Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-196/2026 21.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlunun sədrliyi, Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, məhkum edilmiş şəxsin müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə ## #### 1989-cu il tarixdə Lənkəran rayonu, Bala-Şürük kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, Lənkəran rayonu, Bala-Şürük kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CMin) 177.2.3-1 və 234.1-ci maddələri ilə məhkum olunmasına dair Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (sədrlik edən hakim Nicat Ağabəyov) Təqsirləndirilən şəxs CM-in 177.2.3-1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 177.2.3- 1-ci maddəsi ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-ci maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ### 2025-ci il tarixdən ## ### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 02 gün müddətin ona təyin edilmiş cəzadan çıxılması və Təqsirləndirilən şəxs üzərində 03 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin «həbs» qətimkan tədbirinə dəyişdirilməsi və onun məhkəmə iclas zalında dərhal həbsə alınması, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcının ## #### 2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicənin təyin edilməsi və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması qərara alınmışdır. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünü ləğv edib, işə yenidən baxaraq ədalətli qərar çıxarılmasını xahiş etmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli hökmünə əsasən CM-in 177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, ## #### 2025-ci il tarixdə elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qərarına gələrək, bu məqsədlə həmin gün saat 16:00 dəqiqədə Lənkəran şəhəri, X2 küçəsində fəaliyyət göstərən “REFEM market”in yanında quraşdırılmış “xxxx” ASC-yə məxsus “birbank” bankomatın qarşısında olarkən, kart hesabından pul vəsaitinin çıxarılmasında ona köməklik etməsini xahiş etmiş əvvəllər tanımadığı Lənkəran rayonu, Girdəni kəndində yaşayan təqaüdçü Zərərçəkmiş şəxs bankomatdan pul çəkməyə yardım edəcəyi adı ilə aldadaraq, sonuncunun adına olan, özündə şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumatları əks etdirdiyinə, eləcə də, nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş aləti olduğuna görə elektron məlumat daşıyıcısı hesab edilən 4169 7416 0085 0943 hesab nömrəli plastik təqaüd kartını ələ keçirib, kartın identifıkasiya nömrəsi (pin kodu) olan 7557 rəqəmlərini Zərərçəkmiş şəxs öyrəndikdən sonra onu bankomata daxil edərək, bankomatın klaviaturasında kartın pin kodunu yığıb, bankın kompüter sisteminə daxil olmaqla bankomat vasitəsilə plastik kartın hesabından pul vəsaitinin məxaric edilməsi əməliyyatını icra edib, kartı Zərərçəkmiş şəxs qaytarsa da, kartın hesabında olan 150 manat pul vəsaitini zərər çəkmiş şəxsdən xəbərsiz və gizli şəkildə ələ keçirərək, elektron məlumat daşıyıcısından istifadə etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qızma məxsus 150 manat məbləğində pul vəsaitini gizli olaraq talayıb oğurluq etmişdir. Bundan sonra o, ## ### 2025-ci il tarixdə Lənkəran şəhərində satış məqsədi olmadan, qanunsuz olaraq, 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,747 qram ağ rəngli kristallardan ibarət xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının ## ### 2025-ci il tarixdə keçirdikləri əməliyyat tədbiri nəticəsində həmin gün saat 17:30 radələrində Lənkəran rayonu, Velədi kəndində küçədə saxlanılaraq, orada üstü yoxlanılarkən həmin 01 ədəd bükümdə ümumi 0,747 qram çəkidə olan xeyli miqdarda psixotrop maddə metamfetamin əynində olmuş şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işdə olan əsaslara və sübutlara əsasən Lənkəran Rayon Məhkəməsi onun barəsində ##.##.2026-cı il tarixli qərarını əsassız hesab edir. Üç azyaşlı uşaqlarını nəzərə alıb barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edib, sözügedən hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə olan hissədə bəraət verilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliyə uyğun olaraq məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-in (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası CPM-in 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı təqsirləndirilən və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə təqsirləndirilən və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını təqsirləndirilən və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkumun müdafiəçisinin apellyasiya şikayətinin əsas dəlili birinci instansiya məhkəməsinin cinayət işi üzrə toplanmış sübutların araşdırılması zamanı müdafiəçisi olduğu şəxsə dair verilmiş ittihama dair sübutların hüquqi qiymətləndirilməsi zamanı səhv nəticəyə gəlməklə əsassızlığa yol verməsi və nəticədə məhkum edilmiş şəxs barəsində ittiham hökmü çıxartmasından ibarətdir. Apellyasiya şikayətinin məzmunundan da görünür ki, CM-in 177.2.3-1-ci maddəsinə münasibətdə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, həmin hissədə Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər mübahisələndirilməmiş və buna görə də məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə zərurət görmür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-1 və 234.1-ci maddələri ilə verilmiş ittiham qanuni və əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, məhkum edilmiş şəxsin və müdafiəçisinin, habelə dövlət ittihamçısının çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-1 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Təqsirləndirilən şəxs etirafedici ifadələrin prosessual qaydalara zidd olaraq polis əməkdaşlarının fiziki və psixoloji təsiri ilə alınması, psixotrop maddənin ona aid olmaması, birinci instansiya məhkəməsinin ittiham sübutları ilə hökm verməsi, natamam və qeyri-obyektiv araşdırma aparması kimi məsələlər mübahisələndirildiyi üçün məhkəmə həmin dəlillərlə bağlı aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamı və həmin ittihamla bağlı birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticəni təsdiq edən sübutlar aşağıdakılardır:
1. Tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs ## ### 2025-ci il tarixdə saat 17:30-da saxlanılmış, həmin gün saat 18:45-də şübhəli şəxs qismində tutulmuşdur.
2. ## ### 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxslərin üstünün yoxlanılmasına dair” protokoldan və ona əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə, saat 17:30 dəqiqədə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Lənkəran rayonu Velədi kəndində piyada hərəkət etdiyi zaman saxlanılmış, saxlamanın səbəbi Təqsirləndirilən şəxs izah edildikdən sonra ona üstünün yoxlanılacağı, üstündə qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, maddə olduğu təqdirdə könüllü təqdim etməsi bildirilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlənin olmasını bildirməsi və həmin kütlənin elektron tərəzidə çəkilərək çəkisinin 0,86 qram olması, həmin bükümün qablaşdırılaraq üstünün möhürlənməsi müəyyən edilmişdir. Baxış videoçəkilişdən istifadə edilməklə aparılmış və diskə köçürülərək protokola əlavə edilmişdir.
3. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” ## ### 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntüdə də Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd büküm psixotrop maddə metamfetaminə baxış keçirilərək götürülmüşdür.
4. Məhkəmə-kimyəvi ekspertizasının ## ### 2025-ci il tarixli **/*** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,747 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir.
5. Qətimkan tədbiri seçmək haqqında ## ### 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:00-da tutmadan azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.
6. Məhkəmə-narkoloji ekspertizasının ##.##.2025-ci il tarixli, *** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür.
7. Istintaq zamanı əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin üzərində gəzdirməklə istifadəsi ilə məşğuldur, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatlar daxil olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə Lənkəran rayonu, Girdəni kənd sakini Zərərçəkmiş şəxs kartından 150 manat pulu da oğurlamışdır.
8. ##.##.2025-ci il tarixli, *** nömrəli məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir.
9. Azərbaycan Respublikası DIN-nin BƏSII-dən daxil olmuş tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il islah işləri cəzasına məhkum edilmişdir. Bundan sonra o, Lənkəran Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2017-ci ildə Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən hökm dəyişdirilmədən saxlanılmış və ##.##.2018-ci ildə Masallı Rayon Məhkəməsinin qərarı ilə 10 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan sonra o, Lənkəran Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sonra o, Lənkəran Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ##.##.2017-ci ildə Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən hökm dəyişdirilmədən saxlanılmış və ##.##.2018-ci ildə Masallı Rayon Məhkəməsinin qərarı ilə 10 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan sonra o, Lənkəran Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2020-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. ##.##.2020-ci ildə cəza müddəti bitmişdir. Bundan sonra o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2022-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, ##.##.2023-cü ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. ##.##.2024-cü ildə cəza müddəti bitmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir.
10. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının ##.##.2025-ci il tarixli, *** saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının 7 ay 24 gün çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2021-ci il tarixli hökmünün suətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının 7 ay 24 gün çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir.
13. Lənkəran şəhər IHB-nın Kosalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamə və Arayışından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu, Bala-Şürük kəndində arvadı X9 və övladları – ##.##.2012-ci il təvəllüdlü X3, ##.##.2014-cü il təvəllüdlü X4 və ##.##.2018-ci il təvəllüdlü X5 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur.
14. “Sübutların qiymətləndirilməsi haqqında” ## ###### 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) bükümdə 0,747 qram psixotrop maddə metamfetamin, şəxsin üstünün yoxlanması və baxış keçirilməsi zamanı qeydə alınmış videoçəkilişə dair 2 (iki) ədəd DVD-R disk, təqdim olunmuş kartın surəti və qəbzlər, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğurluq cinayətini törətdiyi zaman qeydə alınmış videoçəkilişə dair 1 (bir) ədəd DVD-R diski maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 (bir) bükülüdə 0,697 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 03 ədəd DVD diskdə videogörüntülər, kartın surəti və qəbzlər cinayət işinin materiallarına əlavə edilmişdir.
15. ”xxxx” publik hüquqi şəxsin ##.##.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə xəstəxananın Təcili yardım şöbəsinə “S22.4 Qabırğaların çoxsaylı sınıqları” diaqnozu ilə daxil olmuş və xəstəyə tibbi yardım göstərilmişdir.
16. Məhkəmənin sorğusuna əsasən təqdim edilmiş ”xxxx” publik hüquqi şəxsin ##.##.2026-cı il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə “M79.5 Sol bazuda yad cisim”, ##.##.2025-ci il tarixdə isə “S22.4 Döş qəfəsinin səthi travması. Döş qəfəsinin sol payının VII-VIII qabırğa sınığı” diaqnozları ilə ”xxxx” publik hüquqi şəxsə müraciət etmiş və ona tibbi xidmət göstərilmişdir.
17. ##.##.2025-ci il tarixli “Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində xəstə müayinə və müşahidə Forması”ndan və İ.Konsultasiyadan görünür ki, xəstə sol bazuda olan yad cisimdən şikayət edir. Deməsinə görə özünə iynə vuranda iynə qırılıb qalıb. Xəstə narkotik aludəçisidir.
18. ##.##.2025-ci il tarixli “Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində xəstə müayinə və müşahidə forması”ndan görünür ki, xəstə döyülmə nəticəsində döş qəfəsində ağrıdan şikayət edir.
19. Məhkəmənin sorğusuna əsasən Lənkəran ŞRPŞ-nin “MSY-də saxlanılan şəxslərin uçotu” Kitabından çıxarışın surətində öz əksini tapmış 114-cü qrafadan görünür ki, Təqsirləndirilən şəxs ## ### 2025-ci il tarixdə saat 17:30-da Lənkəran ŞRPŞ-nin TBnin təhqiqatçısı Baxşəli Rufullayevin tutma protokoluna əsasən saxlanılmışdır. ##.##.2025-ci il tarixdə saat 17:00-da Lənkəran ŞRPŞ-nin IB-nin müstəntiqi Asəf Məmmədovun qərarına əsasən azad edilib. Şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə ilkin etirafedici ifadələrindən fərqli olaraq sonradan və birinci instansiya məhkəməsində keçirilən baxış iclası zamanı aşkar olunmuş üzərində heç vaxt psixotrop maddə olmadığını, həmin maddənin məhz polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu bildirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən «Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür». Qanunun qeyd olunan normasına əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təmiz çəkisi 0,747 qram metamfetamini qanunsuz yolla əldə edib saxlamaqla daşıması cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş yuxarıda qeyd olunan sübutlarla təsdiq olunmasına baxmayaraq, müdafiə tərəfi onların qəbul olunmasının yolverilməzliyini iddia etsə də, bunu hər hansı bir halla əsaslandıra bilməmişdir. Məhkum edilmiş şəxs apellyasiya şikayətində qeyd etmişdir ki, aşkar edilmiş predmetə aidiyyəti olmamış, məhz polis əməkdaşları tərəfindən hədə-qorxuya, təsir və təzyiqə məruz qaldığı üçün onların diktə etdiyi formada ibtidai araşdırma zamanı etirafedici ilkin ifadələr vermişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı hədə-qorxuya, təsir və təzyiqə məruz qalması ilə bağlı iddiasına münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər bəyanət səviyyəsində verilmiş, lakin apellyasiya şikayətinin mətnindən də görünür ki, birinci instansiya məhkəməsi bu iddiaları əsaslı şübhə yaradan dəlillər təqdim olunmadığı səbəbi ilə qəbul etməmiş kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi bu hissədə müdafiə dəlilləri ilə razılaşmır. Belə ki, Təqsirləndirilən şəxs iddia etdiyi təzyiq və qanunsuz rəftar barədə dəlillər yalnız ümumi bəyanat şəklində irəli sürülmüş, həmin halları obyektiv surətdə təsdiq edən tibbi sənəd, dərhal verilmiş şikayət, xəsarət aktı, müstəqil şahid ifadəsi və ya prosessual sənədlərdə ziddiyyət müəyyən edilməmişdir. O, əməliyyat orqanının bilavasitə təsir dairəsindən çıxdıqdan sonra da istintaq müddəti ərzində bu barədə səlahiyyətli orqanlara və ya məhkəmə nəzarəti qaydasında şikayət etməmişdir. Azərbaycan Respublikası CPM-nin 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Avropa Insan Hüquqları Məhkəməsinin («X6rşı» işi) hüquqi mövqeyinə görə milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxsin ifadə verməyə məcbur edilib-edilməməsini, həmin ifadələrin digər sübutlarla uzlaşıb-uzlaşmamasını və onların könüllülüyünə dair ağlabatan şübhənin olubolmamasını araşdırmalıdır. Hazırkı işdə Təqsirləndirilən şəxs ilkin izahat və ifadələrinin müdafiəçinin iştirakı ilə alınması, həmin ifadələrin əməliyyat-axtarış tədbirinin protokolu, videogörüntü, götürmə sənədləri və ekspertiza rəyi ilə uzlaşması bu ifadələrin sübut kimi qiymətləndirilməsinə maneə yaratmır.
Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tutulduqdan sonra fiziki-psixoloji təzyiqə və təhdidlərə məruz qalması ilə bağlı apellyasiya şikayətində göstərdikləri dəlillər işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ilkin izahat və ifadələrin cinayətprosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən “Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür”. Müdafiə tərəfi cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş məhkum edilmiş şəxsin etirafedici izahat və ifadələrini CPM-nin 124-ci maddəsi baxımından sübut hesab etməsə də, işin məhkəmə baxışı zamanı həmin sübutların yolverilməzliyini əsaslandıra bilməmişlər. Apellyasiya qiymətləndirməsi üçün həlledici məqam ondan ibarətdir ki, iddia olunan təzyiqin obyektiv yoxlanıla bilən izləri — tibbi sənəd, dərhal verilmiş şikayət, xəsarət aktı, müstəqil şahid ifadəsi, saxlanma və istintaq hərəkətlərinə dair protokollarda ziddiyyət — iş materiallarında mövcud deyildir. Bu səbəbdən apellyasiya instansiyası yalnız ümumi xarakterli iddialara əsaslanmaqla birinci instansiya məhkəməsinin sübutları qiymətləndirməsinə dair nəticəsini ləğv etmək üçün əsas görmür. Birinci instansiya məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşları təqsirləndirilən şəxsə qarşı tərəflərindən hər hansı bir fiziki və ya psixi təsirlərin edilmədiyini bildirmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” ##.##.2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərində tutulduqdan sonra fiziki-psixoloji təzyiqlərə və təhdidlərə məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin bu dəlilləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Apellyasiya şikayətində göstərilən digər dəlillər, aşkar edilmiş psixotrop maddənin Təqsirləndirilən şəxs aidiyyətinin olmaması, həmin predmetin polis əməkdaşları tərəfindən üzərinə qoyulması, daha sonra ona təzyiqlər, təhdidlər və pis rəftar edilməsi və nəticədə rəsmiləşdirilməsi məhkəmə baxışında tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu ilkin izahat və ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini də məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd obyektiv həqiqət kimi qəbul etmir, həmin dəlillərin Təqsirləndirilən şəxs müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə ##.##.2025-ci ildə şübhəli (cild İ – i.v. 59-61) və ##.##.2025-ci ildə təqsirləndirilən (cild İ – i.v. 96-98) şəxs qismində verdiyi ifadələrində, eləcə də video-çəkiliş vasitəsilə əməliyyat-axtarış tədbirinin keçirilməsinə, üstünün yoxlanılması və götürmə aparılarkən (cild İ – i.v 9-11) söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn izahat və ifadələr vermişdir. Həmin izahat və ifadələri də bilavasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız saxlanılarkən polis əməkdaşları tərəfindən fiziki-psixoloji təzyiqlər, təhdidlər və pis rəftara məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar apellyasiya şikayətinin dəlillərinin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə apellyasiya şikayətlərinin bu dəlillərini də məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, Təqsirləndirilən şəxs bu formada dəlillər irəli sürməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində ilkin şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla apellyasiya baxışı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs irəli sürdüyü dəlillərin işin faktiki halları ilə üstüstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlləri iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, telefon danışıqları məlumatları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Bu hallar isə ona dəlalət edir ki, apellyasiya şikayətinin aşkarlanmış psixotrop maddə ilə bağlı dəlilləri həqiqəti əks etdirmir, əksinə Təqsirləndirilən şəxs qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli arqumentlər irəli sürülməklə çaşqınlıq yaratmaq məqsədi güdülmüşdür. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafiəçinin iştirakı ilə aşkar edilmiş psixotrop maddənin ona aid olduğunu, həmin predmetin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsini etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Çünki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsinə dair ittihamın əsasını təşkil edən sübut əməliyyat-axtarış protokolları, həmçinin bu protokolların tərkib hissəsi olan video-görüntülər və maddi sübut, şahid ifadələri və ekspert rəyləri CPM-nin 125-ci maddəsinə uyğun olaraq qiymətləndirildikdə onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığı müəyyən edilmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ## ### 2025-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Lənkəran rayonu Velədi kəndində saxlanılmış, ona saxlanılmasının səbəbi izah edilmiş, üzərində qanunla qadağan olunmuş əşya və ya maddə olduğu halda könüllü təqdim etməsi təklif olunmuş, bundan sonra o, əynində olan şalvarın sağ yan cibindən sellofana bükülmüş maddəni təqdim etmişdir. Həmin maddənin elektron tərəzidə çəkisi müəyyən edilmiş, qablaşdırılıb möhürlənmiş, proses videoçəkiliş vasitəsilə qeydə alınmışdır. Sonradan keçirilmiş məhkəmə-kimyəvi ekspertiza ilə həmin maddənin təmiz çəkisi 0,747 qram olan metamfetamin olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən sübutlar – saxlanma və üstə baxış protokolları, videogörüntülər, ekspertiza rəyləri, əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşlarının bir-biri ilə uzlaşan ifadələri və digər prosessual sənədlər qarşılıqlı əlaqədə qiymətləndirildikdə Təqsirləndirilən şəxs satış məqsədi olmadan psixotrop maddəni qanunsuz əldə edib saxlamasını təsdiq edən kifayət qədər mötəbər sübutlar məcmusunu təşkil edir. Apellyasiya şikayətində və müdafiə tərəfinin çıxışlarında göstərilən “psixotrop maddənin təqsirləndirilən şəxsin üzərinə polis əməkdaşları tərəfindən qoyulması”, “təqsirləndirilən şəxsin döyülməsi”, “saxlanmanın başqa yerdə həyata keçirilməsi” barədə dəlillər isə iş üzrə toplanmış obyektiv sübutlarla təsdiq olunmur. Belə ki, iş materiallarında olan videogörüntülərdə psixotrop maddənin Təqsirləndirilən şəxs tərəfindən könüllü təqdim edilməsi öz əksini tapmış, həmin görüntülərdə ona qarşı fiziki zor tətbiq edilməsi və ya hər hansı qanunsuz davranış müəyyən edilməmişdir. Bundan əlavə, ##.##.2025-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəyi ilə onun bədənində hər hansı xəsarətin aşkar olunmadığı müəyyən edilmişdir. Həmçinin, saxlanılmış şəxslərin uçot kitabından çıxarışda onun saxlanıldığı müddətdə şikayət və tələbinin olmaması qeyd edilmişdir. Kollegiya hesab edir ki, sonradan tibbi müəssisəyə müraciət etməsi və “döyülmə nəticəsində ağrı” barədə məlumat verməsi özlüyündə polis əməkdaşlarının qanunsuz hərəkətlərini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki həmin müraciətlər hadisədən xeyli müddət sonra edilmiş, bu xəsarətlərin məhz saxlanılma zamanı alınmasını təsdiq edən prosessual və ya tibbi sübutlar təqdim olunmamışdır. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsində metamfetamini Lənkəran şəhərində tanımadığı şəxsdən 15 manata aldığını, bir hissəsini istifadə etdiyini, qalan hissəsini isə üzərində saxladığını etiraf etmişdir. Həmin ifadə iş üzrə digər sübutlarla uyğunluq təşkil edir və onun sonradan verdiyi təkzibedici ifadələr birinci instansiya məhkəməsinin düzgün qeyd etdiyi kimi özünümüdafiə xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əsasən sübutlar onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə bütün sübutlara məhz həmin tələblər baxımından hüquqi qiymət verilmiş, heç bir sübuta qabaqcadan müəyyən edilmiş üstünlük verilməmişdir. Bütün yuxarıda göstərilən sübutlar bir-birini tamamlayır və Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini təsdiq edən kifayət qədər sübutlar məcmusunu yaradır. Müdafiə tərəfinin dəlilləri məhkəmə tərəfindən rədd edilərkən onların müdafiə hüququ çərçivəsində irəli sürülməsi deyil, həmin dəlillərin iş üzrə obyektiv sübutlarla təsdiqlənməməsi əsas götürülür. Başqa sözlə, müdafiə dəlilləri yoxlanılmış, lakin videogörüntülər, protokollar, ekspert rəyləri və saxlanma sənədləri ilə təkzib olunduğundan hökmün qanuniliyini və əsaslılığını şübhə altına almamışdır. Bütün bunlara əsaslanaraq məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs psixotrop maddənin ona aid olmaması, maddənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması və ifadələrin təzyiq altında alınması barədə dəlilləri iş üzrə mötəbər sübutlarla təsdiqlənmir; əksinə, həmin dəlillər cinayət işinin materiallarında olan bir-biri ilə uzlaşan sübutlar məcmusu ilə təkzib olunur. Məhkəmə kollegiyası eyni zamanda aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Göründüyü kimi, yuxarıda göstərilən qanun narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanması və daşınması üzrə hüquqi rejimi müəyyən edir. Həmin rejimə zidd olaraq psixotrop maddəyə yiyələnmə, onu öz sərəncamında saxlama və şəxsin üzərində daşıma CM-in 234-cü maddəsi üzrə “qanunsuz dövriyyə” əlamətini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair məhkəmə təcrübəsi üzrə hüquqi mövqeyində də CM-in 234-cü maddəsinin blanket xarakterli norma olması, “qanunsuzluq” əlamətinin isə müvafiq normativ hüquqi aktların tələblərinə riayət edilməməsindən irəli gəlməsi vurğulanmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın qanuniliyi və ədalətliliyini də yoxlayaraq qeyd edir ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, CM-in 177.2.3-1 və 234.1ci maddələrinin sanksiya hədlərini, onun əvvəllər də məhkum olunmasını və məhkumluğunun ödənilməməsini, yaşayış yeri üzrə mənfi xarakterizə edilməsini, eyni zamanda ailəli olmasını və üç azyaşlı uşağının olmasını, narkoloji rəy üzrə məcburi müalicəyə ehtiyacının müəyyən edilməsini nəzərə almışdır. Təyin edilmiş cəza cinayətlərin məcmusu qaydasında qismən toplama yolu ilə müəyyən edilmiş, qanun sanksiyalarının hədlərindən kənara çıxmamış və cəzanın məqsədlərinə uyğun fərdiləşdirilmişdir. Apellyasiya şikayətində göstərilən ailə vəziyyəti bu işdə cəzanın daha da yüngülləşdirilməsini zəruri edən müstəsna hal kimi qiymətləndirilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-in 177.2.3-1 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamla bağlı işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143- 146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin CM-in 177.2.3-1 və 234.1ci maddələri ilə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası CPM-in “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və əks sübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3-1 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin və onun müdafiəçisinin çıxışını, hökmün dəyişdirilmədən və apellyasiya şikayətinin təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyərək bu qənaətə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün qanuni və faktiki əsaslar müəyyən edilmir. Buna görə də Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında (birinci instansiya məhkəməsində) məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA A L D İ:
Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.