Məhkəmə qərarları › İş №1(3-9)-182/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-182/2026

08.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-182/2026 08.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlunun (sədrlik edən), Hacıyev Pərviz Vaqif oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X2, xüsusi ittihamçı Xüsusi ittihamçı nümayəndəsi və vəkili-“Verdiktum” Vəkil Bürosunun vəkili İsmayılov Hüseyn Asəf oğlunun barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs iştirakı ilə ##.##.1986-cı il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, “xxxx” MMC-nin baş redaktoru vəzifəsində işləyən, Salyan rayonu, Çadırlı kəndində qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 1 ünvanında yaşayan; Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 147.2-ci maddəsi ilə bəraət verilməsinə dair Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 1(5-152)-8/2026 saylı hökmündən xüsusi ittihamçı Xüsusi ittihamçı nümayəndəsi və vəkili İsmayılov Hüseyn Asəf oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin məhkəmə baxış iclasında baxaraq, kollegiya qərar verdi. İ.İşin halları: Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs “demokrat.az” xəbər portalında Xüsusi ittihamçı barəsində böhtan xarakterli, həqiqətə uyğun olmayan məlumatlar yaymaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsinin sübut edilmiş hesab edilməsini və onun qeyd olunan maddələrlə təqsirli bilinməsi, törədilmiş cinayət əməlin ictimai təhlükəlilik dərəcəsi, böhtanın ağır nəticələri, zərərçəkmiş şəxsin şərəf və ləyaqətinə vurulan xələl, həmçinin təqsirləndirilən şəxsin qərəzli motivlə hərəkət etməsi nəzərə alınmaqla, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətə mülki iddia əlavə etmiş, mülki iddia ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs mənəvi ziyan və üzərinə müəyyən öhdəliklərin qoyulması tələb olunmuşdur. Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmü ilə (sədrlik edən hakim X3) Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilmiş, mülki iddia təmin edilməmişdir. Müvafiq hökmdən xüsusi ittihamçı Xüsusi ittihamçı nümayəndəsi və vəkili İsmayılov Hüseyn Asəf oğlu apellyasiya şikayəti vermişdir. II. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Xüsusi ittihamçı barəsində ## ###### 2025-ci il tarixdə “xxxx” MMC-yə məxsus “demokrat.az” xəbər portalında həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yayılmışdır. Şikayətə əsasən, dərc olunmuş materialda onun heç bir hüquqi və faktiki əsas olmadan “anti-milli fəaliyyət göstərən şəbəkə” ilə əlaqələndirilməsi, dövlətə qarşı fəaliyyət göstərən şəxslərlə eyniləşdirilməsi onun şərəf və ləyaqətinə ciddi xələl gətirmiş, ictimai nüfuzuna ağır zərbə vurmuşdur. Həmin məlumatların yayılması nəticəsində xüsusi ittihamçı və onun ailə üzvləri ciddi psixoloji sarsıntı keçirmiş, ictimai mühitdə onun haqqında mənfi rəy formalaşmışdır. Şikayət ərizəsində qeyd edilmişdir ki, sözügedən məqalə təsadüfi xarakter daşımamış, əksinə, xüsusi ittihamçının Mədəniyyət Nazirliyinin fəaliyyəti ilə bağlı ictimai tənqidi çıxışlarından sonra dərc olunmuş və bu baxımdan qərəzli xarakter daşıyır. Həmçinin göstərilmişdir ki, məqaləni dərc edən media subyekti ilə dövlət qurumu arasında kommersiya münasibətlərinin mövcudluğu bu qərəzli yanaşmanı gücləndirən əlavə hal kimi qiymətləndirilməlidir. Xüsusi ittihamçı barəsində yayımlanan məlumatlar heç bir sübutla təsdiqlənmədiyi halda ictimaiyyətə təqdim edilmiş, bu isə onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Bununla yanaşı, xüsusi ittihamçının nümayəndəsi tərəfindən cinayət işi çərçivəsində mülki iddia da qaldırılmış, həmin iddiada mübahisəli məlumatların böhtan xarakterli olduğunun müəyyən edilməsi, onların təkzib olunması, məqalənin silinməsi və ya bloklanması, habelə dəymiş mənəvi zərərin əvəzi olaraq kompensasiyanın ödənilməsi tələb edilmişdir. İş materiallarından aydın olur ki, mübahisə edilən məqalədə xüsusi ittihamçı konkret olaraq müəyyən şəxslərlə “eyni şəbəkədə fəaliyyət göstərən”, “anti-milli fəaliyyətlə əlaqəli” kimi təqdim edilmişdir. Bu ifadələr ümumi xarakterli mülahizə deyil, konkret fakt kimi təqdim olunan və yoxlanılması mümkün olan məlumatlardır. Yəni burada söhbət abstrakt fikir və ya qiymətləndirici mülahizədən deyil, konkret şəxsin müəyyən qanunsuz və ya ictimai cəhətdən mənfi fəaliyyətlə əlaqələndirilməsindən gedir ki, bu da birbaşa onun şərəf və ləyaqətinə xələl gətirən məlumat kimi qiymətləndirilməlidir. Eyni zamanda, həmin məlumatların həqiqətə uyğunluğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə, məlumatlar ehtimallara, fərziyyələrə və subyektiv yanaşmaya əsaslanaraq təqdim edilmiş, lakin faktiki əsaslarla təsdiq olunmamışdır. Bu isə böhtan cinayətinin ikinci mühüm əlaməti olan məlumatın yalan olması meyarının mövcudluğunu göstərir. Məlumatların yayılması faktı isə mübahisəsizdir. Belə ki, məqalə kütləvi informasiya vasitəsi olan internet informasiya ehtiyatında – “demokrat.az” xəbər portalında dərc edilmiş və qeyri-müəyyən sayda şəxslərin istifadəsinə təqdim olunmuşdur. Cinayət hüququ nəzəriyyəsinə və tətbiqinə uyğun olaraq böhtan cinayəti məlumatların yayıldığı andan başa çatmış hesab olunur və bu baxımdan əməl formal tərkiblidir. Məhkəmə iclasında iş materialları ilə mübahisə edilən məqalənin “demokrat.az” xəbər portalında yayımlanması, həmin portalın “xxxx” MMC-yə məxsus olduğu və bu hüquqi şəxsin qanuni təmsilçisinin Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs olduğu tam təsdiq olunmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmünün ləğv edilməsini, iş üzrə yeni hökm çıxarılmaqla Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinməsini və ona qanunla nəzərdə tutulmuş cəzanın təyin edilməsini, habelə cinayət işi çərçivəsində verilmiş mülki iddianın tam həcmdə təmin edilməsini məhkəmədən xahiş olunur. III. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında xüsusi ittihamçı Xüsusi ittihamçı nümayəndəsi və vəkili İsmayılov Hüseyn Asəf oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmünün ləğv edilməsini, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinməsini və ona qanunla nəzərdə tutulmuş cəzanın təyin edilməsini, habelə cinayət işi çərçivəsində verilmiş mülki iddianın tam həcmdə təmin edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs apellyasiya şikayətin dəlillərini əsassız hesab edərək təmin edilməməsini və Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmünün dəyişirilmədən saxlanılmasını xahiş etmişdir. IV. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsin) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Apellyasiya şikayətinin dəlillərinin prosessual dəyərləndirilməsindən göründüyü kimi, müdafiə tərəfi məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını və işin əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edərək, tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2. və 401-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilərini iş materialları ilə müqayisəli şəkildə təhlil edərək aşağıdakıları qeyd edir: Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edir. CPM-in 138.2-ci maddəsinin tələbi baxımından şəxsin cinayət məsuliyyətinin əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Apellyasiya şikayətinin dəlillərində X1 xüsusi ittiham üzrə şikayətdə qeyd olunan hadisə ilə əlaqələrinin sübuta yetirilməsi mübahisələndirildiyindən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlillərinə əsasən düzgün hüquqi nəticəyə gəlmək üçün Cinayət-Prosessual Məcəlləsinin 139-cu madəsində təsbit olunmuş halların müəyyən edilməsi baxımından iş üzrə toplanmış sübutların həcminin kifayət edib-etməməsi araşdırılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 139.0-139.0.4. və 139.0.6-cı maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: -cinayət hadisəsinin baş vermə faktı və halları; -şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; -cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; -cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; -bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Birinci instansiya məhkəməsi hökmünü onunla əsaslandırmışdır ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə verilmiş xüsusi ittiham üzrə təqsirləndirən şəxsin əməlində böhtan cinayətinin tərkibi müəyyən olunmur, həmin əsasla da mülki iddia təmin edilməməlidir. Belə ki, ## ###### 2025-ci il tarixdə, saat 12:42-də “xxxx” MMC-yə məxsus “demokrat.az” xəbər portalında dərc edilmiş məqalədə yazılmış fikirlərdə böhtan cinayətinin tərkibi olmamış və sübuta yetirilməmişdir. Qeyd olunan məqalə təqsirləndirilən şəxs tərəfindən jurnalist fəaliyyəti çərçivəsində yazılmış və ictimai maraq doğuran məsələlər üzrə tənqidi fikir bildirmə məqsədi daşımışdır. Bu baxımdan, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs öz düşüncəsinə münasibətdə fikir bildirməsi cinayət hesab edilə bilməz. Əks halda bu, söz və fikir azadlığının pozulması ilə nəticələnə bilər. Kollegiya qeyd edir ki, CM-in 147.2-ci maddəsinin dispozisiyasında qeyd olunan cinayət əməli “Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma” kimi nəzərdə tutulmuşdur. Həmçinin “Böhtan” cinayət əməlinin hüquqi açıqlaması-yəni yalan olduğunu biləbilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma kimi göstərilmişdir. Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın doğru olmaması; belə məlumatların yayılması; Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barədə mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması başa düşülür. Məlumatı yayma dedikdə başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Şəxsin böhtana məruz qalması, onun reallıqda etmədiyi bir hərəkətdə ittiham olunması və ya adına yaraşmayan, mənfi xüsusiyyətlərin ona aid edilməsi anlamına gəlir. Böhtan həm fərdi münasibətlərdə, həm də cəmiyyətin geniş təbəqələrində rast gəlinən ciddi etik və hüquqi problemdir. Böhtan atan şəxsin məqsədi adətən şəxsin nüfuzuna zərər vurmaq, onun sosial mövqeyini sarsıtmaqdır. Bu baxımdan böhtana məruz qalan şəxsin cəmiyyətdə olan hörmət və etimadının bərpası üçün qanuni tədbirlərin tətbiqi mütləqdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli, * saylı Qərarında qeyd olunmuşdur ki, yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda, onlar olduqca əsassız ola bilər Qeyd olunan Qərarın 2-ci bəndində məhkəmələrə izah edilir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qərarın 3-cü bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 147, 148, 165.1 və 166.1-cı maddələri ilə xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən bütün hallarda Konstitusiyanın 30cu maddəsində (əqli mülkiyyət hüququ), 32-ci maddəsinin II və III hissələrində (şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ), 46 (şərəf və ləyaqətin müdafiəsi hüququ), 47 (fikir və söz azadlığı), 50-ci (məlumat azadlığı) maddələrində, Konvensiyanın 8 (şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrində təsbit edilmiş hüquq və azadlıqların pozulub-pozulmaması araşdırılmalı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) ifadə azadlığına dair presedent hüququndan geniş istifadə olunmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fikri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər, bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olub-olmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Avropa Məhkəməsi həmçinin bildirmişdir ki, mətbuatın demokratik cəmiyyətdə oynadığı “gözətçi” rolu xüsusi əhəmiyyət kəsb edən amildir (bax, X4rşı, ## #### 1996-cı il, § 39). Onun vəzifəsi öz məsuliyyət və öhdəliklərinə uyğun qaydada siyasi məsələlər və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat və fikirləri yaymaqdan ibarətdir (bax, başqa bir çox mənbələrlə yanaşı, De Haes və Gijsels Belçikaya qarşı, § 37 və Kolombani və digərləri Fransaya qarşı, § 55). Lakin mətbuat müəyyən hədləri, xüsusilə başqalarının nüfuz və hüquqlarına aid olan hədləri aşmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, məqbul olan tənqidin hüdudları fərdi şəxslə müqayisədə ictimai xadim, o cümlədən siyasətçi ilə bağlı daha genişdir. Birincidən fərqli olaraq ictimai və ya siyasi xadim sözlərinin və hərəkətlərinin jurnalistlər və ümumiyyətlə ictimaiyyət tərəfindən yoxlanılmasına qaçılmaz olaraq və bilə-bilə açıq edir və buna görə o, daha böyük dərəcədə dözümlülük nümayiş etdirməlidir (bax, Lingens Avstriyaya qarşı, § 42). Qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Həmin Qərarın 6-cı bəndində məhkəmələrə izah edilir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olub-olmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Beləliklə yuxarıda istinad olunan qanunvericiliyin normalarına əsaslanır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Böhtan cinayəti ilə bağlı şərh olunan hallarla xüsusi ittihamla bağlı üzrə şikayətin dəlillərini qarşılıqlı təhlil edək: Xüsusi ittihamçının cinayət hesab etdiyi əmələ görə, dərc olunmuş məqalənin aidiyyəti hissəsində göstərilmişdir ki, “...Mədəniyyət Nazirliyinə qarşı hücumların kökü daha dərinə gedir. Bunu hücuma keçən şəbəkənin genişliyi də deməyə əsas verir. Nazirliyə qarşı qarayaxma kampaniyasını ölkə daxilində Nura Suri, Vüqar Əhməd və digərləri apardığı kimi, ölkə xaricində də “söyüş müxalifəti” kimi tanınan şəxslər də eyni fəaliyyəti göstərir. Eyni iddialar və ittihamlar irəli sürülür, mədəniyyət sahəsindəki şəffaflaşdırma işi haqqda yanlış rəy formalaşdırmaq cəhdləri edilir. Misal üçün, “söyüş müxalifəti” üzvlərinin haqqında cinayət işi açılmaz Nura Suri və Vüqar Əhməd kimilərlə Mədəniyyət Nazirliyinə qarşı eyni ittihaları və iddiaları paralel şəkildə səsləndirməsi təsadüfi deyil. Bu detal ölkə daxilində və xaricindəki şəbəkənin eyni yerdən koordinasiya edildiyini, eyni qüvvələr tərəfindən təlimatlandırdığını və ölkə daxilindən də onlara məlumatlar ötürüldüyünü deməyə əsas verir. “Söyüş müxalifəti”nin ölkə daxilində dövlətə qarşı anti-milli fəaliyyət göstərən qüvvələr tərəfindən formalaşdırıldığı, onlara məlumatların da bu qüvvələr tərəfindən ötürüldüyü haqqında dəfələrlə məlumatlar yayılıb. Görünür ki, bu qüvvələrin növbəti hədəfi şəffaflaşdırma işinin aparıldığı Mədəniyyət Nazirliyidir və şəbəkənin xaricdəki üzvləri ilə daxildəki Nura Suri və Vüqar Əhməd kimi (bu şəxslərə hazır tezislər ötürənlər var) üzvlərinə hücuma keçmək göstərişi verilib. Bu, birbaşa dövlətə qarşı fəaliyyət deməkdir və detalları yalnız istintaq orqanları aydınlaşdıra bilər...” Xüsusi ittihamçı hesab edir ki, yayımlanan materialda işlədilən “söyüş müxalifəti” ifadəsi ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onu sosial şəbəkələrdə “söyüş blogeri” kimi tanınan şəxslərlə eyniləşdirmişdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən ayrı-ayrı şəxslərə yalan vədlər verməklə dələduzluq etmə, hədə-qorxu ilə tələb etmə, terrorçuluq, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya onlarda fəal iştirak etmə və digər əməllərə görə, aidiyyəti şəxs barəsində qiyabi icraat qaydasında baxılmış cinayət işi üzrə 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunması haqqında hökmün verilməsi geniş şəkildə ictimaiyyətə məlumdur. Həmin əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi üzrə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Xüsusi ittihamçı heç bir fakt, sübut və hüquqi əsas olmadan isnad olunan ağır cinayətlər törətmiş şəxslərlə eyniləşdirilməsi onun şəxsiyyəti və nüfuzuna xələl gətirmişdir. Nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulan böhtan cinayət əməlinın hüquqi tövsifinə əsasən, yayılan məlumatın yalan olması, heç də həmişə cinayət tərkibi yaratmır. Belə ki, məlumat yalan olsa da, başqa şəxsi ləkələyən məlumat deyilsə, həmi hərəkət böhtan cinayəti kimi qiymətləndirilə bilməz. Təsadüfi deyil ki, Cinayət Məcəlləsnin 14.2-ci maddəsində qeyd olunmuşdur ki, Cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Göründüyü kimi, hər hansı əməlin cinayət hesab edilməsi üçün onun Cinayət Məcəlləsində ayrı-ayrı cinayətlərlə bağlı müəyyən edilmiş tərkib əlamətlərini daşıması ilə yanaşı, eyni zamanda ictimai təhlükəli olması da tələb olunur. Yəni ictimai təhlükəlilik cinayət anlayışının müəyyənedici elementlərindən biri kimi çıxış edir. Cinayət Məcəlləsinin 14.1-ci maddəsində cinayətə verilən anlayışa əsasən əməl aşağıdakı xüsusiyyətlərin hər birinə malik olduğu halda cinayət sayılır: -cinayət qanunvericiliyi ilə cəza təhdidi altında qadağan edilmə; -ictimai təhlükəli olma; -təqsirli olaraq törədilmə. Həmin Məcəllənin 7.1-ci maddəsinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Göründüyü kimi, hər hansı əməlin cinayət hesab edilməsi üçün onun Cinayət Məcəlləsində ayrı-ayrı cinayətlərlə bağlı müəyyən edilmiş tərkib əlamətlərini daşıması ilə yanaşı, eyni zamanda ictimai təhlükəli olması da tələb olunur. Yəni ictimai təhlükəlilik cinayət anlayışının müəyyənedici elementlərindən biri kimi çıxış edir. İşin hallarından məlum olduğu kimi, Nuri Aynurə barəsində yayımlanan bəyanat onun özünün Mədəniyyət Nazirliyinin fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə yaydığı fikirılərinə əsaslanır və Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs həmin məlumatlar əsasında özünün gəldiyi fikri ifadə etmişdir. Ona görə də dərc edilən məlumatın ağır cinayətə görə ittiham etmə dərəcəsində qiymətləndirilməsi fikri ifadə etmək azadlığı haqqında Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün məhdudiyyətlərlə nəticələnə bilər. Belə vəziyyətdə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs yayımladığı yazı “Fikir və söz azadlığı” hüququndan suiistifadə edərək böhtan atma cinayəti kimi qiymətləndirmək, həmin hüququn qanunla qorunan məqsəd və prinsiplərə zidd olar. Beləliklə məhkəmə kollegiyası apellyasiya baxışının nəticələrinə uyğun olaraq gəlmiş olduğu hüquqi nəticəyə görə hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri təsdiq olunmur, göstərilmiş hallar cinayət işində olan mötəbər və mümkün sübutlarla tam təkzib olunur. Beləliklə apellyasiya baxışında məhkəmə istintaqı ilə müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxsin təqsirinə görə birinci intsansiya məhkəməsi CPM-in 351.3.1-351.3.4cü maddələrində təsbit edilən tələblərinə düzgün əməl etmiş, işin halları ilə bağlı hüququ nəticə CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) əsasları təsdiq edir. Məhkəmə kollegiyasının qənaətinə görə, müraciətin dəlilləri və hüdudu üzrə apellyasiya baxışının nəticəsinə görə birinci instansiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 401-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməmişdir. Cinayət Prosessual Məcəlləsinin 398.1. və 398.1.1-ci maddələrinə uyğun olaraq, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin halları cinayət qanunvericiliyinin məqsədinə uyğun, tətbiqini mümkün hesab etmir. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı bəraət hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Xüsusi ittihamçı Xüsusi ittihamçı nümayəndəsi və vəkili İsmayılov Hüseyn Asəf oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə bəraət verilməsinə dair Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar