Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-203/2026 21.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), X5 və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X1, zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis İmran qızının, onun nümayəndəsi Qanuni nümayəndə, bəraət verilmiş şəxs İsmayılov Tərlan İsmayıl oğlunun, müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili Tapdıqov İlqar Məhərrəm oğlunun iştirakı ilə, İsmayılov Tərlan İsmayıl oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən dövlət ittihamçısı X4 tərəfindən verilmiş apellyasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis İmran qızının nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü (hakimlər X2 (sədrlik edən), X3 və X6 ibarət tərkibdə) ilə ## ###### 1968-ci ildə Neftçala rayon Kürkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, Neftçala rayon Kürkənd kəndində qeydiyyatda olan İsmayılov Tərlan İsmayıl oğluna Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü və 264-cü maddələri ilə bəraət verilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsi, onun dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi, bəraət alması ilə əlaqədar ona cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olmasının izah edilməsi, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən təkrar komisyon məhkəmə-tibbi ekspertizasının ## ######## 2025-ci il tarixli rəyi ilə zərərçəkmiş şəxs X12 ayağında olduğu qeyd edilmiş az ağır xəsarətə dair cinayət törədilib törədilməməsi, törədilmişdirsə, cinayət törətmiş törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materialın ayrılıb ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı Xamməmmədova Arzu İmran qızının mülki cavabdeh İsmayılov Tərlan İsmayıl oğluna qarşı 15800 manat məbləğində maddi və 50.000 manat məbləğində mənəvi ziyanın, habelə cinayət nəticəsində ailə başçısını itirməyə görə hər ay 235 manat olmaqla sabit pul məbləğində alimentin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 288 manat pulun tutularaq mülki iddiaçının xeyrinə ödənilməsi haqqında mülki iddiasının baxılmamış saxlanılması, ödənilmiş 288 manat məbləğində dövlət rüsumunun mülki iddiaçıya geri qaytarılması barədə yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə maddi sübutun taleyi və məhkəmə məsrəfi məsələsi həll edilmişdir. İŞİN HALLARI İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə, təqsirləndirilən şəxs İsmayılov Tərlan İsmayıl oğlu ## ###### 2024-cü ildə saat 07 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin, 29-cu maddəsinin və 30cu maddəsinin 2-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi və dövlət qeydiyyat nişanı olmadan, idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Dnepr MT10-36” markalı yan tərəfinə kustar üsulla quraşdırılmış yedəkli motosikletlə 2-ci Mayak-Kürkənd-Neftçala avtomobil yolunun Neftçala rayon Kürkənd kəndi ərazisində, Kürkənd kəndi istiqamətdə saatda 20 km sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və motosikletin idarə etməsindən yayındırmamalı, əks istiqamətdən hərəkətdə olan atlı ilə təhlükəsiz yan məsafəsi saxlamalı, atlının yanından hərəkətin təhlükəsizliyini təmin etdikdən sonra keçib getməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, motosikletin yedək hissəsini yolun sağ ehtiyyat hissəsinə çıxarmış, bu zaman əks istiqamətdən yolun sağ ehtiyat hissəsi ilə adi yerişlə hərəkətdə olan atlını motosikletin yedək hissəsi ilə ehtiyatsızlıqdan vurmuş, nəticədə atın üzərində olan X12 yerə yıxılması nəticəsində onun baş beyinə travmatik qansızma, hər iki baldırın ön və yan səthinin sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, sonuncunun ## ###### 2024-cü ildə saat 20:26-da Neftçala RMX-da ölümü ilə nəticələnən yolnəqliyyat hadisəsi törətdikdən sonra, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin IV hissəsinin tələblərini pozmaqla, hadisə barədə müvafiq dövlət orqanlarına xəbər vermədən və xəsarət alana yardım göstərmədən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. APELLYASİYA PROTESTİNİN VƏ APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan hökmündən dövlət ittihamçısı X4 apellyasiya protesti verərək, hökmün ləğv edilməsini və İsmayılov Tərlan İsmayıl oğlunun ona qarşı irəli sürülmüş ittihamla - Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinərək ona cəza təyin edilməklə yeni hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, iş materiallarına əsasən və məhkəmədə tədqiq olunan, məhkəmə və müdafiə tərəfindən təkzib edilməyən hal odur ki, Tərlan İsmayılovun idarə etdiyi motosikletin yedək hissəsi Əskər Xanməmmədovun üzərində olan ata toxunmuşdur. Təqsirləndirilən şəxs Tərlan İsmayılov məhkmə istintaqı zamanı ifadələrində gah Əskər Xanməmmədovun yıxıldığını gördüyünü, gah da da sonuncunu görən zaman bir ayağının yerdə digər ayağının atın üzəngisində olduğunu göstərmişdir. Həmçinin təqsirləndirilən şəxs ifadələrində havanın dumanlı olduğunu, Əskər Xanməmmədovun yıxılmasını dəqiq görmədiyini, sonrakı günlərdə Əskəri qoyun oturan zaman və yas məclisində gördüyünü göstərmişdir. Tərlan İsmayılov hava dumanlı olduğu üçün Əskər Xanməmmədovun yıxıldığını görməyə bilər, ancaq sonuncunun ayağının atın üzəngisində olduğu görmüşdür. Tərlan İsmayılovun məhkəmədə verdiyi ifadələr əsasən belə nəticəyə gəlmək olar ki, sonuncunun idarə etdiyi motosikletinin yedəyi Əskər Xanməmmədovun atına toxunmuş və nəticədə sonuncu yıxılmışdır. Tərlan İsmayılov artıq çönüb geri baxan zaman Əskər Xanməmmədovun ayağını atın üzəngisinə qoyaraq atı minib onun dalınca gəlməyini görmüşdür. Şahid Hüseynov İlyas Əliheydər oğlu da məhkəmədə verdiyi ifadəsində Əskər Xanməmmdovun atının hürkməsi nəticəsində yıxıldığını, sonra ata minib gedib Tərlan İsmayılovla mübahisə etdiyi, Əskərin Tərlana ayağından xəsarət almasını deməsini eşitmədiyini göstərmişdir. Məhkəmə və müdafiə tərəfinin bəraət hökmündə əsas istinad nöqtəsi Əskər Xanməmmədovun ölümünə səbəbin təkrar komisyon məhkəmə-tibbi ekspertizasının rəyində göstərildiyi kimi hadisə nəticəsində başından aldığı travmaya görə deyil, sonuncuda illər əvvəl mövcud olmuş ağır qapalı kəllə-beyin travması nəticəsində baş beyin toxumasının yumşalması və digər fəasdlarla müşayiət edilən hemorragik insut olması olmuşdur. İş materiallarına əsasən Əskər Xanməmmədovun ## ###### 2004-cü il tarixdə keçirdiyi avto-qəza nəticəsində ağır kəlləbeyin travması almış, bununla bağlı ona əlillik təyin edilmişdir. Məhkəmənin sorğuna əsasən Əskər Xanməmmədovun əlillik dərəcəsi hadisədən bir neçə il əvvəl ləğv edilmiş, səbəb kimi göndərişin natamam doldurulması yazılmışdır. Həmin sorğuya cavabdan həmçinin görünür ki, “## ####### 2022-ci il tarixli müayinədə imtinanın səbəbi göndərişin natamam doldurulması olmuş, əsas kimi isə EEQ müayinəsinin ağırlaşmanı təsdiq etməməsi qeyd edilmişdir. EEQ tibbi termin olmaqla elektroensefaloqrafiyanın qısa yazılışıdır. Göstərilənlərdən bunu anlamaq olar ki, hələ 2022-ci il tarixdə Əskər Xanməmədovda baş beyində ağırlaşma müəyyən edilməmişdir. Məhkəmə tərkibi isə Əskər Xanməmmədovun ölümünə səbəb olan hemorragik insultun onun əvvəlki travması ilə bağlı olduğu kimi səhv qənaətə gəlmişdir. Neftçala rayon “MTE və PA” şöbəsinin ## #### 2024-cü il tarixli ** nömrəli tibbi rəyindən görünür ki, mərhum X12 meytində aşkar edilmiş xəsarətlər - baş beyinə travmatik qansızma, hər iki baldırın ön və yan səthinin sıyrıqları küt əşya (əşyanın) təsirindən törənmişdir. Törənmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə uyğun gəlir. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X12 ölümünün bilavasitə səbəbi beyin qan dövranının pozğunluğu fonunda - baş beynin posttravmatik qansızması ilə əlaqədar inkişaf edən beyin ödemi ensefalitik yumşalması olmuşdur. Ölümlə ##.##.2024-cü ildə baş vermiş motosikletlə piyadanın vurulması arasında səbəbli əlaqə vardır. X12 meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Neftçala rayon “MTE və PA” şöbəsinin ## ### 2024-cü il tarixli 07 əlavə nömrəli tibbi rəyindən görünür ki, mərhum X12 meytində aşkar edilmiş xəsarətlər - baş beyinə travmatik qansızma, hər iki baldırın ön və yan səthinin sıyrıqları küt əşya (əşyanın) təsirindən əmələ gəlmişdirlər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni ##.##.2024-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı motosikletin atlını vurması nəticəsində at üzərində olan Ə.Xanməmmədovun yerə yıxılması zamanı yarana bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X12 ölümünün bilavasitə səbəbi beyin qan dövranının pozğunluğu fonunda - baş beynin posttravmatik qansızması ilə əlaqədar inkişaf edən beyin ödemi ensefalitik yumşalması olmuşdur, ölümlə ##.##.2024-cü ildə baş vermiş motosikletlə atlını vurma zamanı almış olduğu xəsarətlər arasında səbəbli əlaqə vardır. Məhkəmə istintaqı zamanı dindirilmiş Neftçala MTE və PA Birliyinin eksperti Müşfiq Ağabəyov ifadəsində göstərmişdir ki, Əskər Xanməmmədovun ölümünə səbəb aldığı travma nəticəsində baş beyinə qansızma olmuşdur, travmadan sonra Əskər Xanməmmdov müəyyən məsafə qət edə bilərdi, qansızmanın əlaməti olan baş ağrısı və ürək bulanması sonuncuda olmaya da bilərdi. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının ## ##### 2024-cü il tarixli 3-16-16\2-8\*** nömrəli rəyindən görünür ki, “Dnepr MT10-36” markalı dövlət qeydiyyat nişanı olmayan motosikletin sürücüsü İsmayılov Tərlan İsmayıl oğlunun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü T.İ.İsmayılov “Dnepr MT10-36” markalı motosikleti dövlət qeydiyyat nişanı olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü T.İ.İsmayılov “Dnepr MT10-36” markalı motosikleti yan tərəfdən quraşdırılmış kustar üsulla hazırlanan yedəklə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 2-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Bundan başqa məhkəmə yuxarıda qeyd edilən komisyon təkrar məhkəmə tibbi ekspertizasının rəyinin bir hissəsini özü üçün mötəbər sübut kimi qəbul etsə də, rəyin bir hissəsini, yəni mərhum zərərçəkmiş şəxsin bədəni üzərində olan az ağır xəsarəti sübut kimi qəbul etməmişdir. Rəyin həmin hissəsindən görünür ki, mərhum zərərçəkmiş şəxs Əskər Xanmmmdovun bədəni üzərində hər iki baldırın ön və yan səthinin sıyrıqları qamış sümüyünün yerdəyişməyən sınığı küt əşya ilə müşayiət edilən (əşyaların) təsirindən törənmiş, qərarda göstərildiyi kimi ##.##.2024-cü il tarixdə hərəkətdə olan motosikletin atlının vurulması zamanı yarana bilərdilər və ümumilikdə canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxsdə az ağır xəsarətin olması CM-nin 263-1.1-ci maddəsinin tərkib əlamtlərini yaradır. Göstərilənlərə əsasən, İsmayılov Tərlan İsmayıl oğluna CM-nin 263-1.3 və 264-cü maddələri ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026cı il tarixli hökmü ləğv edilməli, İsmayılov Tərlan İsmayıl oğlu ona qarşı irəli sürülmüş ittihamla - Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinərək ona cəza təyin edilməklə yeni hökm çıxarılmalıdır. Hökmdən, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis İmran qızının nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini, təqsirləndilən şəxs İsmayılov Tərlan İsmayıl oğlunun Azərbaycan Respublikası Cinayət Məcələsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinib həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzaya məhkum edilməsini, habelə cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərlə bağlı mülki iddia tələbinin təmin edilməsi barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs İsmayılov Tərlan İsmayıl oğlu təqsirləndirilir ondan ötrü ki, o, ## ###### 2024-cü ildə saat 07 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin, 29cu maddəsinin və 30-cu maddəsinin 2-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi və dövlət qeydiyyat nişanı olmadan, idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Dnepr MT10-36” markalı yan tərəfinə kustar üsula quraşdırılmış yedəkli motosikletlə 2-ci Mayak-Kürkənd-Neftçala avtomobil yolunun Neftçala rayon Kürkənd kəndi ərazisində, Kürkənd kəndi istiqamətdə saatda 20 km sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və motosikletin idarə etməsindən yayındırmamalı, əks istiqamətdən hərəkətdə olan atlı ilə təhlükəsiz yan məsafəsi saxlamalı, atlının yanından hərəkətin təhlükəsizliyini təmin etdikdən sonra keçib getməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, motosikletin yedək hissəsini yolun sağ ehtiyyat hissəsinə çıxarmış, bu zaman əks istiqamətdən yolun sağ ehtiyat hissəsi ilə adi yerişlə hərəkətdə olan atlını motosikletin yedək hissəsi ilə ehtiyatsızlıqdan vurmuş, nəticədə atın üzərində olan X12 yerə yıxılması nəticəsində onun baş beyinə travmatik qansızma, hər iki baldırın ön və yan səthinin sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, sonuncunun ## ###### 2024-cü ildə saat 20:26-da Neftçala RMX-da ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törətdikdən sonra, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin IV hissəsinin tələblərini pozmaqla, hadisə barədə müvafiq dövlət orqanlarına xəbər vermədən və xəsarət alana yardım göstərmədən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Cinayət işinə əlavə edilmiş mərhum X26 rayon Polis şöbəsinə ünvanlanmış ##.##.2024cü il tarixli ərizəsindən görünür ki, ##.##.2024-cü il tarixdə saat təxminən 07:00-da Kürkən kəndi ərazisində onunla əvvələr ədavəti olan həmkəndlisi Tərlan İsmayılov idarə etdiyi yedəkli motoskletilə onu vurub sağlamlığına xəsarət yetirmiş, habelə bıçaqla onu öldürəcəyilə hədələməsi barədə hüquq mühafizə orqanına müraciət edərək Tərlan İsmayılovun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında ## #### 2024-cü il tarixli protokoldan və əlavə edilmiş fotoşəkilərdən görünür ki, baxış keçirilən predmet “Mt” markalı, dövlət qeydiyyat nişansız yedəkli motosikletdir. Baxışda iştirak edən İ.İsmayılov motosikletin yedək hissəsinin taxta qanadını təqdim edərək ## ###### 2024-cü il tarixdə Ə.Xanməmmədovun üzərində olduğu ata həmin hissənin dəydiyini bildirmişdir. Motosikletin yedək hissəsinin taxta qanadının sağ uc tərəfi sınmış haldadır. Baxış zamanı yedəkli motosikletdə iş üzrə digər maraq doğuran izlər aşkar olunmamışdır. Bundan başqa, təqsirləndirilən şəxs ibtidai istintaq dövründə vediyi ##.##.2024-cü il tarixli izahatında və eyni məzmunlu ##.##.2024-cü il tarixli ifadəsində özünü ona elan edilmiş hazırkı ittihamla tam təqsirli bilərək, mərhum X12 ilə qonşu olduğunu, Əskərlə aralarında əvvələr bir neçə dəfə müxtəlif şeylərə görə mübahisələrin olduğunu. Əskər hətta bir dəfə ondan şikayət etdiyindən Neftçala RPŞ-də onun barədə araşdırma aparıldığını, ## ###### 2024-cü il tarixdə saat 04 radələrində özünə məxsus Mt markalı, dövlət qeydiyyat nişansız motosikletlə dənizə balıq ovlamağa getdiyini, onun sürücülük vəsiqəsinin olmadığını, həmin günü saat 07 radələrində Neftçala-Kürkənd-2-ci Mayak avtomobil yolunda Neftçala rayonu, Kürkənd kəndi istiqamətində motosikletlə evə gələn zaman qarşıdan Əskərin atın üstündə qarşısında bir neçə iribuynuzlu heyvanla çölə gəldiyini gördüyünü, Əskər özü də atın üstündə yolun sağ ehtiyat hissəsində gəldiyini, həmin vaxt təxminən 20 km/saat sürətdə motosikleti idarə etdiyini, bu vaxt heyvanlar yolu tutduğu üçün heyvanları vurmamaq məqsədi ilə Əskərə çatmağına təxminən 10 metr məsafə qalmış motosikletin sağ təkərini ehtiyat hissəyə çıxardıb, sol təkəri isə avtomobil yolunda qaldığını,həmin vaxt Əskərin yanından gəlib keçəndə motosikletin yedək hissəsinin taxtadan olan qanadı Əskərin atının arxa sağ ayağının bud nahiyəsindən dəydiyini, bu vaxt motosikletin yedək hissəsinin taxta qanadının sağ uc tərəfi sındığını, həmin vaxt dəqiq görməsə də, motosikletin yedək hissəsinin taxta qanadı Əskərin ayağına da dəyə biləcəyini, həmin vaxtı Əskərin mindiyi atın hürkdüyünü və Əskərin yerə yıxıldığını, Əskər yerə yıxıldıqdan və onun yanından keçdikdən sonra arxaya baxdıqda Əskərin ayağa qalxdığını gördüyünü,Əskərə kömək etməyərək onu hadisə yerində köməksiz vəziyyətdə qoyduğunu,hadisə yerindən qaçdıqdan sonra Əskərin atın üstündə onu söyərək arxasınca gəldiyini göstərmişdir.Təqsirləndirlən şəxs ##.##.2024-cü il tarixli ilkin izahatında mərhum Əskər Xanməmmədovun almış olduğu xəsarətlərin onun idarə etdiyi motosikletin sonuncunun mindiyi ata dəyməsi nəticəsində yerə yıxılması nəticəsində aldığını etiraf etmişdir. Eyni zamanda təqsirləndirilən şəxs ilkin izahat və ifadəsində Əskərin ona qışqıraraq onu vurduğuna görə ondan şikayətçi olacağını bildirdiyini, bu vaxt qışıqırığa yaxınlıqda evi olan bacısı oğlu Ramilin gəldiyini, Ramilin onları sakitləşdirdiyini və onu yola saldığını, o hadisə yerindən çıxıb getdikdən sonra Əskərin orada hələdə qışqıraraq qaldığını, həmin vaxtı Əskərin üzərinə bıçaq çıxarmadığını, Əskərin də onu vurmadığını, Əskərin onu yalnız söydüyünü, sadəcə olaraq Əskərin atının yanından keçəndə idarə etdiyi motosikletin yedək hissəsinin taxta qanadının heyvanın buduna dəydiyini və hadisənin qarşısını ala bilmədiyini qeyd etmişdir. Bununla da, təqsirləndirilən şəxs ibtidai istintaq dövründə özünü ona elan edilmiş hazırkı ittiham üzrə tam təqsirli bilmişdir. Cinayət hadisəsini görmüş şahid Hüseynov İlyas Əliheydər oğlu istintaq orqanına verdiyi ##.##.2024-cü il tarixli izahtında və ##.##.2014-cü il tarixli ifadəsində aşağıdakıları qeyd etmişdir: "Mənə verilən sualara cavab olaraq bildirirəm ki, hal-hazırda Neftçala rayonunda yaşayıram. Neftçala rayon Kürkənp and sakini mərhum Əskər Xanməmmədovu və Tərlan İsmayılovu tanıyıram. Onların heç biri ilə ədavət və düşmənçiliyim olmayıb. Hətta Əskərlə salaməlekümüm olub. # ###### 2024-cü ildə saat təxminən 07 radələrində idarə etdiyim Vaz 21021 minik markalı ** BC *** dövlət qeydiyyat işanlı avtomaşınla 2-ci Mayak Kürkənd-Neftçala yolu ilə üzü Kürkənd kəndi istiqamətdə hərəkət edirdim. Yolda Kürkənd ərazisində ani olaraq avtomaşında texniki nasazlıq olduğu üçün avtomaşını saxlamaq məcburiyyətində qaldım. Daha sonra avtomaşından düşüb maşını təmir etməyə çalışdım. Elə həmin anda gördüm ki, Tərlan motosiklet idarə etməklə mənim yanımdan keçib getdi. Həmin vaxtda yolun hərəkət hissəsi ilə çoxlu heyvanlar hərəkət edirdi. Tərlan yanımdan təxminən 20 metr məsafə getdikdən sonra ani olaraq at səsi eşitdim. Səs gələn tərəfə baxanda gördüm ki, motosiklet ata toxunduğu üçün at üzərində olan Əskər yerə yıxıldı. Daha sonra Tərlan hərəkətini davam etdirib təxminən bir qədər uzaqlaşmışdı ki, Əskər söyüş söyə-söyə yıxıldığı yerdən qalxıb yenidən həmin ata minməklə Tərlanın arxası ilə getdi. Tərlan təxminən 100-150 metr etdikdən sonra dayandı. Həmin anda Əskər də atla onun yanına yaxınlaşdı. Lakin atdan yerə düşmədi. Daha sonra onların arasında sözlə mübahisə oldu. Mübahisə zamanı Əskər nalayiq fadələr işlətməklə Tərlanı söyürdü. Təxminən bir neçə dəqiq onların arasında mübahisə olandan sonra Ramil adlı oğlan onlara yaxınlaşdı. Həmin anda mən onların arasında hər hansı əlbəyaxa dava olmadığını gördüyüm üçün onların mübahisə elədiyi yerə yaxınlaşmadım. Elə öz avtomaşınımın yanında dayanıb olanlara baxdım. Daha sonra Tərlan öz motosikleti ilə yoluna davam etdi. Əskər isə atla heyvanların arxası ilə qayıtdı. Mən də avtomaşını düzəldəndədn sonra işimə getdim. Məndən sonra nə baş verməsini bilmirəm". Həmçinin, cinayət işi üzrə toplanmış materialara əlavə edilmiş məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının ## ##### 2024-cü il tarixli *-**-**/*-*/*** nömrəli rəyində qeyd olunmuşdur ki, “Dnepr MT10-36” markalı dövlət qeydiyyat nişanı olmayan motosikletin sürücüsü İsmayılov Tərlan İsmayıl oğlunun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü T.İ.İsmayılov “Dnepr MT10-36” markalı motosikleti dövlət qeydiyyat nişanı olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü T.İ.İsmayılov “Dnepr MT10-36” markalı motosikleti yan tərəfdən quraşdırılmış kustar üsula hazırlanan yedəklə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 2-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü T.İ.İsmayılov “Dnepr MT10 36” markalı motosikleti sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmçinin, Neftçala rayon “MTE və PA” şöbəsinin ## ### 2024-cü il tarixli 07 əlavə nömrəli tibbi rəyində qeyd olunmuşdur görünür ki, mərhum X12 meytində aşkar edilmiş xəsarətlər – baş beyinə travmatik qansızma, hər iki baldırın ön və yan səthinin sıyrıqları küt əşya (əşyanın) təsirindən əmələ gəlmişdirlər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni ##.##.2024-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı motosikletin atlını vurması nəticəsində at üzərində olan Ə.Xanməmmədovun yerə yıxılması zamanı yarana bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X12 ölümünün bilavasitə səbəbi beyin qan dövranının pozğunluğu fonunda-baş beynin posttravmatik qansızması ilə əlaqədar inkişaf edən beyin ödemi ensefalitik yumşalması olmuşdur, ölümlə ##.##.2024-cü ildə baş vermiş motosikletlə atlını vurma zamanı almış olduğu xəsarətlər arasında səbəbli əlaqə vardır. Lakin cinayət işinin qeyd olunan həqiqi halarına düzgün qiymət verməyən Lənkəran Ağır Cinayətlər Məhkəməsi qanunsuz olaraq təqsirləndirilən şəxsin barəsində qanunsuz olaraq bərəat hökmü çıxarmışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinə qanuni don geyindirmək üçün yalnız ehtimalara əsaslanaraq bəraət hökmü çıxarmış, bir sözlə məhkəmənin hökmü maddi və prosessual hüquq nomalarının tələbləri kobud şəkildə pozulmaqla çıxarılmışdır. Qeyd olunan məhkəmə hökmü qanuni əsaslarla əsaslandırıla bilməmişdir. Qeyd olunan hökmündə məhkəmə Neftçala rayon "MTE və PA” şöbəsinin ## ### 2024-cü il tarixli 07 məhkə tibbi ekspertizasının rəyilə razılaşmayaraq məhkəmənin öz təşəbbüsü ilə təyin edilmiş təkrar komisyon məhkəmə-tibbi ekspertizasına dair MTE PA Birliyinin ## ######## 2025-ci il tarixli rəyinin nəticə hissəsindən görünür ki, 1966-cı il təvəlüdlü X12 adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən sualara uyğun komissiya nəticəyə gəlir: 1-4,6,7,9,10,13,14-cü sualar üzrə : Mərhum Ə.Ə.Xanməmmədovun meyitinin məhkəmə- tibbi ekspertizası zamanı baş beynin ödemi, beyin toxumasına qansızma, beyin toxumasının yumşalması, hər iki baldırın ön və yan səthinin sıyrıqları aşkar edilmişdir. Qeyd edilən xəsarətlərdən hər iki baldırın ön və yan səthinin sıyrıqları qamış sümüyünün yerdəyişməyən sınığı küt əşya ilə müşayiət edilən (əşyaların) təsirindən törənmiş, qərarda göstərildiyi kimi ##.##.2024-cü il tarixdə hərəkətdə olan motosikletin atlının vurulması zamanı yarana bilərdilər və ümumilikdə canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Meyitin müayinəsi zamanı qeyd edilən xəsarətlərin xarakterini, yaratdıqları patoloji dəyişiklikləri nəzərə alaraq yəni kifayət qədər geniş və kobud olmadıqlarından ağır travmatik şok, massiv qanitirmə yaratmadıqlarından ani ölümə səbəb ola bilməzdilər. Onun hadisədən dərhal sonra vəfat etməməsi aparılmış müayinələr nəticəsində sağlığında düçar olduğu xəstəlikdən yaranmış fəsadla əlaqədar olması qənaətinə gəlməyə əsas verir. Belə ki, onun ölümünün bilavasitə səbəbi aldığı xəsarətlərdən deyil, hemorragik insult xəstəliyindən yaranmış beyin toxumasına qansızma, beyin toxumasının yumşalması, beyin ödemi olmuşdur. Kələ-beyin travmaları zamanı qansızma adətən birinci növbədə baş beynin yumşaq qişasına, sonra isə, daha ağır halarda beyin maddəsində baş veir. Hemorragik insultlar zamanı qansızma ilk növbədə beyin maddəsində, daha ağır halarda yumşaq qışaya yayılır. Həmçinin travma zamanı baş beynə qansızmadan başqa adətən qansızmaya müvafiq nahiyədə başın tüklü hissəsində dəridə və dərialtı toxumada qançır, kələ sümüklərində sınıqlar, baş beynin yumşaq qişasında zədələnmələr olur. Hipertoniya xəstəliyi zamanı bu travmatik dəyişikliklər olmur, baş beyin qansızmadan başqa hipertoniya xəstəliyi üçün xarakter makroskopik və mikroskopik dəyişikliklər müəyyənləşdirilir (ürəyin hipertofiyası- "Neftçala mərkəzi rayon xəstəxanası"nda Ə.Ə.Xanməmmədovun adına icra edilmiş ##.##.2024cü il tarixli ən azı 12 aparmalı elektrokardioqramda ÜEO sola meyili, meyit müayinəsi zamanı isə sol mədəciyin divarının qalınlığı 1,4 sm, o cümlədən baş beyin arteriolarının sklerozu-meyit müayinəsi zamanı beyin əsası damarların intima təbəqəsinin səthində sarımtıl rəngli sklerotik düyünlərin olması qeyd edilmişdir). 5-ci sual üzrə: Hemorragik insult-tromboz və ya trombemboliya nəticəsində beyindaxili (serebral) və beyinə qədərki (preserebral) arterial damarların mənfəzinin tutulması ilə əlaqədar baş beyin maddəsinin hansısa bir hissəsinin nekrozlaşmasıdır. Hemorragik insult isə-baş beyinə qansızma ilə xarakterizə olunan kəskin qan dövranı pozğunluğudur. Ən çox hipertoniya mənşəli olub, xüsusilə də hipertonik krizlər zamanı baş verir. Belə ki, Ə.Ə.Xanməmmədov ##.##.2024-cü il tarixdə "Neftçala mərkəzi rayon xəstəxanası" phş-in reanimasiya şöbəsinə yüksək arterial təzyiqlə "A/T-190-200/110 mm civə süt) soporoz vəziyyətdə daxil olmuşdur. 8-ci sual üzrə: Ə.Ə.Xanməmmədovun ##.##.2024-cü il tarixli KT müayinəsi ilə qoyulmuş işemik insult diaqnozu patoloji mənşəlidir. 11-ci sual üzrə :İşemik insult beyin damarlarının tıxanmasından, hemorragik insult isə damar tamlığının pozulmasından yaranır. Birinci halda müalicə tədbirləri kimi qanaxmanı aradan qaldırmaq, ikinci halda isə zədələnmiş damarı bərpa etmək üçün tətbiq olunan müalicə metodlarından istifadə olunur. 12-ci sual üzrə: Neftçala mərkəzi rayon xəstəxanasında ona qoyulan diaqnoz KT müayinəsinin nəticəsinə əsasən təyin edilmişdir. Xəstənin vəziyyəti kritik ağır olduğundan və baş beyində hemorragiya geniş sahəni əhatə etdiyindən baş beyində əvvəlki ağır travma ilə bağlı yayılmış ensefalopatiya fonunda sağ qalma şansı ola bilməzdi. 15-ci sual üzrə: İş üzrə verilmiş ##.##.2024 və ##.##.2024-cü il tarixli, * saylı ekspert rəyləri tərtib edilərkən mərhumun adına əvvələr mövcud olan tibbi sənədlər ona verilmədiyindən baş beyinə qansızmanın travmatik olması yanlış göstərilmişdir. Bununla da, Lənkəran Ağır Cinayətlər Məhkəməsi əsassız və qanunsuz olaraq belə bir qənaətə gəlmişdir ki, guya məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini məhkəmə istintaqı dövründə əldə edilmiş yazılı sübutları, digər istintaq hərəkətlərinin protokollarını, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, İsmayılov Tərlan İsmayıl oğlunun Cinayət Məcələsinin 263-1.3-cü və 264-cü maddələrində nəzərdə tutulan cinayət əmələrini törətməsi öz təsdiqini tapmamış, toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etmişdir. Sonda məhkəmə kolegiyası öz təşəbbüsü ilə keçirmiş olduğu təkrar komisyon məhkəmətibbi ekspertizasına dair MTE PA Birliyinin ## ######## 2025-ci il tarixli rəyini də qeyri mötəbər sayaraq öz əsassız şifahi mülahizələrinə əsaslanaraq belə bir qənaətə gəlmişdir ki, ## ###### 2024-cü il tarixdə səhər saat 07 radələrində təqsirləndirilən şəxs T.İsmayılovun zərərçəkmiş şəxs Ə.Xanməmmədovun idarə etdiyi motosikleti ilə zərərçəkmiş şəxsin atına toxunub, sonuncunun atın hürkməsi nəticəsində yıxılaraq ayağından sıyrıq xəsarətləri almasına dair ittiham sübuta yetirilmiş, lakin, aşkar edilmiş sıyrıq xəsarətləri canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir və cinayət hüquqi məsuliyyətə səbəb olmur. Belə ki, əvvəla, yuxarıda qeyd edildiyi kimi, ## ###### 2024-cü il tarixdə İsmayılov Tərlan İsmayıl oğlunun idarə etdiyi motosikleti ilə zərərçəkmiş şəxsin atına toxunub, sonuncunun yıxılaraq başının dəydiyi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla sübuta yetməmiş, ayağından sıyrıq xəsarətləri almasına dair ittiham sübuta yetirilmişdir. Bu isə artıq səbəbli əlaqə mübahisəsini mərkəzə gətirir. İbtidai istintaqda əldə edilmiş ilkin ekspert rəylərində ölümlə ##.##.2024-cü il tarixdə baş vermiş hadisə arasında səbəbli əlaqə müəyyən edilmiş, ##.##.2025ci il tarixli ekspert rəyində isə iş üzrə verilmiş ##.##.2024 və ##.##.2024-cü il tarixli, * saylı ekspert rəyləri tərtib edilərkən mərhumun adına əvvələr mövcud olan tibbi sənədlər ona verilmədiyindən baş beyinə qansızmanın travmatik olmasının yanlış göstərilməsi qənaətinə gəlinmişdir. Məhkəmə tərkibi qeyd edir ki, hadisə zamanı zərərçəkmiş şəxsin yıxılaraq başının dəyməsi sübuta yetmədiyindən, məhkəmə özü səbəbli əlaqəni hüquqi əsaslandırmalıdır. Məhkəmə tərkibi hesab edir ki, bu halar əmələ ictimai təlükəli nəticə arasındakı səbəbli əlaqəni tamamilə istisna edir. Yuxarıda qeyd edilən sübutların təhlilindən görünür ki, Ə.Xanməmmədovun ölümünə səbəbin “baş beyinin posttravmatik qansızması ilə əlaqədar inkişaf edən beyin ödemi ensefalitik yumşalması” olmasına dair ## ###### 2024 və ## ### 2024cü il tarixli ekspert rəyləri iş üzrə şahid qismində dindirilmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, zərərçəkmiş şəxsə dair tibbi sənədlər, əliliyin təyin edilməsinə əsas olmuş sənədlər və nəhayət ##.##.2025-ci il tarixli ekspert rəyi və dindirilmiş ekspert F.Abbasovun ifadəsi ilə tam təkzib edilir, qeyd olunan ## ###### 2024 və ## ### 2024-cü il tarixli ekspert rəyləri işin faktiki haları ilə qətiyyən uzlaşmır. CPM-in 127.3-cü maddəsində qeyd edilmişdir ki, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün haları ilə bağlı surətdə qiymətləndirilməlidir. Həmçinin qeyd olunan hökmdə məhkəmə kolegiyası yol-nəqliyyat hadisəsi ekspertizasının ## ##### 2024-cü il tarixli *-**-**/*-*/*** nömrəli rəyinə ümüumiyyətlə heç bir hüquqi qiymət verməmişdir. Halbuki, həmin rəydə qeyd olunmuşdur ki, “Dnepr MT10-36” markalı dövlət qeydiyyat nişanı olmayan motosikletin sürücüsü İsmayılov Tərlan İsmayıl oğlunun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü T.İ.İsmayılov “Dnepr MT10-36” markalı motosikleti dövlət qeydiyyat nişanı olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü T.İ.İsmayılov “Dnepr MT10-36” markalı motosikleti yan tərəfdən quraşdırılmış kustar üsula hazırlanan yedəklə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 2-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü T.İ.İsmayılov “Dnepr MT10-36” markalı motosikleti sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmçinin, məhkəmə kolegiyası heç bir əsas gətirmədən zərəçəkmiş tərəf olaraq müdafiə tərəfin təkrar tibb sahəsində müstəqil həkim mütəxəsisin iştirakı ilə təkrar məhkə tibbi ekspertizasının keçirilməsi haqqında, habelə dəymiş zərərlə məlumata sahib olan şahidlərin dindirilməsilə bağlı vəsatətlərini qanunsuz olaraq təmin etməyərək nəticə etibarı ilə təqsirləndirilən şəxsi bərəatverici əsaslarla cinayət məsuliyyətindən azad etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Məhkəmə kollegiyasının iclasında: Dövlət ittihamçısı X1 apellyasiya protestinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, apellyasiya protestinin, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, iş üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmünün ləğv edilməsini, İsmayılov Tərlan İsmayıl oğlunun CM-nin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinməklə barəsində yeni ittiham hökmü çıxarılmasını, eyni zamanda mülki iddianın da təmin olunmasını xahiş etdi. Zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis İmran qızının nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmünün ləğv edilməsini, İsmayılov Tərlan İsmayıl oğlunun Cinayət Məcələsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinib həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzaya məhkum edilməsini, habelə mülki iddianın təmin olunmasını xahiş etdi. Zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis İmran qızı nümayəndəsinin çıxışı ilə razı olduğunu bildirib, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Bəraət verilmiş şəxs İsmayılov Tərlan İsmayıl oğlu və onun müdafiəçisi Tapdıqov İlqar Məhərrəm oğlu apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qanuni və əsaslı hökm çıxardığını göstərib, protestin və şikayətin təmin olunmamasını, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etdi ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Plenum daha sonra göstərmişdir ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apessllyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət-prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-nin 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərindən görünür ki, ittiham tərəfi işin faktiki hallarını və təqsirlilik məsələlərini mübahisələndirməklə, məhkəmə tərəfindən düzgün olmayaraq İsmayılov Tərlan İsmayıl oğluna bəraət verildiyini göstərmiş, bu səbəbdən onun CMnin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinməsi barədə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cinayət işinin bütün materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarını dinləyib belə nəticəyə gəlmişdir ki, apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ibtidai istintaq orqanı tərəfindən təqdim olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları, yəni təqsirləndirilən şəxsin ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis İmran qızı, şahidlər Hüseynov İlyas Əliheydər oğlu, şahid1, əalvə şahidlər X7, X8, X9, X10, X18 ifadələri, Neftçala RPŞ-yə Neftçala RMX-dan daxil olmuş məlumat əsasında ünvanlanmış raport, Neftçala RPŞ-nin ## ###### 2024-cü il tarixli arayışı, “baxış keçirilməsi haqqında” ## #### 2024-cü il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillər, DİN-nin BDYPİ-in Lənkəran RQİ və TBŞ-nin ## ### 2024-cü il tarixli *-**-**-*/*****/**** nömrəli məktubu, Neftçala rayon “MTE və PA” şöbəsinin ## ###### 2024-cü il tarixli ** nömrəli və ## ### 2024-cü il tarixli 07 əlavə nömrəli tibbi rəyləri, məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının ## ##### 2024cü il tarixli *-**-**/*-*/*** nömrəli rəyi, Neftçala RMX PHŞ-dən daxil olmuş ## ###### 2024-cü il tarixli məktub, MTE PA Birliyinin Neftçala rayon şöbəsindən daxil olmuş ##.##.2024-cü il tarixli məktub, Neftçala RMX PHŞ-dən daxil olmuş ## ###### 2025-ci il tarixli məktub, MTE PA Birliyinin *** nömrəli məhkəmə-histoloji aktı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən daxil olmuş ## ##### 2025-ci il tarixli məktub və ona əlavə edilmiş əlilliyin verilməsinə əsas olan sənədlər, təkrar komisyon məhkəmə-tibbi ekspertizasına dair MTE PA Birliyinin ## ######## 2025-ci il tarixli rəyi, habelə digər iş materiallarını araşdırıb əməlində cinayət tərkibi olmadığına görə Tərlan İsmayılova CM-nin 263-1.3 və 264-cü maddələri ilə bəraət verilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi Tərlan İsmayılovun əməlində cinayət tərkibinin olmaması, buna görə də ona bəraət verilməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlar düzgün tədqiq edilmiş, onlara hüquqi qiymət verilmiş, məhkəmənin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuşdur. Məhkəmə kollegiyası Tərlan İsmayılova düzgün olaraq CM-nin 263-1.3 və 264-cü maddələri ilə bəraət verildiyini nəzərə alaraq, gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 14.1-ci maddəsinə görə isə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. 24.1-ci maddəsində təqsirin anlayışı verilərək, qeyd edilir ki, əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. 26.1-ci maddəsinə əsasən cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. 26.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. 26.3-cü maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasının, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olması bu maddə ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. 263-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsinin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması cinayət məsuliyyətinə səbəb olan əməl kimi təsbit olunmuşdur. 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması bu maddə ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Məhkəmə kollegiyası apellyasiya protestinin və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları və məhkəmənin gəldiyi nəticələrin düzgünlüyünü nəzərdən keçirib hesab edir ki, həqiqətən də təqsirləndirilən şəxs İsmayılov Tərlan İsmayıl oğlu tərəfindən hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə onun əməlində cinayət tərkibinin əlamətləri olmadığından əsassız olmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək düzgün nəticəyə gəlmiş, İsmayılov Tərlan İsmayıl oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264cü maddələrinin dispozisiyalarında nəzərdə tutulan cinayət tərkibinin olması ağlabatan şübhədən kənar səviyyədə sübuta yetirilmədiyindən ona bəraət verməkdə haqlı olmuşdur. İş materiallarından və məhkəmə baxışında tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, ## ###### 2024-cü il tarixdə səhər saatlarında təqsirləndirilən şəxs Tərlan İsmayılovun idarə etdiyi “Dnepr MT10-36” markalı yedəkli motosikletin yedək hissəsinin zərərçəkmiş şəxs Əskər Xanməmmədovun üzərində olduğu ata toxunması, nəticədə atın hürkməsi və Ə.Xanməmmədovun yıxılaraq ayaq nahiyəsindən xəsarət alması iş üzrə mübahisə doğurmayan hallar kimi öz təsdiqini tapmışdır. Belə ki, təqsirləndirilən şəxs Tərlan İsmayılov birinci instansiya məhkəməsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə günü Kürkənd istiqamətində gedərkən hava dumanlı olduğundan yaxınlaşdıqda heyvanların yolu bağladığını görmüş, yolda olan atla digər heyvanın arasından keçmək istəyərkən motosikletin taxtadan olan yedək hissəsi ata toxunmuşdur. O, yolu ilə gedərkən mərhum Əskər Xanməmmədovun onun ardınca gəldiyini görmüşdür. Bundan sonra motosikleti saxlamış, nə olduğunu soruşmuş, Əskər Xanməmmədov da ayağının əzildiyini demişdir. Həmin an Əskər atın üzərində, o isə motosikletdə olmuşdur. O, Əskəri xəstəxanaya aparmağı təklif etmiş, lakin, Əskər onu söyüb təhqir etmişdir. Əskərin səsinə bacısı oğlu Ramil gəlmiş, ona “görürsən qışqırır çıx get” demişdir. Sonra evinə getmiş, ondan sonra nə baş verdiyindən xəbəri olmamışdır. Günortadan sonra polis şöbəsinə getmişdir. Motosikletin yedəyi əvvəldən olmuş, o, quraşdırmamışdır, hadisə vaxtı sürəti 15-20 olarmış, gəldiyi sürətlə yolun ehtiyat hissəsinə çıxmışdır, ata toxunduqdan sonra Əskərin ata mindiyini görmüş, sonra görmüşdür ki, Əskər arxası ilə gəlir, ona görə saxlamışdır, Əskərin əzildiyini düşünməmişdir, ona görə toxunan anda saxlamamışdır, Əskərlə qonşuluqda yaşayır, xəstəxanaya yerləşdirildiyini o, öləndə bilmişdir, hər heyvan görəndə saxlamırlar, ona görə heyvanları görəndə motosikleti tam saxlamamışdır, Əskərin hadisədən sonrakı günlərdə heyvanları apardığını görmüşdür, hətta, onu yas mərasimində görən də olmuşdur, ciddi nəsə olduğunu düşünməmiş, ona görə hadisədən sonra Əskərə baş çəkməmişdir, hadisə günü hava dumanlı olmuş, atı 5-6 metr məsafədən görmüşdür, atı görəndə öz yoluna qayıtmaq istəmiş, yola qayıdanda motoskletin arxa hissəsi onun elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə günü Kürkənd istiqamətində gedərkən hava dumanlı olduğundan yaxınlaşdıqda heyvanların yolu bağladığını görmüş, yolda olan atla digər heyvanın arasından keçmək istəyərkən motosikletin taxtadan olan yedək hissəsi ata toxunmuşdur. O, yolu ilə gedərkən mərhum Əskər Xanməmmədovun onun ardınca gəldiyini görmüşdür. Bundan sonra motosikleti saxlamış, nə olduğunu soruşmuş, Əskər Xanməmmədov da ayağının əzildiyini demişdir. Həmin an Əskər atın üzərində, o isə motosikletdə olmuşdur. O, Əskəri xəstəxanaya aparmağı təklif etmiş, lakin, Əskər onu söyüb təhqir etmişdir. Əskərin səsinə bacısı oğlu Ramil gəlmiş, ona “görürsən qışqırır çıx get” demişdir. Sonra evinə getmiş, ondan sonra nə baş verdiyindən xəbəri olmamışdır. Günortadan sonra polis şöbəsinə getmişdir. Motosikletin yedəyi əvvəldən olmuş, o, quraşdırmamışdır, hadisə vaxtı sürəti 15-20 olarmış, gəldiyi sürətlə yolun ehtiyat hissəsinə çıxmışdır, ata toxunduqdan sonra Əskərin ata mindiyini görmüş, sonra görmüşdür ki, Əskər arxası ilə gəlir, ona görə saxlamışdır, Əskərin əzildiyini düşünməmişdir, ona görə toxunan anda saxlamamışdır, Əskərlə qonşuluqda yaşayır, xəstəxanaya yerləşdirildiyini o, öləndə bilmişdir, hər heyvan görəndə saxlamırlar, ona görə heyvanları görəndə motosikleti tam saxlamamışdır, Əskərin hadisədən sonrakı günlərdə heyvanları apardığını görmüşdür, hətta, onu yas mərasimində görən də olmuşdur, ciddi nəsə olduğunu düşünməmiş, ona görə hadisədən sonra Əskərə baş çəkməmişdir, hadisə günü hava dumanlı olmuş, atı 5-6 metr məsafədən görmüşdür, atı görəndə öz yoluna qayıtmaq istəmiş, yola qayıdanda motoskletin arxa hissəsi onun atının arxa hissəsinə toxunmuşdur, o, Əskərin yıxıldığını görməmişdir, o, görəndə Əskərin ayağı üzəngidə olmuş, ata minmişdir, Əskər söyüş söyə söyə onun arxasınca gəlmişdir, o, dayandıqdan sonra Əskər onun yoldan niyə qırağa çıxdığını demiş, o da Əskərin heyvanlarının yolu bağladığına görə yoldan çıxdığını demişdir, Əskərə “bağışla, bilməmişəm, sənə toxunmağımı görmədim” demişdir, həmin gün polis şöbəsinə məlumat vermək üçün getmiş, ona artıq bu barədə şikayət daxil olduğu deyilmiş, əlavə olaraq “təqsirin odur ki, motoskleti sənədsiz sürürsən və atı əzdiyinə görə 10 manat cərimə olunacaqsan, get 2 gündən sonra gələrsən” deyilmişdir. Əskərlə yaxın qonşu olmuşlar, sonra aralarında söz-söhbət olmuş, polisə düşmüşlər. Əskər 2002-ci ildə avtoqəza keçirmiş, başından xəsarət almış, buna görə ona əlillik verilmiş, illərlə başındakı xəstəliklərə görə əlillik pensiyası almışdır. Əskərin onunla sözlü dava etməsini İlyas və Ramil görmüşlər, Ramil Əskərin səsinə gəlmiş, İlyas isə Əskərin ata mindiyi anı görmüşdür, Əskərlə aralarında həmin gün bir dəfə mübahisə olmuşdur, Əskərin yıxıldığını, ata mindiyini, atla onun üzərinə gəldiyini görmüşdür, atın hürkdüyünü görüb geriyə çönmüşdür, həmin an Əskər atın üzərində olmuşdur, həmin gün yer palçıq olmuşdur, Əskərin yerə yıxıldığını gözü ilə görməmişdir, Əskərin bir ayağını üzəngidə, bir ayağını yerdə gördüyü üçün yıxıldığını düşünmüşdür. Həmçinin iş materiallarında olan “Baxış keçirilməsi haqqında” ## #### 2024-cü il tarixli protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış keçirilən predmet “Mt” markalı, dövlət qeydiyyat nişansız yedəkli motosikletdir. Baxışda iştirak edən İ.İsmayılov motosikletin yedək hissəsinin taxta qanadını təqdim edərək ## ###### 2024-cü il tarixdə Ə.Xanməmmədovun üzərində olduğu ata həmin hissənin dəydiyini bildirmişdir. Motosikletin yedək hissəsinin taxta qanadının sağ uc tərəfi sınmış haldadır. Baxış zamanı yedəkli motosikletdə iş üzrə digər maraq doğuran izlər aşkar olunmamışdır. Eyni zamanda, zərərçəkmiş şəxsin bədənində hadisə ilə uyğun gələn xəsarətlərin olması da iş materialları ilə təsdiq edilir. Belə ki, həm ## ###### 2024-cü il tarixli ilkin məhkəmə-tibbi ekspertiza rəyində, həm də ## ######## 2025-ci il tarixli təkrar komisyon məhkəmə-tibbi ekspertiza rəyində Ə.Xanməmmədovun hər iki baldırın ön və yan səthlərində sıyrıqların aşkar edildiyi qeyd olunmuş, həmin xəsarətlərin küt mexaniki təsirdən yarandığı və hadisənin başvermə şəraiti ilə uyğunluq təşkil etdiyi göstərilmişdir. Təkrar komisyon ekspertiza rəyi ilə də qeyd olunan sıyrıqların ## ###### 2024-cü il tarixdə motosikletin atlını vurması nəticəsində yaranmasının mümkünlüyü təsdiq edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis İmran qızının ifadələri də bu hissədə digər sübutlarla uyğunluq təşkil edir. O, ifadələrində ardıcıl şəkildə bildirmişdir ki, hadisədən dərhal sonra həyat yoldaşı ona zəng edərək Tərlanın onu motosikletlə vurduğunu demiş, bir qədər sonra isə atla evə qayıtmış və əsas şikayətinin ayağındakı ağrı ilə bağlı olduğunu bildirmişdir. Həmçinin onun ifadəsindən görünür ki, hadisədən sonra Ə.Xanməmmədov məhz ayaq nahiyəsində olan ağrı və şişkinliklə əlaqədar xəstəxanaya aparılmış, ilkin tibbi müdaxilələr də həmin nahiyə üzrə həyata keçirilmişdir. Həmçinin şahid Hüseynov İlyas Əliheydər oğlu da məhkəmə baxışı zamanı hadisə yerinə yaxın məsafədə olduğunu, motosiklet keçərkən atın hürkdüyünü eşitdiyini, bundan sonra Ə.Xanməmmədovun atdan yıxıldığını düşündüyünü, daha sonra isə onun yenidən ata minib Tərlanın arxasınca getdiyini gördüyünü bildirmişdir. Bundan əlavə, iş materiallarında olan ## ###### 2024-cü il tarixli Neftçala Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş məlumat da hadisədən dərhal sonra Ə.Xanməmmədovun “xxxx” diaqnozu ilə tibb müəssisəsinə müraciət etdiyini və həmin xəsarəti qonşusunun motosikletlə onu vurması nəticəsində almasını bildirdiyini təsdiq edir. İş materiallarında olan məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının ## ##### 2024-cü il tarixli *-**-**/*-*/*** nömrəli rəyindən görünür ki, “Dnepr MT10-36” markalı dövlət qeydiyyat nişanı olmayan motosikletin sürücüsü İsmayılov Tərlan İsmayıl oğlunun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü T.İ.İsmayılov “Dnepr MT10-36” markalı motosikleti dövlət qeydiyyat nişanı olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü T.İ.İsmayılov “Dnepr MT10-36” markalı motosikleti yan tərəfdən quraşdırılmış kustar üsulla hazırlanan yedəklə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 2-ci hissəsinin 3cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü T.İ.İsmayılov “Dnepr MT10-36” markalı motosikleti sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, sadalanan sübutlar bir-biri ilə qarşılıqlı şəkildə uzlaşaraq ittihamın qeyd olunan hissəsinin — yəni təqsirləndirilən şəxsin idarə etdiyi motosikletin yedək hissəsinin zərərçəkmiş şəxsin üzərində olduğu ata toxunmasının, nəticədə atın hürkərək zərərçəkmiş şəxsin yıxılmasının və onun ayaq nahiyəsində sıyrıq xəsarətləri almasının baş verməsini təsdiq edir. Bununla yanaşı, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutların məcmusuna əsasən hesab edir ki, təqsirləndirilən şəxs Tərlan İsmayılovun əməli ilə Əskər Xanməmmədovun ölümü arasında cinayət-hüquqi mənada zəruri səbəbli əlaqənin mövcudluğu mötəbər şəkildə sübuta yetirilməmişdir. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə müəyyən edilmiş faktiki hallar ## ###### 2024-cü il tarixdə baş vermiş hadisə nəticəsində zərərçəkmiş şəxsin yalnız ayaq nahiyəsində xəsarətlər aldığını təsdiq etsə də, onun həmin hadisə zamanı yıxılaraq baş nahiyəsindən travma alması iş materiallarında mövcud olan mötəbər və bir-biri ilə uzlaşan sübutlarla təsdiqini tapmamışdır. Belə ki, hadisənin baş verdiyi ## ###### 2024-cü il tarixindən zərərçəkmiş şəxsin vəfat etdiyi ## ###### 2024-cü il tarixədək olan müddətdə aparılmış araşdırmalar zamanı onun tərəfindən verilmiş ilkin məlumatlarda, habelə digər sübut mənbələrində - zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrində zərərçəkmişin baş nahiyəsinə zərbə dəyməsi və ya baş travması alması barədə hər hansı ardıcıl və obyektiv məlumat mövcud olmamışdır. Məhkəmə kollegiyası bu xüsusda xüsusilə nəzərə alır ki, zərərçəkmiş şəxs sağ olduğu müddətdə hadisə nəticəsində başından xəsarət alması barədə nə cinayət hadisəsi ilə bağlı ərizəsində, nə də hüquqi varis, müstəntiq və ekspertlə ünsiyyəti zamanı hər hansı məlumat verməmişdir. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis İmran qızı birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, ## ###### 2024-cü il tarixdə səhər saatlarında yoldaşı heyvanları çölə ötürməyə aparmışdır, gedəndən biraz sonra zəng edərək Tərlanın onu motosikletlə vurduğunu bildirmiş və atın evə gəlib gəlmədiyini soruşmuşdur, Əskərə zəng edib evə gəlib gələ bilməyəcəyini soruşmuş, gələ bilmədiyini demişdir. Biraz sonra Əskər evə atla gəlmiş, ayağının ağrıdığını bildirmişdir. Təcili yardım gəldikdən sonra xəstəxanaya getmişlər. Neftçala RMX-da ayağını rentgenə saldırmışlar, lakin, həkimlər tam dəqiq diaqnoz qoya bilməmişlər. Bundan sonra, Salyan xəstəxanasına getmişlər, orada ayağı gipsə qoyulmuş və evə gəlmişlər. Evdə ayın 4-dən 12-nə qədər yataq şəraitində qalmışdır. Müstəntiq fevralın 11-i onlara zəng edib 12-si ekspertə getməli olduqlarını bildirmişdir. Ayın 12si səhər Əskəri Müşviq adlı ekspertin yanına aparmışlar. Həkimdən gəldikdən sonra yas yerinə getmiş, təxmini yarım saat sonra qızı zəng edərək yoldaşının vəziyyətinin pisləşdiyini demişdir. Evə həkim çağırdıqda həkim Əskərin xəstəxanaya yerləşdirilməli olduğunu demişdir. Xəstəxanada Manafağa həkim yoldaşına ayağına görə resept yazmışdır. Müalicədən sonra yoldaşı düzəlmişdir. Fevral ayının 14-ü axşam Əskər komaya düşmüş, ayın 15-i səhər rayon prokurorluğuna gedib onların səhvindən yoldaşının bu vəziyyətə düşdüyünü bildirmiş, həmin gün axşam 9-a işləmiş yoldaşı vəfat etmişdir. Yoldaşı hadisədən sonra evə gələndə Tərlanın bir əlində bıçaq olduğunu, bir əli ilə motosikletin qazını verərək onun ayağının üzərindən 2-3 dəfə keçdiyini bildirmişdir. Hadisə günü səhər saat 7 radələrində Əskər ona zəng edib Tərlanın onu motosikletlə vurduğunu bildirmiş, atın evə gəlib gəlmədiyini soruşmuşdur, Əskər hadisə yerindən bir qədər aralıda ata minib evə gəlmişdir, Əskər hadisədən sonra ayağının ağrıdığını demişdir, şikayəti ayağından olmuşdur, Salyana ekspertə gedib-gəldikdən sonra başının ağrıdığını bildirmişdir, fevralın 4-dən 12-nə qədər Əskər uzanıqlı vəziyyətdə olmuş, ayağına duzlu su qoyulmuş, iynəsi vurulmuşdur, yalnız ayağına görə müalicə aparılmış, başı ilə bağlı heç bir müalicə aparılmamışdır, belə ki, yıxılarkən başının dəydiyi barədə Əskər ona bildirməmiş, nə də ekspertə və ya müstəntiqə bildirməmişdir, Əskərin vəziyyəti müstəntiqin göstərişi ilə Salyanda ekspert müayinəsindən keçib qayıtdıqdan sonra pisləşmişdir, belə ki, müstəntiq Nicat müəllim zəng edib Salyan Rayon Mərkəzi Xəstəxanasında ekspert Müşviq həkimin yanına getməli olduqlarını bildirmiş, ekspertə 12 fevral saat 9 radələrində getmiş, Müşfiq həkim yoldaşı Əskəri müayinə etmiş, ayağına baxmış, şəklini çəkmiş, başı ilə bağlı şikayət bildirilməmiş, ekspert baxış keçirdikdən sonra evə qayıtmışlar, müayinənin nəticəsinə dair ekspert onlara sənəd verməmiş, müstəntiqə göndəriləcəyini bildirmişdir, iş materialları ilə tanış olarkən həmin sənədlərin harada olduğu ilə bağlı ona deyilmişdir ki, hamısı iş materialındadır, Əskərin damarında problem olduğu həkimlər tərəfindən onlara bildirilməmişdir, yoldaşı 2-ci qrup əlil olmuşdur, 2003-cü ildə avtoqəza keçirmiş, kəllə-beyin travması almışdır, 2004-cü ildən 2019cu ilə qədər buna görə pensiya almışdır, fevralın 4-ü Əskəri xəstəxanaya o aparmışdır, fevralın 12-nə qədər evdə olmuşdur, ayağına gips qoyulmuşdur, amma onlara həkim tərəfindən deyilmişdir ki, Əskərin ayağında sınıq yoxdur, nədirsə problem diz qapağındadır, soyuq su tutmalı olduğunu demişdilər, nə səbəbə soyuq su tutmalı olduğunu bilməmişdir, bir həftə belə olmuşdur, xalası oğlu İlhamın yas məclisində olanda qızı zəng edib bildirmişdir ki, atasının vəziyyəti pisləşib, həkim çağırmışlar, həkim bildirmişdir ki, xəstə insult keçirmişdir, fevralın 12nə qədər yoldaşının ürəyində problem olduğunu heç kim ona deməmişdir, fevralın 12-dən sonra başına görə dərmanlar yazılmışdır, resepti məhkəməyə təqdim edir, fevralın 4-dən 12-nə qədər isə ayağı ilə bağlı dərmanlar yazılmışdır, fevralın 4-də yoldaşının başını rentgendən keçirməmişlər, Əskər ayağının sıxılmağından 3-4 gün narahatlıq keçirmişdir, yoldaşının ayağında sınıq olmamasını ona Neftçala RMX-nın həkimi Füzuli həkim bildirmişdir, gips fevralın 4-ü, topuqdan dizə qədər qoyulmuşdur, fevralın 4-ü yoldaşının qamış sümüyünün sındığını heç kim ona deməmişdir, atın arxa ayağı əzilmişdir, yoldaşı evə atla gəlmişdir, yoldaşı hadisə barədə demişdir ki, Tərlan heyvanların içərisindən çıxıb onu vurmuş, irəliyə gedib işıq dirəyinin arxasında gözləmişdir ki, dirəyə dəyib əzilsin, yoldaşı evə gələndə sağ ayağı şişmişdir, yoldaşı atdan yıxılandan sonra ayağından şikayətlənmişdir, ayağını yerə qoya bilməmişdir, xəstəxanada yoldaşına Füzuli həkim baxmış, ona ayağından şikayətini bildirmişdir, o da ayağını rentgen etdirmişdir, sınıq olmadığı deyilmişdir. O, həmçinin, ekspert Müşfiq Ağabəyov təkrar dindirilərkən-## ### 2025-ci il tarixli iclas zamanı suallara cavab olaraq bildirmişdir ki, Əskər ayağı gipsə qoyulanda başının torpağa dəydiyini demişdir, Salyanda ayağı gipsə qoyulduqdan sonra ürəkbulanması olmuşdur, ekspert Müşfiq Ağabəyov aparata salmamış, lakin, Əskərə baxmışdır, nəticə barədə sənədi müstəntiqə göndərəcəyini bildirmişdir. Göründüyü kimi, zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis həm ibtidai araşdırma zamanı, həm də məhkəmə baxışında ardıcıl olaraq bildirmişdir ki, həyat yoldaşı ona yalnız ayağının ağrıdığını demiş, yıxılarkən başının dəydiyini isə nə ona, nə həkimlərə, nə də ekspertə bildirməmişdir. Onun ifadəsindən həmçinin görünür ki, ## ###### 2024-cü il tarixindən ## ###### 2024-cü il tarixədək mərhumun baş nahiyəsi ilə bağlı hər hansı müalicə aparılmamış, başı rentgen və ya KT müayinəsindən keçirilməmiş, yalnız ayaq nahiyəsinə görə tibbi müdaxilələr edilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş X8 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Neftçala RPŞ-də müstəntiq vəzifəsində işləyir, hadisədən 11 gün ərzində zərərçəkmiş şəxsi dindirməmişdir, səbəb olaraq göstərmişdir ki, şəxslə telefonla danışmış, ayağı düzəldikdən sonra gələcəyini bildirmişdir, hadisə barədə suallar verdikdə, ərizəsində göstərdiklərini təsdiq etmişdir, ərizəsində Tərlanın motosikleti üzərinə sürərək ona xəsarət yetirdiyini yazmışdır, Əsgər Tərlanın onu bıçaqla hədələdiyini dediyini xatırlamır, hadisədən sonra Ə.Xanməmmədovla iki dəfə telefon vasitəsilə əlaqə saxlamış, o, ayağının əzildiyini bildirmişdir, Hüquqi varis fevralın 12-si deməsə də, ekspertizadan keçmək lazım olduğunu demişdir, bu barədə ## ###### 2024-cü il tarixli arayış da yazıb işə əlavə etmişdir, X11 ekspertizadan qərar olmadığına görə keçirməmişdir, Tərlan İsmayılov izahatında Əskərin atla getdiyini gördüyünü, heyvanları vurmamaq üçün Əskərin atına toxunduğunu, amma Əskərin yıxılmasını görmədiyini bildirmişdir, Fevralın 12-si Əskər ona telefonda xəstəxanaya getdikdən sonra şöbəyə gələcəyini demişdir, ekspertiza barədə qərar yox idisə bu barədə vətəndaşa niyə bildirməməsi ilə bağlı suala cavab olaraq qeyd etmişdir ki, qərarın olmadığı barədə dəqiq məlumatı olmamışdır, canlı şəxsin ekspertizasının keçirilməsi haqqında qərarı hadisə olan gün qəbul etmişdir, zərəçəkmiş şəxslə danışanda hadisə nəticəsində başından xəsarət aldığını bildirməsini xatırlamır, ancaq ayağının əzildiyini demişdir. Həmçinin iş materiallarında olan Neftçala RPŞ-nin müstəntiqi Nicat Sadıqovun ## ###### 2024-cü il tarixli arayışından görünür ki, o, şəxsi istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla Ə.Xanməmmədovun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla əlaqsə saxlamış, əlaqə zamanı müstəntiq tərəfindən Əskər Xanməmmədova bildirilmişdir ki, Neftçala RPŞ-yə etdiyi müraciət əsasında ekspert müayinəsindən keçməsi və izahatının alınması üçün Neftçala RPŞ-yə gəlməsi zəruridir, bu vaxt o, ## ###### 2024-cü il tarixdə Salyan şəhərində ekspert müayinəsindən keçdikdən sonra Neftçala RPŞ-yə gələcəyini bildirmişdir. İş materiallarında olan Neftçala RPŞ-yə Neftçala RMX-dan daxil olmuş məlumat əsasında ünvanlanmış raportdan görünür ki, X12 “xxxx” diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Göründüyü kimi, hadisədən dərhal sonra tərtib edilmiş ilkin materiallarda, o cümlədən Neftçala RMX-dan daxil olmuş məlumat əsasında ünvanlanmış raportda Ə.Xanməmmədovun xəstəxanaya “xxxx” diaqnozu ilə daxil olduğu göstərilmiş, baş nahiyəsinə dair hər hansı travma, zədə və ya şikayət qeyd edilməmiş, həmçinin hadisə ## ###### 2024-cü il tarixdə baş versə də, zərərçəkmiş şəxs ## ###### 2024-cü il tarixədək sərbəst hərəkət etmiş, həmin tarixdə ekspertiza müayinəsinə getmiş, müstəntiq Nicat Sadıqovla telefon əlaqəsi saxlamış və sonuncuya ekspertizadan sonra şöbəyə gələrək izahat verəcəyini bildirmişdir. Digər tərəfdən, hadisənin şahidi olmuş şəxslərin heç biri Ə.Xanməmmədovun yıxılarkən başının yerə dəyməsini müşahidə etməmişdir. Şahid Hüseynov İlyas Əliheydər oğlu birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, hadisə günü səhər vaxtı işə gedərkən avtomobili xarab olmuş, hava qaranlıq olmuş, avtomobilin ehtiyat hissəsinin gəlməsini gözləyəndə Tərlanın motosikletlə keçərkən atın hürkməsini və Əsgərin atdan yıxılmasını görmüşdür. Tərlan oradan uzaqlaşmış, Əsgər ata minib Tərlanın arxasınca getmişdir. Tərlanla Əsgər qarşılıqlı söyüş söymüşlər. O, qıraqdan baxmışdır ki, dava etsələr ayırar. Sözlü mübahisələrindən sonra hər ikisi oradan uzaqlaşmışdır. Tərlanla qohumluğu yoxdur, Tərlanın sürəti 20-30 ola bilərdi, Tərlan Əskərin atına yaxınlaşanda sürətini azaltmış, motosikleti tam saxlamamışdır, latın qrafikasını bilmir, ifadəsini müstəntiq oxumuşdur, at hürkmüş, Əskər yıxılmışdır, Tərlan ata dəydikdən 50-60 metr getdikdən sonra saxlamışdır, qış olduğundan həmin vaxtı hava qaranlıq olmuşdur, 50 metrdən qarşıdakı maneəni görmək olardı, Tərlan sürətini tam azaldıb sonra keçmişdir, Əskər yerə yıxılandan sonra kimsə yaxınlaşıb ayağa qalxmağına kömək etməmiş, özü qalxmışdır, Əskərin yerə yıxılması ilə qalxıb Tərlanın arxasınca getməsi təxmini 3 dəqiqə çəkmişdir, hava dumanlı olmuşdur, Əskər ata heyvanların yanında minmişdir, Əskər zədə alsa idi, ata minib Tərlanın arxasınca gələ bilməzdi, o, atın kişnəməsini eşitmiş, yıxılıb qalxmasını görməmişdir, Tərlanla Əskər sözlü mübahisə edəndə Əskərin Tərlana ayağının əzilməsini bildirdiyini eşitməmişdir, hadisənin səhəri günü səhər saat 9-10 radələrində Əskəri heyvanlarını ötürərkən görmüşdür, belə ki, o, işə gedərkən hər gün Əskərin evinin qarşısından keçir, Əskərin yerə yıxıldığı anı görməmişdir, at kişnədikdən sonra, Əskərin bir ayağının yəhərdə bir ayağının yerdə olduğunu görmüş, bu səbəbdən yıxıldığını düşünmüşdür, belə ki, at kişnədisə Əskər yıxılmalı idi. Təqsirləndirilən şəxs Tərlan İsmayılov da öz növbəsində Ə.Xanməmmədovun başının yerə dəydiyini görmədiyini bildirmişdir. Beləliklə, zərərçəkmiş şəxsin hadisə nəticəsində baş travması alması ilə bağlı iş materiallarında birbaşa və etibarlı sübut mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, məhz bu hal iş üzrə səbəbli əlaqənin müəyyən olunması baxımından həlledici əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi maddi tərkibli cinayət hesab olunur və həmin maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün yalnız yol hərəkəti qaydalarının pozulması kifayət etmir. Eyni zamanda həmin pozuntu ilə baş vermiş nəticə — yəni şəxsin ölümü arasında birbaşa səbəbli əlaqə də tam, qəti və şübhəsiz şəkildə müəyyən edilməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2013-cü il tarixli qərarının 12-ci bəndində məhkəmələrə həmçinin izah edilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. İş üzrə ilkin məhkəmə-tibbi ekspertiza rəylərində ölümün səbəbi kimi “baş beynin posttravmatik qansızması” göstərilmiş və hadisə ilə ölüm arasında səbəbli əlaqənin olduğu qeyd edilmiş olsa da, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı aparılmış əlavə araşdırmalar və xüsusilə ## ######## 2025-ci il tarixli təkrar komisyon məhkəmə-tibbi ekspertiza rəyi həmin nəticələrin mübahisəsiz olmadığını ortaya qoymuşdur. Belə ki, iş materiallarında olan Neftçala rayon “MTE və PA” şöbəsinin ## ###### 2024-cü il tarixli ** nömrəli tibbi rəyində qeyd olunmuşdur ki, mərhum X12 meytində aşkar edilmiş xəsarətlər– baş beyinə travmatik qansızma, hər iki baldırın ön və yan səthinin sıyrıqları küt əşya (əşyanın) təsirindən törənmişdir. Törənmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə uyğun gəlir. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X12 ölümünün bilavasitə səbəbi beyin qan dövranının pozğunluğu fonunda- baş beynin posttravmatik qansızması ilə əlaqədar inkişaf edən beyin ödemi ensefalitik yumşalması olmuşdur. Ölümlə ##.##.2024-cü ildə baş vermiş motosikletlə piyadanın vurulması arasında səbəbli əlaqə vardır. X12 meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. İş materiallarında olan Neftçala rayon “MTE və PA” şöbəsinin ## ### 2024-cü il tarixli 07 əlavə nömrəli tibbi rəyində qeyd olunmuşdur görünür ki, mərhum X12 meytində aşkar edilmiş xəsarətlər– baş beyinə travmatik qansızma, hər iki baldırın ön və yan səthinin sıyrıqları küt əşya (əşyanın) təsirindən əmələ gəlmişdirlər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni ##.##.2024-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı motosikletin atlını vurması nəticəsində at üzərində olan Ə.Xanməmmədovun yerə yıxılması zamanı yarana bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X12 ölümünün bilavasitə səbəbi beyin qan dövranının pozğunluğu fonunda-baş beynin posttravmatik qansızması ilə əlaqədar inkişaf edən beyin ödemi ensefalitik yumşalması olmuşdur, ölümlə ##.##.2024-cü ildə baş vermiş motosikletlə atlını vurma zamanı almış olduğu xəsarətlər arasında səbəbli əlaqə vardır. İşdə olan Neftçala RMX PHŞ-nin ## ###### 2024-cü il tarixli məktubundan görünür ki, Ə.Ə.Xanməmmədov xəstəxanaya daxil olarkən ona “Beyin infarktının nəticələri” diaqnozu qoyulmuş, xəstə ##.##.2024-cü il tarixdə vəfat etmişdir. Məktuba əlavə edilmiş ambulator kitabçadan çıxarışdan görünür ki, Ə.Ə.Xanməmmədov ##.##.2024-cü il tarixdə "Neftçala mərkəzi rayon xəstəxanası" PHŞ-nin reanimasiya şöbəsinə yüksək arterial təzyiqlə- "A/T-190- 200/110 mm civə süt) soporoz vəziyyətdə daxil olmuşdur, dəri və görünən selikli qişanın rəngi avazımışdır, xəstə dərhal oksigen maskası ilə təmin edilmişdir, damar yolu açılmış, tibbi sənədlərdən görünür ki, intensiv müalicəyə başlanılmışdır. İşdə olan MTE PA Birliyinin Neftçala rayon şöbəsinin ##.##.2024-cü il tarixli məktubunun surətindən görünür ki, “...X12 “Qamış sümüyünün proksimal şöbəsinin sınığı” (yoldaşının deməsinə görə küçədə motosiklet vurub) diaqnozu ilə ambulator müalicə almışdır. Radiologiya şöbəsinin müdiri Elnarə Yolçiyevanın məlumatına əsasən “sağ baldır sümüklərinin rentgenoqramında sümük tamlığı pozulmamışdır”. (Həkim anamnezi və fiziki müayinə forması” və rentgen şəkili məktuba əlavə olunur). İşdə olan Neftçala RMX PHŞ-nin ## ###### 2025-ci il tarixli məktubundan görünür ki, Ə.Xanməmmədovun beyininin 1# ###### 2024-cü il tarixli kompüter tomoqrafiyası nəticəsinə dair rəy “Sağ tərəfli subtotal işemik insult” olmuşdur. İşdə olan MTE PA Birliyinin *** nömrəli məhkəmə-histoloji aktından görünür ki, Ə.Ə.Xanməmmədovun ilkin tibbi diaqnozu “Hemorragik insult” olmuşdur. Mikroskopik müayinənin nəticəsi: “Baş beyin maddəsində ocaqlı qansızmalar, beyin maddəsinin ödemi, ağciyərdə ödem, atelektaz və emfizema ocaqları” olmuşdur. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ## ##### 2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş əlilliyin verilməsinə əsas olan sənədlərdən görünür ki, Ə.Xanməmədovun aşağıda qeyd edilən tarixlərdə aşağıdakı tibbi diaqnozları olmuşdur: ##.##.2004- keçirilmiş ağır qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, travmatik ensefalopatiya. Alın nahiyəsinin sağ hissəsində lövhəyəbənzər subdural hematoma. Sağ tərəfdən kəllə əsası sümüklərinin sınığı. Sağ orbitanın lateral divarının xətvari sınığı; ##.##.2014- keçirilmiş ağır qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, travmatik ensefalopatiya, episindrom, davamlı kefalgiya, tez-tez tutmalarla. OU-görmə siniri məməciyinin hissəvi atrofiyası; ##.##.2015; ##.##.2016-travmatik epileptik sindrom tez-tez tutmalarla; ##.##.2021- Başın dəqiqləşdirilməmiş travmalarının nəticələri, keçirilmiş (2003-cü il) ağır dərəcəli qapalı kəllə-beyin travması, xoşxassəli kəllədaxili hipertenziya, kəllədaxili hipertenziya, beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, posttravmatik ensefalopatiya; ##.##.2021- Başın dəqiqləşdirilməmiş travmalarının nəticələri, keçirilmiş (2003-cü il) ağır dərəcəli qapalı kəllə-beyin travması, generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Qıcolma tutmaları, posttravmatik ensefalopatiya; ##.##.2022- kəllədaxili travmaların nəticələri. Keçirilmiş ağır dərəcəli qapalı kəllə beyin travması (2003). ##.##.2021 və ##.##.2022-ci il tarixlərdə əlilliyin təkrar verilməsindən imtina olunmuşdur. ##.##.2021-ci il tarixli müayinədə imtina səbəbi: “göndərişin natamam doldurulması. Səbəb: xəstəliyin ağırlaşmasını dəqiqləşdirmək üçün instrumental müayinələrin nəticələri qeyd olunmayıb”. ##.##.2022-ci il tarixli müayinədə imtina səbəbi: :“göndərişin natamam doldurulması. Səbəb: EEQ müayinəsi ağırlaşmanı təsdiq etmir. Dəqiqləşdirilsin.” İşdə olan təkrar komisyon məhkəmə-tibbi ekspertizasına dair MTE PA Birliyinin ## ######## 2025-ci il tarixli rəyinin nəticə hissəsindən görünür ki, 1966-cı il təvəllüdlü X12 adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-4,6,7,9,10,13,14-cü suallar üzrə : Mərhum Ə.Ə.Xanməmmədovun meyitinin məhkəmətibbi ekspertizası zamanı baş beynin ödemi, beyin toxumasına qansızma, beyin toxumasının yumşalması, hər iki baldırın ön və yan səthinin sıyrıqları aşkar edilmişdir. Qeyd edilən xəsarətlərdən hər iki baldırın ön və yan səthinin sıyrıqları qamış sümüyünün yerdəyişməyən sınığı küt əşya ilə müşayiət edilən (əşyaların) təsirindən törənmiş, qərarda göstərildiyi kimi ##.##.2024-cü il tarixdə hərəkətdə olan motosikletin atlının vurulması zamanı yarana bilərdilər və ümumilikdə canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Meyitin müayinəsi zamanı qeyd edilən xəsarətlərin xarakterini, yaratdıqları patoloji dəyişiklikləri nəzərə alaraq yəni kifayət qədər geniş və kobud olmadıqlarından ağır travmatik şok, massiv qanitirmə yaratmadıqlarından ani ölümə səbəb ola bilməzdilər. Onun hadisədən dərhal sonra vəfat etməməsi aparılmış müayinələr nəticəsində sağlığında düçar olduğu xəstəlikdən yaranmış fəsadla əlaqədar olması qənaətinə gəlməyə əsas verir. Belə ki, onun ölümünün bilavasitə səbəbi aldığı xəsarətlərdən deyil, hemorragik insult xəstəliyindən yaranmış beyin toxumasına qansızma, beyin toxumasının yumşalması, beyin ödemi olmuşdur. Kəllə-beyin travmaları zamanı qansızma adətən birinci növbədə baş beynin yumşaq qişasına, sonra isə, daha ağır hallarda beyin maddəsində baş veir. Hemorragik insultlar zamanı qansızma ilk növbədə beyin maddəsində, daha ağır hallarda yumşaq qışaya yayılır. Həmçinin travma zamanı baş beynə qansızmadan başqa adətən qansızmaya müvafiq nahiyədə başın tüklü hissəsində dəridə və dərialtı toxumada qançır, kəllə sümüklərində sınıqlar, baş beynin yumşaq qişasında zədələnmələr olur. Hipertoniya xəstəliyi zamanı bu travmatik dəyişikliklər olmur, baş beyin qansızmadan başqa hipertoniya xəstəliyi üçün xarakter makroskopik və mikroskopik dəyişikliklər müəyyənləşdirilir (ürəyin hipertofiyası-"Neftçala mərkəzi rayon xəstəxanası"nda Ə.Ə.Xanməmmədovun adına icra edilmiş ##.##.2024-cü il tarixli ən azı 12 aparmalı elektrokardioqramda ÜEO sola meyilli, meyit müayinəsi zamanı isə sol mədəciyin divarının qalınlığı 1,4 sm, o cümlədən baş beyin arteriollarının sklerozu-meyit müayinəsi zamanı beyin əsası damarların intima təbəqəsinin səthində sarımtıl rəngli sklerotik düyünlərin olması qeyd edilmişdir). 5-ci sual üzrə: Hemorragik insult-tromboz və ya trombemboliya nəticəsində beyindaxili (serebral) və beyinə qədərki (preserebral) arterial damarların mənfəzinin tutulması ilə əlaqədar baş beyin maddəsinin hansısa bir hissəsinin nekrozlaşmasıdır. Hemorragik insult isə-baş beyinə qansızma ilə xarakterizə olunan kəskin qan dövranı pozğunluğudur. Ən çox hipertoniya mənşəli olub, xüsusilə də hipertonik krizlər zamanı baş verir. Belə ki, Ə.Ə.Xanməmmədov ##.##.2024-cü il tarixdə "Neftçala mərkəzi rayon xəstəxanası" phş-in reanimasiya şöbəsinə yüksək arterial təzyiqlə "A/T-190-200/110 mm civə süt) soporoz vəziyyətdə daxil olmuşdur. 8-ci sual üzrə: Ə.Ə.Xanməmmədovun ##.##.2024-cü il tarixli KT müayinəsi ilə qoyulmuş işemik insult diaqnozu patoloji mənşəlidir. 11-ci sual üzrə :İşemik insult beyin damarlarının tıxanmasından, hemorragik insult isə damar tamlığının pozulmasından yaranır. Birinci halda müalicə tədbirləri kimi qanaxmanı aradan qaldırmaq, ikinci halda isə zədələnmiş damarı bərpa etmək üçün tətbiq olunan müalicə metodlarından istifadə olunur. 12-ci sual üzrə: Neftçala mərkəzi rayon xəstəxanasında ona qoyulan diaqnoz KT müayinəsinin nəticəsinə əsasən təyin edilmişdir. Xəstənin vəziyyəti kritik ağır olduğundan və baş beyində hemorragiya geniş sahəni əhatə etdiyindən baş beyində əvvəlki ağır travma ilə bağlı yayılmış ensefalopatiya fonunda sağ qalma şansı ola bilməzdi. 15-ci sual üzrə: İş üzrə verilmiş ##.##.2024 və ##.##.2024-cü il tarixli, * saylı ekspert rəyləri tərtib edilərkən mərhumun adına əvvəllər mövcud olan tibbi sənədlər ona verilmədiyindən baş beyinə qansızmanın travmatik olması yanlış göstərilmişdir. Göründüyü kimi, təkrar komisyon ekspertiza ilə müəyyən edilmişdir ki, mərhumun ölümünün bilavasitə səbəbi aldığı səthi xəsarətlər deyil, hemorragik insult nəticəsində yaranmış beyin toxumasına qansızma, beyin ödemi və ensefalitik yumşalma olmuşdur. Rəydə xüsusi olaraq qeyd edilmişdir ki, ilkin ekspertiza rəyləri tərtib edilərkən mərhumun əvvəlki tibbi sənədləri ekspertlərə təqdim edilmədiyindən baş beyinə qansızmanın travmatik mənşəli olması yanlış qiymətləndirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan tibbi sənədlərdən Ə.Xanməmmədovun hələ 2003-cü ildə keçirdiyi ağır yol-nəqliyyat hadisəsi nəticəsində ciddi kəllə-beyin travması aldığı, sağ tərəfdən kəllə əsası sümüklərinin sınığı, sağ orbital divarın sınığı, subdural hematoma, posttravmatik ensefalopatiya, epileptik sindrom və digər nevroloji patologiyalardan uzun illər əziyyət çəkdiyi müəyyən olunur. Hətta ona həmin xəstəliklərlə əlaqədar uzun müddət əlillik də təyin edilmişdir. Təkrar komisyon ekspertiza zamanı da xüsusi vurğulanmışdır ki, travmatik mənşəli qansızma hallarında adətən başın xarici səthində xəsarət izləri, dərialtı qançırlar, yumşaq toxuma zədələnmələri və ya kəllə sümüklərinin sınıqları müşahidə olunur. Lakin Ə.Xanməmmədovun meyitinin müayinəsi zamanı belə əlamətlər aşkar edilməmişdir. Əksinə, onda hipertoniya xəstəliyinə və damar patologiyalarına xarakterik dəyişikliklər — yüksək arterial təzyiq, ürəyin hipertrofiyası, damar sklerozu və digər patoloji hallar müəyyən edilmişdir. Həmçinin iş materiallarından görünür ki, ## ###### 2024-cü il tarixdə aparılmış KT müayinəsinin nəticəsində Ə.Xanməmmədova “sağ tərəfli subtotal işemik insult” diaqnozu qoyulmuşdur. Təkrar komisyon ekspertiza həmin nəticəni də təhlil edərək göstərmişdir ki, işemik insult patoloji mənşəli olmuş, sonradan yüksək arterial təzyiq fonunda hemorragik proses inkişaf etmişdir. Ekspertiza rəyində həmçinin qeyd edilmişdir ki, xəstənin baş beynində əvvəldən mövcud olan yayılmış ensefalopatiya və ağır nevroloji dəyişikliklər fonunda sağ qalma şansı olmamışdır. Məhkəmə kollegiyası üçün mühüm əhəmiyyət kəsb edən digər hal isə ondan ibarətdir ki, hadisədən sonra Ə.Xanməmmədovun davranışı ağır travmatik beyin zədəsi keçirmiş şəxsin klinik vəziyyəti ilə uyğunluq təşkil etmir. Belə ki, iş materiallarından görünür ki, o, hadisədən dərhal sonra yenidən ata minmiş, təqsirləndirilən şəxsin arxasınca getmiş, sonrakı günlərdə kənd ərazisində hərəkət etmiş, hətta şahidlər tərəfindən yas mərasimində görülmüşdür. Eyni zamanda, hadisədən sonrakı bir həftədən artıq müddət ərzində onda travmatik beyin zədəsinə xarakterik davamlı baş ağrısı, qusma, huş pozuntusu və digər tipik nevroloji simptomların olması da sübuta yetirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutlar təqsirləndirilən şəxsin əməli ilə zərərçəkmiş şəxsin ölümü arasında birbaşa səbəbli əlaqənin mövcudluğunu ağlabatan şübhədən kənar səviyyədə təsdiq etmir. Əksinə, iş üzrə aparılmış təkrar komisyon ekspertiza, tibbi sənədlər və məhkəmə baxışında tədqiq edilmiş digər sübutlar ölümün zərərçəkmiş şəxsdə əvvəldən mövcud olmuş ağır nevroloji və damar xəstəlikləri fonunda inkişaf etmiş patoloji proses nəticəsində baş verməsini əsaslı və inandırıcı şəkildə ortaya qoyur. Cinayət hüququnun ümumi prinsiplərinə görə şəxs yalnız onun əməli ilə birbaşa səbəbli əlaqədə olan nəticəyə görə məsuliyyət daşıya bilər. Əgər ictimai təhlükəli nəticə təqsirləndirilən şəxsin hərəkətindən deyil, başqa müstəqil səbəblərdən, o cümlədən zərərçəkmiş şəxsdə mövcud olmuş ağır xəstəliklərdən irəli gəlmişdirsə, həmin nəticə şəxsə obyektiv olaraq isnad edilə bilməz. Həmçinin cinayət mühakimə icraatında isə aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs Tərlan İsmayılovun əməli ilə Əskər Xanməmmədovun ölümü arasında səbəbli əlaqənin sübuta yetirilməməsinə dair gəldiyi nəticəni qanuni, əsaslı və işin faktiki hallarına uyğun hesab edir. Kollegiya xüsusi olaraq nəzərə alır ki, təkrar komisyon ekspertiza rəyi həm iş materiallarında olan əvvəlki tibbi sənədlərin, həm histoloji müayinələrin, həm də mərhumun uzun illər ərzində mövcud olmuş xəstəlik tarixçəsinin kompleks təhlili əsasında verilmişdir. Həmin rəy məzmun etibarilə daha dolğun, elmi cəhətdən əsaslandırılmış və işin digər sübutları ilə uzlaşan olduğundan məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, iş üzrə müəyyən olunur ki, ## ###### 2024-cü il tarixdə baş vermiş hadisə nəticəsində Ə.Xanməmmədov yalnız ayaq nahiyəsindən sıyrıq xəsarətləri almış, onun ölümünə səbəb olan baş beyin qansızması isə əvvəldən mövcud olmuş ağır nevroloji və damar patologiyalarının ağırlaşması nəticəsində baş vermişdir. Bundan başqa, məhkəmə kollegiyası səbəbli əlaqə məsələsini qiymətləndirərkən zərərçəkmiş şəxsin barəsində aparılmış müayinələrin nəticələrini, həmin nəticələrin ekspertlər və həkimlər tərəfindən izah edilməsini, eləcə də iş üzrə mövcud tibbi sənədlərin qarşılıqlı təhlilini xüsusi əhəmiyyətli hesab edir. Belə ki, iş materiallarında olan tibbi sənədlərdən görünür ki, Ə.Xanməmmədovun 12 fevral və 1# ###### 2024-cü il tarixli KT müayinələrinin nəticələrinə əsasən ona “işemik insult” diaqnozu qoyulmuşdur. Xüsusilə, 1# ###### 2024-cü il tarixli kompüter tomoqrafiyası nəticəsində xəstənin beyninin sağ yarımkürəsində subtotal işemik insultun mövcudluğu müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, həmin tibbi nəticələr iş üzrə mübahisələndirilməmiş və obyektiv tibbi sənədlərlə təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsində dindirilmiş həkim və ekspertlərin ifadələrinin təhlilindən isə aydın olur ki, işemik insult öz mahiyyətinə görə beyin damarlarının tutulması nəticəsində baş beynin müəyyən hissəsinin qansız qalması və nekrozlaşması ilə xarakterizə olunur. Başqa sözlə, işemik insult zamanı beyinə qan axınının dayanması baş verir, travmatik mənşəli qansızma isə müşahidə olunmur. Bu baxımdan kollegiya hesab edir ki, 12-1# ###### 2024-cü il tarixlərdə aparılmış KT müayinələrində məhz işemik insultun müəyyən edilməsi zərərçəkmiş şəxsdə həmin mərhələdə travmatik mənşəli geniş beyin qansızmasının olmamasını göstərən mühüm tibbi göstəricidir. Birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş ilkin ekspert rəylərini vermiş ekspert X7 ifadəsində bildirmişdir ki, AR SN MTE PA Birliyinin Neftçala rayon şöbəsinin eksperti vəzifəsində işləyir, Əskər Xanməmmədov beyinə qansızmadan sonra 1 kilometr məsafə yol gedə bilərdi, posttravmatik qansızmanın ilkin əlamətlərində başağrısı, ürəkbulanma və qusma olmalıdır, bu simptomlar 1 saatdan 1 ayadək ola bilər, hər hansı biri olmaya da bilər, hadisədən 11 gün ərzində ürəkbulanma və qusma əsasən olmalı idi, şəxsin ayağına gips qoyulması beyin qansızmasına təsir edə bilməz, Əskərin ölümünün səbəbi ağciyər və ürək çatışmazlığı ola bilməzdi, Əskərə düzgün tibbi yardım göstərilsə idi yaşaya biləcəyi ehtimalı təyin edilmiş müalicədən asılı olmuşdur, göstərilən xəsarətlər travmadan başqa hər hansı səbəbdən yarana bilməzdi, travmanın əlamətləri kənardan baxanda görünməyə bilər, xəsarət başının sağ yarımkürəsində olmuşdur, rəydə qeyd edilmiş “beyin qan dövranının pozğunluğu fonunda” hematoma deməkdir, yəni, beyində qanın qırağa çıxmasıdır, bu xəsarət sırf hündürlükdən yıxılma nəticəsində ola bilərdi, KT müayinəsinin nəticəsində göstərilən işemik insultun Əskər Xanməmmədova aidiyyəti olmamışdır, onun başının içi qanla dolu idi, beyin infarktı beyində qan çatışmazlığından yaranan vəziyyətdir, travmanın ölümdən neçə gün əvvəl yaranmasını müəyyən edən metodologiya mövcud deyildir, istintaqın gedişinə əsasən həmin travmanın fevralın 4-ü tarixinə uyğun gəldiyini yazmışdır, beyində olan yumşalmaya əsasən fevralın 4-ü tarixinə uyğun gəldiyi yazılmışdır, ayaq damarının sıxılması nəticəsində beyinə qan sıza bilməzdi, Əskər Xanməmmədovda işemik insult olmamışdır, qansızma ilə işemik insultun fərqi odur ki, sonuncuda beyinə qan getmir, Əskər Xanməmmədovda olan qansızma 10 gün ərzində baş vermiş qansızma olardı. O, həmçinin, birinci instansiya məhkəməsində məhkəmə baxışında təkrarən dindirilərkən bildirmişdir ki, Əskərin onun yanına ayın neçəsi gəldiyini xatırlamır, xəstəyə baxış keçirməmiş, vizual baxmış, qərarla gəlməli olduqlarını bildirmişdir, hadisənin necə olduğunu soruşmamışdır, Əsgər Xanməmmədovun sağ beyin yarımkürəsində 7* 5 ölçüdə hematoma olduğunu yazmış, ancaq həmin hematomanın lokal xarakterli yoxsa geniş həcmli olduğunu bilmir, mənşəyinə görə hemoragik insultla beyinə qansızmanın fərqini dəqiq deyə bilmir, Əskərdə işemik insult olmamışdır, ilkin diaqnoz kimi hemoragik insult qoyulduğu halda, nəyə əsasən onun hemoragik insult deyil beyinə qansızma olduğu qənaətinə gəlməsi ilə bağlı bildirmişdir ki, hər ikisi eynidir, beyinə qansızma ancaq travma nəticəsində əmələ gələ bilər, hemorragik insult travmasız da əmələ gələ bilər, ensofalitik yumşalma beyin toxumasının yumşalmasıdır, Ə.Xanməmmədovun beynində olan hematoma ilə yazılanlar (əlillik sənədlərindəki tibbi diaqnozlar) arasında səbəbli əlaqə görmür, postravmatik qansızmada beyində həmin hissədə sınıq olmaya da bilər, travma nəticəsində qansızma küt əşyanın başa dəyməsi ilə, damar partalaması nəticəsində yaranır, hipertenziyanın nə demək olduğunu bilmir, ocaqlı qansızma bütün sahəni əhatə edən qansızma deməkdir, ekspert rəyində dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır zərərvurmanın əlamətlərinə beyinlə bağlı xəsarəti aid edir, zərərçəkmiş şəxsin ayağında sınıq müəyyən etməmişdir, ayağındakı xəsarətin dərəcəsini müəyyən etməmişdir, belə ki, sıyrığın dərəcəsi təyin edilmir, şəxs yıxılıb başı dəyirsə xəsarət izi olmaya bilər, beyinin daxilində damar partalamasından sonra başın xaricində iz olmaya bilər, travma nəticəsində qansızma zamanı dərialtı hematoma olur, beyni yumşalan və travmaları olan insanın insult keçirməyə meyilli olubolmadığını bilmir, insan oturan yerdə travma alsa hemoragik insult ola bilməz, şəxs yıxılmadan həmin xəsarəti ala bilməzdi, zərərçəkmiş şəxs müayinəyə gələndə qərar olmadığı üçün o, şəxsi müayinə etməmişdir. Göründüyü kimi, ekspert Müşfiq Ağabəyovun ifadəsindən aydın olur ki, işemik insultun həmin xəstəyə aidiyyəti olmamışdır, çünki meyitin müayinəsi zamanı baş beyində qansızma aşkar edilmişdir və işemik insult zamanı qansızma olmur. Lakin kollegiya hesab edir ki, ekspertin bu izahı iş üzrə sonradan müəyyən edilmiş tibbi hallar və digər ekspert ifadələri ilə tam uzlaşmır. Belə ki, birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş ekspert X18 həmin ziddiyyətə ətraflı aydınlıq gətirərək göstərmişdir ki, məhkəmə təbabətində belədir ki, sıyrıq dəriyə mexaniki təsirin nəticəsində yarandığından, sıyrıq o qüvvənin təsirindən yaranır, ona görə də sınıq varsa, sınıq və sıyrığı ayırmaq mümkün deyil, onlar birlikdə sağlamlığa zərər vurmaya aid edilir, ancaq təklikdə götürəndə sıyrıqlar canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan, dərəcəsi təyin edilmir, sıyrıq sınıqla birlikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, ayrılıqda dərəcəsi təyin edilmir, təqdim olunan sənədlərdə Birliyin radioloq eksperti tərəfindən rentgen şəklində sınıq müəyyən edildiyindən, ekspert rəyində zərərçəkmiş şəxsin ayağında qamış sümyünün yerdəyişməyən sınığı olduğu qənaətinə gəlinmişdir, həmin sınıq da canlı şəxslərdə sağlamlığa az ağır zərər vurmaya aid edilir, ilkin radioloji müayinənin nəticəsində sınıq müəyyən edilməsə də, təkrar ekspertiza zamanı Birliyin radioloqu tərəfindən şəkilə əsasən sınıq aşkar edilmişdir, ekspert rəyinin nəticə hissəsinin 5-ci bəndində mexaniki səhv olmuşdur, belə ki, sualda işemik insult və hemorragik insultun anlayışları soruşulmuş, mexaniki səhv olaraq hər ikisi hemorragik insult kimi qeyd edilmişdir. Belə ki, 5-ci bənddə tromboz və ya trombemboliya nəticəsində beyindaxili (serebral) və beyinə qədərki (preserebral) arterial damarların mənfəzinin tutulması ilə əlaqədar baş beyin maddəsinin hansısa bir hissəsinin nekrozlaşması “işemik insult” kimi oxunmalıdır, səhvən hemorragik insult yazılmışdır. Hemorragik insultun anlayışı isə doğru yazılmışdır, belə ki, hemorragik insult baş beyinə qansızma ilə xarakterizə olunan kəskin qan dövranı pozğunluğudur. İşemik insultda damar tutulur, tıxanma nəticəsində işemiya baş verir, ona görə də beyində nekrozlaşma əmələ gəlir, ancaq hemorragik insultda hemorragiya, yəni, qansızma baş verdiyindən damarın tamlığı pozulur, ona görə qansızma baş verir. Hemorragik insult zərbə nəticəsində yarana bilər, ancaq zərbə nəticəsində yaranması üçün mütləq başın dəri örtüyündə xəsarətlər olmalı idi, ən azı da kəllə sümüklərində sınıq olmalı idi, işemik insultda qansızma olmur, işemiya prosesi-qansızlaşma prosesidir, zərbə nəticəsində işemik insult yaranmır, zərbə ilə işemiya ola bilməz, travma nəticəsində hemorragik insult baş verə bilər, ancaq bu zaman qeyd olunduğu kimi, başın dəri örtüyündə mütləq xəsarət olmalı və kəllə sümüklərində sınıq olmalı idi, məsələn, işdən də görünür ki, Əskər Xanməmmədova 2004-cü ildə travma nəticəsində ikinci dərəcə əlillik təyin olunarkən onda kəllə sümüklərinin sınığı, beyində qansızma da olmuşdur, bunun nəticəsində də beyində ensafalopatiya yaranmışdır, ancaq hazırda tədqiqat aparılan dövrdə onun başında xəsarət olmamışdır, sənədlərdən də görünür ki, şəxs qamış sümüyünün yerdəyişməyən sınığı ilə xəstəxanaya daxil olandan 9 gün sonra onda işemik insult baş vermişdir, heç bir travma olmadan işemik insult və hemorragik insult yarana bilər, hemorragik insult travma nəricəsində də yarana bilər, özbaşına, arterial təzyiqin qalxması nəticəsində də yarana bilər, çünki, damarların daxilində təzyiq artaraq damarı cırıb partladır və beyinə qansızma baş verir, işemiyada isə hər hansı bir yerdən embo düşüb beyin arteriyasının mənfəzini tutur, həmin nahiyəyə qan getmir və orada işemiya-qansızlaşma yaranır, ora qan getmir, qan getməyəndə də beyin toxuması 5 dəqiqədən sonra öz fəaliyyətini dayandırır və orada nekroz (iltihab reaksiyası) başlayır, işemik və hemorragik insultdan zərbə nəticəsində ancaq hemorragik insultun yaranması mümkündür, işemik insult zərbədən yaranmır, patalojidir, xəstə xəstəxanaya 190/200-ün 110 mm cs təzyiqlə-çox yüksək təzyiqlə daxil olmuşdur, fevralın 12-si xəstə işemik insult keçiribsə, bu, o deməkdir ki, həmin tarixədək onun beynində qansızma olmamışdır, olsa mütləq özünü biruzə verərdi, işdən görünür ki, xəstənin fevralın 4-dən 12-nə qədər baş beyinlə bağlı şikayəti olmamışdır, işemik insult zamanı damar tıxanıb qansızlaşma yaranır, bir tərəf tıxandığı üçün başqa yerdə tıxanma nəticəsində təzyiq qalxaraq damarı cıra bilər, işdən görünür ki, xəstənin təzyiqi xəstəxanaya daxil olarkən çox yüksək olmuşdur, ekspert müayinəsi zamanı beyinin şəkillərinə baxış zamanı müəyyən olunmuşdr ki, hemorragiya xırdaocaqlı hemorragiyadır, böyük hemorragiya olmamışdır, damarın bir yerdə tıxanıb digər yerdə təzyiq nəticəsində partlamasından yarana bilər, yəni, xəstədə 12 fevral işemik insult yaranmasından sonra təzyiqin qalxması ilə digər yerdə damarın cırılması ilə xırdaocaqlı qansızma, yəni, hemorragiya yaranmışdır. Kollegiya həmçinin nəzərə alır ki, hətta ilkin ekspert rəylərində də Ə.Xanməmmədovun baş beynində “ocaqlı nöqtəvari qansızmalar” olduğu qeyd edilmişdir. Bu hal da özlüyündə geniş travmatik qansızma versiyasını zəiflədən mühüm tibbi göstəricidir. Bundan başqa, ekspert F.Abbasov ifadəsində göstərmişdir ki, insultun həm işemik, həm də hemorragik növü heç bir travma olmadan sırf patoloji səbəblərlə yarana bilər. O, xüsusi vurğulamışdır ki, işemik insult yalnız patoloji mənşəli olur və zərbə nəticəsində yaranması tibbi baxımdan mümkün hesab edilmir. Hemorragik insult isə həm travma, həm də xəstəlik nəticəsində yarana bilsə də, travmatik mənşənin müəyyən edilməsi üçün mütləq şəkildə baş nahiyəsində xarici travma əlamətləri, kəllə sümüklərində sınıqlar, yumşaq toxumalarda qançırlar və digər xarakterik dəyişikliklər müşahidə edilməlidir. Halbuki, iş üzrə aparılmış meyit müayinəsi zamanı Ə.Xanməmmədovun baş nahiyəsində belə dəyişikliklər aşkar edilməmişdir. Əksinə, ekspert tərəfindən qeyd edilmişdir ki, meyitin müayinəsi zamanı hipertoniya xəstəliyi üçün xarakterik olan dəyişikliklər — ürəyin hipertrofiyası, sol mədəciyin divarının qalınlaşması, baş beyin damarlarında sklerotik dəyişikliklər müəyyən edilmişdir. Həmçinin “Neftçala mərkəzi rayon xəstəxanası”nda ## ###### 2024-cü il tarixdə aparılmış elektrokardioqram nəticəsində ürəyin elektrik oxunun sola meyilli olması da ürək-damar patologiyasının mövcudluğunu təsdiqləmişdir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, sonuncu — ## ######## 2025-ci il tarixli komisyon ekspertiza rəyində Ə.Xanməmmədovun baş beynində müşahidə olunan ensefalopatiyanın məhz əvvəlki ağır kəllə-beyin travması ilə əlaqədar uzun illər ərzində formalaşmış yayılmış posttravmatik ensefalopatiya olduğu açıq şəkildə göstərilmişdir. Bu hal isə zərərçəkmiş şəxsin nevroloji problemlərinin ## ###### 2024-cü il tarixli hadisədən xeyli əvvəl mövcud olduğunu bir daha təsdiq edir. Həmçinin xəstəliyin klinik gedişi də travmatik baş-beyin zədələnməsi versiyası ilə uzlaşmır. Belə ki, tibbi sənədlərdən görünür ki, Ə.Xanməmmədov ## ###### 2024-cü il tarixdə xəstəxanaya soporoz vəziyyətdə daxil olmuş, ona işemik insult diaqnozu qoyulmuş, arterial təzyiqinin kəskin yüksək olması ilə əlaqədar intensiv terapiya tədbirləri görülmüşdür. Kollegiya hesab edir ki, xəstənin klinik vəziyyəti, aparılmış müalicələr və tibbi müşahidələr onun ölümünün travmatik deyil, damar və nevroloji xəstəliklərin ağırlaşması nəticəsində baş verdiyini göstərir. Bütün bu sübutların məcmu şəkildə təhlili nəticəsində məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ## ###### 2024-cü il və ## ### 2024-cü il tarixli ilkin ekspert rəylərində ölümün səbəbinin “baş beynin posttravmatik qansızması ilə əlaqədar inkişaf edən beyin ödemi və ensefalitik yumşalma” kimi göstərilməsi iş üzrə müəyyən edilmiş faktiki hallarla, tibbi sənədlərlə, şahid və ekspert ifadələri ilə, eləcə də sonradan aparılmış komisyon ekspertizasının nəticələri ilə təkzib olunur. CPM-in 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Kollegiya da məhz bu prinsipdən çıxış edərək iş üzrə bütün sübutları qarşılıqlı əlaqədə təhlil edərək, belə qənaətə gəlir ki, yalnız işin faktiki halları ilə uzlaşan, məntiqi və elmi əsaslandırılmış nəticələr mötəbər hesab edilməlidir. Bu baxımdan kollegiya hesab edir ki, ## ######## 2025-ci il tarixli komisyon ekspertiza rəyi və ekspert F.Abbasovun məhkəmə iclasındakı ifadələri iş üzrə digər sübutlarla tam uyğunluq təşkil edir, ardıcıl və əsaslandırılmış olmaqla hər hansı ağlabatan şübhə yaratmır. Beləliklə, iş materiallarının hərtərəfli təhlilindən müəyyən edilir ki, Ə.Xanməmmədovun ölümünün bilavasitə səbəbi ## ###### 2024-cü il tarixli hadisə nəticəsində yaranmış posttravmatik qansızma deyil, əvvəllər keçirdiyi ağır kəllə-beyin travmasının nəticələri, uzunmüddətli damar və nevroloji xəstəliklər fonunda inkişaf etmiş işemik insult və sonradan həmin patoloji prosesin ağırlaşması nəticəsində yaranmış hemorragik insult olmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Tərlan İsmayılovun idarə etdiyi motosikletin zərərçəkmiş şəxsin atına toxunması ilə Ə.Xanməmmədovun sonradan baş vermiş ölümü arasında cinayət-hüquqi mənada birbaşa səbəbli əlaqə sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxsin əməli ilə ölüm arasında obyektiv səbəbli əlaqə müəyyən edilmədiyindən, həmin nəticə cinayət-hüquqi baxımdan ona istinad edilə bilməz. Təqsirləndirilən şəxsin əməli nəticəsində zərərçəkmiş şəxsdə yalnız hər iki baldır nahiyəsində sıyrıq xəsarətləri yaranmışdır ki, həmin xəsarətlər də iş üzrə dindirilmiş ekspertlərin ifadələrinə, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ##.##.2001-ci il tarixli, * saylı əmri ilə təsdiq edilmiş “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası qaydaları”nın 20-ci bəndinə əsasən sağlamlığa zərər vurmayan xəsarətlər hesab olunur və CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin obyektiv cəhətini yaratmır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs İsmayılov Tərlan İsmayıl oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi mövcud deyildir. Bundan başqa, kollegiya zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis və iş üzrə şahid qismində dindirilmiş ekspert Müşfiq Ağabəyovun bəzi ifadələrini digər sübutlarla müqayisəli şəkildə təhlil edərək həmin hissələrdə onları mötəbər hesab etmir. Belə ki, Hüquqi varis birinci instansiya məhkəməsində ifadə verərkən yoldaşı Əskərin hadisədən sonra ona Tərlan İsmayılovun bir əlində bıçaq olduğu halda digər əli ilə motosikletin qazını verərək onun ayağının üzərindən 2-3 dəfə keçdiyini, daha sonra isə işıq dirəyinin yanında dayanaraq onun dirəyə dəyib əzilməsini gözlədiyini bildirməsini qeyd etmişdir. Lakin kollegiya qeyd edir ki, həmin hallar nə iş üzrə toplanmış ekspert rəyləri, nə hadisə şahidlərinin ifadələri, nə də digər obyektiv sübutlarla təsdiq olunur. Əksinə, müəyyən edilir ki, qeyd olunan hallar ittihamın təsvirində belə öz əksini tapmamış, hadisənin müəyyən edilmiş mexanizmi ilə də uzlaşmamışdır. Həmçinin diqqətəlayiq hal ondan ibarətdir ki, Hüquqi varis birinci instansiya məhkəməsində məhkəmə baxışı başlandığı vaxtdan ## ### 2025-ci il tarixədək dəfələrlə verdiyi ifadələrdə mərhumun hadisədən sonra baş ağrısı, başgicəllənmə, ürəkbulanma və qusma kimi şikayətlərinin olmadığını, onun yalnız ayağından şikayət etdiyini və başının dəydiyini bildirmədiyini qeyd etmiş, lakin ## ### 2025-ci il tarixli məhkəmə iclasında ekspert Müşfiq Ağabəyov beyinə travmatik qansızma zamanı ürəkbulanma, qusma və başgicəllənmənin xarakterik əlamətlər olduğunu, həmçinin travmanın başın bərk-küt əşyaya dəyməsi nəticəsində yarandığını bildirdikdən sonra Hüquqi varis əvvəlki ifadələrinə əlavə edərək mərhumun ürəkbulanmasının olduğunu və yıxılarkən başının torpağa dəydiyini dediyini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, əvvəllər dəfələrlə verilmiş ifadələrdə belə mühüm halın qeyd edilməməsi, yalnız ekspert tərəfindən travmatik qansızmanın əlamətləri sadalandıqdan sonra həmin xüsusatın ifadəyə əlavə edilməsi bu hissədə ifadələrin sonradan formalaşmış mülahizədən irəli gəldiyini göstərir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrini həmin hissədə mötəbər sübut kimi qəbul etmir. Eyni zamanda, ekspert Müşfiq Ağabəyovun ifadələri də işdə olan obyektiv tibbi sənədlərlə və digər ekspert rəyləri ilə müqayisədə müəyyən qədər ziddiyyətli olmuşdur. Belə ki, o, zərərçəkmiş şəxsdəki qansızmanın sırf travmatik xarakter daşıdığını, xəstəlik nəticəsində yarana bilməyəcəyini, işemik insultun olmadığını və qansızmanın təxminən 10 gün əvvəl baş vermiş travmaya uyğun gəldiyini bildirmişdir. Halbuki iş materiallarında olan 12 və 1# ###### 2024-cü il tarixli KT müayinələrinin nəticələri ilə zərərçəkmiş şəxsdə məhz işemik insultun mövcudluğu müəyyən edilmişdir. Digər tərəfdən, həm şahid qismində dindirilmiş həkim Məlik Zahidovun, həm də ekspert F.Abbasovun ifadələri və ## ######## 2025-ci il tarixli təkrarkomisyon ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, işemik insult damar mənfəzinin tutulması nəticəsində yaranan patoloji prosesdir və sonradan yüksək arterial təzyiq fonunda digər sahədə damar partlaması ilə xırdaocaqlı hemorragiyalar yarana bilər. Həmçinin həmin sübutlarla müəyyən edilmişdir ki, travmatik mənşəli beyin qansızmaları zamanı adətən başın xarici hissəsində xəsarət izləri, kəllə sümüklərində sınıq və ya travmatik dəyişikliklər müşahidə olunur. Hazırkı işdə isə belə əlamətlər aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, ekspert Müşfiq Ağabəyovun ifadələri qeyd olunan hissədə həm tibbi sənədlərlə, həm də digər mütəxəssislərin əsaslandırılmış izahları ilə təkzib olunur. Onun ifadələrinin işin obyektiv hallarından daha çox əvvəllər verdiyi rəylərin müdafiəsinə yönəldiyi görünür. Bu səbəbdən kollegiya həmin ifadələri də elmi və faktiki əsaslı hesab etmir, onları digər sübutlarla uzlaşmadığından mötəbər sübut kimi qəbul etmir. Bundan əlavə, məhkəmə kollegiyası ##.##.2025-ci il tarixli təkrar komisyon məhkəmə-tibbi ekspertizasının rəyinin zərərçəkmiş şəxsin ayağında “qamış sümüyünün yerdəyişməyən sınığı”nın az ağır xəsarət olmasına dair hissəsinin ittihamın həcminə daxil olmadığından verilmiş ittiham daxilində nəzərə alına bilməməsinə dair birinci instansiya məhkəməsinin qənaəti ilə də razılaşır. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs hadisədən dərhal sonra “xxxx” diaqnozu ilə xəstəxanaya müraciət etmiş, sonradan aparılmış radioloji müayinənin nəticələrinə əsasən isə sümük tamlığının pozulmadığı müəyyən edilmişdir. İbtidai istintaq zamanı keçirilmiş ## ###### 2024-cü il tarixli və ## ### 2024-cü il tarixli ekspert rəylərində də zərərçəkmiş şəxsdə yalnız hər iki baldırın ön və yan səthlərində sıyrıqlar qeyd edilmiş, hər hansı sınıq xəsarəti müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis və müalicə həkimi Fizuli Mehdiyev də zərərçəkmiş şəxsin ayağında sınıq olmadığını, ona ehtiyat məqsədilə gips langeti qoyulduğunu bildirmişlər. Bundan başqa, ## ######## 2025-ci il tarixli ekspert rəyində “qamış sümüyünün yerdəyişməyən sınığı”nın mövcudluğu qeyd edilsə də, həmin sınığın konkret olaraq hansı ayaqda, hansı nahiyədə və hansı ölçüdə olması göstərilməmiş, rəyin tədqiqat hissəsində bu nəticə elmi və faktiki əsaslarla kifayət qədər əsaslandırılmamışdır. Eyni zamanda, birinci instansiya məhkəməsində dindirilmiş ekspert F.Abbasov da sıyrıqların canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğunu və onların dərəcəsinin müəyyən edilmədiyini bildirmişdir. Ən mühüm hal isə ondan ibarətdir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamın məzmunundan görünür ki, o, zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş baş beyinə travmatik qansızma və hər iki baldırın ön və yan səthlərində sıyrıqlarla müşahidə olunan ağır nəticəli əmələ görə ittiham olunmuşdur. Təqsirləndirilən şəxsə “qamış sümüyünün yerdəyişməyən sınığı” ilə müşahidə olunan sağlamlığa az ağır zərər vurma ittihamı elan edilməmiş, həmin hal ittiham aktında öz əksini tapmamışdır. Dövlət ittihamçısı da birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı ## ######## 2025-ci il tarixli ekspert rəyinin bu hissəsini müdafiə etmədiyini, ittihamın əvvəlki ekspert rəylərində göstərilmiş hallar üzrə dəstəkləndiyini açıq şəkildə bildirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə, ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Hazırkı halda “qamış sümüyünün yerdəyişməyən sınığı” ilə bağlı halın müzakirəsi CPM-in 318.1-ci maddəsinin tələblərindən kənar olmaqla, təqsirləndirilən şəxsə elan olunmamış yeni ittihamın araşdırılması və ittihamın həcminin dəyişdirilməsi ilə nəticələnərdi. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, ## ######## 2025-ci il tarixli ekspert rəyinin “qamış sümüyünün yerdəyişməyən sınığı” ilə bağlı hissəsi hazırkı ittihamın predmetinə daxil olmadığından həmin xüsusat bu cinayət işi üzrə təqsirləndirilən şəxsin təqsirliliyinin müəyyən edilməsi zamanı nəzərə alına bilməz. Məhkəmə kollegiyası, həmçinin təqsirləndirilən şəxs Tərlan İsmayılova qarşı CM-nin 264cü maddəsi ilə irəli sürülmüş ittihama münasibətdə qeyd etməyi zəruri hesab edir ki, həmin norma hüquqi təbiətinə görə müstəqil deyil, törəmə xarakter daşıyan cinayət-hüquqi normadır. Belə ki, CM-nin 264-cü maddəsində nəzərdə tutulan məsuliyyət yalnız CM-nin 263-cü maddəsində müəyyən edilmiş yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində cinayət-hüquqi nəticə yarandığı hallarda tətbiq oluna bilər. Başqa sözlə, CM-nin 264-cü maddəsinin tətbiqi üçün ilkin və zəruri şərt kimi CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin mövcudluğu və şəxsin həmin maddə üzrə təqsirliliyinin sübuta yetirilməsi çıxış edir. Hazırkı iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin əməli ilə zərərçəkmiş şəxsin ölümü arasında səbəbli əlaqə mövcud olmamış, zərərçəkmiş şəxsin ölümü məhz onda əvvəldən mövcud olmuş ağır xəstəliklərin fəsadları nəticəsində baş vermişdir. Bununla da, Tərlan İsmayılovun CM-nin 263-1.3-cü maddəsi üzrə təqsirliliyi təsdiqini tapmamış, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri elementləri, xüsusilə də əməllə ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət hüquqi baxımdan əsas cinayət tərkibindən törədiyi və ona normativ şəkildə bağlı olduğu üçün baza cinayət tərkibi mövcud olmadıqda həmin maddənin ayrıca tətbiqi də mümkün deyildir. Çünki CM-nin 264-cü maddəsinin obyektiv tərəfi müstəqil nəticə deyil, məhz CM-nin 263-cü maddəsində nəzərdə tutulan yol-nəqliyyat hadisəsinin hüquqi davamı kimi çıxış edir. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Tərlan İsmayılovun CM-nin 263-1.3-cü maddəsi üzrə təqsirli bilinməsi istisna edildiyi halda, CM-nin 264-cü maddəsi üzrə də ona cinayəthüquqi məsuliyyət istinad edilə bilməz. Buna görə də həmin maddə ilə bağlı ittiham da hüquqi əsasını itirmiş hesab olunmalıdır. Bundan əlavə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində CM-nin 143-cü maddəsində nəzərdə tutulmuş “təhlükədə qoyma” cinayətinin tərkib əlamətlərinin olubolmamasını da ayrıca müzakirə edərək hesab edir ki, iş üzrə müəyyən edilmiş faktiki hallar həmin maddə üzrə cinayət məsuliyyətinin yaranmasını istisna etdiyindən birinci instansiya məhkəməsinin bu hissədə də gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, CM-nin 143-cü maddəsinə əsasən həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə bu maddə ilə nəzərdə tutulmuş cinayətin tərkibi yaranır. Sözügedən maddənin dispozisiyasından da göründüyü kimi, şəxsin həmin maddə ilə məsuliyyətə cəlb olunması üçün zərərçəkmiş şəxs real olaraq həyat və sağlamlıq üçün təhlükəli vəziyyətdə olmalı, özünü qorumaq imkanından məhrum vəziyyətdə qalmalı və təqsirkar bunu bilərəkdən dərk etdiyi halda ona kömək göstərməməlidir. Halbuki, hazırkı iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, hadisədən dərhal sonra Əskər Xanməmmədov huşsuz, hərəkətsiz və ya köməksiz vəziyyətdə qalmamış, əksinə, atına yenidən minərək təqsirləndirilən şəxsin arxasınca getmiş, şahidlərin gözləri qarşısında onunla sözlü mübahisə etmiş, daha sonra isə sərbəst şəkildə yaşayış yerinə qayıtmış, sonradan özü xəstəxanaya və polis şöbəsinə müraciət etmişdir. Bu hallar zərərçəkmiş şəxsin özünü qorumaq və davranışını idarə etmək imkanından məhrum olmadığını açıq şəkildə təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, CM-nin 143-cü maddəsində nəzərdə tutulmuş cinayətin əsas mahiyyəti şəxsin həyat və sağlamlığı üçün real və qaçılmaz təhlükə qarşısında köməksiz vəziyyətdə buraxılmasından ibarətdir. Hazırkı işdə isə zərərçəkmiş şəxs hadisədən sonra sərbəst hərəkət etmiş, digər şəxslərlə ünsiyyətdə olmuş, tibbi yardım üçün müraciət etmək imkanına malik olmuş və faktiki olaraq həmin imkanlardan istifadə etmişdir. Bu baxımdan, onun “özünü qorumaq üçün tədbir görmək imkanından məhrum şəxs” kimi qiymətləndirilməsi mümkün deyildir. Odur ki, Tərlan İsmayılovun əməlində CM-nin 143-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri də mövcud hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası məhkəmə istintaqında tədqiq edilmiş sübutların hərtərəfli, tam və obyektiv təhlili əsasında belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs İsmayılov Tərlan İsmayıl oğlu tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin hər iki baldır nahiyəsində sıyrıqlarla müşayiət olunan, canlı şəxslərdə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə səbəb olan əməl törədilsə də, onun əməli ilə Əskər Xanməmmədovun ölümü arasında cinayət-hüquqi mənada zəruri olan səbəbli əlaqənin mövcudluğu sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı əldə edilmiş mötəbər sübutlarla müəyyən olunmuşdur ki, zərərçəkmiş şəxsin ölümü hadisə nəticəsində yaranmış posttravmatik ağırlaşmadan deyil, uzun illər ərzində mövcud olmuş ağır kəllə-beyin travmalarının və həmin travmaların yaratdığı xəstəliklərin fəsadlaşması nəticəsində baş vermişdir. Bununla yanaşı, təqsirləndirilən şəxsin hadisə yerindən qaçması, zərərçəkmiş şəxsi köməksiz vəziyyətdə qoyması və ya onun həyatı üçün real təhlükəli vəziyyət yaratması da iş üzrə tədqiq edilmiş sübutlarla təsdiq olunmamışdır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittiham üzrə CM-nin 263-1.3 və 264-cü maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş cinayət tərkiblərinin zəruri əlamətləri mövcud olmadığından, onun qeyd edilən maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilməsi mümkün deyildir. Bununla yanaşı, kollegiya apellyasiya protestində və apellyasiya şikayətində göstərilən dəlilləri də araşdıraraq hesab edir ki, həmin arqumentlər də birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin qanunsuz və ya əsassız olması qənaətinə gəlməyə əsas vermir. Belə ki, apellyasiya protestində və şikayətdə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi bəzi ifadələrə istinad edilərək onun sonradan məhkəmədə verdiyi ifadələrin özünü müdafiə xarakteri daşıdığı göstərilsə də, kollegiya hesab edir ki, həmin hal özü-özlüyündə şəxsin təqsirli bilinməsi üçün kifayət hesab oluna bilməz. Belə ki, CPM-in tələblərinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və şəxsin təqsiri yalnız etirafedici ifadəyə əsaslana bilməz. Məhkəmə hər bir sübutu digər sübutlarla əlaqəli şəkildə qiymətləndirməlidir. Hazırkı iş üzrə isə təqsirləndirilən şəxsin ifadələrini təkzib edən və onun əməli ilə ölüm arasında səbəbli əlaqəni şübhəsiz şəkildə təsdiq edən kifayət qədər mötəbər sübutlar əldə olunmamışdır. Bundan başqa, məhkəmə kollegiyası apellyasiya protestinin Əskər Xanməmmədovun əvvəlki kəllə-beyin travmasının nəticələrinin mövcud olmaması və ölümün həmin travma ilə əlaqələndirilməsinin əsassızlığı barədə dəlili ilə də razılaşmağı mümkün hesab etmir. Belə ki, istinad edilən sənədlərdən görünür ki, Əskər Xanməmmədovun əlillik statusunun 2022-ci ildə uzadılmamasının səbəbi onun sağlam hesab olunması və ya əvvəllər keçirdiyi ağır kəllə-beyin travmasının nəticələrinin tam aradan qalxmasının müəyyən edilməsi deyil, əlilliyin qiymətləndirilməsi üçün təqdim olunmuş göndəriş sənədlərinin natamam tərtib edilməsi olmuşdur. Birinci instansiya məhkəməsinin sorğusuna verilmiş cavabda da açıq şəkildə göstərilmişdir ki, imtinanın səbəbi göndərişin natamam doldurulmasıdır. Bu səbəbdən həmin sənədin məzmunundan şəxsin nevroloji və ya damar mənşəli xəstəliklərinin tamamilə mövcud olmaması barədə nəticə çıxarılması mümkün deyildir. Həmçinin məhkəmə kollegiyası ittiham tərəfinin EEQ müayinəsinin nəticələrinə istinad edərək, məhkəmənin zərərçəkmiş şəxsin ölümünə səbəb olan hemorragik insultun onun əvvəlki travması ilə bağlı olmasına dair gəldiyi nəticənin səhv olduğu barədə dəlilini də əsassız hesab edir. Belə ki, elektroensefaloqrafiya baş beynin elektrik aktivliyinin qiymətləndirilməsinə xidmət edən funksional müayinə üsulu olmaqla, onun nəticələri əsasında şəxsdə əvvəlki travmanın bütün uzaq dövr nəticələrinin, xüsusilə də posttravmatik ensefalopatiyanın, damar mənşəli dəyişikliklərin və ya gələcəkdə inkişaf edə biləcək patologiyaların mövcud olub-olmaması barədə qəti nəticə çıxarıla bilməz. Kollegiya hesab edir ki, EEQ müayinəsində müəyyən ağırlaşmanın qeydə alınmaması öz növbəsində şəxsin əvvəlki ağır kəllə-beyin travmasının nəticələrinin tam aradan qalxmasını və həmin travmanın sonrakı dövrdə nevroloji vəziyyətinə heç bir təsir göstərmədiyi qənaətinə gəlmək üçün yetərli əsas verən hal kimi qəbul oluna bilməz. Eyni zamanda, kollegiya qeyd edir ki, hazırkı iş üzrə əsas məsələ zərərçəkmiş şəxsin əvvəllər əlillik alıb-almaması deyil, onun ölümünün bilavasitə səbəbinin nə ilə əlaqədar olmasının müəyyən edilməsidir. İş üzrə tədqiq olunmuş tibbi sənədlərlə də müəyyən edilmişdir ki, Ə.Xanməmmədov işemik insult keçirmiş, yüksək arterial təzyiq, damar patologiyaları və nevroloji dəyişikliklər fonunda sonradan hemorragik ağırlaşmalar inkişaf etmiş, məhz həmin hallar ölümün səbəbinin müəyyən edilməsində həlledici əhəmiyyət daşımışdır. Bundan əlavə, məhkəmə kollegiyası ittiham tərəfinin birinci instansiya məhkəməsinin bəzi sübutlara üstünlük verərək digər sübutları nəzərə almaması barədə dəlillərini də iş materialları ilə təsdiq olunmadığından əsaslı dəlil kimi qəbul etmir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmünün məzmunundan görünür ki, məhkəmə həm ittiham, həm də müdafiə tərəfinin təqdim etdiyi bütün sübutları tədqiq etmiş, hər bir sübuta aidiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından ayrıca hüquqi qiymət vermişdir. Bütün bunlara əsasən kollegiya birinci instansiya məhkəməsinin sübutları seçmə qaydada deyil, qarşılıqlı müqayisə etməklə qiymətləndirdiyi qənaətinə gəlir. Məhkəmə kollegiyası, həmçinin zərərçəkmiş şəxsin hüquqi varsinin nümayəndəsinin apellyasiya şikayətində irəli sürdüyü mülki iddianın təmin olunması ilə bağlı tələbə də münasibət bildirilməsini zəruri hesab edir və qeyd edir ki, cinayət mühakimə icraatında mülki iddianın təmin edilməsinin əsas şərti iddia edilən ziyanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində və ya həmin əməllə birbaşa səbəbli əlaqədə yaranmasının müəyyən edilməsidir. Başqa sözlə, mülki-hüquqi məsuliyyətin cinayət prosesi çərçivəsində tətbiqi üçün ilk növbədə təqsirləndirilən şəxsin cinayət-hüquqi məsuliyyətini doğuran əməlinin mövcudluğu və həmin əməl ilə tələb olunan zərər arasında hüquqi əlaqənin sübuta yetirilməsi zəruridir. Hazırkı iş üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Tərlan İsmayılovun əməli ilə Əskər Xanməmmədovun ölümü arasında cinayət-hüquqi mənada səbəbli əlaqə mövcud olmamış, zərərçəkmiş şəxsin ölümü ona əvvəllər təyin edilmiş ağır kəllə-beyin travmasının nəticələri, uzun müddət ərzində formalaşmış damar və nevroloji patologiyalar, işemik insult və sonradan inkişaf etmiş hemorragik proses nəticəsində baş vermişdir. Kollegiya tərəfindən iş üzrə tədqiq edilmiş sübutların məcmusu əsasında həmçinin müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham üzrə CM-nin 263-1.3 və 264-cü maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş cinayət tərkiblərinin zəruri əlamətləri sübuta yetirilməmişdir. Bu halda zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən tələb olunan maddi zərər, mənəvi zərər və ailə başçısını itirməyə görə ödənilməli olduğu iddia edilən vəsaitlərin təqsirləmndirilən şəxsə istinad olunan cinayət nəticəsində yarandığının qəbul edilməsi üçün hüquqi əsas mövcud deyildir. Çünki həmin tələblər birbaşa olaraq təqsirləndirilən şəxsin zərərçəkmişin ölümünə səbəb olması barədə iddiaya əsaslanmışdır. Halbuki məhkəmə araşdırması zamanı məhz bu hal öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021ci il tarixli Plenum Qərarının 74-cü bəndində qeyd olunur ki, bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Mülki-Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunan qanunvericilik normalarının tələblərini nəzərə almaqla, məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi mülki iddianın baxılmamış saxlanılması barədə gəldiyi nəticə qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş hallara tam uyğun olmuş, belə yanaşma həm cinayət-prosessual qanunvericiliyin tələblərinə, həm də şəxslərin sonradan müvafiq mülki mühakimə icraatı qaydasında öz hüquqlarını müdafiə etmək imkanının qorunması prinsipinə uyğun olmuşdur. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutların müqayisəli təhlilini aparıb, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı əldə olunmuş sübutlara onların mənsubiyyəti, mötəbərliyi, yaranma və əldə olunma mənbəyinə Cinayət-Prosessual Qanunvericiliyin sübutetmə əsaslarına dair prinsipləri baxımından qiymət verərək belə qənaətə gəlir ki, İsmayılov Tərlan İsmayıl oğlunun ona ibtidai istintaq orqanı tərəfindən istinad edilən əməli, yəni Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ittiham tərəfindən təqdim olunmuş və birinci instansiya məhkəməsində və apellyasiya baxışında tədqiq olunmuş sübutlarla təsdiq olunmur, ittiham tərəfi isə həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmişdir. Məhkəmə kollegiyası, eyni zamanda əlavə olaraq qeyd edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin II hissəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsində də eyni müddəa yer almış və qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olubolmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Cinayət-prosessual qanunvericiliyin sübutetmədən bəhs edən XV fəslində isə təqsirin sübuta yetirilməsinin hüquqi proseduru aşağıdakı kimi müəyyən edilmişdir. Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir (CPM-nin 139.0 və 139.0.1-ci maddələri). CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1 və 145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmçinin, Cinayət-Prosessual Məcəlləsinin: 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 146.2-ci maddəsinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi aşağıdakılara nail olunmasına kömək edir: 146.2.1. ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına; 146.2.2. cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə; 146.2.3. cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə. 146.3-cü maddəsinə əsasən sübutların məcmusunun toplanması aşağıdakılara gətirib çıxarmamalıdır: 146.3.1. sübut materiallarının lüzumsuz artıq toplanmasına; 146.3.2. ibtidai araşdırmanın və ya məhkəmə baxışının uzadılmasına (süründürməçiliyə). Həmçinin CPM-nin 21.3-cü maddəsi Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin II hissəsindən çıxış edərək təqsirləndirilən (və ya şübhəli) şəxsi öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Qüvvədə olan cinayət prosessual qanunvericiliklə cinayət təqibi ilə bağlı icraatda sübut etmə yükü ittiham tərəfinin üzərinə qoyulmuşdur. İttiaham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayaraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin (təqsirləndirilən və ya şübhəli şəxsin, müdafiəçinin, mülki cavabehin) müdafiə üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində də oxşar norma nəzərdə tutulmuş və qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrində təsbit edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab olunur. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə istintaqı zamanı tədqiq etdiyi sübutları tam, hərtərəfli və obyektiv şəkildə araşdırmış, həmin sübutları bir-birilə müqayisəli şəkildə təhlil etmiş və əldə etdiyi nəticələrə düzgün cinayət-hüquqi qiymət verərək İsmayılov Tərlan İsmayıl oğluna haqlı olaraq CM-nin 263-1.3 və 264-cü maddələri ilə bəraət vermiş, nəticə etibarilə qanuni və əsaslı hökm çıxarmışdır. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin və apellyasiya şikayətinin Tərlan İsmayılovun CM-nin 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulan əməlin törədilməsində təqsirli olması ilə bağlı dəlilləri formal mülahizələrə əsaslanmaqla, məhkəmənin qanuni, əsaslı və ədalətli hökmünün ləğv edilməsi üçün kifayət qədər əsas vermir. CPM-nin 399.3-cü maddəsinə əsasən «işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz». Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi belə presedent formalaşdırmışdır ki, sübutlar inandırıcı və yetərli olmalıdır. Odur ki, kollegoiya hesab edir ki, dövlət ittihamçısı X4 tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis İmran qızının nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Dövlət ittihamçısı X4 tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis İmran qızının nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu gündən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Pərviz Əhmədov Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(3-9)-203/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-203/2026
21.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver