Məhkəmə qərarları › İş №1(3-9)-218/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-218/2026

27.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-218/2026 27.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlunun sədrliyi ilə, Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynallı Aslan İsmayıl oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Əsədov İlqar Həsən Ağa oğlu, məhkum edilmiş şəxslər təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs1 İqbal oğlu, məhkum edilmiş şəxslərin müdafiəçiləri – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi6, Lənkəran Rayon Vəkil Bürosunun vəkili müdafiəçi3 və Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə ## #### 1989-cu ildə Masallı rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olan, taksi fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Daş Bazarı, 124-cü məhəllə, 3-cü mədən küçəsi, nömrəsiz evdə yaşamış, barəsində “həbs" qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 234.4-1-ci maddəsi ilə, ## ##### 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, məhkum olunmamış, işləməyən, Laçın rayonu, Laçın şəhəri, İ.Mirzəyev küçəsi, ev 18 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, nömrəsiz evdə yaşamış, barəsində “həbs" qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 İqbal oğlunun CM-in 234.4-1-ci maddəsi ilə məhkum olunmalarına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmündən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 müdafiəçiləri müdafiəçi3, müdafiəçi6 və məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 İqbal oğlunun müdafiəçisi müdafiəçi7 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə (hakimlər X1 (sədrlik edən), X2 və X4 ibarət tərkibdə) təqsirləndirilən şəxs2 CM-in 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) günü hesab edilməklə, 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulması və CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə, ona qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ###### 2024-cü il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunması və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması, Həsənzadə Abutalıb İqbal oğlu CM-in 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Həsənzadə Abutalıb İqbal oğlunun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ###### 2024-cü il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Həsənzadə Abutalıb İqbal oğlunun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması qərara alınmışdır. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi3 apellyasiya şikayəti verərək, təqsirləndirilən şəxs2 barəsində çıxarılan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmünün ləğv edilməsini və barəsində bəraət hökmü çıxarılmasını, əgər məhkəmə tərəfindən təqsirləndirilən şəxs2 təqsiri sübuta yetirilərsə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü dəyişdirilərək onun əməlinin CM-in 234-1.1-ci maddəsinə tövsif edilməklə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməsini və ya 62-ci maddəsi tətbiq edilərək azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, bunların hər hansı biri mümkün olmadıqda isə əvvəllər Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) günü hesab edilməklə, 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və CM-in 66.5-ci maddəsinə əsasən hissəsi hökmdən xaric edilməklə ona “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasi Milli Məclisinin ## ###### 2025-ci il tarixli, ***-VIIQR saylı qərarı tətbiq edilərək əvvəllər Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası cəzasından azad edilməklə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməklə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmününün dəyişdirilməsini xahiş etmişdir. Həmçinin hökmdən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi6 apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmünün hüquqlarını müdafiə etdiyi şəxsə dair hissədə ləğv edib təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Bundan başqa hökmdən təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi7 apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmünü ləğv edib təqsirləndirilən şəxs1 İqbal oğlunun əməlini CM-in 234-1.1-ci maddəsinə tövsif edərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. İŞİN HALLARI: təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmünə əsasən CM-in 234.4-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişlər ona görə ki, təqsirləndirilən şəxs1 İqbal oğlu əldə olunmuş cinayətkar razılığa əsasən satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan “Elşən” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 “Elşən” adlı şəxsin sifarişi ilə gələcəkdə ayrı-ayrı “müştərilərə” çatdırılması və satışının həyata keçirilməsi üçün sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində yerləşdirdiyi külli miqdarda 1021,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı həmin yerdən qanunsuz əldə edərək bir hissəsini təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 üzərilərində, qalan hissəsini isə təqsirləndirilən şəxs2 idarə etdiyi “Vaz 21074” markalı 90-LG 679 dövlət qeydiyyat nişanlı avtomobildə satış məqsədi ilə saxlamaqla daşımışlar, bundan başqa təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 təkrarən “Elşən” adlı şəxsin sifarişi ilə gələcəkdə ayrı-ayrı “müştərilərə” çatdırılması və satışının həyata keçirilməsi üçün sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə Hacıqabul-Horadiz avtomobil yolunun İmişli rayonu Xubiyarlı kəndindən keçən hissəsində yolun kənarında yerləşdirdiyi külli miqdarda 15800 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, xüsusilə külli miqdarda 10765 qram çəkidə heroini və təsir maddəsinin ümumi miqdarı külli miqdarda 08 qram olan 200 ədəd metadon həbini əldə etmək üçün cinayətkar razılaşmaya uyğun olaraq təqsirləndirilən şəxs2 idarə etdiyi “Vaz 21074” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin əraziyə gəldikdən sonra sonuncu avtomobildə gözləmiş, təqsirləndirilən şəxs1 isə həmin maddələri əldə edib yükləmək üçün avtomobilin yanına daşımış, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində təqsirləndirilən şəxs1 ## ###### 2024-cü il tarixdə saat 22:40-da yuxarıda qeyd olunan ünvanda saxlanılan zaman təqsirləndirilən şəxs2 onun saxlanıldığını görərək dərhal avtomobili işə salıb oradan uzaqlaşmış, saxlanılan şəxs təqsirləndirilən şəxs1 İmişli RPŞ-yə gətirilərək orada ## ###### 2024-cü il tarixdə saat 00:40-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman onun əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən təqsirləndirilən şəxs2 ilə birlikdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 5,98 qram olan narkotik vasitə qurudulmuş marixuana, əlində saxladığı 02 ədəd polietielin kisələrdən isə təqsirləndirilən şəxs2 ilə birlikdə təkrarən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 07 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2000 qram, 2045 qram, 2225 qram, 3290 qram, 2240 qram, 2005 qram və 1995 qram olmaqla ümumilikdə külli miqdarda təmiz çəkisi 15800 qram olan narkotik vasitə qurudulmuş marixuana, 03 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 3980 qram, 3985 qram və 2800 qram olmaqla ümumilikdə xüsusilə külli miqdarda təmiz çəkisi 10765 qram olan narkotik vasitə heroin və təsir maddəsinin ümumi miqdarı külli miqdarda 8 qram olan 20 ədəd konvalyutda 200 ədəd metadon həbi aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham məhkəmə tərəfindən ədalətli araşdırılmamış və həmin ittiham heç bir mötəbər sübuta istinad olunmadan “təsdiq olunmuşdur.” təqsirləndirilən şəxs2 ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Belə ki, polislər onları saxladıqdan sonra bir həyətə aparıb telefonuna baxmışlar, təqsirləndirilən şəxs2 polislərə etiraz edəndə onun qolunu sındırmışlar. Sonra polislər ona maşınına bir kiloqram marixuana qoyacaqlarını və onu üstünə götürməli olduğunu bildirmişlər. Dediklərini etsə onu və digər şəxsləri buraxacaqlarını demişlər, bunula razılaşmışdır. O, həmin yerə öz istifadəsi üçün 100 qram marixuana götürməyə getmişdir. Elşən adlı şəxslə danışıqları telefonunda qalmış, lakin, polislər onun telefonunu format edib ailə üzvlərinə qaytarmışlar. Onun aşkar olunmuş narkotik vasitələrdən məlumatı yoxdur, heç biri nə ona, nə Əbutalıba məxsus deyil, polislər zorla onların boynuna qoymuşlar. Polislərin əslində təqsirləndirilən şəxs2lə qərəzi olmuş, belə ki, o, yaşadığı ərazidə narkotik satanları döyüb metamfetamini məhv etdiyi videolar çəkmiş, həmin videolar telefonunda olmuş, bu səbəbdən narkotik satanların onunla qərəzi olmuşdur, polislər isə əslində onu axtarmışlar. Belə ki, hadisə vaxtı polislər ilk olaraq Əbutalıbı tutanda üzünə baxaraq ona “bu deyil” demişlər, bu zaman, təqsirləndirilən şəxs2 oyuna düşdüyünü anlayıb, maşına minib qaçmışdır. Qəzaya düşsə də, həmin qəza ciddi olmamış, sadəcə dirəyə dəymiş, qolu həmin vaxt sınmamışdır, qolunu polislər etirafedici ifadə vermək üçün sındırmışlar. Qətimkan tədbiri barədə təqdimata baxılarkən hakimə 100 qram marixuana üçün gəldiyini bildirmişdir, qolunun qəzada sındığını deməyinə səbəb isə polislər tərəfindən aldadılması olmuşdur. Belə ki, narahat olmamasını, istədikləri kimi ifadə verərsə buraxılacağına onu arxayın etmişlər, o da bu səbəbdən heç yerdə qolunun polislər tərəfindən sındırıldığını deməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Həsənzadə Abutalıb İqbal oğlu ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, polis əməkdaşları Raminin arxasınca maşınla getmişlər. Onu şöbəyə aparmışlar, Paşa adlı polis ona çəkilişdə onların dediklərini etməsini bildirmişdir. O, razı olaraq ona heçnə etməmələrini xahiş etmişdir. Ona “Ramin sənə 6 qram marixuana verəcək, həmin marixuanaya görə kisələri maşına qoymağa gəlmisən” sözləri deməsini bildirmişlər. Göründüyü kimi, təqsirləndirilən şəxs2 ona qarşı sürülmüş ittihamla təqsirli bilinməsinə görə heç bir dəlil yoxdur. O, sadəcə olaraq şərlənmişdir. təqsirləndirilən şəxs2 hərhansı cinayət əməlini törətməsi öz təsdiqini tapmır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmündə qeyd olunur ki, Məhkəmə Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin ibtidai istintaqdakı etirafedici ifadələrini, həmçinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Göründüyü kimi, təqsirləndirilən şəxs2 təqsirli bilinməsinə dair hökm iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin ibtidai istintaqdakı etirafedici ifadələrini, həmçinin, şahidlərin) ifadələri, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları əsasında qəbul edilmişdir. Məhkəmənin sübut növü kimi qəbul etdikləri polislər tərəfindən təqdim olunmuşdur və təqsirləndirilən şəxs2 ifadəsinə əsasən yaşadığı ərazidə narkotik satanları döyüb metamfetamini məhv etdiyi videolar çəkmiş, həmin videolar telefonunda olmuş, bu səbəbdən narkotik satanların onunla qərəzi olmuşdur, polislər isə əslində onu axtarmışlar. Eyni zamanda polislərin təqsirləndirilən şəxs2 və Abutalıb Həsənzadəyə təzyiq gücü və yalan vədlər verib aldatmaqla etirafedici ifadə almaları, təqsirləndirilən şəxs2 qolunu sındırmaları polis əməkdaşlarının bu işdə təqsirləndirilən şəxslərin təqsirli bilinmələrində nə qədər maraqlı oluqlarını sübut edir. Bütün bu faktlardan görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin mötəbər sübut növləri kimi qəbul etdiyi iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin ibtidai istintaqdakı etirafedici ifadələrini, həmçinin, şahidlərin) ifadələri, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollar CPM-nin 125.1-ci maddəsinə əsasən sübut növü kimi qəbul edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən «hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». təqsirləndirilən şəxs2 adına tərtib edilmiş ##.##.2024-cü il tarixli ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxs2 bədəni üzərində olan xəsarətlər sağ çiyin və sol aşıq-baldır oynağı nahiyələrinin yumşaq toxumalarının əzilməsi və hematomaları-Küt əşyanın əşyaların təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni ##.##.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa yüngül zərərvurmaya aid xəsarətdir. Lakin hansısa müəmmalı səbəbdən məhkəmə bu rəyi hökmündə tədqiq etməmiş və hansı səbəbdən həmin rəyi sübut növü kimi qəbul etmədiyini qeyd etməmişdir. Bundan əlavə əlavə şahidin dindirilməsi ilə bağlı verilmiş vəsatətdə təmin edilməmiş və həmin vəsatətin də hansı səbəbdən təmin edilmədiyi hökmdə əsaslandırılmamışdır. Bundan əlavə Unibank tərəfindən göndərilmiş CD məhkəmə tərəfindən hökmdə sübut kimi qəbul edilməmiş və hökmdə hansı səbəbdən sübut növü kimi qəbul edilmədiyi də göstərilməmişdir. Qəbul edilmiş hökmdə yalnız istintaqın hazırki iş üzrə gəldiyi qərəzli nəticə bir daha eynilə təsdiq olunmuşdur. Hesab edir ki, təqsirləndirilən şəxs2 təqsirli olmamağına dair kifayət qədər əsaslı şübhələr vardır və məhkəmə təqsirsizlik prezumpsiyasına zidd olaraq hökm çıxarmışdır. Həmçinin hesab edir ki, təqsirləndirilən şəxs2, ona istinad edilən əmələ münasibətdə tamamilə təqsirsizdir və hətta öz təqsirsizliyini sübut etməyə borclu da deyil. Bu tələblər baxımından hesab edir ki, təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham çox primitiv və dayanıqsızdır. Belə ki, təqsirləndirilən şəxs2 qarşı ittiham tərəfinin ziddiyyətli mövqeyindən başqa heç bir sübutu yoxdur! Bundan əlavə məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxs2 barəsində “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasi Milli Məclisinin ## ###### 2025-ci il tarixli, ***- VIIQR saylı qərarını nəzərə almayıb tətbiq etməmişdir. Məhkəmə baxışı zamanı əldə edilmiş hökmün surətindən görünür ki, o, Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 2 gün həbsdə saxlanıldığı müddət cəza müddətindən çıxılaraq, üzərində 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasi Milli Məclisinin ## ###### 2025-ci il tarixli, ***-VIIQR saylı Qərarına əsasən təqsirləndirilən şəxs2 əvvəllər azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyi üçün ona həmin cəza üzrə amnistiya tətbiq edilərək həmin cəzanın çəkilməmiş qalan hissəsindən azad edilməli idi. Bundan başqa məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi6 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işi materiallarından göründüyü kimi hüquqlarını müdafiə etdiyi şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilmir. Müdafiə tərəfi olaraq ittiham hökmü ilə razı deyildir. Cinayət məsuliyyətinə cəlb edilərkən təqsirləndirilən şəxsin xeyrinə olan heç bir xüsusat nəzərə alınmamışdır. Məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs2 barəsində bəraət hökmü çıxarılması üçün kifayət qədər əsaslar aşkar edilmiş, lakin Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən nəzərə alınmamışdır. İlk öncə müdafiə etdiyim şəxsin qolunun sağ körpücük sümüyünün sınıq olması işin mübahisəsiz halıdır. İbtidai istintaq orqanı bu faktı belə gizlətməyə çalışmışdır ki, guya təqsirləndirilən şəxs2 avtomobil ilə qəza edərək xəsarət almışdır. Halbuki ibtidia istintaq orqanı təqsirləndirilən şəxs2 sağ qolunun xəsarət aldığını unutmuşdur. Belə ki, hər kəsə məlumdur ki, sükanda olan şəxsin sağ qolu boşluqda olur. Avtomobil çox ciddi səkildə qəza törətmədiyi müddətdə sağ qolun sınıq növündə xəsarət alması mümkünsüzdür. Hazırda isə ibtidai istintaq orqanı avtomobilin çox ciddi qəza nəticəsində yararsız hala düşdüyünü təsdiqləyən heç bir sübutu iş materiallarına əlavə etməmişdir. Yəni təqsirləndirilən şəxs2 avtomobil qəzası nəticəsində xəsarət almadığı öz təsdiqini tapır. Həmçinin müdafiə tərəfi olaraq belə bir sual yaranır ki, “necə olur baş vermiş qəza nəticəsində sağ qolu boşluqda olmasına baxmayaraq təqsirləndirilən şəxs2 sınıq xəsarəti alır, amma həmin avtomobildə olan şahid3 xırda bir xəsarət belə olmur?” Bu fakt da təqsirləndirilən şəxs2 avtomobil qəzası nəticəsində sağ körpücük sümüyünün sınması hekayəsini ifşa edir. Bundan başqa şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörtülərdən görünür ki, hər iki təqsirləndirilən şəxsin üzərindən paketlənməsi açılmamış narkotik vasitələr aşkar edilir. Təzyiq altında ifadə verən təqsirləndirilən şəxs1 isə narkotik vasitəni guya yolda təqsirləndirilən şəxs2 ona verdiyi bildirmişdir. Yəni bükümlərin paketlənmə forması təsdiqləyir ki, yolda təqsirləndirilən şəxs2 üzərindəki narkotik vasitənin bir hissəsini təqsirləndirilən şəxs1 verməsi mümkünsüzdür. Çünki ilk öncə narkotik vasitə açılmalı, bükümlərə bölünməli, səliqəli şəkildə qablaşdırılmalıdır. Uzaq yolda avtombil idarə edən təqsirləndirilən şəxs2 isə bunu bacarması qeyri-mümkündür. Yəni qeyd edilənlər narkotik vasitənin təqsirləndirilən şəxslərin üzərinə yerləşdirildiyinin növbəti təsdiqidir. Məhkəmə isə həmin hissədə öz mövqeyini belə əsaslandırmışdır “iş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının rəyinin müvafiq hissələrindən görünür ki, təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş qurudulmuş marixuana ilə təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş qurudulmuş marixuana, həmçinin, təqsirləndirilən şəxs2 avtomobilindən aşkar edilmiş qurudıdmuş marixuana tərkiblərinə görə eynidirlər, hər üç narkotik vasitə təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narıncı kisələrdəki qurudulmuş marixuanalar ilə müxtəlif tərkiblidirlər”. Yəni məhkəmənin mövqeyindən belə başa düşülür ki, narkotik vasitələrin müxtəlif tərkibli olması, onların təqsirləndirilən şəxs2 məxsusluğuna işarə edir. Məhkəmənin hansı əsasla bu qənaətə gəldiyi, elan edilmiş ittihama yaranan şübhələri nəzərə almaması çox məchuldur. Narkotik vasitələrin müxtəlif tərkibli olması onların təqsirləndirilən şəxs2 məxsus olduğuna dəlalət etmir. Həmçinin müdafiə tərəfi olaraq haqlı sual yaranır ki, polis əməkdaşları tərəfindən bir müddət təqib edilən təqsirləndirilən şəxs2 üzərindəki və avtomobildəki narkotik vasitəni atması üçün heçmi imkanı olmadı? Necə olur ki, o üzərində və maşınında narkotik vasitə onların gəlməsini gözləmişdir. Xüsusi ilə də dindirilən polis əməkdaşları təqsirləndirilən şəxs2 qəza törətdiyi yerə çatanda artıq hadisənin baş verdiyini təqsirləndirilən şəxs2 avtomobildə olmadığını demişdir. Bu zaman təqsirləndirilən şəxs2 narkotik vasitəni atmağı düşünməməsi absurddur. Qeyd edilənlər narkotik vasitələrin təqsirləndirilən şəxs2 məxsus olmadığını təsdiqləyir. Bundan başqa iş materiallarında guya təqsirləndirilən şəxs2 avtomobilinin işıqları problemli olduğu üçün qəza baş verdiyi göstərilmişdi. Halbuki təqsirləndirilən şəxs2 qəza törətməsinə səbəb polis əməkdaşlarının onu çox yaxın məsafədən təqib etməsi olmuşdur. Hətta təqsirləndirilən şəxs2 barəsində sürət həddini aşdığı üçün inzibati qaydada cərimə cəzası tətbiq edilmişdir. Bunu təsdiqləyən protokollar məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə həmin sübutlara qiymət verməmişdir. Əgər avtomobilin işıqlarında həqiqətən də problem var idisə Bakı şəhərindən İmişli rayonu ərazisə gələrkən ən azı 2 stasionar polis postundan keçən təqsirləndirilən şəxs2 hansı səbəbdən saxlanılmamış və ya barəsində inzibati xətaya dair protokol tərtib edilməmişdir? Bu da bir daha təsdiqləyir ki, təqsirləndirilən şəxs2 avtomobilinin işıqlarında problem olduğu üçün qəza törətməmişdir. Yəni polis əməkdaşları qeyri-səmimi ifadə verərək öz təqsirini gizlətməyə çalışmışdır. Bundan başqa təqsirləndirilən şəxs2 saxlanılma prosesində iştirak edən İsmayıl Şıxəliyev ümumiyyətlə məhkəmə istintaqında heç nəvi xatırlamamış, tərəfindən verilən heç bir sualı cavablaya bilməmişdir. Bu zaman sual yaranır ki, qolu sındırılaraq təzyiq altında verilən ilkin ifadədən başqa müdafiə etdiyi şəxsin ittihamda göstərilən narkotik vasitələrlə əlaqəsini təsdiqləyən sübutlar mövcuddur mu? Onun təqsiri məhkəmədə sübuta yetirilə bildimi? Əlbətdə ki, xeyir. Məhkəmə yalnız ehtimallara istinadla, təqdim etdiyi faktları inandırıcı qəbul etməməklə təqsirləndirilən şəxs2 barəsində 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçmişdir. Məhkəmə istintaqı zamanı dindirilən digər polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs2 saxlanılarkən onun xəsarəti olmamış, onun qolunda xəsarət olduğunu görməmişdir. Halbuki təqsirləndirilən şəxs2 qolunun sarğılı olduğu videogörüntüdə də öz təsdiqini tapır. Yəni polis əməkdaşının yalan ifadə verdiyi işin mübahisəsiz halıdır. Lakin polis əməkdaşlarının ifadələrində göstərdikləri bu xüsusatlar Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündə öz əksini tapmamışdır. Bundan başqa təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış həyata keçirilərkən çəkilmiş videonun 11-ci dəqiqəsinin 05-ci saniyəsindən 11-ci dəqiqəsinin 10-cu saniyəsinədək olan hissədə görünür ki, o, sellofon torbanı götürənə yaxın saxlanıldığını bildirir. Yəni o, narkotik vasitəni götürə bilmədən saxlanılmışdır. Bu zaman təqsirləndirilən şəxslərin CM-in 29cu maddəsinə istinad etmədən cinayət məsuliyyətinə cəlb edilməsi qanunvericiliyin tələblərinə ziddir. Həmçinin videoda narkotik vasitənin təqsirləndirilən şəxs1 əlində olmadığı aşkar şəkildə görünür. Eyni zamanda iş materiallarında həmin gün havanın yağmurlu olduğu öz əksini tapmışdır. Halbuki narkotik vasitə olan paketlərdə bir damcı belə yağış əlaməti yoxdur. Əgər həqiqətən narkotik vasitələr bir müddət öncə həmin ərazidə idisə 2 sellefon paketin qupquru olması mümkünsüzdür. Bu da bir daha ümumiyyətlə təqsirləndirilən şəxs1 saxlanılan yerdə həmin sellefon torbaların olmadığını təsdiqləyir. Bundan başqa videonun 22-ci dəqiqəsinin 50ci saniyəsindən 25-ci dəqiqəsinin 30-cu saniyəsinədək olan hissəyə diqqətlə nəzər yetirdikdə görünür ki, 2-ci sellefon torbadan çıxarılan və baxış keçirilən son 3 paketin içində heroin olduğu öz təsdiqini tapmır. Ümumiyyətlə həmin paketlərdə nə olduğu bəlli deyildir. Halbuki, müdafiə etdiyi şəxsə CM-in 234.4-1-ci maddəsi ilə ittiham verilməsinin əsasını məhz heronin miqdarı təşkil edir. Lakin videogörüntüdə sellefon torbada heroin olduğu öz təsdiqini tapmır. Bu da bir daha müdafiə etdiyi şəxsə elan edilmiş ittihama əsaslı şübhələr yaradır. Yəni şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş videogörüntüyə diqqətlə nəzər yetirdikdə məlum olur ki, polislərin qurub-qoşduqları ssenariyə əsasən aşkar edildiyi göstərilən narkotik vasitə (2-ci sellefon torbadan çıxarılan və baxış keçirilən son 3 paketin içindəkilər) istintaq hərəkətinin iştirakçılarına təqdim edilməmiş, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilməmişdir. Həmin büküm ayrıca elektron tərəzidə çəkilmədən möhürlənmişdir. Yəni narkotik vasitələrin çəkisi müəyyənləşdirilməmişdir. polis əməkdaşları eyni anda CPM-in 128.3.1, 245.8-ci və 247.1.9-cu maddələrinin tələblərini nəzərə almadan axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən onun aparılma qaydasını kobud şəkildə pozmuş, sellofon torbadaki bükümlərin maddi siibuti əhəmiyyətini istisna edən hərəkətsizliklərə yol verilmişdir. şəxsi axtarış və götürmə aparılması, şübhəli şəxsin tutulması istintaq hərəkətinə dair protokollar ittihamın əsasın təşkil edə bilməz və sübutlar siyahısından çıxarılmalı idilər. Lakin məhkəmə qeyd etdiyi bu hallara hüquqi qiymət verməmiş, hansı səbəbdən nəzərə almadığını hökmdə qeyd etməmişdir. Ümumiyyətlə təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilərkən çəkilmiş videodan görünür ki, o danışmır, mövzunu təhqiqatçı diqtə edir və təqsirləndirilən şəxs başı ilə təsdiqləyir. Bu da onun öncədən təzyiqlərə məruz qaldığının, əvvəlcədən qeyri-rəsmi dindirildiyinin, ona göstərişlər verildiyi kimi danışmalı olduğu ilə bağlı əmr aldığının təsdiqidir. Bundan başqa təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilərkən çəkilmiş videodan görünür ki, Ramin Nəbivev avtomobilində narkotik vasitə olmadıgmı. ona baxış keçirilməsinə razı olduğunu bildirir. Lakin niyəsə sonradan onun avtomobilindən narkotik vasitə aşkar edilir. Avtomobildəki narkotik vasitənin paketi ilə təqsirləndirilən şəxs1 götürdüyü iddia olunan sellefon torbalardan çıxan narkotik vasitələrin paketi eyniyyət təşkil edir. Bu da narkotik vasitənin sonradan təqsirləndirilən şəxs2 məxsus avtombilə yerləşdirildiyinə əsaslı şübhə yaradır. Bundan başqa təqsirləndirilən şəxs2 istintaq zamanı verdiyi ifadədə onun həkim müayinəsindən keçdiyi öz əksini tapmışdır. Lakin iş materiallarında bunu təsdiqləyən hər hansı sübut mövcud deyildir. Bu da bir daha təsdiqləyir ki, istintaq orqanı özünü humanist, insan sağlamlığını qoruyan biri kimi təqdim etməyə çalışmış, lakin sübutları formalaşdırmağı unutmuşdur. Hətta təqsirləndirilən şəxs2 barəsində ##.##.2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilərkən də müstəntiq təqsirləndirilən şəxs2 Gəncə şəhərinə müayinə olunmaq üçün aparıldığını bildirmişdir. Eyni zamanda təqsirləndirilən şəxs2 istintaq zamanı verdiyi ifadədə guya avtomobildəki narkotik vasitəni 5 gün öncə Bakı şəhəri Binəqədi rayonu Xocəsən qəsəbəsi ərazisində əldə etdiyini göstərmişdir. Lakin iş materiallarında olan anten dairə məlumatlarından da göründüyü kimi müdafiə etdiyim şəxs ümumiyyətlə yaxın 10 gün ərzində həmin ərazidə olmamışdır. Bu da bir daha onun ifadəsinin istintaq orqanı tərəfindən formalaşdırıldığını təsdiqləyir. Bundan başqa cinayət işi materiallarından da göründüyü kimi təqsirləndirilən şəxs1 ## ###### 2024-cü il tarixdə saat 22:40 radələrində saxlanılmışdır. ## ###### 2024-cü il tarixdə saat 00:10-da şübhəli şəxsi qismində tutulmuşdur. ## ###### 2024cü il tarixdə saat 00:40-da isə təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış həyata keçirilmişdir. Yəni təqsirləndirilən şəxs1 saxlanıldıqdan 01 saat 30 dəqiqə sonra şübhəli şəxs qismində tutulmuş, şübhəli şəxs qismində tutulduqdan 30 dəqiqə sonra onun üzərinə şəxsi axtarış həyata keçirilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, sual yaranır ki, təqsirləndirilən şəxs1 ## ###### 2024- cü il tarixdə saat 00:10-da müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulduğu halda hansı səbəbdən şəxsi axtarış və götürmə istintaq hərəkəti 30 dəqiqə sonra, yəni 00:40-da başlamışdır? Bu da onun xüsusilə külli miqdarda narkotik vasitəni təqsirləndirilən şəxs2 sifarişi ilə götürdüyünə, təqsirləndirilən şəxs2 əleyhinə ifadə verməyə məcbur edildiyinə kifayət qədər vaxt olduğunu təsdiqləyir. Bundan başqa cinayət işi materiallarından da göründüyü kimi təqsirləndirilən şəxs2 ## ###### 2024-cü il tarixdə saat 23:35 radələrində saxlanılmışdır. ## ###### 2024-cü il tarixdə saat 03:15-də şübhəli şəxsi qismində tutulmuşdur. ## ###### 2024-cü il tarixdə saat 04:50-də isə təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış həyata keçirilmişdir. Yəni təqsirləndirilən şəxs2 saxlanıldıqdan 03 saat 30 dəqiqə sonra şübhəli şəxs qismində tutulmuş, şübhəli şəxs qismində tutulduqdan 01 saat 35 dəqiqə sonra onun üzərinə şəxsi axtarış həyata keçirilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, sual yaranır ki, təqsirləndirilən şəxs2 ## ###### 2024-cü il tarixdə saat 03:15-də müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulduğu halda hansı səbəbdən şəxsi axtarış və götürmə istintaq hərəkəti 01 saat 35 dəqiqə sonra, yəni 04:50-də başlamışdır? Belə ki, “Layıcov Azərbaycana qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Göstərilənlərə əsasən məhkəmə kollegiyası nəzərə almalı idi ki, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş dövriyyəsi qadağan edilən predmetlərin polisin nəzarəti altında saxlandığı müddətdə üzərinə yerləşdirilməsi mümkündür və bu hala dair haqlı şübhəyə əsas vardır. Məhkəmə bu müddəti ağlabatan müddət kimi hesab etməsə də, yenə də müdafiə etdiyi şəxs barəsində ittiham hökmü çıxarılması üçün iş materiallarındakı sübutların kifayət etdiyi qənaətinə gəlmişdir. Halbuki iş materillarında belə bir mötəbər sübut mövcud deyildir. Məhkəmənin sübut kimi istinad etdiklərinə yaranan əsaslı şübhələri məhkəmənin diqqətinə tam şəkildə çatdırmışıq. Lakin israrla nəzərə alınmamışdır. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefonda ümumiyyətlə narkotik vasitənin alınmasına və satılmasına dair heç bir məlumat aşkar edilməmiş və istintaq orqanı tərəfindən ailə üzvlərinə qaytarılmışdır. Bu zaman yenə müdafiə tərəfi olaraq bizdə belə bir sual yaranır ki, necə olur təqsirləndirilən şəxs2 “Elşən” adlı şəxslə danışığı onun mobil telefonunda aşkar edilmir? Xüsusilə külli miqdarda narkotik vasitənin satışı ilə məşğul olmaqda ittiham olunan, xüsusi təhlükəli biri kimi təqdim olunan təqsirləndirilən şəxs2 telefonunda heç bir məlumatın olmaması bir daha təsdiqləyir ki, o uydurulmuş bir hekayənin qurbanıdır. Məhkəmənin mövqeyi ilə bağlı bildirir ki, silinmiş materialların bərpa edilməsi üçün məhkəmətexniki ekspertizasının keçirilməsini xahiş etməməyi yuxarıda qeyd etdiyi şübhəli halları istisna etmir. Məhkəmə nəzərə almalı idi ki, o, iş üzrə ədalətli nəticənin əldə edilməsi üçün çalışmalıdır. Müdafiə tərəfi olaraq bu vəsatəti verməsələr də, öz təşəbbüsü ilə həmin halları araşdıra bilərdi. Öz təşəbbüsü ilə mobil telefondaki məlumatların bərpa olunmasını təmin edə bilərdi. Hansı ki bu kimi hallar məhkəmə praktikasında dəfələrlə baş vermişdir. Yəni məhkəmənin hər vəchlə ittihama yaranmış əsaslı şübhələri nəzərə almaması aşkar şəkildə görünür. Bundan başqa təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs2 əleyhinə ifadə verməsinə səbəb polis əməkdaşları tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalması olmuşdur. Hətta o, məhkəmə istintaqı zamanı da polis əməkdaşları tərəfindən qeyri-etik hərkətlərlə təhdid olunduğunu bildirmişdir. Lakin məhkəmə hökmündə guya təqsirləndirilən şəxs1 heç bir fiziki və psixoloji zorakılığa məruz qalmadığını dediyi qeyd edilmişdir. Bundan başqa məhkəmə kollegiyası israrla təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verməyə məcbur edildiyi ilkin ifadəsini əsas götürmüşdür. Halbuki yuxarıda qeyd olunan xüsusatlarla həmin ilkin ifadənin yalan olduğu, məcburiyyətdən verildiyi kifayət qədər sübut olunur. Belə ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda hökm əsaslı hesab edilir. Bundan başqa iş materiallarından görünür ki, təqsirləndirilən şəxs2 Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 2.6-cı bəndindən də göründüyü kimi təqsirləndirilən şəxs2 barəsində amnistiya aktı tətbiq edilməli idi. Lakin məhkəmə həmin qərarın 15-ci bəndinə istinadən onun barəsində amnistiya aktı tətbiq etməmişdir. “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, cinayətlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsində ittiham olunan şəxsin, eləcə də cinayətlərin və ya hökmlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsinə görə məhkum edilmiş şəxsin müvafiq olaraq ittiham və ya məhkum edildiyi cinayətlərdən birinə görə amnistiyanın tətbiqi bu Qərarın müddəaları ilə məhdudlaşdırılmışdırsa, ona amnistiya tətbiq edilmir. Qanunun tələblərindən də göründüyü kimi belə bir məhdudiyyət olduqda amnistiya aktı tərtib edilmir. təqsirləndirilən şəxs2 barəsində amnistiya aktının tətbiq edilməməsi üçün “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 6 və 7-ci bəndlərində göstərilən heç bir hal mövcud deyildir. Yəni məhkəmə həmin qərarın 15-ci maddəsini yalnış təsvir vetmişdir. Buna görə də, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən qərar qəbul edilərkən qeyd edilənlər nəzərə alınmalıdır. X8 Cinayətlər Məhkəməsinin hökmününü apellyasiya instansiya məhkəməsində ləğv edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Belə ki, məhkəmənin gəldiyi nəticələrin isin faktiki hallarına uyğun olmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməmiş, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, birinci instansiya məhkəməsi onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almamış, birinci instansiya məhkəməsinin hökm və va qərarında şərh edilmiş hallarla, onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olmuş, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar sübuta yetirilməmiş, irəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan hallar birinci instansiya məhkəməsinin hökm və ya qərarında qanunda göstərilən sübutlarla təsdiq edilməmiş, irəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan hallar birinci instansiya məhkəməsinin hökm və ya qərarında mötəbər olmayan, ziddiyyətli, yolverilməz və ya aid olmayan sübutlarla təsdiq edilmiş, tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməmiş, habelə tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilmişdir. Buna görə də, təqsirləndirilən şəxs2 təqsirliliyi sübuta yetirilmədiyi üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli hökmü ləğv edilməli, hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmü çıxarılmalıdır. Bundan başqa məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi7 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM- in) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 İqbal oğlu bu ziddiyyəti belə izah etmişdir ki,ona ibtidai istintaq zamanı fiziki və psixoloji təyziqlər olduğunu bildirmiş və hətta polis əməkdaşları onun şəxsiyyətini alçatmaq üçün onun şalvarını belə çıxarmaq istəmişlər və məcbur olub özünün əleyhinə böhtan xarakterli ifadələr vermişdir. O, həmin yerə öz istifadəsi üçün 100 qram marixuana götürməyə getmişdir.Həmin əmələ görə cəzalanmasını istəyir. CPM-in 15.2.3-cü maddəsinə əsasən, ciqayət təqibi gedişində zərərçəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatmaq yolu ilə və onların hüquqlarını pozan və sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq qadağandır. Hazırkı işdə də yuxarıda qeyd edildiyi kimi, təqsirləndirilən şəxs həm istintaq zamanı zorakılığa və işgəncəyə məruz qalmış, ifadəsi təzyiq və hədə-qorxu altında alınmışdır. Nə ibtitai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı istintaqla müəyyən edilən bu halların heç biri sübuta yetməmişdir. Təəssüflər olsun ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla əlaqəli olmamış, mövcud sübutlara düzgün hüquqi qiymət verilməmiş, ibtidai araşdırma zamanı kobud prosessual pozuntular və saxtakarlıqlarla bağlı müdafiə tərəfinin arqumentləri araşdırılmamış, verilmiş vəsatətlər əsaslandırılmadan rədd edilmiş, məhkəmə faktiki olaraq məhz ibtidai istintaqın gəldiyi nəticə ilə bağlı olmuş, araşdırma müddətində özünün arbitr rolunu oynamamış, nəticədə qanunsuz, əsassız və ədalətsiz ittiham hökmü çıxarmışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti və apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar verməmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı Əsədov İlqar Həsən Ağa oğlu apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi müdafiəçi6 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətlərinin dəlillərini müdafiə edib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxs2 barəsində bəraət hökmü çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi müdafiəçi1 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edib, təqsirləndirilən şəxs1 İqbal oğlunun əməlini CM-in 234.1-1-ci maddəsinə tövsif edərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini müzakirə edərək, məhkum edilmiş şəxslərin və onların müdafiəçilərinin, dövlət ittihamçısının çıxışlarını dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi6 və məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi7 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilməklə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü dəyişdirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Məhkəmə Kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 CMin 234.4-1-ci maddəsi ilə təqsirli olması işdə olan müvafiq məlumatlarla sübuta yetirilmiş və birinci instansiya məhkəməsi qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və məhkəmədə tədqiq edilmiş sübutlara düzgün qiymət vermiş, həmin sübutlar yoxlanılarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə riayət olunmuşdur. Məhkəmənin həmin məsələlər üzrə mövqeyinin, gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur, apellyasiya şikayətlərinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1ci maddəsinin tələblərinə də əsaslanır. Həmin normada təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Birinci instansiya məhkəməsi araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulan əməlini törətmələrini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onların təqsirliliyini tam sübuta yetirilmiş hesab etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, iranlı şəxsə narkotik vasitə marixuana üçün 250 manat pul göndərmiş, malı götürdükdən sonra qalan 650 manatı da göndərməli imiş. O, maşın ustada olanda iranlı şəxs ona zəng edərək narkotik vasitəni Bəhramtəpədən götürməli olduğunu bildirmiş, o, bu zaman həmin iranlı şəxslə telefonda dalaşmış, İmişliyə getməyə etiraz etmiş, həmin vaxt Əbutalıb Məmmədağa ilə birlikdə onun yanına gəlmiş, Əbutalıb toya getməli imiş, lakin onların hər ikisi onunla birlikdə getmək istəmişlər. Məmmədağanın narkotik vasitə götürüləcəyindən ümumiyyətlə xəbəri olmamışdır. Bəhramtəpədə konumda göstərilən yerdə düşüb narkotiki axtarmağa başlamış, Əbutalıb da nə axtardığını soruşduqda ona vəziyyəti həmin vaxt demişdir, bu zaman Əbutalıb da onunla birlikdə axtarmağa başlamışdır. Bundan sonra səs küy düşmüş, o, polislərin gəldiyini anladıqda maşına əyləşib qaçmış, polis əməkdaşları da ardınca getmişlər. Polislər onu qovalayandan bir müddət sonra o, İmişli şəhərində qəza keçirmişdir. Həmin vaxt Məmmədağa da onunla birlikdə maşında olmuş, lakin, o, yol boyu yatmış, olanların şahidi olmamışdır. Polislər onları bir həyətə aparıb telefonuna baxmışlar, o polislərə etiraz edəndə onun qolunu sındırmışlar. Sonra polislər ona maşınına bir kiloqram marixuana qoyacaqlarını və onu üstünə götürməli olduğunu bildirmişlər. Dediklərini etsə onu və digər şəxsləri buraxacaqlarını demişlər, bunula razılaşmışdır. O, həmin yerə öz istifadəsi üçün 100 qram marixuana götürməyə getmişdir. Elşən adlı şəxslə danışıqları telefonunda qalmış, lakin, polislər onun telefonunu format edib ailə üzvlərinə qaytarmışlar. Onun aşkar olunmuş narkotik vasitələrdən məlumatı yoxdur, heç biri nə ona, nə Əbutalıba məxsus deyil, polislər zorla onların boynuna qoymuşlar. Polislərin əslində onunla qərəzi olmuş, belə ki, o, yaşadığı ərazidə narkotik satanları döyüb metamfetamini məhv etdiyi videolar çəkmiş, həmin videolar telefonunda olmuş, bu səbəbdən narkotik satanların onunla qərəzi olmuşdur, polislər isə əslində onu axtarmışlar. Belə ki, ilk olaraq Əbutalıbı tutanda üzünə baxaraq ona “bu deyil” demişlər, bu zaman, o, oyuna düşdüyünü anlayıb, maşına minib qaçmışdır. Qəzaya düşsə də, həmin qəza ciddi olmamış, sadəcə dirəyə dəymiş, qolu həmin vaxt sınmamışdır, qolunu polislər etirafedici ifadə vermək üçün sındırmışlar. Qətimkan tədbiri barədə təqdimata baxılarkən hakimə 100 qram marixuana üçün gəldiyini bildirmişdir, qolunun qəzada sındığını deməyinə səbəb isə polislər tərəfindən aldadılması olmuşdur. Belə ki, narahat olmamasını, istədikləri kimi ifadə verərsə buraxılacağına onu arxayın etmişlər, o da bu səbəbdən heç yerdə qolunun polislər tərəfindən sındırıldığını deməmişdir. Həmçinin, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, “...10-15 gün olar ki, “İnstagram”-dan iranlı Elşən adlı şəxslə tanış olmuşdur. Həmin şəxs narkotik vasitələrin satışı ilə məşğul olurmuş. O da öz istifadəsi üçün narkotik almaq istəyirmiş. Bunun üçün onunla “Whatsapp”-da danışırmışlar. O, istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə Elşənin istifadəsində olan mobil nömrəsini əzbərdən bilmədiyi nömrə ilə əlaqə saxlayırmış. Təxminən 5-6 gün bundan əvvəl Elşənin göndərdiyi kart hesabına 500 manat pul göndərmiş və sonradan onun göndərdiyi məkana gedərək narkotik vasitə olan qurudulmuş marixuana əldə etmişdir. Həmin məkan Xocasən qəsəbəsi ərazisində imiş və Elşən həmin yerin şəkilini və konumunu ona göndərmişdir. Həmin maddəni şəxsi istifadəsi üçün əldə etmişdir. Elşəndən 500 manatlıq nəşə istəməyinə baxmayaraq o, çox göndərmiş və hesablamaya görə onun 500 manat borcu qalmışdır. O isə Elşənə demişdir ki, onun əlavə imkanı yoxdur ki, 500 manat pul göndərsin. Elşən isə demişdir ki, narahat olma bir şey fikirləşərik. Hadisə ilə bağlı onu bildirmişdir ki, ## ###### 2024-cü il tarixdə səhər radələrində Elşən onunla əlaqə saxlamış və demişdir ki, ona olan 500 manat borcunun qarşılığında ondan bir şey xahiş edəcək. O da nə istədiyini soruşmuşdur. Elşən demişdir ki, İrandan Azərbaycana mal göndərib və malları hazırda İmişli rayonundadır. Həmin malı oradan götürüb Xocasən qəsəbəsində harasa atmaq lazımdır. Bunun qarşılığında Elşən onun 500 manat borcunu siləcəkmiş, eləcə də deməsinə görə ona istifadəsi üçün yenə də narkotik verəcəkmiş. O da razılaşmış və demişdir ki, gedib malı götürə bilər. Həmin günü, yəni, ## ###### 2024-cü il tarixdə saat təxminən 14 radələrində Xocasən qəsəbəsində olan zaman təsadüfən dostu Əbutalıb ilə rastlaşmışdır. Onun yanında dostu Məmmədağa da var imiş. O, avtomobili saxlamış və onlarla görüşmüşdür. Onlarla söhbət əsnasında demişdir ki, birazdan rayona çıxacaq. Əbutalıb hansı rayona və nə üçün getdiyimi soruşduqda İmişli rayonuna gedib qayıdacağını, işinin olduğunu demişdir. Əbutalıba demişdir ki, bikardırsa birlikdə getsinlər. O da boş olduğunu demişdir. Həmin vaxtı Məmmədağa da onların yanında imiş və o da demişdir ki, gedə bilər. Onu da qeyd etmişdir ki, Əbutalıbın da onun kimi narkotik vasitə nəşə istifadə etdiyini bilsə də, Məmmədağanın çəkib-çəkməməyindən məlumatı yox imiş. Saat təxminən 16-17 radələrində onlar istifadəsində olan "Vaz 21074" markalı **-LG-*** qeydiyyat nişanlı avtomobil ilə yola düşmüşlər. Əbutalıb sağ tərəfdə, Məmmədağa isə arxada oturmuşdur. O isə avtomobili idarə edirmiş. Yolda olan zaman Məmmədağa yuxuya getmiş və yatmışdır. Əbutalıb ilə söhbət əsnasında ona narkotik arxasınca getdiyini demişdir. Həmin vaxtı onun üzərində, eləcə də avtomobildə bir neçə gün qabaq istifadəsi üçün götürdüyü nəşə var imiş. Yolda gedən zaman cibindəki nəşədən bir bükümünü Əbutalıba vermişdir. Bunu Məmmədağa görməmiş və onların danışıqlarını da eşitmirmiş. Həmçinin, Əbutalıba demişdir ki, bu günkü malın götürülməsində ona köməklik etsə, yenə də nəşə verəcək. O da razılaşmışdır. Saat təxminən 22 radələrində onlar İmişliyə çatmışlar. Elşənin göndərdiyi konum üzrə hərəkət edirmiş. Həmin konuma çatanda Əbutalıba demişdir ki, gedib tez malı götürüb gəlsin və arxa yük yerinə qoysun. İranlı ilə o, özü danışdığından və iranlıya etibarı olmadığından özü avtomobildən enməmiş və düşünmüşdür ki, kimsə orada olar və onun şəklini çəkər. Əbutalıb avtomobildən enmiş və bir neçə saniyə sonra əlində iki kisə ilə avtomobilə tərəf gəldiyini görmüşdür. Həmin vaxtı bir neçə şəxsin Əbutalıba yaxınlaşdığını görmüş və bilmişdir ki, həmin şəxslər polislərdir. Buna görə də, dərhal avtomobili işə salaraq oradan Saatlı istiqamətində hərəkətə başlamışdır. Həmin proseslər baş verən zaman Məmmədağa hələ də arxada yuxulu imiş. Həmin vaxtı hava yağışlı imiş və avtomobilinin də işıq sistemində problem var imiş. Eləcə də, həyəcandan gözləri qaralırmış. Buna görə də, təxminən bir qədər yol getmişdir ki, gözləri qaraldığından avtomobil yolun çiynindəki torpaq hissəyə çıxmış və orada olan dəmir dirəyə dəyərərək fırlanıb dərə kimi yerə düşmüşdür. Həmin hadisə nəticəsində onun sağ qolu, eləcə də ayaqları əzilmişdir. Enib avtomobilə baxan zaman avtomobilin ön sağ hissəsinin əzildiyini, eləcə də təkərinin partladığını görmüşdür. Bu vəziyyətdə avtomobili idarə edə bilməyəcəyini başa düşmüşdür. Onu da qeyd etmişdir ki, Əbutalıbın saxlandığını görüb həmin yerdən qaçan zaman yolda Məmmədağa da yuxudan ayılmış və nə baş verdiyini soruşmuşdur. O da olanları ona demişdir. Avtomobilin yanında olduqları zaman bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Onu da qeyd etmişdir ki, o, həyəcandan üzərində və avtomobilində olan narkotiki atmağı yadından çıxarmışdır. Polislər onun Əbutalıb ilə qabaqcadan əlbir olaraq qanunsuz olaraq satış məqsədi ilə xüsusilə külli miqdarda narkotik vasitə əldə edib üzərində və avtomobilində saxlamağında şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onu İmişli Rayon Polis Şöbəsinə dəvət etmişlər, o da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmiş, polis əməkdaşlarının xidməti avtomobilinə əyləşmiş, yanında polis əməkdaşı olduğu üçün üzərində olan narkotik vasitə qurudulmuş marixuananı tullaya bilməmişdir. Şöbənin inzibati binasında xidməti iş otağında müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. Bundan sonra üzərində olan əşyaları masanın üzərinə qoyaraq təqdim etməyi təklif edilmiş, o, polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılacağını bildiyi üçün əynində olan boz rəngli cins şalvarın sol arxa cibindən bir ədəd “Redmi” markalı mobil telefonu, həmin şalvarın sol yan cibindən bir qutu “Vinchester” markalı siqareti, bir ədəd şəffaf sellofan bükümü, əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən avtomobilinin qapısını açıb bağlayan mexanizmi çıxararaq masanın üzərinə qoymuşdur. Sonra bir ədəd şəffaf sellofan bükümü təqdim edərək içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni təxminən 2-3 gün əvvəl Bakı şəhərində, tanımadığı İran islam Respublikasının vətəndaşının göndərdiyi məkana gedərək əldə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş bir ədəd şəffaf sellofan bükümün içərisindəki narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilərək 6,27 qram olduğu müəyyən edilmiş, bir ədəd ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa üzərindən aşkar olunmuş bir ədəd “Redmi” markalı mobil telefon içərisində sübut əhəmiyyətinə malik ola biləcək məlumatlar olması ehtimalına görə götürülmüşdür. Üzərindən aşkar olunmuş bir ədəd “Vinchester” markalı siqaret, bir ədəd avtomobilin qapısını açıb-bağlayan mexanizm sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Həmçinin verilən suallara cavab olaraq bildirmişdir ki, ##.##.2024-cü il tarixdə İmişli rayonu ərazisinə tanışları təqsirləndirilən şəxs1 İqbal oğlu və şahid3 ilə birlikdə təxminən 15 gün olar İnstagram sosial şəbəkəsində tanış olmuşdur, adını bilmədiyi İran İslam Respublikasının vətəndaşının dediyi yerdən narkotik vasitələri götürərək Bakı şəhəri, Xocasən kəndində onun dediyi yerə qoymaq məqsədi ilə gəlmişdir, bunun qarşılığında İran İslam Respublikasının vətəndaşının ona şəxsi istifadəsi üçün narkotik vasitə olan qurudulmuş marixuana verəcəkmiş, saxlanılarkən yanında olan şahid3 onun narkotik vasitə əldə etmək üçün İmişli rayonuna gəldiyini bilmirmiş, bu barədə yalnız təqsirləndirilən şəxs1 İqbal oğluna məlumat vermişdir. Əbutalıb narkotik vasitələri götürüb avtomobilə qoymaq istəyən zaman polis əməkdaşlarının onu saxladığını gördüyü üçün qorxaraq idarə etdiyi avtomobil ilə həmin yerdən uzaqlaşmışdır. Həmçinin sorğu zamanı bildirmişdir ki, Əbutalıbın üzərindən aşkar olunmuş narkotik vasitəni o vermişdir...Üzərindən və avtomobildən aşkar edilmiş maddələri şəxsi istifadəsi üçün əldə etmişdir. Əbutalıbdan aşkar edilmiş iki kisədəki maddələri isə Xocasən qəsəbəsi ərazisində harasa atıb bu barədə iranlı Elşənə məlumat verəcəkmiş...“xxxx” MMC-yə məxsus 050-995-20-29 və “xxxx” MMC-yə məxsus 070-911-01-02 mobil nömrələrindən istifadə etmişdir. Nə saxlanılan zaman, nə üzərinə şəxsi axtarış keçirilən zaman, nə də avtomobilə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Üzərində xəsarət var, avtomobillə qəza törətdiyindən qolunda və bədəninin başqa yerlərində xəsarətlər var. Bununla bağlı olaraq polis əməkdaşları tərəfindən ona ilkin tibbi yardım göstərilib və həkim müayinəsindən də keçmişdir. Üzərində olan xəsarətlərin polislərə heç bir aidiyyəti yoxdur. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Həsənzadə Abutalıb İqbal oğlu ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, hadisə günü toya getmək üçün Məmmədağa ilə görüşmüş və yolda Raminlə qarşılaşmışlar. Ustadan qayıdanda Ramin İmişli şəhərinə gedəcəyini, orada işi olduğunu demiş, o, Raminin hərəkətlərində qəribəlik hiss etdiyindən onunla getmişdir. Əslində isə o, həmin günü Xırdalanda Məmmədağanın qohumunun toyuna gedəcəkmiş, lakin, elə başa düşmüşdür ki, Raminin kiminləsə söhbəti var, bu səbəbdən o da Raminlə birlikdə getmək istəmişdir. İmişli şəhərinə çatanda Ramin maşından düşüb nəsə axtarmağa başlamış, nə axtardığını soruşduqda ona narkotik vasitə marixuana üçün gəldiklərini demişdir. O da onunla axtarmağa başlamış, üzüaşağı yolda 2 ədəd kisə görmüş, həmin an polis əməkdaşları kolluğun dibindən çıxıb onu tutmuşlar. Nə üçün gəldiyini soruşduqda o, 100 qram narkotik vasitə marixuana üçün gəldiyini demişdir. Sonra polis əməkdaşları Raminin arxasınca maşınla getmişlər. Onu şöbəyə aparmışlar, Paşa adlı polis ona çəkilişdə onların dediklərini etməsini bildirmişdir. O, razı olaraq ona heçnə etməmələrini xahiş etmişdir. Ona “Ramin sənə 6 qram marixuana verəcək, həmin marixuanaya görə kisələri maşına qoymağa gəlmisən” sözləri deməsini bildirmişlər. O, narkotik vasitələrdən asılı deyil, arabir marixuana çəkir. Həmçinin, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ...Bir il olar ki, arabir narkotik vasitə qurudulmuş marixuana istifadə edirmiş. Çəkdiyi maddələri Xırdalan şəhərində tanımadığı şəxslərdən alırmış. şahid3 və təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır və onlarla arasında heç bir ədavət yoxdur. Raminin də onun kimi narkotik vasitə nəşə istifadə etdiyini bilsə də, Məmmədağanın istifadə edib-etmədiyini bilmirmiş. Hadisə ilə bağlı onu bildirmişdir ki, ## ###### 2024-cü il tarixdə Xocasən tərəfdə Məmmədağa ilə görüşmüş və orada avtomobil sexinin yanında piyada gəzirmişlər. Həmin vaxtı qarşıdan Raminin idarə etdiyi “Vaz 21074” markalı avtomobil ilə gəldiyini görmüşlər. Ramin onları görüb avtomobili saxlamış və onlar bir qədər söhbət etmişlər. Söhbət əsnasında Ramin demişdir ki, birazdan rayona çıxacaq. O, hansı rayona və nə üçün getdiyini soruşduqda demişdir ki, İmişli rayonuna gedibqayıdacaq, işi var. Ramin ona demişdir ki, bikardırsa birlikdə getsinlər. O da boş olduğunu demişdir. Həmin vaxtı Məmmədağa da onların yanında imiş və o da demişdir ki, gedə bilər. Saat təxminən 16-17 radələrində onlar Raminin istifadəsində olan "Vaz 21074" markalı **-LG- *** qeydiyyat nişanlı avtomobil ilə yola düşmüşlər. O, sağ tərəfdə, Məmmədağa isə arxada oturmuşdur. Ramin isə avtomobili idarə edirmiş. Yolda olan zaman Məmmədağa yuxuya getmiş və yatmışdır. Ramin ilə söhbət əsnasında o, narkotik arxasınca getdiklərini demişdir. O, ilkin olaraq etirazını bildirmiş və belə bir iş var imişsə onlarla getməməli olduğunu demişdir. Ramin narahat olmamağını bildirib ona bir büküm nəşə vermişdir. Bunu Məmmədağa görməmiş və onların danışıqlarını da eşitmirmiş. Həmçinin, Ramin ona demişdir ki, bu günkü malın götürülməsində ona köməklik etsə, yenə də nəşə verəcək. O da razılaşmışdır. Saat təxminən 22 radələrində onlar İmişliyə çatmışlar. Ramin iranlı ilə danışmış və iranlının göndərdiyi konum üzrə hərəkət etmişlər. Həmin konuma çatanda Ramin ona demişdir ki, gedib tez malı götürüb gəlsin və arxa yük yerinə qoysun. O, avtomobildən enmiş və avtomobildən təxminən 50 metr məsafədə iki narıncı rəngli kisə olduğunu görmüşdür. Həmin kisələrin ağırlığından və formasından başa düşmüşdür ki, bunlar narkotikdir. Həmin kisələri götürüb avtomobilə doğru gələn zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq polis olduqlarını demişlər. Həmin vaxtı Ramin avtomobili işə salaraq oradan uzaqlaşmışdır. ...yanında polis əməkdaşı olduğu üçün üzərində olan narkotik vasitə qurudulmuş marixuananı ata bilməmişdir. ...Sonra bir ədəd şəffaf sellofan bükümü təqdim edərək içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni ##.##.2024-cü il tarixdə tanışı təqsirləndirilən şəxs2 ona verdiyini bildirmişdir. Sonra iki ədəd narıncı rəngli polietielin kisələri təqdim edərək içərisində narkotik vasitə olduğunu, lakin hansı növ narkotik vasitə olduğunu bilmədiyini, həmin polietielin kisələri İmişli rayonuna birlikdə gəldiyi təqsirləndirilən şəxs2 dediyi yerdən götürdüyünü, təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ 21074” markalı avtomobilə aparan zaman polis əməkdaşları tərəfindən saxlanıldığını qeyd etmişdir. ...cibindən aşkar edilmiş maddəni şəxsi istifadəsi üçün Ramin ona vermişdir. İki ədəd kisədəki maddələri isə Raminlə birlikdə Xocasən qəsəbəsi ərazisində harasa atacaqmışlar və Ramin bu barədə iranlıya məlumat verəcəkmiş. “xxxx” MMC-yə məxsus 077-310-00-97 mobil nömrəsindən istifadə etmişdir. Nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Üzərində hər hansı bir xəsarəti yoxdur. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. İş üzrə dindirilmiş şahid şahid2 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, ## ###### 2024-cü ildə əməliyyat məlumatı daxil olmuş. Məlumat təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 adlı şəxslərin külli miqdarda narkotik vasitə daşınması və satışı ilə məşğul olması barədə olmuşdur. Əməliyyat qrupu yaradılmış və qrupa o, İsmayıl Şıxəliyev, Rəşad İbrahimov, Ruslan Çobanov və Bayram Rüstəmov daxil olmuşdur. Həmin şəxslərin Hacıqabul Horadiz yolu istiqamətində VAZ 2107 markalı avtomobildə olduğu barədə məlumat daxil olmuş, şəxsləri İmişli rayonu ərazisində saxlamışlar, həmin vaxt təqsirləndirilən şəxs1 əlində iki ədəd kisə ilə maşına yaxınlaşırmış. təqsirləndirilən şəxs2 isə avtomobillə oradan uzaqlaşmışdır. Onun arxasınca polis əməkdaşları getmiş, təqsirləndirilən şəxs1 şöbəyə dəvət etmişlər. Şəxs üzərindən bir ədəd bükümdə marixuanaya bənzər kütləni təqdim etmiş, kisələrdən metadon həbləri və heroinə bənzər kütlə ilə marixuanaya bənzər kütlə aşkarlanmışdır. Sonradan təqsirləndirilən şəxs2 də saxlandığını eşitmişdir. Şəxslərə qarşı heç bir zor tətbiq edilməmiş, və təqsirləndirilən şəxs2 qolunun sındırılması kimi hal olmamışdır. İş üzrə dindirilmiş şahid Şıxəliyev İsmayıl Teyyub oğlu ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, ## ###### 2024-cü ildə şöbəyə əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupuna o da daxil imiş. Şəxsləri İmişli rayonu ərazisində saxlamışlar. Saxlanılan vaxt onlar narkotik vasitənin miqdarını mübahisələndirməmiş, əməllərini səmimi etiraf etmişdirlər. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir - «Şübhəli şəxsin tutulması haqqında» ## ###### 2024-cü il tarixli, **** nömrəli protokoldan görünür ki, təqsirləndirilən şəxs1 İqbal oğlu ## ###### 2024-cü il tarixdə saat 22:40 radələrində ARCM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. ( C-İ, i.v. 20) - «Şübhəli şəxsin tutulması haqqında» ## ###### 2024-cü il tarixli, **** nömrəli protokoldan görünür ki, təqsirləndirilən şəxs2 ## ###### 2024-cü il tarixdə saat 23:35 radələrində ARCM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. ( C-İ, i.v. 45) - «Şəxsi axtarış və baxış haqqında» ## ###### 2024-cü il tarixli, **** nömrəli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı təqsirləndirilən şəxs1 İqbal oğlu saxlanılaraq İmişli RPŞ-nin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təqsirləndirilən şəxs1 əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd səffaf sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə, əlində daşıdığı iki ədəd narıncı rəngli polietielin kisələrdən isə ümumilikdə 07 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr, 03 ədəd bağlamada narkotik vasitə heroinə bənzər maddələr və hər birində 10 ədəd olmaqla 20 list ümumilikdə 200 ədəd üzərində “Metadon 40” yazısı olan həblər aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə istintaq hərəkəti ## ###### 2024-cü il tarixdə saat 00:40-da başlamış və həmin tarixdə saat 01:28-də bitmişdir. (C-İ, i.v. 29-33) - «Şəxsi axtarış və baxış haqqında» ## ###### 2024-cü il tarixli, **** nömrəli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı təqsirləndirilən şəxs2 saxlanılaraq İmişli RPŞ-nin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təqsirləndirilən şəxs2 əynində olan boz rəngli cins şalvarın sol arxa cibindən bir ədəd “Redmi” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən bir qutu “Vinchester” markalı siqaret, bir ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə, əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən avtomobil açarı aşkar edilmişdir. Aşkar edilmiş siqaret qutusu və açar onun özünə qaytarılmış, mobil telefon və 01 bükümdə maddə isə götürülmüşdür. Şəxsi axtarış və götürmə istintaq hərəkəti ## ###### 2024-cü il tarixdə saat 03:40-da başlamış və həmin tarixdə saat 03:58-də bitmişdir. (C-İ, i.v. 55-59) - «Baxış keçirilməsi və götürmə haqqında» ## ###### 2024-cü il tarixli, **** nömrəli protokoldan görünür ki, BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı təqsirləndirilən şəxs2 idarə etdiyi “Vaz 21074” markalı **-LG- *** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə saxlanılaraq İmişli RPŞ-nin inzibati binasına gətirilmiş və avtomobilə baxış keçirilmişdir. Baxış zamanı “Vaz 21074” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində ehtiyat təkər üçün nəzərdə tutulmuş yerdən 01 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür. Avtomobilə baxış və götürmə istintaq hərəkəti ## ###### 2024-cü il tarixdə saat 04:50-də başlamış və həmin tarixdə saat 05:04-də bitmişdir. (C-İ, i.v. 63-65) - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, 4(005) ***/**** nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Şəxs özünü qismən təqsirli bilmişdir. (C- İ, i.v. 212-218) - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, 4(005) ***/**** nömrəli qərarı ilə təqsirləndirilən şəxs Həsənzadə Abutalıb İqbal oğlu barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Şəxs özünü qismən təqsirli bilmişdir. (C- İ, i.v. 219-225) - Məhkəmə-bioloji ekspertizasının ## ###### 2024-cü il tarixli, **/*** nömrəli rəyindən aşağıdakılar qeyd edilmişdir: Tədqiqata təqdim olunmuş üzərində “təqsirləndirilən şəxs1 İqbal oğlunun üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan torbacıqda təmiz çəkisi 5,98 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan torbacıqda təmiz çəkisi 5,82 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “təqsirləndirilən şəxs2 avtomobilindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki, üzəri yapışqanlı lentlə sarınmış 1 (bir) ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 1010 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “İçərisində narkotik vasitə olan qurudulmuş marixuanaya və heroine bənzər maddələr..” sözləri və imzalar olan narıncı rəngli sintetik kisədəki:- üzəriləri yapışqanlı lentlə sarınmış 3 (üç) ədəd qara rəngli polietilen torbalarda ayrı ayrılıqda 2000 qram, 2045 qram, 2225 qram, ümumi təmiz çəkisi 6270 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. - üzəriləri yapışqanlı lentlə sarınmış 1 (bir) ədəd qara rəngli polietilen torbadakı şəffaf polietilen torbada, digər 1 (bir) ədəd qara rəngli polietilen torbanın içərisindəki 1 (bir) ədəd ağ rəngli polietilen torbadakı qara rəngli polietilen torbada və 1 (bir) ədəd şəffaf polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 3980 qram, 3985 qram, 2800qram, ümumi təmiz çəkisi 10765 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Tədqiqata təqdim olunmuş üzərində “İçərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr və içərisində Methadone 40 olan kütlələr..” sözləri və imzalar olan narıncı rəngli sintetik kisədəki;- üzəriləri yapışqanlı lentlə sarınmış 4 (dörd) ədəd qara rəngli polietilen torbalarda ayrı-ayrılıqda 3290 qram, 2240 qram, 2005 qram, 1195 qram ümumi təmiz çəkisi 9530 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. - üzərində “Methadone 40 20.23” göstəriciləri olan 20 (iyirmi) ədəd konvalyutda, 200 (iki yüz) ədəd həblər zavod üsulu ilə hazırlanmış metadon dərman preparatıdır, (beynəlxalq adına görə metadon) Təqdim olunmuş sayı 200 (iki yüz) ədəd metadon həblərinin təsir maddəsinin miqdarı 8 qram təşkil edir. Tədqiqata təqdim olunmuş üzərində “təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki marixuana ilə üzərində “təqsirləndirilən şəxs2 avtomobilindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə..”..”sözləri və imzalar olan kağız paketdəki marixuana tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 2 (iki) ədəd narıncı rəngli sintetik kisələrdəki marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş üzərində “İçərisində narkotik vasitə olan qurudulmuş marixuanaya və heroinə bənzər maddələr..” sözləri və imzalar olan narıncı rəngli sintetik kisədəki heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş üzərində “təqsirləndirilən şəxs1 İqbal oğlunun üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki marixuana ilə 2 (iki) ədəd narıncı rəngli sintetik kisələrdəki marixuanalar tərkiblərinə görə müxtəlifdirlər. Tədqiqata təqdim olunmuş üzərində “təqsirləndirilən şəxs1 İqbal oğlunun üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki marixuana ilə üzərində “təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki və üzərində “təqsirləndirilən şəxs2 avtomobilindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş üzərində “təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki və üzərində “təqsirləndirilən şəxs2 avtomobilindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki marixuanalar ilə 2 (iki) ədəd narıncı rəngli sintetik kisələrdəki marixuanalar tərkiblərinə görə müxtəlifdirlər. Heroin, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in II siyahısının İ bəndinə (sıra №*) daxil olduğu müəyyən oldu. Qeyd: 1) Marixuananın təmiz çəkiləri- 5,98qr; 5,82qr; 1010qr; 6270qr; 9530qr; cəmi tədqiqata sərf edildi- 0,64qr (hər 1№-li. 2№-li obyektlərdən 0,02 qram və 3№-li, 4-6№-li, 10-13№-li obyektlərdən 0,2 qr götürüldü), qalıq-5,96qr; 5,80qr; 1009,8qr; 6269,8qr; 9529,8qr; 2) Heroinin ümumi təmiz çəkisi- 10765qram, cəmi təqdiqata sərf edildi-0,6qram (hər 7-* №-li obyektdən 0,2qram götürüldü), qalıq- 10764,4qramdır. 3) Metadon ümumi sayı-200 ədəd, tədqiqata sərf edildi- 20 ədəd qalıq-180 ədəd. ( C-İ, i.v. 93-97) - Məhkəmə-narkoloji ekspertizasının ## ##### 2024-cü il tarixli, **** nömrəli rəyindən görünür ki, təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (C-II, i.v. 102-103) - Məhkəmə-narkoloji ekspertizasının ## ##### 2024-cü il tarixli, **** nömrəli rəyindən görünür ki, təqsirləndirilən şəxs1 İqbal oğlunda kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda təqsirləndirilən şəxs1 İqbal oğlunda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (C-II, i.v. 104-105) - «Maddi sübut kimi tanıma haqqında» ## ###### 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 İqbal oğlundan aşkar edilərək götürülən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 1021,56 qram və 15799,6 qram olan narkotik vasitə qurudulmuş marixuana, 10764,4 qram qalmış heroin və 180 ədəd olan metadon həbinin maddi sübut hesab edilməsi və saxlanılmalarından ötrü Azərbaycan Respublikası DİNin BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınmışdır. (C-İ, i.v. 248-252) Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cinayət mühakimə icraatının məqsədi təqsirləndirilən şəxsin irəli sürülmüş ittihamı qəbul edib-etməməsinin müəyyənləşdirilməsi deyil, iş üzrə toplanmış və məhkəmə iclasında bilavasitə tədqiq edilmiş sübutların məcmusuna əsasən işin faktiki hallarının müəyyən edilməsidir. Bu baxımdan təqsirləndirilən şəxsin müxtəlif mərhələlərdə verdiyi ifadələr sübut növlərindən yalnız biri olmaqla, onların hər biri digər sübutlarla qarşılıqlı əlaqədə və məcmu halında qiymətləndirilməlidir. Cinayət-prosessual hüququnda sübutların azad qiymətləndirilməsi prinsipi məhkəməyə hər hansı sübuta əvvəlcədən müəyyən edilmiş üstün hüquqi qüvvə vermədən, hər bir sübutun mötəbərliyini, aidiyyətini və mümkünlüyünü digər sübutlarla əlaqədə qiymətləndirmək səlahiyyəti verir. Buna görə də təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı verdiyi ifadə özlüyündə ibtidai istintaqda verilmiş ifadədən üstün hüquqi qüvvəyə malik deyildir. Məhkəmə ziddiyyət təşkil edən ifadələrdən hansının həqiqətə daha uyğun olduğunu onların iş üzrə mövcud olan digər obyektiv sübutlarla nə dərəcədə uzlaşmasına əsasən müəyyən edir. İş materiallarından görünür ki, həm təqsirləndirilən şəxs2, həm də təqsirləndirilən şəxs1 İqbal oğlunun ibtidai istintaq zamanı verdikləri ifadələr hadisənin başvermə mexanizmini, cinayət hadisəsinin məqsədini, iştirakçıların rollarını və narkotik vasitələrin əldə edilmə qaydasını bir-birini tamamlayan şəkildə təsvir etmiş, həmin ifadələr şəxsi axtarış və götürmə protokolları, avtomobilə baxış protokolu, ekspertiza rəyləri, əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşlarının ifadələri və digər yazılı sübutlarla qarşılıqlı şəkildə təsdiq olunmuşdur. Məhkəmə baxışı zamanı irəli sürülmüş fərqli izahatlar isə obyektiv sübutlarla təsdiq edilməmiş, əksinə, iş üzrə müəyyən edilmiş faktiki hallarla ziddiyyət təşkil etmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin ibtidai istintaqda verilmiş və digər sübutlarla uzlaşan ifadələri mötəbər hesab etməsi sübutların qiymətləndirilməsi qaydalarına tam uyğundur. Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 məhkəmə iclasında ifadələrində yuxarıda göstərilən xüsusatlar birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla, o cümlədən təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 özlərinin ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində “şübhəli şəxs” qismində verdiyi ## ###### 2024-cü il tarixli və “təqsirləndirilən şəxs” qismində verdikləri eyni məzmunlu ## ###### 2026-cı il tarixli, eyni zamanda hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmə prosessində verilən ifadələri, üzləşdirmədə dindirmə aparılması haqqında protokollar, telefon danışıqları məlumatları), şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də birinci instansiya məhkəməsi məhkum edilmiş şəxslərin istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etməyib, onların bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirmişdir. Belə ki, cinayət təqibi başlanan andan təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə verdiyi izahatında, “şübhəli şəxs” qismində verdiyi ## ###### 2024cü il tarixli və “təqsirləndirilən şəxs” qismində verdiyi eyni məzmunlu ## ###### 2024-cü il tarixli, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən verdikləri izahatlarında, eləcə də əməliyyat-axtarış tədbirinin keçirilməsi və üzərinə video-çəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişlər. Hər iki şəxs həmin ifadələrində və istintaq hərəkətində məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 tanışı təqsirləndirilən şəxs1 ilə qabaqcadan danışaraq aralarında əldə edilmiş razılığa əsasən narkotik vasitəni birlikdə əldə edib uzaqlaşan zaman, polis əməkdaşları tərəfindən saxlanıldığını bilavasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bundan başqa, birinci instansiya məhkəmə istintaqında müəyyən edilmişdir ki, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs1 və müdafiəçilərinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Müdafiə tərəfinin əsas dəlillərindən biri təqsirləndirilən şəxs2 İmişli rayonuna yalnız şəxsi istifadəsi üçün 100 qram marixuana əldə etmək məqsədilə getməsi, xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak etməməsi barədə olmuşdur. Məhkəmə kollegiyası həmin dəlili inandırıcı hesab etmir. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs2 ardıcıl şəkildə göstərmişdir ki, İran İslam Respublikasının vətəndaşı ilə əvvəlcədən razılığa gəlmiş, İmişli rayonundan götürüləcək narkotik vasitələri Bakı şəhərində göstərilən ünvana çatdırmağı öhdəsinə götürmüş, bunun müqabilində əvvəlki narkotik borcunun silinməsi və əlavə narkotik vasitə əldə etməsi barədə razılıq əldə etmişdir. Bu hallar yalnız onun öz ifadəsi ilə deyil, təqsirləndirilən şəxs1 ibtidai istintaq ifadəsi, hadisənin başvermə ardıcıllığı, narkotik vasitələrin aşkar olunma şəraiti və digər sübutlarla da təsdiq edilmişdir. Məhkəmə baxışı zamanı yalnız 100 qram marixuana götürmək niyyəti barədə irəli sürülmüş yeni izahat isə həmin obyektiv sübutların heç biri ilə təsdiq olunmamışdır. Çünki hadisə yerinə Bakıdan İmişliyə gecə saatlarında getməsi, məkanın əvvəlcədən göndərilmiş lokasiya üzrə müəyyənləşdirilməsi, narkotik vasitələrin miqdarı və bağlamaların sayı həmin izahatı şəxsi istifadə versiyasından daha inandırıcı edir. Cinayət-prosessual hüququnun sübutetmə nəzəriyyəsində qəbul olunmuş yanaşmaya görə, sonradan dəyişdirilmiş müdafiə xarakterli izahat yalnız onu təsdiq edən müstəqil və obyektiv sübutlar mövcud olduqda digər sübutların inandırıcılığını aradan qaldıra bilər. Hazırkı işdə isə belə sübutlar mövcud deyildir. Müdafiə tərəfi həmçinin təqsirləndirilən şəxs1 İqbal oğlunun əvvəlcədən cinayət niyyətindən xəbərsiz olduğunu, narkotik vasitələrin götürüləcəyini yalnız hadisə yerində bildiyini göstərmişdir. Lakin bu mövqe də iş materialları ilə təsdiq olunmur. Həm təqsirləndirilən şəxs2, həm də təqsirləndirilən şəxs1 ibtidai istintaqda vermiş olduqları ifadələrdə yolda olarkən narkotik vasitələrin götürülməsi barədə danışdıqlarını, Raminin Əbutalıba marixuana verdiyini, narkotik vasitələrin götürülməsində kömək edəcəyi halda ona yenidən marixuana veriləcəyini bildirdiyini göstərmişlər. Əbutalıb özü də ifadəsində götürdüyü kisələrin formasına və ağırlığına görə onların narkotik vasitə olduğunu başa düşdüyünü etiraf etmişdir. Cinayət hüququ nəzəriyyəsinə görə əvvəlcədən əlbir olma iştirakçılar arasında razılaşmanın uzun müddət əvvəl əldə edilməsini tələb etmir. Razılıq cinayətin icrasına başlanılmamış istənilən mərhələdə əldə oluna bilər. Əhəmiyyətli olan iştirakçıların vahid cinayət niyyətini dərk etmələri və həmin niyyətə uyğun uzlaşdırılmış hərəkətlər etmələridir. Buna görə onun hərəkəti təsadüfi müşayiət deyil, narkotik vasitənin götürülməsi və avtomobilə daşınması üzrə razılaşdırılmış hərəkət kimi qiymətləndirilməlidir. İş üzrə müəyyən edilmiş faktiki hallar da məhz belə razılaşmanın mövcudluğunu təsdiq edir. Müdafiə tərəfi tərəfindən narkotik vasitələrin polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxslərin üzərinə və avtomobilə yerləşdirilməsi barədə irəli sürülmüş dəlil də məhkəmə kollegiyası tərəfindən qəbul edilmir. Cinayət prosesində hər hansı sübutun saxtalaşdırılması barədə iddia ehtimallara deyil, obyektiv məlumatlara əsaslanmalıdır. Hazırkı işdə isə narkotik vasitələrin aşkar edilməsi, götürülməsi və qablaşdırılması qanunla müəyyən edilmiş prosessual qaydada həyata keçirilmiş, bu barədə müvafiq protokollar tərtib edilmiş, istintaq hərəkətləri videoçəkilişlə müşayiət olunmuş, aşkar edilmiş maddələr ekspertiza tədqiqatına təqdim edilmiş və sonrakı prosessual hərəkətlər fasiləsiz sübut zənciri şəraitində rəsmiləşdirilmişdir. Müdafiə tərəfi həmin prosessual sənədlərin və ya ekspertiza nəticələrinin saxtalaşdırıldığını təsdiq edən hər hansı obyektiv sübut təqdim etməmişdir. Məhkəmə təcrübəsində də qəbul edilir ki, yalnız təqsirləndirilən şəxsin subyektiv ehtimalı və ya təkzibedici izahatı, onu dəstəkləyən obyektiv sübutlar olmadıqda, digər qarşılıqlı uzlaşan sübutların etibarlılığını aradan qaldırmır. Müdafiə tərəfi həmçinin ibtidai istintaq zamanı ifadələrin fiziki və psixi təzyiq nəticəsində alındığını, təqsirləndirilən şəxs2 qolunun polis əməkdaşları tərəfindən sındırıldığını bildirmişdir. Lakin bu iddia da iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası bu dəlillə bağlı ilk növbədə qeyd edir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 3-cü maddəsindən irəli gələn tələblərə görə şəxs sağlam vəziyyətdə tutulub sonradan bədənində xəsarətlərlə aşkar edildikdə, həmin xəsarətlərin mənşəyinə dair inandırıcı izahat vermək vəzifəsi dövlətin üzərinə düşür. Lakin bu prezumpsiya yalnız xəsarətlərin şəxsin azadlığı faktiki olaraq məhdudlaşdırıldıqdan sonra yarandığı müəyyən edildiyi hallarda tətbiq olunur. Baxılan işdə isə iş materialları ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs2 əməliyyataxtarış tədbiri zamanı hadisə yerindən avtomobillə uzaqlaşmış və ## ###### 2024-cü il tarixdə, yəni saxlanılmasından əvvəl, İmişli rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Bu hal təkcə ittiham tərəfinin sübutları ilə deyil, məhz təqsirləndirilən şəxs2 özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi ilə də təsdiqlənir: o, sağ qolunun və ayaqlarının məhz həmin yol-nəqliyyat hadisəsi nəticəsində əzildiyini, avtomobilin ön sağ hissəsinin əzilib təkərinin partladığını, üzərindəki xəsarətlərin polis əməkdaşlarına heç bir aidiyyəti olmadığını və ona ilkin tibbi yardım göstərildiyini açıq şəkildə bildirmişdir. Müdafiə tərəfinin istinad etdiyi ## ###### 2024-cü il tarixli məhkəmə-tibbi ekspertiza rəyi də bu nəticəni təkzib etmir, əksinə, onunla uzlaşır. Belə ki, həmin rəydə xəsarətlərin sağ çiyin və sol aşıq-baldır oynağı nahiyələrinin yumşaq toxumalarının əzilməsi və hematomalarından ibarət olduğu, küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəldiyi, əmələ gəlmə müddətinin isə ## ###### 2024-cü il tarixə uyğun gəldiyi göstərilmişdir. Ekspert rəyi nə xəsarətlərin mənşəyini polis əməkdaşlarının hərəkətləri ilə əlaqələndirən, nə də sağ körpücük sümüyünün sınığını təsbit edən hər hansı nəticə ehtiva etmir. Xəsarətlərin küt əşyanın təsirindən əmələ gəlməsi və tarixinin yol-nəqliyyat hadisəsinin baş verdiyi tarixlə üst-üstə düşməsi məhz məhkum edilmiş şəxsin ilkin ifadəsində təsvir etdiyi mexanizmlə tam uyğun gəlir. Sürücünün sağ qolunun «boşluqda» olması barədə mülahizə isə xüsusi bilik tələb edən məsələ üzrə qeyripeşəkar fərziyyə olub, ekspert rəyi ilə təsdiq olunmamışdır; avtomobildə olmuş şahid3 xəsarət almaması da onun avtomobilin arxa oturacağında yatmış vəziyyətdə olması nəzərə alındıqda hər hansı ziddiyyət yaratmır. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, təqsirləndirilən şəxs2 nə saxlanıldığı, nə üzərinə şəxsi axtarış keçirildiyi, nə şübhəli, nə də təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə dindirildiyi zaman, nə də barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında təqdimata baxılarkən — yəni müdafiəçi və hakim qarşısında olduğu bir neçə müstəqil prosessual mərhələdə — polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilməsi barədə hər hansı şikayət və ya bəyanat verməmişdir. Belə bir iddianın yalnız məhkəmə istintaqı mərhələsində, ittiham üzrə əsas sübutlar tədqiq edildikdən sonra irəli sürülməsi onun mötəbərliyini əhəmiyyətli dərəcədə zəiflədir. Bu səbəbdən məhkəmə kollegiyası göstərilən dəlili obyektiv sübutlarla təsdiq olunmayan bəyanat kimi qiymətləndirir və ibtidai istintaqda verilmiş ifadələrin Cinayət-Prosessual Məcəllənin 15.2.3 və 125.2-ci maddələri baxımından yolverilməz sübut hesab edilməsi üçün əsas görmür. təqsirləndirilən şəxs1 qarşı alçaldıcı rəftar edilməsi barədə dəlilə münasibətdə. Məhkəmə kollegiyası qeyd edir ki, onun üzərində şəxsi axtarış və götürmə prosessual hərəkəti başdan-sona fasiləsiz videoçəkiliş vasitəsilə aparılmış (## ###### 2024-cü il tarixli, **** nömrəli protokol, saat 01:33-dən 02:05-dək), videoyazı protokola əlavə edilərək iş materiallarına daxil edilmiş və birinci instansiya məhkəməsinin iclasında tədqiq olunmuşdur. Müdafiə tərəfi özü də həmin videoyazının konkret dəqiqə və saniyələrinə istinad etdiyindən, yazının işdə mövcudluğu və tədqiq edilməsi mübahisəsizdir. Həmin videoyazıda belə bir hərəkətin əksini tapmaması, təqsirləndirilən şəxs1 bədənində hər hansı xəsarətin aşkar edilməməsi, habelə onun özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə heç bir fiziki və ya psixi təzyiqə məruz qalmadığını bildirməsi qarşısında bu dəlil də obyektiv sübutla dəstəklənməyən bəyanat kimi qiymətləndirilir. Telefonun polis əməkdaşları tərəfindən format edilməsi və müdafiə üçün əhəmiyyətli yazışmaların silinməsi barədə dəlil də eyni qaydada yalnız ehtimal xarakteri daşıyır. Bu iddia da texniki ekspertiza rəyi, operator məlumatı, telefon yaddaşı üzrə mütəxəssis rəyi və ya başqa obyektiv məlumatla təsdiqlənmir. Əksinə, iş üzrə telefon danışıqları və hadisədən əvvəlki əlaqələrin mövcudluğu ittihamın əsas faktiki xəttini - məkanın əvvəlcədən bildirilməsi və narkotik vasitənin götürülməsi üçün razılaşmanın olmasını - təkzib etmir, əksinə həmin ardıcıllıqla uzlaşır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərində irəli sürülmüş qalan dəlillərə münasibətdə, Cinayət-Prosessual Məcəllənin 145.1 və 146.1-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir dəlili ayrılıqda və iş üzrə toplanmış digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirərək aşağıdakıları qeyd edir. Şəxsi axtarışın hadisə yerində deyil, polis şöbəsində və vaxt fasiləsindən sonra aparılması barədə dəlilə münasibətdə. Kollegiya qəbul edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Layijov Azərbaycana qarşı» (ərizə № *****/**, ## ##### 2014-cü il, § 69), «Sakit Zahidov Azərbaycana qarşı» (ərizə № *****/**, ## ###### 2015-ci il, § 53) və «Savalanlı və başqaları Azərbaycana qarşı» (ərizə № *****/** və digərləri, § 91) işləri üzrə qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, tutulmadan dərhal sonra axtarışın üzrlü səbəb olmadan aparılmaması sübutun «yerləşdirilməsi» ehtimalı ilə bağlı qanuni narahatlıq doğurur, çünki həmin müddət ərzində şəxs tamamilə polisin nəzarəti altında olur. Oxşar yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli, * nömrəli Qərarının 34-cü bəndində də əks olunmuş, orada göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin gedişində şəxs tutulduqda onun üstü faktiki tutulduğu (yaxalandığı) yerdə yoxlanılmalı və sübut əhəmiyyətli əşyalar orada götürülməlidir; bu isə şəxs polis orqanına gətirildikdən sonra CPM-in 246.2.1-ci maddəsinə uyğun olaraq şəxsi axtarış istintaq hərəkətinin aparılmasını istisna etmir. Lakin göstərilən hüquqi mövqe sübutun birbaşa olaraq yolverilməz sayılmasını deyil, onun mötəbərliyinin (keyfiyyətinin) xüsusi səylə yoxlanılmasını və prosesin bütövlükdə ədalətliliyinin qiymətləndirilməsini tələb edir. Avropa Məhkəməsinin sabit təcrübəsinə görə həlledici meyar sübutun əldə edilmə şəraitinin onun mötəbərliyinə və dəqiqliyinə şübhə yaradıbyaratmaması, habelə tərəfə sübutun həqiqiliyini mübahisələndirmək və ondan istifadəyə etiraz etmək üçün effektiv imkanın verilib-verilməməsidir. Baxılan işdə isə istinad edilən işlərdən fərqli olaraq: hər iki məhkum edilmiş şəxsin üzərində şəxsi axtarış və götürmə fasiləsiz videoçəkiliş vasitəsilə aparılmış; istintaq hərəkətləri müdafiəçinin iştirakı ilə keçirilmiş; götürülmüş predmetlər dərhal qablaşdırılıb möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmış; videoyazılar iş materiallarına əlavə edilərək məhkəmə baxışında tədqiq olunmuş; müdafiə tərəfinə həmin sübutların həqiqiliyini mübahisələndirmək üçün tam imkan verilmişdir. Bundan başqa, məhkəmə kollegiyası müdafiə tərəfinin vaxt fasilələri ilə bağlı hesablamasının iş materiallarına tam uyğun olmadığını qeyd edir. Belə ki, ## ###### 2024-cü il tarixli, **** nömrəli protokoldan görünür ki, təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti saat 04:50-də deyil, saat 04:05-də başlamış və 04:35-də bitmişdir; Deməli, təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduqdan (saat 03:15) 50 dəqiqə sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Ən əsası isə, sübutun «yerləşdirilməsi» versiyası iş üzrə mövcud olan obyektiv, texniki xarakterli sübutla — məhkəmə-bioloji ekspertizanın ## ###### 2024-cü il tarixli, **/*** nömrəli rəyi ilə birbaşa təkzib olunur. Həmin rəyə görə: (a) təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 5,98 qram marixuana, təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 5,82 qram marixuana və təqsirləndirilən şəxs2 avtomobilindən aşkar edilmiş 1010 qram marixuana tərkiblərinə görə eynidirlər; (b) həmin üç obyekt narıncı rəngli kisələrdəki marixuanalardan tərkiblərinə görə müxtəlifdirlər; (c) iki narıncı kisədəki marixuanalar isə öz aralarında eynidirlər. Bu nəticələr ibtidai istintaq zamanı hər iki məhkum edilmiş şəxsin ayrı-ayrılıqda verdiyi ifadələrlə tam uzlaşır: təqsirləndirilən şəxs2 yolda gedərkən öz cibindəki nəşədən bir bükümü təqsirləndirilən şəxs1 vermiş, kisələrdəki narkotik vasitə isə İmişli rayonu ərazisində əvvəlcədən yerləşdirilmiş ayrıca partiya olmuşdur. Əgər müdafiə tərəfinin iddia etdiyi kimi narkotik vasitələr sonradan polis əməkdaşları tərəfindən hər iki şəxsin üzərinə və avtomobilə yerləşdirilmiş olsaydı, üç müxtəlif mənbədən — iki fərqli şəxsin üzərindən və avtomobilin ehtiyat təkər yerindən — götürülmüş obyektlərin kimyəvi tərkibcə bir-biri ilə eyni, kisələrdəki kütlələrdən isə fərqli olması obyektiv olaraq mümkün olmazdı. Kimyəvi tərkibin eyniliyi süni şəkildə yaradıla bilməyən və yalnız ekspertiza yolu ilə yoxlanılan obyektiv göstəricidir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, şəxsi axtarışın bilavasitə saxlanılma yerində aparılmaması ilə bağlı nöqsan — belə bir nöqsanın mövcudluğu qəbul edilsə belə — hazırkı işdə sübutların mötəbərliyinə əsaslı şübhə yaratmır, prosesin bütövlükdə ədalətliliyinə xələl gətirmir və CPM-in 125.2-ci maddəsi mənasında həmin sübutların yolverilməzliyinə səbəb olmur. Narkotik vasitələrin müxtəlif tərkibli olmasının onların məhkum edilmiş şəxslərə məxsusluğunu təsdiq etmədiyi barədə dəlilə münasibətdə. Bu dəlil əvvəlki bənddə göstərilən səbəblərə görə əsassızdır. Ekspertiza nəticəsi əslində ittiham versiyasını deyil, məhz müdafiə versiyasını təkzib edir: narkotik vasitələrin tərkibcə qruplaşması təsadüfi deyil, hadisənin ibtidai istintaqda təsvir edilmiş gedişatı ilə tam uyğundur. Uzaq yolda avtomobil idarə edən şəxsin narkotik vasitəni bükümlərə bölə bilməyəcəyi barədə dəlilə münasibətdə. Bu dəlil işin faktiki hallarına uyğun deyildir. Nə irəli sürülmüş ittihamda, nə də məhkum edilmiş şəxslərin ifadələrində təqsirləndirilən şəxs2 yolda narkotik vasitəni açıb bükümlərə böldüyü və qablaşdırdığı göstərilmir. Hər iki şəxsin ibtidai istintaqdakı ifadəsinə görə söhbət artıq hazır vəziyyətdə olan bir ədəd şəffaf sellofan bükümün cibdən çıxarılıb verilməsindən gedir ki, bu da avtomobilin idarə edilməsi ilə uzlaşır və yuxarıda göstərilən ekspertiza nəticəsi ilə təsdiqlənir. Əməlin CM-in 29-cu maddəsinə istinadla cinayətə cəhd kimi tövsif edilməli olduğu barədə dəlilə münasibətdə. Ali Məhkəmə Plenumunun ## #### 2024-cü il tarixli, * nömrəli Qərarının 4-cü bəndinə görə narkotik vasitələrə hər hansı üsulla yiyələnməyə yönəldilmiş hərəkətlər, o cümlədən tapılmış narkotik vasitənin mənimsənilməsi əldə etmə kimi təfsir edilməlidir. Həmin Qərarın 5-ci bəndinə görə saxlama bu vasitələrə qanunsuz surətdə faktiki malik olma deməkdir və uzanan cinayət olaraq şəxsin əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan başa çatmış hesab edilir. Qərarın 6-cı bəndinə görə isə narkotik vasitənin şəxsin özündə, o cümlədən bilavasitə üzərində yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilir və bu cinayətin subyekti təkcə narkotik vasitənin sahibi deyil, onu bilavasitə daşıyan digər şəxslər də ola bilər. Baxılan işdə təqsirləndirilən şəxs1 iki ədəd narıncı rəngli polietilen kisəni bilavasitə əlinə götürmüş və onları avtomobilə doğru təxminən 50 metr məsafəyə daşımışdır. Bu hal onun özünün ibtidai istintaqdakı ifadəsi, təqsirləndirilən şəxs2 ifadəsi (Əbutalıbın əlində iki kisə ilə avtomobilə tərəf gəldiyini görməsi), əməliyyat tədbirində iştirak etmiş şahid şahid2 ifadəsi, habelə **** nömrəli şəxsi axtarış protokolu (kisələri «əlində daşıdığı» qeyd edilməklə) ilə təsdiq olunur. Deməli, narkotik vasitə artıq onun faktiki sahibliyinə keçmiş, əldə etmə və daşıma əməlləri başa çatmışdır. Bundan əlavə, onun əynindəki gödəkcənin cibindən aşkar edilmiş 5,98 qram marixuananı saxlaması müstəqil surətdə başa çatmış əməl təşkil edir. Bu səbəbdən əməldə cinayətə cəhdin əlamətləri yoxdur və CM-in 29-cu maddəsinə istinad üçün əsas mövcud deyildir. CPM-in 128.3.1, 245.8 və 247.1.9-cu maddələrinin pozulması barədə dəlilə münasibətdə. Göstərilən normalar götürülən predmetlərin protokolda mümkün qədər dəqiq təsvirini və qablaşdırılmasını tələb etsə də, aşkar edilmiş kütlənin növünün və dəqiq miqdarının məhz istintaq hərəkətinin gedişində müəyyən edilməsini cinayət-prosessual qanun tələb etmir. Əksinə, Ali Məhkəmə Plenumunun ## #### 2024-cü il tarixli, * nömrəli Qərarının 3-cü bəndinə görə predmetin narkotik vasitə olması və onun miqdarının müəyyən edilməsi xüsusi biliklər tələb etdiyindən bu məsələlər yalnız müvafiq ekspertiza rəyi əsasında həll edilir. Hazırkı işdə həmin bükümlər qablaşdırılıb möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmış, prosedur fasiləsiz videoçəkilişlə müşayiət olunmuş və predmetlər dərhal ekspertiza tədqiqatına təqdim edilmişdir. Məhkəmə-bioloji ekspertizanın **/*** nömrəli rəyi ilə həmin üç obyektin ayrı-ayrılıqda təmiz çəkilərinin 3980 qram, 3985 qram və 2800 qram olmaqla ümumilikdə 10765 qram təşkil etdiyi və onların narkotik vasitə heroin olduğu dəqiqliklə müəyyən edilmiş, tədqiqata sərf edilmiş miqdar (0,6 qram) və qalıq (10764,4 qram) göstərilmiş, ## ###### 2024-cü il tarixli qərarla isə həmin qalıq maddi sübut kimi tanınaraq müvafiq saxlanc yerinə təhvil verilmişdir. Beləliklə, predmetin götürüldüyü andan ekspertizaya, oradan isə maddi sübutların saxlanc yerinə qədər fasiləsiz və sənədləşdirilmiş sübut zənciri mövcuddur. CPM-in 125.2-ci maddəsinin mənasına görə prosessual qaydanın hər hansı nöqsanı deyil, yalnız sübutun mötəbərliyinə və dəqiqliyinə şübhə yaradan pozuntular onun yolverilməz sayılmasına səbəb olur. Baxılan işdə isə nə məhkum edilmiş şəxslər, nə də onların müdafiəçiləri istintaq hərəkəti zamanı və sonrakı prosessual mərhələlərdə götürülmüş kütlələrin sayını, çəkisini və növünü mübahisələndirməmiş, protokolları etirazsız imzalamışlar. Videoyazıda bükümlərin içərisində heroin olduğunun görünməməsi barədə dəlilə münasibətdə. Bu dəlil hüquqi əhəmiyyət kəsb etmir. Maddənin narkotik vasitə, o cümlədən heroin olması vizual müşahidə yolu ilə deyil, yalnız xüsusi biliklər tələb edən ekspertiza yolu ilə müəyyən edilə bilər (Plenum Qərarının 3-cü bəndi). Bu məsələ iş üzrə **/*** nömrəli ekspertiza rəyi ilə həll edilmiş, həmin rəyin nəticələri isə müdafiə tərəfi tərəfindən elmi cəhətdən mübahisələndirilməmiş, təkrar və ya əlavə ekspertiza keçirilməsi barədə vəsatət verilməmişdir. Yağışlı havaya baxmayaraq paketlərdə nəm izinin olmaması barədə dəlilə münasibətdə. Bu dəlil fərziyyə xarakteri daşıyır. İş materiallarında yağışın nə vaxt başladığı, intensivliyi və müddəti, habelə kisələrin yerləşdirildiyi konkret yerin (yolun kənarı, kolluq) mühafizəli olub-olmaması barədə hər hansı obyektiv məlumat mövcud deyildir. Bundan əlavə, ekspertiza rəyindən görünür ki, kisələrin içərisindəki bağlamalar üzərləri yapışqanlı lentlə sarınmış polietilen torbalarda olmuşdur. Obyektiv məlumatla təsdiqlənməyən belə mülahizə CPM-in 146.1-ci maddəsi baxımından mötəbər sübutlar məcmusunu təkzib etmək gücünə malik deyildir. Avtomobilin işıq sistemi, sürət həddinin aşılmasına görə cərimə və stasionar polis postlarından keçmə barədə dəlillərə münasibətdə. Bu hallar CPM-in 139-cu maddəsində nəzərdə tutulan sübut etmə predmetinə daxil deyildir. Yol-nəqliyyat hadisəsinin səbəbi CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin nə obyektiv, nə də subyektiv cəhətinin elementini təşkil etmir. Müdafiə tərəfinin bu hissədəki dəlilləri tam qəbul edilsə belə, onlar məhkum edilmiş şəxslərin xüsusilə külli miqdarda narkotik vasitəni qanunsuz əldə etməsi, saxlaması və daşıması barədə nəticəni dəyişdirmir. Təqib zamanı narkotik vasitənin atılmamasının «absurd» olması barədə dəlilə münasibətdə. Bu dəlil sübut deyil, mülahizədir. Üstəlik, həmin mülahizə məhz təqsirləndirilən şəxs2 özünün ibtidai istintaqda verdiyi izahatla cavablandırılmışdır: o, həyəcandan üzərində və avtomobilində olan narkotik vasitəni atmağı yadından çıxardığını, sonradan isə yanında polis əməkdaşı olduğu üçün bunu edə bilmədiyini göstərmişdir. Təqsirləndirilən şəxsin cinayət hadisəsi zamanı özünü necə aparmalı olduğuna dair fərziyyə iş üzrə toplanmış maddi sübutları təkzib edə bilməz. Şahid İsmayıl Şıxəliyevin məhkəmə istintaqında hadisəni xatırlamaması barədə dəlilə münasibətdə. Bu hal özlüyündə onun ifadəsini mötəbərsiz etmir. Həmin şahid məhkəmə istintaqında ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Hadisədən keçən müddət nəzərə alındıqda təfərrüatların xatırlanmaması təbii haldır və CPM-in 327-ci maddəsi məhz belə hallarda əvvəlki ifadənin elan edilməklə tədqiq olunmasını nəzərdə tutur. Bundan əlavə, ittiham yalnız həmin şahidin ifadəsinə deyil, əməliyyat tədbirində iştirak etmiş digər şahidin ifadəsinə, istintaq hərəkətlərinin protokollarına, videoyazılara, ekspertiza rəylərinə və maddi sübutlara əsaslanır. Anten-dairə məlumatlarına istinadən təqsirləndirilən şəxs2 Xocasən qəsəbəsində olmaması barədə dəlilə münasibətdə. Məhkəmə kollegiyası qeyd edir ki, belə məlumatlar mobil cihazın qeydə alındığı baza stansiyasının əhatə dairəsini göstərir və özlüyündə şəxsin konkret ərazidə olub-olmamasını istisna edən mütləq sübut hesab edilə bilməz. Bundan əlavə, bu dəlil yalnız avtomobilin ehtiyat təkər yerindən aşkar edilmiş 1010 qram marixuananın əldə edilmə yerinə aiddir. Əməlin CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməsinin əsasını isə İmişli rayonu ərazisində əldə edilmiş və xüsusilə külli miqdar təşkil edən 10765 qram heroin təşkil etdiyindən, göstərilən dəlil nə tövsifə, nə də təqsirliliyə dair nəticəyə təsir göstərir. Əlavə şahidin dindirilməsi barədə vəsatətin təmin edilməməsi, elektron daşıyıcının qiymətləndirilməməsi və məhkəmə-texniki ekspertizanın təyin edilməməsi barədə dəlillərə münasibətdə. Məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 121.1-ci maddəsinə əsasən vəsatətlər üzrə əsaslandırılmış qərar qəbul edilməlidir. Lakin CPM-in 397.1 və 398-ci maddələrinin mənasına görə birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş hər hansı nöqsan deyil, yalnız işin düzgün həllinə təsir göstərən və ya göstərə bilən pozuntular hökmün ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Baxılan işdə göstərilən sübut mənbələrinin heç biri ittihamın əsasını təşkil edən faktları — narkotik vasitələrin növünü, miqdarını, onların məhkum edilmiş şəxslərin faktiki sahibliyinə keçməsini və hadisənin baş vermə mexanizmini — təkzib edə biləcək məzmuna malik deyildir. Silinmiş yazışmaların bərpası üzrə ekspertiza isə CPM-in 32.2-ci maddəsində təsbit olunmuş çəkişmə prinsipi baxımından müdafiə tərəfinin öz təşəbbüsü ilə qaldıra biləcəyi vəsatətin predmeti olduğu halda, belə vəsatət nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsində verilməmişdir. Şübhənin təqsirləndirilən şəxsin xeyrinə şərh edilməsi qaydası (CPM-in 21.3-cü maddəsi) isə yalnız aradan qaldırıla bilməyən əsaslı şübhələrə şamil olunur; fərziyyəyə əsaslanan mücərrəd şübhə bu qaydanın tətbiqi üçün əsas vermir. Unibank tərəfindən təqdim edilmiş CD-nin sübut kimi ayrıca qiymətləndirilməməsi barədədir. Həmin daşıyıcının məzmunu iş üzrə narkotik vasitələrin əldə edilməsi, daşınması, aşkar olunması və satış məqsədi ilə bağlı sübutlar məcmusunu təkzib edən həlledici məlumat kimi çıxış etmir. Sübutun ayrıca olaraq hökmün mətnində geniş şərh edilməməsi, əgər həmin sübut işin nəticəsini dəyişən faktı təsdiq etmirsə, məhkəmə qərarının qanuniliyini aradan qaldırmır. Əməlin CM-in 234.4-1-ci maddəsi ilə deyil, daha yüngül norma ilə tövsif edilməli olması barədədir. Məhkəmə kollegiyası hesab edir ki, aşkar edilmiş narkotik vasitələrin növü, xüsusilə külli miqdarı, bağlamaların sayı, hərəkətlərin əvvəlcədən razılaşdırılmış məkan üzrə icrası, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 bir-birini tamamlayan hərəkətləri, habelə narkotik vasitənin sonradan başqa ünvana çatdırılması barədə razılaşma satış məqsədli qanunsuz dövriyyə və qabaqcadan əlbir olan qrup əlamətlərini təsdiq etdiyindən, əməlin daha yüngül maddəyə tövsif edilməsi üçün hüquqi əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin apellyasiya şikayətlərində irəli sürdüyü dəlillər əsasən təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı dəyişdirilmiş izahatlarına əsaslanır və həmin izahatlar iş üzrə mövcud olan obyektiv sübutlarla təsdiq olunmur. Əksinə, birinci instansiya məhkəməsinin istinad etdiyi sübutlar qarşılıqlı əlaqədə, birbirini tamamlayan vahid sübutlar sistemi təşkil edir, onların arasında təqsirləndirilən şəxslərin təqsirliliyinə dair əsaslı şübhə yaradan ziddiyyət müəyyən edilmir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi və təqsirin sübuta yetirilməsi barədə gəldiyi nəticəni qanuni, əsaslı və işin faktiki hallarına uyğun hesab edir, müdafiə tərəfinin həmin nəticəni təkzib edən dəlillərini isə əsassız sayır. İstintaq hərəkətləri videoçəkiliş vasitəsilə keçirilərkən məhkum edilmiş şəxslər aşkar edilmiş narkotik vasitələrin çəkisini, olduqları bükümlərin sayını, eləcə də aşkarlanmış narkotik vasitənin növünü mübahisələndirməmişdir. Buna görə də məhkəmə kollegiyası videoçəkilişlərdə müdafiənin ayrıca vurğuladığı fraqmentləri ümumi sübutlar sistemindən təcrid olunmuş şəkildə deyil, protokollar, ekspertiza rəyləri, ilkin ifadələr və hadisənin ardıcıllığı ilə birlikdə qiymətləndirir. Bu məcmu qiymətləndirmə müdafiə versiyasını deyil, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təsdiq edir. Əksinə hər ikisi şəxsi axtarışın nəticələrini özündə əks etdirən protokolları imzalamaqla yuxarıda sadalanan narkotik vasitələrin çəkisini, olduqları bükümlərin sayını, eləcə də növünün doğruluğunu təsdiq etmişdir. İbtidai istintaqın sonrakı mərhələlərində də məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 aşkarlanmış narkotik vasitənin çəkisini, həmin kütlələrin olduğu bükümlərin sayını və onların növünü mübahisələndirməmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 hər birisi məhkəmə iclasında onlara qarşı irəli sürülmüş ittihamları qəbul etməyərək ziddiyyətli ifadələr vermişlər. Buna baxmayaraq, yuxarıda sadalanan sübutlarla məhkum edilmiş şəxslər bir-birini tamamlayaraq cinayət əməlinin məhz onlar tərəfindən törədildiyini tam sübuta yetirmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Artıq bu hallar məhkum edilmiş şəxslərin məhkəmə baxışı dövründə irəli sürdüyü dəlillərin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdikləri ilkin ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 apellyasiya şikayətlərində gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, məhkum edilmiş şəxslər bu formada ifadə verməklə özlərini məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası məhkum edilmiş şəxslərin cinayət işinin ibtidai araşdırma mərhələsində ilkin şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədəuyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla birinci instansiya məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə məhkum edilmiş şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 qeyd etdiklərinin işin faktiki halları ilə üstüstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxslərin cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Buna görə də, birinci instansiya məhkəməsi ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ibtidai araşdırma dövründə verdiyi ilkin ifadələrlə sonradan verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onların ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab etməklə düzgün nəticəyə gəlmişdir. Bu ifadələrin təhlili göstərir ki, məhkum edilmiş şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 öz aralarında və digər şəxs(lər)lə qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusilə külli miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış, ölkə ərazisində qanunsuz olaraq narkotik vasitənin realizə edilməsi istiqamətində fəal hərəkətlər etmişlər. Belə ki, həm cinayət işinin materialları əsasında yuxarıda tətqiq edilmiş təkzibedilməz sübutlarla təsdiq olunmuşdur ki, məhkum edilmiş şəxslər digər şəxs(lər)lə cinayət əlaqəsinə girərək artıq ölkə ərazisində mövcud olmuş xüsusilə külli miqdarda narkotik vasitələrin əldə edilib saxlanması və daşınması, faktiki olaraq isə həmin narkotik vasitə ilə bağlı “kuryerlik” funksiyasını icra etmək vəzifəsini öz öhdələrinə götürmüşlər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli, * nömrəli Qərarının 12-ci bəndinə görə CM-in 234.4-cü maddəsində nəzərdə tutulmuş «qabaqcadan əlbir olan bir qrup şəxs» tövsifedici əlamətinin mövcudluğu məsələsi həll olunarkən bu cinayət-hüquqi kateqoriyanı təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri rəhbər tutulmalıdır. Konkret işdə məhkum edilmiş şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 narkotik vasitəni birlikdə əldə edib daşımaları barədə əvvəlcədən razılığa gəlmələri, hər ikisinin cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri — narkotik vasitənin götürülməsi və avtomobil istiqamətinə daşınması — bilavasitə birgə icra etmələri (birgə icraçılıq) iş materialları ilə tam təsdiq olunduğundan, onların əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi tövsifi qanuni və əsaslıdır. Məhkəmə kollegiyası satış məqsədinə münasibətdə qeyd edir ki, qeyd olunan Plenum Qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı (alıcı) ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin ayrı-ayrı bağlamalara bölünməsi və işin digər halları nəzərə alınmalıdır. Konkret işdə narkotik vasitələrin xüsusilə külli miqdarda — ümumi təmiz çəkisi 15800 qram olan narkotik vasitə qurudulmuş marixuana, xüsusilə külli miqdarda təmiz çəkisi 10765 qram olan narkotik vasitə heroin və təsir maddəsinin ümumi miqdarı külli miqdarda 8 qram olan 20 ədəd konvalyutda 200 ədəd metadon həbi olması, narkotik vasitənin çoxsaylı bağlamada olması məcmu halında məhz satış məqsədinin mövcudluğunu təsdiq edir. Eyni Qərarın 6-cı bəndinə görə narkotik vasitənin qanunsuz daşınması cinayətinin subyekti təkcə onun sahibi və ya onu müvəqqəti saxlayan şəxs deyil, həm də onu bilavasitə daşıyan digər şəxslər ola bildiyindən, təqsirləndirilən şəxs1 narkotik vasitəni təqsirləndirilən şəxs2lə birlikdə götürüb daşıması onun əməlinin müstəqil tövsifi üçün kifayət edir. Bu baxımdan məhkum edilmiş şəxslərin narkotik vasitələri yalnız şəxsi istifadə məqsədi ilə götürmələri barədə dəlilləri iş üzrə toplanmış mötəbər sübutlar məcmusu ilə təkzib olunduğundan, məhkəmə kollegiyası tərəfindən əsassız hesab edilir. Satış məqsədinin mövcudluğu təkcə aşkar edilmiş kütlənin miqdarı ilə deyil, kütlənin bir neçə ayrıca bağlamada olması, məkanın əvvəlcədən lokasiya və fotoşəkillə bildirilməsi, məhkum edilmiş şəxslərin gecə saatlarında həmin yerə birbaşa getməsi kimi bir-birini tamamlayan hallar məcmusu ilə təsdiq olunur. Bu halların hər biri ayrıca götürüldükdə ehtimal yarada bilsə də, məcmu şəkildə qiymətləndirildikdə satış məqsədli qanunsuz dövriyyə barədə birinci instansiya məhkəməsinin nəticəsini möhkəmləndirir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, narkotik vasitənin satış məqsədi ilə dövriyyədə olmasını təsdiq etmək üçün mütləq faktiki satış aktının baş verməsi tələb olunmur. Plenum qərarında göstərilən meyarlar baxımından narkotik vasitənin xüsusilə külli miqdarda olması, müxtəlif növdə və çoxsaylı bağlamalarda qablaşdırılması, əvvəlcədən göndərilmiş məkan üzrə götürülməsi və başqa ünvana çatdırılmalı olması satış məqsədinin mövcudluğu barədə kifayət qədər mötəbər nəticəyə gəlməyə imkan verir. Bu səbəbdən müdafiənin “narkotik vasitələr məhkum edilmiş şəxslərə məxsus deyildi” arqumenti də hüquqi nəticəni dəyişmir. CM-in 234-cü maddəsi üzrə məsuliyyət üçün narkotik vasitənin mülkiyyət hüququ ilə şəxsə məxsus olması deyil, onun qanunsuz əldə edilməsi, faktiki sahibliyə götürülməsi, saxlanması, daşınması və satış məqsədi ilə dövriyyəyə daxil edilməsi əhəmiyyət daşıyır. İş üzrə sübutlar məhz həmin faktiki sahibliyi və şüurlu daşımanı təsdiq edir. Bundan başqa aşkar olunmuş narkotik vasitənin məhkum edilmiş şəxslərə aidiyyəti olmaması ilə bağlı iddianın qiymətləndirilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxslərə ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihamı və həmin ittihamla bağlı birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticəni təsdiq edən sübutlar məhkəmənin mübahisələndirilən hökmündə ətraflı şəkildə qeyd edildiyindən məhkəmə kollegiyası həmin sübutların təkrarən sadalanmasına zərurət görmür. Bu baxımdan müdafiə tərəfinin narkotik vasitələrin məhkum edilmiş şəxslərə aid olmaması barədə dəlili yalnız formal inkar kimi qiymətləndirilir. Çünki sübut etmə baxımından həlledici məsələ həmin vasitənin kimin mülkiyyətində olması deyil, məhkum edilmiş şəxslərin onu şüurlu şəkildə əldə etməsi, daşıması və sonrakı təhvil məqsədi ilə faktiki sahibliyinə götürməsidir. İş üzrə müəyyən edilmiş faktlar məhz həmin nəticəni təsdiq edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarının 6-cı bəndində qeyd olunur ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 9-cu bəndinə görə, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası əməlin hüquqi tövsifinə və hər iki müdafiəçinin əməlin CM-in 234- 1.1-ci (mətnin məzmununa görə — 234.1-1-ci) maddəsinə tövsif edilməsi barədə tələbinə münasibətdə aşağıdakıları qeyd edir. CM-in 234.4-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ali Məhkəmə Plenumunun ## #### 2024-cü il tarixli, * nömrəli Qərarının 16-cı bəndində izah edilmişdir ki, bir neçə növ narkotik vasitə müəyyən edildikdə hər bir növün miqdarı ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan, yəni daha ciddi məsuliyyətə səbəb olan narkotik vasitəyə görə tövsif olunmalıdır; aşkar edilmiş narkotik vasitələrdən hər hansı birinin miqdarı xüsusilə külli miqdar təşkil etdikdə isə əməl satış məqsədinin olubolmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməlidir. Bu izahdan görünür ki, satış məqsədi CM-in 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlaməti deyildir. Buna görə də, hətta müdafiə tərəfinin subsidiar mövqeyi — məhkum edilmiş şəxslərin narkotik vasitəni yalnız şəxsi istifadə məqsədilə əldə etmələri barədə dəlili — qəbul edilsəydi belə, bu, əməlin tövsifini dəyişdirməzdi. Belə ki, iş üzrə aşkar edilib ekspertiza ilə növü və miqdarı müəyyən olunmuş 10765 qram narkotik vasitə heroin xüsusilə külli miqdar təşkil edir və bu hal tərəflər arasında mübahisəli deyildir. Bu şəraitdə əməlin CM-in 234.1-1-ci (külli miqdar) və ya 234.1-ci (xeyli miqdar) maddəsi ilə tövsif edilməsi cinayət qanununun açıq tələblərinə zidd olardı. Ekspertiza rəyi ilə hər bir növ narkotik vasitənin miqdarının ayrıca müəyyən edilməsi və ittihamda ayrıca göstərilməsi isə həmin bəndin tələbinə tam uyğundur. Eyni Qərarın 17-ci bəndindən irəli gələn yanaşmaya görə CM-in 234.4-1-ci maddəsi əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlamətini də əhatə etdiyindən, həmin əlamətin əlavə olaraq CM-in 234.4.1-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. Bu isə birinci instansiya məhkəməsinin əməli yalnız CM-in 234.4-1-ci maddəsi ilə tövsif etməsinin düzgünlüyünü təsdiq edir. Eyni səbəbdən, göstərilən əlamət artıq tövsifedici əlamət kimi nəzərə alındığından, o, CM-in 61.1.3-cü maddəsinə əsasən təkrarən cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Birinci instansiya məhkəməsi qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarının tövsiyələrinə riayət etmişdir. Bundan başqa Kollegiya yuxarıda göstərilənlərə əsasən, apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək, həmin dəlilləri əsassız hesab edir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxslərə təyin edilmiş cəzaya münasibətdə qeyd edir ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * №-li Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr məhkum edilmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır»(## ##### 2021-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli, * nömrəli qərarının 27-ci bəndində qeyd edilmişdir ki, Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CMin 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il ## #### tarixli * nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, məhkum edilmişi səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il ## ###### tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi cəzanı hər bir məhkum edilmiş şəxsə münasibətdə yüngülləşdirən halları CM-in 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən məhkum edilmişlərin şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanın məhkumun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, məhkum edilmiş şəxslərə Azərbaycan Respublikası CM-in qeyd olunan normalarının və ədalət prinsipinin (CM maddə 8) tələblərinə cavab verən cəza təyin etmişdir. Lakin, Məhkəmə kollegiyası cəzanın təyin edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmasa da, bunun səbəbi cəzanın növü və ya miqdarının düzgün müəyyən edilməməsi deyil, cinayət qanununun tətbiqinə dair maddi hüquq normasının düzgün tətbiq edilməməsidir. Belə ki, iş materiallarında olan ## ###### 2026-cı il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından amnistiya aktı tətbiq edilməklə azad edilmişdir. CM-in cəzaların təyin edilməsinə dair müddəalarının məzmunundan irəli gəlir ki, hökmlərin məcmusu üzrə yekun cəzanın təyin edilməsi yalnız icra edilməmiş və hüquqi qüvvəsini saxlayan cəzalar mövcud olduqda mümkündür. Şəxsin amnistiya aktının tətbiqi nəticəsində cəzadan azad edilməsi həmin cəzanın icrasına hüquqi son qoyur və həmin cəza sonradan hökmlərin məcmusu qaydasında yeni təyin olunmuş cəza ilə birləşdirilə bilməz. Əks yanaşma amnistiya aktının hüquqi nəticələrini aradan qaldırmaqla onun məqsədinə və hüquqi mahiyyətinə zidd olardı. Amnistiya aktının tətbiqi nəticəsində şəxsin cəzanı çəkmək vəzifəsi ləğv edildiyindən həmin cəza artıq CM-in hökmlərin məcmusu üzrə cəza təyin edilməsini nəzərdə tutan normalarının tətbiqi baxımından mövcud hüquqi fakt kimi nəzərə alına bilməz. Buna görə də, birinci instansiya məhkəməsi tərəfindən amnistiya tətbiq olunmaqla icrasına xitam verilmiş Abşeron Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli hökmü üzrə təyin edilmiş cəzanın hazırkı hökm üzrə təyin olunmuş cəza ilə birləşdirilməsi cinayət qanununun düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hökmü yalnız bu hissədə dəyişdirilməli, Abşeron Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın hazırkı hökm üzrə təyin edilmiş cəza ilə cinayətlərin məcmusu qaydasında birləşdirilməsinə dair müddəa hökmdən xaric edilməli, digər hissələrdə isə hökm dəyişdirilmədən saxlanılmalıdır. Bu dəyişiklik təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın qanuniliyi və ədalətliliyini təmin etməklə yanaşı, amnistiya aktının yaratdığı hüquqi nəticələrin tam şəkildə qorunmasına xidmət edir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, bu dəyişiklik təqsirləndirilən şəxs2 hazırkı cinayət üzrə təqsirliliyi və ona CM-in 234.4-1-ci maddəsi ilə təyin edilmiş əsas cəzanın qanuniliyi barədə nəticəni aradan qaldırmır. Dəyişiklik yalnız artıq amnistiya aktı ilə icrası hüquqi cəhətdən başa çatmış əvvəlki cəzanın CM-in 66.5-ci maddəsi qaydasında hazırkı cəzaya birləşdirilməsinin yolverilməzliyi ilə bağlıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunanlar, birinci instansiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsində nəzərdə tutulmuş pozuntuya yol verildiyini, yəni birinci instansiya məhkəməsinin cinayət qanunu normasının düzgün tətbiq etməməsi nəticəsində, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olduğunu göstərir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayətləri üzrə apelyasiya instansiyasında aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, eyni zamanda, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi6 və məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi7 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2024cü il tarixli hökmü ilə təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CMin 68.1.1-1ci maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) günü hesab edilməklə, 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə, ona qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsinə dair müddəalar hökmdən xaric edilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi6 və məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi7 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) günü hesab edilməklə, 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə, ona qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsinə dair müddəalar hökmdən xaric edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar