Məhkəmə qərarları › İş №1(3-9)-219/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-219/2026

25.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-219/2026 25.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), X4 və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Tahir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- */**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü (hakim Murquzov Elmir İlqar oğlunun sədrliyi) ilə ## ###### 1973-cü il tarixdə Lənkəran rayonu Boladi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, sahibkar, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Boladi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə" iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, onun üzərinə yaşayış yerini təxirəsalınmaz təcili tibbi yardım göstərilməsi halları istisna olmaqla saat 22:00-dan saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzanın icrasının yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması barədə yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARI Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına tutub, həmin torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işlərini aparmışdır. Belə ki, o, 2019-cu ildən hazırki vaxtadək Lənkəran rayonu, Boladi kəndinin ərazisində yerləşməklə Lənkəran rayonunun Boladi bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş 670 kv.metr ölçüdə kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ, yəni bələdiyyə torpağının mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam (qərar və ya müqavilə) olmadan özbaşına ayırıb, həmin torpaq sahəsinin hüdudlarına növbə ilə dəmir dirəklər basdırmaqla özbaşına tutaraq və həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 120 kv.metr hissəsində tikinti və quraşdırma işlərini aparıb heyvandarlıq məqsədi ilə taxta və əsasən dəmir konstruksiyadan tövlə inşa edərək kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət, istifadə və icarə hüququnu pozmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM nin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Müdafiəçi Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Məcəlləsinin, Cinayət- Prosessual Məcəlləsinin müvafiq maddələrinə istinad edərək, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı iş üzrə ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonunun Boladi kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Həmçinin, o, mal və qoyun heyvanları saxlayır. Evi ilə üzbəüz asfalt yolun əks tərəfində yerləşən Boladi kəndin ümümi otlaq sahəsi hesab edilən torpaq sahəsinə 2019-cu ildə başqasına məxsus yük avtomobilinin 12 metrlik dəmir qoşqu yerləşdirilmişdir. Qoşqu ona məxsus deyil. Dəmir dirəkləri yerə bərkitməmişdir. O, bələdiyyə sədrindən həmin torpaq sahəsini ona icarəyə verilməsi ilə bağlı müraciət etdikdə həmin torpaq sahəsinin bələdiyyə məxsus olmadığına icarəyə verilməsinin mümkün olmadığı bildirmişdir. O, həmin tövlənin ərazisini zəbt etməmişdir. Çünki, həmin ərazidə ondan başqa, kənd sakinləri mütəmadi olaraq istifadə edir, həmin ərazidə hər hansı tikinti quraşdırma işlərini aparmamış və həmin ərazidə olan qoşqunun dirəkləri yerin üst səthində olmuşdur və bu barədə fotoşəkilər məhkəmə istintaqı zamanı məhkəməyə təqdim etmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Lənkəran rayon Boladi bələdiyyəsinin sədri Nümayəndə ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qoyun saxlamaq üçün şəraiti olmayıb və bununla bağlı ona torpaq sahəsinin icarə verilməsi üçün müraciət etmişdir. Lakin həmin ərazinin bələdiyyə məxsus olduğunu bilmədiyindən həmin ərazini icarəyə verə bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tərəfindən həmin ərazidə tikinti quraşdırma işləri aparılmamışdır. Verilən sualara cavabında da bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən torpaq üzərində qoyulmuş dəmirlər azca fiziki qüvvənin təsiri atında dağıla bilər, həmçinin torpağın alt qatına hər hansı bərkildilmə mövcud olmamışdır. Həmçinin, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər də ifadələrində göstərmişdirlər ki, ittihamda qeyd olunan ərazidə qoşqu mövcud olmuşdur, həmin qoşqunun dirəkləri torpaq üzərində olmuşdur. Qoşqunun dirəkləri daş və beton vasitəsilə yerə bərkidilməmişdir. Bundan başqa, məhkəmə istintaq zamanı ittihamda göstərilən ərazidə Təqsirləndirilən şəxs tərəfindən zəbt olunması, həmin torpaq sahəsinin hüdudlarını nə ilə məhudulaşdırılması, ittihamda göstərilən ərazidə hər hansı tikilinin mövcudluğu və təyinatının ilə bağlı ekspertizanın təyin edilməsi barədə vəsatət verilməsinə baxmayaraq məhkəmə əsassız olaraq vəsatəti təmin etməməklə iş üzrə obyektiv həqiqətin üzə çıxmasını məhdudlaşdırmışdır. Çünki istintaq zamanı ekspert tərəfindən verilmiş rəy mötəbər sayılmamalıdır. Ona görə ki, 2019-cu il tarixindən həmin ərazidə qoşqu mövcud olmuş və həmin qoşqudan Nəsirov Rəfaildən başqa, kənd sakinləri mütəmadi olaraq istifadə etmişdir. Bundan başqa, Nəsirov Rəfail barəsində ibtidai istintaq mərhələsində toplanılmış materialar əsasında 2 (iki) cinayət işinin başlanılmasını rədd edilməsi barədə qərar qəbul edilmişdir. Nəsirov Rəfail məhkəmə istintaq zamanı göstərmişdir ki, polis əməkdaşlarının onunla qərəzli münasibətləri fonunda cinayət məsuliyyətinə cəlb edilmişdir. Qeyd olunan halların məhkəmənin diqqətinə çatdırılmasına baxmayaraq, məhkəmə əsassız olaraq Təqsirləndirilən şəxs barəsində ittihamedici əsaslarla hökm çıxarmışdır. Bütün bunlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində çıxarılmış ittihamedici hökm qanunsuz və əsassızdır. Belə ki, məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən, işin bütün faktiki haları araşdırılmaması ilə məhkəmənin gəldiyi nəticələrin işin faktiki halarına uyğun olmaması ilə məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan haları subuta yetirilməməsi ilə çıxarıldığı üçün Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli, *(*-***)-*/**** saylı ittihamedici hökmü ləğv olunmalıdır. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış edib onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə tövsif edərək, onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, təqsirləndirilən şəxsə bəraət verilməsi, əməlinin hüquqi tövsifinin dəyişdirilməsi və ya ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin təmin olunmamasını və Lənkəran Rayon Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Apellyasiya şikayətindən və müdafiə tərəfin çıxışlarından görünür ki, müdafiə tərəfi işin faktiki hallarını və təqsirlilik məsələlərini mübahisələndirərək təqsirləndirilən şəxsin barəsində qeyri-obyektiv və ədalətsiz hökm çıxarıldığını hesab etmiş və ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. 188.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma cinayət məsuliyyətinə və cəzaya səbəb olan əməllər kimi təsbit edilmişdir. 188.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma; 188.3cü maddəsinə əsasən isə həmin əməllərin kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsi bu maddə ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Onu da qeyd etmək lazımdır ki, törədilən cinayətin tərkib əlamətlərinin müəyyən edilməsi və əməlin Cinayət Qanunu norması üzrə tövsif edilməsi yuxarıda qeyd edilən Cinayət Məcəlləsinin müvafiq normaları əsasında aparılsa da, törədilən əməlin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi prosedurlar əsasında aparılır. Bu mənada Cinayət-Prosessual Məcəllənin müvafiq normalarının müəyyən etdiyi hüquqi prosedurların xatırladılması da zəruridir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. 124.1 və 124.2-ci maddələrinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 138.1 və 138.2-ci maddələrinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Cabardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təqsirliliklə bağlı məsələni cinayət və cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından nəzərdən keçirən məhkəmə kollegiyası müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin törədilməsində onun təqsiri cinayət işinin materiallarında olan mötəbər sübutlarla tam təsdiq olunur. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən cinayətin baş veribverməməsi, onun həmin cinayəti törətməkdə qəsdinin olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən əlamətlər yoxlanılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş aşağıdakı sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəklində sonuncunun qeyd edilən cinayəti törətməsi nəticəsinə gəlmək üçün əsas verir və kifayət edirlər. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni Təqsirləndirilən şəxs, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Lənkəran rayonu Boladi Bələdiyyəsinin sədri Nümayəndə, şahidlər şahid2, şahid1, şahid3, şahid5, şahid4 ifadələri, ##.##.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə olunmuş foto şəkillər, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Lənkəran ərazi idarəsinin ## ### 2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli mülkiyyət mənsubluğunun müəyyənləşdirilməsi barədə məktubu, Lənkəran rayonu Boladi Bələdiyyəsinin ## ###### 2024cü il tarixli, ** saylı məktubu, məhkəmə tikinti-texniki ekspertizasının ## #### 2025-ci il tarixli, **/**** nömrəli rəyi, habelə iş materiallarında olan digər sənədləri nəzərdən keçirib Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi yuxarıda qeyd olunan sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Lənkəran rayonunun Boladi kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Həmçinin, o, mal və qoyun heyvanları saxlayır. Evi ilə üzbəüz asfalt yolun əks tərəfində yerləşən Boladi kəndin ümümi otlaq sahəsi hesab edilən torpaq sahəsinə 2019-cu ildə başqasına məxsus yük avtomobilinin 12 metrlik dəmir qoşqu yerləşdirilmişdir. Sonra isə həmin dəmir qoşqunun ətrafını taxta və list dəmirlərlə bağlayıb, üzərini sintetik çadırla örtüb, dəmir qapı qoyaraq tövlə düzəltmiş və həmin tövlədə özünə məxsus heyvanları saxlamışdır. Qoşqu ona məxsus deyil. Dəmir dirəkləri yerə bərkitməmişdir. Heyvanları orada müvəqqəti saxlamışdır. O, bələdiyyə sədrindən həmin torpaq sahəsini ona icarəyə verilməsi ilə bağlı müraciət etdikdə həmin torpaq sahəsinin icarəyə verilməsinin mümkün olmadığı bildirilib. O, 2022-ci ilədək həmin qoşqudan tövlə kimi istifadə etmiş və 2022-ci il tarixdən etibarən həmkəndliləri Famil və Vahid adlı şəxslər oradan mal heyvanlarını saxlamaq üçün istifadə etmişlər. 2024-cü ilin əvvəllərindən həmin tövlədən heç kim istifadə etmir. O, həmin tövlənin ərazisini zəbt etməmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Lənkəran rayonu Boladi Bələdiyyəsinin sədri Nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs sözügedən torpaq sahəsində heyvanlarını saxlamışdır. Ona həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması bildirilib. Təqsirləndirilən şəxs həmin torpaq sahəsini icarəyə verilməsi ilə bağlı müraciət etdikdə həmin torpaq sahəsinin icarəyə verilməsinin mümkün olmadığı bildirilib. Təqsirləndirilən şəxs həmin torpaq sahəsindən və tikilidən müəyyən müddət istifadə etmişdir. Hazırda həmin ərazidə tikili mövcud olsa da nə Təqsirləndirilən şəxs, nə də başqa şəxslər tərəfindən istifadə olunmur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid2 ifadəsində bildirmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsinin torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun aparıcı məsləhətçisi vəzifəsində işləyir. O, Lənkəran rayonunun Boladi kənd sakini şahid3 müraciəti ilə bağlı ## ###### 2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsinin torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçisi şahid1 ilə birlikdə Lənkəran rayonunun Boladi kəndinə getmişdir. şahid3 müraciətində göstərmişdir ki, həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən yaşadığı Boladi kəndi ərazisində Dövlətə məxsus torpaq sahəsində heç bir sənədi olmadan tövlə tikmişdir.O və şahid2, HəsənağaNəsirovuniştirakı ilə sözü gedən əraziyə baxış keçirib araşdırma aparmışlar. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən əvvəlki illərdə təqribən 120 km.m torpaq sahəsində taxta və digər materiallardan olmaqla tikili quraşdırılmışdır, həmin tikili tövlə kimi istifadə olunur. Onlar həmin əraziyə baxış keçirən zaman da ərazinin tövlə kimi istifadə olunduğunun şahidi olmuşlar. Təqsirləndirilən şəxs istifadə etdiyi həmin torpaq sahəsinə dair hər hansı bir hüquq müəyyənedici sənəd təqdim etməmişdir. Bundan sonra akt tərtib etmək üçün şahid3 Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsinin Lənkəran şəhərində yerləşən inzibati binasına dəvət etmişlər. Lakin şahid3 xəstə olduğu üçün onlarla gedə bilməyəcəyini bildirmişdir. Bundan sonra, o və şahid1 Lənkəran şəhərinə qayıtmışlar və baxış keçirilməsi barədə akt tərtib etmişlər. şahid3 xəstəliyi ilə bağlı onlarla Lənkəran şəhərinə gələ bilmədiyi üçün şahid3 akta imza etməyi mümkün olmamışdır. Bundan sonra, onlar aktı Əmlak Məsələləri Dövlət Xidmətinə göndərmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid1 ifadəsində istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd edərək bildirmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsinin torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçisi vəzifəsində işləyir. O, Lənkəran rayonunun Boladi kənd sakini şahid3 müraciəti ilə bağlı ## ###### 2024 cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsinin torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun aparıcı məsləhətçisi şahid2 ilə birlikdə Lənkəran rayonunun Boladi kəndinə getmişdir. şahid3 müraciətində göstərmişdir ki, həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən yaşadığı Boladi kəndi ərazisində Dövlətə məxsus torpaq sahəsində heç bir sənədi olmadan tövlə tikmişdir.O və şahid2, şahid3 iştirakı ilə sözü gedən əraziyə baxış keçirib araşdırma aparmışlar.Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən əvvəlki illərdə təqribən 120 km.m torpaq sahəsində taxta və digər materiallardan olmaqla tikili quraşdırılmışdır, həmin tikili tövlə kimi istifadə olunur. Təqsirləndirilən şəxs istifadə etdiyi həmin torpaq sahəsinə dair hər hansı bir hüquq müəyyənedici sənəd təqdim etməmişdir.Bundan sonra onlar tərəfindən akt tərtib edilərək Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid3 ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Lənkəran rayonunun Boladi kəndində yaşayır. O, heç bir yerdə işləmir və təqaüdçüdür. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Onun Vüqarla qohumluğu yoxdur, əvvəllər Vüqarla ədavəti və ziddiyyəti olmamışdır. Vüqar Boladi bələdiyyəsinə aid futbol meydançasının torpaq sahəsinin bir hissəsini zəbt edərək orada tövlə tikib qoyun heyvanları saxlamışdır. O, Vüqarın Boladi kəndi ərazisində torpaq sahəsini qanunsuz zəbt edərək, istifadə etməsi barədə 2024-cü ilin iyul ayının axırlarında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsinə ərizə ilə müraciət etmişdir.2024-cü ilin avqust ayının əvvəllərində Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsinin 2 nəfər əməkdaşı yaşadığı Boladi kəndi ərazisinə gəlmişlər və onun göstərməsi ilə Vüqarın zəbt edərək tövlə tikib qoyun saxladığı əraziyə baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, Vüqarın tövlə tikib qoyun saxladığı torpaq sahəsi zəbt olunmuş ərazidir. Bundan sonra, Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsinin işçisi Surxay müəllim onu, akt tərtib edib imza etmək üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsinə dəvət etmişdir. O da xəstəliyi ilə bağlı onlarla birlikdə Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsinə gedə bilməyəcəyini Surxay müəllimə bildirmişdir. O, ## ###### 2024-cü il tarixdə Lənkəran polis şöbəsinə gəlmiş və Vüqarın yaşadıqları Boladi kəndi ərazisində yerləşən futbol meydançasının torpaq sahəsinin bir hissəsini qanunsuz zəbt edərək, həmin torpaq sahəsində tövlə tikib qoyun heyvanları saxlaması barədə ərizə ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid5 ifadəsində bildirmişdir ki, o, Lənkəran rayonunun Boladi kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. O, həyətində tövlə tikmiş və həmin tövlədə mal heyvanları saxlayır. O, mal heyvanlarını kəndin ümumi otlaq sahəsində otarır və təsərrüfatla məşğul olmaqla ailəsini saxlayır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir.Təqsirləndirilən şəxsla qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır.Təqsirləndirilən şəxs evinin qarşı tərəfində yolun kənarında futbol meydançası yerləşir.Həmin futbol meydançasına aid torpaq sahəsinə dəqiq xatırlamadığı tarixdə və vaxtda Təqsirləndirilən şəxs qoyun heyvanlarını saxlamaqdan ötrü yük avtomobilinin dəmirdən olan qoşqusunu yerləşdirib, ətrafına taxta və dəmir materialları əlavə etməklə tövlə düzəltmiş və həmin tövlədə qoyun heyvanları saxlamışdır. O, Vüqara məxsus həmin tövlədə heç vaxt mal heyvanları saxlamamışdır və həmin tövlədən ümumiyyətlə istifadə etməmişdir. Həmin tövlədən yalnız Təqsirləndirilən şəxs istifadə etmişdir. Şahid şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Lənkəran rayonunun Boladi kəndində yaşayır. O, həyətində tövlə tikmiş və həmin tövlədə mal heyvanları saxlayır. O, mal heyvanlarını yaşadığı Boladi kəndində yerləşən otlaq sahəsində otarır. O, heç bir yerdə işləmir və təsərrüfatla məşğul olaraq ailə üzvülərinin ehtiyaclarını təmin edir. O, II Qarabağ Müharibəsi iştirakçısı olmaqla III qrup əlildir. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Təqsirləndirilən şəxsla qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. Təqsirləndirilən şəxs evinin qarşısında futbol meydançası yerləşir. Həmin meydançada Təqsirləndirilən şəxs dəqiq xatırlamadığı tarixdə və vaxtda qoyun heyvanlarını saxlamaqdan ötrü yük avtomobilinin dəmirdən olan qoşqusunu gətirib yerləşdirmiş,qoşqunun ətrafına taxta və dəmir materiallar əlavə etməklə, orada tövlə düzəltmiş və həmin tövlədə qoyun heyvanları saxlayır. O, həmin tövlədə heç vaxt mal heyvanları saxlamamış və ümumiyyətlə həmin tövlədən istifadə etməmişdir. Onun mal heyvanlarını saxlaması üçün həyətində öz tövləsi vardır. O, Vüqarın düzəltdiyi tövlənin yanında əvvəllər bir neçə dəfə mal heyvanlarını otarmışdır. O, hazırda həmin ərazidə mal heyvanlarını otarmır. Həmkəndisi Vahidin də mal heyvanları vardır və Vahid də Vüqarın düzəltdiyi tövlədən mal heyvanlarını saxlamaq üçün istifadə etməmişdir. O, Vahidlə şərikli mal heyvanları saxlamamışdır. Təqsirləndirilən şəxs ifadəsində, onun və Vahidin həmin tövlədən istifadə etdiklərini yalan göstərmişdir. Çünki, o və Vahid, Vüqarın düzəltdiyi tövlədən mal heyvanlarını saxlamaq üçün istifadə etməmişlər. Həmin tövlədən Vüqar qoyun heyvanlarını saxlamaq üçün istifadə edir. Bundan başqa, iş materiallarında olan ##.##.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə olunmuş foto şəkillərdən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏmlakMəsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Lənkəran ərazi idarəsində kadastır üzrə baş mütəxəssis işləyən X2 iştirakı ilə Lənkəran rayonu Boladi kəndi ərazisində Təqsirləndirilən şəxs zəbt etdiyi əraziyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən asfalt yolun sağ kənarında yerləşən torpaq sahəsinin üzərində taxta və dəmir metal kosturuksiyalı tikinti-quraşdırma işləri aparılaraq tikilmiş tövlənin ərazisinin ölçüsü 670 kv.metrdir.Həmin tövlənin ərazisi Lənkəran rayonu Boladi Bələdiyyəsinə aid kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsidir və Təqsirləndirilən şəxs tərəfindən həmin tövlədə xırda buynuzlu (qoyun) heyvanları saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Lənkəran ərazi idarəsinin ## ### 2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli mülkiyyət mənsubluğunun müəyyənləşdirilməsi barədə məktubundan görünür ki, Boladi bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ** saylı qərarı ilə ayrılmış 0,10 ha torpaq sahəsinin sxeminə əsasən məlum olmuşdur ki,qeyri yaşayış binasının (tikinti materialları satılan mağaza) yerləşdiyi torpaq sahəsi faktiki 0,1289 ha təşkil edir.Ərazidə 0,0289 ha torpaq sahəsinin zəbt olunma halı aşkar edilmişdir.Tövlə binasının yerləşdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar olmaqla bələdiyyə mülkiyyətinə aiddir. Həmin məktuba əlavə edilmiş sxemdən görünür ki, qeyd olunan bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 0,0670 kv.m təşkil etmişdir. İş materiallarında olan Lənkəran rayonu Boladi Bələdiyyəsinin ## ###### 2024-cü il tarixli, ** saylı məktubundan görünür ki, Lənkəran rayonu Boladi kənd sakini Təqsirləndirilən şəxs istifadə etdiyi Boladi kəndi ərazisində yerləşən təqribən 120 kv.m torpaq sahəsi Boladi Bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsidir. Təqsirləndirilən şəxs sözügedən həmin torpaq sahəsində taxta və dəmir konstruksiyah tikinti-quraşdırma işləri apararaq orada xırdabuynuzlu heyvanlar saxlayır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsin tabeliyindəki ** saylı Lənkəran Ərazi idarəsinin müvafiq arayışına əsasən həmin təqribən 120 kv.m kənd təsərrüfatlı torpaq sahəsi Təqsirləndirilən şəxs tərəfindən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına zəbt edilərək istifadə olunur. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının ## #### 2025-ci il tarixli, **/**** nömrəli rəyindən görünür ki, zəbt olunmuş tövlə binasının yerləşdiyi torpaq sahəsi faktiki 0,0670 ha təşkil edir və kənd təsərrüfatı təyinatlı torpaqlar olmaqla bələdiyyə mülkiyyətinə aiddir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və ## ##### 2026-cı il tarixli hökmdə qanunamüvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında məhkəmə əsaslı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün olaraq CM-nin 188.3-cü maddəsi ilə tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2015-ci il Plenum Qərarında qeyd olunmuşdur ki, Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Eyni zamanda, Torpaq Məcəlləsinin 9-cu maddəsində Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi əhəmiyyətinə görə dəqiq və ardıcıllıqla müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Bununla yanaşı, Torpaq Məcəlləsində torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət yaradan hərəkətlər dəqiq müəyyən olunmuşdur. Belə ki, həmin Məcəllənin 110-cu maddəsinə görə aşağıdakı hərəkətlərin törədilməsində təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar: - torpaq sahələrinin özbaşına tutulması; - torpaq sahələrində qanunsuz tikinti aparılması; - torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi və s. Cinayət Məcəlləsinin bu normasında müəyyən olunan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, maddədə nəzərdə tutulan əməllərin törədilməsi iqtisadi sistemdə və ekoloji potensialın yüksəldilməsində çox mühüm rol oynayan torpaqdan qanuni istifadə, ona sahiblik və onun barəsində sərəncam vermənin qaydalarını pozur, torpaqların təyinatının dəyişməsinə səbəb olur. Qanunverici Cinayət Məcəlləsinin bu maddəsində torpaq üzərində mülkiyyət hüququnun pozulmasını torpağın mülkiyyət formasından və hüquqi rejimindən asılı olmayaraq, Azərbaycan Respublikasının vahid torpaq fonduna daxil edilən torpaqların bütün kateqoriyalarına aid etmişdir. Eyni zamanda, qeyd olunan normanın dispozisiyasında nəzərdə tutulmuş torpaqüzərində mülkiyyət hüququnun pozulması mülkiyyət hüququnun hər bir elementinin torpağa sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə hüququnun pozulması kimi başa düşülməlidir. Beləliklə, Cinayət Məcəlləsinin həmin maddəsində göstərilən cinayətin obyekti torpaq üzərində mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Cinayət hüququnda torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Bu zaman əməli törətmiş şəxs qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlaşdırma və s. təsərrüfatməişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır). Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, cinayət qanunvericiliyi mülkiyyət formasından asılı olmayaraq, torpaq üzərində mülkiyyət hüququnun hər bir elementini müdafiə edir və Azərbaycan Respublikasının vahid torpaq fondunu təşkil edən bütün kateqoriya torpaqlar Cinayət Məcəlləsinin qeyd olunan maddəsinin təsiri altına düşür. Məhkəmə kollegiyası iş materiallarını yuxarıda qeyd olunan qanunvericilik normaları ilə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli həqiqətən də CM-nin 188.3-cü maddəsinin təsiri altına düşür. İşin faktiki halları sonuncunun həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması ilə bağlı qənaətə gəlmək üçün tam əsas verir. Belə ki, iş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, baxış protokolları, fotoşəkillər, müvafiq dövlət orqanlarının məktub və arayışları, habelə məhkəmə tikinti-texniki ekspertizasının rəyi bir-biri ilə uzlaşaraq təqsirləndirilən şəxsin qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən faktiki istifadə etdiyini, həmin sahəni özbaşına tutduğunu və həmin ərazidə tikinti-quraşdırma xarakterli işlər aparmaqla tövlə inşa etdiyini birmənalı şəkildə təsdiq edir. Təqsirləndirilən şəxsin özünün verdiyi ifadələrdən də görünür ki, o, sözügedən ərazidə heyvan saxlanılması üçün istifadə edilən konstruksiyanın yaradılmasını və həmin ərazidən istifadə edilməsini inkar etməmiş, əksinə, müəyyən müddət ərzində həmin yerdə öz heyvanlarını saxladığını göstərmişdir. Məhkəmə kollegiyası müdafiə tərəfinin torpaq sahəsinin zəbt edilməməsi, ərazidə əsaslı tikinti aparılmaması, konstruksiyanın müvəqqəti xarakter daşıması, həmin ərazidən digər şəxslərin də istifadə etməsi, habelə cinayət təqibinin qərəzli səbəblərlə həyata keçirilməsi barədə dəlillərini əsassız hesab edir. Çünki həmin mülahizələr iş üzrə mövcud olan obyektiv sübutlarla təsdiq olunmur, əksinə, cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə təkzib edilir. Müdafiə tərəfi tərəfindən irəli sürülən bu arqumentlər əsasən ehtimal və mülahizə xarakteri daşımaqla təqsirləndirilən şəxsin cinayət məsuliyyətini istisna edən və ya onun təqsirsizliyini təsdiq edən hər hansı mötəbər sübutla müşayiət olunmamışdır. Eyni zamanda, kollegiya hesab edir ki, müdafiə tərəfinin ekspertiza təyin olunmaması ilə bağlı dəlilləri də hökmün ləğvi üçün əsas hesab edilə bilməz. Belə ki, iş üzrə əhəmiyyətli hallar kifayət qədər sübutlarla müəyyən edilmiş, həmin halların müəyyən olunması üçün zəruri olan müvafiq mütəxəssis və ekspert rəyləri əldə edilmiş, işin düzgün həlli üçün vacib olan faktiki vəziyyət tam və hərtərəfli araşdırılmışdır. Buna görə də, məhkəmə kollegiyasının qənaətincə iş üzrə əlavə ekspertiza keçirilməməsi məhkəmə araşdırmasının natamam aparılması kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakterli dəlillər olmaqla əsassızdır. Müdafiə tərəfi məhkəmənin gəldiyi nəticələrlə razılaşmasa da, bununla bağlı hər hansı təkzibedici dəlil, təqsirləndirilən şəxsin təqsirsizliyinə dəlalət edən tutarlı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törətməsi işdə olan mötəbər sübutlarla tam təsdiq olunur. Həmin sübutlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni üsullarla əldə edilmişdir, mənbələri, habelə mənsubiyyəti məlumdur, təqsirliliklə bağlı hissədə müəyyən nəticəyə gəlmək üçün kifayət edirlər. Bu baxımdan həmin sübutlar CPM-nin 125-ci maddəsinə əsasən mötəbər sübutlar kimi qəbul olunmalıdır. Odur ki, kollegiya belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, habelə əməlin hüquqi tövsifinin dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Cəza məsələsinə gəldikdə isə kollegiya aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almış, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş ##.##.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamış və məhkum olunmamışdır. Hökmdən görünür ki, məhkəmə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmiş, sonuncunu CMnin 188.3-cü maddəsi ilə təqsirli bilib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum etmişdir. Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsinin sanksiyasında üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs düzgün olaraq azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Məhkəmə bu cəza növünü seçməklə işin faktiki hallarını düzgün qiymətləndirmiş, cəzanın məqsədlərini təmin edən növdə və həddə cəza təyin etmiş, ümumilikdə cəza təyini məsələsində CM-nin 8.1-ci maddəsinə tam əməl etməklə qanuni və əsaslı cəzanın təyin edilməsinə nail olmuş, cəzanın həddini müvafiq normanın sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə müəyyən etməklə təqsirkarın barəsində kifayət qədər ədalətli davranmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi cəza məsələsində də düzgün nəticəyə gəlmiş, bu hissədə cinayət və cinayət-prosessual qanunvericiliyi düzgün tətbiq etmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu gündən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Pərviz Əhmədov Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar