Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-216/2026 25.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən), Novruzova Aytən Nazim qızı və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Məhkum Təqsirləndirilən şəxs, X14 Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə MÜƏYYƏN ETDI: Işin halları: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü (hakimlər X3 (sədrlik edən), X4 və X2 ibarət tərkibdə) ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Abşeron Rayon Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir günü ilə hesablanmaqla 1(bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmuş və Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən əvvəlki hökm üzrə çəkilməmiş 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilib Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı ## ##### 2025-ci il tarixdən hesablanmış və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin qeyd edilən hökmündən məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti və vəsatət verərək vəsatətlərində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin üzürlü səbəblərə görə buraxıldığı üçün buraxılmış müddətin bərpa olunması haqqında qərarın çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkum Təqsirləndirilən şəxs Elyar oğlu vəsatəti onunla əsaslandırmışdır ki, prosessual müddətin ötürülməsinə başlıca səbəb səhhətində problem olmasına görə, yəni ##.##.2024-cü il tarixdə “Reaktiv poliartrit hər iki diz oynağının, hər iki aşağı baldır, hər iki mil biləng oynağının ankilozuxr forma residiv gedişli” diaqnozu ilə müddətsiz təyin olunmuş 1 dərəcəli əlilliyə görə hökmdən apellyasiya şikayəti ilə vaxtında növbəti instansiya məhkəməsinə müraciət edə bilməmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs və və onun müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatətləri əsassız olduğundan təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək, apellyasiya şikayəti verilməsi üçün müddətin üzürlü səbəbdən ötürüldüyünü nəzərə alıb müddəti bərpa edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs Elyar oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkumun hüquqlarının müdafiəsi üçün məhkəmənin ## ###### 2025-ci il tarixli hökmündən apellyasiya şikayəti verərək, eyni zamanda apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzrlü səbəblərə görə buraxıldığı üçün buraxılmış müddətin bərpa olunması haqqında qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda məhkum Təqsirləndirilən şəxs Elyar oğlu da barəsində olan ##.##.2025-ci il tarixli hökmdən apellyasiya şikayəti və buraxılmış müddətin bərpasına dair vəsatət vermişdir. X5 Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı hökmündən apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsinə dair vermiş olduğu vəsatətlər əsassız hesab edilərək bərpa edilməmişdir. Elektron məhkəmə sistemində aparılmış dəyişikliklərlə əlaqədar məhkəmənin ##.##.2026-cı il tarixli qərarından qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayət vermək mümkün olmamışdır. Belə həmin qərarı vaxtında əldə etmədiyi üçün apellyasiya şikayətini vaxtında vermiş olsa da, məhkəmə sistemində şikayəti ##.##.2026-cı il tarixdə qaralama formasında qalmışdır. Məhkum Təqsirləndirilən şəxs xalası X6 özünü vəkil kimi təqdim edən Vurğun Orucovla müqavilə bağlayaraq, ona (mob: 055-216-13-13) 2500 manat ödəniş etmişlər, o da sadəcə olaraq, məhkəmə prosesinin video görüntüsünü çəkib onlara göndərmiş, lakin vəkil kimi təqsirləndirilən şəxsi müdafiə etməmişdir. Məhkəmə qurtardıqdan sonra isə Vurğun Orucovun göndərməsi əsasında X6 “xxxx”nin direktoru X7 yanına getmişdir ki, Samirə məhkəmənin hökmündən apellyasiya şikayəti versin. Bu səbəbdən də ## ###### 2025-ci il tarixdə “xxxx” MMC-nin direktoru X7 ilə X6 arasında hüquqi xidmət müqaviləsi bağlanaraq 5000 manat da Cəmiyyətin hesabına pul köçürülmüşdür. Müqavilə bağlandıqdan sonra Təqsirləndirilən şəxs qohumları arxayın olmuşlar ki, X8 Mahmudova Lənkəran ACM-in Təqsirləndirilən şəxs Elyar oğlunun məhkum edilməsinə dair ##.##.2025-ci il tarixli hökmündən apellyasiya şikayəti verəcəklər. Lakin aradan 3 aydan artıq vaxt keçməsinə baxmayaraq, X6 aldadıldığını başa düşərək Təqsirləndirilən şəxs Elyar oğlunun hüquqlarının apellyasiya məhkəməsində müdafiə edilməsi üçün ##.##.2026-cı il tarixdə onunla müqavilə bağlamışdır. Müddətin bərpa edilməsinə dair vermiş olduğu vəsatətinə sübutlarını əlavə etmiş olsa da, məhkəmə bu sübutlara düzgün hüquqi qiymət verməyərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı hökmündən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsinə dair vermiş olduğu vəsatətini əsassız hesab edərək bərpa etməmişdir. Apellyasiya məhkəməsində icraat: Apellyasiya baxışı zamanı məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətin rədd edilməsi barədə düzgün nəticəyə gəlmədiyini göstərib, həmin qərarın ləğv edilməsi və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışında dövlət ittihamçısı X1 məhkum Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin apellyasiya şikayəti vermə müddətinin bərpa olunması haqqında vəsatətin rədd edilməsi barədə qanuni, əsaslı və düzgün nəticəyə gəldiyini göstərib, apellyasiya şikayətinin təmin olunmadan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Hüquqi məsələlər: Kollegiya gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Insan Hüquqlarının və X17 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konvensiyanın * saylı Protokolunun 2-ci maddəsinin 1-ci bəndində isə qeyd olunur ki, cinayət törətməyə görə məhkəmə tərəfindən məhkum edilmiş hər kəsin, barəsində çıxarılmış hökmə və ya təyin olunmuş cəzaya yuxarı məhkəmə instansiyasında yenidən baxılması hüququ vardır. Bu hüququn həyata keçirilməsi və onun həyata keçirilə biləcəyi əsaslar qanunla tənzimlənir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 54-1.4-cü maddəsinə əsasən prosessual sənədin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarəetmə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə prosessual sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və həmin sənədi mümkün olan ən qısa müddətdə ünvan sahibinə verməlidir. CPM-in 203.1 və 203.3-cü maddələrinə görə cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. CPM-in 384.1-ci maddəsinə əsasən ittiham və ya bəraət hökmündən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Apellyasiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, habelə proses iştirakçılarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin müddətin bərpası barədə vəsatətin rədd olunması haqqında qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmün surəti ## ###### 2025-ci il tarixdə cinayət prosesinin tərəflərinə göndərilmişdir. Iş materiallarında olan qəbzdən görünür ki, hökmün surəti ## ###### 2025-ci il tarixdə qəbzə imza etdirilməklə məhkum Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə əsasən sözügedən hökmdən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş müddət axımı məhkum Təqsirləndirilən şəxs münasibətdə ## ###### 2025-ci il tarixdən başlamışdır. Lakin iş materiallarından görünür ki, vəsatət və apellyasiya şikayəti ## #### 2026-cı il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmündən 20 gün müddətində apellyasiya şikayəti verə bilməməsini qohumunun onun hüquqlarını müdafiə etmək üçün Samirə adlı şəxslə müavilə bağladığını və artıq apellyasiya şikayəti verməsi ilə əlaqələndirmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, hüquqlarının müdafiəsi üçün müqavilə bağladığı şəxs X9 onun bibisini (müqavilə bağlayan şəxs) aldatmışdır. Bununla bağlı müvafiq orqanlara şikayətlər göndərilmiş və hazırda da Nərimanov rayon prokurorluğunda araşdırma aparılır. Həmçinin iş materiallarından da görünür ki, məhkum Təqsirləndirilən şəxs bibisi X10 özünü vəkil kimi təqdim edən Vurğun Orucovla müqavilə bağlayaraq, ona ödəniş etmiş, o da sadəcə olaraq, məhkəmə prosesinin video görüntüsünü çəkib onlara göndərmiş, lakin vəkil kimi təqsirləndirilən şəxsi müdafiə etməmişdir. Daha sonra Vurğun Orucovun göndərişi əsasında təqsirləndirilən şəxsin bibisi X6 “xxxx”nin direktoru X7 ilə müqavilə bağlamışdır. Müqavilə bağlandıqdan sonra 3 aydan artıq vaxt keçməsinə baxmayaraq, apellyasiya şikayəti verilməmişdir. Odur ki, məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə birinci instansiya məhkəməsinin müddətin bərpası barədə vəsatətin təmin olunmaması haqqında qərarı ləğv edilməli və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özü və müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş vəsatət təmin olunaraq hökmdən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddət onlara münasibətdə bərpa edilməlidir. Azərbaycan Respublikası CPM-in 391.3.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərar qəbul edə bilər. CPM-in 386.3-cü maddəsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 384, 386 və 391-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı ləğv edilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçi müdafiəçi1 münasibətdə bərpa edilsin. Azərbaycan Respublikası CPM-in 385 və 388-ci maddələrinin tələblərinə əməl edilməsi üçün cinayət işinin materialları Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-216/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-216/2026
25.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver