Məhkəmə qərarları › İş №1(3-9)-189/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-189/2026

01.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-189/2026 01.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlunun (sədrlik edən), X1 və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X3, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı iştirakları ilə. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Cəlilabad rayon məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin məhkəmə baxış iclasında baxaraq, kollegiya qərar verdi. İ.İŞİN HALLARI: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, ## #### 1992-ci il tarixində Cəlilabad rayonu, Çünəxanlı kəndində doğulmuş, Cəlilabad rayonu, Çünəxanlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsiri bilinməsini və həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməklə barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırmışdır ki, şikayətçi ## ###### 1991-ci il tarixdə Həsənli kənd natamam orta məktəbdə riyaziyya müəllimi kimi fəaliyyətə başlamışdır. ## ######## 1995-ci il tarixdən həmin məktəbə direktor vəzifəsinə qəbul olunmuşdur. ## #### 2004-cü il tarixdən ## #### 2004-cü il tarixədək Azərbaycan Müəllimlər institutunda məktəb rəhbərlərinin ixtisasartırma kursunu bitirmişdir. Direktor işlədiyi tarixdən də vəzifəsii layiqincə yerinə yetirmişdir, işlədiyi müddətdə məktəb kollektivi və şagirdləri arasında layiqincə hörmət və nüfuz qazanmışdır. Həmçinin vəzifə öhdəliklərini layiqincə və qüsursuz yerinə yetirdiyi üçün yuxarı rəhbərliyin yanında da lazımi nüfuz qazanmışdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ilə ## ###### 2015-ci il tarixində bağlanmış əmək müqaviləsinə əsasən onu məktəbdə gözətçi vəzifəsinə işə götürmüşdür. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs əmək müqaviləsi üzrə üzərinə düşən əmək funksiyası və məktəb daxili intizam qaydalarını kobud şəkildə pozmuşdur. Bu barədə ona dəfələrlə şifahi xəbərdarlıq edilmiş, intizama dəvət edilməsi istiqamətində məktəb həmkarlar təşkilatı üzvlərinin iştirakı ilə söhbətlər aparılmışdır. Lakin Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Əmək müqaviləsindən irəli gələn öhdəliklərini pozmağa davam etmişdir. Bu səbəbdən ona ## ###### 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2 maddəsinin "a” bəndinə əsasən töhmət verilmişdir. Aparılmış söhbətlər, verilən cəzadan heç bir nəticə çıxarmamış, təkrarən müəssisədaxili nizam intizam qaydalarını pozmağa davam etmişdir. Səbəb isə əmisi oğlu Cəlal Əliyevin mal-qoyununu otardığını bildirmişdir və bu səbəbdən işə gələ bilmədiyini söyləmişdir. Təkrar nizam-intizam qaydalarını pozduğuna görə ## ###### 2025-ci il tarixdə ona Əmək Məcəlləsinin 186.2 maddəsinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bütün bunlara baxmayaraq X2 intizamsız hərəkətlərinə davam etmiş, iş vaxtı məktəbə gəlməmişdir. İşə gəlməməyinin səbəbinə görə izahat verməsini tələb etdikdə əmisi Əliyev Bayandurun ona izahat verməməyi və heç bir sənədə qol çəkməməyi tapşırdığını bildirmişdir. Bu barədə akt tərtib olunmuşdur. Məktəbdə daxili nizam-intizam qaydalarına nəzarət məqsədi ilə ## ###### 2025-ci il tarixdə və ## ###### 2025-ci il tarixdə yoxlama aparılmış və Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs bütün iş günü ərzində işdə olmaması müəyyən olunmuşdur. Tərəfindən akt tərtib olunmuşdur. Bundan sonra o, ümumiyyətlə işə gəlməmiş və onu heç kimin işdən çıxara bilməyəcəyini bildirmişdir. Bu səbəbdən aktlar tərtib olunmuş, ona fevral, mart və aprel ayında əmək haqqı ödənilməmişdir. Məktəb rəhbərliyi tərəfindən ## ##### 2025-ci il tarixində ilk həmkarlar təşkilatına Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs işə çıxmaması haqqında məktub göndərilmişdir. ## ##### 2025-ci il tarixdə məktəb ilk həmkarlar təşkilatının qərarı ilə Əmək Məcələsinin 70-ci maddəsinin "ç" bəndi ilə tutduğu vəzifədən azad edilməsi barədə qərar qəbul edilmişdir. Qərara əsasən ## ##### 2025- ci ildə o, işdən azad edilmiş və əmək kitabçası özünə təqdim edilmişdir. Bundan sonra Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun barəsində qərəzli olaraq müxtəlif dövlət orqanlarına yalan və böhtan dolu şikayətlər ünvanlamağa başladı. Sonuncu dəfə isə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs sosial şəbəkələrdə onun haqqında yalan olduğunu bilə-bilə şərəf və ləyaqətimi ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaqla ona böhtan atıb. Belə ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs müxtəlif internet saytlarına və internet televiziyalarında müsahibə verərərək bildirmişdir ki, guya ondan mal-qoyunlarını otarmaq tələb edilmiş, otarmadığı üçün də işdən çıxarılmışdır və onun yerinə isə direktor öz bacısı oğlunu işə götürmüşdür. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs bu kimi yalan və böhtan xarakterli məlumatlar yaymaqla şərəf və ləyaqətini ləkələyən və ya şikayətçini nüfuzdan salan məlumatları internet informasiya ehtiyatında yaymaqla ona böhtan atmışdır. Qeyd olunanlara əsasən ## #### 1992-ci il tarixində Cəlilabad rayonu, Çünəxanlı kəndində doğulmuş, Cəlilabad rayonu, Çünəxanlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsiri bilinməsini və həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməklə barəsində qanuna müvafiq cəza təyin edilməklə ittiham çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarı ilə barəsində xüsusi ittiham qaydasında şikayət məhkəmə icraatına qəbul edilməsindən imtina edilmişdir. Müvafiq qərardan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı apellyasiya şikayəti vermişdir. II. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: ## ##### 2025-ci il tarixdə məktəb ilk həmkarlar təkilatmm qərarı ilə Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edilməsi barədə qərar qəbul edilmişdir. Qərara əsasən 15 aprel 2 edilmiş və əmək kitabçası özünə təqdim edilmişdir.Bundan sonra Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs mənim barəmdə qərəzli olaraq müxtəlif dövlət orqanlarını yalan və böhtan dolu şikayətlər ünvanlamağa başladı. Sonuncu dəfə isə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs sosial şəbəkələrdə mənim haqqımda yalan olduğunu bilə-bilə şərəf və ləyaqətimi ləkələyən və ya məni nüfuzdan salan məlumatları yaymada mənə böhtan atıb. Belə ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs müxtəlif internet saytlarına və internet televiziyalarında müsahibə verərək bildirib ki, güya mən ondan malqoyunlarımı otarmasını tələb etmişəm, otarmadığı üçün də onu işdən çıxarmışam və onun yerinə isə öz bacım oğlunu işə götürmüşəm. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs bu kimi yalan və böhtan xarakterli məlumatlar yaymaqla şərəf və ləyaqətimi ləkələyən və ya məni nüfuzdan salan məlumatları internet informasiya ehtiyatında yaymaqla mənə böhtan atmışdır. Mən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs bu müsahibəsindən sonra cəmiyyət içində nüfuzdan düşərək, hər kəs tərəfindən qınaq hədəfinə çevrildi. Buna görə də mən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 -ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün xüsusi ittiham qaydasında şikayətlə Cəlilabad rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmə icraata qəbul etmədən imtina etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs internet televiziyalarına verdiyi müsahibəs ataraq ona mal-qoyunlarımı otarmasını tələb etdiyimi, otarmadığı üçün də onu işdən çıxararaq öz bacım oğlunu onun yerinə işə götürdüyümü bildirməklə, cəmiyyət arasında məni nüfuzdan salmış, şərəf və ləyaqətini ləkələmiş, həmçinin həmin videoların altında yazılmış rəylərdən də görünür ki, vəzifəli şəxs kimi cəmiyyət arasında insanların mənə qarşı aqressiya bəsləməsinə nail olmuşdur. Bu hərəkəti ilə də Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 -ci maddəsində nəzərdə tutulan böhtan, yəni yalan olcuğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəs ndə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət əməlini törətmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil və ləğv edilməlidir . Qeyd olunalara əsasən cinayət əməli törətmiş Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayəti üzrə Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv olunması və şikayətin icraata götürülməsi edilməsindən ötrü Cəlilabad rayon məhkəməsinə göndərilməsi xahiş olunur. III. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında xüsusi ittihamçı Xüsusi ittihamçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Cəlilabad rayon məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarının ləğv edərək və yenidən baxılması üçün məhkəməyə göndərilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəmə iclasına gəlməmiş və gələməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. IV. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsin) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Apellyasiya şikayətinin dəlillərinin prosessual dəyərləndirilməsindən göründüyü kimi, xüsusi məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını və işin əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edərək, tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2. və 401-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilərini iş materialları ilə müqayisəli şəkildə təhlil edərək aşağıdakıları qeyd edir: Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edir. CPM-in 138.2-ci maddəsinin tələbi baxımından şəxsin cinayət məsuliyyətinin əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Apellyasiya şikayətinin dəlillərində Xüsusi ittihamçı xüsusi ittiham üzrə şikayətdə qeyd olunan hadisə ilə əlaqələrinin sübuta yetirilməsi mübahisələndirildiyindən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlillərinə əsasən düzgün hüquqi nəticəyə gəlmək üçün Cinayət-Prosessual Məcəlləsinin 139-cu madəsində təsbit olunmuş halların müəyyən edilməsi baxımından iş üzrə toplanmış sübutların həcminin kifayət edib-etməməsi araşdırılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 139.0-139.0.4. və 139.0.6-cı maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: -cinayət hadisəsinin baş vermə faktı və halları; -şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; -cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; -cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; -bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ və II hissələrinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, barəsində şikayət verilmiş şəxsin əməlində hər hansı cinayətin əlaməti olmadığından şikayətin icraata qəbulundan imtina etmiş, barəsində şikayət verilmiş şəxs şikayətçi barəsində “qoyunları otarmağı tapşırmışdı” fikrini yaymışdır və başqa hər hansı böhtan və ya təhqir xarakterli məlumat yayılması baş verməmişdir. Şikayətdə qeyd edilmişdir ki, “...Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs müxtəlif internet saytlarına və internet televiziyalarında müsahibə verərərək bildirmişdir ki, guya ondan mal-qoyunlarını otarmaq tələb edilmiş, otarmadığı üçün də işdən çıxarılmışdır və onun yerinə isə direktor öz bacısı oğlunu işə götürmüşdür. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs bu kimi yalan və böhtan xarakterli məlumatlar yaymaqla şərəf və ləyaqətini ləkələyən və ya şikayətçini nüfuzdan salan məlumatları internet informasiya ehtiyatında yaymaqla ona böhtan atmışdır”. Məhkəmə kollegiyası hesab edir ki, barəsində şikayət verilmiş şəxs şikayətçi barəsində “qoyunları otarmağı tapşırmışdı” fikrini yaymışdır və başqa hər hansı böhtan və ya təhqir xarakterli məlumat yayılması baş verməmişdir. Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiyanın 46-cı maddəsində qeyd edilmişdir ki: İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. II. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Səsləndirilmiş müraciətdə xüsusi ittihamçı liyev Taleh Sakit oğlu müxtəlif internet saytlarına və internet televiziyalarında müsahibələrində barəsində hər hansı təhqir və ya böhtan xarakterli məlumatlar ifadə edilməmiş, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Bundan başqa məhkəmə vurğulayır ki, xüsüsi ittiham qaydasında verilmiş şikayətdə Cinayət-Prosessual Məcəlləsinin 293.3.1, 293.3.2, 293.3.3, 293.3.4, 293.3.5, 293.3.6 və 293.3.7-ci maddələrinin tələblərinə («şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi)», «törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği)», «cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi», «şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi», «cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş», «şikayətin verildiyi tarix (il, ay və gün) və yer», «şikayəti vermiş şəxsin imzası») əməl olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, maddəsinə əsasən «şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda» məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4,302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli, * nömrəli qərarının 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Göründüyü kimi, birinci instansiya məhkəməsində xüsusi ittihamın icraata qəbul edilməməsinin prosessual əsası kimi cinayətin əlamətlərinin olmaması götürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Xüsusi ittiham qaydasında şikayətin, ona əlavə edilmiş sənədlərin və Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarının birgə müqayisəli təhlili məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından məlum olur ki, barəsində xüsusi ittiham qaydasından şikayət verilmiş Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs işdən qərəzli şəkildə azad olunmasını iddia etmiş və səbəbini məktəb direktoru Xüsusi ittihamçı heyvanlarını otarması barədə təklifini rədd etməsi ilə izah etmişdir. O, həmin iddiasını internet şəbəkəsi vasitəsi ilə yayımlanan kanallarda və sosial şəbəkələrdə özünə aid olan profil hesablarında yayımlamışdır. CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenum Qərarının 7-ci bəndində qeyd olunmuşdur ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub-olmamasına diqqət yetirsinlər. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər (bax, başqa mənbələrlə yanaşı, Radio Frans və digərləri Fransaya qarşı, §37 və yuxarıda qeyd olunmuş Kolombani və digərləri, §65). Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarının 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki Qərarlarında da göstərmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin faktiki əlamətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan əmələ verilən hüquqi qiymətdir. Onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il ## #### tarixli Qərar). Nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulan böhtan cinayət əməlinın hüquqi tövsifinə əsasən, yayılan məlumatın yalan olması, heç də həmişə cinayət tərkibi yaratmır. Belə ki, məlumat yalan olsa da, başqa şəxsi ləkələyən məlumat deyilsə, həmi hərəkət böhtan cinayəti kimi qiymətləndirilə bilməz. Təsadüfi deyil ki, Cinayət Məcəlləsnin 14.2-ci maddəsində qeyd olunmuşdur ki, Cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Göründüyü kimi, hər hansı əməlin cinayət hesab edilməsi üçün onun Cinayət Məcəlləsində ayrı-ayrı cinayətlərlə bağlı müəyyən edilmiş tərkib əlamətlərini daşıması ilə yanaşı, eyni zamanda ictimai təhlükəli olması da tələb olunur. Yəni ictimai təhlükəlilik cinayət anlayışının müəyyənedici elementlərindən biri kimi çıxış edir. Bundan başqa nəzərə alınmalıdır ki, fikri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Cinayət Məcəlləsinin 14.1-ci maddəsində cinayətə verilən anlayışa əsasən əməl aşağıdakı xüsusiyyətlərin hər birinə malik olduğu halda cinayət sayılır: -cinayət qanunvericiliyi ilə cəza təhdidi altında qadağan edilmə; -ictimai təhlükəli olma; -təqsirli olaraq törədilmə. Həmin Məcəllənin 7.1-ci maddəsinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Göründüyü kimi, hər hansı əməlin cinayət hesab edilməsi üçün onun Cinayət Məcəlləsində ayrı-ayrı cinayətlərlə bağlı müəyyən edilmiş tərkib əlamətlərini daşıması ilə yanaşı, eyni zamanda ictimai təhlükəli olması da tələb olunur. Yəni ictimai təhlükəlilik cinayət anlayışının müəyyənedici elementlərindən biri kimi çıxış edir. Beləliklə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs yayımladığı çıxışlarında işdən azad edilməsinin səbəbini xüsusi ittiham qaydasında şikayət verən Xüsusi ittihamçı ona qoyunlarını otarması barədə təklifini rədd etməsi ilə izah etsə də, həmin məlumatın yalan olmasının sübuta yetməsi vəziyyətində belə, əməl zahirən cinayət qanununda göstərilən əlamətlərə uyğun gəlsə də, əməlin faktiki olaraq ictimai təhlükə daşımaması, həmin məlumatın Xüsusi ittihamçı şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar kimi qiymətləndirilməsi cinayət qanunvericiliyinin 14.2-ci maddəsində nəzərdə tutulan məqsəd və prinsipə zidd olmuş olar. Nəticə olaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmayaraq, Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar