Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-193/2026 21.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, məhkum edilmiş şəxsin müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə ## ###### 1999-cu ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada əməklə məşğul olmuş (fəhlə), məhkumluğu olmayan, ünvan 2 qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CMin) 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər X6 (sədrlik edən), X5 və X7 ibarət tərkibdə) Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının ## ### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji mərkəzdə qeydiyyatda olmasının nəzərə alınması qərara alınmışdır. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünü ləğv edərək, onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, külli miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ## ### 2025-ci il tarixdə, saat 18:45-də Beyləqan şəhəri, SMD-42 qəsəbəsinin ərazisində saxlanılaraq, üstü yoxlanılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd kibrit qutusunun içərisində gümüşü rəngli kağıza bükülmüş, təmiz çəkisi 2,136 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ##.##.2025-ci il tarixdə Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılarkən üzərindən yalnız 0,01 qram psixotrop maddə metamfetamin aşkar olunub götürülmüş, lakin polis əməkdaşları tərəfindən ona fiziki və psixoloji təzyiq göstərilməklə həmin maddənin çəkisinin 2,136 qram olması barədə ifadə verməyə məcbur edilmişdir. O, həmçinin Beyləqan rayon sakini şahid1 metamfetamin aldığı zaman birlikdə saxlanıldığını, lakin şahid1 adının istintaq prosesində çəkilməməsi üçün ona təzyiq göstərildiyini, bundan sonra isə metamfetamini kanal kənarından tapması barədə ifadəni fiziki təsir altında imzaladığını bildirmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı X2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin maddə ilə ona cəza təyin edilməsini xahiş etdilər. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-in (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Bu prosessual çərçivə baxımından hazırkı iş üzrə apellyasiya baxışının predmeti məhkum edilmiş şəxsin şikayətində göstərilən əsas məsələlərdən - psixotrop maddənin ona aid olmaması, maddənin çəkisinin süni şəkildə artırılması, ilkin etirafedici ifadələrin təzyiq altında alınması, şahid1 ilə bağlı halların düzgün araşdırılmaması və nəticədə bəraət və ya daha yüngül tövsif üçün əsasların mövcud olması barədə dəlillərin yoxlanılmasından ibarətdir. Eyni zamanda məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in tələblərinə riayət olunub-olunmadığını da şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasını, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirinin qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməsini və təqsirsiz şəxslərə bəraət verilməsini təmin etməkdən ibarətdir. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi zamanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edib-etmədiyini ayrıca yoxlamışdır. Birinci instansiya məhkəməsi iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, mobil rabitə məlumatlarını və digər sənədləri məcmu qaydada qiymətləndirərək Təqsirləndirilən şəxs CMin 234.1-1-ci maddəsi ilə verilmiş ittihamın sübuta yetirilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, məhkum edilmiş şəxsin və müdafiəçinin, habelə dövlət ittihamçısının çıxışlarını dinləyib cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətində əsasən sübutların tam və hərtərəfli araşdırılmaması, psixotrop maddənin ona aid olmaması, maddənin çəkisinin artırılması, ilkin izahat və ifadələrin fizikipsixoloji təzyiq altında alınması, şahid1 ilə bağlı halların gizlədilməsi və birinci instansiya məhkəməsinin ittiham sübutlarını düzgün qiymətləndirməməsi mübahisələndirilmişdir. Məhkəmə kollegiyası həmin dəlilləri aşağıdakı ardıcıllıqla qiymətləndirir. Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihamı və həmin ittihamla bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təsdiq edən əsas sübutlar aşağıdakılardır:
1. Beyləqan Rayon Polis Şöbəsinin CAB-ın ##.##.2025-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlamaqla daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur (İ cild, iş vərəqi 03).
2. Beyləqan Rayon Polis Şöbəsinin ##.##.2025-ci il tarixli qərarı, məktubları və əmrindən görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, bu barədə cinayətprosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa və məhkəməyə məlumat verilmişdir (İ cild, iş vərəqi 04-08).
3. Beyləqan Rayon Polis Şöbəsinin “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” ## ### 2025-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunda kibrit qutusu ilə birlikdə çəkisi 5,83 qram olan psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş kütlənin özünə məxsus olduğunu, Beyləqan rayonu ərazisində yerləşən kanalının kənarından tapdığını, istifadə etmək məqsədilə əldə edib üzərində daşıdığını bildirmişdir (İ cild, iş vərəqi 09-11).
4. Beyləqan Rayon Polis X13 ##.##.2025-ci il tarixli protokolu və məktubundan görünür ki, azadlığı faktiki olaraq ##.##.2025-ci il tarixdə, saat 18:45 dəqiqədən məhdudlaşdırılmış Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:55-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və yaxın qohumuna bu barədə məlumat verilməsi təmin olunmuşdur (İ cild, iş vərəqi 24-26).
5. Məhkəmə-narkoloji ekspertizasının ## #### 2025-ci il tarixli, **** nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs kannaboidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSIS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs ##.##.2024-cü il tarixdən RNM-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. (İ cild, iş vərəqi 191-192).
6. Məhkəmə-kimyəvi ekspertizasının ## ### 2025-ci il tarixli, **/*** nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərində..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda olan 01 ədəd bükümdə təmiz çəkisi 2,136 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (İ cild, iş vərəqi 44-47).
7. Ambulator məhkəmə psixiatrik ekspertizasının ## ###### 2025-ci il tarixli, **** nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, iş vərəqi 227-229).
8. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin ## #### 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən Təqsirləndirilən şəxs Beyləqan Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuz davranışlara və fiziki zorakılığa məruz qalması barədə araşdırma aparılmış və toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul edilmişdir (İ cild, iş vərəqi 147-152).
9. Beyləqan rayon prokurorluğunun müstəntiqi, R X9 ## #### 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən Təqsirləndirilən şəxs fiziki zorakılığa məruz qalması və sonuncuya qarşı digər qanunsuzluqlara yol verilməsi ilə bağlı Beyləqan rayon Polis şöbəsinin əməkdaşları barəsində araşdırma aparılmış və toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul edilmişdir (İ cild, iş vərəqi 153-157).
10. Beyləqan Rayon Polis Şöbəsinin Istintaq bölməsinin ## ### 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi çəkisi 2,136 qram olan metamfetamindən 0,10 qramı tədqiqata sərf olunduqdan sonra, faktiki olaraq ümumi təmiz çəkisi 2,036 qram qalan metamfetamin, “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” ## ### 2025-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd “DVD” disk və “Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” ## ### 2025-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut kimi tanınmış, 2,036 qram metamfetamin saxlanması üçün Beyləqan Rayon Polis Şöbəsinə təhvil verilmiş, 02 ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, iş vərəqi 78-79).
11. Beyləqan Rayon Icra Hakimiyyəti başçısının Beyləqan Şəhər Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ##.##.2025-ci il tarixli arayışları və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (İ cild, iş vərəqi 82-84).
12. Beyləqan Rayon Polis X13 “baxış keçirilməsi haqqında” ##.##.2025 və ##.##.2025-ci il tarixli protokollarından görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən götürülmüş “X1 12” markalı mobil telefon və həmin telefonda olmaqla istifadəsində olmuş (051) 673-86-13 mobil nömrəsinə dair “xxxx” MMC-dən daxil olmuş məktuba əlavə edilmiş yaddaşında telefon məlumatları olan CD diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir məlumat aşkar edilməmiş (İ cild, iş vərəqi 85, 143-145).
13. Beyləqan Rayon Prokurorluğunun ##.##.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə Beyləqan Rayon Polis X18 Qrupunun qərarı qanuni və əsaslı hesab edilmişdir (İ cild, iş vərəqi 87-88).
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X23 ##.##.2026-cı il tarixli məktubu ilə məhkəməyə daxil olmuş tibbi arayış və ****/**** nömrəli “X10”nın surətindən görünür ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə * saylı istintaq təcridxanasına daxil olmuş və müayinə zamanı sağ kürək nahiyəsində sarımtıl rəngli qançır və qərtməkli yara, qarın nahiyəsində sıyılmış qərtməkli yara, sol bazunun içəri səthinin yuxarı 1/3-də, sol baldır nahiyəsinin bayır səthinin yuxarı 1/3-də bənövşəyi rəngli qançır, təpə, sağ diz və qarın nahiyələrində çapıq toxumaları aşkar olunmuş və o, müvəqqəti saxlama yerində zədə aldığını bildirmişdir (II cild, iş vərəqi 158-166).
15. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Əməliyyat və Statistika Informasiya Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Beyləqan Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (İ cild, iş vərəqi 110-111).
16. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı əsasında müvafiq olaraq “Bakcell” və “xxxx” MMC-dən götürülmüş, məhkəmə iclasında tədqiq edilmiş mobil telefon nömrələrinin müvafiq operatorda qeydə alınmış ## ### 2025-ci il, saat 00:00-dan ## ### 2025-ci il, saat 00:00- dək olan müddətə anten dairəsi məlumatları, şanların coğrafi koordinatları barədə məlumatlardan: - şahid7 istifadəsində olan (051) ***-**-** saylı mobil nömrənin anten dairəsi ##.##.2025-ci il tarixdə, saat 14:02:25-də Beyləqan rayonu, saat 15:10:45-dən 16:16:19-dək ünvan 1, saat 16:44:13-də Beyləqan rayonu, saat 16:49:54-dən 18:18:53-dək ünvan 1, saat 20:54:42-də Beyləqan rayonu; - şahid5 istifadəsində olan (051) ***-**-** saylı mobil nömrənin anten dairəsi ##.##.2025-ci il tarixdə, saat 14:06:04-də Beyləqan şəhəri ATS, saat 14:43:03-də Beyləqan rayonu, Yuxarı Çəmənli kəndi, saat 15:01:43-də Imişli rayonu, Bəhrəmtəpə sho.yo yanı, Sarıxanlı dön, saat 15:32:47-də Beyləqan rayonu, Qəhrəmanlı kəndi, saat 16:12:07-də Beyləqan şəhəri ATS, saat 16:42:55-dən 16:59:19-dək Beyləqan rayonu, Un dəyirmanı ərazisi, saat 17:15:57-dən 17:22:01-dək ünvan 1, saat 17:25:44-dən 17:29:18-dək Beyləqan rayonu, saat 17:29:39-dan 17:30:21-dək Beyləqan şəhəri, ATS, saat 17:34:27-də Beyləqan rayonu, saat 17:39:45- dən 17:43:30-dək ünvan 1, saat 19:09:15-də Beyləqan rayonu, Un dəyirmanı ərazisi, saat 19:51:04-də Beyləqan rayonu, - şahid4 istifadəsində olan (051) ***-**-** saylı mobil nömrənin anten dairəsi ##.##.2025-ci il tarixdə, saat 17:26:31-də ünvan 1, saat 21:44:01-də Beyləqan rayonu, Un dəyirmanı ərazisi; - şahid2 istifadəsində olan (051) ***-**-** saylı mobil nömrənin anten dairəsi ##.##.2025-ci il tarixdə, saat 14:48:10-da Beyləqan şəhəri ATS (bir də növbəti gün, yəni ## ### 2025-ci il tarixdə zəng daxil olmuşdur); - şahid6 istifadəsində olan (055) ***-**-** saylı mobil nömrənin anten dairəsi ##.##.2025-ci il tarixdə, saat 14:12:56-dan 18:38:20-dək Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, Icra Hakimiyyətinin yanı, saat 19:18:10-da eyni yer; - şahid3 istifadəsində olan (050) ***-**-** saylı mobil nömrənin anten dairəsi ##.##.2025-ci il tarixdə, saat 15:10:45-də Beyləqan şəhəri ATS, saat 15:16:34-dən 18:19:24-dək ünvan 1, saat 19:03:52-də Beyləqan rayonu ərazilərində aktiv olmaları müəyyən edilmişdir. - şahid1 istifadəsində olan (051) 397- **-** saylı mobil nömrənin müvafiq operatorda qeydə alınmış ## ###### 2025-ci il, saat 00:00-dan ## ### 2025-ci il, saat 00:00-dək olan müddətə giriş-çıxış zəngləri, sms mətnləri və anten dairəsi məlumatlarından ##.##.2025-ci il tarixdə, saat 15:25:09-da Beyləqan rayonu, RTS qəsəbəsi, saat 15:36:03-dən 16:29:45-dək Beyləqan rayonu, saat 16:31:35-dən 16:57:02-dək Beyləqan rayonu, RTS qəsəbəsi, saat 17:30:02-dən 19:16:16- dək Beyləqan rayonu, saat 21:23:49-da Beyləqan rayonu, RTS qəsəbəsində aktiv olması, bundan başqa, həmin gün saat 15:37:00-dan 15:47:35-dək olan müddətdə Təqsirləndirilən şəxs bir neçə dəfə zəng etməsi məlum olmuşdur. - təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş (051) 673-86- ** saylı mobil nömrənin ## ### 2025-ci il, saat 00:00-dan ## ### 2025-ci il, saat 00:00- dək olan müddətə anten dairəsi məlumatları, şanların coğrafi koordinatları barədə məlumatlardan ##.##.2025-ci il tarixdə, saat 15:37:00-da Beyləqan rayonu, Un dəyirmanı ərazisi, saat 15:37:01-də Beyləqan rayonu, saat 15:40:53-də Beyləqan rayonu, Un dəyirmanı ərazisi, saat 15:40:54-də Beyləqan rayonu, RTS qəsəbəsi, saat 15:40:57-də Beyləqan rayonu, Un dəyirmanı ərazisi, saat 15:42:58-də Beyləqan rayonu, saat 15:47:35- də Beyləqan şəhəri ATS, saat 16:25:00-dan 16:33:17-dək Beyləqan rayonu, Un dəyirmanı ərazisi və RTS qəsəbəsi, saat 20:10:13-də ünvan 1 ünvanlarda aktiv olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə ilkin etirafedici ifadələrindən fərqli olaraq sonradan və birinci instansiya məhkəməsində keçirilən baxış iclası zamanı aşkar olunmuş külli miqdarda psixotrop maddənin çəkisinin birdəfəlik istifadə dozasında olmasını, həmin maddənin məhz polis əməkdaşları tərəfindən çəkisinin artırıldığını bildirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması həmin məsələni mübahisələndirən tərəfin üzərinə düşür. Bununla yanaşı, məhkəmə yalnız bu qaydaya formal istinad etməklə kifayətlənməməli, sübutların əldə edilmə mənbəyini, rəsmiləşdirilmə qaydasını, onların bir-biri ilə uyğunluğunu və müdafiə tərəfinin irəli sürdüyü etirazları məcmu şəkildə qiymətləndirməlidir. Hazırkı işdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2,136 qram metamfetaminin qanunsuz əldə edilib saxlanılması və daşınması faktı təkcə onun ilkin izahat və ifadələri ilə deyil, əməliyyat-axtarış tədbirinin protokolu, həmin protokola əlavə edilmiş videogörüntü, maddi sübutun qablaşdırılması və ekspertizaya təqdim edilməsi barədə sənədlər, məhkəmə-kimyəvi ekspertizasının rəyi, mobil rabitə məlumatları və digər iş materialları ilə birlikdə təsdiq olunur. Məhkum edilmiş şəxs apellyasiya şikayətində qeyd etmişdir ki, aşkar edilmiş predmetə aidiyyəti olmamış, həmin predmet saxlanılan zaman onun üzərində olan kütlədən çox olmuş, yəni polis əməkdaşları tərəfindən çəkisi şişirdilmiş və məhz polis əməkdaşları tərəfindən hədəqorxuya, təsir və təzyiqə məruz qaldığı üçün onların diktə etdiyi formada ibtidai araşdırma zamanı etirafedici ilkin ifadələr vermişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı hədə-qorxuya, təsir və təzyiqə məruz qalması barədə dəlilini ayrıca yoxlayaraq qeyd edir ki, bu iddia iş üzrə digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Belə iddia irəli sürüldükdə məhkəmənin vəzifəsi yalnız şikayətin mövcud olub-olmamasını müəyyən etməklə məhdudlaşmır; həm də həmin iddianın sübutların yolverilənliyinə və etibarlılığına real təsir göstərib-göstərmədiyi araşdırılmalıdır. Iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz davranışlara və fiziki zorakılığa məruz qalması barədə müraciətləri üzrə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində və Beyləqan rayon prokurorluğunda araşdırmalar aparılmış, müvafiq olaraq ## #### 2025-ci il və ## #### 2025-ci il tarixli qərarlarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarların qüvvədə olması özlüyündə məhkəməni sübutları qiymətləndirmək vəzifəsindən azad etməsə də, müdafiə tərəfinin təzyiq iddialarının ayrıca cinayət-prosessual qaydada yoxlanıldığını göstərən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Avropa Insan Hüquqları Məhkəməsi «X3rşı» işi ilə bağlı qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkum edilmiş şəxsin fiziki-psixoloji təzyiqə məruz qalması barədə dəlilləri iş üzrə mövcud digər məlumatlarla müqayisə edilmişdir. Bu zaman onun ilkin etirafedici ifadələrinin müdafiəçinin iştirakı ilə alınması, əməliyyat-axtarış tədbirinin video-görüntü ilə rəsmiləşdirilməsi, götürülmüş maddənin ekspertizaya təqdim olunması və ekspertiza rəyi ilə maddənin növü və təmiz çəkisinin müəyyən edilməsi nəzərə alınmışdır. Eyni zamanda məhkəmə kollegiyası nəzərə alır ki, X24 daxil olmuş tibbi sənədlərdə Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə istintaq təcridxanasına qəbul edilərkən bədəninin müxtəlif nahiyələrində qançır, sıyrıq və yara izlərinin aşkar edildiyi göstərilmişdir. Bu hal müdafiə tərəfinin pis rəftar iddiasının ümumiyyətlə yoxlanılmalı olduğunu göstərsə də, iş materiallarında həmin xəsarətlərin məhz psixotrop maddənin çəkisinin dəyişdirilməsi, maddi sübutun saxtalaşdırılması və ya konkret etirafedici ifadənin məcburiyyət altında alınması ilə səbəbli əlaqədə olduğunu təsdiq edən mötəbər sübut müəyyən edilməmişdir. Buna görə də məhkəmə kollegiyası təzyiq iddiasını yalnız formal qaydada rədd etmir; həmin iddianı maddi sübutun götürülməsi, qablaşdırılması, ekspertizaya təqdim edilməsi, ekspertiza rəyinin nəticələri və mobil rabitə məlumatları ilə birlikdə qiymətləndirərək belə nəticəyə gəlir ki, müdafiə tərəfinin bu dəlili ittihamın əsasını təşkil edən sübutların yolverilənliyini və mötəbərliyini aradan qaldırmır. Başqa sözlə, tibbi sənədlərdə xəsarət izlərinin qeyd edilməsi özlüyündə nəzərə alınmalı haldır, lakin həmin hal iş üzrə maddi sübutun məhz sonradan əlavə edilməsi və ya çəkisinin artırılması barədə nəticə çıxarmaq üçün kifayət etmir. Bu nəticəyə gəlmək üçün maddi sübutun rəsmiləşdirilməsi ardıcıllığında, qablaşdırılmasında, ekspertizaya təqdim edilməsində və ya ekspertiza nəticələrində konkret ziddiyyət müəyyən edilməlidir. Iş materiallarında isə belə ziddiyyət aşkar olunmur. Birinci instansiya məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşları təqsirləndirilən şəxsə qarşı tərəflərindən hər hansı bir fiziki və ya psixi təsirlərin edilmədiyini bildirmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” ##.##.2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs tutulduqdan sonra fiziki-psixoloji təzyiqlərə və təhdidlərə məruz qalması barədə dəlillərinə iş üzrə toplanmış sübutlarla birlikdə qiymət verərək hesab edir ki, həmin dəlillər ittihamın sübut bazasını etibarsız hesab etmək üçün kifayət etmir. Apellyasiya şikayətində göstərilən psixotrop maddənin Təqsirləndirilən şəxs aid olmaması, maddənin çəkisinin polis əməkdaşları tərəfindən süni şəkildə artırılması və sonradan rəsmiləşdirilməsi barədə digər dəlillər də iş üzrə tədqiq olunmuş sübutlarla təsdiq edilmir. Əksinə, əməliyyat-axtarış tədbirinin protokolu, video-görüntü, məhkəmə-kimyəvi ekspertizasının rəyi və maddi sübutun tanınması barədə qərar həmin maddənin Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürüldüyünü göstərir. Cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə şübhəli şəxs, ##.##.2025-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində, həmçinin əməliyyat-axtarış tədbiri və üstünün yoxlanılması zamanı videoçəkilişdə verdiyi izahatda psixotrop maddənin ona aid olmasını və onu istifadə etmək məqsədilə əldə edib saxladığını bildirmişdir. Bu ifadələr sonradan dəyişdirilmiş olsa da, onların məzmunu iş üzrə digər sübutlarla müqayisədə tam təcrid olunmuş sübut kimi deyil, məcmu sübut sisteminin tərkib hissəsi kimi qiymətləndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs sonradan verdiyi fərqli izahatlar müdafiə hüququnun həyata keçirilməsi çərçivəsində qiymətləndirilməlidir. Lakin həmin izahatlar iş üzrə obyektiv sənədlər, ekspertiza rəyləri və maddi sübutla təsdiq olunan halları təkzib edən mötəbər sübutlarla dəstəklənmədiyindən hökmün ləğvi və ya dəyişdirilməsi üçün əsas yaratmır. Təqsirləndirilən şəxs cinayət əməlini törətməsinə dair ittihamın əsasını əməliyyat-axtarış tədbirinin protokolu, protokolun tərkib hissəsi olan video-görüntü, götürülmüş maddi sübut, məhkəmə-kimyəvi ekspertizasının rəyi, mobil rabitə məlumatları və bir-birini tamamlayan digər sənədlər təşkil edir. Bu sübutlar CPM-in 125, 143, 144 və 145-ci maddələrinin tələbləri baxımından qiymətləndirildikdə onların mənşəyi, əldə edilmə qaydası və məzmunu üzrə hökmün qanuniliyinə təsir edən ziddiyyət müəyyən edilmir. Apellyasiya şikayətində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərmişdir ki, o, psixotrop maddəni şahid1 əldə etdikdən dərhal sonra saxlanılmış, lakin iibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən şahid1 adını çəkməməsi üçün ona təzyiq göstərilmişdir. Məhkəmə kollegiyası həmin dəlili iş materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, bu arqument hökmün ləğvi və ya dəyişdirilməsi üçün əsas yaratmır. Ilk növbədə qeyd edilməlidir ki, iş üzrə əldə olunmuş mobil operator məlumatları Təqsirləndirilən şəxs ilə şahid1 arasında müəyyən telefon əlaqələrinin mövcud olduğunu təsdiq edir. Belə ki, hadisə günü şahid1 istifadəsində olan mobil nömrədən Təqsirləndirilən şəxs bir neçə dəfə zəng edilməsi, həmçinin hər iki abonentin müəyyən vaxt intervalında eyni və ya yaxın anten dairələrində aktiv olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi də həmin halları nəzərə almış və tərəflər arasında əlaqənin mövcudluğunu inkar etməmişdir. Lakin həmin əlaqələrin mövcudluğu öz-özlüyündə təqsirləndirilən şəxsin müdafiə mövqeyində göstərdiyi kimi, polis əməkdaşlarının qanunsuz davranışlara yol verməsini və ya sübutların saxtalaşdırılmasını təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Əksinə, iş materiallarından görünür ki, ibtidai araşdırma orqanı tərəfindən şahid1 şəxsiyyəti müəyyən edilmiş, onun mobil nömrələri üzrə məlumatları alınmış, anten dairələri təhlil edilmiş və həmin şəxs üzrə araşdırma aparılmışdır. Əgər ibtidai araşdırma orqanının məqsədi həqiqətən də şahid1 adının gizlədilməsi və ya onun iş üzrə araşdırmadan kənarda saxlanılması olsaydı, həmin şəxsə dair mobil məlumatlarının, zəng tarixçələrinin və coğrafi koordinatların iş materiallarına əlavə edilməsi məntiqsiz olardı. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin göstərdiyi xüsusatları tamamilə diqqətdən kənarda qoymamış, əksinə onları araşdırma predmeti etmişdir. Digər tərəfdən, Təqsirləndirilən şəxs “şahid1 adını verməməsi üçün ona təzyiq göstərilməsi” barədə iddiaları obyektiv sübutlarla təsdiq olunmur. Iş materiallarında həmin xüsusatla bağlı hər hansı audio-video yazı, prosessual pozuntu faktı, müdafiə hüququnun məhdudlaşdırılması halı və ya bu xüsusatları təsdiq edən müstəqil sübut mövcud deyildir. Əksinə, iş üzrə təyin edilmiş xidməti araşdırmalar nəticəsində polis əməkdaşlarının qanunsuz davranışları ilə bağlı cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxsin bu barədə verdiyi izahatlar isə əsasən müdafiə xarakterli mülahizələrdən ibarət olmuş və digər sübutlarla təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs şahid1 metamfetamin əldə etməsi barədə izahatı, hətta doğru hesab edilsə belə, onun üzərində aşkar olunmuş metamfetamini qanunsuz olaraq əldə edib saxlaması faktını aradan qaldırmır. Birinci instansiya məhkəməsi də məhz bu səbəbdən satış məqsədini sübuta yetirilmiş hesab etməmiş, lakin psixotrop maddənin qanunsuz əldə edilib saxlanılması faktını sübutların məcmusu ilə müəyyən edilmiş hesab etmişdir. Buna görə də müdafiə tərəfinin qeyd olunan dəlilləri əmələ verilmiş hüquqi tövsifin və hökmün qanuniliyinin şübhə altına alınması üçün yetərli hesab edilə bilməz. Eyni zamanda müdafiə tərəfinin əsas dəlili olan “polis əməkdaşları tərəfindən metamfetaminin sonradan çəkisinin süni şəkildə artırılması” barədə iddialar mobil trafik və anten məlumatları ilə də təsdiqini tapmır. Belə ki, iş materiallarında olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs saxlanılana qədər sərbəst hərəkətdə olmuş, müxtəlif ərazilərdə aktivlik göstərmiş, şahid1 ilə əlaqə saxlamış, sonradan isə əməliyyat tədbiri nəticəsində saxlanılmışdır. Mobil məlumatların təhlili saxlanma anından əvvəl və sonra baş verən proseslərin ardıcıllığını təsdiq edir və iş üzrə sübutların ümumi məntiqi ilə uzlaşır. Həmin texniki məlumatlardan polis əməkdaşlarının əvvəlcədən planlaşdırılmış şəkildə süni sübut yaratması, maddənin çəkisini dəyişdirməsi və ya narkotik vasitəni sonradan əlavə etməsi kimi nəticələr çıxarmaq mümkün deyildir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, mobil telefonlara dair baxış protokolları, anten dairələri barədə məlumatlar və əməliyyat-axtarış tədbirinin materialları ayrı-ayrılıqda deyil, məcmu halında qiymətləndirilməlidir. Həmin məlumatlar Təqsirləndirilən şəxs hadisə günü hərəkət istiqamətini, şahid1 ilə əlaqəsini və sonradan əməliyyat tədbiri nəticəsində saxlanılmasını təsdiq edən yardımçı sübutlar kimi çıxış edir; bu məlumatlardan maddi sübutun saxtalaşdırılması və ya çəkisinin artırılması nəticəsi çıxmır. Müdafiə tərəfinin dəlilləri təqsirləndirilən şəxsin müdafiə hüququnun həyata keçirilməsi kimi qəbul edilsə də, həmin dəlillər obyektiv sübutlarla təsdiqlənmədiyi halda iş üzrə formalaşmış sübutlar məcmusunu aradan qaldıra bilməz. Məhkəmə kollegiyası bu dəlilləri sadəcə müdafiə xarakterli olduqlarına görə deyil, konkret sübutlarla təsdiq olunmadıqlarına və iş materialları ilə təkzib edildiklərinə görə əsaslı hesab etmir. Bütün bunlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərdiyi hallar birinci instansiya məhkəməsinin gəldiyi nəticəni şübhə altına almır və onun üzərindən aşkar olunmuş psixotrop maddənin qanunsuz əldə edilib saxlanılması və daşınması faktı sübutların məcmusu ilə təsdiq olunur. Məhkəmə kollegiyası eyni zamanda aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Göründüyü kimi, qanunda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ayrıca anlayışlar kimi müəyyən edilmişdir. Bu anlayışların məzmununa görə psixotrop maddənin şəxs tərəfindən qanunla müəyyən edilmiş qaydaları pozmaqla əldə edilməsi, öz sərəncamında saxlanılması və yerinin dəyişdirilməsi CM-in 234-cü maddəsinin müvafiq tərkibini yaradan obyektiv əlamətlər kimi çıxış edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair məhkəmə təcrübəsi üzrə qərarında da CM-in 234-cü maddəsinin blanket xarakter daşıdığı, “qanunsuzluq” əlamətinin müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş dövriyyə qaydalarının pozulması ilə bağlı olduğu izah edilmişdir. Cəza məsələsinə gəldikdə, birinci instansiya məhkəməsi cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, psixotrop maddənin növünü və miqdarını, məhkum edilmiş şəxsin şəxsiyyətini, yaşayış yeri üzrə xarakterizə olunmasını, əvvəlki məhkumluq məlumatlarını, narkoloji qeydiyyatda olmasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu nəzərə almışdır. Təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası maddənin sanksiyası həddində olmaqla ədalətli və fərdiləşdirilmiş cəza hesab edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkəmə baxışına təqdim edilmiş sübutları hərtərəfli, tam və obyektiv tədqiq edib sübutlar məcmusuna qiymət verərək haqlı olaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz əldə etməsi, saxlaması və daşıması, yəni CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi mötəbər sübutlarla təsdiq edilmişdir. Apellyasiya baxışı zamanı da müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq sübutların hər birini mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından qiymətləndirmiş, sübutların məcmusunun ittihamın həlli üçün kifayət etməsi barədə əsaslı nəticəyə gəlmişdir. Hökmdə göstərilən sübutlar arasında aradan qaldırılması mümkün olmayan ziddiyyət müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin və müdafiəçinin çıxışını, hökmün dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı açıq, qərəzsiz və ədalət mühakiməsinin prinsiplərinə uyğun aparılmış, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, eləcə də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və CPM-də nəzərdə tutulmuş prosessual hüquqları təmin edilmiş, hökmün ləğvini və ya dəyişdirilməsini tələb edən kobud prosessual qanun pozuntusu müəyyən edilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA A L D İ:
Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.