Məhkəmə qərarları › İş №1(3-9)-224/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-224/2026

09.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-224/2026 09.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əsədov İlqar Həsən Ağa oğlunun, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil müdafiəçi1 iştirakı ilə. ## ###### 1996-cı ildə Salyan rayonunun Seyidsadıqlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş (elektrik işləmiş), əvvəllər məhkum olunmamış, Salyan rayonu, Seyidsadıqlı kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, cinayət kollegiyası qərar verdi: İ.İşin halları: Cinayət işinin faktiki hallarına əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs arvadı X4 ilə həmkəndlisi Zərərçəkmiş şəxs arasında yaxın münasibətin olmasından şübhələnərək, ## ####### 2024-cü il tarixdə, saat 16:30 radələrində Salyan şəhəri, X.R.Ulutürk küçəsi ərazisində yerləşən “Terrasa” çay evinin yaxınlığında Zərərçəkmiş şəxs işlədiyi avtomobil təmiri sexinə gəlib orada sonuncuya arvadı Elmira Əliyeva ilə yaxın münasibət saxlamasına görə aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə qarın nahiyəsinə bir bıçaq zərbəsi vuraraq, ona qarının ön divarında bir ədəd daxilə keçən, nazik bağırsağı zədələyən yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmənin ittiham hökmü ilə (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X3 və X6 ibarət tərkibdə) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı ## ####### 2024-cü il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmış, maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələlər həll olunmuşdur. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. II.Apellyasiya şikayətinin dəlilləri: Cəza təyin olunarkən zərərçəkmiş şəxslə münasibətlərini və digər yüngülləşdirici halları nəzərə almadan ədalətsiz hökm çıxarılmışdır. Cəzanın yüngülləşdirilməsi xahiş olunur. III. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında dövlət ittihamçısı Əsədov İlqar Həsən Ağa oğlu apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli tam sübuta yetirilmiş, cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınaraq ədalətli cəza təyin edilmişdir, odur ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirdi ki, o, özünü təqsirli bilir, lakin təyin olunan cəzanın ağırlığından narazıdır. Zərərçəkmiş şəxslə barışmışdır, yeni ailə qurmuşdur, əməlindən peşmandır, təyin olunmuş cəza müddətinin azaldılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi olmadığını, təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. IV. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM-in) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlilləri dəqiqləşdirilmiş və müəyyən olunmuşdur ki, o, həddindən artıq ağır cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən hökmün dəyişdirilməsinin prosessual əsasları kimi Azərbaycan Respublikası CPM-in 399.1.5. və 404-cü maddələrində nəzərdə tutulmuş halları nəzərdə tutmuşdur. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif etmişdir. Apellyasiya şikayətinin dəlillərinən də görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər mübahisələndirilməmiş və buna görə də məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə zərurət görmür. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ağır olmasına dair apellyasiya şikayətində göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibət bildirərək məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Kollegiya daha yüngül cəzanın tətbiqinin mümkünlüyünü müzakirə edərək bildirir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların məqsəd və prinsipləri çərçivəsində təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə əsasların olubolmamasını araşdıraraq məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X8 Rayon Polis Şöbəsinə ünvanladıqları ##.##.2024-cü il tarixli ərizələrindən, habelə sonuncunun ##.##.2025-ci il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar və ona qarşı şikayət və tələbləri yoxdur. Salyan Rayon İcra Hakimiyyəti başçısının Marışlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin ##.##.2025-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu, Seyidsadıqlı kəndində qeydiyyatda olmaqla yaşamışdır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bundan başqa Təqsirləndirilən şəxs hadisədən sonra Polis Şöbəsinə gələrək könüllü təslim olmuşdur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, habelə ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ailənin yeganə gəlir gətirən olduğunu, habelə könüllü gəlib təqsirini boynuna alaraq təslim olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, əməlindən peşmançılıq çəkdiyini bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Təqsirləndirilən şəxs cəzasının ağırlaşdırılması üçün CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən olunmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsindən bəhs edən 60-cı maddəsində qeyd olunur ki, “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məlum hadisədən sonra polis şöbəsinə gələrək könüllü təslim olmuş, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsla barışıq əldə etmişdir və belə olan halda onun barəsində cəza təyin edilərkən Cinayət Məcəlləsinin yuxarıda bəhs olunan 60-cı maddəsinin tətbiq edilməsi qanuni və əsaslıdır. Lakin işin halları, təqsirləndirilən şəxsin cinayət əməlindən bilavasitə sonrakı davranışları, hal-hazırda səmimi peşmançılığını ifadə edən islah yönümlü hərəkətləri əsas verir ki, birinci instansiya məhkəməsi daha aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə, təqsirləndirilən şəxsin islah olunması, sosial ədalətin bərpa olunması məqsədlərinə nail ola bilərdi. Odur ki, Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın mövcud hüquqi vəziyyətinə uyğunluğu təkrarən nəzərdən keçirilməlidir. Cinayət qanununun tələbinə əsasən mütləq şəkildə cəzanı yüngülləşdirən əsas qismində nəzərə alınmalı olan hala əhəmiyyət verilmədən və cəzanın təqsirkarın islah olunmasına təsirini diqqətə almadan təyin olunmuş cəza ədalət prinsipinə (CM, maddə 8), cəzanın təyin edilməsinin ümumi əsaslarına (CM, maddə 58.3) cavab verən cəza kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, ədalət prinsipi cinayətlərin təsnifatına görə cəza nəzərdə tutan sanksiya çərçivəsində cəza növünü və həddini müəyyən etməkdə tarazlaşdırıcı rol oynayan mühüm və ümumbəşəri dəyərdir. Apellyasiya baxışında təqsirləndirilən şəxsin xeyrinə yaranmış yuxarıda qeyd olunan və cəzanı yüngülləşdirən halların nə dərəcədə nəzərə alınması məsələsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, həmin hallar Cinayət Məcəlləsinin 58.3-cü maddəsində təsbit olunmuş başqa hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, cəzanı ağırlaşdıran halın olmaması, təqsirkarın şəxsiyyətini səciyyələndirən məlumatlar, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə birlikdə götürülməklə nəzərə alındıqda, ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin olunmuş 04 il müddətə azadlıqdan məhrum etmə cəzasının həmin maddənin sanksiyası daxilində 03 ilədək azaldılmasını mümkün edən əsaslar kimi nəzərdən keçirilməlidir. Qeyd olunanlar baxılan işdə məhkəmə qərarının apellyasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası CPM-in 404-cü maddəsində və bu məsələ ilə bağlı CPMin 399.1.5-ci maddəsində təsbit edilmiş halların mövcud olduğunu göstərir. Cinayət-Prosessual Məcəlləsinin 398.1. və 398.1.4-cü maddələrinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Beləliklə məhkəmə kollegiyası belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025-cı il tarixli hökmü apellyasiya şikayətinə əsasən yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025-cı il tarixli hökmü cəza təyini hissəsində dəyişdirilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının həddi azaldılsın və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 03 (üç) il müddətində müəyyən edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025-cı il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar çıxarıldığı gündən, habelə azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkuma qərarın ona verildiyi tarixdən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar