəxsdir və məqsədi ədalətli, hərtərəfli və obyektiv istintaq aparmaqla həqiqəti müəyyən etməkdir, müstəntiqin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin zərərçəkmişi öldürmək istəmələri ilə bağlı verdiyi ifadələrin texniki səhv olması ilə bağlı ifadə verməsi cinayət işinin faktiki halları ilə uyğunluq təşkil edir. CPM-nin tələbinə əsasən təqsirləndirilən şəxsin hansı ifadə verməsindən asılı olmayaraq ona qarşı irəli sürülmüş ittiham mötəbər sübutlarla təsdiq olunmalı və həmin sübutları da məhkəməyə ittiham tərəfi təqdim etməlidir. Təqsirləndirilən şəxslərin zərərçəkmişi öldürmək niyyətinin olmasını təsdiq edəcək nəyinki mötəbər sübutlar, mötəbər sayılmayan belə sübutlar mövcud deyildir. İttiham tərəfindən məhkəməyə təqdim olunan və məhkəmə istintaqı zamanı araşdırılan sübutlar kifayət qədər bir-biri ilə ziddiyət təşkil edən və mötəbərlikdən olduqdca uzaq olan sübutlardır. Hazırki vəziyyətdə təqsirləndirilən şəxslərin əməlində CM-nin 128-ci maddəsinin tərkibinin olması araşdırmanın predmetidir. CM-nin 29,120.2.1, 29,120.2.4-cü maddələrinə münasibətdə qeyd olunmalıdır ki, müdafiə etdiyi təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibinin dörd əlamətindən biri olan subyektiv cəhət istisna təşkil edir. İstər hadisənin baş vermə mexanizmi, istər şahidlər və zərərçəkmiş ifadələri, istərsə də təqsirləndirilən şəxs1 olduqca yaxın məsafədən zərərçəkmişi öldürmək imkanının olduğu halda bunu etməməsi, həmçinin təqsirləndirilən şəxslərin zərərçəkmişi öldürmək istəmələrini təsdiq edəcək real sübutların olmaması təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibinin subyektiv cəhətinin olmaması kimi qəbul olunmalıdır. Müdafiəçi müdafiəçi2 apellyasiya şikayətinə əlavə verərək, hökmün ləğv edilməsini və təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Masallı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarında zərərçəkmiş Zərərçəkmiş şəxs öldürmək istəməsi ilə bağlı ifadə verməmiş, sonuncu onu bıçaqlayandan sonra üzr istəmədiyi üçün onu vurmaq niyyətində olduğunu bildirmişdir. Cinayət işi aidiyyatı üzrə ibtidai istintaqın davam etdirilməsi Masallı rayon prokurorluğuna veriləndən sonra bir neçə dəfə təqsirləndirilən şəxs2 ifadələr alınmış və bütün ifadələrdə Şamxalın zərərçəkmişi öldürmək niyyətinin olması qeyd olunmuşdur. Müdafiə tərəfi olaraq hesab edir ki, Şamxalın zərərçəkmişi öldürməsi ilə bağlı prokurorluq orqanında yazılmış ifadələr sonuncunun iradəsini əks etdirmir, həmin ifadələr prokurorluq orqanı tərəfindən təqsirləndirilən şəxs2 verilmiş əsassız ittihamlara hüquqi don geyindirmək məqsədi ilə yazılmışdır. Belə ki, ##.##.2026-cı il tarixdə * saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan təqsirləndirilən şəxs2 ilə görüşən zaman ondan soruşanda ki, prokurorluq orqanında zərərçəkmişi öldürmək niyyətinin olması ilə bağlı ifadə vermisən mi, cavab vermişdir ki, xeyr. Müstəntiq Şirxan müəllimə ifadə verərkən söhbət əsnasında məlum olmuşdur ki, o, Milli qəhrəman Pəncəli Teymurovun qohumudur, həmçinin ona bildirmişdir ki, “xahiş olunmusan, sənə kömək olunacaq”. O da heç bir tərəddüd etmədən ifadəni oxumadan imza etmişdir. Daha doğrusu müstəntiqin Pəncəli Teymurovun qohumu olması və ona kömək olunacağı ilə bağlı bildirməsindən sonra o, düşünmüşdür ki, belə bir şəxsiyyətin əmisi oğlu ona qarşı qərəzli ola bilməz, ona görə də oxumadan ifadəyə imza etmişdir. Sonrakı müstəntiq Elçin Abbasov da eynilə ona kömək olunacağını bildirdiyi üçün onun da yazdığı ifadəni oxumadan imzalamışdır. Hesab edir ki, təqsirləndirilən şəxs2 Masallı rayon prokurorluğunda verdiyi ifadələr təhrif olunaraq yazılmışdır. Bunu təsdiq edən hal ondan ibarətdir ki, Masallı RPŞ-nin müstəntiqi şahid2 Baxış oğlu birinci instansıya məhkəməsində ifadə verərkən qeyd etmişdir ki, şübhəli şəxslərin dindirilməsinə dair video disklərdə təqsirləndirilən şəxslərin suallara cavabda Hikməti öldürmək niyyətinin olmadığını, məqsədlərinin xəsarət yetrimək olduğunu bildirdikləri halda dindirmə protokolunda sonuncunu ağır yaralamaq və ya öldürmək yazılması texniki səhv olmuşdur. Belə olan halda ortaya çıxır ki, Masallı RPŞ-də dindirmə protokollarında təqsirləndirilən şəxs2 adından yazılmış zərərçəkmişi öldürmək niyyətinin olması onun iradəsini əks etdirmir. Bu isə o deməkdir ki, Masallı rayon prokurorluğunda müstəntiq təqsirləndirilən şəxs2 zərərçəkmişi öldürmək niyyətinın oxutdursa idi, sonuncu belə bir niyyətinin olmaması ilə bağlı ona cavab verərdi. Hans ki, Masallı rayon prokurorluğunda Şamxala sual verilmişdir ki, şübhəli şəxs kimi video dindirme protokolunda nə üçün onu öldürmək niyyətinin olduğu bildirmisən, çəkilişlə dindirilərkən zərərçəkmişi öldürmək niyyətinin olmadığını bildirdiyin halda. təqsirləndirilən şəxs2 bir daha təsdiq etmişdir ki, zərərçəkmişi öldürmək niyyətim olmuşdur. Ritorik alınsa da sual meydana çıxır ki, prokurorluq orqanı bu sualı verərkən faktiki olaraq təqsirləndirilən şəxs2 vermədiyi ifadəyə istinad etmişdir. Prokurorluq orqanının müstəntiqləri bilə bilməzdilər ki, Masallı RPS-nin müstəntiqi şahid2 Baxış oğlu birinci instansiya məhkəməsində ifadə verərək şübhəli şəxslərin Hikməti öldürmək niyyətinin olmadığını, məqsədlərinin xəsarət yetirmək olduğunu bildirdikləri halda dindirmə protokolunda sonuncunu ağır yaralamaq və ya öldürmək yazılması texniki səhv olmasını bildirəcəkdir. Yalnız Şamxalın zərərçəkmişi öldürmək niyyətinin olması ilə bağlı ifadə verməsi o halda ola bilərdi ki, təqsirləndirilən şəxs2 Prokurorluq orqanında ifadə verərkən anlaqsız olsun və zərərçəkmişi öldürmək niyyətinin olmasını göstərsin. Ağıllı məntiqlə rasional yanaşsaq görərik ki, ağılı başında olan şəxs bilə-bilə öz vəziyyətini ağırlaşdırmaz. Mudafiə tərəfini narahat edən əsas məqamlardan biri də odur ki, nə hikmətdirsə cinayət işinin araşdırılmasının ilk günündən təqsirləndirilən şəxs2 qarşı İttiham tərəfi qərəzli mövqe tutmuşdur. Cinayət işi ilə tanış olan zaman müəyyən etmişdir ki, təqsirləndirilən şəxs2 mənfi xarakterizə olunması ilə bağlı Yeddioymaq inzibati ərazi üzrə nümayəndəsinin arayışı mövcuddur. Bu barədə təqsirləndirilən şəxs2 qohumlarına bildirmiş və Yeddioymaq kəndinin 20 nəfər sakini məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs2 olduqca müsbəxt xarakterə malik gənc sakinlərdən biri olduğu, Şamxalın hər zaman kənd sakinləri ilə mehriban davrandığı, özündən böyüklərin ehtiramını saxlaması, kəndin xeyir-şər işlərində fəal iştirak etməsi, imkan düşdükcə kənd sakinlərinə yaxşılıq etməyə çalışması bildirilmişdir. Həmin sakinlər həmçinin zərurət olacağı təqdirdə qeyd etdikləri ilə bağlı məhkəməyə gəlib ifadə verə biləcəklərini də qeyd etmişlər. Bundan sonra müdafiə tərəfindən Masallı RİHB-nın Yeddioymaq inzibati ərazi üzrə nümayəndəsi Paşa İbadova vəkil sorğusu verilərək cinayət işinin materiallarında mövcud olan ## ### 2024-cü il tarixli, ** nömrəli xasiyyətnamədə qeyd olunanların həqiqəti əks etdiribetdirməməsi ilə bağlı arayış verilməsi xahiş olunmuş və Yeddioymaq inzibati ərazi üzrə nümayəndəsi tərəfindən ona ##.## 2026-cı il tarixli arayış, həmçinin xasiyyətnamə təqdim olunaraq təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunması, əvvəlki xasiyyətnamədə mənfi xarakterizə olunmasının səbəbi texniki səhv olması göstərilmişdir. Hesab edir ki, nümayəndəliyin təqsirləndirilən şəxs2 barəsində mənfi xarakterizə olunması ilə bağlı xasiyyətnamə verməsi kim və ya kimlərinsə müdaxiləsi nəticəsində baş vermişdir. Bütün bu göstərilənlər, cinayətin baş vermə mexanizmi təqsirləndirilən şəxslərin zərərçəkmişi öldürmək niyyətləri olmuş olsaydı bu niyyətlərini həyata keçirməklərinə üçüncü şəxslərin mane olmaması, belə bir maneəçilik olmadığı halda zərərçəkmişi öldürmək niyyətlərinı sona çatdırmamaqları, zərərçəkmişlə üz-uzə gələn zaman aralarında bir neçə metr məsafənin olması (həmin məsafədən zərərçəkmişi çox asan şəkildə tüfəngdən açılan atəş nəticəsində öldürmək olardı) və bu kimi digər hallar sübut edir ki, təqsirləndirilən şəxslərin zərərçəkmişi öldürmək niyyəti olmamışdır. Hökmdən, həmçinin məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 da apellyasiya şikayəti verərək, hökmün CM-nin 29,120.2.1, 29,120.2.4-cü maddələri ilə təqsirli bilinməsi hissəsində ləğv edilməsini və barəsində həmin maddələrlə bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 229.1, 29,120.2.1, 29,120.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CM-nin 229.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 29,120.2.1, 29,120.2.4-cü maddələri ilə 11 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 11 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ##### 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Hesab edir ki, məhkəmənin hökmü Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4-cü maddələri ilə təqsirli bilinməsi hissəsində maddi və prosessual cinayət hüquq normalarının tələblərinin olduqca kobud şəkildə pozulması ilə çıxarıldığından əsaslı hesab edilə bilməz və bu səbəbdən də hökm həmin hissədə ləğv edilərək barəsində bəraət hökmü çıxarılmalıdır. Çünki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin, şahidlərin və təqsirləndirilən şəxslərin ifadələri ilə müəyyən olunmuşdur ki, əməlində ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4-cü maddələrinin tərkibi mövcud deyildir. İşdəki sübutlar bir-biri ilə ziddiyyət təşkil edir. Həmin ziddiyyətlər nə istintaq orqanı, nə də ki məhkəmə tərəfindən aradan qaldırılmamışdır. Sözügedən əsaslı şübhələrlə müşayiət olunan ziddiyyətlər aradan qaldırılmadığına görə, həmin şübhələr onun xeyrinə həll olunmalı idi. Öldürməyə cəhd edilməsi kimi cinayətlərdə qanunun tələbi ondan ibarətdir ki, öldürməyə cəhdlə bağlı hərəkətlər real olmalı, sadəcə cinayət törədən şəxsin iradəsindən asılı olmayaraq, ölümlə nəticələnməməlidir. Lakin ittiham olunduğu cinayət işi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs real olaraq öldürmək istəməməyilə bağlı sübutlar məhkəməyə təqdim olunmuşdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs onların maşına əl edən zaman çox aşağı sürətlə addımlamışdır və onun yanından keçəndə aralarında bir neçə metr məsafə olmuşdur. Əgər o, Zərərçəkmiş şəxs öldürmək istəsə idi, maşına əl edəndə ani olaraq gözləmədiyi halda onu öldürə bilərdi. Onun dediklərini zərərçıkmiş şəxsin ifadələri də təsdiq edir. Belə ki, zərərçəkmiş məhkəmədə bildirmişdir ki, hadisə baş verən zaman Ravinlə aralarında 5-6 metr məsafə olmuşdur. Bu qədər az məsafədən əlində tüfəng olduğu halda və ona heç bir maneə olmadığı vəziyyətdə zərərçəkmişi öldürmək mümkün idi. Belə vəziyyətdə ən azından zərərçəkmişə ağır xəsarət yetirə bilərdi. Əslində onun fikri zərərçəkmişi öldürmək yox, onu qorxutmaq olmuşdur. Elə bu səbəbdən də o, birinci dəfə göyə atəş açmış, ikinci atəşi isə Hİkmətə tərəf yerə atmış, sadəcə olaraq maşın hərəkət etdiyi üçün qırmalardan biri istəməsə belə, zərərçəkmişin bel nayihəsinə dəymişdir. O, Şamxal ilə əvvəldən danışıb razılığa gəlmişdir ki, Hikməti görən zaman o, tüfəngdən atəş açacaq. Şamxal onun atəş açmaq niyyətinin olmağından ümumiyyətlə xəbərsiz olmuşdur. Həmçinin onun və Şamxalın boyu 1.85 metrdən yuxarıdır, zərəçəkmişin boyu isə təxminən 1.60 metrdən yuxarıdır, fiziki cəhətdən də ondan güclüdürlər. Əgər onu öldürtmək istəsə idilər, tüfəng olmadan belə onu tutardılar, digəri isə əli ilə vurub döyə-döyə onu öldürə bilərdi. Maraqlıdır ki, cinayət işində olan şahidlərin heç biri onun zərərçəkmişi öldürmək istəyi ilə bağlı ifadə verməmişdir, şahidlər ümumiyyətlə hadisənin iştirakçısı olmamışlar. Ylnız hadisə iştirakçısı X17 və zərərçəkmiş Zərərçəkmiş şəxs olmuş və onlar da onun zərərçəkmişi öldürmək istəməyi ilə bağlı məhkəmədə hər hansı ifadə verməmişlər. İstintaqın gedişində guya ki, zərərçəkmişi öldürmək niyyəti ilə bağlı ifadə verməsi həqiqətə uyğun deyildir. Bu ifadələlərin həqiqət olmasını təsdiq edən sübutlardan ən önəmlisi şübhəli şəxs qismində Masallı RPŞ-də videoçəkiliş aparılaraq verdikləri ifadədir. Həmin ifadədə o da, Şamxal da bildirmişlər ki, zərərçəkmişi öldürmək niyyətləri olmamışdır. Dediklərini təsdiq edən hallardan biri də onlardan ifadə alan şahid2 Baxış oğlunun məhkəmə istintaqı zamanı verdiyi ifadəsidir. şahid2 məhkəmədə ifadə verərək bildirmişdir ki, təqsirləndirilən şəxslərin şübhəli şəxs qismində verdiyi ifadədə zərərçəkmişi öldürmək niyyətinin olması ilə bağlı yazılanlar texniki səhv olmuşdur. Bundan başqa, zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmədə ifadə verərkən bildirmişdir ki, qızı Zəhra hadisə zamanı onun yanında olmamışdır. Zəhranın hadisə vaxtı atasının yanında olmasını hadisənin iştirakçısı olan Təhmasib də təsdiq etmir. Lakin məhkəmənin hadisə vaxtı Zəhranın atasının yanında olmasını qəbul etməsini başa düşə bilmir. Bundan başqa, hökmü oxuyarkən diqqətini çəkən hallardan biri də o olmuşdur ki, hadisə vaxtı o və Şamxal sərxoş olmmuşlar. O, belə ifadə verməmişdir ki, hadisə vaxtı sərxoş olmuşdur və sərxoş olması ilə bağlı həkim testindən keçməmişdir. Məhkəmənin hökmdə hansı səbəbdən onların sərxoş olmasını yazması başa düşülən deyil. CPM-ə görə onun təqsirli olmasını sübut etmək ittiham tərəfinin vəzifəsidir. Lakin ittiham tərəfinin məhkəməyə təqdim etdiyi sübutlar çoxsaylı şahid ifadələridir ki, həmin şahidlərin heç biri (Təhmasib Bəxtiyarovdan başqa) hadisənin iştirakçısı olmamışdır. Bir də ki, cinayət işində olan bir-birinə uyğun gəlməyən ifadələrdir ki, istintaq orqanı həmin sübutlarla onlara ölümə cəhdlə bağlı ittiham vermiş, məhkəmədə ittihamı təsdiq edəcək sübutlar olmadığı halda, qanunsuz hökm çıxarılmışdır. İstintaq orqanının bilərəkdən belə ittiham verməsi, yaxud da səhvən ittiham verməsi son olaraq nəticəni müəyyən etmir. Çünki yekun qərar qəbul etmək səlahiyyəti məhkəmədədir. Lkain əsası olmayan, bir-birinə uyğun gəlməyən və ittiham üçün kifayət etməyən sübutlarla məhkəmənin ittihamı təsdiq edib onlara olduqca ağır cəza verməsi istənilən halda ədalətli hesab oluna bilməz. Şübhəli şəxs qismində ifadə verdikləri andan sona qədər hər ikisi zərərçəkmişi qorxutmaq fikirlərinin olması ilə bağlı ifadə vermişlər. Lakin dediklərinin əksi olan sübutlar olmadığı halda və həqiqətən də zərərçəkmişi öldürmək fikrilərinin olmadığı və buna yönələn hərəkətlər etmədikləri halda məhkəmənin bu cür qanunsuz hökm çıxarması təəssüf hissi doğurur. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Məhkəmə kollegiyasının iclasında: Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 Hikməti öldürmək niyyətlərinin olmamasını, bunun əmisi arvadının və zərərçəkmiş şəxsin arvadının ifadələrindən də göründüyünü bildirib, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi2 təqsirləndirilən şəxslərin zərərçəkmişi öldürmək niyyətlərinin olmamasını, sadəcə onu qorxutmaq istədiklərini, təqsirləndirilən şəxs2 əməlində təqsirli bilindiyi CM-nin 29,120.2.1, 29,120.2.4-cü maddələrinin tərkib əlamətlərinin olmadığını bildirib, apellyasiya şikayətinin təmin olunmasını, təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 Hikməti öldürmək niyyətlərinin olmamasını, onu qorxutmaq istədiklərini, əgər öldürmək niyyətləri olsaydı, bunu rahatlıqla edə biləcəklərini bildirib, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi1 Şamxal və Ravinin əvvəlcədən planlayaraq Hikməti öldürmək planlarının olmamasını, məqsədlərinin sadəcə qorxutmaq olmasını, həmçinin zərərçəkmiş şəxsə yüngül xəsarət yetirilməsini, bunun müqabilində 11 il 6 ay və 11 il 3 ay cəzasının həddindən artıq ağır cəza olmasını bildirib, apellyasiya şikayətinin təmin olunmasını, təqsirləndirilən şəxs1 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Dövlət ittihamçısı X1 apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq təqsirləndirilən şəxs2 əməlini Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.4-cü maddələri, təqsirləndirilən şəxs1 əməlini isə CM-nin 229.1, 29,120.2.1, 29,120.2.4-cü maddələri ilə tövsif edərək, onları həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilib barələrində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, təqsirləndirilən şəxslərə bəraət verilməsi, əməllərinin hüquqi tövsifinin dəyişdirilməsi və ya onlara təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətlərinin təmin olunmamasını və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Apellyasiya şikayətlərinin dəlillərindən görünür ki, müdafiə tərəfi işin faktiki hallarını və təqsirlilik məsələlərini mübahisələndirərək hesab etmişdir ki, məhkəmənin hökmü işin həqiqi hallarına uyğun olmadığından təqsirləndirilən şəxslərin barələrində bəraət hökmü çıxarılmalıdır. Məhkəmə kollegiyası hazırkı cinayət işinə qismən məhkəmə istintaqı aparmaqla baxmış, iş üzrə təqsirləndirilən şəxsləri, şahid X17 məhkəmə baxışında dindirmiş, iş materiallarında olan sübutları məhkəmə baxışında tədqiq etmiş, cinayət işinin bütün materiallarını apellyasiya şikayətlərinin dəlilləri ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb, habelə ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyib belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. 229.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə bu maddə ilə nəzərdə tutulmuş cinayətin tərkibini yardır. 120.2.1-ci maddəsinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə; 120.2.4-cü maddəsinə əsasən isə xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə cinayət məsuliyyətinə və cəzaya səbəb olan əməllər kimi təsbit edilmişdir. Onu da qeyd etmək lazımdır ki, törədilən cinayətin tərkib əlamətlərinin müəyyən edilməsi və əməlin Cinayət Qanunu norması üzrə tövsif edilməsi yuxarıda qeyd edilən Cinayət Məcəlləsinin müvafiq normaları əsasında aparılsa da, törədilən əməlin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi prosedurlar əsasında aparılır. Bu mənada Cinayət-Prosessual Məcəllənin müvafiq normalarının müəyyən etdiyi hüquqi prosedurların xatırladılması da zəruridir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 124.1 və 124.2-ci maddələrinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 138.1 və 138.2-ci maddələrinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Cabardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutları, yəni təqsirləndirilən şəxslərin ifadələrini, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlər X17, şahid3 Əzizağa oğlunun, şahid6, şahid5, şahid12, şahid11, şahid8, şahid2 Baxış oğlunun, şahid9, onun qanuni nümayəndəsi X4 ifadələri, məhkəmə-tibb ekspertizasının ## ##### 2024-cü il tarixli *** №-li ekspert rəyi, hadisə yerinə baxış protokolu, ## ##### 2024-cü il tarixli qərar və protokol, həmçinin, əlavə edilmiş fotoşəkil, kompleks-trasoloji və ballistik ekspertizasının ## ### 2024-cü il tarixli, 3-16-16/2-3/766; */*** nömrəli ekspert rəyi, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının ## ### 2024-cü il tarixli **** nömrəli və **** nömrəli rəyləri, habelə digər iş materiallarını nəzərdən keçirib təqsirləndirilən şəxs2 CM-nin 229.2.1-ci maddəsi üzrə cinayətin törədilməsinə aidiyyəti sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilməsi, onun CM-nin 29,120.2.1, 29,120.2.4-cü maddələri ilə, təqsirləndirilən şəxs1 isə CM-nin 229.1, 29,120.2.1, 29,120.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmələri, həmin cinayət əməlinə aidiyyatları və təqsirliliklərinin tam sübuta yetirilməsinə, həmin əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin onların həmin maddələrlə cinayət məsuliyyətindən azad edilmələri üçün əsasların olmamasına görə, onların həmin maddələr ilə təqsirili bilinib cəzalandırılmalı olmalarına dair yekun nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlillərinə uyğun olaraq təqsirliliklə bağlı məsələni cinayət və cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından nəzərdən keçirən məhkəmə kollegiyası müəyyən etmişdir ki, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsi tərəfindən istinad edilən cinayətin törədilməsində onların təqsiri cinayət işinin materiallarında olan mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxslərə istinad edilən cinayətin baş verib-verməməsi, onların həmin cinayəti törətməkdə qəsdlərinin olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən əlamətlər yoxlanılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəklində təqsirləndirilən şəxslərin qeyd edilən cinayəti törətmələri nəticəsinə gəlmək üçün əsas verir və kifayət edirlər. Belə ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsində özünü elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, ittiham aktında yazılanlarla razı deyil, hadisə günü əmisi oğlu Ravinlə hərəsinə bir butulka pivə içmiş, lakin, sərxoş olmamışlar. Pivə avtomobilin ön sərnişin oturacağına dağılmışdır. Həmin gün Ravinə ova getmək üçün zəng etmişdir. Bakıdan gəldiyi üçün ova dincəlmək məqsədi ilə gedirmiş, maşınından pivə qoxusu gəldiyi üçün getməmişdən əvvəl Ravinlə birlikdə maşını avtoyuma məntəqəsinə aparmışdır. Ön oturacağa pivə dağıldığı üçün Ravin arxa oturacaqda oturmuşdur. Avtoyuma məntəqəsində növbə olduğuna görə ona sabah gəlməli olduğunu demişlər. Oradan çıxarkən maşını döndərəndə Hikmət qarşılarına çıxmış, Ravinin dediyinə görə özü birinci göyə atəş açmış, ikincisini Hikməti qorxutmaq üçün yerə atəş açmışdır. Hikmətə atəş açılacağından onun xəbəri olmamışdır. Atəş açılanda görməmişdir, Ravin özü əvvəl göyə, sonra yerə atəş açdığını demişdir. Hadisədən sonra maşını sürüb evə getmişdir. Onun maşını sedandır, ova tez-tez getməmişdir, Bakıdan gələndə getmişdir, ova getdiyi halda maşını yudurtmaq istəməsinin səbəbi maşına pivə dağıldığı üçün pivə qoxusunun gəlməsi olmuşdur, Hikmətin onu bıçaqla vurduğuna görə cinayət işi olmuş, o, Hikmətlə barışmışdır, Hikmət onu vurduğu üçün Ravin Hikməti qorxutmaq istəmişdir, hadisədən sonra dərhal oradan uzaqlaşmışlar, iki atəş açılmış, Hikmətə atəş açmaqla bağlı Ravinlə aralarında əvvəlcədən sövdələşmə olmamışdır, birinci atəşlə ikinci atəş arasında saniyə fərqi olmuşdur, Ravinin Hikmətlə problemi olmamışdır, Hikmət ona qarşı cinayət törətdiyindən Ravin bu hərəkəti etmişdir, hadisə yerində onlardan başqa, dayısı oğlu Bəxtiyarov Təhmasib olmuşdur, başqakimisə görməmişdir, maşınında ova gedəndə istifadə etdiyi bıçaq da olmuşdur. Hikmətə güllə dəydiyini görməmişdir, silahda 2 patron olmuş, üzərlərində başqa patron olmamışdır, Hikmətin yanında uşaq olmamışdır, Hikmətin yanında başqa adam olmamış, yolun digər tərəfində adamlar olmuşdur, Ravin havaya atəş açanda qırma həmin adamlara dəyə bilməzdi, birinci güllə vurulduqdan sonra maşını döndərib Hikmət tərəfə sürməsinin səbəbi evə getmək üçün yolun ancaq oradan olması olmuşdur, Hikmətə güllənin necə dəydiyini bilməmiş, görməmişdir, tüfəng Ravinə məxsus olmuş, həmin tüfəngi görmüş, həmin tüfənglə əvvəllər ova getməmişdir, lüləsi kəsik tüfənglə sığırçın ovuna gedirmişlər, tüfəngin lüləsini Ravin kəsmişdir, Ravin silahı hazırlayanda yanında olmamış, silahın təyinatının dəyişdiyini bilməmiş, ancaq Ravinin babadan qalma tüfənginin olduğunu bilmişdir, Ravinin güllə atacağını bilməmişdir, bilsəydi Təhmasibi maşına dəvət etməzdi. Sonda təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, səhhəti ilə bağlı Bakı şəhərinə getmiş, Hikmət 2024-cü ildə ona bıçaqla xəsarət yetirmiş, ondan şikayətçi olmamış və bağışlamışdır. Bakıdan rayona qayıdarkən əmisi nəvəsi Ravinlə bilikdə qayıtmışlar. Onlar həmin gün ova getməli olmuş, pivə içmişlər və pivə maşına dağılmışdır. Yolda Təhmasiblə rastlaşmış, onu da götürmüşlər. Maşından pis qoxu gəlməsin deyə maşını yumaq qərarına gəlmiş və kənd ərazisində fəaliyyət göstərən bir maşınyuma məntəqəsinə getmiş və yer olmadığını görüb yollarına davam etmişlər. Bir az uzaqlaşmış, həmin məntəqədən qarşıda Hikmətlə rastlaşmışlar, hətta onunla salamlaşmışdır. Hikmətin yanından keçib gedəndə birdən atəş açılmışdır. Refleks olaraq maşını dayandırmış, daha bir atəş açılmışdır. Daha sonra ordan öz evlərinə getmişlər. Hikmətə daha sonra prokrorluqda sual verildiyi zaman o da bildirmişdir ki, Ravin istəsəydi, öldürmək üçün ona atəş aça bilərdi. Ravinlə əlbir olmamışlar, o, əgər zərərçəkmişi öldürmək istəsəydi, maşınla onu vurardı. O, Hikmətin yanından keçəndən sonra atəş səsi açılmış, o da nə səs olduğunu görmək üçün maşını saxlamış, bu zaman ikinci atəş də açılmışdır. Sonra avtomobili geri döndərib yaşadığı evə tərəf sürüb getmişdir. Zərərçəkmiş şəxsin xanımı istintaqda uşağın Hikmətin yanında olduğunu yazmış, lakin məhkəmədə uşağı həyətdə atasının yanında gördüyünü, buna görə də atasının yanında olmasını fikirləşdiyini bildirmişdir. Əmisi oğlu Pərvin adından guya Hikməti öldürəcəyini dediyini yazmışlar, lakin Pərvin məhkəmədə belə bir şey demədiyini bildirmişdir. Zərərçəkmiş Hikmət də məhkəmədə onların istəsə idilər, onu öldürə biləcəklərini demişdir. İkinci atəş açılanda Hikmət 5-7 saniyə yerdə qalmışdır. İkinci atəşdən sonra Hikmətlə onlar arasında təxminən 20 metr, öz evi arasında isə 8-10 metr məsafə olmuşdur. Onların avtomobili saxlayıb Hikmətin arxası ilə gedib yaxalamaq imkanları olmuşdur. Hikmətin yanında qızı olmamışdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, aprel ayının 21-i Bakıdan rayona o məqsədlə gəlmişlər ki, həm Şamxalı yarası ilə bağlı xəstəxanaya aparsınlar, həm də istirahət etsinlər. Onlar çatandan sonra gec olduğundan, hərə öz evinə getmişdir. Aprelin 22-si səhər Şamxalla görüşmüşlər. Bir gün əvvəldən ova getmək barədə danışmışlar. Şamxalgildə oturub pivə içdikdən sonra sahəyə gedib pivənin qalanını sahədə içməyi fikirləşmişlər, lakin, pivəni maşına qoyanda biri ön sərnişin oturacağına dağılmışdır. Bu səbəbdən arxa oturacaqda oturmuşdur. Pivənin qoxusu gəldiyindən maşını yuduzdurub, oradan ova getmək istəmişlər. Maşın yuma yeri Hikmətgilin evi ilə üzbəüz olmuşdur. Orada yer olmadığından oradan çıxmışlar və çıxarkən Hikməti görmüşlər. Hikmətlə Şamxal salamlaşmışlar, bu zaman o, bir dəfə göy istiqamətində atəş açmış, Şamxal bunu gözləmədiyi üçün sükanın sol tərəfi əlindən çıxmış, az qalsın divara dəyəcəkmişlər. Birinci atəş zamanı Hikmət dayanmış, ikinci atəşi onun ayağının altına atmışdır. Seçmənin ona dəyib dəymədiyini bilməmişdir. Bu zaman Hikmət özünü həyətə atmış, hadisədən sonra maşını sürüb evə, sonra da Bakıya getmişlər. Hikmətə giliz dəydiyini sonradan öyrənmişdir. Maşını yuduzdurub ova gedəcəklərmiş, axşam saat 5-6 radələri olardı, tüfəngin lüləsini özü kəsmişdir, səbəbini xatırlamır, çoxdan kəsmişdir, həmin tüfənglə ov etmək mümkün idi, 1-2 dəfə ova getmişdir, gülləni 15-20 metr məsafədən atmışdır, Hikmətin yanında uşaq olmamışdır, ikinci atəşi açandan sonra Hikmət qaçıb həyətlərinə girmişdir, Hikmətin evi təxmini 4-5 metr məsafədə olmuşdur, ikisi də Bakı şəhərində yaşayır, Masallıya həm Hikmətin yarasına baxdırmaq üçün, həm də ova getmək üçün gəlmişlər, Şamxalla əvvəllər ova getməmişdir, ümumilikdə özü 3-5 dəfə ova getmişdir, onun Hikmətə atəş açmasından Şamxalın xəbəri olmamışdır, Şamxal onun əmisi nəvəsi olduğu üçün Hikməti onu vura biləcəyi ilə qorxutmaq istəmişdir, hadisə yerində başqa adam olub-olmamasını xatırlamır, ancaq uşaq olmamışdır, Zərərçəkmiş şəxs atəş açdıqları yerlə onun evinin arasındakı məsafə təxmini 60-70 metr olardı, təxmini arada 2-3 ev olmuşdur, birinci güllənin dəyib-dəymədiyini bilmir, belə ki, o vuran kimi Hikmət qaçmışdır, ikinci gülləni atanda Hikmət qaçaraq evə girmişdir, Hikmətə güllə dəydiyini görməmişdir, birinci gülləni 15 metr, ikinci gülləni 20-25 metr məsafədən atmışdır, iki güllə atışı arasında təxmini 5-7 saniyə olmuşdur, maşında bıçaq da olmuşdur, silahı təxminən 8 il əvvəl kəsmişdir, həmin vaxt Şamxal yanında olmamışdır, patronu heç kimdən almamış, özündə olmuşdur. Sonda təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, həmin gün rayona gəlib xəstəxanaya dəymiş, gedib az miqdarda spirtli içki qəbul etmişlər, içki maşının oturacağına dağılmış, maşını yuduzdurmaq üçün avtoyuma məntəqsinə getmişlər, lakin orada yer olmadığından rayon istiqamətində hərəkət etmişlər, ova gedəcəklərmiş. Bir az qarşıda Hikmət ilə rastlaşmış və Şamxalla o salamlaşmışlar. Bir az keçib maışndan Hikmət istiqamətdə yuxarı doğru atəş açmış, Hikmət dönüb ona baxmış, bu zaman ona tərəf aşağı istiqamətdə atəş açmış və ona bir ədəd seçmə dəymişdir. Daha sonra evə gedib maşını saxlamışlar. Axşam radələrində Hikmətə seçmə dəyməsini bilmişlər. Şamxal onun əmisi oğludur və Hikmət ona bıçaqla xəsarət yetirmişdir, o da Hikməti qorxutmaq istədiyindən ona atəş açmışdır. Müstəntiq çəkilişlə onlardan ifadə almadan əvvəl elə isti münasibət göstərmişdir ki, onun səmimiyyətinə inanmışlar, lakin dedikləri fikirləri tam ifadə edə bilməmişlər. Onlar avtoyuma məntəqəsindən çıxıb gedərkən yolda Hikməti görmüş, avtombil uzaqlaşdıqdan sonra bir dəfə yuxarı atəş açmış, Şamxal idarəetməni itirmiş, dönmək istəyərkən ikinci dəfə aşağı atəş açmış, hər halda avtomobil silkələndiyindən ona güllə dəymişdir. O, Hikmətin yıxılmasının güllənin ona dəyməsindən olduğunu bilməmiş, onun həyacanlandığı üçün yıxıldığını düşünmüşdür. Hikməti qorxutmaq üçün atəş açmışdır, əgər istəsəydi, onu 5 metr məsafədən öldürə bilərdi. Hikmət yıxılandan sonra onu gedib tuta bilərdilər. Onlar Bakıya gələrkən Hikmətin evinin qarşısına gedib onu güllə ilə vurmaq və cəzalandırmaq kimi bir razılaşmaları olmamışdır. Məhkəmədə silahı götürməkdə məqsədlərinin ov etmək olması, ibtidai istintaqda isə Hikməti vurmaq olması barədə ifadə verməsinin səbəbi müstəntiqin istiqamətləndirməsi olmuşdur. Onlar oraya təsadüfən getmiş və Hikmətə rast gəlmişlər. Silahı ov etmək məqsədi ilə götürmüşlər. Peşəkar ovçu deyillər, sadəcə maraq üçün ov edərlər deyə götürmüşlər. Silahın başqa patronu olub-olmamasını xatırlamır. İbtidai istintaq zamanı ola bilər ki, hadisənin hərarəti ilə məqsədinin Hikməti yaralamaq olması, lakin ölə də biləcəyini demişdir, əslində isə elə fikri olmamışdır. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ona ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə günü yola çıxmış, Şamxalın maşınını gördükdə ona əl eləmişdir. Bundan sonra atəş açılmış və o, qaçıb həyətə girmişdir. Ayağına 1 seçmə güllə dəymişdir, təsərrüfatla məşğuldur, hadisə vaxtı iş dalınca gedirmiş, qızı Zəhra yanında olmamışdır, ola bilsin ki, Zəhra həyətdə güllə səsini eşitmiş, ancaq ona güllə dəyəndə qızı Zəhra dəqiqliklə yanında olmamışdır, müstəntiq ifadə almağa gələndə o, evdə olmamışdır, Zəhranın iş materialında yazıldığı kimi ifadə verdiyinə inanmır, çünki, əvvəla, 5 yaşında uşaq o sözləri deyə bilməz, həmçinin, heç uşağı danışa da bilmir, hadisədən sonra gedib işlərini görmüşdür. Hadisə vaxtı Ravinlə arasında 5-6 metr məsafə olmuşdur. Hadisədən sonra atəş açılması barədə polislərə kimsə zəng etmiş, polislər ondan atəşi kimin açdığını soruşmuş, o da xəbərinin olmadığını demişdir. Şöbədə ona Şamxalla Ravinin atəş açmadığını demişdir. Şamxalla onun öncədən konflikti olduğuna görə, atəş açan şəxs kimi Şamxalın adını yazmışlar. Ekspertin yanında onunla bərabər polis əməkdaşı da olmuşdur, ekspertə olanları danışmışdır, polis ekspertə təsir göstərməmişdir, Ravin ikinci gülləni açanda görməmiş, qaçmışdır, dəyəndə hiss etməmişdir, qırma dəyəndə özündə olmuşdur, təqsirləndirilən şəxslərin hər ikisi ilə barışmışdır, şikayəti yoxdur, istintaqdakı ifadələrində demədiyi sözlər yazılmışdır. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində isə bildirmişdir ki, ## ##### 2024-cü il tarixdə, saat 18 radələrində o ##.##.2019-cu il təvəllüdlü qızı şahid9 ilə birlikdə piyada olaraq Masallı rayonu Şıxlar kəndində yerləşən evinin yaxınlığından keçən yolun sağ ehtiyat hissəsi ilə Yeddioymaq kəndi istiqamətindən evinə doğru gedərəkən Masallı şəhəri istiqamətində hərəkət edən “Honda” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı qara rəngli avtomobilin ona çatmasına təxminən 15 metr məsafə qalmış həmin avtomobilin arxa sol tərəfindən oturan bir nəfər şəxsin pəncərədən başını və ov tüfəngini çıxardıb həmin silahı ona tərəf tuşladığını görmüşdür. Avtomobil ona tərəf bir qədər də yaxınlaşanda atəş açan şəxsi tanımasa da, avtomobili idarə edən şəxsin Şamxal olduğunu görmüşdür. Sonuncunun idarə etdiyi avtomobilin arxa oturacağında olan tanımadığı şəxs əlindəki ov tüfəngi ilə ona bir dəfə atəş açmasına baxmayaraq ona dəyməmiş, o qorxduğu üçün tez yaxınlıqda yerləşən evinə tərəf qaçmağa başlamışdır. Evinə tərəf qaçanda azyaşlı qızı Zəhra qorxaraq yolun sol tərəfinə qaçaraq ondan uzaqlaşmış, birinci atəşin ona dəymədiyini görən Şamxal avtomobillə yolun əks, yəni Yeddioymaq kəndi istiqamətinə dönərək avtomobilin içində olan şəxsin yenidən ona tərəf atəş açmasına şərait yaratmış və həmin şəxsin əlindəki tüfənglə açdığı ikinci atəşdən açılan seçmələrdən biri onun bel nahiyəsinə dəymişdir. Atəş zamanı qızı Zəhra heç bir xəsarət almasada atəşdən sonra qorxaraq yolun qarşı tərəfinə qaçmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X17 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, Bakı şəhərində avtoyumada işləyir, hadisə günü axşam vaxtı inəkləri yerinə bağladıqdan sonra marketə gedirmiş, yolda olarkən Şamxalla rastlaşmışdır, Şamxal ondan hara getdiyini soruşduqda mağazaya getdiyini bildirmiş, Şamxal onu da aparmağı təklif etmişdir. Maşına oturduqda Şamxal avtoyumaya maşın yuduzdurmağa getdiyini deyərək, avtoyumanın yanındakı mağazaya gedə biləcəyini bildirmişdir. O, Şamxala demişdir ki, belə gec olar, Şamxal da maşına üzdən su vurduracağını bildirmişdir. Avtoyumanın həyətinə girdikdə işçilər vaxtlarının olmadığını, sabah səhər 8-də gəlmələrini bildirmişlər. Avtoyumada başqa maşın görməmişdir. Onlar yola çıxan kimi maşında silah səsi gəlmiş, o, elə düşünmüşdür ki, onların olduğu maşını vurdular. Dönüb baxanda Ravinin əlində silah olduğunu görmüşdür. O, arxada Ravinin yanında, sağ tərəfdə oturmuşdur. Silah səsi gələn kimi başını tutub qışqırmağa başlamış, Ravinə eləmə demişdir. Sonra sürüb getmişlər, onlar onun qaynanasının, Şamxalın baba yurdunun həyətində maşını saxlamışlar. Şamxal ya Ravin hansının olduğunu xatırlamasa da ikisindən biri silahı götürməyini ona demişdir. O, silahı götürmədən qaçmışdır. Həmin gün gecə saat 10-da silahı götürüb öz həyətlərinə atmışdır. Səhərisi gün günorta saatlarında polis həyətlərinə gəlmiş, ondan silah görüb görmədiyini soruşmuş, o da silahı polisə təqdim etmişdir. Şamxal onun bibisi oğludur, maşına oturanda silah görməmişdir, Ravin qara kurtkada olmuşdur, o, marketdən siqaret almağa gedirdi, avtoyumadan çıxıb 20-30 metr yol getmişlər ki, hadisə baş vermişdir, onların kəndində ov etmirlər, Qızılağac kəndində edirlər, onlar Qızılağac istiqamətinə yox, rayon istiqamətində gedirmişlər, Şamxalla Ravinin ova getmək fikirləri olduğunu bilməmişdir, ona bu barədə deməmişlər, Ravini silahı çıxaranda görməmişdir, atəşi hansı istiqamətə atdığını bilməmişdir, səs gələndən sonra Ravinin əlində silah olduğunu görmüşdür, hadisə yerində Hikməti görməmişdir, şokda olmuşdur, atəşdən sonra evə qədər məsafə 150-200 metr olardı, evə gedərkən yolda nə söhbət etdiklərini xatırlamır, avtoyumada işləyənlərin adını bilməmişdir, hadisə aprel ayı axşam saatlarında olmuşdur, hava tam qaralmamışdır, Şamxalın maşını Honda olmuşdur, onun tərəf olan pəncərə bağlı olmuş, Ravininki açıq olmuşdur, yolun sağı-solu da açıq olmuşdur, şokda olmuş, ətrafda kimin olduğunu görməmişdir, maşında o, Ravin və Şamxal olmuşdur, atəş açılan yerlə avtoyuma arasında 30 metr məsafə olardı, avtoyuma yolun sağ tərəfində, market sol tərəfində olmuşdur, market avtoyumaya çatmamış yerdə yerləşmişdir, marketdə düşməməyinin səbəbi biryerdə qayıtmaq istəməkləri olmuşdur, onu maşına Şamxal dəvət etmişdir. Apellyasiya baxışı zamanı şahid Təhmasib Bəxtiyarov ifadəsində və ona verilən suallara cavab olaraq göstərmişdir ki, yolda Şamxal və Ravinlə rastlaşmış, ondan hara getdiyini soruşmuşlar, o da siqaret almağa getdiyini bildirmişdir. Bundan sonra, ona maşına oturmasını, maşına moykada su vurdurub qayıdıb düşürdəcəklərini demişlər. Moykadan çıxıb 50 metr uzaqlaşmışlar ki, silah səsi gəlmiş, Ravinin qurşaqdan yuxarı hissəsini avtomobildən çıxardığını görmüş, sonra isə növbəti silah səsi gəlmiş, bundan sonra avtomobil dönmüş, o, avtomobili saxlamalarını demiş, lakin Şamxal saxlamamış, maşınla Şamxalın babasının həyətinə gəlmişlər. Şamxal Hikmət yıxılandan sonra onun arxasınca maşını sürməmiş, oradan uzaqlaşmışlar, Hikməti ancaq qaçan zaman görmüşdür. Hikmət Ravinin tərəfində olmuş və Ravin hər iki atəşi arxaya açmışdır, ikinci atış elə dönmə ərəfəsində olmuşdur. O, avtomobilə əyləşəndən sonra Ravinlə Şamxal arasında Hikmət adlı şəxs və ya silah olması barəsində danışıq olmamışdır, əgər elə bir söhbət olsa idi, o, avtomobildən düşərdi. Avtoyumadan çıxıb gedərkən Hikmətin onlarla eyni, yaxud əks istiqamətdə getdiyini dəqiq xatırlamır. Onlar əslində moykadan kəndə tərəf getməli olmuşlar, lakin əks tərəfə getmişlər. Atəşdən sonra isə getməli olduqları tərəfə dönüb getmişlər. Onlarda ov Qaradoq və Qızılağac kəndində olur. Birinci instansiya məhkəməsində qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş şahid şahid9 hadisə barədə sözlə bildirməmiş, lakin verilən suallara cavab olaraq kinetik dillə qeyd etmişdir ki, onu bağçaya babası aparıb-gətirmişdir, atası ilə də bağçaya gedib-gəlmişdir, atası vurulanda qorxub evə qaçmışdır, kimin yanına qaçdığı yadında deyil. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş azyaşlı şahidin qanuni nümayəndəsi X4 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, Zəhranın anasıdır, hadisə vaxtı uşaq atasının yanında olmuş, o, səsə çölə çıxmışdır, Zəhra hadisə barədə indiyədək ona bildirməmişdir, nə qədər soruşsalar da uşaq heç nə demir, müstəntiq Zəhranın adından ifadə alanda evdə olmuşdur, ifadə evdə alınmışdır, müstəntiq ifadə alanda Zəhra heç nə danışmamışdır, hadisənin saat neçədə olduğunun xatırlamır, uşaq dəqiq atasının yanında olmuşdur, o, hadisə vaxtı çölə çıxanda Zəhra ona tüfəng səsi eşitdiyini demişdir, istintaq zamanı müstəntiqin verdiyi hansısa sənədə qol çəkməmişdir, belə ki, polislər gələndə həmin vaxt o, evdə olmamışdır, o, hadisə vaxtı səsə çölə çıxanda əri Zərərçəkmiş şəxs və Zəhranı görmüşdür, yoldaşı həmin vaxt yaralı olmamış, ona güllə dəyməmişdir, Zəhra hadisə vaxtı ağlamışdır, atanın yanında atdılar demişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid3 Əzizağa oğlu ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, Hikməti əməliyyat etdiyi yadındadır, hansı əməliyyatı etdiyini xatırlamır, seçmənin dəydiyi yerin sağ tərəfdə olduğu, seçmənin dəydiyi yerin yara kanalından 8-10 santimetr aralıda olduğunu xatırlayır, rentgen edən zaman seçmənin yuxarı hissədə yerləşdiyini müəyyən etmişdir, Hikmət yaranın nədən yarandığını deməmiş, lakin, onlar polisə məlumat verməmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid6 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, Şamxalın maşını onların həyətində olanda o, qızının evində olmuşdur. Həyətə gələndə maşını görmüş, hadisə barədə məlumatı olmamışdır, Şamxal maşınını həmişə onların həyətlərində saxlamışdır, hadisə barədə polislər həyətə gələndə bilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid5 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, hadisə vaxtı iş yerində olmuş, hadisəni görməmişdir, yola çıxanda dost tanışdan hadisə barədə eşitmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid12 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, hadisə günü axşam saat 6 radələrində işdən qayıdıb evə getmək üçün yol maşını gözləyirmiş, maşına əyləşdikdən sonra hərəkətdə olarkən bir qara maşının o əyləşən maşınla üzbəüz gəldiyini, 2 dəfə atəş açıb getdiyini görmüşdür. Hadisə yerində 1 oğlan görmüşdür, ona güllə atılmışdır, başqa adam görməmişdir, istintaq zamanı ifadəsilə tanış olmuşdur, düz ifadə vermişdir, Yeddioymaq kəndində yaşayır, 102 xidmətinə o zəng etmişdir, 2 atəş səsi eşitmişdir, ikisi də həmin adama tərəf atılmışdır, atəş açılandan sonra adam qaçıb evə getmişdir, yolda kiminsə piyada hərəkət etdiyini görməmişdir, atəş açılan adamın yanında kimisə görməmişdir, birinci atəş atılmış, təxmini 5 metr gedib, dönüb yenə atılmışdır, silahın nə olduğunu müəyyən edə bilməmişdir, adamın şüşədən çıxmağını görmüş, silahı görməmişdir, ibtidai istintaq zamanı ifadəsini özü vermiş, ona təzyiq edən olmamışdır. Şahid şahid12 ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, ##.##.2024-cü il tarixdə, saat təxminən 18:30-da işdən çıxıb tanımadığı bir şəxsin idarə etdiyi avtomobillə yaşadığı Masallı rayonu İ Yeddioymaq kəndinə getmiş, həmin vaxt rayonun Şıxlar kəndi ərazisindən keçən avtomobil yolu ilə taksi avtomobilində hərəkətdə olarkən təxminən 50-60 metr məsafədə qarşıdan qara rəngli “Honda” markalı qeydiyyat nömrəsini xatırlamadığı avtomobilin gəldiyini, həmin avtomobilin arxa oturacağının sol tərəfində oturan bir nəfər kişi cinsli tanımadığı şəxsin pəncərədən tüfəng çıxarıb həmin silahla yolun sağ tərəfində yanındakı azyaşlı qız uşağı ilə piyada gedən tanımadığı kişiyə tərəf atəş açdığını görmüşdür. Hadisəni o və avtomobilində olduğu taksi sürücüsü, bir dəfə atəş açılan şəxsin azyaşlı qızı görmüşdür. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid11 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, avtoyumada işləyir, hadisə günü axşam vaxtı işdən qayıdırmış, atəş səsi eşitmiş və qorxdudan yerə uzanmışdır. Həmin vaxt ətrafda heç kimi görməmişdir. Həmin vaxt digər işçilər də icazə alıb getmişdir, onların kəndində başqa avtoyuma və ya ov olunan yer yoxdur, neçə atəş səsi eşitdiyini xatırlamır, həmin gün qara honda markalı maşın ona müraciət etməmişdir, təqsirləndirilən şəxsləri tanımır, Hikməti isə qonşusu kimi tanıyır, hadisə vaxtı uşaq görməmişdir, atəş səsi eşidəndən sonra yerə uzanmış, sonra qalxıb getmişdir, ona ifadə verərkən təzyiq olunmamışdır. Şahid şahid11 ibtidai istintaq zamanı bildirmişdir ki, ## ##### 2024-cü il tarixdə, saat 18 radələrində o yaşadığı kənddə yerləşən mağazadan çıxıb öz evinə tərəf gedərkən qonşusu Zərərçəkmiş şəxs da azyaşlı qızı Zəhra ilə birlikdə yolun qarşı tərəfindən öz evinə tərəf piyada getdiyini görmüşdür. Hadisə vaxtı Hikmətin azyaşlı qızı Zəhra ondan təxminən 5-10 metr arxada olmuş, birinci atəş açıldıqdan sonra azyaşlı Zəhra qışqırıb ağlayaraq yolun qarşı tərəfinə, yəni onun olduğu istiqamətə tərəf qaçaraq yolu keçməyə çalışmış, o uşağa tərəf qaçıb Zəhranı yerə yatıraraq atəşdən qorumuşdur. İkinci atəşdən sonra Hikmət qaçıb öz həyətinə girdiyindən və atəşin açıldığı avtomobil ərazidən uzaqlaşdıqdan sonra o Zəhranı evlərinə aparmışdır. Həmin vaxtı Hikmətin bel nahiyəsində xəsarətlərin olduğunu, yəni açılmış atəş nəticəsində seçmələrin Hikmətin bel nahiyəsinə dəydiyini görmüşdür. Açılan birinci və ikinci atəş zamanı azyaşlı Zəhra heç bir xəsarət almamışdır. Lakin ikinci atəş zamanı seçmələr uşağın ayaqlarının lap yaxınlığında səpələnmişdi. Yəni Zəhra bir az da yaxınlıqda olsaydı seçmələr uşağa da dəyə bilərmiş. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid8 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, təqsirləndirilən şəxs2 qardaşıdır, baş vermiş hadisədən xəbəri olmamışdır. Müstəntiq onu çağırıb hadisəni soruşmuş, həmin vaxt hadisə yerində olmadığını bildirmişdir. Hadisə günü qardaşını evdən səhər çıxanda görmüş, qardaşı hadisədən sonra ona zəng etməmişdir. Hadisədən sonra qardaşı ilə danışanda o, ova getdiklərini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid2 Baxış oğlu verilən suallara cavab olaraq qeyd etmişdir ki, Masallı RPŞ-də müstəntiq vəzifəsində işləyir, şübhəli şəxslərin dindirilməsinə dair videodisklərdə təqsirləndirilən şəxslərin suallara cavabda Hikməti öldürmək niyətinin olmadığını, məqsədlərinin xəsarət yetirmək olduğunu bildirdikləri halda dindirmə protokolunda məqsədlərinin Zərərçəkmiş şəxs ağır yaralamaq və ya öldürmək olduğu yazılması ola bilər ki, texniki səhv olmuşdur, ifadə videodan sonra yazılmış, təqsirləndirilən şəxslər vəkilləri vasitəsilə oxuyub imzalamışlar, şübhəli şəxs qismində videodakı ifadələri, təqsirləndirilən şəxs qismində isə yazılmış ifadələri məhkəmə tərəfindən əsas götürülməsini xahiş edir. Şübhəli şəxsin dindirilməsi protokolunda təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsi öldürmək niyətinin olması ilə bağlı yazılanlar texniki səhv olmuşdur. Bundan başqa, iş materiallarında olan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs barəsində təyin edilmiş məhkəmə-tibb ekspertizasının ## ##### 2024-cü il tarixli *** №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs belin sağ yarısının odlu silah, qırma yaralanması müəyyən olundu, müəyyən olunan xəsarət gilzi qırma ilə doldurulmuş odlu silahdan, ola bilər ki, ov tüfəngindən açılan atəş nəticəsində törənmişdir, törənmə müddəti qərarda qeyd olunan ## ##### 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Masallı -Yeddioymaq avtomobil yolunun Masallı rayonu Şıxlar kəndi ərazisindən keçən hissəsidir. Hadisə yerinin sağ tərəfində fərdi yaşayış evləri vardır və həmin evlərdən biri Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evidir. Vət. Zərərçəkmiş şəxs hadisə yerini təqdim edərkən bildirmişdir ki, ##.##.2024-cü il tarixdə saat 18:30-da 2019-cu il təvəllüdlü qızı Zəhra Əlliyeva ilə birlikdə piyada asfalt yolun kənarı ilə yaşadığı evə tərəf gedərkən Masallı rayon istiqamətindən gələn Honda markalı qara rəngli avtomobildə olan şəxslərdən birini təqsirləndirilən şəxs2 oxşadığı şəxs ona tərəf iki dəfə atəş açdığını və 2 ci atəşdən açılmış qırmalardan biri kürək nahiyəsinə dəymiş və xəsarət almışdır. Hadisə yerinin müayinəsi zamanı yaxınlıqdan 01 ədəd istifadə olunmuş odlu silaha aid olması ehtimal edilən patron aşkar edilərək götürüldü. Başqa iş üçün əhəmiyyətli hər hansı bir şey götürülmədi. İş materiallarında olan ## ##### 2024-cü il tarixli qərar və protokol, həmçinin, əlavə edilmiş fotoşəkildən görünür ki, X17 hadisə zamanı istifadə olunan “TOZ-B” modelli silah qəbul edilmiş ondan götürülmüşdür. İş materiallarında olan kompleks-trasoloji və ballistik ekspertizasının ## ### 2024-cü il tarixli, 3-16-16/2-3/766; */*** nömrəli ekspert rəyinə görə tədqiqata təqdim edilmiş 01 ədəd silah 16 kalibrli olmaqla “TOZ-B” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, keçmiş SSRİ-də 1964-cü ildə “Tula silah zavodu”- nda istehsal edilmiş “135046” nömrəli, hamar (yivsiz) qoşa-lüləli odlu ov tüfəngidir, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyidir, odlu silah hesab edilir, saz vəziyyətdədir, hər iki lüləsindən atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilən 01 (bir) ədəd predmet yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan, 16 kalibrli patronun atəşlə ayrılmış hissəsidir-gilizidir. Həmin giliz tədqiqata təqdim edilmiş “135046” ov tüfənginin kəsiyinin sol lüləsindən atılmışdır. Tədqiqata təqdim edilmiş bir ədəd ****** nömrəli TOZ B modelli silahın lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, həmin silahdan atəş(atəşlər) açılmışdır. Tədqiqata təqdim edilmiş "Zərərçəkmiş şəxs” məxsus olduğu qeyd edilən qısaqol köynəyin arxa, sağ aşağı hissəsində aşağı son kənarından 110 mm yuxarıda, sağ yan tikişindən 170 mm sola doğru bir ədəd 3x2 mm ölçüdə deşib-keçən zədə vardır. Həmin zədənin ətrafında atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəciklərinin olmamasına baxmayaraq və qurğuşun metal izinin aşkar edilməsinə, onun formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən bir ədəd qısaqol köynəyin arxa hissəsində olan zədə giriş zədəsi olmaqla, hamarlüləli odlu silahdan açılan atəş nəticəsində qırmanın təsirindən, 2 metrdən yuxarı məsafədə, arxadan-önə, sağdan sola doğru istiqamətdə yetirilməyə xarakterikdir. Bu zədə təqdim edilmiş hamarlüləli odlu silahdan açılan atəş nəticəsində qırmanın təsirindən yarana bilər. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının ## ### 2024-cü il tarixli **** nömrəli rəyinə görə təqsirləndirilən şəxs1 cinayəti törətməmişdən əvvəl, eləcə də cinayət törətdikdən sonra şəxsiyyətin emosional-davamsız tip pozuntusu müəyyən edilir. təqsirləndirilən şəxs1 hazırda da şəxsiyyətin emosional-davamsız tip pozuntusu aşkar olunur. Yoxlanılan şəxs təqsirləndirilən şəxs1 “Şəxsiyyətin emosionaldavamsız tip pozuntusu” müəyyən edilir. RA.Kərimovda müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmamışdır ki, o, cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onlan idarə etmək iqtidarında olmasın. RAKərimov qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onlan idarə etmək iqtidarında olmuşdur. Buna .görə də RAKərimov ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs təqsirləndirilən şəxs1 hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. təqsirləndirilən şəxs1 onda müəyyən edilən şəxsiyyət pozuntusuna xas olan hövsələsizlik, emosional reaksiyalara meyillilik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm kimi xarakterik xüsusiyyətlərə malikdir. təqsirləndirilən şəxs1 əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. təqsirləndirilən şəxs1 əqli və psixi inkişafının xüsusiyyətlərinə görə cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. təqsirləndirilən şəxs1 cinayət əməlini tərədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. təqsirləndirilən şəxs1 cinayət əməlini tərədərkən psixi emosional halında situasiya ilə əlaqədar hirslilik yaranmışdır. təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının ## ### 2024-cü il tarixli **** nömrəli rəyinə görə yoxlanılan şəxs təqsirləndirilən şəxs2 cinayəti törətməmişdən əwəl, eləcə də cinayət törətdikdən sonra xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. təqsirləndirilən şəxs2 hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. təqsirləndirilən şəxs2 xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Yoxlanılan şəxs təqsirləndirilən şəxs2 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs təqsirləndirilən şəxs2 hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. təqsirləndirilən şəxs2 əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən əqli və psixi inkişafının xüsusiyyətlərinə görə öz hərəkətlərinin mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. təqsirləndirilən şəxs2 cinayət əməlini tərədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. təqsirləndirilən şəxs2 cinayət əməlini tərədərkən psixi emosional halında situasiya ilə əlaqədar hirslilik yaranmışdır. təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını, o cümlədən birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq və məhkəmə baxışları zamanı verdikləri ifadələri, həmin ifadələr arasındakı uyğunluq və ziddiyyətləri, istintaq hərəkətlərinin protokollarını, videoçəkilişləri, ekspert rəylərini və iş üzrə digər yazılı sübutları bir daha hərtərəfli təhlil edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs2 Balaxan oğlu və təqsirləndirilən şəxs1 Arif oğlunun onlara məhkəmə tərəfindən istinad edilən cinayət əməlini törətmələri barədə yekun nəticəyə gələrkən iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara əsaslı şəkildə istinad etmiş, həmin sübutları birbirindən təcrid olunmuş qaydada deyil, onların məcmusu, qarşılıqlı əlaqəsi və bir-birini tamamlaması baxımından qiymətləndirmiş və nəticədə təqsirləndirilən şəxslərin təqsirliliyinə dair əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin məzmunundan görünür ki, müdafiə tərəfindən təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 229.2.1-ci maddəsi ilə bəraət verilməsi, təqsirləndirilən şəxs1 əməlinin isə Cinayət Məcəlləsinin 229.1-ci maddəsi ilə tövsif olunması məsələsi ümumiyyətlə mübahisələndirilmir. Apellyasiya şikayətlərinin əsas mahiyyəti təqsirləndirilən şəxslərin zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etmələri, cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi, habelə təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs1 atəş açacağından xəbərdar olması və bu əmələ dair ümumi niyyətinin mövcudluğu ilə bağlıdır. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya baxışının predmetini təşkil edən həmin dəlillərə ayrıca və ətraflı münasibət bildirilməsini zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsə atəş açılması faktını tamamilə inkar etməmişlər. Əksinə, həm təqsirləndirilən şəxs2, həm də təqsirləndirilən şəxs1 hadisə günü Zərərçəkmiş şəxs olduğu ərazidə olmalarını, onların idarə etdiyi avtomobildə təqsirləndirilən şəxs1 odlu silah saxlamasını və həmin silahdan iki dəfə atəş açılmasını təsdiq etmişlər. Bununla yanaşı, iş üzrə maddi sübutlar və ekspert rəyləri də atəş açılması faktını obyektiv şəkildə təsdiq edir. Belə ki, iş materiallarında olan ## ##### 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ bel nahiyəsində odlu silahdan açılmış atəş nəticəsində yaranması mümkün olan xəsarət müəyyən edilmiş, xəsarətin ## ##### 2024-cü ildə baş verməsi ilə uyğunluğu müəyyən edilmiş və xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti kimi qiymətləndirilmişdir. Eyni zamanda, ## ### 2024-cü il tarixli kompleks trasoloji-balistika ekspertizasının rəyi ilə iş üzrə götürülmüş 16 kalibrli TOZ-B markalı, ****** nömrəli tüfəngin odlu silah olduğu, atəş açmağa yararlı vəziyyətdə olması, hər iki lüləsinin atəş açmaq qabiliyyətinə malik olması, hadisə yerindən götürülmüş gilizin həmin silahın sol lüləsindən atılmış 16 kalibrli patrona aid olması, silahın lüləsində atəş açılması nəticəsində əmələ gələn yanmamış tüstüsüz barıt hissəciklərinin olması müəyyən edilmişdir. Həmin ekspert rəyi ilə zərərçəkmiş şəxsin köynəyindəki deşilmənin də odlu silahdan atılmış saçma ilə əmələ gələn giriş xəsarəti xarakteri daşıdığı və onun təqdim edilmiş hamar lüləli odlu silahdan açılmış atəş nəticəsində yaranmasının mümkün olduğu göstərilmişdir. Beləliklə, müdafiə tərəfinin hadisənin mahiyyətini, atəş açılmasını və zərərçəkmiş şəxsin xəsarət almasını fərqli səbəblərlə izah etməyə yönəlmiş dəlilləri iş üzrə obyektiv sübutlarla uzlaşmır. Hadisənin baş verməsi yalnız ayrı-ayrı şəxslərin ifadələri ilə deyil, maddi sübutlarla və xüsusi biliklərə əsaslanan ekspert rəyləri ilə də təsdiq olunur. Müdafiə tərəfin apellyasiya şikayətində, eləcə də, apellyasiya məhkəməsi zamanı çıxışlarında qeyd etdikləri hallar, yəni təqsirləndirilən şəxslərin hadisə baş verərkən zərərçəkmiş şəxsi öldürmək niyyətlərinin olmaması, əgər belə niyyət olsa idi, bunu asanlıqla edə biləcəkləri ilə bağı dəlillər yuxarıda qeyd edilən sübutlarla təkzib olunduğundan məhkəmə kollegiyası həmin dəlilləri əsaslı və mövcud ittihamı təkzib edən sübut kimi qəbul etmir. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2002-ci il tarixli * №-li Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. İbtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda Apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 392.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Həmin Qərarın 2-ci bəndində göstərilir ki, “qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir.” Həmin Qərarın 3-cü bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, “Qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin Qərarın 5-ci bəndinə əsasən qəsdən adam öldürmə cinayəti CM-nin 120.2.1-ci maddəsi ilə tövsif edilməli olduğu hallarda nəzərə almaq lazımdır ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) anlayışları CM-nin 34-cü maddəsində şərh edilmişdir. Adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayətlərdə qabaqcadan əlbir olan cinayətin icraçısı (icraçıları) ilə birlikdə digər iştirakçılar cinayətin təşkilatçıları, təhrikçiləri və köməkçiləri qismində çıxış edə bilərlər. Belə şəxslərin əməlləri cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olmaqla CM-nin 32-ci maddəsinə istinad edilməklə 120.2.1ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının məzmunundan da göründüyü kimi, təqsirkar şəxsin əməlinin qəsdən adam öldürmə cinayət əməli kimi tövsif olunması üçün onun qəsdinin məhz zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsinə yönəlməsinin, yəni cinayət törədərkən təqsirkarın qəsdinin məzmun və istiqamətinin dəqiq müəyyən olunması mühüm əhəmiyyət kəsb edir. Əks halda, yəni təqsirkarın qəsdinin qeyri-müəyyən xarakter daşıması, əməlin qəsdən adam öldürmə kimi tövsif olunmasını istisna edir. Bu halda təqsirkarın əməli baş verən faktiki nəticələrə görə tövsif edilməlidir. Məhkəmə kollegiyası iş üzrə müəyyən olunmuş faktiki hallara cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətinin xarakteri, həmçinin təqsirkarların və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarların hadisədən sonrakı hərəkətləri baxımından qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 qəsdinin məhz zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs həyatdan məhrum etməyə yönəlməsi öz təsdiqini tapır. Təqsirləndirilən şəxslərin hadisə günü Masallı rayonuna gəlmələrinin və avtoyuma məntəqəsinə getmələrinin guya yalnız ov məqsədi daşıması barədə dəlillərinə münasibətdə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Lakin bu nəticə yalnız avtomobilin yuyulub-yuyulmaması və ya avtomobildə pivə qoxusunun sonradan aşkar edilməməsi ilə deyil, həmin halı xarakterizə edən sübutların məcmusu ilə müəyyən olunur. Belə ki, təqsirləndirilən şəxslərin öz ifadələrinə görə onlar hadisədən bir gün əvvəl Bakı şəhərindən Masallı şəhərinə gəlmiş, növbəti gün Zərərçəkmiş şəxs yaşadığı əraziyə getmişlər. təqsirləndirilən şəxs1 özü etiraf etmişdir ki, hadisə zamanı yanında məhz həmin tüfəng olmuş, tüfəng iki patronla təchiz edilmişdir. Sonradan verdiyi ifadələrində isə tüfəngin hadisədən əvvəl onun yanında olduğunu və özünün həmin silahdan istifadə etdiyini təsdiq etmişdir. Digər tərəfdən, hadisə zərərçəkmiş şəxsin yaşadığı ərazidə, onun hərəkət etdiyi vaxt baş vermiş və atəş açılması məhz Zərərçəkmiş şəxs istiqamətində həyata keçirilmişdir. Müdafiə tərəfinin avtomobilə pivə dağıldığı üçün avtoyuma məntəqəsinə getmələri barədə dəlili də digər sübutlarla birlikdə qiymətləndirilməlidir. İş materiallarında olan ## ##### 2024-cü il tarixli avtomobilə baxış protokolunda və ona əlavə edilmiş fotoşəkillərdə avtomobilin vəziyyətinə dair müəyyən edilmiş hallar həmin versiyanı öz-özlüyündə təsdiq etmir. Bundan əlavə, avtoyuma məntəqəsinin işçisi şahid11 avtomobilin hadisədən əvvəl həmin məntəqədə yuyulması barədə müdafiə tərəfinin irəli sürdüyü versiyanı təsdiq edən məzmunlu ifadə verməmişdir. X18 ifadələri də təqsirləndirilən şəxslərin avtomobili yalnız pivə dağıldığı üçün tam yudurtmaq məqsədilə apardıqları barədə versiyanı birmənalı şəkildə təsdiq etmir. Lakin məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, bu halın özü təqsirləndirilən şəxslərin təqsirliliyini müəyyən edən yeganə və həlledici sübut kimi qəbul edilmir. Həmin hal yalnız onların hadisə yerinə getmələrinin məqsədinin qiymətləndirilməsi zamanı iş üzrə digər sübutlarla birlikdə nəzərə alınır. Əsas əhəmiyyət daşıyan isə bundan sonra baş vermiş hadisələrin xarakteri, təqsirləndirilən şəxs1 silahdan istifadə etməsi, atəşin zərərçəkmiş şəxs istiqamətində açılması, birinci atəşdən sonra avtomobilin hərəkət istiqamətinin dəyişdirilməsi və yenidən atəş açılmasıdır. Təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olmamaları barədə dəlillərə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu məsələnin həlli yalnız onların məhkəmə baxışında sonradan verdikləri ifadələrin məzmunu ilə müəyyən edilə bilməz. Əksinə, ibtidai istintaq zamanı verilmiş ifadələrin videoçəkilişləri də daxil olmaqla, həmin ifadələrin bütün məzmunu, eləcə də hadisədən əvvəlki və hadisə zamanı təqsirləndirilən şəxslərin davranışları birlikdə qiymətləndirilməlidir. Bu baxımdan xüsusilə təqsirləndirilən şəxs1 ibtida istintaq zamanı verdiyi videoçəkilişlə qeydə alınmış ifadəsi diqqətəlayiqdir. O, həmin ifadəsində Zərərçəkmiş şəxs qisas almaqla bağlı ilkin təklifin məhz özü tərəfindən edildiyini, “ilk təklifi mən etdim” məzmununda ifadə verdiyini, Hikməti harada görsə vurmaq niyyətində olduğunu bildirmişdir. Daha sonra “bu əməli bir yerdə planlamışdızmı?” sualına müsbət cavab verərək, onların razılaşmasının mahiyyətini hər ikisinin Zərərçəkmiş şəxs gördüyü halda atəş açılması ilə əlaqələndirmişdir. Bu ifadə sadəcə təqsirləndirilən şəxs1 hadisə zamanı silahdan istifadə etdiyini deyil, hadisədən əvvəl Zərərçəkmiş şəxs qarşı birgə hərəkət etməyə dair razılaşmanın mövcudluğunu göstərən birbaşa əhəmiyyətli sübutdur. Eyni zamanda, təqsirləndirilən şəxs2 ibtida istintaq zamanı verdiyi videoçəkilişlə qeydə alınmış ifadəsində Zərərçəkmiş şəxs əvvəllər onu bıçaqlaması səbəbindən ona qarşı qisas niyyətinin olduğunu, təqsirləndirilən şəxs1 da onun Hikməti vuracağından xəbərdar olduğunu ifadə edən məlumatlar mövcuddur. təqsirləndirilən şəxs2 həmin ifadəsində təqsirləndirilən şəxs1 Hikməti vuracağını bildiyini təsdiq etmiş, atəşin kim tərəfindən açılmasının onun üçün fərq etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs1 videoçəkilişdən müəyyən olunan ifadəsində birgə hərəkət etməyə dair razılaşmanın mahiyyətini açıq şəkildə ifadə etməsi, Zərərçəkmiş şəxs harada görsə vurmaq niyyətində olduğunu bildirməsi, habelə təqsirləndirilən şəxs2 Hikməti vurmaq niyyətindən Ravinin xəbərdar olduğunu təsdiq etməsi təqsirləndirilən şəxslərin hərəkətlərinin təsadüfi xarakter daşımadığını göstərən mühüm sübutlardır. Bundan başqa, təqsirləndirilən şəxslərin sonrakı davranışları da həmin ifadələrin məzmunu ilə uzlaşır. Belə ki, təqsirləndirilən şəxs1 avtomobilin arxa hissəsində, pəncərəsi açıq vəziyyətdə olmuş, yanında iki patronla təchiz edilmiş və atəş açmağa yararlı odlu silah saxlamışdır. Zərərçəkmiş şəxs göründükdə həmin silahdan atəş açılmışdır. Birinci atəşdən sonra avtomobilin hərəkət istiqaməti dəyişmiş və ikinci atəş açılmışdır. Bu ardıcıllıq təsadüfi və qəfil baş vermiş bir hərəkətdən daha çox, yaranmış nəticədən sonra hərəkətin davam etdirildiyini göstərən obyektiv davranış ardıcıllığıdır. Kollegiya hesab edir ki, təqsirləndirilən şəxs2 birinci atəşdən sonra avtomobili dayandırıb təqsirləndirilən şəxs1 mane olmadığı, əksinə avtomobili yenidən hərəkət etdirərək hadisə yerindən uzaqlaşmaq əvəzinə yenidən Zərərçəkmiş şəxs istiqamətinə döndüyü barədə iş materiallarında olan məlumatlar da onun hadisədən xəbərsiz olması barədə versiyanın qiymətləndirilməsində əhəmiyyətlidir. Xüsusilə təqsirləndirilən şəxs1 ifadəsində birinci atəşdən sonra avtomobilin döndərilməsi və bundan sonra ikinci atəşin açılması barədə verdiyi məlumat təqsirləndirilən şəxs2 hərəkətinin hadisənin davam etdirilməsi ilə bağlı olduğunu göstərən mühüm sübutlardan biridir. Doğrudur, təqsirləndirilən şəxs2 sonrakı ifadələrində ikinci atəşdən xəbərsiz olduğunu, atəş səslərindən sonra nə baş verdiyini tam dərk etmədiyini bildirmişdir. Lakin təqsirləndirilən şəxsin sonradan verdiyi izahatın iş üzrə digər sübutlardan üstün tutulması üçün əsas yoxdur. Məhkəmə hər bir ifadəni onun verildiyi mərhələdən, digər sübutlarla uyğunluğundan və obyektiv hadisə ardıcıllığı ilə uzlaşıb-uzlaşmamasından asılı olaraq qiymətləndirməlidir. Təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsi öldürmək niyyətlərinin olmaması barədə dəlillərinə münasibətdə məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, iş üzrə dindirmə protokolları ilə videoçəkilişlər arasında mövcud olan uyğunsuzluq birinci instansiya məhkəməsi tərəfindən də aşkar edilmiş və qiymətləndirilmişdir. Videoçəkilişlərdə hər iki təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürmək deyil, yaralamaq niyyətində olduqlarını bildirmələri, təqsirləndirilən şəxs1 isə zərərçəkmiş şəxsin ölə biləcəyini, lakin niyyətinin yaralamaq olduğunu ifadə etməsi nəzərə alınmışdır. Müstəntiq şahid2 də məhkəmə baxışında protokollarda “öldürmək niyyəti” barədə qeyd olunmasının texniki səhvlə bağlı olduğunu, videoçəkilişlərin dindirmənin faktiki məzmununu əks etdirdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi də məhz bu səbəbdən yaranmış ziddiyyətdə videoçəkilişləri əsas götürmüşdür. Lakin həmin halın mövcudluğu təqsirləndirilən şəxslərin son nəticədə adam öldürməyə cəhd etmədən ibarət cinayət əməlini törətmiş olmalarını istisna etmir. Çünki cinayət niyyəti yalnız şəxsin dindirmə zamanı öz hərəkətini necə adlandırmasından deyil, onun hadisədən əvvəlki hazırlıq və davranışlarından, istifadə etdiyi vasitədən, atəşin istiqamətindən, atəşlərin sayından, hadisədən sonra hərəkətlərin davam etdirilib-etdirilməməsindən və bütün digər konkret hallardan müəyyən edilir. Başqa sözlə, təqsirləndirilən şəxslərin zərərçəkmişi öldürmək niyyətilərinin olmamasını demələri özü-özlüyündə qəsdin məzmununu müəyyən edən həlledici meyar ola bilməz. Əks halda şəxs tərəfindən törədilmiş hərəkətin obyektiv halları ilə onun həmin hərəkətə sonradan verdiyi subyektiv izah arasında ziddiyyət yarandıqda yalnız sonuncu əsas götürülmüş olardı. Halbuki cinayətin subyektiv tərəfi barədə nəticə bütün sübutların məcmusundan çıxarılmalıdır. Hazırkı iş üzrə isə təqsirləndirilən şəxs1 hadisədən əvvəl odlu silahı yanında saxlaması, həmin silahın atəş açmağa yararlı vəziyyətdə olması, silahda iki patronun olması, Zərərçəkmiş şəxs görüldüyü anda silahın çıxarılaraq atəş açılması, birinci atəşdən sonra avtomobilin yenidən zərərçəkmiş şəxsin istiqamətinə yönəldilməsi və ikinci dəfə atəş açılması, nəticədə Zərərçəkmiş şəxs odlu silahdan açılmış atəşlə xəsarət alması kimi hallar təsadüfi hərəkətlər məcmusu deyildir. Bununla yanaşı, müdafiə tərəfinin təqsirləndirilən şəxs2 öldürmək niyyətinin olmadığına dair əlavə dəlilləri də məhkəmə tərəfindən əsassız hesab edilir. Belə ki, qətimkan tədbiri seçilməsi haqqında qərarda təqsirləndirilən şəxs2 öldürmək niyyətinin ayrıca göstərilməməsi onun əməlini xarakterizə edən qəsdin digər sübutlarla müəyyən edilməsini istisna etmir. Yuxarıda da qeyd edildiyi kimi, yazılı ifadə protokolları ilə həmin ifadələrin videogörüntüləri arasında olan uyğunsuzluq isə birinci instansiya məhkəməsində araşdırılmış, müstəntiq bu məsələ ilə bağlı dindirilmiş və həmin ziddiyyətə müvafiq qiymət verilmişdir. Müdafiə tərəfinin müstəntiqlərin ona kömək ediləcəyini vəd etməsi və ifadələri oxumadan imzalaması barədə bildirdikləri də obyektiv sübutlarla təsdiq olunmadığından, bu mülahizələr təqsirləndirilən şəxs2 sonradan verdiyi ifadələrin həqiqiliyini istisna edən hal kimi qəbul edilə bilməz. Eyni zamanda, müdafiə tərəfinin təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunmasına və əvvəlki xarakteristikanın guya kim və ya kimlərinsə müdaxiləsi nəticəsində qərəzli şəkildə tərtib edilməsinə dair mülahizələrinə də münasibət bildirən məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hallar təqsirləndirilən şəxsin konkret hadisə zamanı zərərçəkmiş şəxsə münasibətdə formalaşmış qəsdinin məzmununu müəyyən edən və ya onun təqsirliliyini istisna edən sübut kimi qəbul edilə bilməz. Belə ki, təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun ümumi şəxsiyyət xüsusiyyətlərinə, gündəlik davranışına və ictimai münasibətlərinə dair məlumat verə bilərsə də, bu hal hadisə zamanı onun konkret olaraq hansı niyyətlə hərəkət etdiyini müəyyən etmir. Digər tərəfdən, nümayəndəliyin əvvəlki xarakteristikanı guya kənar müdaxilə nəticəsində verdiyi barədə müdafiə tərəfinin irəli sürdüyü fikir hər hansı obyektiv və mötəbər sübutla təsdiq olunmadığından, yalnız fərziyyə xarakterli mülahizə olaraq qalır. İş materiallarında həmin xarakteristikanın hər hansı şəxsin müdaxiləsi, təzyiqi və ya digər qanunsuz təsir nəticəsində tərtib edilməsini təsdiq edən konkret məlumatın mövcudluğu müəyyən edilmir. Sonradan həmin xarakteristikanın texniki səhv nəticəsində verildiyinin bildirilməsi də öz-özlüyündə istintaq orqanının və ya digər şəxslərin təqsirləndirilən şəxsə qarşı qərəzli münasibət göstərməsini və bununla əlaqədar digər sübutların saxtalaşdırılmasını təsdiq etmir. Bu səbəbdən müdafiə tərəfinin həmin xüsusatlara istinad etməklə iş üzrə toplanmış digər sübutların, o cümlədən hadisənin faktiki halları və təqsirləndirilən şəxslərin davranışları ilə bağlı sübutların mötəbərliyini şübhə altına almağa yönəlmiş dəlilləri əsaslı hesab edilə bilməz. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin “birinci atəşin havaya, ikinci atəş yerə açılması və bunun yalnız zərərçəkmiş şəxsi qorxutmaq məqsədi daşıması” barədə dəlilləri də iş üzrə digər sübutlarla uzlaşmır. Əvvəla, ikinci atəş nəticəsində Zərərçəkmiş şəxs sağ bel nahiyəsindən saçma yarası alması obyektiv ekspert sübutu ilə təsdiq edilmişdir. Həmin xəsarətin yaranma mexanizmi də atəşin zərərçəkmiş şəxsin istiqamətində həyata keçirildiyini göstərir. İkincisi, təqsirləndirilən şəxs1 öz ifadəsində birinci atəşin Zərərçəkmiş şəxs nişan almaq məqsədilə açıldığını, lakin dəymədiyini, bundan sonra ikinci atəşin açıldığını bildirməsi müdafiə tərəfinin sonrakı “yalnız qorxutmaq məqsədi” versiyası ilə ziddiyyət təşkil edir. Eyni zamanda, X18 hadisə zamanı təqsirləndirilən şəxs1 əlində silah gördüyünü, onun atəş açdığını, bundan sonra ikinci atəşin də baş verdiyini bildirməsi, şahid12 isə hadisə zamanı iki atəş səsi eşitdiyini və zərərçəkmiş şəxsin həmin istiqamətdən qaçaraq evinə getdiyini müşahidə etməsi hadisənin iki mərhələli şəkildə baş verdiyini təsdiq edən sübutlardandır. Bununla yanaşı, kollegiya hesab edir ki, müdafiə tərəfinin zərərçəkmiş şəxsin həyati əhəmiyyətli orqanına deyil, bel nahiyəsinə xəsarət yetirilməsini öldürmək niyyətinin olmamasının göstəricisi kimi təqdim etməsi də əsaslı sayıla bilməz. Şəxsin bədəninin hansı hissəsindən yaralanması qəsdən adam öldürməyə cəhd zamanı qəsdin mövcudluğunu avtomatik olaraq istisna edən meyar deyildir. Hadisə zamanı atəşin dəqiq hara dəyməsi atəş açan şəxsin iradəsindən asılı olmayan nəticə ola bilər. Xüsusilə də hazırkı cinayət işində birinci atəşin zərərçəkmiş şəxsə dəyməməsi, ikinci atəşin isə onun bel nahiyəsinə dəyməsi, zərərçəkmiş şəxsin qaçaraq həyətinə daxil olması və bundan sonra təqsirləndirilən şəxslərin sərəncamında patron qalmaması nəzərə alınmalıdır. Əksinə, iki patronun hər ikisinin istifadə edilməsi və atəşin ikinci dəfə açılması təqsirləndirilən şəxslərin hərəkətin nəticəsinin baş verməsinə yönəlmiş iradəsinin davamlılığını göstərir. Cinayətin başa çatmaması isə təqsirləndirilən şəxslərin öz iradələrindən asılı olmayan səbəblərlə əlaqədardır. Belə ki, birinci atəş zərərçəkmiş şəxsə dəyməmiş, ikinci atəşdən sonra Zərərçəkmiş şəxs qaçaraq həyətinə daxil olmuş və bundan sonra təqsirləndirilən şəxslərin istifadəsində əlavə patron qalmamışdır. Həmçinin, kollegiyanın qənaətincə, müdafiə tərəfinin “təqsirləndirilən şəxslər əgər həqiqətən zərərçəkmiş şəxsi öldürmək istəsəydilər, daha yaxın məsafədən atəş açardılar”, “zərərçəkmiş şəxsi təqib edib öldürə bilərdilər” və ya “5-6 metr məsafədən öldürmək mümkün idi” məzmunlu dəlilləri də ehtimal xarakterli mülahizələrdən başqa bir şey deyildir. Cinayət niyyəti şəxsin törətmədiyi fərziyyə xarakterli hərəkətlər əsasında deyil, faktiki olaraq həyata keçirdiyi hərəkətlər və həmin hərəkətlərin konkret şəraiti əsasında müəyyən edilməlidir. Belə ki, şəxsin zərərçəkmiş şəxsi daha yaxın məsafədən təqib etməməsi onun əvvəlki hərəkətlərində öldürmək niyyətinin mövcud olmadığını göstərmir. Əksinə, iş üzrə sübutlarla təsdiq olunan fakt ondan ibarətdir ki, zərərçəkmiş şəxs istiqamətində odlu silahdan iki dəfə atəş açılmış və nəticədə o, odlu silah xəsarəti almışdır. Müdafiə tərəfinin zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə baxışında təqsirləndirilən şəxslərlə barışması, onlardan şikayətçi olmadığını bildirməsi və əvvəlki ifadələrini müəyyən hissələrdə təkzib etməsi də təqsirləndirilən şəxslərin təqsirliliyini aradan qaldırmır. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərlə barışması onun cinayət hadisəsinin faktiki hallarına dair bütün əvvəlki məlumatlarını avtomatik olaraq etibarsız edən hal deyildir. Əksinə, məhkəmə onun müxtəlif mərhələlərdə verdiyi ifadələri müqayisə etməli və həmin ifadələrin obyektiv sübutlarla nə dərəcədə uzlaşdığını müəyyən etməlidir. Bu baxımdan Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı hadisənin gedişinə dair verdiyi ifadə ilə hadisə yerinə baxış zamanı göstərdiyi hallar, həmçinin ekspert rəyləri və digər sübutlar arasında müəyyən uyğunluqlar mövcuddur. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin ifadələrinin hərtərəfli müqayisəsinə və təhlilinə əsaslanaraq belə hesab edir ki, onun məhkəmə baxışında ifadəsini dəyişməsi isə digər obyektiv sübutların mövcudluğu şəraitində təqsirləndirilən şəxslərin təqsirsizliyi barədə nəticəyə gəlmək üçün kifayət etmir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qızı azyaşlı şahid9 hadisə zamanı zərərçəkmişin yanında olub-olmaması məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi özü də bu halı müdafiə tərəfinin xeyrinə qiymətləndirmiş və ittihamda xüsusi amansızlıqla bağlı göstərilən həmin epizodu təsdiq olunmuş hal kimi qəbul etməyərək, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamdan xaric etmişdir. Bu səbəbdən həmin məsələ təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 29,120.2.1 və 29,120.2.4-cü maddələri ilə təqsirləndirilməsini təsdiq edən əsas kimi çıxış etmir. Bununla belə, uşağın hadisə yerində olub-olmamasına dair ziddiyyətli ifadələrin mövcudluğu əsas cinayət hadisəsinin, yəni Zərərçəkmiş şəxs odlu silahdan atəş açılması və onun nəticəsində xəsarət almasının sübut olunmasını aradan qaldırmır. Eyni zamanda, qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə də təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirləndirilmələrinin əsasını həmin cinayətin ümumi təhlükəli üsulla törədilməsindən ibarət dispozitiv əlamət təşkil etmişdir. Belə ki, zərərçəkmiş şəxsin həyatına təhlükə yaradan hərəkətlərin digər şəxslərin yanında törədilməsi də iş üzrə ümumi təhlükəli üsulun qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Lakin məhkəmə kollegiyası hesab edir ki, bu nəticəyə gəlmək üçün azyaşlı Zəhranın hadisə zamanı orada olması barədə mübahisəli məlumatlara istinad etmək zəruri deyildir. İş üzrə digər şahidlərin hadisə zamanı ərazidə olmaları və atəşlərin insanın istiqamətinə açılması, habelə balistik sübutlar həmin hissənin qiymətləndirilməsi üçün kifayətdir. Ali Məhkəmə Plenumununyuxarıda adıçəkilən Qərarının 8-ci bəndində göstərilmişdir ki, ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Ümumi təhlükəli üsulla adam öldürməyə yandırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, qəzalar törətməklə, zərərçəkmiş şəxsi qətlə yetirmək məqsədilə onun olduğu qapalı yerə qaz buraxmaqla, kütləyə nizamsız atəş açmaqla adam öldürmə hallarını aid etmək olar. Bundan başqa, müdafiə tərəfinin Təhmasib Bəxtiyarovun hadisədən əvvəl baş verənlərdən xəbərsiz olması barədə dəlili də təqsirləndirilən şəxslərin təqsirliliyini istisna edən hal deyildir. Əksinə, Təhmasib Bəxtiyarovun ifadələri hadisənin mühüm hissəsini, yəni avtomobildə təqsirləndirilən şəxs1 silahla olmasını, atəş açılmasını və iki atəş səsi eşidilməsini təsdiqləyir. Onun əvvəlcədən hadisədən xəbərsiz olması təqsirləndirilən şəxslərin öz aralarındakı razılaşmanın mövcudluğuna dair nəticəni təkzib etmir. Əksinə, Təhmasibin hadisədən xəbərsiz olması onun ifadələrinin təqsirləndirilən şəxslərin niyyətini təsdiq etməməsi ilə yanaşı, onların niyyətini özünün bilmədiyini göstərir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, müdafiə tərəfinin ayrı-ayrı şahid ifadələrindəki ziddiyyətlərə istinad etməsi həmin ifadələrin hamısının və iş üzrə bütün sübutların avtomatik olaraq yolverilməz və ya etibarsız hesab edilməsini şərtləndirmir. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi zamanı ayrı-ayrı ifadələrdə müəyyən uyğunsuzluqların mövcudluğu təbii olmaqla, əsas məsələ həmin ziddiyyətlərin işin nəticəsinə təsir edən mühüm hallara aid olubolmaması və digər obyektiv sübutlarla aradan qaldırılıb-qaldırılmamasıdır. Hazırkı işdə isə hadisənin əsas halları — təqsirləndirilən şəxslərin hadisə günü birlikdə olması, onların Zərərçəkmiş şəxs yaşadığı əraziyə gəlməsi, təqsirləndirilən şəxs1 odlu silahla avtomobildə olması, həmin silahdan iki dəfə atəş açılması, ikinci atəş nəticəsində Zərərçəkmiş şəxs odlu silah xəsarəti alması, hadisə yerindən gilizin götürülməsi, həmin gilizin istifadə edilmiş tüfənglə əlaqəsinin ekspert rəyi ilə müəyyən edilməsi və silahın atəş açmağa yararlı olması birbirindən asılı olmayan müxtəlif sübut mənbələri ilə təsdiq olunur. Bu sübutların üzərinə təqsirləndirilən şəxs1 videoçəkilişlə qeydə alınmış və birgə hərəkətə dair razılaşmanı təsdiq edən ifadələri, təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qarşı əvvəlcədən mövcud olmuş qisas niyyəti barədə etirafları, onun təqsirləndirilən şəxs1 Hikməti vurmaq niyyətindən xəbərdar olduğunu göstərən ifadələri və hadisə zamanı avtomobili idarə etməsi ilə bağlı faktiki davranışları əlavə olunduqda, müdafiə tərəfinin “Şamxalın hadisədən xəbəri olmayıb” və “Ravin zərərçəkmişi yalnız qorxutmaq istəyib” məzmunlu versiyalarının sübutların bütöv məcmusu ilə uzlaşmadığı aydın olur. Beləliklə, iş üzrə sübutların məcmusu belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs2 ilə təqsirləndirilən şəxs1 arasında Zərərçəkmiş şəxs qarşı birgə hərəkət etmək barədə razılaşma olmuş, həmin razılaşma yalnız hadisə anında təsadüfi şəkildə yaranmamış, onların əvvəlcədən formalaşmış qisas niyyəti və sonrakı birgə hərəkətləri ilə müşayiət olunmuşdur. təqsirləndirilən şəxs1 odlu silahdan istifadə etməklə razılaşdırılmış hərəkətin bilavasitə icrasını həyata keçirmiş, təqsirləndirilən şəxs2 isə hadisə yerinə birlikdə gəlməklə, avtomobili idarə etməklə, təqsirləndirilən şəxs1 silahdan istifadə etməsi şəraitində hərəkətlərini davam etdirməklə və birinci atəşdən sonra avtomobilin hərəkət istiqamətini dəyişərək hadisənin davamına şərait yaratmaqla həmin birgə qəsdin həyata keçirilməsində iştirak etmişdir. Eyni zamanda, iş üzrə müəyyən edilmiş hallar hər iki təqsirləndirilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsi həyatdan məhrum etməyə yönəlmiş qəsdin mövcudluğunu təsdiq edir. Belə ki, qisas motivi ilə hərəkət etmələri, odlu silahdan istifadə etmələri, silahdan atəşin bilavasitə zərərçəkmiş şəxs istiqamətində açılması, ilk atəşin nəticə verməməsindən sonra hərəkətin dayandırılmaması, əksinə avtomobilin yenidən çevrilərək ikinci atəşin açılması və nəticədə zərərçəkmiş şəxsin odlu silah xəsarəti alması onların hərəkətlərinin sadəcə qorxutmaq və ya təsadüfi xəsarət yetirmək məqsədi daşımadığını göstərən hallardır. Cinayətin başa çatmaması isə təqsirləndirilən şəxslərin öz iradələrindən asılı olmayan səbəbdən baş vermişdir. Birinci atəş zərərçəkmiş şəxsə dəyməmiş, ikinci atəş nəticəsində o xəsarət alaraq qaçmış və həyətə daxil olmuş, bundan sonra isə təqsirləndirilən şəxslərin sərəncamında əlavə patron qalmamışdır. Bu hallar qəsdən adam öldürməyə yönəlmiş hərəkətlərin tamamlanmadığını, lakin həmin hərəkətlərin cinayətə hazırlıq və ya sadəcə xəsarət yetirmə həddində də qalmadığını göstərir. Odur ki, apellyasiya şikayətlərində göstərilən sübutların kifayət etməməsi, ziddiyyətlərin həll edilməməsi, təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs1 atəş açacağından xəbərsiz olması, təqsirləndirilən şəxs1 yalnız zərərçəkmiş şəxsi qorxutmaq niyyəti ilə hərəkət etməsi, habelə təqsirləndirilən şəxslərdə adam öldürmək qəsdinin olmaması barədə dəlillər məhkəmə kollegiyası tərəfindən iş materialları ilə təsdiq olunmuş hallarla uzlaşmayan və müdafiə mövqeyinin dəyişdirilməsinə yönəlmiş dəlillər kimi qiymətləndirilir. Nəticə etibarilə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar iş üzrə araşdırılmış sübutlarla təsdiq olunur, həmin sübutlar bir-birini tamamlayır və onların məcmusu təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən öldürülməsinə yönəlmiş, qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən və ümumi təhlükəli üsulla törədilmiş cinayətə cəhd etmələri barədə nəticəyə gəlməyə kifayət edir. Nəticə etibarilə, təqsirləndirilən şəxs2 əməlinin CM-nin 29,120.2.1 və 29,120.2.4-cü maddələri, təqsirləndirilən şəxs1 əməlinin isə CM-nin 229.1, 29,120.2.1 və 29,120.2.4-cü maddələri tövsif edilməsini istisna edən hər hansı hal müəyyən edilmir. Odur ki, kollegiya hesab edir ki, müdafiə tərəfinin işin faktiki halları və təqsirləndirilən şəxlsərin əməllərinin hüquqi tövsifi ilə bağlı göstərdiyi dəlillər iş üzrə müəyyən olunmuş faktiki hallar və birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla təkzib olunan dəlillər olmaqla apellyasiya şikayətlərinin təmin olunaraq təqsirləndirilən şəxlsərin barəsində bəraət hökmünün çıxarılması üçün qanuni əsas kimi qəbul oluna bilməz. Beləliklə, apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 29,120.2.1 və 29,120.2.4-cü maddələri, təqsirləndirilən şəxs1 isə Cinayət Məcəlləsinin nin 229.1, 29,120.2.1 və 29,120.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Kollegiya iş üzrə yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onlar tərəfindən törədilmişdir, onların hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 29,120.2.1 və 29,120.2.4-cü maddələri, təqsirləndirilən şəxs1 isə Cinayət Məcəlləsinin nin 229.1, 29,120.2.1 və 29,120.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmələri və təqsirli olmaları tam təsdiq olunmuşdur. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi, habelə əməllərinin hüquqi tövsifinin dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hеsаb еdir ki, istər ibtidai araşdırma zamanı, istərsə də açıq, qərəzsiz, оbyеktiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl еdilməklə kеçirilmiş məhkəmə istintaqında təqsirləndirilən şəхslərin müdafiə hüquqları tam həcmdə təmin еdilmiş və məhkəmə baхışı zamanı hər hansı kоbud prоsеssual qanun pоzuntusuna yоl vеrilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin əməllərinin CM-nin müvafiq maddələri ilə düzgün tövsif edildiyini nəzərə alaraq, cəza məsələsinə qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Təqsirləndirilən şəxslərə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxslərin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları, habelə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almış, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, iş materiallarında olan ##.##.2024-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs1 ##.##.2016-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq Masallı Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli hökmü ilə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə 02 il şərti sınaq müddəti təyin edilmiş, ##.##.2017-ci il tarixdə cəzası 01 ilə edirilməklə ##.##.2018-ci il tarixdə cəza müddəti başa çatdığından cəzadan azad edilmişdir. ##.##.2019-cu il tarixdə Rusiya DİN Snakt Peterburq şəhəri Rteysk Rİİ tərəfindən Rusiya Federasiyası CM-nın 162.2-ci maddəsi ilə həbs edilmişdir. İş materiallarında olan ##.##.2024-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Həmçinin zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsindən görünür ki, o, təqsirləndirilən şəxslərin hər ikisi ilə barışmışdır, şikayəti yoxdur. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların zərərçəkmiş şəxslə barışmalarını CM-in 59.1.12 ci maddəsinə əsasən cəzalarını yüngülləşdirən hal kimi nəzərə almış, cəzalarını ağırlaşdıran halları isə müəyyən etməmiş, təqsirləndirilən şəxs2 CM-nin 29,120.2.1, 29,120.2.4-cü maddələri ilə təqsirli bilinib ona 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təqsirləndirilən şəxs1 isə CM-nin 229.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 29,120.2.1, 29,120.2.4-cü maddələri ilə isə təqsirli bilinib 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, həmçinin CM-nin 66.3-cü maddəsinə əsasən ona cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi ilə bağlı yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 229.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, cinayətin törədilmə üsulunu və mexanizmini, təqsirləndirilən şəxslərin cinayətdə rolunu, təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 cəzanın məqsədlərini təmin edən növdə və həddə cəza təyin etmiş, bununla da işin faktiki hallarını düzgün qiymətləndirmiş, ümumilikdə cəza təyini məsələsində CM-nin 8.1-ci maddəsinə tam əməl etməklə qanuni və əsaslı cəzanın təyin edilməsinə nail olmuş, təqsirkarların barəsində kifayət qədər ədalətli davranmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi cəza məsələsində də düzgün nəticəyə gəlmiş, bu hissədə cinayət və cinayət-prosessual qanunvericiliyi düzgün tətbiq etmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilməsi və ya ləğv edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Odur ki, apellyasiya şikayətləri təmin olunmamalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi2 və məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Pərviz Əhmədov Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(3-9)-174/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-174/2026
17.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver