Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-211/2026 03.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Salyan Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü (hakim X4) ilə, ## #### 1978-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla tutulanadək orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu 2 (iki) gün müddət hazırki hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirlərinin tətbiq edilməsi və onun ərazi narkoloji kabinetində qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARI: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 440,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə marixuananı əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, 2025-ci il #######ın ##-da Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması, saxlamasında şübhəli bilindiyi üçün həmin tarixdə saat 09:46 dəqiqədə yaşadığı evin yaxınlığında saxlanılaraq hüquqları izah olunmuş, üzəri yoxlanılarkən əynində olan boz rəngli gödəkçəsinin içərisindən həmin kustar üsulla hazırlanmış narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Salyan Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün dəyişdirilərək, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə himayəsində üç azyaşlı övladının olmasını, maddi durumunun çox çətin olmasını və digər halları nəzərə almadan ona cəza təyin etmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Salyan Rayon Vəkil Bürosunun vəkili müdafiəçi2 apellyasiya şikayəti verərək, Salyan Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan azadlığın məhdudlaşdırılması cəza tətbiq edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində göstərmişdir ki, o, narkotik vasitə saxlamaqla özünü tam təqsirli bilir. Ona azadlığın məhdudlaşdırılması cəzasının verilməsi üçün kifayət qədər əsaslar var. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya instansiyası məhkəməsində: Dövlət itihamçısı X1 birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, Salyan Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs ilk dəfə məhkum olduğunu və səmimi peşman olduğunu nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsinə dair qərar qəbul olunmasını xahiş etdi. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 çıxışı ilə razı olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət- Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs və onun müdafiəçisinin apellyasiya şikayətlərinin və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarında əməlin hüquqi tövsifi mübahisələndirilməsə də, Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq, ilk növbədə məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına, daha sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Salyan Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlər Salyan Rayon Polis X7 Qrupunun baş əməliyyat müvəkkili şahid3, Salyan Rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili, R şahid1 və X8 əməliyyat müvəkkili, R şahid2 ifadələri, "Əməliyyat axtarış tədbirinin keçirilməsinə, şəxsin üzərinə baxış keçirilməsinə dair" ## ####### 2025-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş videogörüntü, məhkəmə-kimyəvi ekspertizasının ##.##.2025-ci il tarixli **/*** №-li və ##.##.2025-ciil tarixli *** №-li məhkəmə-narkoloji rəyləri, maddi sübut və işin digər halları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddəylə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsinin hökmündə tədqiq olunmuş sübutlar, o cümlədən təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və digər sənədlər ətraflı şəkildə təsvir olunduğundan məhkəmə kollegiyası prosessual qənaət prinsipi və məhkəmə aktlarının səmərəliliyi baxımından həmin sübutların yenidən geniş şəkildə təsvirinə ehtiyac görmür. AR Cinayət-Prosessual Məcəlləsinin: 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan sübutlara tətbiq olunmalı qanun normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi, həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Apellyasiya instansiya məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və # ##### 2026cı il tarixli hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında Salyan Rayon Məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu maddəylə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Müdafiə tərəfi apellyasiya şikayətinin dəlillərində təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəza ilə bağlı aşağıdakıları qeyd edir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin alternativ xarakterli nisbi-müəyyən sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin səmimi etirafını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayı yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə 1 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəuyğun saymışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi məhkum olunmuş şəxsə təqsirli bilindiyi maddənin sanksiyası ilə müəyyyən edilmiş azadlıqdan məhrum etmə cəzasını nisbətən aşağı həddində təyin etmişdir ki, bu hal da belə qənaətə gəlməyə əsas verir ki, təyin olunmuş cəza törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi və məhkumun şəxsiyyətinə uyğun ədalətli cəza olmuşdur və birinci instansiya məhkəməsi düzgün olaraq məhkumun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum edilməklə islah olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi baxımından hesab edir ki, məhkum olunmuş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ona maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Belə ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə marixuananın çəkisinin 440 qram təşkil etməsi (xeyli miqdarın 5 qr, külli miqdarın isə 500 qr təşkil etməsi nəzərə alınarsa) onun əməlinin ictimai təhlükəliliyini artıran haldır. Belə ki, təqsirləndirilən şəxsdə aşkar olunmuş 440 qram qurudulmuş marixuana xeyli miqdar həddini dəfələrlə üstələməklə külli miqdar həddinə son dərəcə yaxın bir miqdar təşkil edir. Narkotik vasitənin miqdarının artması həmin vasitənin qanunsuz dövriyyəsinin potensial nəticələrinin və cəmiyyət üçün yaratdığı təhlükənin də artmasına səbəb olur. Çünki narkotik vasitənin böyük həcmdə saxlanılması və ya dövriyyədə olması daha çox şəxsin narkotik vasitələrə çıxış əldə etməsi, narkomaniyanın yayılması və ictimai sağlamlığa zərər vurulması riskini artırır. Bu baxımdan narkotik vasitənin miqdarı əməlin ictimai təhlükəliliyinin müəyyən edilməsində mühüm meyarlardan biri hesab edilir. Apellyasiya kollegiyası qeyd edir ki, aşkar edilmiş narkotik vasitənin miqdarı qanunda nəzərdə tutulmuş külli miqdar həddinə çatmasa da, həmin həddə olduqca yaxın olması və xeyli miqdar göstəricisini dəfələrlə (80 dəfədən çox) üstələməsi əməlin adi hallarla müqayisədə daha yüksək ictimai təhlükəlilik daşıdığını göstərir. Buna görə də 440 qram qurudulmuş marixuananın qanunsuz dövriyyəsi ilə bağlı əməl öz xarakterinə və nəticələrinin potensial təhlükəsinə görə daha ciddi qiymətləndirilməlidir. Bu baxımdan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzanın təyin edilməsi cəza təyinetmənin ümumi məqsədlərinə nail olmaq üçün sonuncuya münasibətdə kifayət etməməklə yanaşı təqsirləndirilən şəxsdə törətmiş olduğu ictimai təhlükəli əmələ laqeydlik hissinin formalaşmasına səbəb ola bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”2003-cü il ## #### tarixli * nömrəli Qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Belə ki, AR Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli * saylı Qərarının 27-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il ## #### tarixli * nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il ## ###### tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. AR Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, Salyan Rayon Məhkəməsinin *(***)-***/**** saylı, # ##### 2026-cı il tarixli hökmündən məhkum edilmiş şəxs və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Salyan Rayon Məhkəməsinin *(***)-***/**** saylı, # ##### 2026-cı il tarixli hökmü həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-211/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-211/2026
03.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver