Məhkəmə qərarları › İş №1(3-9)-198/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-198/2026

20.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qәrar Şirvan şәhәri İş № 1(3-9)-198/2026 20.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Mәhkәmәsinin Cinayәt kollegiyası – hakim Hәşimov Yaşar Xanoğlan oğlunun sәdrliyi, hakimlәr – Əliyev Əli Abdulla oğlu vә Bәhmәnov Habil Xanoğlan oğlundan ibarәt tәrkibdә, mәhkәmә iclasının katibi Gülüşov İsmayıl Cәbrayıl katibliyi ilә, dövlәt ittihamçısı Azәrbaycan Respublikası Baş prokurorluğunun Dövlәt İttihamının Müdafiәsi üzrә İdarәsinin Apellyasiya instansiyası mәhkәmәlәrindә Dövlәt İttihamının Müdafiәsi üzrә şöbәsinin prokuroru dövlәt ittihamçısı2, mәhkum edilmiş şәxs Tәqsirlәndirilәn şәxs, müdafiәçi Şirvan Regional Vәkil Bürosunun vәkili müdafiәçi1 iştirakı ilә, Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 177.2.1, 177.2.3 vә 177.2.4-cü maddәlәri ilә mәhkum edilmәsinә dair Hacıqabul Rayon Mәhkәmәsinin # ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrәli hökmündәn mәhkum edilmiş şәxs Tәqsirlәndirilәn şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Hacıqabul Rayon Mәhkәmәsinin # ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrәli hökmü (hakim: Bayramov Orxan Telman oğlunun sәdrliyi) ilә, ##.##.1968-ci il tarixdә Ağdam rayonu Qızıllı kәndindә doğulmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, orta tәhsilli, evli, fәrdi әmәklә mәşğul olan, İmişli Rayon Mәhkәmәsinin ##.##.2021-ci il tarixli hökmü ilә Cinayәt Mәcәllәsinin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.3, 67.1, 68.2-ci maddәlәri ilә tәqsirli bilinәrәk 5 il müddәtinә azadlıqdan mәhrumetmә cәzasına mәhkum edilmiş, mәhkumluğu ödәnilmәmiş, Ağdam rayonu, Kәngәrli kәndindә qeydiyyatda olmaqla, Abşeron rayonu, Novxanı kәndi, İ.Abdullayev küçәsi nömrәsiz evdә yaşamış, barәsindә hәbs qәtimkan tәdbiri seçilmiş Nәsibov Neymәt Hәsәn oğlunun Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddәlәri ilә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmәkdә tәqsirli bilinәrәk 4 (dörd) il 6 (altı) ay müddәtinә azadlıqdan mәhrum etmә cәzasına mәhkum edilmәsi, Nәsibov Neymәt Hәsәn oğlunun cәzasını xüsusi rejimli cәzaçәkmә müәssisәsindә çәkmәsi vә cәzaçәkmә müddәtinin әvvәli ## ###### 2025-ci il tarixdәn hesablanması, N.Nәsibov barәsindә seçilmiş hәbs qәtimkan tәdbirinin hökm qanuni qüvvәyә minәnәdәk dәyişdirilmәdәn saxlanılması, cinayәt nәticәsindә zәrәrçәkmiş şәxsә dәymiş ziyanın ödәnilmәsinin nәzәrә alınması barәdә yekun qәrar qәbul edilmiş, iş üzrә maddi sübutlar vә mәhkәmә mәsrәfi mәsәlәsi hәll edilmişdir. İŞİN HALLARI: Mәhkәmәnin hökmü ilә Tәqsirlәndirilәn şәxs özgәsinә mәxsus xeyli miqdarda әmlakı tamah mәqsәdilә, hüquqazidd vә әvәzsiz olaraq oğurlamaq, yәni gizli olaraq talamaq üçün tanışı Kәrimov Sәrxan Ömәr oğlu ilә qabaqcadan әlbir olan bir qrup şәxs halında birlәşәrәk ## ####### 2025-ci il tarixdә saat 03 radәlәrindә sonuncunun etibarnamә ilә idarә etdiyi “Hyundai Sonata minik” markalı **-YB-*** dövlәt qeydiyyat nişanlı avtomobillә Hacıqabul rayonu Pirsaat qәsәbәsindә yaşayan Hüseynov Ziyәdәli Qulam oğlunun fәrdi yaşayış evinә gedәn yolun kәnarına gәlib aralarında olan razılaşmaya uyğun olaraq Sәrxan Kәrimov idarә etdiyi avtomobildә kәnar şәxslәr gәldiyi halda ona xәbәr vermәk mәqsәdi ilә gözlәmiş, o, isә hәmin fәrdi yaşayış evinin hәyәtyanı sahәsinә darvazanın qapısını açmaqla daxil olaraq hәyәtyanı sahәdә yerlәşәn tövlәnin qarşısında dәmir materialdan hazırlanmış çәpәrlә әhatәlәnmiş saxlanc yerinә bağlanmış qapını açmaqla qanunsuz olaraq daxil olub Ziyәdәli Hüseynova mәxsus hәr biri 400 (dörd yüz) manat olmaqla 5.200 (beş min iki yüz) manat dәyәrindә 13 baş dişi cinsindәn, ağ rәngli, 01 yaşlı, diri çәkisi tәxmini 45 kiloqram olan xırda buynuzlu heyvanları (qoyunları) vә 400 (dörd yüz) manat dәyәrindә 1 baş, dişi cinsindәn, qara rәngli, 1 yaşlı, diri çәkisi tәxmini 25 kiloqram olan xırda buynuzlu heyvanı (qoyunu) oğurlayaraq avtomobilin yaxınlığına gәtirdikdәn sonra oğurlanmış 14 baş xırda buynuzlu heyvanları (qoyunları) birlikdә avtomobilin arxa sәrnişin vә yük yerlәrinә yerlәşdirib oradan uzaqlaşmaqla zәrәrçәkmiş şәxs Hüseynov Ziyәdәli Qulam oğluna mәxsus cәmi 5.600 (beş min altı yüz) manat dәyәrindә yuxarıda göstәrilәn xeyli miqdarda әmlakı qabaqcadan әlbir olan bir qrup şәxs halında oğurlamış, yәni gizli olaraq talamışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs apellyasiya şikayәti verәrәk şikayәtini onunla әsaslandırmışdır ki, Hacıqabul Rayon Mәhkәmәsinin qәrarı ilә CM-in 177.2.1, 177.2.3 vә 177.2.4-cü maddәlәri ilә nәzәrdә tutulmuş cәza növünün hәddindәn artıqını tәtbiq etmәklә 4 il 6 ay azadlıqdan mәhrumetmә növünün cәzasınının xüsusi rejimdә cәzaçәkmә müәssisәsindә çәkmәklә azadlıqdan mәhrum edilmişdir. Ona kәsilәn cәza növünün azaldılmasını vә birinci instansiya mәhkәmәsinin hökmünü lәğv edib qәrar verilmәsini xahiş edir. Şikayәtçinin şikayәt vә tәlәbinin olmamasını vә cinayәtin sona yetirimәmәsi barәdә CM-in 29-cu maddәsinin bәndinә nәzәr salaraq dәyilmiş ziyanın qaytarılması barәdә vә Amnistiya fәrmanının tәtbiqini nәzәrә alaraq ona verilәn cәza müddәtinin azaldılmasına dair qәrar qәbul edilmәsini xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Mәhkәmә kollegiyasının iclasında: Dövlәt ittihamçısı dövlәt ittihamçısı2 apellyasiya şikayәtinә etiraz edәrәk, apellyasiya şikayәtinin dәlillәrinin әsassız olduğunu, mәhkum olunmuş şәxsә әdalәtli vә qanuni cәza tәyin olunduğunu bildirәrәk birinci instansiya mәhkәmәsinin hökmünün dәyişdirilmәdәn saxlanılmasını vә apellyasiya şikayәtinin tәmin olunmamasını xahiş etdi Tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs zәrәrçәkmiş şәxsin şikayәtçi olmamasının nәzәrә alınmaqla cәzasının yüngüllәşdirilmәsini xahiş etdi. Tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs müdafiәçisi müdafiәçi1 apellyasiya şikayәtinin tәmin edilmәsini vә tәqsirlәndirilәn şәxsә tәyin edilmiş cәzanın yüngüllәşdirilmәsini xahiş etd. Mәhkәmә kollegiyası hәmçinin mәhkәmә iclasının yeri vә vaxtı barәdә zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs mәlumat versә dә, zәrәrçәkmiş şәxs mәhkәmә iclasına gәlmәmiş, gәlmәmәsinin sәbәblәri barәdә mәhkәmәyә mәlumat vermәmişdir. Mәhkәmә kollegiyası zәrәrçәkmiş şәxsin iştirakları olamadan mәhkәmә iclasının keçirilmәsini mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin: 397.1-ci maddәsinә görә, apellyasiya instansiya mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn işin faktiki hallarının müәyyәn edilmәsinin, habelә cinayәt qanununun vә Cinayәt-Prosessual Mәcәllәsinin normalarının tәtbiq edilmәsinin düzgünlüyünü yoxlayır. 397.2-ci maddәsinә әsasәn, birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş faktiki hallar apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn yalnız apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya mәhkәmәsi tәrәfindәn cinayәt qanununa vә bu Mәcәllәnin normalarına riayәt edilmәsi apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn apellyasiya şikayәtinin vә apellyasiya protestinin dәlillәrindәn asılı olmayaraq yoxlanılır. Mәhkәmә kollegiyası mәhkәmә istintaqı aparmadan cinayәt işinin materiallarını araşdırıb, apellyasiya şikayәtinin dәlillәrini müzakirә edәrәk, ittiham vә müdafiә tәrәflәrinin çıxışlarını dinlәyәrәk hesab edir ki, aşağıdakı әsaslara görә apellyasiya şikayәti tәmin edilmәdәn, Hacıqabul Rayon Mәhkәmәsinin # ##### 2026-cı il tarixli hökmü isә hәmin apellyasiya şikayәtinә әsasәn dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, birinci instansiya mәhkәmәsinin mübahisә olunan hökmündәn görünür ki, mәhkәmә ittiham hökmü çıxararkәn ittiham tәrәfinin tәqdim etdiyi vә mәhkәmә istintaqında tәqdiq olunmuş sübutlara, yәni tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs özünün etirafedici ifadәsi ilә yanaşı, zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs ifadәsi, şahid Şahid ifadәsi vә işdә olan istintaq hәrәkәtlәrinә dair protokollar vә digәr sәnәdlәrlә Tәqsirlәndirilәn şәxs CM-in 177.2.1, 177.2.3 vә 177.2.4-cü maddәlәri ilә müәyyәn edilmiş cinayәt әmәlini törәtmәsi vә tәqsirliliyinin tam sübuta yetirilmәsinә, hәmin әmәllәrin cinayәt olmasını aradan qaldıran halların, hәmçinin Tәqsirlәndirilәn şәxs cinayәt mәsuliyyәtindәn azad edilmәsi üçün әsasların olmamasına görә, sonuncunun hәmin maddә ilә tәqsirili bilinib cәzalandırılmalı olmasına dair yekun nәticәyә gәlmişdir. Mәhkәmә kollegiyası hesab edir ki, birinci instansiya mәhkәmәsi N.Neymәtovun CMin 177.2.1, 177.2.3 vә 177.2.4-cü maddәlәrindә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmәsi barәdә yekun nәticәyә gәlәrkәn ibtidai istintaq orqanı tәrәfindәn toplanmış vә mәhkәmә iclasında araşdırılıb qiymәtlәndirilәn sübutlara düzgün istinad etmiş, tәqdim olunan sübutlar tәdqiq edilmiş, onlara hüquqi qiymәt verilmişdir. Birinci instansiya mәhkәmәsinin hökmündә tәdqiq olunmuş sübutlar әtraflı şәkildә tәsvir olunduğundan mәhkәmә kollegiyası prosessual qәnaәt prinsipi vә mәhkәmә aktlarının sәmәrәliliyi baxımından hәmin sübutların yenidәn geniş şәkildә tәsvirinә ehtiyac görmür. Apellyasiya instansiya mәhkәmәsindә mәhkәmә baxışı zamanı mәhkәmә kollegiyası cinayәt işinin materiallarını tәhlil edәrәk belә nәticәyә gәlir ki, tәqsirlәndirilәn şәxsә elan edilmiş ittihamla bağlı istәr ibtidai araşdırma orqanı, istәrsә dә işә baxmış birinci instansiya mәhkәmәsi CPM-in 143-146-cı maddәlәrinin tәlәblәrinә әmәl edәrәk mәhkumun ittiham olunduğu cinayәtlәrin törәdilmәsindә tәqsirli bilinmәsi haqda mötәbәr nәticәyә gәlmәk üçün kifayәt qәdәr sübutlar toplamış vә bu sübutların hәr birinin mәnsubiyyәti, mümkünlüyü vә mötәbәrliyi qiymәtlәndirilәrәk işin faktiki hallarına uyğun olan yekun mәhkәmә qәrarı qәbul etmişdir. Mәhkәmә kollegiyası hesab edir ki, sadalanan sübutlar tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs istinad olunmuş әmәlin törәdilmәsindә aidiyyәtinin vә tәqsirliliyinin tәsdiqinә kifayәtdir. Belә ki, AR Cinayәt Prosessual Mәcәllәsinin: 145.1-145.2-ci maddәlәrinә görә hәr bir sübut mәnsubiyyәti, mümkünlüyü, mötәbәrliyi üzrә qiymәtlәndirilmәlidir. Cinayәt tәqibi üzrә toplanmış bütün sübutların mәcmusuna isә ittihamın hәlli üçün onların kifayәt etmәsinә әsasәn qiymәt verilmәlidir. Tәhqiqatçı, müstәntiq, prokuror, hakim qanunu vә vicdanını rәhbәr tutaraq sübutların mәcmusunun hәrtәrәfli, tam vә obyektiv baxılmasına әsaslanmaqla öz daxili inamına görә sübutları qiymәtlәndirirlәr. 146.1-ci maddәsinә әsasәn cinayәt tәqibi üzrә toplanmış sübutların kifayәt etmәsi dedikdә, müәyyәn edilmәli hallar üzrә mümkün sübutların elә bir hәcmi nәzәrdә tutulur ki, onlar sübut etmә predmetinin müәyyәn edilmәsi üçün mötәbәr vә yekun nәticәyә gәlmәyә imkan versin. Qeyd olunanlara әsasәn mәhkәmә kollegiyası hesab edir ki, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs әmәli birinci instansiya mәhkәmәsi tәrәfindәn CM-in 177.2.1, 177.2.3 vә 177.2.4-cü maddәlәri ilә düzgün tövsif olunmuşdur vә işә baxılarkәn cinayәt vә cinayәtprosessual hüquq normaları düzgün tәtbiq edilmişdir, işin faktiki halları vә әmәlin hüquqi tövsifi barәdә birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә qanuni vә әsaslıdır. Hәmin әmәlin cinayәt olmasını aradan qaldıran hallar, hәmçinin Tәqsirlәndirilәn şәxs cinayәt mәsuliyyәtindәn azad edilmәsi vә yaxud hәmin maddәlәrlә ona bәraәt verilmәsi üçün әsaslar mövcud deyildir. Mәhkәmә kollegiyası hәmçinin hesab edir ki, istәr ibtidai araşdırma zamanı vә istәrsәdә mәhkәmә istintaqında tәqsirlәndirilәn şәxsin müdafiә hüquqları tәmin edilmiş vә mәhkәmә baxışı zamanı hәr hansı bir kobud prosessual qanun pozuntusuna yol verilmәsi aşkar edilmәmişdir. Apellyasiya şikayәtinin dәlillәrindәn görünür ki, şikayәt müәllifi cәzanın yüngüllәşdirilmәsini xahiş etmişdir. Odur ki, mәhkәmә kollegiyası tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs tәyin edilmiş cәza mәsәlәsini müzakirә edәrәk hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn cәza tәyin olunarkәn törәdilmiş cinayәtlәrin xarakteri vә ictimai tәhlükәlilik dәrәcәsi, tәqsirkarın şәxsiyyәti, o cümlәdәn cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran hallar, habelә tәyin olunmuş cәzanın şәxsin islah olunmasına vә onun ailәsinin hәyat şәraitinә tәsiri nәzәrә alınmışdır. İş materiallarından görünür ki, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs әvvәllәr CMin 177-ci maddәsi ilә dәfәlәrlә mәhkum olunmuşdur. Belә ki, Azәrbaycan Respublikası DİN-dәn daxil olmuş tәlәbnamәdәn vә mәhkәmә hökmünün surәtlәrindәn göründüyü kimi tәqsirlәndirilәn şәxs Nәsibov Neymәt Hәsәn oğlu Ağdaş Rayon Mәhkәmәsinin ##.##.2005-ci il tarixli hökmünә әsasәn CM-in 177.2.3, 177.2.4, 69.4-cü maddәlәri ilә tәqsirli bilinәrәk şәrti maliyyә vahidinin 3000 misli mәblәğindә cәrimә cәzasına mәhkum edilmiş, Şәki Rayon Mәhkәmәsinin ##.##.2006-cı il tarixli hökmünә әsasәn CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 67.1-ci maddәlәri ilә tәqsirli bilinәrәk 4 il müddәtinә azadlıqdan mәhrumetmә vә şәrti maliyyә vahidinin 2000 manat cәrimә cәzasına mәhkum edilmiş, Ağır Cinayәtlәrә Dair İşlәr Üzrә Azәrbaycan Respublikasının Mәhkәmәsinin ##.##.2010-cu il tarixli hökmünә әsasәn CM-in 177.3.1, 177.3.3, 67.1, 68.2-ci maddәlәri ilә tәqsirli bilinәrәk 10 il 03 ay 10 gün müddәtinә azadlıqdan mәhrumetmә vә şәrti maliyyә vahidinin 2000 manat cәrimә cәzasına mәhkum edilmiş, Bakı şәhәr Nizami Rayon Mәhkәmәsinin ##.##.2012-ci il tarixli hökmünә әsasәn CM-in 234.1, 67.1-ci maddәlәri ilә tәqsirli bilinәrәk 8 il müddәtinә azadlıqdan mәhrumetmә cәzasına mәhkum edilmiş, Bakı şәhәr Xәtai Rayon Mәhkәmәsinin ##.##.2019-cu il tarixli qәrarı ilә 7 ay 16 gün müddәtinә cәzadan şәrti olaraq vaxtından әvvәl azad edilmiş, İmişli rayon mәhkәmәsinin ##.##.2021-ci il tarixli hökmünә әsasәn CM-in 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 67.1, 68.2-ci maddәlәri ilә tәqsirli bilinәrәk 5 il müddәtinә azadlıqdan mәhrumetmә cәzasına mәhkum edilmiş, Bakı şәhәr Qaradağ Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli qәrarı ilә cәzadan şәrti olaraq vaxtından әvvәl azad edilmiş, ##.##.2025-ci il tarixdә qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi, tәqsirlәndirilәn şәxs N.Nәsibov Şәki Rayon Mәhkәmәsinin ##.##.2006-cı il tarixli hökmünә, Ağır Cinayәtlәrә Dair İşlәr Üzrә Azәrbaycan Respublikasının Mәhkәmәsinin ##.##.2010-cu il tarixli hökmünә, Bakı şәhәr Nizami rayon mәhkәmәsinin ##.##.2012-ci il tarixli hökmünә, İmişli rayon mәhkәmәsinin ##.##.2021-ci il tarixli hökmünә әsasәn tәqsirli bilinәrkәn bütün hallarda Cinayәt Mәcәllәsinin 67.1-ci maddәsinin tәlәblәrinә әsasәn hökmlәrin mәcmusu qaydasında ona cәza tәyin edilmişdir. Qeyd edilәnlәrә vә qanunvericiliyin tәlәblәrinә әsasәn mәhkәmә hesab edir ki, tәqsirlәndirilәn şәxs Nәsibov Neymәt Hәsәn oğlu barәsindә qәbul edilmiş Şәki rayon mәhkәmәsinin ##.##.2006-cı il tarixli hökmünә, Ağır Cinayәtlәrә Dair İşlәr Üzrә Azәrbaycan Respublikasının Mәhkәmәsinin ##.##.2010-cu il tarixli hökmünә, Bakı şәhәr Nizami rayon mәhkәmәsinin ##.##.2012-ci il tarixli hökmünә, İmişli rayon mәhkәmәsinin ##.##.2021-ci il tarixli hökmlәrinә әsasәn tәqsirli bilindiyi cinayәt әmәllәrinә münasibәtdә mәhkumluğun ödәnilmәsi sonuncu hökm üzrә cәzadan şәrti olaraq vaxtından әvvәl azad edildiyi gündәn hesablanmalıdır. Tәqsirlәndirilәn şәxs N.Nәsibov sonuncu dәfә Bakı şәhәr Qaradağ Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli qәrarı ilә cәzadan şәrti olaraq vaxtından әvvәl azad edilmişdir. Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin: 18.3. Cinayәtlәrin residivi aşağıdakı hallarda xüsusilә tәhlükәli sayılır: 18.3.1. qәsdәn az ağır vә ya qәsdәn ağır cinayәt törәtmәyә görә әvvәllәr hәr hansı ardıcıllıqla üç dәfәdәn az olmayaraq azadlıqdan mәhrum etmә cәzasına mәhkum olunmuş şәxs yenidәn qәsdәn cinayәt törәtmәyә görә azadlıqdan mәhrum etmә cәzasına mәhkum olunduqda. 83.4-1-ci maddәsinә әsasәn әsas cәzanı çәkib qurtarmış, yaxud әsas cәzasını çәkmәkdәn vaxtından әvvәl azad edilmiş vә ya cәzasının çәkilmәmiş hissәsi daha yüngül cәza növü ilә әvәz edilmiş şәxsin çәkilmәmiş әlavә cәzası olduğu hallarda, mәhkumluğun ödәnilmәsi müddәti әlavә cәzanın çәkilib qurtardığı gündәn hesablanır. “Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 18.4.4 vә 83.3.2-ci maddәlәrinin hәmin Mәcәllәnin 8, 9, 61.1.1 vә 65.2-ci maddәlәri baxımından şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin Plenumu ## ######## 2022-ci il tarixli Qәrarındakı mövqeyә görә, Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 18.4 vә 83.4-1-ci maddәlәrinin mәzmununa görә, cinayәtlәrin vә ya hökmlәrin mәcmusu üzrә azadlıqdan mәhrum etmә ilә yanaşı digәr cәzaya mәhkum olunmuş şәxs mәhkumluğun ödәnilmәdiyi vә ya götürülmәdiyi dövrdә yenidәn qәsdәn cinayәt törәtdikdә, onun әmәli cinayәtin residivini yaradır. Belәliklә dә, müәyyәn olunur ki, tәqsirlәndiriklәn şәxs N.Neymәtovun әmәlindә cinayәtlәrin xüsusilә tәhlükәli residivi mövcud olmuşdur. Mәhkum olunmuş şәxs Tәqsirlәndirilәn şәxs tәqsirli bilindiyi Azәrbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 vә 177.2.4-cü maddәlәrinin alternativ xarakterli nisbi-müәyyәn sanksiyasında bir ildәn üç ilәdәk müddәtә azadlığın mәhdudlaşdırılması vә ya iki ildәn beş ilәdәk müddәtә azadlıqdan mәhrum etmә cәzaları müәyyәn olunmuşdur. Birinci instansiya mәhkәmәsinin hökmündәn görünür ki, mәhkәmә tәqsirlәndirilәn şәxsin zәrәrçәkmiş şәxsә dәymiş ziyanı tamamilә ödәyәrәk onunla barışmasını, törәtdiyi cinayәt әmәlinә görә sәmimi peşmançılıq hissi keçirmәsini CM-in 59-cu maddәsinә әsasәn cәzanı yüngüllәşdirәn hallar kimi, әmәlindә cinayәtlәrin xüsusilә tәhlükәli residivinin olmasını isә CM-in 61.1.1-ci maddәsinә әsasәn cәzasını ağırlaşdıran hal kimi, elәcә dә CMin 65.2-ci maddәsinin tәlәbini dә nәzәrә almaqla Tәqsirlәndirilәn şәxs 4 il 6 ay müddәtinә azadlıqdan mәhrum etmә cәzası tәyin etmişdir. Azәrbaycan Respublikası CM-in 65.2-cı maddәsinә әsasәn residivә görә cәzanın müddәti törәdilmiş cinayәtә görә bu Mәcәllәnin Xüsusi hissәsinin müvafiq maddәsindә müәyyәn edilmiş daha ciddi cәza növünün son hәddinin yarısından, tәhlükәli residivә görә üçdә ikisindәn, xüsusi tәhlükәli residivә görә isә dörddә üçündәn az ola bilmәz. Mәhkәmә kollegiyası hesab edir ki, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs mәhkumluqları ödәnilmәdәn dәfәlәrlә yenidәn eyni xarakterli cinayәti törәtmәsi onu göstәrir ki, onun barәsindә tәtbiq edilәn cinayәt hüquqi tәsir tәdbiri gözlәnilәn sәmәrәni vermәmiş, şәxs tәhlükәli meyllәrin vә vәrdişlәrin tәsirindәn azad olmamışdır. Buna görә dә, ilk dәfә mәhkum olunmuş şәxslәrә nisbәtәn residiv hesab olunan cinayәtlәri törәtmiş şәxslәr daha tәhlükәli hesab edilirlәr. AR Konstitusiya Mәhkәmәsinin Plenumu bir sıra qәrarlarında vurğulamışdır ki, mәhkumluq tәkcә şәxsin mәhkum olunması vә ona cәzanın tәyin edilmәsi faktı ilә şәrtlәndirilmir. Mәhkumluq şәxs tәrәfindәn tәkrarәn cinayәt törәdilәrkәn cinayәt qanunvericiliyi ilә müәyyәn olunmuş hüquqi nәticәlәrә sәbәb olan mәhkumun hüquqi vәziyyәtini ifadә edir; şәxsdә olan ödәnilmәmiş vә ya götürülmәmiş mәhkumluq, onunla dövlәt arasında cinayәt-hüquqi tәnzimlәmә әsasında formalaşan, bu şәxs tәrәfindәn yeni cinayәtlәr törәdilәrkәn onun şәxsiyyәtinin vә törәtdiyi cinayәtlәrin yüksәk tәhlükәli kimi qiymәtlәndirilmәsinә xidmәt edәn xüsusi ictimai-hüquqi münasibәtlәr yaradır vә buna görә onun barәsindә daha ağır tәdbirlәrin tәtbiqini nәzәrdә tutur (Konstitusiya Mәhkәmәsi Plenumunun “Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 83-cü maddәsinin şәrh olunmasına dair” ## ### 2009-cu il tarixli Qәrarı)”. Mәhkәmә kollegiyası onu da qeyd edir ki, әvvәllәr dәfәlәrlә mәhkum olunmuş şәxs tәrәfindәn yenidәn eyni xarakterli cinayәtlәrin törәdilmәsi yüksәk ictimai tәhlükә tәşkil edir. Belә ki, Tәqsirlәndirilәn şәxs barәsindә artıq bir neçә dәfә ittihamedici hökm çıxarılmış vә ona müxtәlif növ cәzalar tәyin edilmişdir. Dövlәtin adından çıxarılmış bu hökmlәrlә N.Neymәtova vә onun davranışına mәnfi mәnәvi-hüquqi qiymәt verilmiş, faktiki olaraq gәlәcәkdә bu cür cinayәtkar davranışın yolverilmәz olmasına dair xәbәrdarlıqlar edilmişdir. Lakin N.Neymәtov hәr dәfә yeni cinayәt törәtmәklә ona edilmiş dövlәt mәcburiyyәtinә qarşı aşkar etinasızlıq göstәrmişdir. Odur ki, dәfәlәrlә eyni xarakterli cinayәt әmәllәri törәtmiş Tәqsirlәndirilәn şәxs daha yüksәk ictimai tәhlükәlilik dәrәcәsinә malik biri kimi sәciyyәlәndirilir vә bu sәbәbdәn ona yüngül cәzanın tәyin edilmәsi hәm qanunvericiliklә tәsbit olunmuş humanizm vә әdalәt prinsiplәri ilә, hәm dә bu prinsiplәrin ümumbәşәri anlayışları ilә ziddiyyәt tәşkil edir.Eyni xarakterli cinayәtlәrin tәkrarlanması oğurluq әmәlinin tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs üçün sistemli gәlir vә ya davranış üsuluna çevrildiyini göstәrәn mühüm göstәrici kimi qiymәtlәndirilir. Bu baxımdan tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs barәsindә azadlıqdan mәhrum etmәyә nisbәtәn daha yüngül cәzanın tәyin edilmәsi cәza tәyinetmәnin ümumi mәqsәdlәrinә nail olmaq üçün sonuncuya münasibәtdә kifayәt etmәmәklә yanaşı tәqsirlәndirilәn şәxsdә törәtmiş olduğu ictimai tәhlükәli әmәlә laqeydlik hissinin formalaşmasına sәbәb ola bilәr. Cinayәt qanunvericiliyindә cәzaya münasibәtdә sosial әdalәtin nәdәn ibarәt olması әdalәt prinsipini vә cәzanın tәyin edilmәsinin ümumi әsaslarını nәzәrdә tutan CM-in 8 vә 58ci maddәlәrindә açıqlanmışdır. CM-in 8-ci maddәsinin mahiyyәtinә görә cinayәt törәtmiş şәxs haqqında tәtbiq edilәn cәza әdalәtli olmalıdır. Cәzanın tәyin edilmәsinin ümumi әsaslarını nәzәrdә tutan CM-in 58.1-ci maddәsinә әsasәn cinayәt törәtmәkdә tәqsirli bilinәn şәxsә, bu Mәcәllәnin Ümumi hissәsinin müddәaları nәzәrә alınmaqla Xüsusi hissәsinin müvafiq maddәlәrindә nәzәrdә tutulmuş hәdlәrdә әdalәtli cәza tәyin edilir. Ədalәtli cәza ilk növbәdә CM-in 41-ci maddәsindә nәzәrdә tutulmuş cәzanın mәqsәdinә nail olmaq üçün mühüm vasitәdir. Tәyin edilmiş cәzanın әdalәtli olması dedikdә, CM-in 58.3-cü maddәsinә uyğun olaraq hәmin cәzanın cinayәtin xarakterinә vә ictimai tәhlükәlilik dәrәcәsinә, tәqsirkarın şәxsiyyәtinә, o cümlәdәn cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran hallara, habelә tәyin olunmuş cәzanın şәxsin islah olunmasına vә onun ailәsinin hәyat şәraitinә uyğun olması başa düşülür. Kollegiya onu da qeyd edir ki, hazırkı iş üzrә vurulmuş ziyan ödәnilmәklә zәrәrçәkmiş şәxs şikayәtçi olmasa da cәzanın mәqsәdi yalnız zәrәrçәkmiş şәxsin maraqlarının tәmin olunması deyil, hәm dә cәmiyyәtin mәnafeyinin qorunmasıdır. Əvvәllәr dәfәlәrlә mәhkum olunmuş şәxs barәsindә daha ağır cәzanın tәtbiqi onun yenidәn cinayәt törәtmәsinin qarşısını almağa (xüsusi profilaktika), digәr şәxslәrә xәbәrdarlıq xarakteri daşımağa (ümumi profilaktika), cәmiyyәtin tәhlükәsizliyini tәmin etmәyә xidmәt edir. Əgәr şәxs davamlı olaraq cinayәt törәdirsә, bu, onun hüquq normalarına hörmәtsiz münasibәtini göstәrir. Bu halda daha ağır cәza tәtbiq olunması törәdilmiş әmәlin vә şәxsin ictimai tәhlükәlilik dәrәcәsinә uyğun vә proporsional sayılır. Əks halda, davamlı cinayәtkarlığa qarşı adekvat hüquqi reaksiya verilmәmiş olar. Odur ki, mәhkәmә kollegiyası yuxarıda qeyd olunanlara әsasәn belә hesab edir ki, mәhkum edilmiş şәxs Tәqsirlәndirilәn şәxs cәza tәyin edilәrkәn birinci instansiya mәhkәmәsi tәrәfindәn cәza tәyin etmәnin ümumi prinsiplәrini özündә ehtiva edәn CM-in 8.1, 41.2, 58.1, 58.3, 59, 61 vә 65.2-ci maddәlәrinin tәlәblәri, habelә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Plenumunun “Mәhkәmәlәr tәrәfindәn cinayәt cәzalarının tәyin edilmәsi tәcrübәsi haqqında” 2003-cü il ## #### tarixli ** saylı qәrarının tövsiyyәlәri, törәdilmiş cinayәtin xarakteri vә ictimai tәhlükәlilik dәrәcәsi, cәzanı ağırlaşdıran vә yüngüllәşdirәn hallar, onun şәxsiyyәti, tәyin olunan cәzanın onun islah olmasına vә ailәsinin hәyat şәraitinә tәsiri, habelә sosial әdalәtin bәrpası kimi hallar nәzәrә alınmış vә ona kifayәt qәdәr әdalәtli cәza tәyin olunmuşdur. Mәhkәmә kollegiyası mәhkum edilmiş şәxs Tәqsirlәndirilәn şәxs cәzasını yüngüllәşdirәn vә ağırlaşdıran halların olmasını nәzәrә alaraq ona tәyin olunmuş cәzanı әdalәtli sayır vә birinci instansiya mәhkәmәsinin cәza tәyini üzrә qәnaәti ilә razılaşır. Azәrbaycan Respublikası CPM-in 398.1.1-ci maddәsinә görә, apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin hökm vә ya qәrarını dәyişdirmәdәn, apellyasiya şikayәtini vә ya apellyasiya protestini isә tәmin etmәdәn saxlanılması haqqında qәrar qәbul edә bilәr. Belәliklә dә, mәhkәmә kollegiyası iş üzrә toplanmış vә birinci instansiya mәhkәmәsinin mәhkәmә iclasında tәdqiq edilmiş sübutları bir daha tәhlil edib, hәm onlara, hәm dә yuxarıda qeyd edilәn hallara, hәmçinin apellyasiya şikayәti üzrә apellyasiya instansiyasında aparılmış mәhkәmә araşdırmasının nәticәlәrinә әsaslanıb, onlara obyektiv hüquqi qiymәt verәrәk belә hesab edir ki, tәqsirlәndirilәn şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәdәn, Hacıqabul Rayon Mәhkәmәsinin # ##### 2026-cı il tarixli, *(*- ***)-*/**** nömrәli hökmü apellyasiya şikayәtinә әsasәn dәyişdirilmәdәn saxlanılmalıdır. Odur ki, mәhkәmә kollegiyası yuxarıda göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası CPM-in 397, 398, 407 vә 410-cu maddәlәrini rәhbәr tutaraq, QƏRARA ALDI: Mәhkum edilmiş Tәqsirlәndirilәn şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Hacıqabul Rayon Mәhkәmәsinin # ##### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmü hәmin apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Qәrar elan edildiyi andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan elan olunduğu (azadlıqdan mәhrumetmә növündә cәza çәkәn mәhkuma münasibәtdә isә qәrar ona verildiyi) gündәn CPM-in 410-cu maddәsindә göstәrilәn müddәtlәrdә Şirvan Apellyasiya Mәhkәmәsi vasitәsilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyasına kassasiya şikayәti vә ya protesti verilә bilәr.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar