Məhkəmə qərarları › İş №1(3-9)-197/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-197/2026

09.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-197/2026 09.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əsədov İlqar Həsən Ağa oğlunun, təqsirləndirilən şəxs- Fərəcov İlkin Məhəmməd oğlunun, müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil müdafiəçi1 iştirakları ilə. ## ###### 1982-ci ildə Beyləqan şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək X11 saxlanılan; Fərəcov İlkin Məhəmməd oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Lənkəran Ağir Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Fərəcov İlkin Məhəmməd oğlu və müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, kollegiya qərar verdi. İ.İŞİN HALLARI: Cinayət işinin faktiki hallarına əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, Fərəcov İlkin Məhəmməd oğlu istifadəsində olan “Samsung Galaxy A24” markalı mobil telefonda +************ saylı mobil nömrə ilə qeydiyyatdan keçirilmiş “Whatsapp” tətbiqinə İran İslam Respublikasının operatoruna məxsus olan +************ saylı mobil nömrənin istifadəçisi, şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan şəxs tərəfindən Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yerləşən * nömrəli məktəbin arxa tərəfində gizlədilmiş içərisində kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olan bükümü ## ##### 2024-cü il tarixdə, saat 12 radələrində 50 manat pul qarşılığında satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla Beyləqan şəhəri, N.Nərimanov küçəsində yerləşən adsız parka daşıyıb orada 50 manat pul qarşılığında tanışı şahid1 satmış, ## ##### 2024-cü il tarixdə, saat 18:30-da Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbiri nəticəsində şahid1 Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq Beyləqan Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 19:30-da onun üzərində şəxsi axtarış aparılarkən şahid1 satış məqsədi olmadan qanunsuz olaraq əldə edib əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan qara rəngli pulqabının içərisində saxlamaqla daşıdığı bir ədəd qızılı rəngli kağız kəsiyi bükümündə təmiz çəkisi 0,680 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bundan başqa o, təkrarən, ## ##### 2024-cü il tarixdə, saat 14 radələrində Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yerləşən * nömrəli məktəbin arxa tərəfinə gedib orada yuxarıda qeyd edilən şəxs tərəfindən gizlədilmiş içərisində kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olan sellofan torbacığı 50 manat pul qarşılığında təkrar satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla Beyləqan şəhəri, S.İmrəliyev küçəsinə daşımış, həmin gün saat 20:50-də Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlərinin davamında o, Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsində saxlanılaraq Beyləqan RPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 21:35-də üzərində şəxsi axtarış aparılarkən əynində olan cins şalvarın sağ yan cibindəki “Winston” markalı siqaret qutusunun içərisində bir ədəd şəffaf rəngli sellofan torbacıqda saxlamaqla daşıdığı təmiz çəkisi 1,272 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmənin ittiham hökmü ilə (hakimlər: X1 (sədrlik edən), X2 və X5 ibarət tərkibdə) Fərəcov İlkin Məhəmməd oğlu Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi təqsirləndirilən şəxsə elan olunmuş ittihamdan xaric edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı ## ##### 2024-cü il tarixdən hesablanmış və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, ona narkomaniyadan məcburi müalicə təyin edilmiş və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması, maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələlər həll olunmuşdur. Hökmdən təqsirləndirilən şəxs Fərəcov İlkin Məhəmməd oğlu və müdafiəçisi müdafiəçi2 tərəfindən apellyasiya şikayətləri verilmişdir. II.APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs Fərəcov İlkin Məhəmməd oğlu apellyasiya şikayətində qeyd etmişdir ki, hökmlə təyin edilmiş cəzadan narazıdır. O işinə yenidən baxılmasını və ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)- ***/**** saylı hökmü qismən ləğv edilməklə Fərəcov İlkin Məhəmməd oğlunun əməli cəzalandırıldığı Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməli və həmin maddə ilə ona aşağı həddə cəza təyin edilməlidir. Belə ki, cinayət işinin materiallarına və məhkəmənin hökmünə əsasən müəyyən olunmuşdur ki, İlkin Fərəcovun təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi “sübutların” ona qarşı psixoloji təzyiq göstərilməklə, habelə müəyyən vədlər verməklə (aldadılmaqla) əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq məhkəmənin mövqeyini əsaslı hesab etmək olmaz. Kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında İlkin Fərəcovun cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı hökmü narkotik vasitələrin satışı ilə bağlı hissədə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü tarixli * nömrəli Qərarına uyğun olmamışdır. Sübutların bu qədər kifayətsiz olduğu halda, ümumilikdə 1,8 qram metamfetaminlə əlaqədar Fərəcov İlkin Məhəmməd oğluna narkotik vasitələrin satışı ilə əlaqədar verilən ittiham və cəza ilə razılaşmaq mümkün deyil. Hökmdə satışla bağlı qeyd olunan hallar tamamilə əsassızdır. Beləliklə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi və cinayət qanunu normasının düzgün tətbiq edilməməsi əsaslarına görə hökm ləğv edilməlidir. Yuxarıda göstərilən hallara əsasən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026cı il tarixli *(***)-***/**** saylı hökmünü qismən ləğv etməklə, Fərəcov İlkin Məhəmməd oğlunun əməlinin Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə ona aşağı həddə cəza təyin olunması xahiş olunur. III. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı Əsədov İlqar Həsən Ağa oğlu apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsi tərəfindən Fərəcov İlkin Məhəmməd oğluna qanuni və ədalətli cəza təyin edildiyini qeyd etməklə, Lənkəran Ağir Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Fərəcov İlkin Məhəmməd oğlu və onun müdafiəçi müdafiəçi1 apellyasiya şikayətlərinin dəlillərinə uyğun çıxış edərək, əməlin CM-in 234.1-ci maddəsinə tövsif edilməsini, yüngül cəza təyin olunmasını xahiş etmişlər. IV. HÜQUQİ MƏSƏLƏLƏR: Аzərbаycаn Respublikаsının CPM-in 397.1-ci mаddəsinə əsasən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və bu Məcəllənin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. Həmin Məcəllənin 397.2-ci mаddəsinə əsasən birinci instаnsiyа məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən yаlnız аpellyаsiyа şikаyətinin və yа аpellyаsiyа prоtestinin hüdudlаrındа yоxlаnılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs və müdafiəçisi məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2. və 401-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Bununla əlaqədar olaraq əvvəlcə ibtidai araşdırma orqanın topladığı və birinci instansiya məhkəməsinin əsaslandığı sübutlar yoxlanılmalı və qiymətləndirilməli, daha sonra apellyasiya baxışının nəticələrinə hüquqi qiymət verilməlidir. Təqsirləndirilən şəxs İlkin Fərəcovun ifadələrinin qısa məzmunu ondan ibarətdir ki, o, ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmur, Polis şöbəsinə gətirilərkən üzərində psixotrop maddə olmamış, polislər tərəfindən üzərinə qoyulmuş, etirafedici ifadə verməzsə evindən narkotik çıxaracaqları ilə hədələmişlər. Onu döyməmiş, yalnız hədələmişlər. Bundan sonra məcbur qalıb polislərin dedikləri ilə razılaşmışdır. şahid1 narkotik vasitə satmamış, həmişə narkotik vasitə alıb birlikdə istifadə etmişlər. Apellyasiya baxışında İlkin Fərəcov ümumiyyətlə şahid1 üçün psixotrop maddə təşkil etmədiyini bildirmiş, polis əməkdaşları tərəfindən saxlanılan gün narkorik vasitə istifadə etməsinə görə CM-in 234.1-ci maddəsi ilə cəzalandırılmasını xahiş etmişdir. İlkin Fərəcov hal-hazırda verilmiş ittihamı qəbul etməsə də, işin halları ilə onun qeyd etdikləri tam təkzib olunmuşdur. Belə ki, şahid şahid1 Tofiq oğlu ibtidai istintaqda və birinci instansiya məhkəməsində vermiş olduğu ifadələrində qeyd etmişdir ki, İlkin Fərəcovu rayon sakini kimi tanımış, ondan öz istifadəsi üçün 5-6 dəfə narkotik vasitə almışdır. ## ##### 2024-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin yanında olan parkda İlkin Fərəcovla görüşmüşlər və ondan 50 manat pul qarşılığında narkotik vasitə metamfetamin almışdır. O, heç vaxt İlkin Fərəcovla birlikdə psixotrop maddə istifadə etməmiş, həmişə psixotrop maddəni ondan öz istifadəsi üçün almış, İlkin Fərəcov ona metamfetamini pul qarşılığında satmışdır. Qeyd olunmalıdır ki, iş materialları ona əsas verir ki, İlkin Fərəcov vasitəçi olaraq həm alıcıların, həmçinin satıcıların sifarişi əsasında onların sifarişi əsasında daha asan və etibarlı şəkildə narkotik vasitələr və ya psixotrop maddənin alışını və satışını təşkil edən şəxs olaraq tanınmışdır. Belə ki, ibtidai istintaqla müəyyən olunan yazışma mətnləri, pul köçürmılərinə dair məlumatlar, hətta onun özünü əvvəlki ifadələri həmin qənaət üçün kifayət qədər yetərlidir. Belə ki, o, ibtidai istintaqda vermiş olduğu ifadəsində bildirmişdir ki, psixotrop maddə aldığı şəxs yalnız onu etibarlı alıcı kimi tanımışdır, əgər şahid1 həmin şəxsə müraciət etmiş olsaydı, ona etibar etmədiyi üçün psixotrop maddəni özü əldə edə bilməyəcəkdi. Bundan başqa onun istifadəsində olmuş mobil telefonun “Qalareya” bölməsində işarələnmiş yerlər, ovuc içərisində iki ədəd ağ rəngli büküm, üzərində yaşıl rəngli bitki olan kağızlar, ovuc içərisində bir ədəd şəffaf rəngli sellofan büküm, üzərində bir ədəd şəffaf rəngli büküm olan eletron tərəzi, üzərində ağ rəngli kristal formalı maddə olan kağız, üzərində ağımtıl qəhvəyimtil rəngli maddə olan gümüşü rəngli kağızlar olan fotoşəkillər olması, habelə “xxxx” MMC-də açılmış fərqli mobil nömrələrə aid m10 hesablarının artırılmasına dair qəbzlərin şəkilləri müəyyən edilmişdir. Həmin qəbzlər barədə məlumatlar hökmdə ətraflı qeyd olunmuşdur. İlkin Fərəcov ibtidai istintaqda hər hansı işgəncə xarakterli hərəkətə məruz qalmamışdır, etirafedici ifadəsini isə hədə-qorxuya məruz qalması ilə izah edir. Lakin işin halları ilə onun hədə-qorxu nəticəsində saxta ifadə verməsi təsdiq olunmur. O, həmin ifadələrində üzərindən aşkar olunan psixotrop maddənin bir qismini özü istifadə edəcəyini, qalan hissəsini isə satacağını bildirmişdir. Belə olan halda, İlkin Fərəcovun ibtidai istintaqda vermiş olduğu ifadələri mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıya əsasən “metamfetamin” narkotik vasitədir və onun 0,15 qramdan-2 qrama qədər hissəsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması- miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin ## #### 2025-ci il tarixli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmənin müvafiq Plenum Qərarının 8-ci bəndində qeyd edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. İttihama görə toplanmış digər sübutlar şəxsi axtarış barərə protokol və videoçəkiliş, şahidlərin ifadələri, məhkəmə-kimyəvi ekspertizanın rəyi, maddi sübutlar apelyasiya instansiya məhkəməsi tərəfindən yoxlanlmış və qiymətləndirilmiş, şübhə yaradan və ya ziddiyətli hal müəyyən olunmamışdır. Göründüyü kimi, İlkin Fərəcovun ## ##### 2024-cü il tarixdə, saat 12 və saat 14 radələrində iki dəfə psixotrop maddə metamfetamin əldə etməsi, birinci dəfə əldə etdiyi 0.680 qram çəkidə metamfetamini şahid1 təşkil etməsi, ikinci dəfə eyni qiymətə 1.272 qram çəkidə psixotrop maddəni satıcıdan güzəşt əldə etməsi, ikinci dəfə əldə etdiyi psixotrop maddənin çəkisinin şahid1 satdığından təqribən iki dəfə çox olması, ibtidai istintaqda ikinci dəfə əldə etdiyi psixotrop maddənin bir qismini özü istifadə etdikdən sonra qalanını satmaq məqsədilə üzərində daşıması barədə verdiyi etirafedici ifadəsi, pul köçürmələrinə və yazışma mətnlərinə dair məlumatlar birlikdə nəzərə alındıqda, onun təkrarən satış məqsədilə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla daşıması barədə ittihamın məhkəmə istintaqında əldə edilmiş sübutlarla sübuta yetirildiyi qənaətinə gəlməyə əsas verir. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Beləliklə kollegiyanın hüquqi təhlilinə əsasən, müdafiə tərəfinin qeyd etdikləri işin faktiki hallarına uyğun deyil, digər sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur, toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmış, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmişdir. Bununla da cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət təqibi üzrə toplanmış sübutlar kifayətdir ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Yekun olaraq, məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi qiymətləndirilərək birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Odur ki, müdafiə tərəfinin mövqeyi özünü müdafiə olaraq qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsin əməli düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Kollegiya təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə qeyd edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə kоllеgiyаsı hеsаb еdir ki, ibtidаi аrаşdırmа zаmаnı qаnuni üsullаrlа tоplаnmış, birinci instаnsiyа məhkəməsinin məhkəmə iclаsındа iş üçün mühüm əhəmiyyət kəsb еdən bütün hаllаr аydınlаşdırılmаqlа tаm, hərtərəfli və оbyеktiv аrаşdırılmış, mənbəyinin mötəbərliyi və əldə еdilməsinin qаnuniliyi şübhə dоğurmаyаn və hökmdə qаnunа müvаfiq qаydаdа qiymətləndirilməklə ətrаflı şərh еdilmiş bu sübutlаr İlkin Fərəcovun ittiham оldunduğu mаddədə nəzərdə tutulmuş cinаyət əməlini törətməsi nəticəsinə gəlmişdir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs İlkin Fərəcovun himayəsində azyaşlı övladının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətlərin təhlükəli residivinin olması isə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Nəticə olaraq ona 8 il azadlıqdan məhrumetmə cəzasının təyin olunması işin halları baxımından birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən təqsirləndirilən şəxsin şəxsiyyəti törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi (cinayətin obyektinin əhalinin sağlamlığının qorunmasını qoruyan ictimai müasibətlərə qəsdin olması) cəzanın məhkumun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, İlkin Fərəcova Cinayət Məcəlləsinin qeyd olunan normalarının və ədalət prinsipinin tələblərinə cavab verən azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, müraciətin dəlilləri və hüdudu üzrə apellyasiya baxışının nəticəsinə görə birinci instansiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 401-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməmişdir. Cinayət Prosessual Məcəlləsinin 398.1. və 398.1.1-ci maddələrinə uyğun olaraq, apellyasiya şikayətinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, həmin halları cinayət qanunvericiliyinin məqsədinə uyğun, tətbiqini mümkün hesab etmir. Ona görə də apellyasiya şikayətləri təmin olunmamalı, Fərəcov İlkin Məhəmməd oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Lənkəran Ağir Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRAR VERDİ: Təqsirləndirilən şəxs Fərəcov İlkin Məhəmməd oğlu və müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Fərəcov İlkin Məhəmməd oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2ci maddəsi ilə təqsirləndirilməsinə dair Lənkəran Ağir Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar