Məhkəmə qərarları › İş №1(3-9)-181/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-181/2026

20.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-181/2026 20.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, məhkum edilmiş şəxs - təqsirləndirilən şəxs2, müdafiəçi - Şirvan Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.2-ci maddələri, təqsirləndirilən şəxs1 isə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- **/**** nömrəli hökmündən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü (hakim: Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi) ilə, ## ### 1989-cu il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, ##.##.2026-cı il tarixli qərarla “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 2.6cı bəndi tətbiq edilməklə cəzadan azad edilmiş, məhkumluğu olan, Sabirabad rayonu, Güdəcühür ərazi dairəsi, Axtaçı Muğan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində Şirvan şəhər Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı ilə əvvəli # ###### 2024-cü il tarixdən hesablanmaqla ev dustaqlığı qətimkan tədbiri seçilmiş, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.2-ci maddələri ilə təqsirli bilinməsi, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 (üç) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə təqsirləndirilən şəxs2 3 (üç) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təqsirləndirilən şəxs2 ## #### 2024-cü il tarixdən ## #### 2024-cü il tarixədək və ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək olan dövr üzrə tutulduğu 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanıb təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin # ###### 2024-cü il tarixdən hesablanması, təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilərək dərhal məhkəmə iclas zalından həbs edilərək, təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə tədbirinin tətbiq edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutlar və məhkəmə məsrəfi məsələsi həll edilmişdir. Həmçinin eyni hökmlə təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir. İŞİN HALLARI: Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında # #### 2024-cü il tarixdə saat 3 radələrində ünvan 1 ünvanında yerləşən X5 məxsus yarımtikiliyə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus bir ədəd 1.200 manat dəyərində cilalama aparatını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi ilə qanunsuz olaraq 4 ədəd bükümdə ümumi təmiz çəkisi 0,365 qram olan kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamini əldə edib həmin psixotrop maddəni müvafiq olaraq 0,188 qram, 0,060 qram, 0,058 qram və 0,059 qram olmaqla 4 ədəd bükümə ayırıb qablaşdırmaqla həmin bükümlərdən 0,188 qramını üzərində, qalan 0,177 qram çəkidə psixotrop maddə metamfetamini həmin vaxt əməliyyataxtarış fəaliyyətini həyata keçirən subyektlərə məlum olmayan yerə daşımaqla saxlamış, Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən ## #### 2024-cü il tarixdə, saat 16 radələrində Abşeron rayonu, Novxanı kəndi, “Duz gölü” adlanan ərazidə saxlanılıb Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin inzibati binasına gətirilərək, orada xidməti otaqların birində həmin tarixdə saat 17:10-dan saat 17:30dək üzərinə keçirilən şəxsi axtarış zamanı psixotrop maddə metamfetaminin 0,188 qramı əynində olan şalvarın sağ yan cibindən 1 ədəd bükümdə aşkar olunaraq götürülmüş, qalan 0,177 qram psixotrop maddə metamfetaminin 0,060 qramı Şirvan şəhər polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməkdaşlarına daxil olmuş məlumat əsasında ## ###### 2024-cü il tarixdə saat 14:06-dan 14:55-ə qədər olan müddət ərzində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Banu Çiçək” kafesinin arxa tərəfində saxlanılıb üstünün yoxlanılması zamanı əynində olan göy rəngli cins şalvarının arxa sağ cibindən 1 ədəd bükümdə, müvafiq olaraq çəkiləri 0,058 qram və 0,059 qram olmaqla 2 ədəd bükümdə psixotrop maddə metamfetamin isə etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı, **- CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman həmin avtomobilin sürücü qapısının içərisində avtomobilin şüşələrinin qaldırıb-endirilməsi funksiyasını həyata keçirən düymələrin arasından aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum olunmuş şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək, Şirvan şəhər Məhkəməsinin ##.##.2026-cıil tarixli, *(***)-**/**** saylı hökmünü dəyişdirərək təqsirləndirilən şəxs2 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə ən aşağı həddə cəza verilməsi barədə yeni hökm qəbul edəsiniz. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsinin ##.##.2026-cıil tarixli hökmünü aşağıdakı səbəblərə görə dəyişdirilməsini xahiş edir. təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etməsini həm istintaq həm də məhkəmə araşdırması zamanı etiraf etmiş, özünü təqsirli bilməklə əməlindən səmimi peşman olmasını bildirmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs2 idarə etdiyi nəqliyyat vasitəsində aşkar edilmiş bükümün ona məxsus olmaması bildirilmiş, bu hal da videoçəkilişdə öz əksini tapmışdır. Hüquqularını müdafiə etdiyi şəxs ailəlidir, himayəsində iki azyaşlı övladı vardır. Övladının səhhəti ilə əlaqədar daim həkim nəzarətindədir. təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb edilməklə, cinayət işi üzrə ağıralşdırıcı halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsində göstərilmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalar nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. CM-in 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etmələri tövsiyə edilmişdir. Lakin məhkəmə bütün yuxarıda sadalanan halları və işdə olan sənədləri nəzərə almamış, formal olaraq hökmdə sadalamış və dövlət ittihamçısı tərəfindən təklif olunmuş ağır cəzanı təyin etmiş, cəza təyin edərkən CM-in və CPM-in yuxarıda qeyd olunan normasının tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının tövsiyələrini nəzərə almamış, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, bir sözlə Azərbaycan Respublikası CM-in 2, 8, 41, 58-ci maddələrində və Ali Məhkəmənin Plenum qərarında göstərilən hallara uyğun olmayan 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin etmiş və belə cəza təyin etməsininin səbəblərini hökmdə əsaslandırmamışdır. Eyni zamanda, CM-in 62 və ya 70-ci maddələrinin tətbiqini ümumiyyətlə müzakirə etməmişdir. Bir sözlə məhkəmə tərəfindən təyin edilmiş cəza CM-də nəzərdə tutulmuş şəxsin islah olunması məqsədinə xidmət etməmişdir. İş üzrə CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzan ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-in 398.1.4-cü madəsinə əsasən apelyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişməyə haqlıdır CPM-in 399.1.5-ci maddəsinə əsasər məhkəmənin gəldiyi nəticələrin təyin edilmiş cəzanın ağırlığına və ya məhkumların şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir; CPM-in 404-cü maddəsinə əsasən, cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Cəza törədilən cinayətə görə tənbeh tədbiri olsa da, heç bir halda təqsirli şəxsdən əvəz çıxmaq məqsədi daşımamalıdır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü aşağıdak hallarda dəyişdirir: 405.1.1. cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə; Hesab edir ki, məhkəmə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 orta təhsilli, evli olması, fərdi əməklə məşğul olması, daim yaşayış yerinin olması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən halları hökmdə qeyd etsə də cəza təyin edərkən daha ağır cəza təyin etmişdir. CM-in 58.3-cü maddəsində göstərilir, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təyin edilmiş cəzanın ədalətli-olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amillərdən biri də, müttəhimin şəxsiyyətini hərtərəfli təhqiq edilməsidir. Bu zaman təqsirkarın həyat yolu, ictimai vəzifəyə, əməyə münasibəti, ailədə, məişətdə davranışı, məhkumluğu və s. kifayət qədər aydınlaşdırılmalıdır. Maddənin tələbinə əsasən, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Buna görə də, məhkəmə törədilmiş cinayətə görə az ciddi cəza deyil, daha ciddi cəza tətbiq edilməsini səbəblərini hökmdə əsaslandırmalıdır. Ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, «ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir» («Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42o.3-cü maddəsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2002-ci tarixli qərarı). «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 1996-cı il tarixli * №-li Qərarının 13-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya instansiyası məhkəməsində: Dövlət itihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, məhkum olunmuş şəxs təqsirləndirilən şəxs2 əməlinin Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, və 234.2-ci maddələri ilə düzgün tövsif olunduğunu, ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi üçün əsasların olmadığını, məhkum olunmuş şəxs tərəfindən törədilmiş cinayət əməllərinin ictimai təhlükəli xarakteri və dərəcəsi nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu göstərərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və müdafiəçisi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin, həmçinin müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini mübahisələndirilməsini nəzərə alıb, Azərbaycan Respublikası CPM-in 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs təqsirləndirilən şəxs2 əməlinin Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 234.2-ci maddələri ilə düzgün tövsif olunub-olunmamasına, eləcə də təqsirləndirilən şəxsin əməlinin CM-in 234.2ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunması üçün əsasların olubolmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kоllegiyаsı məhkəmə istintаqı аpаrmаdan cinаyət işinin mаteriаllаrını və apellyasiya şikayətinin dəlillərini аrаşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesаb edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü məhkum olunmuş şəxs təqsirləndirilən şəxs2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıхararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında təqdiq оlunmuş sübutlаrlа, yəni təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ibtiadi istintaq və məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilməsinə dair ifadələri ilə yanaşı, digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsi, şahidlər – Şirvan ŞRŞ və Abşeron RPİ Saray PB-nin əməkdaşları şahid11, şahid10, şahid5, şahid2, şahid1 İsa oğlu, şahid4, şahid3, şahid7, şahid6 ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan Regional Bölməsinin **/*** nömrəli, ## ###### 2024-cü il tarixli rəyi, # ####### 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokol və “xxxx” MMC tərəfindən istintaq orqanına ## ######## 2024-cü il tarixli, BKC/LGL-*****/** nömrəli məktubla təqdim edilmiş 1 (bir) ədəd “CD” diski və işdə оlаn istintаq və məhkəmə hərəkətlərinə dаir digər sənədlərlə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 234.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ittiham olunan əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddələrlə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Birinci instansiya məhkəməsinin hökmündə yuxarıda sadalanan sübutlar ətraflı şəkildə təsvir olunduğundan məhkəmə kollegiyası prosessual qənaət prinsipi və məhkəmə aktlarının səmərəliliyi baxımından həmin sübutların yenidən geniş şəkildə təsvirinə ehtiyac görmür. Məhkəmə kollegiyası məhkum olunmuş şəxsin müdafiəçisinin apellyasiya şikayətinin və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 əməlinin CM-in 234.2-ci maddəsindən həmin Məcələnin 234.1-ci maddəsinə tövsif olunmasına dair dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər yuxarıda qeyd olunan sübutlar və iş üzrə müəyyən olunmuş faktiki hallarla təkzib olunan dəlillər olmaqla, apellyasiya şikayətinin təmin olunaraq məhkum olunmuş şəxs təqsirləndirilən şəxs2 əməlinin CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası CPM-in 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Avropa İnsan Huquqlan Məhkəməsi «X8rşı» işi ilə bağlı qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 234.2-ci maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 234.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar və yaxud məhkum olunmuş şəxs təqsirləndirilən şəxs2 əməlinin CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hеsаb еdir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəхsin müdafiə hüquqları təmin еdilmiş və məhkəmə baхışı zamanı hər hansı kоbud prоsеssual qanun pоzuntusuna yоl vеrilməmişdir. Məhkəmə kollegiyası müdafiə tərəfinin təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 əməlində olan hüquqi tövsifin CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə dəyişdirilməsinə dair dəlillərini iş üzrə bütün mühüm və diqqətəlayiq hallarla əlaqəli şəkildə hərtərəfli tədqiq edərək, aşağıdakı məqamların qeyd olunmasını zəruri hesab edir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli * saylı Qərarının 9-cu bəndində qeyd edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İbtidai istintaq orqanı tərəfindən verilmiş və birinci instansiya məhkəməsinin də razılaşdığı mövqeyə görə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq 4 ədəd bükümdə ümumi təmiz çəkisi 0,365 qram olan kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamini əldə edib həmin psixotrop maddəni müvafiq olaraq 0,188 qram, 0,060 qram, 0,058 qram və 0,059 qram olmaqla 4 ədəd bükümə ayırıb qablaşdırmaqla həmin bükümlərdən 0,188 qramını üzərində, qalan 0,177 qram çəkidə psixotrop maddə metamfetamini həmin vaxt əməliyyat-axtarış fəaliyyətini həyata keçirən subyektlərə məlum olmayan yerə daşımaqla saxlamış, Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən ## #### 2024-cü il tarixdə, saat 16 radələrində Abşeron rayonu, Novxanı kəndi, “Duz gölü” adlanan ərazidə saxlanılıb Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin inzibati binasına gətirilərək, orada xidməti otaqların birində həmin tarixdə saat 17:10-dan saat 17:30-dək üzərinə keçirilən şəxsi axtarış zamanı psixotrop maddə metamfetaminin 0,188 qramı əynində olan şalvarın sağ yan cibindən 1 ədəd bükümdə aşkar olunaraq götürülmüş, qalan 0,177 qram psixotrop maddə metamfetaminin 0,060 qramı Şirvan şəhər polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməkdaşlarına daxil olmuş məlumat əsasında ## ###### 2024-cü il tarixdə saat 14:06-dan 14:55-ə qədər olan müddət ərzində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Banu Çiçək” kafesinin arxa tərəfində saxlanılıb üstünün yoxlanılması zamanı əynində olan göy rəngli cins şalvarının arxa sağ cibindən 1 ədəd bükümdə, müvafiq olaraq çəkiləri 0,058 qram və 0,059 qram olmaqla 2 ədəd bükümdə psixotrop maddə metamfetamin isə etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman həmin avtomobilin sürücü qapısının içərisində avtomobilin şüşələrinin qaldırıb-endirilməsi funksiyasını həyata keçirən düymələrin arasından aşkar edilərək götürülmüşdür. İş materiallarından həmçinin görünür ki, ##.##.2024-cü il tarixdə saat 13:59:41-də Shirvan-ATC/Shirvan olduğu, bundan başqa ##.##.2024-cü il tarixdə saat 20:06:03-də 994 55 808 87 86 mobil nömrədən təqsirləndirilən şəxs2 istifadə etdiyi 994 55 685 96 03 mobil nömrəyə “Gel gedey daş gotureyde”, ##.##.2024-cü il tarixdə saat 00:08:27-də 994 77 759 13 23 mobil nömrədən təqsirləndirilən şəxs2 istifadə etdiyi 994 55 685 96 03 mobil nömrəyə “Das lazimdir 20 lik”, ##.##.2024-cü il tarixdə saat 18:07:21-də təqsirləndirilən şəxs2 istifadə etdiyi 994 55 685 96 03 mobil nömrədən 994 55 232 26 35 mobil nömrəyə “Aye 15 X3 Var”, ##.##.2024-cü il tarixdə saat 18:31:03-də təqsirləndirilən şəxs2 istifadə etdiyi 994 55 685 96 03 mobil nömrədən 994 55 232 26 35 mobil nömrəyə “Men Rayona Cxacam Yarimsata 10 X1 X6 Ver Gelim”, ##.##.2024-cü il tarixdə saat 04:16:08-də təqsirləndirilən şəxs2 istifadə etdiyi 994 55 685 96 03 mobil nömrədən 994 55 232 26 35 mobil nömrəyə “X7” və ##.##.2024-cü il tarixdə saat 19:42:11də təqsirləndirilən şəxs2 istifadə etdiyi 994 55 685 96 03 mobil nömrədən 994 55 882 84 42 mobil nömrəyə “X2 Iwede Aparim” mesaj yazışmaları aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 tərəfindən ümumi təmiz çəkisi 0,365 qram olan psixotrop maddə metamfetaminin ayrı-ayrılıqda 0,188 qram, 0,060 qram, 0,058 qram və 0,059 qram olmaqla 4 ədəd bükümə bölünərək qablaşdırılması, həmin bükümlərin üzərində və idarə etdiyi avtomobildə saxlanılması təsadüfi və ya yalnız şəxsi istifadə məqsədinə uyğun davranış kimi qiymətləndirilə bilməz. Belə ki, psixotrop maddənin ayrıca hissələrə ayrılaraq fərdi bükümlərdə qablaşdırılması onun gələcəkdə ayrı-ayrı şəxslərə realizə edilməsini asanlaşdıran və qanunsuz dövriyyə təcrübəsində geniş rast gəlinən saxlanma üsullarından biri olmaqla, maddənin satış məqsədilə əldə saxlanılmasına dəlalət edən mühüm faktiki göstəricidir. Bununla yanaşı, təqsirləndirilən şəxsin mobil telefonunda aşkar edilmiş və məzmununa görə narkotik vasitələrin və ya psixotrop maddələrin realizəsini, sifarişini və ya alqı-satqısını ehtiva edən yazışmalar onun bu maddələri yalnız şəxsi istehlak üçün deyil, məhz satış məqsədilə saxlamasına dair qənaəti daha da gücləndirir. Ayrı-ayrılıqda deyil, məcmu şəkildə qiymətləndirildikdə — maddənin müxtəlif çəkilərdə bükümlərə ayrılması, qablaşdırılması, müxtəlif yerlərdə (üzərində və avtomobildə) saxlanılması, habelə telefon yazışmalarında satış xarakterli məlumatların mövcudluğu — təqsirləndirilən şəxsin əməlində psixotrop maddəni satış məqsədilə saxlama niyyətinin mövcud olduğunu təsdiq edən bir-biri ilə uzlaşan sübutlar sistemi formalaşdırır. Bu baxımdan, müdafiə tərəfinin maddənin şəxsi istifadə məqsədilə saxlanıldığına dair dəlilləri iş üzrə müəyyən edilmiş obyektiv hallarla təkzib olunur və təqsirləndirilən şəxsin əməlinin satış məqsədilə qanunsuz saxlama kimi qiymətləndirilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Telefonda aşkar edilmiş mesajlarla bağlı təqsirləndirilən şəxs R. Piriyev göstərmişdir ki, tanışları və dostları narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi ilə əlaqədar adətən ona müraciət etmiş, bu məqsədlə onların arasında qarşılıqlı mesajlaşmalar aparılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin bu məzmunlu izahatı özlüyündə iş üzrə müəyyən edilmiş digər hallar ilə uzlaşmaqla, onun narkotik vasitə və psixotrop maddələrlə bağlı əlaqələndirici şəxs qismində çıxış etdiyini göstərir. Belə ki, digər şəxslərin məhz narkotik vasitə və psixotrop maddələrin əldə olunması məqsədilə təqsirləndirilən şəxsə müraciət etməsi, həmin müraciətlərin telefon yazışmaları ilə də təsdiq olunması, təqsirləndirilən şəxsin bu sahədə müəyyən dairə tərəfindən tanınmasını və bu maddələrin əldə edilməsində vasitəçi və ya təminedici rolunda qəbul olunmasını göstərən mühüm faktiki göstərici kimi qiymətləndirilməlidir. Bu hal, psixotrop maddənin əvvəlcədən ayrı-ayrı bükümlərə bölünərək qablaşdırılması ilə birlikdə məcmu qaydada qiymətləndirildikdə, təqsirləndirilən şəxsin həmin maddələri şəxsi istifadə üçün deyil, məhz satış məqsədilə saxlaması qənaətini daha da möhkəmləndirir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə məhkum olunmuş şəxsə təyin olunmuş cəzanı da ədalətli sayır və hesab edir ki, iş materiallarında ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkum olunmuş şəxs təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsinin alternativ xarakterli nisbi-müəyyən sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək azadlıqdan məhrum etmə cəzası, CM-in 234.2-ci maddəsinin nisb-müəyyən sanksiyasında isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyini məsələsini müzakirə edərək, təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətinə, CM-in 234.2-ci maddəsi ilə 3 (üç) il 2 (iki) ay müddətinə və CM-in 66.2-ci maddəsiniə əsasən cəzaları qismən toplamaqla 3 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasına dair yekun nəticəyə gəlmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddələrin sanksiyasında müəyyən olunmuş azadlqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin etmiş və cinayətlərin məcmusu üzrə ona qismən toplamaqla qəti olaraq 3 (üç) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, müxtəlif xarakterli cinayət əməlləri törətdiyinə görə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzanın təyin edilməsi cəza təyinetmənin ümumi məqsədlərinə nail olmaq üçün sonuncuya münasibətdə kifayət etməməklə yanaşı təqsirləndirilən şəxsdə törətmiş olduğu ictimai təhlükəli əməllərə laqeydlik hissinin formalaşmasına səbəb ola bilər. Belə ki, təqsirləndirilən şəxsin törətdiyi əməllərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cinayət davranışının təsadüfi deyil, ardıcıl hüquqazidd münasibəti əks etdirməsi, habelə əməllərin müxtəlif xarakter daşıması onun davranışına yalnız daha yüngül cəza vasitəsilə təsir göstərilməsinin yetərli olmayacağını göstərir. Əks yanaşma, yəni təqsirləndirilən şəxsə törətdiyi əməllərin ağırlığı və xarakteri ilə adekvat olmayan, həddən artıq yüngül cəzanın tətbiqi onda hüquqi məsuliyyətin qaçılmazlığına dair təsəvvürün zəifləməsinə, törətdiyi ictimai təhlükəli əmələ qarşı laqeyd münasibətin formalaşmasına, eləcə də gələcəkdə hüquqazidd davranışlardan çəkindirici təsirin azalmasına səbəb ola bilər. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyəti, törətdiyi cinayətlərin xarakteri və cəmiyyət üçün yaratdığı təhlükə nəzərə alınmaqla, cəza təyinetməsinin məqsədlərinə nail olunması baxımından azadlıqdan məhrum etmə cəzası zəruri və mütənasib tədbir kimi çıxış edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs təqsirləndirilən şəxs2 cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, təyin olunmuş cəzanın оnun islah olunmasına təsiri, cəzanı yüngülləşdirən hallar, hаbеlə cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** №-li qərarının tövsiyyələri və sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Belə ki, Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsina və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və düzgün olan hökmünün dəyişdirilməsi və ya ləğv edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü isə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kоllеgiyаsı qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398.1.1, 407, 410 və 412-ci mаddələrini rəhbər tutаrаq, QƏRARA ALDI: Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan şəhər Məhkəməsinin 1(032)-**/**** №-li, ## ###### 2026-cı il tarixli hökmü həmin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar ona verildiyi) gündən CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar