Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-209/2026 20.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər X5 (sədrlik edən), Hacıyev Pərviz Vaqif oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə Səmədov Alim Nadir oğlunun katibliyi Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X6 Müdafiəsi üzrə Idarəsinin şöbə prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə MÜƏYYƏN ETDI: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər O.Y.Cəlilov (sədrlik edən), X.A.Nuriyev və N.H.Məmmədov) ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü ilə ##.##.1991-ci ildə Xanlar (hazırda Göygöl) rayonunun Aznij (hazırda Firuzabad) qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada taksi sürücüsü işləmiş, əvvəllər, məhkum olunmamış, Göygöl rayonunun Firuzabad qəsəbəsində yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 7 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ##.##.2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi qərara alınmış, həmçinin iş üzrə maddi sübut və məhkəmə məsrəfinə dair məsələlər həll edilmişdir. Işin halları Məhkəmənin hökmünə görə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tanış olduğu “Yasin” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə olunması, saxlanması və daşınmasına razılaşaraq, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvləri tərəfindən məlum olmayan vaxtda və şəraitdə üç ədəd torbada qablaşdırılmış və ayrı-ayrı bağlamalarda külli miqdarda-28725 qram narkotik vasitə olan qurudulmuş marixuananın Beyləqan rayonunun Əhmədli kəndinin ərazisində gizlədilməsi barədə məlumat verilməsindən sonra o, ## ##### 2025-ci il tarixdə, saat 23 radələrində idarə etdiyi etdiyi “Toyota Prius” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin əraziyə gedib orada avtomobili saxlamış və götürəcəyi narkotik vasitənin qoyulduğu yeri ona göndərilən məkan və fotoşəkillə dəqiqləşdirdikdən sonra ## ### 2025-ci il tarixdə, saat 00:15 radələrində Beyləqan rayonunun Əhmədli kəndinin ərazisində yolun kənarında olan otluq və ağaclıq sahədə gizlədilmiş yerdə üç ədəd torbaları axtarıb tapıb həmin torbalarda qablaşdırılmış və ayrı-ayrı bağlamalarda külli miqdarda-28725 qram narkotik vasitə olan qurudulmuş marixuananı götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib, bu maddələri gəldiyi avtomobilə daşıyarkən, daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən ## ### 2025-ci il tarixdə, saat 00:15 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayonunun Əhmədli kəndinin ərazisində Təqsirləndirilən şəxs saxlanılmış və həmin yerdə Təqsirləndirilən şəxs məxsus üç ədəd torbada qablaşdırılmış və ayrı-ayrı bağlamalarda külli miqdarda-28725 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin qeyd olunan hökmündən müdafiəçi Müdafiəçi Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə daha aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 7 kq narkotik vasitə olan marixuana (bir kisə) ilə bağlı özünü təqsirli bilməklə əməlini səmimi şəkildə qismən etiraf etmiş, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş, əvvəllər məhkumluğu olmamışdır. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi işin halları ilə tam uzlaşır. Belə ki, ibtidai istintaq zamanı narkotik vasitələrin iki ədəd fotoşəkili çəkilmişdir. Bu fotoşəkillərdən biri otaq şəraitində, digəri isə ağaclıq ərazidə çəkilib. Təqsirləndirilən şəxs ## ##### 2025-ci ildə təxminən saat 22 radələrində saxlanıldığını bildirsə də, hökmdə bu hal təhrif edilmişdir. Saxlanılana qədər ona yalnız bir fotoşəkil göndərilmiş və ağaclığın içində bir ədəd kisədə 7 kq narkotik vasitə olan marixuana ilə bağlı Yasinlə razılıq əldə edilmişdir. Lakin əvvəllər tanımadığı və heç vaxt əlaqə saxlamadığı Səccad adlı şəxs isə Təqsirləndirilən şəxs tutulandan sonra, yəni ## ##### 2025-ci ildə təxminən saat 23 radələrində ona ikinci fotoşəkili başqa bir mobil telefon nömrəsindən (+989922384461) göndərmiş və otaq şəraitində çəkilmiş görüntüdə iki əlavə kisə də olmuşdur. Təqsirləndirilən şəxs qorxduğu üçün əvvəlcə fiziki zorakılığa məruz qalmadığını bildirsə də, daha sonra onu döyərək əlavə iki kisə narkotik vasitə ilə yükləndiyini bildirmişdir. Iş materiallarında olan videodiskdən görünür ki, Təqsirləndirilən şəxs sağ gözünün yuxarı hissəsi (qaşı) qızarıb və şişib. Yumruqla endirilən zərbəyə oxşardır. Qara çantaya işarə edib bildirir ki, bu mənə aiddir (videoçəkilişin son hissələri). Müdafiə tərəfi olaraq məhkəməyə vəsatət verərək özünü iranlı kimi təqdim edən Yasin adlı şəxsin istifadəsində olan 055-213-93-79, +989387489190 və özünü iranlı kimi təqdim edən tanımadığı Səccad adlı şəxsin istifadəsində olan +************ saylı mobil nömrələrin, habelə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin ## ###### 2025-ci il saat 00:00-dan ## ### 2025-ci il saat 00:00-dək olan müddətə giriş-çıxış zəngləri və anten dairəsi məlumatlarının götürülməsini xahiş etmişlər, lakin vəsatət əvvəlcə baxılmamış saxlanılmış, daha sonra isə ona münasibət bildirilməmişdir. Təcridxanaya xəsarətlə bağlı sorğunun verilməsi üçün vəsatət təmin edilsə də, məhkəmə tərəfindən müvafiq sorğu göndərilməmişdir. Lakin videoçəkiliş fiziki zorakılıqla bağlı halı təsdiq edir. Qeyd etmək lazımdır ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Prosessual məsələlər Apellyasiya baxışında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə etdilər və şikayətin məzmununa uyğun çıxış edib onun təmin olunmasını, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə aşağı həddə cəza təyin edilməsini məhkəmə kollegiyasindan xahiş etdilər. Müdafiəçi və təqsirləndirilən şəxs əlavə olaraq bildirmişlər ki, sonuncu yalnız 7 kq marixuana ilə bağlı Iran vətəndaşı ilə razılaşmışdır. Lakin sərhəddə narkotik vasitəni götürmək istəyərkən tutulmuş və əlavə olaraq iki kisə narkotik vasitə onun götürmək istədiyi 7 kq marixuanaya əlavə edilərək, narkotik vasitənin ümumu çəkisi 28.725 kq-a çatdırılmışdır. Ona görə də hesab edirlərki, bu xüsusat da nəzərə alınmaqla cəza yüngülləşdirilməlidir. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı və törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olduğunu bildirdi və bu səbəbdən şikayətin təmin edilməməsini, hökmün isə dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Ilk növbədə qeyd olunmalıdır ki, müdafiə tərəfi apellyasiya müraciətində təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın aşağı həddə endirilməsini xahiş etsə də, işin faktiki hallarını mübahisələndirmiş, təqsirləndirilən şəxsin bir ədəd kisədə 7 kq narkotik vasitə olan marixuananı götürmək üçün Beyləqan rayonuna getdiyini, həmin kisədən əlavə iki ədəd kisədə olan narkotik vasitədən məlumatının olmadığını və fiziki təzyiq altında iki kisənin də ona məxsus olduğunu dediyini qeyd etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, habelə təqsirləndirilən şəxsin apellyasiya baxışında verdiyi izahatı cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdıraraq müdafiə tərəfinin dəlillərini təsdiq edən əsaslar müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CM-in 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-in 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmçinin, təqsirləndirilən şəxsin ittiham edildiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinə görə narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz olaraq satış məqsədilə külli miqdarda və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən əldə edilməsi, saxlanılması, daşınması cinayət məsuliyyətinə səbəb olan əməl kimi təsbit edilmişdir. Hansı halların satış məqsədinə dəlalət etməsi cinayət qanunvericiliyində birbaşa göstərilməsə də, belə məqsədin işin faktiki hallarına əsasən müəyyən edilməsi mümkündür. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Plenum qeyd olunan qərarında bu qəbildən olan cinayətlərin qrup, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə də izah vermişdir. Belə ki, qərarın 12-ci bəndində məhkəmələr izah edilmişdir ki, belə kateqoriyadan olan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Onu da qeyd etmək lazımdır ki, törədilən cinayətin tərkib əlamətlərinin müəyyən edilməsi və əməlin Cinayət Qanunu norması üzrə tövsif edilməsi yuxarıda qeyd edilən Cinayət Məcəlləsinin müvafiq normaları əsasında aparılsa da, törədilən əməlin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi prosedurlar əsasında aparılır. Bu mənada Cinayət-Prosessual Məcəllənin müvafiq normalarının müəyyən etdiyi hüquqi prosedurların xatırladılması da zəruridir. Azərbaycan Respublikası CPM-in 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 124.1 və 124.2-ci maddələrinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, yuxarıda qeyd edilən normativ-hüquqi aktların tələblərindən görünür ki, yalnız yuxarıda göstərilən hüquqi prosedurlar daxilində əldə edilmiş, yoxlanılmış və qiymətləndirilmiş sübutların əsasında gəlinən nəticələr məhkəmə hökmünün əsasını təşkil edə bilər. Təsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın mahiyyəti ondan ibarətdir ki, o, tanış olduğu “Yasin” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə olunması, saxlanması və daşınmasına razılaşaraq, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvləri tərəfindən məlum olmayan vaxtda və şəraitdə üç ədəd torbada qablaşdırılmış və ayrı-ayrı bağlamalarda külli miqdarda- 28725 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş və daşımışdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin qabaqcadan əlbir olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilk növbədə onun qabaqcadan razılaşaraq Beyləqan rayonuna getməsi və bilavasitə cinayət başında yaxalanmaları ilə təsdiq olunur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu vaxtdan apellyasiya baxışınadək olan müddət ərzində ibtidai istintaqa və məhkəməyə verdiyi ifadə və izahatlarında Iran Islam Respublikasının vətəndaşı olan Yasın adlı şəxslə narkotik vasitə barədə razılaşmasının olduğunu təsdiq etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tanıyır və aralarında yaxşı münasibətlər olmuşdur. Əvvəllər narkotik vasitələrdən istifadə etmiş, həmçinin Şəhriyar da narkotik vasitələrin istifadəçisi olmuşdur. Iran vətəndaşı olan “Yasin” adlı şəxs onun tanışı olmuş və həmin şəxsdən əvvəllər narkotik vasitələr alıb istifadə etmiş, həmçinin Şəhriyar da “Yasin”i onun vasitəsilə tanımışdır. O, narkotiklə bağlı polis əməkdaşları tərəfindən tutulandan sonra Şəhriyarın “Yasin”lə əlaqəsi olub-olmaması barədə məlumatı olmamış, həmçinin Şəhriyarın “Yasin”dən narkotik vasitələr almasından xəbəri olmamışdır. Cinahət işində olan, “Baxış keçirilməsi haqqında” ## ### 2025-ci il tarixli protokolla müəyyən olunur ki, daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası DTXnin əməkdaşları tərəfindən ## ### 2025-ci il tarixdə, saat 00:15 radələrində radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayonunun Əhmədli kəndinin ərazisində Təqsirləndirilən şəxs saxlanılmış və həmin yerdə Təqsirləndirilən şəxs iştirakı ilə və videoçəkilişlə üç ədəd (bir ədəd qara, iki ədəd narıncı rəngli) torbalar götürülərək onlara baxış keçirilmişdir. Baxış zamanı üç ədəd torbalarda ayrı-ayrı bağlamalarda (cəmi 38 ədəd sellofan bağlamada) narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra həmin kütlələr və bir ədəd “Samsung Galaxy A10S” markalı mobil telefon qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. Işdə olan, Azərbaycan Respublikası DTX-nin Iqtisadiyyatın əks-kəşfiyyat təminatı baş idarəsindən baş idarəsinin mütəxəssisləri tərəfindən verilmiş ## ### 2025-ci il tarixli arayışla müəyyən olunur ki, Təqsirləndirilən şəxs saxlanılarkən aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 21505 qram (iyirmi bir min beş yüz beş) qalıq çəkisi 21480 (iyirmi bir min dörd yüz səksən) qram olan (ümumilikdə 25 qram yaşıl çalarlı bitki kütlələrindən tədqiqatların aparılması üçün istifadə edilmişdir) yaşıl çalarlı bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, ümumi çəkisi 9820 qram kütlə xırdalanmış qurudulmuş marixuana bitkisinin xırda daş və qumla qarışığından ibarətdir. Işdə olan, məhkəmə-bioloji ekspertizasının ## ### 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş torbalarda ümumi təmiz çəkisi-21480 qram (21 kq 480 qram) bitki mənşəli kütlələr (1 qram maddə tədqiqata sərf edilib, qalıq 21479 qram) tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş ümumi çəkisi 9800 qram (9 kq 800 qram) olan qarışıq kütlənin içərisindəki orta ölçülü daşların çəkisi 2600 qram (2 kq 600 qram) olmuşdur. Ayrıldıqdan sonra ümumi çəkisi 7200 qram (7 kq 200 qram) olan (1 qram maddə tədqiqata sərf edilib, qalıq 7199 qram) qarışıq bitki mənşəli kütlə kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. (## ### 2025-ci il tarixli arayışda göstərilənlər də nəzərə alınmaqla qurudulmuş marixuananın ümumi çəkisi 28725 qramdır). Işdə olan, “Mobil telefona baxış keçirilməsi haqqında” ## ### 2025-ci il tarixli protokolla müəyyən olunur ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Samsung Galaxy A10S” markalı mobil telefonun üzərində “Bakcell” mobil operatoruna məxsus +************ saylı mobil telefon nömrəsi vardır və vatsap tətbiqi proqramı Gürcüstan telefon operatoruna məxsus +************ saylı mobil telefon nömrə ilə qeydiyyatdan keçmişdir. Telefonun vatsap proqramı bölməsində Iranın telefon operatoruna məxsus +************ saylı mobil telefon nömrəsi qeyd edilmiş, habelə Iranın telefon operatoruna məxsus +************ saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş istifadəçinin göndərdiyi torbaların fotoşəkli vardır. Həmçinin telefonun vatsap proqramı bölməsində 29 və ## ##### 2025-ci il tarixlərdə yazışmalar və səsli mesajlar da vardır. Işdə olan, məhkəmə-fonoskopik ekspertizasının ## ### 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş 1 ədəd CD-R diskdə olan audiomateriallardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur və narkotik vasitələrin qanunsuz dövriyyəsinə aid məlumatları özündə əks etdirir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 72 manat təşkil edir. Işdə olan, DTX-nin Kibertəhlükəsizlik əməliyyatları mərkəzindən təqdim olunmuş ## #### 2025-ci il tarixli arayış-məlumatla müəyyən edilir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “X1 OS” markalı mobil telefonun yaddaşında ******/***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçirilmiş vatsap mobil tətbiqində Iran Islam Respublikasının mobil operatoruna məxsus *********** saylı nömrəli “Sajjad” adlı istifadəçi ilə aparılmış yazışmalar vardır. ## ##### 2025-ci il tarixdə “Sajjad” adlı şəxs 995599/313-30-9” saylı mobil nömrəsinə “Xalaoğlu, necəsən? Sağsalamatçılıqdır, inşallah? Götürdün, qardaş, yükü?” məzmunlu səsli mesaj və 3 ədəd kisənin fotoşəkili göndərilmişdir. Mobil smartfonun yaddaşından bərpa edilmiş məlumatların məzmunlarında Iran mobil operatoruna məxsus +************ saylı nömrəli “Allah, ata. ana. ailem” adlı vatsap istifadəçisi ilə aparılmış yazışmaların ekran çəkilişləri vardır. Habelə mobil smartfonun yaddaşında olan fotoşəkillərdə müəyyən ərazilər ox və halqa ilə işarələnmişdir. Həmçinin mobil telefonun yaddaşında tərəzi üzərində yerləşdirilmiş narkotik vasitəyə bənzər bağlamanın 116 qram çəkidə olmasını bildirən fotoşəkil, eləcə də 25-## ##### 2025-ci il tarixlərdə edilmiş zənglərin siyahısı vardır. Işdə olan, “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 29 may və ## #### 2025-ci il tarixli qərarlarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 21479 qram və 7199 qram qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün DTX-nin Istintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmiş, habelə Əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk və bir ədəd “Samsung Galaxy A10S” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. Işdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın ## #### 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Işdə olan, ambulator məhkəmə-psixiatrik ekspertizasının ## ### 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona Ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hərəkətləri CMin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, cinayət işinin materiallarının təhlili göstərir ki, yuxarıda sadalanan sübutlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni üsullarla əldə edilmişdir, mənbələri, yaxud mənsubiyyəti məlumdur, təqsirliliklə bağlı hissədə müəyyən nəticəyə gəlmək üçün kifayət edirlər. Bu baxımdan həmin sübutlar CPM-in 125-ci maddəsinə əsasən mötəbər sübutlar kimi qəbul olunmalıdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş, istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən onun əməli düzgün olaraq həmin maddələr ilə tövsif olunmuşdur. Cəza məsələsinə gəldikdə isə kollegiya aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətlilik meyarlarını müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun cəza ilə bağlı normalarının mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. CM-in 8.1, 41.2 və 58.3-cü maddələrində ədalətli cəzanın meyarları göstərilmiş və qeyd edilmişdir ki, məhkəmə tərəfindən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, xüsusən, cəzanın sosial ədaləti bərpa etməli olması, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alması məqsədini daşıması nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş, cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə kollegiyası cəza təyini ilə bağlı Cinayət Qanununun yuxarıda qeyd edilən normaları ilə müəyyən edilmiş meyarlar üzrə işin hallarını araşdırarkən müəyyən etmişdir ki, məhkəmə ədalətli cəza təyini məsələsində CM-in 8.1-ci maddəsinə tam əməl etməklə qanuni, əsaslı və ədalətli cəzanın təyin edilməsinə nail olmuşdur. Belə ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir. Kollegiyanın qənaətinə görə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, eləcə də narkotik vasitənin çəkisini nəzərə alaraq Təqsirləndirilən şəxs cəzanın məqsədlərini təmin edən həddə azadlıqdan məhrumetmə növündə qanuni və ədalətli cəza təyin etmişdir. Odur ki, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407, 410 və 412ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-209/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-209/2026
20.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver