Məhkəmə qərarları › İş №1(3-9)-221/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-221/2026

14.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-221/2026 14.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim – Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə olan xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından xüsusi ittiham qaydasında şikayətçi Zərərçəkmiş şəxs nümayəndəsi – vəkil müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə (hakim Əliyeva Aytəkin Güləli qızının sədrliyi), barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətçi Zərərçəkmiş şəxs şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsinə dair qərar qəbul etmişdir. İŞİN HALLARI: Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətlə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci və 147.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, o, ##.##.1998-ci il tarixdə Biləsuvar rayonu, Ağalıkənd kəndində anadan olmuş, X2 orta ixtisas təhsili almışdır. O, ##.##.2021-ci il tarixdə X1 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan iki qız övladı dünyaya gəlmişdir. ##.##.2026-cı il tarixinədək ailə münasibətlərində hər hansı ciddi problem yaşanmamış, ailə həyatı mehriban, sakit və xoşbəxt şəkildə davam etmişdir. Təxminən ## ###### 2025-ci il tarixindən etibarən o və əri X1 yaxın ailə dostları və qohumları olan barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 Gülöğlan oğlu və onun rəsmi nikahda olduğu arvadı barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 tərəfindən əvvəlcədən planlaşdırılmış, qərəzli xarakter daşıyan hərəkətlərin qurbanına çevrilmişlər. barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 təxminən ## ###### 2025-ci il tarixdə ərinin sədaqətini yoxlamaq məqsədilə “whatsap” proqramı vasitəsilə şikayətçiyə məxsus, lakin uzun müddət istifadə olunmayan telefon nömrəsindən onun əri Raqibə mesaj yazılmasını xahiş etmişdir. O, əvvəlcə bu təklifdən qorxduğunu və tərəddüd etdiyini bildirsə də, Ruhiyyənin israrı, həmçinin hər şeyi öz üzərinə götürəcəyini, səbəbləri izah edəcəyini və yoxlamadan “təmiz çıxması”nı istədiyini deməsi nəticəsində razılaşmışdır. Ruhiyyə ilə aralarındakı qohumluq və yaxın ailə münasibətləri də onun bu məsələyə razılıq verməsinə təsir göstərmişdir. Bundan sonra, həmin gün Ruhiyyənin əri Raqiblə “whatsap” proqramı üzərindən Ruhiyyənin məlumatı və razılığı ilə yazışmağa başlamış, öz həqiqi şəxsiyyətini gizli saxlamışdır. Əvvəlcədən razılaşdırıldığı kimi, onun kimliyi Raqib üçün sirr olaraq qalmalı və söhbət başa çatdıqdan sonra məsələ baş verməmiş kimi bağlanmalı idi. Lakin qısa müddət sonra Raqib ona onun əsl kimliyini bildiyini, bunu gizlətməyə ehtiyac olmadığını, Ruhiyyənin də onun kimliyini ona açıqladığını və onun tərəfindən yoxlanmağa cəhd edildiyini bildirdiyini demişdir. Belə ki, əvvəlcə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 Gülöğlan oğlunu yoxlamaq məqsədilə qurulan plan sonradan tam əks istiqamətdə inkişaf etmiş, Raqib ona şəxsi xarakterli mesajlar yazmağa başlamış, onu bəyəndiyini və sevdiyini bildirmiş, hətta arvadı Ruhiyyənin də bu münasibətdən şübhələndiyini ifadə etmişdir. O, baş verənlərin mahiyyətini və ona qarşı qurulan oyunun məqsədini aydınlaşdırmaq üçün yazışmaları davam etdirmiş, bu zaman Raqib sosial şəbəkə vasitəsilə onun əri Elgünü boşayacağı təqdirdə onunla evlənəcəyini bildirmişdir. O, baş verənləri ərinə açıqladıqdan sonra əri əvvəlcə ona inanmasa da, sonradan məsələni araşdırmağa başlamışdır. ##.##.2026-cı il tarixdə şikayətçi ata evinə getmiş, həmin vaxtdan etibarən özü sübut toplamaq məqsədilə yazışmaları davam etdirmiş və sonradan bu yazışmaların məzmununu ərinə də göstərmişdir. ##.##.2026-cı il tarixdə Ruhiyyə baş verən hadisələri Elgünə danışmış, lakin Elgün onun dediklərinə inanmamış və bu hərəkətlərin arxasında hansı məqsədin dayandığını soruşmuşdur. Bundan sonra, Elgün qəzəblənərək Ruhiyyəni evdən çıxarmış, ailəni dağıtmağa yönəlmiş hərəkətlərə görə cavab verəcəklərini bildirmişdir. O, bundan sonra Ruhiyyə və Raqib tərəfindən onun ərinə qarşı hədə-qorxu xarakterli ifadələr səsləndirilmiş, kənddə onları biabır edəcəkləri və rüsvayedici məlumatlar yayacaqları ilə bağlı təhdidlər edilmişdir. Sonradan Raqib və Ruhiyyə o və onun əri barəsində kənddə, qohumlar arasında və müxtəlif şəxslərin yanında həqiqətə uyğun olmayan, böhtan və təhqir xarakterli məlumatlar yaymışlar. Həmin məlumatlarda onun əxlaqı şübhə altına alınmış, guya çoxsaylı şəxslərlə yaxın münasibətlərinin olması, müxtəlif vaxtlarda başqa şəxslərlə görüşməsi, hətta Raqiblə münasibətdə olması, ona pul köçürməsi, ərindən boşanaraq onunla evlənmək niyyətində olması kimi həqiqətə uyğun olmayan iddialar irəli sürülmüşdür. barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 Gülöğlan oğlu və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 onun barəsində yalan olduğunu bildikləri, onun şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan, böhtan və təhqir xarakterli məlumatları kütləvi şəkildə yaymışlar. Həmin məlumatlar nəticəsində ailəsi dağılma həddinə çatmış, uşaqlarından ayrı düşmüş, mənəvi sarsıntı keçirmiş və hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalmışdır. barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 müxtəlif şəxslərə, o cümlədən onun qayınanasına və digər qohumlarına “whatsapp” vasitəsilə səs yazıları və mesajlar göndərərək şikayətçi barəsində alçaldıcı, təhqiredici və rüsvayedici ifadələr işlətmiş, onu ailə və qohumlar arasında nüfuzdan salmağa çalışmışdır. barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 Gülöğlan oğlu da onun qayınanasına, anasına, ərinin əmisi oğullarına və digər qohumlarına “whatsapp” vasitəsilə mesajlar və səs yazıları göndərmiş, həmin yazışmalarda onun əxlaqını şübhə altına alan, onu alçaldan və cəmiyyətdə nüfuzdan salan ifadələr səsləndirmişdir. ##.##.2026-cı il tarixdə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 Gülöğlan oğlu kənddə, çay evində və digər ictimai yerlərdə də çoxsaylı şəxslərin eşidə biləcəyi şəkildə şikayətçi barəsində böhtan və təhqir xarakterli sözlər işlətmiş, bununla da onun şərəf və ləyaqətini açıq şəkildə alçaltmışdır. Barələrində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər tərəfindən onun barəsində yayılmış böhtan və təhqir xarakterli məlumatlar onun şərəf və ləyaqətinin ləkələnməsinə, ailə münasibətlərinin ciddi şəkildə pozulmasına, nikahının faktiki olaraq dağılmasına və qohumları qarşısında nüfuzdan düşməsinə səbəb olmuşdur. Həmin hərəkətlər nəticəsində o, ağır mənəvi sarsıntı keçirmiş, azyaşlı uşaqlarından ayrı düşmüş və hüquq-mühafizə orqanlarına müraciət etməyə məcbur qalmışdır. barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 Gülöğlan oğlu ##.##.2026-cı il tarixdə istifadə etdiyi “whatsap” statusunda şikayətçinin şərəf və ləyaqətini alçaldan, onu nalayiq formada təqdim edən və həqiqətə uyğun olmayan ifadələr paylaşmışdır. Həmin paylaşım onun əri tərəfindən görüldükdən sonra ailədaxili münasibətlər daha da gərginləşmiş, o, evdən çıxmağa məcbur olmuşdur. Baş verən hadisələrin təsirindən dərin psixoloji sarsıntı və stress keçirmiş, ##.##.2026-cı il tarixdə özünə qəsd etmək məqsədilə dərman qəbul etmiş, sonradan yaxınlarının müdaxiləsi və təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılmışdır. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılmış, daha sonra ondan izahat alınmışdır. Bu səbəbdən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci və 147.1-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibinin başlanılmasını, onların cinayət məsuliyyətinə cəlb olunmalarını və həmin maddələrə əsasən cəzalandırılmalarını məhkəmədən xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayətə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qaydada qərar qəbul etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Xüsusi ittiham qaydasında şikayətçi Zərərçəkmiş şəxs nümayəndəsi – vəkil müdafiəçi1 apellyasiya şikayəti verərək, Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-**/**** nömrəli qərarın ləğv edilməsi və şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxs Zərərçəkmiş şəxs məhkəmədən xahişi barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri olmuşdur. Məhkəmə şikayət ərizəsində qeyd edilən xüsusatları, məhkəmə zalında verdiyi izahat və tərəflərindən təqdim olunmuş ittihamı sübuta yetirən səsyazmaları nəzərə almayaraq, işə qeyri-obyektiv yanaşaraq əsassız və qanunsuz qərar qəbul etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdə keçirərək şikayətin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması qənaətinə gəlir. Belə ki, xüsusi ittiham qaydasında şikayət ərizəsində şikayət iki şəxsə - barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 qarşı verilmiş olsa da, ərizədə onların hər birinin hansı konkret hərəkətinə görə Azərbaycar Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulan böhtan və hansı hərəkətinə görə 148-ci maddəsində nəzərdə tutulan təhqir cinayətinin tərkibinin yarandığı dəqiq, aydın və fərqləndirilmiş qaydada göstərilməmişdir. Şikayətdə ümumi şəkildə şikayətçi barədə həqiqətə uyğun olmayan, alçaldıcı məlumatların yayıldığı iddia olunsa da, xüsusilə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 hansı konkre ifadələri işlətməsi, hansı məlumatları yayması, həmin məlumatların nədən ibarət olması, hansı hissəsinin bilə-bilə yalan məlumat kimi böhtan, hansı hiissəsinin isə şəxsiyyəti nalayiq formada alçaldan təhqir kimi qiymətləndirildiyi ərizədə kifayət qədər konkretləşdirilməmişdir. Bu isə hər iki şəxssə münasibətdə irəli sürülən ittihamın həcmini, məzmununu və hüquqi sərhədlərini müəyyən etməyə imkan vermir. Bundan başqa, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 qeyd olunan cinayət əməllərini törətməsini təsdiq edən hər hansı konkret və yoxlanıla bilən sübutları sikayə əlavə olunmamışdır. Ərizəyə sübut qismində əlavə olunduğu bildirilən "whatsap" statusu ile bağlı da qeyd kütləvi və ya üçüncü şəxslə arasında yayıldığı hər hansı mötəbər sübutla təsdiq olunmamışdır. Təkcə bir status görüntüsünün mövcudluğu həmin məlumatın yayılmaısı faktının, onun dairəsinin və ictimailəşdirilməsi halının sübuta yetirilməsi üçün yetərli hesab oluna bilməz. Xüsusilə böhtan cinayətində məlumatın zərərçəkmişdən başqa ən azı digər şəxslərə çatdırılması əhəmiyyət kəsb etdiyindən, belə bir yayılmanın baş verdiyi konkret sübutlarla müəyyən edilməlidir. Eyni qaydada, məhkəmə iclasında səsləndirilmiş səs yazıları da araşdırıldıqda, həmin yazılarda Bağırova Gülnaı. Salim qızına yönəlmiş konkret böhtan və ya təhqir xarakterli ifadələrin aydın və birmənalı şəkildə əks olunmadığı müəyyən edilir. Bu səbəbdən həmin səs yazıları da irəli sürülən ittihamı özlüyündə təsdiq edən kifayət qədər və birbaşa sübut kimi qəbul edilə bilməz". Qeyd olunanlar məhkəmənin əsassız və qanunsuz olaraq, iş materiallarını tam, hərtərəfli tədqiq etmədən qərar qəbul etdiyini təsdiqi etməklə qəbul edilmiş həmin qərarın ləğv olunması üçün əsasdır: Belə ki , məhkəmənin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarında öz mövqeyini əsaslandırarkən qeyd etdiyi “şikayətdə ümumi şəkildə şikayətçi barədə həqiqətə uyğun olmayan, alçaldıcı məlumatların yayıldığı iddia olunsa da, xüsusilə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 hansı konkret ifadələri işlətməsi, hansı məlumatları yayması, həmin məlumatların nədən ibarət olması, hansı hissəsinin bilə-bilə yalan məlumat kimi böhtan, hansı hissəsinin isə şəxsiyyəti nalayiq formada alçaldan təhqir kimi qiymətləndirildiyi ərizədə kifayət qədər konkret bildirilməmişdir. Bu isə hər iki şəxsə münasibətdə irəli sürülən ittihamın həcmini, məzmununu və hüquqi sərhədlərini müəyyən etməyə imkan vermir. Bundan başqa, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 qeyd olunan cinayət əməllərini törətməsini təsdiq edən hər hansı konkret və yoxlanıla bilən sübutlar şikayətə əlavə olunmamışdır” mövqeyinə münasibətdə qeyd olunması vacibdir ki, iş üzrə ##.##.2026-cı il tarixinə keçirilmiş hazırlıq iclasında tərəflərindən bir çox səsyazısının içərisində olduğu elektron daşıyıcı (ftash card) məhkəməyə təqdim olunmuşdur. Məhkəməyə sübut qismində təqdim etdiikləri audioyazılar hər iki şəxs tərəfindən hüquqlarını müdafiə etdiyi şəxsə münasibətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törədiklərini təsdiqləyir. Məhkəməyə bir çox audioyazı təqdim etməylərinə baxmayaraq, işə baxmış hakim onlardan cəmi bir-ikisinin çox qısa hissəsnin məhkəmə iclasında səsləndirilməsinə şərait yaratmış, həmin səs yazılarda söyüş, təhqir eşidən kimi səsyazını dayandırmış, israrla həmin səsyazilan tam sona kimi dinləməyi, eləcə də digər səsyazıları da dinlədikdən sonra məsələyə hüquqi qiymət verilməsini bildirsə də, məhkəmə səsyazılarını yarıda kəsmiş, bir qisim səsyazıları isə ümumiyyətlə diniəməməklə, sübutları heçə saymışdır. Qərarda qeyd olunan barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 hansı konkret ifadələri işlətməsinin, hansı məlumatları yaymasının, həmin məlumatların nədən ibarət olmasını, hansı hissəsinin bilə-bilə yalan məlumat kimi böhtan, hansı hissəsinin isə şəxsiyyəti nalayiq formada alçaldan təhqir kimi qiymətləndirildiyinin şikayətdə əks olunmaması mülahizəsinə münasibətdə qeyd olunmalıdır ki, haqqında bəhs olunan səsyazılar məhz bu faktları təsdiqləyir. Yəni həmin səs yazılardan konkret olaraq hansı ifadələrin barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 tərəfindən işlədildiyi açıq-aşkar bəlli olur, hansı ki bu adətlər təhqir və böhtan xarakterli ifadələrdir və həmin cinayət əməllərinin şəxslər tərəfindən törədildiyini təsdiq edir. Məhkəmədə dinlənilmiş bir səs yazıda məhz Ruhiyyə yalan olduğunu bilə-bilə Zərərçəkmiş şəxs barədə üçüncü şəxsə “anam Vəfaya deyib, Vəfada bütün kəndə yayacaq" deyir. Açıq-aşkar görünür ki, Ruhiyyə anası və üçüncü şəxslə Gülnar barədə yalan, həqiqəti əks etdirməyən məlumatı bölüşməklə böhtan cinayətini törətmişdir. Qərarda eyni zamanda qeyd olunmuşdur ki, məhkəmə iclasında səsləndirilmiş səs yazıları da araşdırıldıqda, həmin yazılarda Zərərçəkmiş şəxs yönəlmiş konkret böhtan və ya təhqir xarakterli ifadələrin aydın və birmənalı şəkildə əks olunmadığı müəyyən edilir. Bu səbəbdən həmin səs yazıları da irəli sürülən ittihamı özlüyündə təsdiq edən kifayət qədər və birbaşa sübut kimi qəbul edilə bilməz. Məhkəmə iclasında tərəfindən təqdim edilmiş bütün səsyazıları dinləyib tədqiq etmədən şəxsə münasibətdə konkret böhtan və ya təhqir xarakterli ifadələrin həmin səsyazılarda öz əksini tapmadığı qənaətinə necə gəlinə bilər ki? Bütün məhkəmə iclaslarının olduğu kimi həmin iclasında audio və video yazısı aparılmış və protokollaşdırılmışdır. İclasın audio və videoyazısına baxıldığı təqdirdə heç şübhəsiz məhkəmənin təqdim edilmiş bütün əsyaları iclas zalında səsləndirmədiyi, digər səsyazıların dinlənilməsini, eləcə də yarımçıq dinlənilmiş səsyazıların dinlənilməyən hissələrinin dinlənilməsini xahiş və tələb etməyinə baxmayaraq hakim sübutları ərtaflı təhlil edib araşdırmaqda maraqlı olmamışdır. Bununla da hüquqlarını müdafiə etdiyi şəxsin məhkəmə müdafiəsi hüququnu kobud şəkildə pozmuşdur. Tərəflərindən məhkəmə prosesində iştirak üçün şahidlər də məhkəməyə dəvət olunmuş, şahidlərin dindirilməsi üçün məhkəməyə vəsatət versədə, məhkəmə həmin vəsatəti təmin etməmişdir. Halbuki vəsatət təmin edilsə idi, məhkəmənin qərarda qeyd etdiyi böhtan cinayətində məlumatın zərərçəkmişdən başqa ən azı digər şəxslərə çatdırılması məsələsi də aydınlaşdırılacaqdı. Şahid kimi gəlmiş şəxslərin ifadələri cinayətlərin törədildiyini təsdiq edəcəkdir. Şikayətinə cinayət əməllərinin şəxslər tərəfindən törədilməsini təsdiq edən konkret ifadələr əlavə edilməsi, şahid İfadələrinin alınması məhkəməyə həmçinin iclasın təxirə salınması barədə vəsatətlərdə müraciət etmiş olsa da məhkəmə digər vəsatət kimi bunu da təmin etməyərək, işə qərəzli, qeyri-obyektiv yanaşaraq şikayət ərizəsinin geri qaytarılması barədə qərar qəbul etmişdir. Bütün bu pozuntu hallarına görə Biləsuvar Rayon Məhkəməsinin müvafiq qərarı ləğv edilməklə işə baxılaraq şikayətin təmin olunması barədə yeni qərar qəbul edilməlidir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 Güloğlan qızına, xüsusi ittiham qaydasında şikayət verən şəxs Zərərçəkmiş şəxs və nümayəndə-vəkil müdafiəçi1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası proses iştirakçılarının iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Аzərbаycаn Respublikаsı Cinayət Prosessual Məcəlləsinin: 397.1-ci mаddəsinə əsasən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və bu Məcəllənin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. 397.2-ci mаddəsinə görə, birinci instаnsiyа məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən yаlnız аpellyаsiyа şikаyətinin və yа аpellyаsiyа prоtestinin hüdudlаrındа yоxlаnılır. Birinci instаnsiyа məhkəməsi tərəfindən cinаyət qаnununа və bu Məcəllənin nоrmаlаrınа riаyət edilməsi аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən аpellyаsiyа şikаyətinin və аpellyаsiyа prоtestinin dəlillərindən аsılı оlmаyаrаq yоxlаnılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kоllegiyаsı apellyasiya şikayətinin dəlillərini işin materialları ilə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, aşağıda qeyd olunanlara əsasən apellyasiya şikayəti təmin olunmadan, Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin mübahisə olunan qərarından görünür ki, məhkəmə gəlidiyi nəticəni onunla əsaslandırmışdır ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı üçün xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsinə dair yekun qərara gəlmişdir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaətini əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası CPM-in 37.2-ci maddəsinin tələbinə görə xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında həmin Məcəllənin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respublikası CPM-in 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Apellyasiya şikayətinin məzmunu ilə birinci instansiya məhkəməsinin qərarı qarşılıqlı şəkildə təhlil edildikdə görünür ki, apellyasiya şikayətində irəli sürülən dəlillər Biləsuvar Rayon Məhkəməsinin gəldiyi nəticəni təkzib etmir və həmin qərarın ləğvi üçün prosessual əsas yaratmır. Birinci instansiya məhkəməsi xüsusi ittiham qaydasında şikayətin mahiyyəti üzrə təqsirlilik məsələsini həll etməmiş, yalnız CPM-in 293.3-cü maddəsinin tələblərinə uyğun olub-olmamasını qiymətləndirmişdir. Məhz bu mərhələdə məhkəmənin funksiyası ittihamın formal və hüquqi baxımdan kifayət qədər konkretləşdirilibkonkretləşdirilmədiyini müəyyən etməkdən ibarətdir. Apellyasiya şikayətində əsas arqument ondan ibarətdir ki, məhkəmə təqdim olunmuş audioyazıları tam həcmdə dinləməmiş, səsyazıları yarımçıq dayandırmış və nəticədə sübutları tam araşdırmamışdır. Lakin bu dəlil özlüyündə birinci instansiya məhkəməsinin nəticəsini əsassız etmir. Çünki məhkəmə qərarında da göstərildiyi kimi, problem yalnız sübutların dinlənilmə həcmində deyil, ittihamın özünün konkretləşdirilməməsində olmuşdur. CPM-in 293.3.1-293.3.7-ci maddələrinin mənasına görə xüsusi ittiham şikayətində ilkin olaraq konkret epizodlar göstərilməli, hansı məlumatların böhtan, hansının təhqir təşkil etdiyi aydın şəkildə fərqləndirilməlidir. Halbuki təqdim olunmuş şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 hər birinin konkret olaraq hansı tarixdə, hansı şəraitdə, kimə qarşı, hansı ifadələri işlətməsi sistemli və fərdiləşdirilmiş qaydada göstərilməmişdir. Apellyasiya şikayətində qeyd edilir ki, audioyazılarda təhqir və böhtan xarakterli ifadələr açıq şəkildə mövcuddur. Lakin həmin arqument də hüquqi baxımdan kifayət etmir. Belə ki, cinayət təqibi başlanılması üçün yalnız ümumi formada “söyüş var”, “təhqir var” deyilməsi yetərli hesab edilmir. Xüsusi ittiham qaydasında şikayət üzrə ittihamın sərhədləri əvvəlcədən müəyyən edilməlidir. Yəni şikayətdə konkret olaraq hansı cümlənin və ya ifadənin CM-in 147.1ci maddəsi üzrə “bilə-bilə yalan məlumat yayma”, hansının isə CM-in 148-ci maddəsi üzrə “şəxsiyyəti nalayiq formada alçaltma” hesab olunduğu göstərilməlidir. Məhkəmə də məhz bu çatışmazlığa diqqət yetirmişdir. Sonradan məhkəmə iclasında təqdim olunan audioyazılar şikayətdə mövcud olmayan konkretləşdirməni əvəz etmir. Apellyasiya şikayətində barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 “anam Vəfaya deyib, Vəfa da bütün kəndə yayacaq” ifadəsinə istinad edilərək bunun böhtan cinayətini təsdiq etdiyi göstərilmişdir. Lakin həmin arqument də tam hüquqi əsas yaratmır. Çünki CM-in 147.1-ci maddəsinin dispozisiyası baxımından böhtan cinayətinin mövcudluğu üçün yalnız məlumatın yayılması deyil, həmin məlumatın konkret məzmununun müəyyən edilməsi, onun bilə-bilə yalan olması və şəxsin şərəf və ləyaqətini ləkələyən xarakter daşıması müəyyən edilməlidir. İstinad olunan ifadədən isə konkret olaraq hansı məlumatın yayıldığı, həmin məlumatın məzmununun nədən ibarət olduğu, onun niyə yalan hesab edildiyi aydın müəyyən olunmur. Birinci instansiya məhkəməsi də haqlı olaraq məhz bu aspekti vurğulamışdır. Apellyasiya şikayətində məhkəmənin bütün səsyazıları dinləməməsi prosessual pozuntu kimi təqdim olunsa da nəzərə alınmalıdır ki, məhkəmənin hazırlıq iclası mərhələsində işin mahiyyəti üzrə tam sübut araşdırması aparmır. Hazırlıq iclasının məqsədi xüsusi ittiham şikayətinin qanunun tələblərinə uyğun olub-olmamasını yoxlamaqdır. Əgər şikayətin özündə ittihamın hüquqi sərhədləri müəyyən edilməyibsə, həmin çatışmazlıq sonradan çoxsaylı audiofaylların təqdim olunması ilə aradan qalxmır. Bu baxımdan məhkəmənin CPM-in 299 və 302-ci maddələrinə istinad etməsi əsaslı görünür. Şahidlərin dindirilməsi ilə bağlı dəlilə münasibətdə də qeyd olunmalıdır ki, CPM-in 293.3.4-cü maddəsinə əsasən xüsusi ittiham şikayətində cinayətin hansı şahid ifadələri ilə təsdiq edildiyi əvvəlcədən göstərilməlidir. Birinci instansiya məhkəməsi haqlı olaraq vurğulamışdır ki, şikayətdə məlumatın hansı şəxslərə yayıldığı, hansı şahidlərin bunu təsdiq etdiyi kifayət qədər konkret göstərilməmişdir. Sonradan “şahidlər gəlmişdi” arqumenti şikayətin ilkin prosessual qüsurlarını aradan qaldırmır. Bundan əlavə, məhkəmənin hazırlıq iclasında bütün şahidlərin mahiyyət üzrə dindirilməsini təmin etmək öhdəliyi yoxdur. Çünki məhkəmə əvvəlcə ümumiyyətlə baxış təyin edilməsinə əsas olub-olmadığını müəyyən etməlidir. Apellyasiya şikayətində məhkəmənin qərəzli və qeyri-obyektiv davranması barədə iddialar da irəli sürülmüşdür. Lakin həmin iddialar ümumi xarakter daşıyır və konkret prosessual pozuntu ilə əsaslandırılmır. Təkcə məhkəmənin təqdim olunan bütün audioyazıları sona qədər dinləməməsi və ya vəsatətləri təmin etməməsi onun qərəzli olması nəticəsinə gəlmək üçün kifayət deyil. Məhkəmə qərarında CPM-in konkret maddələrinə və Ali Məhkəmə Plenumunun izahlarına istinad etmiş, gəldiyi nəticəni hüquqi əsaslarla motivasiya etmişdir. Qeyd olunmalıdır ki, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Ona görə də, şikayət heç bir sübutla təsdiqlənmirsə, uydurma xarakter daşıyırsa, yaxud şikayətdə istinad edilmiş sübutlar şikayətçinin dəlillərini təsdiqləmirsə, belə şikayət əsassız hesab edilir və CPM-in 300.1.3-cü maddəsində göstərilmiş qərarın çıxarılmasına səbəb olur. Bütövlükdə qiymətləndirildikdə görünür ki, birinci instansiya məhkəməsi xüsusi ittiham şikayətini mahiyyət üzrə deyil, prosessual baxımdan qiymətləndirmiş və CPM-in 293.3-cü maddəsinin tələblərinə əməl olunmadığı qənaətinə gəlmişdir. Apellyasiya şikayətində göstərilən hallar isə əsasən sübutların qiymətləndirilməsi və işin mahiyyəti ilə bağlıdır. Halbuki hazırkı mərhələdə əsas məsələ şikayətin forma və məzmun baxımından qanunun tələblərinə cavab verib-verməməsidir. Bu baxımdan apellyasiya şikayətinin dəlilləri Biləsuvar Rayon Məhkəməsinin gəldiyi nəticənin qanunsuz və ya əsassız olduğunu təsdiq etmir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən hesab edir ki, xüsusi ittihamçı Zərərçəkmiş şəxs nümayəndəsi – vəkil müdafiəçi1 şikayəti əsasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 Güloğlan qızı barəsində Azərbaycan Respublikası CM-in 147 və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunmasına dair Biləsuvar Rayon Məhkəməsinin hazırlıq iclasının ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-in: 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.3-cü maddəsinə görə, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması (299.3.1) və xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə (299.3.3) məsələlərə baxılır. 300.1. Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir: 300.1.3. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə. 302.1. Aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda. 302.2. Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Beləliklə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının əsassız olmasına dair apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər yuxarıda qeyd olunanlarla təkzib olunan dəlillər olmaqla apellyasiya şikayətinin təmin olunaraq birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin hazırlıq iclasının ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 397, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi – vəkil müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 1(5-115)-**/**** №-li qərarı həmin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar