Məhkəmə qərarları › İş №1(3-9)-195/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-195/2026

19.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-195/2026 19.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən), Hacıyev Pərviz Vaqif oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs (videokonfrans əlaqə sistemi vasitəsilə), X8 Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə MÜƏYYƏN ETDI: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə (hakimlər X2 (sədrlik edən), X3 və X4 ibarət tərkibdə) ## ###### 1968-ci ildə Saatlı rayonun Azadkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Saatlı rayonun Azadkənd kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il 6 ( altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ## ###### 2023-cü il tarixdən ## ###### 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlandığı 2 (iki) gün müddət təyin edilmiş cəzaya hesablanıb həmin cəzadan çıxılmış və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli ## ###### 2026-cı il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması hökm edilmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs ittiham olunmuşdur ondan ötrü ki, o, məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 15 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitillərini 2023- cü ilin may ayının əvvəlində yaşadığı, Saatlı rayonun Azadkənd kəndində olan fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq torpağa əkmiş, sonra bu bitkiləri mütəmadi suvarıb, diblərini yumşaltmaqla qulluq göstərərək qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirməklə xeyli miqdarda kultivasiya etmiş, həmçinin 2023-cü ilin avqust ayında əkibyetişdirdiyi həmin çətənə (kannabis) bitkilərinin bir ədədini kök hissəyə yaxın gövdədən qırıb, yarpaqlarını qurudaraq satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda - 204,27 qram narkotik vasitə olan marixuananı kustar üsulla hazırlayıb əldə edib, həmin marixuananın 44,27 qram qurudulmuş hissəsini yaşadığı evin giriş otağında olan dəmir qabın içərisində, 160,0 qram qurudulmayan hissəsini və tərkibində kannabinoidli komponentləri olan və narkotik vasitə hesab edilən külli miqdarda - 47 ədəd çətənə (kannabis) bitkisinin hissələrini bir ədəd polietilen torbada yaşadığı evin həyətindəki hamam otağında asılqandan asaraq satış məqsədi olmadan qanunsuz olaraq saxlamış, daxil olmuş əməliyyat məlumatına əsasən Saatlı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən ## ###### 2023-cü il tarixində, saat 17 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Saatlı rayonun Azadkənd kəndində olan fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış zamanı xeyli miqdarda-14 ədəd çətənə (kannabis) bitkisi və 1 ədəd çətənə (kannabis) bitkisinin kökü, yaşadığı evin giriş otağında olan dəmir qabın içərisində xeyli miqdarda - 44,27 qram narkotik vasitə olan qurudulmuş marixuana və yaşadığı evin həyətindəki hamam otağında asılqandan asılmış bir ədəd polietilen torbada xeyli miqdarda - 160,0 qram narkotik vasitə olan qurudulmayan marixuana olmaqlə cəmi, xeyli miqdarda - 204,27 qram narkotik vasitə olan marixuana, habelə bir ədəd torbada tərkibində kannabinoidli komponentləri olan və narkotik vasitə hesab edilən külli miqdarda - 47 ədəd çətənə (kannabis) bitkisinin hissələri aşkar olunub götürülmüşdür. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Birinci instansiya məhkəməsinin qeyd olunan hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-ci il tarixli, *(***)-***/**** saylı hökmünün ləğv edilməsini və barəsində qanuna müvafiq və ədalətli hökm hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-ci il tarixli, *(***)-***/**** saylı hökmünü ədalətsiz və qeyri qanuni hesab edir. Hökmü çıxarmış məhkəmə kollegiyası məhkəmə baxış iclasında sübutlara düzgün hüquqi qiymət verməmiş və barəsində yanlış, əsassız qərar qəbul etmişdir. Konstitusiyanın 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmlə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması üçün müraciət etmək hüququ vardır. Cinayət-Prosessual Məcəlləsinin 383.1.1-ci maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs apellyasiya şikayəti vermək hüququna malikdir. Həmin məcəllənin 384.1ci maddəsinin müddət tələblərinə riayət etməklə həmin məcəllənin 387-ci maddəsinin tələblərinə uyğun olaraq Konstitusiyanın 65-ci maddəsini rəhbər tutaraq şikayətinin təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-ci il tarixli, *(***)-***/**** saylı hökmünün ləğv edilməsini və barəsində qanuna müvafiq və ədalətli hökm çıxarılmasını xahiş etmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə etdi və şikayətin məzmununa uyğun çıxış edib onun təmin olunmasını kollegiyadan xahiş etdi. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı və təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olduğunu bildirdi və bu səbəbdən şikayətin təmin edilməməsini, hökmün isə dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarının 34-cü bəndində izah verilir ki, Insan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında ibtidai araşdırma zamanı yol verilmiş digər nöqsanlarla yanaşı sübut əhəmiyyətinə malik ola biləcək (cinayət təqibi gedişində ittihamın əsaslandırılmasında istifadə edilən) predmetlərin şəxsin tutulduğu yerdə götürülməməsinə sübutun əldə edilməsi şəraitinin ciddi qüsuru kimi baxaraq belə sübutun mötəbərliyini şübhə altına alan, beləliklə də “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu yaradan hal kimi istinad etmişdir. Əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyataxtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyataxtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 15 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitillərini 2023-cü ilin may ayının əvvəlində yaşadığı, Saatlı rayonun Azadkənd kəndində olan fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq torpağa əkmiş, sonra bu bitkiləri mütəmadi suvarıb, diblərini yumşaltmaqla qulluq göstərərək qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirməklə xeyli miqdarda kultivasiya etmiş, həmçinin 2023-cü ilin avqust ayında əkib-yetişdirdiyi həmin çətənə (kannabis) bitkilərinin bir ədədini kök hissəyə yaxın gövdədən qırıb, yarpaqlarını qurudaraq satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda - 204,27 qram narkotik vasitə olan marixuananı kustar üsulla hazırlayıb əldə edib, həmin marixuananın 44,27 qram qurudulmuş hissəsini yaşadığı evin giriş otağında olan dəmir qabın içərisində, 160,0 qram qurudulmayan hissəsini və tərkibində kannabinoidli komponentləri olan və narkotik vasitə hesab edilən külli miqdarda - 47 ədəd çətənə (kannabis) bitkisinin hissələrini bir ədəd polietilen torbada yaşadığı evin həyətindəki hamam otağında asılqandan asaraq satış məqsədi olmadan qanunsuz olaraq saxlamış, daxil olmuş əməliyyat məlumatına əsasən Saatlı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən ## ###### 2023-cü il tarixində, saat 17 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Saatlı rayonun Azadkənd kəndində olan fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış zamanı xeyli miqdarda-14 ədəd çətənə (kannabis) bitkisi və 1 ədəd çətənə (kannabis) bitkisinin kökü, yaşadığı evin giriş otağında olan dəmir qabın içərisində xeyli miqdarda-44,27 qram narkotik vasitə olan qurudulmuş marixuana və yaşadığı evin həyətindəki hamam otağında asılqandan asılmış bir ədəd polietilen torbada xeyli miqdarda- 160,0 qram narkotik vasitə olan qurudulmayan marixuana olmaqlə cəmi, xeyli miqdarda-204,27 qram narkotik vasitə olan marixuana, habelə bir ədəd torbada tərkibində kannabinoidli komponentləri olan və narkotik vasitə hesab edilən külli miqdarda-47 ədəd çətənə (kannabis) bitkisinin hissələri aşkar edilərək götürülməsi tam sübuta yetirilmişdir. Işin materiallarında olan Saatlı RPŞ-nin əməkdaşının ## ###### 2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Saatlı rayonun Azadkənd kənd sakini Təqsirləndirilən şəxs həyətində çətənə bitkiləri əkib-becərməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Işin materiallarında olan “Baxış və götürmə aparılması haqqında” ## ###### 2023-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə Saatlı RPŞ-nin TB-nin təhqiqatçısı Ismayıl Hacıyev tərəfindən polis əməkdaşlarının, Təqsirləndirilən şəxs, aqronom-mütəxəssis Azad Kazımovun, iki nəfər hal şahidlərinin iştirakı ilə Saatlı rayonun Azadkənd kəndində, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə və evinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin sol tərəfində nar ağacları və müxtəlif tərəvəz bitkiləri əkilmiş sahədə 14 ədəd və 1 ədəd torpaqda gövdə hissəsindən qırılmış vəziyyətdə kötüyü qalmış çətənə bitkiləri, habelə Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan hamam otağında sellofan paketdə asılqandan asılmış vəziyyətdə və evinin giriş otağında stolun üstündəki dəmir qabın içərisində narkotik vasitə olan marixuanaya oxşar kütlələr aşkar edilib götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk və fotoşəkillər protokola əlavə edilmişdir. Işin materiallarında olan ## ###### 2023-cü il tarixli “Mütəxəssis rəyi”nə əsasən həmin tarixdə Saatlı RPŞ-nin əməkdaşları tərəfindən Saatlı rayonun Azadkənd kəndində, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində aşkar edilmiş əkilmiş vəziyyətdə olan 14 ədəd, 1 ədəd gövdə hissəsindən qırılmış bitkilər narkotik tərkibli çətənə bitkiləridir və həmin bitkilər aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmişdir. Işin materiallarında olan məhkəmə-bioloji ekspertizasının ## ###### 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş, üzərində “... Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində ...” sözləri və imzalar olan sintetik torbadaümumi sayı 14 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi - 8500,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş eyni tərkibli narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. 1 ədəd təmiz çəkisi-75,0 qram olan bitki kökü əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin köküdür. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada xüsusi qulluq olunmuşdur. Tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində ...” sözləri və imzalar olan kağız paketdə 1 ədəd polietilen torbada təmiz çəkisi-44,27 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində ...” sözləri və imzalar olan polietilen torbadakı:nəm vəziyyətdə təmiz çəkisi-160,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmayan marixuanadır.Həmin polietilen torbada 47 ədəd ümumi çəkisi- 190,0 qram olan bitki hissələri(budaqları) çətənə (kannabis) bitkilərinin hissələridir. Tədqiqata təqdim edilmiş qurudulmuş marixuana ilə qurudulmayan marixuana tərkiblərinə görə eyni tərkiblidir. Marixuananın təmiz çəkisi - 204,27 qramdır. Ekspertiza tədqiqatından sonra qalıq 512 qalıq qurudulmuş marixuana 204,17 qramdır. Ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 qəpik təşkil edir. Işin materiallarında olan əlavə məhkəmə-bioloji ekspertizasının ## ######## 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş, üzərində “... Təqsirləndirilən şəxs evindən götürülmüş ...” sözləri yazılmış 1 ədəd MEM-ə məxsus kağız torbadakı 1 ədəd polietilen torbada ümumi çəkisi - 170,0 qram olan 47 ədəd (budaqlar) çətənə (kannabis) bitkilərinin hissələrinin (budaqlarının) hər birinin tərkibində kannabinoidli komponentlər, həmçinin narkotik aktivliyə malik komponentlər (tetrahidrokannabinol-THK) varıdr. Həmin komponentlərin etalon nümunəsi olmadığına görə onların miqdarını müəyyən etmək mümkün deyildir. Ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 qəpik təşkil edir. Işin materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” ## ###### 2023-cü il tarixli qərarla müəyyən olunur ki, istintaq orqanı tərəfindən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq 14 ədəd çətənə bitkisi, bir ədəd çətənə bitkisinin kökü, 204,17 qram narkotik vasitə olan marixuana və 47 ədəd çətənə bitkisinin hissələri iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Saatlı RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. Işin materiallarında olan ambulator məcburi narkoloji tibbi yoxlamanın ## ###### 2023cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli ** saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1 və 237.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Təqsirləndirilən şəxs təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Təqsirləndirilən şəxsin apellyasiya baxışı zamanı narkotik vasitələrin əkildiyi həyətdə xeyli müddətdir ki, daimi yaşamaması və həmin narkotik vasitələrin kimin tərəfindən əkilməsi barədə bildirdiləri ilə bağlı məhkəmə qeyd edir ki, əməliyyat çəkilişindən görünür ki, təqsirləndirilən şəxs narkotik vasitələrin əkildiyi yeri özü göstərir. Həm vizual olaraq, həm də aqronomun rəyindən görünür ki, narkotik vasitələrə qulluq edilmişdir. Həmin həyətdə heç kim yaşamasa da, avqust ayında otların niyə az olması ondan soruşularkən, Təqsirləndirilən şəxs ətrafda yaşayan heyvanların otları yeməsini bildirsə də, heyvanların niyə məhz narkotik vasitələrə zərər vurmadığını izah edə bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm məhkəmə istintaqı zamanı özünü təqsirli bilmişdir. Hətta son sözündə əməlindən peşman olduğunu bildirmişdir. Ona görə də məhkəmə kollegiyası onun bu fikirlərini özünü müdafiə xarakterli olaraq qəbul edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-1 və 237.1-ci maddələri ilə tövsif olunmuşdur. Məhkəmə kollegiyası əməlin düzgün olaraq CM-in 234.1-1 və 237.1-ci maddələri ilə tövsif edildiyini nəzərə alaraq, cəza məsələsinə qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, cinayət qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs götürülmüş 14 ədəd çətənə (kannabis) bitkiləri və 1 ədəd çətənə (kannabis) bitkisinin kökü-birlikdə 15 ədəd olmaqla xeyli miqdarda, habelə götürülmüş 204,27 qram narkotik vasitə olan marixuananın 44,27 qram hissəsi qurudulmuş marixuana və 160,0 qram hissəsi qurudulmayan marixuana olmaqla xeyli miqdarda olmuş, eləcə də tərkibində kannabinoidli komponentləri olan və narkotik vasitə hesab edilən 47 ədəd çətənə (kannabis) bitkisinin hissələri külli miqdar təşkil etmişdir. Işin materiallarında olan istintaq orqanının “Şübhəli şəxsin tutulması haqqında” ## ###### 2023-cü il tarixli qərarı ilə müəyyən edilir ki, həmin tarixdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Işin materiallarında olan istintaq orqanının “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və tutulmadan azad edilmə haqqında” ## ###### 2023-cü il tarixli qərarı ilə müəyyən edilir ki, həmin tarixdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Işin materiallarında olan məhkəmənin “Təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilməsi, həbs qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin olduğu yeri müəyyən etmək üçün axtarışının elan edilməsi haqqında” ## ###### 2026-cı il tarixli qərarı ilə müəyyən edilir ki, həmin tarixdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qətimkan tədbiri şərtlərini pozduğuna görə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək barəsində həbs qətimkan tədbirinin seçilməklə axtarış elan edilmişdir. Işin materiallarında olan “Axtarışda olan şəxsin tutulması haqqında” ## ###### 2026-cı il tarixli protokolla müəyyən edilir ki, Saatlı RPŞ-nin əməkdaşları tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## ###### 2026-cı il tarixdə Bakı şəhəri, Sabunçu rayonunun ərazisində tutulub aidiyyəti üzrə təhvil verilmişdir. Işin materiallarında olan Azərbaycan Respublikası DIN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Işin materiallarında olan Saatlı rayon Azadkənd kənd IƏD üzrə Nümayəndəliyindən verilmiş ## ###### 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Saatlı rayon Azadkənd kəndində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət (yaşadığı kəndin sakinlərinin hörmətini qazanmış və ondan nümayəndəliyə heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə almış, Azərbaycan Respublikası CMin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edir. Odur ki, apellyasiya şikayətinin dəlilləri təqsirləndirilən şəxsə bəraət verilməsi və ya onun kifayət qədər ədalətli olan cəzasının daha da yüngülləşdirilməsinə əsas vermir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alan kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə apellyasiya şikayətinin dəlillərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407, 410 və 412ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-ci il tarixli, *(***)-***/**** saylı hökmü həmin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu gündən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar