Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-231/2026 09.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən və məruzəçi), Ağabəyov Nicat Rauf oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Məhkəmə iclası katibi X6, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Füzuli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmündən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Füzuli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü (hakim X11) ilə ## ####### 1983-cü il tarixdə Füzuli rayonu, Dilağarda kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, II qrup əlil, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Dilağarda kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Füzuli rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmuş, Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Füzuli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmiş, Təqsirləndirilən şəxs barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARI: Təqsirləndirilən şəxs ittiham olunmuşdur ondan ötrü ki, o, ## #### 2025-ci il tarixdə, saat 17 radələrində icazə verilən maksimum kütləsi 3.500 kiloqramdan artıq olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan icazə verilən maksimum kütləsi 7400 kiloqram olan özünə məxsus “Qaz Saz 3507” markalı, **-BK-*** dövlət nömrə nişanlı yük avtomobili ilə Füzuli-Ağdam avtomobil yolunun 01-ci kilometrliyində olan yolayrıcında qarşı hərəkət zolağının kənarında olan 2-ci dərəcəli yola dönmək istəyən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-ci hissəsinin tələblərini pozaraq, yolayrıcında sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməli, onların hərəkəti üçün təhlükəli şərait yaratmamalı, onun hərəkətinə üstünlük verərək buraxmalı olduğu halda bu tələblərə əməl etməmişdir. O, öz hərəkətini davam etdirərkən yük avtomobilinin ön hissəsi qarşıdan öz hərəkət zolağı ilə Füzuli şəhəri istiqamətində hərkətdə olan Füzuli rayonu, Kürdmahmudlu kənd sakini Zərərçəkmiş şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi qohumu X5 mülkiyyətində olan “Mercedes Benz” markalı, **-MT-*** dövlət nömrə nişanlı avtomobilin sol qanad hissəsi ilə toqquşmuşdur. Bunun nəticəsində o, ehtiyatsızlıqdan “Mercedes Benz” markalı, **-MT-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sol bud sümüyünün orta üçdə-birinin açıq, çoxqəlpəli, fraqmentləri yerinidəyişmiş sınığı ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Füzuli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində olan Füzuli Rayon Məhkəməsinin ## ##### 2026-cı il hökmünü cəza hissədində ləğv edərək onun barəsində CM-in 62-ci maddəsinin müddəalarının tətbiq edilməsi ilə 1 il müddətinə sürücülük hüququndan məhrumetmə ilə bağlı hissədə ləğv etməklə əlavə cəzadan azad edilməsini, onun 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi hissəsində isə CM-in 62-ci maddəsini tətbiq etməklə 500 manat miqdarında cərimə cəzasına məhkum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iş materiallarını araşdırmış və məhkəmə tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınmışdır.Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli bilinərək ona həmin həddə cəza təyin edilməsi qanunsuz və əsassızdır.Cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istintaq dövründə ziyam tamamilə ödəməsi şəxsin barışıq və ziyanın ödəməsi barədə ərizəsi CM-in 59.1.13cü maddəsi ilə məhkəmə istintaqı dövründə isə zərərçəkmiş şəxsin ziyanının əslində daha çox olduğu üçün ondan pul tələb etdiyi bu da özlüyündə təqsirləndirilən şəxsin ziyanın hissəvi də olsa ödəməsi baxımından qiymətləndirildikdə bu da CM-in 59.1.14-cü maddə ilə yüngülləşdirici hal kimi almalı ona həmin yüngülləşdici hal olduğu üçün CM-in 62-ci maddəsinin tətbiqi üçün kifayət qədər əsaslar verir. Müdafiə tərəfi olaraq məhkəmənin CM-in 62-ci maddəsinin müddəalarının tətbiqi hissəsində razılaşsalar da, həmin maddəni tətbiq edərək təqsirləndirirlən şəxsə ağır cəza verilməsindən narazıdır. Göründüyü kimi məhkəmə təqsirləndirilən şəxsin əlil olmasını, qolunun amputasiya edilməsini, onun himayəsində azyaşlı uşağının olmasını nəzərə almamışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində olan Füzuli Rayon Məhkəməsinin ## ##### 2026-cı il hökmünü cəza hissədində ləğv edərək onun barəsində CM-in 62-ci maddəsinin müddəalarının tətbiq edilməsi ilə 1 il müddətinə sürücülük hüququndan məhrumetmə ilə bağlı hissədə ləğv etməklə əlavə cəzadan azad edilməsini, onun 01 il 06 müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi hissəsində isə CM-in 62-ci maddəsini tətbiq etməklə 500 manat miqdarında cərimə cəzasına məhkum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətində Füzuli Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli hökmü ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində təyin edilmiş əsas və əlavə cəzanın dəyişdirilərək Azərbaycan Respublikası CM-in 263- 1.2-ci maddəsində nəzərdə tutulmuş ən ağır cəzanın verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli hökmü ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkəmənin çıxardığı bu əsassız hökm ilə razı deyil, təqsirləndirilən şəxsə həm əsas, həm də əlavə cəza ədalətli təyin edilməmişdir, əsassız olaraq aşağı cəza təyin edilmişdir. O təqsirləndirilən şəxslə barışmamış, ondan şikayətçidir və ona dəymiş ziyan tamamilə ödənməmişdir. Buna baxmayaraq məhkəmə təqsirləndirilən şəxsə aşağı cəza, azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Onun sol ayağında çoxqəlpəli qırıqlar olmuş, ağır xəsarətlər almış, bu hadisə bəticəsində əmək qabiliyyətini tamamilə itirmiş, işləyə bilmir, evdə yaşlı atası və anası onun himayəsindədir, hazırda onlara hec bir yardım göstərə bilmir. Bütün bunlara baxmayaraq məhkəmə təqsirləndirilən şəxsə çox aşağı cəza təyin etmişdir. Füzuli Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli hökmü ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində təyin edilmiş əsas və əlavə cəzanın dəyişdirilərək Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsində nəzərdə tutulmuş ən ağır cəzanın verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəməsində çıxışında apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X3 apellyasiya məhkəməsində çıxışında apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş etmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya məhkəməsində çıxışında tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş etmişdir. Dövlət ittihamçısı Elnar Hüseynov apellyasiya məhkəməsində çıxışında apellyasiya şikayətlərinin təmin olunmamasını, Füzuli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)- **/**** saylı hökmünün qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə təqsirləndirilən şəxsin müdafiəçisinin və zərərçəkmiş şəxsin apellyasiya şikayətləri təmin edilməməli, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində Füzuli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, nə müdafiə tərəfi, nə də ittiham tərəfi işin faktiki hallarını və əməlin hüquqi tövsifini mübahisələndirməmiş, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs apellyasiya şikayətlərində hökmün sonuncuya cəza təyin edilməsi ilə bağlı hissəsini mübahisələndirmişlər. İşin materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” ##.##.2025-ci il tarixli protokol, ona əlavə edilmiş hadisə yerinin sxemi və fotocədvəllərdən görünür ki, iş üzrə hadisə Füzuli Ağdam avtomobil yolunun 01-ci kilometrliyində baş vermişdir. Toqquşma yeri “Mercedes Benz” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağında yerləşir. İşin materiallarında olan Azərbaycan Respublikası Baş X1 İdarəsinin Qİİ/İmişli ASAN xidməti tərəfindən verilmiş BC****** nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs adına ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixə kimi etibarlıq müddəti olan “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İşin materiallarında olan AD № ****** nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi “Qaz Saz 3507” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Təqsirləndirilən şəxs mülkiyyətindədir, avtomoilin yüksüz çəkisi 3700 kiloqram, icazə verilən maksimum kütləsi 7400 kiloqramdır. İşin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” Publik Hüquqi şəxsin Beyləqan rayon şöbəsinin ## ##### 2025-ci il tarixli ***/** saylı canlı şəxsin məhkəmə-tibbi ekspertizası rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs sol bud sümüyünün orta üçdə-birinin açıq çoxqəlpəli, fraqmentləri yerinidəyişmiş sınığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni ##.##.2025ci il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomaşın salonun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞIR zərər vurmaya aiddirlər. İşin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” Publik Hüquqi şəxsin Beyləqan rayon şöbəsinin ## ##### 2025-ci il tarixli **/** saylı canlı şəxsin məhkəmə-tibbi ekspertizası rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs sol aşıq-baldır oynağında əzələ-bağ dəstəsinin gərilməsi, yumşaq toxumaların əzilməsi olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni ##.##.2025-ci il tarixdə baş vermiş yolnəqliyyat qəzası zamanı avtomaşın salonun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası rəyində göstərilmişdir ki, Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə;- Hərəkət üçün təhlükə yaranan anda “Mercedes Benz” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 77,4 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamış və onun hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda “Mercedes Benz” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 77,4 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riyaət etməklə hadisənin qarşısını almağa texniki texniki imkanı olmuşdur. Sürücü Zərərçəkmiş şəxs Mercedes- Benz markalı avtombili yaşayış məntəqəsində 70 km/saat sürətlə idarə etdiyindən onun hərkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Qaz Saz 3507” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riyaət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşin materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə ##.##.2025-ci il tarixli ** nömrəli aktdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərini məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının ##.##.2025-ci il tarixli, */**** nömrəli rəyində göstərilmiş qaydada və məhkəmənin müəyyən etdiyi məzmunda pozması, bu halın ehtiyatsızlığından Zərərçəkmiş şəxs dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurması ilə nəticələnməsi əməlində Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərini yaratmışdır. Məhkəmə kollegiyası ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsini, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun göstərilən müddəalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, məhkəmə istintaqı zamanı tədqiq edilmiş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs və şahidlərin verdikləri ifadələr, cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs məxsus “B” kateqoriyalı, BC****** nömrəli sürücülük vəsiqəsi, “Qaz Saz 3507” markalı, 19-BK189 dövlət nömrə nişanlı yük avtomobilin AD № ****** nömrəli qeydiyyat şəhadətnaməsinin surəti, zərər çəkmiş şəxsin ifadəsinin yerində yoxlanması protokolu, məhkəmə-tibbi ekspertizasının ## ##### 2025-ci il tarixli, ***/** nömrəli, məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının ##.##.2025-ci il tarixli */**** nömrəli rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə tanınmış maddi sübutlarla, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. İş materiallarında olan məhkumluq haqqında ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. Füzuli RİHB-nın Dilağarda kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025- ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayonu, Dilağarda kəndində qeydiyyatda olmaqla, Füzuli rayonu, * saylı Zobucuq qəsəbəsi, ev 17 ünvanında yaşayır və nümayəndəlik tərəfindən müsbət xarakterizə edilmişdir. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan ##.##.2008-ci il təvəllüdlü X4 adlı övladı vardır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə edilmiş sorğu və Forma 88 portal çıxarışının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyininvə konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz olaraq ikinci dərəcəli əlilliyi vardır. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2013-cü il tarixli, * nömrəli qərarına əsasən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma nəticəsində zərər çəkmiş şəxsin müalicə olunmasına və tibb müəssisəsində saxlanılmasına, əmlakına vurulmuş zərərin aradan qaldırılmasına, ölmüş zərərçəkmişin dəfn olunmasına sərf olunmuş xərclərin məbləği iş üzrə toplanılmış sübutlar (ekspertiza rəyləri, tibbi sənədlər, aktlar, arayışlar və digər sənədlər) əsasında müəyyən olunmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına təqdim etdiyi ##.##.2025-ci il tarixli yazılı ərizəsindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam şəkildə ödədiyini, onunla barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə əməl edərək Təqsirləndirilən şəxs təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə kollegiyası əməlin düzgün olaraq CM-in 263-1.2-ci maddəsi ilə tövsif edildiyini nəzərə alaraq, cəza məsələsinə qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CMin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə almış, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcələsinin 263-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 263-1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyasının fikrinə görə təyin edilən cəza o halda ədalətli ola bilər ki, konkret iş üzrə cəza təyin edilərkən cəza təyininə dair bütün müddəalar nəzərə alınmış olsun. Cəza təyin edilərkən Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınır. Bununla əlaqədar cinayət məsuliyyətinin əsasları, şəxsin əməlində cinayət tərkibinin olub-olmaması araşdırılır, hansı əmələ görə ona cəza təyin ediləcəyi aydınlaşdırılır. Eyni zamanda, əməlin hansı məkanda və hansı zamanda baş verdiyi, cinayətin hansı kateqoriyadan olub-olmaması, təkrar cinayətin olubolmaması cinayətin təkbaşına və ya iştirakçılıqla törədilməsi, əməlin ictimai-təhlükəliliyini istisna edən halların olub-olmaması aydınlaşdırılır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələrin cəza təyinində nəzərə aldığı hallardan biri də cinayətin xarakteridir. Bu konkret cinayətlərin tipik əlamətidir. Cinayətin xarakteri müəyyən qrup, yaxud da növ cinayətlər üçün təsnifat meyarı rolunu oynayır. Belə ki, konkret əməlin ictimaitəhlükəliliyinin xarkterinə görə, onun hansı qrupa mənsub olmasından asılı olaraq qiymət verilir və nəzərə alınır. Cəza təyin edilərkən əməlin təhlükəlilik dərəcəsinə görə hansı cinayətlər qrupuna daxil olduğunu, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı fəslində nəzərdə tutulduğunu, belə cinayətlərə dövlətin cinayət hüquqi mübarizə siyasətini nəzərə alır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, konkret cinayət hərəkətinin törədilmə vəziyyətinin məcmuyu (təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nətcəyə səbəb olması, xarakteri və s.) nəzərə alınmalıdır. Cinayətin ictimai-təhlükəlilik dərəcəsi konkret əməlin fərdi əlaməti olub, edilən cinayətin ağırlığını müəyyən edir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi, edilmiş konkret əməlin həmin növündən olan başqa konkret cinayətlə müqayisədə fərqlənən təhlükəliliyidir. Təhlükəliliyinə görə bir-birindən fərqlənən cinayətlərə cinayət qanunu müxtəlif qiymət verir. Bu da müəyyən növ cinayətlərə görə məsuliyyət nəzərdə tutan ayrı-ayrı maddələrin sanksiyalarında öz əksini tapmışdır. Cinayət tərkibində göstərilən əlamətlər, habelə cinayət tərkiblərinin növlərə ayrılmasında qanunu meyar kimi istifadə etdiyi əlamətlər heç də konkret əməlin deyil, müəyyən sinfə daxil olan əməllərin təhlükəlilik dərəcəsini xarakterizə edir. Bununla yanaşı, eyni sinfə daxil olan konkret əməllər müxtəlif təhlükəlilik dərəcəsinə malik olur. Əksər hallarda qanun cinayətin nəticəsini, edilmə üsulunu, hərəkətin intensivliyini, qəsd və ya ehtiyatsızlığın növünü, cinayətin motiv və məqsədini səciyyələndirən əlamətləri cinayət tərkibinə daxil etmir. Halbuki, müxtəlif üsulla, müxtəlif motiv dərəcə və məqsədlə edilən eyni növündən olan cinayət əməli müxtəlif dərəcədə ictimai təhlükəli olar. Eləcə də, əməlin nəticəsini dərk etmək dərəcəsinə görə, qəsdin yaranma vaxtına görə (birbaşa qəsd, dolayı qəsd, qəfilətən yaranan qəsd, əvvəlcədən düşünülmüş qəsd və sair.) fərqlənən cinayətlərin ictimai təhlükəlilik dərəcəsi müxtəlif olur. Əməlin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, həm cinayət tərkibində bu və ya başqa əlamətin nəzərdə tutduğu hallar konkretləşdirilir, həm də tərkibə daxil olmayan hallar araşdırılır və cəzanın fərdiləşdirilməsində nəzərə alınır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini bir qayda olaraq, cinayətin obyektiv cəhəti, cinayətin xarakterini isə cinayətin obyektiv və subyektiv cəhəti xarakterizə edir. Cəza təyinində törədilən cinayətin xarkteri və təhlükəlilik dərəcəsi müəyyən edilərkən konkret cinayətlərlə bağlı bütün hallar məcmu qaydasında götürülərək nəzərə alınır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2013-cü il tarixli, * №-li Qərarının 21-ci bəndində qeyd edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq cinayətin törədilmə motivini, təqsirkarın hadisədən sonrakı davranışını və cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan halların məcmusunu müstəsna hal kimi qiymətləndirir. Bundan başqa, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyininvə konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz olaraq ikinci dərəcəli əlil olmaqla, bir qolu amputasiya edilmişdir. Bundan başqa, hadisə zamanı zərərçəkmiş şəxsin sürət həddini aşması da ekspert rəyi ilə təsdiq olunmuşdur. Həmçinin, zərərçəkmiş şəxs əvvəllər də yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozduğu üçün (CM-in 263.2-ci maddəsi ilə) məhkum olunması da onu səciyyələndirən haldır. Məhkəmə kollegiyası xüsusi vurğulayır ki, zərərçəkmiş şəxs ibtidai istintaqın əvvəlində öz xətti ilə ərizə verərək ona dəymiş ziyanın tam ödənildiyini və heç bir şikayətinin olmamasını bildirsə də, sonradan məlum olmayan səbəblərdən fikrini dəyişmiş və təqsirləndirilən şəxsdən zərərin əvəzi olaraq əlavə pul tələb etməyə başlamışdır. O, həmçinin avtomobilə dəymiş zərəri də tələb etməsinə baxmayaraq, işin materialları ilə müəyyən edilir ki, zərərçəkmiş şəxs özü avtomobilin mülkiyyətçisi deyil. Təqsirləndirilən şəxs isə xəstəxana xərcləri üçün 2000 manat ödədiyini və zərərçəkmiş şəxsin özünə də əvvəl 3000 manat təklif etdiyini, zərərçəkmiş şəxs 5000 manat ödənilməsini tələb etdikdən sonra razılaşaraq həmin məbləği ona ödədiyini bildirmişdir. Hazırda zərərçəkmiş şəxsin sonradan əlavə olaraq tələb etdiyi məbləği ödəməyə maddi imkanı yoxdur. Təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı da cəza təyin olunarkən nəzərə alınmalıdır. Belə ki, o, hadisədən sonra zərərçəkmiş şəxsin sağlamlığı ilə mütəmadi maraqlanmışdır. Sadalananlara əsasən də birinci instansiya məhkəməsinin cəza təyin edərkən CM-in 62-ci maddəsinə istinad etməsi əsaslı olmuşdur. Kollegiya təqsirləndirilən şəxsin şəxsiyyətini, ona istinad olunan cinayət əməlinin ağırlığını və ictimai təhlükəlilik dərəcəsini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə almaqla, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən sonuncuya təyin olunmuş cəza onun tərəfindən törədilmiş cinayətlərin ağırlıq dərəcəsinə, həmçinin CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə mütənasib olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalananlara əsasən təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə də ona təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün əsas yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilmişdir. 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır; 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır; 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, himayəsində azyaşlı uşağın olması, ibtidai istintaq zamanı cinayət nəticəsində dəymiş ziyana dair 5000 manat ödəməsi və əlavə olaraq zərərçəkmişin müalicə xərclərinə çəkməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar II qrup əlilliyinin olması, əvvəllər məhkum olunmaması, törətdiyi əməldən səmimi peşiman olması, onun hadisə yerindən qaçmayaraq zərərçəkmiş şəxsə yardım göstərməsi və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsindən ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını nəzərə almış və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmişdir (CM 59.1.4, 59.1.12, 59.1.13, 59.2). Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ittihamın mahiyyəti üzrə düzgün nəticəyə gəlmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin normalarını düzgün tətbiq etdiyinə və mahiyyəti üzrə qanuni və əsaslı nəticəyə gəldiyinə görə apellyasiya şikayətlərinin dəlili formal dəlil hesab edilməlidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1-ci və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-9)-231/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-231/2026
09.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver