Məhkəmə qərarları › İş №1(3-9)-194/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-194/2026

21.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-194/2026 21.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı2, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs1 müdafiəçilər, fərdi qaydada fəaliyyət göstərən vəkillər müdafiəçi2 İsax oğlunun və müdafiəçi1 iştirakları ilə. ## #### 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Xaçmaz şəhəri, Lomonosov küçəsi, ev 20-də qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 169, mənzil 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş; təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 29, 234.4-1-ci maddəsi ilə, ## ####### 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olan, Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi, 52-ci inzibati binada qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş; təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair Lənkəran Ağir Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxs2 və onun müdafiəçisi müdafiəçi2 İsax oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, cinayət kollegiyası qərar verdi: İ.İŞİN HALLARI: Cinayət işinin faktiki hallarına əsasən, birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticəyə görə, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan “Babək” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xüsusilə külli miqdarda narkotik vasitələri sonuncunun gizlətdirdiyi yerdən götürüb Bakı şəhəri ərazisində onun dediyi yerə qoyduqdan sonra bunun müqabilində maddi qazanc alacağı vədi ilə razılaşaraq sonuncunun Yardımlı rayonu, Allar kəndi ərazisində gizlətdiyi içərisində 9000 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 1940 qram çəkidə xüsusilə külli miqdarda narkotik vasitə heroin olan 01 (bir) ədəd çəhrayı rəngli kisəni əldə etmək məqsədi ilə təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs1lə birlikdə idarə etdiyi “KİA K5” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobillə ## ##### 2025-ci il tarixdə saat 09 radələrində Yardımlı rayonu ərazisinə gəlmiş, əldə etməyi planlaşdırdıqları xüsusilə külli miqdarda narkotik vasitələri “Babək” adlı İran İslam Respublikası vətəndaşının gizlətdiyi yerdən götürmək üçün Yardımlı rayonu, Allar kəndi ərazisində fəal hərəkətlərlə axtarış aparan zaman həmin tarixdə saat 18:52-də Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldıqlarından, yəni öz iradələrindən asılı olmayan səbəblərdən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməllərini başa çatdıra bilməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə xüsusilə külli miqdarda narkotik vasitələri əldə etməyə, saxlamağa və daşımağa cəhd etmiş, onların əldə etmək məqsədi ilə gəldikləri konumdan aşkarlanmış 01 (bir) ədəd çəhrayı rəngli kisəyə baxış keçirilən zaman həmin kisədən 08 (səkkiz) ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1100 qram, 1050 qram, 1010 qram, 1010 qram, 780 qram, 1950 qram, 985 qram, 1115 qram qram olmaqla ümumilikdə 9000 qram çəkidə külli miqdarda orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 02 (iki) ədəd plastik saxlama qablarında ayrı-ayrılıqda təmiz çəkiləri 950 qram, 990 qram olmaqla ümumilikdə 1940 qram çəkidə xüsusilə külli miqdarda xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmənin ittiham hökmünə əsasən (hakimlər: X3 (sədrlik edən), X4 və X2 ibarət tərkibdə) təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 29, 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı ## ##### 2025-ci il tarixdən hesablanmış və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Bundan başqa təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 29, 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı ## ##### 2025-ci il tarixdən hesablanmış və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, narkomaniyadan məcburi müalicə təyin edilmiş, həmçinin onların ərazi narkoloji kabinetdə qeydiyyata alınması, maddi sübut və ekspertiza xərci ilə bağlı məsələr həll olunmuşdur. II.APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onunla X6 rayonuna narkotik vasitə götürməyə getməyindən, rayon ərazisinə çatana qədər xəbəri olmamışdır. Zair ona Yardımlı rayonuna qohumgilə getməyini bilmiş, lakin rayon ərazisində ona məlum olmuşdur ki, o, İran İslam Respublikasının vətəndaşının göndərdiyi narkotik götürmək üçün gəlmişdi. O dərhal Zaura etirazını bildirmiş və onu bu işə qarışdırmamasını xahiş etmişdir. Bakı şəhərinə qayıtmalarını israrla tələb etmiş, sonra Zaura ailə üzvlərindən zəng gəlmiş, zəngdən və onun israrından sonra Zaur könüllü sürətldə cinayət etməkdən imtina etmişdir. Onlar avtomobil ilə Bakı şəhərinə doğru hərəkət edərkən, təxminənə 300-400 metr məsafə irəlidə avtomobil xarab olmuş, 2-3 saat polis əməkdaşları ilə düzəltməyə başlamışlar, təmir edib qurtardıqdan sonra polis əməkdaşları onları şərləməyə başlamışlar. İfadələri onun iradəsi ilə verilməyib. Göstərilənləri nəzərə alaraq barəsində bəraət hökmünün verilməsi xahiş olunur. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ## ##### 2025-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlayaraq onun ona verəcəyi 500-700 qram marixuananın götürülməsi üçün Yardımlı rayonuna getmişdir. Ona göndərilən elektron ünvana 4-5 km məsafə qalmış ailə üzvlərindən ona zəng gəlmiş və o, həmin zəngdən sonra tutduğu əməldən peşman olaraq könüllü surətdə cinayətdən imtina edərək geriyə yola düşmüşdür. Təxmini 300-500 metr getdikdən sonra idarə etdiyi avtomobil nasaz olmuş, avtomobili işə salmaq üçün kənd sakinlərindən yardım istəmiş, bu zaman “Pikap” markalı polis avtomobili ona yaxınlaşaraq nə baş verdiyini soruşduqda o, onlara avtomobilin çalışmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onlara yardım edərək avtomobili işə salmışlar. Avtomobil çalışdıqdan sonra ona kömək edən bu üç polis əməkdaşı üzünə duraraq və onu şərləyərək cibində narkotik vasitə olduğunu bildirmişlər. Onların üzərinə və avtomobilə baxış keçirmişlər, heç bir qanundan kənar predmet aşkar olunmamışdır. Göstərilənləri nəzərə alaraq ona qarşı bilərəkdən və qəsdən törədilən cinayətkar əməllərinin durduluması və CM-in 30-cu maddəsinə əsasən cinayətdən könüllü imtina etməsinin nəzərə alınması və yaxud cinayət işinin obyektiv araşdırlması üçün istintaqa geri qaytarılmasının təmin edilməsi xahiş olunur. Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 İsax oğlu apellyasiya şikayətində qeyd etmişdir ki, Lənkaran Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkəmə istintaqı aparılarkən qanunvericiliyin tələblərinə tam əməl edilməmişdir. Belə ki, işin tam obyektiv araşdırılmasının təmin edilməsi üçün müdafiə tərəfinin verilmiş olduğu şifahi vəsatlər təmin edilməmiş, iş üzrə mühüm əhəmiyyətli olan subutların əldə edilməsinə dair araşdırılmalar aparılmamış, yalnış iş üzrə maraqlı tərəf olan polis əməkdaşlarının verdiyi ifadələr əsas sübut kimi dəyərləndirilərək qanunsuz və əsassız hökm çıxarılmışdır. Bununla da qeyd olunan hökm Azərbaycan Respublikası Konstitusiyasının, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının, Azərbaycan Respublikası CPM-nin tələblərinin və ümumi prinsiplərinin tələblərinin pozulması ilə çıxarılmış, nəticədə qeyd edilən cinayəti əmlini törətməyən şəxs ağır cinayətlər törətməyə görə cinayət məsuliyyətinə cəlb edilmiş və cəzalandırılmışdır. İşin qeyd olunan halları tamam fərqli formada rəsmiləşdirilmişdir. Belə ki, hadisədən təxminən 2 saat sonra təziq və hədə qorxu gəlinməklə şəlalə yaxınlığında videçəkiliş başlamışdır. Videoçəkilişdə təkrar onlardan Yardımlı rayonuna gəlmələrinin səbəbi soruşulmuş, onlarda da İran İslam Respublikası vətəndaşı ilə əlaqəyə girərək onun Yardımlı rayonu, Allar kəndi ərazisində gizlətdiyi içərisində narkotik vasitələr olan kisəni götürməyə gəldiklərini demişlər. Onların narkotik vasitə götürmək üçün gəlmələrinə baxmayaraq təqsirləndirilən şəxs2 həyat yoldaşı ilə danışaraq anasının yaxşı olmasını bildikdən sonra könüllü olaraq fikrindən daşınaraq evə qayıtmaq istəməsi və avtomabilin işə daşməməsi səbəbindən orada ləngimə baş vermişdir. Bunula da onlar tərəfindən cinayət əməlinin törədilməsindən könülü imtina edilmişdir. Sonradan onlara yaxınlaşan polis əməkdaşları ilə əməkdaşlıq edilərək narkotik vasitənin tapılmasına müvafiq köməklik edilmişdir ki, bu hala düzgün hüquqi qiymət verilməmişdir. Polis əməkdaşlarının tapdıqları narkotik vasitənin onlara heç bir aydiyyətı yoxdur. təqsirləndirilən şəxs2 yalnız “Babək” adlı İran İslam Respublikası vətəndaşının ona Yardımlı rayonu ərazisində 500-700 qram narkotik vasitə gizlətdiyini və həmin narkotik vasitələri gizlədildiyi yerdən götürüb Bakı şəhəri ərazisində dediyi yerə çatdıracağı təqdirdə ona 500-700 manat pul verəcəyi məqsədi ilə gəlmiş, sonda könüllü olaraq fikrindən daşınaraq polis əməkdaşları ilə əməkdaşlıq edərək “Babək” adlı İran İslam Respublikası vətəndaşının ona atmış olduğu “konumun” olduğu telefonları Polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt Polis əməkdaşları tərəfindən hər hansı bir sənədləşdirmə və video cəkiliş aparılmamışdır. Bunula yanaşı Polis əməkdaşları tərəfindən “məkanda” göstərilən yerdən deyil cayın qırağı ilə hərək edilərək narkotik vasitələrin bir necə yerdən götürülməsi də video cəkilişlə aparılmamış, bu da subutların mötəbərliyini şübə altına alır. Polis əməkdaşları götürdükləri narkotik vasitələri 01 ədəd çəhrayı rəngli kisədə qablaşdırmışlar. Sonradan video cəkiliş aparılaraq Zaurun götürəcəyi kisə kimi qeyd etmişdilər. Bunula da videçəkiliş başlanana qədər polis əməkdaşlarının götürdükləri plastik qabların bir kisənin içərisinə qoyulduğu məlum olmuşdur. “Babək” adlı İran İslam Respublikası vətəndaşı təqsirləndirilən şəxs2 göndərdiyi narkotik vasitələri gizlətdiyi yerin üzərini daşla örtdüyünü onun üzərinə isə sellofan qoyduğunu demiş, lakin videoçəkilişdə aşkarlanan narkotik vasitənin gizlədildiyi daşın üzərinə uşaq bezi qoyulmuşdur. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi ibtidai istintaq zamanı təqsirləndirilən şəxs2 qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və hədələrə məruz qalmışdır. Qeyd olunanlara əsasən, Lənkaran Ağır Cinayətlər Məhkəməsinin təqsirləndirilən şəxs2 barəsində olan ##.##.2026-cı il tarixli hökmü ləğv edilərək, Azərbaycan Respublikası CM-in 30-cu maddəsinə əsasən təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. III.PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı dövlət ittihamçısı2 apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb, təqsirləndirilən şəxs2 oğlunun və təqsirləndirilən şəxs1 əmələrinin düzgün tövsif olunduğunu, təqsirlilik sübuta yetirilmişdir, odur ki, Lənkəran Ağir Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi müdafiəçi2 İsax oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Lənkəran Ağir Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmünün ləğv edilməsini və bəraət hökmünün çıxarılması xahiş olunur. Məhkəmə iclasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Lənkəran Ağir Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmünün ləğv edilməsi və bəraət hökmünün çıxarılması xahiş olunur. IV. HÜQUQİ MƏSƏLƏLƏR: Аzərbаycаn Respublikаsının CPM-in 397.1-ci mаddəsinə əsasən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və bu Məcəllənin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. Həmin Məcəllənin 397.2-ci mаddəsinə əsasən birinci instаnsiyа məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən yаlnız аpellyаsiyа şikаyətinin və yа аpellyаsiyа prоtestinin hüdudlаrındа yоxlаnılır. Birinci instаnsiyа məhkəməsi tərəfindən cinаyət qаnununа və bu Məcəllənin nоrmаlаrınа riаyət edilməsi аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən аpellyаsiyа şikаyətinin və аpellyаsiyа prоtestinin dəlillərindən аsılı оlmаyаrаq yоxlаnılır. Apellyasiya şikayətlərində məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması iddia edilərək, Cinayət-Prosessual Məcəlləsinin 399.1.2. və 401-ci maddələrində nəzərdə tutulmuş prosessual tələblərə əsasən hökmün ləğv olunması qeyd olunmuşdur. Apellyasiya şikayətlərinin ümumi dəyərləndirilməsinə görə, məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun olmaması mübahisələndirildiyi üçün, məhkəmə kollegiyası hər bir apellyasiya dəlili üzrə ayrı-ayrılıqda araşdırma aparmağı zəruri hesab edir. Bununla əlaqədar olaraq əvvəlcə ibtidai araşdırma orqanın topladığı sübutlar, sonra müdafiə tərəfinin sübutları yoxlanılmalı və qiymətləndirilməli, daha sonra apellyasiya baxışının nəticələrinə uyğun hüquqi qiymət verilməlidir. Təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 apellyasiya şikayətlərinin əsas dəlili ondan ibarətdir ki, onlar cinayətin törədilməsindən könüllü imtina etmişlər. Odur ki, kollegiya cinayət işinin faktiki hallarına əsasən, cinayət törətməkdən könüllü imtinanın əsaslarının olub-olmamasını yoxlamışdır. Təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 CM-in 30-cu maddəsində qeyd olunan hüquqi vəziyyətlə bağlı birinci instansiya və apellyasiya instansiya məhkəməsində verdikləri ifadələrinin oxşar və qısa məsmunu belədir ki, onlar İİR vətəndaşı kimi özünü təqdim edən “Babək” adlı şəxsin dediyi yerə ## ##### 2025-ci il tarixdə saat 09 radələrində gəlmişlər. Təqribən saat 14:00 radələrinə qədər ərazini axtarsalar da, narkorik vasitəni tapa bilməmilər. təqsirləndirilən şəxs2 evlərindən zəng gəlmiş, anasının müalicəsi üçün lazım olan pul məbləğinin təmin edilməsini bildirmişlər, bundan sonra onlar narkotik vasitəni götürmək fikirlərindən daşınaraq geri qayıtmağı qərarlaşdırmışlar. Saat 15:00 radələrində nəqliyyat vasitəsi sönmüş və işə düşməmiş, onlar bir nəfər şəxsə 50 manat pul vermişlər ki, benzin alıb gətirsin, lakin bundan sonra polis əməkdaşları onların yanına gəlmişdir. Onlarla sorğu sual zamanı narkotik vasitə götürmək üçün gəldiklərini, lakin bundan imtina edərək geri qayıtdıqlarını bildirmişlər. Buna baxmayaraq, polis əməkdaşları onlara təzyiqlər göstərmiş, narkotik vasitənin olmadığı halda, özləri narkotik vasitə olan kisələri yerləşdirdikdən sonra, narkotik vasitənin olduğu yerdən götürülməsi haqqında videoçəkiliş aparılmışdır. Kollegiya onların həmin ifadələrində qeyd olunan halları, iş üzrə toplanmış sübutlarla, işin digər halları ilə qarşılıqlı təhlil etmiş və bu qənaətə gəlmişdir ki, onların ifadələri özünü müdafiə xarakteri daşıyır və həmin ifadələr yoxlanımış və aşağıda qeyd olunan mötəbər sübutlarla təkzib olunduğuna görə, həmin ifadələr sübut kimi qəbul edilməməlidir. İlkin olaraq qeyd olunmalıdır ki, «Əməliyyat-axtarış tədbiri, şübhəli şəxslərin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında» ## ##### 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etməkdə şübhəli olduqları üçün Yardımlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ## ##### 2025-ci il tarixdə Yardımlı rayonu, Allar kəndi ərazisində təqsirləndirilən şəxs2 idarə etdiyi “KİA K5” markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılmışdır. təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 üzərində fasiləsiz videoçəkiliş vasitəsi ilə yoxlanış aparılmışdır. təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüquqları izah olunmuşdur. təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 üzərlərində yoxlanış aparılan zaman videoçəkilişdən istifadə olunacağı barədə xəbərdarlıq edilmiş və buna hər hansı bir etirazlarının olub-olmadığı soruşulmuşdur. Onlar heç bir etirazları olmadığını bildirmişlər. təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Yardımlı rayonuna gəlmələrinin səbəbi soruşulmuş, təqsirləndirilən şəxs2 İran İslam Respublikası vətəndaşı ilə əlaqəyə girərək onun göndərdiyi konumdan narkotik vasitələr əldə etmək üçün gəldiklərini, təqsirləndirilən şəxs1 də təqsirləndirilən şəxs2lə birlikdə onunla eyni məqsədlə gəldiyini bildirmişdir. təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 üzərlərində qanunla qadağan olunmuş əşyalar varsa vermələri təklif edilmişdir. Bu təklifdən sonra təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən 01 (bir) ədəd qızılı rəngli “İphone 7”, 01 (bir) ədəd qara rəngli “İphone 6S” və 01 (bir) ədəd “Samsung Galaxy A15” markalı mobil telefonları çıxararaq təqdim etmişdir. Raur Rabayevin üzərində yoxlama aparılmış, onun əynindəki qara rəngli gödəkçənin sol iç döş cibindən 90 (doxsan) qəpik pul, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd 10 manatlıq pul əskinazı aşkar olunmuş, üzərindən başqa əşya aşkar olunmamışdır. təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 01 (bir) ədəd “Samsung Galaxy A10” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. təqsirləndirilən şəxs1 üzərində yoxlanış aparılmış, onun əynindəki göy rəngli gödəkçənin sol iç döş cibindən 01 (bir) ədəd cib dəsmalı aşkar olunaraq götürülmüşdür. təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən içərisində özünün şəxsiyyət vəsiqəsi, 01 (bir) ədəd “BakıKart”, 02 (iki) ədəd “xxxx” ASC-yə məxsus və 01 (bir) ədəd “xxxx” ASC-yə məxsus plastik bank kartları olan pul qabını çıxararaq təqdim etmiş, onun üzərindən başqa əşya aşkar olunmamışdır. təqsirləndirilən şəxs2 İran İslam Respublikası vətəndaşının narkotik vasitələrin olduğu yerin konumunu kimin telefonuna göndərdiyi soruşulmuş, təqsirləndirilən şəxs2 İran İslam Respublikası vətəndaşının narkotik vasitələrin olduğu yerin konumunu istifadəsində olan “Samsung Galaxy A15” markalı mobil telefonda olan “WhatsApp” proqramına göndərdiyini bildirmişdir. təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş “Samsung Galaxy A15” markalı mobil telefona baxış keçirilmiş, həmin telefonda olan “WhatsApp” proqramına daxil olan zaman təqsirləndirilən şəxs2 “BABƏK Kişi” adı ilə qeyd edilmiş +98 930 672 **** saylı İran İslam Respublikası mobil operatoruna məxsus mobil nömrə ilə mütəmadi danışıqlar apardığı, onların bir-birilərinə səs yazıları, şəkillər və konum göndərdikləri müəyyən olunmuşdur. “BABƏK Kişi” adı ilə qeyd edilmiş +98 930 672 **** saylı İran İslam Respublikası mobil operatoruna məxsus mobil nömrənin “WhatsApp” proqramında təqsirləndirilən şəxs2 göndərdiyi konumda göstərilən istiqamətdə hərəkət edilmiş, konumun göstərdiyi yerdən, yəni Allar kəndi ərazisində yerləşən dağlıq ərazidən üzəri daşlar ilə örtülmüş 01 (bir) ədəd çəhrayı rəngli kisə aşkar olunmuşdur. 01 (bir) ədəd çəhrayı rəngli kisənin aşkar olunduğu ərazinin relyefi baxış keçirilməsi üçün əlverişli olmadığından həmin kisə aşkar olunduğu yerdən götürülərək baxış keçirilməsi məqsədi ilə təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 saxlanıldığı yola qoyulmuşdur. 01 (bir) ədəd çəhrayı rəngli kisəyə baxış keçirilmiş, həmin kisədən 08 (səkkiz) ədəd sellofan bükülü və 02 (iki) ədəd plastik saxlama qabı aşkar olunmuşdur. Üzərində İran İslam Respublikası hərfləri yazılmış birinci sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1040 qram olmuşdur. Üzərində İran İslam Respublikası hərfləri yazılmış ikinci sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1100 qram olmuşdur. Üzərində İran İslam Respublikası hərfləri yazılmış üçüncü sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1050 qram olmuşdur. Üzərində İran İslam Respublikası hərfləri yazılmış dördüncü sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1165 qram olmuşdur. Üzərində İran İslam Respublikası hərfləri yazılmış beşinci sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 830 qram olmuşdur. Üzərində “A” hərfi yazılmış altıncı sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 2060 qram olmuşdur. Yeddinci sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1070 qram olmuşdur. Üzərində İran İslam Respublikası hərfləri yazılmış səkkizinci sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1155 qram olmuşdur. Birinci şəffaf rəngli plastik saxlama qabından narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1040 qram olmuşdur. İkinci şəffaf rəngli plastik saxlama qabından narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 995 qram olmuşdur. Aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya və heroinə oxşar kütlələr aşkar olunduqları 01 (bir) ədəd çəhrayı rəngli kisədə qablaşdırılaraq götürülmüş və iştirakçılar tərəfindən imzalanmışdır. təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 saxlanılan zaman polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və ya psixi zora məruz qalıb qalmadıqları soruşulmuş, onlar heç bir fiziki və ya psixi zora məruz qalmadıqlarını bidirmişlər. Yardımlı RPŞnin CAB-ın əməliyyat müvəkkili, R şahid5 videoçəkilişdə deməsinə görə təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 üstlərinin yoxlanması və 01 (bir) ədəd çəhrayı rəngli kisəyə baxış keçirilməsi ## ##### 2025-ci il tarixdə saat 18:52-də başlamış və həmin tarixdə saat 19:24-də başa çatmışdır. Bundan başqa «Baxış keçirilməsi haqqında» ## ##### 2025-ci il tarixli, *** nömrəli protokoldan görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ona məxsus 01 (bir) ədəd “Samsung Galaxy A15” markalı mobil telefonda 077-391-31-33 və ***-***-**-** saylı mobil nömrələrdən istifadə etmişdir. təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrədən “WhatsApp” ani mesajlaşma tətbiqi ilə də istifadə etmişdir. təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə istifadə etdiyi “WhatsApp” ani mesajlaşma tətbiqinə daxil olan zaman “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 **** saylı nömrənin olduğu və təqsirləndirilən şəxs2 həmin nömrə ilə mütəmadi danışıqlar aparması müəyyən olunmuşdur. “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 **** saylı nömrənin “WhatsApp” ani mesajlaşma tətbiqində təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrəsinə ## ##### 2025ci il tarixdə saat 00:06-da göndərdiyi səs yazısında “qardaş nağayrırsan” dediyi müəyyən edilmişdir. təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” ani mesajlaşma tətbiqində “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 **** saylı nömrəyə ## ##### 2025-ci il tarixdə saat 02:36 dəqiqədə göndərdiyi səs yazısında “hə əmi bu nömrədəyəm, bura yığ, o nömrənin interneti yoxdur” dediyi müəyyən edilmişdir. “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 **** saylı nömrənin “WhatsApp” ani mesajlaşma tətbiqində təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrəsinə ## ##### 2025-ci il tarixdə saat 08:39-da göndərdiyi səs yazısında “qardaş Allara sarı gedəndə bir kənd var Şıxhüseynli, o Şıxhüseynin elə yolun rədd eləsə 20 metr şəlalə var, şəlalənin düz qabağındadır, düşür çaya tərəf su yolu vardır, ordadı elə 20 metr aşağı, daşın içində” dediyi müəyyən edilmişdir. “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 **** saylı nömrənin “WhatsApp” ani mesajlaşma tətbiqində təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrəsinə ## ##### 2025-ci il tarixdə saat 08:41-də göndərdiyi səs yazısında “qardaş buna diqqətlə qulaq as a bu səsə, bildin qadan alım diqqətlə qulaq as, bir dənə orda təmiz qardaşdan soruş denən biz bu yolu gedəciyik, sən şaşma e o qulaq asdığına özün denən” dediyi müəyyən edilmişdir. təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” ani mesajlaşma tətbiqində “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 **** saylı nömrəyə ## ##### 2025-ci il tarixdə saat 08:47 dəqiqədə konum göndərdiyi müəyyən edilmişdir. Həmin konum Masallı- Yardımlı avtomobil yolunun Yardımlı rayonu ərazisində yerləşən “Təkdam şəlaləsi” adlanan yerin yaxınlığını göstərmişdir. təqsirləndirilən şəxs2 “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 **** saylı nömrəyə ## ##### 2025ci il tarixdə saat 08:47-də göndərdiyi səs yazısında “əmi sən birdənə bunu ona göndər, bu mənim konumumdur, görsün ondan buna nə qədər məsafə var” dediyi müəyyən edilmişdir. təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” ani mesajlaşma tətbiqində “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 **** saylı nömrəyə ## ##### 2025-ci il tarixdə saat 08:56 dəqiqədə bir video göndərdiyi müəyyən olunmuşdur. Həmin videoda təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil ilə torpaq bir yolda olduğu və “bu yoldu?” dediyi müəyyən edilmişdir. “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 **** saylı nömrənin “WhatsApp” ani mesajlaşma tətbiqində təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrəsinə ## ##### 2025-ci il tarixdə saat 09:03-də göndərdiyi səs yazısında “Babək, bu konumu at adama tez, denən bu konumla ged, denən o səni düz aparaq yola da, camaatın üstünə düz aparmayacaq, denən getdikcə, şəlaləyə çatdıqca video at, şəlaləni gördükcə video at, dayan a denən düş maşından ətrafın qəşəy videosun çək at” deyildiyi müəyyən edilmişdir. “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 **** saylı nömrənin “WhatsApp” ani mesajlaşma tətbiqində təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrəsinə ## ##### 2025-ci il tarixdə saat 09:04-də göndərdiyi səs yazısında “qadan alım çox da o yan bu yana baxıb eləmə, bildin özünü itirib eləmə də, gördün allah eləməsin bir şeylər var tez WhatsAppı zadı sil, sonra bizi yığarsan” dediyi müəyyən edilmişdir. təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” ani mesajlaşma tətbiqində “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 **** saylı nömrəyə ## ##### 2025-ci il tarixdə saat 09:27 dəqiqədə konum fotoşəkli göndərdiyi müəyyən edilmişdir. Həmin fotoşəkil Yardımlı rayonu ərazisində yerləşən “Tıptıpənə şəlaləsi” adlanan yerin yaxınlığını göstərmişdir. təqsirləndirilən şəxs2 “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 **** saylı nömrəyə ## ##### 2025-ci il tarixdə saat 09:27-də göndərdiyi səs yazısında “ay əmi birdənə sən canı bu konuma bax, konumum qurtaracağında gör nə nə gəlib çıxır, mən burdan bu birisi yola necə gedim keçim, birdənə göstərsin mənə” dediyi müəyyən edilmişdir. təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” ani mesajlaşma tətbiqində “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 **** saylı nömrəyə ## ##### 2025-ci il tarixdə saat 09:24 dəqiqədə bir video göndərdiyi müəyyən olunmuşdur. Həmin videoda təqsirləndirilən şəxs2 ərazini göstərək “ay qardaş bax, konumun yerində bax budu, ba gələ bu da dağlardı, gördün, mən burdan hara gedim, bax bu yoldu bax orda qapı var, ora getsəm qapı var” dediyi müəyyən edilmişdir. təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” ani mesajlaşma tətbiqində “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 **** saylı nömrəyə ## ##### 2025-ci il tarixdə saat 09:36 dəqiqədə göndərdiyi səs yazısında “ay heç nə əmi, mən o konuma gedib çıxa bilmirəm, şəkil atmışam sənə ki bax, gedib konuma çıxıram, top gedib gör hara çıxır, mən o yoldan o yola necə keçim” dediyi müəyyən edilmişdir. “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 **** saylı nömrənin “WhatsApp” ani mesajlaşma tətbiqində təqsirləndirilən şəxs2 077-391-31 ** saylı mobil nömrəsinə ## ##### 2025-ci il tarixdə saat 09:42-də göndərdiyi səs yazısında “qardaş getdin Allar yolu, Şıxhüseynlinin yoluna yetişdin, dönmə Şıxhüseynliyə Alara sarı ged 20-30 metr qabağ, elə düz Şıxhüseynin altında yoldadı şəlalə, suyu da elə yoldan gedir ordadı” dediyi müəyyən edilmişdir. “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 **** saylı nömrənin “WhatsApp” ani mesajlaşma tətbiqində təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrəsinə ## ##### 2025-ci il tarixdə saat 09:47-də göndərdiyi səs yazısında “o səs atıb e qardaş, o səsə aydın qulaq as, ora getməliyik biz, konum heç lazım deyil, nə şəkil lazım deyil” dediyi müəyyən edilmişdir. “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 **** saylı nömrənin “WhatsApp” ani mesajlaşma tətbiqində təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrəsinə ## ##### 2025-ci il tarixdə saat 09:51-də narkotik vasitələri gizlətdiyi yerin konumunu göndərdiyi müəyyən edilmişdir. Həmin konum Yardımlı rayonu, Allar kəndi ərazisində yerləşən alt tərəfinən çay axan üst tərəfindən isə yol keçən daşlıq ərazini göstərmişdir. “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 **** saylı nömrənin “WhatsApp” ani mesajlaşma tətbiqində təqsirləndirilən şəxs2 077-391-31 ** saylı mobil nömrəsinə ## ##### 2025-ci il tarixdə saat 09:59da konum fotoşəkli göndərdiyi müəyyən edilmişdir. Həmin fotoşəkil Yardımlı rayonu Allar və Şıxhüseynli kəndlərinin ərazisini göstərmişdir. “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 **** saylı nömrənin “WhatsApp” ani mesajlaşma tətbiqində təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrəsinə ## ##### 2025ci il tarixdə saat 09:59-da göndərdiyi səs yazısında “bax bu da konumda hər şey, Allar da düşüb, Allar aşağıdadı, Şıxhüseynli də yazıbdı” dediyi müəyyən edilmişdir. “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 **** saylı nömrənin “WhatsApp” ani mesajlaşma tətbiqində təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrəsinə ## ##### 2025-ci il tarixdə saat 09:59-da konum fotoşəkli göndərdiyi müəyyən edilmişdir. Həmin fotoşəkil Yardımlı rayonu Allar və Şıxhüseynli kəndlərinin ərazisini göstərmişdir. “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 **** saylı nömrənin “WhatsApp” ani mesajlaşma tətbiqində təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrəsinə ## ##### 2025-ci il tarixdə saat 10:02-də göndərdiyi səs yazısında “sən birdənə Şıxhüseynlini tap, bax Şıxhüseynlini tap qaqa, atam işimizi yubatmayaq, tap inşallah götür sağsalamat qayıt” dediyi müəyyən edilmişdir. təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” ani mesajlaşma tətbiqində “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 **** saylı nömrəyə ## ##### 2025ci il tarixdə saat 10:05 dəqiqədə göndərdiyi səs yazısında “sən onu öz xəritənizdə yox e, bizim xəritədə göstər də, “Waze” aç göstər elənçinə, mən gedim də ora, indi mənə göstərir 200 km ora” dediyi müəyyən edilmişdir. təqsirləndirilən şəxs2 *** ***-**-** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” ani mesajlaşma tətbiqində “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 **** saylı nömrəyə ## ##### 2025-ci il tarixdə saat 10:15 dəqiqədə bir video göndərdiyi müəyyən olunmuşdur. Həmin videoda təqsirləndirilən şəxs2 ərazini göstərərək “əmi bax gör Allar bu yolu deyir, bu yola düşməliyəm” dediyi müəyyən edilmişdir. təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” ani mesajlaşma tətbiqində “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 **** saylı nömrəyə ## ##### 2025-ci il tarixdə saat 10:34 dəqiqədə bir fotoşəkil göndərdiyi müəyyən olunmuşdur. Həmin fotoşəkil çay olan dağlıq və meşəlik ərazini göstərmişdir. təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” ani mesajlaşma tətbiqində “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 **** saylı nömrəyə ## ##### 2025 ci il tarixdə saat 10:35 dəqiqədə göndərdiyi səs yazısında “sən onu öz xəritənizdə yox e, bizim xəritədə göstər də, əmi birdənə baxsın bu çaydı” dediyi müəyyən edilmişdir. təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” ani mesajlaşma tətbiqində “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 **** saylı nömrəyə ## ##### 2025-ci il tarixdə saat 10:36 dəqiqədə bir fotoşəkil göndərdiyi müəyyən olunmuşdur. Həmin fotoşəkildə təqsirləndirilən şəxs2 avtomobil ilə torpaq yolda hərəkətdə olduğu müəyyən edilmişdir. “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 **** saylı nömrənin “WhatsApp” ani mesajlaşma tətbiqində təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrəsinə ## ##### 2025ci il tarixdə saat 11:55-də göndərdiyi səs yazısında “dediyim yerdən bir dənə video çəkəcsən, sənin qadanı mən alım yaxşı, o deysən a daşın yanındayam, yekə daşdı dörd guşə, çox yekə daşdı, dörd guşə daşdı dağın döşündə bildin, birdənə onu tap deyim sənə” dediyi müəyyən edilmişdir. “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 **** saylı nömrənin “WhatsApp” ani mesajlaşma tətbiqində təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrəsinə ## ##### 2025-ci il tarixdə saat 12:04-də 03 (üç) ədəd fotoşəkil göndərdiyi müəyyən edilmişdir. Həmin fotoşəkil Yardımlı rayonu Allar kəndi ərazisində yerləşən dağlıq ərazini göstərmişdir. “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 **** saylı nömrənin “WhatsApp” ani mesajlaşma tətbiqində təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrəyə ## ##### 2025-ci il tarixdə saat 12:05-də göndərdiyi səs yazısında “bu bir il bundan qabağın şəklidi, qabaq burdan iş görəndə adamım atmışdı, gör siz bu həmən yoldasız, bu yolu işarəyə salmışam ki, biləsən a, burda heç nə yoxdu, fəqət istiyirəmki biləsən ki sizdə görüm bu yoldasız, bir də bundan üstdə şəkil atmışam a, şəkili çək qabağa, kənd görükəcək, bax siz o kəndin tuşunda olacaqsız, o ətrafdadı” dediyi müəyyən edilmişdir. “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 **** saylı nömrənin “WhatsApp” ani mesajlaşma tətbiqində təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrəsinə ## ##### 2025-ci il tarixdə saat 13:23də 03 (üç) ədəd fotoşəkil göndərdiyi müəyyən edilmişdir. Həmin fotoşəkillərdə narkotik vasitələrin gizlədildiyi yerin kağız üzərində çəkilmiş sxeminin əks olunduğu müəyyən edilmişdir. Göndərilən fotoşəkillərə əsasən narkotik vasitənin gizlədiliyi yerin alt tərəfindən çay axan, üst tərəfindən isə yol keçən və yaxınlıqda şəlalə olan bir ərazidə yol ilə çay arasındakı daşlıq ərazi olduğu və narkotik vasitələrin yolun şəlalə ilə birləşdiyi yerdən Şıxhüseynli kəndi istiqamətində alt hissə ilə hərəkət etdikdə yığılmış daşların altında gizlədildiyi müəyyən olunmuşdur. “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 **** saylı nömrənin “WhatsApp” ani mesajlaşma tətbiqində təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrəsinə ## ##### 2025-ci il tarixdə saat 13:24-də göndərdiyi səs yazısında “bax bu elə biləsən, həmən yoldu, sənin qabağına çıxıb, mal olan yerə də işarə vurulub, yol üstdən gəlirsən, hardan Şıxhüseynliyə dönürsən, malı bax düz yolun altında, bax görürsən çay yazıb altda, düz çayın dibində daş töküb, onun üstündədi, kağıza diqqət verəsən bir dənə də səs atıram” dediyi müəyyən edilmişdir. “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 **** saylı nömrənin “WhatsApp” ani mesajlaşma tətbiqində təqsirləndirilən şəxs2 077-391-31 ** saylı mobil nömrəsinə ## ##### 2025-ci il tarixdə saat 13:24də göndərdiyi səs yazısında “Şıxhüseynlinin yolun rədd eliyərsən Allara sarı, xooooop, əvvəlin şəlalədən düşəcəksən, sol yana gedəcəksən daş tökülüb, daşın ətəyində, qoymuşam elə əvvəlində, üstünədə bir dənə sellofan və bir dənə daş qoymuşam” deyildiyi müəyyən edilmişdir. təqsirləndirilən şəxs2 “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 **** saylı nömrə ilə “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə ## ##### 2025-ci il tarixdə saat 02:42-də 25 saniyə, saat 08:50-də 25 saniyə, saat 08:54-də 30 saniyə, saat 09:07-də 2 dəqiqə, saat 09:30-da 1 dəqiqə, saat 09:38-də 1 dəqiqə, saat 09:45-də 25 saniyə, saat 09:48-də 1 dəqiqə, saat 09:51-də 15 saniyə, saat 09:58-də 36 saniyə, saat 10:06-da 56 saniyə, saat 10:18-də 41 saniyə, saat 10:19-da 51 saniyə, saat 10:35də 49 saniyə, saat 10:37-də 27 saniyə, saat 10:55-də 22 saniyə, saat 16:12-də 43 saniyə müddətində telefon danışıqları apardığı müəyyən edilmişdir. təqsirləndirilən şəxs2 “66666666” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 914 595 **** saylı mobil nömrə ilə “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə ## ###### 2025-ci il tarixindən ## ##### 2025-ci il tarixinədək mütəmadi telefon danışıqları apardığı müəyyən olunmuşdur. təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” ani mesajlaşma tətbiqində “66666666” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 914 595 **** saylı nömrəyə ## ##### 2025-ci il tarixdə saat 02:39 dəqiqədə göndərdiyi səs yazısında “sən indi inşallah bu gün keçdi də day həm gecdi, səhər inşallah görüm neyləsəm atacam da sənə narahat olma” dediyi müəyyən edilmişdir. “66666666” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 914 595 **** saylı nömrə qeyd olunan səs yazısına cavab olaraq ## ##### 2025-ci il tarixdə saat 02:44 dəqiqədə “ok” mesajı yazdığı, təqsirləndirilən şəxs2 “66666666” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 914 595 **** saylı nömrəyə ## ##### 2025-ci il tarixdə saat 02:46 dəqiqədə “1100 AZN düzdür” məzmununda mesaj yazdığı, 66666666” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 914 595 **** saylı nömrə qeyd olunan mesaja cavab olaraq ## ##### 2025-ci il tarixdə saat 02:47 dəqiqədə “ha” mesajı yazdığı müəyyən olunmuşdur. təqsirləndirilən şəxs2 məxsus 01 (bir) ədəd “Samsung Galaxy A15” markalı mobil telefonun “Telefon” bölməsinə daxil olduqda İran İslam Respublikası mobil operatoruna məxsus “.BABEK 2” adı ilə qeyd olunmuş +98 905 240 **** saylı, “007mahan.” adı ilə qeyd olunmuş +98 901 287 **** saylı, “Behnam” adı ilə qeyd olunmuş +98 914 723 **** saylı, “Əli” adı ilə qeyd olunmuş +98 939 140 **** saylı, “HHH” adı ilə qeyd olunmuş +98 919 069 **** saylı, “Ik” adı ilə qeyd olunmuş +98 903 793 **** saylı, “Mahamad” adı ilə qeyd olunmuş +98 914 576 **** saylı, “Mh” adı ilə qeyd olunmuş +98 914 358 **** saylı, “Milla” adı ilə qeyd olunmuş +98 991 420 **** saylı, “N” adı ilə qeyd olunmuş +98 992 196 **** saylı, “Nemat” adı ilə qeyd olunmuş +98 914 358 9399 və “Наргиз” adı ilə qeyd olunmuş +98 930 873 **** saylı İran İslam Respublikası mobil operatoruna məxsus nömrələrin olduğu müəyyən edilmişdir. Baxış zamanı aşkar olunmuş videogörüntülər və səs yazıları 01 (bir) ədəd CD-yə köçürülərək, 11 (on bir) ədəd fotoşəklin əksi əldə edilərək və göndərilmiş konumların “Google Maps” tətbiqi üzərindən görüntüləri əldə edilərək protokola əlavə edilmişdir. «Baxış keçirilməsi haqqında» ## ##### 2025-ci il tarixli, *** nömrəli protokoldan görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ona məxsus 01 (bir) ədəd “Samsung Galaxy A10” markalı mobil telefonda ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Çingiz Əliyev ***- ***-**-** saylı mobil nömrədən “WhatsApp” ani mesajlaşma tətbiqi ilə də istifadə etmişdir. Həmin telefonun “Qalereya” bölməsinə daxil olan zaman təqsirləndirilən şəxs1 ## ##### 2025-ci il tarixdə saat 13:15 dəqiqədə təqsirləndirilən şəxs2 ilə birlikdə Yardımlı rayonu Alar kəndi ərazisində yerləşən çay və daşlıq olan ərazilərdə olduğu və həmin ərazilərin videogörüntülərini çəkdiyi müəyyən edilmişdir. Baxış zamanı aşkar olunmuş videogörüntü 01 (bir) ədəd CD-yə köçürülərək protokola əlavə edilmişdir. “xxxx” MMC-dən daxil olmuş 01 (bir) ədəd diskə baxış keçirilməsi haqqında ## ### 2025-ci il tarixli, *** nömrəli protokoldan görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə ## ##### 2025-ci il tarixdə saat 07:36-da Yardımlı rayonu Tilə kəndi, saat 09:17-də Yardımlı rayonu Bilnə kəndi, saat 11:33-dən saat 18:47-yə kimi isə Yardımlı rayonu Şıxhüseynli kəndi ərazisində yerləşən “xxxx” MMC-nin anten dairələri ilə telefon danışıqları aparmış, sms göndərmiş, qəbul etmiş və internet istifadə etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 “Babək” adlı İran İslam Respublikası vətəndaşı ilə təqsirləndirilən şəxs2 əlaqə saxladığı üçün diskdə İran İslam Respublikası mobil operatoruna məxsus nömrələrin olmadığını bildirmişdir. Bundan başqa təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş olduqları etirafedici ifadələrindən məlum olur ki, “...## ##### 2025-ci il tarixdə saat 09 radələrində Yardımlı rayonuna çatmışlar…”Babək” adlı şəxs məkan göndərmiş, həmin məkan Yardımlı rayonu Allar kəndini göstərmişdir… saat 12 radələrində İRR vətəndaşı “Babək” adlı şəxs narkotik vasitə olan yerin şəkillərini və sxemini ona göndərmişdir. Həmin tarixdə saat təxminən 15 radələrində idarə etdiyi avtomobil xarab olmuş və onlar dayanmışlar. Daha sonra avtomobili təmir edərək yola davam etmişlər. Həmin tarixdə saat təxminən 17 radələrində Allar kəndinə çatmışlar. Bir müddət kənd ərazisində “Babək” adlı İran İslam Respublikası vətəndaşının ona dediyi narkotik vasitələri gizlətdiyi yeri axtarsalar da həmin yeri tapa bilməmişlər. Bir müddət sonra saat təxminən 18:52-də polis əməkdaşları onları saxlamışdır. Onlardan Yardımlı rayonuna gəlmələrinin səbəbi soruşulmuş, o da İran İslam Respublikası vətəndaşı ilə əlaqəyə girərək onun Yardımlı rayonu, Allar kəndi ərazisində gizlətdiyi içərisində narkotik vasitələr olan kisəni götürməyə gəldiklərini demişdir. təqsirləndirilən şəxs1 də onunla birlikdə eyni məqsədlə gəldiyini bildirmişdir.” İbtidai istintaqda və məhkəmə istintaqında şahid qismində ifadə vermis şahidlər, polis əməkdaşları şahid5 və qeyrilərinin ifadlərindən məlum olur ki, onlar təqsirləndirilən şəxsləri 30- 40 dəqiqə müşahidə etdikdən sonra yaxınlaşıb özlərini təqdim etmişlər, şəxslərin maşını şəlalədən 10-15 metr yolun qırağında olmuşdur, hadisə yerinə saat 18 radələrində getmişlər, atılan konum isə şəxslərin dayandığı yerdən 30-40 metr aralıda olmuşdur, maşın işlək vəziyyətdə olmuşdur, mobil telefonlardan birində İran İslam Respublikası vətəndaşı ilə danışığın aparılmasını müşahidə etmişlər, telefonda olan konuma əsasən göstərilən yerə gedib daşın altından çəhrayı rəngli kisə aşkarlamışlar. Kisəyə baxış zamanı 8 büküm və iki ədəd plastik qab aşkarlanmışdır. Ambulator məhkəmə-narkoloji ekspertizasının ## ### 2025-ci il tarixli, *** nömrəli rəyindən görünür ki, müayinə zamanı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Ambulator məhkəmə-narkoloji ekspertizasının ## ### 2025-ci il tarixli, *** nömrəli rəyindən görünür ki, müayinə zamanı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Kompleks məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasının ## ##### 2025-ci il tarixli, **/*** №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya, heroinə oxşar kütlələr.....” sözlər və imzalar olan bir ədəd kisədəki, 2 ədəd plastik qabın içərisindəki bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri:-950,0 qr:-990,0 qram: ümumi təmiz çəkisi:-1940,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponenet tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 8 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkisi: 1100,0 qr:-1050,0 qr:-1010,0 qr:-1010,0 qr:-780,0 qr:-1950,0 qr:- 985,0 qr.-1115,0 qram: ümumi təmiz çəkisi:-9000,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Heroinin ümumi təmiz çəkisi-1940,0 qr., cəmi tədqiata sərf edildi-0,2 qr. (hər. ob 0,1 qr), qalıq-1939,8 qr. Marixuananın ümumi təmiz çəkisi-9000,0 qr., cəmi tədqiata sərf edildi 0,8 qr. (hər ob. 0,1 qr), qalıq-8999,2 qr. Heroin 2005-ci il ## #### tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr’’ siyahısına daxildir (Siyahı İ). DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 əvvəllər ayrı-yrı vaxtlarda CM-in 180.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda məhkumluğu yoxdur. DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 əvvəllər ayrı-yrı vaxtlarda CM-in 180.1, 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonuncu dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.4 və 234.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmişdir. Təhlil edilən sübutlardan göründüyü kimi, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan “Babək” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və xüsusilə külli miqdarda narkotik vasitə heroin əldə etmək, saxlamaq və daşımaq üçün Yardımlı rayonu, Allar kəndinə gəlmələri inkar olunmur. Lakin onlar ərazini yaxşı tanımadıqları, eləcə də məkanı vaxtında aşkar edə bilmədiklərinə, daha sonra isə polis əməkdaşları tərəfindən saxlanıldıqlarına görə, öz iradələrindən asılı olmayan səbəblərə görə qəsdən törədilməyə yönəlmiş cinayət əməlini başa çatdıra bilməmişlər. Onların cinayət əməlini törətməkdən könüllü imtina ilə bağlı qeyd etdikləri hallarla bağlı qeyd olunmalıdır ki, könüllü imtina o halda gerçəkləşir ki, cinayəti başa çatdırmaq imkanına malik olduğunu dərk edən şəxs tərəfindən cinayətə hazırlıq hərəkətlərinin və ya bilavasitə cinayət törətməyə yönəldilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) dayandırılması halı olsun. Təqsirləndirilən şəxslərin telefon danışıqlarına diqqət yetirildikdə, həmin yazışmalardan, göndərilən səslərdən göründüyü kimi, ## ##### 2025-ci il tarixdə səhər saat 09:00 radələrindən saxlanıldıqları ana qədər israrlı şəkildə narkotik vasitənin olduğu yerin axtarışı ilə məşğul olmuşlar. Kollegiya təqsirləndirilən şəxslərin külli miqdarda deyil, 500-700 qram qrudulmuş marixuanadan ötrü Yardımlı rayonuna getmələri barədə ifadələrinə qiymət verərək qeyd edir ki, onların hər hansı yazışmalarında, səs göndərmələrində bununla bağlı heç bir sübut yoxdur. Telefona baxış protokolundan da göründüyü kimi, təqsirləndirilən şəxs2 və İİR vətədaşı kimi təqdim edilən “Babək” adlı şəxs arasında çoxlu telefon danışıqları olmuşdur. Həmin danışıqların məzmunu müəyyən olunmasa da, 300 manat müalicə xərci üçün 170 manat kirayəyə nəqliyyat vasitəsi alıb, 500-700 qram narkotik vasitənin daşınması üçün Yardımlı rayonuna getməsidə inandırıcı deyil. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Kollegiyanın hüquqi təhlilinə əsasən, müdafiə tərəfinin qeyd etdikləri işin faktiki hallarına uyğun deyil, digər sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur, toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmış, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmişdir. Bununla da cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxslərin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət təqibi üzrə toplanmış sübutlar kifayətdir ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət- Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi qiymətləndirilərək birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. İstər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Odur ki, müdafiə tərəfinin mövqeyi özünü müdafiə olaraq qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsin əməli düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə, apellyasiya müraciətləri ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxsin, habelə şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırkı qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 əməlini düzgün olaraq Cinayət Məcəlləsinin 29, 234.4-1-ci maddələri ilə tövsif etmişdir. Məhkəmə kollegiyası CPM-in 397.2-ci maddəsinin tələbinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət prosessual qanununun normalarına riayət edilməsini yoxlayaraq tövsif və cəza təyini ilə əlaqədar qeyd edir ki, cinayət törətmiş şəxslər haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Kollegiya hesab edir ki, işin halları, təqsirləndirilən şəxslərin şəxsiyyəti, törədilən cinayətin ictimai təhlükəliyi əsas verir ki, təyin olunmuş cəza növü və həddi cəza siyasətinin məqsəd və prinsiplərinə cavab verir. Məhkəmə kollegiyasının qənaətinə görə, müraciətin dəlilləri və hüdudu üzrə apellyasiya baxışının nəticəsinə görə birinci instansiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 401-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməmişdir. Cinayət Prosessual Məcəlləsinin 398.1. və 398.1.1-ci maddələrinə uyğun olaraq, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, həmin halları cinayət qanunvericiliyinin məqsədinə uyğun, tətbiqini mümkün hesab etmir. Ona görə də apellyasiya şikayətləri təmin olunmamalı, təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair Lənkəran Ağir Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397- 399, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA VERDİ: Təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxs2 və onun müdafiəçisi müdafiəçi2 İsax oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair Lənkəran Ağir Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar