Məhkəmə qərarları › İş №1(3-9)-226/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-226/2026

18.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-226/2026 18.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlunun sədrliyi ilə, Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X1, məhkum edilmiş şəxslər təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs1, məhkum edilmiş şəxslərin müdafiəçiləri – Şirvan Regional Vəkil Bürosunun vəkilləri müdafiəçi1 və müdafiəçi2 iştirakları ilə ## ###### 1977-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs" qətimkan tədbiri seçilmiş ## ###### 1979-cu il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs" qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 və məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər X2 (sədrlik edən), X3 və X5 ibarət tərkibdə) təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## #### 2025-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji kabinetində qeydiyyatına alınması, təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## #### 2025-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji kabinetində qeydiyyatına alınması qərara alınmışdır. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünü ləğv edib barəsində qanuna müvafiq, əsaslı, ədalətli hökm çıxarmaq üçün işi icraata qəbul edib baxılmasını xahiş etmişdir. Bundan başqa hökmdən təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünü ləğv edib yenidən cinayət işinə düzgün və ədalətli baxmağı xahiş etmişdir. IŞIN HALLARI: təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişlər ona görə ki, təqsirləndirilən şəxs2 tanışı təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan özünü Iran Islam Respublikasının vətəndaşı “Mehdi” kimi təqdim edən şəxslə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq satış məqsədi ilə, yəni qazanc əldə etmək üçün əvvəlcədən sövdələşib cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 2025-ci ilin fevral ayından başlayaraq ## #### 2025-ci il tarixədək olan müddət ərzində istifadəsində olan +***** *** ** ** saylı mobil telefon nömrəsi və həmin mobil nömrənin “Whatsapp” ani mesajlaşma mübadiləsi sistemi vasitəsilə “Mehdi” adlı şəxsin istifadəsində olan +98 901 287 **** saylı mobil telefon nömrəsi və həmin nömrənin “Whatsapp” ani mesajlaşma mübadiləsi sistemi vasitəsilə əlaqə saxlayıb danışaraq sonuncu tərəfindən Astara rayonu, Kakalos kəndi ərazisindən keçən Ələt-Astara magistral yolunun üzərindəki “20” rəqəmi yazılmış lövhənin fotoşəkilini göndərərək həmin lövhənin yanına qoyduğu külli miqdarda - 14400,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq götürüb Mehdi adlı şəxsin lokasiya üzrə müəyyən edəcəyi yerə qoymağı öz öhdəsinə götürdükdən sonra, ## #### 2025-ci il tarixdə, saat 01 radələrində qrup üzvü təqsirləndirilən şəxs1 ilə birlikdə Lənkəran şəhərindən cinayətlə heç bir əlaqəsi olmayan taksi sürücüsü şahid2 idarə etdiyi “Nissan march” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Ələt-Astara magistral yolunun Astara rayonu, Kakalos kəndi ərazisindən keçən hissəsinə gəlib, “20” yazılan lövhənin yanında qoyulmuş 01 ədəd ağ rəngli kisədə olan narkotik vasitə olan qurudulmuş marixuananı qrup üzvü təqsirləndirilən şəxs1 ilə birlikdə götürərək avtomobil istiqamətinə aparıb üzərində saxlayaraq daşımış, ## #### 2025-ci il tarixdə, saat 02:01-də Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı Bakı-Ələt-Astara magistral yolunun Kakalos kəndindən keçən hissəsində təqsirləndirilən şəxs1 ilə birlikdə şahid2 idarə etdiyi “Nissan march” markalı, **-HP- *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılmış, üzərlərində yoxlama və aşkar olunan bağlamaya keçirilən baxış zamanı 01 ədəd ağ rəngli kisənin içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 940,0 qr, 2260,0 qr, 950,0 qr, 3520,0 qr, 3510,0 qr və 3220,0 qr olmaqla ümumilikdə 14400,0 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. APELLYASIYA ŞIKAYƏTLƏRININ DƏLILLƏRI: Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ədalətsiz və qeyri-qanuni hesab edir. Hökm çıxarmış məhkəmə kollegiyası məhkəmə istintaqı dövründə sübutlara düzgün hüquqi qiymət verməmiş və barəsində yanlış, əsassız qərar qəbul etmişdir. Bundan başqa məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində əsassız qərar qəbul edildiyindən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünü ləğv edib yenidən cinayət işinə düzgün və ədalətli baxmağı xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar verərək, apellyasiya şikayətlərinin əsassız olduğu üçün təmin edilməməsini, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün qüvvəsində saxlanılmasını xahiş etmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı X1 apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi müdafiəçi1 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətlərinin dəlillərini müdafiə edib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxs2 barəsində bəraət hökmü çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi müdafiəçi2 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətlərinin dəlillərini müdafiə edib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sözügedən hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxs1 barəsində bəraət hökmü çıxarılmasını xahiş etdilər. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini müzakirə edərək, məhkum edilmiş şəxslərin və onların müdafiəçilərinin, dövlət ittihamçısının çıxışlarını dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən, apellyasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Məhkəmə Kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması işdə olan müvafiq məlumatlarla sübuta yetirilmiş və birinci instansiya məhkəməsi qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və məhkəmədə tədqiq edilmiş sübutlara düzgün qiymət vermiş, həmin sübutlar yoxlanılarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə riayət olunmuşdur. Məhkəmənin həmin məsələlər üzrə mövqeyinin, gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur, apellyasiya şikayətlərinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1ci maddəsinin tələblərinə də əsaslanır. Həmin normada təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Birinci instansiya məhkəməsi araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməlini törətmələrini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onların təqsirliliyini tam sübuta yetirilmiş hesab etmişdir. Məhkəmə istintaqı zamanı məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı ona elan ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə günü Təngərüd kəndindən olan Vüqar adlı şəxs ona zəng edərək əmisi oğlu ilə onu kakalos kəndində 20 sürət nişanının yanında gözləyəcəklərini demişdir. Oraya getməkdə məqsəd Vüqarın əmisioğlunun ona şəxsi istifadəsi üçün təklif edəcəyi qurudulmuş marixuananı götürüb dadına baxmaq, xoşuna gələrsə, almaq olmuşdur. O, Heç bir iranlı ilə danışmamış, sadəcə Vüqarın əmisi oğlu deyə təqdim etdiyi şəxsin nömrəsi Iran nömrəsi olmuşdur. Üzərində pul olmadığı üçün qonşusu təqsirləndirilən şəxs1 üzərində pul olub olmadığını soruşmuşdur, ona Astaradan tanış adamın saman gətirəcəyini, həmin adamın maşınının xarab olduğunu bildirmiş, onunla gedə bilibbilməyəcəyini soruşmuş, o da razı olmuşdur. Bundan sonra taksi sifariş etmişlər, saat 2-yə 5 dəqiqə işləmiş Vüqarın dediyi yerə çatmışlar. Maşından düşüb telefonun işığını yandırmış, bu zaman hasarın arxasından polis əməkdaşları çıxıb ona iki güllə atmışlar. Sonra başının üzərində Fuad adlı polis əməkdaşının silahla dayandığını görmüşdür. Bundan sonra polislər onları şöbəyə apararaq orada onları döymüşlər. Orada bir nəfər polis əməkdaşı ona su verdikdən sonra özünə gəlmiş, Vüqar istintaq zamanı həqiqəti deməmiş, onun üzünə qarşı ondan narkotik vasitə qurudulmuş marixuana aldığını demişdir. Vüqar adlı şəxs Astara rayonunda bir neçə nəfəri belə tutdurmuşdur. Asimanın narkotik vasitə götürmək üçün getdiklərindən məlumatı olmamış, o, on beş kiloqram narkotik vasitə götürmək üçün getməmiş, ona şəxsi istifadəsi üçün az miqdarda qurudulmuş marixuana lazım olmuşdur. Taksi sürücüsü onlara güllə atıldığını, onlara qarşı təzyiq edildiyini görmüşdür. Videoçəkiliş onlar təzyiqlərə məruz qalaraq etirafedici ifadə verməyə məcbur edildikdən sonra çəkilmişdir. Bundan başqa o, ibtidai istintaq zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1977-ci ildə Lənkəran rayonunda anadan olmuş, evlidir, rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 10 il əvvəl narkotik vasitə olan marixuanadan istifadə etmiş, hazırda isə istifadə etməmiş, istifadəsində olan 051-468-05-46 mobil nömrənin “WhatsApp” mobil tətbiqi vasitəsinə özünü Mehdi kimi təqdim edən tanımadığı IIR vətəndaşının istifadəsində olan +98 901 287 **** saylı mobil telefon nömrəsindən ismarıc gəlmiş, sonuncu ona narkotik vasitə göndərəcəyini və deyəcəyi yerə aparıb təhvil verib müqabilində pul alacağını təklif etmiş, o da razılaşmışdır. ## #### 2025-ci il tarixdə yenidən həmin şəxs ona ismarıc yazaraq narkotik vasitə olan marixuana kütlələrini göndərəcəyi lokasiyaya qoyduğunu və oradan onun götürüb Lənkəran rayonunda deyəcəyi yerə aparmağını istəmiş, ona göndərilən lokasiyanı tanışı təqsirləndirilən şəxs1 göstərmiş, onunla gələcəyi təqdirdə istifadə etməsi üçün müəyyən bir miqdarını verəcəyini vəd vermiş, Asiman da razılaşmışdır. ## #### 2025-ci il tarixdə, saat təxminən 01 radələrində Asiman “Bolt” taksi sifariş xidmətindən taksi sifariş vermiş, onları götürməyə “Nissan March” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlmiş, onlar avtomobilə əyləşmişlər, ona göndərilən lokasiyaya tərəf yola düşmüşlər. Taksi sürücüsünün adının Emin olduğunu bilmişlər, aralarında heç bir tanışlıqları olmamış, həm də Emin onların hansı iş üçün getdiklərini də bilməmişdir. Onlar Ələt-Astara magistral yoluna çıxmışlar, yolda olan zaman IIR vətəndaşı ilə əlaqə saxlamış, ## #### 2025-ci il tarixdə, təxminən saat 02 radələrində Astara rayonu, Kakalos kəndi ərazisindəki Ələt istiqaməti tərəfdə qeyd olunan ərazidə taksi sürücüsündən avtomobili dayandırmasını istəmiş, avtomobildən düşüb yolun kənarında 20 rəqəmi yazılmış lövhənin yanında qoyulmuş marixuana bağlamaları olan 01 ədəd kisəni tanışı təqsirləndirilən şəxs1 ilə birlikdə götürüb avtomobilə aparan zaman polis əməkdaşları yaxınlaşaraq onları saxlamışlar. Həmin vaxt Emin avtomobildə olmuş, onlar saxlanıldıqdan sonra verilən suallara cavab olaraq 01 ədəd kisədə qurudulmuş marixuanaya bənzər kütlələr olduğunu, IIR vətəndaşı göndərdiyini, həmin kütlədən həm istifadə edəcəyini, həm də qeyd edilən yerə aparıb verdikdən sonra müqabilində pul alacağını dediyini bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən 01 ədəd kisədəki bağlamalara baxış keçirilmiş, 06 ədəd qara sellofon bağlamalarda qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmiş, hər biri elektron tərəzidə çəkilmiş, qablaşdırılmış və tərəflərindən imzalanmışdır. Sonra üstü yoxlanılmış, heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmiş, avtomobilə də baxış keçirilmiş, ona məxsus olan “Samsung” markalı mobil telefonu götürülmüş, ancaq qanunsuz əşya aşkar edilməmiş, bundan sonra onları və avtomobili Astara Rayon Polis Şöbəsinə gətirmişlər. O, polis şöbəsinə gələrkən dərhal şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü onun üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş, daha sonra isə təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, orada üzərindən qanunsuz heç bir əşya aşkar edilməmiş, sonra müdafiəçisinin iştirakı ilə aşkar edilən bükümlərə baxış keçirilmiş, bükümlər zərflərdən çıxarılmış, elektron tərəzidə çəkilmiş və yenidən qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 ona elan ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, hadisə günü zibil atmağa düşəndə təqsirləndirilən şəxs2 ona dostlarının saman gətirərkən maşınlarının xarab olduğunu demiş, o, həmin vaxtı işıq kartına pul vurmaq və zibil atmaq üçün evdən çıxıb həyətə düşmüş, təqsirləndirilən şəxs2 təklifi ilə razılaşıb onunla birlikdə taksi çağırıb getmiş, maşına minərkən zibil torbasını da özü ilə aparmışdır. Qərara almışdır ki, Ilqarla birlikdə Astaraya gedib-gəldikdən sonra zibili atar, karta da pul vurar. Ilqar kakalos kəndində maşından düşmüş, iki dəqiqə sonra Emin maşından düşmüş, bundan sonra iki silah səsi eşitmişdir. Səsi eşidib maşından düşdükdən sonra Ilqarın da, onun da qoluna polis əməkdaşları qandal vurmuşlar. Onu şöbəyə Eminlə birlikdə aparmışlar. Ilqarın şöbəyə kiminlə getdiyini bilmir. Şöbədə onu döymüşlər, hədələyərək narkotik vasitəni üzərinə götürməyini bildirmişlər. Məcbur qalıb onların dedikləri ilə razılaşmışdır. Onun narkotik vasitə üçün getdiklərindən məlumatı olmamışdır, əvvəllər məhkum olunmuşdur. Bundan başqa, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 1979-cu ildə Lənkəran rayonunda anadan olmuş, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. Hazırda da marixuanadan istifadə etmişdir. ## #### 2025-ci il tarixdə, təxminən saat 00:30 radələrində tanışı təqsirləndirilən şəxs2 yaşadığı ünvana gələrək IIR-nın vətəndaşı ilə danışdığını, sonuncu tərəfindən göndərilən lokasiyada narkotik vasitə olan marixuana kütlələrini götürüb apararaq deyiləcək ünvana çatdırılmasında razılaşdığını bildirmiş, hətta ona IIR-nın vətəndaşının göndərdiyi lokasiyanı da göstərmiş, həmin işin qarşılığında da miqdarının dəqiq bilmədiyi pul alacağını demiş, ona da gedəcəyi təqdirdə həmin kütlələrdən müəyyən miqdarda götürüb istifadə etməyi üçün verəcəyini demiş, həmin təkliflə razılaşmışdır. ## #### 2025-ci il tarixdə, saat təxminən 01 radələrində o, “Bolt” taksi sifariş xidmətindən taksi sifariş vermiş, onları götürməyə “Nissan March” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlmiş, onlar avtomobilə əyləşmişlər, Ilqara göndərilən lokasiyaya tərəf yola düşmüşlər. Taksi sürücüsünün adının Emin olduğunu bilmişlər, onunla aralarında heç bir tanışlığı olmamışdır. Həm də Emin onların hansı iş üçün getdiklərini də bilməmiş, onlar Ələt-Astara magistral yoluna çıxmışlar. Ilqar yolda olan zaman IIR vətəndaşı ilə əlaqə saxlamış, ## #### 2025-ci il tarixdə, təxminən saat 02 radələrində Astara rayonu, Kakalos kəndi ərazisindəki Ələt istiqaməti tərəfdə qeyd olunan ərazidə taksi sürücüsündən avtomobili dayandırmasını istəmişlər, avtomobildən düşüb yolun kənarında 20 rəqəmi yazılmış lövhənin yanında qoyulmuş marixuana bağlamaları olan 01 ədəd kisəni Ilqar ilə birlikdə avtomobilə aparan zaman polis əməkdaşları yaxınlaşaraq onları saxlamışlar. Həmin vaxt Emin avtomobildə olmuş, onlar saxlanıldıqdan sonra verilən suallara cavab olaraq 01 ədəd kisədə qurudulmuş marixuanaya bənzər kütlələr olduğunu, IIR vətəndaşı göndərdiyini, həmin kütlənin oraya qoyulmasında heç bir rolu olmadığını, sadəcə köməkliyinin qarşısında istifadə etməyi üçün marixuana kütləsini götürəcəyini dediyini bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən 01 ədəd kisədəki bağlamalara baxış keçirilmiş, 06 ədəd qara sellofon bağlamalarda qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmiş, hər biri elektron tərəzidə çəkilmiş, qablaşdırılmış və imzalanmışdır. Sonra üstü yoxlanılmış, üstündən 01 ədəd “Samsung” markalı mobil telefonu, şəxsiyyət vəsiqəsi və müxtəlif bank kartları aşkar edilmiş və götürülmüşdür. Bundan sonra onları və avtomobili Astara polis şöbəsinə gətirmişlər. O, polis şöbəsinə gələrkən dərhal şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü onun üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş, daha sonra isə təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. O, əvvəllər narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Aşkar edilmiş kütlələrin əldə edilməsində iştirakı olmamışdır, bu çəkidə kütlə götürəcəyindən məlumatı olmamış, sadəcə tanışı təqsirləndirilən şəxs2 kömək edib qarşılığında şəxsi istifadə üçün marixuana əldə edəcəkmişdir. Eminin onların məqsədlərindən xəbərsiz olmuşdur. Həmin vaxt ona heç bir fiziki zor tətbiq olunmamışdır. Onun istifadəsində 051- ***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. O, həm ruhi-əsəb dispanserində, həm də, narkoloji dispanserdə qeydiyyatda olmuşdur. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, təqsirin sübuta yetirilməsi yalnız məhkum edilmiş şəxslərin ibtidai istintaqda verdikləri etirafedici ifadələrə əsaslandırılmamışdır. Həmin ifadələr əməliyyat-axtarış tədbirinin gedişini əks etdirən protokol və videoçəkiliş, mobil telefona baxış protokolu, yazışmalar, lokasiya və fotoşəkillər, taksi sürücüsü şahid2 ifadəsi, polis əməkdaşlarının ifadələri və məhkəmə-bioloji ekspertiza rəyi ilə qarşılıqlı şəkildə uzlaşır. Bu səbəbdən sonradan verilmiş inkar xarakterli ifadələr əvvəlki ifadələri və digər obyektiv sübutları təkzib edən mötəbər mənbə kimi qəbul edilə bilməz. Iş üzrə dindirilmiş şahid şahid7 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, ## #### 2025-ci il tarixdə təqsirləndirilən şəxs2 adlı şəxsin külli miqdarda narkotik vasitəni Astara rayonu ərazisindən əldə edəcəyi barədə məlumat daxil olmuş və şöbə rəhbərliyinə məruzə olunmuşdur. Şəxslər gecə saat 2 radələrində üzü Lənkəran istiqamətində Kakalos kəndində saxlanılmışlar. Aşkar olunan torbaya baxış keçirilmiş və narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Sorğu-sual zamanı şəxslər narkotik vasitə götürməyə gəldiklərini etiraf etmişlər. Bu şəxslərdən başqa adını xatırlamadığı taksi sürücüsünü də şöbəyə aparmışlar. Şəxslərə qarşı zor tətbiq edilməsi, onların şöbəyə aparılıb sonra yenidən hadisə yerinə gətirilməsi kimi hal olmamışdır. Iş üzrə dindirilmiş şahid şahid6 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, ## #### 2025-ci il tarixdə təqsirləndirilən şəxs2 adlı şəxsin külli miqdarda narkotik vasitəni əldə etməsi, istifadəsi və daşımasında şübhəli olması barədə şahid7 məlumat daxil olmuşdur, məlumat şöbə rəhbərliyinə məruzə olunmuşdur və əməliyyat qrupu yaradılmışdır. Şəxslər gecə saat 2 radələrində üzü Lənkəran şəhəri istiqamətində Kakalos kəndində saxlanılmışlar. Aşkar olunan torbaya baxış keçirilmiş, 6 ədəd bükümdə narkotik vasitə marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Sorğu sual zamanı şəxslər narkotik vasitə götürməyə gəldiklərini etiraf etmişlər. Bu şəxslərdən başqa adını xatırlamadığı taksi sürücüsünü də şöbəyə apardıq. Sürücü narkotikdən xəbərinin olmadığını bildirdi. Iş üzrə dindirilmiş şahid şahid5 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, Post Patrul Xidmətinin əməkdaşıdır, ## #### 2025-ci il tarixdə şahid7 ona zəng edərək şöbənin yaxınlığında görüşəcəklərini, əməliyyat tədbiri olacağını bildirmişdir. Bundan sonra Astara rayonu Kakalos kəndində yol qırağında iki nəfər şəxsin əlində torba ilə “Nissan” markalı avtomobilə yaxınlaşdığını görmüşlər, şəxslər tərəflərindən saat 01:00 radələrində saxlanılmışdır, videoçəkilişlə torbaya baxış keçirilmişdir. Bundan sonra şəxsləri şöbəyə aparmışlar. Iş üzrə dindirilmiş şahid şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, o əməliyyat tədbirində sürücü kimi iştirak etmişdir. şəxsləri saat 01:00 radələrinə saxlamışlar, onlara qarşı zor tətbiq edilməsi, atəş açılması kimi hallar olmamışdır. Iş üzrə dindirilmiş şahid şahid2 ifadəsində qeyd etmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, taksi sürücüsü işləyir. Hadisə günü Ilqarla Asiman taksi sifarişi əsasında maşınına oturmuşlar. Şəxsləri dedikləri yerdə düşürdükdən sonra polis onu saxlamışdır. O da maşından düşdükdən sonra, şəxslərin saxlanıldığını görmüş, şəxslərin yanında yerdə qara torba olmuşdur. Şəxsləri əvvəldən tanımamışdır, onlar maşında narkotik vasitə barədə danışmamışlar, həmin yerə çatana qədər haradasa saxlamamış, onlar çatdırılma yerini birbaşa vurmuşlar, Ilqar qabaqda oturmuş, telefonla məşğul olmuşdur, 10 manat taksi pulunu əvvəlcədən vermişdilər, ünvana çatdıqda hər ikisi avtomobildən düşmüşdür, maşından düşüb arxa tərəfə getmişlər, şəxslər düşdükdən sonra ona gözləməsini deməmişlər, onlar düşdükdən sonra o, naviqatoru bağlamışdır, heç maşını idarə etməyə başlamamış polislər tərəfindən saxlanılmışdır, şəxslərin kisə götürdüyünü görməmişdir, polis əməkdaşları gələnə qədər kisənin orada olub-olmadığını bilmir, lakin, şəxslər polislərin yanında olanda yanlarında qara torba olmuşdur, videoçəkiliş bir dəfə olmuşdur, onları polis şöbəsinə apardıqdan sonra yenidən qayıdıb çəkiliş etməmişlər, polis əməkdaşları tərəfindən atəş açılması kimi hal olmamışdır, şöbəyə aparılanda avtomobilini polis əməkdaşları idarə etmişdir, onu öz avtomobili ilə şöbəyə aparmamışlar, avtomobilin trayektoriyasına işlədiyi Bolt şirkəti nəzarət edir. Iş materiallarında olan «Şübhəli şəxsin tutulması haqqında» ## #### 2025-ci il tarixli protokollardan görünür ki, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 həmin tarixdə ARCMin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşlar. Iş materiallarında olan «Əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında» ## #### 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə saat 02:01-dən saat 02:33-dək təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs1 və şahid2 üstünün yoxlanılması zamanı təqsirləndirilən şəxs2lə təqsirləndirilən şəxs1 əlində aşkar edilən kisəyə baxış keçirilən zaman narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər 06 ədəd ayrı-ayrı qara sellofon bağlamalar aşkar edilərək götürülmüş, həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər 06 ədəd ayri-ayrı qara sellofon bağlamalar elektron tərəzidə çəkildikdən sonra, ayrı-ayrılıqda 0,240 kq, 0,050 kq, 3,480 kq, 3,670 kq, 2,670 kq və 3,535 kq olması müəyyən edilmiş və qablaşdırılaraq DIN-in zərflər üçün ** saylı möhürü ilə möhürlənmişdir. təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ilə şifahi sorğu aparılarkən aşkar edilərək götürülmüş kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, təqsirləndirilən şəxs2 həmin kütlələrin Iran Islam Respublikasının vətəndaşı tərəfindən göndərdildiyini, kütlənin yerini də həmin şəxs tərəfindən göndərilən konum əsasında bildiyini, kütlələri götürdükdən sonra həmin şəxs tərəfindən deyilən yerə aparıb təhvil verəcəyini, təhvil verdikdən sonra miqdarının dəqiq bilmədiyi pul vəsaitini alacağını, narkotik vasitələrdən istifadə etdiyini, taksi sürücüsü Eminin heç bir məlumatı olmadığını, əvvəllər də onu tanımadığını, Eminin işlədiyi “Bolt” taksi sifariş xidmətinə tanışı Asimanın zəng edərək taksi sifariş etdiyini, Asimanın bu işdən məlumatı olaraq oraya gəldiyini, həmin işin sonunda da ona istifadə etməsi üçün həmin kütlələrdən verəcəyini bildirmişdir. Iş materiallarında olan «Əməliyyat-axtarış tədbirlərinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında» ## #### 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə saat 04:35-dən saat 05:00-dək Astara RPŞ-nin xidməti otaqlarının birində videoçəkiliş vasitəsi ilə və müdafiəçinin iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində təqsirləndirilən şəxs2 üstünün yoxlanılması zamanı heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Aşkar edilən kisə yenidən açılaraq elektron tərəzidə ölçülmüş, ayrı-ayrılıqda 06 ədəd bağlamanın çəkiləri 3,605 kq, 3,875 kq, 2,680 kq, 3,635 kq, 1,185 kq və 1,185 kq olması müəyyən edilmiş və ekspertizaya göndərilməsindən ötrü qablaşdırılaraq DINin zərflər üçün ** saylı möhürü ilə möhürlənmişdir. təqsirləndirilən şəxs2 ilə şifahi sorğu aparılarkən üstü yoxlanılan zaman bildirdiyi məlumatları təkrar olaraq qeyd etmişdir. Iş materiallarında olan Astara Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)- **/**** nömrəli qərarı ilə məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqdimata baxılan zaman o, əməlini etiraf edərək bildirmişdir ki, bu əməli təqsirləndirilən şəxs1la birlikdə törətmişdir, bunun müqbilində sonuncuya narkotik vasitə qurudulmuş marixuana vəd etmişdir. Iş materiallarında olan Astara Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)- **/**** nömrəli qərarı ilə məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqdimata baxılan zaman o, əməlini etiraf edərək öz istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana əldə etmək məqsədi ilə tanışı təqsirləndirilən şəxs2lə razılaşıb narkotik vasitənin arxasınca getdiyini və bu səbəbdən əməlindən peşman olduğunu qeyd etmişdir. Iş materiallarında olan Məhkəmə-bioloji ekspertizasının ## #### 2025-ci il tarixli, **/*** saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 aşkar edilmiş 06 ədəd olan bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr.....” sözlər və imzalar olan bir ədəd kisədəki, 06 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri -940 qr, -2 kq 260 qr, -950 qr, -3 kq 520 qr, -3 kq 510 qr və 3 kq 220 qram: ümumi təmiz çəkisi -14400,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Iş materiallarında olan «Mobil telefona baxış keçirilməsi haqqında» ## #### 2025-ci il tarixli ***/** nömrəli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, təqsirləndirilən şəxs2 məxsus mobil telefon Samsung Galaxy markalı olmaqla, bənövşəyi rəngdədir. Ilk növbədə mobil telefonun “Whatsapp” mobil tətbiqinə daxil olundu. Yazışmalara baxış keçirilən zaman orada “+98 901 287 9485” nömrəli istifadəçinin danışıqlarına daxil olundu. Həmin vaxt şəxsin adını Mehdi olaraq qeyd etməsi müəyyən olundu. Həmin yazışmalara baxış zamanı IIR vətəndaşı ilə təqsirləndirilən şəxs2 arasında narkotik vasitənin əldə olunması ilə bağlı razılaşmanın olması, həmin razılaşmaya əsasən təqsirləndirilən şəxs2 narkotik vasitəni Ipək yolunun kənarından əldə etməli olması, bununla bağlı məkan-xəritənin, həmçinin narkotik vasitənin qoyulduğu “20” yazılmış lövhənin şəklinin göndərilməsi müəyyən olundu. Şifahi sorğu zamanı təqsirləndirilən şəxs2 həmin yazışmaların onun tərəfindən həyata keçirildiyini bildirdi. Qeyd olunan məlumatlar ekran görüntüsü qeydə alınmaqla iş materiallarına əlavə olunması üçün A4 formatlı kağıza çap olunaraq protokola əlavə olunmuşdur. Iş materiallarında olan «Mobil telefona baxış keçirilməsi haqqında» ## #### 2025-ci il tarixli ***/** nömrəli protokoldan görünür ki, təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş bir ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edəcək hər hansı fakt aşkar edilməmişdir. Iş materiallarında olan Ambulator məcburi narkoloji tibbi yoxlamanın ## #### 2025-ci il tarixli, *** saylı rəyindən görünür ki, “təqsirləndirilən şəxs1 kannabinoidlərin və opioidlərin qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Iş materiallarında olan Ambulator məcburi narkoloji tibbi yoxlamanın ## #### 2025-ci il tarixli, *** saylı rəyindən görünür ki, təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Iş materiallarında olan «Sübutların qiymətləndirilməsi haqqında» ## ######## 2025ci il tarixli, *** nömrəli qərarda göstərilmişdir ki, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan, ümumi təmiz çəkisi -14399,4 qram narkotik vasitə olan qurudulmuş marixuananın iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Astara RPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi, istintaq hərəkətlərinin aparılmasına dair 05 ədəd DVD diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 məhkəmə iclasında ifadələrində yuxarıda göstərilən xüsusatlar birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla, o cümlədən təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 özlərinin ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri (Astara RPŞ-də “şübhəli şəxs” qismində verdiyi ## #### 2025-ci il tarixli və “məhkum edilmiş şəxs” qismində verdikləri eyni məzmunlu ## #### 2025-ci il tarixli, ## #### 2025-ci il tarixdə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmə prosessində verilən ifadələri, həmin tarixli ifadələrin yerində yoxlanılması protokolları, telefon danışıqları məlumatları), şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də birinci instansiya məhkəməsi məhkum edilmiş şəxslərin istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etməyib, onların bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirmişdir. Belə ki, cinayət təqibi başlanan andan təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə Astara RPŞ-də verdiyi izahatında, “şübhəli şəxs” qismində verdiyi ## #### 2025-ci il tarixli və “məhkum edilmiş şəxs” qismində verdiyi eyni məzmunlu ## #### 2025-ci il tarixli, eyni tarixdə ifadəsinin yerində yoxlanılması zamanı verdikləri ifadələrində, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən verdikləri izahatlarında, eləcə də əməliyyat-axtarış tədbirinin keçirilməsi və üzərinə video-çəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişlər. Hər iki şəxs Həmin ifadələrində və istintaq hərəkətində məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 tanışı təqsirləndirilən şəxs1 ilə qabaqcadan danışaraq aralarında əldə edilmiş razılığa əsasən narkotik vasitəni birlikdə əldə edib uzaqlaşan zaman, polis əməkdaşları tərəfindən saxlanıldığını bilavasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bundan başqa iş materiallarında olan təqsirləndirilən şəxs2 hadisə zamanı istifadəsində olan mobil telefonun “Elektron yaddaş qurğusuna” baxış zamanı müəyyən edilmişdir ki, “+98 901 287 9485” nömrəyə aid şəxsin adını Mehdi olaraq qeyd etmiş, onunla olan yazışmalara baxış zamanı IIR vətəndaşı ilə təqsirləndirilən şəxs2 arasında narkotik vasitənin əldə olunması ilə bağlı razılaşma olmuş, həmin razılaşmaya əsasən təqsirləndirilən şəxs2 narkotik vasitəni Ipək yolunun kənarından əldə etmiş və bununla bağlı məkan-xəritənin, həmçinin narkotik vasitənin qoyulduğu “20” yazılmış lövhənin şəklinin göndərmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs2 götürdüyü bağlamaların içərisində narkotik vasitə olmasından məlumatı olmuş, polis əməkdaşları tərəfindən daha ağır çəkidə narkotik vasitə olan bağlamanın ona verilməsi barədə ifadəsində göstərdiyi xüsusatlar, yuxarıda göstərilən neytral sübutla (ona məxsus mobil telefonda olan məlumatlar), eləcə də onun hadisə yerində saxlanılmasında iştirak etmiş şahid ifadələri ilə tam təkzib edilmişdir. Mobil telefona baxış nəticəsində aşkar edilmiş yazışmalar, lokasiya və fotoşəkil məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 aşkar edilmiş maddənin xarakterindən və götürülmə yerindən xəbərdar olduğunu, onun təsadüfən həmin əraziyə getmədiyini, əvvəlcədən verilmiş tapşırıq əsasında hərəkət etdiyini təsdiq edən obyektiv sübut kimi qiymətləndirilir. təqsirləndirilən şəxs1 telefonunda sübut əhəmiyyətli məlumatın aşkar edilməməsi onun əməldə iştirakını istisna etmir; çünki onun rolu iş üzrə digər sübutlarla - ilkin ifadələri, Babayevin izahatı, taksi sifarişi, hadisə yerində birgə olması və bağlamanın birlikdə daşınması ilə təsdiq edilmişdir. Bundan başqa, birinci instansiya məhkəmə istintaqında müəyyən edilmişdir ki, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs1 və müdafiəçilərinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Sözügedən istintaq hərəkətləri videoçəkiliş vasitəsilə keçirilərkən məhkum edilmiş şəxslər aşkar edilmiş narkotik vasitənin çəkisini, olduqları bükümlərin sayını, eləcə də aşkarlanmış narkotik vasitənin növünü mübahisələndirməmişdir. Əksinə hər ikisi şəxsi axtarışın nəticələrini özündə əks etdirən protokolları imzalamaqla yuxarıda sadalanan narkotik vasitənin çəkisini, olduqları bükümlərin sayını, eləcə də növünün doğruluğunu təsdiq etmişdir. Ibtidai istintaqın sonrakı mərhələlərində də məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 aşkarlanmış narkotik vasitənin çəkisini, həmin kütlələrin olduğu bükümlərin sayını və onların növünü mübahisələndirməmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 hər birisi məhkəmə iclasında onlara qarşı irəli sürülmüş ittihamları qəbul etməyərək ziddiyyətli ifadələr vermişlər. Buna baxmayaraq, yuxarıda sadalanan sübutlarla məhkum edilmiş şəxslər bir-birini tamamlayaraq cinayət əməlinin məhz onlar tərəfindən törədildiyini tam sübuta yetirmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Artıq bu hallar məhkum edilmiş şəxslərin məhkəmə baxışı dövründə irəli sürdüyü dəlillərin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdikləri ilkin ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 apellyasiya şikayətlərində gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, məhkum edilmiş şəxslər bu formada ifadə verməklə özlərini məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası məhkum edilmiş şəxslərin cinayət işinin ibtidai araşdırma mərhələsində ilkin şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədəuyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla birinci instansiya məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə məhkum edilmiş şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 qeyd etdiklərinin işin faktiki halları ilə üstüstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxslərin cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Buna görə də, birinci instansiya məhkəməsi ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ibtidai araşdırma dövründə verdiyi ilkin ifadələrlə sonradan verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onların ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab etməklə düzgün nəticəyə gəlmişdir. Bu ifadələrin təhlili göstərir ki, məhkum edilmiş şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 öz aralarında və digər şəxs(lər)lə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış, ölkə ərazisində qanunsuz olaraq narkotik vasitənin realizə edilməsi istiqamətində fəal hərəkətlər etmişlər. Belə ki, həm cinayət işinin materialları əsasında yuxarıda tətqiq edilmiş təkzibedilməz sübutlarla təsdiq olunmuşdur ki, məhkum edilmiş şəxslər digər şəxs(lər)lə cinayət əlaqəsinə girərək artıq ölkə ərazisində mövcud olmuş külli miqdarda narkotik vasitənin əldə edilib saxlanması və daşınması, faktiki olaraq isə həmin narkotik vasitə ilə bağlı “kuryerlik” funksiyasını icra etmək vəzifəsini öz öhdələrinə götürmüşlər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli, * nömrəli Qərarının 12-ci bəndinə görə CM-in 234.4-cü maddəsində nəzərdə tutulmuş «qabaqcadan əlbir olan bir qrup şəxs» tövsifedici əlamətinin mövcudluğu məsələsi həll olunarkən bu cinayət-hüquqi kateqoriyanı təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri rəhbər tutulmalıdır. Konkret işdə məhkum edilmiş şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 narkotik vasitəni birlikdə əldə edib daşımaları barədə əvvəlcədən razılığa gəlmələri, hər ikisinin cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri — narkotik vasitənin lövhənin yanından götürülməsi və avtomobil istiqamətinə daşınması — bilavasitə birgə icra etmələri (birgə icraçılıq) iş materialları ilə tam təsdiq olunduğundan, onların əməlinin CM-in 234.4.1-ci maddəsi üzrə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi tövsifi qanuni və əsaslıdır. Məhkəmə kollegiyası satış məqsədinə münasibətdə qeyd edir ki, qeyd olunan Plenum Qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı (alıcı) ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin ayrı-ayrı bağlamalara bölünməsi və işin digər halları nəzərə alınmalıdır. Konkret işdə narkotik vasitənin külli miqdarda — ümumi təmiz çəkisi 14400,0 qram olması, onun «Mehdi» adlı şəxslə əvvəlcədən əldə edilmiş razılaşma əsasında həmin şəxsin göstərəcəyi ünvana çatdırılıb təhvil verilməsinin və müqabilində pul vəsaitinin alınmasının nəzərdə tutulması, narkotik vasitənin 06 ayrıca bağlamada olması məcmu halında məhz satış məqsədinin mövcudluğunu təsdiq edir. Eyni Qərarın 6-cı bəndinə görə narkotik vasitənin qanunsuz daşınması cinayətinin subyekti təkcə onun sahibi və ya onu müvəqqəti saxlayan şəxs deyil, həm də onu bilavasitə daşıyan digər şəxslər ola bildiyindən, təqsirləndirilən şəxs1 narkotik vasitəni təqsirləndirilən şəxs2lə birlikdə götürüb daşıması onun əməlinin müstəqil tövsifi üçün kifayət edir. Bu baxımdan məhkum edilmiş şəxslərin narkotik vasitəni yalnız şəxsi istifadə məqsədi ilə götürmələri barədə dəlilləri iş üzrə toplanmış mötəbər sübutlar məcmusu ilə təkzib olunduğundan, məhkəmə kollegiyası tərəfindən əsassız hesab edilir. Satış məqsədinin mövcudluğu təkcə aşkar edilmiş kütlənin miqdarı ilə deyil, onun təhvil verilməsinin müqabilində pul vəsaiti alınacağı barədə əvvəlcədən razılaşma, kütlənin bir neçə ayrıca bağlamada olması, məkanın əvvəlcədən lokasiya və fotoşəkillə bildirilməsi, məhkum edilmiş şəxslərin gecə saatlarında həmin yerə birbaşa getməsi və taksi sürücüsünün bu barədə məlumatsız saxlanılması kimi bir-birini tamamlayan hallar məcmusu ilə təsdiq olunur. Bu halların hər biri ayrıca götürüldükdə ehtimal yarada bilsə də, məcmu şəkildə qiymətləndirildikdə satış məqsədli qanunsuz dövriyyə barədə birinci instansiya məhkəməsinin nəticəsini möhkəmləndirir. Bundan başqa aşkar olunmuş narkotik vasitənin məhkum edilmiş şəxslərə aidiyyəti olmaması ilə bağlı iddianın qiymətləndirilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxslərə ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihamı və həmin ittihamla bağlı birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticəni təsdiq edən sübutlar məhkəmənin mübahisələndirilən hökmündə ətraflı şəkildə qeyd edildiyindən məhkəmə kollegiyası həmin sübutların təkrarən sadalanmasına zərurət görmür. Bu baxımdan müdafiə tərəfinin narkotik vasitənin məhkum edilmiş şəxslərə aid olmaması barədə dəlili yalnız formal inkar kimi qiymətləndirilir. Çünki sübut etmə baxımından həlledici məsələ həmin vasitənin kimin mülkiyyətində olması deyil, məhkum edilmiş şəxslərin onu şüurlu şəkildə əldə etməsi, daşıması və sonrakı təhvil məqsədi ilə faktiki sahibliyinə götürməsidir. Iş üzrə müəyyən edilmiş faktlar məhz həmin nəticəni təsdiq edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarının 6-cı bəndində qeyd olunur ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 9-cu bəndinə görə, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarının tövsiyələrinə riayət etmişdir. Bundan başqa Kollegiya yuxarıda göstərilənlərə əsasən, apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək, həmin dəlilləri əsassız hesab edir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxslərə təyin edilmiş cəzaya münasibətdə qeyd edir ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * №-li Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr məhkum edilmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır»(## ##### 2021-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli, * nömrəli qərarının 27-ci bəndində qeyd edilmişdir ki, Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CMin 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il ## #### tarixli * nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, məhkum edilmişi səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il ## ###### tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi cəzanı hər bir məhkum edilmiş şəxsə münasibətdə yüngülləşdirən halları CM-in 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən məhkum edilmişlərin şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanın məhkumun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, məhkum edilmiş şəxslərə Azərbaycan Respublikası CM-in qeyd olunan normalarının və ədalət prinsipinin (CM maddə 8) tələblərinə cavab verən cəza təyin etmişdir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, CM-in 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan sanksiya beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzasını ehtiva edir. Hər iki məhkum edilmiş şəxsə təyin edilmiş 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası həmin sanksiyanın aşağı həddinə yaxın olmaqla cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, maddənin külli miqdarda olması, cinayətin qrup halında törədilməsi, eyni zamanda məhkum edilmiş şəxslərin əvvəllər məhkum olunmamaları barədə məlumatlarla uzlaşır. Iş üzrə CM-in 62-ci maddəsinin tətbiqinə əsas verən müstəsna hallar, habelə təyin edilmiş cəzanın açıq-aşkar ədalətsizliyini göstərən hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunanlar, birinci instansiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayətləri üzrə apelyasiya instansiyasında aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, eyni zamanda, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Apellyasiya şikayətləri təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü məhkum edilmiş şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar