Məhkəmə qərarları › İş №1(3-9)-187/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-187/2026

19.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-187/2026 19.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən və məruzəçi), Novruzova Aytən Nazim qızı və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R X2, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə MÜƏYYƏN ETDI: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü (hakimlər X10 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə) ilə ## ##### 1986-cı ildə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olunmayan, işləməyən, Saatlı şəhəri, X1 küçəsi, ev 33-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, ## ######## 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Saatlı Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, hazırda X42 saxlanılan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ######## 2025-ci il tarixdən ## ######## 2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 1 (bir) gün, ## ######## 2025-ci il tarixdən ## ###### 2026-cı il tarixədək həbsdə saxlanıldığı 5 (beş) ay 17 (on yeddi) gün, ümumilikdə 5 (beş) ay 18 (on səkkiz) gün müddət ona təyin edilmiş 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla üzərində 4 (dörd) il 9 (doqquz) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq saxlanılmış 4 (dörd) il 9 (doqquz) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasını çəkməsi himayəsindəki ## ######## 2017-ci il təvəllüdlü X12 14 yaşına çatmasınadək, yəni ## ######## 2031-ci il tarixə kimi təxirə salınmış, Təqsirləndirilən şəxs üzərinə azyaşlı uşağına qayğı göstərmək və onun tərbiyəsi ilə məşğul olmaq vəzifəsi qoyulmuş, Təqsirləndirilən şəxs göstərilən davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşadığı yer üzrə Saatlı rayon Icra və probasiya şöbəsinə tapşırılmış, Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə dəyişdirilmiş, o dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması hökm edilmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs ittiham olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 8 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını, 2025-ci ilin aprel ayının əvvəlində onunla qonşuluqda yerləşən ünvan 1 ünvanında əmisi X15 yaşayış olmayan evinin həyətyanı bağ sahəsində torpağa qanunsuz olaraq əkmiş, həmin toxumlarından cücərmiş 8 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkilərini suvarıb və diblərinə peyin verməklə onlara aqrotexniki qaydada qulluq göstərək, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirməklə xeyli miqdarda kultivasiya etmiş, 2025-ci ilin iyul ayında 1 ədəd və avqust ayında 1 ədəd həmin 8 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərindən torpaqdan çıxarıb, satış məqsədi ilə külli miqdarda 2414,34 qram narkotik vasitə qurudulmuş marixuana hazırlayıb əldə etmiş və ünvan 1 ünvanında yerləşən əmisi X15 məxsus yaşayış olmayan evin otağında satış məqsədi ilə külli miqdarda saxlamış, ## ######## 2025-ci il tarixdə Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanında yerləşən yaşayış olmayan evin həyətyanı bağ sahəsində 7 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 8000,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, evin böyük otağında girişdən sol tərəfdəki pəncərələrin qarşı tərəfində döşəmənin üzərindən 1 ədəd karton qutunun içərisində 3 ədəd çay qutularında ayrı-ayrılıqda təmiz çəkisi 325 qram, 420 qram, 240 qram və 7 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkisi 2,82 qram, 2,85 qram, 3,12 qram, 2,80 qram, 3,27 qram, 2,91 qram, 1 ədəd polietilen torbada təmiz çəkisi 540 qram, həmin torbadakı 1 ədəd kibrit qutusunda təmiz çəkisi 3,30 qram, başqa 1 ədəd polietilen torbada 820 qram və 1 ədəd dəmir qabda təmiz çəkisi 45,0 qram, olmaqla ümumilikdə külli miqdarda 2414,34 qram narkotik vasitə qurudulmuş marixuana, həmin yerdə və divara asılmış vəziyyətdə cəmi 10 ədəd quru halda ümumi çəkisi 200,0 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri həmin gün saat 07:33-dən 09:00-dək olan müddət ərzində aparılan baxış zamanı aşkar edilərək götürülmüşdür. APELLYASIYA PROTESTININ DƏLILLƏRI: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya protesti verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü CM-in 79-cu maddəsinin tətbiq edildiyi hissədə əsassız və ədalətsiz olduğundan, həmçinin cinayət və cinayət-prosessual qanununun normaları düzgün tətbiq edilmədiyindən dəyişdirilməli və CM-in 79-cu maddəsinin tətbiqi barədə müddəa hökmdən xaric edilməlidir. Apellyasiya protestini belə əsaslandırmışdır ki, iş üzrə dövlət ittihamçısı kimi yekun nitqində məhkəməyə Təqsirləndirilən şəxs CM-in 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə CM-in 234.4.3cü madd ilə 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 237.1-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, CM-in 66.3-cü maddəsi ilə təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 7 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi təklif edilmişdir. Təklifinin nəzərə alınmadığı hissədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ilə razılaşmır və hesab edir ki, qeyd olunan məhkəmə hökmü CM-in 79-cu maddəsinin tətbiq edildiyi hissədə əsassız və ədalətsiz olduğundan, həmçinin cinayət və cinayət-prosessual qanununun normaları düzgün tətbiq edilmədiyindən dəyişdirilməli və CM-in 79-cu maddəsinin tətbiqi barədə müddəa hökmdən xaric edilməlidir. Məhkəmə hökmdə təqsirləndirilən şəxsin cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi şəraitini, cinayət əməlini törətdikdən sonrakı davranaşını nəzərə almadan, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunacağı qənaətinə gəlməklə onun barəsində əsassız və ədalətsiz olaraq CM-in 79cu maddəsini tətbiq edərək azadlıqdan məhrum etmə cəzasını təxirə salınmalı olmasını müəyyən edərək hökmün ədalətli, qanuni və əsaslı olmasını şübhə altına alınmışdır. Azərbaycan Respublikasının CM-in 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Təsadüfi deyildir ki, qeyd edilən qanun normasında “cəzanın çəkilməsini təxirə sala bilər” müddəası müəyyən edilmişdir. Yəni qanunvericilikdə hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsinin təxirə salınması imperativ olaraq müəyyən edilməmişdir. Cəza təyini zamanı qanunvericiliklə müəyyən edilmiş prinsip və normalar mütləq mənada nəzərə alınmalıdır. X4 Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündə təqsirləndirilən şəxs barəsində CM-in 79-cu maddəsini tətbiq etmək üçün istinad edilən cəzanı yüngülləşdirən hallar maddənin sanksiyası həddində cəza təyin edilərkən kifayət qədər nəzərə alınmışdır. Buna baxmayaraq, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, yenidən qəsdən cinayət törətməsini nəzərə almadan əsassız olaraq təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunacağı qənaətinə gəlmişdir. Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı olub törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmalıdır. Cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi konkret əməlin fərdi əlaməti olub, edilən cinayətin ağırlığını müəyyən edir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi, edilmiş konkret əməlin həmin növdən olan başqa konkret cinayətlə müqayisədə fərqlənən təhlükəliliyidir. Cinayətin ictimai təhlükəlilik dərəcəsini, bir qayda olaraq, cinayətin obyektiv cəhətini, cinayətin xarakterini isə cinayətin obyekti və subyektiv cəhətini xarakterizə edir. Cəza təyinində törədilən cinayətin xarakteri və təhlükəlilik dərəcəsi müəyyən edilərkən konkret cinayətlə bağlı bütün hallar məcmu qaydasında götürülərək nəzərə alınır. Hazırkı cinayət işi üzrə isə Təqsirləndirilən şəxs barəsində CM-in 79-cu maddəsinin tətbiqinin istinad olunduğu cinayət əməli böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət deyil, CM-in 15.4-cü maddəsinə əsasən, obyekti əhalinin sağlamlığının təhlükəsizliyi sahəsində olan ictimai münasibətlərə qəsd edən ağır cinayətlər kateqoriyasına aiddir və birbaşa qəsdlə, əvvəlcədən planlaşdırılmaqla törədilmişdir. Həmçinin təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması onun ictimai təhlükəlilik dərəcəsinin yüksək olmasını, azadlıqda qalacağı təqdirdə yenidən cinayət əməllərini törətməkdə davam edəcəyini ehtiva edir. Belə ki, Təqsirləndirilən şəxs ifadələrində göstərmişdir ki, 2025-ci ilin aprel ayının əvvəlində kənddə yolda gedərkən yerdə “papiros” sellofanında “nəşə” toxumları görmüş, həmin toxumları gətirib Təhməzin həyətyanı bağ sahəsində kolların arasında yanbayan əkmiş, daha sonra su və toyuq peyini verərək həmin bitkilərə qulluq etmişdir. 8 ədəd “nəşə” ağacı yetişmiş, ağacının birini kötükdən çıxarıb Təhməzin evinin böyük otağına divardan asmış, lazımı hissələrini yığıb tam quruması üçün döşəmənin üstünə sərmişdir. Qurumuş “nəşə”ni boş çay qutularına, daha sonra kibrit qutularına yığmışdır. 2025-ci ilin avqust ayının ortalarında həyətdəki “nəşə” ağacanın birini də çıxarıb yenə də evin böyük otağında divardan asmış və həmin ağacın bir hissəsini quruduqdan sonra dəmir ləyən qaba yığmış, qalan hissəsi isə divarda aslı vəziyyətdə qalmışdır. Həmin “nəşə”ni onun maddi imkanı zəif olduğu üçün qurudub saxlamışdır ki, satıb pul əldə edər. Həmin “nəşə”dən 4-5 dəfə evində usta işləyən Xalidə kibrit qutusunda vermiş, Xalid evində işlədiyi üçün Xaliddən konkret “nəşə”nin pulunu almamış, yalnız hər kibrit qutusuna görə 30 manat Xalid usta pulundan çıxmışdır. 2025-ci ilin avqust ayında Bakı şəhərində Namidə 1 ədəd kibrit qutusunda vermiş, Namid ona 50 manat pul vermişdir. Təqsirləndirilən şəxs ifadələrində həmçinin qeyd edilən narkotik vasitədən hərdən başı ağrıyan zaman istifadə etdiyini bildirmişdir. Iş materiallarına olan ## ######## 2025-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 050-307-12-84 mobil nömrə ilə qeydiyyatdan keçirilmiş “Whatsapp” proqramına daxil olduqda “Namiq” adı ilə qeyd olunmuş kontakt şahid1 (051-421-53-17) ilə olan mesajlara baxış keçirilmişdir. Danışıqlar aşağıdakı formadadır: ##.##.2025-ci il tarixdə: -şahid1 saat 18:23-də 11 saniyə uzunluğunda “yaxşı bacı, day 350-yə danışmışdıq, 330-a zada razılaşmaq olar”, -Təqsirləndirilən şəxs saat 18:24-də 10 saniyə uzunluğunda “hə, yaxşı qaqa, Allah köməyin olsun, indi səsini atacam, görüm nə deyəcəklər, razılaşsa göndərərsən, razılaşmasa eybi yox, nə deyim”, -Təqsirləndirilən şəxs saat 18:24-də 4 saniyə uzunluğunda “Namid, gözlə 10 dəqiqəyə sənə söz deyəcəm, dayan görüm nə deyəcəklər”, bundan sonra həmin tarixdə saat 18:24-də şahid1 Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:23-də göndərdiyi 11 saniyəlik səs yazısını Namidə yönləndirmiş, - Təqsirləndirilən şəxs saat 18:24-də 2 saniyə uzunluğunda “səsini kopyalayıb, özünə atmışam çaşıb”, -Təqsirləndirilən şəxs saat 18:28-də 15 saniyə uzunluğunda “Namid, dirəşibe, deyir 30 manatdan şey elə, 30 manatın içində 3 qramdı, deyir 3 qram 3 qram nə qədərdi, cəhənnəm, nağarıme, mənə pul lazımdı deyə bu səfərlik belə olsun, görək nə olacaq” -şahid1 saat 18:29da 12 saniyə uzunluğunda sizin ona “hə, heçnə baxda indi, təmiz işdisə, ver getsin, salamat adam olsune heç olmasa, mənə də saxla ha onlardan” -Təqsirləndirilən şəxs saat 18:30-da 30 saniyə uzunluğunda “mənəyə özüdə, ədə sən bunların dadına baxmısan, indi o birisilərin dadına bax, göndərdiylərimin, gör nətərdi, belə şey olsa, nə deyirəm, dişinə deyirdim ondan 5-6 dənə göndərərdim, verərsən o mənə dediyin qiymətdən dişinin pulun verginən, 5-3 manatı adam tapıre, əsas dişindi” məzmunda səs yazıları göndərilmişdir. Qeyd edilən sübutlar təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutulanadək mütəmadi olaraq narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmasını, narkotik vasitələrin alqı-satqısının onun əsas məşğuliyyəti olmaqla əsas gəlir mənbəyi olmasını deməyə əsas verir. Başqa sözlə desək Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olarkən hüquq mühafizə orqanları əməkdaşları tərəfindən tez bir zamanda ifşa edilmişdir. Şərh edilənlərə baxmayaraq, məhkəmə təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşağın olmasını nəzərə alıb onun cəza çəkməsini təxirə salmışdır. Iş materiallarında olan məhkəmə ambulator narkoloji ekspertizasının ## ###### 2025-ci il tarixli **** nömrəli rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (cild 1, i/v: 243- 244) “Saatlı Rayon Icra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya”nın rəyindən də göründüyü kimi Təqsirləndirilən şəxs həyat tərzi və fəaliyyəti müəyyən hallarda uşaqların gündəlik tələbatı, qayğısı, təlim-tərbiyəsi, təhsili və inkişafına mane olur. Buna əsasən onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilməsi ilə əlaqədardır. Uşaqların gündəlik qayğı və təhlükəsizliyi üçün qəyyumluq tətbiqi zəruridir bu məqsədlə hazırda da uşaqların saxlanılması, təlim-tərbiyəsi ilə məşğul olan Saatlı rayon Qıraqlı kənd sakini, uşaqların əmisi X5 qəyyumluğuna verilməsi uşaqların mənafeyinə uyğundur. Lakin, məhkəmənin qeyd edilənləri nəzərə almadan yenidən cinayət əməli törətməkdə davam edən, narkotik vasitələrin qanunsuz dövriyyəsini əsas peşa və gəlir mənbəyi hesab edən təqsirləndirilən şəxsin 2 azyaşlı uşağı sağlam, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli olmasını müəyyən etməsi anlaşılan deyil, əksinə azyaşlı uşaqların qabiliyyətinin inkişaf etdirilməsi, onların maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsində müəyyən natamamlıq yaradacaqdır. Beləliklə, mübahisəsizdir ki, birinci instansiya məhkəməsi cinayət qanununun müddəalarını düzgün tətbiq etməyərək, təqsirləndirilən şəxsə təqsirli bilinidiyi maddənin sanksiyası həddində cəza təyin etməsinə baxmayaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, narkotik vasitələrin satışı ilə məşğul olmasını nəzərə almadan əsassız olaraq təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması qənaətinə gələrək təqsirləndirilən şəxsin barəsində CM-in 79-cu maddəsini tətbiq edərək onun cəza çəkməsini təxirə salmışdır. Məhkəmə hökmdə bu halları konkretləşdirməmiş, cinayət əməlinin iştirakçılıq formasında deyil, təqsirləndirilən şəxs tərəfindən tək törədilməsi şəraitində onun cəza çəkmədən islah olunacağı qənaətinə gəlmə səbəblərini hökmdə əsaslandırmamış, həmin halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin halların cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmamışdır. Təqsirləndirilən şəxs barəsində CM-in 79-cu maddəni tətbiq etmək üçün hallar mövcud olmamış, onun törətmiş olduğu cinayətin ictimai təhlükəliliyini azaldan, şəxsiyyətini müsbət mənada müstəsna səciyyələndirən hər hansı digər hallar müəyyən edilməsə də, lakin məhkəmə əsassız və qanusuz olaraq təqsirləndirilən şəxs barəsində CM-in 79-cu maddəsini tətbiq edərək Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunacağı qənaətinə gəlməklə səhvə yol vermiş, ümumiyyətlə hökmdə təqsirləndirilən şəxs barəsində CM-in 79-cu maddəsinin mütləq olaraq tətbiq edilməli olması əsaslandırılmamışdır. məhkəmə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 05 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasından 69.3-cü maddəsinə əsasən ## ######## 2025-ci il tarixdən ## ######## 2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu və həbsdə saxlanıldığı 05 ay 18 gün hissəsini çıxaraq saxladığı 04 il 09 ay 12 gün müddətə azadlıqdan məhrum etmə cəzasına CM-in 79.1-ci maddəsinin tətbiq edilməsində səhvə yol vermişdir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarının 25-ci bəndində tövsiyyə edilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü CM-in 79-cu maddəsinin tətbiq edildiyi hissədə əsassız və ədalətsiz olduğundan, həmçinin cinayət və cinayət-prosessual qanununun normaları düzgün tətbiq edilmədiyindən dəyişdirilməli və CM-in 79-cu maddəsinin tətbiqi barədə müddəa hökmdən xaric edilməlidir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya məhkəməsində çıxışında dövlət ittihamçısı X2 apellyasiya protestinin təmin olunmasını, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün dəyişdirilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəməsində çıxışında apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Avropa Insan Hüquqları Məhkəməsi “X27rşı”, “X22rşı”, “Ermi Italiyaya qarşı” məhkəmə işləri üzrə Qərarlarında dövlətin pozitiv öhdəlikləri prinsipindən çıxış edərək göstərmişdir ki, müdafiənin əslində ilk növbədə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən həyata keçirilməsinə baxmayaraq, ədalətliliyin əsas təminatçısı qismində məhkəmələr çıxış edirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası işin materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya protesti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinici instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilərək demişdir ki, çətənə bitkilərini əkmişdir. 2414,34 qram narkotik vasitə qurudulmuş marixuanın o, çəkidə olub-olmamasını dəqiq deyə bilməmiş, başında olan xəstəliyi ilə bağlı əri ilə bir yerdə 2-3 dəfə marixunadan istifadə etmişdir. Başında olan xəstəliyi və ağrıları 5-10 iynə ilə kəsilmirmiş, marixuananı şəxsi istifadəsi üçün əkmiş, satmaq məqsədi olmamışdır. Yoldaşı hazırda həbsdədir. Marixuananı əkmək məqsədi olmamış, qonşuluqda yaşayan bibisigilə gedərkən yolda selofan torbanın içərinsində marixuana toxumlarını tapmış, tapdığı toxumları əkmiş, əkdiyi toxumlar böyüyüb bir hala gəldikdən sonra bilmişdir ki, əkdiyi toxumlar marixuanadır. Marixuana istifadə edən zaman baş ağrıları kəsilmişdir. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, əkdiyi toxumların gül toxumu olduğunu bilirmiş, həmin toxumları onunla qonşuluqda yaşayan bibisigilə gedərkən tapmış, 10 dənə toxum əkmiş, əkdiyi 10 ədəd toxumlardan 8-i çıxmış, əkdiyi toxumlara qulluq etmiş, su verib dibini boşaltmışdır. Əkilən hər bir toxumlara bitməsi üçün onlara qulluq etmək lazım olduğunu bilmiş, əkdiyi toxumlara həftədə bir-iki dəfə su vermiş, əkdiklərindən iki ağacı dibindən çıxarmış, sonra əli ilə təmizləmiş, təmizlədiklərini qaba sərib qurutmuşdur. Iki ağacı təmizləyib qurutmuş, qurutduqlarını çay qutusuna qoymuşdur. Kibrit qutusunda olanları qohumu Namiqə verəcəkmiş, Namiqdən qarşılığında heç nə almayacaqdır. Namiq bibisi oğludur. Namiqin narkotik vasitə istifadə etdiyini bildiyi üçün ona verəcəkdi. Namiq marixunaya görə ona pul verməmiş, ailə vəziyyəti yaxşı olmadığına görə 100-200 manat verib ona kömək etmiş, amma Namiqə nəsə verərkən ona qarşılığında pul verməsi halı olmamışdır. Yaxın qohumu şahid2 evində təmir işləri görmüş, ona da marixuana vermişdir. Xalid evində işləyib ondan pul almamış, o da Xalidə marixuana pay vermişdir. Polis əməkdaşları həyətə gələndə 5 ağac olmuş, qurudulmuş marixuana isə 5 kibrit qutusunda və iki çay qutusunda bir də yaş marixuana olmuşdur. Əri həbsdə olduğu üçün fikirləşmişdir ki, kim onun üçün marixuana tapar, ona görə əkib saxlamışdır. Ərindən başqa heç kimlə marixuana istifadə etməmişdir. Əri siqareti dolduraraq bir yerdə istifadə etmişlər. Təsadüfi hallarda siqaret çəkmişdir. Əri siqaretə marixuananı doldurmaq prosesini ona öyrətmişdir. Əri bir dəfə həyətdə çətənə kolları əkdiyi üçün həbs olunmuşdur. Əri ona çətənə kollarının yarpaqları saralanda quruduğunu bildirmişdir. Namid bibisi oğludur. Namid ona çətənə kollarının əkilməsində heç bir məsləhət verməmiş, ayda bir dəfə, elə olmuşdur ki, 2-3 aydan bir baş ağrıları olan zaman qurudulmuş marixuana istifadə etmişdir. Çətənə kollarının çox olacağını bilməmişdir. Iynə dərman ona təsir etmədiyi üçün marixuanadan istifadə etmişdir. Ola bilər kimsə görüb gedib polisə məlumat vermişdir. Əmisi Təhməz uzun illər həmin evdə yaşamadığı üçün çətənə kollarını onun həyətində əkmişdir.Əmisi Təhməz baba həyətində yaşamış, onlarla qonşuluqda yaşamışdır. Başında bir neçə xəstəliyi var, xəstəliyi ilə bağlı hazırda heç bir sənədi olmamışdır. Həyətində əkdiyi marixuananı öz şəxsi istifadəsi üçün əkmişdir. Namiq ona narkotik vasitə ilə bağlı pul göndərməmiş, uşaqları hazırda heç kimin himayəsində deyillər, uşaqlara baxan yoxdur. Qaynatası 1-ci qrup əlildir, qaynatısının uşaqlara baxmağa imkanı yoxdur. Ölən qaynının uşaqları da qaynatasıgildə qalmışdır. Törətdiyi əməldən peşmandır. Qohumu Xalidin narkotik vasitə istifadə etdiyini bildiyi üçün ona narkotik vasitə vermişdir. Həyətində əkdiyi marixuana bitkilərinin hamısını eyni vaxtda əkmiş, həyətdə olan palatka-örtük həyətin olmuş, bütün toxumların hamısını bir yerdə əkmiş, evdə olan qurudulmuş marixuanaları əkdiyi kollardan yığmışdır. Marixuananın qurudulmuş yarpaqlarının, yoxsa çiçəklərinin hansının bahalı olduğunu bilməmişdir. Kibrit qutuları istifadə etdiyi kibrit qutularıdır, kibrit qutularını içərisinə narkotik vasitə yığmasından ötrü saxlamışdır. Çətənə kollarının budaqlarının divardan asılaraq qurudulması barədə ona heç kim bir söz deməmişdir. Çətənə kollarının əkilməsi və yığılmasının cinayət olmasını bilməmişdir. Çətənə kollarının yarpaqlarının budaqlarından ayrı yığılmasını ona əri demişdir. Ərinin yanına narkotik vasitə aparmamışdır. Namiqə narkotik vasitə göndərməmiş, Namiqin özünə narkotik vasitə vermiş, ama satmamışdır. Namiqin onun çətənə kolları əkməsində xəbəri olmamışdır. Ibtidai istinaq zamanı qorxduğu üçün Namiqin adını vermişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əlavə ifadə verərək bildirmişdir ki, polis əməkdaşları həyətlərinə girdikdən sonra onu qorxutmuş, sonra döyərək aşkar etdiklərini çətənə kollarından və qurudulmuş marixuanalardan başqa da narkotik vasitə olduğunu soruşmuş, o, isə aşkar olunanlardan başqa çətənə kolları və qurudulmuş marixuana olmadığını bildirmişdir. Bir-iki saat keçdikdən sonra polis əməkdaşlarına ayaq yoluna getmək istədiyini bildirmiş, polis əməkdaşları onu ayaqyoluna getməyə qoymamış, ona həyətdə olan otluğun içində təbii ehtiyacını ödəməyi demişlər. Bir saatdan sonra onu evinə gətirmişlər. Polis əməkdaşlarından bir nəfəri ona “gəl düş həyətə əlüzünə su vur, toyuq cücələrinə dən-su ver” sözlərini demiş, onu evinin balkonunda 20-25 dəqiqə əyləşdirmişlər. Daha sonra onu babasıgilin evinə narkotik olan evə aparmışlar. Otağa girən zaman otağın yan tərəfində bulud rəngində olan selofanda nəsə olmuş, selofanların birinin ağzının açıq olduğunu və içərisində marixuana olduğunu görmüş, həmin marixuanalar quru olmamışdır. Əkdiyi ağaclardan birini təmizləmiş, həmin ağacdan 150 qram marixuana çıxarmışdır. 150 qram marixuanadan 50 qram marixuana uşaqlara verdiyi marixuana olmuşdur. Videogörüntüdə olan 3 qutunun çəkisini dəqiq bilməmiş, 100 qram marixuananı bölüb 3 qutuya tökərək ağzını açıq qoymuşdur ki, kif gətirməsin. Evindən aşkarlanan qurudulmuş marixuananı polis əməkdaşları tərəfindən onun evinə qoyulmuşdur. Onda, 150 qram uzağı 200 qram marixuana olmuş, digərini isə polis əməkdaşları onun evinə qoymuşlar. Polislər ona video çəkilişdə nə deyiləcəksə onu deməsini bildirmişlər. Ərinin yanına cəzaçəkmə müəssisəsinə gedərkən orada bir qadınla tanış olmuş, həmin qadın ərinin həbsdə olduğunu, bir-biriləri ilə əlaqə saxlayaraq ərlərinə nəsə lazım olanda gətirmələrini bildirmiş, iki-üç gün həmin qadınla “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlamış, həmin qadın narkotik vasitə istifadəçisi olduğunu ona demiş, öz istifadəsi üçün tanıdığı adamdan ucuz qiymətə narkotik vasitə tapmasını ondan xahiş etmişdir. Həmin qadına belə bir yer bilmədiyini, maraqlanıb ona məlumat verəcəyini demişdir. Həmin vaxt uşaqların məktəbə getmə vaxtları olmuş, uşaqların məktəbə getməyə paltarları olmadığı üçün həmin qadına özündə olan narkotik vasitədən bir az verərək ondan pul alıb uşaqları üçün paltar almağı fikirləşmişdir. Namiqə atdığı səsləri həmin qadına atmış, 20-25 dəqiqədən sonra həmin qadına zəng çatmamış, Namiqin narkotik vasitələrdən məlumatı olmamışdır. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, polislərin evinə narkotik vasitə qoyduğunu görməmiş, həmin bulud rəngində olan selofanlar onun evində olmamış, polislər onun evinə gələndə əllərində nəsə olmuşdur. Polislərin otağa nəsə qoyduqların görməmiş, amma əllərində selofan olmuşdur. 4-5 dəfə narkotik vasitə marixuanadan istifadə etmişdir. Polislərin onlara gəldiyi saatı xatırlamamış, sübh tezdən gəlmişlər. Təxminən saat 8 radələrində polis əməkdaşları onlara gəlmiş, saat 10 radələrində getmişlər. Iş materiallarında olan “cinayət işi başlanması və aidiyyəti üzrə verilməsi haqqında” ## ######## 2025-ci il tarixli qərardan görünür ki, ## ######## 2025-ci il tarixdə Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində X15 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış olmayan həyətyanı sahəyə baxış keçirilərkən həyətdən 7 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, bundan əlavə həmin həyətyanı sahədə yerləşən yaşayış olmayan evin otağından 1 ədəd karton qutunun içərisində 3 ədəd çay qutularında və 7 ədəd kibrit qutularında, 1 ədəd polietilen torbada, həmin torbadakı 1 ədəd kibrit qutusunda, başqa 1 ədəd polietilen torbada, 1 ədəd dəmir qabda, ümumilikdə külli miqdarda 2414,34 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 10 ədəd quru halda ümumi çəkisi 200,0 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri aşkar edilərək götürülməsi ilə bağlı **** nömrəli material üzrə Təqsirləndirilən şəxs Fərruz qızı və şahid1 barələrində Cinayət Məcəlləsinin 237.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (cild 1, i.v. 1-2) Iş materiallarında olan “baxış keçirilməsi haqqında” ## ######## 2025-ci il tarixli protokoldan görünür ki, X15 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış olmayan həyətyanı sahəyə baxış keçirilərkən həyətdən 7 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, bundan əlavə həmin həyətyanı sahədə yerləşən yaşayış olmayan evin otağından 1 ədəd karton qutunun içərisində 3 ədəd çay qutularında və 7 ədəd kibrit qutularında, 1 ədəd polietilen torbada, həmin torbadakı 1 ədəd kibrit qutusunda, başqa 1 ədəd polietilen torbada, 1 ədəd dəmir qabda, ümumilikdə külli miqdarda 2414,34 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 10 ədəd quru halda ümumi çəkisi 200,0 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs çətənə bitkilərini bibisi oğlu şahid1 ilə birlikdə əkib yetişdirdiyini bildirmişdir. (cild 1, i.v.16-20) Iş materiallarında olan ## ######## 2025-ci il tarixli “mütəxəssis rəyi”nə əsasən X15 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış olmayan həyətyanı sahədən aşkar olunmuş ümumilikdə 7 ədəd narkotik tərkibli çətənə bitkilərinin boyu 1.5-2.5 metr olmaqla suvarma, gübrələmə və sair aqrotexniki qaydada becərilmə və aqrotexniki qaydada qulluq işləri aparılmışdır. (cild 1, i.v.21) Iş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” ## ######## 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:50-dəqiqədə Cinayət Məcəlləsinin 237.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, i.v.44) Iş materiallarında olan məhkəmə-bioloji ekspertizanın ## ######## 2025-ci il tarixli **/*** nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs baba həyətindən 7 ədəd...” sözləri və imzalar olan sintetik torbada 7 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 8000,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş 7 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs baba evində...marixuana...” sözləri və imzalar olan karton qutuda 3 ədəd çay qutularında ayrı- ayrılıqda təmiz çəkisi 325qr, 420qr, 240qr, 7 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkisi - 2,82qr, 2,85qr, 3,12qr, 3,27qr, 2,80qr, 3,27qr, 2,91qr, ümumi çəkisi 1006,04 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs baba evindən marixuana....” sözləri və imzalar olan 02 ədəd polietilen torbanın birincisində təmiz çəkisi - 540qr, həmin torbada 1 ədəd kibrit qutusunda təmiz çəkisi - 3,30qr, digər polietilen torbada 820qr, ümumi çəkisi - 1363,30 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinden kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs baba evindən..marixuana.” sözləri və imzalar olan 1 ədəd polietilen torbada təmiz çəkisi 45,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində: “..Təqsirləndirilən şəxs baba evindən..çətənə bitkisi..” sözləri və imzalar olan 1 ədəd polietilen torbada 10 ədəd quru halda ümumi çəkisi 200,0 qram olan çətənə (kannabis) bitkisinə oxşar bitkilərin hissələri çətənə (kannabis) bitkisinin hissələridir, həmin hissələrin tərkibində narkotik aktivliyə malik komponentlər vardır. (cild 1, i.v.54-58) Iş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” ## ######## 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 237.2.1- ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrdə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur. (cild 1, i.v.70-71) Iş materiallarında olan “maddi sübut kimi tanıma haqqında” 07 sentybar 2025-ci il tarixli qərardan görünür ki, ekspert tədqiqatından sonra qalıq çəkisi 7999,30 qram olan 7 (yeddi) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, qalıq çəkisi 2412,94 qram olan narkotik vasitə qurudulmuş marixuana və qalıq çəkisi 199,0 qram olan 10 (on) ədəd çətənə bitkisinin hissələri maddi sübut kimi tanınaraq saxlanılması üçün Saatlı RPŞ-nin maddi sübutları saxlama otağında təhvil verilmişdir. (cild 1, i.v.85-86) Iş materiallarında olan Saatlı Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, 4 (***)-**/**** nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli ## ######## 2025-ci il tarixdən saat 07:33-dən hesablanmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərmişdir ki, ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilir. Bu əməlinə görə də peşmançılıq çəkir. Məhkəmədən himayəsində iki azyaşlı uşağının olmasını, həmin uşaqlara baxacaq kimsənin olmamasını bildirərək vəsatətin təmin edilməməsini xahiş etmişdir. (cild 1, i.v.97-101) Iş materiallarında olan “mobil telefona baxış keçirilməsi haqqında” ## ######## 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefon “Redmi A1” markalı olmaqla ön hissəsi və arxa hissəsi qara rənglidir, mobil telefon smartfon tiplidir, toxunuşla idarə olunur, telefonda simvol şəklində (1, 4, 7 və 8) ekran kilidi vardır. Içərisində qalereya, qısa mesaj, zəng qeydiyyatı, telefon kitabçası ilə yanaşı, “Whatsapp”, “Youtube” və sair proqramlar vardır. Həmin mobil telefonda 050-307-12-84 mobil nömrə ilə qeydiyyatdan keçirilmiş “Whatsapp” proqramına daxil olduqda orada “Namiq” adı ilə qeyd olunmuş kontakt şahid1 (051- 421-53-17) ilə olan mesajlara baxış keçirilmişdir. Həmin şəxslə olan danışıqlar aşağıdakı formada olmuşdur: ##.##.2025-ci il tarixdə: şahid1 saat 18:23-də 11 saniyə uzunluğunda “yaxşı bacı, day 350-yə danışmışdıq, 330-a zada razılaşmaq olar”, Təqsirləndirilən şəxs saat 18:24-də 10 saniyə uzunluğunda “hə, yaxşı qaqa, Allah köməyin olsun, indi səsini atacam, görüm nə deyəcəklər, razılaşsa göndərərsən, razılaşmasa eybi yox, nə deyim”, Təqsirləndirilən şəxs saat 18:24-də 4 saniyə uzunluğunda “Namiq, gözlə 10 dəqiqəyə sənə söz deyəcəm, dayan görüm nə deyəcəklər”, bundan sonra həmin tarixdə saat 18:24-də şahid1 Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:23-də göndərdiyi 11 saniyəlik səs yazısını Namidə yönləndirmiş, Təqsirləndirilən şəxs saat 18:24-də 2 saniyə uzunluğunda “səsini kopyalayıb, özünə atmışam çaşıb”, Təqsirləndirilən şəxs saat 18:28-də 15 saniyə uzunluğunda “Namiq, dirəşibe, deyir 30 manatdan şey elə, 30 manatın içində 3 qramdı, deyir 3 qram 3 qram nə qədərdi, cəhənnəm, nağarıme, mənə pul lazımdı deyə bu səfərlik belə olsun, görək nə olacaq”, şahid1 saat 18:29-da 12 saniyə uzunluğunda sizin ona “hə, heçnə baxda indi, təmiz işdisə, ver getsin, salamat adam olsune heç olmasa, mənə də saxla ha onlardan”, Təqsirləndirilən şəxs saat 18:30-da 30 saniyə uzunluğunda “mənəyə özüdə, ədə sən bunların dadına baxmısan, indi o birisilərin dadına bax, göndərdiylərimin, gör nətərdi, belə şey olsa, nə deyirəm, dişinə deyirdim ondan 5-6 dənə göndərərdim, verərsən o mənə dediyin qiymətdən dişinin pulun verginən, 5-3 manatı adam tapıre, əsas dişindi” məzmunda səs yazıları göndərilmişdir. Bundan başqa həmin “Whatsapp” proqramında “Dusan” adı ilə qeyd olunmuş kontakt şahid2 (051-439-49-68) ilə olan mesajlara baxış keçirilmişdir. Həmin şəxslə olan danışıqlar aşağıdakı formada olmuşdur: ##.##.2025-ci il tarixdə: Təqsirləndirilən şəxs saat 22:09-da internetdən götürülmüş “çətənə kollarına” oxşar bitkilərin şəklini göndərərək, saat 22:10- da “buna bax neye oşşayır (gülmək ifadəsi)” məzmunda mesaj, şahid2 saat 22:12-də “hmm” məzmunda mesaj, ##.##.2025-ci il tarixdə: şahid2 saat 22:06-da “Salam nətersən yetim bir yeşiy pamidor” məzmunda mesaj, Təqsirləndirilən şəxs saat 22:07-də “gel” məzmunda mesaj, şahid2 saat 22:07-də “Gəlləm qapının çölündə olacam” məzmunda mesaj, Təqsirləndirilən şəxs saat 22:08-də “Ok” məzmunda mesaj, ##.##.2025-ci il tarixdə şahid2 saat 23:30-da “Bayaqki qatiqdan var” məzmunda mesaj, Təqsirləndirilən şəxs saat 23:31-də “He” məzmunda mesaj, şahid2 saat 23:36-da “Gəlim” məzmunda mesaj, Təqsirləndirilən şəxs saat 23:36-da “He” məzmunda mesaj, şahid2 saat 23:37-də “Gəldim çixart”, “Qapının ağzına” məzmunda mesaj, Təqsirləndirilən şəxs saat 23:37-də “Ok” məzmunda mesaj yazılmışdır. (cild 1, i.v.114-120) Iş materiallarında olan Saatlı Rayon Məhkəməsinin “əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın yoxlanılması barədə” ## ######## 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Saatlı şəhəri, X1 küçəsi, ev 31 ünvanında qeydiyyatda olan əmisi X16 yaşayış olmayan həyatyanı torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-yetişdirməsini müəyyən etmək üçün dərhal həmin əraziyə baxış keçirilməsi növündə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə Saatlı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, R şahid6 ## ######## 2025-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (cild 1, i.v.121-123) Iş materiallarında olan “diskə baxış keçirilməsi haqqında” ## ####### 2025-ci il tarixli protokoldan görünür ki, “xxxx” MMC-nin ## ####### 2025-ci il tarixli ***** nömrəli məktubuna əlavə edilmiş diskə baxış keçirilmiş və diskdə aşağıdakı faylar vardır. “503071284_SMS.txt” adlı faylda ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan mesajlar barədə məlumatlar əks olunmuşdur. “514215317_SMS.txt” adlı faylda 051-421-53-17 mobil telefon nömrəsinə daxil olan və çıxan mesajlar barədə məlumatlar əks olunmuşdur. “994503071284.txt” adlı faylda 050- 307-12-84 mobil telefon nömrəsinə daxil olan və çıxan zənglər barədə məlumatlar əks olunmuşdur. “994514215317.txt” adlı faylda 051- 421-53-17 mobil telefon nömrəsinə daxil olan və çıxan zənglər barədə məlumatlar əks olunmuşdur. “abunechiler.xls” adlı faylda 050-307-12- 84 və 051-421-53-17 mobil telefon nömrələrinə daxil olan və çıxar zənglərin və mesajların mobil nömrələrin kimlərin adına qeydiyyatda olması barədə məlumatlar əks olunmuşdur. “antena.xlsx” adlı faylda 050- 307-12-84 və ***-***-**-** saylı mobil telefon nömrələrinə olan və göndərilən zənglərin və mesajların antenləri barədə məlumatlar əks olunmuşdur. Mobil telefon danışıqlarına dair məlumatlar təhlil olunarkən, iş üçün əhəmiyyət kəsb edən aşağıdakılar məyyən müəyyən olundu: “503071284_SMS.txt”, “514215317_SMS.txt”, “994503071284.txt və “994514215317.txt” adlı fayllara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumatlara rast gəlinməmişdir. “Antena.xlsx” adlı fayla baxış zamanı şahid1 istifadəsində olan 051-421-53-17 mobil nömrənin anten məlumatlarından görünür ki, həmin mobil nömrə adətən Bakı şəhəri dairəsində, ##.##.2025-ci il tarixdə Beyləqan rayonu, Daşburun dairəsində, ##.##.2025-ci il tarixdə isə Quba-Timiryazov dairəsində olmuş, ümumiyyətlə Saatlı şəhəri dairəsində olmamışdır. Həmin fayla baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrənin anten məlumatlarından isə görünür ki, həmin mobil nömrə adətən Saatlı şəhəri dairəsində olmuş, ##.##.2025-ci il tarixdə Hacıqabul rayonu, Nəvahi qəsəbəsi, həmin tarixdə Bakı şəhəri, Sabunçu rayonu, ##.##.2025-ci il tarixdə Sabirabad rayonu, Qaragüney, həmin tarixdə Bakı şəhəri, BInəqədi rayonu, Biləcəri qəsəbəsi, ##.##.2025-ci il tarixdə Sabirabad rayonu ATC dairəsində, ##.##.2025-ci il tarixdə Sabirabad rayonu, Yastı Qobu, Hacıqabul rayonu, Nəvahi qəsəbəsi, Bakı şəhəri, Qaradağ rayonu, Sabunçu rayonu dairəsində, ##.##.2025-ci il tarixdə isə Sabunçu rayonu, Zabrat qəsəbəsi dairəsində olmuşdur. (cild 1, i.v.176-178) Iş materiallarında olan “şübhəli şəxs barəsində axtarış elan olunması haqqında” ## ####### 2025-ci il tarixli qərardan görünür ki, şübhəli şəxs şahid1 barəsində axtarış elan edilmişdir. (cild 1, i.v.188-189) Iş materiallarında olan “axtarışda olan şəxsin tutulması barədə” 18 oktyabr2025-ci il tarixli protokoldan görünür ki, şahid1 ## ####### 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi ərazisində tutularaq Saatlı RPŞ-nin MSY-nə təhvil verilmişdir. (cild 1, i.v.196) Iş materiallarında olan “şəxsin şübhəli şəxs statusundan çıxarılması və müvəqqəti saxlama yerindən azad edilməsi barədə” ## ####### 2025-ci il tarixli qərardan görünür ki, şahid1 qarşı olan şübhələr öz təsdiqini tapmadığından, şübhəli şəxs statusundan çıxarılmış və Saatlı RPŞ-nin MSY-dən dərhal azad olunmuşdur. (cild 1, i.v.225-226) Iş materiallarında olan “ambulator məcburi-narkoloji tibbi yoxlama”nın ## ###### 2025ci il tarixli, **** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniyanın xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild 1, i.v.243-244) Iş materiallarında olan “diskə baxış keçirilməsi haqqında” ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, “xxxx” ASC-dən ## ###### 2025-ci il tarixli məktubla daxil olmuş diskdə “kart hesabından çıxarış-5052" adlı faylda X23 adına qeydiyyatda olan ****-****-****-**** saylı kart hesabında aparılan əməliyyatlar barədə məlumatlar əks olunmuşdur. “Kart hesabından çıxarış - 7838” adlı faylda şahid1 adına qeydiyytada olan ****-****-****-**** saylı kart hesabında aparılan əməliyyatlar barədə məlumatlar əks olunmuşdur. Bank məlumatları təhlil olunarkən, iş üçün əhəmiyyət kəsb edən ****-****-****-**** saylı kart hesabından ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək bir neçə əməliyyatlar olmuş, həmçinin həmin kart hesabından şahid1 məxsus 4169- ****-****-**** saylı kart hesabına ##.##.2025-ci il tarixdə 10 manat, ##.##.2025-ci il tarixdə 25 manat, ##.##.2025-ci il tarixdə 10 və 5 manat, ##.##.2025-ci il tarixdə 4 manat, ##.##.2025-ci il tarixdə 5 manat, ##.##.2025-ci il tarixdə 20 manat, ##.##.2025-ci il tarixdə 5 manat, ##.##.2025-ci il tarixdə 50 manat, ##.##.2025- ci il tarixdə 5 manat, ##.##.2025-ci il tarixdə 2 dəfə 2 manat, şahid1 məxsus 4169- ****-****-**** saylı kart hesabından ##.##.2025-ci il, ##.##.2025- ci il və ##.##.2025- ci il tarixlərdə X23 adına qeydiyyatda olan 4169- ****-****-**** saylı kart hesabına hər dəfəsində 100 manat olmaqla ümumilikdə 300 manat, ##.##.2025-ci il tarixdə 5 manat, ##.##.2025-ci il tarixdə X23 adına qeydiyyatda olan ****-****-****-**** saylı kart hesabından şahid1 adına qeydiyytada olan 4169-7388- ****-**** saylı kart hesabına 14 manat, ##.##.2025-ci il tarixdə şahid1 adına qeydiyytada olan ****-****-****-**** saylı kart hesabından X23 adına qeydiyyatda olan ****-****-****-**** saylı kart hesabına 10 manat, həmin tarixdə X23 aızının adına qeydiyyatda olan ****-****-****-**** saylı kart hesabından şahid1 adına qeydiyytada olan ****-****-****-**** saylı kart hesabına 10 manat, ##.##.2025-ci il tarixdə 5 manat, ##.##.2025-ci il tarixdə isə 5 manat göndərilməsi müəyyən edilmişdir. (cild 1, i.v.245-247) Iş materiallarında olan “ambulator məhkəmə-psixiatrik ekspertizası”nın ## ###### 2025-ci il tarixli, **** nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və halhazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs da hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. (cild 2, i.v.7-9) Iş materiallarında olan “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” ## ###### 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.41, 234.4.3 və 237.2.1-ci maddələrindən həmin Məcəllənin 234.4.3 və 237.1-ci maddələrinə tövsif edilmişdir. şahid1 əməlində Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 237.2.1-ci maddələrində, şahid2 əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. “Baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş 1(bir) ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş 1 (bir) ədəd “Redmi A1” markalı mobil telefon maddi sübut kimi tanınaraq saxlanılması üçün Saatlı RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. X15 qeydiyyat yeri “ünvan 2 ünvanı” kimi qeyd edilsə də, əslində Təbriz Nərimanovun AA******* nömrəli şəxsiyyət vəsiqəsində göstərildiyi kimi “Saatlı şəhəri, M.Şəfi küçəsi, ev 31” kimi oxunmuşdur. (cild 2, i.v.14-40) Iş materiallarında olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” ## ###### 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. (cild 2, i.v.42-43) “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarının 34-cü bəndində izah verilir ki, Nəzərə almaq lazımdır ki, Insan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında ibtidai araşdırma zamanı yol verilmiş digər nöqsanlarla yanaşı sübut əhəmiyyətinə malik ola biləcək (cinayət təqibi gedişində ittihamın əsaslandırılmasında istifadə edilən) predmetlərin şəxsin tutulduğu yerdə götürülməməsinə sübutun əldə edilməsi şəraitinin ciddi qüsuru kimi baxaraq belə sübutun mötəbərliyini şübhə altına alan, beləliklə də “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu yaradan hal kimi istinad etmişdir. Əməliyyataxtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyataxtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiqorqana gətirildikdən dərhal sonra əməliyyataxtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10-cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8- ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Həmin Plenum qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyriəmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Mcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır Işin materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 237.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Bu birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Təqsirləndirilən şəxs na ittiham olunan cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası CM-in 237.1 və 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Işin materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya onun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Protestdə göstərilən hallar da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü ilə CM-in 79-cu maddəsinin tətbiq edildiyi hissədə əsassız və ədalətsiz olması, həmçinin cinayət və cinayət-prosessual qanununun normaları düzgün tətbiq edilmədiyindən dəyişdirilməsi və CM-in 79-cu maddəsinin tətbiqi barədə müddəanın hökmdən xaric edilməsi üçün əsas vermir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın müvafiq bəndlərinə əsasən qurudulmuş marixuana, tiryək və metadon həbləri narkotik hesab edilir. Siyahılara əsasən qurudulmuş marixuananın 5 qram və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) xeyli miqdar, 500 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar, 50000 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) isə xüsusilə külli miqdar hesab olunur. “Məhkəmə-bioloji ekspertizası”nın ## ######## 2025-ci il tarixli **/*** nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: "...Təqsirləndirilən şəxs baba evində...marixuana...” sözləri və imzalar olan karton qutuda 3 ədəd çay qutularında ayrıayrılıqda təmiz çəkisi 325qr, 420qr, 240qr, 7 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkisi - 2,82qr, 2,85qr, 3,12qr, 3,27qr, 2,80qr, 3,27qr, 2,91qr, ümumi çəkisi 1006,04 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində: "...Təqsirləndirilən şəxs baba evindən..marixuana...." sözləri və imzalar olan 02 ədəd polietilen torbanın birincisində təmiz çəkisi - 540qr, həmin torbada 1 ədəd kibrit qutusunda təmiz çəkisi - 3,30qr, digər polietilen torbada 820qr, ümumi çəkisi - 1363,30 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində: Təqsirləndirilən şəxs baba evindən..marixuana...." sözləri və imzalar olan 1 ədəd polietilen torbada təmiz çəkisi 45,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarının II cildinin 12-13-cü səhifələrində olan ## ###### 2025-ci il tarixli “təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında” protokolda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, ****-****-****-**** saylı kart hesabı bibisi X23 adına qeydiyyatda olsa da faktiki olaraq onun istifadəsində olmuşdur. Həmin kartla bir neçə şəxsə pul göndərmiş, pul qəbul etmişdir. Onların çoxu ödəniş və ya borclar olmuşdur. Namid isə cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra ona kömək məqsədi ilə gücü çatandan göndərmiş, Namid də pulu olduqda geri qaytarmışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs külli miqdarda-2412,94 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib ünvan 1 ünvanında yerləşən əmisi X15 məxsus yaşayış olmayan evin otağında satış məqsədi ilə külli miqdarda saxlamış, evdə saxlaması narkotik vasitələrin satışı ilə məşğul olduğunu və qeyd edilən kütlələri qanunsuz olaraq satış məqəsi ilə əldə etdiyini sübut edir. Göstərilən hallar təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həm ibtidai istintaq həm də məhkəmə istintaqı zamanı 8 (səkkiz) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkdiyini etiraf etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli * nömrəli qərarının 21-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.6-cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsidir. Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) ***-IIQ nömrəli Qanun ilə (III siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Iş materiallarında olan məhkumluq haqqında ## ######## 2025-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. (cild 1, i.v.138) Iş materiallarında olan “xxxx” X8 ## ######## 2025-ci il tarixli, **-*-**/*-***/**** nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “xxxx” X8 Poliklinika şöbəsinin narkoloji, psixonevroloji kabinetlərində, eləcə də digər xəstəliklərlə bağlı dispanser qeydiyyatında yoxdur. (cild 1, i.v.147-148) -“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-X19” ## ####### 2025-ci il tarixli, 3-17-1/2- ******/**** nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sosial ödəniş almasına dair məlumat aşkar olunmamışdır. (cild 1, i.v.193-194) Iş materiallarında olan Sabirabad rayonu Icra Hakimiyyəti başçısının Saatlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Saatlı şəhəri, R.Həsənli küçəsi, ev 33-də yaşamış, himayəsində ## ######## 2012-ci il təvəllüdlü X11 və ## ######## 2017-ci il təvəllüdlü X13 adlı uşaqları, 1962-ci il təvəllüdlü anası X17 vardır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. (cild 1, i.v.241-242) Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən məhkəmə şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Konstitusiyamızın 17-ci maddəsinin İ bəndində göstərilmişdir ki, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2023-cü il tarixli, 1(099)- ***/**** nömrəli hökmündən görünür ki, Astanova Nurəli Taleh oğlu Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Nurəli Astanova cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Saatlı Rayon Icra Hakimiyyətindən ## ###### 2026-cı il tarixli məktubla daxil olmuş “Saatlı Rayon Icra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya”nın rəyində göstərilmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)- ***/**** nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə onun yetkinlik yaşına çatmayan övladları ## ######## 2012-ci il təvəllüdlü X11 və ## ######## 2017-ci il təvəllüdlü X13 həyat və tərbiyə şəraitinin müayinəsi, habelə sosial-məişət vəziyyətinin qiymətləndirilməsinin nəticələri əsasında məsələyə rayon Qəyyumluq və himayəçilik komissiyası tərəfindən baxılmış və məhkəmənin təqdim etdiyi suallar üzrə aparılmış yoxlamanın nəticələrinə əsasən aşağıdakılar müəyyən edilmişdir. Təqsirləndirilən şəxs uşaqları X11 və X13 hazırda faktiki olaraq əmiləri, Saatlı rayonu Qıraqlı kənd sakini X5 himayəsində yaşayır. Aparılmış müayinə və araşdırma nəticəsində müəyyən edilmişdir ki, yetkinlik yaşına çatmayan uşaqlar bir həyətyanı sahədə yerləşən iki yaşayış evində yaşayırlar. Uşaqlar gecə vaxtı baba və nənələri, əmisi ilə birlikdə qalır, gündüz saatlarında isə digər əmisi X5 yaşadığı evdə qidalanır, dincəlir və təhsil fəaliyyətləri ilə məşğul olurlar. Ailənin yaşayış və sosial-məişət şəraiti ümumi qənaətbəxş qiymətləndirilmiş, uşaqların normal yaşayışı, tərbiyəsi və təhsili üçün zəruri şəraitin mövcud olduğu müəyyən edilmişdir. Uşaqların hazırda yaşadığı yaşayış sahəsi sanitargigiyenik və təhlükəsizlik tələblərinə cavab verir, onların sağlam, təhlükəsiz və normal inkişafı üçün uyğun hesab olunur. Uşaqların qaldığı ünvanda uşaqlar üçün ayrıca yataq yeri mövcuddur və onların gündəlik ehtiyacları (qidalanma, geyim və məişət ləvazimatları) təmin olunmuşdur. Uşaqların qida, geyim, tibbi xidmət və təhsil ehtiyacları faktiki olaraq təmin olunmuşdur. X6 maddiməişət vəziyyəti uşaqların saxlanılması üçün kifayət edir. O, ümumi səbəbdən 2-ci qrup əlildir, lakin mövcud maddi təminat uşaqların əsas ehtiyaclarının ödənilməsinə imkan verir. X6 ümumi səbəbdən 2-ci qrup əlil olması onun uşaqlara daimi baxması və tərbiyə prosesində tam şəkildə iştirak etməsinə məhdudiyyət yaradır. Mövcud hallar nəzərə alınaraq, Taleh Astanov tərəfindən uşaqlara baxılması və tərbiyə olunmasının onların mənafeyinə uyğun olmadığı qənaətinə gəlinmişdir. Uşaqlar A.Mustafayev adına Qıraqlı kənd ümumi orta məktəbin 3-cü və 8-ci sinifində təhsil alması təmin olunur, lakin dərslərə davamiyyətdə müəyyən çatışmazlıqlar mövcuddur. Uşaqların sağlamlıq vəziyyəti normaldır və sağlamlıq vəziyyətləri izlənilir. Uşaqların psixoloji vəziyyəti ümumilikdə qənaətbəxşdir. Valideynlərin həbsdə olması onların, əsasən də Ruslan Astanlının emosional durumuna və gündəlik davranışlarına müəyyən mənfi təsir göstərir. X6 və onun ailə üzvlərinin uşaqlara qarşı münasibəti adekvat və qayğıkeşdir, uşaqların tərbiyə və gündəlik qayğıları təmin olunur. Uşaqlara qarşı zorakılıq, laqeydlik və ya digər təhlükə yaradan hallar müşahidə olunmamışdır. Uşaqların, babasının yanında qalması ümumilikdə mümkün olsa da, gündəlik qayğı və nəzarətdə bəzi məhdudiyyətlər mövcuddur. Buna görə uşaqların, babasının yanında qalması uşaqların mənafeyinə qismən uyğundur. Bununla belə uşaqların öz əmisi X5 qəyyumluğuna verilməsi uşaqların mənafeyinə uyğundur. X6 2-ci dərəcəli müddətsiz əlil olması onun azyaşlılar üzərində qəyyum təyin edilməsi üçün uyğun şəxs hesab edilməməsinə səbəb olur, çünki uşaqlara daimi baxış və tərbiyə prosesində tam iştirak imkanları məhduddur. Uşaqların mövcud ailə mühiti onların mənafeyinə daha uyğun hesab olunur və hazırda onların uşaq müəssisəsinə yerləşdirilməsinə ehtiyac yoxdur. X11 və X13 gündəlik tələbatı, qayğısı, tərbiyəsi, təhsili və inkişafı ailədə əsasən uşaqların nənəsi X9 və əmisi X5 tərəfindən təmin edilmişdir. Uşaqların gündəlik tələbatı, tərbiyəsi və inkişafında anaları Təqsirləndirilən şəxs faktiki iştirakı onun həbsdə olması səbəbindən məhduddur və əsasən telefon əlaqəsi təmin olunmuşdur. Aparılmış araşdırma və əldə olunmuş məlumata əsasında Təqsirləndirilən şəxs həyat tərzi və ailədəki davranışının normal olduğu əməyə münasibətinin müsbət olduğu və uşaqların zəruri tələbatını təmin etmək imkanlarının mövcud olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həyat tərzi və fəaliyyəti müəyyən hallarda uşaqların gündəlik tələbatı, qayğısı, təlim-tərbiyəsi, təhsili və inkişafına mane olur. Buna əsasən onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilməsi ilə əlaqədardır. Aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs himayəsində olan yetkinlik yaşına çatmayan uşaqlara münasibətdə valideynlik vəzifələrini yerinə yetirməməsi, uşaqlarla birgə yaşamaması, valideyn kimi üzərinə düşən öhdəlikləri icra etməməsi, habelə uşaqlara qarşı mənfi münasibəti və ya pis rəftarı ilə bağlı Rayon Icra Hakimiyyətinə hər hansı müraciət və ya məlumat daxil olmamışdır. Uşaqların gündəlik qayğı və təhlükəsizliyi üçün qəyyumluq tətbiqi zəruridir bu məqsədlə hazırda da uşaqların saxlanılması, təlim-tərbiyəsi ilə məşğul olan Saatlı rayon Qıraqlı kənd sakini, uşaqların əmisi X5 qəyyumluğuna verilməsi uşaqların mənafeyinə uyğundur. Azərbaycan Respublikasının ## #### 1992-ci il tarixli Qanunla ratifikasiya etdiyi BMTnin “Uşaq hüquqları haqqında” Konvensiyasının 2.1-ci maddəsinə əsasən iştirakçı dövlətlərin məhkəmələri uşaqlar barəsində görülən bütün tədbirlərdə ilk növbədə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2 və 49.3-cü maddələrinə əsasən uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq, valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” ## ###### 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən cəzanın təxirə salınmasında dövlətin məqsədi azyaşlı uşaqların qayğısına qalmaq, ailəni qoruyub saxlamaq, azyaşlı uşaqlara zəruri valideyn qayğısı və tərbiyəsini təmin etməkdir. Cəzanın çəkilməsinin təxirə salınmasının tətbiq edilməsi iki məqsəd daşıyır. Bir tərəfdən, humanizmin təcəssümü, digər tərəfdən isə cəzanın məqsədlərinə cəza real çəkilmədən nail olmaq imkanıdır. Cinayət qanununda cəzanın çəkilməsinin təxirə salınmasının şərtləndirildiyi əsaslardan biri də şəxsin uşağının tərbiyəsi ilə məşğul olmasıdır. Bu zaman məhkumun şəxsiyyəti, əməyə münasibəti, uşağa zəruri şəraiti təmin etmək imkanı, cinayət əməli törədilənədək uşağın tərbiyəsinə olan münasibəti və sair hallar da nəzərə alınmalıdır. Bütün bu hallar təxirə salmanın məqsədinə, yəni uşağa valideyn qayğısının təmin olunmasına nail olmaq imkanını təsdiq etməlidir. Birinci instansiya məhkəməsi haqlı olaraq göstərilən qanunvericilik normaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq, “ambulator məcburi-narkoloji tibbi yoxlama”nın ## ###### 2025-ci il tarixli, **** nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olsa da onun halhazırda narkomaniya xəstəliyindən əzab çəkmədiyini, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığını, sonununcunun övladlarının qeyri-rəsmi nikahdan doğulduğunu, ərinin cəzaçəkmə müəssisəsində çəza çəkdiyindən azyaşlı uşaqlarının yalnız onun himayəsində olduğunu, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə normal xarakterizə olunduğunu, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkəcəyi halda, bu hal uşaqların eyni anda müəyyən müddətə hər iki valideyninin himayəsi və qayğısından kənarda qalmaları nəticəsində gələcəkdə psixoloji vəziyyəti, tərbiyə və təhsil almaq imkanlarına mənfi təsir göstərəcəyini, beləliklə də uşaqların üstün mənafeyi və hüquqlarını nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkməsi himayəsindəki ## ######## 2017-ci il təvəllüdlü X12 14 yaşına çatmasınadək, yəni ## ######## 2031-ci il tarixə kimi təxirə salınmalı, Təqsirləndirilən şəxs üzərinə azyaşlı və yetkinlik yaşına çatmamış uşaqlarına qayğı göstərmək, onların tərbiyəsi ilə məşğul olmaq vəzifəsi qoyulmalı, Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 172.6-cı maddəsinə əsasən müvafiq davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşadığı yer üzrə Saatlı rayon Icra və Probasiya şöbəsinə tapşırılmalıdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən aydın olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs na cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrinin sanksiyası həddində məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Buna görə də Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsaslı və qanuni hesab edərək, apellyasiya protestinin dəlilləri ilə razılaşmır və apellyasiya protestini təmin edib, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü ilə CM-in 79-cu maddəsinin tətbiq edildiyi hissədə əsassız və ədalətsiz olması, həmçinin cinayət və cinayət-prosessual qanununun normaları düzgün tətbiq edilmədiyindən dəyişdirilməsi və CM-in 79-cu maddəsinin tətbiqi barədə müddəanın hökmdən xaric edilməsi üçün əsaslar görmür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1-ci və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDI: Dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 və 234.4.3cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar