Məhkəmə qərarları › İş №1(3-9)-186/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-186/2026

14.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-186/2026 14.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), X7 və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü (hakimlər X2 (sədrlik edən), X3 və X8 ibarət tərkibdə) ilə ## ###### 1988-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,234.4.1 və 29,234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji kabinetində qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARI Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşları "Mehman" və "Sahil" adlı şəxslərlə külli miqdarda narkotik vasitələrin satış məqsədilə əldə edilməsi və Azərbaycan Respublikasının ərazisində satışı barədə razılığa gələrək, bu məqsədlə İİR vətəndaşlarının Azərbaycan Respublikasına pilotsuz uçuş aparatı vasitəsilə ## #### 2025 ci il tarixdə, istintaqa və məhkəməyə dəqiq məlum olmayan vaxtda göndərdikləri külli miqdarda- 9370,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı Astara rayonu, Siyatük kəndi ərazisindən ona məlum olan yerdən götürüb, "Mehman" və "Sahil" adlı şəxslərin deyəcəkləri yerə qoyaraq həmin ərazinin şəkilini çəkib qrupun digər üzvlərinə göndərəcəyi barədə istifadəsində olan +************ saylı mobil telefon nömrəsi ilə İran İslam Respublikası vətəndaşının istifadəsində olan +98 912 ******* saylı mobil telefon nömrəsi ilə "Whatsapp" ani mesajlaşma mübadiləsi sistemi vasitəsilə danışaraq qeyd olunan hərəkətləri icra etməyi öhdəsinə götürüb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş "4169 7388 7784 9822" saylı bank kartına 200 manat pul vəsaiti köçürüldükdən sonra İİR vətəndaşlarının göndərdikləri külli miqdarda narkotik vasitəni əldə etmək məqsədilə ## #### 2025-ci il tarixdə taksi sürücüsü, cinayətə aidiyyəti olmayan X9 idarə etdiyi "Chevrolet Cobalt" markalı, "**-YC-***" dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonu, Siyatük kəndinə gəlib, İİR vətəndaşları tərəfindən istifadəsində olan mobil telefonun "Whatsapp" ani mesajlaşma mübadiləsi sisteminə göndərilmiş dəqiqləşdirici məlumatlar (məkan məlumatları) əsasında narkotik vasitənin ona məlum olduğu yeri bir neçə dəqiqə axtarsa da, bağlama naməlum səbəbdən Astara rayonu, Siyatük kənd sakini X5 yaşadığı evin həyətinə düşdüyündən tapa bilməyərək Lənkəran şəhərinə qayıtmış, Astara rayonu, Siyatük kənd sakini X4, həmkəndlisi X5 yaşadığı evin həyətinə pilotsuz uçuş aparatı vasitəsilə içərisində fosfor işıqlar olan bağlamanın atılması barədə Azərbaycan Respublikası DİN-in "102" xidmət-zəng mərkəzinə verdiyi məlumat əsasında, ## #### 2025-ci il tarixdə, saat 23:57-dən ## #### 2025ci il tarixdə, saat 00:18-dək olan müddət ərzində Astara RPŞ-nin əməkdaşları tərəfindən əraziyə keçirilmiş baxış zamanı 5 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri-1,970 qr,-1,800 qr, 1,940 qr, 1,845 qr və 1,815 qram, ümumi təmiz çəkisi-9370,0 qram olan narkotik vasitə qurudulmuş marixuana Əbülfəz Tahirovun yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş, külli miqdarda narkotik vasitənin polis əməkdaşları tərəfindən götürülməsindən xəbərsiz olduğundan, o, yenidən ## #### 2025-ci il tarixdə, saat 09 radələrində taksi sürücüsü, cinayətə aidiyyəti olmayan şahid2 idarə etdiyi "VAZ 21074" markalı, "**-BG-***" dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonu, Siyatük kəndi ərazisinə gedib "Whatsapp" ani mesajlaşma mübadiləsi sistemi vasitəsilə göndərilmiş ünvanda qeyd olunan çəkidə narkotik vasitəni axtarıb tapa bilməməsi, həmçinin narkotik vasitənin aşkar edildiyi yerə yaxınlıqda yaşayan Astara rayonu, Siyatük kənd sakini şahid5 onu görüb, həmin yerdə nə axtardığını soruşaraq səs-küy salması səbəbindən, yəni cinayət əməlinin bilavasitə törədilməsinə yönəldilmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni satış məqsədilə əldə etməyə cəhd etmiş, o, həmin tarixdə, saat 10:30-da Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonu, Pensər kəndi ərazisində şahid2 idarə etdiyi avtomobildə saxlanılaraq Astara RPŞ-yə aparılmışdır. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hökmdən narazıdır, ittiham aktının müstəntiqin fərziyyələrinə əsaslanaraq tərtib olunduğu, əməlində Cinayət Məcəlləsinin bu maddələrinin olmadığı sübuta yetsə də, məhkəmə işdə olan faktiki halları tam araşdırmadan ədalətsiz hökmlə ona ağır cəza təyin etmişdir. Məhkəmə prosesi zamanı şahidlərin verdikləri ifadələr bir-birilə uzlaşmamış, anten dairələri çıxarılmamış, vəsatətləri təmin olunmamışdır. Əməlində cinayət əlaməti olmamış, prosessual tələblər kobudcasına pozulmuşdur. Hökmdən, həmçinin məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlnun müdafiəçisi müdafiəçi2 da apellyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Müdafiəçi Azərbaycan Respublikası Konstitusuyasının, Cinayət Məcəlləsinin, Cinayət- Prosessual Məcəlləsinin müvafiq maddələrinə istinad edərək, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özünü İR vətəndaşı kimi təqdim edən şəxs tərəfindən təhrik edilərək Astara rayonu, Siyatük kəndində gəlmiş və öz iradəsinə uyğun olaraq deyilən ərazidə narkotik vasitənin götürülməsindən könülü olaraq imtina etmişdir. İİR vətəndaşı deyilən şəxs tərəfindən onun istifadəsində olan “xxxx ASC”-yə məxsus ****-****-****-**** saylı bank kartına 200 manat məbləğində pul göndərilmişdir. Həmin şəxsdən pulun qəbul etməsinə səbəb isə maddi durumunun aşağı olması ilə əlaqədar olmuşdur. Lakin həmin şəxslər ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar əvvəlcədən razılaşmanın əldə edilməsi halı (birgəlik) mövcud olmamışdır. Qeyd olunan pul məbləği köçürüldükdən sonra İİR vətəndaşı deyilən şəxs dəfələrlə onu təhrik etməyə səy göstərməsinə baxmayaraq, onunla narkotik vasitələr ilə bağlı hər hansı razılaşma əldə etməmişdir. Həmçinin, İİR vətəndaşı deyilən şəxsdən başqa digər hər hansı şəxslər ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əvvəlcədən razılıq əldə etməmişdir. Bundan başqa, 200 manatı əldə etməkdə məqsədi maddi durumu ilə bağlı olmuşdur. Həmin məbləği narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə görəcək işlərin icrası müqabilində qəbul etməmişdir. Əgər məhz həmin narkotik vasitələrə görə qəbul etmiş olsaydı, İİR vətəndaşı deyilən şəxs ilə əlaqə saxlayarkən, narkotik vasitənin növü, çəkisi, hardan hara daşınması barədə razılığa gəlmiş olardı. ## #### 2025-ci il tarixdə Astara rayonuna getsə də,lakin İİR vətəndaşının konum vasitəsilə göstərdiyi əraziyə getməmiş, narkotik vasitənin qoyulduğu ərazini tapmaq üçün belə səy göstərməmişdir. Astara rayonu, Siyatük kəndində olarkən iş üzrə şahid qismində dindirilmiş şahid5 görmüşdür. Bir müddət Astara rayonu Siyatük kəndində qaldıqdan sonra öz iradəsinə əsasən Lənkəran rayonuna gəlmişdir. ##.##.2025-cü il tarixdə saat 10 radələrində Lənkəran rayonu, Liman şəhəri ərazisində yol kənarında olan Vaz 2107 markalı avtomobilin sürücüsünə yaxınlaşaraq Astara rayonu, Siyatük kəndinə balıq tutmaq üçün getməli olduğunu bildirmiş və onları oraya aparmasını demişdir. Astara rayonu, Siyatük kəndində təkrarən həmin adamı, yəni şahid5 ilə rastlaşmışdır. Həmin ərazidə bir müddət qaldıqdan sonra öz iradəsinə əsasən narkotik vasitənin götürməsindən könülü olaraq imtina etmiş, yenidən Lənkəran rayonuna qayıtmaq qərarına gəlmişdir. Qayıdarkən Astara rayonu, Pensər kəndi ərazisində post patrul əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılmasına səbəb isə guya ## #### 2025-ci il tarixdə Astara rayonu Siyatük kəndində tapılmış narkotik maddənin qanunsuz dövriyyəsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində dediyi kimi, eyni zamanda barəsində həbs qətimkan tədbiri seçilərkən dediyini məhkəmə istintaqı zamanı da dəfələrlə bildirmişdir ki, həmin narkotik vasitənin növü, çəkisi, miqdarı, bükümləri, narkotik vasitənin hardan, hansı vasitəsilə göstərilən yerə qoyulması barədə əvvəlcədən məlumatı olmamışdır. Ona qarşı irəli sürülmüş ittiham üzrə yeganə sübut- 5 ədəd bağlamada ayrı ayrılıqda təmiz çəkiləri -1,970 qr, -1,800 qr, 1,940 qr, 1,845 qr və 1,815 qram, ümumi təmiz çəkisi -9370,0 qram olan narkotik vasitə qurudulmuş marixuanadan xəbəri olmamışdır. Həmçinin, həmin narkotik maddənin dövriyyəsi ilə bağlı hər hansı razılaşması olmamışdır. Bundan başqa, İİR vətəndaşının ondan əl çəksin deyə həmin əraziyə getmişdir. Həmçinin, saxlanılarkən polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmışdır. Göstərilənlərdən görünür ki, Təqsirləndirilən şəxs barəsində çıxarılmış ittihamedici hökm qanunsuz və əsassızdır. Belə ki, məhkəmənin gəldiyi nəticələr iş üzrə müəyyən edilmiş işin həqiqi hallarına görə deyil, yalnız ittiham tərəfinin təqdim etdiyi mötəbər olmayan sübutlara əsaslanmışdır. Ona görə də, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan *(***)-***/**** saylı ## ###### 2026-cı il tarixli ittihamedici hökmü tamamilə ləğv olunmaqla, bəraətverici əsasla hökm çıxarılmalıdır. Çünki, məhkəmə cinayət təqibi üzrə toplanmış bütün sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanmalı olduğu halda məhkəmə ibtidai istintaqda tədqiq olunan qeyri-obyektiv sübutlara əsaslanmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 234.4.1 və 29, 234.4.3-cü maddəsi ilə təqsirli bilib, ittihamedici hökm çıxarmışdır. Əvvəla müdafiə tərəfi olaraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), onun iradəsindən asılı olmayan səbəblərə görə deyil, özü tərəfindən başa çatdırmaq imkanına malik olduğunu dərk etmiş və cinayət törətməyə yönəlmiş əməlini könülü surətdə dayandırmışdır. Bu faktı irəli sürülmüş ittiham üzrə məhkəmə istintaqında tədqiq edilmiş sübutlar təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdə Astara rayonu, Siyatük kəndində olmuşdur. ## #### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Astaraya gələrkən 1 gün əvvəl ## #### 2025-ci il tarixində X4 yaşayış sahəsindən aşkar edilmiş 05 ədəd bağlamada olan qurudulmuş marixuananın polis əməkdaşları tərəfindən götürülməsi barədə əvvəlcədən xəbəri olmamışdır. Həmin narkotik vasitənin 1 gün əvvəl aşkar edilməsi barədə Təqsirləndirilən şəxs əvvəlcədən məlumatlı olmasını iş üzrə dindirilmiş şahidlər ifadələrində bildirməmişdirlər. Həmçinin, iş üzrə şahid qismində dindirilmiş şahid5 Astara rayonu, Siyatük kəndində Təqsirləndirilən şəxs ilə rastlaşarkən ona 1 gün əvvəl baş vermiş hadisələrlə əlaqədar hər hansı məlumatın verildiyini bildirməmişdir. Bütün bunlar onu göstərir ki, Təqsirləndirilən şəxs Astara rayonuna gələrkən narkotik vasitənin qeyd olunan ünvanda olduğu barədə məlumatı olmuş, amma ki, həmin vasitənin götürülməsindən könüllü imtina etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin əldə edilməsi üçün kriminal niyyətini tam həyata keçirməyin mümkünlüyünə heç bir obyektiv maneənin olmadığının onun tərəfindən dərk edildiyi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi yaşadığı Siyatük kəndində ## #### 2025-ci il tarixdə qapılarının qarşısından gündüz keçəndə görmüş, kənd camaatına oxşamadığından diqqətini çəkmiş, şəxs maşınla meşəyə gedən yola getmiş, həmin yol ancaq meşəyə getmiş, qayıdanda həmin şəxsi görmüş, martın 26sı onu bir daha görmüş, onlar çay qırağına tərəf getmiş, o, həmin vaxtı mal otarırmış, Təqsirləndirilən şəxs kim olduğunu, onu dünən də burada gördüyünü demiş, hara getdiklərini soruşmuş, o, dostugilə gəldiyini demiş, o da cavabında həmin yolun ancaq meşəyə getdiyini, orada adam yaşamadığını bildirmişdir, şəxsin siması qəribə olduğundan diqqətini çəkmiş, axşam da qonşunun həyətindən narkotik tapıldığını eşitdiyi üçün şəxs ona şübhəli gəlmişdir, onlar martın 26-sı 3 nəfər olmuş, 25 martda isə şəxsi tək görmüşdür, maşının və onun nömrəsinin şəklini çəkib polislərə vermişdir, lazım olsa məhkəməyə də təqdim edə bilər. Məhkəmə həmin şəxsin polislərə necə məlumat verməsini, eyni zamanda 2 dəfə kənddə məhz həmin adamın Cavidi görməsini təsadüfi olmadığını araşdırmamışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli 1(099) ***/**** saylı hökmündə göstərilmişdir ki, “məhkəmə təqsirləndirilən şəxsin guya iranlı ilə razılaşsa da, əslində narkotik vasitəni götürmək niyətinin olmaması, məqsədinin yalandan Astara rayonuna gedib, orada olması ilə bağlı konumu iranlıya atmaq, guya narkotik vasitəni tapa bilmədiyini deyib, iranlının göndərdiyi 200 manatı ələ keçirmək olması ilə bağlı dəlilərinə münasibətdə qeyd edir ki, həmin dəlilər də təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasına hesablanmışdır. Belə ki, əvvəla, təqsirləndirilən şəxs məqsədinin 200 manatı ələ keçirmək olduğunu bildirsə də, işdən görünür ki, o, iki gün dalbadal Lənkəran Rayonundan Astara rayonuna taksi ilə getmiş, məhkəmədə bildirmişdir ki, taksiyə 70 manat xərcləmişdir. Bundan başqa, şahid5 ifadəsindən də görünür ki, təqsirləndirilən şəxs özünü şübhəli aparmış, nəsə axtarana oxşamışdır. Göründüyü kimi, təqsirləndirilən şəxsi iki gün ərzində yaşadığı yerdən başqa rayona aparan marağın iranlının göndərdiyi pulu əsassız ələ keçirmək deyil, narkotik vasitəni qanunsuz daşıyaraq maddi mənfəət əldə etmək istəyi məhkəmədə şübhə doğurmur”. AR CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs AR CM-nin 234.4.1 və 234.43-cü maddələrinin dispozisiyasında göstərilən əməllərə cəhd etməsi qənaətinə gəlməsinə baxmayaraq, hökmdə Təqsirləndirilən şəxs cinayəti başa çatdıra bilməməsini onun iradəsindən asılı olmayan səbəbləri göstərə bilməmişdir. Ona görə ki, iş üzrə toplanmış sübutların məcmusundan da görünür ki, Təqsirləndirilən şəxs bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli başa çatdıra bilməmək onun iradəsindən asılı olmayan səbəblər ilə əlaqədar olmamışdır. Çünki, Təqsirləndirilən şəxs tərəfindən (hərəkət və ya hərəkətsizlik), iradəsindən asılı olmayan səbəblərə görə deyil, özü tərəfindən başa çatdırmaq imkanına malik olduğunu dərk edilmiş və cinayət törətməyə yönəldilmiş əməlini könülü surətdə dayandırmışdır. AR CM-nin 30.1-ci maddəsinə əsasən cinayəti başa çatdırmaq imkanına malik olduğunu dərk edən şəxs tərəfindən cinayətə hazırlıq hərəkətlərinin və ya bilavasitə cinayət törətməyə yönəldilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) dayandırılması, cinayəti törətməkdən könüllü imtina etmə sayılır. AR CM-nin 30.2-ci maddəsinə əsasən cinayəti başa çatdırmaqdan könüllü olaraq qəti imtina edən şəxs cinayət məsuliyyətinə cəlb olunmur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı dəfələrlə bildirmişdir ki, həmin əraziyə təhrik olunaraq gəlmişdir. Narkotik vasitənin aşkar olunduğu ərazidə polis əməkdaşlarının olmaması və həmin ərazinin müşahidə edilməməsi haları bir daha göstərir ki, Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin əldə edilməsinin mümkünlüyünü göstərir. İş üzrə şahid qismində dindirilmiş şahid5 ilə aralarında olan qısa müddətli dialoq isə narkotik vasitənin əldə edilməsi üçün maneə sayıla bilməz. Çünki, Təqsirləndirilən şəxs məqsədi narkotik vasitənin əldə edilməsinə tam yönəlmiş olsaydı, şahid5 görərkən dərhal ərazini tərk etməyə cəhd edərdi və dərhal narkotik vasitənin qoyulduğu yerə yaxınlaşaraq narkotiki götürməsinə yönələn hərəkətlər etmiş olardı. Lakin, Təqsirləndirilən şəxs tam sərbəst şəkildə şahid5 ilə dialoqa girmiş və həmin vaxtı şahid5 tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitənin əldə edilməsinin qarşısını alacaq hər hansı əmələr törədilməmişdir. Əgər törədilmiş olsaydı, məhkəmə istintaqı zamanı ifadəsində bildirərdi. Bütün bu xüsusatlar açıq-aşkar göstərir ki, Təqsirləndirilən şəxs heç bir cinayət tərkibli əməl törətməmişdir. Lakin məhkəmə iş üzrə yuxarıda qeyd olunan əhəmiyyətli faktlara düzgün hüquqi qiymət verməyərək qanun pozuntusuna yol verməklə Təqsirləndirilən şəxs barəsində ittihamedici hökm çıxarmışdır. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətlərini müdafiə edərək, onların məzmununa uyğun çıxış edib, apellyasiya şikayətlərinin təmin edilməsini, təqsirləndirilən şəxsə bəraət verilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin çıxışı ilə razı olduğunu bildirib, apellyasiya şikayətlərini müdafiə etdi və şikayətlərin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Təqsirləndirilən şəxs əlavə olaraq göstərdi ki, təhsili yoxdur və barəsində qətimkan tədbiri seçilən zaman barəsində bu maddələrin olmasını bilmişdir. İranlı ona 200 manat pul yollamış, o, həmin pulu xərcləmiş, lakin narkotik vasitəni götürməmişdir. İranlı pulu ona yollamazdan əvvəl şəxsiyyət vəsiqəsini istəmişdir. Birinci dəfə getmiş, lakin İranlının dediyi yerə getməmiş, ona dediyi yerdə heç bir narkotik vasitənin olmadığını bildirmişdir. Daha sonra iranlı ona dediyi yerə gedib ona görüntülü zəng vurmasını bildirmişdir. O, həmin yerə taksiylə getmişdir və həmin sürücü də şahiddir, o, birinci instansiya məhkəməsində izahat verib onun fikirlərini təsdiqləmişdir. Daha sonra evə qayıdarkən yolda post-patrul xidmətinin əməkdaşları onların maşınını dayandırmış və telfonlarını almış, onları bölməyə aparmışlar. Onların üzərində və avtomobildə heç bir narkotik vasitə aşkar olunmamışdır. Polislər kiminsə həyətinə onun üçün narkotik vasitə atıldığını bildirmiş, o isə belə şey olmadığını demişdir. Daha sonra 5 qram şüşə adlı narkotik vasitəni boynuna götürməsini istəmişlər, o da bunu etməyəcəyini bildirmişdir. Daha sonra göstərdi ki, şahid5 kəndə daxil olarkən onu görüb, orada neylədiklərini, əlindəki çantanın nə olduğunu soruşmuş və o da çantanı açaraq ona göstərmişdir. Martın 25-i, o kəndə daxil olmamışdır, qadının onu görüb-görmədiyini bilmir, lakin martın 26-sı yanında dayısı və taksi sürücüsü olmuş, o zaman əvvəl dayısından, daha sonra isə ondan kimi axtardıqlarını soruşmuşdur. O, taksi sürücüsünə balıq tutmağa getdiklərini demişdir. şahid5 da sual verdikdə dayısının dostunun burada yaşadığını və onlara gəldiklərini bildirmiş, o da öz cavabında burada elə adamın yaşamadığını bildirmişdir. İranlı ilə mart ayının 25 və 26-sı danışmış, lakin narkotik vasitəni götürməmişdir. Çünki bu əməlin cinayət olduğunu bilmiş, sadəcə ondan 200 manat pulu almaq üçün bu yola əl atmışdır. İranlı ilə “Telegram” şəbəkəsi vasitəsiylə tanış olmuşdur. Əvvəllər heç vaxt bu işi görməmişdir. Bu dəfə də işsiz olduğundan sadəcə pul əldə etmək istəmişdir. Razılaşmaya görə narkotik vasitəni dediyi vaxtda götürsə idi, İranlı ona 1000-1500 manat pul verəcəkmiş. İranlı ona konum atmamış, özü xəritədə Astara rayonunun Siyatük kəndini tapmış, İranlı ona iki yol ayrıcının olduğunu, ikinci araya girəcəyini, bir az getdikdən sonra ağacın olduğunu və həmin ağacın yaxınlığında narkotik vasitənin olduğunu bildirmişdir. 25 mart həmin yerə getməmiş, 26 mart tarixdə getmiş, lakin ağaca yaxınlaşmamış, yaxınlıqda çay olmuş, çayın yaxılığında dayanmışdır. Polislər onu Astara rayonunun Pensər kəndində tutmuşlar. Həmçinin bildirmişdir ki, Abşeron Rayon Məhkəməsində barəsində cinayət işi vardır, həmin iş üzrə məhkəmə iclası hazırkı cinayət işinin yekun nəticəsinin gözlənilməsi ilə əlaqədar ## #### 2026-ci il tarixinə təxirə salınmışdır. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə tövsif edərək, onu həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, təqsirləndirilən şəxsə bəraət verilməsi, əməllərinin hüquqi tövsifinin dəyişdirilməsi və ya ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətlərinin təmin olunmamasını və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Apellyasiya şikayətlərinin dəlillərindən görünür ki, müdafiə tərəfi işin faktiki hallarını və təqsirlilik məsələlərini mübahisələndirərək hesab etmişdir ki, məhkəmənin hökmü işin həqiqi hallarına uyğun olmadığından təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CM-nin 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-nin 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma bu maddənin tərkibini yaradır. CM-nin 234.4-cü maddəsinin dispozisiyasından isə görünür ki, bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: -qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə - CM-nin 234.4.1-ci maddəsinin; -külli miqdarda törədildikdə - CM-nin 234.4.3-cü maddəsinin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanununun 1.0.9-cu bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Onu da qeyd etmək lazımdır ki, törədilən cinayətin tərkib əlamətlərinin müəyyən edilməsi və əməlin Cinayət Qanunu norması üzrə tövsif edilməsi yuxarıda qeyd edilən Cinayət Məcəlləsinin müvafiq normaları əsasında aparılsa da, törədilən əməlin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi prosedurlar əsasında aparılır. Bu mənada Cinayət-Prosessual Məcəllənin müvafiq normalarının müəyyən etdiyi hüquqi prosedurların xatırladılması da zəruridir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 124.1 və 124.2-ci maddələrinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-nin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutları, yəni təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadələrini, şahidlər şahid8, İsazadə İsa Azad oğlu, şahid7 Müqabil oğlu, şahid5, şahid1 Tağı oğlu, şahid2, şahid4 ifadələri, «Şəxsi axtarış və götürmə barədə» ## #### 2025-ci il tarixli, *** nömrəli protokol, «Baxış keçirilməsi və götürmə aparılması haqqında» ## #### 2025-ci il tarixli, *** nömrəli protokol, məhkəmə-bioloji ekspertizasının ## #### 2025-ci il tarixli, **/*** nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının ## ##### 2025-ci il tarixli, *** nömrəli rəyi, «Mobil telefona baxış keçirilməsi haqqında» ## #### 2025-ci il tarixli, *** nömrəli protokol, «Mobil telefona baxış keçirilməsi haqqında» ## #### 2025ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokol, «Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında» ## #### 2025-ci il tarixli protokol, məhkəmə-tibbi ekspertizasının ##.##.2025-ci il tarixli rəyi, habelə iş materiallarında olan digər sənədləri nəzərdən keçirib Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, onun ittiham olunduğu əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlillərinə uyğun olaraq təqsirliliklə bağlı məsələni cinayət və cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından nəzərdən keçirən məhkəmə kollegiyası müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin törədilməsində onun təqsiri cinayət işinin materiallarında olan mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxsə istinad edilən cinayətin baş verib-verməməsi, onun həmin cinayəti törətməkdə qəsdinin olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən əlamətlər yoxlanılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəklində təqsirləndirilən şəxsin qeyd edilən cinayəti törətməsi nəticəsinə gəlmək üçün əsas verir və kifayət edirlər. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində özünü elan edilmiş ittihamla təqsirli bilməyərək göstərmişdir ki, İran vətəndaşı ona narkotik vasitəni göndərəcəyini, həmin narkotik vasitəni götürüb lazımi yerə qoyacağını demiş, o, guya iranlı ilə razılaşsa da, əslində narkotik vasitəni götürmək niyəti olmamış, o, kartını iranlıya göndərmiş, iranlı onun kartına M10 vasitəsilə 200 manat göndərmiş, o da vəsiqəsinin şəklini iranlıya göndərmiş, məqsədi yalandan Astara rayonuna gedib, orada olması ilə bağlı konumu iranlıya atmaq, guya tapa bilmədiyini deyib, iranlının göndərdiyi 200 manatı ələ keçirmək və balıq tutmaq olmuşdur. Həmin 200 manatdan hardasa 70 manatını yola xərcləmişdir, iranlı şəxsiyyət göstərmişdir ki, vəsiqəsinin onda olduğunu bildirib onu tutduracağı ilə bağlı hədələmiş, o, 25 mart və 26 mart tarixlərdə Astara rayonu, Siyatük kəndində getmişdir, ## #### 2025-ci il tarixdə gedəndə qaranlıq olmuş, o, həmin kənddə olarkən iranlıya görüntülü zəng etmiş, orada narkotik vasitəni tapmadığını iranlıya bildirmişdir, Siyatük kəndində getməkdə məqsədi balıq tutmaq olmuşdur, dayısı balıqçıdır, dayısını da özü ilə aparmış, narkotik vasitə axtarmamışdır, ona göndərilən konum Siyatük kəndi yox, başqa kənd olmuşdur, həmin kənddə balıq tutmaq istəmişlər, ancaq dayısı balıqçı olduğundan çaya baxıb demişdir ki, buradan balıq çıxmaz, elə oradaca həmin kənddə bir qadın onu görmüş, kəndə nə üçün gəldiyini soruşmuş, o da balıq tutmağa gəldiyini, həmçinin, bir yaxının qohumunun yas mərasiminə gəldiyini bildirmiş, səhəri gün yenə gələndə həmin qadın onu yenə görmüş, bu dəfə qadın hay-küy salmağa başlamış, əlindəki torbanın içinə baxmışdır, tapılan narkotik vasitə ona məxsus deyil, polis əməkdaşları tərəfindən döyülərək şərlənmişdir. Əvvəldən ayağında narahatlığı olmuşdur, ekspert rəyində ayağında qeyd edilən iltihablanma onda olan əvvəlki xəstəliyi ilə bağlı olmuşdur, onu polislər etməmişlər. Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, təhsili yoxdur və sanksiya verilən zaman barəsində bu maddələrin olmasını bilmişdir. İranlı ona 200 manat pul yollamış, o, həmin pulu ondan alıb xərcləmiş, lakin narkotik vasitəni götürməmişdir. İranlı pulu ona yollamazdan əvvəl şəxsiyyət vəsiqəsini istəmişdir. Birinci dəfə getmiş, lakin İranlının dediyi yerə getməmiş, ona dediyi yerdə heç bir narkotik vasitənin olmadığını bildirmişdir. Daha sonra iranlı ona dediyi yerə gedib ona görüntülü zəng vurmasını bildirmişdir. O, həmin yerə taksiylə getmişdir və həmin sürücü də şahiddir, o, birinci instansiya məhkəməsində izahat verib onun fikirlərini təsdiqləmişdir. Daha sonra evə qayıdarkən yolda post-patrul xidmətinin əməkdaşları onların maşınını dayandırmış və telfonlarını almış, onları bölməyə aparmışlar. Onların üzərində və avtomobildə heç bir narkotik vasitə aşkar olunmamışdır. Onlar kiminsə həyətinə onun üçün narkotik vasitə atıldığını bildirmiş, o isə belə şey olmadığını demiş, daha sonra 5 qram şüşə adlı narkotik vasitəni boynuna götürməsini demiş, o da bunu etməyəcəyini bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, şahid5 kəndə daxil olarkən onu görüb, orada neylədiklərini, əlindəki çantanın nə olduğunu soruşmuş və o da çantanı açaraq ona göstərmişdir. Martın 25-i o kəndə daxil olmamışdır, qadının onu görüb-görmədiyini bilmir, lakin martın 26-sı yanında dayısı və taksi sürücüsü olmuş, o zaman əvvəl dayısından, daha sonra isə ondan kimi axtardıqlarını soruşmuşdur. O, taksi sürücüsünə balıq tutmağa getdiklərini demişdir. şahid5 da sual verdikdə dayısının dostunun burada yaşadığını və onlara gəldiklərini bildirmiş, o da öz cavabında burada elə adamın yaşamadığını bildirmişdir. İranlı ilə mart ayının 25 və 26-sı danışmış, lakin narkotik vasitəni götürməmişdir. Çünki bu əməlin cinayət olduğunu bilmiş, sadəcə ondan 200 manat pulu almaq üçün bu yola əl atmışdır. İranlı ilə “Telegram” şəbəkəsi vasitəsiylə tanış olmuşdur. Əvvəllər heç vaxt bu işi görməmişdir. Bu dəfə də işsiz olduğundan sadəcə pul əldə etmək istəmişdir. Razılaşmaya görə narkotik vasitəni dediyi vaxtda götürsə idi, İranlı ona 1000-1500 manat pul verəcəkmiş. İranlı ona konum atmamış, özü xəritədə Astara rayonunun Siyatük kəndini tapmış, İranlı ona iki yol ayrıcının olduğunu, ikinci araya girəcəyini, bir az getdikdən sonra ağacın olduğunu və həmin ağacın yaxınlığında narkotik vasitənin olduğunu bildirmişdir. 25 mart həmin yerə getməmiş, 26 mart tarixdə getmiş, lakin ağaca yaxınlaşmamış, yaxınlıqda çay olmuş, çayın yaxılığında dayanmışdır. Polislər onu Astara rayonunun Pensər kəndində tutmuşlar. Həmçinin bildirmişdir ki, Abşeron Rayon Məhkəməsində barəsində cinayət işi vardır, həmin iş üzrə məhkəmə iclası hazırkı cinayət işinin yekun nəticəsinin gözlənilməsi ilə əlaqədar ## #### 2026-ci il tarixinə təxirə salınmışdır. Təqsirləndirilən şəxsin ifadələrini iş üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin nəticələrinə dair sənədlər ilə qarşılıqlı əlaqədə nəzərdən keçirən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşır və hesab edir ki, onun ifadələrində göstərdiyi ziddiyyətli məqamlar özünümüdafiə xarakteri daşımaqla, işin faktiki hallarına uyğun deyildir və həmçinin iş materiallarında olan digər mötəbər sübutlarla da təkzib olunur. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid8 ifadəsində bildirmişdir ki, ##.##.2025-ci il tarixdə Astara rayon, Siyatük kənd sakini X4 102 xidmətinə zəng edərək uçuş aparatı ilə göndərilmiş bağlamanın evinin həyətinin yaxınlığına düşdüyünü bildirmişdir, əməliyyat qrupu yaradılmış, həmin əraziyə getmişlər, həmin ərazidə bağlamaya baxış zamanı bağlamada qurudulmuş marixuana aşkar olunmuşdur. Daha sonra təqsirləndirilən şəxsi Pensər kəndi ərazisində, mərkəzdə, işıqforu keçəndən sonra "**-BG-***" dövlət qeydiyyat nişanlı avtomobili saxlamışlar, qohumlarından Sulduz adında kimsə və daha bir nəfər şəxslə birlikdə saxlanılmışdır, daha sonra məlum olmuşdur ki, iranlı ona 200 manat pul göndərmiş, o, narkotiki axtarmağa gəlmiş, lakin, tapa bilməmiş, gecə Sahibə adında bir nəfər qadın da onları görmüş, 102 xidmətinə zəng daxil olana qədər narkotik vasitə barədə onlarda əməliyyat məlumatı olmamışdır, zəng daxil olduqdan sonra ərazini nəzarətə götürmüşlər, bundan sonra onlara məlum olmuşdur ki, dünən bir nəfər naməlum şəxs gəlib həmin ərazidə nəsə axtarmışdır, şəxsləri polisə gətirdikdən sonra təhqiqatçı tərəfindən üzərinə baxış keçirilmişdir, narkotik vasitəni çayın içərisindən girib özü götürmüşdür. Narkotik vasitəni aşkar etdikləri yer hamının gedib-gəldiyi yer olmamış, çətin gediş-gəlişli yer olmuş, vətəndaşın həyətinin ərazisi olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş İsazadə İsa Azad oğlu şahid şahid8 ifadəsində bildirmişdir ki, şəxsin saxlanılmasında iştirak etməmiş, şəxsi ilk dəfə polis şöbəsində görmüş, 102 xidmətinə məlumat daxil olduqdan sonra hadisə yerinə getmiş, baxış və götürmədə iştirak etmiş, vətəndaşın həyətindən bağlamada narkotik vasitə aşkar edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid7 Müqabil oğlu şahid şahid8 və İsa İsazadənin ifadəsinə uyğun məzmunda ifadə vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid5 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi yaşadığı Siyatük kəndində ## #### 2025 ci il tarixdə qapılarının qarşısından gündüz keçəndə görmüş, kənd camaatına oxşamadığından diqqətini çəkmiş, şəxs maşınla meşəyə gedən yolla getmiş, həmin yol ancaq meşəyə getmiş, qayıdanda həmin şəxsi görmüş, martın 26-sı onu bir daha görmüş, onlar çay qırağına tərəf getmiş, o, həmin vaxtı mal otarırmış, Təqsirləndirilən şəxs kim olduğunu, onu dünən də burada gördüyünü demiş, hara getdiklərini soruşmuş, o, dostugilə gəldiyini demiş, o da cavabında həmin yolun ancaq meşəyə getdiyini, orada adam yaşamadığını bildirmişdir, şəxsin siması qəribə olduğundan diqqətini çəkmiş, axşam da qonşunun həyətindən narkotik tapıldığını eşitdiyi üçün şəxs ona şübhəli gəlmişdir, onlar martın 26-sı 3 nəfər olmuş, 25 martda isə şəxsi tək görmüşdür, maşının və onun nömrəsinin şəklini çəkib polislərə vermişdir, lazım olsa məhkəməyə də təqdim edə bilər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid1 Tağı oğlu ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi birinci dəfə görür, ## #### 2025-ci il tarixdə axşam 10 radələrində evdə oturduqları yerdə çöldən bərk səs eşitmişlər, nəsə düşdüyünü görüb bağlamaya yaxınlaşmışlar, bağlamada fosfor işıqları olmuş, 102 xidmətinə zəng etmiş, həyətinə bağlama düşdüyünü bildirmişdir, polis də ona bağlamaya əl vurmamasını bildirmiş, o da polislərin gəlməsini gözləmişdir. Narkotik vasitənin aşkar olunduğu yer onun çəpərinin dibi olmuş, çayla həyəti arasında çəpər olmuşdur, çay demək olar ki, onun həyətinə-çəpərə bitişikdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid2 ifadəsində bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğuldur, şəxsi tanıyır, düşmənçiliyi yoxdur, ## #### 2025-ci il tarixdə onu dayısı ilə birlikdə Astaraya aparmasını xahiş etmişdir, orada balıq tutmağı da ona təklif etmişlər, maşında tor da olmuşdur, naviqator-konumla getmişlər, çay qırağına çatanda dayısı çaya baxmış, burada balıq tutmaq üçün uyğun çay olmadığını demişdir, bir qadın gələrək hayküy salmış, Cavidə dünən də buraya gəldiyini, burada nə axtardığını soruşmuş, onlar da gəldikləri yolla yox, başqa yolla Lənkəran şəhərinə qayıtmaq istəyərkən yolda polislər tərəfindən saxlanılmışlar. Astaraya gəlməyə 30 manata danışmışdır, gedəndə əllərində balıq toru olan torba olmuşdur. Qadının nə üçün Cavidə elə dediyini, oranın balıq tutmaq üçün uyğun olmamasına baxmayaraq nə üçün onu ora apardıqlarını soruşmamışdır. Cavid orada telefonda kiminləsə danışmışdır. Polis şöbəsində Cavidin dayısına demişdir ki, əgər narkotik dalınca gəlirdizsə nəyə görə onu da bu işə qarışdırmısınız. Çay kənarında qadın hay-küy salıb iki gündür Cavidin bura nəyə gəldiyini soruşduqda onda şübhə yaranmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid4 şahid şahid2 ifadəsinə uyğun ifadə verərək suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin dayısıdır, ## #### 2025-ci il tarixdə Cavid ona Astaraya getdiyini demiş, o da Astara rayonunda yaşayan dostunun qohumunun rəhmətə getdiyi üçün o da Cavidlə getmək istəmişdir, qadın hay-küy salanda dostugilə gəldiyini deməmişdir, Cavidin əslində nə məqsədlə Siyatük kəndinə getdiyini bilməmişdir, o, Cavidlə Astara rayonuna bir dəfə, ## #### 2025-ci il tarixdə getmişdir. Bundan başqa, iş materiallarında olan «Şəxsi axtarış və götürmə barədə» ## #### 2025ci il tarixli, *** nömrəli protokoldan görünür ki, Astara RPŞ-də keçirilmiş, şəxsi axtarış zamanı qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamış, Təqsirləndirilən şəxs 02 ədəd mobil telefon aşkar olunaraq götürülmüş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdə İİR vətəndaşının onun kart hesabına 200 manat pul ataraq Astara rayonu, Siyatk kəndi ərazisinə qoydurduğu narkotik vasitəni həmin ərazidən başqa əraziyə aparıb qoymasını istədiyini, bunun etdikdən sonra əlavə pul göndərəcəyini bildirdiyini, həmin gün axşam saat 19 radələrində taksi ilə Astara rayonu, Siyatük kəndinə gəldiyini, kütləni tapa bilməyərək geri qayıtdığını, ## #### 2025-ci il tarixdə yenidən saat 10 radələrində Siyatük kəndinə gəldiyini, yenə kütləni tapa bilmədiyini və qadınla qarşılaşması səbəbindən geri qayıtdığını bildirmişdir. İş materiallarında olan «Baxış keçirilməsi və götürmə aparılması haqqında» ## #### 2025-ci il tarixli, *** nömrəli protokoldan görünür ki, X4 DİN-in 102 xidmətinə müraciət edərək Astara rayonu, Siyatük kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində bağlama müəyyən etmiş, polis əməkdaşları tərəfindən həmin bağlamaya baxış keçirilmiş, həmin üzəri şəffaf rəngli yapışqan lentlə sarılmış vəziyyətdə olan bağlamaya baxış keçirilən zaman 5 ədəd qara rəngli sellofana bükülmüş, ayrı-ayrılıqda çəkiləri 1.885 kq, 2.170 kq, 2.115 kq, 2.135 kq, 2.020 kq olan bağlamalar müəyyən olunmuş, hər bağlama ayrı-ayrılıqda açıldıqda hər birinin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuş, aşkar olunmuş kütlələr tərəzi ilə çəkilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının ## #### 2025-ci il tarixli, **/*** nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində "Vət. X4 yaşayış sahəsindən aşkar edilmiş 05 ədəd bağlamada olan qurudulmuş marixuanaya bənzər kütlələr...." sözlər və imzalar olan bir ədəd kisədəki, 5 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1970,0 qr, 1800,0 qr, 1940,0 qr, 1845,0 qr, 1815,0 qram olmaqla ümumi təmiz çəkisi 9370,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, orqanleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir- biriləri ilə eynidirlər. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının ## ##### 2025-ci il tarixli, *** nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan «Mobil telefona baxış keçirilməsi haqqında» ## #### 2025-ci il tarixli, *** nömrəli protokoldan görünür ki, mobil telefon Infinix markalı olmaqla, tünd boz rəngdə olmuş, ilk növbədə mobil telefonun "Whatsapp" mobil tətbiqinə daxil olunmuş, baxış zamanı ##.##.2025-ci il tarixdə Mehman adlı şəxsə məxsus +98 912949 **** saylı mobil telefon nömrəsi ilə yazışmaların və çox saylı zənglərin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs göndərdiyi 04 saniyə davam edən səsli mesaja baxış zamanı “qardaşım məni yığ da” deməsi müəyyən olunmuşdur. Həmçinin yazışmalara baxış zamanı Mehman adlı şəxsin "qardaş cavab ver", Təqsirləndirilən şəxs isə “hə qardaş” deyə cavab verməsi görünmüşdür. Qeyd olunan məlumatlar ekran görüntüsü qeydə alınmaqla iş materiallarına əlavə olunması üçün a4 formatlı kağıza çap olunaraq protokola əlavə olunmuşdur. Daha sonra "Whatsapp" mobil tətbiqetməsinin zəng bölməsinə baxış keçirilməsi davam etdirilmiş və bu zaman Təqsirləndirilən şəxs Sahil adlı İİR vətəndaşına məxsus +98914 288 **** saylı mobil telefon nömrəsi ilə ##.##.2025-ci il tarixdə saat 21:28-da, ##.##.2025-ci il tarixdə saat 21:49-da, ##.##.2025-ci il tarixdə saat 22:05-də, ##.##.2025-ci il tarixdə saat 22:12-də, ##.##.2025-ci il tarixdə saat 22:19-da, ##.##.2025 ci il tarixdə saat 22:24-də, ##.##.2025- ci il tarixdə saat 22:27-də, ##.##.2025-ci il tarixdə saat 22:36da, ##.##.2025-ci il tarixdə saat 23:19-da, ##.##.2025-ci il tarixdə saat 01:33 da, ##.##.2025-ci il tarixdə saat 03:38- də, ##.##.2025-ci il tarixdə saat 06:14-da, ##.##.2025-ci il tarixdə saat 07:46-da, ##.##.2025-ci il tarixdə saat 09:58-də, ##.##.2025 ci il tarixdə saat 10:04-da, ##.##.2025- ci il tarixdə saat 10:06-da, ##.##.2025-ci il tarixdə saat 10:28-də zənglə danışması və Sahil adlı İİR vətəndaşına məxsus +98 912949 **** saylı mobil telefon nömrəsi ilə ##.##.2025ci il tarixdə saat 21:30-da, ##.##.2025-ci il tarixdə saat 22:05-də, ##.##.2025-ci il tarixdə saat 22:07-də, ##.##.2025-ci il tarixdə saat 22:15-də, ##.##.2025-ci il tarixdə saat 22:26-da, ##.##.2025-ci il tarixdə saat 22:29-da, ##.##.2025-ci il tarixdə saat 22:44- də, ##.##.2025-ci il tarixdə saat 00:08-də, ##.##.2025 ci il tarixdə saat 06:48-da, ##.##.2025-ci il tarixdə saat 08:51də, ##.##.2025-ci il tarixdə saat 10:03-də, ##.##.2025- ci il tarixdə saat 10:05-də, ##.##.2025-ci il tarixdə saat 10:12 də, ##.##.2025-ci il tarixdə saat 10:26-da, ##.##.2025-ci il tarixdə saat 10:50də və ##.##.2025-ci il tarixdə saat 11:33-də zənglə danışması müəyyən olunmuşdur. Qeyd olunan məlumatlar ekran görüntüsü qeydə alınmaqla iş materiallarına əlavə olunması üçün A4 formatlı kağıza çap olunaraq protokola əlavə olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs Mehman adlı İİR vətəndaşı ilə danışaraq narkotik vasitənin daşınması ilə bağlı razılıq əldə etdiyini, Mehman adlı şəxsin onun bank kartına xxxx ASC-nə aid 4169- ****-****-**** saylı bank kartına 200 manat pul göndərdiyini, bundan sonra taksi ilə narkotik vasitənin daşınması ilə bağlı ##.##.2025-ci il tarixdə Astara rayonu, Siyatük kəndinə gəldiyini, lakin narkotik vasitəni tapa bilməyərək geri qayıtdığını, İİR vətəndaşının səhər açıldıqdan sonra yenidən gedib narkotiki tapmasını bildirdikdən sonra yenidən taksi ilə dayısı Ulduz ilə birlikdə saat 10 radələrində Astara rayonu, Siyatük kəndinə gəldiyini, orada olarkən yaxınlıqda yaşayan orta yaşlı qadının səs-küy saldığını, bundan sonra avtomobilə əyləşərək geriyə qayıtmaq üçün yola çıxdığını, yolda olarkən İİR vətəndaşına qadının çölə çıxaraq səs-küy salmasını, narkotik vasitəni götürə bilməyəcəyini deməsini və yazışmaları sildiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə mobil telefonun "Birbank" mobil tətbiq etməsinə daxil olunmuşdur. Təqsirləndirilən şəxs kodu daxil edərək proqramə açdıqdan sonra ## #### 2025-ci il tarixdə saaat 14:14-də *********** nömrəli qəbz vasitəsilə ****-****-****-**** saylı bank kartına 200 manat pulun göndərilməsi məlum olmuş, Təqsirləndirilən şəxs həmin pulun İİR vətəndaşı tərəfindən göndərildiyini bildirmişdir. İş materiallarında olan «Mobil telefona baxış keçirilməsi haqqında» ## #### 2025-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokolda görünür ki, şahid5 mobil telefonunda 03 ədəd iş üzrə əhəmiyyət kəsb edən fotoşəkil aşkar olunmuş, birinci şəkilə baxış zamanı orada ağ rəngli Vaz markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin əks olunduğu, ikinci fotoşəkilə baxış zamanı **-BG-*** nömrəli dövlət qeydiyyat nişanının əks olunduğu, üçüncü fotoşəkilə baxış zamanı həmin fotoşəkildə boş ərazi göründüyü müəyyən olunmuş və şifahi sorğu zamanı şahid5 Cavid adlı şəxsin həmin ərazi ilə hərəkət edərək çaya qalxdığını və orada telefonla danışa danışa nə isə axtardığını bildirmişdir. İş materiallarında olan «Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında» ## #### 2025-ci il tarixli protokolda görünür ki, şahid5 ona təqdim olunuan fotoşəkillərdən ikinci sırada olanın üz quruluşundan, gözlərinin və burununun iri olmasından tanımış, gördüyü şəxsin məhz ikinci şəkildə əks olunmuş Təqsirləndirilən şəxs olmasını təsdiqləmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının ##.##.2025-ci il tarixli rəyindən görünür ki, şəxsin bədəni üzərində hər iki aşağı ətraflarda irinli-iltihablı infeksiyalaşmış yaralar aşkar edilmişdir, qeyd olunan xəsarətlər hər hansı bir infeksion xəstəliklər nəticəsində yaranmışdır, travma ilə hər hansı bir səbəbli əlaqəsi yoxdur. Beləliklə, sübutların məcmusu cinayət hadisəsi barəsində belə qənaət yaradır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan "Mehman" və "Sahil" adlı İran İslam Respublikası vətəndaşları ilə qabaqcadan əlbir olub, satış məqsədilə külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı vasitəsilə Azərbaycan Respublikasının ərazisinə göndərilərək götürülməsi və sonradan göstərilən yerə yerləşdirilməsi barədə razılığa gəlmiş, bunun müqabilində pul vəsaiti qəbul etmiş, həmin məqsədlə Astara rayonu, Siyatük kəndi ərazisinə iki dəfə gedərək narkotik vasitəni axtarmış, lakin narkotik vasitənin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi və ərazidə yaşayan şəxsin onu görərək səsküy salması səbəbindən iradəsindən asılı olmayan hallara görə cinayət əməlini başa çatdıra bilməmişdir. Cinayət hadisəsinin yuxarıda təsvir edilən qaydada baş verməsi işdə olan sübutlarla, o cümlədən şahid ifadələri, istintaq hərəkəti protokolları, habelə təqsirləndirilən şəxsin mobil telefonuna baxış keçirilməsi haqqında protokol, ekspert rəyləri və cinayət işinin materiallarında olan digər yazılı sübutlarla tam təsdiqini tapmışdır. Yuxarıda qeyd olunanlar məhkəmə kollegiyasında təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı razılaşması, həmin məqsədlə pul vəsaiti qəbul edərək narkotik vasitəni götürmək üçün iki dəfə hadisə yerinə getməsi, narkotik vasitəni axtarması və cinayət əməlini iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməməsinə dair qənaətin formalaşmasına əsas verir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin "Mehman" və "Sahil" adlı İİR vətəndaşları ilə aralarında qeyd olunan hərəkətlərini CM-nin 29,234.4.1-ci maddəsinə uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxsin narkotik vasitələri qanunsuz olaraq satış məqsədilə əldə etməyə, saxlamağa, daşımağa və s. cəhd etməsi kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin hərəkətlərində CM-nin 29,234.4.3-cü maddəsinin tərkibi ilə bağlı məsələyə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, onun külli miqdarlarda narkotik vasitəni əldə etmək barədə İİR vətəndaşları ilə razılaşması, həmin maddələri qəbul etmək üçün Astara rayonunun Siyatük kəndi ərazisinə getməsi və nəticə etibarilə ümumi təmiz çəkisi 9370,0 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməyə cəhd etməsi onun əməlində CM-nin 29,234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olduğunu təsdiq edir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilmiş İ Siyahıda narkotik vasitə olan qurudulmuş marixuananın xeyli miqdarının aşağı həddi 5 qram, külli miqdarının aşağı həddi 500 qram, xüsusilə külli miqdarının aşağı həddi isə 50000 qram müəyyən edilmişdir. Bu baxımdan təqsirləndirilən şəxsin əldə etməyə cəhd etdiyi torbadan aşkar edilmiş narkotik vasitələrin çəkiləri nəzərə alınaraq ona CM-nin 29,234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Belə ki, CM-in 234.4.3-cü maddəsinə görə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsi bu maddənin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli Qərarının 9-cu bəndinə əsasən CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, kollegiya iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək, eləcə də təqsirləndirilən şəxsin əldə etməyə cəhd etdiyi torbadan aşkar edilmiş narkotik vasitələrin miqdarını, o cümlədən həmin vasitələrin ayrı-ayrı bükümlərdə olmasını sonuncunun həmin vasitələri məhz satış məqsədi ilə əldə etməyə cəhd etməsinə dəlalət edən hallar kimi qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirli olması tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası müdafiə tərəfin dəlillərinə də qiymət verilməsini zəruri hesab edir. Kollegiya ilk növbədə, təqsirləndirilən şəxsin Astara rayonu, Siyatük kəndi ərazisinə narkotik vasitəni əldə etmək məqsədilə deyil, guya balıq tutmaq məqsədilə getməsi ilə bağlı dəlilini iş materialları ilə təsdiq olunmadığından inandırıcı hesab etmir. Belə ki, təqsirləndirilən şəxs özü də ifadəsində İran İslam Respublikası vətəndaşları ilə “Telegram” və “Whatsapp” tətbiqləri vasitəsilə əlaqə saxladığını, onlarla narkotik vasitənin götürülməsi barədə danışdığını, bunun müqabilində onun bank kartına 200 manat pul vəsaiti köçürüldüyünü, həmin şəxslərin yönləndirmələri əsasında Astara rayonu, Siyatük kəndi ərazisinə getdiyini etiraf etmişdir. İş materiallarında olan mobil telefona baxış protokolları ilə də onun İran nömrələri ilə intensiv əlaqə saxlaması, hadisə vaxtlarına uyğun ardıcıl zəngləşmələri, eləcə də narkotik vasitənin yerləşdiyi ərazi ilə bağlı istiqamətləndirici məlumatlar aldığı təsdiq edilmişdir. Təqsirləndirilən şəxsin balıq tutmaq məqsədilə həmin əraziyə getməsi barədə müdafiə mövqeyi isə iş üzrə digər sübutlarla təkzib olunur. Belə ki, şahid şahid2 ifadəsində təqsirləndirilən şəxsin onu taksi kimi tutaraq həmin əraziyə apardığını, avtomobildə balıq torunun olmasına baxmayaraq, çay kənarına çatdıqdan sonra təqsirləndirilən şəxsin telefonda kiminləsə danışdığını, ərazidə yaşayan qadının isə ona “dünən də burada olduğunu” və “burada nə axtardığını” söyləyərək etiraz etdiyini bildirmişdir. Şahid həmçinin göstərmişdir ki, çayın balıq tutmaq üçün uyğun olmadığını özü də anlamış, bu səbəbdən onların məhz həmin əraziyə nə üçün gəldikləri onda şübhə doğurmuşdur. Digər tərəfdən şahid şahid5 da ifadəsində təqsirləndirilən şəxsi həm 25 mart, həm də 26 mart tarixlərində eyni ərazidə gördüyünü, onun meşəyə və çay istiqamətinə gedərək telefonla danışa-danışa nə isə axtardığını müşahidə etdiyini, həmin yolun yaşayış olmayan əraziyə apardığını bildirmişdir. Onun mobil telefonunda aşkar olunmuş fotoşəkillər və sonradan keçirilmiş tanınma istintaq hərəkəti ilə də məhz Təqsirləndirilən şəxs həmin ərazidə olması təsdiq edilmişdir. Kollegiya hesab edir ki, təqsirləndirilən şəxsin “əslində narkotik vasitəni götürmək niyyətinin olmaması”, sadəcə qarşı tərəfi aldadaraq pul vəsaitini əldə etmək istəməsi barədə izahatı işin müəyyən edilmiş faktiki halları ilə uzlaşmır. Belə ki, əgər onun həqiqi məqsədi yalnız görüntü yaradaraq İran vətəndaşını aldatmaq olmuşdursa, həmin məqsəd bir dəfə hadisə yerinə getməklə və guya narkotik vasitəni tapa bilmədiyini bildirməklə həyata keçirilə bilərdi. Lakin iş materiallarından görünür ki, təqsirləndirilən şəxs ilk dəfə narkotik vasitəni tapa bilmədikdən sonra ertəsi gün yenidən eyni əraziyə qayıtmış, İran vətəndaşları ilə əlaqəni davam etdirmiş, onların istiqamətləndirmələri əsasında narkotik vasitənin yerləşdiyi ərazidə axtarış aparmışdır. Bu isə onun hərəkətlərinin təsadüfi və ya yalnız aldadıcı xarakter daşımadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin hadisə yerinə guya yalnız balıq tutmaq və ya İran vətəndaşını aldatmaq məqsədilə getməsi barədə izahatı işin müəyyən edilmiş faktiki halları, şahid ifadələri və istintaq hərəkətlərinin nəticələri ilə uzlaşmayıb, iş üzrə toplanmış sübutların məcmusu ilə təkzib olunduğundan onun özünü cinayət məsuliyyətindən yayındırmağa yönəlmiş müdafiə xarakterli mövqe kimi qiymətləndirilməlidir. Bundan başqa, məhkəmə kollegiyası müdafiə tərəfinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət əməlini könüllü olaraq başa çatdırmaqdan imtina etməsi və narkotik vasitəni əldə etməkdən öz iradəsi ilə imtina etməsi barədə dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər də formal mülahizə xarakteri daşıdığından əsassız hesab edilməlidir. İş materiallarının məcmusundan görünür ki, təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşları ilə əvvəlcədən razılığa gəlmiş, bunun müqabilində pul vəsaiti qəbul etmiş, narkotik vasitənin yerləşdiyi əraziyə getmiş, həmin şəxslərlə hadisə vaxtlarında intensiv əlaqə saxlamış və narkotik vasitənin olduğu yeri axtarmışdır. İş üzrə müəyyən olunmuş hallar göstərir ki, təqsirləndirilən şəxsin cinayət əməlini başa çatdıra bilməməsi onun öz iradəsindən irəli gələn könüllü imtina ilə deyil, obyektiv və iradəsindən asılı olmayan səbəblərlə bağlı olmuşdur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, pilotsuz uçuş aparatı vasitəsilə göndərilmiş narkotik vasitə əvvəlcədən nəzərdə tutulmuş yerə deyil, X5 yaşayış evinin həyətinə düşmüş, həmin şəxs və qonşuları tərəfindən bu hal aşkar edilərək DİN-in “102” xidmətinə məlumat verilmiş, polis əməkdaşları tərəfindən narkotik vasitə hadisə yerindən götürülmüşdür. Təqsirləndirilən şəxs isə bundan xəbərsiz şəkildə ertəsi gün yenidən həmin əraziyə gedərək narkotik vasitəni axtarmağa davam etmişdir. Bu hal öz-özlüyündə göstərir ki, o, cinayətkar niyyətindən imtina etməmiş, əksinə həmin niyyəti həyata keçirməyə çalışmışdır. Kollegiya hesab edir ki, əgər müdafiə tərəfin iddia etdiyi kimi, təqsirləndirilən şəxs cinayət əməlini könüllü surətdə dayandırmaq qərarına gəlmiş olsaydı, ilk növbədə ertəsi gün yenidən hadisə yerinə getməsinə, İran vətəndaşları ilə əlaqəni davam etdirməsinə, onların istiqamətləndirmələri əsasında ərazidə axtarış aparmasına zərurət olmazdı. Əksinə, iş materiallarından görünür ki, o, narkotik vasitəni tapa bilmədiyi üçün İran vətəndaşları ilə dəfələrlə əlaqə saxlamış, hətta hadisə günü səhər saatlarından etibarən də onlarla çoxsaylı telefon danışıqları aparmışdır. Mobil telefona baxış protokolu ilə müəyyən olunan zənglərin ardıcıllığı və intensivliyi də onun cinayət niyyətini davam etdirdiyini təsdiq edir. Odur ki, kollegiyanın qənaətincə müdafiə tərəfinin “təqsirləndirilən şəxsin cinayət əməlini başa çatdırmaq imkanına malik olduğunu dərk etməsinə baxmayaraq könüllü imtina etməsi” barədə mövqeyi iş üzrə müəyyən edilmiş faktiki hallarla təsdiq olunmur. Əksinə, iş üzrə sübutların məcmusu Təqsirləndirilən şəxs cinayət əməlini sona çatdırmaq niyyətində olduğunu, lakin narkotik vasitənin əvvəlcədən polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülməsi və hadisə yerində yaşayan şəxsin müdaxiləsi səbəbindən bu niyyətini həyata keçirə bilmədiyini göstərir. Bu səbəbdən də, onun əməli düzgün olaraq qeyd olunan cinayəti törətməyə cəhd kimi qiymətləndirilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası müdafiə tərəfinin narkotik vasitənin aşkar olunduğu ərazidə polis əməkdaşlarının görünən şəkildə olmaması və şahid şahid5 ilə təqsirləndirilən şəxs arasında baş vermiş dialoqun narkotik vasitənin əldə edilməsinə maneə yaratmaması səbəbindən Təqsirləndirilən şəxs cinayət əməlindən könüllü imtina etməsi barədə dəlili ilə də razılşmağı mümkün hesab etmir. Belə ki, cinayət əməlindən könüllü imtinanın mövcud hesab olunması üçün şəxsin cinayəti başa çatdırmaq imkanına malik olduğunu dərk etdiyi halda öz daxili qərarı ilə həmin niyyətdən tam və qəti şəkildə əl çəkməsi müəyyən edilməlidir. Halbuki iş üzrə müəyyən edilmiş hallar təqsirləndirilən şəxsin cinayət niyyətindən könüllü şəkildə imtina etməsini deyil, əksinə, cinayət əməlini sona çatdırmağa çalışdığını, lakin obyektiv səbəblərdən buna nail ola bilmədiyini göstərir. Yuxarıda da qeyd olunduğu kimi, şahid şahid5 ifadəsi ilə də müəyyən olunur ki, təqsirləndirilən şəxs yaşayış olmayan, meşə və çay istiqamətinə gedən ərazidə telefonla danışadanışa nə isə axtarmış, şahid ona yaxınlaşaraq suallar verdikdə və burada nə etdiyini soruşduqda təlaş keçirmişdir. Bu hal müdafiə tərəfinin iddia etdiyi kimi könüllü imtinanı deyil, əksinə, kənar şəxsin müdaxiləsinin və ifşa olunmaq təhlükəsinin onun hərəkətlərinə maneə yaratdığını göstərir. Kollegiya hesab edir ki, müdafiə tərəfinin “əgər təqsirləndirilən şəxsin məqsədi narkotik vasitənin əldə edilməsinə tam yönəlmiş olsaydı, şahid5 görərkən dərhal ərazini tərk etməyə cəhd edərdi və dərhal narkotik vasitənin qoyulduğu yerə yaxınlaşaraq narkotiki götürməsinə yönələn hərəkətlər etmiş olardı” barədə mülahizəsi ehtimal xarakterli olmaqla iş üzrə müəyyən edilmiş obyektiv sübutlarla təsdiq olunmur. Əksinə, təqsirləndirilən şəxsin həmin ərazidə gizlilik şəraitində hərəkət etməsi, telefon vasitəsilə əlaqə saxlaması, əvvəlki gün də eyni əraziyə gəlməsi, yerli sakinin diqqətini cəlb etməsi və onun səs-küy salmasından sonra ərazidən uzaqlaşması bir-biri ilə qarşılıqlı əlaqədə qiymətləndirildikdə, onun məqsədinin məhz narkotik vasitəni əldə etmək olduğu qənaətini gücləndirir. Bundan başqa, cinayət əməlinin başa çatdırılması üçün maneənin yalnız fiziki formada olması tələb olunmur. Şəxsin ifşa olunacağını anlaması, diqqət mərkəzinə düşməsi, hadisə yerində kənar şəxslərin olması və nəticədə cinayət əməlini təhlükəsiz şəkildə davam etdirməsinin mümkünsüz hala gəlməsi də onun iradəsindən asılı olmayan maneə kimi qiymətləndirilməlidir. Hazırkı iş üzrə də təqsirləndirilən şəxsin hadisə yerində yerli sakin tərəfindən tanınması, ona suallar verilməsi və səs-küy salınması onun hərəkətlərinin gizli şəkildə davam etdirilməsinə mane olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini başa çatdırmaması onun könüllü imtinası ilə deyil, iradəsindən asılı olmayan obyektiv səbəblərlə bağlı olmuşdur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ona təzyiq və təsirlər edilməsi, həmçinin fiziki zor tətbiq edilməsi barədə dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər məhkum olunmuş şəxsin ibtidai araşdırma zamanı müdafiəçinin iştirakı ilə aparılmış istintaq hərəkəti protokolları, habelə digər iş materialları ilə təkzib olunan dəlillər olmaqla ona CM-nin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə bəraət verilməsi və ya əməlinin tövsifinin dəyişdirilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası təqsirlərdirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə münasibətdə qeyd edir ki, məhkəmə bu hissədə təqsirləndirilən şəxsin iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxsin iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonraki qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonraki mərhələlərində iddia etdiyi hallarla bağlı heç bir orqana müraciət etməmiş, habelə sair qaydada iddia etdiyi halları mübahisələndirməmişdir. Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Beləliklə, təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qaldığını mübahisələndirməmişdir. Bundan başqa, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının ##.##.2025-ci il tarixli rəyindən görünür ki, şəxsin bədəni üzərində hər iki aşağı ətraflarda irinli-iltihablı infeksiyalaşmış yaralar aşkar edilmişdir, qeyd olunan xəsarətlər hər hansı bir infeksion xəstəliklər nəticəsində yaranmışdır, travma ilə hər hansı bir səbəbli əlaqəsi yoxdur. Eyni zamanda, təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində əvvəldən ayağında narahatlığı olduğunu, ekspert rəyində ayağında qeyd edilən iltihablanmanın onda olan əvvəlki xəstəliyi ilə bağlı olduğunu, onu polislərin etmədiyini bildirmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, göstərilən səbəblərdən təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qalmasına dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamışdır. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi «X6rşı» işi ilə bağlı qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri formal xarakterli dəlillər olmaqla əsassızdır. Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törətməsi işdə olan mötəbər sübutlarla tam təsdiq olunur. Həmin sübutlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni üsullarla əldə edilmişdir, mənbələri, habelə mənsubiyyəti məlumdur, təqsirliliklə bağlı hissədə müəyyən nəticəyə gəlmək üçün kifayət edirlər. Bu baxımdan həmin sübutlar CPMnin 125-ci maddəsinə əsasən mötəbər sübutlar kimi qəbul olunmalıdır. Odur ki, kollegiya belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, habelə əməlin hüquqi tövsifinin dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hеsаb еdir ki, istər ibtidai araşdırma zamanı, istərsə də açıq, qərəzsiz, оbyеktiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl еdilməklə kеçirilmiş məhkəmə istintaqında təqsirləndirilən şəхslərin müdafiə hüquqları tam həcmdə təmin еdilmiş və məhkəmə baхışı zamanı hər hansı kоbud prоsеssual qanun pоzuntusuna yоl vеrilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Cəza məsələsinə gəldikdə isə kollegiya aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almış, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, işdə olan Lənkəran şəhər İHB Liman şəhər İƏD nümayəndəliyi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə neytral xarakterizə olunur. İşdə olan ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir dəfə (2005) CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmiş, ##.##.2015-ci ildə Krasnoyarsk şəhər Sovetsk Rayon Məhkəməsinin hökmü ilə 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda barəsində CM-nin 234.1-ci maddəsi ilə Abşeron Rayon Məhkəməsində cinayət işi üzrə icraat aparılır, məhkumluğu yoxdur. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmiş, sonuncunu CMnin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə təqsirli bilib ona 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, aşkar edilmiş narkotik vasitələrin çəkisini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitələrin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, onun cinayətdə iştirak dərəcəsini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzanın məqsədlərini təmin edən növdə və həddə cəza təyin etmiş, bununla da işin faktiki hallarını düzgün qiymətləndirmiş, ümumilikdə cəza təyini məsələsində CM-nin 8.1-ci maddəsinə tam əməl etməklə qanuni və əsaslı cəzanın təyin edilməsinə nail olmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi cəza məsələsində də düzgün nəticəyə gəlmiş, bu hissədə cinayət və cinayət-prosessual qanunvericiliyi düzgün tətbiq etmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Pərviz Əhmədov Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar