Məhkəmə qərarları › İş №1(3-9)-183/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-183/2026

11.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-183/2026 11.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlunun sədrliyi ilə, Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X1, bəraət almış şəxs Təqsirləndirilən şəxs, bəraət almış şəxsin müdafiəçisi – Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 iştirakları ilə, ## ####### 1988-ci ildə Beyləqan rayonun Ikinci Şahsevən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli orta təhsilli, məhkum olunmamış, Beyləqan su meliorasiya sistemlərinin istismarı idarəsində nizamlayıcı vəzifəsində işləyən, Beyləqan rayonun Ikinci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayan M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, 1(099)-302/2025 nömrəli hökmü ilə (hakimlər X2 (sədrlik edən), X3 və X11 ibarət tərkibdə) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib ona həmin maddələrin sanksiyası həddində və cinayətlərin məcmusu üzrə azadlıqdan məhrumetə cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. IŞIN HALLARI: Ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün külli miqdarda narkotik vasitənin qanunsuz olaraq satış məqsədilə əldə edilməsi, saxlanması və daşınmasına razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyəti istintaqa məlum olmayan Iran Islam Respublikası vətəndaşları külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 14 kq 995 qram qurudulmuş marixuananı Iran Islam Respublikasında istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış, qeyd olunan külli miqdarda narkotik vasitəni istintaqa məlum olmayan vaxtda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin Beyləqan rayonun 2-ci Şahsevən kəndinin ərazisində yerləşən 21-ci sərhəd zastavasının 18-ci sahəsindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdıqları kimi Iran Islam Respublikasından qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasına keçirmiş, bundan sonra Təqsirləndirilən şəxs ümumi niyyətə əsasən həmin narkotik vasitəni götürmək üçün Beyləqan rayonun 2-ci Şahsevən kəndinin ərazisinə getmiş, şəxsiyyəti istintaqa məlum olmayan Iran Islam Respublikası vətəndaşları tərəfindən Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin 21-ci sərhəd zastavasının 18-ci sahəsinə gətirilmiş külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 14 kq 995 qram qurudulmuş marixuananı ## ###### 2024-cü il tarixdə, saat 19:20-də satış məqsədi ilə əldə edib, saxlayıb daşıyarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən N saylı hərbi hissənin 21-ci sərhəd zastavasının 18-ci sahəsinin arxa istiqamətində X13 900 metr, mühəndis texniki çəpərindən 1 metr arxa istiqamətdə saxlanılmışdır. APELLYASIYA PROTESTININ DƏLILLƏRI: Dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində dövlət ittihamçısı kimi iştirak edərək Təqsirləndirilən şəxs CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 9 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məhkəməyə təklif etmişdir. Hesab edir ki, hazırki iş üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-ci il tarixli hökmü birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması əsası ilə ləğv edilməli, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə Cinayət və Cinayət Prosessual Qanunvericiliyin normalarına uyğun yeni ittiham hökmü çıxarılmalıdır. Buna görə də, məhkəmənin təqsirləndirilən şəxsə bəraət verməsini əsaslandığı sübutlar ayrı-ayrılıqda təhlil edilməklə ittiham tərəfinin sübutları ilə müqayisə aparılmaqla işin faktiki hallarına uyğunluğu müəyyənləşdirilməlidir. Məhkəmə hökmdə göstərmişdir ki, iş üzrə dindirilmiş şahidlər şahid7, şahid6, şahid5, Asif Adıgözəlli, Tural Niftullayev, şahid4 və şahid3 ifadələrini törədilmiş cinayət hadisəsinə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayətinin (CM-nin 234.4.1 və 234.4.3-cü maddələr) baş verməsini təsdiq edən sübutlar kimi qəbul etməklə yanaşı, həm də bu cinayətin törədilməsində Təqsirləndirilən şəxs iştirakını istisna edən sübutlar kimi də qəbul edir. Həmçinin məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsi, eləcə də ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ## #### 2025-ci il tarixli ifadəsi (## ###### 2024-cü il tarixdə, saat 17 radələrində sərhəd zastavasının yaxınldığından keçən beton su kanalın yanına balıq tutumaq üçün getməsi, orada bir qrup sərhədçilər tərəfindən tutub əllərini və gözlərini bağlayıb tutulduğu gəlmisən» deyilməsi, onun isə həmin yerə balıq tutmaq üçün gəldiyini bildirməsi, sonra sərhədçilərin onu döyməyə başlayıb və öldürməklə hədələyib ona narkotik maddə götürmək üçün gəldiyini deməyə təklif etmələri, onların dedikləri ilə razılaşmaması, sonra sərhədçilərin onu apardıqları yerdə bir ədəd kisə və torpağın üzərində çoxsaylı bağlamaların olması və həmin bağlamaların içərisində nə olmasını bilməməsi, sərhədçilərin dediklərindən kisədə və torpaq üzərində olan bağlamalarda narkotik maddələrin olmasını bilməsi, sonra sərhədçilərin torpağın Üzərində olan bağlamaları kisəyə yığması və həmin kisənin ona məxsus olmasını bildirib kisəni və onu sərhəd zasatasına gətirmələri, sərhəd zastavasında sərhədçilər onu döyüb işgəncə verib tutulduğu yerə narkotik vasitə götürmək üçün gəldiyini, həm də onu həmkəndlisi Əfqan adlı şəxsin göndərdiyini bildirməsinə məcbur edilməsi, sərhəd xidməti əməkdaşları tərəfindən döyülməsi və işgəncələr verilməsi nəticəsində bağlamalarda aşkar olunmuş marixuananın özünə məxsus olmasını deməyə məcbur edilməsi, bağlamalarda aşkar olunmuş marixuananın ona məxsus olmaması və heç bir cinayət əməli törətməməsinə dair ifadələr) məhkəmə tərəfindən tədqiq edilib hüquqi qiymət vermiş sübutlarla, yəni şahidlər şahid7, şahid6, şahid5, Asif Adıgözəlli, Tural Niftullayev, şahid4 və şahid3 ifadələri (## ###### 2024-cü il tarixdə, saat 19 radələrində Beyləqan rayonun Ikinci Şahsevən kəndinin ərazisində yerləşən 21-ci sərhəd zastavasının 18-ci sahəsində götürülmüş bağlamalarda aşkar olunmuş narkotik vasitə olan qurudumuş marixuananın Təqsirləndirilən şəxs məxsus olmasına, eləcə də ittihamda göstərilənlər digər xüsusatlara aid hallar istisna olunmaqla), məhkəmə tibbi ekpertizasının rəyi, digər sənəd və iş materialları ilə təsdiq olunduğundan sübut kimi qəbul edir. Habelə məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi 13 və ## ###### 2024-cü il tarixli ifadələri (## ###### 2024-cü il tarixdə saxlanılan vaxt ərazidən götürülmüş bağlamalarda aşkar olunmuş narkotik vasitənin ona məxsus olmasına və ittihamda göstərilən digər halları təsdiq etməsinə dair) məhkəmə tərəfindən tədqiq edilib hüquqi qiymət vermiş sübutlarla, yəni şahidlər şahid7, şahid6, şahid5, Asif Adıgözəlli, Tural Niftüllayev, şahid4 və şahid3 ifadələri (## ###### 2024-cü il tarixdə, saat 19 radələrində Beyləqan rayonun Ikinci Şahsevən kəndinin ərazisində yerləşən 21-ci sərhəd zastavasının 18-ci sahəsində götürülmüş bağlamalarda aşkar olunmuş narkotik vasitə olan qurudumuş marixuananın Təqsirləndirilən şəxs məxsus olmasına, eləcə də ittihamda göstərilənlər digər xüsusatlara aid hallar istisna olunmaqla), məhkəmə tibbi ekpertizasının rəyi, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ## #### 2025 ci il tarixli ifadəsi, həm də məhkəmədə verdiyi ifadəsi ilə təsdiq olunmadığından, eləcə də işin faktiki hallarına uyğun olmadığından, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin (təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər) müddəaları nəzərə alınaraq sübut kimi qəbul etmir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilkin ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 1988-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, hazırda Beyləqan rayonunun 2-ci Şahsevən kəndində yaşayır. ## ###### 2024-cü il tarixdə təxminən saat 17:00 radələrində Beyləqan rayonunun 2-ci Şahsevən kəndində su kanalının kənarında, sərhəd çəpərinə təxminən 20-25 metr məsafədə heyvan otararkən həmin kanala balıq tutmaq üçün tor atmış, saat 17:00 radələrində həmin kanalın kənarında balıq ovlayarkən qamışlıq istiqamətində sərhəd tərəfdən tappıltı səsi gəlmiş, bundan sonra təxminən saat 18 radələrində evə geri qayıtmışdır. Daha sonra həmin əraziyə saxlanıldığı tarixədək getməmiş, buna səbəb isə onun həmin əraziyə getməkdə ehtiyyat etməsi, həmin ərazinin dövlət sərhədinə yaxın olduğunu bilməsi və Iran Islam Respublikasından kimlərinsə narkotik vasitə və ya digər bağlama gətirib atması və onun ərazidə müşahidə edilərək saxlanılmasını fikirləşməsi olmuşdur. ## ###### 2024-cü il tarixdə saat 13 radələrində o, 2-ci Şahsevən kəndində su qurğusunun yanında olarkən şahid2 adlı həmkəndlisi ona yaxınlaşaraq ilkin olaraq hal-əhval tutduqdan sonra ondan kanal istiqamətində balıq olub olmamasını soruşmuş, o, Əfqana balıq olduğunu, lakin həmin ərazidə ## ###### 2024-cü il tarixdə səs eşitdiyini və o tarixdən sora getmədiyimi bildirmişdir. Bundan sonra Əfqan ona həmin əraziyə Iran Islam Respublikasından qaçaq yolla narkotik vasitə marixuana gətirildiyini bildirmiş və ona həmin narkotik vasitə olan bağlamanı daşıyaraq kanalın digər tərəfinə keçirməyi təklif etmiş və həmin işi görməsi müqabilində pul və ya digər maddi nemət vəd etməsə də hər şeyin yaxşı olacağını bildirmişdir. O isə Əfqana əgər həmin ərazidə bağlamanı tapsa onun dediyi kimi kanalın digər tərəfinə keçirəcəyini bildirmiş, bundan sonra o, saat 19:20 radələrində həmin əraziyə gedərək, ərazidə olan ağ rəngli sintetik torba görüb və həmin torbanı götürərək kanalı keçib ərazidə olan narkotik vasitə olan bağlamanı götürmək isdəyərkən sərhədçilər tərəfindən saxlanılmışdır. O, həmin narkotik vasitələrin kimə çatacağından, habelə kimlər tərəfindən həmin əraziyə gətirildiyindən məlumatsız olmasını qeyd etmişdir. O, həmçinin mütəmadi olaraq kənd sakinləri ilə su sistemlərində yaranmış nasazlıqlarla bağlı telefon əlaqəsi yaratdığını, şahid2 də ona bu barədə zənglər etdiyini bildirmişdir. ## ###### 2024-cü il tarixdə isə şahid2lə söhbət etdikdən sonra sonuncunun bir dəfə ona zəng edərək təkidlə ona tapşırdığı istiqamətdə getməyini bildirmişdir. O, istifadəsində 051-304-17-62 sayılı mobil nömrənin olmasını və həmin nömrəni 6-7 il olarki istifadə etdiyini bildirmişdir. Iran Islam Respublikasına əvvəllər getmədiyini və orada tanışın olmadığını bildirmiş, əvvəllər və hazırda narkotik vasitə istifadə etmədiyini bildirmişdir. SaxIanılan zaman, həmçinin saxlanıldıqdan sonra nə ona qarşı heç bir fiziki, psixoloji təzyiq edilməmişdir. Iş üzrə əlavə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək əvvəlki ifadəsində göstərdiyi xüsusatları təsdiq etməməklə yeni ifadəsində göstərmişdir ki, saxlanılan zaman hərbi qulluqçular ona fiziki və psixoloji təsir etməklə diqtə edərək həmin məzmunlu ifadə verməyə məcbur ediblər. O saxlanıldığı əraziyə balıq tutmaq məqsədi ilə getdiyini və bu zaman sərhədçilər tərəfindən saxlanıldığını bildirmişdir. şahid2 və ya digər şəxslərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı heç bir sövdələşmə, razılıq əldə etmədiyini bildirmiş, ona saxlanılan zaman edilən təsir və diqtələrdən sonra şahid2 onu narkotik vasitələri ərazidən götürmək üçün göndərdiyini bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf etmiş, həmçinin ona qarşı heç bir fiziki, psixoloji təziqlərin olmadığını bildirmişdir. Lakin daha sonra və məhkəmə istintaqı zamanı ifadəsini dəyişmişdir. Bundan başqa iş üzrə şahid qismində dindirilmiş, N nömrəli hərbi hissənin çevik hərəkət bölüyünün komandiri, R şahid7 ifadəsində göstərmişdir ki, ##.##.2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən saat 19:00-dan 00:00-dək R şahid6, R şahid5, əsgər X4, əsgər X5 ilə birlikdə 18-ci sahədə “Pusqu” xidmətini təşkil etmişlər. Təyin edildikləri sahəyə çatdıqdan sonra maskalanaraq ərazini müşahidədə saxlamış, saat 19:20 radələrində gecəgörmə cihazı vasitəsilə 18-ci sahədə mühəndis çəpərindən təxminən 10 metr arxada bir nəfər şübhəli şəxsin su kanalından mühəndis çəpərinə doğru hərəkətinin müşahidə etmiş, müşahidəni davam etdirdikdə həmin şəxsin ayağında olan çəkmələrini və paltarlarını çıxarıb su kanalına daxil olmasını görmüş, daha sonra həmin şəxsin su kanalını bir sahilindən digər sahilinə keçib əyilə-əyilə yeriyərək ətrafa baxamaqla irəllədiyini və dayanaraq dizlərini yerə qoyub özü ilə gətirdiyi ağ rəngli kisəni çıxarıb içinə şübhəli nə isə yığmağa başladığını görmüş, bundan sonra R şahid6 Şəmşəddin oğlu və R şahid5 ilə birlikdə həmin şübhəli şəxsin istiqamətində irəlləyərək sonuncuya «Dayan» əmri verib xidməti silahdan havaya bir dəfə xəbərdarlıq atəşi açmış, həmin an naməlum şəxs xəbərdarlıq atəşinin səsini eşitdikdə sərhəd zolağından arxa istiqamətə doğru qaçmağa cəhd etmiş, lakin onun qaçmağa cəhd etməsinin qarşısı alınmış və saxlanılmışdır. Daha sonra 20 metr radiusda ətrafa baxış zamanı ərazidə şübhəli əşyalar aşkar edilmişdir, əşyaların bir neçə ədədinin ağ rəngli kisənin içərisində olduğu digər əşyaların isə bir-birinə yaxın məsafədə ətrafa dağıldığını görmüş, həmçinin su kanaldan 1 metr arxa istiqamətdə 1 ədəd “Nokia” markalı mobil telefon, 1 dəst dəyişək paltar, 1 ədəd rezin çəkmə aşkar olunmuşdur. Daha sonra baş vermiş hadisə barədə hərbi hissə rəhbərliyinə məruzə edilmiş, bağlamalara baxış zamanı içərisində 17 kq 220 qram olan marixuanaya bənzər narkotik maddənin olması müəyyən edilmişdir. Saxlanılmış şəxsin şəxsiyyəti dəqiqləşdirildikdən sonra onun Beyləqan rayon sakini olan Təqsirləndirilən şəxs olması ona məlum olmuşdur. O, Təqsirləndirilən şəxs ərazidə olan narkotik vasitələri əlində olan bağlamaya yığdığını, ona “Dayan" komandası verdikdə onun qaçmağa başladığını, havanın qaranlıq olması səbəbindən onun neçə ədəd bağlamanı əlində olan kisəyə yığdığını görmədiyini bildirmiş, lakin Təqsirləndirilən şəxs “Dayan” komandası verdikdə o geri qaçmaq istəyərkən əlində olan bağlamar həmin ağ rəngli kisədən özünün yaxınlığına töküldüyünü bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman, həmçinin saxlanıldıqdan sonra ona qarşı fiziki yaxud psixoloji təzyiq göstərilmədiyini bildirmişdir. # #### 2025-ci il tarixdə əlavə dindirilmiş şahid7 ifadəsində göstərmişdir ki ərazidən aşkar edilmiş bağlamalar quru vəziyyətdə olmuş, həmçinin ərazidən balıq tutmaq üçün alət və ya su nizamlamaq üçün digər alətlər aşkar edilməmişdir. Iş üzrə şahid qismində dindirilmiş, N nömrəli hərbi hissənin 4-cü sərhəd komendantlığının hərbi qulluqçuları R şahid6 və R şahid5 da R şahid7 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə şahid kimi ifadə vermiş təhqiqatçı şahid1 ifadəsində göstərdiyi xüsusuatlar, yəni onun tərəfindən ## ###### 2024-cü il tarixjdə saat 20:35-dən saat 20:49-dək inzibati qaydada tutulan şəxs Təqsirləndirilən şəxs, DSX-nin əməkdaşları Asif Adıgözəlov, şahid6 iştirakı ilə, həmçinin şahid4 və şahid3 və hal şahidliyi ilə hadisə yerinə, yəni 21-ci sərhəd zastavasının 18-ci sahəsinə baxış keçirməsi, eləcə də, ## ###### 2024-cü il tarixdə, saat 20:35-dən saat 20:49-dək olan müddətdə 21-ci sərhəd zastavasında bağlamalara baxış keçirilməsi şahid1 istifadəsində olan ***/***-**-** saylı mobil telefon nömrəsi üzrə anten məlumatları ilə (həmin məlumatlara əsasən yuxarıda qeyd olunan tarixlərdə şahid1 Beyləqan rayonunun ərazisində deyil, Füzuli rayonun Horadiz şəhərinin ərazisində olmuşdur. N saylı hərbi hissədə bu ünvanda yerləşir) tam təkzib olunur. Ona görə də məhkəmə təhqiqatçı şahid1 ifadəsində yuxarıda göstərilən halları sübut kimi qəbul etmir, eləcə də məhkəmə hesab edir ki, həmin sənədlər təhqiqatçı tərəfindən sənədlərdə göstərilən tarixlərdə deyil, sonradan hərbi hissədə, əldə edilmiş məlumatlar formal olaraq yazılmaqla tərtib olunmuşdur. Qeyd edilən anten məlumatı tədqiq edilərkdən dəfələrlə məhkəməyə həmin məsələyə aydınlıq gətirilməsi üçün şahid1 yenidən dindirilməsi ilə bağlı vəsatətlə müraciət etsə də vəsatəti təmin edilməmişdir. Çünki təhqiqatçının başqa bir telefonun olması, və yaxud qeyd edilən telefonun hərbi hissədə qalması ilə bağlı suallara cavab alınmamışdır. Məhkəmə-tibbi ekspertizasının ## ###### 2024-cü il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs “gövdənin sağ yan nahiyəsinin qançırla müşayiət olunan sağ VII, VIII qabırğaların yerini dəyişməyən qapalı sınıqları və sağ qulaq seyvanının qançırı” xəsarətləri alması, həmin xəsarətlərin ## ###### 2024-cü il tarixdə müayinəsindən 4-6 gün əvvələ (10 və ## ###### 2024-cü il tarixlərə) uyğun gəlməsi, dərəcəsinə görə xəsarətlərdən-gövdənin sağ yan nahiyəsinin qançırla müşayiət olunan sağ VII, VIII qabırğaların yerini dəyişməyən qapalı sınıqları bərk küt əşyanın bir güclü zərbəsinin təsirindən törənə bilər, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, sağ qulaq seyvanının qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid aid olduğundan dərəcələrinin təyin edilməməsi göstərilmişdir. Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətlərin tutulub zastavaya aparıldıqdan sonra tanımadığı sərhədçilər tərəfindən döyülməsi nəticəsində aldığını bildirmiş, şahidlər şahid7, şahid6, Fləzrət Əliyev və Asif Adıgözəlli isə ifadələrində Təqsirləndirilən şəxs saxlanılıb zastavaya aparıldıqdan sonra ona qarşı heç bir zorakılıq hallarına yol verilmədiyini göstərmişlər. Işdə olan, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ###### 2024-cü il tarixli və ## ###### 2025-ci il tarixli qərarlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlərlə bağlı prokurorluqda aparılmış araşdırmanın nəticəsinə görə Təqsirləndirilən şəxs DSX-nin əməkdaşları tərəfindən fiziki ağrıya, işgəncəyə, qeyri-insani rəftara məruz qalması faktı təsdiq olunmamış və toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə (əməldə cinayət tərkibi olmaması əsası) ilə rədd edilmişdir. Hazırkı iş üzrə məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törədib-törətməməsi ilə bağlı cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməmiş, təqsirləndirilən şəxsin ona istinad olunan cinayəti törətməsi ilə bağlı sübutları bir-biri ilə düzgün müqayisə etməmişdir ki, nəticədə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Hazırkı hökmdə isə məhkəmə iş üzrə toplanmış məhkəmədə tədqiq edilmiş obyektiv sübutları qəbul etməməsinin motivlərini göstərməmiş, tədqiq olunan sübutları düzgün qiymətləndirməmiş, təqsirləndirilən şəxsə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verməsinin motivlərini kifayət qədər əsaslandırmamış və iş üzrə qeyri-obyektiv nəticəyə gəlmişdir. Hökmdən verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı X1 apellyasiya protestinin dəlillərini müdafiə edib, apellyasiya protestinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında bəraət almış şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 apellyasiya protestinin təmin edilməməsini, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdilər. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı təqsirləndirilən və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə təqsirləndirilən və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını təqsirləndirilən və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bununla yanaşı, CPM-in 397.1 və 397.2-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin hökmünü formal qaydada deyil, məhz protestdə göstərilən dəlillərin hüquqi əhəmiyyətini, həmin dəlillərin sübutların məcmusuna təsirini və hökmün qanuniliyinə real təsir göstərib-göstərmədiyini yoxlamasını tələb edir. Buna görə də apellyasiya baxışının predmeti yalnız ayrı-ayrı sübutların təcrid olunmuş şəkildə təkrar sadalanması deyil, həmin sübutların mənsubiyyət, mümkünlük, mötəbərlilik və kifayətlilik meyarları baxımından ümumi qiymətləndirilməsidir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya protestinin əsas dəlili məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamış, hökm çıxararkən məhkəmə yuxarıda təhlil olunan ziddiyyətli hallara tənqidi yanaşmaq əvəzinə yalnız təqsirləndirilən şəxsin mənafeyini ifadə etmiş, onun dəlillərini təkzib edən məhkəmə istintaqında tədqiq olumuş sübutları- şahid ifadələri, baxış, götürmə protokolları, ekspertiza rəyləri, əməliyyat məlumatlarını müqayisəli təhlil edib onları nəzərə almadığından Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib ona həmin maddələrin sanksiyası həddində və cinayətlərin məcmusu üzrə azadlıqdan məhrumetmə cəzasının təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasından ibarətdir. Məhkəmə kollegiyası apellyasiya protestini müzakirə edərək, bəraət almış şəxs və onun müdafiəçisinin, dövlət ittihamçısının çıxışlarını dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən, apellyasiya protesti təmin edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası əvvəlcə onu qeyd edir ki, dövlət ittihamçısının apellyasiya protesti mahiyyət etibarilə birinci instansiya məhkəməsinin sübutları düzgün qiymətləndirməməsi, təqsirləndirilən şəxsin müdafiə xarakterli ifadələrinə əsassız üstünlük verməsi və iş üzrə mövcud sübutların məcmusunun Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə təqsirliliyini təsdiq etməsinə baxmayaraq ona bəraət verilməsi iddiası üzərində qurulmuşdur. Buna görə də apellyasiya yoxlamasının əsas predmeti protestdə sadalanan hər bir halın ayrıca və onların məcmu halda CM-in 234.4.1 və 234.4.3-cü maddələri üzrə təqsirin şübhədən kənar sübuta yetirilməsi üçün yetərli olub-olmamasının müəyyən edilməsindən ibarətdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, apellyasiya protestinin dəlilləri yalnız birinci instansiya məhkəməsinin sübutlara verdiyi qiymətlə razılaşmama xarakteri daşıdıqda, həmin dəlillər hökmün ləğvi üçün o halda əsas ola bilər ki, protestdə sübutların qiymətləndirilməsində konkret hüquqi səhv, sübutun mümkünlüyü və mötəbərliliyi ilə bağlı nəzərə alınmamış hal, yaxud məhkəmənin nəticəsini tamamilə təkzib edən yeni və inandırıcı arqument göstərilmiş olsun. Hazırkı protestdə isə belə xarakterli dəlillər irəli sürülməmiş, əsasən birinci instansiya məhkəməsində artıq tədqiq olunmuş sübutların ittiham tərəfinin mövqeyinə uyğun təkrar qiymətləndirilməsi tələb edilmişdir. Birinci instansiya məhkəməsində işin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, 2013-cü ildən Beyləqan rayonun su-kanal idarəsində nizamlayıcı işləyir. Yaşadığı ərazidə, yəni Beyləqan rayonun Ikinci Şahsevən kənidinin ərazisində beton su kanalı vardır, işi ilə bağlı tez-tez su kanalına gedib, ayrı-ayrı şəxsləri suyun verilməsini nizamlayır, bəzən də su kanalına balıq tutmaq üçün gedir və balığı adətən qarmaq-tilov və ya «ekran» (balıq tutmaq üçün ağacdan materialdan hazırlanmış torlu səbət) atmaqla tutur. Balıq tutmaq üçün getdiyi kanal sərhəd zastavasının (21-ci sərhəd zastavasının) yaxınlığından keçir. ## ###### 2024-cü il tarixdə, axşam saat 17 padələrində zastavanın yaxınldığından keçən kanalın yanına balıq tutmaq üçün qarmaq və «ekran»ı (torlu səbəti) götürüb getmiş, orada kanala əvvəl «ekran»ı (torlu səbəti) atıb ipi bağlamaq istəyərkən bir qrup sərhədçilər onu tutub, əllərini və gözlərini bağlayıb tutulduğu yerdən 45-50 metr kənara aparıb orada ona «sən bura narkotik maddə götürmək üçün gəlmisən» demiş, o isə həmin yerə balıq tutmaq üçün gəldiyini, həmişə gəldiyi yer olduğunu, əvvəllər də bura balıq tutmaq və mal-qara otarmaq üçün gəldiyini bildirəndə sərhədçilər onu döyməyə başlayıb, öldürməklə hədələyib ona narkotik maddə götürmək üçün gəldiyini deməyə təklif etmişlər, o isə onların dedikləri ilə razılaşmamışdır. Sərhədçilərin onu apardıqları yerdə bir ədəd kisə və torpağın üzərində çoxsaylı bağlamalar olmuşdur. Həmin bağlamaların içərisində nə olmasını bilməmişdir. Sərhədçilərin dediklərindən belə başa düşmüşdür ki, kisədə və torpaq üzərində olan bağlamalarda narkotik maddələr vardır. Sonra sərhədçilər torpağın üzərində olan bağlamaları kisəyə yığmış və həmin kisənin ona məxsus olmasını bildirib kisəni və onu sərhəd zastavasına gətirmişlər. Sərhəd zastavasında sərhədçilər onu döyüb işgəncə verib tutulduğu yerə narkotik vasitə götürmək üçün gəldiyini, həm də onu həmkəndlisi Əfqan adlı şəxsin göndərdiyini bildirməsini, əks halda onu yenə də döyəcəklərini bildirəndə, o, verilən dəhşətli işgəncələrə dözməyib onların dedikləri ilə razılaşmışdır. Bundan sonra sərhədçilər kisəni götürüb və onu maşına mindirib əvvəl aparıldığı yerə aparmış, orada bağlamaları torpağın üzərinə töküb həmin yerdə onun şəkillərini çəkmiş, sonra videoçəkiliş də aparılmışdır. Orada o, sərhədçilərin təzyiqləri nəticəsində guya həmin yerə həmkəndlisi Əfqan adlı şəxsin tapşırığı ilə narkotik maddələri götürmək üçün gəldiyini deməyə məcbur olmuşdur. Sonra yenə də zastavaya aparmış, orada bir nəfər şəxs sənədləşmə aparmış, sənədləşmənin nədən ibarət olmasını bilməmiş, səhərisi günü əli-qolu və gözləri bağlı halda Horadizdə olan hərbi hissəyə, səhərisi günü isə Bakı şəhərinə Sərhəd Xidmətinin baş idarəsinə aparılmışdır. Orada onun izahatı alındıqdan sonra Nərimanov RPInin X17 təhvil verilmiş, orada olarkən döyülməsi nəticəsində bədənin bərk ağrıları olduğundan təcili-tibbi yardım çağırılıb ona tibbi yardım göstərilmiş, iki gün sonra o, Bakı Istintaq Təcridxanasına köçürülmüşdür. Bakı Istintaq Təcridxanasında tibbi müayinədən keçərkən xəsarət aldığı məlum olmuş, sonradan prokurorluq tərəfindən araşdırma aparılarkən tibbi ekspertizadan (məhkəmə-tibbi ekspertizasından) keçirilərkən sərhədçilərin onu döyməsi nəticəsində qabırğaların sınması və ağır (rəyə əsasən az ağır) xəsarət alması müəyyən edilmişdir. O, tutulduğu əraziyə kanala balıq tutmaq üçün getmiş, orada hər hansı narkotik maddə olmamış, sonradan aparıldığı yerdən götürülmüş narkotik maddənin ona heç bir aidiyyəti yoxdur və o, heç bir cinayət əməli törətməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verilmiş sualları cavablandırıb və əlavə ifadəsində göstərmişdir ki, tutulan vaxt istifadəsində işlək vəziyyətdə üzərində ***/***-**-** saylı mobil nömrə olan «Nokia» markalı mobil telefon olmuş və sərhədçilər onu tutduqdan sonra həmin telefonu ondan götürmüş, sonradan bu telefonun harada olması barədə məlumatı olmamışdır. Balıq tutmaq üçün götürdüyü qırmaq və tut ağacından hazırladığı «ekran» (səbət) kanalın yanında qalmış, sərhədçilərin onları götürüb-götürmədiyini bilməmişdir. Kanalın yanına gedərkən əynində paltar olmuş, o cümlədən gödəkcə və ayağında rezin çəkmə olmuş, orada soyunub kanala girməmiş, həmçinin orada ona məxsus əlavə paltar və çəkmə olmamışdır. Sərhədçilərin oradan paltar və çəkmə götürmələrini görməmişdir. O, balıq tutmağa getdiyi su kanalına nəzarət edib kanalın «ağzına» yığılan maneələri təmizləmiş, həm də balıq tutmuşdur. Sahə rəisinin göstəri ilə iş olan günü də, iş olmayan günləri də ora gedib-gəlmişdir. Həmin gün iş günü olmasa da, sahə Eyvaz Arazov ona zəng edib «get suyu nizamla, suyu təmizlə» demiş, o da su kanalının yanına getmişdir. Getdiyi yerlə dövlət sərhədi arasında xeyli məsafə olmuş, lakin sərhəd zastavası ilə 50-60 metr aralı olmuşdur. Onun Iranda yaşayan tanışı olmamış və ya hər hansı formada iranlı deyilən şəxslə əlaqəsi də olmamışdır. şahid2 həmkəndlisidir, onunla münasibəti yaxşı olmuş, düşmənçiliyi olmamış, tutulanda sərhədçilər onu “şahid2 məni göndərmişdir” deməyə məcbur etmişlər. Kanalın yanında aşkar olunan kisəni o, həmin yerə gətirməmiş, sərhədçilər oradan kisəni götürüb kisənin onun gətirdiyini bildirmişlər. Əslində isə güman edir ki, həmin kisə ola bilsin kanalda su ilə birlikdə gəlib ora çatmışdır. Tutulan vaxt sərhədçilər ona «burda 3 gündür əməliyyat qurmuşuq, gecə yatmırıq, bura narkotik gətirib qoyublar, sən də bu narkotik götürməyə gəlmisən və səni də şahid2 göndərmişdir» demiş, o isə ora narkotik maddə götürmək üçün deyil, balıq tutmaq və kanalda suyu təmizləmək üçün gəldiyini bildirmiş, sərhədçilər isə dediklərinə inanmayıb onu elə orada döymüş, sonra da onların dediklərini bildirməyə məcbur etmişlər. O, tutulan yerdə heç nə olmamış, həmin yerdən 50 metr aralıda narkotik maddə bağlamaları olmuş və sərhədçilər onu apardıqdan sonra o, orada yumru-yumru bağlamaların olmasını görmüşdür. Sərhədçilər onu tutulduğu yerdə yox, narkoik maddələr olan yerə aparıb orada onun fotosunu çəkmişlər. Onun tutulduğu yerdə içərisində narkotik maddələr olan bağlamaları kisəyə yıgması, sonra oradan qaçmağa cəhd etməsi barədə şahidlərin dedikləri tam yalan olmaqla belə hallar olmamışdır. Tutulduqdan sonra o, bir gün Horadizdə olan hərbi hissədə qalmış, səhərisi günü onu Bakı şəhərinə aparmışlar. Bir daha bildirir ki, o, heç bir cinayət əməli törətməmiş, tutulduğu yerin yaxınldığında aşkar olunmuş narkotik maddələrin ona heç bir aidiyyəti yoxdur və bununla bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir və ona bəraət verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid şahid7 ifadəsində göstərmişdir ki, o, DSX-nin N saylı hərbi hissəsində xidmət edir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. ## ###### 2024-cü il tarixdə, daxil olmuş əməliyyat məlumatına əsasən saat 19:00-dan 00:00dək özü, R şahid6, R şahid5, əsgər Ülvi Mirzəyev və əsgər Elgiz Yusubovdan ibarət tərkibdə 18-ci sahədə “Pusqu” xidmətini təşkil etmiş və gecəgörmə cihazı ilə ərazini müşahidəyə götürmüşlər. Müşahidə zamanı saat 19:20-də 18-ci sahədə olan mühəndis çəpərindən təxminən 10 metr arxada bir nəfər şübhəli şəxsin su kanalından mühəndis çəpərinə doğru hərəkət etməsi, sonra bu şəxsin çəkmələrini və paltarlarını çıxarıb su kanalına daxil olub kanalın digər tərəfinə keçib əyilə-əyilə hərəkət edib, daha sonra dayanıb dizlərini yerə qoyub üstündən bir ədəd kisəni çıxarıb içinə yerdə olan bağlamaları yığmağa başlamasını görmüş, elə həmin anda o, R şahid6 və R şahid5lə birlikdə şübhəli şəxsin olduğu istiqamətində gedib ona “dayan” əmri verib xidməti silahdan havaya bir dəfə xəbərdarlıq atəşi açmış, bu şəxs isə sərhəd zolağından arxa istiqamətə doğru qaçmağa cəhd etmiş, lakin onun qaçmağa cəhd etməsinin qarşısı alıb tutub saxlamışlar. Sonra həmin sahədə ətrafa baxış keçirilmiş və orada yerdə çoxsaylı bağlamalar, bir ədəd kisənin içərisində də bir neçə bağlama, həmçinin su kanalının yanında yerdə bir ədəd “Nokia” markalı mobil telefon, bir dəst dəyişək paltar, bir cüt rezin çəkmə aşkar olunmuşdur. Şübhəli şəxsin saxlanması barədə hərbi hissə komendant Tural Niftullayevə məruzə edilmiş, sonra 21-ci sərhəd zastavasından əlavə kömək gəlmiş və saxlanmış şəxs zastavaya aparılmışdır. 18 ci sahədə aşkar olunmuş bağlamalar və digər əşyalar götürülməmiş, mühafizə qoyulmuşdur ki, təhqiqatçı gəlib bu maddi sübutları götürsün. Zastavada saxlanılan şəxslə sorğu-sual aparılmış və həmin şəxsin Beyləqan rayonun 2-ci Şahsevən kənd sakini Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs saxlandığı yerə narkotik maddə götürmək üçün gəldiyini etiraf etmidir. Həmin gecə saatlarında hərbi hissənin təhqiqatçısı hadisə yerinə gəlib orada olan bağlamaları, kisəni, bir ədəd “Nokia” markalı mobil telefon, bir dəst dəyişək paltar və bir cüt rezin çəkməni götürmüş, sonra sənədləşmə aparılmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman və bundan sonra ona qarşı heç bir fiziki və psixoloji təzyiqlər göstərilməmişdir. Habelə şahid şahid7 verilən sualları cavablandıraraq əlavə ifadəsində göstərmişdir ki, o, “Pusqu” xidmətində olarkən Ilkinin əynində olan palitarlarını soyunub kanalı keçməsi, sonra əlində torba ilə geri qayıtmasını müşahidə etmiş və əlində torba ilə o, sərhəd xəttindən 5-10 metr aralıda tutulub saxlanmışdır. Təqsirləndirilən şəxs tutulduğu yerdə balıq tutmaq üçün hər hansı avadanlıq aşkar olunmamış, lakin orada paltarlar və həmin yerdə bir ədəd mobil telefon da olmuşdur. Şəxsin tutulması barədə komendata məruzə edildikdən sonra zastavadan hərbiçilər gəlmiş, tutulan şəxsin şəxsiyyəti müəyyən edilmişdir. Sonra paltarları Ilkin əyninə geyinmiş, mobil telefon isə zastavadan gələn şəxslərdən kimsə götürülmüşdür. Təqsirləndirilən şəxs tutulduğu yerdə su kanalının yanında bağlamalara baxış keçirilmiş və bağlamaların, həm də orada olan bir ədəd kisədəki bağlamaların içərisində narkotik maddələr olması məlum olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmkəndlisi Əfqan adlı şəxsin tapşırığı ilə ora narkotik maddələri götürmək üçün gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq və döyülmə halları olmamışdır. Sərhəd naryadında iki nəfər olmuş, sonradan üç nəfər şəxs də ora gəlmiş və ayrı-ayrı yerlərdə dayanmaqla xidməti aparmışlar. Həmin yerə narkotik maddənin qoyulması və ya olmasını əvvəlcədən bilməmişdir. Təqsirləndirilən şəxs saxlandığı yerdə fotoşəkilləri çəkilmiş, sonra da videoçəkiliş aparılmışdır. Sərhəd naryadı tərəfindən Təqsirləndirilən şəxs saxlandığı yerdə aşkar olunmuş bağlamalara baxış keçirilməmiş və götürməmiş, təhqiqatçı gəlib bağlamaları götürülmüşdür. Məhkəmə iclasında şahid şahid6 şahid şahid7 ifadəsinə uyğun ifadə vermiş, habelə şahid6 verilən sualları cavablandıraraq əlavə ifadəsində göstərmişdir ki, o, ## ###### 2024-cü il tarixdə, saat 20 radələrində kömək məqsədi ilə «Pusqu»ı xidmətində olmaqla hadisə yerinə gedib orada Təqsirləndirilən şəxs tutulmasında iştirak etmişdir. «Pusqu naryadı»nda olarkən təxminən 15-20 metr aralıqdan müşahidə zamanı Təqsirləndirilən şəxs əynindəki paltarı soyunub kanalın digər tərəfinə keçməsini, su kanalı ilə maneə çəpərinin arasında Təqsirləndirilən şəxs əlində olan topbaya yerdəki bağlamaları yıgmasını görmüş, ona «dayan» komandası veriləndə isə Təqsirləndirilən şəxs qaçmağa cəhd etmiş, onu tutub saxlamışlar. Təqsirləndirilən şəxs tutulan yerdə bir ədəd kisə, ətrafda da bağlamalar olmuşdur. Saxlanan vaxt Təqsirləndirilən şəxs ora narkotik maddələri götürmək üçün gəldiyini bildirmiş, orada ona qarşı heç bir fiziki təzyiq olmamışdır. Tutulan vaxt Təqsirləndirilən şəxs əynində paltarları olsa da, corabları və ayaqqabı ayağında olmamışdır. Təqsirləndirilən şəxs tutulandan sonra zastavaya məlumat verilmiş, sonra zastava rəisi, əməliyyatçılar, digər rəhbər şəxslər hadisə yerinə gəlmişlər və tutulan şəxsə narkotiklə bağlı suallar vermişlər. Həmin vaxt videoçəkilişdə olmuşdur. Sonra tutulan şəxs zastavaya aparılmışdır. Hadisə yerdə hal şahidləri olmuş, lakin onları tanımamışdır. Məhkəmə iclasında şahid şahid5 şahid şahid7 ifadəsinə uyğun ifadə vermiş, habelə şahid5 verilən sualları cavablandıraraq əlavə ifadəsində göstərmişdir ki, o, ## ###### 2024-cü il tarixdə, axşam saatlarında «Pusqu sərhəd naryadı»nda olarkən Təqsirləndirilən şəxs paltarlarını soyunub, ayağına çəkmə geyinib kanalı keçməsini müşahidə etmiş, sonra xəbərdarlıq atəşi açılmış və Ilkin dayanmışdır. Ilkinin saxlandığı yerdə bağlamalar aşkar olunmuş, həmin bağlamaların içərisində nə olmasını bilməmişdir. Komandanlığı məruzə etdikdən sonra zastava rəisi və əməliyyatçılar ora gəlmiş, bağlamalara baxış keçirilərkən bağlamaların içərisində 17 kq narkotik maddə olması məlum olmuşdur. Sonra zastavada sənədləşmə aparılmışdır. Məhkəmə iclasında şahid şahid4 ifadəsində göstərmişdir ki, o, mülki şəxsdir, Beyləqan rayonun Şahsevən kəndində yaşayır. Hadisə olan ərəfədə o sərhəd zastavası ilə üzbəüz kafedə olmuş, saat 9-10 radələrində (## ###### 2024-cü il tarixdə) Asif adlı sərhədçi (Asif Adıgözəlli-21-ci sərhəd zastavasının rəisi) ona zəng vurub hal şahidi kimi iştirak etməsi üçün çağırmış, o da zastavaya getmiş, sonra «UAZ» maşını ilə sərhədçilərlə birlikdə hadisə yerində gedib orada hal şahidi kimi iştirak etmişdir. O, hal şahidi kimi iştirak etdiyi ərazidə əvvəllər olmamışdır. Ərazidə olarkən Təqsirləndirilən şəxs əli ilə göstərdiyi yerdə bağlamalar, kanalın o biri tərəfində yerdə «Nokia» markalı telefon, bir cüt çəkmə olmuş, həmin bağlamalar, «Nokia» markalı telefon, bir cüt çəkmə götürülüb zastavaya gətirlimşdir. Zastavada bağlamalara baxış keçirilərkən bağlamaların içərsində «ot» (narkotik maddə) olması məlum olmuşdur. Baxışda tutulan şəxs Təqsirləndirilən şəxs bağlamaları öz əli ilə kanal yanından yığdığını, paltarların və mobil telefonun onun olduğunu bildirmişdir. Narkotik vasitə olan yerdə komendat videoçəkiliş etmişdir. Orda Asif adlı sərhədçi, Rlər, əsgərlər və komendat olmaqla təxminən 10 nəfərə yaxın adam olmuşdur. Həmin gün hava şəraiti çiskin yağışlı olmuşdur. Orada olan şəxslər bağlamalardan birini açıb baxmış, sərhədçilər həmin maddənin narkotik maddə olmasını demişdir. Sonra zastavada məişət otağında baxış zamanı bağlamalar döşəməyə düzülüb şəkili çəkilmişdir. Məhkəmə iclasında şahid şahid3 ifadəsində göstərmişdir ki, o, Beqləqan rayonun 2-ci Şahsevən kəndində yaşayır, «Traktor»u var, kənd təsərrüfatı ilə məşğul olur. Sərhədçiləri tanıyır, yəni traktorla sərhəd ərazisində işləyərkən onları tanımışdır. ## ###### 2024-cü il tarixdə tanışı Sübhan ilə birlikdə çayxanada əyləşib çay içdikləri vaxt onlara zəng edib hal şahidi kimi iştirak etmələri üçün çağırmış, onlar da 21-ci sərhəd zastavasına getmişlər. Ora adını yazıb əraziyə buraxılmışlar, orada rəhbər şəxslər olmuş, sonra onlarla birlikdə 15 dəqiqəqəyə hadisə yerinə-su kanal yanına getmişlər. Təqsirləndirilən şəxs orada kanal yanında olmuş, bağlamalar orada olmuşdur. Sərhədçilər bağlamalara baxış keçirib baxmışlar. Kanalın o biri tərəfindən bir ədəd mobil telefon tapılıb götürülmüşdür. Orada videoçəkiliş olmuş, lakin o videoçəkilişə düşməmişdir. Sonra bağlamalar və Təqsirləndirilən şəxs zastavaya gətirilmiş, zastavada bağlamalara baxış keçirilmiş və bağlamlarda narkotik vasitələr olması deyilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin şahid2 çatacağını bildirmişdir. Narkotik maddə çəkilmiş çəkisi 17 kq olmuşdur. Həmin gün hava tutqun olsa da, normal olmuşdur. Işdə olan, Beyləqan rayon IHB-nın Ikinci Şahsevən kənd IƏD üzrə nümayəndəsinin ## ###### 2025-ci il tarixli 49 və ** №-li arayışları ilə müəyyən edilir ki, şahid4 və şahid3 Beyləqan rayonun Ikinci Şahsevən kənd sakinləri deyil, həmin ərazidə yaşamırlar və hər hansı formada kənd təsərrüfatı işləri ilə məşğul olmurlar. Həmçinin DSX-dən daxil olmuş ## ###### 2025-ci il tarixli məktub-arayışı ilə müəyyən edilir ki, şahid4 və şahid3 DSX-də həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardırlar. Məhkəmə iclasında şahid şahid4 əlavə verdiyi ifadəsində göstərmişdir ki, o, DSX-nin N saylı hərbi hissəsinin 21-ci sərhəd zastavasında xidmət edir, Rdir. Hadisə olan günü, yəni ## ###### 2024-cü il tarixdə o, zastavada «cavabdeh şəxs» (məsul şəxs) kimi xidmətdə olduğu üçün hadisə olan yerə (21-ci sərhəd zastavasının 18-ci sahəsinə) getməmiş, baxışın keçirilməsində və bağlamaların götürülməsində iştirak etməmiş, həmin vaxt şahid3 da zastavada olmuşdur. Sərhəd pozucusu kimi Təqsirləndirilən şəxs bir ədəd kisə ilə birlikdə zastavaya gətirilmiş, sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs, həm də bir ədəd kisə də çəkiliş üçün aparılmışdır. Bundan sonra o, şahid1 dəvəti ilə zastavada bağlamalara baxışın keçirilməsində hal şahidi kimi iştirak etmişdir. Məhkəmə iclasında şahid şahid3 əlavə verdiyi ifadəsində göstərmişdir ki, o, DSX-nin N saylı hərbi hissəsinin 21-ci sərhəd zastavasında xidmət edir, zabitdir. Onu hadisə yerinə zastava rəisi R Asif Adıgözəlli dəvət etmiş və tutulan şəxsin hadisə yerində fotoşəkli çəkilmiş, sonra da videoçəkiliş olmuşdur. Hadisə yerinə onu şahid1 aparmış və o, ərazidən narkotik vasitənin götürülməsində hal şahidi kimi iştirak etmişdir. Sonra 21-ci sərhəd zastavasının 18-ci sahəsində saxlanmış şəxs Təqsirləndirilən şəxs və həmin yerdən götürülmüş bağlamalar zastavaya gətirilmiş, həmin bağlamalara baxış keçirilmiş, sonra da təhqiqatçı tərəfindən sənədləşmə aparmışdır. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, o, DSX nin SQ-nın “N” saylı hərbi hissəsinin 21-ci sərhəd zastavasının rəisidir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. ## ###### 2024-cü il tarixdə 21-ci sərhəd zastavasının «Sərhəd naryadı» tərəfindən həmin zastavanın 18-ci sahəsinin arxa istiqamətində, mühəndis çəpərinin yaxınlığında yerdə səpələnmiş halda bağlamalar aşkar edilmişdir. Həmin faktla bağlı dərhal hərbi hissə komandanlığına məruzə etmiş, tərəfindən “Raport” yazılmış, həmçinin «Məlumat xidməti kitabı»na məlumat yazılmış (əslində müəyyən edilir ki, məlumata dair qeydlər Təqsirləndirilən şəxs tutulduqdan sonra yazılmışdır), eyni zamanda narkotik vasitənin sifarişçilərin müəyyən edilməsi üçün tərəfindən həmin ərazidə “Pusqu” xidməti təşkil edilmişdir. ## ###### 2024-cü il tarixdə, saat 19 radələrində “Pusqu xidməti” tərəfindən Təqsirləndirilən şəxs 18-ci sahədə mühəndis çəpərindən bir qədər aralıda, yəni içərisində narkotik maddələr olan bağlamaların yanında (sərhəd zastavasından təxminən 4 km aralıqda) tutulmuş, sonra sərhəd zastavasına gətirilmiş və təhqiqatçı bu şəxsi dindirib onun izahatını almış, sənədləşməni də təhqiqatçı aparmışdır. O, Təqsirləndirilən şəxs tutulmasında və ərazidən maddi sübutların götürülməsində iştirak etməmişdir. Təqsirləndirilən şəxs zastavaya gətirildikdən sonra ondan nəyin dalınca gəldiyini soruşmuş, o da narkotik maddə götürmək üçün gəldiyini etiraf etmişdir. Zastavada Təqsirləndirilən şəxs qarşı hər hansı formada fiziki zorakılıq hallarına yol verilməmişdir. Sübhan və Sənan adlı şəxsləri (hal şahidləri) tanımamış, bu şəxslərin telefon nömrələri onda olmamış və hal şahidi kimi iştirak etmələri üçün onları zastavaya o, çağırmamışdır. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti ilə dindirilmiş şahid X12 ifadəsində göstərmişdir ki, o, DSX-nin əməkdaşıdır, N saylı hərbi hissənin 4 cü komendaturasının rəisidir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 21-ci sərhəd zastavasının “Pusqu” xidmətində olan hərbiçilər tərəfindən Təqsirləndirilən şəxs dəqiq nə vaxt və kimlər tərəfindən tutulması xatırlamır. 21-ci sərhəd zastavasının rəisi Asif Adıgözəlli ona məruzə edərkən bilmişdir ki, həmin şəxs 21-ci sərhəd zastavasının 18-ci sahəsində tutulmuşdur. Sonra o, təxminən 40 dəqiqəyə həmin yerə, beton su kanalının yanına (21-ci sərhəd zastavasının 18ci sahəsinə) getmiş və ora çatanda hərbi hissə komandanlığından gəlmiş şəxslərin artıq orada olması və araşdırma apardıqlarını, həmin yerdə bir ədəd kisənin, səpələnmiş halda bağlamaların və paltarların olmasını görmüşdür. Orada kiminsə hadisə yerinin videoçəkilişini aparılmasının şahidi olmamışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitələrin ona məxsus olduğunu bildirib həmin narkotik vasitələri götürmək üçün ora gəldiyini demişdir. Sonra saxlanmış şəxs Təqsirləndirilən şəxs və ərazidən götürülmüş bağlamalar zastavaya gətirilmiş, təhqiqatçı tərəfindən sənədləşmə aparılmış, bundan sonra saxlanmış şəxs Təqsirləndirilən şəxs və ərazidən götürülmüş bağlamalar aidiyyəti üzrə sərhəd dəstəsinə təhvil verilmişdir. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti ilə şahid kimi ifadə vermiş təhqiqatçı şahid1 ifadəsində göstərmişdir ki, o, DSX-nin N saylı hərbi hissəsində təhqiqatçısı vəzifəsində xidmət etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə ilkin təhqiqat onun tərəfindən aparılmış və iş üzrə ilkin prosessual təhqiqat sənədləri onun tərəfindən tərtib olunmuşdur. lkin Cəfərov sərhəd rejimi qaydalarını pozduğu üçün inzibati qaydada tutulmuş və o, bunanla bağlı protokol tərtib etmişdir. Təqsirləndirilən şəxs tutulan ərəfədə, yəni ## ###### 2024-cü il tarixdə, saat 19 radələrində o, hərbi hissənin ərazisində (Horadiz qəsəbəsində) olmuşdur. Sonra həmin gün (## ###### 2024 cü il tarixdə) hərbi hissə komandirinin göstərişi ilə o, hadisə yerinə, su kanalının yanına (Beyləqan rayonun Ikinci Şahsevən kəndinin ərazisində yerləşən 21-ci sərhəd zastavasının 18-ci sahəsinə) getmiş, orada bir zabit və biri əsgər olan şəxslərin hal şahidliyi və tutulan şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, həm də videoçəkilişlə maddi sübut ola biləcək predmetlər, yəni hadisə yerində olan bir ədəd kisə və bağlamalar götürülüb 21-ci sərhəd zastavasına gətirilmişdir. Zastvada götürülmüş bağlamalara baxış keçirilmiş, sonra sənədləşdirmə aparmışdır. Daha sonra tutulan şəxs Təqsirləndirilən şəxs və materiallar istintaqa təhvil verilmişdir. Hadisə yerindən dəqiq narkotik olan bağlamalardan əlavə daha hansı əşyaların götürməsi yadında qalmamış, tərtib etdiyi protokola göstərilənlər əşyalar, o cümlədən bir ədəd telefon və çəkmə tərəfindən götürülmüşdür. Ondan əvvəl hadisə yerində hərbi hissənin əməliyyatçıları olmuş, sonra o, hadisə yerinə gəlmişdir. O, Horadiz şəhərində yaşayır və ona məlumat verildikdən sonra o, gecə saatlarında təxminən 30-45 dəqiqəyə hadisə yerinə getmişdir. Işdə olan, “xxxx” MMC-dən daxil olmuş, şahid1 istifadəsində olan ***/***-**-** saylı mobil telefon nömrəsinin ## ###### 2024-cü il tarixdə mövcud olan əhatə dairəsi üzrə anten məlumatlarla müəyyən edilir ki, həmin tarixdə ***/***-**-** saylı mobil telefon nömrəsinin əhatə dairəsi Füzuli rayonun Horadiz şəhəri ərazisi olmuşdur. Işdə olan, DSX-nin N saylı hərbi hissəsinin 21-ci sərhəd zastavasının rəisinin ## ###### 2024-cü il tarixli “Raportu” ilə müəyyən olunur ki, ## ###### 2024-cü il tarixdə, saat 19:15-də 21-ci sərhəd zastavasının sərhəd naryadı tərəfindən həmin zastavanın 18-ci sahəsinin arxa istiqamətində X13 (Azərbaycan Respublikası ilə Iran Islam Respublikası arasında olan) 1300 metr və mühəndis çəpərindən təqribən 1 metr arxada, ** №-li sərhəd nişanından 900 metr sağda, dağınıq vəziyyətdə kiçik ölçülü bağlamalarda narkotik vasitə olan qurudulmuş marixuana kütlələri aşkar edilmişdir. Bağlamalara baxış zamanı ümumi çəkisi 17 kq 220 qram olan narkotik vasitə marixuna olması müəyyən edilmişdir. Narkotik vasitələrinin sifarişçilərinin aşkar edilərək saxlanılması məqsədi ilə həmin ərazidə “Pusqu” xidməti təşkil edilmişdir. ## ###### 2024-cü il tarixdə qeyd olunan ərazidə saat 19:00-dan 00:00-dək “Pusqu” sərhəd naryadının başçısı R şahid7, sərhəd naryadının üzvləri R şahid6, R xidmətdə olarkən saat 19:20 radələrində bir nəfərin Azərbaycan Respublikası tərəfindən mühəndis texniki çəpərinə yaxınlaşaraq narkotik maddələri özü ilə gətirdiyi boş kisəyə yığıb ərazidən uzaqlaşarkən sərhəd naryadı tərəfindən saxlanılmışdır. Həmçinin hadisə yerinə baxış zamanı saxlanılan şəxsə aid bir ədəd “Nokia” markalı mobil telefon, bir dəst dəyişək paltar aşkar olunmuşdur. Saxlanılan şəxs özünü Beyləqan rayonun 2-ci Şahsevən kənd sakini Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Işdə olan, “Inzibati qaydada tutma haqqında” ## ###### 2024-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə, saat 2020-də DSX-nin N saylı hərbi hissəsinin təhqiqatçısı şahid1 tərəfindən Beyləqan rayonun 2-ci Şahsevən kənd sakini Təqsirləndirilən şəxs inzibati xəta törətdiyinə görə Inzibati Xətalər Məcəlləsinin 570-ci maddəsinə əsasən (Sərhədboyu rejimin pozulması) inzibati qaydada tutulmuşdur. Işdə olan, “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” ## ###### 2024-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə, saat 20:35-dən saat 20:49-dək olan müddətdə DSX-nin N saylı hərbi hissəsinin təhqiqatçısı şahid1 tərəfindən “inzibati qaydada tutulan şəxs” Təqsirləndirilən şəxs, DSX-nin əməkdaşları X7, şahid6, habelə hal şahidləri şahid4 və şahid3 iştirakı ilə Beyləqan rayonun 2-ci Şahsevən kəndinin ərazisində, N saylı hərbi hissənin … 21-ci sərhəd zastavasının 18-ci sahəsinin ** №-li sərhəd nişanından 900 metr sağda, X13 (Azərbaycan Respublikası ilə Iran Islam Respublikası arasında olan) 1300 metr aralı, mühəndis çəpərindən 1 metr arxada müşahidə olunan qamışlıq və kolluq sahəyə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əli ilə saxlandığı yeri göstərib bildirmişdir ki, həmin yerə narkotik maddə götürmək üçün gəlmişdir. Təqsirləndirilən şəxs saxlandığı yerdə 23 ədəd bağlamalar, həmin yerin yaxınlığında bir ədəd “Nokia” markalı mobil telefon, bir dəst paltar, bir cüt çəkmə aşkar edilib götürülmüşdür. Baxış zamanı çəkilmiş fotoşəkillər və videoçəkiliş protokola əlavə edilmişdir (protokola əlavə edilmiş bir ədəd fotoşəkildə protokolda göstərilən bütün hallar əks olunmamış, videoçəkiliş əlavə edilməmişdir). Işdə olan, “Narkotik vasitəyə baxış keçirilməsi haqqında” ## ###### 2024-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə, saat 21:19-dan saat 21:40-dək olan müddətdə DSX-nin N saylı hərbi hissəsinin təhqiqatçısı şahid1 tərəfindən “inzibati qaydada tutulan şəxs” Təqsirləndirilən şəxs, DSX-nin əməkdaşları X7, şahid6, habelə hal şahidləri şahid4 və şahid3 iştirakı ilə 21-ci sərhəd zastavasının xidməti otaqların birində 23 ədəd bağlamalara baxış keçirilmişdir. Baxış zamanı 23 ədəd bağlamaların içərisində 17 kq 220 qram marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Işdə olan, məhkəmə-bioloji ekspertizasının ## ###### 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş bir ədəd sintetik torbada ümumilikdə 23 ədəd bağlamalarda olan qurudulmuş marixuananın ayrı-ayrılıqda çəkisi, 2090 qram, 385 qram, 1045 qram, 440 qram, 970 qram, 1320 qram, 890 qram, 1330 qram, 400 qram, 395 qram, 805 qram, 605 qram, 425 qr, 440 qram, 755 qr, 480 qram, 495 qram, 825 qram, 330 qram, 260 qram, 155 qram, 80 qram və 75 qram olmaqla ümumi təmiz çəkisi 14 kq 995 qram təşkil edir. Ekspertiza tədqiqatından sonra qalıq qurudulmuş marixuana 14992,7 qramdır. Işdə olan, “Maddi sübut kimi tanımaq haqqında” ## ###### 2024-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 14992,7 qram narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün DSX-nin Istintaq və Təhqiqat Idarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. Işdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın ## ###### 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Işdə olan, Bakı şəhər Nərimanov RPI-nin ## #### 2025-ci il tarixli məktubu, “Respublikası Təcili və təxirəsalınmaz X8” X9 ## ####### 2025-ci il tarixli və Bakı Istintaq Təcridxanasının ## ###### 2025-ci il tarixli məktubları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ## ###### 2024-cü il tarixdə, saat 19:20-də Nərimanov RPI-nin MSY-nə daxil olmuş, orada olduğu müddətdə ## ###### 2024-cü il tarixdə təcili tibbi yardım çağırılmış və Təqsirləndirilən şəxs «Qabırğarası sinirlərin nevrologiyası» diaqnozu qoyularaq ona ilkin tibbi yardım göstərilmiş və ## ###### 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı Istintaq Təcridxanasına köçürülmüş və orada tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində sağ qulaq seyvanında 1-2 sm ölçüdə qançır, gövdənin sağ yan nahiyəsində 2-3 sm ölçüdə qançır və sağ VII, VIII qabırğanın yerdəyişməyən sınığı aşkar edilmişdir. Işdə olan, məhkəmə-tibbi ekspertizasının ## ###### 2024-cü il tarixli rəyinin surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs adına tərtib olunmuş tibbi kartasına, məlumata və izahata əsasən Təqsirləndirilən şəxs “gövdənin sağ yan nahiyəsinin qançırla müşayiət olunan sağ VII, VIII qabırğaların yerini dəyişməyən qapalı sınıqları və sağ qulaq seyvanının qançırı” müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) tərəsirindən törənmişdir. Tibbi sənədlərdə qeyd olunan xəsarətlərin təsvirinə (rəngi, xarakteri və s.) əsasən demək olar ki, xəsarətlərin törəmə müddəti şəxsin Bakı Istintaq Təcridxanasında ## ###### 2024-cü il tarixdə müayinəsindən 4-6 gün əvvələ uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən- gövdənin sağ yan nahiyəsiinin qançırla müşayiət olunan sağ VII, VIII qabırğaların yerini dəyişməyən qapalı sınıqları bərk küt əşyanın bir güclü zərbəsinin təsirindən törənə bilər, ümumilikdə saglamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Sağ qulaq seyvanının qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Işdə olan, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ###### 2024-cü il tarixli qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs DSX-nin əməkdaşları tərəfindən döyülərək işgəncəyə məruz qalması ilə bağlı daxil olmuş şikayət üzrə Azərbaycan Respublikası Baş Prokurorunun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış, araşdırma zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs DSX-nin əməkdaşları tərəfindən fiziki ağrıya, işgəncəyə, qeyri-insani rəftara məruz qalması faktı təsdiq olunmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən (əməldə cinayət tərkibi olmaması əsası ilə) rədd edilmişdir. Habelə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ###### 2025-ci il tarixli qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlər aşkar edilməsi faktı ilə bağlı daxil olmuş material üzrə Beyləqan rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs DSX-nin əməkdaşları tərəfindən fiziki ağrıya, işgəncəyə, qeyri-insani rəftara məruz qalması faktı təsdiq olunmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən (əməldə cinayət tərkibi olmaması əsası ilə) rədd edilmişdir. Dövlət ittihamçısı apellyasiya protestində məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, yəni ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə əsassız bəraət verilməsini iddia edərək tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-in 399.1.2-ci maddəsinin tətbiqi baxımından hökmün işin faktiki hallarına uyğun olmaması yalnız məhkəmənin sübutların məzmununu təhrif etməsi, mühüm sübutu qiymətləndirmədən kənarda saxlaması, yaxud sübutların məcmusundan açıq-aşkar irəli gəlməyən nəticəyə gəlməsi halında qəbul edilə bilər. Hazırkı işdə isə birinci instansiya məhkəməsi ittiham və müdafiə tərəfinin təqdim etdiyi sübutları tədqiq etmiş, ziddiyyətlərin səbəblərini göstərmiş və həmin ziddiyyətlərin aradan qaldırılmaması nəticəsində bəraət hökmü çıxarmışdır. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının apellyasiya protesti ilə əlaqədar Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya protestinin dəlillərini, dövlət ittihamçısının çıxışını, müdafiə tərəfinin etirazlarını və birinci instansiya məhkəməsinin hökmündə göstərilmiş əsaslandırmaları yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq obyektiv qiymətləndirmiş, gəldiyi nəticələr işin faktiki halları ilə uzlaşmış, bəraət hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, ittihamın mahiyyəti Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olaraq Iran Islam Respublikası ərazisindən qaçaqmalçılıq yolu ilə gətirilmiş 14 kq 995 qram marixuananı götürmək məqsədilə ## ###### 2024-cü il tarixdə DSX-nin 21-ci sərhəd zastavasının 18-ci sahəsinə gəlməsi, həmin narkotik vasitəni əldə edib saxlamaq və daşımaq istəyərkən saxlanılması barədə mülahizəyə əsaslanır. Bu ittihamın hüquqi təbiəti baxımından ittiham tərəfi yalnız narkotik vasitənin mövcudluğunu və onun külli miqdarda olmasını deyil, həm də həmin narkotik vasitənin məhz Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə əldə edildiyini, saxlanıldığını və daşındığını, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxsin iştirakını sübut etməli idi. Bu elementlərdən hər hansı birinin ehtimal səviyyəsində qalması CM-in 234.4.1 və 234.4.3-cü maddələri üzrə ittiham hökmünün çıxarılmasını istisna edir. Lakin iş materiallarının təhlili göstərir ki, ittihamın əsasını təşkil edən bu versiyanın hər bir elementi sübut edilməli olduğu halda, həmin elementlərin heç biri mötəbər və bir-biri ilə uzlaşan sübutlarla təsdiq olunmamışdır. Əvvəla, iş üzrə müəyyən edilmişdir ki, narkotik vasitə olduğu güman edilən bağlamalar sərhəd xidmətinin əməkdaşları tərəfindən hələ ## ###### 2024-cü il tarixdə sərhəd xəttinin yaxınlığında aşkar edilmişdir. Iş materiallarından görünür ki, həmin vaxtdan etibarən bağlamalar faktiki olaraq sərhədçilərin nəzarəti altında olmuşdur. Belə olan halda ittiham tərəfi sübut etməli idi ki, iki gün sonra həmin bağlamalar məhz Təqsirləndirilən şəxs tərəfindən götürülmək məqsədilə əldə edilməyə çalışılmışdır. Lakin işdə Təqsirləndirilən şəxs həmin bağlamalarla hər hansı əlaqəsini təsdiq edən obyektiv sübut mövcud deyildir. Ittiham tərəfi nə Təqsirləndirilən şəxsla narkotik vasitəni gətirdiyi iddia edilən naməlum Iran vətəndaşları arasında əlaqəni müəyyən etmiş, nə telefon danışıqları təqdim etmiş, nə yazışmalar əldə etmiş, nə pul köçürmələri aşkar etmiş, nə də hər hansı operativ məlumatı prosessual qaydada rəsmiləşdirərək sübut kimi təqdim etmişdir. Iş materiallarında Təqsirləndirilən şəxs həmin əraziyə kim tərəfindən göndərilməsi, ona məlumatın hansı vasitə ilə çatdırılması, narkotik vasitənin yerinin ona necə bildirilməsi barədə hər hansı sübut yoxdur. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qabaqcadan əlbir olan bir qrup şəxs əlaməti ehtimal xarakterli mülahizə ola bilməz; bu əlamətin mövcudluğu üçün şəxslər arasında əvvəlcədən cinayətkar razılaşmanın olması, rolların bölüşdürülməsi, ümumi niyyətin formalaşması və həmin niyyətin konkret hərəkətlərlə həyata keçirilməsi sübutlarla təsdiq olunmalıdır. Iş üzrə bu halları təsdiq edən telefon danışığı, yazışma, əməliyyat-axtarış tədbirinin nəticəsi, pul və ya digər maddi maraq barədə məlumat təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin də düzgün olaraq qeyd etdiyi kimi, ittihamda göstərilən “ona məlumat verilmişdir” ifadəsi konkret sübutlarla deyil, yalnız ehtimalla əsaslandırılmışdır. Halbuki qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törədilməsinin mövcudluğu üçün ən azı cinayətkar əlaqənin və qarşılıqlı razılaşmanın obyektiv əlamətləri müəyyən edilməlidir. Hazırkı iş üzrə isə belə əlamətlər ümumiyyətlə müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, bir şəxsin sərhəd ərazisində olması faktı özlüyündə onun naməlum şəxslərlə cinayət əlaqəsinə girdiyi nəticəsinə gəlmək üçün yetərli sayıla bilməz. Bundan başqa, ittiham tərəfi Təqsirləndirilən şəxs bağlamaları topladığını iddia etsə də, həmin hal da etibarlı sübutlarla təsdiqlənməmişdir. Belə ki, şahid ifadələri arasında ciddi ziddiyyətlər mövcuddur. Təqsirləndirilən şəxs ardıcıl olaraq bildirmişdir ki, o, beton su kanalının yaxınlığında saxlanılmış, sonradan gözləri və əlləri bağlanaraq başqa yerə aparılmış, bağlamalar isə artıq həmin yerdə mövcud olmuşdur. O, bağlamaları toplamadığını, onların içərisində nə olduğunu bilmədiyini bildirmişdir. Əksinə, ittiham tərəfinin təqdim etdiyi versiyaya görə bağlamalar məhz onun tərəfindən yığılmışdır. Lakin iş materiallarında bu halı təsdiq edən nə fotoşəkil, nə videoyazı, nə də digər obyektiv sübut vardır. Əksinə, “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” protokolda foto və video çəkilişlərin aparıldığı göstərilsə də, həmin materiallar işə tam şəkildə əlavə edilməmişdir. Məhkəməyə təqdim edilən videomaterial isə hadisənin gedişini əks etdirməmiş, bağlamaların aşkar edilməsini, götürülməsini, qablaşdırılmasını və ya Təqsirləndirilən şəxs həmin əşyalara toxunmasını göstərməmişdir. Video yalnız ümumi görüntülərdən ibarət olmuş və sübut əhəmiyyətinə malik olmamışdır. Kollegiya hesab edir ki, ittiham tərəfi hadisənin əsas məqamlarını texniki vasitələrlə qeydə aldığını bildirdiyi halda həmin materialları tam şəkildə təqdim etmədikdə, bunun mənfi prosessual nəticələri təqsirləndirilən şəxsin üzərinə deyil, məhz ittiham tərəfinin üzərinə düşməlidir. Hadisənin başlanğıc mərhələsinin, saxlanılma anının, bağlamaların kimin tərəfindən və hansı şəraitdə götürülməsinin, maddi sübutların ilkin vəziyyətinin və hadisə yerinin tam şəkildə video və ya foto materiallarla təsdiq edilməməsi ittihamın sübut bazasında mühüm boşluq yaradır. Belə şəraitdə sonradan tərtib edilmiş protokollar və bir-birini təkrar edən şahid ifadələri obyektiv texniki sübutları əvəz edə bilməz. Iş üzrə xüsusilə mühüm əhəmiyyət kəsb edən hal ondan ibarətdir ki, bağlamaların götürülməsi və sonrakı sənədləşdirilməsi prosesində ciddi prosessual pozuntular müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq müəyyən etmişdir ki, hadisə yerinə baxışın və götürmənin aparılması ilə bağlı tərtib edilmiş protokolların həqiqiliyinə dair əsaslı şübhələr mövcuddur. Belə ki, həmin protokollarda təhqiqatçı şahid1 hadisə yerində olması göstərilmişdir. Lakin mobil operator məlumatları ilə müəyyən edilmişdir ki, həmin saatlarda onun mobil nömrəsi Beyləqan rayonu ərazisində deyil, Horadiz şəhəri istiqamətində qeydə alınmışdır. Bu hal təhqiqatçının protokolda göstərilən vaxt və yerdə faktiki iştirak etmədiyi ehtimalını yaratmaqla kifayətlənmir, əksinə həmin sənədlərin sonradan formal qaydada tərtib olunmasına dair ciddi əsas yaradır. Ittiham tərəfi apellyasiya baxışı zamanı da bu ziddiyyəti aradan qaldıra biləcək hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, prosessual sənədi tərtib etmiş şəxsin həmin hərəkətin aparıldığı vaxt hadisə yerində olmasının şübhə altına düşməsi həmin sənədin sübut kimi mötəbərliyini ciddi şəkildə sarsıdır. Bundan əlavə, protokollarda göstərilən bir sıra maddi sübutların sonrakı taleyi də aydınlaşdırılmamışdır. Belə ki, hadisə yerində “Nokia” markalı mobil telefonun, bir dəst paltarın və bir cüt çəkmənin aşkar edilərək götürüldüyü qeyd edilmişdir. Lakin həmin əşyalar sonradan nə maddi sübut kimi tanınmış, nə ekspertizaya təqdim edilmiş, nə də onların harada saxlanıldığı müəyyən edilmişdir. Bu hal da protokollarda göstərilən məlumatların etibarlılığına ciddi şübhə yaradır. Kollegiya hesab edir ki, hadisə yerində aşkar olunduğu iddia edilən əşyaların sonrakı taleyinin müəyyən edilməməsi və onların cinayət işi materiallarından faktiki olaraq yoxa çıxması istintaqın obyektivliyinə mənfi təsir göstərən amillərdəndir. Maddi sübutların aşkar edildiyi andan ekspertizaya və saxlanmaya təqdim edilənədək hərəkət trayektoriyası aydın, ardıcıl və sənədlərlə təsdiqlənmiş olmalıdır. “Nokia” markalı telefon, paltar və çəkmə kimi əşyaların kim tərəfindən, hansı anda götürülməsi, necə qablaşdırılması, kimə təhvil verilməsi və sonrakı prosessual statusu barədə qeyri-müəyyənlik sübutların mümkünlüyü və mötəbərliliyi baxımından əsaslı şübhə yaradır. Şahid ifadələrinin qiymətləndirilməsi zamanı da birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, şahid4 və şahid3 ibtidai araşdırma zamanı və məhkəmədə özlərini mülki şəxslər kimi təqdim etmişlər. Lakin sonradan onların həmin hərbi hissənin hərbi qulluqçuları olduqları müəyyən edilmişdir. Bu isə onların hadisənin nəticələrinə münasibətdə tam neytral və maraqsız şəxs olmamaları barədə əsaslı nəticəyə gəlməyə imkan verir. CPM-in 94-cü maddəsinin mahiyyətinə görə hal şahidinin əsas xüsusiyyəti onun prosesin nəticəsində marağının olmamasıdır. Iş üzrə müəyyən edilmiş hallarla isə həmin şəxslərin məhz hadisənin baş verdiyi sərhəd zastavasında xidmət keçməsi onları formal hal şahidi statusundan kənara çıxarmır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hal şahidləri ilə bağlı ziddiyyətlərə xüsusi hüquqi əhəmiyyət vermişdir. Ilkin ifadələrdə şahid4 və şahid3 özlərini mülki şəxs kimi təqdim etmiş, Beyləqan rayonunun Ikinci Şahsevən kəndində yaşadıqlarını, çayxana və ya kafedə olarkən çağırıldıqlarını, hadisə yerində hal şahidi kimi iştirak etdiklərini bildirmişlər. Lakin sonradan daxil olmuş rəsmi arayışlarla onların həmin kənd sakinləri olmaması, həmin ərazidə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmaması və əslində DSX-də həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular olması müəyyən edilmişdir. Daha sonra həmin şəxslər əlavə ifadələrində əvvəlki ifadələrindən fərqli olaraq DSX-nin 21-ci sərhəd zastavasında xidmət etdiklərini bildirmişlər. Bundan əlavə, həmin şahidlərin ifadələri ilə digər sübutlar arasında da uzlaşma yoxdur. Xüsusilə, onlar hadisənin sənədləşdirilməsi prosesini təsdiq etsələr də, təhqiqatçının hadisə yerində olması ilə bağlı əldə edilmiş anten məlumatları həmin ifadələri təkzib edir. Belə olan halda həmin ifadələr müstəqil və etibarlı sübut mənbəyi kimi qəbul edilə bilməz. Hal şahidlərinin faktiki statusu barədə ziddiyyət ayrıca qiymətləndirilməlidir. Əgər şəxslər hadisə zamanı hərbi hissənin qulluqçuları olmuşlarsa, onların mülki və kənar şəxs kimi təqdim edilməsi baxış və götürmə hərəkətlərinin obyektivliyinə dair şübhəni gücləndirir. Bu hal həmin şəxslərin ifadələrinin birbaşa olaraq sübut kimi istisna edilməsinə deyil, lakin onların ifadələrinin daha ciddi və ehtiyatlı qiymətləndirilməsinə səbəb olmalıdır. Kollegiya həmçinin Təqsirləndirilən şəxs ilkin etirafedici ifadələrinin sübut kimi qəbul edilməməsi barədə birinci instansiya məhkəməsinin nəticəsini də qanuni hesab edir. Iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan qısa müddət sonra bədənində xəsarətlərlə aşkarlanmışdır. Tibbi sənədlərlə sağ VII və VIII qabırğaların yerdəyişməyən sınıqları, sağ qulaq seyvanında və bədənin müxtəlif hissələrində qançırlar müəyyən edilmişdir. Məhkəmə-tibbi ekspertizası həmin xəsarətlərin məhz saxlanıldığı dövrə uyğun gəldiyini göstərmişdir. Təqsirləndirilən şəxs isə ardıcıl olaraq həmin xəsarətləri sərhədçilər tərəfindən döyülməsi nəticəsində aldığını bildirmişdir. Doğrudur, prokurorluq tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Lakin həmin qərar özü-özlüyündə etirafedici ifadələrin könüllü verilməsini sübut etmir. Əksinə, mövcud tibbi sənədlər, xəsarətlərin xarakteri və onların vaxt etibarilə saxlanılma dövrünə uyğun gəlməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni dəstəkləyir. Kollegiya hesab edir ki, iş üzrə mövcud olan obyektiv tibbi məlumatlar fonunda Təqsirləndirilən şəxs etirafının tam sərbəst iradə ilə verildiyini əsaslı şübhədən kənar şəkildə müəyyən etmək mümkün deyildir. Bu səbəbdən həmin etirafın CPM-nin 125.2.2 və 126.6-cı maddələri baxımından sübut kimi qəbul edilməməsi qanunauğundur. CPM-in 126.6-cı maddəsinin mənasına görə təqsirləndirilən şəxsin etirafı yalnız digər mötəbər sübutlarla təsdiq olunduğu halda ittihamın əsası kimi qəbul edilə bilər. Hazırkı işdə ilkin etirafedici ifadə sonradan geri götürülmüş, həmin ifadənin verilmə şəraiti xəsarət faktı, saxlanılma və sənədləşdirmə ilə bağlı ziddiyyətlər fonunda mübahisələndirilmiş, etirafda göstərilən əsas hallar isə müstəqil obyektiv sübutlarla təsdiq olunmamışdır. Nəticə etibarilə, ittiham tərəfinin təqdim etdiyi sübutlar ayrı-ayrılıqda və məcmu halında qiymətləndirildikdə aşağıdakı hallar sübut olunmamış qalır: Təqsirləndirilən şəxs naməlum şəxslərlə cinayət əlaqəsinə girməsi; narkotik vasitənin yerinin ona bildirilməsi; həmin narkotik vasitənin ona məxsus olması; bağlamaların onun tərəfindən əldə edilməsi və ya toplanması; satış məqsədinin mövcudluğu; ilkin etirafın könüllü verilməsi; hadisə yerinə baxış və götürmə hərəkətlərinin qanuna uyğun aparılması. Məhkəmə kollegiyası həmin siyahını genişləndirərək qeyd edir ki, iş üzrə həm də Təqsirləndirilən şəxs satış məqsədinin nədən ibarət olması, narkotik vasitənin kimə çatdırılmalı olması, hansı maddi və ya digər mənfəət müqabilində hərəkət etməsi, narkotik vasitəni qəbul edən və ya sifariş edən şəxsin kimliyi, eləcə də hadisə yerinə onun məhz cinayət niyyəti ilə gəlməsi sübut olunmamışdır. Beləliklə, ittiham tərəfinin təqdim etdiyi sübutlar bir-biri ilə uzlaşan, ardıcıl və əsaslı şübhədən kənar nəticəyə gəlməyə imkan verən sübutlar sistemi yaratmır. Əksinə, həmin sübutlar arasında mövcud olan ziddiyyətlər, prosessual pozuntular, obyektiv məlumatlarla təkzib olunan hallar və müdafiə tərəfinin irəli sürdüyü dəlillərin təkzib edilməməsi şəraitində təqsirləndirilən şəxsin CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməli törətməsi barədə nəticəyə gəlmək hüquqi cəhətdən mümkün deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Beləliklə də, məhkəmə tədqiq edilmiş sübutlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, ziddiyyətli sübutlar ittihamın əsasını təşkil edə bilməz və ittihamda olan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestində sadalanan dəlillərin heç biri ayrıca götürüldükdə birbaşa təqsiri təsdiq etmir, onların məcmusu isə yalnız ehtimalı gücləndirən, lakin şübhəni aradan qaldırmayan məlumatlar toplusu səviyyəsində qalır. Cinayət mühakimə icraatında isə şəxsin təqsirli bilinməsi üçün ehtimal, fərziyyə və ya yüksək güman deyil, mötəbər, bir-biri ilə uzlaşan və başqa ağlabatan izahı istisna edən sübutlar məcmusu tələb olunur. Hazırkı iş üzrə isə narkotik vasitənin məhz Təqsirləndirilən şəxs məxsus olması və satış məqsədli qanunsuz dövriyyənin tərkib hissəsi kimi daşıdığını təsdiq edən birbaşa və qəti sübutlar əldə edilmədiyindən, mövcud şübhələrin onun ziyanına şərh edilməsi yolverilməzdir. Belə ki, həmin ziddiyyətlərə münasibətdə birinci instansiya məhkəməsi ətraflı qiymət vermiş və göstərmişdir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamları təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. X14 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa Insan Hüquqları Məhkəməsi “Telfner Avstriyaya qarşı” (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo Ispaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə ##.##.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə ##.##.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə ##.##.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə ##.##.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli qərarının 38-ci bəndinə əsasən, təqsirləndirilən şəxsə qarşı cinayət qanununun müxtəlif maddələri ilə nəzərdə tutulmuş bir neçə cinayəti törətməsi barədə ittiham irəli sürülmüşsə və məhkəmə baxışında bu cinayətlərdən bəzilərinə görə ittiham sübuta yetirilmirsə, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin müəyyən cinayətləri törətməkdə təqsirli hesab olunmasına, başqa cinayətlərə görə irəli sürülmüş ittiham üzrə ona bəraət verilməli olmasına dair qənaətinin motivlərini göstərir, hökmün nəticəvi hissəsində isə təqsirləndirilən şəxsin cinayət qanunun müvafiq maddələri ilə təqsirli bilinməsi, digər maddələr üzrə ona bəraət verilməsi göstərilir. Şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri əsaslandırıcı hissəsində göstərir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli qərarında da narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair işlərdə tövsifedici əlamətlərin formal deyil, işin konkret halları və sübutların məcmusu əsasında müəyyən edilməli olduğu izah edilmişdir. Satış məqsədi və qabaqcadan əlbirlik kimi əlamətlər yalnız narkotik vasitənin miqdarı ilə deyil, şəxsin niyyəti, əlaqələri, davranışı, razılaşma, alıcı və ya çatdırılma mexanizmi barədə sübutlarla təsdiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1 və 350.2-ci maddələrinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.1-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş materiallarında olan sübutların Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi üçün kifayət etmədiyinə əsaslanaraq, iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2, 42.1.4 və 42.2.4-cü maddələrini rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi qənaətinə gəlməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi sübutları ayrı-ayrılıqda və məcmu halda qiymətləndirərkən iş üzrə müəyyən edilmiş hallara düzgün hüquqi yanaşmış, aradan qaldırılması mümkün olmayan şübhələri təqsirləndirilən şəxsin ziyanına deyil, xeyrinə həll etmiş və CPM-in 42.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq bəraət hökmü çıxarmışdır. Dövlət ittihamçısının apellyasiya protestində göstərilən dəlillər isə həmin hökmün ləğvi üçün kifayət edən yeni və ya əvvəlki qiymətləndirməni sarsıdan səviyyədə sübut məcmusu ortaya qoymadığından protest təmin edilə bilməz. Apellyasiya protestinin təmin edilməsi və bəraət hökmünün ləğv olunması üçün protestdə göstərilən dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsassızlığını açıq şəkildə göstərməli idi. Lakin protestdə irəli sürülən arqumentlər iş üzrə mövcud şübhələri aradan qaldırmır, əksinə həmin şübhələrin yenidən ittihamın xeyrinə qiymətləndirilməsini tələb edir. Bu isə təqsirsizlik prezumpsiyası və şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll olunması prinsipi ilə uzlaşmır. Odur ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya protestinin təmin edilmədən saxlanılması barədə bəraət almış şəxsin və onun müdafiəçisinin çıxışını dinləyib və apellyasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları CPM-in 33, 125, 126, 144 və 145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirmiş, ittihamın sübut edilməmiş qalmasını əsaslandırmış və CPM-in 42.1.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarmaqda düzgün nəticəyə gəlmişdir. Apellyasiya protestinin dəlilləri bu nəticəni təkzib etmir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında (birinci instansiya məhkəməsində) Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Apellyasiya protesti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar