Məhkəmə qərarları › İş №1(3-9)-184/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-184/2026

19.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-184/2026 19.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən və məruzəçi), Novruzova Aytən Nazim qızı və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R X1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs (videokonfrans əlaqə sistemi vasitəsilə), X8 Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə MÜƏYYƏN ETDI: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmü (hakimlər X3 (sədrlik edən), X2 və X4 ibarət tərkibdə) ilə ## ######## 1980-ci ildə Qazax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkum olunmuş, Qazax şəhəri, 20 Yanvar küçəsi, ev 37-də qeydiyyatda olmaqla yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməsi, ona CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 240.2.1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-in 66.3cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı ## ####### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunması və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması hökm edilmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs ittiham olunmuşdur ondan ötrü ki, o, digər şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini, metadonu, xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan preqabalini və psixotrop maddə olan alprazolaminin əldə edilməsi saxlanılması və daşınması barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, cinayətkar qrupun üzvü ilə olan razılaşmaya əsasən ## ####### 2025-ci il tarixdə saat 14 radələrində Biləsuvar rayonu ərazisinə gəlib orada cinaəyətkar qrupun üzvü tərəfindən Bilsuvar rayonu Çinarlı kəndinə gedən yolan kənarında yulğun kolunun altında bir ədəd bükümdə gizlədilmiş külli miqdarda 46,996 qram narkotik vasitə heroini, təsir maddəsinin ümumi miqdarı 4,32 qram təşkil edən külli miqdarda narkotik vasitə metadonu, 11,596 qram xeyli miqdarda narkotik vasitə qurudulmuş marixananı, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan təsir maddəsinin miqdarı 0,45 qram təşkil edən güclü təsir edən maddə preqabalini və təsir maddəsinin ümumi miqdarı 0,06 qram təşkil edən psixotrop maddə olan alprazolamini əldə edib, üzərində saxlayaraq hərəkətdə olduğu **-VT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində daşıyarkən saat 14:08də Biləsuvar rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axğarış tədbirləri nəticəsində Biləsuvar rayon Xarmandalı kəndi ərazisində yerləşən “Likoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılaraq orada üzərində yoxlama keçirilərkən əynindəki şalvarın sol arxa cibindən bir ədəd üzəri yapışqanlı lentlə sarınmış bükülünün içərisində 46,996 qram heroin, 11,596 qram qurudulmuş marixuana, üzərində “Methadone 40” göstəricisi olan 11 ədəd konvalyutda üzərində “F/M40” göstəricisi olan ümumilikdə 108 ədəd qəhvəyi rəngli dərman həbində üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 4,32 qram təşkil edən külli miqdarda narkotik vasitə olan metadon, üzərində “Preqabalin” göstəricsi olan bir ədəd konvalyut kəsiyində ümumilikdə 3 ədəd sarı rəngli kapsulda təsir maddəsinin miqdarı üzərindəkt göstəriciyə əsasən 0,45 qram təşkil edən narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalin və üzərində “Alprokim” göstəricisi olan 6 ədəd konvalyutda ümumilikdə 60 ədəd həblərdə təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 0,06 qram təşkil edən psixotrop maddə olan alprazolamin aşkar edilərək göstərilmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Azərbaycan Respbulikası CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirli bilinərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmü ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Hökmlə razı deyil, barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəməsində çıxışında ona yüngül cəza təyin etməklə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında dövlət ittihamçısı X1 apellyasiya şikayətinin təmin olunmamasını, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Avropa Insan Hüquqları Məhkəməsi “X11rşı”, “X9rşı”, “Ermi Italiyaya qarşı” məhkəmə işləri üzrə Qərarlarında dövlətin pozitiv öhdəlikləri prinsipindən çıxış edərək göstərmişdir ki, müdafiənin əslində ilk növbədə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən həyata keçirilməsinə baxmayaraq, ədalətliliyin əsas təminatçısı qismində məhkəmələr çıxış edirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “CPM-in 397.1 və 397.2ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etdi ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Ona görə də həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Konstitusiya Məhkəməsi qeyd olunan Qərarında hüquqi mövqeyini davam etdirərək vurğulamışdır ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Məhkəmə kollegiyası işin materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətindən görünür ki, təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifini deyil, cəzanın sərtliyini mübahisələndirmişdir. Birinici instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, narkotik vasitələrdən istifadə edir, narkotik vasitələri Bakı şəhərində Behzat adlı iranlıdan almışdır. Həmin iranlıdan əsasən istifadəsi üçün metadon almışdır. Behzat adlı şəxs Bakı şəhərində metadonun qoyulduğu yerin konumunu ona atmış, o, konum üzrə hərəkət etməklə metadonu götürmüşdür. Hər dəfə Behzat adlı şəxsdən 80 manatlıq metadon almışdır. ## ####### 2025-ci il tarixdə Behzat onun telefon əlaqəsi saxlamaqla Biləsuvar rayonu ərazisində Çinarlı kəndinə gedən yolun kərarında 50 qram narkotik vasitə və dərman həbləri qoyacağını bildirmişdir. Lakin bu dəfə pulu olmadığına görə həmin maddələri nisyə olaraq almaq barədə razılaşmışlar. ## ####### 2025-ci il tarixdə taksiyə 140 manat pul verərək Bakı şəhərindən saat 14 radələrində Biləsuvar rayonu ərazisinə gəlmişdir. Arvadı şahid2 də avtomaşında olmuşdur. Arvadına Biləsuvara dostu ilə görüşməyə getdiyini demişdir. Xırmandalı yolunda ağacın altından sarı bağlamanı götürmüş, cibinə qoymuş və Bakıya getmək üçün taksiyə minmişdir. Lakin 150-200 maet getmiş polis onları saxlatmışdır. Bağlamada göstərilən miqdarda narkotik vasitə, psixotrop malddə və güclü təsir edən maddə olmasını bilməmişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. O, həmin maddələri sosial şəbəkədə tanış olduğu, özünü Iran Islam Respublikasının vətəndaşı Behzad kimi təqdim edən şəxsin vasitəsi ilə əldə etmişdir. Həmin şəxs narkotik vasitələri və psixotrop maddəni Bakı şəhərində qoyduğu yerin konumunu ona atmış, o, konum üzrə gedərək həmin maddələri götürmüş, narkotikin pulunu isə onun göndərdiyi kart hesabına köçürmüşdür. Behzad adlı şəxsin adını telefonuna şübhə yaratmamaq üçün “abi” kimi yazmışdır. ## ####### 2025-ci il tarixdə Behzadın Whatsapp nömrəsinə zəng edib ondan istifadəsi üçün narkotik və psixotrop tərkibli dərman istəmiş və pulunu sonra verəcəyini demişdir. Behzad ona inandığı üçün razılaşmış və ona ## ####### 2025-ci il tarixdə Biləsuvar ərazisinə getməsini, oraya çatanda ona məlumat verməsini, ona məkan atacağını, gedib həmin məkandan narkotiki götürməsini demişdir. O da evdən çıxanda arvadı Nazavəntə Biləsuvara dustaq yoldaşına dəyməyə getdiyini demişdir. Arvadı da darıxdığı üçün onunla getmək istədiyini demiş, o etiraz etməmişdir. Onlar Bakı şəhərindən tanımadığı taksi ilə Biləsuvara gəlmişlər. Biləsuvara çatanda o, Behzada məlumat vermişdir. Behzad ona WhatsApp mobil proqramı vasitəsilə məkan və qoyduğu bükülünün fotoşəklini atmışdır. Həmin məkan Biləsuvar rayonu Çinarlı kəndinə gedən yolu göstərirmiş. Onlar həmin yerə çatnda o sürücüyə maşını saxlamasını, ayaqyoluna dəymək istədiyni bildirmişdir. Sürücü avtomobili saxlamış, o yolun kənarında olan ağaca yaxınlaşıb bir ədəd üzəri yapışqan lentlə sarılmış bükülünü götürüb əynindəki şalvarın arxa sol cibinə qoymuş və gəlib avtomobilə əyləşmişdir. Bir qədər getdikdən sonra bakıya qayıtmalırını demiş, Bakı istiqamətində hərəkətdə olan zaman “Lukoil” yanacaqdoldurma məntəqəsinə yaxınlaşanda arxadan yol patrul avtomobili onların olduğu avtomobilə «saxla» işarəsi vermiş, sürücü avtomobili yolun kənarına çəkib saxlamışdır. Bu zaman bir neçə nəfər şəxs videoçəkilişlə onlara yaxınlaşıb özlərini tədim edərək polis əməkdaşı olduqlarını bildirmiş, sonrada narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını deyib hüquqları izah olunmuşdur. Daha sonra ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş, hər hansı əşya və predmet varsa, təqdim etsin. O da əynində olan şalvarın sol arxa cibindən içərisində narkotik və psixotrop maddələr olan bükülünü təqdim etmiş, bükülünün içərisində narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduğu Iran vətəndaşının göndərdiyini, narkotik vasitəni özünün istifadəsi üçün götürdüyünü bildirmişdir. Onun narkotik vasitə götürmək üçün gəldiyindən arvadı Nazavəntin və sürücünün heç bir məlumatı olmamışdır. Bundan sonra videoçəkiliş aparılmaqla onun iştirakı ilə təqdim etdiyi bir ədəd üzəri yapışqanlı lentlə sarılmış bükülüyə açılıb baxış keçirilmiş, baxış zamanı bükülünün içərisindən əlavə üç ədəd bükülü aşkar olunmuş, birinci bükülü açıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuana, ikinci bükülüdən narkotik vasitə heroin aşkar edilmiş və hər biri ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. Üçüncü bükülüdən isə üzərinə “Metadone M40”, “Alprokim” yazıları olan və bir ədəd kəsilmiş listdə üç ədəd sarı rəngli dərman həbləri aşkar edilmiş, zərflərə qoyularaq qablaşdırılmiş və imzaları ilə təsdiq edilmişdir. Iş materiallarında olan ## ####### 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması haqqında protokoldan və protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, daxil olmuş əməliyyat məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 14:08 dəqiqədə Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində yerləşən “Likoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında BYD markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman saxlanılmış, sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və qanunla dövriyyəsi qadağan edilmiş əşyalar vardırsa, təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs əynindəki şalvarın sol arxa cibindən bir ədəd sellofana bükülmüş üzəri yapışqanlı lentlə sarılmış bükümü çıxarıb təqdim etmiş, həmin bükülünün içərisində narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduğu Iran vətəndaşı göndərdiyini, narkotik vasitəni özünün istifadəsi üçün götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülüyə baxış keçirildikdə bükülünün içərisində üç ədəd bükümlər aşkar olunmuşdur. Birinci büküm açıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər 15,74 qram çəkidə, ikinci bükülüdə narkotik vasitə heroinə oxşar 52,52 qra çəkidə, üçüncü bükümdə isə üzərinə “Metadone M40” sözləri yazılmış 11 listdə ümumi sayı 108 ədəd və üzərinə “Alprokim” sözləri yazılmış 6 ədəd listdə ümumi sayı 60 ədəd və kəsilmiş listdə 3 ədəd sarı rəngli dərman həbləri olması aşkar edilmiş. Həmin maddələr qablaşdırılmış və götürülmüşdür. Məhkəmə-kimyəvi-bioloji ekspertizasının ## ####### 2025-ci il tarixli, **/*** nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə narkotik vasitə heroindir, çəkisi 46,996 qramdır. 1 ədəd bükülüdə təmiz çəkisi 11,596 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-kimyəvi ekspertizasının ## ###### 2025-ci il tarixli, */**** nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş kağız paketdə olan üzərində “Methadone 40” göstəricisi olan 11 ədəd konvalyutda üzərində “F/M40” göstəricisi olan ümumilikdə 108 ədəd qəhvəyi rəngli dərman həbində narkotik vasitə olan metadonun üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 4,32 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. Üzərində “Pregabalin” göstəricisi olan bir ədəd konvalyut kəsiyində ümumilikdə 3 ədəd sarı rəngli kapsulda güclü təsir edən maddə preqabalinin təsir maddəsinin miqdarı üzərindəki göstəriciyə əsasən 0,45 qram təşkil edir. Üzərində “Alprokim” göstəricisi olan 6 ədəd konvalyutda ümumilikdə 60 ədəd həbdə psixotrop maddə olan alprazolamın təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 0,06 qram təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının ##.##.2025-ci il tarixli, *** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (Polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizasının ##.##.2025-ci il tarixli, **** nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur və törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs məxsus bir ədəd "Samsung" markalı, üzərində 070-750-30-10 nömrənin olması müəyyən edilmişdir. Telefonun yaddaş kitabçasına, zənglər siyahısına və mesajlara baxış zamanı Iran mobil operatoruna aid “Amil Touz +98910 658 3735”, “mamed +98933 702 1983”, “Saxi +98919 221 76429”, “abi +98936 311 4652”, “Cabir +98914 538 5266” nömrələr müəyyən olunmuşdur. Telefonun “WhatsApp” proqramında Iran mobil operatoruna aid “Amil Touz +98910 658 3735” və “abi +98936 311 4652” nömrə arasında ## ####### 2025-ci il və əvvəlki tarixlərdə sözügedən cinayət barədə “WhatsApp” vasitəsilə çoxsaylı danışıqlar, səsli mesajlar, göndərilən narkotik vasitənin olduğu yer barədə məkan, qoyulduğu yerin fotoşəkilləri və zəngləri qeydə alınmışdır. Həmin səs yazıları CD diskə köçürülərək, fotoşəkillər çıxarılaraq iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinə əlavə edilmişdir. Işdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Şəhər Probasiya Idarəsinin ##.##.2026-cı il tarixli, *-**-**-*/*-*****/**** nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 11 ay 28 gün myddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkəmənin hökmü ##.##.2025- ci il tarixdə idarənin icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs ##.##.2024-cü il tarixdə qeydiyyata götürülmüşdür. “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əasən məhkum Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarının 34-cü bəndində izah verilir ki, Nəzərə almaq lazımdır ki, Insan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında ibtidai araşdırma zamanı yol verilmiş digər nöqsanlarla yanaşı sübut əhəmiyyətinə malik ola biləcək (cinayət təqibi gedişində ittihamın əsaslandırılmasında istifadə edilən) predmetlərin şəxsin tutulduğu yerdə götürülməməsinə sübutun əldə edilməsi şəraitinin ciddi qüsuru kimi baxaraq belə sübutun mötəbərliyini şübhə altına alan, beləliklə də “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu yaradan hal kimi istinad etmişdir. Əməliyyataxtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyataxtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiqorqana gətirildikdən dərhal sonra əməliyyataxtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Işin materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 240.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Bu birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası CM-in 240.2.1, 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Işin materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya onun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmündən aydın olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrinin sanksiyası həddində məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Buna görə də Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsaslı və qanuni hesab edərək, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs digər şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini, metadonu, xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, təsir maddəsinin miqdarı 0,06 qram təşkil edən psixotrop maddə alprazolamını, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən, təsir maddəsi 0,45 qram təşkil edən preqabalini əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirildiyindən, Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsi üçün əsaslar görmür. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1-ci və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmü təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar