Məhkəmə qərarları › İş №1(3-9)-179/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-179/2026

03.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-179/2026 03.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), X2 və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X1, məhkum edilmiş şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs3, müdafiəçiləri – Şirvan Regional Vəkil Bürosunun vəkilləri X3 və müdafiəçi1 iştirakı ilə, təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri və təqsirləndirilən şəxs1 İsmayıl oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə məhkum edilmələrinə dair İmişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmündən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2, onun müdafiəçisi X3 və zərərçəkmiş şəxs İbayev Nuruş Dilavər oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İmişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü (hakimlər Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi) ilə ##.##.1995-ci ildə Rusiya Federasiyasının Kurqan vilayətinin Safakulevo rayonunun Martınovka kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, İmişli rayonu, Çaxırlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından dərhal həbsə alınması, cəzaçəkmə müddətinin əvvəlinin həbsə alındığı gündən, yəni ## #### 2026-cı il tarixdən hesablanması, ##.##.1986-cı ildə İmişli rayonu, Çaxırlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, İmişli rayonu, Çaxırlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından dərhal həbsə alınması, cəzaçəkmə müddətinin əvvəlinin həbsə alındığı gündən, yəni ## #### 2026-cı il tarixdən hesablanması barədə yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Hökmlə, həmçinin təqsirləndirilən şəxs1 İsmayıl oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir. İŞİN HALLARI Məhkəmənin hökmündən görünür ki, təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilir ona görə ki, o, özgənin əmlakını talama məqsədi ilə əmisioğlu təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, ## ###### 2023-cü il tarixdə saat təxminən 24 radələrində İmişli rayonu, Çaxırlı kəndində yerləşən saxlanc yeri hesab edilən “xxxx” kiçik müəssisəsinin həyətində yerləşən dəmir lövhələrlə əhatələnmiş anbarın qapısının üzərində olan kilidi özü ilə əvvəldən gətirdiyi dəmir armatur ilə sındırıb qanunsuz daxil olaraq oradan 700 manat dəyərində yeni vəziyyətdə bir ədəd 503 markalı qaynaq aparatını, 1 metri 50 manat dəyərində olan 30 metr qaynaq kabelini, 1 metri 25 manat dəyərində olan 35 metr elektrik motorlarına qoşulmaq üçün nəzərdə tutulmuş 50-lik 4 fazalı mis kabeli, 850 (səkkiz əlli) manat dəyərində Türkiyə istehsalı olan yeni vəziyyətdə 1 ədəd 15 kvt-lıq 1500 dövrlər sayı olan elektrik motorunu, hər biri 450 (dörd yüz əlli) manat dəyərində Türkiyə istehsalı olan yeni vəziyyətdə 2 ədəd 7,5 kvt-lıq 1500 dövrlər sayı olan elektrik motorunu, hər biri 350 (üç yüz əlli) manat dəyərində Türkiyə istehsalı olan yeni vəziyətdə 2 ədəd 5 kvt-lıq 1500 dövrlər sayı olan elektrik motorunu, təxminən 150 (yüz əlli) manat dəyərində olan bir ədəd həyəti sulamaq və çənə su vurmaq üçün nəzərdə tutulmuş “Aqidel” markalı su motorunu, 400 (dörd yüz) manat dəyərində istifadə olunmamış təzə halda olan məngənə dəzgahını, 500 (beş yüz) manat dəyərində Rusiya istehsalı olan 220x36 gərginlik gücündə olan bir ədəd transformatoru gizli yolla talayıb oğurlamaqla zərər çəkmiş şəxs İbayev Nuruş Dilavər oğluna ümumilikdə 6575 (altı min beş yüz yetmiş beş) manat dəyərində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını talama məqsədi ilə həmkəndlisi təqsirləndirilən şəxs1 İsmayıl oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2024-cü ilin yanvar ayının sonlarında saat təxminən 23 radələrində İmişli rayonu, Çaxırlı kəndində yerləşən qum çınqıl istehsalı üçün nəzərdə tutulmuş karxananın həyətinə qanunsuz daxil olaraq oradan 60 (altmış) manat dəyərindəki Çin istehsalı olan bir ədəd işıq moturunu, hər birinin qiyməti 25 (iyirmi beş) manat olmaqla 100 (yüz) manat dəyərində olan hər biri bir metr uzunluğundakı 4 ədəd dəmir borunu və hər biri 20 (iyirmi) manat olmaqla 40 (qırx) manat dəyərində olan iki ədəd tökmə dəmiri gizli yolla talayıb oğurlamaqla zərər çəkmiş şəxs İbayev Nuruş Dilavər oğluna ümumilikdə 200 (iki yüz) manat dəyərində maddi ziyan vuraraq təkrar oğurluq etmişdir. təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilir ona görə ki, o, özgənin əmlakını talama məqsədi ilə əmisioğlu təqsirləndirilən şəxs3lə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, ## ###### 2023-cü il tarixdə saat təxminən 24 radələrində İmişli rayonu, Çaxırlı kəndində yerləşən saxlanc yeri hesab edilən “xxxx” kiçik müəssisəsinin həyətində yerləşən dəmir lövhələrlə əhatələnmiş anbarın qapısının üzərində olan kilidi təqsirləndirilən şəxs3 əvvəldən gətirdiyi dəmir armatur ilə sındıraraq, qanunsuz daxil olub oradan 700 (yeddi yüz) manat dəyərində yeni vəziyyətdə bir ədəd 503 markalı qaynaq aparatını, 1 metri 50 manat dəyərində olan 30 metr qaynaq kabelini, 1 metri 25 manat dəyərində olan 35 metr elektrik motorlarına qoşulmaq üçün nəzərdə tutulmuş 50-lik 4 fazalı mis kabeli, 850 (səkkiz əlli) manat dəyərində Türkiyə istehsalı olan yeni vəziyyətdə 1 ədəd 15 kvt-lıq 1500 dövrlər sayı olan elektrik motorunu, hər biri 450 (dörd yüz əlli) manat dəyərində Türkiyə istehsalı olan yeni vəziyyətdə 2 ədəd 7,5 kvt-lıq 1500 dövrlər sayı olan elektrik motorunu, hər biri 350 (üç yüz əlli) manat dəyərində Türkiyə istehsalı olan yeni vəziyyətdə 2 ədəd 5 kvt-lıq 1500 dövrlər sayı olan elektrik motorunu, təxminən 150 (yüz əlli) manat dəyərində olan bir ədəd həyəti sulamaq və çənə su vurmaq üçün nəzərdə tutulmuş “Aqidel” markalı su motorunu, 400 (dörd yüz) manat dəyərində istifadə olunmamış təzə halda olan məngənə dəzgahını, 500 (beş yüz) manat dəyərində Rusiya istehsalı olan 220x36 gərginlik gücündə olan bir ədəd transformatoru gizli yolla talayıb oğurlamaqla zərərçəkmiş şəxs İbayev Nuruş Dilavər oğluna ümumilikdə 6575 (altı min beş yüz yetmiş beş)manatdəyərindəxeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin hökmündən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək, hökmlə təyin edilmiş cəzadan narazı olduğunu bildirib, barəsində yeni ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən, həmçinin məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi X3 apellyasiya şikayəti verərək, hökmün təqsirləndirilən şəxs2 aid hissədə dəyişdirilməsini və onun barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında olan həbslə əlaqədar olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmü ilə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1.177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından dərhal həbsə alınması, cəzaçəkmə müddətinin əvvəlinin həbsə alındığı gündən, yəni ## #### 2026-cı il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin hökmünə əsasən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1.177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmişdir, ona görə ki, o, özgənin əmlakını talama məqsədi ilə əmisi oğlu təqsirləndirilən şəxs3lə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, ## ###### 2023cü il tarixdə saat təxminən 24 radələrində İmişli rayonu, Çaxırlı kəndində yerləşən saxlanc yeri hesab edilən "xxxx" kiçik müəssisəsinin həyətində yerləşən dəmir lövhələrlə əhatələnmiş anbarın qapısının üzərində olan kilidi təqsirləndirilən şəxs3 əvvəldən gətirdiyi dəmir armatur ilə sındıraraq, qanunsuz daxil olub oradan 700 (yeddi yüz) manat dəyərində yeni vəziyyətdə bir ədəd 503 markalı qaynaq aparatını, 1 metri 50 manat dəyərində olan 30 metr qaynaq kabelini, Imetri 25 manat dəyərində olan 35 metr elektrik motorlarına qoşulmaq üçün nəzərdə tutulmuş 50-lik 4 fazalı mis kabeli, 850 (səkkiz yüz əlli) manat dəyərində Türkiyə istehsalı olan yeni vəziyyətdə 1 ədəd 15 kvt-lıq 1500 dövrlər sayı olan elektrik motorunu hər biri 450 (dörd yüz əlli)manat dəyərində Türkiyə istehsalı olan yeni vəziyyətdə 2 ədəd 7.5 kvt-lıq 1500 dövrlər sayı olan elektrik motorunu hər biri 350 (üç yüz əlli) manat dəyərində Türkiyə istehsalı olan yeni vəziyyətdə 2 ədəd 5 kvt-lıq 1500 dövrlər sayı olan elektrik motorunu təxminən 150 (yüz əlli) manat dəyərində olan bir ədəd həyəti sulamaq və çənə su vurmaq üçün nəzərdə tutulmuş "Aqidel markalı su motorunu,400 (dörd yüz)manat dəyərində istifadə olunmamış təzə halda olan məngənə dəzgahını, 500 (beş yüz) manat dəyərində Rusiya istehsalı olan 220x36 gərginlik gücündə olan bir ədəd transfarmatoru gizli yolla talayıb oğurlamaqla zərərçəkmiş şəxs İbayev Nuruş Dilavər oğluna ümumilikdə 6575 (altı min beş yüz yetmiş beş) manat dəyərində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1.177.2.3,177.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində təxminən ##.##.2023-cü il tarixdə əmisi oğlu təqsirləndirilən şəxs3la birlikdə İbayev Nurmuş Dilavər oğluna məxsus anbardan yalnız 2 ədəd su motoru və bir ədəd qaynaq aparatı oğurladıqlarını bildirərək, təqsirləndirilən şəxs X8 ifadəsində göstərilən xüsusatları təsdiq etmiş, eyni zamanda bildirmişdir ki, zərərçəkmiş şəxs İbayev Nuruş Dilavər oğluna vurmuş olduğu maddi ziyana görə sonuncuya 1300 manat pul ödəmişdir. Qeyd olunanları nəzərə almaqla ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər təqsirləndirilən şəxs X5 də özünü Cinayət Məcəlləsinin 177.2.1,177.2.2.177.2.3 va 177.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək, ittihamın birinci epizodu üzrə ifadəsində göstərmişdir ki, təxminən ##.##.2023-cü il tarixdə əmisi oğlu təqsirləndirilən şəxs2la birlikdə araq içən zaman Ziyaya həmkəndlisi İbayev Nuruş Dilavər oğluna məxsus anbardan oğurluq etməyi təklif euniş və Ziya onunla razuaşmışdır. Onlar elə həmin gecə saat təxminən 23-24 radələrində Nuruşa məxsus anbarım yanına piyada şəkildə getmişlər. Həmin yerdə 5 ədəd anbar olmuşdur. Onlar həmin vaxt dördüncü anbarın dəmir qapısını öz həyətindən götürüb apardığı dəmir armatur vasitəsi ilə qırmışlar. Qapını qırdıqdan sonra birlikdə anbarın içərisinə daxil olmuşlar. Həmin vaxt oradan yəni anbarın içərisindən iki ədəd su motoru və bir ədəd qaynaq aparatını götürmüşlər. Onlar həmin iki ədəd su motoru və bir ədəd qaynaq aparatını hissələrə ayırmışlar.Həmin günün səhərisi, yəni ##.##.2023-cü il tarixdə o,İmişli rayon sakini Turan adlı şəxsə zəng vurub satlıq imetal olduğunu demişlər. Bundan sonra səhər saatlarında Tufan onun yaşadığı evin həyətinə gəlmişdir. Oğurladıqları 2 ədəd su motorunun ve bir ədəd qaynaq aparatının metal hissələri üçün Tufan onlara 130 (yüz otuz) manat pul verə biləcəyini demiş.onlar da razılaşmışlar. Tufan onlara cəmi 130 (yüz otuz) manat pul vermişdir. Sonra onlar həmin pulu yarı şəkildə bölmüşlər. Məhkəmənin hökmündən də göründüyü kimi təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs3lə zərərçəkmiş şəxs İbayev Nuruş Dilavər oğlunun vermiş olduğu ifadələri arasında ziddiyyətlər olmuş olsa da, məhkəmə bu ziddiyyətlərin araşdırılması üçün heç bir təşəbbüs belə göstərməmişdir. Halbuki, zərərçəkmiş şəxsin ifadəsində göstərmiş olduqları talanınmış əmlakı onlar əllərində götürüb apara bilməzdilər. Digər tərəfdən oğurluq hadisəsinin səhərisi gün hər iki təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2la təqsirləndirilən şəxs3 və cinayət işi üzrə dindirilmiş şahid şahid3 ifadələri ilə də təsdiq edilir ki, hər iki təqsirləndirilən şəxsin oğurlamış olduqları iki ədəd su motoru və bir ədəd qaynaq aparatı hissələrə bölünərək Tufanın motosikletinə yüklənərək metalloma verilmişdir. Əgər təqsirləndirilən şəxs2 ilə təqsirləndirilən şəxs3 zərərçəkmişin ifadəsində göstərmiş olduqları əmlakları da oğurlamış olsaydılar, yəqin ki, həmin əmlakları da elə Tufana metallom kimi satmış olardılar. Bütün bu hallar şübhəli hallardır və yuxarıda qeyd etdiyim kimi məhkəmə tərəfindən bu ziddiyyətin aradan qaldırılması üçün heç bir obyektiv araşdırma aparmamışdır. Birinci instansiya məhkəməsi cinayət işi üzrə toplanmış sübutların araşdırılması zamanı müdafiəçisi olduğu şəxsə dair verilmiş ittihama dair sübutların hüquqi qiymətləndirilməsi zamanı səhv nəticəyə gəlməklə əsassızlığa yol vermiş və nəticədə məhkum edilmiş şəxs barəsində ədalətsiz hökmü çıxartmışdır. Hökmdən, həmçinin zərərçəkmiş şəxs İbayev Nuruş Dilavər oğlu da apellyasiya şikayəti verərək, hökmün cəza hissəsində ləğv edilərək təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs2 barəsində onların təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzanın təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/** saylı hökmü ilə təsirləndirilən şəxs X6 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 isə CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs3 qabaqcadan əlbil olan bir qrup şəxs halında nümayəndəsi olduğu “xxxx” Kiçik Müəssisəsinin çarxları yerinə qanunsuz daxil olaraq xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmiş və nəticədə nümayəndəsi olduğu “xxxx” Kiçik Müəssisəsinə 6575 manat məbləğində maddi ziyan vurmuşlar. Əslində isə təmsil etdiyi “xxxx" Kiçik Müəssisəsinə vurulan real ziyan 6575 manatdan dəfələrlə çoxdur, 6575 manat “xxxx" Kiçik Müəssisəsinə dəymiş ziyanın yalnız çox cüzi kiçik bir hissəsidir. Lakin təqsirlədirilən şəxslər ona müştərək qaydada vurulmuş maddi ziyandan cəmi 3150 (üç min yüz əlli) manat pul ödəmişlər və ziyanın qalan əhəmiyyətli hissəsini ödəməkdən imtina etmişlər. İmişli Rayon Məhkəməsinin hökmü ilə hər iki təqsirləndirlən şəxsə təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs2 təyin edilmiş cəza əməlin ictimai təhlükəsizliyinə və cinayətin törədilməsi hallarına açıq-aşkar uyğun gəlməyən həddən artıq yüngül cəzadır. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs2 zərərçəkmiş “xxxx” Kiçik Müəssisəsinin nümayəndəsi kimi ona qarşı sayğısız hərəkətlərə yol vermişlər, barışmağa real cəhd etməmişlər, səmimi peşmançılıqlarını ifadə etməmişlər, təqsirləndirilən şəxs Rafik Xəməddov isə hökm elan edildikdən sonra zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi ona qarşı təhqiramiz hərəkərlər edərək onunla həbsdən çıxandan sonra hesab çəkəcəyini, yəni ona qarşı aqressivliyini bildirmişdir. Məhkəmənin hökmü ilə təyin edilən cəza təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs3 və Z.Ə.Xəmınədovun islah olunmasını təmin etməyəcək dərəcədə həddən artıq yüngül cəzadr, bu şəxslərin islah olunması üçün onların təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzanın tətbiq edilməsi zəruridir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Məhkəmə kollegiyasının iclasında: Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayətini müdafiə edərək, əməlindən peşman olduğunu, həyat yoldaşı qan xərçəngi olduğundan onun yanında olmalı olduğunu, dəymiş zərəri ödədiklərini bildirib, apellyasiya şikayətinin təmin olunmasını, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi X3 apellyasiya şikayətini müdafiə edərək, dəymiş zərərin tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olduğunu, əməlindən peşman olduğunu bildirib, apellyasiya şikayətinin təmin olunmasını, hökmün cəza hissəsində dəyişdirilməsini və təqsirləndirilən şəxsə həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs3 əməlindən peşman olduğunu, dəymiş zərəri ödədiklərini bildirib, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs3 müdafiəçisi müdafiəçi1 dəymiş zərərin tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olduğunu, əməlindən peşman olduğunu bildirib, hökmün cəza hissəsində dəyişdirilməsini və təqsirləndirilən şəxsə həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Dövlət ittihamçısı X1 təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin olunmamasını, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, zərərçəkmiş şəxsin apellyasiya şikayəti təmin edilməməli, müdafiə tərəfin apellyasiya şikayətləri təmin olunmalı və məhkəmənin hökmü təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs3 təyin edilmiş cəza hissəsində dəyişdirilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, nə müdafiə tərəfi, nə də ittiham tərəfi işin faktiki hallarını və əməlin hüquqi tövsifini mübahisələndirməmiş, zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətlərində hökmün cəza təyin edilməsi ilə bağlı hissəsini mübahisələndirmişlər. Məhkəmə kollegiyası hər bir halda Cinayət-Prosessual Məcəllənin 397-ci maddəsində nəzərdə tutulan vəzifəsindən, yəni apellyasiya şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual qanunvericiliyin tətbiqinin düzgünlüyünü yoxlamaq vəzifəsindən irəli gələrək təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs3 əməlinin hüquqi tövsifinin düzgünlüyünü yoxlamışdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıхararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq оlunmuş sübutlаrlа, yəni təqsirləndirilən şəхslərin qismən etirafedici ifadələri ilə yanaşı, digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 İsmayıl oğlunun, zərərçəkmiş şəxs İbayev Nuruş Dilavər oğlunun, şahidlər şahid3, Məmmədov İsrayıl Qulu oğlunun, şahid1, şahid4 ifadələri, ## ###### 2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokol, ## ###### 2025-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol, habelə işdə оlаn digər sübutları nəzərdən keçirib təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri, təqsirləndirilən şəxs3 isə CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmələri və təqsirliliklərinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxslərin ittiham olunduğu əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onların həmin maddələr ilə təqsirili bilinib cəzalandırlmalı olmalarına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs3 qeyd edilən cinayət əməllərini törətmələri ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri, təqsirləndirilən şəxs3 isə CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxslərin CM-nin müvafiq maddələri ilə təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs3 istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onlar tərəfindən törədilmişdir, onların hərəkətlərində qeyd olunan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətlərin törədilməsində təqsirlidirlər və onların təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs2 əməli CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri, təqsirləndirilən şəxs3 əməli isə CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin əməllərinin düzgün tövsif edildiyini nəzərə alaraq, cəza məsələsinə qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Z.Ə..Xəmmədov İmişli Rayon Məhkəməsinin ##.##.2009-cu il tarixli hökmü ilə Cinayət Məcəllənin 221.1, 221.2.1-ci maddələri ilə təqsirli bilinərək 2 il islah işləri cəzasına məkum edillmiş, Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2013-cü il tarixli amnistiya qərarının 1.4-cü bəndinə əsasən təyin edilmiş islah işləri cəzasından azad edilmişdir. Məhkumluğu yoxdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını və cinayət nəticəsində vurulmuş maddi ziyanı qismən ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları isə müəyyən etməmiş, sonuncunun Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə, həmçinin təqsirləndirilən şəxs3 himayəsində bir azyaşlı uşağının olmasını, cinayət nəticəsində vurulmuş maddi ziyanı qismən ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları isə müəyyən etməmiş, sonuncunu Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilib ona 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası ilk növbədə zərərçəkmiş şəxs İbayev Nuruş Dilavər oğlunun apellyasiya şikayətinin cəzanın ağırlaşdırılması ilə bağlı dəlillərinə münasibət bildirərək hesab edir ki, həmin tələb təmin edilə bilməz. Belə ki, yuxarıda da qeyd olunduğu kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə əsasən, cəzanın müəyyən edilməsi zamanı məhkəmə yalnız törədilmiş əməlin hüquqi tövsifindən və həmin maddənin sanksiyasından çıxış etməməli, konkret şəxsin və konkret cinayətin xüsusiyyətlərini, habelə cəzanın fərdiləşdirilməsi baxımından əhəmiyyətli olan bütün halları birlikdə qiymətləndirməlidir. Hazırkı iş üzrə təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs3 törətdikləri əməllərin bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakının gizli talanması ilə bağlı olması, habelə törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi məhkəmə tərəfindən nəzərə alınmalı hallardandır. Bununla belə, həmin hallar özlüyündə məhkumlara təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzanın, o cümlədən zərərçəkmişin tələb etdiyi ən ağır cəzanın təyin edilməsini şərtləndirmir. Belə nəticəyə gəlmək üçün əməlin ictimai təhlükəliliyini artıran hallarla yanaşı, təqsirkarların şəxsiyyətinə, cinayətdən sonrakı davranışlarına və cəzanın məqsədlərinə də münasibətdə qiymət verilməsi zəruridir. İş materiallarından görünür ki, hər iki məhkumun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Əksinə, birinci instansiya məhkəməsi onların hər birinin himayəsində azyaşlı uşağının olmasını və cinayət nəticəsində vurulmuş maddi ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Bununla yanaşı, apellyasiya instansiyasında məhkəmə baxışı zamanı müdafiə tərəfi tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tam həcmdə ödənilmişdir. Beləliklə, cinayət nəticəsində yaranmış maddi nəticənin aradan qaldırılması istiqamətində onların davranışı davam etmiş və nəticə etibarilə zərərçəkmiş şəxsin əmlak mənafeyinə vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Bu hal zərərçəkmiş şəxsin cəzanın ən ağır həddə çatdırılması barədə tələbinin qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Belə ki, cinayət nəticəsində vurulmuş ziyanın tam ödənilməsi təqsirkar şəxslərin cinayətdən sonrakı davranışını xarakterizə edən, onların əməli nəticəsində yaranmış maddi nəticələrin aradan qaldırılmasına yönəlmiş müsbət davranış kimi qiymətləndirilməlidir. Eyni zamanda, iş üzrə onların cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi ilə birlikdə bu xüsusatlar məhkumların cəzasının zərərçəkmiş şəxsin tələb etdiyi qaydada ağırlaşdırılmasının zəruri olmadığı qənaətinə gəlməyə əsas verir. Digər tərəfdən, zərərçəkmiş şəxsin apellyasiya şikayətində məhkumların barəsində ən ağır cəzanın təyin edilməsinin zəruriliyini əsaslandıran, onların törətdikləri cinayətlərin xarakterindən və işin konkret hallarından irəli gələn əlavə hallar göstərilməmişdir. Cəzanın ağırlaşdırılması yalnız zərərçəkmiş şəxsin belə tələb irəli sürməsi ilə deyil, cinayət-hüquqi və cəza təyinetmə baxımından bunun zəruri olduğunu təsdiq edən konkret halların mövcudluğu ilə şərtlənməlidir. Kollegiya, həmçinin onu da vurğulayır ki, humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza təyin edilərkən Cinayət Məcəlləsinin mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxslərə təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi Cinayət Məcəlləsinin ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduqları cinayət əməlinə görə onlara işgəncə vermək və onlardan qisas almaq kimi qiymətləndirilə bilər. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, heç də ağır cəzaların təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Məhkəmə kollegiyası bu konteksdən çıxış edərək, zərərçəkmiş şəxsin apellyasiya şikayətində irəli sürdüyü cəzanın ağırlaşdırılması barədə tələbin cəzanın fərdiləşdirilməsi üçün müəyyən edilmiş meyarlarla uzlaşmadığı, iş üzrə məhkumların barəsində daha ağır cəza təyin edilməsini zəruri edən əsasların müəyyən olunmadığı qənaətinə gəlir. Odur ki, zərərçəkmiş şəxs İbayev Nuruş Dilavər oğlunun apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, şikayət təmin edilməməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası məhkum təqsirləndirilən şəxs2 Əlixazim oğlunun və onun müdafiəçisi X3 apellyasiya şikayətlərinin cəza ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, cəza təyin edilərkən cinayət qanunvericiliyində nəzərdə tutulmuş cəzanın fərdiləşdirilməsi prinsiplərinə riayət olunmalı, təyin edilən cəza törədilmiş cinayətin ağırlığı ilə yanaşı, təqsirkar şəxsin şəxsiyyətini, onun cinayətdən əvvəlki və sonrakı davranışını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın məqsədlərinə nail olunması üçün zəruri və kifayət edən həddə müəyyən edilməlidir. Bu baxımdan cəza təyin edilməsi zamanı məhkəmənin qarşısında duran əsas məsələ yalnız şəxsin təqsirli bilindiyi cinayətə görə hansı cəzanın formal olaraq tətbiq edilə bilməsi deyil, konkret halda həmin cəzanın şəxsin islah olunması və yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından zəruri olubolmamasının müəyyən edilməsidir. Kollegiya xüsusilə vurğulayır ki, ədalətli cəza təyin edilməsi, hər şeydən əvvəl, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motivi, üsulu, cinayətin törədilmə şəraiti və sair kompleks halında qiymətləndirilməlidir. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə, alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə, qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə, şərti məhkum etmə institutunu tətbiq etməyə və təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi, hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin ən mühüm prinsiplərindən biri də humanizm prinsipidir (Cinayət Məcəlləsinin 9-cu maddəsi). Humanizm prinsipi cinayətkara mərhəmətli münasibət bəslənməsini, onun barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Hazırkı işin faktiki hallarından görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və Rafiq Xəmmədov törətdikləri cinayəti etiraf etmiş, törətdikləri əməllərdən peşmançılıq hissi keçirdiklərini bildirmişlər. Kollegiyanın qənaətinə görə cəzanı yüngülləşdirən hal kimi səmimi peşmançılığın nəzərə alınmasının mühüm əhəmiyyəti vardır. Belə ki, səmimi peşmançılıq şəxsin öz törətdiyi əmələ daxilən verdiyi qiymətdən ibarətdir. Səmimi peşmançılıq həqiqi səmimiyyətdən irəli gəlirsə, bu hal islah olunmanın başlanğıcı kimi çıxış edən hal kimi qiymətləndirilə bilər. Çünki şəxs əməlindən peşmandırsa, öz törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk edir, əməli nəticəsində vurulmuş ziyanı aradan qaldırmağa meyl yaranır və nəticə etibarilə o öz müsbətyönümlü davranışları ilə özünün cinayətkar obrazını cəmiyətin yaddaşından silə bilir. Bu da öz növbəsində CM-in 41.2-ci maddəsi ilə uzlaşan bir haldır. Belə ki, Cinayət Qanununun həmin normasında cəzanın məqsədlərindən birinin şəxsin islah olunması, digəri yenidən ictimai təhlükəli əməllərin qarşısının alınması və sosial ədalətin bərpasından ibarətdir. Səmimi peşmançılıq cəzanın məqsədlərindən bəhs edən hər bir halla uzlaşır, bu halları tamamlayır. Həmçinin müdafiə tərəfindən təqdim olunmuş və iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam həcmdə ödənildiyi təsdiq edilmişdir. Kollegiyanın qənaətincə, qeyd olunan hal da cəzanın fərdiləşdirilməsi baxımından təqsirləndirilən şəxslərin şəxsiyyətini və cinayətdən sonrakı davranışını xarakterizə edən hallardır. Belə ki, ziyanın tam ödənilməsi yalnız zərərçəkmiş şəxsin əmlak mənafeyinin bərpası baxımından deyil, həm də məhkumun törətdiyi əməlin nəticələrinin aradan qaldırılması istiqamətində sonrakı davranışının qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Belə davranış cinayətin törədilməsindən sonra yaranmış maddi nəticələrin aradan qaldırılmasına yönəlmiş real hərəkət olmaqla, cəzanın fərdiləşdirilməsi zamanı nəzərə alınmalı mühüm haldır. Cinayəti törətdikdən sonra təqsirkarların hərəkətlərində müşahidə olunan cəzanı yüngülləşdirən halların məcmusu, habelə onların zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi kollegiyaya belə nəticəyə gəlməyə əsas verir ki, onlar cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmış, həm də özlərinin şəxsiyyətinin təhlükəli olmadığını isbat etmişlər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin bu davranışlarını onların artıq islah yoluna qədəm qoyması kimi qiymətləndirir və hesab edir ki, onlar bu davranışları ilə CM-nin 41-ci maddəsində göstərilən nəticəni, yəni həm islah olunma nəticəsini əldə etməyə başlamış, həm də onların bu davranışı nəticəsində sosial ədalət bərpa olunmuşdur. Bununla yanaşı, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs3 himayələrində azyaşlı uşaqlarının olması da cəzanın onların şəxsiyyətinə və ailə vəziyyətinə təsirinin qiymətləndirilməsi baxımından nəzərə alınmalıdır. Belə ki, cinayət törətmiş şəxsin ailə vəziyyətinin cəza təyin edilərkən nəzərə alınması cəzanın konkret növü və həddinin müəyyən edilməsində, cəzanın məqsədlərinə hansı vasitə ilə nail oluna biləcəyinin qiymətləndirilməsində əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası həmçinin cəzanın məqsədlərini nəzərə alır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Bu məqsədlərdən hər hansı birinə nail olmaq üçün yalnız azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsinin zəruri olduğu qənaətinə gəlmək üçün isə iş üzrə konkret əsaslar mövcud olmalıdır. Hazırkı işdə isə belə əsasların məcmusu müəyyən edilmir. Belə ki, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal yoxdur, onların hər birinin himayəsində azyaşlı uşağı vardır, cinayət nəticəsində vurulmuş maddi ziyan apellyasiya instansiyasında məhkəmə baxışı başa çatanadək tam ödənilmişdir. Bu hallar onların törətdiyi əməllərin ictimai təhlükəliliyini aradan qaldırmasa da, cəzanın növünün müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı daha sərt cəzanın zəruriliyini qiymətləndirərkən nəzərə alınmalı hallardır. Eyni zamanda, cəzanın məqsədlərinə nail olunması üçün cəzanın mütləq olaraq azadlıqdan məhrum etmə növündə seçilməsi barədə nəticəyə gəlmək üçün şəxsin islahının digər, daha yüngül cəza vasitəsi ilə mümkün olmadığını təsdiq edən hallar da müəyyən edilməlidir. Əks halda cəzanın ağırlığının yalnız törədilmiş cinayətin tövsifindən çıxış etməklə müəyyən edilməsi cəzanın fərdiləşdirilməsi prinsipinə uyğun olmazdı. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs3 törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən hallar, onların şəxsiyyətini və cinayətdən sonrakı davranışını səciyyələndirən xüsusatlar, cəzanı ağırlaşdıran halların olmaması və vurulmuş maddi ziyanın tam ödənilməsi birlikdə qiymətləndirildikdə, təqsirləndirilən şəxslərin cəmiyyətdən tam təcrid edilməməklə islah olunmasının və gələcəkdə yeni cinayətlər törətmələrinin qarşısının alınmasının azadlıqdan məhrum etmə cəzası tətbiq edilmədən də mümkün olduğu qənaətinə gəlmək olar. Kollegiyanın qənaətincə, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə ilə bağlı olmayan növdə cəza çəkməklə islah olunmalarının mümkünlüyünü şübhə altına alan hallar yoxdur. Məhkəmə kollegiyası, həmçinin onu vurğulamağı zəruri hesab edir ki, təqsirləndirilən şəxs3 birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verməmə də, iş üzrə birinci instansiya məhkəməsinin hökmünü mübahisələndirmiş təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş cəzanın dəyişdirilməsinin zəruriliyi ilə bağlı yuxarıda göstərilən hallar eyni cinayət işi üzrə təqsirli bilinmiş təqsirləndirilən şəxs3 cəzasının da fərdiləşdirilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri buna əsas verərsə, haqlarında apellyasiya verilməyən şəxslərin xeyrinə yekun qərar qəbul etməlidir. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını yalnız apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlilləri əsasında yoxlamır, qanunda nəzərdə tutulmuş hallarda həmin hökmü və ya qərarı digər şəxslərə münasibətdə də dəyişdirmək imkanına malikdir. Bu normanın məqsədi cinayət işinin apellyasiya instansiyasında qanuni və əsaslı həllini təmin etmək, habelə eyni iş üzrə müəyyən edilmiş hallara münasibətdə hüquqi qiymətləndirmənin daxili ziddiyyət təşkil etməsinin qarşısını almaqdır. Beləliklə, məhkəmə kollegiyası hazırkı iş üzrə təqsirləndirilən şəxs3 barəsində yuxarıda qeyd edilmiş, cəzanın fərdiləşdirilməsi zamanı nəzərə alınmalı və onun islah olunmasının azadlıqdan məhrum etmə cəzası tətbiq edilmədən mümkünlüyünü şərtləndirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində də təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsaslar vardır. Bu dəyişiklik təqsirləndirilən şəxs3 hüquqi vəziyyətini ağırlaşdırmır, əksinə, onun barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsinə səbəb olmaqla vəziyyətini yaxşılaşdırır. Buna görə də onun apellyasiya şikayəti verməməsi cəzanın qeyd olunan əsaslarla onun xeyrinə dəyişdirilməsinə maneə təşkil etmir. Nəticə etibarilə, məhkəmə kollegiyası təqsirləndirilən şəxs2 barəsində cəzanın yüngülləşdirilməsinə əsas verən halların təqsirləndirilən şəxs3 barəsində də mövcud olduğunu, həmin halların cəzanın fərdiləşdirilməsi baxımından eyni hüquqi nəticəni doğurmalı olduğunu və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.5-ci maddəsinin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxs3 apellyasiya şikayəti verməməsinə baxmayaraq, onun vəziyyətini yaxşılaşdıran bu dəyişikliyin tətbiq edilməsinin mümkün və zəruri olduğunu hesab edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək törədilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, onların cinayət törətdikdən sonrakı davranışlarını, barələrində olan yüngülləşdirici halları, həmçinin apellyasiya instansiyasında tədqiq edilən halları, təyin edilmiş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirləndirilən şəxslərə təyin olunmuş cəzanın yüngülləşdirilməsini, onlara azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. 405.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək, təyin edilmiş cəzanı yüngülləşdirdikdə, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, zərərçəkmiş şəxs İbayev Nuruş Dilavər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X3 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunmalı, İmişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü məhkum edilmiş şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs3 cəza təyin edilməsi hissəsində dəyişdirilməli, hökmlə təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 02 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzası 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun ## #### 2026-cı il tarixdən ## ######## 2026-cı il tarixədək həbsdə saxlanıldığı 05 ay 15 gün müddət həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutulmaqla, ona hazırkı qərar ilə təyin edilmiş cəzadan çıxılmalı və onun üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, hökmlə təqsirləndirilən şəxs3 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli, CM-nin 69.3cü maddəsinə əsasən onun ## #### 2026-cı il tarixdən ## ######## 2026-cı il tarixədək həbsdə saxlanıldığı 05 ay 15 gün müddət həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutulmaqla ona hazırkı qərar ilə təyin edilmiş cəzadan çıxılmalı və onun üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, onların üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzalarının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalı, cəzanın icrası onların yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, barələrində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və onlar saxlanıldıqları Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsindən həbsdən dərhal azad edilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası 397-399, 404, 405, 407, 410 və 412ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Zərərçəkmiş şəxs İbayev Nuruş Dilavər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X3 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. İmişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü məhkum edilmiş şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs3 cəza təyin edilməsi hissəsində dəyişdirilsin. Hökmlə məhkum təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs2 ## #### 2026-cı il tarixdən ## ######## 2026-cı il tarixədək həbsdə saxlanıldığı 05 ay 15 gün müddət həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutulmaqla, ona hazırkı qərar ilə təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Məhkum təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası məhkum təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Məhkum təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsindən həbsdən dərhal azad edilsin. Hökmlə məhkum təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs3 ## #### 2026-cı il tarixdən ## ######## 2026-cı il tarixədək həbsdə saxlanıldığı 05 ay 15 gün müddət həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutulmaqla ona hazırkı qərar ilə təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Məhkum təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası məhkum təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Məhkum təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsindən həbsdən dərhal azad edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Pərviz Əhmədov Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar