Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-206/2026 09.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə ##.##.1983-cü ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş MÜƏYYƏN E T D İ: Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli hökmü ilə (sədrlik edən hakim Səlim Allahverdiyev) Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən ona Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə təyin olunmuş 03 (üç) il 03 (üç) ay azadlıqdan məhrum etmə cəzası hazırkı cəza ilə qismən birləşdirilmiş və ona qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Həmin hökmə əsasən CM-in 69.3-cü maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs 15 sentyabr – ## ######## 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılması bir gün həbsdə saxlanılma bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hesablanmış, təyin edilmiş 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından 02 (iki) gün çıxılmış və onun üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması və Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması qərara alınmışdır. Hökmlə maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmünün dəyişdirilməsini, barəsində amnistiya aktının tətbiq edilməsini və cəzasının 06 (altı) ay azaldılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- */**** nömrəli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, satış məqsədi olmadan xeyli miqdarda, yəni təmiz çəkisi 430,0 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib, bir ədəd polietilen torbanın içərisində əynində olan tünd boz rəngli gödəkçənin alt hissəsində saxlamış, ## ###### 2024-cü il tarixdə saat 19 radələrində Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhəri İ.Isgəndərov küçəsində saxlanılaraq Sabirabad şəhəri H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada saat 20:20-də üzərində şəxsi axtarış aparılan zaman əynindəki tünd boz rəngli gödəkçənin alt hissəsində olan bir ədəd polietilen torbadan təmiz çəkisi 430,0 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü ilə ona qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, lakin birinci instansiya məhkəməsi hökm çıxararkən “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarını nəzərə almamışdır. Buna görə də barəsində həmin amnistiya aktının tətbiq edilməsini və cəzasının 06 (altı) ay azaldılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz verilməmiş, həmçinin hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı X1 məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin əsassız olduğunu, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün verilmiş şikayətə münasibətdə dəyişdirilmdən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 ayrı-ayrılıqda çıxış edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, apellyasiya şikayətinin təmin edilməsini və məhkum barəsində amnistiya aktının tətbiq olunmasını xahiş edilər. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda yoxlamalı, bunun nəticəsində CPM-in 403–405-ci maddələrində nəzərdə tutulmuş hallar aşkar edildikdə, şəxsin vəziyyətini yaxşılaşdırmaqla yekun qərarı dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər. Apellyasiya şikayətinin məzmunundan görünür ki, məhkum edilmiş şəxs iş üzrə sübutların qiymətləndirilməsini, əməl üzrə müəyyən edilmiş faktiki halları, təqsirlilik məsələsini və əməlin hüquqi tövsifini mübahisələndirməmiş, yalnız onun barəsində əvvəlki qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə təyin edilmiş və hazırkı hökmə CM-in 66.5-ci maddəsi qaydasında birləşdirilmiş cəzaya münasibətdə amnistiya aktının tətbiq edilməməsini apellyasiya dəlili kimi irəli sürmüşdür. Bu səbəbdən məhkəmə kollegiyası işin faktiki hallarını apellyasiya şikayətinin həmin hüdudlarında yoxlayır və hüquq məsələsi kimi amnistiya aktının məhz əvvəlki məhkəmə qərarı üzrə təyin edilmiş, hazırkı qəti cəzanın tərkibinə daxil edilmiş cəzaya təsirini müzakirə edir. Məhkəmə kollegiyası apellyasiya şikayətini müzakirə edib, məhkum edilmiş şəxsin, müdafiəçinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü cəza hissəsində dəyişdirilməli və məhkum edilmiş şəxsin üzərində saxlanılmış qəti cəza 06 (altı) ay azaldılmalıdır. Belə ki, Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin əmələ görə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bundan sonra CM-in 66.5-ci maddəsinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə ona təyin olunmuş 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı cəza ilə qismən birləşdirilmiş və CM-in 69.3-cü maddəsi tətbiq edildikdən sonra onun üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. CM-in 66.5-ci maddəsinin mənasına görə, hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olduğu müəyyən edildikdə, sonrakı hökm üzrə cəza təyin edilərkən cinayətlərin məcmusu qaydaları tətbiq olunur və əvvəlki hökm üzrə təyin edilmiş cəza yeni hökm üzrə təyin edilmiş cəza ilə müvafiq qaydada birləşdirilir. Bu norma cəzaların mexaniki toplanması deyil, əvvəlki qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə mövcud olan cəzanın hüquqi nəticələrinin sonrakı hökmün qəti cəzasına daxil edilməsi qaydasını müəyyən edir. Bu baxımdan Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm çıxarılarkən sadəcə rəqəm kimi deyil, qanuni qüvvəyə minmiş, müstəqil icra olunmuş və icra prosesində hüquqi nəticələr doğurmuş məhkəmə qərarı üzrə cəza kimi nəzərə alınmalı idi. Həmin qərar ## ###### 2025-ci il tarixli amnistiya aktı qüvvəyə minənədək artıq qanuni qüvvəsini almış və icraya yönəldilmiş olduğundan, amnistiya aktının həmin qərar üzrə təyin edilmiş cəzaya təsiri ayrıca qiymətləndirilməli idi. “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3-cü hissəsində bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, həmin hissədə göstərilən məhkumların cəzasının 06 ay azaldılması nəzərdə tutulmuşdur. Həmin Qərarın 3.1ci bəndinə əsasən az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 01 ildən artıq olan şəxslərin cəzası 06 ay azaldılır. Eyni Qərarın 5.2.3-cü bəndinə əsasən məhkəmələr bu Qərarın 3-cü hissəsində nəzərdə tutulan şəxslərin cəzalarını azaldırlar; 5.3-cü bəndinə görə isə icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 5.1 və 5.2ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edirlər. Qərarın 9-cu hissəsinə əsasən isə bu Qərarın 1–3-cü hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş, həmçinin həmin tarixədək qüvvəyə minmiş məhkəmə qərarları əsasında cəza təyin edilmiş şəxslər barəsində tətbiq edilir. Məhz Qərarın 9-cu hissəsi hazırkı iş üzrə əsas hüquqi əhəmiyyət daşıyır. Çünki Təqsirləndirilən şəxs barəsində Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı amnistiya aktı qəbul edilənədək qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmuş, həmin qərar üzrə təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası icraya yönəldilmiş və Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü çıxarılanadək hüquqi qüvvədə qalmışdır. Buna görə də həmin əvvəlki qərar üzrə təyin edilmiş cəza amnistiya aktının 3.1-ci bəndinin təsir dairəsinə düşür. Iş materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə müəyyən edilmiş 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, amnistiya aktının qüvvəyə mindiyi ## ###### 2025-ci il tarixdə həmin cəzanın çəkilməmiş hissəsi 1 ildən artıq olmuşdur. Deməli, Qərarın 3.1-ci bəndində nəzərdə tutulmuş “çəkilməmiş hissəsi 1 ildən artıq olan” meyarı həmin əvvəlki cəza üzrə mövcud olmuşdur. Belə olan halda, Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü çıxarılarkən CM-in 66.5-ci maddəsi üzrə birləşdirməyə daxil edilən əvvəlki 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilk növbədə amnistiya aktına əsasən 06 (altı) ay azaldılmış, yəni 02 (iki) il 09 (doqquz) ay müddətində cəza kimi nəzərə alınmalı idi. Birinci instansiya məhkəməsi isə həmin əvvəlki cəzanı amnistiya aktının təsiri qiymətləndirilmədən tam həcmdə cəzaların məcmusuna daxil etmiş, bunun nəticəsində məhkumun üzərində saxlanılmış qəti cəza 06 (altı) ay artıq müəyyən edilmişdir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, hazırkı halda amnistiya aktının tətbiqi Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi üzrə məhkum edildiyi yeni əmələ görə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının ayrıca azaldılması kimi deyil, məhz Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, qanuni qüvvəyə minmiş və hazırkı hökmə CM-in 66.5-ci maddəsi qaydasında birləşdirilmiş əvvəlki cəzaya münasibətdə tətbiq edilməlidir. Bu yanaşma həm amnistiya aktının 9-cu hissəsinin məzmununa, həm də CM-in 66.5-ci maddəsinin hüquqi mahiyyətinə uyğundur və iki dəfə güzəşt tətbiqi anlamına gəlmir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, iş materiallarında Təqsirləndirilən şəxs barəsində amnistiya aktının 3.1-ci bəndinin tətbiqini istisna edən hal müəyyən olunmamışdır. Amnistiya aktı cinayət törətmiş şəxslərə münasibətdə humanizm prinsipinin həyata keçirilməsinə yönəlmiş normativ hüquqi aktdır və onun şərtləri mövcud olduqda, xüsusilə qanuni qüvvəyə minmiş əvvəlki məhkəmə qərarı üzrə cəzanın çəkilməmiş hissəsi qanunda göstərilən meyara uyğun gəldikdə, həmin aktın tətbiqi məhkəmənin mülahizəsindən asılı olmayaraq hüquqi vəzifə kimi çıxış edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını dəyişdirmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli hökmü cəza hissəsində dəyişdirilməli, CM-in 66.5-ci maddəsinə əsasən Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli hökmü ilə CM-in 234.1-ci maddəsi əsasında Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ona əvvəllər Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə təyin edilmiş 03 il 03 ay müddətə azadlıqdan azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və ona cinayətlərin məcmusu qaydasında 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən ona CM-in 66.5-ci maddəsinə əsasən təyin edilmiş 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 06 ay azaldılmalı, həmçinin CM-in 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 02 gün, cəzanın bir günü bir gün hesablanmaqla, ona cinayətlərin məcmusu qaydasında təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq 03 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə cəza hissəsində dəyişdirilsin. CM-in 66.5-ci maddəsinə əsasən Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli hökmü ilə CM-in 234.1-ci maddəsi əsasında Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ona əvvəllər Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə təyin edilmiş 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona cinayətlərin məcmusu üzrə 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən ona CM-in 66.5-ci maddəsinə əsasən təyin edilmiş 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 06 ay azaldılsın, həmçinin CM-in 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 02 gün, cəzanın bir günü bir gün hesablanmaqla, ona cinayətlərin məcmusu qaydasında təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs Ağababa oğlunun üzərində qəti olaraq 03 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-206/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-206/2026
09.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver