Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-204/2026 26.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Həşimov Yaşar Xanoğlan oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Verdinejad Mohsen Bəhmən oğlunun, tərcüməçi X6, təqsirləndirilən şəxsin müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil müdafiəçi1 iştirakları ilə. ## #### 1985-ci ildə İran İslam Respublikasının Astara şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada sürücü işləyən, məhkum olunmamış, İran İslam Respublikası, Astara şəhəri, Ləvəndevil rayonu, küçə 18 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş; Verdinejad Mohsen Bəhmən oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 206.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Əsədullayev İrfan İlyas oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, cinayət kollegiyası qərar verdi. İ.İŞİN HALLARI: Cinayət işi üzrə işin faktiki hallarına əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, İran İslam Respublikasının vətəndaşı, təqsirləndirilən şəxs Verdinejad Mohsen Bəhmən oğlu ## ######## 2025-ci il tarixədək olan müddətdə İran İslam Respublikasının ərazisində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-2,757 qram psixotrop maddə olan metamfetamin və ümumi təsiredici miqdarı 0,392 qram təşkil edən xeyli miqdarda- 9 ədəd bütöv və 4 ədəd qırıntıdan ibarət narkotik vasitə olan metadon həbləri əldə edib, saxlamış, bundan sonra malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək metadon həblərini özünə məxsus “Nokia” markalı mobil telefonun içərisində-telefonun içərisində olan batareyka çıxarılıb onun yerinə qoyulmaqla, 3 ədəd metamfetamin bükümü özünə məxsus “Nokia” markalı digər mobil telefonun içərisindətelefonun içərisində olan batareyka çıxarılıb onun yerinə qoyulmaqla və 1 ədəd metamfetamin bükümü isə çəhrayı rəngli kağıztikən alətin (steplerin) içərisində yerləşdirib gömrük nəzarətindən gizlədib saxlayıb, içərisində narkotik vasitə və psixotrop maddə olan həmin telefonları və kağıztikən aləti (stepleri) idarə etdiyi “X1 LS1843” markalı, **AI***/**AI*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin sürücü kabinəsində əşyaların qoyulması üçün nəzərdə tutulan yerə qoyub İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıyaraq ## ######## 2025-ci il tarixdə, saat 00 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən Rəsmiləşdirmə mərkəzinin 1-ci bölməsində yük maşınları üçün nəzərdə tutulmuş idxal xəttində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmiş və ## ######## 2025-ci il tarixdə, saat 03 radələrində gömrük əməkdaşları tərəfindən gömrük nəzarəti qaydasında Mohsen Verdinejadın idarə etdiyi “X1 LS1843” markalı, **AI***/**AI*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi yoxlanılarkən nəqliyyat vasitəsinin sürücü kabinəsində əşyaların qoyulması üçün nəzərdə tutulan yerdə olan iki ədəd “Nokia” markalı mobil telefonların içərisindən və bir ədəd kağıztikən atəlin (steplerin) içərisindən külli miqdarda- 2,757 qram psixotrop maddə olan metamfetamin və ümumi təsiredici miqdarı 0,392 qram təşkil edən xeyli miqdarda-9 ədəd bütöv və 4 ədəd qırıntıdan ibarət narkotik vasitə olan metadon həbləri aşkar edilib götürülmüşdür Məhkəmənin ittiham hökmü ilə (hakimlər: X2 (sədrlik edən), X3 və X5 ibarət tərkib) Verdinejad Mohsen Bəhmən oğlu Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 206.2ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına və Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli ## ######## 2025-ci il tarixdən hesablanmış və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən o, təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkib qurtardıqdan dərhal sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmaqla Cinayət Məcəlləsinin 52.1-1-ci maddəsinə əsasən onun Azərbaycan Respublikasına gəlmək hüququ bu hökm üzrə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmış, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən onun barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, məcburi müalicə olunması, habelə yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması və maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələlər həll olunmuşdur. II.APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxsin müdafiəçisi Əsədullayev İrfan İlyas oğlu apellyasiya şikayətində qeyd etmişdir ki, təqsirləndirilən şəxs Verdinejad Mohsen Bəhmənə elan edilmiş ittihamda özünü təqsirli bilməklə əməlini səmimi olaraq etiraf etmişdir. Himayəsində yaşlı ana və atası vardır. Bundan əlavə evlidir, ailəsində yeganə qazanc gətirən şəxsdir. Müsbət xarakterizə olunur. Bütün bunlar məhkəmə tərəfindən nəzərə alınıb barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, aşağı həddə və yaxud cərimə növündə cəza təyin edilməsi mümkün idi. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün dəyişdirilməsi, İran İslam Respublikası vətəndaşı Verdinejad Mohsen Bəhmən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla daha aşağı həddə azadlıqdan məhrumetmə cəzasının və yaxud cərimə cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. III.PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsi tərəfindən Verdinejad Mohsen Bəhmən oğlunun əməlinin düzgün tövsif olunduğunu, ona qanuni və ədalətli cəza təyin edildiyini qeyd edərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Verdinejad Mohsen Bəhmən oğlu və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış etmiş, onlar apellyasiya şikayətinin təmin edilməsini, sonunda müdafiəçi İran İslam Respublikası vətəndaşı Verdinejad Mohsen Bəhmən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla daha aşağı həddə azadlıqdan məhrumetmə cəzasının, cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. IV.HÜQUQİ MƏSƏLƏLƏR: Аzərbаycаn Respublikаsının CPM-in 397.1-ci mаddəsinə əsasən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və bu Məcəllənin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. Həmin Məcəllənin 397.2-ci mаddəsinə əsasən birinci instаnsiyа məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən yаlnız аpellyаsiyа şikаyətinin və yа аpellyаsiyа prоtestinin hüdudlаrındа yоxlаnılır. Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətində ağırlığına görə açıq-aydın ədalətsiz cəza təyin edilməsini iddia edərək, daha yüngül cəzanın təyin edilməsi haqqında qərarın qəbul edilməsi barədə tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.5. və 404-cü maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Apellyasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Verdinejad Mohsen Bəhmən oğlunun əməlini Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə tövsif etmişdir. Kollegiya Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinin mümkünlüyünü müzakirə edərək qeyd edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında apellyasiya şikayətlərində qeyd olunan yüngülləşdirici halların təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə əsas verib-verməməsini araşdıraraq məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; Cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; İştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərqləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. Cinayət Məcəlləsinin 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, Cinayət Məcəlləsinin 62.2ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. Cinayət Məcəlləsinin 62.1-ci maddəsi isə, əksinə, hansı halların Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təqribi dairəsini müəyyənləşdirir. Həmçinin məhkəmə kollegiyası vurğulayır ki, Cinayət Məcəlləsinin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özü özlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (Cinayət Məcəlləsinin 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq Cinayət Məcəlləsinin 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların Cinayət Məcəlləsinin 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, eləcə də Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, Cinayət Məcəlləsinin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi tədbir kimi qəbul edilməsinə yol vermir. Bu normaların tələbləri məhkəmə kollegiyasına belə qənaətə gəlmək üçün əsas verir ki, iş üzrə sübutlar əsasında müəyyən edilmiş hallar, Mohsen Verdinejadın özünü təqsirli bilməklə əməlini səmimi olaraq etiraf etməsi, himayəsində yaşlı ana və atasının olması, ailəli olması və ailəsində yeganə qazanc gətirən şəxs olması, eləcə də yaşayış yeri üzrə müsbət xarakterizə olunmaları, əməllərini etiraf etməsi müstəsna hallar kimi qiymətləndirilmə üçün kifayət etmir. Nəzərə alınmalıdır ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehsalı, tələbatı və dövriyyəsinin artım miqyası insanların sağlamlığına və rifahına ciddi təhlükə yaradan, cəmiyyətin iqtisadi, mədəni və siyasi əsaslarına mənfı təsir göstərən vəziyyətdədir, bu səbəblə bu növ cinayətlərin qarışısının alınması, cinayətkar şəxslərin ifşa olunması üçün qanunla təxirəsalınmaz tədbirlər müəyyən olunmuşdur. Odur ki, məqsəd və prinsiplər baxımından cəmiyyətin maraqları fərdi maraqlardan hər bir halda üstün götürülməlidir. Mohsen Verdinejad xəstə olması səbəbi ilə metodon həbi qəbul etməsini qeyd edir. Bu vəziyyətdə onun əlavə olaraq külli miqdarda-2,757 qram psixotrop maddə olan metamfetamin əldə edib qaçaq yolla ölkə ərazisinə keçirməsinə əsas yox idi. Ona görə də, kollegiya onun qeyd olunan maddələri xəstəliyi ilə əlaqədar daşımasını üzürlü hal hesab edə bilməz. Kollegiya qeyd edir ki, təqsirləndirilən şəxs Mohsen Verdinejadın əməllərində Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində göstərilən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmiş, həmçinin təqsirləndirilən şəxs Mohsen Verdinejadın cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran halların mövcud olmadığı halda belə birinci instansiya məhkəməsi Verdinejad Mohsen Bəhmən oğlunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə yaxın cəza təyin etmişdir. Beləliklə işin faktiki hallarına əsasən, Cinyət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinin mümkünlüyü məsələsini təhlil edərək məhkəmə kollegiyası hesab edir ki, Verdinejad Mohsen Bəhmən oğlunun həmin maddəni tətbiq etməklə ona törətdiyi cinayət əməlinə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilməz. CPM-in 397.2-ci mаddəsinə əsasən birinci instаnsiyа məhkəməsi tərəfindən cinаyət qаnununа və bu Məcəllənin nоrmаlаrınа riаyət edilməsi аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən аpellyаsiyа şikаyətinin və аpellyаsiyа prоtestinin dəlillərindən аsılı оlmаyаrаq yоxlаnılır. Qeyd olunan prosessual tələbə uyğun olaraq cinayət qanunverciliyinin maddi və prosessual normalarının qanunauyğunluğu, habelə təyin olunan cəzanın ədalətliliyi və cəzanın məqsədlərinə mütənasibliyi yoxlanılmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunanlar birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1. və 398.1.1-ci maddələrinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməkdə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin halları cinayət qanunvericiliyinin məqsədinə uyğun, tətbiqini mümkün hesab etmir. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, Verdinejad Mohsen Bəhmən oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxsin müdafiəçisi Əsədullayev İrfan İlyas oğlunun apellyasiya şikayəti təmin edilməsin. Verdinejad Mohsen Bəhmən oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-204/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-204/2026
26.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver