Məhkəmə qərarları › İş №1(3-9)-201/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-201/2026

10.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-201/2026 10.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynallı Aslan İsmayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X1, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə ## ###### 1988-ci ildə Lənkəran rayonu, Şağlaküçə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Lənkəran rayonu, Şağlaküçə kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CMin) 128-ci maddəsi ilə məhkum olunmasına dair Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollageiyası MÜƏYYƏN E T D İ: Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü ilə (sədrlik edən M.Ə.Qasımov) Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Lənkəran Rayon İcra və Probasiya qurumuna həvalə edilmiş, cəzanın əvvəlinin Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmünü ləğv edərək, ona bəraət verilməsini xahiş etmişdir. İŞİN HALLARI: Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- */**** nömrəli hökmünə əsasən CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, ##.##.2026-cı il tarixdə saat 11 radələrində Lənkəran şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Qızıl Ay” adlı mağazanın yerləşdiyi binanın sağ tərəfində olan qaz paylayıcı qurğunun yanında arvadı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadə işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən yumruqla sonuncunun sifət nahiyəsinə vuraraq ona - alt dodaq nahiyəsində əzilmiş yara, alt çənə nahiyəsində sıyrıqdan ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. İstər ibtidai istintaq zamanı, istərsədə məhkəmə istintaqı zamanı düzgün araşdırma aparılmamışdır. Çünki o, həyat yoldaşını döysə də, əməlində əslində CM-in 128-ci maddəsi yox, İXM-in 157-ci maddəsinin tərkibi vardır. Belə ki, əslində onu vurmaq istəməmişdir. Lakin ünvanına nalayiq ifadələr işlətdiyi üçün o da bir yüngülcə yumruq vurmuşdur. Əməlindən isə peşmandır. Ekspertin Dünyaxanımı vurmağı ilə bağlı barəsində verdiyi rəy tamamilə saxtadır. Onu o dərəcədə vurmadığı halda bu xəsarətlərin hardan olduğunu anlamır. Odur ki, Lənkəran Rayon Məhkəməsinin hökmü ləğv edilməli və barəsində bəraət hökmü çıxarılmalıdır. Hökmdən apellyasiya protesti və apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı X1 apellyasiya şikayəti üzrə qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməsini bildirdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə həm notarial qaydada təsdiq edilmiş, həm də özü tərəfindən yazılmış ərizələrlə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını qeyd etməklə, cinayət iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək, törətdiyi cinayət əməli ilə özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, hal-hazırda zərərçəkmişlə barışdığını, ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 tərəflərin barışdığını nəzərə alıb, Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmünün ləğv edilməsini, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı təqsirləndirilən və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə təqsirləndirilən və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını təqsirləndirilən və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Kollegiya qeyd edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin hökmünün ləğv edilərək ona bəraət verilməsini, yəni əməlində CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmadığını, xəsarətin ekspert rəyində göstərildiyi kimi yetirilmədiyini və əməlin ən yaxşı halda İXM-in 157ci maddəsi ilə tövsif edilə biləcəyini iddia edərək, bilavasitə təqsirini inkar etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsində keçirilən məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs şəxsən yazılı ərizə ilə çıxış edərək apellyasiya şikayətindəki mövqeyindən açıq şəkildə imtina etmiş, törətdiyi əməldə özünü təqsirli bildiyini, peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bəyan etmiş, işin bəraətlə deyil, barışıq əsasında icraata xitam verilməsi ilə başa çatdırılmasını xahiş etmişdir. Beləliklə, məhkum edilmiş şəxsin apellyasiya şikayətində irəli sürdüyü əsaslarla məhkəmə iclasındakı şəxsi mövqeyi bir-birini qarşılıqlı istisna edən xarakter daşıyır: apellyasiya şikayətində əməldə cinayət tərkibinin olmaması əsas gətirilərək bəraət tələb edildiyi halda, məhkəmə iclasında əməldə təqsirin bilavasitə etiraf edilməsi əsas gətirilərək barışıq nəticəsində icraata xitam verilməsi xahiş olunmuşdur. Kollegiya hesab edir ki, məhkum edilmiş şəxsin öz təqsirini şəxsən və yazılı formada etiraf etməsi şəraitində, onun apellyasiya şikayətində göstərdiyi, əməlin cinayət tərkibi daşımadığına və buna görə bəraət verilməsi zəruriliyinə dair dəlillər öz təsdiqini tapmır. Bundan əlavə, işin materialları – ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış izahatlar, ifadələr və ekspert rəyi – birinci instansiya məhkəməsinin məhkum edilmiş şəxsin əməlini CMin 128-ci maddəsi ilə tövsif etməsinin düzgün olduğunu təsdiqləyir və kollegiya bu qənaətlə tam razılaşır. Hökm çıxarılan dövrdə məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar mövcud olmamışdır. Bu səbəbdən apellyasiya şikayətində göstərilən, əməlin İXM-in 157-ci maddəsi üzrə tövsif olunmalı olmasına və ekspert rəyinin etibarsızlığına dair dəlillər əsassız hesab edilərək rədd edilir və apellyasiya şikayəti bu tələbi qismində təmin edilmir. Bununla yanaşı Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkumla barışdığından, məhkuma qarşı şikayət və tələbi olmadığından, cinayət iş üzrə icraata xitam verilməli, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsas olduğundan Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü ləğv edilməklə Təqsirləndirilən şəxsCM-in 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Kollegiya ilk növbədə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışması, ona qarşı şikayət və tələbinin olmaması və cinayət iş üzrə icraata xitam verilməsi, eləcədə təqsirləndirilən şəxsin özünü təqsirli bilərək, əməlindən peşman olması, zərərçəkmiş şəxslə barışması və cinayət iş üzrə icraata xitam verilməsi barədə ərizələrini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə icraata xitam verilməlidir. Belə ki, cinayət işinin materialları və hökmdən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə ər-arvaddır və Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixdə saat 11 radələrində Lənkəran şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Qızıl Ay” adlı mağazanın yerləşdiyi binanın sağ tərəfində olan qaz paylayıcı qurğunun yanında Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində mübahisə edərək onun sifət nahiyəsinə vuraraq alt dodaq nahiyəsində əzilmiş yara, alt çənə nahiyəsində sıyrıqdan ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi toplanmış izahat, ifadələr, ekspert rəyi əsasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlini CM-in 128-ci maddəsinə tövsif etmişdir və məhkəmə kollegiyası məhkəmənin gəldiyi bu qənaətlə razılaşır. Eyni zamanda qeyd olunmalıdır ki, hökm çıxarılan dövrdə məhkum edilmiş şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair ## ###### 2022-ci il tarixli qərarından görünür ki, Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72-73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Lakin işə apellyasiya instansiyası məhkəməsində baxılarkən müəyyən olunmuşdur ki, məhkum edilmiş şəxs zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmış və onun məhkuma qarşı şikayət və tələbi yoxdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində hökm çıxarılarkən onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olmasa da, hazırda onun zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsə qarşı şikayət və tələbi olmaması cinayət qanunu müddəalarına əsasən məsuliyyətdən azad olunması üçün əsas kimi qəbul edildiyindən, o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ##.##.2026-cı il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsindən və ##.##.2026-cı il tarixli yazılı ərizəsindən görünür ki, o, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, dəymiş ziyanın tam ödəndiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma- beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarır. 398.1.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Beləliklə, qeyd edilənləri cinayət işi üzrə müəyyən edilmiş hallara tətbiq edərək məhkəmə kollegiyası hesab edir ki, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, müvafiq məhkəmə hökmünün qəbul olunmasından sonra məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün qanuni əsas yarandığından birinci instansiya məhkəməsinin hökmü ləğv edilməklə, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması nəzərə alınmalı və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən CM-in 73.2 və CPM-in 40.3, 43.1.2, 397-403, 407-410 və 412ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli nömrəli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və CPMin 43.1.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar