Azərbaycan Respublikası adından Hökm Şirvan şəhəri İş № 1(3-9)-214/2026 11.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X10 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, məhkum edilmiş şəxsin müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, ##.##.1984-cü ildə Kürdəmir rayonu, Topalhəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Kürdəmir rayonu, Topalhəsənli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan MÜƏYYƏN E T D İ: Kürdəmir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə (sədrlik edən hakim Xaliq Imanov) Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar onun barəsində CM-in 221.1ci maddəsi ilə olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsi və onun CM-in 73.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır. Qərardan dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya protesti verərək, Kürdəmir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinib barəsində ittiham hökmü çıxarılmaqla, cinayət qanununun və cinayət prosessual qanunvericiliyin müddəalarına uyğun cəza təyin edilməsini xahiş etmişdir. IŞIN HALLARI: Ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama görə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə saat 21 radələrində ictimai yer hesab edilən Kürdəmir rayonu Topalhəsənli kəndi ərazisində Bəhlul Dünyamalıyevin yüksək sürətlə avtomobil idarəetməsini bəhanə edərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini nümayiş etdirib cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları və əxlaq normalarına etinasızlıq etməklə heç bir əsaslı səbəb olmadan Bəhlul Dünyamalıyevin idarə etdiyi avtomobili saxladıb arxa qapısını açaraq ##.##.1995-ci il təvəllüdlü Kürdəmir rayonu Topalhəsənli kənd sakini Zərərçəkmiş şəxs qəsdən yumruqla vuraraq alt dodağın iç səthinin sıyrığı və üst çənədən iki ədəd ön kəsici deşin travmatik düşməsi ilə müşayiət olunan, sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. APELLYASIYA PROTESTININ DƏLILLƏRI: Dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı dövlət ittihamçısı qismində etdiyi çıxışında Təqsirləndirilən şəxs CMin 221.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinməklə barəsində ittiham hökmü çıxarılmasını təklif etmişdir. Hesab edir ki, Kürdəmir Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində çıxarmış olduğu ## ##### 2026-cı il tarixli qərarı ləğv edilməli, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinib barəsində ittiham hökmü çıxarılmaqla cinayət qanununun və cinayət prosessual qanunvericiliyin müddəalarına uyğun cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məpəiləsinin maddəsinin tələblərindən görünür ki, CM-in 221.1-ci maddəsi üzrə cinayət təqibi Ictimai ittiham qaydasında həyata keçirilir. CM-in 221.1-ci maddəsi həmin Məcəllənin “ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətləri” bölməsinə aid olmaqla “Ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər” fəslinə aid edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ‘Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsi cinayət təqibinə xitam verilməsi üçün aşağıda qeyd olunmuş şərtlər mövcud olmalıdır; -barəsində cinayət təqibi başlanmış şəxsin əməli böyük ictimai təhlükə törətməyən; -təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətmiş; -təqsirləndirilən şəxs zərər çəkmişə dəymiş ziyanı ödəmiş və ya aradan qaldırmış; təqsirləndirilən şəxs zərər çəkmişlə barışmış olmalıdır. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsi ilə bütün böyük ictimai təhlükə törətməyən cinayətlərə şamil edildiyi qeyd olunsa da, Konstitusiya Məhkəməsinin Plenumu yekunda belə nəticəyə gəlmişdir ki, məhkəmə baxışı gedişində isə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması zamanı cinayət təqibinə xitam verilməsinin qaydaları CPM-in 43-cü maddəsində təsbit olunmuşdur. Həmin Məcəllənin 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39,1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə baxışı gedişində CPM-in 40.2.2-ci maddəsində göstərilmiş hal müəyyən edildikdə məhkəmə müdafiə tərəfinin razılığı ilə bu əsasla cinayət təqibinə xitam verə bilər. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən CMin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda, cinayət təqibi icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə isə cinayət təqibinə müdafiə tərəfinin razılığı iiə xitam verilə bilər. Bununla belə, zərər çəkmişin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəlilıyi, təqsirləndirilənin şəxsiyyəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar da daxil olmaqla, konkret işin bütün halları nəzərə alınmalıdır. Göstərilən hallardan başqa cinayət əməlinin obyektinin xarakterinin də nəzərə alınması vacibdir. Məsələn, ictimai təhlükəsizliyə və ictimai qaydaya qarşı və ya dövlət hakimiyyəti əleyhinə olan cinayət işlərində tərəflərin barışması nəticəsində cinayət təqibinə xitam verilməsi CM-in 73-cü maddəsinin tələbləri ilə uyğunsuzluq təşkil etmiş olardı, CM-in 73-cü maddəsinin mənasına görə cinayət məsuliyyətindən azad edilmə yalnız konkret şəxslərin hüquqlarına və qanuni maraqlarına qəsd edən cinayətlər üzrə yolveriləndir. Buna görə də, məsələn, ictimai təhlükəsizlik əleyhinə olan işlərdə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə CM-in 73-cü maddəsinin tələblərinə cavab verməyən kimi qəbul edilməlidir. Göründüyü kimi, CM-in 221.1-ci maddəsinə görə, xuiiqanlıq - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Həmin maddənin dispozisiyasından görünür ki, xuliqanlıq cinayəti ikili obyektə malikdir, yəni xuliqanlıq cinayəti təkcə şəxsiyyət və sağlamlıq əleyhinə deyil, ilk növbədə ictimai qayda və ictimai təhlükəsizlik əleyhinə yönəlmişdir. Ona görə də, xuliqanlıq cinayətləri üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması CM-in 73-cü maddəsində nəzərdə tutulduğu kimi ictimai qayda və ictimai təhlükəsizliyi tənzimləyən hüquq münasibətlərinin pozulması nəticəsində həmin obyektlərə vurulmuş ziyanı ödəyə və aradan qaldıra bilməz. Kürdəmir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarında Təqsirləndirilən şəxs qadağan olunmuş ictimai təhlükəli əməli nəticəsində ictimai qaydanın kobud surətdə pozulmadığı, cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərməməsi zəminində yarandığı qeyd olunmaqla Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2011-ci il tarixli qərarının tələbləri pozularaq əsassız olaraq cinayətin obyektində səhvə yol verilməklə zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanın ödənilməsini əsas götürüb Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verməklə onu cinayət məsuliyyətindən azad etmişdir. Belə olan halda Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarının tələbləri baxımından da Təqsirləndirilən şəxs CM-in 221.1-cI maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Cinayət-Prosqssual Məcəllənin 40.2.2-ci maddəsinə əsasən (təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması əsası ilə) xitam verilə bilməzdi. Belə ki, onun tərəfindən törədilmiş xuliqanlıq əməlinin obyekti həm də ictimai qayda və ictimai təhlükəsizlik olduğundan, tərəflərin barışması nəticəsində cinayət təqibinə xitam verilməsi CMin 73-cü maddəsinin tələbləri ilə uyğunsuzluq təşkil etmiş, məhkəmənin gəldiyi nəticə cinayət qanunu normasının və Konstitusiya Məhkəməsinin qərarının tələblərinə zidd olmuşdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verməklə onun cinayət məsuliyyətindən azad etməsi zamanı Azərbaycan Respublikası cinayət və cinayət prosessual qanunlarının, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair" ## #### 2011-ci il tarixli qərarının yuxarıda qeyd olunan tələblərini pozmuşdur. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı X1 apellyasiya protestinin dəlillərini müdafiə edərək, Kürdəmir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilərək, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinməsini və ona həmin maddənin sanksiyası həddində cinayət qanunun müddəalarına uyğun cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs apellyasiya protestinin dəlilləri ilə razılaşmayaraq, apellyasiya protestinin təmin olunmamasını və qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında X2 apellyasiya protestinin dəlilləri ilə razılaşmayaraq apellyasiya protestinin təmin olunmamasını və Kürdəmir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliyə uyğun olaraq məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı təqsirləndirilən və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə təqsirləndirilən və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını təqsirləndirilən və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Apellyasiya protestinin məzmunundan da görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər mübahisələndirilməmiş və buna görə də məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə zərurət görmür Dövlət ittihamçısı apellyasiya protestində Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq və ziyanın ödənilməsi ilə bağlı əsassız olaraq barəsində olan cinayət təqibinə xitam verilməsini iddia edərək, tələbini Azərbaycan Respublikası CPM-in 399.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Azərbaycan Respublikası CPM-in 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Apellyasiya protestində göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibət bildirərək məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya protestinin dəlillərini, birinci instansiya məhkəməsinin qərarını, cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeləri qarşılıqlı əlaqədə təhlil edərək hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı isə ləğv edilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cinayət qanunvericiliyində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışmaqla əlaqədar cinayət məsuliyyətindən azad etmə institutu cinayət hüququnun humanizm və prosessual qənaət prinsiplərinin təzahürü olmaqla yanaşı, müstəsna xarakter daşıyan hüquqi mexanizmdir. Bu institutun məqsədi cinayət nəticəsində pozulmuş fərdi hüquq və mənafelərin bərpası yolu ilə cinayət-hüquqi reaksiyanın tətbiqinə olan ehtiyacın müəyyən hallarda aradan qalxmasını təmin etməkdir. Bununla belə, həmin institutun tətbiqi cinayət qanunvericiliyinin əsas vəzifələri olan şəxsiyyətin, cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunması məqsədi ilə uzlaşdırılmalı, ictimai maraqların müdafiəsi tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarında bu institutun prosessual tətbiq sərhədləri konkret şəkildə müəyyən edilmişdir. Həmin qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilmişdir ki, CPM-in 37.2, 39.1.9 və 41.7-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması yalnız xüsusi ittiham qaydasında cinayət təqibinin həyata keçirilməməsinə, belə barışma məhkəmə müşavirə otağına gedənədək əldə olunduqda isə cinayət təqibinə xitam verilməsinə şərtsiz əsasdır. Həmin qərarın nəticə hissəsinin 2-ci bəndində Konstitusiya Məhkəməsi izah etmişdir ki, CPM-in 37.4-cü maddəsinin tələblərinə görə, CPM-in 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Eyni bənddə göstərilmişdir ki, CPM-in 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Konstitusiya Məhkəməsinin həmin qərarının nəticə hissəsinin 3-cü bəndində isə xüsusi olaraq qeyd olunmuşdur ki, cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən CM-in 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumu xüsusi ittiham işləri üzrə barışığı şərtsiz əsas kimi qəbul etsə də, ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilən cinayət təqibləri üzrə barışığın tətbiqini yalnız formal şərtlərlə məhdudlaşdırmamış, əksinə, həmin qərarın əsaslandırıcı hissəsində göstərilən əlavə meyarların yoxlanılmasını məcburi hesab etmişdir. Konstitusiya Məhkəməsinin ## #### 2011-ci il tarixli qərarının əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqeyə görə, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən təkcə qanunla nəzərdə tutulmuş formal əsasların olub-olmaması yoxlanılmamalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar da daxil olmaqla konkret işin bütün halları nəzərə alınmalıdır. Eyni hüquqi mövqedə cinayət əməlinin obyektinin xarakterinin də nəzərə alınmasının vacibliyi xüsusi vurğulanmışdır. Konstitusiya Məhkəməsi həmin qərarda ictimai təhlükəsizliyə və ictimai qaydaya qarşı, habelə dövlət hakimiyyəti əleyhinə olan cinayət işlərində tərəflərin barışması nəticəsində cinayət təqibinə xitam verilməsinin CM-in 73-cü maddəsinin məqsədi ilə uyğun gəlməyə biləcəyini göstərmişdir. Bu mövqenin mahiyyəti ondan ibarətdir ki, CM-in 73-cü maddəsi ilk növbədə konkret şəxslərin hüquqlarına və qanuni maraqlarına qəsd edən cinayətlər üzrə cinayət-hüquqi münaqişənin zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında həll edilməsinə imkan yaradır. Cinayət nəticəsində zərər yalnız fərdi maraqlara deyil, ictimai qaydaya, ictimai təhlükəsizliyə və dövlət tərəfindən qorunan ictimai münasibətlər sisteminə də yönəldikdə isə zərərçəkmiş şəxsin bağışlaması həmin ictimai zərərin aradan qalxması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” ## #### 2022-ci il tarixli qərarında da eyni yanaşma inkişaf etdirilərək qeyd edilmişdir ki, CM-in 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkündür, lakin bu, məhkəmənin hər bir halda avtomatik tətbiq etməli olduğu məcburi nəticə deyildir. Məhkəmə konkret işin hallarını, cəzanın məqsədlərini və cinayəthüquqi reaksiyaya ehtiyacın qalıb-qalmamasını ayrıca əsaslandırmalıdır. Bu hüquqi mövqelər baxımından hazırkı iş üzrə əsas məsələ yalnız zərərçəkmiş şəxslə barışığın və dəymiş ziyanın ödənilməsinin mövcud olub-olmaması deyil, həm də CM-in 221.1ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayətinin hüquqi təbiəti, onun əsas obyekti və törədilmiş əməlin ictimai qayda baxımından yaratdığı təhlükənin sonradan fərdi barışıqla aradan qalxıb-qalxmamasıdır. CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Maddənin dispozisiyasından görünür ki, xuliqanlıq cinayətinin əsas obyekti ictimai qayda və ictimai təhlükəsizlik, əlavə obyekti isə konkret şəxsin sağlamlığı, şərəfi, ləyaqəti və əmlak maraqlarıdır. Bu səbəbdən xuliqanlıq cinayətində zərər yalnız konkret zərərçəkmiş şəxsə yetirilmiş xəsarət və ya ona qarşı tətbiq edilmiş zorla məhdudlaşmır. Əməlin ictimai təhlükəliliyi məhz ictimai yerdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarının kobud şəkildə pozulması, cəmiyyətə açıq hörmətsizlik göstərilməsi və ictimai asayişin pozulması ilə ifadə olunur. Buna görə də zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması və ona dəymiş ziyanın ödənilməsi xuliqanlıq cinayətinin əsas obyektinə - ictimai qayda və ictimai təhlükəsizliyə vurulmuş zərəri tam aradan qaldırmır. Iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ictimai yer hesab olunan Kürdəmir rayonu Topalhəsənli kəndi ərazisində hərəkətdə olan avtomobili saxlatdırmış, avtomobilin arxa qapısını açaraq orada olan Zərərçəkmiş şəxs qəsdən yumruqla vurmuş, nəticədə zərərçəkmiş şəxsə sağlamlığın qısa müddət pozulmasına səbəb olan yüngül xəsarətlər yetirmişdir. Birinci instansiya məhkəməsi də qərarında təqsirləndirilən şəxsin əməlində CM-in 221.1-ci maddəsinin əlamətlərinin mövcud olduğunu, ittihamın sübuta yetirildiyini və əməlin xuliqanlıq kimi tövsifini qəbul etmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin bir tərəfdən əməli xuliqanlıq kimi qəbul etməsi, digər tərəfdən isə həmin cinayətin əsas obyekti olan ictimai qaydaya yönəlmiş zərəri yalnız tərəflərin barışığı ilə aradan qalxmış hesab etməsi hüquqi baxımdan daxili ziddiyyət yaradır. Əgər əməl CM-in 221.1-ci maddəsi ilə tövsif olunursa, deməli, məhkəmə həmin əməlin ictimai qaydanı kobud surətdə pozduğunu və cəmiyyətə açıqca hörmətsizlik ifadə etdiyini qəbul etmişdir. Bu halda barışıq yalnız əlavə obyektə - konkret zərərçəkmiş şəxsin hüquqlarına münasibətdə əhəmiyyət kəsb edə bilər, lakin əsas obyektə yönəlmiş ictimai təhlükəliliyi tam aradan qaldıran hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsinin ## #### 2011-ci il tarixli qərarını natamam tətbiq etmişdir. Məhkəmə barışığın və ziyanın ödənilməsinin mövcudluğunu əsas götürmüş, lakin həmin qərarın əsaslandırıcı hissəsində və nəticə hissəsinin 3-cü bəndində göstərilən şərtlərə - cinayətin obyektinin xarakterinə, əməlin ictimai təhlükəliliyinə, ictimai ittiham qaydasında aparılan cinayət təqibinin mahiyyətinə və cəmiyyət maraqlarının müdafiəsi zərurətinə ayrıca hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsinin qərarında təqsirləndirilən şəxsin səmimi peşman olması, zərərçəkmiş şəxslə barışması, ziyanı ödəməsi, ailəli olması, himayəsində iki azyaşlı uşağının olması, müsbət xarakterizə edilməsi və məhkumluğunun olmaması göstərilmişdir. Kollegiya qeyd edir ki, həmin hallar təqsirləndirilən şəxsin şəxsiyyətini müsbət səciyyələndirən və cəzanın fərdiləşdirilməsi zamanı nəzərə alınmalı hallardır. Lakin bu hallar ictimai qayda əleyhinə törədilmiş xuliqanlıq cinayəti üzrə dövlətin cinayət-hüquqi reaksiyasını tamamilə istisna edən əsas kimi qəbul edilə bilməz. Cinayət təqibinin ictimai ittiham qaydasında həyata keçirilməsi də hazırkı iş üçün mühüm əhəmiyyət kəsb edir. Qanunverici ictimai ittiham qaydasında aparılan cinayət təqiblərini dövlət və cəmiyyət maraqlarının üstünlük təşkil etdiyi hallarla əlaqələndirmişdir. Belə işlərdə zərərçəkmiş şəxsin iradəsi nəzərə alınmalı olsa da, cinayət təqibinin taleyi yalnız onun subyektiv münasibətindən asılı vəziyyətə salına bilməz. Əks yanaşma ictimai ittiham institutunun mahiyyətini zəiflədər və ictimai qaydanın cinayət-hüquqi müdafiəsini ayrı-ayrı şəxslərin barışıq iradəsindən asılı edərdi. Məhkəmə kollegiyası buna görə belə nəticəyə gəlir ki, konkret iş üzrə zərərçəkmiş şəxslə barışıq və ziyanın ödənilməsi faktları mövcud olsa da, həmin hallar CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş xuliqanlıq cinayəti üzrə cinayət təqibinə xitam verilməsi və Təqsirləndirilən şəxs CM-in 73.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi üçün kifayət qədər hüquqi əsas yaratmamışdır. Birinci instansiya məhkəməsi cinayətin obyektinin hüquqi təbiətini, əməlin ictimai təhlükəliliyini, Konstitusiya Məhkəməsinin ## #### 2011-ci il tarixli qərarında ifadə edilmiş məcburi hüquqi mövqeləri və CM-in 73.1-ci maddəsinin dispozitiv xarakterini düzgün qiymətləndirmədiyindən qərar qanuni və əsaslı hesab edilə bilməz. Nəticə etibarilə, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə CM-in 73.1-ci maddəsinin tətbiqi və CPM-in 43-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi üçün kifayət qədər hüquqi əsaslar mövcud olmamış, birinci instansiya məhkəməsi cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Bu hal CPM-in 399.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalı, CPM-in 145.1-145.3-cü maddələrinə əsasən isə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından qiymətləndirilməli, sübutların məcmusuna ittihamın həlli üçün kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri və təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilir. Məhkəmə baxışında tədqiq edilmiş sübutların məcmusu Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Hazırkı iş üzrə ittihamın sübut olunmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə protestlə mübahisələndirilməmiş, məhkəmə kollegiyası da tədqiq edilmiş sübutların məcmusunu ittihamın həlli üçün kifayət hesab etmişdir. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayətinin obyektiv və subyektiv əlamətləri mövcud olduğundan o, həmin maddə ilə təqsirli bilinməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutur. CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmalı, sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, evli olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş ziyanı ödəməsini CM-in 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin təyin olunacaq cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsi ədalətli və məqsədəmüvafiqdir. Təqsirləndirilən şəxs ## ###### 2026-cı il tarixdən ## ###### 2026-cı il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanılmışdır. CM-in 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Həmin norma imperativ xarakter daşıdığından məhkəmə kollegiyası 02 gün həbsdə saxlanılma müddətini nəzərə alaraq təyin edilmiş 1000 manat cərimə cəzasının 200 manat azaldılmasını, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 800 manat cərimə cəzasının saxlanılmasını ədalətli hesab edir. CM-in 221.1-ci maddəsinin sanksiyasında min manatdan üç min manatadək miqdarda cərimə, bir ilədək müddətə islah işləri, bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, CM-in 15-ci maddəsinə əsasən həmin əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Iş üzrə maddi sübutlar, məhkəmə xərcləri, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində CM-in 99-1-ci maddəsi ilə xüsusi müsadirənin tətbiqi üçün əsaslar da müəyyən edilmir. Beləliklə, dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ləğv edilməli, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona 1000 manat məbləğində cərimə cəzası təyin edilməli, CM-in 69.4-cü maddəsinə əsasən ## ###### 2026-cı il tarixdən ## ###### 2026-cı il tarixədək həbsdə saxlanıldığı 02 gün nəzərə alınmaqla təyin edilmiş cərimə cəzası yüngülləşdirilməlidir. CPM-in 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi CM-in 73.1-ci maddəsini və onunla əlaqəli prosessual normaları düzgün tətbiq etmədiyindən qərarın ləğv edilməsi və yeni ittiham hökmünün çıxarılması zəruridir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384-385, 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM E T D İ: Apellyasiya protesti təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin ## ##### 2026-ci il tarixli, *(*-***)-**/**** saylı qərarı dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə ləğv edilsin. Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 (bir min) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ###### 2026-cı il tarixdən ## ###### 2026-cı il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək, üzərində 800 (səkkiz yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Hökmün icrası Kürdəmir Rayon Icra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan qanuni qüvvəyə minir. Hökmdən CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-214/2026
Şirvan Apellyasiya Məhkəməsi Hökm — İş №1(3-9)-214/2026
11.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver