Məhkəmə qərarları › İş №1(3-9)-229/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-229/2026

24.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-229/2026 24.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Kürdəmir Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü (hakim İmanov Xaliq Xalıq oğlunun sədrliyi) ilə, ##.##.1989-cu il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, subay, fərdi əməklə məşğul olan, Kürdəmir şəhəri ** saylı yol istismar idarəsində qeydiyyatda olan və həbs olunanadək orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ##.##.2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARI: Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə saat 18 radələrində Kürdəmir şəhəri, Bakı prospektində öz təşəbbüsü ilə yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, habelə özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək yerdən götürdüyü silah qismində istifadə etdiyi daşla Sədi Məmmədovun mülkiyyətində olan **-BU-*** dövlət nişanlı avtomobilin yan şüşəsini qəsdən sındıraraq zərərçəkmiş şəxs Sədi Məmmədova 70 manat miqdarında ziyan vurmaqla silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi, özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş, daha sonra xuliqanlıq niyyətini davam etdirərək saat 19 radələrində Kürdəmir şəhəri Bakı prospektində insanların intensiv hərəkəti olan və ictimai yer hesab edilən yolun kənarında şəxsiyyətini digər şəxslərin fövqündə qoyaraq heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək ##.##.1987-ci il təvəllüdlü Ağdam rayonu, Ağdamkənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan silah qismində istifadə etdiyi bıçaqla 1 dəfə qəsdən vuraraq ona sağ baldırın yuxarı 1/3 nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə müşaiyət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirib, cəmiyyətə açıqca hörmətsizlik edərək və ictimai qaydanı kobud surətdə pozaraq silah qismində istifadə edilən əşyadan istifadə etməklə özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə, həmçinin zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, barəsində seçilmiş cəza növünün daha yüngül cəza növü ilə əvəz eilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Onun ailə vəziyyətini, heç bir şikayət və tələbin olmaması, məhkumluğunun ödənilməsi nəzərə alınaraq ona verilən cəzanın daha yüngül cəza növü ilə əvəz edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə kollegiyasının iclasında: Dövlət ittihamçısı X1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin təmin olunmaqla cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məlumat verilsə də, zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 397.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətinin dəlillərinə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Şiraz oğlunun ifadəsi, şahidlər şahid2 və şahid1 ifadələri, ekspert rəyləri və işdə olan istintaq hərəkətlərinə dair protokollar və digər sənədlərlə Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, həmin əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Sadalanan sübutların geniş şəkildə məzmunu birinci instansiya məhkəməsinin hökmündə təsvir edildiyindən məhkəmə kollegiyası prosessual qənaət prinsipi və məhkəmə qərarlarının səmərəliliyi baxımından həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sadalanan sübutlar təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs isnad olunmuş CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, AR Cinayət Prosessual Məcəlləsinin: 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli birinci instansiya məhkəməsi tərəfindən CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, istər ibtidai araşdırma zamanı və istərsədə məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, şikayət müəllifi ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın CM-in 8.1 və 58.3-cü maddələri ilə uyğunluq təşkil edibetməməsini müəyyənləşdirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, CM-in 221.3-cü maddəsinin nisbi-müəyyən sanksiyasından görünür ki, iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Zərərçəkmiş şəxslə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanı ödəməsini CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Həmçinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə almışdır. Cinayət işinə əlavə edilmiş tələbnamə və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3, 234.1, 66.2-ci maddələri ilə təqsirli bilinərək ona 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan əlavə, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 1(041)- **/**** saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-in 76.6.3-cü maddəsinə əsasən Z.Allahverdiyevin cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması barədə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ləğv edilmişdir. CM-in 67.1-ci maddəsinə əsasən, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad olunmuş 11 ay 6 gün müddət Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə üzərində qəti olaraq 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmaqla cəza çəkmə müddətinin əvvəli ##.##.2024-cü il tarixdən hesablanmışdır. AR Ədiyyə Nazirliyi Penitensiar Xidmətin * saylı İstintaq təcridxanasının “Amnistiya aktının tətbiq edilməsi barədə” ##.##.2026-cı il tarixli qərarı ilə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 2.3-cü bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs oğlu cəzadan azad edilmişdir. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli ##.##.2025-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının nisbətən aşağı həddi (3 il) təyin olunarkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (CM-in 61.1.1-ci və buna müvafiq olaraq CM-in 65.2-ci maddəsinin tələbi) halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri kifayət qədər nəzərə alınmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli * №-li Qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Belə ki, AR Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Kollegiya qeyd edir ki, törədilmiş cinayət əməli ilə onun ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də, onu törədən şəxsin şəxsiyyəti arasında mütənasiblik, həmin cinayətə görə cəza təyini zamanı ədalətlilik meyarı kimi çıxış edir. Bu baxımdan, o halda sosial ədalətin bərpası məqsədinə nail oluna bilər ki, təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğun olsun və yalnız zərərçəkmiş şəxsdə deyil, bütövlükdə cəmiyyətdə ədalətin bərqərar olduğuna dair əminlik yaratsın. Bu baxımdan hazırkı halda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzanın təyin edilməsi cəza təyinetmənin ümumi məqsədlərinə nail olmaq üçün sonuncuya münasibətdə kifayət etməməklə yanaşı təqsirləndirilən şəxsdə törətmiş olduğu ictimai təhlükəli əmələ laqeydlik hissinin formalaşmasına səbəb ola bilər. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təyin etdiyi cəzanın növü və həddi ilə razılaşır. Bundan əlavə, məhkəmə kollegiyası onu da vurğulayır ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə ədalətli növdə və həddə cəza təyin edilsə də, CM-in 66.5-ci maddəsinin tələbinə riayət edilməmişdir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-in 221.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini ##.##.2025-ci il tarixdə törədib, həmçinin ##.##.2024-cü il tarixdə törətdiyi cinayət əməlinə görə Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmünə əsasən CM-in 221.2.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-in 76.6.3-cü maddəsinə əsasən Z.Allahverdiyevin cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması barədə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ləğv edilmişdir. CM-in 67.1-ci maddəsinə əsasən, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad olunmuş 11 ay 6 gün müddət Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə üzərində qəti olaraq 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmaqla cəza çəkmə müddətinin əvvəli ##.##.2024-cü il tarixdən hesablanmışdır. Həmçinin ##.##.2025-ci il tarixə çəzasının çəkilməmiş hissəsi 6 ay (1 ildən artıq olmayan) təşkil etdiyindən * saylı İstintaq təcridxanasının “Amnistiya aktının tətbiq edilməsi barədə” ##.##.2026-cı il tarixli qərarı ilə “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 2.3-cü bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. Göründüyü kimi, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü (CM-in 221.2.1-ci maddəsi ilə) çıxarılmazdan əvvəl Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə törədilmiş (CM-in 221.3-cü maddəsi ilə) cinayətdə təqsirli olması müəyyən olunmuşdur. Nəzərə alınmalıdır ki, əvvəlki hökmlə, yəni Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl ##.##.2025-ci il tarixdə törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Beləliklə, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Qanunvericinin belə tənzimetməsi onunla izah olunur ki, cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir. Əks yanaşma, yəni şəxsə hökmün qanuni qüvvəyə mindiyi ana qədər törədilmiş cinayətə görə cinayətlərin məcmusu qaydasında deyil, ayrılıqda cəza təyin edilməsi cinayət qanununun cəza təyinetmə ilə bağlı qaydalarına zidd olmaqla yanaşı, həmçinin şəxsə daha ağır həddə cəza təyin edilməsi ilə nəticələnə bilər. Azərbaycan Respublikası CM-in: 66.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq olabilməz. 66.3. Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. 66.5. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə hüquqi mövqe “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2022-ci il ## #### tarixli Qərarında da əks olunmuşdur. Belə ki, həmin Qərarda göstərilmişdir ki, CM-in 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, CM-in 66.1-66.4-cü maddələrinə uyğun olaraq, cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən, çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Odur ki, qeyd olunanları yekunlaşdıraraq kollegiya hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 66.5-ci maddəsinə əsasən Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ilə təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmünə əsasən təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasının qismən toplanması yolu ilə qəti cəza təyin edilməli, yalnız bundan sonra Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Həmçinin cəzaçəkmə müddətinin əvvəli Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə müəyyən edilmiş ##.##.2024-cü il tarixdən hesablanmalıdır. Odur ki, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən pozuntulara yol verməklə CM-in müvafiq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in: 398.1.4-cü maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. 399.1.4-cü maddəsinə görə, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 403-cü maddəsinə əsasən, tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi, tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi və cinayət qanunu normasının düzgün şərh edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Belə olan halda apellyasiya kollegiyası hesab edir ki, apellyasiya şikayəti şikayətdə göstərilən dəlillərə əsasən qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməli, təqsirləndirilən şəxs F.Allahveriyevə CM-in 66.5-ci maddəsinin tələbləri yerinə yetirilməklə cəza təyin olunmalıdır. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən, Kürdəmir Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla üzərində qəti olaraq 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilmiş 2 (iki) il azadlıqdan məhrumetmə cəzası ona cinayətlərin məcmusu üzrə təyin edilmiş qəti 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla həmin vahid cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadılqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli ##.##.2024-cü il tarixdən hesablansın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar ona verildiyi) gündən Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar