Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-192/2026 21.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Xasməmmədov Eçin İsgəndər oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Zeynalov Musa Həsən oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X1, məhkum edilmiş şəxs İbrahimov Mirzə Cəbrayıl oğlunun, müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, İbrahimov Mirzə Cəbrayıl oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.2 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs İbrahimov Mirzə Cəbrayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü (hakimlər Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi) ilə ##.##.1985-ci ildə Neftçala rayonu Aşağı Surra kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Neftçala Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2024cü ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Neftçala rayonu Aşağı Surra kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş İbrahimov Mirzə Cəbrayıl oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 180.2.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 04 (dörd) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 (iki) gün müddətin hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 04 (dörd) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılması, barəsində narkomaniyadan məcburi müalicə tədbirlərinin tətbiq edilməsi və onun ərazi narkoloji kabinetində qeydiyyata olmasının nəzərə alınması barədə yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARI Məhkəmənin hökmü ilə İbrahimov Mirzə Cəbrayıl oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ## #### 2025-ci il tarixdə saat 22:00 radələrində zərərçəkmiş şəxs6 Neftçala rayonu Qədimkənd kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki tövlənin qapısında olan qıfılı sındırıb qanunsuz olaraq başqa saxlanc yerinə yəni tövləyə daxil olaraq oradan zərərçəkmiş şəxs6 məxsus 300 (üç yüz) manat dəyərində, 6 aylıq, erkək cinsli bir baş xırdabuynuzlu heyvan olan quzunu oğurlamaqla, zərər çəkmiş şəxs zərərçəkmiş şəxs6 300 (üç yüz) manat Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsedi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı ## ##### 2025-ci il tarixdə saat 12:55 dəqiqədən 13:00 dəqiqəyə kimi Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron 2 yaşayış kompleksinin ərazisində dəmir yolu stansiyasının yaxınlığında şübhəli kimi saxlanılaraq orada üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,539 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ## #### 2025-ci il tarixdə günorta saat 15:30 radələrində zərərçəkmiş şəxs4 Salyan rayonu Arbatan kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan qanunsuz olaraq daxil olduqdan sonra zərərçəkmiş şəxs4 məxsus başqa saxlanc yerinə yəni mağazaya qanunsuz olaraq həyətyanı sahədə yerləşən qapıdan daxil olaraq orada kağız qutunun içərisində olan 232 (iki yüz otuz iki) manat pulu, habelə digər kağız qutunun içərisindən hər biri 4 (dörd) manat 40 (qırx) qəpik dəyərində olmaqla 13 (on üç) manat 20 (iyirmi) qəpik dəyərində olan 3 ədəd "Kent 4" markalı, hər biri 4 (dörd) manat 20 (iyirmi) qəpik dəyərində olmaqla 21 manat dəyərində olan 5 ədəd "Winston" boz compact markalı, hər biri 4 (dörd) manat 20 (iyirmi) qəpik dəyərində olmaqla 12 (on iki) manat 60 (altmış) qəpik dəyərində olan 3 ədəd "Winston" boz nazik markalı və hər biri 4 (dörd) manat 70 (yetmiş) qəpik dəyərində olmaqla 14 (on dörd) manat 10 (on) qəpik dəyərində olan 3 ədəd "Sobranie" compact markalı siqaretləri oğurlamaqla, zərər çəkmiş şəxs zərərçəkmiş şəxs4 ümumilikdə 292 (iki yüz doxsan iki) manat 90 (doxsan) qəpik maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ## #### 2025-ci il tarixdə saat 16:00 radələrində zərərçəkmiş şəxs8 Neftçala rayonu Yuxarı Qaramanlı kəndində yerləşən avtomobil ehtiyat hissələrinin satıldığı mağazasına yəni başqa saxlanc yerinə qanunsuz olaraq daxil olub orada rəfin üzərində olan dəftərin arasından zərərçəkmiş şəxs8 məxsus 200 (iki yüz) manat pulu oğurlamaqla, zərər çəkmiş şəxs zərərçəkmiş şəxs8 200 (iki yüz) manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ## #### 2025-ci il tarixdə saat 15:00 radələrində zərərçəkmiş şəxs7 Neftçala rayonu Yuxarı Qaramanlı kəndində yerləşən ərzaq və qeyri-ərzaq məhsullarının satıldığı mağazasının plastik qapısını dəmir parçası ilə sındırıb qanunsuz olaraq başqa saxlanc yerinə yəni mağazaya daxil olaraq oradakı kassadan zərərçəkmiş şəxs7 məxsus 513 (beş yüz on üç) manat pulu, habelə mağazadan 10 ədəd 3 (üç) manatlıq olmaqla 30 (otuz) manat dəyərində sim danışıq kartı, 10 ədəd 3 (üç) manatlıq olmaqla (otuz) manat dəyərində cin danışıq kartı, 15 ədəd 2 (iki) manatlıq olmaqla 30 (otuz) manat dəyərində nar danışıq kartı, hər biri 4 (dörd) manat 20 (iyirmi) qəpik dəyərində olmaqla 42 (qırx iki) manat dəyərində 10 ədəd “Winston" markalı, hər biri 4 (dörd) manat 40 (qırx) qəpik dəyərində olmaqla 22 (iyirmi iki) manat dəyərində 5 ədəd "Kent 4" markalı siqaretləri oğurlamaqla, zərər çəkmiş şəxs zərərçəkmiş şəxs7 ümumilikdə 667 (altı yüz altmış yeddi) manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ## #### 2025-ci il tarixdə saat 10:40 radələrində zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi, Salyan şəhər dairəsinin yaxınlığında yerləşən “Niftioğlu” inşaat materialları mağazasının kassasından 620 (altı yüz iyirmi) manat pulu oğurlamaqla, zərər çəkmiş şəxs zərərçəkmiş şəxs3 620 (altı yüz iyirmi) manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ## #### 2025-ci il tarixdə saat 12:00 radələrində zərərçəkmiş şəxs5 icarə əsasında işlətdiyi, Salyan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən qadın geyimləri mağazasında stolun üzərində olan, zərərçəkmiş şəxs5 məxsus əl çantasının içərisindəki pul qabından 103 (yüz üç) manat pulu oğurlamaqla, zərər çəkmiş şəxs zərərçəkmiş şəxs5 103 (yüz üç) manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ## #### 2025-ci il tarixdə saat 14:00 radələrində Avtandil Mammedovun (X4) yaşadığı Salyan şəhəri H.Z.Tağıyev küçəsi ** nömrəli evin blokunda ipdən asılmış Avtandil Mammedova məxsus 1 əped 60 )doxsan) manat dəyərində qara rəngli, Reebok markalı, pambıq materialdan olan qısaqol yay köynəyi və 1 ədəd 25 (iyirmi beş) manat dəyərində, 50x90 sm ölçüdə, pambıq materialdan olan əl-üz dəsmalını oğurlamaqla, zərər çəkmiş şəxs Avtandil Mammedova (X4) ümumilikdə 115 (yüz on beş) manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə ## #### 2025-ci il tarixdə saat 15:30 radələrində zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi, Salyan şəhəri Ə.Hüseynov küçəsində yerləşən "Xana" Nail Studio adlı dırnaq baxımı salonuna daxil olduqdan sonra zərərçəkmiş şəxs1 və işçisi şahid1 orada olmalarına əhəmiyyət vermədən həmin şəxslərin gözü qarşısında stolun üzərində zərərçəkmiş şəxs1 məxsus içərisində 56 (əlli altı) manat nağd pul olan 10 (on) manat dəyərində olan pul qabını götürüb qaçaraq zərər çəkmiş şəxs zərərçəkmiş şəxs1 ümumilikdə 66 (altmış altı) manat dəyərində əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin hökmündən məhkum edilmiş şəxs İbrahimov Mirzə Cəbrayıl oğlu apellyasiya şikayəti verərək, hökmdən narazı olduğunu bildirib, işə yenidən baxılmasını və ədalətli hökm çıxarılmasını xahiş etmiş, şikayətini hər hansı dəlillə əsaslandırmamışdır. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs İbrahimov Mirzə Cəbrayıl oğlu apellyasiya şikayətini müdafiə edərək, özünü CM-nin 234.1-ci maddəsi ilə tam təqsirli bildiyini, CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə olan hissədə özünün götürdüyü miqdar cinayət tərkibi yaratsa da, həmin epizodlardan bəzilərində miqdarın bir qədər artırıldığını, CM-nin 180.2.2-ci maddəsi ilə isə özünü təqsirli bilmədiyini, ümumiyyətlə gözəllik salonuna girmədiyini, xanımların nə üçün onun videosunu çəkmələrini bilmədiyini göstərib, apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs İbrahimov Mirzə Cəbrayıl oğlunun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, təqsirləndirilən şəxsin göstərdiyi halların nəzərə alınmasını və apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq İbrahimov Mirzə Cəbrayıl oğlunun əməlini Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 180.2.2 və 234.1-ci maddələri ilə tövsif edərək, onu həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, təqsirləndirilən şəxsə bəraət verilməsi, əməllərinin hüquqi tövsifinin dəyişdirilməsi və ya ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin təmin olunmamasını və Salyan Rayon Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Apellyasiya şikayətindən və müdafiə tərəfin çıxışlarından görünür ki, müdafiə tərəfi işin faktiki hallarını və təqsirlilik məsələlərini mübahisələndirərək, birinci instansiya məhkəməsinin iş üzrə ədalətsiz nəticəyə gəldiyini hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmin Məcəllənin: 177.2.2-ci maddəsinə əsasən oğurluğun, yəni özgənin əmlakını gizli olaraq talamanın təkrar törədilməsi; 177.2.3-cü maddəsinə əsasən isə həmin əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi cinayət məsuliyyətinə və cəzaya səbəb olan əməl kimi təsbit edilmişdir. 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinə əsasən bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. 180.2.2-ci maddəsinə əsasən soyğunçuluğun, yəni özgənin əmlakını açıq talamanın təkrar törədilməsi bu maddə ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. 234.1-ci maddələrinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bu maddə ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanununun 1.0.9-cu bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Onu da qeyd etmək lazımdır ki, törədilən cinayətin tərkib əlamətlərinin müəyyən edilməsi və əməlin Cinayət Qanunu norması üzrə tövsif edilməsi yuxarıda qeyd edilən Cinayət Məcəlləsinin müvafiq normaları əsasında aparılsa da, törədilən əməlin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi prosedurlar əsasında aparılır. Bu mənada Cinayət-Prosessual Məcəllənin müvafiq normalarının müəyyən etdiyi hüquqi prosedurların xatırladılması da zəruridir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 124.1 və 124.2-ci maddələrinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 138.1 və 138.2-ci maddələrinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Cabardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, təqsirləndirilən şəxsin həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışı zamanı verdiyi ifadələrindən məlum olur ki, o, CMnin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamla tam olaraq təqsirli bilmiş, yalnız CM-nin 180.2.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissəni mübahisələndirmişdir. Məhkəmə kollegiyası hər bir halda təqsirliliklə bağlı məsələni cinayət və cinayətprosessual qanunvericiliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından nəzərdən keçirib, təqsirləndirilən şəxsin əməllərinə ümumilikdə qiymət verərək, müəyyən etmişdir ki, İbrahimov Mirzə Cəbrayıl oğluna CM-nin 177.2.2, 177.2.3, 180.2.2 və 234.1-ci maddələri ilə istinad edilən cinayətlərin törədilməsində onun təqsiri cinayət işinin materiallarında olan mötəbər sübutlarla tam təsdiq olunur. Məhkum edilmiş şəxs İbrahimov Mirzə Cəbrayıl oğluna istinad edilən cinayətlərin baş verib-verməməsi, onun həmin cinayətləri törətməkdə qəsdinin olubolmaması kimi mühüm əhəmiyyət kəsb edən əlamətlər yoxlanılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş aşağıdakı sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəklində sonuncunun qeyd edilən cinayətləri törətməsi nəticəsinə gəlmək üçün əsas verir və kifayət edirlər. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni İbrahimov Mirzə Cəbrayıl oğlunun ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs8, zərərçəkmiş şəxs7 ifadələri, zərərçəkmiş şəxs5, X4, zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdikləri ifadələri, şahidlər şahid6, şahid5, şahid1, şahid8, şahid7, şahid2 ifadələri, şahid4 və şahid3 ibtidai istintaqda verdikləri ifadələri, ## #### 2025-ci il, ## #### 2025-ci il, ## #### 2025-ci il, ## #### 2025-ci il, ## #### 2025-ci il, ## #### 2025-ci il, ## #### 2025-ci il, ## #### 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi protokolları, ## #### 2025-ci il tarixli diskdə olan videogörüntüyə baxış protokolları, ## ##### 2025-ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokol, “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” ## #### 2025ci il tarixli protokol, məhkəmə-kimyəvi ekspertizasının ## ##### 2025-ci il tarixli, **/*** nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının ## ###### 2025-ci il tarixli, *** nömrəli rəyi, Salyan rayon heyvan sağlamlığı və baytarlıq xidmətləri idarəsinin ## ###### 2025-ci il tarixli, ** nömrəli məktubu, "Ay Store" mağazasının ## ###### 2025-ci il tarixli arayışı, "Rich House" geyim əşyalarının satışı mağazasının ## ###### 2025-ci il tarixli arayışı, habelə iş materiallarında olan digər sənədləri nəzərdən keçirib İbrahimov Mirzə Cəbrayıl oğlunun Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.2 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi, həmin cinayət əməllərinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, onun ittiham olunduğu əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin Mirzə ibrahimovun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddələr ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Mirzə İbrahimovun qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, birinci instansiya məhkəməsinin hökmü işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq qəbul edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırki qərarda təkrarlamağa zərurət görmür. Kollegiya iş materiallarını, tədqiq edilmiş sübutları və təqsirləndirilən şəxsin ifadələrini birlikdə qiymətləndirərək hesab edir ki, İbrahimov Mirzə Cəbrayıl oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1772.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsi iş üzrə toplanmış mötəbər və biri-birini tamamlayan sübutlarla tam təsdiq olunur. Belə ki, həmin epizodlar üzrə hadisə yerinə baxış və videogörüntülərə baxış protokolları, ekspertiza rəyləri, digər yazılı sübutlar, eləcə də təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri bir-biri ilə uzlaşır və onun qeyd edilən cinayət əməllərini törətməsi barədə məhkəmə kollegiyasında hər hansı şübhə yaratmır. İbrahimov Mirzə Cəbrayıl oğlu da həmin hissələrdə özünü təqsirli bildiyindən, məhkəmə kollegiyası göstərilən əməllər üzrə təqsirin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə kollegiyası eyni zamanda, məhkum edilmiş şəxs İbrahimov Mirzə Cəbrayıl oğlunun apellyasiya baxışı zamanı bildirdiyi oğurluq epizodları üzrə oğurlanmış əmlakın dəyərinin bəzi hallarda artırılması ilə bağlı dəlilini də əsassız hesab edir. Belə ki, iş materiallarında olan zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətləri protokolları, habelə əmlakların orta bazar dəyərinə dair təqdim edilmiş arayışlar oğurlanmış əşyaların və pul vəsaitlərinin miqdarını təsdiq edir. Təqsirləndirilən şəxsin həmin dəyərlərin hansı əsasla artırıldığını göstərən hər hansı mötəbər sübut təqdim etməməsi fonunda, bu barədə irəli sürdüyü mülahizələr formal xarakter daşıyır və öz təsdiqini tapmır. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxs Mirzə İbrahimovun Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməməsi və həmin hissədə özünü təqsirli bilməməsi ilə bağlı dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər yuxarıda qeyd olunan sübutlarla təkzib olunmaqla ona elan olunmuş ittihamın və əməlinin hüquqi tövsifinin dəyişdirilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Belə ki, iş materiallarından görünür ki, İbrahimov Mirzə Cəbrayıl oğlu ibtidai istintaq zamanı alınmış ilkin izahatında, eləcə də sonradan şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində ## #### 2025-ci il tarixdə saat 15:30 radələrində Salyan şəhəri ərazisində gəzərkən pulu olmadığı üçün yenə də mağazalardan birindən oğurluq etməyi qərara aldığını, həmin vaxt Salyan şəhəri Ə.Hüseynov küçəsi ərazisində gedərkən əvvəllər tanımadığı, sonradan adını bildiyi zərərçəkmiş şəxs1 “Xana” Nail Studio adlı dırnaq baxımı salonunu görüb narkotik maddə istifadə etmədiyindən özündə olmadığı üçün həmin yeri mağaza zənn etdiyini və içəridən pul oğurlaya biləcəyini düşündüyünü, bu səbəbdən salonun qapısını açıb içəri daxil olduğunu, həmin vaxt orada 2 nəfər qadının oturduğunu, içəridə stolun üzərində olan pul qabını görüb orada olan həmin qadınların onu görmələrinə əhəmiyyət vermədən onların gözü qarşısında pul qabını götürüb tez çölə çıxdığını, həmin vaxt salondan çıxan Böyükxanım adlı qadının mobil telefonla çəkiliş edərək və ona dayanmağı üçün qışqıraraq arxasınca gəldiyini, əvvəlcə həmin qadın qışqırmasın deyə dayanmaq istədiyini, lakin, sonradan qorxduğu üçün qaçaraq həmin yerdən uzaqlaşdığını, oradan bir qədər aralandıqdan sonra polis tərəfindən tutulacağından qorxduğu üçün pul qabının içərisinə baxmadan onu tulladığını, daha sonra pul qabının içərisində zərərçəkmiş şəxs1 məxsus 56 manat pul olmasını bildiyini etiraf etmişdir. Həmçinin iş materiallarında olan “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” ## #### 2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs İbrahimov Mirzə Cəbrayıl oğlu ifadəsində göstərdiklərini ifadəsi yerində yoxlanılan zaman zərərçəkmiş şəxs1 və digər zərərçəkmiş şəxslərə qarşı törətdiyi əməli göstərməklə bir daha təsdiq etmişdir. Kollegiya hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq mərhələsində verdiyi həmin etirafedici ifadələr hadisələrin məntiqi ardıcıllığına uyğun olmaqla yanaşı, iş üzrə digər sübutlarla da tam uzlaşır. Belə ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, Salyan rayonu Kürqaraqaşlı kəndində qeydiyyatda olmaqla Salyan şəhəri M.F.Axundov küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Qeyd etmişdir ki, təxminən 1 il olar ki, Salyan rayon sakini şahid1 tanıyır və onunla tanış kimi münasibətləri olmuşdur. Əfsanə təxminən 3-4 ay olardı ki, Salyan şəhəri Ə.Hüseynov küçəsində yerləşən, icarə əsasında işlətdiyi "Xana" Nail Studio dırnaq baxımı salonuna gedibgələrək həm də ondan dırnaq işlərini öyrənmişdir. ## #### 2025-ci il tarixdə saat 15:30 radələrində tanışı Əfsanə ilə həmin salonda oturmuş və həmin vaxt salonun qapısı açıq vəziyyətdə olmuşdur. Onlar isə hərəsi öz mobil telefonu ilə məşğul olmuşlar. Həmin vaxt anidən əynində qara rəngli köynək və əlində əl-üz dəsmalı olan, əvvəllər tanımadıqları, hazırda adını bildiyi Neftçala rayonu Aşağı Surra kənd sakini İbrahimov Mirzə Cəbrayıl oğlu salona daxil olaraq onların gözü qarşısında orada stolun üzərində olan, ona məxsus içərisində 56 (əlli altı) manat nağd pul, şəxsi ailə şəkilləri və içərisində 60 manat olan Leo Bank kartının olduğu pul qabını götürüb qaçmışdır. Bundan sonra o və Əfsanə həmin şəxsin ardınca çölə çıxmışlar. O, həmin şəxsin ardınca qaçaraq öz mobil telefonu ilə videoçəkiliş etməyə və dayanması üçün qışqırmağa başlamışdır. Həmin şəxs əvvəlcə geri çevrilmişdir. Daha sonra yenidən qaçaraq həmin yerdən uzaqlaşmışdır. O, daha həmin şəxsə çata bilmədiyindən geri qayıtmalı olmuşdur. O, tez həmin şəxs tərəfindən götürülmüş, ona məxsus pul qabının içərisindəki kartda olan 60 manatı başqa kartına köçürmüşdür. Bundan sonra o, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub məlumat vermiş və Salyan rayon polis şöbəsinə bu barəepe ərizə ilə müraciət etmişdir. Bildirmişdir ki, Mirzə İbrahimovun işlətdiyi salondan ona məxsus pul qabını götürüb qaçması nəticəsində pul qabının içərisində 56 (əlli altı) manat nağd pulu, şəxsi ailə şəkilləri və içərisində 60 manat olan Leo Bank kartı olmuşdur. Bank kartını pulsuz alıb əldə etmiş və həmin vaxt kartda olan 60 (altmış) manatı başqa kartına köçürdüyü üçün bununla bağlı maddi ziyan dəyməmişdir. Markasını xatırlamadığı pul qabını isə 10 manata almış, ona yalnız 10 (on) manat dəyərində olan pul qabı və içərisində olan 56 (əlli altı) manat nağd pulun götürülməsi nəticəsində ümumilikdə 66 (altmış altı) manat maddi ziyan dəymişdir. Bildirmişdir ki, Neftçala rayonu Aşağı Surra kənd sakini İbrahimov Mirzə Cəbrayıl oğlu salona daxil olarkən onu və şahid1 orada görmüşdür. Lakin, həmin şəxs onlara heç bir əhəmiyyət vermədən gözləri qarşısında stolun üzərində olan, ona məxsus pul qabını götürüb tez oradan qaçmışdır. Onlar onun ardınca çölə çıxmışlar. O isə öz mobil telefonu ilə videoçəkiliş edərək və dayanması üçün qışqıraraq onun ardınca getmişdir. Həmin şəxs əvvəlcə geri dönmüş, lakin sonradan üzünü çevirib qaçaraq oradan uzaqlaşmışdır. Bildirmişdir ki, həmin vaxt o, çox həyəcanlı olduğundan ilkin müraciətində həmin şəxsin yəni İbrahimov Mirzə Cəbrayıl oğlunun əlində dəmir parçası ilə obyektə daxil olmasını bildirmişdir. Əslində isə həmin şəxsin əlində dəmir parçası olmamışdır. Həmin şəxsin əlində əlüz dəsmalı olmuşdur. Sonradan həmin şəxsin dəsmalı və əynində olan qara rəngli köynəyi qonşu binanın blokundan oğurladığını və orada yaşayan şəxslərə məxsus olduğunu bilmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərmişdir ki, Zaqatala rayonu Əliabad qəsəbəsində qeydiyyatda olmaqla hazırda anası və azyaşlı övladı ilə birlikdə Salyan şəhəri Ə.Kürçaylı küçəsində fərdi yaşayış evində kirayədə yaşayır. Qeyd etmişdir ki, təxminən 1 il olar ki, Salyan rayon sakini zərərçəkmiş şəxs1 tanımış və onunla tanış kimi münasibətləri olmuşdur. Təxminən 3-4 ay olarmış ki, Böyükxanımın Salyan şəhəri Ə.Hüseynov küçəsində yerləşən, icarə əsasında işlətdiyi “Xana" Nail Studio dırnaq baxımı salonuna gedib-gələrək həm də tanışı Böyükxanımdan dırnaq işlərini öyrənmişdir. ## #### 2025-ci il tarixdə saat 15:30 radələrində tanışı Böyükxanımla həmin salonda oturmuş və həmin vaxt salonun qapısı açıq vəziyyətdə olmuşdur. Onlar isə hərəsi öz mobil telefonları ilə məşğul olmuşlar. Həmin vaxt anidən əynində qara rəngli köynək və əlində əl-üz dəsmalı olan, əvvəllər tanımadıqları, hazırda adını bildiyi Neftçala rayonu Aşağı Surra kənd sakini İbrahimov Mirzə Cəbrayıl oğlu salona daxil olaraq onların gözü qarşısında orada stolun üzərində olan, Böyükxanıma məxsus pul qabını götürüb qaçmışdır. Bundan sonra o və Böyükxanım həmin şəxsin ardınca çölə çıxmışlar. Böyükxanım həmin şəxsin ardınca qaçaraq öz mobil telefonu ilə videoçəkiliş etməyə və qışqırmağa başlamışdır. Həmin şəxs əvvəlcə geri çevrilmişdir. Daha sonra yenidən qaçaraq həmin yerdən uzaqlaşmışdır. Böyükxanım daha həmin şəxsə çata bilmədiyindən geri qayıtmalı olmuşdur. Həmin vaxt Böyükxanım pul qabının içərisində özünə məxsus 56 (əlli altı) manat nağd pul, şəxsi ailə şəkilləri və Leo Bank kartının içərisində isə 60 manat pulunun olduğunu bildirmişdir. Böyükxanım tez həmin şəxs tərəfindən götürülmüş pul qabının içərisindəki kartda olan 60 manatı başqa kartına köçürmüş və ona yalnız 56 (əlli altı) manat nağd pulun maddi ziyanı dəymişdir. Bundan sonra Böyükxanım Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub məlumat vermiş və Salyan rayon polis şöbəsinə bu barədə ərizə ilə müraciət etmişdir. Bildirmişdir ki, Neftçala rayonu Aşağı Surra kənd sakini İbrahimov Mirzə Cəbrayıl oğlu salona daxil olarkən onu və zərərçəkmiş şəxs1 orada görmüşdür. Lakin, həmin şəxs onlara heç bir əhəmiyyət vermədən gözləri qarşısında stolun üzərində olan, Böyükxanıma məxsus pul qabını götürüb tez oradan qaçmışdır. Onun ardınca çölə çıxmışlar. Böyükxanım isə öz mobil telefonu ilə videoçəkiliş edərək və qışqıraraq onun ardınca getmişdir. Həmin şəxs əvvəlcə geri dönmüş, lakin sonradan üzünü çevirib qaçaraq oradan uzaqlaşmışdır. Bundan başqa, iş materiallarında olan ## #### 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi protokolundan görünür ki, ## #### 2025-ci il tarixdə İbrahimov Mirzə Cəbrayıl oğlu Salyan şəhəri Ə.Hüseynov küçəsində yerləşən, zərərçəkmiş şəxs1 işlətdiyi "Xana" Nail Studio adlı dırnaq baxımı salonunda stolun üzərindən sonuncuya məxsus içərisində 56 (əlli altı) manat pulolan 10 (on) manat dəyərində pul qabını açıq talayaraq soyğunçuluq etmişdir. İş materiallarında olan ## #### 2025-ci il tarixli diskdə olan videogörüntüyə baxış protokolundan görünür ki, ## #### 2025-ci il tarixdə zərərçəkmiş şəxs1 qaça-qaça mobil telefonla videoçəkiliş edərək İbrahimov Mirzə Cəbrayıl oğlunun ardınca gedib dayanması üçün qışqırmış, həmin vaxt Mirzə İbrahimov yeriyərək oradan uzaqlaşmaq istəyərkən zərərçəkmiş şəxs1 onun arxasınca gəldiyini görüb qaçaraq həmin yerdən uzaqlaşmışdır. Həmin görüntülərdən də aşkar şəkildə görünür ki, təqsirləndirilən şəxs öz hərəkətlərinin zərərçəkmiş şəxs tərəfindən aşkar olunduğunu anlamış, buna baxmayaraq ələ keçirdiyi əmlakı qaytarmamış və hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, soyğunçuluq cinayətinin obyektiv cəhəti özgənin əmlakının açıq talanmasında ifadə olunur və əməlin zərərçəkmiş şəxsin və ya digər şəxslərin gözü qarşısında, təqsirkar tərəfindən dərk edilərək törədilməsi həmin cinayət tərkibinin mövcudluğu üçün kifayətdir. Hazırkı iş üzrə isə həm zərərçəkmiş şəxsin ifadələri, həm videogörüntülər, həm də təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələr onun özgənin əmlakını açıq şəkildə talayaraq hadisə yerindən uzaqlaşdığını təsdiq edir. Bundan əlavə, iş materiallarından görünür ki, İbrahimov Mirzə Cəbrayıl oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə ittiham elan edilərkən o, həmin ittihama etiraz etməmiş, ibtidai istintaq yekunlaşdıqdan sonra cinayət işinin materialları ilə tanış olarkən də bu hissə ilə bağlı hər hansı etiraz və ya vəsatət verməmişdir. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Mirzə İbrahimovun özü, istər onun vəkili ibtidai istintaq dövründə həmin ittihamın əsassız olması ilə bağlı hər hansı vəsatət qaldırılmamış, həmin halı sair qaydada mübahisələndirməmişlər. Belə olan halda, təqsirləndirilən şəxsin ona istinad olunan soyğunçuluq cinayətinin törədilməsində təqsirinin olmaması ilə bağlı göstərdiyi xüsusatların işin məhkəmə baxışı zamanı təsdiqini tapmadığı müəyyən olunmuşdur. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrini daha tutarlı, işin faktiki hallarına və hadisələrin məntiqi ardıcıllığına uyun hesab edir və belə qənaətə gəlir ki, təqksirkar sonradan ifadələrini dəyişməklə cinayət məsuliyyətindən yayınmaq, məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Onun yalnız məhkəmə baxışı zamanı özünü bu hissədə təqsirli bilmədiyini bildirməsi hər hansı konkret fakt, sübut və ya inandırıcı əsaslarla təsdiq olunmamış, ümumi və formal mülahizə xarakteri daşımışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İbrahimov Mirzə Cəbrayıl oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi Və bu epizod üzrə də təqsirliliyi iş üzrə toplanmış, biri-birini tamamlayan və qarşılıqlı şəkildə təsdiq edən kifayət qədər mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, onun əks məzmunlu dəlilləri isə müdafiə xarakterli olmaqla məsuliyyətdən yayınmağa yönəlmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin və müdafiə tərəfin dəlilləri formal xarakterli dəlillər olmaqla əsassızdır. Təqsirləndirilən şəxs məhkəmənin gəldiyi nəticələrlə razılaşmasa da, bununla bağlı hər hansı təkzibedici dəlili, təqsirsizliyinə dəlalət edən tutarlı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Mirzə İbrahimovun ona CM-nin 177.2.2, 177.2.3, 180.2.2 və 234.1-ci maddələri ilə istinad edilən cinayətləri törətməsi işdə olan mötəbər sübutlarla tam təsdiq olunur. Həmin sübutlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni üsullarla əldə edilmişdir, mənbələri, habelə mənsubiyyəti məlumdur, təqsirliliklə bağlı hissədə müəyyən nəticəyə gəlmək üçün kifayət edirlər. Bu baxımdan həmin sübutlar CPMnin 125-ci maddəsinə əsasən mötəbər sübutlar kimi qəbul olunmalıdır. Odur ki, kollegiya belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.2 və 234.1-ci maddələri ilə tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, habelə əməllərin hüquqi tövsifinin dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Cəza məsələsinə gəldikdə isə kollegiya aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Təqsirləndirilən şəxs İbrahimov Mirzə Cəbrayıl oğluna birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olubolmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, iş materiallarında olan zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, o, Mirzə İbrahimov tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Neftçala Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)- **/**** nömrəli hökmünün surətindən görünür ki, İbrahimov Mirzə Cəbrayıl oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, cəzaçəkmə müddətinin əvvəli ## #### 2021-ci ildən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs İbrahimov Mirzə Cəbrayıl oğlu sonuncu dəfə Neftçala Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayətlərə münasibətdə şəxsin cəzasını çəkib qurtardığı gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, məhkumluğu ödənilmədən və götürülmədən Mirzə İbrahimov yenidən qəsdən hazırkı cinayət əməllərini törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkum edilmiş şəxs Mirzə İbrahimova cəza təyin edərkən onun himayəsində azyaşlı uşağının olmasını və dəymiş ziyanın qismən ödənilməsini CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətin residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” ## ######## 2010-cu il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 177.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları; 180.2.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası; 234.1-ci maddəsinin sanksiyasında isə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən İbrahimov Mirzə Cəbrayıl oğluna CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 180.2.2-ci maddəsi ilə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 04 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, CMnin 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə tutulduğu 02 gün müddətin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 04 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılmasına dair yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası törədilmiş cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-nin 65.2-ci maddəsinin tələbini də nəzərə almaqla, Mirzə İbrahimova düzgün olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Məhkəmə bu cəza növünü seçməklə işin faktiki hallarını düzgün qiymətləndirmiş, cəzanın məqsədlərini təmin edən növdə və həddə cəza təyin etmiş, ümumilikdə cəza təyini məsələsində CM-nin 8.1-ci maddəsinə tam əməl etməklə qanuni və əsaslı cəzanın təyin edilməsinə nail olmuş, cəzanın həddini müvafiq normalara əsasən təyin edilməsi mümkün olan minimal hədlərdə müəyyən etməklə təqsirkarın barəsində kifayət qədər ədalətli davranmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi cəza məsələsində də düzgün nəticəyə gəlmiş, bu hissədə cinayət və cinayət-prosessual qanunvericiliyi düzgün tətbiq etmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Salyan Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(***)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum edilmiş şəxs İbrahimov Mirzə Cəbrayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Elçin Xasməmmədov Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(3-9)-192/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-192/2026
21.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver