Məhkəmə qərarları › İş №1(3-9)-223/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-223/2026

02.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-223/2026 02.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən), Hacıyev Pərviz Vaqif oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, X15, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.2 və 234.4-1-ci maddələri ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə (hakimlər X2 (sədrlik edən), X3 və X4 ibarət tərkibdə) ## ###### 1998-ci ildə Rusiya Federasiyasında doğulmuş, Rusiya Federasiyası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, sürücülük fəaliyyəti ilə məşğul olan, Rusiya Federasiyası, Dağıstan Respublikası, Qubden kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsiri sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci və 234.4-1-ci maddələri ilə bəraət verilmiş, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbirinin ləğv edilməsi hökm edilmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs ittiham olunmuşdur ondan ötrü ki, o, ## #### 2025-ci il tarixədək olan müddət ərzində satış məqsədi ilə qəsdən qanunsuz olaraq Iran Islam Respublikasında xüsusilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmə barədə şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvləri ilə birgə istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə qəsdən qanunsuz olaraq ümumilikdə xüsusilə külli miqdarda – 196.095 qram qurudulmuş marixuana narkotik vasitəsini əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasında qeydiyyatda olan “X7 Tasimaciligi Ic ve dis Ticaret Limited” şirkətinin sifarişi ilə Iran Islam Respublikasında fəaliyyət göstərən Ramin Hoseinzadeh tərəfindən həmin Respublikanın Ərdəbil şəhərindən Rusiya Federasiyasının Moskva şəhərində yerləşən “xxxx” şirkətinə “təzə qarpız” yükü apardığı “Volvo” markalı “T***KK-05/AK7183-05” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusunda olan və içərisinə təzə qarpız yığılmış 48 paletdən 16 ədədində olan qarpız yeşiklərinin içəri alt hissəsində təzə qarpız yüklərinin alt sıralarında yerləşdirərək ümumilikdə 64 ədəd dördbucaq formalı sellofan bağlamada saxlamış, həmin nəqliyyat vasitəsini idarə edərək qeyd olunan narkotik vasitəni Iran Islam Respublikasından Azərbaycan Respublikasına daşımış və ## #### 2025-ci il saat 05 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük Idarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən Rəsmiləşmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, ## #### 2025ci il tarixdə saat 10:50-dən saat 14:15-dək qeyd edilən postda gömrük nəzarəti qaydasında keçirilmiş yoxlama zamanı sözügedən narkotik vasitə gizlədildiyi yerlərdən aşkar edilərək götürülmüşdür. APELLYASIYA PROTESTININ DƏLILLƏRI: Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs CM-in 206.3.2 və 234.4-1-ci maddələri ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirli bilinməsi, CM-in 52-ci maddəsi tətbiq edilməklə əlavə cəza verilərək təklif etdiyi həddə cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını, xüsusi müsadirəyə təklif edilmiş Volvo” markalı, 691210 modelli, T***KK-05 dövlət qeydiyyat nişanlı, YV2A4DMAX2B310768 şassi nömrəli, 2011-ci il buraxılışlı yəhərli dartıcı və həmin dartıcının “SCHMITZ SKO24” markalı, ABCD tipli, AK7183-05 nömrə nişanlı, WSMS778*****81018 şassi nömrəli, 1998-ci il buraxılışlı yarımqoşqunun xüsusi müsadirə edilməsini xahiş etmişdir. Apellyasiya protesti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs CM-in 206.3.2-ci maddəsi ilə təqsirli bilinib 7 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CM-in 234.4-1-ci maddəsi ilə təqsirli bilinib 11 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə ona 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilərək, barəsində əlavə cəza qismində CM-in 52-ci maddəsinin tətbiq edilməsini, iş üzrə xüsusi müsadirə üçün təklif edilən Volvo” markalı, 691210 modelli, T***KK-05 dövlət qeydiyyat nişanlı, YV2A4DMAX2B310768 şassi nömrəli, 2011ci il buraxılışlı yəhərli dartıcı və həmin dartıcının “SCHMITZ SKO24” markalı, ABCD tipli, AK7183-05 nömrə nişanlı, WSMS778*****81018 şassi nömrəli, 1998-ci il buraxılışlı yarımqoşqunun xüsusi müsadirə edilməsini məhkəməyə təklif etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs CM-in 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs ittiham elan edilmişdir ona görə ki, o, ## #### 2025-ci il tarixədək olan müddət ərzində satış məqsədi ilə qəsdən qanunsuz olaraq Iran Islam Respublikasında xüsusilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmə barədə şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvləri ilə birgə istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə qəsdən qanunsuz olaraq ümumilikdə xüsusilə külli miqdarda – 196095 qram qurudulmuş marixuana narkotik vasitəsini əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasında qeydiyyatda olan “X7 Tasimaciligi Ic ve dis Ticaret Limited” şirkətinin sifarişi ilə Iran Islam Respublikasında fəaliyyət göstərən Ramin Hoseinzadeh tərəfindən həmin Respublikanın Ərdəbil şəhərindən Rusiya Federasiyasının Moskva şəhərində yerləşən “xxxx” şirkətinə “təzə qarpız” yükü apardığı “Volvo” markalı “T***KK-05/AK7183-05” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusunda olan və içərisinə təzə qarpız yığılmış 48 paletdən 16 ədədində olan qarpız yeşiklərinin içəri alt hissəsində təzə qarpız yüklərinin alt sıralarında yerləşdirərək ümumilikdə 64 ədəd dördbucaq formalı sellofan bağlamada saxlamış, həmin nəqliyyat vasitəsini idarə edərək qeyd olunan narkotik vasitəni Iran Islam Respublikasından Azərbaycan Respublikasına daşımış və ## #### 2025-ci il saat 05 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük Idarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən Rəsmiləşmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, ## #### 2025-ci il tarixdə saat 10:50-dən saat 14:15-dək qeyd edilən postda gömrük nəzarəti qaydasında keçirilmiş yoxlama zamanı sözügedən narkotik vasitə gizlədildiyi yerlərdən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı nəticəsində müəyyən edilmişdir ki, yükün özündə heç bir plomb, möhür olmamış, palet yumşaq materialla bağlı olmuşdur, həmin yük hansısa zavod, hüquqi şəxs tərəfindən deyil, məhz fiziki şəxslər tərəfindən qablaşdırılmışdır. Bu isə o deməkdir ki, Magomed Qanipayeviçin həmin yükü yoxlamaq imkanı istisna olunmamış, ümumilikdə maşının yük yerinə plomb vurulanadək sonuncunun yükün xüsusiyyəti nəzərə alınmaqla tamlığına heç bir xələl gətirmədən yükü açıb baxaraq yoxlamaqla yenidən qablaşdırmaq imkanı olsa da o, bunu etməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahid şahid4 ifadəsində göstərmişdir ki, ## #### 2025-ci il tarixdə saat 11 radələrində Azərbaycan Respublikası ərazisindən tranzit qaydada keçməklə Iran Islam Respublikasından Rusiya Federasiyasına gedən, Rusiya Federasiyası vətəndaşı X32 tərəfindən idarə edilən “Volvo” markalı, “T***KK-05/AK7183-05” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi rentgen qurğusundan keçirildikdən sonra daxil olmuş əməliyyat məlumatlarına əsasən yoxlama qrupuna yönləndirilmişdir. Yoxlama qrupunda tətbiq edilən gömrük yoxlaması zamanı “Volvo” markalı, “T***KK-05/AK7183-05” dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusunda ümumilikdə 48 ədəd paletdə yerləşdirilmiş “təzə qarpız” yükü yerə boşaldılmış və 16 paletdə qarpız yükünün altında hər paletdə 4 ədəd olmaqla, gömrük nəzarətindən gizlədilmiş şəffaf sellofana bükülmüş ümumilikdə 64 ədəd bağlama aşkar edilmişdir. Bağlamalar açıldıqdan, sayıldıqdan və çəkildikdən sonra təqribi çəkisi 207 kiloqram marixuana aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər şahid2 və şahid1 X5 və X6 Soltanovla eyniməzmunlu ifadə vermişlər. ## #### 2025-ci il tarixli malların və nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, Rusiya Federasiyası vətəndaşı X32 idarə etdiyi “Volvo” markalı “T***KK-05/AK7183-05” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Iran Islam Respublikasından Ramin Hoseinzadeh tərəfindən Rusiya Federasiyasının Moskva şəhərinə yükü müşaiyət edən ##.##.2025-ci il tarixli, “11” nömrəli Invoysa əsasən “təzə qarpız” yükü apararkən, ##.##.2025-cü il tarixdə, saat təqribən 05 radələrində Astara Gömrük Idarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində saxlanılmış və onunla sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi şəkildə sorğu-sual aparılmışdır. Sorğu-sual zamanı onun üzərində, ona məxsus əşyalarda və yük nəqliyyat vasitəsində, həmçinin nəqliyyat vasitəsinin qoşqusunda olan yükdə gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmaması soruşulmuş, o isə öz növbəsində onun üzərində və nəqliyyat vasitəsində mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Daha sonra zərurət yarandığından “Volvo” markalı “T***KK-05/AK7183-05” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi Astara Gömrük Idarəsinin inzibati ərazisində yerləşən “HCVG” markalı stasionar rentgen qurğusundan keçirilmişdir. Nəqliyyat vasitəsi rentgen qurğusundan keçirildikdən sonra daxil olmuş əməliyyat məlumatlarına əsasən, sözügedən yük nəqliyyat vasitəsi yoxlama qrupuna yönləndirilmişdir. Bundan sonra həmin nəqliyyat vasitəsindəki yükə ##.##.2025-ci il tarixdə, saat təqribən 11 radələrində gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama qrupunda tətbiq edilmiş gömrük yoxlaması zamanı “Volvo” markalı “T***KK- 05/AK7183-05” dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusunda ümumilikdə 48 ədəd paletdə olan “təzə qarpız” yükü yerə boşaldılmış və həmin yükə “Lolo” ləqəbli kinoloji xidməti it tətbiq edilmişdir. Bu zaman kinoloji xidmət iti avtomobilin qoşqusundan yerə boşaldılmış 16 ədəd paletə reaksiya vermişdir. Xidməti itin reaksiyasına əsasən sözügedən paletlərə əsaslı gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı 16 ədəd paletdə qarpız yükünün altında hər paletdə 4 ədəd olmaqla gömrük nəzarətindən gizlədilmiş şəffaf sellofana bükülmüş, ümumilikdə 64 ədəd bağlama aşkar edilmişdir. Daha sonra həmin bağlamalar açılmış, sayılmış, çəkilmiş və 64 (altmış dörd) ədəd bağlamada qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 207 kq 620 qram açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə olduğu məlum olmuşdur. (cild 1, iş vərəqə 16-19) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli, **/*** nömrəli ekspert rəyində göstərilmişdir ki, təqdim edilmiş 128 ədəd bükülüdə ümumi təmiz çəkisi 196095 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər (cild 1, iş vərəqə 119). Bundan əlavə məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yük maşını ilə boş halda Iran Islam Respublikası ərazisinə gəlmişdir. Vəd edilmiş yük olmadığı halda və avtomobilin yük yeri boş vəziyyətdə sonuncunun hansı səbəbdən Iran ərazisinə gəlmələrinə məhkəmə tərkibi tənqidi yanaşmamışdır. Yük tapsa belə yükün pulunun çatdırıldıqdan sonra veriləcəyini (təqsirləndirilən şəxsin ifadəsinə əsasən) nəzərə alsaq Təqsirləndirilən şəxs qarpız yükünü Moskva şəhərinə çatdırana qədər cibindən pul xərcləməli idi. Bunun isə ona sərf etmədiyini birmənalı qeyd etmək lazımdır. Ona görə də yükün Moskva şəhərinə çatıdırlması üçün nəzərdə tutulmuş məbləğ simvolik və gözdən pərdə asmaq üçün nəzərdə tutulmuşdur. Yuxarıda göstərildiyi kimi, yükün sürücü Təqsirləndirilən şəxs tərəfindən yoxlanılması imkanının faktiki olaraq mövcud olmasının sübuta yetirilməsinə baxmayaraq məhkəmə hökmdə bunun əksinə olaraq sonuncunun həmi yükləri yoxlamaq imkanın olmadığını qeyd etmişdir. Beləliklə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamış, hökm çıxararkən məhkəmə yuxarıda təhlil olunan ziddiyyətli hallara tənqidi yanaşmaq əvəzinə yalnız təqsirləndirilən şəxsin mənafeyini ifadə etmiş, onun dəlillərini təkzib edən məhkəmə istintaqında tədqiq olumuş sübutlarışahid ifadələri, baxış, götürmə protokolları, ekspertiza rəyləri, əməliyyat məlumatlarını müqayisəli təhlil edib onları nəzərə almamışdır. Odur ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs CM-in 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirli bilinib ona təklif etdiyim həddə cəza təyin edilməli, əlavə cəza kimi CM-in 52-ci maddəsi tətbiq edilərək xüsusi müsadirəyə təklif edilən əmlaklar xüsusi müsadirə edilməlidir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X1 apellyasiya protestinin dəlillərini müdafiə edərək, apellyasiya protestinin təmin olunmasını kollegiyadan xahiş etdi. Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya protestinin təmin edilməməsini kollegiyadan xahiş etdilər. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Avropa Insan Hüquqları Məhkəməsi “X18rşı”, “X16rşı”, “Ermi Italiyaya qarşı” məhkəmə işləri üzrə Qərarlarında dövlətin pozitiv öhdəlikləri prinsipindən çıxış edərək göstərmişdir ki, müdafiənin əslində ilk növbədə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən həyata keçirilməsinə baxmayaraq, ədalətliliyin əsas təminatçısı qismində məhkəmələr çıxış edirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “CPM-in 397.1 və 397.2ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etdi ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Ona görə də həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Konstitusiya Məhkəməsi qeyd olunan Qərarında hüquqi mövqeyini davam etdirərək vurğulamışdır ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Məhkəmə kollegiyası işin materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya protesti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası həqiqətin müəyyən edilməsinin məhkəmə icraatının vəzifəsi olması prinsipindən çıxış edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Işin materiallarında olan ## #### 2025-ci il tarixli “malların və nəqliyyat vasitəsinin yoxlanılması haqqında” protokoldan görünür ki, Rusiya Federasiyası vətəndaşı X32 idarə etdiyi “Volvo” markalı “T***KK-05/AK7183-05” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Iran Islam Respublikasından Ramin Hoseinzadeh tərəfindən Rusiya Federasiyasının Moskva şəhərinə yükü müşaiyət edən ##.##.2025-ci il tarixli, “11” nömrəli Invoysa əsasən “təzə qarpız” yükü apararkən, ##.##.2025cü il tarixdə, saat təqribən 05 radələrində Astara Gömrük Idarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində saxlanılmış və onunla sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi şəkildə sorğu-sual aparılmışdır. Sorğu-sual zamanı onun üzərində, ona məxsus əşyalarda və yük nəqliyyat vasitəsində, həmçinin nəqliyyat vasitəsinin qoşqusunda olan yükdə gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmaması soruşulmuş, o isə öz növbəsində onun üzərində və nəqliyyat vasitəsində mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Daha sonra zərurət yarandığından “Volvo” markalı “T***KK-05/AK7183-05” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi Astara Gömrük Idarəsinin inzibati ərazisində yerləşən “HCVG” markalı stasionar rentgen qurğusundan keçirilmişdir. Nəqliyyat vasitəsi rentgen qurğusundan keçirildikdən sonra daxil olmuş əməliyyat məlumatlarına əsasən, sözügedən yük nəqliyyat vasitəsi yoxlama qrupuna yönləndirilmişdir. Bundan sonra həmin nəqliyyat vasitəsindəki yükə ##.##.2025-ci il tarixdə, saat təqribən 11 radələrində gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama qrupunda tətbiq edilmiş gömrük yoxlaması zamanı “Volvo” markalı “T***KK-05/AK7183-05” dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusunda ümumilikdə 48 (qırx səkkiz) ədəd paletdə olan “təzə qarpız” yükü yerə boşaldılmış və həmin yükə “Lolo” ləqəbli kinoloji xidməti it tətbiq edilmişdir. Bu zaman kinoloji xidmət iti avtomobilin qoşqusundan yerə boşaldılmış 16 (on altı) ədəd paletə reaksiya vermişdir. Xidməti itin reaksiyasına əsasən sözügedən paletlərə əsaslı gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı 16 (on altı) ədəd paletdə qarpız yükünün altında hər paletdə 4 (dörd) ədəd olmaqla gömrük nəzarətindən gizlədilmiş şəffaf sellofana bükülmüş, ümumilikdə 64 (altmış dörd) ədəd bağlama aşkar edilmişdir. Daha sonra həmin bağlamalar açılmış, sayılmış, çəkilmiş və 64 (altmış dörd) ədəd bağlamada qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 207 (iki yüz yeddi) kq 620 (altı yüz iyirmi) qram açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə olduğu məlum olmuşdur. Yoxlamalar tam başa çatdıqdan sonra Rusiya Federasiyası vətəndaşı X32 idarə etdiyi yük nəqliyyat vasitəsinin qoşqusunda aşkar olunmuş ümumilikdə 64 (altmış dörd) ədəd bağlamada qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 207 (iki yüz yeddi) kq 620 (altı yüz iyirmi) qram təşkil edən narkotik vasitəyə oxşar maddə gömrük əməkdaşları tərəfindən götürülmüş, araşdırma ilə əlaqədar qablaşdırılaraq möhürlənmişdir. (cild 1, 16-19) - “Şübhəli şəxsin tutulması haqqında” ## #### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30-da ARCM-in 206.3.2 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, i.v. 51) - “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə” ## #### 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild 1, i.v. 163-164) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli, **/*** nömrəli ekspert rəyində göstərilmişdir ki, təqdim edilmiş 128 ədəd bükülüdə ümumi təmiz çəkisi 196095 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqatdan əvvəl qurudulmuş marixuana narkotik vasitəsinin çəkisi 196.095 qram təşkil etmiş, tədqiqat zamanı 2 qramı sərf edilmiş, qalıq çəkisi 196.093 qram təşkil etmişdir. (cild 1, i.v. 79-81) - “Mobil telefona baxış keçirilməsi” haqqında ## #### 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, baxış obyekti olan, Rusiya Federasiyası vətəndaşı X32 məxsus “Iphone 15 pro” və “iphone 6s” markalı mobil telefonlar olmuşdur. Iş üzrə “Iphone 15 pro” markalı mobil telefonun “Whatsapp Messenger” mesajlaşma proqramına baxış keçirildikdə adı qeyd edilməmiş “Reza“ adlı şəxsin (mobil telefon: +9891118512610), “Mohammədreza” adlı şəxsin (mobil telefon:+989111864706), “Kamran” adlı şəxsin (mobil telefon: +989965746676) telefon nömrələri olduğu müəyyən edilmişdir. Iş üzrə “Iphone 6s” markalı mobil telefonun “şəkillər” bölməsindən “marixuana” bitkisinin fotoşəkili olduğu müəyyən edilmişdir. Mobil telefonun “Qalareya” bölməsindəki videogörüntüdə bir bağlamada külli miqdarda xarici valutanın yerləşdirilməsinə dair görüntülər olduğu müəyyən edilmişdir. Bundan başqa, Rusiya Federasiyası vətəndaşı X32 “Whatsapp Messenger” mesajlaşma proqramında digər şəxslərlə olan danışıqlarından iş üzrə əhəmiyyət kəsb edəcək digər hallara rast gəlinməmişdir. (cild 1, i.v. 120-121) - “Əşyaların maddi sübut kimi tanınması və saxlanc yerinin müəyyən olunması haqqında” ## #### 2025-ci il tarixli qərardan görünür ki, cinayətin predmeti hesab edilən ekspertiza tədqiqatı zamanı 2 qramı sərf edilmiş, qalıq çəkisi 196.093 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi maddi sübut kimi tanınmış və cinayət təqibi üzrə icraat başa çatanadək saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat- Istintaq Baş Idarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. (cild 1, i.v. 170-175) - “Sərhədkeçmə məlumatlarına baxış keçirilməsi” haqqında ## #### 2025-ci il tarixli protokoldan görünür ki, Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs ## #### 2025-ci il il tarixdə saat 15:02-də Astara DSBM vasitəsilə Iran Islam Respublikasından Azərbaycan Respublikasına gəlmişdir. X30 Sisteminə “Görülmüş Tədbirlər: Saxla/Gömrük xidmətinin qabaqlayici məlumatı əsasında NV-i Rentgen qurğusundan keçirilmiş şübhəli cizgilər aşkar edilmiş və əsaslı baxışa verilmişdir.Birgə baxış zamanı NV-nin yük yerində qarpız yükünün altında list şəklində gizlədilmiş şəkildə olan 64 bağlamada qablaşma ilə birgə çəkisi 207 kq 625 qr narkotik vasitə Marixuana aşkar edilərək saxlanılmışdır. Astara GI-nə təhvil verildi.” məzmununda qeyd əlavə edilmişdir. (cild 1, i.v. 184-188) - Iş üzrə “xxxx“ MMC-nin ## #### 2025-ci il tarixli, G-*** nömrəli, mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, Rusiya Federasiyası vətəndaşı X32 idarə etdiyi “Volvo” markalı, 691210 modelli, T***KK-05 dövlət qeydiyyat nişanlı, YV2A4DMAX2B310768 şassi nömrəli, 2011-ci il buraxılışlı yəhərli dartıcının ## #### 2025-ci il tarixə faktiki bazar qiyməti 32000 manat və həmin dartıcının “SCHMITZ SKO24” markalı, ABCD tipli, AK7183-05 nömrə nişanlı, WSMS778*****81018 şassi nömrəli, 1998-ci il buraxılışlı yarımqoşqusunun həmin tarixə faktiki bazar qiyməti isə 11000 manat təşkil edir. (cild 2, i.v. 07-23) - ## #### 2025-ci il tarixdə cinayət işi üzrə maddi sübut kimi tanınmış qurudulmuş marixuana narkotik vasitəsinə ekspertlərin iştirakı ilə baxış keçirilmiş və ümumilikdə təmiz çəkisi 196.095 qram (ekspertiza tədqiqatından sonra qalıq qalmış 196093 qram) təşkil edən qurudulmuş marixuana narkotik vasitəsindən xüsusilə külli miqdarının aşağı həddi miqdarında, 50000 qram çəkidə olması üçün tələb olunan qablaşdırma ilə birlikdə 57300 qram nümunə götürülərək ayrıca qablaşdırılmışdır. (cild 2, i.v. 43) - “Azərterminalkompleks” Birliyindən daxil olmuş ## #### 2025-ci il tarixli, 3-33-5600/2- ******/**** nömrəli məktubda göstərilmişdir ki, Astara Gömrük Idarəsində “Volvo” markalı “T***KK-05/AK7183-05” qeydiyyat nişanlı nəqliyyat vasitəsində saxlanılan “təzə qarpız” yükünün gömrük hərraclarında satışının təmin olunması məqsədilə “Azərterminalkompleks” Birliyinin sifarişi əsasında qiymətləndirilərək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 3 dəfə gömrük hərracına çıxarılmış, alıcının olmaması səbəbindən ## #### 2025-ci il tarixli G-** saylı, ## #### 2025-ci il tarixli G-** saylı və ## #### 2025-ci il tarixli “Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satışı üzrə komissiyanın hərracın baş tutmaması barədə protokolu” tərtib olnmuşdur. Sözügedən mal satışa yararsız olduğu üçün növbəti gömrük hərraclarına çıxarılmamışdır. (cild 2, i.v. 59-62) - Ambulator məcburi-narkoloji tibbi yoxlamanın ## #### 2025-ci il tarixli, **** nömrəli rəyindən görünür ki, Rusiya Federasiyası vətəndaşı X32 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır, narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 2, i.v. 74-75) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli, *-**-**/*-*/***/**** nömrəli rəyinə əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-Istintaq Baş Idarəsinin inzibati binasındakı maddi sübutların saxlanc otağında saxlanılan narkotik vasitə qurudulmuş marixuana (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/*** nömrəli rəyinə əsasən) xüsusilə külli miqdarının aşağı həddi miqdarında, 50000 qram çəkidə olması üçün tələb olunan 60900 qram (60 kq 900qram) (qablaşdırma ilə birlikdə) qurudulmuş marixuana nümunə götürülərək 8 ədəd ağ rəngli kisəyə, qalan ayrılmış hissəsi olan qablaşdırma ilə birlikdə 57300 (57kq 300qram) çəkidə narkotik vasitə marixuana 06 ədəd göy rəngli bağlamaya qablaşdırılaraq “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X12 Bölməsi Tədqiqat obyekti N2” ştamp əksi ilə möhürləndi və Dövlət Gömrük Komitəsinin ƏməliyyatIstintaq Baş Idarəsinin inzibati binasındakı maddi sübutların saxlanc otağında saxlanılmışdır. (cild 2, i.v. 82-85) - Cinayət işi üzrə ## #### 2025-ci il tarixdə içərisindən xüsusilə külli miqdarda – 196.095 qram qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilmiş və maddi sübut qismində tanınaraq “Volvo” markalı “T***KK-05/AK7183-05” qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yük yerində olan, ## #### 2025-ci il tarixli, ** nömrəli invoysa əsasən netto çəkisi 18000 kq, dəyəri isə 6300 ABŞ dolları təşkil edən “təzə qarpız yükü yararsız olduğundan məhv edilməsi haqqında qərar qəbul edilmiş və qərarın icra edilməsindən ötrü ##.##.2025-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Gömrük Inzibatçılığı Baş Idarəsinə xidməti qeyd göndərilmişdir. (cild 2, i.v. 63-66) - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli 5(004)- ***/**** nömrəli qərarına əsasən ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış, aparılmış tədqiqatlardan və xüsusilə külli miqdarın aşağı həddi miqdarında – 50000 qram çəkidə olması üçün tələb olunan qablaşdırma ilə birlikdə 57300 (57kq 300 qram) nümunə götürüldükdən sonra qalıq qalan qablaşdırma ilə birlikdə 150600 (150kq 600qram) çəkidə narkotik vasitə qurudulmuş marixuana cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və qərarın icrası Azərbaycan Respublikası Dövlət gömrük Komitəsinin əməliyyat-Istintaq Baş Idarəsinə və Narkomanlığa və X22 X19 üzrə Dövlət Komissiyasına həvalə edilməsi qərara alınmışdır, sözügedən məhkəmə qərarının ## ######## 2025-ci il tarixli məktubla Azərbaycan Respublikası Narkomanlığa və X22 X19 üzrə Dövlət Komissiyasına göndərilmişdir. (cild 2, 114- 115) Azərbaycan Respublikası DIN-in BƏSII-dən verilmiş ## #### 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, i.v. 224) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Birinci instansiya məhkəməsi bu baxımdan tədqiq olunmuş sübutları təhlil edib iş üzrə ilkin olaraq dindirilmiş şahidlərin ifadələrini törədilmiş cinayətin (cinayətin predmeti olan marixuananın aşkar olunub götürülməsi faktının) baş verməsini təsdiq edən sübutlar kimi qəbul etməklə yanaşı, həm də bu cinayətin Təqsirləndirilən şəxs törətməsini istisna edən sübutlar (əməliyyat məlumatı ilə bağlı hallar üzrə ziddiyyətli ifadələr vermələri) kimi də qəbul etmişdir. Iş materiallarına əlavə edilmiş mobil telefona məhkəmədə baxış zamanı müəyyən edilmişdir ki, aşkar edilmiş marixuana şəkilləri təqsirləndirilən şəxsə məxsus “Iphone 15” markalı mobil telefona narkotik vasitələrin aşkar edildiyi tarixdən xeyli əvvəl tarixdə, külli miqdarda xarici valyutaların olduğu video isə 2024-cü ilin aprel ayında, yəni, təqsirləndirilən şəxsin idarə etdiyi yük maşınından narkotik vasitənin aşkar edildiyindən bir ildən də çox müddət əvvəl aşkar edilmişdir. Buradan da görünür ki, həmin yaş marixuana şəkillərinin və pul videosunun verilmiş ittihama aidiyyəti yoxdur, istintaq orqanı həmin foto və videoya sübut kimi istinad etsə də, onların ittihama aidiyyətini sübut edə bilməmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən istinad edilən cinayətləri törətməmişdir. Onun daşıdığı yükün içərisində narkotik vasitənin yerləşdirilməsindən məlumatı olmadığını sübut etmək halı Təqsirləndirilən şəxs üzərinə düşmür, bu halın əksini isə sübut etmək ittiham tərəfinin vəzifəsi olmuşdur. Bundan başqa, birinci instansiya məhkəməsi hesab edir ki, hazırkı iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ittihamda göstərilən qaçaqmalçılıq cinayətini və satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi tam təkzib olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olmuş şəxslərlə Azərbaycan Respublikası CM-in 206.3.2 və 234.4-1-ci maddələrində göstərilən cinayətləri kimlərlə birlikdə törətməsini təsdiq edən sübutların mövcud olmamasına, habelə həmin ittihamın iş materiallarında olan sübutlarla təkzib olunmasına baxmayaraq ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq Təqsirləndirilən şəxs CM-in 206.3.2 və 234.4-1-ci maddələri ilə ittiham verilmiş, eləcə də məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bu cinayət əməllərini törətməsi öz təsdiqini tapmır. Göründüyü kimi, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayətləri törətməsi heç bir mötəbər hesab edilə bilən sübutlarla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayət əməllərini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Hazırkı iş üzrə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs hərəkətlərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayəti (CM-in 206.3.2-ci maddəsi), eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayəti (CM-in 234.4-1-ci maddəsi) ilə tövsif olunması iş üzrə olan sübutlarla uzlaşmır və belə qiymətləndirmə əsassızdır. Həmçinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, iki ildir ki, Rusiyadan gəlib, Irandan meyvə-tərəvəz götürüb deyilən ünvanlara daşımaqla pul qazanır, ## #### 2025-ci il tarixdə dayanacaqda olarkən Həzi adlı dispetçer ona yaxınlaşaraq, Məmməd adlı şəxsə yük göndərmək istədiyini və yükün qarpızdan ibarət olduğunu bildirmiş, 13 iyun tarixdə sənədləri əldə etmək üçün həmin şəxsə yaxınlaşmış, şəxs ona sənədlərin bir gün sonra hazır olacağını bildirmişdir. 14 iyun tarixində dayanacaqda olarkən yükləmə prosesi zamanı Kamran adlı şəxs də iştirak etmişdir. O, yükləmə prosesini sadəcə kənardan müşahidə etmiş, yükə yaxınlaşmaq imkanı olmamışdır. Belə ki, yükün olduğu maşınla onun idarə etdiyi yük maşını bir-birinə yapışdırılmış vəziyyətdə fəhlələr yükləmiş, o, yükləmədə iştirak etməmişdir. Yükləmə başa çatdıqdan sonra yoxlama üçün sıraya durmuşdur. 15 iyun tarixində gömrük xəttində yoxlama zamanı maşından narkotik vasitə aşkar olunmuşdur. Həmin adamdan ilk dəfə yük qəbul etmiş, onu əvvəldən tanımamışdır. Sürücü yoldaşları həmin adamın etibarlı biri olduğunu demişlər, bu səbəbdən inanmışdır. Telefonunda aşkar edilmiş yaş marixuana şəkilini o, 17 yaşında olanda internetdən maraq üçün yükləmişdir, hətta, həmin şəkil köhnə telefonunda olmuş, yeni telefon alanda oradakı şəkilləri bura yükləmişdir, həmin şəkil də ümumi şəkillərlə birlikdə yeni telefonun yaddaşına köçürülmüşdür, marixuananın şəklinin telefonuna yükləndiyinə fikir verməmişdir, görsəydi silərdi, külli miqdarda pulların olduğu videonu isə sürücülərin olduğu qrupa göndərmişlər, kimin göndərdiyini xatırlamır, həmin video da çoxdan onun telefonunda var, bu işlə heç bir əlaqəsi yoxdur, yoldaşları internetdən götürüb maraq üçün qrupa atmışlar. Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı, “Beynəlxalq Yükdaşımaları müqaviləsi haqqında” ## ### 1956-cı il tarixli Cnevrə Konvensiyasının 8-ci maddəsinin 1-ci hissəsinə görə beynəlxalq yükü qəbul edən sürücü yalnız yük yerlərini, yükün və onun qablaşdırılmasının xarici görünüşünü yoxlamalıdır. Həmin maddəyə əsasən daşınan məhsulun adı barədə məlumatlar beynəlxalq avtomobil daşıyıcısının (sürücüsünün) nəzarət sahəsinə aid deyil. Həmçinin bu Konvensiyasının 11-ci maddəsində yükgöndərən yükü göndərməzdən əvvəl lazımi sənədləri fakturaya əlavə etmək və ya daşıyıcının ixtiyarına vermək, gömrük və digər rəsmiyyətlərin icrası üçün tələb edilən bütün məlumatları təqdim etmək vəzifəsi təsbit edilmişdir. Həmin maddənin 2-ci hissəsinə əsasən bu sənədlərin düzgünlüyünün və bütövlüyünün yoxlanılması daşıyıcının vəzifələrinə aid deyil. Habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2009-cu il tarixli qərarı ilə təsdiq edlilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması” Qaydalarının 35.1-ci maddəsinə əsasən (Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaların təşkili) avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları, o cümlədən tranzit daşımaları Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq yerinə yetirilir. Həmin Qaydaların 38.3-cü maddəsinə əsasən daşıyıcı yükü qəbul edərkən CMR-də (Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəənəqliyyat qaiməsi) olan yük yerlərinin sayı, onların markalanması və nömrələnməsi, həmçinin yükün və onun qablaşdırılmasının xarici vəziyyətinə aid məlumatları yoxlamalıdır. X28 və Qaydalara əsasən hazırkı iş üzrə daşıyıcı Təqsirləndirilən şəxs daşıdığı yükün daxilini (ayrı-ayrı qablaşdırılmış yükün qablaşdırılmış hissələrini açıb baxmaqla yükün nədən ibarət olmasını) yoxlamaq səlahiyyəti, eləcə də yükü müşayiət edən sənədlərin düzgünlüyünü və bütövlüyünü yoxlamaq vəzifəsi olmamışdır. Beləliklə, iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq və satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayətlərini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla uzlaşmır, yəni həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı onun bu cinayətləri törətməsini təsdiq edən obyektiv sübutlar olmamış, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayətləri törətməsi öz təsdiqini tapmamışdır Məhkəmə kollegiyası sübutları və işin faktiki hallarını, cinayətin ittiham aktında göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən verilmiş ittihamda göstərilən cinayətləri törətməsi yalnız mülahizə (ehtimal) xarakteri daşımaqla məhkəmə istintaqı zamanı sübuta yetməmişdir. Məhkəmə kollegiyası göstərilən sübutları və işin faktiki hallarını, cinayətin ittiham aktında göstərildiyi kimi, yəni Təqsirləndirilən şəxs CM-in 206.3.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, istintaq orqanı tərəfindən verilmiş bu ittihama aid sübutlar ehtimallara əsaslanmaqla yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Belə ki, Avropa məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilibverilmədiyini araşdırmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarının 34-cü bəndində izah verilir ki, Nəzərə almaq lazımdır ki, Insan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında ibtidai araşdırma zamanı yol verilmiş digər nöqsanlarla yanaşı sübut əhəmiyyətinə malik ola biləcək (cinayət təqibi gedişində ittihamın əsaslandırılmasında istifadə edilən) predmetlərin şəxsin tutulduğu yerdə götürülməməsinə sübutun əldə edilməsi şəraitinin ciddi qüsuru kimi baxaraq belə sübutun mötəbərliyini şübhə altına alan, beləliklə də “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu yaradan hal kimi istinad etmişdir. Əməliyyataxtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyataxtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiqorqana gətirildikdən dərhal sonra əməliyyataxtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi yuxarıda göstərilən sübutları və işin faktiki hallarını, cinayətin ittiham aktında göstərildiyi kimi, yəni Təqsirləndirilən şəxs CM-in 234.4-1-ci və 206.3.2-ci maddələrində nəzərdə tutulan cinayəti törətməsini təsdiq edən heç bir mötəbər sayıla bilən sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab etmişdir ki, istintaq orqanı tərəfindən verilmiş bu ittihama aid sübutlar ehtimallara əsaslanmaqla yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-in 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Cinayət mühakimə icraatın prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslığına dair meyarlarla birlikdə götürməklə baxıldıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslansın. Yalnız belə olduqda, məhkəmə CPM-in 28-ci maddəsində ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törətdilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti, cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və ya heç olmasa birinin mövcud olması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-in 3-cü maddəsi). Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 28.1 və 28.4-cü maddələrinin müddəalarına əsasən məhkəmələr cinayət işinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmçinin şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Insan Hüquqlarının və X23 X27 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəs törədildiyi anda milli və beynəlxalq hüquqla cinayət hesab edilməmiş hər hansı bir hərəkəti və ya hərəkətsizlik təşkil edən əmələ görə təqsirli bilinə bilməz. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə əsasən bəraətin əsasları məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən hallardan biri olduqda, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə (bu Məcəllənin 42.1.4-cü maddəsi) bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Belə olan halda, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin birinci instansiya məhkəməsindəki ifadəsinin həqiqətə uyğun olduğu ilə razılaşır və apellyasiya protestinə münasibətdə qeyd edir ki, məhz yuxarıda göstərilən səbəbdən məhkəmə təqsirləndirilən şəxsin hansı ifadəsinin qəbul edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № *****/**, ## #### 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Ümumi qaydada desək, istintaqın səmərəli olması üçün bu istintaqı həyata keçirən qurumlar və ya şəxslər, istintaqın yönəldiyi qurumlar və şəxslərdən asılı olmamalıdırlar. Bu, sadəcə iyerarxiya və ya institusional əlaqənin olmaması deyil, həm də müstəqil təcrübənin olması deməkdir. Həmçinin, Azərbaycan Respublikası CPM-in 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin dəlilləri formal mülahizələr əsaslanmış dəlillər olmaqla, məhkəmənin qanuni və əsaslı olan hökmünün dəyişdirilməsi üçün kifayət qədər əsas vermir. Yuxarıda göstərilən sübutları digər iş materialları ilə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdıran məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, həmin sübutlar birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq qeyri-mötəbər və yolverilməz sübut kimi qiymətləndirilmiş, nəticə etibarilə Təqsirləndirilən şəxs barəsində düzgün olaraq bəraət hökmü çıxarılmışdır. Apellyasiya protestində xüsusilə vurğulanmışdır ki, vəd edilmiş yük olmadığı halda və avtomobilin yük yeri boş vəziyyətdə sonuncunun hansı səbəbdən Iran ərazisinə gəlmələrinə məhkəmə tərkibi tənqidi yanaşmamışdır. Yük tapsa belə yükün pulunun çatdırıldıqdan sonra veriləcəyini (təqsirləndirilən şəxsin ifadəsinə əsasən) nəzərə alsaq Təqsirləndirilən şəxs qarpız yükünü Moskva şəhərinə çatdırana qədər cibindən pul xərcləməli idi. Bunun isə ona sərf etmədiyini birmənalı qeyd etmək lazımdır. Halbuki, işin halları və təqsirləndirilən şəxsin ifadəsi ilə də müəyyən edilir ki, Rusiya Federasiyasından Irana gələrək gələrək daşımaq üçün yük axtarmaq təqsirləndirilən şəxsin xeyli müddətdir ki, əsas işi olmuşdur. Onun məhz narkotik vasitə daşımaq üçün gəməsinə dair heç bir sübut ittiham tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin II hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmçinin, CPM-in 138.2-ci maddəsində də eyni müddəa yer almış və qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olubolmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Cinayət-prosessual qanunvericiliyin sübutetmədən bəhs edən XV fəslində isə təqsirin sübuta yetirilməsinin hüquqi proseduru aşağıdakı kimi müəyyən edilmişdir. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1 və 145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmçinin, CPM-in 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 146.2-ci maddəsinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi aşağıdakılara nail olunmasına kömək edir: 146.2.1. ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına; 146.2.2. cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə; 146.2.3. cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə. CPM-in 146.3-cü maddəsinə əsasən sübutların məcmusunun toplanması aşağıdakılara gətirib çıxarmamalıdır: 146.3.1. sübut materiallarının lüzumsuz artıq toplanmasına; 146.3.2. ibtidai araşdırmanın və ya məhkəmə baxışının uzadılmasına (süründürməçiliyə). Həmçinin, CPM-in 21.3-cü maddəsi Azərbaycan Respublikasının Konstitusiyasının 63cü maddəsinin II hissəsindən çıxış edərək təqsirləndirilən (və ya şübhəli) şəxsi öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Qüvvədə olan cinayət prosessual qanunvericiliklə cinayət təqibi ilə bağlı icraatda sübut etmə yükü ittiham tərəfinin üzərinə qoyulmuşdur. Ittiham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayaraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin (təqsirləndirilən və ya şübhəli şəxsin, müdafiəçinin, mülki cavabehin) müdafiə üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində də oxşar norma nəzərdə tutulmuş və qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrində təsbit edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə istintaqı zamanı tədqiq etdiyi sübutları tam, hərtərəfli və obyektiv şəkildə araşdırmış, həmin sübutları bir-birilə müqayisəli şəkildə təhlil etmiş və əldə etdiyi nəticələrə düzgün cinayət-hüquqi qiymət verərək Təqsirləndirilən şəxs haqlı olaraq bəraət vermiş, nəticə etibarilə qanuni, əsaslı hökm çıxarmışdır. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verilməsi ilə bağlı dəlilləri formal mülahizələrə əsaslanmaqla, məhkəmənin qanuni, əsaslı və ədalətli hökmünün bu hissədə dəyişdirilməsi üçün kifayət qədər əsas vermir. CPM-in 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ittihamın mahiyyəti üzrə düzgün nəticəyə gəlmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin normalarını düzgün tətbiq etdiyinə və mahiyyəti üzrə qanuni və əsaslı nəticəyə gəldiyinə görə apellyasiya protestinin dəlili formal dəlil hesab edilməlidir. Yuxarıda qeyd edilən işin hallarından göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən ittihamın əsası kimi təqdim edilmiş sübutlardan heç biri Təqsirləndirilən şəxs təqsirini birbaşa təsdiq edən və mötəbər olan, həmçinin əsaslı şübhələrdən kənar olan sübut kimi qiymətləndirilə bilməz. Həmin sübutlar Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı Konvensiyaların müəyyən etdiyi sübut standartlarına malik deyil. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi qanuni və əsaslı olaraq Təqsirləndirilən şəxs CM-in 234.4-1 və 206.3.2-ci maddələri ilə bərəat vermişdir. Odur ki, apellyasiya protesti təmin edilməməli, məhkəmənin bəraət hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosesual Məcəllənin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407, 410 və 412ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı saylı hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü dövlət ittihamçısı dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu gündən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar