Məhkəmə qərarları › İş №1(3-9)-175/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-175/2026

28.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-175/2026 28.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən), Novruzova Aytən Nazim qızı və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Məhkum təqsirləndirilən şəxs1, X4 Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə təqsirləndirilən şəxs2, X2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərarından apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətinin bərpasına dair vəsatətin rədd edilməsi haqqında həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərarından məhkum təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında ilkin məhkəmə baxışını keçirərək MÜƏYYƏN ETDI: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2021-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmçinin, hökmün surəti ## ######## 2021-ci il tarixdə cinayət prosesinin tərəflərinə göndərilmişdir. Hökmün surəti ## ####### 2021-ci il tarixdə qəbzə imza etdirilməklə məhkum təqsirləndirilən şəxs1 təqdim olunmuşdur. Bundan başqa apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatətin rədd olunması haqqında ##.##.2023-cü il tarixli qərarın surəti həmin tarixdə məhkuma təqdim olunması üçün PX-nin X7 göndərilmişdir. Bundan başqa apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatətin rədd olunması haqqında ##.##.2024-cü il tarixli qərarın surəti həmin tarixdə məhkuma təqdim olunması üçün PX-nin ** saylı Cəzaçəkmə Müəssisəsinə göndərilmişdir. Məhkum təqsirləndirilən şəxs1 ##.##.2026-cı il tarixdə ##.##.2024-cü il tarixli qərarından yazmış olduğu apellyasiya şikayəti və ötürülmüş prosessual müddətin bərpası ilə bağlı vermiş olduğu vəsatətə baxılmasını məhkəmədən xahiş etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2024-cü il tarixli qərarından apellyasiya şikayətinin vermə müddətinin bərpa olunmasına dair məhkum təqsirləndirilən şəxs1 tərəfindən verilmiş vəsatət əsassız olduğundan rədd edilmişdir. Həmin qərardan narazı qalan məhkum təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini belə əsaslandırmışdır ki, barəsində çıxarılmış ##.##.2021-ci il tarixli hökm ədalətsizdir. Səhhətində bir sıra problemlər əmələ gəldiyindən * saylı Ixtisaslaşmış Müalicə müəssisəsinə göndərilmiş və tam müalicə olunmamışdır. Törətmiş olduğu cinayət əməli ilə bağlı Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə barəsində ağır həddə azadlıqda məhrumetmə cəzası verilmişdir. Səhhəti ilə bağlı bir sıra çətinliklər əmələ gəlmişdir. ##.##.2021-ci il tarixində hökmün ona təqdim olunduğu və onun qəbzi imzaladığı qərarda göstərilsə də, bu hal absurd haldır. Bu səbəblə buraxılmış prosessual müddətin bərpa olunmasına dair ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkum təqsirləndirilən şəxs1 və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətin rədd edilməsi barədə düzgün nəticəyə gəlmədiyini göstərib, həmin qərarın ləğv edilməsi və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışında dövlət ittihamçısı X1 məhkum təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin apellyasiya şikayəti vermə müddətinin bərpa olunması haqqında vəsatətin rədd edilməsi barədə qanuni, əsaslı və düzgün nəticəyə gəldiyini göstərib, apellyasiya şikayətinin təmin olunmadan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, habelə proses iştirakçılarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən ittiham və ya bəraət hökmündən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-in 203.1 və 203.3-cü maddələrinə görə cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. Qanun normalarının məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verilməsi müddəti hökmün elan olunduğu vaxtdan hesablanır. Qanunverici yalnız həbsdə olan məhkumun müəyyən məhrumiyyətlərə məruz qalmasını istisna hal kimi nəzərə alaraq apellyasiya şikayəti verilməsi müddətini hökm elan olunduğu vaxtdan deyil, həbsdə olan şəxslər üçün hökmün surətinin alındığı vaxtdan hesablanmasını müəyyən etmişdir. Iş materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2024-cü il tarixli qərarı təqsirləndirilən şəxs1 təqdim olunması üçün ## ####### 2024-cü il tarixdə saxlanıldığı Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsinə göndərilmişdir. Məhkum təqsirləndirilən şəxs1 ##.##.2024-cü il tarixli qərardan yazmış olduğu apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi apellyasiya şikayəti qanunla müəyyən edilmiş 20 gün ərzində deyil, 1 ildən çox müddət keçdikdən sonra verilmiş və bununla da apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət üzrlü səbəblər olmadan buraxılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum ##.##.2024-cü il tarixli qərarın surətini rəsmi qaydada əldə etməklə apellyasiya şikayəti vermək hüququnun yarandığını bilmişdir. Bu hal qərarda apellyasiya şikayəti verilməsi üçün müddətin göstərilməsi ilə elan olunarkən ona qərardan 20 gün ərzində şikayət verməli olmasının izah edilməsi ilə müəyyən edilir. Məhkəmə kollegiyası məhkum təqsirləndirilən şəxs1 apellyasiya şikayətinin müddəti ötürməsinin səbəbləri ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, qərar elan olunduqdan sonra onun apellyasiya şikayəti verməsinə mane ola biləcək hər hansı halın mövcud olması heç bir mötəbər sübutla təsdiq olunmur və məhkumun göstərdiyi hallar prosessual müddətin bərpası üçün əsas kimi nəzərdən keçirilə bilməz. Ona görə də kollegiya məhkum təqsirləndirilən şəxs1 dəlilləri ilə razılaşmağı mümkün saymır, bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tamamilə razılaşır və hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-in 391.3.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, məhkum təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-ci il tarixli qərarının ləğv edilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz, ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 202, 203, 384 və 391-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (məhkum təqsirləndirilən şəxs1 münasibətdə isə qərarın surəti ona verildiyi) gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar