Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-180/2026 20.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şirvan Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında ilkin məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmü (hakim İmanov Əli Sərməz oğlunun sədrliyi) ilə ## #### 1990-cı ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin ##.##.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2019-cu ildə cəzasının sonu ilə azad olunmuş, Şirvan Şəhər Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2023-cü ildə cəzasının sonu ilə azad edilmiş, Şirvan şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək, 07 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzanı çəkməmiş, məhkumluğu ödənilməmiş, Şirvan şəhəri, S.Ə.Şirvani küçəsi, döngə 4, ev 1A ünavnında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən Şirvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM nin 228.4-cü maddəsi ilə təyin edilmiş 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla, 03 (üç) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasının hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə qəti olaraq ona 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması barədə yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə maddi sübutların taleyi həll edilmişdir. Məhkəmənin qeyd edilən hökmündən məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, eyni zamanda Lənkəran Ağır Cinayətlər Məhkəməsi qarşısında apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmış, məhkəmənin ## ######## 2024-cü il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, hökmdən narazı olduğunu bildirib, işinə məhkəmə istintaqı ilə yenidən baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı X1 məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin verilməmiş hesab edilməsini və baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, aşağıda qeyd olunanlara görə hesab edir ki, apellyasiya şikayəti verilməmiş hesab edilməli və baxılmamış saxlanılmalıdır. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ##### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərarı ilə Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti prosessual müddət öütürlməklə verildiyindən hərəkətsiz saxlanılmış, ötürülmüş apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi üçün 20 (iyirmi) gün müddət müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “qərarın surətinin alınmasına dair” məhkəmə qəbzindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ##### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərarını məhkum Təqsirləndirilən şəxs ## #### 2026-cı il tarixdə saxlanıldığı cəzaçəkmə müəssisəsində şəxsən təqdim olunmuşdur. Lakin Şirvan Apellyasiya Məhkəməsinin sözügedən qərarı ilə müəyyən edilmiş müddət ərzində məhkum tərəfindən qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən tələblər yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 384.1-ci maddəsinə əsasən ittiham və ya bəraət hökmündən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. 386.1-ci maddəsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. 391.2.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və ya apellyasiya protesti verilərkən bu Məcəllənin 381-390-cı maddələrinin tələblərinə riayət olunub-olunmadığını yoxlayır. 391.3.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi ilkin baxış nəticələri buna imkan verdiyi hallarda apellyasiya şikayətinin və protestinin hərəkətsiz saxlanılması barədə qərar qəbul edir. 391.4-cü maddəsinə əsasən bu Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, təyin edilmiş müddət ərzində apellyasiya şikayətinin verilməsinə dair cinayət-prosessual qanunvericiliyin müvafiq normalarının tələbləri yerinə yetirlmədiyi üçün məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verilməmiş hesab edilməli və baxılmamış saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384, 386 və 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şirvan Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti verilməmiş hesab edilsin və baxılmamış saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti verilmir.
Məhkəmə qərarları › İş №1(3-9)-180/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-180/2026
20.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver